Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-558/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X13 və X3 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Əlmirzə oğlu və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran savxozu, 2382-ci kvartal, ev 15-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 29/48-də yaşamış, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma, saxlama və satma barədə öz tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə öz tərkib əlamətlərinə görə fərqlənən külli miqdarda - 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram və külli miqdarda - 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram olmaqla iki bükümdə cəmi 105,144 (yüz beş tam, mində yüz qırx dörd) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Biləsuvar rayonu ərazisində satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu satış məqsədi ilə 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram heroini bölərək 18 ədəd bükümdə, 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram heroini isə bir ədəd bükümdə üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2020-ci il tarixdə saat 18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdə orada saxlanılaraq adı çəkilən idarəyə dəvət edilmiş və xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılarkən o zaman əynində olmuş gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram və həmin gödəkçənin sağ yan cibindən 18 ədəd bükümdə külli miqdarda - 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram olmaqla cəmi külli miqdarda -105,144 (yüz beş tam, mində yüz qırx dörd) qram narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində yerləşən bina evində yaşayır. İş üzrə keçən digər təqsirləndirilən şəxs, yəni Masallı rayon sakini Təqsirləndirilən şəxs2 təxminən 2018-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 o zaman onun evində ustalıqla məşğul olmuş və münasibətləri yaranmışdır. Elə həmin vaxtdan sonra isə yaxın bir tanış kimi bir-birləri ilə mütamadi olaraq əlaqə saxlamışlar. Halhazırda da Vasiflə aralarında heç bir ədavət yoxdur. Onu da bildirmək istəyir ki, onun özü həmin iş üzrə həbs olunmazdan əvvəlki bir neçə ilə ərzində narkotik vasitə heroindən istifadə etmiş və Vasifin bu barədə məlumatı olmuşdur. Lakin, o, Vasifin vastitəsi ilə əvvəllər heç bir narkotik vasitə əldə etməmişdir. İstifadə etdiyi narkotik vasitəni, yəni heroini tanımadığı müxtəlif şəxslərdən pul müqabilində almış, lakin onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin satılşı ilə məşğul olmamışdır. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə o, narkotik vasitə heroini tapmaqda çətinlik çəkirmişdir. 2020ci ilin mart ayında tanışı Təqsirləndirilən şəxs2 onunla telefon əlaqəsi saxlayaraq onda narkotik vasitə heroin olduğunu bildirmişdir. O, Vasifdən həmin narkotik vasitə heroini haradan əldə etdiyini soruşmuş və Vasif isə ona narkotik vasitə heroini tapdığını bildirmişdir. Bundan sonra Vasifə həmin narkotik vasitə heroini Bakıya gətirməsini xahiş etmişdir. Lakin, Vasif ona Bakıya gələ bilməyəcəyini, işlə bağlı Biləsuvar rayonunda olduğunu və ora gəlməsini demişdir. Buna görə də o, Vasiflə telefon əlaqəsi saxlayraq 2020-ci ilin mart aylarının sonlarında Biləsuvara getmiş və orada Vasiflə görüşüb narkotik vasitə heroini ondan götürmüşdür. Narkotik vasitə heroinin əvəzində Vasifə 600 manat pul vermiş və əlavə olaraq 800 manat da verəcəyini bildirmişdir. Vasif ondan 600 manat pulu aldıqan sonra onunla sağollaşıb yaşadığı Bakı şəhərinə qayıtmışdır. Bundan sonrakı dövrdə Vasif onunla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq qalan 800 manat pulu da verməsini tələb etməyə başlamışdır. Lakin, pulu olmadığı üçün onun pulunu verə bilməmişdir. Onu da bildirmək istəyir ki, o zaman Bakı şəhərinə qayıtdıqdan sonra özündə olan elektron tərəzidə o, həmin narkotik vasitə heroini çəkmiş və həmin narkotikin təxminən 100 qramdan bir qədər çox olmasını bilmişdir. Bundan sonra o, həmin heroin olan bağlamanı açaraq hər birində 0,5 qram olmaqla 18 ədəd xırda bükümlərə bölmüş və qalan narkotik vasitə heroini isə əvvəlki bükümündə saxlamışdır. Onu da bildirmək istəyir ki, həmin heroini rahat istifadə etmək məqsədi ilə bükümlərə bölmüşdür. Hadisə günü, yəni 01 aprel 2020-ci il tarixdə axşam üstü o, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığında olan zaman, əvvəllər tanımadığı polis əməkdaşları ona narkotiklə bağlı şübhəli olmasını deyib onu Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin idarədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı Vasifdən əldə etdiyi həmin heroinin hamısı onun üzərindən aşkar edilərək götürülmüşdür. Tutuduğu həmin əmələ görə peşmandır. Polis əməkdaşları tərəfindən yaxalanıb üzərinə şəxsi axtarış keçirildiyi zaman ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. İş üzrə istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmiş və o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini bildirmişdir. Bir daha bildirir ki, onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Tanışı Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə heroini yalnız öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs2lə yaxın münasibətlərdə olduqlarına görə o, əvvəlcə Vasifin adını bildirmək istəməmişdir. Lakin, sonra hər şeyi etiraf edərək həmin narkotik vasitə heroini öz tanışı Vasifdən əldə etdiyini bildirmişdir. Vasifdən əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini o, yalnız həmin narkotikdən rahat istifadə etmək üçün kiçik bükümlərə bölmüşdür. Həmin nakrkotik vasitə olan heroini qanunsuz yolla əldə etdiyinə görə peşmançılıq çəkir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 31-32-ci vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda “Təqsirləndirilən şəxs1” qeydləri qarşısında olan imza ona məxsusdur. Həmin protokolda göstərildiyi kimi, o, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində olan “Nənəmin Təndiri” adlı obyektin yaxınlığına saxlanılaraq həmin idarəyə aparılmışdır. Həmin idarədə olan zaman bir nəfər vəkil onun müdafiəçisi qismində dəvət olunub ona təqdim olunduqdan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman video çəkiliş aparılmışdır. Onun üzərinə şəxsi axtarış keçirilən zaman həqiqətən o zaman əynində olmuş gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə olan heroin, gödəkçəsinin sağ yan cibindən isə on səkkiz ədəd kiçik bükümlərdə olan heroin və həmçinin üzərində olmuş bir ədəd kicik elektron tərəzi aşkar edilərək qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında nümayiş etdirilməklə 01 aprel 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində onun üzərinə şəxsi axtarış keçirilməsinin əks olunduğu videogörüntülərin doğruluğunu təsdiq edir. Həmin görüntülərdə verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş 19 ədəd bükümdə heroinə bənzər kütlələrin özünə məxsus olduğunu etiraf etdiyini təsdiq edir. Həmin narkotik vasitəni Biləsuvar rayon sakini «Naim» adlı şəxslə “WhatsApp” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, Biləsuvar rayonundan satış məqsədi ilə götürdüyünü, narkotik tərkibli maddə olan heroini sataraq pulunu bank hesabı və ya Milli{n vasitəsi ilə «Naim» adlı şəxsə göndərdiyi barədə göstərilənləri tam təsdiq etmir. Həmin heroini həqiqətən o, Biləsuvar rayonunda «Naim» adlı şəxsdən deyil, öz tanışı Vasifdən götürmüş və bu barədə ibtidai istintaq zamanı da bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin bir hissəsini satmaq üçün əldə etdiyi, heroinin bir qramını 30- 35 manat pul qarşılığında müxtəlif şəxslərə satdığını hal-hazırda təsdiq etmir. Həmin narkotik vasitə olan heroini o, öz tanışı Vasifdən yalnız öz şəxsi imstifadəmi üçün əldə etmişdir. Həmin iş üzrə həbs olunmazdan əvvəl onun özünün istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Elan edilməklə ona təqdim edilmiş «xxxx MMC» tərəfindən istintaq orqanına təqdim edilmiş bir ədəd CD diskdə olmaqla telefon danışıqları və SMS məlumatları və həmin məlumatlardan çıxarışlara baxış zamanı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 01.02.2020-ci il tarixdə saat 01:35 radələrində **********73 saylı mobil telefon nömrəsinə “Qaqas 22 manata brazilskiy kofe qelip, istemirsen. tedzili xeber ver.”, həmin gün saat 11:16 radələrində **********93 saylı mobil nömrəyə “Salam. Negasan 22 manata kola var İstayirsan. Tez gavab de”, 03.02.2020-ci il tarixdə saat 11:58 radələrində **********04 saylı mobil telefon nömrəsinə “Viwna lazimdi 1 list. Varundusa qatir”, 06.02.2020-ci il tarixdə saat 19600 radələrində **********6 mobil telefon nömrəsinə “Suse verme 2 dene ya”, 21.02.2020-ci il tarixdə saat 23619 radələrində **********06 mobil telefona nömrəsinə “10 dana kola lazimdi. Naqd. Srocni.” SMS yazışmaların müəyyən edildiyi ona aydındır. Həmin SMS yazışmalarının məzmununda onun narkotik vasitələrin satışı və pulların ödənməsi ilə bağlı danışıq və yaşışmaların da aparıldığı müəyyən olunduğu aydındır. Onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olmuş SMS məlumatlara əsasən 06.02.2020-ci il tarixdə 9**********6 mobil telefon nömrəsindən “Suse verme 2 dene yari verersen”, 11-02-2020-ci il tarixdə 9**********6 nömrəsindən “Cxmamis yig soz deyirem 22 indi verin elave 10 suse 10 tema gotur dostum yazib durar dursun vurum 20 man olar”, 18.02.2020-ci il tarixdə 9**********6 nömrəsindən “Emim bizde gel cat yig aydin o vaxdan suse qret elmeliydine 3 balaca das imkan olsa verersende”, 25.02.2020-ci il tarixdə **********18 nömrəsindən “Kiwi bagiwla bu vaxt narahat eledim. Kiwi mene 1 dene pati lazimdiye 80 manat var. Alinar indi gelim goruwey.” 25.02.2020-ci il tarixdə 9**********6 nömrəsindən “Pulu indi vururam 5 dey ama temalari ozum gelib göturecem”, 06.03.2020-ci il tarixdə **********15 nömrəsndən “Dayisi nenim ucun 2 dene yari yeni. 1 qe, Birde dunen kimi pat 10 manat. opurem. allah canivi sag ele hormetin artiq olsun.. sen hemise mene hormet eliyirsen”, 18.03.2020-ci il tarixdə **********15 nömrəsindən “Dayisi utaniram demeye qardas cani. goturduyumun 2 sini bir adam var ona verecem 65 man pul alacam 1 nidie bir nefer 35 alaca. 100 bele duzelir 5 di xiyar dursun 135 de o verecek 235 15 ozum qoyuram kknin pulu hazir olur. Qalir p onuda axsam yada sabah dagidib 60 ivi hazir edecem. allaha andosun. emele gelmire dayi gedim pullari alim gelim goturum tezden gedim gorusum. sennen onsuzda gorusurukde. deyirdim gelib goturerdim pulu hazir eliyen kimi hardasan getirib ve rerdim. imkan var emele geliir?” 27.03.2020-ci i tarixdə **********77 nömrəsindən “20 lik pati var”, 29.03.2020-ci il tarixdə **********8 nömrəsindən “Sabahin xeyr dayisi necesen?. dayisi evden cixsan cole menim ucun 2 dene yari pati haszirla goturde..cixmasan de men gelim..sen canin artiq qoyki adimiza laiq olsun..Tovuza pay gonderirem..opurem..” məzmunlu SMS-in yazıldığı ona aydındır. Həmin telefon nömrəsi yuxarıda qeyd olunan tarixlərdə onun özünün istifadəsində olmuşdur. Belə ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmaqla aktiv olmuş və başqa heç kim həmin nömrədən istifadə etməmişdir. Qarşılıqlı SMS yazışmaları aparmış olduğu qeyd edilən mobil telefon nömrələrinin kimlərə məxsus olmasını hal-hazırda xatırlamır. Həmin SMS-rin məzmununda onunla əlaqə yaratmış şəxslərin narkotik vasitələri əldə etmək məqsədi ilə yazdıqlarının görünməsi ona aydındır. Bu kimi yazışmaların onun özünün narkotik vasitə satışı ilə məşğul olmasına dəlalət etdiyi ona aydındır və bununla bağlı heç bir izah vermək istəmir. Yalnız onu bildirmək istəyir ki, törətdiyi əmələ görə çox peşmandır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, baş vermiş hadisələrdən peşmandır. Barəsində olan yüngülləşdirici halların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində yerləşən evində yaşayır. İş üzrə keçən digər təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ildən tanıyır. Belə ki, o, həmin dövrdə Bakı şəhərində Aydının evində təmir işləri ilə məşğul olmuş və münasibətləri yaranmışdır. Elə həmin vaxtdan sonra isə yaxın bir tanış kimi bir-birləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. Hal-hazırda da Aydınla münasibətləri yaxşıdır və aralarında heç bir ədavət yoxdur. Onun özü heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. O, müxtəlif yerlərdə fəhləliklə məşğul olmaqla öz ailəsini dolandırmışdır. 2020-ci ilin təxminən mart ayının əvvəllərində işlə əlaqədar o, Biləsuvar rayonuna getmişdir. Orada işlərini gördükdən sonra isə Masallı rayonuna qayıtmaq üçün taksilərin dayandığı yerə getmişdir. Orada yerləşən ərzaq dükanına daxil olub özünə siqareti almışdır. Həmin dükandan çıxdıqda həmin dükanın yanında olan ağacın altında bir ədəd sellofan torbanın olmasını görmüş və həmin sellofan torbanı götürüb yoxlayan zaman onun içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Heç vaxt narkotik vasitə istifadə etməsə də heroinin hansı formada olmasını təxminən bilir. Əvvəlcə o, həmin sellofan torbanı atmaq istəmiş, lakin sonra qərara almışdır ki, onu götürüb özündə saxlasın. Sonradan onun yadına düşmüşdür ki, Bakı şəhərində yaşayan tanışı Aydın həmin narkotik vasitə heroinin istifadəçisidir. Belə ki, Bakı şəhərində Aydının evinin təmirində işlədiyi üçün onunla münasibəti olmuş və onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Bundan sonra o, Aydınla telefon əlaqəsi saxlayaraq bu barədə ona bildirmişdir. Aydın həmin narkotik vasitə heroini haradan əldə etdiyini ondan soruşmuş və isə təsadüfən tapdığını bildirmişdir. Həmin söhbət zamanı Aydın həmin narkotik vasitə heroini Bakı şəhərinə gəlib ona verməsini xahiş etmişdir. O isə Aydına Bakı şəhərinə gələ bilməyəcəyini bildirmiş və özünün Biləsuvar rayonunda olmasını bildirərək ora gəlməsini demişdir. Bundan sonra Aydın onunla telefon əlaqəsi saxlayaraq 2020-ci ilin mart aylarının sonlarında Biləsuvar rayonuna onun yanına gəlmiş və həmin bir bükümdə olan heroini Aydına vermişdir. Bunun əvəzində Aydın ona 600 manat pul vermiş və əlavə olaraq 800 manat da verəcəyini bildirmişdir. Aydından həmin 600 manatı almış və yaşadığı rayona qayıtmışdır. Sonradan Aydınla əlaqə saxlamış və pul barədə maraqlanmışdır. Aydın yolların bağlı olduğunu bildirmiş və ona pulu kart vasitəsi ilə göndərəcəyini bildirmiş, o isə ona kredit kartının olmadığını bildirmişdir. Bundan sonra Aydın ona öz tanışlarından kart taparaq ona həmin kartın üzərində olan rəqəmləri söyləməyini və pulu həmin karta vuracağını bildirmişdir. Həmin dövrdə onun özünün öz tanışı Elsevərə 200 manat borcu olmuşdur. Buna görə də Elsəvərlə telefon əlaqəsi saxlayaraq Bakıdan pul göndəriləcəyini, kredit kartı tapmasını və pulun kredit kartına göndəriləcəyini bundan sonra isə kartdan pulu çıxarıb onun borcunu verəcəyini bildirmişdir. Elsəvər öz xalası oğlu Rəşadın kartının şəklini ona atmışdır. O isə həmin kartın şəklini Aydına atmış, lakin Aydın həmin karta pul köçürməmişdir. Bundan bir neçə gün sonra Aydınla əlaqə saxlamış, lakin onun nömrələrinə zəng çatmamışdır. 04 aprel 2020-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı Masallı rayonu Qızılağac kəndində yerləşən fərdi evin qapısı döyülmüş və qapını açdıqda bir neçə nəfər mülki geyimli şəxslərin qapının qarşısında dayandıqlarını görmüşdür. Həmin şəxslər özlərinin polis əməkdaşları olmalarını bildirərək Aydının tutulduğunu və keçirilmiş tədbirlər nəticəsində Aydının narkotik vasitə heroini ondan aldığının müəyyən olunduğunu ona bildirmişlər. Həmin polis əməkdaşları onlarla birlikdə Bakı şəhərinə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyərək onlarla birlikdə həmin idarəyə getmişdir. Onu da bildirmək istəyir ki, o zaman o, Aydına verdiyi heroini öz qardaşı Musadan əldə etdiyini bildirmişdir. Belə ki, o zaman onun öz qardaşı Musa ilə münasibətləri pis olmuş və polis işçilərinin onu qardaşı Musanın xahişi ilə həbs etdiklərini zənn etmişdir. Əslində isə onun qardaşı Musa Əliyev hər-hansı bir narkotik vasitədən istifadə etmir və ona heç vaxt narkotik maddə verməmişdir. Buna görə də o, müstəntiqə hər şeyi olduğu kimi etiraf edərək, həmin heroini Biləsuvar rayonunda təsadüfən tapdığını, tanışı Aydının heroindən istifadə etdiyini bildiyinə görə həmin narkotik maddəni Aydına verib bu yolla bir az pul qazanmaq istədiyini və buna görə Aydının ona ilkin olaraq altı yüz manat pul verdiyini bildirmişdir. Bir daha bildirir ki, onun özü əvvəllər heç vaxt hər-hansı bir narkotik vasitədən istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Fəhləliklə məşğul olmuşdur və Təqsirləndirilən şəxs1 sonuncunun evində 2018-ci ildə təmir işləri aparan zaman tanımışdır. Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə olan heroini o, Biləsuvarda yerləşən ərzaq dükanından çıxdıqda həmin dükanın yanında olan ağacın altından təsadüfən tapmışdır. Həmin hadisə 2020-ci ilin təxminən mart ayının əvvəllərində olmuşdur. Həmin narkotik vasitə olan heroini o, Aydlın Ərəbova 2020-ci ilin təxminən mart ayının sonlarında Biləsuvar rayonunda vermişdir. Həmin narkotik vasitə olan heroini tapdıqdan sonra o, həmin heroini təxminən iyirmi gündən artıq vaxt ərzində özündə qanunsuz saxlamaqda özünü təqsirli hesab edir. Həmin narkotik vasitə olan heroini tapıb özündə saxladığı barədə əvvəlcə o, heç kəsə deməmişdir. Lakin, sonradan yalnız Təqsirləndirilən şəxs1 bu barədə demişdir. Tapdığı həmin heroindən o, heç kəsə verməmiş və yaxud satmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğu bildiyinə görə bu barədə ona məlumat vermişdir. Bundan sonra isə Aydın 2020-ci ilin mart aylarının sonlarında Biləsuvara gələrək bir bükümdə olan həmin heroini ondan götürmüşdür. İstintaq zamanı o, hadisə necə olmuşdursa hər şeyi müstəntiqə bildirmişdir. Törətdiyi həmin əmələ görə peşmandır. O, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini ona verəcəyinə görə ondan qabaqcadan pul istəməmişdir. Onunla Biləsuvar rayonunda görüşüb heroini ona verən zaman Aydın həmin narkotikə görə ona min dörd yüz manat pul verəcəyini demiş və həmin görüş zamanı ona 600 manat pul vermiş, qalan 800 manat pulu isə ona sonra verəcəyini bildirmişdir. Bundan sonrakı dövrdə o, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq qalan pulu da verməsini demiş, lakin Aydın imkanı olmadığını bildirərək bir müddət gözləməsini demişdir. Lakin, sonrakı dövrdə Aydın ona əlavə pul verməmişdir və yuxarıda göstərdiyi kimi 04 aprel 2020-ci il tarixdə yaşadığı Masallı rayonu Qızılağac kəndində olan zaman polis işçiləri onun özünü də həbs edərək Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə onun özünün istifadəsində ***- ***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs1la və digər tanışları ilə o, həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Bir daha bildirir ki, onun həmin narkotik vasitə olan heroini kiməsə satmaq fikri olmamışdır. Lakin, Aydın həmin narkotikə görə ona pul verəcəyini dediyinə görə, o zaman maddi çətinlikləri olduğuna görə onun təklifi ilə razılaşaraq ilkin ödəniş kimi ondan altı yüz manat pul götürmüşdür. Törətdiyi əmələ görə peşmandır və bu hərəkətləri o, maddi imkansızlıq ucbatından etmişdir. Himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, telefon danışıqlarına və sms yazışmalarına dair məlumatlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Həmin şəxsləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilərək onların yaxalanması zamanı görmüşdür. Belə ki, 01 aprel 2020-ci il tarixdə işlədiyi idarəyə Bakı şəhəri Xətai rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə onun tərəfindən raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması barədə idarə rəzbərliyinin təsdiqi ilə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış, həmin əməliyyat qrupuna özü rəhbərlik etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 həmin qrupa daxil edilmişlər. Sonra isə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 01 aprel 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 həmin yerdə olması ehtimal olunduğu barədə alınmış əməliyyat məlumatı ilə bağlı onlar Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində olan “Nənəmin Təndiri” adlanan obyektin yaxınlığına gedərək kənardan bir qədər müşahidə aparmışlar. Həmin gün saat 18-45 radələrində həmin obyektin yaxınlığında öz xarici görünüşcə əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin kənarda dayandığını görmüş və ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqə göstərərək özlərini təqdim etmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu izah etmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra bu barədə rəhbərliyə məruzə olunmuş və rəhbərlik tərəfindən bununla bağlı araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşuya həvalə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və həmin müdafiəçi ilə tanış olub öz aralarında söhbət etmişlər. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilmişdir. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli olduğuna görə videoçəkiliş aparılmaqla onun üstündə şəxsi axtarış aparılacağını və bunun nəticələri barədə protokol tərtib olunacağını bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək onun üzərində təxminən yüz qram çəkidə narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 üzərində nə kimi qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 o zaman əynində olan gödəkçəsinin bir cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, o biri cibindən isə on səkkiz ədəd xırda sellofan bükümlərini təqdim etmiş və həmin bükümlərin içərisində də kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlələrin olduğu aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Sonra isə həmin bükümlər və elektron tərəzi ayrı-ayrılıqda qablaşdıralıraq möhurlənmiş, Təqsirləndirilən şəxs1 və onlar həmin bağlamaların üzərində imza etmişlər. Bu barədə təhqiqatçısı Nəcəf Aburşu tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi şeç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş cəmi 19 bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Biləsuvar rayon sakini «Naim» adlı şəxslə “Whatsapp” ani mesajlaşma sistemində əlaqə saxlayaraq Biləsuvar rayonundan satış məqsədi ilə götürdüyünü etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroinin satışını həyata keçirərək, heroinin bir qramını 30-35 manat qarşılığında adlarını xatırlamadığı müxtəlif şəxslərə satdığını bildirmişdir. Narkotikə görə pulu isə bank hesabı və ya «MilliÖn» ödəmə aparatı vasitəsi ilə həmin «Naim» adlı şəxsə göndərdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özünün də narkotik vasitə olan heroindən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra isə müvafiq əməliyyat tapşırığına əsasən onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı «Naim» adlı şəxsin Təqsirləndirilən şəxs1 tanışı olan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 Masallı rayonu, Qızılağac kəndində yaşadığı müəyyən edilmiş və daxil olmuş tapşırığın icrası ilə əlaqədar 03 aprel 2020-ci il tarixdə saat 20 radələrində o, əməliyyat qrupunun üzvüləri Şahid2 və Şahid3la birlikdə Masallı rayonuna getmişlər. Orada Təqsirləndirilən şəxs2 yaşadığı ünvanı dəqiqləşdirmiş və növbəti gün yəni 04 aprel 2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedərək özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək onu istintaqa təqdim etmişlər. Şifahi qaydada apardıqları sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 tanıdığını həmin şəxsə bir bükümdə olmaqla təxminən yüz qram çəkidə narkotik vasitə olan heroin satdığını və bunun müqabilində Təqsirləndirilən şəxs1 ona ilk ödəniş kimi altı yüz manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və həmçinin Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılıb Baş idarəyə aparıldıqları və orada olduqları müddət ərzində şəxsən onun özü, yaxud digər polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılan zaman Təqsirləndirilən şəxs1 üzərində xeyli miqdarda narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Həmin narkotik vasitənin mənbəyi ilə bağlı Təqsirləndirilən şəxs1 heroini Biləsuvar rayon sakini «Naim» adlı şəxsdən əldə etdiyini demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini öz tanışı Təqsirləndirilən şəxs2 pul müqabilində əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılan zaman və orada üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində təxminən yüz qram çəkidə narkotik vasitə olan heroin olduğunu etiraf etmiş və həmin həmin narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Həmin narkotik vasitənin mənbəyi ilə bağlı Təqsirləndirilən şəxs1 əvvəlcə həmin narkotik vasitəni «Naim» adlı şəxsdən əldə etdiyini bildirmiş, sonra isə hər şeyi etiraf edərək narkotik vasitə olan heroini Masallı rayon sakini Təqsirləndirilən şəxs2 pul müqabilində əldə etdiyini onlara bildirmişdir. Elan olunmaqla ona təqdim edilmiş cinayət işinin birinci cildinin 31-32-ci vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «iştirak etdi-Müşviq Şükürov» qeydləri qarşısındakı imza ona məxsusdur. Həqiqətən həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 o zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofanda narkotik tərkibli maddə olan heroinə bənzər kütləni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən on səkkiz ədəd şəffaf sellofan bükümdə narkotik tərkibli maddə olan heroinə bənzər kütlələri və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, bir ədəd Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Daha sonra içində heroinə oxşar maddə olan həmin on doqquz ədəd şəffaf sellofandakı bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 109 qram olduğu müəyyən edilmişdir. Sonra həmin on doqquz ədəd büküm və elektron tərəzi qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin protokol onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 şahid X1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək iş üzrə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəraitdə yaxalanıb həmin idarədə müdafiəçinin iştirakı ilə sonuncunun üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan cəmi on doqquz ədəd sellofan bükümləri və bir ədəd elektron tərəzinin aşkar edilərək qablaşdırılıb möhürlənib götürüldüyü, cinayət əməlinin əməlinin digər iştirakçısı Təqsirləndirilən şəxs2 yaşadığı Masallı rayonundan yuxarıda göstərilən şəraitdə yaxalanıb istintaqa təqdim olunduğunu və digər xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 aprel 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Tədqiqat idarəsinin müstəntiqi Z.S.Qurbanov tərəfindən Təqsirləndirilən şəxs1 qeyriləri ilə satış məqsədi və ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, daşınması, saxlanılması, satılması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində saxlanılaraq həmin idarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda -96,514 qram çəkidə narkotik vasitə heroin və həmin gödəkçənin sağ yan cibindən 18 ədəd bükümdə ümumilikdə külli miqdarda-8,630 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi ilə əlaqədar fakta görə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanaraq istintaq aparılmışdır. (cild 1, iş vər. 01). İşdə olan raportun məzmunundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin əməliyyat müvəkkili Şahid1, həmin İdarənin rəisinə raportla məruzə edərək 01.04.2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatında Sabunçu rayonunda qeydiyyatda olmaqla Xətai rayonunda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi bildirilmiş, daxil olmuş məlumatı yoxlamaq məqsədilə BNMİ əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat məlumatında adı qeyd olunmuş şəxsin saxlanılaraq həmin idarəyə gətirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 4). “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 aprel 2020-ci il tarixdə saat 19-40 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı təhqiqatçısı Nəcəf Aburşu tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 26). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofanda narkotik tərkibli maddə olan heroinə bənzər kütləni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən 18 (on səkkiz) ədəd şəffaf sellofan bükümdə narkotik tərkibli maddə olan heroinə bənzər kütlələri və 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etdi. Daha sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd “Samsung” markalı, qara rəngli, mobil telefon, 20 manat pul, bir ədəd Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olundu. Daha sonra içində heroinə oxşar maddə olan 19 ədəd şəffaf sellofandakı bükümlər elektron tərəzidə çəkildi və ümumi çəkisi 109 qram oldu. Həmin 19 ədəd büküm elektron tərəzidə çəkildikdən sonra zərfə yerləşdirildi, möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq götürüldü. Bundan başqa 1 ədəd Samsung markalı mobil telefon, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 manat pul Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq, üzərindən aşkar olunmuş 19 ədəd bükümdə heroinə bənzər kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Biləsuvar rayon sakini Naim adlı şəxslə “WhatsApp” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, Biləsuvar rayonundan satış məqsədi ilə götürdüyünü, narkotik tərkibli maddə olan heroini sataraq pulunu bank hesabı və ya “MilliÖn” vasitəsi ilə Naim adlı şəxsə göndərdiyini, özünün də narkotik maddələrdən istifadə etdiyini, heroinin 1 qramını 30-35 azan pul qarşılığında müxtəlif şəxslərə satdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonun videokamera funksiyasından istifadə edilməklə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən video-çəkiliş aparılmışdır.(cild 01, iş vər 31-32) Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2020-ci il tarixli 6/346 nömrəli rəyində aşağıdakılar göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi və “Təqsirləndirilən şəxs1 üzərindən...” yazısı olan 01 ədəd kağız paketdəki 19 ədəd bükümdən 18 ədəd xırda bükümdə ümumi təmiz çəkisi 8,630 qram və 01 ədəd iri bükümdə təmiz çəkisi 96,514 qram, ümumilikdə təmiz çəkisi 105,144 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 18 ədəd xırda bükümdə ümumi təmiz çəkisi 8,630 qram olan heroinlər öz aralarında eynilik təşkil etməklə təmiz çəkisi 96,514 qram olan heroin kütləsindən kimyəvi tərkiblərinə görə fərqlidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 105,144 qram, tədqiqata sərf edildi – 0,095 qram, qalıq – 105,049 qram.” (cild 01, iş vər 40-44) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-400/2020 saylı 03.04.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti 04 ay müddətinə müəyyən edilmiş, həbs etmənin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vər 89-93) “Telefona baxış keçirilməsi haqqında” 03 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı “Galaxy S7 edge” modelli mobil telefona BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində xidməti otaqda baxış keçirilmiş, telefon texniki cəhətdən sazdır, ekranında müəyyən cızıq əlamətləri vardır, telefonda olan məlumatlara baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild , iş vər. 94). Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə məktubundan görünür ki, BMCMİ-də istintaq edilən ********** nömrəli cinayət işi üzrə, 02.04.2020-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 051-65-76-13 mobil nömrəsini istifadə edən “Naim” adlı şəxsin, xx.xx.1987-ci il təvəllüdlü, Masallı rayonu Qızılağac kəndində yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 04.04.2020-ci il tarixdə saat dəqiqədə Masallı rayonu, Qızılağac kəndində saxlanılmışdır. (cild 01, iş vər 107) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-407/2020 saylı 04.04.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 aprel 2020-ci il tarixdən hesablanmışdır.(cil 01, iş vər 158-162) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 29 iyun 2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. (cild 01, iş vər 198-199) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 30 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar Bakcell MMC-nin 27.07.2020-ci il tarixli 13506/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD markalı diskdə təqdim edilmişdir. Həmin disk 2HP” markalı kompüter qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə aparılmış danışıqlara aid 01 ədəd fayl vardır. Təqdim olunmuş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə danışıqların aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir.(cild 01, iş vər 250) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar “xxxx” MMC-nin 04.08.2020-ci il tarixli 11178/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk “HP markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən diskdə aparılmış danışıqlara dair 01 ədəd fayl var və faylın içərisində 04 ədəd əlavə fayl olduğu müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqların dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 01, iş vər 253) AR DİN BNMİ-nin AR DİN–in BMCMİ-nin rəisi, polis polkovniki Əbülfət Rzayevə məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3cü maddələri ilə başlanılmış ********* saylı cinayət işi üzrə göndərilmiş 24.06.2020-ci il tarixli 007-6662-1220 saylı əməliyyat tapşırığına cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə əldə etməsi. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə əlbir olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaları aşkar edilmişdir. Lakin, adları çəkilən şəxslərin digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 01, iş vər 255) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar xxxx MMC-nin 01.09.2020-ci il tarixli 10895/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD markalı diskdə təqdim edilmişdir. Həmin disk “HP” markalı kompüter qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə aparılmış danışıqlara aid 01 ədəd fayl vardır. Təqdim olunmuş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə danışıqların aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir.(cild 02, iş vər 19) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 06 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar “xxxx” MMC-nin 04.09.2020-ci il tarixli 10940/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk “HP markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən diskdə aparılmış danışıqlara dair 01 ədəd fayl var və faylın içərisində 03 ədəd əlavə fayl olduğu müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqların dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 02, iş vər 22) Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 04 may 2020-ci il tarixli 6/447 nömrəli rəyində aşağıdakılar göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində : “201900176 nömrəli cinayət işi. Elektron tərəzi” yazısı olan paketdəki, bir ədəd arxa tərəfində “500 g x 0,01 g” yazısı qeyd olunmuş elektron tərəzinin üzərində narkotik vasitə olan - heroinin izləri vardır. Təqdim edilmiş elektron tərəzinin üzərində narkotik vasitə heroin iz şəklində olduğu üçün vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə (02 aprel 2020-ci il tarixli 6/346 ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı.” ( cild 02, iş vər 72-75) Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 iyul 2020-ci il tarixli, 2071 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.”(cild 02, iş vər 76-77) Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 avqust 2020-ci il tarixli, 2184 nömrəli rəyində göstərilmişdir ki, “Hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (cild 02, iş vər 78-79) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli 5(005)- 321/2020 saylı qərarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ—in əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 01 aprel 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 01, iş vər 97) Azərbaycan Respublikası Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin ərazidə qeydiyyatdadır və həmin ünvanda X14, 2013 təvəllüdlü X8, 2018-ci il təvəllüdlü X7 adlı iki övladı və yoldaşı da qeydiyyatdadır. (cild 02, iş vər 99-100) Azərbaycan Respublikası Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı müddətdə özünü tərbiyəli, qonşuları və dostları arasında daim dərin hörmət qazanmışdır. O həm də kənddə yaşadığı müddətdə özünü insanlarla mehriban və ünsiyyət tapmağı bacaran bir insan kimi göstərmişdir. Ərazidə yaşadığı müddətdə onun barəsində Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı müraciət daxil olmamışdır.(cil d02, iş vər 101) “Sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 03 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs2 04 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qalıq çəkisi 105,049 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut qismində tanınması və təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə 01 aprel 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında" protokol və həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, Təqsirləndirilən şəxs2 ilə X10 arasında keçirilmiş üzləşdirmə, məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2020-ci il tarixli 6/346 nömrəli və 04 may 2020-ci il tarixli 6/447 nömrəli rəyləri, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 iyul 2020-ci il tarixli, 2071 nömrəli və 10 avqust 2020-ci il tarixli, 2184 nömrəli rəyləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X4 20.04.2020-ci il tarixli qərarına əsasən Əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin HEƏTŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi islam Hümbətov tərəfindən təsdiq edilmiş 01 aprel 2020-ci il tarixli qərar qanunauyğun hesab edilməsi nəzərə alınması, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 105,144 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və qanunsuz olaraq satılması faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan, Təqsirləndirilən şəxs2 isə məhkumluğu olan şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs1 üzərində olan narkotik vasitə və elektron tərəzini könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxs X2 02.11.2020-ci il tarixli əlavə ifadəsində və 11.11.2020-ci il tarixli Təqsirləndirilən şəxs2 ilə aralarında keçirilmiş üzləşdirmə zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdikləri sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroinin miqdarı və narkotik xassəli olmasını dəqiq müəyyən edəcək ekspert rəyi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq istifadə etdiyi və müxtəlif şəxslərə satdığı narkotik vasitə heroinin miqdarı və narkotik xassəli olmasını dəqiq müəyyən edəcək ekspert rəyi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınsın və iş materiallarına əlavə olunması nəzərə alınması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri gömrük sərhədlərindən daşınması ilə əlaqədar istintaq orqanında hər hansı sübut olmadığına görə onların əməlində Azərbaycan Respublikası CM-in 206-cı maddəsində nəzərdə tutulan cinayətin, yəni qaçaqmalçılıq cinayətinin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün barələrində cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 götürülmüş "Samsung” markalı “Galaxy S7 edge” modelli mobil telefona baxış keçirilsə də, İş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən qeyd edilən mobil telefon Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 vasitəsi ilə onun ailə üzvlərinə qaytarılması, X6 Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin məlumatı olması barədə istintaq orqanında hər hansı sübut olmadığına görə onun əməlində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 307ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 04.04.2020-ci il tarixli şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələrində X9 barəsində bildirdikləri sübut kimi qəbul edilməsi, bütün sənədlərdə Təqsirləndirilən şəxs1 saxlanıldığı ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığı kimi oxunması, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərar alınmışdır. (cild 02, iş vər 103-123) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmunu və zənglərə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş sms məlumatlarından görünən 06.02.2020-ci il tarixdə 9**********6 mobil telefon nömrəsindən “Suse verme 2dene yari verersen”, 11-02-2020-ci il tarixdə 9**********6 nömrəsindən “Cxmamis yig soz deyirem 22indi verin elave 10suse 10tema gotur dostum yazib durar dursun vurum 20man olar”, 18.02.2020-ci il tarixdə 9**********6 nömrəsindən “Emim bizde gel cat yig aydin o vaxdan suse qret elmeliydine 3balaca das imkan olsa verersende”, 25.02.2020-ci il tarixdə **********18 nömrəsindən “Kiwi bagiwla bu vaxt narahat eledim. Kiwi mene 1 dene pati lazimdiye 80 manat var. Alinar indi gelim goruwey?” 25.02.2020-ci il tarixdə 9**********6 nömrəsindən “Pulu indi vururam 5dey ama temalari ozum gelib göturecem”, 06.03.2020-ci il tarixdə **********15 nömrəsndən “Dayisi nenim ucun 2dene yari yeni. 1 qe,Birde dunen kimi pat 10 manat.opurem.allah canivi sag ele hormetin artiq olsun..sen hemise mene hormet eliyirsen”, 18.03.2020-ci il tarixdə **********15 nömrəsindən “Dayisi utaniram demeye qardas cani.goturduyumun 2sini bir adam var ona verecem 65 man pul alacam 1nidie bir nefer 35 alaca. 100 bele duzelir 5di xiyar du rsun 135 de o verecek 235 15 ozum qoyuram kk nin pulu hazir olur. Qalir p onuda axsam yada sabah dagidib 60ivi haziredecem. allahaandosun. emele gelmire dayi gedim pullari alim gelim goturum tezden gedim gorusum.sennen onsuzda gorusurukde.deyirdim gelib goturerdim pulu hazir eliyen kimi hardasan getirib ve rerdim.imkan var emele geliir?” 27.03.2020-ci i tarixdə **********77 nömrəsindən “20 lik pati var” , 29.03.2020-ci il tarixdə **********8 nömrəsindən “Sabahin xeyr dayisi necesen?.dayisi evden cixsan cole menim ucun 2 dene yari pati haszirla goturde..cixmasan de men gelim..sen canin artiq qoyki adimiza laiq olsun..Tovuza pay gonderirem..opurem..” məzmunlu smsləri yazmış, ***-***-**-** saylı mobil nömrəsindən 01.02.2020-ci il tarixdə saat 01:35 dəqiqədə **********73 saylı mobil telefon nömrəsinə “Qaqas 22 manata brazilskiy kofe qelip,istemirsen.???tedzili xeber ver.”, həmin gün saat 11:16 dəqiqədə **********93 saylı mobil nömrəyə “Salam. Negasan? 22manata kola var. İstayirsan? Tez gavab de”, 03.02.2020-ci il tarixdə saat 11:58 dəqiqədə **********04 saylı mobil telefon nömrəsinə “Viwna lazimdi. 1list. Varundusa qatir”,06.02.2020-ci il tarixdə saat 19600 dəqiqədə **********6 mobil telefon nömrəsinə “Suse verme 2dene ya”, 21.02.2020-ci il tarixdə saat 23619 dəqiqədə **********06 mobil telefona nömrəsinə “10dana kola lazimdi. Naqd. Srocni.” məzmunlu smslər daxil olmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələrində təqsirli olmaları onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına və sms yazışmalarına dair məlumatlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla bağlı, özü təkbaşına və eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmadığı, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi, digər Təqsirləndirilən şəxs2 isə özü təkbaşına və eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmadığı bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin mövqeləri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə verdikləri hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə izləri olan bir ədəd olmaqla elektron tərəzinin aşkar edilməsi, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin 18 ədəd xırda bükümlərə bölünməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olan mobil telefon nömrəsi ilə aparılmış və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında mütəmadi olaraq qarşılıqlı telefon danışıqlarının aparılmasına dair məlumatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Ərəbov oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 29 iyun 2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Əliyev X5 rayon Məhkəməsinin 07.05.2013 tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263.2, 264-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş, 05 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18.07.2013-cü il tarixli qərarı ilə Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış, 08.01.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir.(cild 01, iş vər 200-201). Təqsirləndirilən şəxs2 məhkum olunduğu CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməli olmaqla, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət əməli olmaqla həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residiv yaratmır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını müəyyənləşdirmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 26 may 2021-ci il tarixli 10457/2021-62-9 saylı məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin 1(050)-61/2013 saylı 7 may 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 5 il müddətinə nəqliyyat vasitəsi idarəetmə hüququndan məhrum etmə cəzasının 04 aprel 2020-ci il tarixədək 1 (bir) il, 2 (iki) ay, 4 (dörd) gün çəkmiş qalan hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 Masallı rayon Məhkəməsinin 1(050)-61/2013 saylı 7 may 2013-cü il tarixli hökmü üzrə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını 08.01.2019-cu il tarixdə çəkib qurtarmaqla, azadlığa buraxılmış, elə həmin tarixdən də sonuncunun müvafiq olaraq həmin hökmlə ona təyin edilmiş 05 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməsi başlanmış, hazırki iş üzrə tutulduğu 04 aprel 2020-ci il tarixə kimi müvafiq olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkmişdir. Göründüyü kimi, məhkəməyə təqdim olunan Masallı rayon İcra və Probasiya Şöbəsinin 26 may 2021-ci il tarixli 10457/2021-62-9 saylı məktubu ilə, məhkəmə tərəfindən hesablanmış müddətlər arasında ziddiyyət olmaqla yanaşı, məhkəmə tərəfindən hesablanmış cəzanın çəkilmiş hissəsi məhkumun xeyrinə təfsir edilən hal olduğundan məhkəmə hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs2 Masallı rayon Məhkəməsinin 1(050)-61/2013 saylı 7 may 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş hökmün 05 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmiş hissəsi müvafiq olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün olaraq hesablanmalı, cəzasının çəkilməmiş hissəsi isə 03 (üç) il 09 (doqquz) ay 03 (üç) gün olaraq nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 çəkilməmiş 03 (üç) il 09 (doqquz) ay 03 (üç) gün nəqliyyat vasitəsi idarə etmə hüququndan məhrum etmə cəzası hazır ki hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsi 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə birləşdirilməklə, həmin məcəllənin 68.2-ci maddəsinə əsasən müstəqil şəkildə icra edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir uşağının olmasını, və faktiki olaraq tutulduqdan sonra verdiyi məlumatlarla digər şəxslərin cinayət əməllərinin açılmasına köməklik göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə ağır cinayət əməlini törətmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə isə əsasən onlar cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar-AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 105,049 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə” aparılmasının videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk, müvafiq olaraq xxxx, xxxx və Bakcell MMC-lərdən təqdim olunmuş 03 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 223 (iki yüz iyirmi üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Masallı Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş əlavə cəzası nəqliyyat vasitəsi idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi,- 03 (üç) il 09 (doqquz) ay 03 (üç) gün müddətinə nəqliyyat vasitəsi idarə etmə hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 03 (üç) il 09 (doqquz) ay 03 (üç) gün müddətinə nəqliyyat vasitəsi idarəetmə hüququndan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 105,049 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və “Şəxsi axtarış və götürmə” aparılmasının videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk, müvafiq olaraq xxxx, xxxx və Bakcell MMC-lərdən təqdim olunmuş 03 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-558/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-558/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver