Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-586/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 сайлы вякил бцросунун вякили X11 oğlunun iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qasımov X3 Ağır Cinayətlər Məhkəməsinin 12.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa dəqiq məlum olmayan tarixdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa “Murtuza” kimi məlum olan İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, külli miqdar təşkil edən bir ədəd sellofan paketin içərisində təmiz çəkisi 800 qram çəkidə narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi barədə əvvəlcədən razılığa gəlmiş və bu məqsədlə “Murtuza” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni keçirdikdən sonra 11 iyun 2020-ci il tarixdə külli miqdar hesab edilən 800 qram çəkidə narkotik vasitə olan heroini Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığından satış məqsədi ilə qanunsuz əldə etməklə üzərində saxlayıb daşımış, 12 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saat 01:30-da Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi 39 saylı ünvanda saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada saat 03:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində tutduğu qara rəngli sellofan paketin içində bir ədəd bükümdə təmiz çəkisi 800 qram təşkil edən külli miqdarda toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, xeyli müddətdir ki, heç bir yerdə işləmir, narkotik qəbul edirmiş. Biləsuvar rayonuda yaşayır. Məzhəllərindən bir bağlama tapmış, açıb içini baxanda görmüşdür, narkotik vasitədir. Pula ehtiyacı olduğundan onu satmaq qərarına gəlmiş, narkotik vasitəni Bakıya gətirmiş, satmaq istəyəndə polislər onu saxlamışlar. Mövsüm adlı İranlını Biləsuvar rayonundan tanıyır. İrandan atasına lazım olan bir neçə dərmanın gətirilməsində kömək edib. Amma ondan narkotik almamışdır. İranda 2 dəfə olmuş, bir dəfə atasını həkimə aparmış, ikinci dəfə Kərbəla ziyarətinə getmişdir. Murtuza adlı şəxs tanımır, polislər ona fiziki və psixi təsir göstərdiklərinə və hədələdiklərinə görə məcbur qalıb, ağlına gələn ilk iran adını çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ilkin ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadələri məhkəmədə elan edilmişdir. O, izahatında və ilkin ifadələrində ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xeyli müddətdir ki, heç bir yerdə işləmir, narkotik vasitələr qəbul edir. 2017-ci ildə Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, faktiki olaraq Biləsuvar rayonuda ailəsi ilə birlikdə yaşamağına baxmayaraq Bakı şəhərinə 10 iyun 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar gəlmişdir. Bakıda olan zaman pula ehtiyacı olmuş və o, buna görə tanışı olan İran İslam Respublikasıın vətəndaşı “Mövsüm” adlı şəxsə zəng edib ona bu vəziyyətdə necə kömək edə biləcəyini soruşmuşdur. Mövsüm həmin vaxt İran İslam Respublikasında imiş. Mövsümü Biləsuvar rayonundan tanıdığını, İrandan atasına lazım olan bir neçə dərmanın gətirilməsində kömək etdiyi üçün o vaxtlardan münasibətinin olduğunu qeyd etmişdir. Mövsüm ona demişdir ki, özü ona bu işdə kömək edə bilməsə də bir nəfər tanışı olan İran İslam Respublikasının vətəndaşı “Murtuza” adlı şəxslə onu əlaqələndirə bilər və həmin şəxs ona pulla bağlı köməklik edə bilər. Beləliklə də o, “Murtuza” ilə əlaqə saxlamış və həmin şəxs ona izah etmişdir ki, Bakı şəhərində qeyd etdiyi yerdə bir bükümdə 800 qram çəkisi olan narkotik vasitə heroin gizlədilib və həmin bükümü olduğu yerdən götürüb ona sonradan deyəcəyi yerə aparmaq lazımdır. Bunun müqabilində də ona 200 manat pul verəcəyini bildirmişdir. O da razı olub Murtuzanın ona izah etdiyi sonradan bildiyi Bakı şəhəri Sabunçu rayonu ərazisinə getmişdir. Belə ki, metronun “Koroğlu” stansiyasının Sabunçu istiqamətində gedən avtomobil yolunun sağ tərəfində körpünü keçən kimi izah verilən dalan kimi yerdən o, həqiqətən də gizlədilmiş bir ədəd torbada olan büküm aşkar etmiş və götürmüşdür. Elə həmin vaxt, 11.06.2020-ci il tarixdə saat 11 radələrində “Murtuza” onunla İran nömrəsi ilə əlaqə saxlayıb, maddəni götürdüyünü biləndə ona demişdir ki, həmin maddəni Bakı şəhəri Xətai rayonu ərazisinə aparmaq lazımdır. O, həmin yerləri bilmədiyinə görə Murtuza ona maddənin çatdırılası ünvanı hissə-hissə deyirmiş. Belə ki, ilk əvvəl ona demişdir ki, 62 saylı marşrut avtobusunun son dayanacağına çatsın və özü ona sonra nə etməli olduğunu bildirəcək. O da Murtuzanın dediyi kimi soraqlaşaraq həmin marşrut avtobuslarının dayandığı yeri öyrənmiş və həmin istiqamətdə hərəkət etməyə başlamışdır. Saat təxminən 23 radələri olarmış. Həmin gün gecə saat 01 radələrində o, deyilən ünvan istiqamətində soraqlaşaraq hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib Baş İdarəyə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu və həmin məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qəbul edildiyini bildirmişlər. Bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmişdir və o, heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması ondan soruşulmuşdur. O, səmimi olaraq sağ əlində tutduğu qara rəngli sellofan paketin içində olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxılmış, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik maddənin olması aşkar edilmişdir. Sonra üzərinə keçirilən baxış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı tünd göy rəngli mobil telefon, sağ arxa cibindən qəhvəyi rəngli pul qabının içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, plastik kartlar və nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə aşkar olunmuşdur. Həmin bir ədəd büküm tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 807 qram olması müəyyən edildikdən sonra içi boş olan, ağ rəngli zərfə qoyulmuş, möhürləndikdən sonra o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu, şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı ilə etibarnamə götürülmüşdür. “Bakı kart” və bir ədəd pul qabı isə ona geri qaytarılmışdır. Bundan sonra o, şifahi sorğu zamanı həmin bükümü haradan əldə etməsi barədə məlumat vermişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadələri arasında yaranmış ziddiyyətlə əlaqədar bildirmişdir ki, ibtidai istintaq zamanı ona təzyiq göstərilməsə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona həmin məzmunda izahat, ifadə verməsinin özünə kömək olması, məhkəmədə xeyrinə olacağı barədə dediklərindən izahatını, ifadəsini onların dediyi məzmunda vermişdir. Hazırda həmin ilkin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmədə şahid qismində ifadə vermiş şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 iyun 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi və satışı ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi baş idarənin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tapşırılmış, əməliyyat qrupunun üzvləri kimi isə həmin idarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və o, təyin edilmişdir. 12 iyun 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 01:30-da Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi ev 39 saylı ünvanın yaxınlığında piyada hərəkət edən və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Bundan sonra həmin şəxsin şəxsiyyəti barədə onu sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində daşıması və satmasında şübhəli oldu bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Saxlanılmış şəxsin hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədi ilə Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən həmin şəxsə dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 iyun 2020-ci il tarixli qərara əsasən üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl həmin qərarla tanış edilmişdir. Şəxsi axtarış Şahid3 tərəfindən mobil telefon vasitəsilə video çəkilişdən istifadə edilməklə aparılırmış. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu qara rəngli sellofan paketin içindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı Nəcəf Aburşu tərəfindən açıldıqda içindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs bilavasitə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin şəxsin üzərində olan şalvarın sol yan cibindən bir ədəd “NOKİA” markalı mobil telefon, sağ arxa cibində olan qəhvəyi rəngli pul qabının içindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, üzərində “Şahid4” adı yazılmış “Kapital bank”-a məxsus plastik bank kartı, bir ədəd ümumi nəqliyyatdan istifadə etmək üçün nəzərdə tutulmuş “Bakı kart”-ı və bir ədəd nəqliyyat vasitəsindən istifadə olunması ilə bağlı etibarnamə aşkar olunmuşdur. Sonra həmin bir ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisi 807 qram müəyyən olunmuşdur. Həmin bükümün tamlığı bərpa edildikdən sonra ekspertiza tədqiqatı aparılması məqsədi ilə zərfə qoyulmuşdur, həmin zərf möhürlənmiş, üzərində qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş bir ədəd “NOKİA” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, “Kapital bank”-a məxsus bank kartı iş üçün əhəmiyyət kəsb etdikləri üçün götürülmüş, bir ədəd “Bakı kart”-ı və pul qabı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs sellofan paketdən çıxarıb təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, həmin bükümü 11.06.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində qoyulduğu yerdən İran İslam Respublikası vətəndaşı olan “Murtuza” adlı şəxsin Mirniyaza vəd etdiyi 200 manat pulun müqabilində tapşırığı əsasında götürüb deyəcəyi ünvana çatdıracağını, “Murtuza” adlı şəxslə X10 Respublikası vətəndaşı olan dostu “Mövsüm” adlı şəxsin tanış etdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 ifadəsində dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2020-ci il tarixli 6/1066 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan kağız paketdəki bir ədəd torbada təmiz çəkisi 800 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respyublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 800 qr, tədqiqata sərf olundu 0,050 qr, qalıq 799,95 qr. Cinayət işinin materiallarında olan maddi sübut hesab etmə haqqında 16 iyun 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi- 800 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 799,95 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının 17 avqust 2020-ci il tarixli 2232 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cinayət işinin materiallarından və öz deməsinə görə Təqsirləndirilən şəxs təxminən bir ildir ki, arabir, düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, həmçinin arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ambulator şəraitdə müalicə kursu aldığını söyləmişdir. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 12.06.2020-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs sağ əlində tutduğu qara rəngli sellofan paketin içində olan bir ədəd bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 10 avqust 2020-ci il tarixli protokoldan görünür ki, «xxxx» MMC-dən 04 avqust 2020-ci il tarixli, BKC/LGL-13521 nömrəli müşayiət məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlara, müvafiq danışıqlar və qısa mesaj yazışmalara keçirilmiş baxış zamanı telefon nömrəsinin ötürücü antenlərinin 12.03.2020-ci il tarixdən 09.06.2020-ci il tarixədək olan müddət ərzində Biləsuvar rayonu ərazisində yerləşən stansiyalardan, həmin tarixdən 12.06.2020-ci il tarixədək olan müddət ərzində isə Bakı şəhərinin əsasən Xətai və Nərimanov rayonları ərazisində yerləşən stansiyalarında qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Həmin məlumatları özündə əks etdirən bir vərəqin surəti çıxarılaraq protokola əlavə edilmiş, bundan başqa digər fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmiş, bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 11 iyul 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefonun “Kontaktı” qovluğunda “Movsum”, “Murtuza” adlı və ya İran İslam Respublikasına məxsus nömrə ilə başqa adla qeyd olunmuş kontakt müəyyən edilməmişdir. Bundan başqa mobil telefon aparatının “Zəng jurnalı” sisteminə baxış keçirilmiş, lakin nə 10.06.2020-ci il tarixdə, nə də ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi 11.06.2020-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasına məxsus olan hər-hansı nömrə ilə danışığının olması müəyyən edilməmişdir. Bundan başqa, mobil telefona keçirilmiş baxış zamanı həmin mobil telefonun “whatsapp” sosial şəbəkə tətbiqini dəstəkləməməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 24.06.2020-ci il tarixli 007-6683-1220 saylı əməliyyat tapşırığına daxil olmuş cavab məktubundan məlum görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən götürülmüş 800 qram çəkidə narkotik vasitə heroini əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Murtuza” adlı şəxsin şəxsiyyətini, onun digər cinayətlərin törədilməsində iştirakını və əlaqələrini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamadığını, eləcə də, narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, bundan başqa, araşdırılan fakt üzrə əlavə məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-705/2020 nömrəli 13.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 iyun 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.06.2020-ci il tarixdə tərtib etdiyi tələbnamənin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 12.05.2017-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 16.03.20193-cu il tarixli sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsi, belə ki, ittihamda qeyd olunan narkotik vasitə heroinin ondan aşkar edildiyini bildirsə də, lakin heç bir İran İslam Respublikası vətəndaşı ilə əlbir olmadığını, eləcə də qaçaqmalçılıqla, yəni narkotik vasitəni sərhəddən gizli yolla keçirmədiyini və özünü Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci maddələri ilə təqsirli hesab etmədiyinə dair dair həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndində göstərilir ki, «məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir». Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə uyğun olaraq məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasənə məlində təhlükəli residivin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 799,95 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan birədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 68 iş saatı müddətində müdafiə olunmuşdur və hüquqi yardımla bağlı ona dövlət hesabına ödənilməli məbləğ 408 manat təşkil edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 12 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05(beş) il 06(altı) ay müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 08(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08(səkkiz) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müdafiəçi X2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakş şəhəri 3 saylı Vəkil bürosunun nəfinə 408 manat köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 799,95 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-586/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-586/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver