Məhkəmə qərarları › İş №1(101)-581/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-581/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-581/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya fasiləsiz gedişli” xroniki psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan, xx xxxx 2020ci il tarixdə saat 21 radələrində yaşadıqları ünvan 2 ünvanının dəhlizində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs X4 Xidmətini çağıracağını bildirməsindən əsəbləşərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə evin qonaq otağında stolun üstündən götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı qəhvəyi dəstəkli mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs 15 bıçaq zərbəsi vuraraq sonuncuya sağlamlığa ağır zərərvurmaya aid edilən boyun nahiyəsinin iki ədəd qırtlaq boşluğuna nüfuz edən və bir ədəd sol ümumi yuxu arteriyasını zədələyən deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin iki ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül zərərvurmaya aid edilən boyun nahiyəsinin digər deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthinin kəsilmiş yaraları və dərəcəsi təyin edilməyən xəsarətlərə aid olan qasıq nahiyəsinin səthi deşilmişkəsilmiş yarası xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, eyni zamanda Zərərçəkmiş şəxs öldüyündən əmin olduqdan sonra həmin bıçaqla sonuncunun meyitinin cinsiyyət orqanını kəsib meyitin ağız nahiyəsinə qoyaraq Zərərçəkmiş şəxs meyiti üzərində təhqiredici hərəkət etmişdir. İbtidai istintaq zamanı keçirilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 118 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Buna görə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılmış və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması üçün cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, atası Zərərçəkmiş şəxs hərbiçi olmuş və təyyarə mühəndisi vəzifəsində xidmət etmişdir. Hərbi xidmətlə əlaqədar olaraq atası müxtəlif ölkələrdə olmuşdur. Anası Şahid1 Sumqayıt şəhərində orta məktəbdə müəllimə işləmişdir, hazırda təqaüddədir. Anası ilə atasının münasibətləri təxminən 30 ildir ki pozulmuşdur. Anası atasının ona xəyanət etdiyini düşündüyü üçün ona qarşı həmişə pis davranmışdır. Atası dəfələrlə anasına xəyanət etmədiyini izah etməyə çalışsa da anası ona inanmamışdır. Atası Zərərçəkmiş şəxs 1992ci ildə Qarabağ müharibəsində olan zaman anası Solmaz atasına inanmadığı üçün onu da götürüb Ağdama müharibə bölgəsinə atasının orada nə etdiyini yoxlamağa getmişdir. Anası hər gün atasını nalayiq ifadələrlə təhqir etmiş, bu səbəbdən 30 ildir ki, onların arasında münasibətlər pozulmuş, onlar demək olar ki, hər gün mübahisə etmişlər. Anası Ruhi-Əsəb xəstəlikləri dispanserində yatıb müalicə almışdır. O, Sumqayıt şəhərində anadan olmuş, orada yerləşən 6 saylı orta məktəbdə təhsil almış, hərbi xidmətə getmişdir. O, 2002-2003-cü illərdə Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət etmiş, daha sonra 2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində təlim keçdikdən sonra gizir hərbi rütbəsi alaraq 2004-cü ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətdə olan zaman qəza keçirdiyi üçün beynində spazma yaranmış, özünü yaxşı hiss etməmiş və özünə qapanmışdır. O, bu səbəbdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicə almış, müalicə aldıqdan sonra yenidən hərbi xidmətə davam etmişdir. Orada dini kitablar oxumağa başlamış, dini kitablar oxuduqdan sonra qarabasmalar gördüyü üçün yenidən səhhətində problemlər yaranmış və bir neçə dəfə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yenidən stasionar müalicə almış, hətta Respublika Xəstəxanasına da gedib orada psixiatr müayinəsindən keçmiş, orada isterik pozuntu diaqnozu qoymuşlar və müalicə almağa başlamışdır. Bu səbəbdən hərbi xidmətini davam etdirə bilməmiş, hərbi həkim komissiyasından keçdikdən sonra hərbi xidmətə yararsız hesab edilərək 2007-ci ildə təxris edilərək təqaüdə buraxılmışdır. Hərbi xidmətdən təxris edildikdən sonra atası və anası Solmaz ilə birlikdə yaşamağa başlamışdır. Səhhətindəki problemlər davam etdiyinə görə bir neçə dəfə Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserində stasionar müalicə almışdır. Atası ilə münasibətləri həm hərbi xidmətə getməzdən əvvəl, həm də hərbi xidmətdən sonra pis olmuş, atası onun hər hərəkətinə lağ etmiş, onu tez-tez nalayiq ifadələrlə təhqir etmiş, bu səbəbdən təxminən 2 il qabaq təhqirlərinə dözməyərək iki dəfə onu döymüşdür. O, atasını döydükdən X4 xidmətini çağırılmış, X4 xidməti onu yenidən Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserinə aparmış, lakin bu müalicənin də heç bir faydası olmadığına görə, o, könüllü olaraq Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasına gedərək orada bir neçə dəfə stasionar müalicə almış, 1 ay müddətində müalicə aldıqdan sonra atası gəlib onu evə aparmışdır. Bir dəfə Sumqayıt şəhərində yerləşən aptekdən dərman alan zaman əczaçı ilə mübahisə etdiyi üçün əsəbləşərək yumruqla aptekin şüşəsini sındırmış, polis əməkdaşları onu tutsa da psixi problemləri olduğunu öyrəndikdən sonra buraxmışlar. 2016-cı ildə atası ilə anası mübahisə edən zaman qardaşı Ədalət anasının üstünə qışqırdığı üçün, o, bundan əsəbləşərək Ədaləti vurmuş, onların mübahisələri yaranmış, sonuncu onu götürüb yenidən 1 saylı Psixiatriya xəstəxanasına gətirmiş və o, bir müddət yenidən orada stasionar müalicə almışdır. Sonuncu dəfə 2020-ci ilin yanvar ayında yenidən 1 saylı Psixiatriya xəstəxanasında stasionar müalicə almış, təxminən 3 ay orada müalicə aldıqdan sonra may ayında xəstəxanadan evə buraxılmışdır. Atası şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkmiş, anası atasına qayğı göstərmədiyi üçün atası tez-tez Ədalətin və ya Arzunun evinə gedib orada qalmışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə atası bacısının yanına gedərək təxminən 11 gün orada qalmış, xx xxxx 2020-ci ildə atasına zəng edərək pul lazım olduğunu, gəlib pul verməsini demiş və növbəti gün atası evə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında atası, anası, qardaşı Ədalət və sonuncunun ailəsi ilə birlikdə Ədalətin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində atasının yaşadığı evin yaxınlığında yerləşən bağında yığışmışlar. O, sonuncu ilə birlikdə soyuducunu təmir edən zaman yenidən atası ilə anasının mübahisə etdiyini eşitmişlər. Onların yanına getdikdə anası Solmazın atasını yenidən nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuş, Ədalət qonşuların ailə mübahisəsini eşitməməsi üçün anasından evdən getməsini tələb etmiş, daha sonra anası Ədaləti də nalayiq ifadələrlə təhqir etmiş, o da anası ilə birlikdə çıxıb yaşadıqları evə gəlmişlər. xx xxxx 2020-ci il tarixdə axşam vaxtı şampan alaraq yaşadığı evə getmişdir. Mağazadan qayıdan zaman anası binanın blokunun qarşısında qonşularla oturmuşdur, ona evə qalxıb yemək yeməsini, yeməyin mətbəxdə qazın üstündə olduğunu demişdir. O, evə qalxaraq mətbəxə getdikdə qazın üstündə yemək olmadığını görmüşdür. Mətbəxi axtarsa da yeməyi tapmadığından əsəbləşərək yenidən həyətə düşüb anasını çağırmışdır. Anası evə qalxaraq mətbəxi axtarmış, lakin o da yeməyi tapa bilməmişdir. Daha sonra qonaq otağına keçdikdə yeməyin qonaq otağında stolun üzərində olduğunu görmüşlər. O, anasının bişirdiyi katlet və kartof qızartmasını bəyənmədiyi üçün anası ilə mübahisə etmiş, lakin ac olduğu üçün yeməyi yeməyə başlamışdır. Anası isə yenidən həyətə düşmüşdür. Həmin vaxt atası evdə olmamışdır. Yeməklə bir az şampan içmişdir. Həmin vaxt atası evə gəlmiş, onun yanına qonaq otağına gələrək şampan butulkasına baxmış və sonra butulkanı stolun üstünə qoyub yenidən evdən çıxmışdır. Atası ona hara getdiyini deməmişdir. O, yenə şampan içən zaman şampan butulkasının qapağının üzərindəki dəmirin olmadığını görüb əsəbləşmiş və atası Azada zəng edərkən sonuncu evə gəlmişdir. Atası dəhlizdə olan zaman o, ayağa durub atasına qışqıraraq şampanın qapağının dəmirinin harada olduğunu soruşmuşdur. Atası ona qışqırmamasını, yoxsa “103”-ə zəng edərək X4 xidmətini çağıracağını demişdir. O, atasının bu sözündən əsəbləşərək onu öldürmək üçün qonaq otağında stolun üstündə olan bıçağı götürərək atasının üzərinə getmişdir. Atası həmin vaxt dəhlizdə olmuşdur. O, sağ əlində tutduğu qəhvəyi dəstəkli bıçaqla atasının qarın nahiyəsinə xatırlamadığı sayda bıçaq vurmuşdur. Atası bıçağı tutaraq onun əlindən almağa və onu yerə yıxmağa çalışsa da, o, atasının boynundan tutaraq yerə yıxmış və onun üzərinə çıxaraq boğaz nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Atasının öldüyündən əmin olduqdan sonra onun əynində olan qara rəngli şalvarının düyməsini açaraq cinsiyyət orqanını kəsmiş və orqanı atasının ağzının içinə qoymuşdur. Bunu etdikdən sonra atasının cibini axtararaq mobil telefonunu tapmağa çalışmışdır. Arxa cibini axtardıqda orada atasının şəxsi sənədləri olduğunu görmüş və sənədləri götürüb dəhlizdəki qızdırıcı qaz sobasının üzərinə qoymuşdur. Daha sonra telefonun dəhlizdə yerdə, atasının sağ əlinin yanında olduğunu görmüş və telefonuna zəng çatmaması üçün onun içində olan “sim” kartı çıxarıb qıraraq telefonla birlikdə qonaq otağına atmışdır. Daha sonra paltarını dəyişmiş və Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gedərək törətdiyi əməli etiraf etmiş və təslim olmuşdur. Atasına bıçaqla xəsarət yetirməkdə məqsədi atasını öldürmək olmuşdur. Atasını öldürməyi qabaqcadan planlaşdırmamışdır. Atasına bıçaqla xəsarət yetirən zaman onlar üzbəüz dayanmışlar, daha sonra atası ona müqavimət göstərdiyinə görə onu yerə yıxaraq boğaz nahiyəsinə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmüşdür. Hadisə zamanı özü hər hansı xəsarət almamış, atası ona müqavimət göstərərək bıçağı almaq istəsə də, o, buna imkan verməmişdir. Bacısı Arzunun qayınanasıgildə olan zaman evlənmək istəmədiyini, atası ölsə sevinəcəyini demişdir. Hesab edir ki, düz edib atasını öldürmüşdür, o ölməli birisi idi. Qərara alıb ki, qalanlarını da öldürsün, həm də mütləq öldürəcək, kimi istəsə öldürəcək. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, o, Günəşli qəsəbəsində yaşayır və həmin qəsəbədə özünə məxsus atelyedə dərzi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Atası 1943-cü ildə Xaçmaz rayonunda anadan olmuş, hərbiçi olmuş, 38 il hərbidə təyyarə mühəndisi vəzifəsində xidmət etmişdir. Hərbi xidmətlə əlaqədar olaraq atası müxtəlif ölkələrdə olmuşdur. O, xx xxxx 1974-cü il tarixdə Almaniya Respublikasında anadan olmuşdur. Ailə həyatı quranadək atası Azad, anası Solmaz, bacısı Arzu, qardaşları Aydın və Azərlə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Qardaşı Azər atasının hərbi xidməti ilə əlaqədar olaraq Almaniyada doğulmuş, 1995-ci ildə Ukrayna Respublikasına getmiş və orada ailə həyatı qurmuşdur. Azər hazırda Ukrayna Respublikasının vətəndaşıdır və orada yaşayır. Atası, anası və qardaşı Aydın Sumqayıt şəhərində yuxarıda qeyd etdiyi ünvanda birlikdə yaşamışlar. Anası ilə atasının münasibətləri təxminən 30 ildir ki pozulmuşdur. Belə ki, anası Solmaz atası Azadın ona xəyanət etdiyini düşündüyü üçün həmişə ona pis davranmış, qayğı göstərməmiş və hər gün nalayiq ifadələrlə təhqir etmişdir. Atası dəfələrlə xəyanət etmədiyini izah etməyə çalışsa da anası ona inanmamışdır. Hətta 1992-ci ildə atası Qarabağ müharibəsində olan zaman anası ona inanmadığı üçün və onun orada nə etdiyini yoxlamaq məqsədilə qardaşı Aydını da götürüb müharibə bölgəsi olan Ağdam rayonuna getmişdir. Atası və anası demək olar ki, hər gün mübahisə etmişlər, bu səbəbdən də 30 ildən çox müddət ərzində onların arasındakı münasibət pozulmuşdur. Hətta 1997-ci ildə bir falçı onun yanında anasına atasının xəyanət etdiyini deyərək anasını inandırmış, o da bundan əsəbləşərək həmin falçını evdən qovmuşdur. O, 1999-cu ildə ailə həyatı qurduqdan sonra iki ay ailəsi ilə birlikdə yaşamış, lakin atası ilə anasının hər gün baş verən mübahisələri, anasının atasını nalayiq ifadələrlə təhqir etməsi səbəbindən bu hadisələrə dözməyərək arvadı Səkinə ilə ünvan 4 mənzil 6 ünvanına köçərək orada yaşamağa başlamışdır. Artıq 20 ildən artıq vaxtdır ki, o, həmin ünvanda yaşayır. Atası ilə anasının münasibətləri pisləşdiyi üçün dəfələrlə onlara boşanmalarını desələr də, atası boşanmaqdan imtina etmişdir. Anasının davranışları pozulduğu üçün 2006-cı ildə Sumqayıt şəhərində yerləşən ruhi-əsəb xəstəlikləri dispanserində bir aya yaxın stasionar müalicə almışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə anası 3 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsində müayinədən keçdikdə həkim anasına “invalusion paranoid” diaqnozu qoyaraq onun 1 saylı Psixiatriya xəstəxanasında stasionar müalicə almalı olduğunu bildirmişdir. Həmin gün atası X4 xidmətini çağırmış, lakin anası dəli olmadığını deyərək xəstəxanada stasionar müalicə almaqdan imtina etmişdir. Qardaşı Təqsirləndirilən şəxs 18 yaşı tamam olduqdan sonra universitetə qəbul ola bilmədiyi üçün hərbi xidmətə getmişdir. Hərbi xidmətini bitirdikdən sonra Aydın kurs keçərək gizir rütbəsi almış və hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətdə olduğu vaxt tankla qəza törətdiyi üçün Aydının qorxudan psixi problemləri yaranmış və o, özünə qapanmışdır. Aydın Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə almış və müalicə aldıqdan sonra hərbi xidmətə davam etmişdir. Lakin Aydın orada özünü pis hiss etdiyi üçün yenidən bir neçə dəfə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə almışdır. Lakin səhhətindəki problemlərlə əlaqədar olaraq hərbi xidmətini davam etdirə bilməmiş, təxminən 2006-cı ildə xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilərək təqaüdə çıxmışdır. Hərbi xidmətdən təxris edildikdən sonra Aydın müxtəlif işlərdə çalışmış, əvvəlcə Bakı şəhərində santexnik işləməyə başlamış, qısa müddət santexnik işlədikdən sonra kondisioner təmiri ilə məşğul olmuş, daha sonra onun yanında işləmiş, lakin onunla birlikdə də uzun müddət işləyə bilməmişdir. Daha sonra Aydın böyük qardaşları Azərə buradan çıxıb getmək istədiyini deyərək onun yanına Ukraynaya getmək istədiyini bildirmişdir. Aydın 2008-ci ilin aprelində Ukraynaya qardaşı Azərin yanına getmişdir. Lakin həmin ilin yay aylarında Azər ona zəng edərək Aydını geri göndərəcəyini, onun qəribə hərəkətlər etdiyini, küçədə yatdığını, onu xəstəxanaya apardıqda həkimlərin onun psixi pozuntusunun olduğunu dediklərini bildirmişdir. Aydın qayıtdıqdan sonra da səhhətindəki problemlər davam etmişdir. O, özünü pis hiss etdiyi üçün bir neçə dəfə Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserində müalicə almışdır. Aydın öz davranışlarını idarə edə bilməmişdir. Hətta təxminən iki il əvvəl Aydın iki dəfə atası Azada qarşı da fiziki zorakılıq tətbiq edərək onu döymüşdür. Bu səbəbdən atası X4 xidməti çağırmış, X4 xidməti də gələrək Aydını yenidən Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserinə aparmışdır. Lakin bu müalicənin də Aydına hər hansı faydası olmamış, o, yenə də özünü pis hiss etmişdir. buna görə Aydın özü könüllü olaraq Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasına gedərək orada dəfələrlə müalicə almışdır. Orada müalicə aldıqdan sonra özünü yaxşı hiss etdikdə atası onu götürüb evə gətirmişdir. Aydın bir neçə dəfə həmin xəstəxanaya gedib stasionar müalicə almış, özünü yaxşı hiss etdikdə təxminən bir-iki həftə sonra atası ilə əlaqə saxlayaraq gəlib onu evə aparmağını istəmiş, atası da həkim məsləhətindən sonra Aydını evə gətirmişdir. Hətta bir dəfə Aydın Sumqayıt şəhərində aptekə gedərək dərman almaq istəmiş, lakin dərmanı baha verdikləri üçün yumruqla aptekin şüşəsini sındırmışdır. Bu səbəbdən polis əməkdaşları Aydını tutmuşlar, lakin psixi xəstəliyi olduğu üçün buraxmışlar. O, 2016-cı il tarixdə atasıgilin Sumqayıtda yaşadığı evdə olarkən atası ilə anası yenidən mübahisə etmiş və anası yenidən atasını nalayiq ifadələrlə təhqir etmişdir. O, anasına dediyi sözlərin qadına yaraşmadığını deyərək onun üstünə qışqırdığı üçün Aydın ona şillə vurmuş və onların arasında mübahisə yaranmışdır. O, Aydının özünü idarə edə bilmədiyini görərək onu yenidən 1 saylı Psixiatriya xəstəxanasına aparmışdır. Aydın orada həkimlərə yalandan onun guya anasını döydüyünü bildirmişdir. Sonuncu dəfə Aydın 2020-ci ilin yanvar ayında özünü pis hiss etdiyi üçün yenidən Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasına gedərək orada stasionar müalicə almış, lakin səhhəti yaxşı olmadığı üçün müalicəsi uzun müddət, yəni üç aydan çox çəkmiş və xx xxx 2020-ci il tarixdə həkim məsləhəti ilə xəstəxanadan evə buraxılmışdır. Xəstəxanadan buraxıldıqdan sonra Aydın günün çox hissəsini evdə keçirmiş, arada bir çölə çıxmış, hətta bəzi vaxtlar gecə vaxtı evdən çıxıb siqaret almağa getmişdir. Atası Azad şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkmiş, anası ona qayğı göstərmədiyi üçün tez-tez onun və ya bacısı Arzunun evinə gedərək orada qalmışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə atası bacısının yanına gedərək təxminən 11 gün orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında atası, anası, arvadı Səkinə, uşaqları və qardaşı Aydın onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində atasının yaşadığı evin yaxınlığında yerləşən bağında yığışmışlar. O, Aydınla birlikdə soyuducunu təmir edən zaman yenidən atası ilə anasının mübahisə etdiyini eşitmiş, onların yanına getdikdə anası Solmazın atasını yenidən nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuşdur. O, qonşuların onların ailə problemlərini biləcəyindən narahat olduğu üçün anasından çıxıb getməsini tələb etmiş, anası isə onu da nalayiq ifadələrlə təhqir edərək Aydınla birlikdə getmişdir. O, Aydından hara getdiyini soruşduqda sonuncu başı ağrıdığı üçün evə getmək istədiyini bildirmişdir. Növbəti gün yenidən atası onunla birlikdə bağda olmuş, lakin anası ilə Aydın gəlməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində atası bağa onun yanına gəlmiş, nahar etdikdən sonra evə yatmağa getmiş və saat 17 radələrində yenidən onun yanına gəlmişdir. Onlar biraz söhbətləşdikdən və şam yeməyi yedikdən sonra saat 19 radələrində atası yorğun olduğunu deyərək istirahət etmək üçün evə getmişdir. Saat 21 radələrində bacısı Arzu ona zəng edərək dəfələrlə atası Azada zəng etsə də onun telefona cavab vermədiyini bildirmişdir. Həmin vaxt o, Günəşli qəsəbəsində yerləşən evinə getmişdir. Bacısı ilə danışdıqdan sonra atasına zəng etsə də onun telefonuna zəng çatmamışdır. Daha sonra evə də zəng etmiş, lakin ev telefonuna da heç kim cavab verməmişdir. Saat 22 radələrində X4 xidmətindən zəng edilərək atasının qardaşı tərəfindən öldürüldüyü bildirilmişdir. O, dərhal atasının yaşadığı evə getmiş və orada atasının öldürüldüyünü, hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində olduqlarını görmüşdür. Aydın atasını əvvəllər öldürməklə hədələməmiş, lakin iki dəfə onu döymüşdür. Televizorun səsi təsir etdiyi üçün Aydın hətta atasına televizora baxmağa da icazə verməmişdir. Hadisədən qabaq Aydın bacısının qayınanasıgilə getmiş, orada bacısının qayınanası Aydından nə vaxt evlənəcəyini soruşduqda ona atası Azadı öldürməyənə qədər evlənməyəcəyini demişdir. Atasının hər hansı şəxslə arasında ədavət və ya düşmənçilik olmamışdır. Atasının Aydınla münasibətləri yaxşı olmuş, lakin anası ilə atası arasında olan mübahisələr və anasının atasını pisləməsi Aydının atasına qarşı münasibətini dəyişmişdir. Atası Azadın hər hansı psixi xəstəliyi olmamış, o, bununla əlaqədar müalicə almamışdır. O, atasından Aydın barədə soruşduqda atası onun yaxşı olduğunu, hər hansı problemi olmadığını demişdir. Aydın heç kimlə ünsiyyət qurmamış, günün çox vaxtını evdə keçirmişdir. Onun hər hansı şəxslə münasibətinin olması barədə məlumatı olmamışdır. Anasının Aydına atası Azadı öldürməsi barədə bir söz deməsinin şahidi olmamışdır. Lakin birlikdə yaşadıqları üçün ola bilər ki anası Solmaz atasının ona xəyanət etdiyini deyərək Aydında atası haqqında pis fikir formalaşdırmışdır. Məhkəmədə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə göstərdi ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Atası Zərərçəkmiş şəxs hərbiçi olmuş, təyyarə mühəndisi vəzifəsində xidmət etmişdir. O, ailə həyatı quranadək, yəni 1997-ci ilə kimi atası Azad, anası Solmaz, qardaşları Aydın, Azər və Ədalətlə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Qardaşları Azər və Ədalət atasının hərbi xidməti ilə əlaqədar olaraq Almaniyada anadan olmuşlar. Azər Ukrayna Respublikasının vətəndaşıdır və orada yaşayır. Atası ünvan 1 ünvanında anası Solmaz və qardaşı Aydınla birlikdə yaşamışdır. Atası şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkdiyi üçün o, hər gün atası ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanmış, atası da tez-tez onun evinə gələrək onlarla birlikdə qalmışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə atası onun yaşadığı ünvan 5 ünvanına gəlmişdir. Oğlu Fərid iyun ayının sonunda hərbi xidmətdən ehtiyata buraxılacağı üçün o, atasına onlarla qalmasını, Fərid gəldikdən sonra getməsini demiş, atası da təxminən 11 gün onun evində qalmışdır. xx xxxx 2020-ci il tarixdə Aydın atasına zəng edərək pulu qurtardığını, gəlib pul verməsini demişdir. Atası həm Aydına və anasına pul vermək, həm də dərmanlarını almaq üçün bir gün sonra çıxıb getmiş və gedərkən iyulun 20-də yenidən qayıdacağını bildirmişdir. Atası getdikdən sonra o, hər gün onunla əlaqə saxlayaraq hal-əhval tutmuş, dərmanlarını vaxtı-vaxtında qəbul etməsini tapşırmışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 08 radələrində atasına zəng edərək əhvalını soruşmuş, atası da gecə yaxşı yatmadığını, biraz yorğun olduğunu bildirmişdir. O, günorta yenidən atası ilə əlaqə saxlayaraq danışmışdır. Axşam saat 21 radələrində mobil telefonuna baxdıqda atasının ona zəng etdiyini görmüş və özü ona geri zəng etmişdir. Lakin atasına dəfələrlə zəng etsə də o, telefona cavab verməmiş, bir qədər sonra isə ona ümumiyyətlə zəng çatmamışdır. O, narahat olaraq iki-üç dəfə ev telefonuna zəng etmiş, lakin ev telefonuna da cavab verən olmamışdır. X2 şəhəri, H.Z.Tağıyev qəsəbəsində atasının yaşadığı evin yaxınlığında bağı olduğundan ona zəng edərək atası barədə soruşmuş, Ədalət də atasının saat 19 radələrinədək onun yanında olduğunu, birlikdə yemək yediklərini, daha sonra isə istirahət etmək üçün çıxıb evə getdiyini bildirmişdir. O, Ədalətə çox narahat olduğunu, atasının mobil telefonuna və ev telefonuna dəfələrlə zəng etsə də heç kimin telefona cavab vermədiyini bildirmişdir. Ədalət özü də atasına zəng etdikdən sonra onunla əlaqə saxlayaraq atasının telefona cavab vermədiyini demişdir. Saat 23 radələrində Ədalət ona zəng edərək qardaşı Aydının atasını vurduğunu bildirmişdir. O, dərhal atasının yaşadığı evə yollanmış və oraya çatdıqda Aydının atasını öldürdüyünü öyrənmişdir. Aydın əvvəllər heç vaxt atasını öldürməklə hədələməmişdir. Lakin iki dəfə atasına qarşı fiziki zor tətbiq edərək onu döymüşdür. Televizorun səsi Aydına təsir etdiyi üçün o, hətta atasına televizora baxmağa da icazə verməmişdir. O, Aydını sonuncu dəfə 2019-cu ilin sonunda görmüşdür. Belə ki, oğlu Fərhad azyaşlı olduğu üçün o, evdən çıxmamış, bu səbəbdən atası tez-tez onlara gəlmişdir. Aydınla görüşməsə də arada bir telefonla danışmışdır. Sonuncu dəfə Aydınla təxminən hadisədən iki həftə qabaq telefonla danışmışdır. Atası Aydının çox vaxt evdə olduğunu, yemək yeyib yatdığını, gecələr yata bilmədikdə gündüz dərman qəbul edərək yatdığını, onunla çox ünsiyyət qurmadığını bildirmişdir. Ümumiyyətlə Aydın heç kimlə ünsiyyət qurmamış, günün çox vaxtını evdə keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 1999-cu ildə Ədalət Rzayevlə ailə həyatı qurduqdan sonra Ədalətin ailəsinin yanına köçərək qayınatası Zərərçəkmiş şəxs və qayınanası Şahid1 ilə birlikdə ünvan 1 ünvanında birlikdə yaşamağa başlamışdır. Lakin onlar birlikdə təxminən iki yaşaya bilmişlər. Belə ki, qayınanası və qayınatasının şəxsi münasibətləri çox pis olduğundan onlar demək olar ki, hər gün mübahisə etmişlər, qayınanası qayınatasının ona xəyanət etdiyini düşündüyü üçün daimə evdə mübahisə yaratmış, onu nalayiq ifadələrlə təhqir etmişdir. Qonşuluqda yaşadığı üçün o, Ədalətlə ailə həyatı qurmamışdan əvvəl də ətrafda olan qonşulardan Azadla Solmazın münasibətlərinin pis olduğunu eşitmişdir. Qaynanasının psixi problemləri olduğu üçün Sumqayıt şəhər Psixiatriya xəstəxanasında stasionar müalicə də almışdır. O, həm evlənməmişdən qabaq, həm də evləndikdən sonra, yəni Ədalətin ailəsi ilə birlikdə yaşamağa başladığı ilk günlərdə Solmazın davranışlarını idarə edə bilmədiyindən və psixi pozuntusu olduğundan şübhələnmişdir. Belə ki, o, ailə həyatı qurmamışdan öncə də qonşuluqda yaşadığı üçün Ədaləti və onun anası Solmazı tez-tez həyətdə görmüşdür. Solmaz həyətə düşən zaman üç xalatı üst-üstə geyinmiş, biraz həyətdə gəzdikdən sonra evə qalxıb xalatının birini çıxararaq yenidən həyətə düşmüşdür. Solmazın bu cür davranışı ona çox qəribə gəlmişdir. Qayınanası Solmazın onunla da münasibətləri yaxşı olmamış, onunla əsəbi və kobud danışmışdır. Buna görə təxminən iki ay birlikdə yaşadıqdan sonra o, Ədalətlə birlikdə Bakı şəhərinə köçərək, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, bina 8, mənzil 6 ünvanında yaşamağa başlamışdır. Ayrı yaşamağa başladıqdan sonra o, qayınanası Solmazla nadir hallarda görüşmüş, sonuncu çox qeyri-etik danışdığına görə onunla mümkün olduqca ünsiyyət qurmamağa çalışmışdır. Solmazın psixi problemləri olduğu üçün həm Ədalət, həm də qayınatası Azad Solmaza stasionar müalicə almağı təklif etsələr də, sonuncu xəstə olmadığını deyərək onları nalayiq ifadələrlə təhqir edib müalicə almaqdan imtina etmiş, xəstəxanaya aparsalar onlardan şikayət edəcəyini bildirmişdir. Qaynı Təqsirləndirilən şəxs də psixi xəstəlikdən əziyyət çəkmiş, davranışlarını idarə edə bilməmiş, danışıqları anormal olmuşdur. Belə ki, Aydın gününün çox hissəsini evdə keçirmiş, evdən çıxan zaman isə həkim xalatı geyinərək evdən çıxmışdır. O, Aydının həmin xalatı haradan aldığını bilməmişdir. Aydın həmçinin narıncı rəngli təmirçi paltarı da geyinmiş, bundan başqa yemək yeyən zaman qəribə hərəkətlər etmiş, məsələn, kabab yeyən zaman əti əli ilə tutmamış, cibindən dəsmal çıxarıb onlardan əti dəsmalın içinə qoymağı tələb etmişdir. Bundan başqa, Aydın çoxlu enerji içkiləri içmiş, həmin içki bankalarını atmayaraq çay, su və digər içkilər içən zaman onları həmin bankalarının içərisinə tökərək oradan içmişdir. Çox vaxt əlinə əlcək taxaraq çıxarmamışdır. Aydın xəstəliyi ilə əlaqədar həm Sumqayıt şəhər Psixiatriya xəstəxanasında, həm də Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasında stasionar müalicə almışdır. Aydınla qayınatası Azadın münasibətləri yaxşı olmamış, o, dəfələrlə əri Ədalətdən Aydının atasını vurduğunu, onunla kobud rəftar etdiyini eşitmişdir. Ədalət bu halların qarşısını almağa çalışdığı üçün Aydının Ədalətlə da arasında bəzi hallarda mübahisələr baş vermişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında o, Ədalət, uşaqları, qayınatası, qayınanası və qaynı Aydın onların Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qayınatasının yaşadığı evin yaxınlığında yerləşən bağlarında yığışmışlar. Ədalət Aydınla birlikdə soyuducunu təmir etmişlər. Bağda olan zaman yenidən qayınatası ilə qayınanası mübahisə etməyə başlamış və qaynanası qayınatasını yenidən nalayiq ifadələrlə təhqir etmişdir. Ədalət qonşuların onların ailə problemlərini biləcəyindən narahat olduğu üçün qayınanasından evdən getməsini tələb etmiş, qayınanası isə Ədaləti də nalayiq ifadələrlə təhqir edərək Aydınla birlikdə çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində qayınatası Azad bağa onların yanına gəlmiş, nahar etdikdən sonra evə yatmağa getmiş, saat 17 radələrində yenidən bağa gəlmiş, biraz söhbətləşdikdən və şam yeməyi yedikdən sonra saat 19 radələrində yorğun olduğunu deyərək istirahət etmək üçün evə getmişdir. Saat 21 radələrində baldızı Arzu Ədalətə zəng edərək dəfələrlə atası Azada zəng etsə də onun telefona cavab vermədiyini bildirmişdir. Həmin vaxt onlar Günəşli qəsəbəsindəki evlərinə getmişlər. Arzu ilə danışdıqdan sonra Ədalət atasına zəng etsə də onun telefona zəng çatmamış, ev telefonuna zəng etdikdə isə heç kim cavab verməmişdir. Saat 22 radələrində Ədalətin mobil telefonuna zəng gəlmiş və ona atası Azadın qardaşı Aydın tərəfindən öldürüldüyü bildirilmişdir. Onlar dərhal qayınatası Azadın yaşadığı evə getdikdə onun Aydın tərəfindən öldürüldüyünü və hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində olduğunu görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs kürəkəni Ədalətin atası, Təqsirləndirilən şəxs isə Ədalətin qardaşıdır. Onlar 30 ildən artıq müddətdir ki, Azadın ailəsi ilə qonşudurlar. 1999-cu il tarixdə onun qızı Səkinə Ədalətlə ailə həyatı qurmuşdur. Həm Aydının, həm də onun anası Solmazın psixi problemləri olmuşdur. Solmazın əri Azadla münasibətləri həmişə pis olmuş, onlar tez-tez mübahisə etmişlər. Hətta onlar qohum olmamışdan qabaq, qonşuluqda yaşadıqları vaxtlarda Solmazla Azadın tez-tez mübahisələrinə şahid olmuşlar. Solmaz Azadı nalayiq ifadələrlə təhqir etmiş və evdən qovmuşdur. Bu səbəbdən Azad uzun müddət yaşadığı evdən çıxaraq özünə kirayə ev tutmuşdur. Onların nəyə görə mübahisə etdiklərini bilməmişdir. Solmaz psixi xəstəliyi olduğu üçün davranışlarını idarə edə bilməmiş, insanlara qarşı çox kobud olmuş, danışığında tez-tez nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onlar qohum olduqdan sonra da Solmazla yaxın münasibətləri olmamış, lakin Azadla münasibətləri normal olmuşdur. O, Azaddan nəyə görə Solmazdan boşanmadığını soruşduqda sonuncu utandığını bildirmişdir. Aydının da psixi problemləri olmuşdur. Onlar nə qohum olmazdan əvvəl, nə də qohum olduqdan sonra Aydınla münasibət saxlamamışlar. O, Azaddan nə vaxt Aydını soruşsa Aydının ya Sumqayıt şəhər Ruhi-Əsəb xəstəxanasında, ya da Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasında olduğunu demişdir. Bu səbəbdən o, Aydını demək olar ki, çox vaxt görməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman həyətdə polis əməkdaşlarının və X4 xidmətinin olduğunu görmüş, nə baş verdiyi ilə maraqlandıqda Aydının atası Azadı öldürdüyünü öyrənmişdir. O, Aydını təxminən bir il qabaq görmüşdür. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, o, xx xxx 1947-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Sumqayıt şəhərində yerləşən 6 saylı orta məktəbdə əmək müəllimi işləmişdir. Hazırda təqaüddədir. 1970-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, bu evlilikdən 3 oğlan, 1 qız övladları dünyaya gəlmişdir. Azad hərbiçi olduğu üçün uzun illər Azərbaycanda və o cümlədən müxtəlif ölkələrdə hərbi xidmətdə olmuş, bu səbəbdən övladlarının üçü müxtəlif ölkələrdə anadan olmuşdur. Böyük oğlu Azər Rzayev 1971-ci ildə Almaniyada anadan olmuş, 90-cı illərdə sonuncu Ukraynaya getmiş və orada ailə həyatı quraraq yaşamağa başlamışdır. Azər hazırda Ukrayna Respublikasının vətəndaşıdır. Digər oğlu Ədalət 1974-cü ildə Almaniyada anadan olmuş, 1999-cu ildə ailə həyatı qurduqdan sonra təxminən iki ay onlarla birlikdə yaşamış, daha sonra isə Suraxanı rayonu, Günəşli qəsəbəsinə köçərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Ədalət dərzidir. Qızı Qanuni nümayəndə 1978-ci ildə Estoniyada anadan olmuş, 1997-ci ildə ailə həyatı qurmuşdur. Onlar 1980-ci ildən hazırki evləri ünvan 1 ünvanında yaşamışlar. Azər, Ədalət və Arzu ailə həyatı qurduqdan sonra o, Aydın və Azad birlikdə yaşamışlar. Əri Azad 1943-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. Azad hərbiçi olmuş, hərbi xidmətdə olduğu müddətlərdə ona başqa qadınlarla xəyanət etdiyinə görə Azadla aralarında problemlər yaşanmış və mübahisələr olmuşdur. Azad heç vaxt gedib gəldiyi yerlər barədə ona məlumat verməmişdir. Bu səbəbdən Azad 1992-ci ildə Qarabağ müharibəsində olarkən o, oğlu Aydınla birlikdə Ağdama müharibə bölgəsinə gedərək ərinin orada nə işlə məşğul olduğunu yoxlamağa getmişdir. Azadla bir dəfə mübahisə edən zaman sonuncu ona ürəyi nə istəsə edəcəyini, ona da nə istəyirsə etməsini, hara istəyirsə getməsini demişdir. O isə Azada ancaq qeyrətsiz adamın arvadına belə söz deyə biləcəyini, belə söz deyən adamı kişi hesab etmədiyini deyərək ondan boşanmaq istəmiş, lakin Azad bununla razılaşmamışdır. Oğlu Təqsirləndirilən şəxs məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilməmiş və hərbi xidmətə getmişdir. Aydın 2002-2003-cü illərdə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmiş, daha sonra 2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində təlim keçdikdən sonra gizir hərbi rütbəsi alaraq 2004-cü ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. Aydın hərbi xidmətdə olan zaman qəza keçirdiyi üçün beynində spazma yaranmış, özünü yaxşı hiss etməmiş və özünə qapanmışdır. Bu səbəbdən o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicə almış, müalicə aldıqdan sonra yenidən hərbi xidmətə davam etmişdir. Lakin səhhətindəki problemlər davam etdiyindən bir neçə dəfə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yenidən stasionar müalicə almışdır. Aydın hətta Respublika Xəstəxanasına da gedib orada psixiatr müayinəsindən də keçmiş, orada ona “şəxsiyyətin orta dərəcəli isterik pozuntusu” diaqnozu qoymuşlar və müalicə almağa başlamışdır. Bu səbəbdən hərbi xidməti davam etdirə bilməmiş və 2007-ci ildə hərbi xidmətdən təxris edilərək təqaüdə buraxılmışdır. Hərbi xidmətdən təxris edildikdən sonra Aydın geri qayıdaraq onlarla birlikdə yaşamağa davam etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində santexnik kimi işləmiş, daha sonra kondisioner təmiri ilə məşğul olmuşdur. Onun oğlu Ədalət dərzi olduğu üçün Aydın bir müddət Ədalətin da yanında işləmişdir. 2008-ci ildə Ukraynaya qardaşı Azərin yanına gedərək 3 ay orada qalmışdır. Səhhətindəki problemlər davam etdiyinə görə bir neçə dəfə Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserində stasionar müalicə almışdır. Aydının nə atası ilə, nə də onunla münasibətləri yaxşı olmamış, lakin atası ilə münasibətləri daha pis olmuşdur. Çünki atası digər övladlarına nisbətən Aydına daha az qayğı göstərmiş, bu da Aydının xoşuna gəlməmiş və əsəbləşmişdir. Aydın atasından pul istədikdə sonuncuya pul verməmiş, tez-tez Aydının üzərinə qışqırmış, sonuncunun stəkan əlindən düşüb qırıldıqda belə X7 Yardın xidmətinə zəng edərək Aydının dəliliyinin tutduğunu və gəlib onu aparmaqlarını demişdir. Bu səbəbdən iki dəfə Aydın Azadı döymüşdür. Bu hadisədən sonra Aydın X4 xidməti ilə yenidən Sumqayıt şəhəri Ruhi-Əsəb xəstəlikləri dispanserinə aparılmış və orada yenidən müalicə almışdır. Lakin bu müalicənin də heç bir faydası olmadığına görə Aydın könüllü olaraq Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasına gedərək orada bir neçə dəfə stasionar müalicə almış, bir ay müddətində müalicə aldıqdan sonra Azad Aydını evə gətirmişdir. Aydın onlara ata və anası olmadıqlarını, onlar ölməmiş evlənməyəcəyini demişdir. Aydın hətta ona cinsiyyət orqanını iynəylə deşdiyini, uşağının olmasını istəmədiyi üçün belə hərəkət etdiyini bildirmişdir. Aydın bir dəfə Sumqayıt şəhərində yerləşən aptekin şüşəsini sındırmış, polis əməkdaşları onu tutsa da psixi problemləri olduğunu öyrəndikdən sonra buraxmışlar. Təxminən 2016-cı ildə o, Azadla mübahisə edən zaman Ədalət onun üstünə qışqırdığı üçün Aydın əsəbləşərək Ədaləti vurmuş və onların mübahisəsi yaranmış, Ədalət də Aydını götürüb yenidən 1 saylı Psixiatriya xəstəxanasına gətirmişdir. Aydın bir müddət yenidən orada stasionar müalicə almış, sonuncu dəfə 2020-ci ilin yanvar ayında yenidən 1 saylı Psixiatriya xəstəxanasında stasionar müalicə almış, təxminən üç ay orada müalicə aldıqdan sonra may ayında xəstəxanadan evə buraxılmışdır. Azad şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkmiş, hətta bir neçə dəfə vəziyyəti pisləşmiş və evin içində yıxılaraq huşu getmişdir. Onun yaşı çox olduğuna görə Azada lazımi diqqət və qayğı göstərə bilməmiş, bu səbəbdən Azad tez-tez Ədalətin və ya Arzunun evinə gedib orada qalmışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Azad Arzunun yanına gedərək təxminən 11 gün orada qalmışdır. xx xxxx 2020-ci ildə Aydın Azada zəng edərək pul lazım olduğunu, gəlib pul verməsini demiş, Azad da növbəti gün evə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Azad, o, Aydın, Ədalət və sonuncunun ailəsi ilə birlikdə Ədalətin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində onların yaşadıqları evin yaxınlığında yerləşən bağında yığışmışlar. Həmin vaxt Azadla o, yenidən dəqiq xatırlamır hansısa məsələ üstündə mübahisə etmişlər. Bu zaman Ədalət qonşuların ailə mübahisəsini eşitməməsi üçün ondan evdən getməyini tələb etmişdir. O, Ədalətlə də mübahisə etmiş və daha sonra Aydınla birlikdə yaşadıqları evə qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, həyətdə qonşularla oturan zaman Aydın əlində torba ilə mağazadan qayıtmışdır. O, Aydının nə aldığını bilməmiş, ona evə qalxıb yemək yeməsini, yeməyin mətbəxdə qazın üstündə olduğunu demişdir. Aydın evə qalxdıqdan bir qədər sonra yenidən həyətə düşərək yeməyi tapa bilmədiyini bildirmişdir. O, Aydınla birlikdə evə qalxmış və mətbəxə getdikdə yeməyin orada olmadığını görmüşdür. Daha sonra yeməyin qonaq otağında stolun üstündə olduğunu görmüşlər. O, kotlet və kartof qızartması bişirmiş, Aydın isə bu yeməyi bəyənməyərək əsəbləşərək onunla mübahisə etmişdir. O, daha sonra yenidən həyətə düşərək küçənin sonunda yerləşən mağazaya gedib dondurma, siqaret və sosiska almışdır. Təxminən 30 dəqiqə sonra geri qayıtdıqda blokun qarşısında X4 maşınını görmüşdür. Həmçinin polis əməkdaşları da binanın qarşısında olmuşlar. Orada nə baş verdiyi ilə maraqlandıqda tanımadığı bir nəfər ona Aydının atasını öldürdüyünü demişdir. O, həmin şəxsə inanmayaraq Azadın yenidən vəziyyətinin pisləşdiyini və yıxıldığını düşünmüşdür. Dərhal evə qalxsa da evin qapısının bağlı olduğunu görmüşdür. Qapını döysə də içəridə olan X4 briqadası qapını açmamış, ona aşağı düşməyini demişlər. O, yenidən aşağı düşüb gözləməyə başlamışdır. Daha sonra yenidən yuxarı qalxdıqda evin dəhlizində Azadın qanlar içərisində olan meyitini görmüşdür. Azadla onun arasında mübahisə baş verən zaman o, Azada “əfəl” olduğunu demiş, Azad da ona qarşı bəzi hallarda nalayiq ifadələr işlətmişdir. Hətta bir dəfə Azada mağazadan ərzaq almasını dedikdə Azad onlara cinsiyyət orqanını yedizdirəcəyini demişdir. Həmin vaxt Aydın da evdə olmuşdur. Azad bu sözü bir neçə dəfə də Aydın evdə olan zaman demişdir. O, bu səbəbdən oğlu Ədalətə və qızı Arzuya atalarını öz yanlarında saxlamalarını bildirmişdir. Aydın atasını öldürəcəyi barədə heç nə deməmişdir. Aydın bir dəfə Azadla ona onlar öldükdən sonra evlənəcəyini, onların ata və anası olmadıqlarını demişdir. Azadla Aydının arasında son zamanlar hər hansı mübahisə olmamış, sonuncu daha əvvəl cinayət törətməmişdir. Sadəcə bir dəfə aptekin şüşəsini yumruqla vurub sındırmışdır (cild 1, iş vərəqə 146-150). İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun gəlini Arzunun atası, Təqsirləndirilən şəxs isə Arzunun qardaşıdır. Onun oğlu Rövşən 1997-ci ildə Arzu ilə ailə həyatı qurmuş, bu evlilikdən onların 3 oğlan övladı dünyaya gəlmişdir. Onlar ailə həyatı qurduqdan sonra Aydını demək olar ki, bu illər ərzində təxminən dörd-beş dəfə görmüş, sonuncunun psixi xəstəliyi olduğu barədə eşitmiş, lakin dəqiq məlumatı olmamışdır. Təxminən 2020-ci ilin iyul ayında Aydın onların Sumqayıt şəhərində yaşadıqları evə gəlmişdir. Həmin gün o, Aydına yemək verib onunla söhbət etmişdir. Söhbət əsnasında Aydından nə vaxt evlənəcəyini soruşduqda sonuncu atası Azad ölməyənə qədər evlənməyəcəyini bildirmişdir. Aydının belə danışmağı ona çox qəribə gəlmişdir. Daha sonra Aydını bir daha görməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində oğlu Rövşən zəng edərək Azadın vəfat etdiyini demişdir. Onların Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən evinə getdikdə Aydının atası Azadı öldürdüyünü öyrənmişdir (cild 1, iş vərəqə 210-212). Hadisə yerinə - ünvan 1 ünvanına baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, baxış zamanı evin dəhlizində meyitin yanında üzərində qanabənzər ləkələr olan qəhvəyi dəstəkli bıçaq aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 1-10). Əşyanın tanınması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş bıçaqların arasından atası Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 68-70) İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilərək müvafiq videogörüntünün köçürüldüyü bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 92- 94). Meyitə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyit yaşıl rəngli mələfəyə bükülmüşdür. Meyitin əynində göy rəngli xırda damalı köynək, qara rəngli şalvar, qara rəngli kəmər, yaşıl rəngli kişi tumanı vardır. Köynək göy-ağ rəngli damalı qarışıq materialdandır, yaxalıqlıdır, qısaqoldur. Köynək öndən yeddi ədəd düymə ilə bağlanılır. Köynəyin düymə ilə bağlanılan iki ədəd döş cibləri vardır. Köynəyin iç hissəsinə əlavə cib tikilmişdir. Köynəyin üzərində 04 ədəd zədə aşkar edildi. Şalvar tünd boz rəngli qarışıq materialdandır. Şalvar öndən zəncirbənd, metal ilgək və düymə ilə bağlanılır. Şalvarın iki ədəd yan, iki ədəd zəncirbəndlə bağlanan arxa cibləri vardır. Şalvarın bel nahiyəsinə tikilmiş yeddi ədəd ilgəyə qara rəngli dəriyəbənzər materialdan kəmər keçirilmişdir. Şalvarın və kəmərin üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Tuman yaşıl rənglidir. Tumanın iç hissəsində əllə əlavə cib tikilmişdir. Tumanın üzərində hər hansı zədə aşkar edilmədi. Qeyd olunan paltarların hər birinin üzərində qanabənzər ləkələr müşahidə olundu. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 167 sm-dir. Meyit əllə toxunduqda soyumuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-göyümtül rəngdə olub, barmaqla təzyiq etdikdə itir və 2-3 dəqiqə sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri boz rəngdə olub, uzunluğu 2-3 sm-ə qədərdir. Ağzı yarımaçıqdır. Alt çənədə sağdan İİİ dişi sarı rəngli metaldandır. Ağız boşluğunu vizual müayinə edərkən kəsilmiş cinsiyyət orqanının (penisin) kəsilmiş hissəsi ağız boşluğunda aşkar edildi. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, qüzehli qişa mavi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümükləri əllədikdə tamdır, gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə yumşaqdır. Cinsiyyət orqanı orta 1/3- i səviyyəsindən tam kəsilmişdir, yaranın ətrafı və yara nahiyəsi ağımtıl-çəhrayımtıl rəngdə olub, qansızmasızdır. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyun nahiyəsində ümumilikdə 11 ədəd deşilmiş-kəsilmiş yara vardır. Boyun nahiyəsinin ön səthində olan ölçüləri 3x1,0 sm, 4x1,0 sm-lik yaralar qırtlaq boşluğuna nüfuz edir, boyun nahiyəsinin sol yan səthində olan 3x1,0 sm ölçüdə olan yara sol yuxu arteriyasını tam kəsmişdir. Digər yaraların ölçüləri 0,8x0,4 sm-dən 2x0,5 sm-ə qədər olub, səthi yaralardır. Qarınüstü nahiyədə 2x0,8 sm, qarın nahiyənin sol yarısında 0x0,9 sm ölçülərdə kənarları hamar, bucaqları iti, mənfəzi açıq yaralar vardır. Qasıq nahiyənin sol yarısında 1,8x0,6 sm ölçüdə analoji səthi deşilmiş-kəsilmiş yara vardır. Sağ əlin ovuc səthində İ-İİ barmaqları arasında 2,4x0,4 sm ölçüdə kənarları hamar, üzəri qurumuş qanla örtülü səthi kəsilmiş yara vardır. Meyitin bədən səthi üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 1, iş vərəqə 41-47). xx xxxx 2020-ci il tarixli əşyaya (bıçağa) baxış keçirilməsi haqqında protokoldan görünür ki, bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla açıq vəziyyətdə uzunluğu 24 smdir, qatlanmayan tiplidir. Bıçağın tiyəsi bozumtul rəngli metaldan hazırlanmışdır, tiyənin kəsici tərəfi itilənmiş, digər tərəfi isə itilənməmişdir. Tiyənin uzunluğu 12,3 sm-dir. Bıçağın dəstəyi qəhvəyi rəngli olub uzunluğu 11,7 sm-dir. Dəstəyin üzərinə 03 ədəd dairəvi formalı, gümüşü rəngli millər bərkidilmişdir. Dəstəyin üzərində işlənmə izləri qeyd olunur (cild 1, iş vərəqə 39-40). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 72 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarət aşkar edildi: boyun nahiyəsinin 11 ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası, qasıq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş səthi yarası, sağ əlin ovuc səthinin İ-İİ barmaqarası nahiyənin kəsilmiş yarası, cinsiyyət orqanının (penisin) tam kəsilməsi (travmatik amputasiyası) -boyun nahiyəsində aşkar edilmiş 11 ədəd deşilmiş-kəsilmiş yaradan ikisi qırtlaq boşluğuna nüfuz edir, biri isə sol ümumi yuxu arteriyasını zədələyir. -qarın nahiyəsindəki iki ədəd deşilmiş-kəsilmiş yaradan hər ikisi qarın boşluğuna nüfuz edir və yaralardan biri nazik bağırsağı zədələyir, digəri isə qarın boşluğuna nüfuz edərək heç bir daxili orqanı zədələmir. Hər iki yara kanalları öndən-arxaya, yuxarıdanaşağıya doğrudur. Qeyd olunan xəsarətlərdən-cinsiyyət orqanının (penisin) tam kəsilməsi qeyrihəyatidir, onun ölümündən sonra yetirilmişdir, digər xəsarətlər isə həyatidirlər, deşici-kəsici alətin, ola bilsin ki, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Xəsarətlərdən boyun nahiyəsinin iki ədəd qırtlaq boşluğuna nüfuz edən və bir ədəd sol ümumi yuxu arteriyasını zədələyən deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin iki ədəd qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları, cinsiyyət orqanının (penisin) tam kəsilməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Boyun nahiyəsinin digər deşilmişkəsilmiş yaraları, sağ əlin ovuc səthinin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, qasıq nahiyəsinin səthi deşilmiş-kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb yuxu arteriyasının və qırtlağın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2020-ci il, saat 10:00-da) 10-14 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki, hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla ayaqüstə, xəsarət alan arxası üstə uzanmış halda olmaqla üzbəüz vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 169-178). Məhkəmə tibbi ekspertizasınını xx xxxx 2020-ci il tarixli, 822 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sağ saidin orta 1/3-nin arxa səthinin iki ədəd, sağ əlin arxa səthində İİ əl-daraq sümüyü proyeksiyasının sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti şəxsin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə hadisə zamanı əmələ gələ bilər, necəki kənar şəxs tərəfindən, eləcə də öz-özünə yetirməsi istisna edilmir və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 81-83). Məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 539/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu A/İİ/-dir. Təqsirləndirilən şəxs qan qrupu A/İİ/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, hadisə yerindən 01 ədəd çubuqlu pambıq tamponla götürülmüş ləkədə, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik və kəmər üzərində Abeta(İİ) qruplu insan qanı aşkar olunmudur. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olması inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) (cild 1, iş vərəqə 179-183) Məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 350/2020 MTKŞ nömrəli rəyindən görünür ki: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin ortayuxarı nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd və köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmşdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin və tumanın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. b) Şalvarın ön-yuxarı hissəsində, arxada oturacaq nahiyədə, sağ ayağın ön və arxa səthində, kəmərin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 187-190). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1468 saylı rəyindən görünür ki, yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Düşüncəsi kobud pozulmayıb. Öz şəxsiyyətinə, zamana və məkana bələdliyi formal saxlanılıb. Əhval-ruhiyyəsi söylədiyi sayıqlama ideyalarına uyğun olaraq dəyişir. Səs hallüsinasiyalarının təsiri altında olan xəstəni xatırladır. Həmçinin subyektiv olaraq “səslərin” ona əmrlər verdiyini qeyd edir. Törətdiyi cinayət əməli barədə sual verdikdə həmin gün Alla adlı səsin ona atasını öldürməyini əmr verdiyini deyir. “Alla deyirdi: “yemək ye, siqaret çək”. “Negatron” amerikalı mələkdi. Kuxnada stolun üstündə qiymə vardı. Onu yedim, hiss elədim ki, atam qiyməyə nəsə qatıb, qışqırdım, Alla ilə öz aramızda danışdıq və o dedi ki, atanı öldür”. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspertlər belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq çətinlik yaratdığını, həmçinin fərdi-psixi xüsusiyyətlərini, intellektini, psixi-emosional vəziyyətini, fizioloji affekt halında olubolmamasını və digər halları müəyyənləşdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 1, iş vərəqə 184-186). Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 86 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman “Paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki prosessual psixi xəstəlikdən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs mübtəla olduğu “Paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki psixi patalogiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Müşahidə edilən əlamətlərin psixotik xarakterli olması onu öz hərəkətlərinə cavab verməkdən, onlara rəhbərlik etməkdən məhrum edir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı və intensiv müşahidə tələb etdiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının hiss və həyəcanlarına qarşı laqeyd olmaq, ətraf aləmə qarşı biganəlik, şübhəlilik, impulsivlik, qıcığa qarşı qeyriadekvat həssaslığı, davranışında özünü iradi tənzimləməsinin çatışmamazlığı, hövsələsizlik və s. Kimi keyfiyyətlər aşkar olunur. Psixi-emosional vəziyyətində sıxıntı, əhval-ruhiyyəsinin səbəbsiz yüksəlməsi və enməsi, narahatlıq, gərginlik, bəzi vaxtlarda emosional oyanıqlıq müəyyən olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qəzəblilik, gərginlik, aqressivlik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi xəstəliyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkənemosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmur. Lakin keçirilən təfəkkür testləri zamanı təfəkkürünün paralogikliyi, konkretliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır (cild 1, iş vərəqə 217-224). Təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 118 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədənə qədər və həmin əməli törətdiyi zaman “paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki prosessual psixi xəstəlikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs mübtəla olduğu “paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Müşahidə edilən əlamətlərin psixotik xarakterli olması onu öz hərəkətlərinə cavab verməkdən, onlara rəhbərlik etməkdən məhrum edir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı və intensiv müşahidə tələb etdiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür (cild 2, iş vərəqə 15-21). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 2, iş vərəqə 152-153). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasının xx xxxx 2020-ci il tarixli 4602 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə həmin xəstəxanada “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olmuşdur (cild 1, iş vərəqə 154) Sumqayıt şəhər Psixiatriya xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli 265 nömrəli məktubundan görünür ki, Şahid1 xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək Sumqayıt şəhər Ruhi-Əsəb xəstəlikləri dispanserində “involusion paranoid” diaqnozu ilə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 141). Sumqayıt şəhər Psixiatriya xəstəxanasının xx xxxxxxxx 2020-ci il tarixli 293 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən Sumqayıt şəhər Ruhi-Əsəb xəstəlikləri dispanserində “paranoid şizofreniya, fasiləsiz gedişli” diaqnozu ilə mütəmadi olaraq stasionar müalicədə olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Sumqayıt şəhər Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 214). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasının xx xxxxxxx 2020-ci il tarixli 1/1247 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasına müraciət etməmişdir (cild 1, iş vərəqə 216). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinin 1 saylı Mənzil istismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1 saylı Mənzil-İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 58). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd tuman, bir ədəd qan nümunəsi və bir ədəd bıçaq məhv ediməlidir. Məhkəmə gəldiyi nəticələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə edilsin. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika psixiatriya xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd tuman, bir ədəd qan nümunəsi və bir ədəd bıçaq məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar