Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-547/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı «Fərman» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 151.62 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, satmaq üçün əldə etdiyi heroinin bir hissəsini 0.931 qram çəkiyə bölüb bir ədəd sarı rəngli sellofan bükülüyə qablaşdırmış, 07 avqust 2020-ci il tarixdə saat 21 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesinin 8-ci kilometrində idarə etdiyi “KİA” markalı, **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sarı rəngli sellofan bükülüdə təmiz çəkisi 0.931 qram və idarə etdiyi “KİA” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən salonda sürət qutusunun yanından 1 ədəd kağız qutunun içərisindəki sellofan bağlamada 150.689 qram qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin yerdən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə edir. 09 aprel 2020-ci il tarixdə Hökməli qəsəbəsində Natiqi tapıb ondan 01 büküm psixotrop maddə olan “şüşə”-ni 15 manat müqabilində almış, əvvəllər o, “şüşə” qəbul etməmiş, birinci dəfə idi ki, “şüşə” almışdır. Aldığı psixotrop maddəni əynindəki qəhvəyi rəngli gödəkcəsinin sol yan cibinə qoymuş və evlərinə getmişdir. 10 aprel 2020-ci il tarixdə evlərindən çıxıb Babək prospektinə getmək üçün taksi avtomobili ilə Hökməli dairəsinə gedərək avtomobildən düşmüşdür. O, piyada Sulutəpə dairəsinə tərəf gedərkən 4 nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun adını, soyadını və digər anket məlumatlarını öyrəndikdən sonra onu 40-cı polis bölməsinə dəvət etmiş, polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra bir vəkilin hüquqlarını müdafiə etməsini bildirmişdir. Bundan sonra videoçəkilişlə onun üzərinə baxış keçirilmiş, ilk olaraq ondan üzərində qeyri-qanuni hər hansı bir əşyanın olubolmadığını soruşmuşlar və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, üzərinə baxış keçirilməsinə etiraz etməmiş, baxış zamanı o, əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşlarına əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibində aşkar edilmiş 01 ədəd bükümü 09 aprel 2020-ci il tarixdə saat 09 radələrində Hökməli qəsəbəsindən aldığını və şüşə adlanan maddə olduğunu bildiyini demişdir. Baxış zamanı polis əməkdaşları əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibində saxladığı həmin içərisində ağ kristal maddə olan 01 ədəd bükümü aşkar edib götürmüşlər. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin kristal maddəni zərfə qoyub möhürləmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. O, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, indi də ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini satmaq məqsədi olmayıb, öz istifadəsi üçün alıb özündə saxlamışdır. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmiş, psixotrop maddəni aldığı şəxsin adının “Natiq” olmasını bilmişdir. Onun mobil telefonu olmamış, onu Hökməliyə gedərkən Məscidin yanında görmüşdür. Bundan başqa o, 06 avqust 2020-ci il tarixdə əvvəlcədən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan özünü «Fərman» kimi təqdim edən şəxslə istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefon vasitəsi ilə onun istifadəsində olan unutduğu İran dövlətinə məxsus GSM nömrəli telefonu ilə əlaqə saxlayan zaman o, bildirmişdir ki, 100 qram narkotik vasitə olan heroini Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yolun kənarında yerləşən dəqiq yerini xatırlamadığı uşaq baxçasının qarşısında dəmir barmaqlıqların dibində bir ədəd bağlamada başqa bir nəfər şəxsin vasitəsi ilə gizlətmişdir. O, əvvəllər Fərmandan narkotik vasitə almamış, lakin ona Vhatsapp proqramı vasitəsi ilə göndərdiyi Kapital Banka məxsus kartdakı hesab nömrəsinə 1600 manat ödəniş etmişdir. Bundan sonra 06 avqust 2020-ci il tarixdə Bül-Bülə qəsəbəsindən 100 qram narkotik vasitə olan heroini onun dediyi yerdən götürmüş, Fərman adlı şəxs onu narkotik vasitə aludəçisi kimi tanımış, həmin narkotik vasitəni də öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, Fərmanı 2-3 il bundan əvvəl təsadüfən Bakı şəhərində görüb tanış olmuş, sonradan onunla vhatsapp proqramı vasitəsi ilə görüntülü danışmışlar. O, təxminən 40 yaşlarında orta bədən quruluşlu, ağbəniz, orta boylu şəxs olmuş, onun Fərmanla narkotik vasitələrin satışı ilə bağlı heç bir razılığı olmamışdır. Fərmanın ona vermiş olduğu həmin 100 qram narkotik vasitədən təxminən 5-6 dəfə istifadə etmiş, ona görə də saxlanılan vaxt onda həmin çəkidən artıq narkotik vasitə olmamış, üzərindən 150 qramdan artıq narkotik vasitə heroinin aşkarlanması yalandır. 07.08.2020-ci il tarixdə tanışı Rəvanə xanıma (tel: ***-***-**-**) məxsus olan gündəlik icarəyə aldığı və həmin gün idarə etdiyi “KİA Sportage” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Sumqayıt Şossesi ilə hərəkət edib Tosoil yanacaqdoldurma məntəqəsinə çatmamamış yolun kənarında dayanmış YPX əməkdaşının ona “saxla” işarəsi verdiyi üçün avtomobili saxlamışdır. Yol Patrul Xidmətinin əməkdaşı ona avtomobildən düşməyi təklif etdiyi üçün o, avtomobildən düşmüşdür. Həmin vaxt polis avtomobilindən təxminən 2-3 nəfər şəxs düşərək ona yaxınlaşmış, həmin vaxt onun idarə etdiyi avtomobilin sürətlər qutusunun yanında sellofan bükülüdə qutunun içərisində təxminən 97 qrama yaxın narkotik vasitə heroin olmuşdur. Bu vaxt üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğunu bildirmişlər. O da hər hansı bir etiraz etməmiş, həmin əməkdaşlardan ikisi onun icazəsi ilə onun avtomobilinə əyləşmiş, sonra onlardan biri onun idarə etdiyi avtomobili idarə edərək birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə inzibati binasına getmişlər. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması, gəzdirilməsi və satışı ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin edilmiş, həmin müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə olunmasına etirazı etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların olmadığını bildirmiş, geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı üzərindən hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən haradasa hər hansı bir növ narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, o da idarə etdiyi “KİA Sportage” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ona məxsus narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra videoçəkilişlə polis əməkdaşları Polis Bölməsinin inzibati həyətində avtomobilə baxış keçirməzdən əvvəl ona təklif etmişlər ki, avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə varsa onlara təqdim etsin. Onların təklifindən sonra o da avtomobilin surətlər qutusunun yanında olan bir ədəd kağız qutunu onlara təqdim edərək kağız qutunun içərisindəki sellofan bağlamada olan maddə təxminən 97 qrama yaxın narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilinə baxış keçirmiş, lakin onun avtomobilindən heç nə aşkar edilməmişdir. Bütün bunlardan sonra orada polis əməkdaşlarından biri, bir büküm narkotik vasitəni ona verərək cibində saxlamağını, videoçəkiliş zamanı onu təhvil verəcəyini, buna görə də onu narkotik vasitələrin istifadəçisi kimi sənədləşdirəcəklərini bildirdikləri üçün onlarla razılaşmışdır. Həmin bir bükümdə narkotik vasitəni onlardan alaraq əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq videoçəkiliş zamanı onu onlara təqdim etmişdir. Həmin vaxtı polis əməkdaşları özlərinə məxsus olan elektron tərəzi ilə avtomobildə olan narkotik vasitəni çəkərək təxmini çəkisini müəyyən etmiş və həmin narkotik vasitənin üzərinə daha 50 qram narkotik vasitə əlavə edib tərəzi ilə birlikdə onun idarə etdiyi avtomobilə qoymuşlar. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, onun avtomobilinə yenidən videoçəkiliş vasitəsi ilə baxış keçiriləcək, o da narkotik vasitənin çəkisinin 150 qram olmasını və elektron tərəzinin ona məxsus olmasını bildirəcəkdir. Polis əməkdaşları eyni zamanda ona izah etmişlər ki, 100 qram narkotik vasitə ilə, 150 qram narkotik vasitəyə görə məsuliyyət eynidir. Ona çəkiliş zamanı narkotik vasitəni satış məqsədi ilə nisyə əldə etdiyini və satdığı hər bir qramında 2-3 manat gəlirinin olacağını deməsini polis əməkdaşları ona bildirmişlər. Ona görə də o, videoçəkiliş zamanı və bundan əvvəlki ifadələrində onların dedikləri kimi göstərmişdir. Polis əməkdaşlarına təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd büküm, bir ədəd qutu və elektron tərəzi zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda və baxışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Hazırkı sərbəst ifadəsində işin bütün hallarını dəqiq göstərmiş, ona görə də ilkin ifadəsində və videoçəkilişdə söylədikləri yalandır. Onun narkotik vasitəni satmaq niyyəti və məqsədi olmamış, heç kimə də narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor və ya təzyiq tətbiq edilməmiş, lakin yuxarıda göstərdiyi kimi sənədləşdirmə prosesi polislərin ona dedikləri kimi olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamdan AR CM-in 234.4.1 və 234.4.3-cü maddələrin xaric edilməsini və barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Əməliyyat aparatına Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin inzibati ərazisi olan Biləcəri qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid7 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 avqust 2020-ci il tarixdə saat 20:45-də Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesinin 8-ci kilometrliyində yolun kənarında dayanmış vəziyyətdə olan və içərisində Təqsirləndirilən şəxs əyləşən KİA markalı **-ET-*** d/n/n-lı avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı olaraq təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bundan sonra o da onlarla razılaşmış və birlikdə RPİ-nin 6-cı PB-nə gəlmişlər. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitə heroini kimdən, nə vaxt və hansı məqsədlə əldə etməsi soruşulduqda o, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 06 avqust 2020-ci il tarixdə Suraxanı rayonu Bül-Bülə qəsəbəsindən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Eyni zamanda o, bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa idarə etdiyi KİA markalı **-ET-*** dövlət nömrə nişanlı avtomobilində də narkotik vasitə saxlayır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərində saxladığı bir ədəd sarı rəngli bükümdə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş hər bir şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs şifahi bildirdiklərinə əsasən, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati ərazisində onun idarə etdiyi KİA markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə saxladığı narkotik vasitənin yerini göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq qapısını açaraq sürət qutusunun yanındakı yerdən bir ədəd kağız qutunu və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kağız qutuya baxış keçirilən zaman içərisində bir ədəd sellofan bağlama olması müəyyən edilmiş, həmin sellofan bağlamaya baxış keçirilərkən içərisində qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra tərəflərindən avtomobilə baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Suraxanı rayonu Bül-Bülə qəsəbəsindən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Avtomobilin içərisindən aşkar olunmuş bir ədəd sellofan bağlama və bir ədəd elektron tərəzi zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş və baxışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi KİA markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş hər bir şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki zor və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-in baş əməliyyat müvəkkili Şahid5 və AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-in polis nəfəri Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 aprel 2020-ci il tarixdə həmkarı R. Dəmirova daxil olmuş əməliyyat məlumatından görünmüşdür ki, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobustan kəndində yaşayan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Şahid1 həmin məlumatı raportla mənsub olduqları baş idarənin rəhbərliyinə məruzə etmişdir. Sonra həmkarı raport əsasında baş idarə rəhbərliyi tərəfindən alınmış məlumat barədə qanuni tədbirlər görülməsi üçün göstəriş almışdır. Qeyd olunan məlumatın yoxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə mənsub olduqları Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 rəhbərliyi altında əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, operator polis baş serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin vaxt həmkarı Şahid1 tərəfindən qrup üzvlərinə yaxalanacaq şəxsin fərdi və xüsusi əlamətləri, əməliyyat tədbirinin keçirilməsi və tədbir üzrə davranış xətti izah edilmişdir. 10 aprel 2020-ci il tarixdə birlikdə tədbir keçiriləcək ünvana gəlib tədbirə uyğun olaraq müşahidələr aparmışlar. Saat 13:00 radələrində məlumatda adı keçən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Bakı Şamaxı-Yevlax magistral yolunun 13-cü km-liyində piyada hərəkət etdiyini görmüşlər. Ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olamasında və üzərində daşımasında şübhəli olduğunu və birlikdə yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini bildirmişlər. O, qanuni tələblərə tabe olub müşahidələri altında yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən, sol əlilə 1(bir) ədəd şəffaf sellofanda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan həmin qəhvəyi rəngli gödəkcəsinin sağ yan iç cibindən 100 (yüz) AZN pul aşkar edilmişdir. Daha sonra R. Ağayevin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar metamfetaminin çəkisini müəyyən etmək üçün elektron tərəziyə qoymuşlar. Həmin tərəzi işləmədiyinə görə çəkisini müəyyən etmək mümkün olmamışdır. Sonra onlar həmin kütlənin tərkibini, çəkisini müəyyən etmək məqsədilə ƏN-nin MEM-nə göndərilməsi üçün içərisi boş olan zərfin içərisinə qoyub DİN-nin müvafiq möhürü ilə ağzını möhürləmişlər və üzərində müvafiq qeydlər apardıqdan sonra götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 100 AZN pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10.04. 2020-ci il tarixdə əməliyyat məlumatı ilə məlum olmuşdur ki, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobustan kəndində yaşayan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin məlumatı raportla mənsub olduqları baş idarənin rəhbərliyinə məruzə etmişdir. Sonra raport əsasında baş idarə rəhbərliyi tərəfindən alınmış məlumat barədə qanuni tədbirlər görülməsi üçün göstəriş almışdır. Qeyd olunan məlumatın yoxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə onun rəhbərliyi altında əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Şahid4, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin vaxt o, qrup üzvlərinə yaxalanacaq şəxsin fərdi və xüsusi əlamətləri, əməliyyat tədbirinin keçirilməsi və tədbir üzrə davranış xətti izah etmişdir. 10 aprel 2020-ci il tarixdə birlikdə tədbir keçiriləcək ünvana gəlib tədbirə uyğun olaraq müşahidələr aparmışlar. Saat 13:00 radələrində məlumatda adı keçən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Bakı Şamaxı-Yevlax magistral yolunun 13-cü km-liyində piyada hərəkət etdiyini görmüşlər. Ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olamasında və üzərində daşımasında şübhəli olduğunu və birlikdə yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini bildirmişlər. O, qanuni tələblərə tabe olub müşahidələri altında yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən, sol əlilə 1(bir) ədəd şəffaf sellofanda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan həmin qəhvəyi rəngli gödəkcəsinin sağ yan iç cibindən 100 (yüz) AZN pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar metamfetaminin çəkisini müəyyən etmək üçün elektron tərəziyə qoymuşlar. Həmin tərəzi işləmədiyinə görə çəkisini müəyyən etmək mümkün olmamışdır. Sonra onlar həmin kütlənin tərkibini, çəkisini müəyyən etmək məqsədilə ƏN-nin MEM-nə göndərilməsi üçün içərisi boş olan zərfin içərisinə qoyub DİN-nin müvafiq möhürü ilə ağzını möhürləmişlər və üzərində müvafiq qeydlər apardıqdan sonra götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 100 AZN pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin operatoru Şahid4 ifadəsində göstərmişdir ki, 10 aprel 2020-ci il tarixdə həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatından görünmüşdür ki, Qobustan rayonu, Təklə- Mirzəbaba kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobustan kəndində yaşayan 1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Şahid1 həmin məlumatı raportla mənsub olduqları baş idarənin rəhbərliyinə məruzə etmişdir. Sonra həmkarı raport əsasında baş idarə rəhbərliyi tərəfindən alınmış məlumat barədə qanuni tədbirlər görülməsi üçün göstəriş almışdır. Qeyd olunan məlumatın yoxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə mənsub olduqları Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 rəhbərliyi altında əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, polis polkovnik leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin vaxt Şahid1 tərəfindən qrup üzvlərinə yaxalanacaq şəxsin fərdi və xüsusi əlamətləri, əməliyyat tədbirinin keçirilməsi və tədbir üzrə davranış xətti izah edilmişdir. 10 aprel 2020-ci il tarixdə birlikdə tədbir keçiriləcək ünvana gəlib tədbirə uyğun olaraq müşahidələr aparmışlar. Saat 13:00 radələrində məlumatda adı keçən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Bakı Şamaxı-Yevlax magistral yolunun 13-cü kmliyində piyada hərəkət etdiyini görmüşlər. Ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində daşımasında şübhəli olduğunu və birlikdə yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini bildirmişlər. O, qanuni tələblərə tabe olub müşahidələri altında yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən, sol əlilə 1(bir) ədəd şəffaf sellofanda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan həmin qəhvəyi rəngli gödəkcəsinin sağ yan iç cibindən 100 (yüz) AZN pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar metamfetaminin çəkisini müəyyən etmək üçün elektron tərəziyə qoymuşlar. Həmin tərəzi işləmədiyinə görə çəkisini müəyyən etmək mümkün olmamışdır. Sonra onlar həmin kütlənin tərkibini, çəkisini müəyyən etmək məqsədilə ƏN-nin MEM-nə göndərilməsi üçün içərisi boş olan zərfin içərisinə qoyub DİN-nin müvafiq möhürü ilə ağzını möhürləmişlər və üzərində müvafiq qeydlər apardıqdan sonra götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 100 AZN pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2020-ci il tarixli 6/418 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,357 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 01, iş vərəqə 192-195) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2020-ci il tarixli 6/1487 saylı rəyindən görünür ki, üzərində: “ vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş” və s. yazılar, imzalar olan kağız paketdəki (№1) 01 ədəd p/etilen bağlamada təmiz çəkisi 150.689 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sahə ölçüsü 6*11 sm olan elektron tərəzinin səthində heroin izləri müəyyən edildi; - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” və s. yazılar, imzalar olan kağız paketdəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0.931 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və üzərindən aşkar edilmiş heroinlər kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər; təqdim olunmuş tərəzinin səthindəki heroinə məxsus iz mikrohissəcikləri müqayisəli tədqiqatın aparılması üçün yetərsiz olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı və bu səbəbdən də şəxsin üzərindən və avtomobilindən aşkar edilmiş heroinlərlə eyni tərkibli olub-olmaması barədə sual cavablandırılmır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitrələr”in siyahısına (Siyahı 1) daxildir. (cild 01, iş vərəqə: 44-49) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 06 oktyabr 2020-ci il tarixli 1999 nömrəli rəyindən görünür ki, İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir:
1. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur.
2. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. 3-cü və 4-cü suallar üzrə. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 24-26) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 2974 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 27-28) İş materiallarında olan 10 aprel 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Ağayev X1 RPİ-nin 40-cı PB-nin xidməti otaqların birində əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən bir ədəd büküm çıxarıb təqdim edərək içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişdən istifadə edilməklə həmin görüntülər CD diskə köçürülmüşdür. (cild 01, iş vərəqə 184-185) İş materiallarında olan 07 avqust 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevin təklifinə əsasən Binəqədi RPİ-nin 6-cı PB-də xidməti otaqların birində əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan bükülünü çıxararaq içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişdən istifadə edilməklə həmin görüntülər CD diskə köçürülmüşdür. (cild 01, iş vərəqə 31-32) İş materiallarında olan 07 avqust 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevin təklifinə əsasən Binəqədi RPİ-nin 6-cı PB-nin həyətində “KİA” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürət qutusunun yanından götürdüyü 1 ədəd kağız qutunun içərisindəki sellofan bağlamanı və 1 ədəd elektron tərəzini təqdim edərək bağlamada olan maddənin narkotik vasitə heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs CD diskə baxış keçirdikdən sonra orada olan görüntülərin həqiqəti əks etdirdiyini bildirmişdir. Baxış keçirilməsi və götürmə aparılan zaman videoçəkilişdən istifadə edilməklə həmin görüntülər CD diskə köçürülmüşdür. (cild 01, iş vərəqə 36-37) İş materiallarında olan Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin 14 avqust 2020-ci il tarixli 5(001)-761/2020 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş 07 avqust 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 131-132) İş materiallarında olan Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayevin 24 aprel 2020-ci il tarixli 5(001)-343/2020 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 10 aprel 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (cild 01, iş vərəqə 227-230) Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X2 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X2 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 14.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 130). İş materiallarında olan AZE18474201 və AZE18474214 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.02.2010-cu il təvəllüdlü və 01.07.2014-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır. (cild 01, iş vərəqə 58-59) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, 08 avqust 2020-ci il tarixdə daha ictimai təhlükəli olan AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə az ağır və ağır cinayətlər daxil olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzalar qismən toplanmalı və ona qəti cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 151.52 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqatdan sonrakı qalıq çəkisi 0,307 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə olunmuş 03 ədəd CD disk cinayət iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 223 manat 90 qəpik (iki yüz iyirmi üç manat doxsan qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 2974 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 10 aprel 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 12 aprel 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdən 12 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. (cild 01 iş vərəqə 173; 214) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən, Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdən 12 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2020-ci il tarixli, 4(001)-667/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 avqust 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 21, 81-83) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 08 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan 151.52 qram olan narkotik vasitə heroin, 0,307 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət iş materiallarına əlavə olunmuş 03 ədəd CD disk cinayət iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 223 manat 90 qəpik (iki yüz iyirmi üç manat doxsan qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.