Məhkəmə qərarları › İş №1(101)-59/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-59/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-59/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 və X2 ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçilər: Bakı şəhər 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, X6, Bakı şəhər 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs1 (04 avqust 1959-cu il tarixdə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş:

1. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri, CM-in (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti ilə şərti hesab edilmiş;

2. Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il 4 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilmiş;

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 67-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır;

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; “X18” MMC-nin direktoru vəzifəsində işləmiş, Tərtər rayonunun Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan barəsində həbs qətimkan tədbiri seçilmiş

Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə,

Təqsirləndirilən şəxs2 - (xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, orta təhsillidir, Sumqayıt şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsinə əsasən 500 manat cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4cü maddəsinə əsasən üzərində 300 manat cərimə cəzası saxlanılmış, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 2, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) və

Təqsirləndirilən şəxs3 - (xx.xx.1974-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilmiş, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, Vüqar Qasımov küçəsi, döngə 4, ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi ev 26da faktiki yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş)

Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.1 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, tanışları X10 və X16 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə Zərərçəkmiş şəxs4 məxsus olan 0,04 ha torpaq sahəsində inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının və oradakı mənzillərin faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi halda, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq tanışı Fikrət Qasımovun bacanağı X11 guya həmin binanın 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin mülkiyyətçisi olduğunu və mənzili 80.000 manata satdığını mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, 28 sentyabr 2015-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Heydər Əliyev” adına parkda Azər Əliyev tərəfindən Zərərçəkmiş şəxs2 80.000 manat məbləğində pulun alınmasından sonra həmin pulu Fikrət Qasımov və Azər Əliyevlə aralarında bölərək şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs2 satılması görüntüsü yaratmaq üçün mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı Fikrət Qasımov və Azər Əliyevin verdikləri məsləhətləri və məlumatları ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 28 sentyabr 2015ci il tarixli, 51 nömrəli müqaviləni, mənzilin dəyərinin ödənilməsi barədə Zərərçəkmiş şəxs2 adına verdiyi eyni tarixli və nömrəli maliyyə arayışını istintaqla müəyyən edilməyən şəraitdə hazırlayıb “X18” MMC-nin möhürü və özünün imzası ilə təsdiq edərək Fikrət Qasımovun və Azər Əliyevin vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, digər şəxslərin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər - Fikrət Qasımov və Azər Əliyev üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxs Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əmlakdan maneəsiz istifadə etmək, ona sahiblik etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, tanışları Təqsirləndirilən şəxs3, Şahid7 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, 03.09.2012-ci il tarixdə təsis etdiyi, sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, fiziki şəxs X8 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96,8 m2 olan 2 otaqlı mənzilin 24 may 2006-cı il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 satılmaqla onun adına rəsmiləşdirildiyini və sonuncuya məxsus olduğunu bildiyi halda, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin mənzilin guya Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməklə faktiki olaraq Şahid7 mülkiyyətində olduğunu mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, 10.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə həmin mənzili Zərərçəkmiş şəxs1, 13.06.2018-ci il tarixdə isə sonuncunun qardaşı Şahid1 göstərilməklə Zərərçəkmiş şəxs1 mənzilin həqiqətən Şahid7 məxsus olmasına inandırıb, 13 iyun 2018-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 29-da yerləşən, Təqsirləndirilən şəxs3 istifadəsində olan ofisdə Zərərçəkmiş şəxs1 45.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 76.500 manat məbləğində pulun Şahid7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə alınmasına nail olduqdan sonra həmin pulu sonuncularla aralarında bölüb şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün, mənzilin sonuncunun qardaşı Şahid1 adına qanunsuz rəsmiləşdirilməsi məqsədilə Şahid7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verdikləri məsləhətləri və məlumatları ilə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 25 iyun 2018-ci il tarixli, 30 nömrəli müqaviləni, həmçinin mənzilin dəyərinin ödənilməsi barədə Şahid1 adına verdiyi həmin tarixli və nömrəli maliyyə arayışını istintaqla müəyyən edilməyən şəraitdə “X18” MMC-nin möhürü və özünün imzası ilə təsdiq edərək Şahid7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, digər şəxslərin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər-Şahid7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxs Zərərçəkmiş şəxs5 əmlakdan maneəsiz istifadə etmək, ona sahiblik etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında və vəzifə saxtakarlığı törədilməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, tanışları Şahid7, Təqsirləndirilən şəxs3, həmçinin “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə, fiziki şəxs X8 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96,8 m2 olan 2 otaqlı mənzilin 24 may 2006-cı il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirildiyini və sonuncuya məxsus olduğunu bildiyi halda, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin mənzilin guya özünün adına rəsmiləşdirilməklə faktiki olaraq Şahid7 mülkiyyətində olduğunu mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, 10.06.2018-ci il tarixdə həmin mənzili Zərərçəkmiş şəxs1, 13.06.2018-ci il tarixdə isə sonuncunun qardaşı Şahid1 göstərməklə Zərərçəkmiş şəxs1 mənzilin həqiqətən Şahid7 məxsus olmasına inandırıb, 13 iyun 2018-ci il tarixdə saat 17-radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 29-da yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan ofisdə Zərərçəkmiş şəxs1 45.000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 76.500 manatı Təqsirləndirilən şəxs3 və Şahid7 ilə birlikdə alandan sonra sonuncularla, həmçinin Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün, mənzilin sonuncunun qardaşı Şahid1 adına rəsmiləşdirilməsi üçün verdiyi məsləhətləri və məlumatları ilə “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatların daxil edildiyi saxta rəsmi sənədlərin – 25 iyun 2018-ci il tarixli, 30 nömrəli müqavilənin və mənzilin dəyərinin ödənilməsi barədə Şahid1 adına verilmiş həmin tarixli və nömrəli maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özü və üçüncü şəxslər - Təqsirləndirilən şəxs3 və Şahid7 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında və vəzifə saxtakarlığı törədilməsində məsləhətləri və məlumatları ilə köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında və vəzifə saxtakarlığı törədilməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, tanışları Şahid7, Təqsirləndirilən şəxs2, həmçinin “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə, fiziki şəxs X8 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96,8 m2 olan 2 otaqlı mənzilin 24 may 2006-cı il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirildiyini və sonuncuya məxsus olduğunu bildiyi halda, cinayətkar qrupun üzvləri arasında əvvəlcədən olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin mənzilin guya Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməklə faktiki olaraq Şahid7 mülkiyyətində olduğunu mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirməklə, 10.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə həmin mənzili Zərərçəkmiş şəxs1, 13.06.2018-ci il tarixdə isə sonuncunun qardaşı Şahid1 göstərilməklə Zərərçəkmiş şəxs1 mənzilin həqiqətən Şahid7 məxsus olmasına inandırıb, 13 iyun 2018-ci il tarixdə saat 17-radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 29-da yerləşən özünün istifadəsində olan ofisdə Zərərçəkmiş şəxs1 45.000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 76.500 manatı Şahid7 və Təqsirləndirilən şəxs2 ilə birlikdə alandan sonra sonuncularla, həmçinin Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün, mənzilin sonuncunun qardaşı Şahid1 adına rəsmiləşdirilməsi üçün verdiyi məsləhətləri və məlumatları ilə “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatların daxil edildiyi saxta rəsmi sənədlərin – 25 iyun 2018-ci il tarixli, 30 nömrəli müqavilənin və mənzilin dəyərinin ödənilməsi barədə Şahid1 adına verilmiş həmin tarixli və nömrəli maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özü və üçüncü şəxslər – Şahid7 və Təqsirləndirilən şəxs2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında və vəzifə saxtakarlığı törədilməsində məsləhətləri və məlumatları ilə köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 03.09.2012-ci il tarixdə "X18" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru işləmişdir. Cəmiyyətin əsas fəaliyyəti çoxmərtəbəli yaşayış binalarının tikintisindən ibarət olmuşdur. O, mərhum dostu X3 dəvəti ilə Sumqayıt şəhərində bina tikilməsində əvvəllər podrat müqaviləsi əsasında işləmiş, lakin sonradan həmin müqavilənin müddəti qurtarmışdı. Şakir Hüseynov tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə tikilmiş 16 mərtəbəli yaşayış binasında heç bir tikinti-quraşdırma işi həyata keçirməmişdir. Həmin binadan mənzil satmaq, kiminsə adına mənzil rəsmiləşdirmək səlahiyyətinə dair mərhum Şakir Hüseynovla və ya digər şəxslə arasında heç bir müqavilə bağlanmamışdır. Şakir Hüseynovla məhkum olunmalarına dair məhkəmə hökmündə həmin binada da, bəzi zərərçəkmişlərə mənzil tikilib verilməsi vəzifəsi hər ikisinin, apellyasiya məhkəməsinin qərarında isə onun üzərinə qoyulmuşdu. Ancaq, binadan mənzil satmaqla bağlı ona hansısa səlahiyyət verilməmişdir. Şakirlə məhkum olunanda həmin binanın tikintisi əslində tam başa çatmışdı. Bəzi sənədləşmə işləri üçün, yəni binanın qazlaşdırılmasının təmin olunması və s. üçün ona pul lazım olmuşdur. Bundan başqa, Şakir Hüseynov özü də, sağlığında şifahi olaraq ona icazə vermişdi ki, təsisçisi və direktoru olduğu “X18” MMC-nin adından həmin binada 2 ədəd mənzili satıb binanın bəzi sənədləşmə işləri üçün lazım olan xərcləri ödəsin. Ancaq, bununla bağlı arada heç bir müqavilə bağlanmamışdır. Şahid1, Zərərçəkmiş şəxs1 adlı şəxsləri əvvəllər tanımamış, Şahid3 adlı şəxs 2018-ci il iyun ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində mənzil almaq istəyən şəxs olduğunu deyəndə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 16 mərtəbəli, 1 bloklu yaşayış binasının 16-cı mərtəbəsində 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin boş olduğunu, sata biləcəyini demişdir. 25 iyun 2018-ci il tarixdə sonuncunun təklifi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşməklə, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 istifadəsində olan bir ofisə getmişlər. Təqsirləndirilən şəxs3, həmçinin əvvəldən tanıdığı Şahid7 İlyas qızını və Təqsirləndirilən şəxs2 orada görmüşdür. Həmin şəxslərlə onun əvvəlcədən tanışlığının olduğunu görən Şahid3 ofisi tərk edib getmişdir ki, həmin şəxslərlə o özü mənzil alqı-satqısı barədə söhbət etsin. Təqsirləndirilən şəxs3 və Şahid7 ona demişlər ki, bir nəfərin adına Bakı şəhəri, Nərimanov rayonu, Nəsənoğlu küçəsində yerləşən binadan mənzil rəsmiləşdirsin, müqavilədə mənzilin dəyərinin tam ödənilməsini yazsın, həmin sənədləri, həmçinin mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını onlara versin, onlar həmin sənədləri alıcıya verib mənzilin dəyərindən 25.000 manat ilkin ödəniş kimi alıb ona verəndən sonra, hər ay 10.000 manat olmaqla ödəniş edəcəklər. O bu təkliflə razılaşmışdır. Hələ Şahid3 ofisdə olanda Ülviyyə və Məhəmmədlə birlikdə mənzilin pulunun ödənilməsinə hər üçünün cavabdeh olduqlarını deyəndə o, mənzilin dəyərinin ödəniləcəyinə dair alqı-satqı müqaviləsindən əlavə olaraq bir nəfərlə öhdəçilik müqaviləsi bağlamaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 belə bir müqavilə bağlamağa razılığını bildirmişdir. Təqsirləndirilən şəxs3la Şahid7 Şahid1 adlı şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini və ya əslini verib mənzili onun adına rəsmiləşdirməsini demişlər. O, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunmuş 1 bloklu, 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına, hər kv/metri 850 manatdan olmaqla cəmi 82280 manata satılaraq rəsmiləşdirilməsi barədə 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilə tərtib edib imzası ilə, həmçinin təsisçisi və direktoru olduğu “X18” MMC-nin möhürü ilə təsdiq etmişdir. Bundan başqa, Şahid1 adlı şəxsin adına, mənzilin dəyərini ödəməsi və borcunun olmamasına dair həmin tarixli, və nömrəli maliyyə arayışı da vermişdir. Mənzilə görə heç bir ödəniş olunmadığı halda məhz Şahid7 və Təqsirləndirilən şəxs3 təklifi, xahişi ilə mənzil rəsmiləşdirilməsi barədə müqavilədə özünün xətti ilə mənzilin dəyərinin ödənildiyi barədə qeyd də yazıb imzalamışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs3 ilə aralarında həmin mənzilin dəyərinin ödəniləcəyinə dair öhdəçilik müqaviləsi tərtib etmiş, hər ikisi müqaviləni imzalamışlar. Həmin sənədləri tərtib edib bir nüsxələrini ofisdə qoyub getmişdir. Bir neçə gün sonra özünü Zərərçəkmiş şəxs1 kimi təqdim edən şəxs zəng edib bildirmişdir ki, adına mənzil rəsmiləşdirildiyi Şahid1 bacısıdır və mənzili faktiki o alıb. Deməsinə görə mənzilin pulundan 45.000 manat və yaxud da ABŞ dollarını Şahid7 və Təqsirləndirilən şəxs3 vermiş, cəmi 15.000 manat və ya dollar borcu qalmışdır. Məhəmmədlə Ülviyyə həmin pulu da ondan istədiyini bildirmişdir. Səadət təklif etmişdir ki, pulun qalanını ona ödəməsi üçün görüşsünlər. O, mənzilə görə ona pul ödənilmədiyini deyib, heç kimə pul ödəməməsini, hər şeyi aydınlaşdırıb özünün onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra, xatırlamadığı gün Məhəmmədin ofisinə gedib onunla və Ülviyyə ilə görüşüb, Səadətin dediklərini deməsinə baxmayaraq, sonuncular Səadətdən pul aldıqlarını etiraf etməmişlər. Belə olduqda o, Təqsirləndirilən şəxs3 öhdəçilk müqaviləsinin ləğvi barədə ərizə yazmasını tələb etmişdir. Ülviyyə Məhəmmədin adından ərizə yazmış, Məhəmməd də imzalamışdır. Bundan sonra o, Şahid1 adına mənzil rəsmiləşdirilməsi barədə olan 25.06.2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qərar qəbul etmiş, bu barədə tərəflərə bildiriş göndərmişdir. Şahid1 adına mənzil rəsmiləşdirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən bina Şakir Hüseynov tərəfindən inşa edilmiş, hazırda onun oğlu Şahid4 faktiki sahibliyindədir. Təxminən 2015-ci ildə Zərərçəkmiş şəxs3 adlı tanışı bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində 4 mərtəbəli, hər mərtəbəsi 400 kv/metr olmaqla fərdi yaşayış evi inşa edir. Aralarında şifahi razılaşmaya əsasən sonuncu tikinti materiallarını özü tədarük etməklə, binanı tikməyi ona tapşırmış, ancaq, bununla bağlı aralarında podrat və ya digər müqavilə bağlanmamışdır. Binada onun müəyyən qədər fəaliyyəti olmuşdur, təxminən bir ay orada işlərin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Elə həmin binada 200 kv/metrlik sahəni, hər kv/metri 750 manatdan olmaqla 150.000 manata almasına dair 10.000 manat ilkin ödəniş etməklə Zərərçəkmiş şəxs3la müqavilə bağlamışdır. Elə həmin ərəfələrdə X24 adlı tanışı bina üçün özü tikinti materialları tədarük edib binanın tikintisini tamamlamasını təklif edəndə sonuncu ilə bu barədə şifahi olaraq razılaşmış, ancaq, bu barədə İlqara deməmişdir. Fikrətlə İlqarı tanış etməmiş, Fikrət həmin binada faktiki olaraq heç bir iş görməmişdir. Fikrətlə birlikdə, bacanağı kimi təqdim etdiyi Azər Əliyev adlı şəxs də ora gəlib getmişdir. 2015-ci ildə xatırlamadığı tarixdə Fikrət Qasımov binada 80 kv/metrlik sahəni Zərərçəkmiş şəxs2 adlı şəxsin adına rəsmiləşdirməsini, həmin sahənin pulunu binanı tikəndən sonra hesablaşanda nəzərə alınmasını təklif etmişdir. O razılaşaraq, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 4 mərtəbəli yaşayış binasının 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan 2 otaqlı, 7 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 adlı şəxsin adına, hər kv/metri 1000 manatdan olmaqla, ümumilikdə 80.000 manata rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin tarixli və nömrəli maliyyə arayışı, eləcə də, 80 kv/metrlik sahəyə dair öz adından Zərərçəkmiş şəxs2 adına həmin tarixli 420633 nömrəli etibarnaməni Fikrət Qasımova və Azər Əliyevə vermişdir. Sonuncular isə ona 17.000 manat pul vermişlər. Ancaq, onların Zərərçəkmiş şəxs2 pul alıbalmadıqlarını, nə qədər pul aldıqlarını bilməmiş, bu barədə ona heç nə deməmişdirlər. Mənzilin dəyəri ödənilmədiyi halda ödənilməsi barədə maliyyə arayışını məhz Fikrətin və Azərin xahişi ilə vermişdir. Zərərçəkmiş şəxs2 görməmiş, tanımamışdır. Zərərçəkmiş şəxs3 binada hansısa yaşayış sahəsini satmasına, kiminsə adına rəsmiləşdirməsi üçün ona heç bir razılıq, icazə verməmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsin adına binada mənzil sahəsi rəsmiləşdirməsindən İlqarın məlumatı olmamışdır. Müqavilə İlhamın adına tərtib olunmuşdur. O da onun adına bildiriş göndərmişdir. Səadətlə bir dəfə telefonla danışmış, o bildirmişdir ki, 45.000 pul vermiş, 8000 də Məhəmmədgil sənədə görə istəyirlər. Səadətin verdiyi pulların dollar və ya manatı olub-olmamasını isə xatırlamır. Elvin Namazovun adına olan sənəd saxta olmuş, o payçı olmamışdır. Təqsirləndirilən şəxs3 mənzilə görə ona ödəniş etmədiyi üçün o da müqaviləni ləğv etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Şahid7 yaşayış binaları tikməsi barədə internetdə məlumat yerləşdirmiş, o da həmin vaxt iş axtarırırmış. Ülviyyənin telefon nömrəsini internetdən götürüb ona zəng vurmuş və iş axtardığını demişdir. Ülviyə ona Sumqayıtda ofislər tikməsini bildirmiş, tikinti qutarandan sonra onu yanında işlə təmin edəcəyini demişdir. O, Şahid7 yanında hələlik müvəqqəti işləməyə başlamışdır. Xatırlamadığı bir gün Şahid7 onu yanına çağırıb N.Nərimanov rayonunda bir nəfər müştəriyə satacağı mənzili göstərmək lazım olmasını deyərək həmin mənzilin açarlarını ona vermiş o da Ülviyyədən dediyi ünvanda yerləşən mənzili müştəriyə göstərmişdir. O həmin mənzili iki dəfə müştəriyə göstərmişdir. Birinci dəfə açarı Ülviyyə özü ona vermiş, ikinci dəfə isə binanın komendantı kimi tanıdığı Əlinur adlı şəxsdən Ülviyyənin tapşırığına əsasən açarı almış və həmin mənzili müştəriyə göstərmişdir. Şahid7 həmin mənzili satmamışdan əvvəl onu Təqsirləndirilən şəxs3 ofisinə gətirmişdi. Zərərçəkmiş şəxs1 mənzilə görə Şahid7 26.000 ABŞ dollar pul vermişdir. Ülviyyə pulu götürüb öz çantasına qoymuş, sonra pulu ona və Ağaqədeşə vermişdir ki, aparıb bankda manata çevirsinlər. O və Ağaqədeş pulu bankda manata çevirdikdən sonra Ülviyyəyə vermişlər. Ülviyyə həmin puldan 10.000 manatını həmin dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə zərərin ödənilməsi ilə bağlı ödəmiş. 10.000 manatını isə Ağaqədeşə olan borcuna görə vermişdir. Şahid7 müştəriyə mənzili göstərmədən öncə mənzilin onun özünə məxsus olmasını demişdi. O, mənzili Zərərçəkmiş şəxs1 və onun qardaşı Şahid1 göstərmişdir. Zərərçəkmiş şəxs1 bundan sonra Məhəmmədin ofisinə gəlib 26.000 ABŞ dollarını Ülviyəyə vermişdir. Sadətin isə mənzilə görə həmin vaxt Ülviyyəyə 10.000 manat öorcu qalmışdır. Təqsirləndirilən şəxs2 proses iştirakçılarınını suallarına cavab olaraq bildirmişdir ki, mənzilin yerini ona Şahid7 özü başa saldıqdan sonra o da mənzili Zərərçəkmiş şəxs1 və qardaşı Şahid1 göstərmişdir.Həmin vaxtı Şahid7 da binanın yaxınlığında olmuşdur. Mənzilin onun adıma rəsmiləşdirildiyi barədə o, Zərərçəkmiş şəxs1 bir söz deməmişdir. Səadətə binanı göstərndən sonra notariata getmişlər. Səadətin Şahid7 verdiyi puldan Ülviyə ona heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 Şahid7 ofisdə Zərərçəkmiş şəxs1 pul götürən vaxtı görmüşdür və Təqsirləndirilən şəxs3 ona haradan açarı gedib götürməyi deməmişdir. Şahid7 ona mənzilin sənədlərini göstərməmiş, sadəcə sözdə ona demişdir ki, mənzil ona məxsusdur. O, Əlinur adlı şəxsi satılan mənzilin yerləşdiyi binanın komendantı kimi tanımış, Əlinur adlı şəxsdən də bir dəfə mənzilin açarını götürmüşdür. Birinci dəfə isə mənzilin açarını ona Ülviyyə vermişdir. Mənzilin alqı-satqısı aparılan vaxtı Təqsirləndirilən şəxs1 görməmişdir. 15.10.2018-ci il tarixli ifadəsində göstərmiş olduğu, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunmuş binanın 16-cı mərtəbəsində yerləşən mənzili Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 tapşırığına əsasən təqdim etdiyinə, Təqsirləndirilən şəxs3 həmin mənzilin özünə məxsus olmasını, Zərərçəkmiş şəxs1 satmaq istədiyini deyib, mənzili ona göstərməyini tapşırmasına, Şahid7 həmin alqı-satqıya aidiyyətinin olmamasına dair xüsusatları təsdiq etmədiyini göstərmiş, həmin məzmunlu yalan ifadə verməsini Şahid7 Zərərçəkmiş şəxs1 mənzili məhz onun satdığını deyib, onu şərləyib tutduracağını deyib hədələməsi ilə izah etmişdir. Xatırlamadığı tarixdə Şahid7 Şahid2 adlı tanışının maşınında bir yerə getməli olduqlarını demiş, həmin vaxtadək Ülviyyənin mənzil satdığını, mənzilinin olduğunu bilməmiş, sonuncu, guya Sumqayıt şəhərində bina tikdiyini, ona da, həmin binada mənzil verəcəyini demişdir. Ona görə də, Şahid7 hətta ev işlərində, azyaşlı uşaqlarını saxlamaqda da köməklik etmişdir. Həmin ərəfələrdə Məhəmmədin və Ülviyyənin özlərindən eşitmişdir ki, məhkəmədə barələrində olan cinayət işi ilə bağlı hansısa zərərçəkmiş şəxsə 5.500 manat pul ödəmişlər. Lakin, həmin pulu Səadətdən aldıqları pulun hesabına ödəyib-ödəmədiklərini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs2 15 oktyabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və X12 ilə aralarında keçirilmiş üzləşmə zamanı da verdiyi ifadələrini təsdiq etmədiyini bildirmiş, həmin ifadələri də Şahid7 göstərişi ilə və onun şər-böhtanından qorxduğu üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 20 oktyabr 2018-ci il tarixli ifadəsi ilə də məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün c.3 i.v.63-də olan ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 yanında heç zaman mühafizəçi işləmədiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və "Baba" ləqəbli Şahid2 əvvəllər tanımamışdır. Şahid7, özünün və qeyrilərinin barəsində cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparıldığı dövrdə 2018-ci il iyun ayının əvvəllərində, Şahid7 21000 manat zərərçəkmiş şəxslərə borcu olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Şahid7 "Baba" ləqəbli Şahid2 ilə birlikdə onun işlədiyi alqı satqı ofisinə gəlmişlər. Ülviyyə ona həmin dövrdə məhkəmədə barələrində gedən cinayət işi üzrə zərəri ödəmək üçün 5000 manat gətirmişdi. O da ona bildirmişdir ki, zərərçəkmişlə notariata getsin və zərəri bu yolla ödəsin. Şahid7 Şahid2 ilə notariata gedərək zərəri ödəmişlər. Bundan 2-3 gün sonra məhkəmə olmalı imiş. Ülviyyə ona zəng edib demişdir ki, sabah saat 15.00-da ofisdə ol, “mənim borcum olan adamlar gələcək, mən onların pulunu sabah ofisdə ödəyəcəyəm”. Səhərisi gün saat 15.00-da "Baba" ləqəbli Şahid2, Vaqif Güləliyev, Şahid7 ofisə gəlmişlər. Bundan təxminən bir dəqiqə sonra Şahid2 telefonuna zəng gəlmişdir. Şahid2 telefonun zənginə cavab verib Şahid7 demişdir ki, zəng vuran həmin qadındı, sonuncu da ona bildirmişdir ki, get götür gəl burdan gedək. Şahid2 ofisdən çölə çıxmış təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs1 və Şahid1la ofisə daxil olmuşlar. Bundan sonra Şahid7 Şahid2 mənzilin açarını götürməyə göndərmişdir. Həmin vaxtı onun (Təqsirləndirilən şəxs3) Ülviyyənin Səadətə mənzil satmasından məlumatı olmamışdır. Şahid2la Təqsirləndirilən şəxs2 mənzilin açarını götürməyə getdikdən sonra Şahid7 ilə Zərərçəkmiş şəxs1 mənzil alqı-satqısı barədə danışmağa başlamış, o d onlara dedim ki, mənzil məsələsini gedib notarusda həll etmələrini bildirmişdir. Bu vaxt Şahid7 ondan onları notarusa maşınla apara bilib-bilməyəcəyini soruşmuş, o da razılığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1, Şahid7 və Şahid1 birlikdə notarusa getmişlər. Notariata çatanda onların hər üçü avtomobildən enib notarusa getmiş və 20-25 dəqiqədən sonra geri qayıdaraq mənzili sənədləşdirmələrini bildirmişlər. Onlar avtomobilə minəndən sonra avtomobili həmin mənzil yerləşən binanın yanına sürməsin bildirmiş və ona yolu izah edərək Nəriman Nərimanovda yerləşən binanın yanına getmişlər. Evin yanında dayandıqdan sonra "Baba" ləqəbli Ağəqədeş ilə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq açarı gətirdiklərini bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1, Şahid1, Şahid2, Şahid7 və Təqsirləndirilən şəxs2 həmin mənzilə qalxaraq baxıb geri qayıtmışlar. Zərərçəkmiş şəxs1 çünki maşınının ofisin qabağında qalmasını bildirirərək ofisə getmələrini təklif etmişdir. Bundan sonra ofisə gəlmişlər. Zərərçəkmiş şəxs1 Şahid7 26.200 ABŞ dollar pul verərək masanın üzərinə qoymuş, Şahid7 pulları sayaraq 52000 manata hesablayıb mənzili satdığını bildirmişdir. Şahid7 həmin puldan 10.000 dolları götürüb manata çevirməsi üçün Şahid2 və Təqsirləndirilən şəxs2 vermişdir. Şahid2 və Təqsirləndirilən şəxs2 getdikdən sonra Zərərçəkmiş şəxs1 ilə qardaşı Şahid1 çıxıb getmişlər. Şahid2 pulu gətirəndən sonra pulun bir hissəsi Şahid2 qalmış, digər bir hissəsini isə Şahid7 götürüb səhərisi gün məhkəmədə zərərçəkmiş şəxsə zərəri ödəmişdir. Bundan 10 gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Şahid7 ilə Şahid2 şəxsə zəng etməsini, lakin onların telefonu götürməmələrini bildirmişdir. O, Şahid7 belə etməsinin səbəbəini bilmədiyini bildirmiş, onu məhkəmədə gördüyünü və görəndə ona bu barədə deyəcəyini bildirmişdir. Bundan sonra o, Şahid7 görərək bu barədə demiş,Şahid7 da dedi ki, zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ofisə gələrək Şahid7 ilə mübahisə edərək mənzilin sənədini tələb etmişdir. Şahid7 isə bildirmişdir ki, onun sənədini Asif adlı bir nəfər verəcəkdir. O (Təqsirləndirilən şəxs3), Şahid7 Asifin kim olduğunu soruşmuş, Şahid7 Zərərçəkmiş şəxs1 yanında Asifə zəng edərək ofisə gəlməsini bildirmişdir. Bundan sonra Asif ofisə gəlmiş və Zərərçəkmiş şəxs1 demişdir ki, o, Şahid7 sənəd istəməsin, sənədi gəlib 10 gün sonra ondan götürsün. 10 gündən sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Asifin telefona cavab verməməsini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ofisə gələrək onunla mübahisə etməyə başlamışdır. O da Ülviyə Abdalovaya zəng edərək Zərərçəkmiş şəxs1 sənədinin taleyini soruşmuş və bildirmişdir ki, Asif Səadətin telefonuna cavab vermir. Şahid7 demişdir ki, həmin adam rayondadır, gəlib mənzilin sənədini verəcəkdir. Bundan sonra Nərimanovda yerləşən binaya gedərək orada Təqsirləndirilən şəxs1 görüb onunla danışmışlar. Səhərisi günü Təqsirləndirilən şəxs1 onun ofisinə gələrək Zərərçəkmiş şəxs1 mənzilinə qonşu mənzili 6 ay müddətində ayda 10.000 manat vermək şərti ilə ona satmaq istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 mənzilinin sənədləri düzələndən sonra ondan mənzili alacağını bildirmişdir. Şahid7 demişdir ki, Zərərçəkmiş şəxs1 mənzilə görə 8000 ABŞ dollar borcu qalmışdır sonuncu o pulu verməyəcək, o da demişdir ki, o pula görə özü cavabdehdir. Zərərçəkmiş şəxs1 sənədini versinlər, əgər Zərərçəkmiş şəxs1 8000 ABŞ dolları onlara verməsə, özü həmin pulu verəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs1 müvafiq sənədləri yazmış və bir sənədi də onun adına yazmışdır. O da hələ mənzili almaq istəmədiyini bildirmişdir. Telmanın verdiyi mənzilin müqavilə sənədi onun ofisindədə masanın üzərində qalmış və onlar oradan çıxıb getmişlər. O, sənədin həqiqiliyini yoxlamaq üçün Zərərçəkmiş şəxs1 demişdir ki, evin sənədini götürən kimi gedib mənzilin təmiri ilə məşğul olsun, bilsin ki, həmin mənzilin başqa sahibi yoxdur. O, Zərərçəkmiş şəxs1 zəng edib demişdir ki, Təqsirləndirilən şəxs1 sənədini yazmışdır. Bundan bir gün sonra Şahid7 bildirmişdir ki, Sumqayıt şəhərində onun tikintiləri var və Təqsirləndirilən şəxs1, Şahid7 və o həmin tikintilərə baxmağa getmişlər. Bundan 5 gün keçəndən sonra Zərərçəkmiş şəxs1 ona zəng edib bildirmişdir ki, mənzilə baxmağa gedən zaman qapının kilidinin dəyişdiyini görüb. Həmin vaxtı Şahid7 yanında olmuş, ona bu barədə bildirəndə Şahid7 onun əlindən telefonu götürərək Zərərçəkmiş şəxs1 sonuncu pulu vermədiyi üçün mənzilin qıfılını dəyişdiyini bildirmişdir. O həmin günü axşam Zərərçəkmiş şəxs1 zəng etmiş, ona verilən müqaviləni ona oxumasını xahiş etmişdir. Sonuncu müqaviləni oxuyanda o, ona verilən müqaviləyə baxmış görmüşdür ki, müqavilələr eyni məzmunludur, lakin mənzilin nömrəsi qeyd olunmamışdır. Bundan sonra o, Şahid7 ofisə dəvət etmiş və Zərərçəkmiş şəxs1 demişdir ki, kamerada çəkiliş aparsın. Şahid7 Ağəqədeş ilə ofisə gəlmişlər və o ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 verilən müqavilə həmçinin özünə də də verilib və bunun səbəbini soruşmuşdur. Bu vaxt Şahid7 onun əlimdən müqaviləni götürüb çırmışdır. O istinaq zamanı həmin cırılmış müqaviləni istintaqa təqdim etmişdir. O, Səadətə mənzil satmamış, Ülviyyənin Səadətə satdığı mənzilə görə ona heç bir məbləğdə pul verilməmişdir. O, Əlinur adlı şəxsi tanımadığını bildirmişdir. Alqı-satqı müqaviləsi Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmışdır. O, Zərərçəkmiş şəxs1 tərəfindən Şahid7 qabaqcadan pul verilib verilmədiyini bilməmiş, ancaq onun yanında Şahid7 26.200 dollar verildiyini görmüşdür. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyanın 19.000 manatını ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci il iyun ayının təxminən 6-da Şahid2 adlı tanışı özünün Şahid7 adlı tanışının ucuz qiymətə mənzil və torpaq sahəsi satdığını deyib ondan mənzil almağı təklif etmişdir. O özünə mənzil lazım olmasa da ata evinin sökülməsindən bacısının pulu əlində qaldığı üçün və ona verilmiş pulları xərcləməsin deyə bacısına mənzil almaq istəmişdir. Həmin ərəfələrdə Bakı şəhəri ərazisində mərkəzi univermağın yanında Şahid7 və Ağaqədəşlə görüşəndə Ülviyyə Bakı şəhərində bina tikintisi ilə məşğul olduğunu, Bakı şəhəri ərazisindəki çoxlu sayda evlərini, torpaqlarını satdığını, koreyalıların dövlət xətti ilə ayırdıqları 200 milyon dollarlıq hansısa layihələrə rəhbərlik etdiyini, özünə məxsus, ev, mənzil və torpaq sahələrini satışa çıxartdığını demiş, həmçinin Şahid7 bildirmişdir ki, ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 16-cı mərtəbəsində yerləşən, təxminən 100 kv.metr ölçüdəki, iki otaqlı, təmirsiz mənzilini 85.000 manata təcili satır. Bundan sonra Şahid7 onunla bir neçə dəfə görüşüb mənzili almağı üçün onu dilə tutmuşdur. Şahid7, Şahid2 və Təqsirləndirilən şəxs2lə Mərkəzi Univermağın yaxınlığında görüşmüş, Ağaqədəşlə birlikdə“qeyd olunan binanın yanına getmişlər. Ülviyyə satdığı mənzilin həmin binada yerləşdiyini demiş, Vaqifə mənzili ona göstərməsini tapşırmışdır. O, Təqsirləndirilən şəxs2lə birlikdə binaya girib liftlə 16-cı mərtəbədən bir mərtəbə aşağı mərtəbəyə qalxmış, Vaqif həmin mərtəbədə bir mənzilin qabağına gəlib özündəki açarla qapısını açıb mənzili ona göstərmişdir. Mənzil dağıntılı olmuş, o, mənzilin iki yerə bölündüyünü demiş, səbəbini soruşanda ona deyilmişdir ki, mənzilin bir hissəsi satılır, çünki 85.000 manata ehtiyac vardır. Təqsirləndirilən şəxs2 mənzili göstərəndə mənzilin Şahid7 məxsus olduğunu, özünün adına rəsmiləşdirildiyini demişdir. Sonra Təqsirləndirilən şəxs2 onunla 16-cı mərtəbənin üstündə yerləşən mansarda qalxmışlar və o, mansardın ona məxsus olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs2 kim olmasını soruşmuş, Şahid7 onun qaynı oğlu olmasını bildirmişdir. Şahid7 ilə Ağaqədəş ona tez-tez zəng edirmişlər. Hətta bir pilot lahiyədə onu iştirak etməyə dəvət etsələr də razılaşmamışdır. Sonra mənzil barədə soruşanda bildirmişdir ki, bacısırazılaşıb, özü də fikirləşir. Bundan 2-3 gün sonra Şahid7 zəng edib mənzili almaq üçün onu dilə tutmuş, o da qardaşı Şahid1 demişdir ki, “gedək mənzilə baxaq, sən kameraya çəkərsən mənzili və bacıma göstərərsən”. O, Şahid7, Şahid2, Təqsirləndirilən şəxs2 bir daha mənzilə baxmağa getmişlər. Orada Asif adlı şəxs daşları kənara atırmış, ondan kim olmasını soruşmuş, o komendant olduğunu bildirmişdir. Bundan 2-3 gün sonra Ülviyyənin deməsinə görə onun və Təqsirləndirilən şəxs3 adlı tanışının barələrində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işləri olmuşdur. Ülviyyə mənzilin pulunun hazır olubolmadığını soruşanda o cəmi 45.000 ABŞ dollarının hazır olduğunu demişdir. Onlar bu barədə danışmaq üçün o və qardaşı Şahid1la öz avtomobilində Şuşa restoranının qabağında görüşmüşlər. Şahid2 gəlmiş və o ondan ofisin olub-olmamasını soruşmuş, sonuncu ona ofisə gedəcəklərini bildirmişdir. O, qardaşı Şahid1 Şahid2la birlikdə ofisə getmişlər. Ofisdə həmin vaxtı onlardan başqa, Təqsirləndirilən şəxs3, Şahid7 və Təqsirləndirilən şəxs2 olmuşdur. Orada ona bildirmişlər ki, mənzilin alınması ilə əlaqədar müqavilə bağlamağa qoymurlar. Gərək notariusa gedib Şahid7 mənzildən qardaşı Şahid1 adına imtina ərizə yazsın ki, MTK yeni müqavilə yaza bilsin. Onun ofisin qabağında 7 nəfərlik "Land Crouser" markalı avtomobili olmasına baxmayaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onun avtomobilində notariusa gedəcəklər. Onun avtomobili ofisin qabağında qalmış, o özü, Şahid7, qardaşı Şahid1 və Təqsirləndirilən şəxs3 bir avtomobildə, Təqsirləndirilən şəxs2lə Şahid2 isə digər avtomobildə əyləşərək notariusa yollanmışlar. Orada Şahid7 Təqsirləndirilən şəxs2lə və Şahid1 birlikdə notariat kontoruna girib çıxmışlar o isə çöldə gözləmiş, onlar çıxandan sonra nə isə sənəd aldıqlarını görmüşdür. Demələrinə görə İlhamın adına nə isə mənzillə bağlı etibarnamə vermişlər. O həmin etibarnaməyə baxmamış, Notariusda qardaşı Şahid1 etibarnaməyə görə 12 manat ödəmişdir. Notariusdan çıxandan sonra Şahid7 Şahid2 və Təqsirləndirilən şəxs2 mənzilin açarını götürməyə göndərmişdir. Təqsirləndirilən şəxs2 Şahid1la birlikdə düşüb binaya girmiş, mənzilə baxıb qayıdaraq bəyəndiyini qeyd etmişdir. Binadan çıxandan sonra ofisə gəlmişlər və orada özündə olan, 100 ABŞ dollarıq əskinaslarından ibarət olan 45.000 ABŞ dollarını həmin gün, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən ofisdə paketdə Şahid7 vermiş, sonuncu pulu Təqsirləndirilən şəxs3 verərək saymasını demiş, Məhəmməd isə pulu sayıb yanındakı seyfə qoymuşdur. Bundan sonra o, mənzilin sənədlərinin necə olacağını soruşmuş, Şahid7 bildirmişdir ki, məhkəmədə barələrində gedən istintaqla bağlı borcları ödəyək sabah olmasa da birisi gün ona MTK-dan sənədi yazıb verəcəkdir. Mənzilə görə 10.000 manat yox, 8000 manat borcu qalmışdı, çünki onlar ona mənzili göstərəndə 100 kv.metr olduğunu demiş, lakin mənzil 96.8 kv.metr olmuşdur. O, müqavilə veriləndə həmin 8.000 manatı ödəyəcəyini bildirmişdir. Bundan 3-4 gün sonra onlara, yəni Ülviyə Abdalova və Şahid2 zəng etmiş, lakin onlar onun zənginə cavab verməmişlər, ona görə o ofisə gedərək Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ya müqaviləni versinlər, ya da ki, pulu qaytarsınlar. Sonradan Asif adlı şəxs gəlmiş və demişdir ki, sənədi o verəcəkdir. Sonradan isə sənədi düzəldə bilməməsini bildirmişdir.Bir neçə dəfə ofisə gedəndən sonra onların barəsində şikayət edəcəyini bildirmişdir. Pulu götürəndən sonra Şahid7 ilə deyil, ancaq Təqsirləndirilən şəxs3 ilə telefon əlaqəsi saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 ona zəng edib gedib ofisdən müqaviləni götürməsini bildirmişdir. O, ofisə gedən zaman orada yalnız bir nəfər qapıda oturan işçi olmasını görmüş və o ona maliyyə arayışı ilə müqaviləni vermişdir. Ona verilən sənədləri Ədliyyə Nazirliyinə göndərərək sənədlərin düzgünlüyünü yoxlamış, ona sənədlərin düzgün olmasını bildirmişlər. O, Təqsirləndirilən şəxs1 zəng edəndə Prokurorluqda, sonra isə tibb müəssisəsində olduğunu bildirmiş, o sonda ona mesaj yazıb Şahid7 ilə Təqsirləndirilən şəxs3 8000 manatı ödəyib gdəməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs1 8000 manatı onlara verməməsini tapşırmışdır. Növbəti gün o, mənzilə bağmağa getmiş, komendatı axtarmış, orada Əli adlı komendant ona Təqsirləndirilən şəxs3 və Şahid7 dələduz olmalarını, onları bu binaya buraxmadıqlarını bildirmişdir. Sonra onun evinə müqavilənin 8000 manatı ödəməməyi ilə əlaqədar pozulduğu barədə məktub gəlmişdir. Hazırda ona dəymiş ziyanın 19.000 manatı Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan, 2 otaqlı, 7 nömrəli mənzil 28 sentyabr 2015-ci il tarixdə 80.000 manata ona satılaraq həmin tarixli 51 nömrəli müqavilə tərtib olunmaqla adına rəsmiləşdirilmişdir. Lakin mənzil bu günədək ona təhvil verilməmişdir. Sonradan bildiyinə görə həmin binanın “X18” MMCyə, həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs1 heç bir aidiyyəti və sonuncunun qeyd olunan mənzili satmağa səlahiyyəti olmamışdır. Yəni, Təqsirləndirilən şəxs1 7 nömrəli mənzilin onun adıma rəsmiləşdirilməsi barədə saxta müqavilə tərtib etmişdir. Belə ki, 2015-ci ildə Bakı şəhəri ərazisində mənzil almaq niyyətində olduğunu bilən, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu olan, bina tikməklə məşğul olduğunu güman etdiyi Azər Əliyev adlı şəxs hansısa bina üçün qapı-pəncərə düzəltdiyinə görə ona mənzil verildiyini, həmin mənzilin hər kv/metri 1500 manata olmasına baxmayaraq, ona 1000 manata sata biləcəyini demişdir. 2015-ci il sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı gün Azərlə birlikdə ünvan 3də yerləşən 3 mərtəbəli yaşayış binasının yanına getmiş, Azər binanın 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan 2 otaqlı, 7 nömrəli mənzili təqdim edib satıldığını, binanın “X18” MMC-yə məxsus olduğunu, MMC-nin Yeni Yasamal yaşayış massivindəki binasının qapı-pəncərələrini quraşdırdığını, hazırki binanın qapı-pəncərələrini də quraşdıracağını, həmin xidmətinin əvəzində 7 nömrəli mənzilin ona verildiyini demiş, o da inanmışdır. Mənzilə baxanda orada şirkətin işçilərindən, rəhbərliyindən heç kimi görməmiş, mənzili bəyənib almaq qərarına gəlmişdir. Azər mənzili özünün satdığını dediyinə görə Təqsirləndirilən şəxs1la görüşüb nə isə danışmağa ehtiyac duymamışdır. 2015-ci ilin sentyabr ayının 27-dən 28-nə keçən gecə, Azər adlı şəxslə telefonla zəngləşib saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi” deyilən yerin yaxınlığında, “Heydər Əliyev” adına parkda ikilikdə görüşüb özü ilə gətirmiş olduğu şəxsiyyət vəsiqəsini, həmçinin 50 və 100 manatlıq əskinaslardan ibarət olan cəmi 80.000 manat pulu özünə məxsus olan “Hyundai” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sayıb Azərə vermişdir. Sonuncu mənzilin onun adına rəsmiləşdirilməsinə dair müqaviləni səhəri gün verəcəyini deyib ayrılmışdır. 28 sentyabr 2015-ci il tarixdə saat 21 radələrində yenə də Azərlə zəngləşib həmin yerdə görüşəndə sonuncu, “X18” MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə bağlanmış, 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqaviləni, həmin tarixli və nömrəli maliyyə arayışını, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnaməni ona vermişdir. Müqavilənin məzmununda göstərilmişdir ki, ünvan 3 ünvanında 3 mərtəbəli yaşayış binasında 1-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 80 kv/metr olan, 2 otaqlı, 7 nömrəli mənzil ona bir pay kimi verilir. Mənzilin hər kv/metri 1000 manatdan olmaqla cəmi 80.000 manat olan dəyərinin elə həmin gün, yəni 28.09.2015-ci il tarixdə tam ödənildiyi əlyazma ilə yazılmışdır. Müqavilə möhürlə də təsdiq edilmişdir. Maliyyə arayışı da, Təqsirləndirilən şəxs1 imzası, həmçinin MMC-nin möhürü ilə təsdiq olunmuşdur və həmin arayışda onun 7 saylı mənzilin dəyərini tam şəkildə ödədiyi göstərilmişdir. 28.09.2015-ci il tarixli, 420633 nömrəli etibarnamə qeyd olunan mənzilə dair Təqsirləndirilən şəxs1 tərəfindən onun adına verilmişdir. Azər demişdir ki, bina bir ilə təhvil veriləcəkdir. Ancaq, bir il keçməsinə baxmayaraq bina təhvil verilməmiş, uzun müddət ərzində Azərlə müntəzəm olaraq telefonla danışmış, sonuncu, hər dəfə narahat olmamasını bildirmişdir. Sonradan o, xəstələnmiş, cərrahiyə əməliyyatı olunmuş, sonradan isə Azərə zəng çatmamışdır. Son zamanlar isə Təqsirləndirilən şəxs1 ümumiyyətlə həmin binadan mənzil satmağa səlahiyyəti olmadığını eşidəndə aldadıldığını anlayıb şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2014-cü ildə ünvan 3də 4 mərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamış, binanın birinci mərtəbəsini tikib başa çatdırandan sonra, pulu olmadığına görə Zərərçəkmiş şəxs4 adlı şəxsdən borc pul almışdır. Buna görə də, binanın yerləşdiyi 0,04 ha. sahəsi olan torpaq sahəsi elə əvvəlki sahibinin adından Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmişdir. Hətta, rayon İcra Hakimiyyəti başçısının bina tikintisi üçün sərəncamı da, Zərərçəkmiş şəxs4 adına verilmişdir. Bina tikintisi üçün beton tədarük edən Nizami adlı şəxsin yanında tikinti sahəsinə gəlib-gedən, Nizaminin mühəndis kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1 tikintinin necə aparılmasına dair şifahi məsləhətlər verməyə cəhd etməsinə baxmayaraq, o həmin məsləhətlərin heç biri ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs1 qeyd olunan binanın tikintisində heç bir fəaliyyət göstərməmiş, orada hansısa iş görməmiş, yaxud işlərə rəhbərlik etməsinə dair aralarında hansısa şifahi və ya yazılı razılaşma olmamışdır. Podrat və s. müqavilə bağlanmamışdır. 2015-ci ilin yayında, binanın 4-cü mərtəbəsinin inşası başa çatanda xatırlamadığı gün ora gələn Təqsirləndirilən şəxs1 həmin binadan 200 kv/metr ölçüdə yaşayış sahəsi almaq istədiyini demiş, o da tikinti və sənədləşmə tam başa çatandan sonra orada yaşayış sahəsi satmaq barədə düşünə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə “biz kişiyik, mən sənə inanıram, heç bir problem yoxdur. Binada 200 kv/metr yaşayış sahəsi almaq istəyirəm və bəri başdan sənə 10.000 manat pul verirəm. Bundan sonra da, sənə 160.000 manat pul verəcəm” demişdir. O isə bina tam hazır olandan və 10.000 manatdan əlavə 160.000 manatı da ödəyəndən sonra 200 kv/metr yaşayış sahəsinin Telmanın adına rəsmiləşdirilməsini təmin edəcəyini demiş, Telman da razılaşmışdır. Təqsirləndirilən şəxs1 həmin 200 kv/metr ölçüdəki yaşayış sahəsinin gələcəkdə, bina tam hazır olandan sonra ona satılacağına, adına rəsmiləşdiriləcəyinə, eləcə də, ilkin olaraq 10.000 manat məbləğində pul ödəməsinə dair müqavilə tərtib etdiyini bildirib müvafiq qrafalarda imza etməyini xahiş etmiş, o, Telmana inandığına görə təqdim etdiyi sənədlərdə, göstərdiyi yerlərdə imza etmişdir. 2015-ci ilin yayından sonra isə maddi imkanı olmadığına görə tikintini davam etdirə bilməmişdir. ünvan 3də Zərərçəkmiş şəxs4 adına olan torpaq sahəsində tərəfindən inşa olunmuş binanın inşasında Təqsirləndirilən şəxs1 heç bir xidməti, əməyi olmamış, eləcə də, ona hansısa məbləğdə borc pul verməmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımır, həmin şəxsə mənzil satmamış, ona mənzil satmağına dair Təqsirləndirilən şəxs1 hansısa razılıq verməmişdir. Bundan başqa, X10 və ya Azər Əliyev adlı şəxsləri də tanımır, həmin şəxslərin də qeyd olunan binada hansısa xidmətləri olmamış, orada heç bir iş görməmişlər. Təqsirləndirilən şəxs1, Fikrət Qasımovun və ya Azər Əliyev adlı şəxslərin Zərərçəkmiş şəxs2 adlı şəxsdən ona məxsus binadakı hansısa yaşayış sahəsinə görə hansısa məbləğdə pul almaqlarından məlumatım olmamışdır. Təqsirləndirilən şəxs1 müqaviləni saxtalaşdırıb və ona məxsus binada olan mənzili başqa adama satıb dələduzluq etmişdir. O hazırda Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2, X10, X16 adlı şəxsləri tanımır. ünvan 3də 0,04 ha torpaq sahəsini 2015-ci ilin əvvəllərində satın almış, tanışı Zərərçəkmiş şəxs3 ilə həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evinin tikintisini həyata keçirməsi barədə razılaşmış, ancaq bunun üçün hər-hansı müqavilə bağlanmamışdır. Təxmini hesablamışlar ki, həmin binanın tikintisinə 327320 ABŞ dolları ekvivalenti olan 343686 manat xərc çıxa bilər. Ona görə də, 03.03.2015-ci il tarixdə həmin məbləğdə borc müqaviləsi bağlamışlar ki, guya həmin məbləğdə pulu Zərərçəkmiş şəxs3 borc vermişdir. Hazırda həmin tikintinin zirzəmisi və 3 mərtəbəsi yarımçıq tikilmişdir. Zərərçəkmiş şəxs3 öhdəliyi yerinə yetirməmiş. Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsini və yaxud tikilini, tikilinin bir hissəsini, hansısa ölçüdə yaşayış sahəsini kiminsə adına rəsmiləşdirib-rəsmiləşdirməməsi, tikintini davam etdirmək üçün sonradan kiminlə isə razılaşması barədə məlumatı yoxdu. O, Təqsirləndirilən şəxs1 şikayəti və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Onun ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 16-cı mərtəbəsində mənzili olmuş, həmin mənzil bzü başqa adama satmışdır. həmin mənzilin kim tərəfindən başqa şəxslərə satılmasından xəbəri olmamışdır. Ona heç bir ziyan dəyməmiş və Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs2 bibisi və əmisinin diplomlarını, keçmiş həyat yoldaşının şirkətinin sənədlərini oğurlamışdır. Zərərçəkmiş şəxs1 çoxdandan tanımış. Onu Zərərçəkmiş şəxs1 ilə Anar Çıraqov tanış etmişdir. X26 İşlər Nazirliyində müstəntiq işləmişdir. Bir gün gəlib ona demişdir ki, gəl evi banka qoyaq. "Filiz" restoranın yanındakı evi onlar banka girov qoymuşlar. Bu zaman ona zamin dayanmağa adam lazım olmuş, həmin dövrdə Zərərçəkmiş şəxs1 ilə Anar Çıraqov ona zamin durmuşlar. X27 isə tanışlığı X1 ona qarşı dələduzluq işinin ibtidai istintaqı Daxili İşlər Nazirliyinin müstəntiqi Anar Çıraqov tərəfindən aparılırdığı zaman yaranmışdır. Daha sonra həmin işi Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmiş və həmin iş üzrə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin bir neçə vaxt keçəndən sonra görmüşdür ki, Anar Çıraqov evin əvəzinə verilməli olan pulun geri qaytarılması istiqamətində iş görmür o, Anar Çıraqovdan pulunu tələb etmişdir. Bir neçə müddət keçəndən sonra Baba adında keçmiş tanışı bildirmişdir ki, ”ev istəyirəm və bu evi özümə yox yaxın adam var Zərərçəkmiş şəxs1 göstərəcəyəm. O mənim qohumum , yaxın adamımdır, ona ev lazımdır və həmin evdən də 10 min pul satış olsa mənə verərcəksiniz.” O qumar borcu olduğunu bildirmiş və həmin borcu ödəyə bilmədiyini demişdir. Bir neçə vaxt keçəndən sonra Baba Zərərçəkmiş şəxs1 ofisə gətirmişdi. Sonra Baba ona demişdir ki, 10 min ABŞ doları siz mənə pul verməlisiniz ki, o qumar borcunu ödəsin. Həmçinin binanın komendantı Asifdə 5000 manat pul var. O, Zərərçəkmiş şəxs1 deməmişdir ki, ev onlarındır. Ona Təqsirləndirilən şəxs3 demişdir ki, mənzil Təqsirləndirilən şəxs2 adına sənədləşdirilib. Onui Təqsirləndirilən şəxs2lə Ramin adlı şəxs qohumu qismində tanış etmiş,Təqsirləndirilən şəxs2 onun evində qalmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindəki xüsusatları təsdiq edən ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4-5 il əvvəl “X20” MMC-nin təsisçisi və direktoru kimi tanımış, münasibətləri normal olmuşdur. Belə ki, bina tikintisi ilə məşğul olan, Şakir Hüseynov adlı, vəfat etmiş şəxsin bacısı oğlu olan, sonuncunun bəzi işləri ilə məşğul olan Elnurla onun normal münasibəti olmuş və 2018-ci ilin iyun ayının əvvəllərində şəxsi ehtiyacı üçün Elnurdan borc pul istəmişdir. Sonuncu satılası mənzilləri olduğunu, sata bilərsə borc verəcəyini bildirmişdir. Həmin ərəfələrdə, əvvəllər tanıdığı Şahid7 adlı şəxs ona mənzil almaq istəyən adam olduğunu deyib, satan olarsa xəbər etməyini xahiş etmiş, həmçinin, bildirmişdir ki, mənzil alınanda 20-30 min manat pul ilkin olaraq ödəniləcək, növbəti hər ay üçün isə 10.000 manat ödəniləcəkdir. O da bu barədə Elnur adlı şəxsə, eləcə də, sonuncunun vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs1 demişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hansısa binadan mənzil sata biləcəyini deyib, mənzil alan şəxsin 100 faiz ödəniş edib-etməyəcəyini soruşanda o, “satan sənsən, alan onlar, gedək özünüz görüşüb söhbətinizi edin, pul məsələsi mənlik deyil” cavabını vermişdir. Daha sonra Şahid7 zəng edib mənzil satan şəxslə, Təqsirləndirilən şəxs1la birlikdə olduğunu bildirmişdir. Sonuncu, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən hansısa bir ofisin ünvanını demiş, ora getmişlər. Əvvəllər tanıdığı, ancaq, elə bir yaxın münasibəti olmayan Təqsirləndirilən şəxs3 və Şahid7, həmçinin tanımadığı bir qadını həmin ofisdə görmüşdür. Təqsirləndirilən şəxs1 Şahid7 ilə, Təqsirləndirilən şəxs3la mehriban görüşmüş, bir-birilərini yaxından tanıdıqlarını, mehriban münasibətlərinin olduğunu, onlarla birlikdə nahar edəcəyini hiss edib, “lap yaxşı, bir-birinizi tanıyırsınız, daha mən gedim, başqa işim var, söhbətinizi özünüz edərsiniz” deyib ofisi tərk etmişdir. Bundan sonra orada nələrin baş verdiyini, hansı şərtlərlə danışıb razılaşdıqlarını, mənzilin satılıb-satılmadığını, kimə satıldığını, mənzil alqı-satqısı ilə bağlı kimin kimə pul ödədiyini bilməmişdir. Təqsirləndirilən şəxs1 həmişə Elnurun yanında görmüş, birlikdə işlədiklərini güman etmişdir. Hesab etmişdir ki, Telman mənzil satarsa pullar Elnurla ikisinə çatır və belə olarsa Elnur da ona borc verər. Məhz bu marağa görə Təqsirləndirilən şəxs1 Şahid7 ilə görüşə aparmışdır. Ofisdə onun yanında Təqsirləndirilən şəxs1 Şahid7 ilə mənzil alqı-satqısı barədə heç nə danışmamışdır. Bir neçə gün keçəndən sonra ona zəng edən tanımadığı qadın Təqsirləndirilən şəxs1 mənzil alan şəxs olmasını, Ülviyyəgilə mənzilə görə hansısa məbləğdə pul verməsini, lakin mənzilin ona verilmədiyini bildirmişdir. Onun mənzillə bağlı konkret olaraq hansı məbləğdə pulu Ülviyyəyə, yoxsa Ülviyyə ilə Təqsirləndirilən şəxs3 verib-vermədiyini bilməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 ona demişdir ki, Ülviyyənin dediyi hansısa şəxsin adına bir ədəd mənzil rəsmiləşdirib, ancaq, ona pul ödənilməyib və həmin müqaviləni ləğv etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 və Şahid1 ifadəsindəki xüsusatları təsdiq edən ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Şahid1, Şahid7, Təqsirləndirilən şəxs3 adlı şəxsləri tanımır. “X18” MMC-nin sədri kimi tanıdığım Təqsirləndirilən şəxs1 ilə isə normal münasibəti vardır. Onun 21.06.2016-cı il tarixdə cəzaçəkmə müəssisəsində vəfat etmiş dayısı X8 Bakı və Sumqayıt şəhərlərində bina tikintisi ilə məşğul olumuş, sonradan həmin işlərlə onun dayısı oğlu Şahid4 məşğul olurmuş. Təqsirləndirilən şəxs1 Şakir Hüseynovun sağlığında onunla podrat müqaviləsi bağlayıb Sumqayıt şəhərindəki binanın tikintisini aparırmış. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunmuş 1 bloklu, 16 mərtəbəli yaşayış binası da, mərhum dayısı X8 tərəfindən inşa olunmuşdur. Dayısının vəfatından sonra isə həmin bina Şakirin oğlu Şahid4 mülkiyyətindədir, ona məxsusdur. Həmin binanın 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına, hər kv/metri 850 manatdan olmaqla cəmi 82280 manata satılaraq rəsmiləşdirilməsi barədə Təqsirləndirilən şəxs1 tərəfindən 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilə tərtib edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmin binaya heç bir aidiyyəti yoxdur və oradan mənzil satmağa, rəsmiləşdirməyə səlahiyyəti olmamışdır. Xatırlamadığı tarixdə tanışı Şahid3 ona qeyd olunan binada satlıq mənzil olarsa almaq istəyən şəxs olmasını demiş, o da həmin binanın özünə aidiyyətinin olmadığını, orada mənzil satılması ilə bağlı dayısı oğlu Şahid4 müraciət etmək lazım olmasını bildirmişdir. Şahid4 zəng edib Şahid3 barəsində deyib xahiş etmişdir ki, köməklik etsin. Ancaq, qeyd olunan binada hansısa mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 və ya digər şəxsin adına rəsmiləşdirilməsi, satılması barədə heç bir məlumatım olmamışdır. O, Ülviyə Abdalovanı tanımasını, Ülviyənin Natiqlə onun yanına gəlib ev istəməsini, yirdilər, Təqsirləndirilən şəxs2 tanımadığını, bir dəfə parkda görməsini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa olunmuş binanın 16-cı mərtəbəsində yerləşən, X3 özü tərəfindən Zərərçəkmiş şəxs5 adlı şəxsin adına rəsmiləşdirilmiş 4 otaqlı mənzil sonradan iki yerə bölünmüşdür. O həmin binada komendant işlədiyini, Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımadığını və həmin şəxsə hansısa açar vermədiyini bildirmişdir. O, Şahid7 tanımadığını, üzdən görməsini bildirmiş, Təqsirləndirilən şəxs1la birlikdə işlədiyini, amma onun mənzil satmağa səlahiiyətinin olub olmadığını bilməmişdir. Məhkəmədə Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Bakı və Sumqayıt şəhərlərində bina tikintisi ilə məşğul olan mərhum atası X8 2009-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2016-cı il iyun ayının 21-də cəzaçəkmə müəssisəsində vəfat edəndən sonra o, bacısı X4 adına “Şakir mənzil tikinti kooperativi”ni təsis etmiş, özü həmin kooperativin icraçı direktorudur. Atasının vəfatından sonra Sumqayıt şəhərindəki binaların tikintisi ilə o məşğul olur. “X18” MMC-nin icraçı direktoru kimi tanıdığı Təqsirləndirilən şəxs1 onun atasının sağlığında podrat müqaviləsi əsasında Sumqayıt şəhərindəki binanın tikintisi ilə məşğul olmuş, ancaq, hazırda həmin müqavilənin qüvvədə olma müddəti qurtarmışdır. Təqsirləndirilən şəxs1 mərhum Şakir Hüseynov tərəfindən inşa olunmuş, o cümlədən inşası yarımçıq qalan binalarda, konkret olaraq, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa olunmuş binada, eləcə də, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində inşa olunmuş binada mənzil satmaq üçün heç bir səlahiyyəti yoxdur. O, ünvan 5 ünvanında inşa olunmuş binada bir neçə mənzili qanunsuz olaraq müxtəlif şəxslərin adlarına rəsmiləşdirməklə satdığına görə cinayət məsuliyyətinə cəlb olunmuş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin işə baxılır. Zərərçəkmiş şəxs1, Şahid1, Şahid7, Təqsirləndirilən şəxs3 adlı şəxsləri tanımır. “X18” MMC-nin təsisçisi, eyni zamanda direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunmuş 1 bloklu, 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına, hər kv/metri 850 manatdan olmaqla cəmi 82280 manata satılaraq rəsmiləşdirilməsi barədə 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilə tərtib edərək imzası ilə, həmçinin təsisçisi və direktoru olduğu “X18” MMC-nin möhürü ilə təsdiq etməsi barədə məlumatı olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunmuş 1 bloklu, 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzil isə mərhum atası X3 özü tərəfindən Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilmişdir. Məhkəmədə təqsirləndirilən, zərərçəkmişlərin, şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da araşdırılmışdır: Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin, hökmlərin və qərarların surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri, CM-in (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti ilə şərti hesab edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il 4 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 67-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin "Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə" 20 oktyabr 2018-ci il tarixli 4(001)- 742/2018 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablanmaqla həmin tarixdə "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və hökmün surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilmiş, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin "Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə" 20 oktyabr 2018-ci il tarixli 4(001)- 746/2018 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablanmaqla həmin tarixdə "həbs" qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və hökmün surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsinə əsasən 500 manat cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən üzərində 300 manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin "Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə" 20 oktyabr 2018-ci il tarixli 4(001)- 743/2018 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablanmaqla həmin tarixdə "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, istintaq zamanı müvafiq mobil telefon operatorlarından daxil olmuş telefon məlumatlarına baxış keçirilməsi zamanı 27/06/2018-ci ildə saat 17:37-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrəyə “Selimvdedi ki 1 saatqa oxum senle elage saxlayacam” məzmunlu, 28/06/2018-ci ildə saat 11:40-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrəyə “Danwa bilmirem. Z.edecem” məzmunlu, həmin gün saat 14:55-də isə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəyə “Siz 3 gundu gah huzurda gah sumgayitda gah da notariusda olub menimle danisa bilmirsiz, saat 16:49-da “Siz bizimle gorusmeyeceksiniz se isimizi bilek” məzmunlu, 29/06/2018-ci ildə saat 14:05-14:30-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrəyə “Mehemmed muellim sizin ilk getirdiyiniz Asif adinda adam idi ki sizin ofisde gorusduk evvelce dedı kı ev menımdır 3 gun o bizi fırlatdı axırda geri cekildi. Bu gun 4 gundurki mugavıle senedini ve maliyye arayısını imzalayan adamı Telmanı tapa bışmirik ki mugavılenin3.2 bendinde gosterilene esasen Tehvil teslim etsin ki Men de sizinle hesablasım cıxam gedım isimin dalınca. Mehemmed müellim sizin ofisde pulu ulviyeye verdim ulviyye de size verdi siz saydınız videogoruntulerı ve Ses yqzıları menim telefonumdadı. Menım evimi MTk direktorunun istiraki ile tehvil teslim etmeseniz, men ulviyye ve sizden şikayet edecem” məzmunlu, 30/06/2018-ci il tarixdə saat 13:57-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrədən Şahid7 istifadəsində olan ********** mobil nömrəyə “Salimov Telman Agalar oglu” məzmunlu, 06.07.2018-ci ildə saat 13:04-də isə Səadə İmranovanın həmin nömrəsindən Təqsirləndirilən şəxs3 eyni nömrəsinə “İmzalayan adamı Telmanı tapa bışmirik ki mugavılenin3.2 bendinde gosterilene esasen Tehvil teslim etsin ki, Men de sizinle hesablasım cıxam gedım isimin dalınca”məzmunlu mesajların göndərildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi ünvan 3də yerləşən, Zərərçəkmiş şəxs4 məxsus torpaq sahəsində inşa olunan yaşayış binasında 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan 5 otaqlı, 7 nömrəli mənzilin 170.000 manat müqabilində adına rəsmiləşdirilməsi barədə 05 iyun 2015-ci il tarixli, 01 nömrəli müqavilənin, həmin tarixli və nömrəli borc müqaviləsinin (170.000 manat borca dair) əslləri, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin surəti, ünvan 3də yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilənin əsli, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışının əsli, X10 ilə arasında bağlanmış 31 iyul 2015ci il tarixli, 41 nömrəli borc müqaviləsinin əsli (185.000 manat), həmçinin “X18” MMC-yə məxsus ştamp və möhür 20 sentyabr 2018-ci il tarixdə götürülmüş və cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 könüllü təqdim etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəlləsi 16 mərtəbəli yaşayış binasının 1ci blok, 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına rəsmiləşdirilməsinə dair “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilənin surətinin 3 hissəyə bölünməklə cırılmış hissələri, həmçinin həmin müqaviləyə əlavə olaraq bağlandığı göstərilmiş 25 iyun 2018ci il tarixli 31 nömrəli öhdəlik müqaviləsinin əslinin 4 hissəyə bölünməklə cırılmış hissələri (Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunan 16 mərtəbəli yaşayış binasında 2 otaqlı, sahəsi 96,8 kv/metr olan, 16-cı mərtəbədə yerləşən mənzilin dəyərinin ödənilməsi barədə) 08.10.2018-ci il tarixdə götürülmüş və cinayət işinin materiallarında saxlanılır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən məlum olur ki, 13 iyun 2018-ci il tarixdə 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.7000 olmaqla, həmin dövrün məzənnəsinə uyğun olaraq 45.000 ABŞ dolları 76.500 manat təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 imzası, həmçinin MMC-nin möhürü ilə təsdiq olunmuş 25 iyun 2018-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 96,8 kv/metr olan 2 otaqlı mənzil, hər kv/metri 850 manatdan olmaqla 82.280 manata Şahid1 adına rəsmiləşdirilmiş, mənzil sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Qeyd olunan, 25.06.2018-ci il tarixli, 30 saylı müqaviləyə əlavə olduğu göstərilmiş 25.06.2018-ci il tarixli, 31 saylı müqavilə isə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunan 16 mərtəbəli yaşayış binasında 2 otaqlı, sahəsi 96,8 kv/metr olan, 16-cı mərtəbədə yerləşən mənzilin dəyərinin ödənilməsi barədə olmaqla, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış, müqavilənin qiymətinin hər kv/metr üçün 850 manat olmaqla yekun məbləğ olaraq 82.250 manat müəyyən olunduğu, müddətinin isə 6 ay olduğu göstərilmişdir. Həmçinin, 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə və maliyyə arayışı, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnamə ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 məxsus torpaq sahəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşməklə, 80 kv/metr sahəsi olan, 2 otaqlı 7 nömrəli mənzil “X18” MMCnin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən hər kv/metri 1000 manatdan olmaqla cəmi 80.000 manata Zərərçəkmiş şəxs2 adına satılmaqla rəsmiləşdirilmiş, mənzilin dəyəri tam şəkildə ödənilmiş, bundan başqa, qeyd olunan sahəyə dair Təqsirləndirilən şəxs1 adından Zərərçəkmiş şəxs2 adına etibarnamə verilmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs3 adından “X18” MMC-yə yazılmış 28.06.2018-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 16-cı mərtəbəsində yerləşən 96,8 kv/metrlik mənzilin dəyəri nəğd şəkildə ödənilmədiyindən onunla bağlanmış öhdəçilik müqaviləsinin, həmçinin Bakı şəhər sakini Şahid1 yazılmış maliyyə arayışının və müqavilənin ləğv edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk, habelə, ünvan 3də yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilənin əsli, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışının əsli, həmin tarixli 420633 nömrəli etibarnamə, “X18” MMC-yə məxsus ştamp və möhür, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəlləsi 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına rəsmiləşdirilməsinə dair “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilənin surətinin 3 hissəyə bölünməklə cırılmış hissələri, həmçinin həmin müqaviləyə əlavə olaraq bağlandığı göstərilmiş 25 iyun 2018ci il tarixli 31 nömrəli öhdəlik müqaviləsinin əslinin 4 hissəyə bölünməklə cırılmış hissələri (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa olunan 16 mərtəbəli yaşayış binasında 2 otaqlı, sahəsi 96,8 kv/metr olan, 16-cı mərtəbədə yerləşən mənzilin dəyərinin ödənilməsi barədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış), 24 may 2006-cı il tarixli, 46 nömrəli müqavilənin surəti sübut əhəmiyyəti kəsb etdiyi nəzə alınaraq, 23 oktyabr 2018-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.1 və 32.5,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməyərək dələduzluq etməmələri barədə dedikləri işin faktiki halları və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlar törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcədə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən suiistifadə və vəzifə saxtakarlığı cinayətlərinin təkrar törədilməsi, həmçinin cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayələr kateqoriyasına daxil olduğundan və onlar cinayət əməlini 2018-ci ilin iyun ayında törətdiyindən qeyd edilən maddə üzrə cinayət məsuliyyətinə 2 illik cəlb etmə müddəti keçmişdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü həmin cinayəti törətməkdə təqsirli bilməyən hər üç təqsirləndirilən şəxsə cəza təyin etmədən ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olduğundan, məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs1 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 10 il müdəttə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 6 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməllərini 2018-ci ilin iyun ayında, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini öz qulluq mövqeyindən istifadə edərək törətdiyindən, məhkəmə kollegiyası həmin maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxslərin şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə cəza təyin etməyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin eməyi və cəzaçəkməsinin başlanğıcının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 oktyabr 2018-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablanmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar dəymiş ziyanın bir qismini ödəməsi, zərərçəkənlə barışmağa cəhd etməsi, ağır onkoloji xəstəlikdən əziyyət çəkməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, "cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər". Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini əsaslı, qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 20 oktyabr 2018-ci il tarixdən bugünədək «həbs» və «ev dustaqlığı»nda saxlanıldığı müddət əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilməsi, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsui müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə xüsusi müsadirəsi təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk, habelə, ünvan 3də yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışı, həmin tarixli 420633 nömrəli etibarnamə, “X18” MMC-yə məxsus ştamp və möhür, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəlləsi 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına rəsmiləşdirilməsinə dair “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilənin surətinin 3 hissəyə bölünməklə cırılmış hissələri, həmçinin həmin müqaviləyə əlavə olaraq bağlandığı göstərilmiş 25 iyun 2018-ci il tarixli 31 nömrəli öhdəlik müqaviləsinin əslinin 4 hissəyə bölünməklə cırılmış hissələri, 24 may 2006-cı il tarixli, 46 nömrəli müqavilənin surəti cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur, mülki iddia, ekspertiza xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablanmaqla təyin cəzasını çəkmiş hesab edilməli, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək» qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Hafis oğluna 900 (doqquz yüz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 600 (altı yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza - 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (biri) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir ) il 09 ( doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Tərtər rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza - 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablandığına görə ona təyin olunmuş cəzasını çəkmiş hesab edilsin, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək» qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 05 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilməsi, 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza - 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 308.1-ci maddəsi ilə 1 (biri) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk, habelə, ünvan 3də yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışı, həmin tarixli 420633 nömrəli etibarnamə, “X18” MMC-yə məxsus ştamp və möhür, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəlləsi 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, 96,8 kv/metr ölçülü, 2 otaqlı mənzilin Şahid1 adına rəsmiləşdirilməsinə dair “X18” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli 30 nömrəli müqavilənin surətinin 3 hissəyə bölünməklə cırılmış hissələri, həmçinin həmin müqaviləyə əlavə olaraq bağlandığı göstərilmiş 25 iyun 2018-ci il tarixli 31 nömrəli öhdəlik müqaviləsinin əslinin 4 hissəyə bölünməklə cırılmış hissələri, 24 may 2006-cı il tarixli, 46 nömrəli müqavilənin surəti cinayət işi materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Hafis oğluna 900 (doqquz yüz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 600 (altı yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar