Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-554/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrli yi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X36 və hakim köməkçisi X10, Dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər– Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qruplarda (bandalarda) və silahlı qrupların törətdikləri basqında iştirak etmiş, mütəşəkkil dəstə halında xüsusi amansızlıqla və banditizmlə əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, törətdikləri cinayətlərə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.03.2005-ci il tarixli hökmünə əsasən məhkum olunmuş Gəncə şəhərində yaşamış Azərbaycan Respublikası vətəndaşları Şahid1, X31, X46, Şahid2, X20, X11, X37, Bakı şəhərində yaşamış X24, X38iu, X32, Şahid3, Rusiya Federasiyası, Moskva vilayəti, Yeqorev şəhər məhkəməsinin 05.08.2005-ci il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X47, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, milliyyətcə erməni, Rusiya Federasiyası vətəndaşı X27, Rusiya Federasiyası Samara vilayət məhkəməsinin 09.09.2004-cü il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X39, Rusiya Federasiyası vətəndaşları X23 və X15 və başqaları ilə külli miqdarda gəlir əldə etmək, yəni tamah niyyəti ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində yaşayan maddi cəhətdən imkanlı şəxs kimi tanıdıqları ayrı-ayrı şəxslərə silahlı basqınlar etməklə əmlaklarını ələ keçirmək məqsədilə 2003-cü ilin fevral ayında səsboğucusu olan “Makarov”, «Baykal» konstruksiyalı tapançalar, «6-P-42» modelli qaz tapançası, əl qumbarası, döyüş sursatları, soyuq silahlarla silahlanan Şahid1 və Şahid2 tərəfindən təşkil olunmuş mütəşəkkil dəstədə birləşib həmin sabit silahlı qrupda-bandada və bandanın törətdiyi basqınlarda iştirak edərək, yəni bandanın rəhbəri Şahid1 və qrupun digər üzvlərinin 2002-ci ilin noyabr ayında Bakı şəhərinin Buzovna qəsəbəsində bağ evlərində yaşayan X1 evindən və digər yerlərdən cinayət yolu ilə ələ keçirdikləri və saxlamaq üçün X6 verdikləri qızıl-zinət əşyalarını 2003-cü ilin iyun ayının əvvəllərində ondan geri tələb edərkən, həmin əşyaların bir qisminin sonuncu tərəfindən satıldığını, bir çoxunun isə qiymətli daşlarının daha ucuzuna dəyişdirildiyini bilərək, İltimaz Məmmədova ilə qrup üzvü Şahid1 arasında kəskin münaqişə baş verməsi zəminində, sonuncu qisas almaq məqsədilə İltimaz Məmmədovanın həmin vaxt Moskva şəhərində olan oğlu Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda öldürməyi qərara alıb sabit silahlı bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmək barədə razılaşdıqdan sonra, Şahid1 2003-cü ilin iyul ayının ortalarında Moskva şəhərində yaşayan sabit silahlı qrupun-bandanın üzvü X33 zəng edərək Zərərçəkmiş şəxs Moskva şəhərində olduğunu bildirmiş və sonuncunun Azərbaycan Respublikasına qayıtmasını ləngitməyi tapşırmış, Sadiq Əliyevlə razılığından dərhal sonra Təqsirləndirilən şəxs Şahid1 Şahid2la birlikdə 04.07.2003-cü il tarixdə Bakı şəhərindən təyyarə ilə Moskva şəhərinə gəldiyini bilərək adı və ünvanı istintaqla müəyyən edilməsi mümkün olmamış mehmanxanada Şahid1, Şahid2, Şahid3 və qeyriləri ilə görüşüb Zərərçəkmiş şəxs öldürülməsinin yerini, üsullarını qabaqcadan müzakirə etməklə planlaşdırmış, plana uyğun olaraq o, Zərərçəkmiş şəxs öldürüləcəyi yeri əvvəlcədən müəyyən etmiş, 21.07.2003-cü il tarixdə əvvəldən razılaşdıqları kimi Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadıb, özləri ilə birlikdə Vasif Namazova məxsus «VAZ 21010» markalı, yaşıl rəngli, «710.77 RUS» dövlət nömrə nişanlı və Ovik Manuçaryana məxsus «QAZ 24» markalı, qara rəngli «218. 77 RUS» dövlət nömrə nişanlı avtomaşınlarda Moskva şəhəri, Yeqoryevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivinə aparmış, orada Zərərçəkmiş şəxs avtomaşından yerə düşdükdən sonra, özü silahlı qrupun- bandanın həmin üzvləri ilə birlikdə basqın edərək əvvəlcə özləri ilə gətirdiyi yapışdırıcı lentlə Zərərçəkmiş şəxs əl-ayaqlarını bağlayıb ağaca sarıyaraq onun müqavimət göstərməsinin qarşısını aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq Şahid1 özündə olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsinə törədildiyi anda həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vuran xüsusi ağrılar yetirdiklərini dərk edərək və bunu arzu edərək yeddi bıçaq zərbəsi yetirmiş, dizində olan «666» rəqəmli döymə yazısı həkk olunmuş dəri hissəsini xüsusi rəhimsizlik göstərib bıçaqla kəsərək kənara tullamış, bilavasitə ölümünə səbəb olan boğaz nahiyyəsini, yuxu arteriyasını kəsməklə ağır dərəcəli bədən xəsarətləri yetirmiş, X63ın avtomaşınının yük yerində olan əvvəlcədən özləri ilə kanistirdə gətirdikləri benzini üstünə tökərək yandırmaqla Zərərçəkmiş şəxs mütəşəkkil dəstə halında xüsusi amansızlıqla banditizmlə əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmin əməli ilə Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qruplarda (bandalarda) və silahlı qrupların törətdikləri basqınlarda iştirak etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, o, 1986-cı ildə ailəlikcə Gəncə şəhərindən Moskvaya köçmüşlər, 1992-ci ildə qayıdaraq 1997-ci ilədək Gəncə şəhərində yaşayaraq orta təhsil almış, 1997-ci ildə yenidən Moskva şəhərinə köçmüşlər. 2003-cü ildə Moskvada əvvəldən tanıdığı X25 vasitəsilə əslən kəlbəcərdən olan Gəncə sakini Şahid1 ilə tanış olmuşdur. 2003-2004-cü illərdə Moskva şəhərində Azərbaycan vətəndaşları Salman Salmanovu və Eyyub Babayevi qəsdən öldürüdüyünə görə Moskva şəhəri Kuzminski rayon məhkəməsinin 20.04.2006-cı il tarixli hökmü ilə 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1, Vasif Namazov və Sadiq Əliyevi tanısa da, onların digər şəxslərlə birlikdə 2003-cü itin iyul ayında Moskva şəhəri yaxınlığında Gəncə şəhər sakini Zərərçəkmiş şəxs qəsdən öldürmələrində onun günahı olmamış, həmin hadisədə iştirak etməmişdir, lakin sonradan həmin hadisə barədə sonradan eşitmişdir. Şahid1 saxta sənədlə Moskvadan Azərbaycana qayıtmasından məlumatı olmuşdur. Belə ki, Sadiq Əliyevin xahişi ilə qohumu X7 anket məlumatlarını vermiş və Şahid1 həmin adla Azərbaycana qayıtmışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X12 ifadəsində göstərmişdir ki, doğma qardaşı Zərərçəkmiş şəxs 2003-cü ilin yay aylarında Moskva şəhərində əvvəldən tanıdığı, ayrı-ayrı cinayətlər törətmiş şəxslər tərəfindən öldürülmüşdür. 2009-cu ildə valideynlərinin hər ikisi vəfat etmişdir. Ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs öldürülməsində Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs da təqsirlidir və o bu səbəbdən həbs olunmuşdur. Qardaşı Zərərçəkmiş şəxs öldürülməmişdən əvvəl elə həmin cinayətkar bandaya qoşulmuşdur və ailəsi onu bu əməllərdən çəkindirə bilməmişdir. Təqsirləndirilən şəxs tanımır, onun özü və ya hansısa qohumu ilə aralarında heç bir münasibət olmamışdır. Qanunvericiliklə Təqsirləndirilən şəxs hansı cəza tədbirləri nəzərdə tutulubsa, həmin tədbirlərin görülməsinin tərəfdarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Gəncə şəhərinin müxtəlif ünvanlarında, Bakı şəhərinin Buzovna qəsəbəsində və Rusiya Federasiyasında bir sıra qəsdən adam öldürmə cinayətləri törədərək külli miqdarda pul və qızıl-zinyət əşyaları ələ keçirmişlər. Əldə etdikləri brilyant qaşlı qızılları saxlamaq üçün banda üzvü Zərərçəkmiş şəxs anası İltimas Məmmədovaya vermişlər. 2003-cü ilin əvvəllərində ona Zərərçəkmiş şəxs bütün gününü qadınlarla saunalarda, qumarxanalarda keçirməsi, həmçinin Gəncə şəhər sakini Şahid2 bir ədəd «Makarov» konstruksiyalı tapanca silahını 500 ABŞ dollarına alması barədə məlumatlar çatmışdır. Həmin silahı Zərərçəkmiş şəxs ona Gəncə şəhərində Xanlar avtovağzalının yanında göstərmiş, Zərərçəkmiş şəxs orada həmçinin ona pullarının qurtardığını və Vaqif Qədimovun evindən götürdükləri qiymətli əşyalarla əlaqədar anası X5 onunla görüşmək istədiyini bildirmişdir. Bu söhbətdən sonra o, Zərərçəkmiş şəxsla sonuncunun anası İltimas Məmmədovanın evinə getmişdir. Zərərçəkmiş şəxs dediklərindən Vaqif Qədimovun evindən götürülmüş qiymətli əşyalardan İltimas Məmmədovanın xəbəri olmuş, söhbət zamanı X9 Qurbanovun pulların hamısını xərclədiyini bildirərək «mənim oğlumla iş görmüsünüz, o, pulları xərcləyib qutarıb, mən də gedib kirayədə yaşayıram, gətir qızıl və brilyantlara birlikdə baxaq, mənim evimdə də bir neçə gün qalsın» sözlərini demişdir. Həmin günün səhərisi o, yaşadığı evin çardağında gizlətdiyi qiymətli əşyaları götürüb İltimas Məmmədovanın evinə gətirərək sonuncunun qarşısında stolun üstünə tökmüşdür. İltimas Məmmədova bütün əşyalara baxaraq onların siyahısını tutmuş və əşyaların bəzilərinin brilyant olduğunu, bəzilərinin isə brilyant olmadığını bildirmişdir. Sonra onlar zərgərə göstərmək və satmaq üçün əşyalardan iki ədəd zənciri və bir komplekt qiymətli əşyanı götürüb «Gəncə» univermağındakı qızıl mağazasında işləyən İlqar adlı zərgərin yanına getmişlər. Həmin vaxt 1.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları İlqar Cəfərova satılmış və həmin puldan 350 dollarını özü, qalan hissəsini isə İltimas Məmmədovaya vermiş, Vaqif Qədimovun evindən götürülmüş digər əşyalar isə İltimas Məmmədovada qalmışdır. Bundan bir neçə gün sonra həmin əşyalardan bir ədəd bilərziyi, bir neçə üzüyü, habelə diger qiymətli əşyaları təkrarən İlqar Cəfərova satmışdır. Pulların əksər miqdarını Zərərçəkmiş şəxs götürmüş və çox vaxt İlqar Cəfərovun yanına qızılları satmağa o özü getmişdir. Bundan bir müddət sonra İmran Cənnətov qızıllarla əlaqədar ona zəng edərək həmin qiymətli əşyaları İltimas Məmmədovadan götürüb onun evinə aparmağı tapşırmış, bundan sonra o, İltimas Məmmədovanın evinə gələrək əşyaları istəmiş, bu zaman İltimas Məmmədova həmin əşyaları başqa yerdə gizlətdiyini bildirərək 2 gündən sonra qaytara biləcəyini demişdir. 2 gündən sonra o, yenidən İltimas Məmmədovanın evinə getmiş, İltimas Məmmədova qızılları onun qarşısına qoyduqda hesabda əşyaların sayı və əlamətləri düz gəlməmiş və ona görə də İltimas Məmmədovanın onu aldatdığını başa düşmüşdür. Qiymətli əşyaları Zərərçəkmiş şəxsla birlikdə İltimas Məmmədovadan götürüb univermaqda işləyən İlqar Cəfərovun yanına gedərək həmin əşyalardan birini - qadın üçün sinəlik bəzəyini zərgərə göstərmiş və burada İltimas Məmmədovanın təxminən 10 min ABŞ dolları məbləğində brilyant qaşlarını dəyişdirdiyi ona məlum olmuşdur. Çünki həmin bəzək əşyasını İlqar Cəfərov 1 milyon 180 min manata qiymətləndirmişdir. Bundan sonra o, digər qiymətli əşyaları Bakı şəhərinə aparıb İmran Cənnətova verərək İltimas Məmmədovanın onları aldatdığını bildirmiş və Gəncə şəhərinə qayıtmışdır. İltimas Məmmədovanın onları belə aldatmasından bir neçə gün sonra Şahid2la belə qərara gəlmişlər ki, Moskvaya gedib X3 Qurbanovu tapıb cəzalandırsınlar. Bu məqsədlə 2003-cü ilin iyul ayının ortalarında birlikdə Moskvaya getmişlər və Moskvada Şahid2la onu X39, X48 və adını xatırlamadığı bir nəfər şəxs qarşılamışdır. Moskvada Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşərək başa salmağa çalışmışdır ki, onun anası yaxşı hərəkətə yol verməyərək saxlanılması üçün etibar olunmuş qızıl-zinət əşyalarının qaşlarını dəyişmişdir. Lakin Zərərçəkmiş şəxs anasının heç bir işdə günahkar olmadığını və ona qarşı heç bir pislik edilmədiyini bildirmiş, hətta hədəqorxu ilə bu söhbətləri yığışdırmağı tələb etmişdir. Bundan sonra o, məcbur olub bu söhbəti Şahid2 yanında Vasif Namazova danışmış və Zərərçəkmiş şəxs aradan götürmək üçün Vasif Namazovdan köməklik etməyi xahiş etmiş və sonuncu da buna razılıq vermişdir. Beləliklə, onun və Şahid2 arasında Zərərçəkmiş şəxs aldadılaraq bağ evlərinə quldurluq etmək adı altında Moskvadan kənara Yeqoryevsk şəhərinin ərazisinə aparılması və orada qətlə yetirilməsi barədə plan qurulmuşdur. Razılaşdıqları kimi, o, Şahid2 və Zərərçəkmiş şəxs avtomaşınına əyləşərək Yeqoryevsk şəhəri istiqamətində irəliləmişlər. Bir qədər yol getdikdən sonra bir meşəyə yaxınlaşaraq orada maşından düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs əynində qara cins şalvar və qara köynək olmuşdur. Maşından aşağı düşən kimi Zərərçəkmiş şəxs boğazından tutub yerə yıxmış və o, Şahid2la Zərərçəkmiş şəxs əl-qolunu skotçla bağlayıb yerdə uzandırmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxsla söhbət etməyə başlamış, yəni Vaqif Qədimovun evindən apardıqları qızıl-brillyantların harda olmasını, eləcədə Vaqif Qədimovun evində olan hadisəni kimlərə danışması barədə soruşmuş, bu zaman Zərərçəkmiş şəxs həqiqətən də Vaqif Qədimovun evindən çıxan qızıl-zinət əşyalarının qaşlarının anası tərəfindən dəyişildiyini, eləcədə orada olan hadisəni polisdə işləyən Samirə, «Şping» ləqəbli Emilə danışdığını bildirmişdir. Zərərçəkmiş şəxs 1-2 dəfə bıçaq zərbələri endirdikdən sonra o, Zərərçəkmiş şəxs başını və dizində «666» rəqəmləri həkk olunan tatuirovkanı kəsib meşəyə tullamışdır. Bundan sonra o, özü ilə götürdüyü konistri açıb benzini Zərərçəkmiş şəxs üstünə tökərək yandırmışdır. Bundan başqa bildirmişdir ki, törədilmiş cinayət əməlində Təqsirləndirilən şəxs iştirakı olmamışdır. İbtidai istintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. Belə ki, orada o, Təqsirləndirilən şəxs Ceyhunun qətlə yetirilməsində ona köməklik göstərməsini və saxta sənəd düzəltməsini bildirməmişdir. İstintaq zamanı vəkilinin iştirakı ilə yazılı ifadə vermək istədiyini bildirsə də, ona orada şərait yaradılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, uşaqlıqdan Şahid1, Zərərçəkmiş şəxs, X47 və X31 ilə münasibət saxlayaraq dostluq etmişdir. 2003-cü ilin iyul ayının əvvəllərində Bakıda olarkən Şahid1 Moskvada olan X47 ilə telefonla danışaraq oraya gələcəyini bildirmişdir. Həmin ərəfədə o, Moskva şəhərinə gəzmək üçün getməyi planlaşdırmışdır. Şahid1 isə rus dilini bilmədiyi üçün sonuncu ilə birlikdə 04 iyul 2003-cü il tarixdə təyyarə ilə Moskva şəhərinə getmişlər. Əslən Gəncə şəhərindən olan və uzun müddət Moskva şəhərində yaşayan X39 və Sadiq Əliyev onları aeroportda qarşılayaraq hansısa motelə aparmışlar. Orada bir müddət dincəldikdən sonra ailəvi dostu olan X40 onun dalınca VAZ 2107 markalı avtomaşınla gələrək onu Moskva ətrafında «Lesnoy qorodok» adlanan yerdə «Kryokşina» yaşayış massivindəki evinə aparmış və orada 3 gün birlikdə qalmışlar. Sonra yenə qeyd olunan motelə qayıtdıqda orada Şahid1 başqa Zərərçəkmiş şəxs, Vasif Namazov və tanımadığı digər şəxslər olmuşlar. Orada Şahid1 ona Ceyhunun qızılları oğurladığını və onunla bu barədə söhbət etməyə getdiyini bildirmişdir. Həmin vaxt o, Pərvizlə getmək istədiyini sonuncuya bildirmiş və onlar birlikdə kafeyə Ceyhunla görüşməyə getmişlər. Orada o, Pərviz, Ceyhun və Vasifdən başqa üç nəfər də olmuşdur. Həmin şəxslərin danışıqlarıdan onların başqa milliyətdən olduqlarını bilmişdir. Daha sonra iki maşınla kafedən çıxmışlar. Xeyli yol getdikdən sonra yanacaq doldurma məntəqəsində kafedə düşmüşlər. Daha sonra Pərvizə həmin şəxslərdən biri yaxınlaşaraq “öldürmüşük” demişdir. Bundan sonra onlardan ayrılıb çıxıb getmişdir. Bundan başqa bildirmişdir ki, Ceyhunun qətlə yetirilməsindən xəbəri olmayıb, həmin cinayətdə iştirak etməmişdir. O, nə Gəncə şəhərində, nə Moskvada, nə də hadisə günü Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxsla cinayət əməlində iştirak etməsi barədə ibtidai istintaq zamanı ifadə verməmşdir. İbtidai istintaq adından yazılan ifadəni təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Moskva şəhərində bizneslə məşğul olmuşdur. Adı gedən cinayət əməlinin törədildiyi ərəfədə tanışları Şahid2 və Şahid1la Moskva şəhəhərinin Yeqorsk rayonunda həmyerli olduqları üçün onlarla bir neçə dəfə görüşüb yeyib-içmişlər. Onun bu cinayət barədə nə məlumatı, nə də iştirakçılığı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin cinayətdə iştirakının olub-olmaması barədə məlumatı olmamışdır. O, nə qətlə yetiriləni, nə də onu öldürənlərin kim olduqlarını bilməmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş X25 Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilrkən verdiyi ifadəsindən görünür ki, o, 2001-ci ilin yanvar ayında hərbi xidməti bitirdikdən sonra 2 ay anası ilə birlikdə Gəncə şəhərində yaşamış və oradan Moskva şəhərinə gedərək xırda ticarətlə məşğul olmağa başlamışdır. Moskvada həmyerlisi və Gəncə şəhərindən qonşusu olan Elçin Əliyevin vasitəsilə digər gəncəliləri, o cümlədən Şahid3, Təqsirləndirilən şəxs, Vasif Namazovu, Eşqin Əliyevi tanımışdır. Moskvada olduğu müddətdə bir sıra cinayət əməllərində iştirakı olduğu üçün 2002-ci ilin oktyabr ayında Moskva şəhərində Azərbaycan səfirliyinə gedərək başqa ad- soyadla ölkəyə qayıtmaq üçün rəsmi sənəd almış və Gəncə şəhərinə gəlmişdir. Bir neçə ay müddətində Gəncə şəhərində olmuş və həmin müddətdə Şahid1la tanış olmuşdur. Bir neçə dəfə Şahid1 və onun Anar, Ruslan adlı dostları ilə, eləcə də “Qartal" ləqəbli Zərərçəkmiş şəxsla görüşmüş və söhbətlərdə ona məlum olmuşdur ki, Şahid1 və adlarını çəkdiyi digər şəxslər banda halında bir sıra cinayətlər törətmişlər. 2003cü ilin təxminən yanvar-fevral aylarında Şahid1 onu Bakıdan avtobusla Rusiyaya yola salmış və ona 200 ABŞ dolları pul vermişdir. O isə Moskvaya gələndən sonra Vasif Namazovla görüşüb kirayə qalmaq üçün ev tutmuşdur. 2003-cü ilin yay aylarında Şahid1la telefonla danışarkən sonuncu ona bildirmişdir ki, Moskvaya gələcəklər və bundan bir neçə gün sonra Şahid1 gəncəli Şahid2la birlikdə təyyarə ilə Bakıdan Moskvaya gəlmişlər. Hava limanında onları Vasif Namazov və Şahid3 ilə birlikdə qarşılamış, Pərvizlə Anarı kirayə yaşadığı evə aparmışdır. Səhəri gün o, Şahid1, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və Vasif Namazov sonuncunun işlətdiyi, Moskva şəhərində adını bilmədiyi kafeyə yığışıb görüşmüşlər. Həmin görüşdə Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onların birlikdə törətdikləri cinayətlər barədə başqalarına danışmışdır və onların cinayətlərdə əldə etdikləri qızıl-zinyət əşyaları Zərərçəkmiş şəxs anası İltimas Məmmədova tərəfindən qəsdən dəyişdirilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs öldürmək lazımdır. Görüşdə iştirak edənlərin hamısı, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürülməsi məsələsini birlikdə planlaşdırmışlar. Bundan sonrakı gün Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq o, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, erməni millətindən olan X29, X39, Şahid3 və Zərərçəkmiş şəxs ilə Vasif Namazovun və Ovik Manuçaryanın müvafiq olaraq VAZ 2110 və QAZ 2410 markalı maşınları ilə Yeqoryevsk şəhərinə getməyə razılaşmışlar. Onların oraya getməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş, lakin Zərərçəkmiş şəxs oraya istirahət etmək adı ilə aparmışlar. Yeqoryevsk şəhərinin yaxınlığında onlar meşəliyə çatmışlar ki, həmin yerdən bir kilsənin yerləşdiyini görmüşdür. Meşəliyə çatanda onlar hamısı maşınlardan düşmüşlər. Bu zaman Şahid1 Zərərçəkmiş şəxs yaxınlaşaraq Bakı şəhəri Buzovna qəsəbəsində quldurluq zamanı əldə etdikləri brillyantların harada olmasını soruşmuşdur. Əvvəl Zərərçəkmiş şəxs günahsız olduğunu bildirmiş, sonra öldürüləcəyini bilərək brillyant qaşların anası tərəfindən dəyişdirildiyini söyləyərək onu öldürməməyi xahiş etmişdir. O, Şahid1 və Şahid2la birlikdə skotçla Zərərçəkmiş şəxs əllərini bağladıqdan sonra özündəki qatlanan bıçaqla Zərərçəkmiş şəxs 1 dəfə zəif zərbə endirmişdir. Həmin zərbəni Zərərçəkmiş şəxs öldürmək üçün deyil, sadəcə qorxutmaq üçün yetirmişdir. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxsla danışmağa başlamış, bir müddət danışdıqdan sonra cibindən bıçağı çıxarıb ona 4-5 dəfə zərbələr endirmiş, sonra isə bıçaqla Zərərçəkmiş şəxs dizindəki «666» rəqəmləri olan tatuirovkanı kəsib atımşdır. Bu zaman Şahid2 Ovik Manuçaryanın maşınından benzinlə dolu konistri gətirib Zərərçəkmiş şəxs üstünə tökmüş, Şahid1 isə meyiti yandırmışdır. Bundan sonra onlar hamısı avtomaşınlara oturub Moskva şəhərinə qayıtmışlar. Qayıdandan sonra Vasif Namazovun işlədiyi kafeyə getmişlər. Bundan sonrakı günlərdə görüşlərində Təqsirləndirilən şəxs ona bir neçə qəsdən adam öldürmə cinayətlərini törətdiyi barədə söhbətlər etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş materiallardan görünür ki, Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə 23 avqust 2004-cü il tarixdə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da X47 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 2003-cü ilin iyul ayının 18-21 -i tarixlərində Zərərçəkmiş şəxs öldürmək üçün hadisə yerinə Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, X39, Şahid3 və erməni millətindən olan X17 birlikdə apardıqlarını etiraf edərək, hadisənin baş verdiyi dəqiq yeri və sair xüsusatları bir daha təsdiq və təsvir etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş X18 Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, 2003-cü ilin iyul ayında X39 ondan Şahid2, X34 və Zərərçəkmiş şəxs Yeqoryevsk şəhərinə aparmağı xahiş etmişdir. Vasif Namazov həmçinin bildirmişdir ki, o da özünün VAZ 2110 markalı avtomaşını ilə oraya gedəcək. O, Vasif Namazovla razılaşmışdır. Həmin gün saat 14 radələrində o, qeyd olunan şəxslərlə Moskva şəhərindən çıxmışlar. Vasif Namazovun avtomaşınına isə Şahid1 və Şahid3 oturmuşlar. X35 geri qalmış, çünki hələ yola çıxmamışdan əvvəl Vasif Namazov ona demişdir ki, yolda harasa dönəcək və ona görə də yolda bir az onu gözləməyi xahiş etmişdir. Yolun yarısına kimi gedəndən sonra Qjel şəhərinə çatmamış o, avtomaşını qarpız satılan yerin yanında saxlamış, Sadiq Əliyev avtomaşından düşüb qarpız almış və onlar qarpız yeyə-yeyə Vasif Namazovun gəlişini gözləmişlər. Vasif Namazov gələndən sonra onlar yola davam etmişlər. Vasif Namazovun maşınında yeni şəxs olmamışdır, ona görə də, o, elə fikirləşmişdir ki, Vasif Namazov istədiyi adamı tapa bilməmişdir. Yeqoryevsk şəhərinin girəcəyində onların qarşısına tünd göy rəngli «BMV» markalı avtomaşında Təqsirləndirilən şəxs və bir nəfər tanımadığı oğlan çıxmışlar. Onlar hamılıqla üç maşında irəliləməyə başlamışlar və yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar. Orada uşaqlar maşınlardan düşmüşlər və maşınların üçünə də benzin doldurulmuşdur. Orada uşaqlardan ya Vasif Namazov, ya da Sadiq Əliyev ondan maşında konistr olubolmamasını soruşduqdan sonra o, maşında olan 5-litrlik yağ konistrini çıxarıb onlara vermişdir. Vasif Namazov konistrə benzin dolduraraq maşının baqajına qoymuşdur. Bundan sonra onlar yoluna davam etmişlər və Təqsirləndirilən şəxs təklifi ilə yaxınlıqda yerləşən kafeyə daxil olmuşlar. Kafedə bir az yemək yedikdən sonra çıxıb maşınlara əyləşmişlər. «BMV» markalı avtomaşını kafenin qarşısında qoymuşlar, digər uşaqların hamısı isə Vasif Namazovun və onun avtomaşınlarına oturaraq yoluna davam etmişlər. Onlar yoldan sola dönərək meşəyə tərəf irəliləməyə başlamışlar. Orada bir əraziyə çatan zaman hamı maşınlardan düşmüş, birdən X77 Qurbanov tərəfə 1-2 dəfə sərt hərəkətlər edərək ona yumruqla zərbə enidrmiş və azərbaycan dilində nəsə danışmağa başlamışdır. Bundan sonra uşaqlardan kimsə Zərərçəkmiş şəxs təkrar zərbə endirdiyinə görə sonuncu yerə yıxılmışdır. X77 Qurbanovu vurandan sonra o, Vasif Namazovun cibindən bıçaq çıxardığını və gedib Zərərçəkmiş şəxs vurmaq istədiyini görmüş, lakin o, Vasif Namazovdan vurmamağı xahiş etdikdən sonra vurmamışdır. Bundan sonra o, uşaqlara yaxınlaşmış və bu zaman Zərərçəkmiş şəxs qarnını tutub yerə uzandığını görmüşdür. Sonra uşaqlar Zərərçəkmiş şəxs əllərini və ayaqlarını skotçla bağlayaraq yaxınlıqda yerləşən ağacın yanına aparmışlar. Bundan sonra Sadiq Əliyev, Təqsirləndirilən şəxs, Şahid2 , Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs ətrafında yarımdairə şəklində oturaraq söhbət etməyə başlamışlar. Lakin o, azərbaycan dilini bilmədiyinə görə söhbətin məzmununu bilməmişdir. Bundan sonra Şahid2la X77 Qurbanovun qoltuğundan qaldıraraq aparıb yaxınlıqda olan ağaca söykəmişlər. Bu zaman Sadiq Əliyev skotçla Zərərçəkmiş şəxs boğazından və qarnından ağaca bağlamışdır. Sonra Şahid1 Şahid2 bıçağı alıb Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla zərbələr endirməyə başlamış, sonra isə Zərərçəkmiş şəxs arxasına keçib sonuncunun çənəsindən tutaraq boğazını kəsməyə başlamışdır. Bu zaman Şahid2 Şahid1 bıçağını alaraq bir neçə dəfə Zərərçəkmiş şəxs bıçaq zərbələri endirmişdir. Bundan sonra uşaqlar «benzin, benzin» deyə qışqırmışlar. Bu zaman X60 Əliyev maşının yanına gələrək benzinlə dolu konistri götürmüşlər. Zərərçəkmiş şəxs üstünə benzinin kim tərəfindən töküldüyünü və kim tərəfindən yandırıldığını görməmişdir. Sonra uşaqlar oradan qayıdaraq maşınlara oturub Moskvaya qayıtmışlar. Yolda Şahid2 Zərərçəkmiş şəxs öldürmələrinin səbəbini soruşduqda sonuncu danışmışdır ki, Şahid1la Zərərçəkmiş şəxs Azərbaycanda quldurluq edərək evdən çoxlu miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmişlər və həmin qızılları saxlamaq üçün Zərərçəkmiş şəxs anasına vermişlər. Lakin Zərərçəkmiş şəxs anası qiymətli əşyaların qaşlarını dəyişərək yerinə saxta qaşlar qoymuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş X26 hazırki cinayət işinin ayrıldığı 52504 nömrəli cinayət işi üzrə digər cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsindən görünür ki, təxminən 2003cü ilin əvvəllərində Zərərçəkmiş şəxsla İmran Cənnətovun və Şahid1 cinayət əməlləri ilə əldə etdikləri qızıl üstündə davaları olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs saxlanması üçün anası Məmmədova lltimaz Kamal qızına verilmiş qızıllardan hansınısa tanışı olan bir qıza bağışlamış, ona görə də aralarında mübahisələri olmuşdur. Şahid1 və İmran Cənnətov Bakı şəhəri Buzovna qəsəbəsində Vaqif Qədimovun evindən əldə etdikləri qızılbrilyantların hamısını saxlamaq üçün Ceyhunun anası İltimaz Məmmədovaya vermişlər. X45 brilyantları dəyişdirib onları adi daşlarla əvəz etdirmiş və əldə etdiyi pullarla oğlu Zərərçəkmiş şəxs Moskvaya yola salmışdır. Sonradan Şahid1 həmin qadından qızılları götürəndən sonra bilmişdir ki, onların hamısının brilyant qaşları dəyişdirilib. Ona görə də, 2003-cü ilin yayında təxminən iyun ayında Şahid1la Şahid2 Zərərçəkmiş şəxs qisas almaq üçün Moskvaya yola düşmüşlər. Moskvaya onları o, Bakı aeroportundan yola salmışdır. O, Şahid1la Şahid2 söhbətlərindən başa düşmüşdür ki, Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə gedirlər. Şahid1la Şahid2 2003-cü ilin təxminən avqust ayında Moskvadan qayıtmışlar, onlarla birlikdə X53, Təqsirləndirilən şəxs və Aftandil Şükürov da gəlmişlər. Sadiq Əliyevi, Təqsirləndirilən şəxs və Aftandil Şükürovu o, əvvəllər tanımamış, lakin hiss etmişdir ki, onların da cinayət aləmi ilə əlaqələri vardır. Onlar Bakıda «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığında kirayə ev tutub orada yaşamışlar. Həmin vaxtlarda Şahid1 ona danışmışdır ki, onlar Moskvada Zərərçəkmiş şəxs tapıb öldürmüşlər. Şahid2la Zərərçəkmiş şəxs uşaq vaxtlarından bir yerdə olduqlarına və qonşu kimi yaxın olduqlarına görə o, əvvəlcə Şahid2 Zərərçəkmiş şəxs öldürməsinə inanmamış, lakin sonra Şahid2 özü də təsdiq etmişdir ki, Zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və bir nəfər erməni milliyyətli taksi sürücüsü X18 iştirakı ilə öldürmüşlər. Sonra isə erməni Ovik Manuçaryan benzin gətirib Zərərçəkmiş şəxs meyitini yandırmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 24 iyul 2003-cü il tarixli 332 saylı rəyindən görünür ki, yanmış kişi meyitinin döş qəfəsinin sol ön hissəsinə törədildiyi anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran yeddi bıçaq yarası aşkar olunmuşdur. Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara və udlağın həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran yeddi bıçaq yarası aşkar olunmuşdur. Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara və udlağın nüfuzedici yarası, döş qəfəsinə üç ədəd kəsici-deşici yara həyat üçün təhlükəli olmuş və bu əlamət üzrə sağlamlığa ağır xəsarət olaraq qiymətləndirilir. Həmin rəyə əsasən ölüm şəxsin sağlamlığına qeyd olunan ağır xəsarətlərin yetirilməsi nəticəsində baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2004-cü il tarixli 3113/10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin tapıldığı yerdə aşkar edilmiş və tədqiqata təqdim edilmiş bel çantasının qalıqları üzərində tezalışan neft məhsullarının-benzinin izləri olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının 23.09.2020-ci il tarixli 1882 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, halhazırda da öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 21 iyul 2003-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Moskva vilayətinin Yeqorevski rayonunun Kamenskaya və Nizkoye kəndləri arasında yerləşən meşə massivində yanmış kişi meyiti aşkar olunmuşdur. Meyitin ətrafında 1 metr radiusunda torpaq qara rəngdədir və otlar hamısı yanıb. Meyitdən 1,5 m məsafədə korpusu deformasiya olunmuş yastı plastik materialdan hazırlanmış alışqan aşkar olunmuşdur. Bundan əlavə təxminən eyni məsafədə üzərində “Parlament” yazılmış siqaret kötüyü aşkar edilmişdir. Bundan başqa, meyitin sol ayağından 8,4 m məsafədə otun üzərində qəbzəsi sağ tərəfdən qəhvəyi rəngdə xüsusi materialdan örtüklü, qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş qərarın surətindən görünür ki, hadisə yerinə və meyitə baxış zamanı götürülmüş bir ədəd bıçaq, bir ədəd alışqan, «666» rəqəmləri həkk olunmuş tatuirovka-kəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yarıyanmış paltarları 03 dekabr 2004-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, həmin maddi sübutlar Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan görünür ki, Moskva vilayəti, Yeqorovsk şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işi üzrə 23 iyul 2004-cü il tarixdə aşkar olunmuş meyitin fotoşəkli 02.08.2004-cü il tarixdə təqsirləndirilən şəxs X33 tanınmaya təqdim edilmiş, sonuncu hadisə barədə etirafedici ifadələr verməklə həmin meyiti tanıyaraq onun Zərərçəkmiş şəxs olduğunu göstərmiş və 18.07.2003-21.07.2003-cü il tarixlərdə Şahid1, Şahid2, Vasif Namazov, Təqsirləndirilən şəxs, Ovik Manuçaryan və Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs öldürmək məqsədilə hadisənin baş verdiyi yerə apardıqlarını bir daha bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs iştirak etdiyi bandanın rəhbəri və üzvləri Şahid1, Şahid2 digər ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürülməsində Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, 120.2,5, 120.2.7, 120.2.10, 120.2.11 və sair maddələri ilə təqsirləri tam sübuta yetirilməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1, Şahid2 və qeyriləri «Makarov» və «Baykal» konstruksiyalı yivli odlu silahlar əldə edib silahlı banda yaratmaqla ümumilikdə səkkiz epizod üzrə quldurluq və qəsdən adam öldürmə İlə əlaqədar cinayət əməlləri törətmiş, o cümlədən 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürmüşlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 01 dekabr 2005-ci il tarixli hökmündən görünür ki, Şahid3 iştirak etdiyi bandanın digər üzvləri, o cümlədən məhz Təqsirləndirilən şəxs ilə birlikdə 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürməsi istintaq və məhkəmə materialları ilə tam sübuta yetirilmiş, Şahid3 Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, və 120.2.11-ci maddələri ilə təqsirili bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən daxil olmuş 21.07.2020-ci il tarixli 1627 m saylı əməliyyat məlumatlarından görünür ki, 2001-2004- cü illərdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında çoxsaylı qəsdən adam öldürmə və sair ağır və xüsusilə ağır cinayətlər törətmiş sabit cinayətkar qrupun təşkilatçısı və rəhbəri olmuş Şahid1 bandanın üzvü Zərərçəkmiş şəxs qisas almaq məqsədilə Moskva şəhərində yaşayan, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs zəng vuraraq həmin vaxt Moskva şəhərində olan Zərərçəkmiş şəxs tapılmasında və ondan qisas alınmasında köməklik göstərməsini xahiş edərək 2003-cü ilin iyul ayının ortalarında bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmiş, orada Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və X68 Qurbanovun harada və hansı şəkildə öldürürəcəklərini birlikdə planlaşdırmış və ümumi plana uyğun olaraq bandanın həmin üzvləri Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq Moskva vilayətinin Yeqorevski rayonu ərazisindəki meşə ərazisinə apararaq qəsdən öldürmüşlər. Azərbaycan Respublikası CM-in 217-ci maddəsinə əsasən qeyd olunan cinayət əməlinin sabit qrupdan ibarət olması ilə yanaşı, həmçinin də bandanın silahlı olması tələb olunur. “Banditizm işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 7 iyul 1996-cı il tarixli qərarının 3-cü bəndinə əsasən, iştirakçılardan hər hansı birində odlu və ya soyuq silahın olmasından bandada olan digər üzvlərin bunu bilməsi bandanın silahlı olması üçün kifayət edir. İş materiallarına, habelə cinayət işinə əlavə edilmiş məhkəmə hökmlərinə əsasən Təqsirləndirilən şəxs məhz hazırkı cinayət əməlinin törətməmişdən əvvəl 2003-cü ilin fevral ayında səsboğucusu olan “Makarov”, «Baykal» konstruksiyalı tapançalar, «6- P-42» modelli qaz tapançası, əl qumbarası, döyüş sursatları, soyuq silahlarla silahlanan Şahid1 tanımış, onunla əlbir olmuş sonuncu tərəfindən təşkil olunmuş bandaya daxil olmuşdur. Bu isə Təqsirləndirilən şəxs müxtəlif növ odlu, soyuq silahlarla təchiz olunmuş bandaya qoşulmasına şüurlu şəkildə yol verdiyini təsdiq edir. Hətta nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs üzvü olduğu silahlı bandanın rəhbəri olan Şahid1la münasibətləri davam etdirərək sonrakı müddətlərdə də sonuncu tərəfindən törədilmiş cinayət əməllərində iştirak etmişdir. Beiə ki, 2003-cü ilin İyul ayında Zərərçəkmiş şəxs qəsdən öldürülməsindən sonra Təqsirləndirilən şəxs bandanın təşkilatçısı və rəhbəri Şahid1 ilə sıx münasibətdə olaraq bir sıra cinayət əməllərini planlaşdıraraq həyata keçirmiş, o cümlədən idarə etdiyi “Vaz” markalı avtomaşınla bandanın təşkilatçısı və rəhbəri Şahid1 ilə birlikdə 2004-cü ilin yanvar ayında Moskva şəhərində hərəkət edərək Zelenodolskaya küçəsi ev 40 ünvanda yerləşən “Afqanets” bazarının ərazisində Samux rayon sakini X13 avtomaşınına mindirdikdən sonra Şahid1 qisas məqsədi ilə avtomaşının içərisində odlu silahdan atəş açaraq Eyyub Babayevi öldürmüş, meyitini Moskva şəhəri Lyublino rayonunun Novorosiysk küçəsində 7 saylı binanın qarşısında olan avtomaşın qarajlarının yanına tullamışlar. Bu hal müdafiə tərəfinin 16 iyul 2020-ci il tarixli vəsatəti ilə istintaqa təqdim edilmiş Moskva şəhəri Kuzminski rayon məhkəməsinin 26 aprel 2006-cı il tarixli, eləcə də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmləri ilə də müəyyən edilmişdir. Bu və digər xüsusatlar, həbs olunduqları vaxtadək sıx əlaqələrinin olması, bir neçə ağır və xüsusilə ağır cinayətləri planlaşdıraraq törətmələri, eləcə də işin faktiki halları Şahid1, Təqsirləndirilən şəxs və digərlərinin məhz sabit cinayətkar qrupda birləşdiklərini, Təqsirləndirilən şəxs Şahid1 təşkil və rəhbərlik etdiyi sabit silahlı qruplarda (bandalarda) və onların törətdikləri basqınlarda iştirak etdiyini, eləcə də Təqsirləndirilən şəxs həmin bandanın törətdiyi bir sıra cinayətləri, o cümlədən 2003-cü ildə Zərərçəkmiş şəxs qəsdən öldürülməsini birlikdə planlaşdıraraq həyata keçirdiklərini sübut edən təkzibolunmaz dəlillərdəndir. Həmçinin, 2003-cü ilin iyul ayında Zərərçəkmiş şəxs qəsdən öldürülməsindən sonra Təqsirləndirilən şəxs Şahid1 və Şahid2la birlikdə Rusiya Federasiyasından Azərbaycana gəlmələri, bandanın qanunsuz olaraq əldə etdiyi yivii odlu silahlardan istifadə edərək Azərbaycan Respublikası ərazisində bir sıra banditizmlə əlaqədar qəsdən adam öldürmə və sair ağır və xüsusilə ağır cinayətlər törətmələrindən məlumatlı olmaqla sıx əlaqələrini davam etdirmələri və yenidən 2004-cü ilin əvvəlində Moskva şəhərində görüşərək odlu silahla növbəti xüsusilə ağır cinayət törətmələri həmin silahlı cinayətkar qrupun sabitliyini, eləcə də Təqsirləndirilən şəxs həmin sabit silahlı qrupun üzvü olmaqla qrupda (bandada) iştirak etdiyini təsdiq edən mötəbər sübutlardandır. “Banditizm işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 7 iyul 1996-cı il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli qərarına əsasən banda dedikdə, bunun iki və ya daha çox şəxsdən ibarət olması, iştirakçılar arasında möhkəm təşkilati birlik olması, iştirakçıların bunu bilməsi, İştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə birləşməsi başa düşülməlidir. Şəxsin banditizmə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün digər əlamətlərin mövcudluğu halında Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin dispozisiyasında göstərilən üç əlamətdən, yəni bandanı təşkil etmə, bandada iştirak etmə, bandanın basqınlarında (basqınında) iştirak etmə əlamətlərindən birinin olması kifayətdir. Eyni zamanda həmin Plenum qərarının 11-ci bəndinə görə bandanın basqınları ilə bağlı qəsdən adam öldürüldükdə, əmlak talan edildikdə, zorlama və s. ağır cinayətlər törədildikdə, təqsirli şəxsin hərəkətləri cinayətlərin məcmusu qaydasında həm banditizmə görə, həm də faktiki törədilən cinayətə görə tövsif edilməlidir. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə görə Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Toplanmış materialların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs və bandanın digər üzvləri Zərərçəkmiş şəxs qəsdən öldürməmişdən əvvəl ona aralarında zaman kəsiyi olan çoxsaylı ayaq və əl zərbələri, daha sonra isə bıçaq zərbələri vurub ona işgəncə verərək anasının nə səbəbə onları aldadaraq saxlamaq üçün verilmiş qızıl-zinyət əşyalarının bir hissəsini mənimsədiyini, digərlərinin isə qiymətli daşlarını saxta daşlarla əvəzetdiyini soruşmuş, daha sonra diz nahiyyəsində olan üzərində 666 rəqəmi yazilan tatu yazı hissəsi dəri qarışıq kəsilərək işgəncələrə davam edib onu qəsdən öldürməklə yandırmışlar. Qeyd olunan xüsusat Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il və 01 dekabr 2005-ci il tarixli hökmlərində də öz əksinin tapmışdır. Azərbaycan Respublikası CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudiarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyası Baş Prokurorluğunun 17 sentyabr 2008-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işində ona verilmiş ittiham üzrə məhkum olunmamışdır. Həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən qəsdən adam öldürmə əməli cinayət sayılır və xarakter və ictimai təhlükəlilik dərəcəsinə görə ağırlaşdırıcı hallarda həmin əmələ görə 8 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 06.08.2020-ci il tarixli 2553 saylı arayışından görünür ki, xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 06.08.2020-ci il tarixli 2741 saylı arayışından görünür ki, xx xxxxxx 1983- cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində qeydiyyatda durmur. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs odlu özünü müdafiə üçün dəlillər gətirib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək silahlı cinayətkar bandanın rəhbəri və üzvləri Şahid1, X34 və qeyrilərini bir həmyerli kimi tanıdığını, Zərərçəkmiş şəxs qəsdən öldürülməsinin planlaşdırılmasında və həyata keçirilməsində iştirakının olmadığını göstərməsinə baxmayaraq, onun qeyd etdikləri iş materiallarında olan çoxsaylı dindirmə, baxış və digər istintaq hərəkəti protokolları, həmin cinayət faktına dair preyudisial hüquqi qüvvəyə malik hökmlər, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, eləcə də işin faktiki halları ilə qarşılıqlı təhlil edilib yoxlanılarkən həqiqətə uyğun olmadığı müəyyən edilmiş, bu vasitə ilə cinayət məsuliyyətindən yayınmağa cəhd etdiyindən tam təkzib olunmuş, Təqsirləndirilən şəxs sabit silahlı qrupun (bandanın) tərkibində Zərərçəkmiş şəxs qəsdən öldürülməsini planlaşdırması, vaxtı, yeri, üsul və vasitələrini müəyyənləşdirməsi və 2003-cü ilin iyul ayının 21-də Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivinə aparılaraq qəsdən öldürülməsində bilavasitə iştirakı təkzibolunmaz sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş hazırki cinayət işinin ayrıldığı 52504 nömrəli cinayət işi üzrə təqsirləndirilən Şahid1 ifadələrində törətdiyi digər cinayətlərlə yanaşı, 2003-cü ilin iyul ayında Moskva şəhəri yaxınlığında meşə sahəsində həmyerlisi Zərərçəkmiş şəxs qəsdən öldürdüklərini səmimi etiraf edərək göstərmişdir ki, Gəncə şəhər sakinləri X31, X46, Zərərçəkmiş şəxs, Şahid2, X20, X11, X47, X39, X37, Bakı şəhərində yaşayan X24 və digərləri ilə banda şəklində birləşərək Gəncə şəhərinin müxtəlif ünvanlarında, Bakı şəhərinin Buzovna qəsəbəsində və Rusiya Federasiyasında bir sıra qəsdən adam öldürmə cinayətləri törədərək külli miqdarda pul və qızıl-zinyət əşyaları ələ keçirmişlər. Əldə etdikləri brilyant qaşlı qızılları saxlamaq üçün banda üzvü Zərərçəkmiş şəxs anası İltimas Məmmədovaya vermişlər. 2003-cü ilin əvvəllərində ona Zərərçəkmiş şəxs bütün gününü qadınlarla saunalarda, qumarxanalarda keçirməsi, həmçinin Gəncə şəhər sakini Şahid2 bir ədəd «Makarov» konstruksiyalı tapanca silahını 500 ABŞ dollarına alması barədə məlumatlar çatmışdır. Həmin silahı Zərərçəkmiş şəxs ona Gəncə şəhərində Xanlar avtovağzalının yanında göstərmiş, Zərərçəkmiş şəxs orada həmçinin ona pullarının qurtardığını və Vaqif Qədimovun evindən götürdükləri qiymətli əşyalarla əlaqədar anası X5 onunla görüşmək istədiyini bildirmişdir. Bu söhbətdən sonra o, Zərərçəkmiş şəxsla sonuncunun anası İltimas Məmmədovanın evinə getmişdir. Zərərçəkmiş şəxs dediklərindən Vaqif Qədimovun evindən götürülmüş qiymətli əşyalardan İltimas Məmmədovanın xəbəri olmuş, söhbət zamanı X9 Qurbanovun pulların hamısını xərclədiyini bildirərək «mənim oğlumla iş görmüsünüz, o, pulları xərcləyib qutarıb, mən də gedib kirayədə yaşayıram, gətir qızıl və brilyantlara birlikdə baxaq, mənim evimdə də bir neçə gün qalsın» sözlərini demişdir. Həmin günün səhərisi o, yaşadığı evin çardağında gizlətdiyi qiymətli əşyaları götürüb İltimas Məmmədovanın evinə gətirərək sonuncunun qarşısında stolun üstünə tökmüşdür. İltimas Məmmədova bütün əşyalara baxaraq onların siyahısını tutmuş və əşyaların bəzilərinin brilyant olduğunu, bəzilərinin isə brilyant olmadığını bildirmişdir. Sonra onlar zərgərə göstərmək və satmaq üçün əşyalardan iki ədəd zənciri və bir komplekt qiymətli əşyanı götürüb «Gəncə» univermağındakı qızıl mağazasında işləyən İlqar adlı zərgərin yanına getmişlər. Həmin vaxt 1.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları İlqar Cəfərova satılmış və həmin puldan 350 dollarını özü, qalan hissəsini isə İltimas Məmmədovaya vermiş, Vaqif Qədimovun evindən götürülmüş digər əşyalar isə İltimas Məmmədovada qalmışdır. Bundan bir neçə gün sonra həmin əşyalardan bir ədəd bilərziyi, bir neçə üzüyü, habelə diger qiymətli əşyaları təkrarən İlqar Cəfərova satmışdır. Pulların əksər miqdarını Zərərçəkmiş şəxs götürmüş və çox vaxt İlqar Cəfərovun yanına qızılları satmağa o özü getmişdir. Bundan bir müddət sonra İmran Cənnətov qızıllarla əlaqədar ona zəng edərək həmin qiymətli əşyaları İltimas Məmmədovadan götürüb onun evinə aparmağı tapşırmış, bundan sonra o, İltimas Məmmədovanın evinə gələrək əşyaları istəmiş, bu zaman İltimas Məmmədova həmin əşyaları başqa yerdə gizlətdiyini bildirərək 2 gündən sonra qaytara biləcəyini demişdir. 2 gündən sonra o, yenidən İltimas Məmmədovanın evinə getmiş, İltimas Məmmədova qızılları onun qarşısına qoyduqda hesabda əşyaların sayı və əlamətləri düz gəlməmiş və ona görə də İltimas Məmmədovanın onu aldatdığını başa düşmüşdür. Qiymətli əşyaları Zərərçəkmiş şəxsla birlikdə İltimas Məmmədovadan götürüb univermaqda işləyən İlqar Cəfərovun yanına gedərək həmin əşyalardan birini - qadın üçün sinəlik bəzəyini zərgərə göstərmiş və burada İltimas Məmmədovanın təxminən 10 min ABŞ dolları məbləğində brilyant qaşlarının dəyişdirdiyi ona məlum olmuşdur, çünki həmin bəzək əşyasını İlqar Cəfərov 1 milyon 180 min manata qiymətləndirmişdir. Bundan sonra o, digər qiymətli əşyaları Bakı şəhərinə aparıb İmran Cənnətova verərək İltimas Məmmədovanın onları aldatdığını bildirmiş və Gəncə şəhərinə qayıtmışdır. İltimas Məmmədovanın onları belə aldatmasından bir neçə gün sonra Şahid2la belə qərara gəlmişlər ki, Moskvaya gedib X3 Qurbanovu tapıb cəzalandırsınlar. Bu məqsədlə 2003-cü ilin iyul ayının ortalarında birlikdə Moskvaya getmişlər və Moskvada Şahid2la onu X39, X48 və adını xatırlamadığı bir nəfər şəxs qarşılamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Moskvada olmuş, çünki əvvəlcədən o, X69 Qurbanovun axtarıldığını, həmçinin Zərərçəkmiş şəxsla haqq-hesabı olduğunu bildirərək sonuncunun Azərbaycana qayıtmasına imkan verməməyi tapşırmışdır. Moskvada Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşərək başa salmağa çalışmışdır ki, onun anası yaxşı hərəkətə yol verməyərək saxlanılması üçün etibar olunmuş qızıl-zinət əşyalarının qaşlarını dəyişmişdir. Lakin Zərərçəkmiş şəxs anasının heç bir işdə günahkar olmalığını və ona qarşı heç bir pislik edilmədiyini bildirmiş, hətta hədə-qorxu ilə bu söhbətləri yığışdırmağı tələb etmişdir. Bundan sonra o, məcbur olub bu söhbəti Şahid2 yanında Vasif Namazova danışmış və Zərərçəkmiş şəxs aradan götürmək üçün Vasif Namazovdan köməklik etməyi xahiş etmişdir və sonuncu da buna razılıq vermişdir. Beləliklə, onun, Vasif Namazovun, Şahid2, erməni milliyyətindən olan X18, Sadiq Əliyevin və Şahid3 aralarında qurulan plana əsasən Zərərçəkmiş şəxs aldadılaraq bağ evlərinə quldurluq etmək adı altında Moskvadan kənara Yeqoryevsk şəhərinin ərazisinə aparılmalı və orada qətlə yetirilməsi qərara alınmışdır. Razılaşdıqları kimi, o, Sadiq Əliyev, Şahid2 və Zərərçəkmiş şəxs Ovik Manuçaryana məxsus qara rəngli QAZ-24 markalı «Volqa» avtomaşınına, Şahid3 isə Vasif Namazovun tünd göy rəngli VAZ 21010 markalı avtomaşınına əyləşərək Yeqoryevsk şəhəri istiqamətində irəliləmişlər. Təxminən 10 kilometr qalmış Təqsirləndirilən şəxs və adını Ramin kimi bildiyi şəxs sonuncunun tünd göy rəngli «BMW» markalı avtomaşını ilə qarşılarına gəlmişlər və maşınları saxlayıb görüşmüşlər. Təqsirləndirilən şəxs təxminən 1 həftə əvvəl Zərərçəkmiş şəxs qətlə yetirmək planlarını bilmiş, orada görüşəndə isə o, gizlincə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə aparmalarını demişdir. Təqsirləndirilən şəxsla gələn Ramin adlı şəxs Yeqoryevsk şəhərində yaşadığından onların qarşısına çıxmışdılar ki, yolu göstərsinlər. Orada o, düşüb Raminin «BMW» markalı avtomaşınına əyləşmişdir. Bir qədər yol getdikdən sonra maşınlara benzin vurmaqdan ötrü yanacaqdoldurma məntəqəsinə daxil olaraq həm Ovik Manuçaryanın, həm də Vasif Namazovun avtomaşınlarına benzin doldurulmuş, bu zaman Vasif Namazov ayrıca olaraq beşlitrlik konistrə benzin doldurmuş, çünki aralarında Zərərçəkmiş şəxs qətlə yetirilməsi planı hazırlanarkən Vasif Namazovun təklifinə əsasən Zərərçəkmiş şəxs öldürdükdən sonra yandırmaq nəzərdə tutulmuşdur. Bir müddət yol getdikdən sonra Yeqoryevskidə yerləşən kafeyə çataraq orada bir az çörək yemişlər və Ceyhunu aldatmaq məqsədi ilə guya quldurluq vaxtını gözləmək adı altında təxminən 1-2 saat oturub gözləmişlər. Bundan sonra Raminin «BMW» markalı avtomaşını kafenin qarşısında qalmış, Təqsirləndirilən şəxs, Ramin adlı şəxs, Şahid3 erməni Ovik Manuçaryanın avtomaşınına əyləşmiş, o isə Zərərçəkmiş şəxs, Sadiq Əliyev və Şahid2la birlikdə Vasif Namazovun idarə etdiyi avtomaşında əyləşmişdir. Bir qədər yol getdikdən sonra bir meşəyə yaxınlaşaraq orada maşınlardan düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs əynində qara cins şalvar və qara köynək olmuşdur. Maşından aşağı düşən kimi X77 Qurbanovu boğazından tutub yerə yıxmış, bundan sonra o, Şahid2la Zərərçəkmiş şəxs əlqolunu skotçla bağlayıb yerdə uzandırmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxsla söhbət etməyə başlamış, yəni Vaqif Qədimovun evindən apardıqları qızıl-brillyantların harda olmasını, eləcədə Vaqif Qədimovun evində olan hadisəni kimlərə danışması barədə soruşmuş, bu zaman Zərərçəkmiş şəxs həqiqətən də Vaqif Qədimovun evindən çıxan qızıl-zinət əşyalarının qaşlarının anası tərəfindən dəyişildiyini, eləcədə orada olan hadisəni polisdə işləyən Samirə, «Şping» ləqəbli Emilə danışdığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs qucağına götürərək ağaclığın içərisinə aparıb ağaca dirəmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan skotçla Zərərçəkmiş şəxs başını ağzı ilə bərabər ağaca bağlamışdır. Sadiq Əliyevlə birlikdə Zərərçəkmiş şəxs hərəsi 1-2 dəfə bıçaq zərbələri endirdikdən sonra o, Zərərçəkmiş şəxs başını və dizində «666» rəqəmləri həkk olunan tatuirovkanı kəsib meşəyə tullamışdır. Bu zaman erməni Ovik Manuçaryan avtomaşından benzinlə dolu konistri gətirərək Vasif Namazova vermiş, Vasif Namazov isə ona vermiş və bundan sonra o, konistri açıb benzini Zərərçəkmiş şəxs üstünə tökərək yandırmışdır. Bundan sonra da Təqsirləndirilən şəxsla aralarında yaxın münasibətlər davam etmişdir. 2004-cü ilin əvvəllərində X30 və Novruz Eyyubovun qətlə yetirilməsindən sonra tutulmağından qorxaraq öz sənədlərini Moskva şəhərində tullamışdır. Sonra isə həmin şəhadətnaməni Təqsirləndirilən şəxs köməkliyi ilə almışdır. Təqsirləndirilən şəxs deməsindən X7 onun qohumu olduğunu bilmişdir, lakin necə qohum olduqlarını bilməmişdir. Təqsirləndirilən şəxs Kənan Kazımlının anket məlumatlarını bildiyinə görə Moskvada polis bölməsinə müraciət edərək guya şəxsiyyət vəsiqəsini itirməsi barədə məlumat vermiş və özünü X2 təqdim edərək öz şəklini verib həmin adamın adına sənəd almışdır. Odur ki, Təqsirləndirilən şəxs vəsiqə almaq üçün müraciət edən zamanı sonuncu həmin Kənan Kazımlının adına vəsiqə düzəldərək şəhadətnamədə onun şəklini yapışdırmışdır. Məhkəmədə tədqiq edilmiş hazırki cinayət işinin ayrıldığı 52504 nömrəli cinayət işi üzrə təqsirləndirilən Şahid2 da ifadələrində göstərmişdir ki, 2003-cü ilin iyul ayında Moskva şəhəri yaxınlığında meşə sahəsində həmyerlisi Zərərçəkmiş şəxs qəsdən öldürdüklərini də səmimi etiraf edərək göstərmişdir ki, 2003-cü ilin iyul ayının əvvəllərində Bakıda olarkən Şahid1 Moskvada olan X47 ilə telefonla danışaraq oraya gələcəyini bildirmişdir. 04 iyul 2003-cü il tarixdə təyyarə ilə o, Şahid1la Moskva şəhərinə getmişlər. Əslən Gəncə şəhərindən olan və uzun müddət Moskva şəhərində yaşayan X39 və Sadiq Əliyev onları aeroportda qarşılayaraq hansısa motelə aparmışlar. Orada bir müddət dincəldikdən sonra ailəvi dostu olan X40 onun dalınca VAZ 2107 markalı avtomaşınla gələrək onu Moskva ətrafında «Lesnoy qorodok» adlanan yerdə «Kryokşina» yaşayış massivindəki evinə aparmış və orada 3 gün birlikdə qalmışlar. Sonra yenə qeyd olunan motelə qayıtdıqda orada Şahid1 başqa Zərərçəkmiş şəxs, Vasif Namazovun, Sadiq Əliyevin və həmin vaxta kimi tanımadığı Təqsirləndirilən şəxs olduqlarını görmüşdür. Təxminən iyul ayının 10-da o, Şahid1, Vasif Namazov, Sadiq Əliyev və Təqsirləndirilən şəxs Moskva şəhərinin «Oxotnıy ryad» adlanan yerin yaxınlığında oturub pivə içən zaman Şahid1 Zərərçəkmiş şəxs öldürmək fikrinin olduğunu bildirmiş, bu zaman orada olan şəxslər hərəsi bir fərziyyə söyləmiş, axırda isə Sadiq Əliyev və Təqsirləndirilən şəxs Şahid1 «brat narahat olma, həll edəcəyik» sözlərini deyərək söhbəti bu yerdə saxlamışlar. Səhəri gün o, Şahid1, Təqsirləndirilən şəxs və Sadiq Əliyev «Starı Arbat» adlanan ərazidə oturub söhbət edən zaman sonuncular Zərərçəkmiş şəxs öldürmək planını müzakirə etməyə başlamış və Zərərçəkmiş şəxs Moskva ətrafında bir evə quldurluq etmək adı altında aldadıb apararaq orada öldürməyi qərarlaşdırmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün hətta Moskvadan çox kənarda yaxşı yerin olduğunu da demişdir. Bu zaman Şahid1 Zərərçəkmiş şəxs özü öldürəcəyini bildirərək heç kimin onunla işi olmamasını demiş və X78 Məmmədova, əgər Vasif Namazovu görsələr ona da xəbər vermələrini tapşırmışdır. Bu söhbətin səhəri günü günorta təxminən 12 radəiərində Sadiq Əliyev və Zərərçəkmiş şəxs Moskvada yaşayan erməni milliyyfətindən olan X19 sonuncunun qara rəngli QAZ 24 markalı «Volqa» avtomaşını ilə onun və Şahid1 qaldıqları motelə gələrək «Baqrationski» adlanan bazarda Vasif Namazovun gözlədiyini bildirib oraya getməyi xahiş etmişlər. O, Şahid1, Sadiq Əliyev və Zərərçəkmiş şəxs Ovik Manuçaryanın avtomaşınına əyləşib «Baqrationski» bazarına getmişlər. Orada bir az gözlədikdən sonra saat təxminən 17 radəiərində Təqsirləndirilən şəxs və Vasif Namazov sonuncuya məxsus tünd yaşıl rəngli VAZ 21010 markalı avtomaşınla bazara gəlmişlər. Şahid1 və Təqsirləndirilən şəxs Vasif Namazovun idarə etdiyi avtomaşına, o isə Sadiq Əliyev və Zərərçəkmiş şəxsla birlikdə Ovik Manuçaryanın idarə etdiyi avtomaşına minib Podmoskovye istiqamətində irəliləməyə başlamışlar. Həmişə olduğu kimi Şahid1, Zərərçəkmiş şəxs və Sadiq Əliyevin üstlərində bıçaqlar olmuş, lakin Təqsirləndirilən şəxs və Vasif Namazovun, eləcədə Ovik Manuçaryanın üstlərində bıçaqın və yaxud digər silahın olub-olmamasını bilməmişdir. Xeyli yol getdikdən sonra Vasif Namazov avtomaşını yolun kənarında qarpız satılan yerdə saxlamış və Təqsirləndirilən şəxs düşüb bir-iki ədəd qarpız alaraq avtomaşına oturub yol getməyə davam etmişlər. Bir qədər yol gedərək yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsində maşınları saxlayaraq orada avtomaşınlara benzin vurulmuş və əlavə olaraq Vasif Namazov 5-litrlik konistrə də benzin vurdurmuşdur. Yanacaqdoldurma məntəqəsindən çıxandan sonra bir az yol gedib orada yerləşən kafedə əyləşib Zərərçəkmiş şəxs yanında guya quldurluq etmələrinin vaxtını gözləmələrini göstərmək üçün havanın qaralmasını gözləmişlər. Təxminən 1-2 saat kafedə oturandan sonra Şahid1 gəlib Ovik Manuçaryanın maşınında qabaq oturacağında əyləşmiş, o isə Zərərçəkmiş şəxsla və Sadiq Əliyevlə birlikdə həmin maşının arxa oturacağında oturmuşlar. Təqsirləndirilən şəxs isə Vasif Namazovun maşınında əyləşmişdir. Bir qədər yol getdikdən sonra onlar meşəliyə çatmış, bu zaman hamısı maşınlardan yerə düşmüş, X62 Qurbanov irəlidə getməyə başlamışlar. Birdən ani olaraq X77 Qurbanovun arxadan boğazından tutub yerə yıxmış, bu zaman Təqsirləndirilən şəxs və Vasif Namazov onlara çataraq Zərərçəkmiş şəxs yerə uzandırıb əl-ayağını skotçla bağlamış, o, isə təpiklə Zərərçəkmiş şəxs ağzından vurmuşdur. Çünki Şahid1 deməsindən Zərərçəkmiş şəxs onun dalınca bir-iki təhqiramiz sözlər işlətmiş və həmin sözlər də onun yaddaşında qalmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs və Sadiq Əliyevə kömək edərək Zərərçəkmiş şəxs götürüb meşəyə tərəf aparmışlar. Meşəyə çatanda onlar Zərərçəkmiş şəxs yerə qoymuşlar. Bu zaman Şahid1 gələrək tək Zərərçəkmiş şəxs götürüb meşəliyin lap içərisinə apararaq ağaca dirəmişdir. Şahid1 və Sadiq Əliyev yerə çömələrək Zərərçəkmiş şəxs yanında oturmuşlar. Söhbət zamanı Zərərçəkmiş şəxs etiraf etmişdir ki, Bakıda Vaqif Qədimovun evindən oğurlandığı qızılların qaşlarını anası lltimaz Məmmədova dəyişmiş, orada olan hadisə barəsində X22, «Şping» ləqəbli Emin adlı şəxsə danışmışdır. Bu zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs ağzını skotçla ağaca bağladıqdan sonra birinci Sadiq Əliyev, sonra isə X54 Qurbanova bədəninin müxtəlif nahiyyələrindən bıçaq zərbələri vurmuş, sonda isə Şahid1 Zərərçəkmiş şəxs boğazını, sonra isə dizindəki «666» rəqəmləri həkk olunan tatuirovkanı kəsib kənara tullamışdır. X63 Vasif Namazovun maşınından içərisi benzinlə dolu konistri gətirib Vasif Namazova, o isə həmin konistri Şahid1 vermişdir sonuncu da benzini Zərərçəkmiş şəxs üstünə tökmüşdür. Bu zaman Şahid1 ona Zərərçəkmiş şəxs ayaqlarına da benzin tökməyi tapşırmış və o, Şahid1 tapşırığını icra etdikdən sonra sonuncu kibriti yandırıb Zərərçəkmiş şəxs üstünə tullayaraq yandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Vasif Namazov sonuncunun maşınına, o isə Sadiq Əliyevlə və Şahid1la Ovik Manuçaryanın avtomaşınına əyləşərək hadisə yerindən getmişlər. Qayıdarkən yarıyolda avtomaşınları saxlayıb orada olan diskobara düşmüşlər. Şahid1la Sadiq Əliyev orada ayaqyoluna keçərək Sadiq Əliyev əllərini yuyub əynindəki şalvarını çırpmış, Şahid1 isə qanlı bıçağını yumuş, həmçinin əynindəki göy rəngli idman paltarını çırparaq təmizləmişdir. Şahid1 şalvarına və krossovkalarına qan ləkələri düşdüyündən cib dəsmalını isladaraq qan ləkələrini təmizləmişdir. Gecə saat təqribən 02 radələrində Moskva şəhərindəki motelə çatmışlar. X71 və Ovik Manuçaryan öz evlərinə getmiş, o, Şahid1, Təqsirləndirilən şəxs və Sadiq Əliyev isə moteldə şam edərək yıxılıb yatmışlar. Təqsirləndirilən şəxs Şahid2 ifadələrinə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qətlində iştirak edən şəxslərin hamısının əvvəlcədən qətl olacağı barədə məlumatları olmuşdur. Həmin hadisədən bir neçə gün sonra onlar Gəncəyə gəlməyə razılaşmışlar və bunun üçün Vasif Namazov avtobusa 4 nəfərlik bilet almışdır. 24 iyul 2003-cü il tarixdə o, Sadiq Əliyev, Təqsirləndirilən şəxs və Şahid1la birlikdə avtobusla Bakı şəhərinə, oradan da Gəncəyə gəlmişlər. Bundan başqa Şahid2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmü ilə bir sıra ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürülməsinə görə Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11 və sair maddələri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq dilmiş hazırki cinayət işinin ayrıldığı 52504 nömrəli cinayət işi üzrə təqsirləndirilən Şahid3 ifadəsində göstərmişdir ki, 1999-cu ilin aprel ayında hərbi xidməti bitirdikdən sonra bir neçə ay Gəncə şəhərində yaşayıb həmin ilin avqust ayında ticarətlə məşğul olmaq məqsədilə Moskva şəhərinə getmişdir. Moskvada olduğu müddətdə bir sıra azərbaycanlı şəxslərlə tanış olmuş, o cümlədən 2001-ci ildə Moskvada “Afqanets” adı ilə tanınan bazarda gəncə şəhərindən olan Sadiq Əliyev, Təqsirləndirilən şəxs, Vasif Namazov, Eşqin, Xan adı ilə tanınan Xanoğlan və onun qardaşı Vüqar adlı şəxslərlə tanış olmuşdur. Vasif Namazovun həmin vaxtlar Moskvanın Kutuzov rayonunda stadionun yaxınlığında kafesi olmuş və Gəncədən olan uşaqlar əsasən həmin kafedə yığışmışlar. Eyni zamanda həmin kafedə Vasifin qardaşı Xəqanıni, erməni millətindən olan Ovik adlı şəxsi də tanımış və bundan sonrakı müddətlərdə tez-tez həmin kafedə həmyerliləri və tanışları ilə görüşmüşdür. 2003-cü ilin təxminən iyul ayında Vasif Namazovun həmin kafesində olarkən Sadiq Əliyev də kafeyə gəlmiş və Gəncədən Pərviz və Anar adlı dostlarının Moskvaya gələcəklərini bildirmişdir. Həmin günlərdə yenə də kafedə olarkən Sadiq və X64 və Anarın gəldiyini və onları aeroprtda qarşılayıb hansısa oteldə yerləşdirdiyini bildirmişdir. Sadiqin ona bildirdiyinə görə X14rluq və ya hansısa cinayət əməli ilə bağlı gəlmişlər. Bundan sonra Vasifin həmin kafesində Şahid1 və Şahid2la bir neçə dəfə görüşmüşdür və sonuncuların Sadiq və Vasiflə birlikdə banda şəklində cinayətlər törətdiklərini hiss etmişdir. 2003-cü ilin iyul ayının axırlarına yaxın Vasif Namazov ona zəng vuraraq Təqsirləndirilən şəxs Yeqoryevski rayonunda onlara qonaqlıq verəcəklərini bildirib onun da dəvətii olmasını bildirmişdir. Vasif Namazovun işlətdiyi kafeyə gedərək onunla görüşmüş və sonuncunun yaşıl rəngli 21010 markalı avtomaşını ilə Yeqoryevski rayonuna yola düşmüşlər. Həmin vaxt Sadiq Əliyev, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs da Ovik adlı erməninin “Qaz 24“ markalı avtomaşını ilə onlarla birgə getmişlər. Yolda Təqsirləndirilən şəxs onları qarşılamış və yolüstü bir kafedə yemək yedikdən sonra Raul da onunla birlikdə Vasifin avtomaşını ilə,digərləri isə eyni qaydada Ovikin avtomaşını İlə yola düşmüşlər və magistral yoldan kənara çıxaraq meşəlik əraziyə irəliləmişlər. Meşəlik bir yerdə avtomaşınlar dayanmış və maşındakı adamların hamısı yerə düşmüşdür. O, Vasifdən bura niyə gəldiklərini soruşduqda Vasif bildirmişdir ki, Pərvizin Ceyhunla işi var. Bundan sonra Sadiq qəflətən hücum edib Ceyhunu yerə yıxmış, Pərviz və Vasif də ona kömək edərək Ceyhunun əllərini bağlamışlar. Bundan sonra Sadiq və Pərviz bıçaqla Ceyhunun müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri vurmuşlar. O qışqıraraq niyə belə etdiklərini soruşduqda Pərviz ona acıqlanmış və Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bu işə qarışmamağı, sakit dayanmağı tövsiyə etmişdir. Sonra Ovik avtomaşınından kanistrdə benzin götürərək Pərvizə vermiş, sonuncu isə benzini Ceyhunun üzərinə tökərək yandırmışdır. Sonra eyni şəkildə iki avtomaşınla Vasif Namazovun işlətdiyi kafeyə qayıtmışlar, orada Pərviz və digərləri əllərini və paltarlarını təmizləmiş və hər kəs öz yaşadığı yerə getmişdir. Şahid3 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2005-ci il tarixli hökmü ilə 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmiə əlaqədar qəsdən öldürülməsinə görə Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4 və 120.2.11 -ci maddələri ilə təqsirli bilinib 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahidlər X4, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, şahidlər X4, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Belə ki, cinayət işinə əlavə olunmuş Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.03.2005-ci il tarixli A-0156 saylı və 01.12.2005-ci il tarixli A-0973 saylı qanuni qüvvəyə minmiş hökmlərin surətindən görünür ki, Şahid1, Şahid2, İmran Cənnətov, Müşviq Cənnətov, Aftandil Şükürov, Elnur Quliyev, Anar Həsənov, Eşqin Quliyev, Zamiq İbrahimov və Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 217.2-ci və sair maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxlərlə birlikdə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qrupda (bandada) və silahlı qrupun törətdiyi basqında iştirak etmiş, mütəşəkkil dəstə halında xüsusi amansızlıqla və banditizmlə əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Verilmiş ittihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 maddələri ilə əhatə olunan cinayət əməlini 21.07.2003-cü il tarixdə törətmişdir. Məhkəmə qeyd olunan əmələ görə şəxsə cəza təyini ilə bağlı qeyd edir ki, 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklə əməlin ağırlıq təsnifatı dəyişməsə də (hər iki halda xüsusilə ağır cinayət əməli hesab olunur), şəxsə münasibətdə cinayət törətdiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası 30.05.2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə artırılmaqla ağırlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.1, 12.1,120.2.4, 12.1,120.2.11ci maddələri ilə cəza təyin olunarkən qeyd olunan dəyişiklik nəzərə alınmadan, şəxsin cinayət əməlini törətdiyi zaman qüvvədə olmuş sanksiya həddində (12-15 il müddətə azadlıqdan məhrumetmə) azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş 20 aprel 2006-cı il tarixli hökmün surətindən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rusiya Federasiyası Moskva şəhəri Kurminskiy rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Rusiya FederasiyasıCinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi, 118-ci maddəsinin 1-ci hissəsi, 316-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək başlanğıcı 25 mart 2005-ci il tarixdən hesablanmaqla qəti olaraq 15 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Rusiya Federasiyası Vladimir şəhəri, Fruzensk rayon məhkəməsinin 24 noyabr 2011-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsi (cinayətə hazırlıq və cinayət etməyə cəhd), 228-1 maddəsinin 2-ci hissəsinin «B» bəndi (qanunsuz olaraq narkotik vasitələri, psixotop maddələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əfdə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə 09 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Rusiya Federasiyası Vladimir Vilayət Məhkəməsinin Rəyasət Heyyətinin 12.12.2016-ci il tarixli qərarına əsasən onun əməlləri tövsif edilərək Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu məcəlləsinin, 3cü hissəsinə, 228.1-ci məcəlləsinin 1-ci hissəsinə və həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 08 il 06 aya endirilmişdir və cəzasını çəkdikdən sonra 23.04.2021-ci il tarixdə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Gültəkin Qurbanovanın Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 27 may 2020-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə və meyitə baxış zamanı götürülmüş bir ədəd bıçaq, bir ədəd alışqan, «666» rəqəmləri həkk olunmuş tatuirovkakəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yarıyanmış paltarlarının Moskva vilayəti, Yeqorovski şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işinin materialları ilə Moskva şəhəri Yeqorovski şəhər məhkəməsinə göndərilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11-ci maddələri ilə 12 ( on iki ) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 217.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə və meyitə baxış zamanı götürülmüş bir ədəd bıçaq, bir ədəd alışqan, «666» rəqəmləri həkk olunmuş tatuirovkakəsilmiş dəri hissəsi və Zərərçəkmiş şəxs yarıyanmış paltarlarının Moskva vilayəti, Yeqorovski şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işinin materialları ilə Moskva vilayəti, Yeqorovski şəhər məhkəməsinə göndərilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-554/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-554/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver