Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-561/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi - Bakı şəhəri 14 vəkil bürosunun vəkili X11 oğlunun iştirakı ilə, xx.xx.1995-ci ildə Masallı rayonu, Mollaoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi bina 3, mənzil 10-da müvəqqəti kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasın saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 nömrəli yaşayış binasının bərabərliyində yerləşən avtomobil tunelinin üst tərəfində avtomobil yollarını ortadan ayıran hissədə olan zaman həmin yerə gəlmiş tanışı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edən zaman 2020-ci ilin mart ayının əvvəlləri ondan borc kimi aldığı 75 manat məbləğində pulu xeyli müddət keçməsinə baxmayaraq qaytarmadığını sonuncuya irad bildirdikdə, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməsi və yumuruqla sinəsindən vurub itələməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı o, üzərindəki gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vuraraq, ona döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrının bir ədəd deşilmişkəsilmiş yarası, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş tapıb dolanmaq məqsədilə bir müddətdir Bakı şəhərinə gəlmişdir, Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən Tikinti Materiallarının satışı mağazalarında fəhləlik edir, müvəqqəti olaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi bina 3, mənzil 10-da müvəqqəti kirayədə yaşayır. Zərərçəkmiş şəxs onunla eyni kənddə yaşayır, dostluq münasibətində olmuşlar. 2020-ci ilin mart ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Orxan ona zəng vurub bildirmişdir ki, onun pula ehtiyacı vardır və ondan xahiş etmişdir ki, ona 75 manat borc pul versin. Orxanla dostluq münasibətində olduğu üçün ona imtina etməmiş və şəhərdə görüşüb Orxana borc istədiyi 75 manat pulu vermişdir. Orxan ondan pulu aldıqdan sonra xeyli müddət keçsədə aldığı borcu qaytarmamışdır. Dəfələrlə ondan pulu istədikdə imkanının olmadığını bildirmişdir. 09 avqust 2020-ci il tarixdə təcili pula ehtiyacı olduğundan Orxana zəng vurub ona demişdir ki, təcili olaraq ona borclu olduğu pulu qaytarsın. Danışıq zamanı Orxan pulu qaytarmayacağını, onu gördüyü yerdə bıçaqla vuracağını bildirib ünvanına nalayiq söyüş söymüşdür. Sonra Orxan ona demişdir ki, görüşüb bir yerdə söhbət edək. Aralarında razılıq olmuşdur ki, həmin gün saat 17 radələrində Nəsimi rayonu ərazisində olan 3-cü mikrorayon bazarının bərabərliyində avtomobil yollarını ayıran tunelin üzərindəki hissədə görüşsünlər. Telefonla danışıq zamanı Orxan onu gördükdə bıçaqla vuracağı ilə hədələdiyi üçün o, evdən çıxıb Orxanla görüşmək üçün qeyd olunan yerə gedərkən ehtiyat məqsədilə mətbəxdən özü ilə bıçaq götürmüşdür və şalvarının bel hissəsinə içəri tərəfdən keçirmişdir. Qeyd olunan yerə gəldikdə görmüşdür ki, Orxan onunla görüşmək üçün yanında tanışı Babaşla birliklə gəlib. Orxan və yanında olan Babaşla görüşdükdən sonra söhbət zamanı ona təcili pul lazım olduğunu bildirib borclu olduğu pulu qaytarmağını demişdir. Orxan yenidən ona borclu olduğu pulu verməyəcəyini bildirdiyindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan onun ünvanına nalayiq söyüş söydüyü üçün oda qarşılıqlı ona söyüş söymüşdür. Həmin vaxt Orxan yumuruqla onun sinəsindən vuraraq itələmişdir. O, bundan səndələsədə özünü saxlayıb yıxılmamışdır. Orxanın ona borclu pulu vermək yerinə ünvanına söyüş söyməsi və sonra yumuruqla sinəsindən vurub itələməsi səbəbindən, ona qarşı etdiyi hərəkətlərindən bərk əsəbləşib üstündə olan bıçağı çıxarıb Orxanın sol qolunun alt hissəsindən vurub ona xəsarət yetirmişdir. Həmin vaxt Orxan çevrildikdə o, əlindəki bıçaqla onun sol ayağının orta hissəsi və sol omba hissəsindən vurub xəsarətlər yetirmişdir və Orxan yerə yıxılmışdır. Həmin vaxt onun yanında olan Babaş adlı şəxs aralarında olan davaya heç bir müdaxilə etməmişdir. O, Orxanı bıçaqla vurub xəsarət yetirdikdən sonra həmin yerdən aralaşıb yaşadığı Ceyranbatan qəsəbəsinə gəlmişdir. Orxanı vurub xəsarət yetirdiyi bıçağı özündə saxlamışdır. Həmin gün eşitmişdir ki, Orxan hadisə zamanı aldığı xəsarətlərlə bağlı tibbi yardım göstərilməsi üçün xəstəxanaya gedib və onu aldığı xəsarət ağır olduğu üçün həkimlər əməliyyat ediblər. Həmin günün sabahı o, könüllü olaraq polisə gəlib törətdiyi hadisəni etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan hadisə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan 3-cü mikrorayon bazarının bərabərliyində avtomobil yollarını ayıran tünelin üst hissəsində baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs o, üstündəki bıçaqla vurub xəsarət yetirmişdir. Həmin bıçağı görüşə gələrkən evdən mətbəxdən götürmüşdür. Mübahisə zamanı Orxan onun ünvanına nalayiq söyüş söyüb sonra yumuruqla sinəsindən vurub itələdiyi üçün o, onun borclu olduğu pulu qaytarmaq əvəzinə etdiyi hərəkətlərdən əsəbləşib üstündəki bıçaqla onu vurub xəsarət yetirmişdir. Hadisə zamanı Orxanın yanında olan Babaş qeyd olunan hadisəni görmüşdür, lakin hadisəyə heç bir müdaxilə etməmişdir. Hadisə təxminən 5 dəqiqə müddətində davam etmişdir, o, Orxanı bıçaqla vurub xəsarət yetirdikdən sonra dərhal həmin yerdən getmişdir. Bu səbəbdən hadisə zamanı səs-küy, kənardan kiminsə gəlib həmin yerə toplaşması və hadisəyə müdaxilə etməsi olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir müddətdir işləmək məqsədilə Bakı şəhərinə gəlmişdir, hazırda Bakı şəhərində aparılan tikinti işlərində fəhləlik edir və müvəqqəti olaraq Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsində dəqiq bilmədiyi ünvanda kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşayır, əvvəllər dostluq münasibətində olmuşlar, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 2020-ci ilin mart ayının əvvəlləri onun pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs zəng vurub ona xahiş etmişdir ki, ona borc kimi 75 manat məbləğində pul versin. Elvin ona imtina etməmiş və şəhərdə görüşüb Elvindən 75 manat borc pul almışdır. Həmin vaxtdan imkanı olmadığı üçün Elvindən borc aldığı pulu qaytara bilməmişdir. 09 avqust 2020-ci il tarixdə saat 15 radələrində Elvin ona zəng vurub pula ehtiyacı oduğunu bildirmişdir və təcili ona borclu olduğu pulu verməyini tələb etmişdir. O, Elvinə demişdir ki, hazırda ona olan borcunu qaytarmağa imkanı yoxdu. Elvin demişdir ki, ona maraqlı deyil onun pulunu tapıb qaytarsın. Bu səbəbdən onun Elvinlə aralarında mübahisə yaranmışdır və mübahisə zamanı o, Elvinə demişdir ki, bir azdan şəhərdə görüşüb söhbəti edərik. Danışıq zamanı razılaşmışlar ki, Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşı tərəfində görüşsünlər. Həmin gün saat 17 radələrində o, tanışı Babaşla birlikdə Elvinlə görüşmək üçün razılaşdıqları yerə, yəni 3-cü mikrorayon bazarının qarşı tərəfində yerləşən avtomobil yollarını ayıran hissədə görüşmüşlər. Həmin yerə Elvin tək gəlmişdir və onunla görüşüb söhbət edən zaman Elvin yenidən ona borclu olduğu pulu qaytarmağını tələb etmişdir. O, Elvinə yenidən izah etmişdir ki, hazırda ona borclu olduğu pulu qaytarmaq imkanı yoxdu. Bu səbəbdən aralarında yenidən mübahisə yaranmışdır və mübahisə zamanı Elvinin hərəkətlərindən əsəbləşdiyi üçün onun ünvanına nalayiq söyüş söymüşdür, Elvində qarşılıqlı olaraq ona söyüş söymüşdür. Buna görə o, yumuruqla onun sinəsindən vurub itələmişdir və Elvin səndələyib özünü saxlayıb yıxılmamışdır. Həmin vaxt Elvin üstündən bıçaq çıxarıb əvvəl onun sol qolumun altından döş qəfəsindən vurmüşdür. O, həmin vaxt çönüb ondan aralaşmaq istədikdə Elvin əlindəki bıçaqla onun sol ayağının orta hissəsi və sol ombasının üstündən vurub ona xəsarət yetirmişdir. Həmin vaxt o, ağrıdan yerə yıxılmışdır və onun yanında olan tanışı Babaş ona yaxınlışıb köməklik edib yerdən qaldırmışdır. Həmin vaxt Elvin çıxıb həmin yerdən gedərək aralaşmışdır. Tanışı Babaşın köməyi ilə ayağa qaxdıqdan sonra görmüşdür ki, Elvinin bıçaqla vurub xəsarət yetirdiyi yerdən qan axır və vəziyəti pisləşir. Buna görə o, tibbi yardım göstərilməsi üçün xəstəxanaya getmək məqsədilə avtomobil yolunun kənarına yaxınlaşıb Babaşla birlikdə yolla keçən markasına və nömrəsinə diqqət yetirmədiyi taksi maşınını saxladıb, həmin taksi maşınına əyləşib Sabunçu rayonu 3 saylı Kliniki Xəstəxanasına gəlmişdir. Qeyd olunan xəstəxanaya tanışı Babaşla birlikdə gəldikdən sonra həkimlər hadisə zamanı aldığı xəsarətin ağır olduğunu bildirib onu əməliyyat etmişlər. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, hadisə təxminən 5-10 dəqiqə müddətində davam etmişdir, həmin vaxt hadisə yerində ətrafda kimsə olmamışdır və hadisə yerinə gəlib toplaşması olmamışdır. Hadisə yerindən xəstəxanaya tanışı Babaşla birlikdə taksi maşını ilə getmişdir, onu xəstəxanaya aparmış taksi maşınının markasına və nömrəsinə diqqət yetirməmişdir, taksi maşınını idarə edən sürücünü tanımır, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hazırda təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbinin olmadığını, onunla barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİnin 20-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 avqust 2020-ci il tarixdə işlədiyi polis bölməsində əməliyyat qrupu üzrə növbədə olan zaman saat 02.20 radələrində 3 saylı şəhər xəstəxanasından 1994-cü il təvvəllüdlü Zərərçəkmiş şəxs xidmət etdiyi ərazidə tanımadığı şəxs tərəfindən bıçaqla vurulması nəticəsində aldığı bədən xəsarətləri ilə həmin xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən növbədə olan digər iş yoldaşları ilə birlikdə qeyd olunan xəstəxanaya getmişdir və orada həkimlərdən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri ağır olduğundan onu əməliyyat ediblər. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin aparılması nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı Masallı rayonu, Molla Oba kəndində yaşayan Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirmişdir. Həmin gün Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək işlədiyi polis bölməsinə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs bir müddət əvvəl ondan borc kimi götürdüyü pulu qaytarmadığı üçün 09 avqust 2020-ci il tarixdə saat 17 radələrində 3-cü mikrorayon bazarının qarşı tərəfində yerləşən avtomobil yollarını ayıran hissədə onların arasında mübahisə yaranmışdır və mübahisə zamanı o, üstündəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vurub xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı iştirakı ilə zəruri hərəkətlərin keçirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nə təqdim edilmişdir. Şahid3 şahid qismində dindirilərkən X12 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, onun adı Gülməmməd olsa da ətrafında olan tanışları onu Babaş kimi tanıyırlar və həmin adla onu çağırırlar. Zərərçəkmiş şəxs ilə Bakı şəhərində qonşuluqda yaşayır və dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs Orxana görə tanımışdır, Elvinlə tanışı Orxanın aralarında dostluq münasibətində olduqlarını bilir. 09 avqust 2020-ci il tarixdə saat 15 radələrində o, Orxanla bir yerdə şəhərdə olan zaman tanışı Elvin ona zəng vurmuşdur. Onların danışığından başa düşmüşdür ki, Elvin tanışı Orxandan bir müddət əvvəl borc kimi verdiyi 75 manat pulun təcili qaytarmasını tələb edir. Orxan ona demişdir ki, hazırda həmin pulu qaytarmağa imkanı yoxdur. Bu səbəbdən danışıq zamanı onların arasında mübahisə yaranmışdır və mübahisə zamanı Orxan tanışı Elvinə söymüşdür. Sonra onların aralarında həmin gün saat 17 radələrində Nəsimi rayon ərazisində yerləşən 3-cü mikrorayon bazarının qarşı tərəfindəki avtomobil yollarını ayıran tunelin üzərində görüşməklə bağlı razılıq olmuşdur. Həmin gün saat 17 radələrində o, tanışı Orxanla birlikdə Elvinlə görüşmək üçün onların razılaşdığı qeyd olunan yerə gəlmişlər. Həmin yerə Elvin tək gəlmişdir və onunla görüşüb söhbət edən zaman Elvin tanışı Orxana ona borclu olduğu pulu qaytarmağını bildirmişdir. Orxan və Elvin yaxın münasibətdə olduqları üçün o, onların söhbətlərinə müdaxilə etməmiş və onlardan bir az kənara aralaşmışdır. Orxan tanışı Elvinə yenidən izah etmişdir ki, borclu olduğu pulu qaytarmaq imkanı yoxdu. Bu səbəbdən onların arasında mübahisə yaranmış və mübahisə zamanı Elvinin hərəkətlərindən əsəbləşdiyi üçün Orxan onun ünvanına nalayiq söyüş söymüşdür, Elvində qarşılıqlı olaraq ona söyüş söymüşdür. Həmin vaxt Orxan yumuruqla Elvinin sinəsindən vurub onu itələmişdir. Elvin səndələsədə özünü saxlayıb yıxılmamışdır. Bundan sonra Elvin üstündə olan bıçağı çıxarıb əvvəl Orxanın sol qolunun altından döş qəfəsindən vurmüşdür. Orxan həmin vaxt çöndükdə Elvin əlindəki bıçaqla Orxanın sol ayağının orta hissəsi və sol ombasının üstündən vurub xəsarətlər yetirmişdir. Sonra Elvin aralaşıb həmin yerdən getmişdir. Orxan ağrıdan yerə yıxılmış və ona yaxınlışıb köməklik edib yerdən qaldırmışdır. Orxana kömək edib ayağa qaldırdıqdan sonra məlum olmuşdur ki, Elvinin bıçaqla vurub xəsarət yetirdiyi yerdən qan axır və vəziyəti pisləşir. Buna görə tibbi yardım göstərilməsi üçün xəstəxanaya getmək məqsədilə Orxana köməklik edib hər ikisi avtomobil yolunun kənarına yaxınlaşıb yolla keçən markasına və nömrəsinə diqqət yetirmədiyi taksi maşınını saxladıb, həmin taksi maşınına əyləşib Sabunçu rayonu 3 saylı Kliniki Xəstəxanasına gəlmişlər. Qeyd olunan xəstəxanaya gəldikdən sonra həkimlər hadisənin baş verməsi nəticəsində Orxanın aldığı xəsarətin ağır olduğunu bildirib onu əməliyyat etmişlər. O, xəstəxanada olan zaman həkimlər hadisə barədə polisə zəng vurub məlumat vermişlər və bir az keçmiş xəstəxanaya polis əməkdaşları gəlmişlər. Polisdə hadisə ilə bağlı məlumat olduğu üçün o, polisə gedib hadisə barədə məlumat verməmişdir. Şahid1 həmçinin bildirmişdir ki, hadisə təxminən 5-10 dəqiqə müddətində davam etmişdir, həmin vaxt hadisə yerində ətrafda kimsə olmamışdır və hadisə yerinə gəlib toplaşması olmamışdır. Qeyd olunan hadisənin kənardan kim tərəfindən görməsinə diqqət yetirməmişdir. Hadisə yerindən onları xəstəxanaya aparmış taksi maşınının markasına və nömrəsinə diqqət yetirməmişdir, taksi maşınını idarə edən sürücünü tanımır, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatrik X4-Psixiatrik Ekspertizasının 17.10.2020-ci il tarixli 2268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X7 Nəsimi rayon Şöbəsinin 20.11.2020-ci il tarixli 967 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sol sağrının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın tiyəsinin deşicikəsici təsirindən, onun tibbi yardım üçün Bakı şəhər, Baş Sİ-nin 3 saylı şəhər Klinik Xəstəxanasına gətirildiyi 09.08.2020-ci il tarixdə əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarsının plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol sağrının 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası və sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 01 dekabr 2020-ci il tarixli 3/1907-1908 nömrəli rəydən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş ağ rəngli köynək öndən üç ədəd düymə ilgəyinə malikdir. Köynəyin uzunluğu 600mm, çiyin hissədən eni 400 mm-dir. a) köynəyin ön sol yuxarı hissəsində, ətəyin aşağı son kənarından 400 mm yuxarıda 50mm ölçüdə zədə vardır. b) «a» zədəsindən 50mm sağda 07mm ölçüdə zədə vardır. c) köynəyin arxa sol yan sahəsində ətəyin aşağı son kənarından 340 mm yuxarıda 65mm ölçüdə zədə vardır. ç) «c» zədəsindən 70 mm solda 15 mm ölçüdə zədə vardır. d) köynəyin sol qolunda 30x10 mm ölçüdə 2 ədəd zədə vardır. Tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli cins şalvar iki yan iki arxa cibə malik olub öndən zəncirbəndlidir. a) şalvarın arxa yuxarı bel nahiyyəsində 15mm ölçüdə zədə vardır. b) «a» zədəsindən 250 mm aşağıda 10mm ölçüdə zədə vardır. c) «b» zədəsindən 10mm aşağıda 08 mm ölçüdə zədə vardır. Həmin geyim əşyaların üzərində olan zədələr bir tərəfi kəsici kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, həmçinin təqdim edilmiş bıçağın tiyəsi də aiddir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qısaqol ağ rəngdə köynək iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon Pİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tər Tər hərbi məhkəməsinin 28.01.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 100 manat cərimə cəzasına məhkum olunmuşdur. Həmin cəza 14.05.2015-ci il tarixdə icra edilmişdir. İş materiallarındakı Nəsimi rayon X8 Şöbəsinin tərtib etdiyi 10 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Nəsimi rayon X8 Şöbəsinin tərtib etdiyi 10 avqust 2020-ci il tarixli “əşyanın götürülməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilməklə götürülmüşdür. 12 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli iş üzrə AR-sı CM-nin 221.3cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. 12 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərərçəkmiş şəxsin, məhkəmədə dindirilmiş, habelə ifadələri elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləssinin 59.1.12-ci maddəsinə görə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını və ilk dəfə cinayət törətməsini müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd göy rəngli cins şalvar, 01 qısaqol ağ rəngli köynək məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri –188 (yüz səksən səkkiz)manat, 98(doxsan səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd göy rəngli cins şalvar, 01 qısaqol ağ rəngli köynək məhv edilsin. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərcləri 188 (yüz səksən səkkiz)manat, 98(doxsan səkkiz) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-561/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-561/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver