Məhkəmə qərarları › İş №1(101)-563/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-563/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-563/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx.xx.1962-ci ildə X1 şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 nömrəli ünvanda qeydiyyatda olmaqla ünvan 2 A nömrəli ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin avqust ayının ortalarında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhruz” ləqəbli Səccad adlı və Sədaqət adlı İran İslam Respublikası vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncuların qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda əldə edərək ünvan 4 nömrəli ünvanda yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığındakı “20 Yanvar” adlı istirahət parkındakı ağaclardan birinin altına yerləşdirdikləri iki bükümdə olmaqla bir bükümdə 26,509 qram, ikinci bükümdə isə 6,383 qram, ümumi təmiz çəkisi 32,892 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında həmin yerdən götürüb üzərində saxlayaraq yaşadığı ünvan 2 A nömrəli ünvana daşımış, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında “Winston” markalı siqaret qutusuna yerləşdirdiyi həmin narkotik vasitə hesab edilən heroini və istintaqa məlum olmayan şəraitdə və tarixdə əldə etdiyi bir ədəd “500g/0,01g” markalı elektron tərəzini əynində olan boz rəngli parça materialdan olan şalvarın sol yan cibinə qoyaraq üzərində gəzdirməklə həmin heroini istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxmış, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri çərçivəsində həmin gün saat 02:00 dəqiqədə ünvan 5 nömrəli ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli parça materialdan olan şalvarın sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindəki iki bükümdə olan bir bükümdə 26,509 qram, ikinci bükümdə isə 6,383 qram, ümumi təmiz çəkisi 32,892 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və bir ədəd “500g/0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, narkotikə pis münasibət bəsləyən bir insandır, narkotik vasitələrdən istifadə edənlərə hər zaman irad tutmuşdur ki, camaatın uşaqlarını zəhərləməsinlər. Sonra onun üzərində işləyib və onu bir qadın vasitəsi ilə tutmuşlar. Onu öz avtomaşınının içində tutmuşlar. Sonra onu maşına otuzdurub evinə aparıb orada evindən narkotik vasitə çıxarmışlar. Onu polis idarəsinə gətirib üzərinə baxış keçirən zaman üzərindən heç bir narkotik vasitə aşkar olunmamış, bütün bunlar ona atılmış şərdir, o, heç vaxt narkotik maddə satmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı idarəyə məlumat daxil olduğundan xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin göstərişi əsasında əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və X4 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 6 nömrəli ünvanının yaxınlığına yollanmışlar, həmin vaxt qeyd edilən ünvanda piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Ramiz Mirzəyevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu və bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək siqaret qutusunun içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən siqaret qutusu açıldıqda içərisində iki ədəd şəffaf polietilen bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin heroin olmasını və satıb qazanc əldə etmək məqsədi ilə iki gün əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində “Bəhruz” adlı İran İslam Respublikası vətəndaşından 500 manat müqabilində aldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, atası Vaqif anası ilə boşandıqdan sonra ayrı-ayrılıqda yaşayırlar. Məhz bu səbəbdən demək olar ki, atası ilə münasibəti soyuq olmuşdur. Lakin, arabir mobil telefon vasitəsi ilə danışıb bəzi hallarda görüşmüşlər. Atasının narkotik vasitələrin satışı ilə məşğul olması barədə isə ancaq polis əməkdaşları tərəfindən saxlanıldığı gün bilmişdir. Hadisə ilə bağlı bundan başqa heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci tarixli 6/1675 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 26,509 qram və 6,383 qram, ümumi təmiz çəkisi 32,892 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ambulator psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2097 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törədən dövürdə onda kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3230 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs narkotik vasitələrdən bəzi hallarda istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Hüseynov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək onun üzərində narkotik vasitə olmadığını bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüş, məhkəmə onun ifadəsinin bu hissəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlində yüngülləşdirici halların olması müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 32,792 qram çəkidə narkotik vasitə olan heroin və “500 g/OOlg” markalı elektron tərəzi məhv edilməlidir. Bir ədəd “Samsung Galaxy A 3” və bir ədəd “Nokia” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. “4.7 GB 16 X 120 MİN” söz və rəqəmləri yazılmış bir ədəd DVD-R modelli disk, üzərində “Verbatim 700 MB 52 X 80 MİN CD-R” söz və rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk və üzərində “Nar-200090277” söz və rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 173,94 (bir yüz yetmiş üç manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 32,792 qram çəkidə narkotik vasitə olan heroin və “500 g/OOlg” markalı elektron tərəzi məhv edilsin. Bir ədəd “Samsung Galaxy A 3” və bir ədəd “Nokia” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. “4.7 GB 16 X 120 MİN” söz və rəqəmləri yazılmış bir ədəd DVD-R modelli disk, üzərində “Verbatim 700 MB 52 X 80 MİN CD-R” söz və rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk və üzərində “Nar-200090277” söz və rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 173,94 (bir yüz yetmiş üç manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar