Məhkəmə qərarları › İş №1(101)-565/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-565/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-565/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (xx xxxxx 2006-cı il tarixdə X9 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 181.3.2, 181.3.3, 228.1, 228.2.1, 228.2.2, 228.4, 126.2.4, 186.1, 221.2.1, 221.3 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2006-cı il tarixdə Azərbaycan Respubilkası Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 11 (on bir) ilə endirilmiş, x xxxx 2008-ci il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 9 (doquz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, x xxx 2009-cu il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə cəzası 9 (doqquz) ilə endirilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 7 (yeddi) ay 3 (üç) gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və x xxx 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır), məhkumluğu ödənilməmiş, Tərtər şəhəri, Nəsimi küçəsi 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72 A, mənzil 84-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə olan heroini əldə edib satmaq məqsədilə əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Sabir adlı şəxsin vasitəsi ilə tanış olduğu Qurban adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq müəyyən çəkidə narkotik vasitə olan heroinin müqabilində Qurban adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə olan heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib xx xxxxxx 2020-ci il tarixdə saat 1 radələrində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Sevinc” kinoteatrının yaxlığındakı ağacın yanına istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş 520,542 qram külli miqdarda qəhvəyimtil rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək kirayədə yaşadığı ünvan 1 A, mənzil 84 ünvanına daşımaqla orada saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 6 radələrində Qurban adlı şəxsin tapşırığına əsasən ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 70,542 qram və 450 qram, ümumi təmiz çəkisi 520,542 qram olan külli miqdarda narkotik vasitə olan heroini üzərində və əlində saxlamaqla kirayədə yaşadığı mənzildən çıxaraq ünvan 2 ünvanının kəsişmələrində yerləşən “İnci” şadlıq sarayının yaxınlığındakı zibil qutularının yaxınlığından həmin narkotik vasitənin istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən götürülməsi üçün göstərilən yerə qoymaq məqsədilə zibil qutularının olduğu yerə yaxınlaşarkən Nizami RPİ-nin NMB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 saylı ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli salfet kağızına bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 70,542 qram, əlindəki ağ rəngli şəffaf sellofan torbada təmiz çəkisi 450 qram, ümumilikdə isə təmiz çəkisi 520,542 qram külli miqdarda qəhvəyimtil rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və sonuncu dəfə Ədliyyə Nazirliyinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Həmin cəzaçəkmə müəssisəsində həbsdə olan zaman Sabir adlı məhkumla aralarında dostluq münasibətləri yaranmışdır. X13 Respublikasının vətəndaşı olmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmişdir. 2017-ci ilin sentyabr ayından azadlığa buraxılmışdır. Sabir adlı şəxs də azadlığa buraxılmış və hazırda İranda yaşayır. Azadlığa çıxdıqdan sonra fərdi əməklə məşğul olmuş və istifadəsində ***-***-**-** saylı mobil nar nömrəsi olmuşdur. Uzun müddət narkotik istifadəçisi olmuşdur. Tutulmazdan 2-3 ay əvvəl Sabir istifadəsində olan mobil telefon nörməsinə zəng edərək halını və vəziyyətini soruşanda ona narkotik vasitə almaqda çətinlik çəkdiyini dedikdə sonuncu Qurban adlı İran İslam Respublikasının vətəndaşı ilə onu tanış edəcəyini, Qurbana məxsus narkotik vasitələri sonuncunun dediyi ünvanlardan götürüb dediyi yerlərə çatdırmağını və bunun müqabilində Qurbanın istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra Sabirlə razılaşmış və Qurbanın verəcəyi narkotiki onun dediyi ünvana aparacağına söz vermişdir. Həbs edilməzdən 1 ay əvvəl Qurban özünün istifadəsində olan İran nömrəsindən, yəni +**********056 saylı mobil telefon nömrəsinin “WhatsApp” proqramı vasitəsi ilə istifadə etdiyi ***-***-**-** saylı mobil nar nömrəsinin “WhatsApp”-na zəng edərək onunla tanış olmuşdur. Söhbət zamanı Qurban ona Nizami rayonunda yerləşən “Sevinc” kinoteatrının yanında olan, sağdan 3-cü ağacın yanından içərisində 300 qram narkotik vasitə heroin olan bükümü götürməyi, həmin narkotik vasitədən isə 20-30 qram özü üçün götürməyi, yerdə qalan hissəni isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə M.Şərifli küçəsinin kəsişməsində yerləşən “İnci” şadlıq sarayının yanındakı zibil qutusunun yanına qoymağı tapşırmışdır. O da Qurbanın dediyi kimi “Sevinc” kinoteatrının yanında olan sağdan 3-cü ağacın yanına gedib içərisində heroin olan bükümü götürüb həmin heroindən 30 qramını özünə götürmüş və heroin olan bükümü gətirib Qurbanın dediyi “İnci” şadlıq sarayının yanında olan zibil qutusunun yanına qoymuşdur. Özü üçün götürdüyü heroni isə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində X6 adına olan bankomat kartının şəklini istifadəsində olan mobil nar nömrənin “Whatsapp”-na göndərmiş və ona demişdir ki, “İnci” şadlıq sarayının yanında olan zibilxanaya gedib birinci zibil qutusunun alt hissəsində rəngli sellofan paketi götürüb içində olan pulu həmin kartın hesabına köçürsün. O da Qurbanla razılaşmış və onun dediyi ünvana gedib zibil qutusunun altından sellofan paketi götürmüş və paketin içinə baxanda 2.000 manat olduğunu görmüşdür. Həmin pulu isə Əhmədli qəsəbəsinə gəlib “Paypoint” aparatı vasitəsilə Qurbanın dediyi kartın hesabına köçürmüşdür. Belə başa düşmüşdür ki, həmin pulu zibil qutusunun altına narkotik alan şəxs qoyub. Ancaq həmin şəxsi və Qurbanlı Rəşadı tanımamışdır. xx xxxxxx 2020-ci il tarixdə Qurban +**********056 saylı mobil nörməsindən istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitələrin saxlanıldığı yeri demişdir. Gün ərzində Qurbanla telefonla danışmış, hətta bir-birinə səsli mesaj da göndərmişlər. Mesajların və zənglərin çoxunu pozmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 1 radələrində Qurban telefon əlaqəsi yaradıb Bakı şəhəri, Nizami rayonunda yerləşən “Sevinc” kinoteatrının yanına yenidən gedib orada olan ağacın yanından içərisində heroin olan bükümü götürməyini demişdir. Qurbanın dediyi kimi həmin ünvana gedib heroin olan bükümü ağacın yanından götürüb evə getmişdir. Həmin bükümdə olan heroinin üstündən zəhmət haqqı olaraq özü istifadə etmək üçün götürmüş və qalan hissəsini salfet bükümünə yığıb cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 5 radələrində Qurban ona zəng edərək “Sevinc” kinoteatrının yanında yerləşən ağacın yanından götürdüyü heroin olan bükümü aparıb “İnci” şadlıq sarayının yanındakı zibil qutusunun altına qoymağını tapşırmışdır. Təxminən saat 6 radələrində taksi ilə “İnci” şadlıq sarayının yanında yerləşən zibil qutusunun yanına gəlib bükümdə olan heroini zibil qutusunun yanına qoymaq istəyən zaman polis əməkdaşları onu saxlamışdır. Həmin şəxslər özlərini Nizami rayon X3 Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim edib kim olduğunu soruşduqda onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ondan üzərində qanunsuz əşya və maddənin olub-olmadığını soruşduqda çıxılmaz vəziyyətdə qalıb hər şeyi olduğu kimi danışmış və üzərində heroin olduğunu demişdir. Bundan sonra həmin polis əməkdaşları onu Nizami RPİ-nin binasında otaqlardan birinə gətirmişlər. Otaqda təhqiqatçı izah etmişdir ki, videokameradan istifadə etməklə üzərində şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl hüquqları izah edilmiş və sonra videokamera ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlindəki ağ rəngli sellofan torbanın içərisindən şəffaf rəngli sellofana bükülmüş heroin olan bağlamanı və içərisində heroin olan 1 ədəd ağ rəngli salfet kağızına bükülmüş şəffaf polietilen bükümü əynində olan sarı rəngli şalvarının sol yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra da “Samsung A 40” markalı mobil telefonu vermişdir. Bağlama və büküm açılmış, içərisində olan qəhvəyi rəngli maddənin nə olduğu ondan soruşulduqda heroin olduğunu demişdir. Bundan başqa üzərindən heç nə aşkar edilməmişdir. Qurban adlı şəxslə onu Sabir tanış etmişdir. Narkotik vasitədən əldə olunan pulu Qurbanın ona dediyi bank kartına köçürtmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Həmin narkotik vasitədən yalnız xidmət haqqı olaraq götürüb istifadə etmiş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifafəsində göstərmişdir ki, Nizami rayon X3 Mübarizə Bölməsində baş əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə NBM-nə İqbal adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə saxlamaqla istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İqbal adlı şəxsin müəyyən edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması üçün raportla Nizami RPİ-nin rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat yolu ilə müəyyən olunmuşdur ki, İqbal adlı şəxs Təqsirləndirilən şəxsdur. xx xxxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun tərkibi müəyyən olunmuşdur. Əməliyyat qrupuna o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 daxil olmuşdur. Əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti və yaşadığı ünvan haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 6:00 radələrində ünvan 4 ünvanı ilə ünvan 5 ünvanının kəsişməsində yerləşən “İnci” şadlıq sarayının yaxınlığında yerləşən zibil qutularının yaxınlığında olarkən əlamətləri Təqsirləndirilən şəxs oxşar bir nəfər kişini görüb ona yaxınlaşaraq Nizami RPİ-nin NMBnin əməkdaşları olduqlarını deyib həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ondan üzərində qanunsuz əşya və maddənin olub-olmadığını soruşduqda narkotik vasitə heroin olduğunu bildirmiş və həmin şəxsə onlarla birlikdə Nizami RPİ-nin inzibati binasına getməli olduğunu izah edib onu avtomobillə Nizami RPİ-nin inzibati binasına otaqlardan birinə gətirmişlər. Fakta görə araşdırmanın aparılması təhqiqatçı Fərrux İsmayılova həvalə edilmiş və sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquqları izah edilmiş, sonra da videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbanın içərisindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq bükümün içərisində heroin olduğunu deyib masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs 1 ədəd ağ rəngli salfet kağızına bükülmüş şəffaf polietilen bükümü əynində olan sarı rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Samsung A 40” markalı mobil telefonu da təhvil vermişdir. Bağlama və büküm açılmış və içərisində qəhvəyi rəngli, kəskin iyli maddənin olduğunu görüb Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu soruşduqda o, bağlama və bükümdəki maddənin heroin olduğunu, heroini Qurban adlı şəxsin ona verdiyi heroinin müqabilində Qurbanın dediyi yerdən götürüb “İnci” şadlıq sarayının yanında yerləşən zibil qutusuna gətirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Şəxsi axtarış zamanı yazılmış protokolun düzgünlüyü oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan sarı rəngli şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli salfet kağızına bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 70,542 qram, əlindəki ağ rəngli şəffaf sellofan torbada təmiz çəkisi 450 qram, ümumi təmiz çəkisi 520,542 qram qəhvəyimtil rəngli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və “Samsung A 40” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilərək şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 13-14). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1617 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut” sözləri qeyd olunan paketdəki 1 ədəd ağ rəngli salfet kağıza bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 70,542 qram və 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 450 qram qəhvəyimtil rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir. Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ümumi təmiz çəkisi 520,542 qramdır. Həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir (Qeyd: Heroinin ümumi təmiz çəkisi 520,542 qram olmuş, tədqiqata 0,2 qram sərf edilmiş və 520,342 qram qalıq qalmışdır, cild 1, iş vərəqə 41-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx xxxxxxxx 2020-ci il tarixli 2651 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 223-224). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx xxxxxxx 2020-ci il tarixli 2063 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onda xasiyyətin psixopatik çizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 226-227). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd ağ rəngli salfet kağıza bükülmüş şəffaf polietilen bükümdə təmiz çəkisi 70,542 qram və 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 450 qram qəhvəyimtil rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 520,342 qram heroin və Təqsirləndirilən şəxs məxsus “Samsung A 40” markalı mobil telefon iş üzrə sübut növü kimi qiymətləndirilərək “Samsung A 40” markalı mobil telefon saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 2, iş vərəqə 1-15). Cinayət işinin materiallarında olan “cinayət işindən ayrıca cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini vermiş Qurban adlı İran İslam Respublikasının vətəndaşının, qeyrilərinin və mənbənin müəyyən edilməsi üçün ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 17-19). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2006-cı il tarixdə X9 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 181.3.2, 181.3.3, 228.1, 228.2.1, 228.2.2, 228.4, 126.2.4, 186.1, 221.2.1, 221.3 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2006-cı il tarixdə Azərbaycan Respubilkası Apelyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəzası 11 (on bir) ilə endirilmişdir. x xxxx 2008-ci il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 9 (doquz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, x xxx 2009-cu il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəzası 9 (doqquz) ilə endirilmiş, xx xxxxxxxx 2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 7 (yeddi) ay 3 (üç) gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və x xxx 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 99-102, 214-217). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3, 15.4 və 15.5-ci maddələrinin tələblərinə görə “ az ağır”, “ağır” və xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinin tələbinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 8 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). İş materiallarında olan Nizami rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-97). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 520,342 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A 40” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 520,342 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A 40” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar