Məhkəmə qərarları › İş №1(101)-550/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-550/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-550/2021 16.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 18-ci küçə, ev 60-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massiv, nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,153 qram olan psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0,068 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq üstündə saxlamış, X1 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən x xxxxxxxx 2020-ci il tarixdə saat 01:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində küçədə saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış və orada üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Davidoff» markalı siqaret qutusunun içərisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 17 ədəd bükümdə külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,110 qram, 0,210 qram, 0,070 qram,0,075 qram, 0,060 qram,0,075 qram, 0,130 qram, 0,220 qram, 0,060 qram, 0,050 qram, 0,065 qram, 0,070 qram, 0,118 qram, 0,560 qram, 0,240 qram və 0,520 qram, ümumi təmiz çəkisi isə 3,153 qram olan psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan narkotik vasitə kusta üsulla hazrılanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülərək sənədləşdirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğundan təxminən bir il olar ki, narkotik vasitə heroin və metamfetamindən istifadə edir. 2020-ci ilin avqust ayının əvvəllərində Tərlan adlı şəxsə 150 manat borc pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsi yaxınlığında sonuncu ilə görüşüb, ondan pulunu istəmişdir. Tərlan ondan aldığı pulun əvəzində bir bükümdə heroin və 3,5 qram metamfetamin vermişdir. Narkotik vasitə istifadəçisi olduğundan onları götürüb üzərində saxlamış və bir qədər də istifadə etmişdir. Səhəri gün xx xxxxxx 2020-ci il tarixdə rahat istifadə edə bilməsi üçün metamfetamini 17 ədəd bükümə bölmüşdür. Həmin gün axşam vaxtı Maştağa qəsəbəsi Albalılıq massivində yaşayan tanışıgilə getmişdir. Bir neçə saatdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə, saat 01:20 radələrində evə qayıtmaq üçün yola düşmüşdür. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində taksi ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sabunçu RPİ-nin 14-cü PB-də videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmiş və əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən «Davidoff» markalı siqaret qutusununun içərisində 17 ədəd bükümdə metamfetamin və bir ədəd bükümdə narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq həmin narkotik vasitələri şəxsi istifaəsi üçün əldə etdiyini bildirmişdir. Onun üstündən aşkar edilmiş bükümlər zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Sonda bu barədə protokol tərtib edilmiş və o, imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyəsi və satışı ilə məşğul olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkilidir. x xxxxxxxx 2020-ci il tarixdə bölmədə əməliyyat qrupunda xidmətdə olarkən X1 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağlar massivində özünü şübhəli apardığına görə saxlanılmış Təqsirləndirilən şəxs bölməyə gətirilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol cibindən bir ədəd «Davidoff» markalı siqaret qutusununun içərisində 17 ədəd bükümdə narkotik maddə olan metamfetaminə bənzər maddə və bir ədəd bükümdə narkotik maddə heroinə bənzər maddə, həmçinin bir ədəd narkotik maddə istifadə etmək üçün falqa aşkar edilmişdir. Sorğu zamanı Zaur Ağayev bükümlərdəki maddələrin metamfetamin və heroin olduğunu, şəxsi istifadəsi üçün Məhəmmədi dairəsində Tərlan adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Aşkar edilmiş həmin bükümlər açılıb baxılmış və sonra zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, həmin protokol və zərf polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı təsirtəzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X1 Alayının 8ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. x xxxxxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağlar massivində polis nəfəri Şahid3 ilə ərazidə xidmətdə olmuşdur. Bu vaxt küçədə bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görüb ona yaxınlaşmışlar. Şəxsiyyətini soruşduqda sonuncu Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs gecə vaxtı küçə ilə hara getdiyini və üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üstündə narkotik maddə olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Orada xidməti otaqlardan birində bölmənin əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı videoçəkiliş də aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol cibindən bir ədəd «Davidoff» markalı siqaret qutusununun içərisində 17 ədəd bükümdə narkotik maddə olan metamfetaminə və bir ədəd bükümdə narkotik maddə heroinə bənzər maddə, həmçinin bir ədəd narkotik maddə istifadə etmək üçün kağız falqa aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin metamfetamin və heroin olduğunu, şəxsi istifadəsi üçün Məhəmmədi dairəsində Tərlan adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Zaur Ağayevin üstündən başqa qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Sonda şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O, digər polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərtib olunmuş protokolu və zərfi imzalamışlar. Saxlanıldığı vaxt, polis bölməsinə gətirilərkən və bölmədə Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxxxx 2020-ci il tarixli 6/1727 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübutlar...» və s. qeydlər olan zərfdəki 17 bükümlərdəki hər birinin ayrıayrılıqda çəkiləri 0,520qr., 0,110qr., 0,210qr., 0,070qr., 0.075qr., 0,060qr., 0,075qr„ 0,130qr., 0,220qr., 0,060qr., 0,050qr., 0,065qr., 0,070qr., 0,118qr., 0,560qr., 0,240qr. və 0,520qram, ümumi təmiz çəkisi 3,153 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, eyni tərkibli psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına aiddir. Həmin zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazrılanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına aiddir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2599 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 45-ci vərəqindəki «video diskə baxış keçirilməsi barədə» protokoldan görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə Sabunçu RPİ-nin 14-cü PB-də keçirilmiş şəxsi axtarış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 1 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin və narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur. İşin 91-92-ci vərəqlərindəki telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan, çıxan zənglərin və smslərin mətnləri barədə məlumatlar qeyd edilmiş Bakcell MMC şirkətindən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 00:53-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Neynirsən brat necəsən qaqa koladan patıdan nəyinsə yoxdu bir dilxorçuluğdu heçnəyim yoxdu səhər götürəcəm”; xx.xx.2020-cİ il tarixdə saat 01:19-da və saat 01:34-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa elsennen bir yerdəyəm bir cet kaki versey bize pati vere bilersen çekmeye? Bidene he yox de bize” və “Qaqa bidene yg lazıms olsa gedesisense qız gile gederdik bir cet biz kola vererdik pati verərdin"; xx.xx.2020-ci il tarixdə saat 17:10da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “10m pati’’; xx.xx.2020-ci il tarixdə saat 05:33-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Sabahın xeyir brat necəsən bağışda bu vaxd narahat edirəm ata 5 manatım var qonağım var mənə pati düz qoş edə bilərsən biraz gəlim götürüm vacibdi ata gör neynirsən”; xx.xx.2020-ci il tarixdə saat 22:05-də və saat 22:09-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Ata 10luğ pati lazımdı var?" və “Ok kolada götürərsən patıda mən pulu götürdüm gözdüyürəm"; xx.xx.2020-ci il tarixdə saat 22:51-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Ata 10luğ pati qoy özümə 5 diy kola qoyarsan raul evdə yoxdu gəlsin 5 manat alıb verəcəm məndə cəmi 10 manat var pəncərədəyəm”; xx.xx.2020-ci il tarixdə saat 00:13-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa kola falqada varındısa verərsəndə 2 3 tüsdü indi vuracam sabahada 3 4 dene tusdu saxlayıram azaltmışam valla xecaletindən çıxacam qaqa”; xx.xx.2020-ci il tarixdə saat 18:22-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “zaur xeyalcun isteyirdim imkan var 5 lik pati vererdin axşam xeyala verecem xeyaldan götür olar”; xx.xx.2020-ci il tarixdə saat 23:36-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa menem nihad mene 10luq pencere lazımdı maşinananm alınırsa xeber de gelim”; xx.xx.2020-ci il tarixdə saat 01:25-də ***-***- **-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “ Qaqa menem nihad pati lazımdı ac bidene"; xx.xx.2020-ci il tarixdə saat 20:32-də 077- ***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa 10luq kola lazımdı bide pati alındırmaq olar.”; xx.xx.2020-ci il tarixdə saat 20:35-də 077-332- 12-17 mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Alındırmaq olar brat kola? 10luq olurem sen ol bide pati isteyirler"; xx.xx.2020-ci il tarixdə saat 21:53-də və saat 22:17-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa patinida bol kakınıda iki yerə qardaşımsan" və “Qaqa falqada verersen mene pati ucun”; xx.xx.2020-ci il tarixdə saat 00:18-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa menem nihad 10luq pati lazımdı brat”; xx.xx.2020-ci il tarixdə saat 22:00-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa maşınnanam dünenki kimi gec olmasın başıva dönerem 20liy pati bide ağrıyıram sen ol mene bir az kola. Bular çatdı hara gelim men?”; xx.xx.2020-ci il tarixdə saat 05:42-də ***- ***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa 10 luq pati lazımdı maşınanam he de gelim naxadı”; xx.xx.2020-ci il tarixdə saat 06:04-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “10luq pati lazımdı ordaydım qayıtdım gelim? Birde falqada 3.4 tustu kola çxarsan imkan olsa.gelim maşınanam"; xx.xx.2020-ci il tarixdə saat 06:27-də ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Qaqa pati götürecem 10luq qirarsan. Zeng edende deyecem dobru olsun” mətnli smslər gəldiyi müəyyən edilmişdir. İşin 67-68-ci vərəqlərindəki “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 17 ədəd bükümdə ümumi təmiz çəkisi 3,153 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız əşya maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17 ədəd bükümdə ümumi təmiz çəkisi 3,003 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız əşya saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşin 117-124-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə Sabunçu RPİ-nin 14-cü Polis bölməsində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk maddi sübu kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşin 75-76 və 81-88-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbsdə və ev dustaqlığında olduğu 7 ay 23 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 il 4 ay 7 gün azadlıqdan məhrum cəzası saxlanılmaqla, 1 (bir) il 6 (altı) ay şərti sınaq müddəti təyin edilmişdir. İşin 8-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respubikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 17 ədəd bükümdə ümumi təmiz çəkisi 3,153 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,003 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,048 qram hissəsi və bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 17 ədəd bükümdə ümumi təmiz çəkisi 3,153 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,003 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 0,068 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,048 qram hissəsi və bir ədəd narkotik vasitə istifadə etmək üçün kağız əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar