Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-548/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, Azərbaycan-Rus dilləri üzrə tərcüməçi X2, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsilsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Zazalı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçillib hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan külli miqdarda, yəni 4,109 qram çəkidə heroini, psixotrop maddə metamfetamini isə şəxsi istehlak miqdarında, yəni 0,136 qr əldə edərək üzərində saxlamaqla daşımış və polis əməkdaşları tərəfindən 05 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 2V ünvanında yerləşən "Ştutqart" adlı mağazanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ- nin 15-ci PB-yə gətirildikdən sonra orada onun üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 4,109 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə heroin və həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr və 0,062 qr, ümumi təmiz çəkisi 0,136 qr olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, narkotik vasitəni satmaq məqsədi olmamışdır. O, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. 04 avqust 2020-ci il tarixdə axşam saatlarında Sabunçu qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 60 manat müqabilində 1 bükümdə narkotik vasitə olan heroin, 2 bükümdə metamfetamin almışdır. Həmin heroini şəffaf bükümdə, metamfetamini isə gümüşü siqaret kağızında bükülmüş şəkildə aldığı üçün elə həmin vəziyyətdə cibinə qoyub şəxsi istifadəsi üçün saxlamışdır. 05 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində, Babək küçəsi 10 ünvanında yerləşən Ştutqart adlı mağazanın qarşısında olduğu vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra polislərlə birlikdə 15-ci polis bölməsinə getməyini təklif etdilər. O, polislərin müşayiəti ilə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gəlmişdir. Bölmədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edildi. O, gödəkçəsinin sağ yan cibindən şəffaf sellofanda olan heroini və həmin cibində olan pul kisəsinin içərisindən 2 ədəd gümüşü siqaret kağızına bükülmüş metamfetamini çıxarıb masa üzərinə qoymuşdur. Üzərindən aşkar edilən heroin və psixotrop maddə qablaşdırıldı. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edildi, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxlamışdır. Şahid3 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə bağlı tanıyır. Təqsirləndirilən şəxs şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq qərar qəbul edilərək əməliyyat qrupu təşkil edildi. Keçirilmiş tədbirlər nəticəsində 05 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Babək küçəsində yerləşən xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edərək ona yaxınlaşmış, özünü təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və şifahi sorğu zamanı onun həqiqətən də xx xxxxxx 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra həmin şəxs onların müşayiəti ilə 15-ci PB-nin inzibati binasına gətirilmişdir. Burada ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda həmin şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir büküm şəffaf rəngli sellofana bükülmüş heroinə bənzəyən qəhvəyi rəngli tozşəkilli maddə, həmçinin həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetaminə bənzəyən ağ rəngli, kristal şəkilli maddəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin olmasını, tanımadığı şəxsdən aldığını dedi. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə bağlı tanıyır. Təqsirləndirilən şəxs şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil oldu və əməliyyat qrupu təşkil edildi. 05 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Babək küçəsində Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edərək ona yaxınlaşmışlar, özlərini təqdim edib onun şəxsiyyətini müəyyən etmişlər. Bundan sonra həmin şəxs onların müşayiəti ilə 15-ci PB-nin inzibati binasına gətirilmişdir. Burada ona hüquqları izah edilmiş, daha sonra video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda həmin şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir büküm şəffaf rəngli sellofana bükülmüş heroinə bənzəyən qəhvəyi rəngli tozşəkilli maddə, həmçinin həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetaminə bənzəyən ağ rəngli, kristalşəkilli maddəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin olmasını, tanımadığı şəxsdən aldığını dedi. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə bağlı tanıyır. Təqsirləndirilən şəxs şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil oldu və əməliyyat qrupu təşkil edildi. 05 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Babək küçəsində Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edərək ona yaxınlaşıb, özlərini təqdim edib onun şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs onların müşayiəti ilə 15-ci PB-nin inzibati binasına gətirilmişdir. Burada ona hüquqları izah edilmiş, daha sonra video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda həmin şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir büküm şəffaf rəngli sellofana bükülmüş heroinə bənzəyən qəhvəyi rəngli tozşəkilli maddə, həmçinin həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetaminə bənzəyən ağ rəngli, kristalşəkilli maddəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin olmasını, tanımadığı şəxsdən aldığını dedi. Protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə elan edilib araşdırılmış 05 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 05 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir büküm şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə, həmçinin həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6\1465 nömrəli 05 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,109 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroındir və 2 (İki) ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr və 0,062 qr, ümumi təmiz çəkisi 0,136 qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan psixotrop maddələr"-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 2674 nömrəli 28 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmədə elan edilib araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4.109 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,136 qram olan psxotrop maddə metamfetamin, şəxsi axtarış prosesini əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi və saxlaması, narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti olmaması barədə ifadələrini şahid ifadələri, özünün dolayısı ilə ittihamı təsdiq edən ifadələri, iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə, göstərilən sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda, yəni 4,109 qram çəkidə, psixotrop maddə metamfetamini isə şəxsi istehlak miqdarında, yəni 0,136 qr əldə edərək üzərində saxlamaqla daşıması və polis əməkdaşları tərəfindən 05 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 2V ünvanında yerləşən "Ştutqart" adlı mağazanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ- nin 15-ci PB-yə gətirildikdən sonra orada üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 4,109 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə heroin və həmin cibindən çıxardığı qara rəngli pul kisəsinin içindən 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qr və 0,062 qr, ümumi təmiz çəkisi 0,136 qr olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 2674 nömrəli 28 sentyabr 2020-ci il tarixli rəyi ilə narkomaniya xəstəliyinin aşkar olunmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini nəzərə alıb ona narkomaniyadan məcburi müalicə təyin olunması və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki onun həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təhqiqatdan sonrakı qalıq çəkiləri 4,009 qr olan heroinin və 0,085 qr olan metamfetaminin dövriyyəsi qadağan edildiyi üçün məhv edilməsini, 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 05 avqust 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 05 avqust 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müakicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin sübutların saxlama kamerasına təhvil verilmiş - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təhqiqatdan sonrakı qalıq çəkiləri 4,009 qr olan heroin və 0,085 qr olan metamfetamin dövriyyəsi qadağan edildiyi üçün məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-548/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-548/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver