Məhkəmə qərarları › İş №1(101)-591/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-591/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-591/2021 30.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Saxı” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda – ümumi təmiz çəkisi 3309,150 qram narkotik vasitə heroini Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən magistral yolun kənarında olan arxın içərisində yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 3309,150 qram olan narkotik vasitə heroini məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu ərazisinə daşımış, bundan sonra ümumi cinayətkar niyyəti realizə etmək üçün qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı qrupa cəlb etməklə onunla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə aralarında razılığa gələrək əldə etdiyi narkotik vasitənin 309,150 qramını bir ədəd şəffaf sellofan torbada Təqsirləndirilən şəxs1 verib, qalan 3000 qramını bir ədəd sellofan torbanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əlində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 02:00 radələrində Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinin ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, təmiz çəkisi 3000 qram narkotik vasitə heroin Zeynal Zelnalovun əlində saxladığı ağ rəngli polietilen torbanın içərisində olan bir ədəd qara rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 309,150 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Saxı” adlı şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı ümumi təmiz çəkisi 3309,150 qram narkotik vasitə olan heroinin satışını həyata keçirmək məqsədi ilə külli miqdarda olan 309,150 qramını bir ədəd şəffaf sellofan torbada məlum olmayan vaxtda və şəraitdə Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Novxanı kəndinin ərazisində satış məqsədi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinin ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 309,150 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 3000 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içərisində olan bir ədəd qara rəngli sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmədə ilkin ifadəsində ittiham olunduğu cinayət əməlləri üzrə özünü tam təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmiş, daha sonra isə ifadəsində özünü qismən təqsirli bildiyini və ona bu cinayətə görə pul verilmədiyini, Saxı adlı şəxsin onun mobil telefonuna hazırda iş üzrə şahid olan Şahid1 şəklini göndərərək narkotik vasitəni Surxaya verməli olduğunu, pulu ona Surxayın verəcəyəni, cinayətdə Təqsirləndirilən şəxs1 heç bir rolu olmadığını, sonuncunun cinayətdən xəbəri olmadığını, narkotik vasitəni Qaradağ rayonu ərazisindən tək götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 da məhkəmədə ilkin ifadəsinə ittiham olunduğu cinayət əməlləri üzrə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 ona heç bir pul barədə söz demədiyini, sadəcə saxlamağa 300 qrama yaxın narkotik vasitə verdiyini, həmin narkotik vasitəni başqa yerə qoyacağını bildirmişdir. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə “Zeynal” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Zeynal” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun 1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Məlumatın yoxlanılması məqsədi ilə həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra ondan, XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və onun yanında olan Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndi ərazisində saxlanılmışlar. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib hər ikisinin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlarla razılaşıb Baş İdarəyə gəlmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları və üzərlərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindikləri və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onların üstünün yoxlanılacağı və üzərlərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barələrində axtarış və götürmənin aparılan şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içindən 1(bir) ədəd, qara rəngli, sellofan bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan, heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd ağ rəngli “Samsung” markalı, 1(bir) ədəd ağ rəngli “İphone” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış yekunlaşdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan, qara rəngli, gödəkcənin sol yan iç cibindən 1(bir) ədəd, şəffaf rəngli, sellofan bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon və 1(bir) ədəd Təqsirləndirilən şəxs1 özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3 kq 104 qram(üç kiloqram yüz dörd qram)olmuşdur. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 320 qram(üç yüz iyirmi qram)olmuşdur. Həmin 2(iki) ədəd bükümlər təhqiqatçı tərəfindən içi boş olan, ağ rəngli zərfə qoyulmuşdur. Həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxslər, müdafiəçilər, digər iştirakçılar və onun tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1(bir) ədəd “SAMSUNG” markalı, 1(bir) ədəd “İPHONE” markalı mobil telefonlar, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi; Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1(bir) ədəd “SAMSUNG” markalı mobil telefon və 1(bir) ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Zeynal Zeynalo, şəxsi axtarış zamanı təqdim etdiyi 1(bir) ədəd bükümün içində 3 kq(üç kiloqram) heroin olduğunu, həmin bükümü və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş içində heroin olan 1(bir) ədəd bükümü xx.xx.2020-ci il tarixdə gecə saat 01(sıfır bir) radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində qoyulan yerdən İran İslam Respublikası vətəndaşı “Saxı” adlı şəxsin vasitəsi ilə götürdüyünü, Vüqara içində heroin olan 1(bir) ədəd bükümü saxlaması üçün verdiyini, özündə saxladığı bükümü “Saxı” adlı şəxsin deyəcəyi ünvana çatdırdıqdan sonra Vüqara saxlaması üçün verdiyi digər bükümü də deyiləcək ünvana çatdıracağını, əvəzində “Saxı” adlı şəxsin ona pul verəcəyini, həmin pulu aldıqdan sonra Vüqara özünün pul verəcəyini, narkotik maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərinin doğru olduğunu, üzərindən aşkar olunmuş 1(bir) bükümdə heroini sonuncunun ona saxlaması üçün verdiyini, Zeynalın əlindəki sellefon paketin içində təxminən 3 kq(üç kiloqram) heroin olmasını bildiyini, Zeynalın özündə olan heroini deyiləcək ünvana çatdırdıqdan sonra ona verdiyi digər içində heroin olan bükümü götürəcəyini və deyiləcək ünvana çatdıracağını, Zeynalın əldə edəcəyi puldan ona da verəcəyini, narkotik maddələrdən istifadə etmədiyini və əvvəllər məhkum olunduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1(bir) ədəd DVD disk əlavə olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə onun tərəfindən imzasıyla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 2-ci cildinin 78-99-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx xxxx 2020-ci il tarixli, 6/1035 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisinin 3000 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisinin 309,150 qramdır. Cinayət işinin 1-ci cildinin 51-54-cü vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında xx xxxx 2020ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 02:00-da Abşeron rayonu, Novxanı kəndi ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış apartılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 65-69-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il, 6/1035 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd heroinə bənzər, şübbhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd heroinə bənzər bükümlər” yazısı olan paketdəki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd bağlamada, təmiz çəkisi 3000 (3kq) qəhvəyi rəngli tpzşəkilli maddə kütləsi və vət. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 309,150 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Cinayəyət işinin 2-ci cildinin 73-74-cü vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2245 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayəyət işinin 2-ci cildinin 75-76-cı vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2241 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 179-220-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş mobil telefon aparatlarının yaddaşına keçirilən baxış zamanı İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxs ilə Təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçirilərək satışının təşkil edilməsi ilə bağlı qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında birləşmələrinə dair yazışmalar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən magistral yolun kənarında olan arxın içərisinə qoydurması barədə mesaj mətnləri, səs yazıları, həmçinin həmin narkotik vasitənin arxın içərisinə qoyulduğu yerin işarələnmiş formada şəkillərinin, Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitənin qoyulduğu yerdən götürdükdən sonra narkotik vasitəni əldə etməsi barədə İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxs ilə aralarında mesaj mətnlərinin və səs yazılarının olması, bundan başqa Zeynal Zeynaovun üzərindən aşkar olunmuş mobil telefon aparatlarının yaddaşında olan mobil nömrələr ilə aralarında olan mesaj mətnləri və səs yazılarından sonuncunun həmin şəxslərə mütəmadi olaraq narkotik vasitə satması və Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 28-30-cu vərəqlərində olan prtokoldan görünür ki, Bakcell” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli BKC/LGL-17715/20 nömrəli məktuba əlavə olunmuş 01 ədəd diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 müxtəlif mobil operatorlara məxsus mobil nömrələr ilə aralarında olan mesaj mətnləri və səs yazılarından sonuncunun həmin şəxslərə mütəmadi olaraq narkotik vasitə satması və Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 31-33-cü vərəqlərində olan protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli AZF/LGL-8582/20nömrəli məktuba əlavə olunmuş 01 ədəd diskə baxış keçirilmiş və və Təqsirləndirilən şəxs2 müxtəlif mobil operatorlara məxsus mobil nömrələr ilə aralarında olan mesaj mətnləri və səs yazılarından sonuncunun həmin şəxslərə mütəmadi olaraq narkotik vasitə satması və Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 171-172 və 2-ci cildinin 54-cü vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq çəkisi 2999,8 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq təmiz çəkisi 308,95 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil veriliş, Təqsirləndirilən şəxs2 və X2 üzərinə keçirilən şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilərək “DVD” diskə yazılaraq protokola əlavə edildiyi üçün həmin “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 2-3-cü vərəqlərində olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədəki ifadəsində göstərilənləri cinayət işinin materialları ilə məhkəmədə təsdiq olunmadığına görə təkzib olunmuş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı cinayət işinin 1-ci cildinin 86-91 və 2-ci cildinin 114-117-ci vərəqlərində olan şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, «təxminən 10 il bundan əvvəl o İran İslam Respublikasının Təbriz şəhərində olduğu zaman orada “Saxı” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. “Saxı” adlı İran vətəndaşı ilə aralarında dostluq münasibəti yaranmışdır və o Azərbaycana qayıtdıqdan sonra onlar həm telefon həmdə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. O, İran İslam Respublikasının Təbriz şəhərində “Saxı” adlı həmin şəxslə tanış olduqdan sonra aralarında olan söhbət əsnasında “Saxı” adlı şəxsin ona narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmiş və ona narkotik vasitə verərək həmin narkotik vasitənin Azərbaycan ərazisində satışını təşkil edəcəyi halda qarşılğında ona pul verəcəyi barədə təklif etmişdir. Lakin həmin vaxtlar o “Saxı” adlı həmin İran vətəndaşının təklifini qəbul etməmişdir. Lakin buna baxmayaraq Azərbaycana qayıtdıqdan sonra onlar həm telefon həmdə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. xx xxxx 2020-ci il tarixdə axşam vaxtlarında İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı həmin şəxsin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədə istifadə etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq narkotik vasitə heroin olmasını, həmin heroinin Azərbaycan Respublikası ərzisində müştərisinin olmasını, həmin heroini götürərək deyəcəyi şəxslərə satışını təşkil etməsini bildirmiş və bunun qarşılığında isə ona pul verəcəyini qeyd etmişdir. Onun da maddi vəziyyəti aşağı olduğu üçün o “Saxı” adlı həmin İran vətəndaşının təklifini qəbul etmişdir. Bundan sonra “Saxı” adlı şəxsin ona satışını təşkil edəcəyi sözü gedən narkotik vasitə heroinin 1 ədəd sellofan torbanın içərisində olan 2 ədəd ayrı ayrı sellofan bükümlərin birində 3 kiloqram, digərində isə 200 qram narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin narkotik vasitələri xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Qaradağ rayonu ərazisində olan magistral yolun kənarında olan arxın içərisinə qoyacağını, onun da həmin narkotik vasitələri onun qoyduğu yerdən götürməsini və şəxsiyyəti barədə məlumat verəcəyi şəxslərə satışını təşkil etməsini qeyd etmişdir. O da “Saxı” adlı şəxs ilə razılaşaraq onun dediyi vaxtda qeyd etdiyi yerə qoyduğu narkotik vasitəni həmin yerdən götürəcəyini bildirmişdir. O, xx xxxx 2020-ci il tarixdə Qaradağ rayonu ərzisinə gedərək “Saxı” adlı şəxsin telefonda ona təsvir etdiyi asfalt yolun kənarında və yanında plakat olan arxın yanına getdiyini və həmin yerdən 1 ədəd içərisində narkotik vasitə heroin olan sellofan torbanı götürərək idarə etdiyi ona məxsus olan Hundai markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini, avtomobilə əyləşdikdən sonra içərisində narkotik vasitə olan sellofan torbanı açaraq içərisində digər bir sellofan bükümdə olan “Saxı” adlı şəxsin 200 qram kimi qeyd etdiyi narkotik vasitə heroni götürərək ayrıca saxladığını, Çünki həmin narkotik vasitədən 3 kiloqramı bir nəfərə, ona 200 qram kimi qeyd edilən başqa bir sellofan bükümdə olan narkotik vasitə heroin isə digər bir şəxsə satılmalı olduğunu bildirmişdir. Bundan sonra o idarə etdiyi avtomobillə Abşeron rayonu ərazində yerləşən Novxanı kəndinə getdiyini və həmin kəndin ərazisində olduğu zaman qohumu olan Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla onla əlaqə saxlayaraq onun Novxanı kəndinə gəlməsini istəmişdir. Təqsirləndirilən şəxs1 Novxanı kəndinə gəldikdən sonra o ona sellofan torbanı göstərərək həmin torbanın içərisində narkotik vasitə olan heroin olduğunu, həmin sellofan torbanın içərisində ayrıca sellofan bükümdə 3 kiloqram çəkidə narkotik vasitə heroin, həmçinin ayrıca olaraq 200 qram kimi bildiyi digər bir sellofan bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin həmin narkotik vasitəni ona İran vətəndaşı “Saxı” adlı şəxsin satması üçün verdiyini, aralarında olan razılığa əsasən həmin narkotik vasitələri onun deyəcəyi şəxslərə satdıqdan sonra qarşılığında ona pul verəcəyini, əgər həmin narkotik vasitələrin satışını təşkil etməsində ona köməklik edəcəyi təqdirdə əldə etdiyi puldan Təqsirləndirilən şəxs1 da pul verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşmışdır. Yəni Təqsirləndirilən şəxs1 ona deyiləcək ünvanlara sözü gedən narkotik vasitə olan heroinin satışını həyata keçirtmək üçün köməklik edəcəkdir. O da bunun qarşılığında əldə etdiyi gəlir pulun bir hissəsini Vüqara verəcəkdir. Lakin hansısa konkret olaraq məbləğ barədə Vüqarla onun arasında söhbət olmamışdır. Çünki o özüdə İran vətəndaşı “Saxı” adlı şəxs ilə konkret olaraq ona çatacaq məbləğ barədə danışmamışdır. Təqsirləndirilən şəxs1 onun təklifi barədə razılaşdıqdan sonra o sellofan torbanın içərisində olan ona çəkisinin 200 qram kimi bildirildiyi şəffaf rəngli sellofan torbanı çıxarıb Vüqara vermişdir. Qalan 3 kiloqram narkotik vaitə heroin isə sellofan torbanın içərisində onda qalmış və o həmin narkotik vasitəni sellofan torbanın içərisində əlində saxlamışdır. Təqsirləndirilən şəxs1 isə ondan aldığı narkotik vasitəni sellofan bükülü ilə birlikdə əynindəki qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. Bu zaman o Vüqara verdiyi narkotik vasitəni özündə saxlamasını, onun özündə olan narkotik vasitəni deyilən ünvana satdıqdan sonra onun yanına gələcəyini və ondakı narkotik vasitəni də götürərək onu da deyilən ünvana aparıb satışını təşkil edəcəyini bildirmişdir. Çünki ayrı ayrı sellofan bükümlərdə olan həmin narkotik vasitələr İran vətəndaşı “Saxı” adlı şəxslə aralarında olan razılaşmaya əsasən ayrı-ayrı şəxslərə satılacaqdır. Təqsirləndirilən şəxs1 da onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar Novxanı kəndinin ərazisində bir qədər qaldıqdan sonra piyada hərəkət eməyə başlamışlar. Onun narkotik vasitəni Qaradag rayonu ərazisindən götürdüyü vaxtdan təxminən 1 saat sonra yəni xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Novxanı kəndi ərazisində Təqsirləndirilən şəxs1 ilə piyada gəzdikləri zaman üç nəfər mülki geyimli şəxslərin onlara yaxınlaşararaq polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara narkotik maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra onlara qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, özlərində saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiklərini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs1 da iştirak etmişdir. Çünki onun da üzərində şəxsi axtarış aparılacaqdır. O etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O bundan sonra əlində saxladığı içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra həmin qara rəngli sellofan bükümə baxış keçirilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Samsung” markalı, 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonlar və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Başqa heçnə aşkar edilməmişdir. Bundan sonra bir ədəd qara rəngli sellofan bükümdə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və o həmin zərfin üzərini imzalamışdır. Bundan sonra Samsung və İphone markalı mobil telelfonlar və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. O, şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxsdən sonuncunun narkotik vasitənin olduğu yer barədə məlumat verdiyi yerdən götürərək üzərində saxlamaqla daşıdığını, həmin narkotik vasitəni “Saxı” adlı şəxsin deyəcəyi şəxslərə satışını təşkil edəcəyini, Təqsirləndirilən şəxs1 da onun narkotik vasitənin satışını həyata keçirməsində ona köməklik etdiyini, bunun qarşılığında narkotik vasitənin satışından sonra əldə etdiyi puldan ona da müəyyən bir məbləğdə pul verəcəyini, bütün bu söhbətlərdən Təqsirləndirilən şəxs1 məlumatının olduğunu, narkotik maddələrdən istifadə etmədiyini, satış məqsədi ilə külli miqarda narkotik vasitə olan heroini əldə edib, saxlayaraq daşıması və onun satışını həyata keçirməsi barədə İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxslə və Təqsirləndirilən şəxs1 ilə əvvəldən razılaşaraq cinayət əlaqəsinə girdiyini bildirmişdir. Onun üzərində şəxsi axtarış qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyini və onun əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən satışını həyata keçirməsi üçün saxlaması məqsədi ilə verdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin, əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 onun törətdikləri əməllər barədə bildirdiklərini tamamilə təsiq edərək eyni məzmunlu ifadə vermişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və o həmin protokola proses iştirkçıları ilə birlikdıə imza etmişdir.» Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı cinayət işinin 1-ci cildinin 99-103 və 2-ci cildinin 127-130-cu vərəqlərində olan şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, «Təqsirləndirilən şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs2 ilə o, qonşuluqda yaşayır və hər zaman normal münasibətləri olub. xx xxxx 2020-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onu Abşeron rayonunun ərazisində yerləşən Novxanı kəndinə çağırmışdır. O, həmin kəndə gedib, Təqsirləndirilən şəxs2 istifdəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq kəndin ərazisində olduğu yeri ona bildirmiş və onlar görüşmüşlər. O, Zeynal ilə görüşdüyü zaman Zeynal ona ağ rəngli sellofan torbanı göstərərək həmin sellofan torbanın içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxsin vasitəsi ilə onun bildirdiyi yerdən, yəni Qaradağ rayonu ərazisində asfalt yolun kənarında olan arxın içərisindən götürdüyünü, həmin narkotik vasitənin satışını həyata keçirməkdə ona köməklik edəcəyi təqdirdə qarşılığında ona pul verəcəyini bildirmişdir. Lakin köməklik edəcəyi təqdirdə ona nə qədər pul verməsi barədə aralarında danışıq olmamışdır. Çünki Zeynalın özü də “Saxı” adlı şəxs ilə narkotik vasitənin satışını həyata keçirdikdən sonra alacağı pulun məbləğini danışmamışdır. Təqsirləndirilən şəxs2 ona bu təklifi etdikdən sonra o, Zeynalla razılaşmış və onun narkotik vasitnin satışını həyata keçirməsində köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 şəffaf sellofan bükülünün içərisində olan narkotik vasitə heroini ona vermişdir. O da həmin narkotik vasitə heroini sellofan büküm ilə birlikdə əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Bu zaman Zeynalın da əlində sellofan torbanın içərisində böyük bükülüdə narkotik vasitə heroin var idi. Bu zaman Zeynal ona verdiyi həmin narkotik vasitəni özündə saxlamasını, o əlində olan narkotik vasitəni satacağı ünvana çatdırdıqdan sonra ondakı narkotik vasitəni də götürüb satacağı ünvana çatdıracağını bildirmişdir. Çünki Təqsirləndirilən şəxs2 həm ona verdiyi narkotik vasitəni həmdə özündə olan narkotik vasitəni ayrı-ayrı şəxslərə satacaqdır. Bundan sonra onlar Novxanı kəndinin ərazisində piyada gəzərək hərəkət etməyə başlamışlar. Həmin günü yəni xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşararaq polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara narkotik maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra onlara qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, özlərində saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiklərini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs2 da iştirak edirdi. İlk öncə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Zeynal bundan sonra əlində saxladığı içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra həmin qara rəngli sellofan bükümə baxış keçirilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Samsung” markalı, 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonlar və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Başqa heçnə aşkar edilməmişdir. Bundan sonra bir ədəd qara rəngli sellofan bükümdə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və proses iştirakçılarının hər biri həmin zərfin üzərini imzalamışdır. Bundan sonra Samsung və İphone markalı mobil telelfonlar və bir ədəd Zeynala məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Zeynal şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Saxı” adlı şəxsdən sonuncunun narkotik vasitənin olduğu yer barədə məlumat verdiyi yerdən götürərək üzərində saxlamaqla daşıdığını, həmin narkotik vasitəni “Saxı” adlı şəxsin deyəcəyi şəxslərə satışını təşkil edəcəyini, onunda Zeynalın narkotik vasitənin satışını həyata keçirməsində ona köməklik etdiyini, bunun qarşılığında Zeynalın narkotik vasitənin satışından sonra əldə etdiyi puldan ona da müəyyən bir məbləğdə pul verəcəyini, bütün bu söhbətlərdən onun məlumatının olduğunu, narkotik maddələrdən istifadə etmədiyini, satış məqsədi ilə külli miqarda narkotik vasitə olan heroini əldə edib, saxlayaraq daşıması və onun satışını həyata keçirməsi barədə X11 Respublikasının vətəndaşı “Saxı” adlı şəxslə və onunla əvvəldən razılaşaraq cinayət əlaqəsinə girdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparıldıqdan sonra o da etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O bundan sonra əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra həmin şəffaf rəngli sellofan bükümə bükümə baxış keçirilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı əynimdəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Başqa heçnə aşkar edilməmişdir. Bundan sonra bir ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmü, zərfə qoyularaq möhürlənmiş və o həmin zərfin üzərini imzalamışdır. Bundan sonra Samsung markalı mobil telelfon və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. O şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 satışını həyata keçirməkdə ona köməklik etməsi məqsədi ilə Abşeron rayonu ərazisində yerləşən Novxanı kəndində ona verdiyini, narkotik vasitəni Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olan “Saxı” adlı şəxsin deyəcəyi ünvanlara çatıracağı təqdirdə əldə etdiyi qazanc puldan bir hissəsini ona verməsi barədə razılaşdıqlarını bildirmişdir. Onların üzərində şəxsi axtarış qurtardıqdan sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola proses iştirkçıları ilə birlikdə imza etmişdir.» Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr cinayət işinin materialları ilə üst-üstdə düşdüyünə görə məhkəmə ittihamı təsdiq edən sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər biri narkotik vasitəni satmaq məqsədi ilə əldə etmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmur, bu hal şəxsin narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsini istisna edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 mahiyyət etibari ilə ifadəsində də narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı olan Saxı adlı şəxsin göstərişinə əsasən deyilən yerdən götürüb ona tapşırılan şəxsə verməyini etiraf edir və bu etirafedici ifadə iş materiallları ilə tam təsdiq olunur ki, bu hal narkotik vasitənin miqdarından asılı olmayaraq satış məqsədi ilə daşımanın birbaşa və aydın göstəricisidir. İran İslam Respublikasının vətəndaşı olan Saxı adlı şəxslə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə əldə edilməsi isə yuxarıda şərh edilən mobil telefona və mobil telefon operatorlarından daxil olmuş məlumatlara baxış keçirilməsi protokolları ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs1 isə narkomaniya xəstəliyindən əziyyət çəksə də, onun şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə əldə etməsi, eləcə də, ifadəsində göstərdiyi kimi həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 göstərişi ilə deyiləcək yerə qoyacağı narkotik vasitənin satış məqsədi ilə daşımanın göstəricisidir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ifadələri, şahidlərin ifadələri və iş üzrə digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadələri və qeyd olunan sənədləri ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ifadələrini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 25-26, 40-41, 161-170-ci vərəqlərində olan qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 245-246-cı vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin (köhnə redaksiyada) 220-1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2001-ci ildə azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 247-248-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluq ödənildiyindən hər iki şəxsə münasibətdə qeyd olunan hökmlər məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 1-ci cildinin 250-252-ci vərəqlərində olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 anası, qardaşları və bacısı ilə birlikdə Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olsa da, orada yaşamır və bu səbəbdən də ona xasiyyətnamə verilməsi mümkün deyil. Cinayət işinin 2-ci cildinin 66-72-ci vərəqlərində olan arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində xx.xx.2011, xx.xx.2008, xx.xx.2006cı il təvəllüdlü üç nəfər azyaşlı uşağı var, yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Himayəsində üç nəfər azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-in 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxslərin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə hər iki təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı, və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (bir yüz on dörd) manatın 57 (əlli yeddi) manatı Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manatı Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq çəkisi 2999,8 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq təmiz çəkisi 308,95 qram olan narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalı, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 hüquqlarını təyinatla ibtidai istintaqda Bakı şəhəri 3 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X6, Təqsirləndirilən şəxs1 hüquqlarını Bakı şəhəri 3 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X3 müdafiə etmiş və vəkillərin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatı 65 (altmış beş) saat, iş saatları üzrə hər bir vəkilə ödənilməli haqq isə 390 (üç yüz doxsan) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmiş və məhkəməyə təqdim edilmiş arayış-hesabatlardan görünür ki, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar müdafiəçilər 45 (qırx beş) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X6 və X1 hər biri üçün 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 780 (yeddi yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 270 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 540 (beş yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 114 (bir yüz on dörd) manatın 57 (əlli yeddi) manatı Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manatı Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq çəkisi 2999,8 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş tədqiqatlardan sonra qalıq təmiz çəkisi 308,95 qram olan narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X6 və X1 hər biri üçün 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 780 (yeddi yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 270 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 540 (beş yüz qırx) manat fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar