Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-593/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1987-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 1015,624 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 06 sentyabr 2020-ci il tarixdə Xətai RPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Şahid6 küçəsi 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki polietilen çantanın içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 305,624 qram və 710 qram olmaqla, ümumilikdə külli miqdarda 1015,624 (1 kq 15,624 qr) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb. O, yaşadığı məhəllədə narkotik vasitələrin alverinə qarşı olub. Nizam adlı şəxs ona müraciət edərək xahiş etdi ki, onun problemi var, ondan pul alıblar lakin, qaytarmırlar. O da idmançı olduğu üçün Nizama kömək edəcəyini demişdir. Nizam ona başqa bir qohumunun da idmançı olduğunu və onun da gələcəyini və bir yerdə məsələni həll etməyə gedəcəklərini dedi. O, Nizamla razılaşmışdır. O, maşını görüş yerində saxlamış və Nizamın qohumunu gözləmişlər. Bir qədər sonra həmin adam əlində qara setka ilə gəlib maşına əyləşdi. Həmin setkanın içərisində narkotik maddə var imiş. Lakin onun həmin maddələrdən xəbəri olmayıb. Plislər orada onları tutub apardılar və Nizamın qohumunun narkotikini onunun olduğunu yazıblar. İstintaq zamanı yazılanlar hamısı yalandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun istintaq zamanı verdiyi ifadələri elan edilib araşdırıldı. Həmin ifadələrində o, göstərmişdir ki, 2020-ci ilin əvvəllərində yaşadığı yataqxananın yaxınlığında yerləşən məişət tullantıları qutularının yanında yapışqan lentə bükülmüş qara rəngli bağlama diqqətini cəlb etmişdir. O, həmin bağlamanı əlinə götürərək paketi cırıb içərisinə baxarkən spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olduğunu aşkar etmişdir. Həmin bağlamanı evə aparmışdır. Evdə bağlamanı tam açdıqdan sonra əmin olmuşdur ki, həmin bağlamada olan maddə narkotik vasitə olan heroindir. Həmin heroini evdə olan üzərində “AZZA” sözü yazılmış sellofan paketə bükərək gizlətmişdir. Özü əvvəllər narkotik vasitələrdən mütəmadi olaraq istifadə etdiyi üçün həmin paketdə olan narkotik vasitədən ara sıra belində olan ağrıları sakitləşdirmək məqsədi ilə istifadə etmişdir. Son zamanlar pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Buna görə də, tapdığı narkotik vasitəni sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən də ətrafında olan narkotik vasitələrdən istifadə edən şəxslərə 30.000 manat dəyərində 1 kq yaxın narkotik vasitə olan heroini olduğunu bildirmişdir. Sonradan o, ətrafında olan şəxslərə bu barədə məlumat verdiyi üçün peşman olmuşdur. Həmin məlumatı çox adam bildiyinə görə polis əməkdaşlarına məlumat verərək onun evinə gəlib baxış keçirib onu həbs edəcəklərindən qorxmuşdur. Bu səbəbdən qərara gəlmişdir ki, həmin narkotik vasitəni aparıb kənar yerdə gizlətsin və yaxud bu işlə məşğul olan şəxslərdən kimi görərsə həmin şəxsə satsın. Həmin narkotik vasitə olan heroini ictimai nəqliyyatdan istifadə etməklə daşınması təhlükəli olduğu üçün 06 sentyabr 2020-ci il tarixdə saat 15:00 radələrində tanışı Azərə zəng edərək ailəsini rayona aparmaq məqsədi ilə avtomobil lazım olduğunu demişdir. Azər onun hazırda avtomobili olmadığını bildirdikdə o, Azərdən təkidlə rentekarda olan tanışlarından 2 günlük avtomobil götürüb ona verməsini və həmin avtomobilin pulunu özü ödəyəcəyini xahiş etmişdir. Azər onun xahişini yerə salmayaraq təxminən bir saatdan sonra ona zəng edərək göy rəngli “Toyota prius” markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobili rentekardan götürüb evinin qarşısına gətirdiyini bildirmişdir. O, Azərdən avtomobili götürüb Azərə rentekarın pulunu verib öz təşəkkürünü bildirib yola salmışdır. Bundan sonra o, yaşadığı evdə gizlətdiyi narkotik vasitə olan heroini götürüb Xətai rayonu, UPD qəsəbəsinə doğru getmişdir ki, orada üzlə tanıdığı şəxslərdən kimisə görərərsə həmin narkotik vasitəni satsın. Lakin avtomobilinin arxasınca və qarşıdan tanımadığı avtomobillər gəldiyi üçün onların polis əməkdaşı olmasını güman edib hər ehtimala qarşı avtomobili Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi A.Novruzov küçəsinin sonunda olan məişət tullantıları üçün nəzərdə tutulmuş qutuların yanına sürüb, mühərriki söndürmədən orada dayanmışdır. Ətrafda olan insanlara nəzər yetirmişdir ki, arxasınca gələn olub olmadığını dəqiqləşdirsin. Təxminən orada 10 dəqiqə dayandıqdan sonra ətrafda insanların olduğunu görüb oradan uzaqlaşmaq istədikdə mülki geyimli şəxslər avtomobillərini idarə etdiyi avtomobilin ön və arxa tərəfinə verib saxlayaraq onun getməyinə mane olmuşlar. O, həmin narkotik vasitə olan heroini zibil qutularına atmağa macal tapmamışdır. Həmin şəxslər hər tərəfdən avtomobili əhatə etmişlər. Həmin şəxslər avtomobildən enib ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polislərlə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əlində olan ağ rəngli sellofan paketin içərisində saxladığı 2 ədəd bükümdə olan heroini polis əməkdaşlarına təqdim edərək narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini 06 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində yerləşən “OBA” marketin yaxınlığında tanımadığı şəxsin həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində A.Novruzov küçəsinin sonunda tanımadığı şəxsə verdikdən sonra həmin şəxsdən 30.000 manat pul götürəcəyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında münasibətləri və ədavətləri yoxdur. O, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 06 sentyabr 2020-ci il tarixdə əməliyyat yolu ilə NMB-yə daxil olmuş məlumatda həmin gün saat 19:00 radələrində ünvan 5 ünvana Xansu adlı şəxsin heroin satmaq üçün gələcəyi göstərilmişdi. Həmin şəxsi ifşa etmək məqsədi ilə əməliyyat qrupu yaradıldı. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə saat 18:30-da A.Novruzov küçəsi 22 ünvana «Azpetrol» YDM-nin arxa tərəfinə getmişlər və orada əməkdaşlar mövqe seçib orada Xansu adlı şəxsin gəlişini gözləmişlər. Təxminən 20-25 dəqiqədən sonra Xansu adlı şəxsə oxşar şəxsin mavi rəngli “Toyota prius” markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobillə «Azpetrol» YDM-nin arxa tərəfinə gəlib zibil qutularının yanında avtomobili saxladı. Həmin şəxsin həqiqətən də Xansu olduğuna əmin olduqdan sonra Xansudan narkotik vasitəni almaq istəyən şəxsin gəlişini gözləmişlər ki, həmin şəxsi və Xansunu birlikdə saxlasınlar. Xansu idarə etdiyi avtomobildə 10 dəqiqə gözlədikdən sonra mühərriki işə salıb oradan uzaqlaşmaq istədikdə, onlar artıq başa düşmüşlər ki, narkotik vasitəni alan şəxs həmin yerə gəlməyəcək. Bu səbəbdən Xansunu saxlamaq qərarına gəlmişlər. Bu məqsədlə idarə etdikləri avtomobilləri Xansunun avtomobilinin ön və arxa hissəsində saxlayaraq Xansuya yaxınlaşmışlar. Xansuya özlərini təqdim edərək Xansunu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai Rayon Polis İdarəsinin 37ci Polis şöbəsinə gətirib bu barədə müvafiq raport yazmışlar. O və iş yoldaşı Şahid4 xidməti işləri ilə bağlı şəxsi axtarış istintaq hərəkətində iştirak edə bilməmişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli “Azza” sözü yazılmış sellofan torbanın içində 2 ədəd narkotik vasitə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs nə onun, nə də ki, hər hansı başqa şəxs tərəfindən fiziki zora məruz qalmamışdır. Onlar Xansuya yaxınlaşan zaman Xansu tək idi və yanında heç kim yox idi. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında münaisbətləri və ədavətləri yoxdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin CA üzrə kiçik inspektoru vəzifəsində işləmişdir. 06 sentyabr 2020-ci il tarixdə əməliyyat yolu ilə NMB-yə daxil olmuş məlumatda həmin gün saat 19:00 radələrində ünvan 5 ünvana Xansu adlı şəxsin narkotik vasitə olan heroini satmaq üçün gələcəyi göstərilmişdi. Həmin şəxsi ifşa etmək məqsədi ilə Şahid3 tərəfindən əməliyyat qrupu yaradıldı. O da əməliyyat qrupunun digər üzvləri ilə birlikdə saat 18:30-da A.Novruzov küçəsi 22 ünvana «Azpetrol» YDM-nin arxa tərəfinə gəlib orada Xansunun gəlişini gözləmişlər. Təxminən 20-25 dəqiqədən sonra “Toyota prius” markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobillə Xansuya oxşar şəxs «Azpetrol» YDM-nin arxa tərəfinə gəlib zibil qutularının yanında avtomobili saxladı. Həmin şəxsin Xansu olduğuna əmin olduqdan sonra Xansudan narkotik vasitəni almaq istəyən şəxsin gəlişini gözləmişlər. Xansu avtomobildə bir müddət gözlədikdən sonra mühərriki işə salıb getmək istədikdə, onlar da idarə etdikləri avtomobilləri Xansunun avtomobilinin ön və arxa hissəsində saxlayaraq Xansuya yaxınlaşmışlar. Xansuya özlərini təqdim edərək onunla söhbət apararkən onun suallara qeyri-adekvat cavablar verməsini, onların suallarından yayınmasını və qaçmağa cəhd göstərməsini hiss edərək Xansunu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə gətirmişlər. Orada bu barədə müvafiq raport yazıldı. Onun şəxsiyyəti dəqiqləşdirildi. O və iş yoldaşı Şahid3 xidməti işləri olduğu üçün şəxsi axtarış istintaq hərəkətində iştirak edə bilməmişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli “Azza” sözü yazılmış sellofan torbanın içində 2 ədəd narkotik vasitə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında ədavətləri yoxdur. 06 sentyabr 2020-ci il tarixdə əməliyyat yolu ilə NMByə daxil olmuş məlumat əsasında Xansu adlı şəxsi ifşa etmək məqsədi ilə NMB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat qrupu yaradıldı. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə saat 18:30-da A.Novruzov küçəsi 22 ünvana «Azpetrol» YDM-nin arxa tərəfinə getmişlər və orada Xansu adlı şəxsin gəlişini gözləmişlər. Təxminən 20-25 dəqiqədən sonra Xansu mavi rəngli “Toyota prius” markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobillə «Azpetrol» YDM-nin arxa tərəfinə gəlib zibil qutularının yanında avtomobili saxladı. Onun həqiqətən də Xansu olduğuna əmin olduqdan sonra Xansudan narkotik vasitəni almaq istəyən şəxsin gəlişini gözləmişlər. Xansu avtomobildə gözlədikdən sonra oradan uzaqlaşmaq istədi. Onlar artıq narkotik vasitəni alan şəxs həmin yerə gəlməyəcəyini başa düşmüşlər. Bu səbəbdən Xansunu saxlamaq qərarına gəlib idarə etdikləri avtomobilləri Xansunun avtomobilinin ön və arxa hissəsində saxlayaraq Xansuya yaxınlaşmışlar. Xansuya özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə aparmışlar. Orada onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasından ötrü polis şöbəsində raport yazıldıqdan sonra şəxsi axtarışın aparılması şöbənin təhqiqatçısı polis leytenantı Bahadur Ənnağızdayə həvalə olundu. 37-ci PŞ-nin təhqiqatçısı polis leytenantı Bahadur Ənnağızadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi və o, müdafiəçi ilə təmin edildi. Sonra xidməti otaqda video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında Xansunun vəkili, o və iş yoldaşı Şahid6 iştirak etmişdir. Şəxsi axtarış və götürmənin aparılmasından əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş əşyalar və maddələr olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əlində tutduğu üzərində “AZZA” sözü yazılmış bir ədəd ağ rəngli sellofan torbanın içərisindən iki ədəd şəffaf rəngli sellofan torbanı çıxardıb masanın üzərinə qoydu. Sorğu zamanı Xansu həmin şəffaf sellofan torbada olan 2 ədəd maddənin “kakos” olduğunu, həmin maddələri UPD qəsəbəsində tanımadığı şəxsdən məhəllənin bu başından alaraq o, biri başına çatdıracağını, orada həmin maddənin müqabilində 30.000 manat pul veriləcəyini, həmin pullara baxaraq götürməsi tapşırıldığını dedi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə təhqiqatçı elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürüldü. O və digər iştirakçılar həmin zərfdə imza etmişlər. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında ədavətləri və münasibətləri olmayıb. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 06 sentyabr 2020-ci il tarixdə NMB-yə daxil olmuş əməliyyat məlumatında 06 sentyabr 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 5 ünvana Xansu adlı şəxsin narkotik vasitə olan heroini satmaq üçün gələcəyi bildirilmişdir. Həmin şəxsi ifşa etmək məqsədi ilə NMB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat qrupu yaradıldı. Saat 18:30-da əməliyyat qrupunun digər üzvləri ilə birlikdə A.Novruzov küçəsi 22 ünvana «Azpetrol» YDM-nin arxa tərəfinə gedib Xansu adlı şəxsin gəlişini gözləmişlər. 20-25 dəqiqədən sonra Xansuya oxşar şəxs “Toyota prius” markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobillə «Azpetrol» YDM-nin arxa tərəfinə gəlib zibil qutularının yanında avtomobili saxladı. Həmin şəxsin Xansu olduğuna əmin olduqdan sonra ondan narkotik vasitəni almaq istəyən şəxsin gəlişini də gözləmişlər ki, həmin şəxsi də narkotik vasitəni alandan sonra Xansu ilə birlikdə saxlasınlar. Xansu bir qədər gözlədikdən sonra mühərriki işə salıb oradan uzaqlaşmaq istəyəndə idarə etdikləri avtomobilləri Xansunun avtomobilinin ön və arxa hissəsində saxlayaraq Xansuya yaxınlaşmışlar. Xansuya özlərini təqdim etdikdə onun qaçmağa cəhd göstərməsini hiss edərək Xansuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun şəxsiyyətini müəyyən edib Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasından ötrü polis şöbəsində raport yazıldıqdan sonra şəxsi axtarışın aparılması şöbənin təhqiqatçısı polis leytenantı Bahadur Ənnağızdayə həvalə olundu. Bahadur Ənnağızadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi, vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildi. Sonra xidməti otaqda video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldı. Xansunun üzərinə şəxsi axtarışın aparılmasında Xansunun vəkili, o və iş yoldaşı Şahid5 iştirak etmişlər. Şəxsi axtarış və götürmənin aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və maddələr olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əlində tutduğu üzərində “AZZA” sözü yazılmış bir ədəd ağ rəngli sellofan torbanın içərisindən iki ədəd şəffaf rəngli sellofan torbanı çıxardıb masanın üzərinə qoydu. Sorğu zamanı Xansu həmin şəffaf sellofan torbada olan 2 ədəd maddənin “kakos” olduğunu, həmin maddənin müqabilində 30.000 manat pul veriləcəyini dedi. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır, aralarında münasibətləri və ədavətləri yoxdur. «Toyota Prius» (hibrid) markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobil onundur. 06 sentyabr 2020-ci il tarixdə avtomobilini Şahid2 icarəyə vermişdir. Şahid2 06 sentyabr 2020-ci il tarixdə saat 17:00-da ona məxsus avtomobili 08 sentyabr 2020-ci il saat 17:00-dək götürmüşdür. 07 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları onlara zəng edərək avtomobilində narkotik vasitə daşınması ilə əlaqədar məlumat verdilər. Şahid2 icarəyə avtomobil götürmək məqsədi ilə avtoparka yaxınlaşarkən o, həmin vaxtı orada olmuşdur. Azərlə müqaviləni Nihal Hüseynzadə bağladı. Onun baş vermiş cinayət hadisəsindən xəbəri olmamışdır. Şahid2 daha əvvəl bir dəfə avtomobil verdiyi üçün Azər yenidən onunla mobil telefon vasitəsi əlaqə saxlayaraq avtomobil lazım olduğunu dedi. Azər avtoparka yaxınlaşarkən o, Azərə özünə aid olan avtomobili təklif etmişdir. Azər avtomobili ondan götürdükdə nə məqsədlə istifadə edəcəyini demədi. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid2 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir neçə il bundan qabaq tanış olmuş və aralarında normal münasibət olmuşdur. Bir iki dəfə Təqsirləndirilən şəxs ondan sürmək üçün avtomobil istədikdə o, öz avtomobilini sürmək üçün Xansuya vermişdir. 06 sentyabr 2020-ci il tarixdə saat 15:00 radələrində Xansu ona zəng edərək ailəsini təcili rayona aparmaq məqsədi ilə avtomobil lazım olduğunu bildirmişdir. O da Xansuya hazırda avtomobili olmadığını bildirdikdə Xansu ona təkidlə rentekarda olan tanışlarından 2 günlük avtomobil götürüb ona verməyini xahiş etmişdir. O, Xansunun xahişini yerə salmayaraq ünvan 6 ünvanında yerləşən “xxxx” MMC-in direktoru, tanışı X1 gedərək salonda X5 adına olan mavi metalik rəngli, Xetçbek Toyota prius (hibrid) markalı Az ** ZO *** dövlət nömrə nişanlı avtomobili rentekardan götürmüşdür. O, təxminən 1 saatdan sonra Xansuya zəng edərək harada avtomobili vermək lazım olduğunu dedikdə Xansu ona avtomobili yaşadığı küçəyə gətirməyini bildirmişdir. O, avtomobili Xansunun yaşadığı küçəyə sürərək evlərinin qarşısında görüşüb avtomobili Xansuya verib getmişdir. Daha sonra isə polis əməkdaşları ona zəng edərək polis idarəsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs bir neçə il bundan qabaq Bakı şəhəri DYPİ-də işləyərkən tanımışdır. Xansunun ona köməkliyi dəydiyi üçün o, Xansunun sözünə etiraz etməmişdir. Xansu ona ailəsini rayona aparmaq məqsədi ilə avtomobil lazım olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 07 sentyabr 2020-ci il tarixli, 6/1797 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan paketdəki 2(iki) ədəd bükümdə təmiz çəkisi 305.324qr tünd qəhvəyi rəngli və təmiz çəkisi 710 qr qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin ümumi təmiz çəkisi 1015,624qr( 1kq 15.624qr) təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 26 oktyabr 2020-ci il tarixli, 1971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış 14 noyabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə 06 avqust 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı “xxxx” MMC tərəfindən təqdim olunmuşdur. “xxxx” MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**- ** saylı mobil nömrənin arasında 28 avqust 2020-ci il tarixdə saat 21:17:34-də “Qaqa menim ozume pati lazimdi. cekmeye yoxumdu. Bes dunen pul vururdun karta qaqa? Meni niye alladirsan? 1 qram pati ver aramiz temiz olsun. Senol bir qepiy pulum yoxdu” sözləri yazılmış mesajın göndərilməsi aşkar olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 16 avqust 2020-ci i tarixdə saat 00:20:46-da ***-***-**-** saylı mobil nömrənin arasında “Gardasim pul duzub qosacam 15-20 manat hardasa qix deg ama indi sene pati getrim bir balaca koku veresen mene istesen sey de var tebi onnan da var ureyin istese onnan da vererem prostu veziyet yaxsi deyil bir balaca koku versen yaxsi olar bayag dimeye utandim”, 28-08-2020-ci il tarixdə saat 21:07:23-də ***-***-**-** saylı mobil nömrənin arasında “XANSU COFEYNEN PATİ BARTER ELEMEY İSTİSEN COFE SENNEN DE CAVAB YAZ”, saat 22:02:21-də “NEYİ NEZERDE TUTURSAN Kİ GAGA MEN SENİ ALDATMAMİSAM NE OLUBSA MECBURİYETDEN OLUB PATİYA GORE GEREY GEDEY NEFCİLERE”, 01 sentyabr 2020-ci il tarixdə saat 23:36:12-də ***-***-**-** saylı mobil nömrənin arasında “cixmadin brat pat tapdim ozumuze” sözləri yazılmış mesajın göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin ünvan 7 ünvanında qeydiyyatda olan X6 (AZE********) adına qeydiyyata alınması aşkar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əlində olan ağ rəngli üzərində “Azza” sözləri yazılmış sellofan paketin içərisindən 02 ədəd bükümdə ümumi çəkisi 1015,624 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmədə nümayiş etdirilmiş DVD diskdən görünür ki, 07 sentyabr 2020-ci il tarixli protokolun məzmununda göstərilənlər öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış 06 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə “xxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” formatlı disk, iş üzrə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1015,624 qram narkotik vasitə olan heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq qalmış 1015,424 qram narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmaması, Nizamın qohumunu gözləyərkən həmin adamın əlində qara setka ilə gəlib maşına əyləşməsi, setkanın içərisində narkotik maddə olması, lakin onun həmin maddələrdən xəbəri olmaması, istintaq zamanı yazılanların yalan olması barədə ifadələrini şahid ifadələri, özünün dolayısı ilə ittihamı təsdiq edən ifadələri, iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə, göstərilən sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 1015,624 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması, 06 sentyabr 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Şahid6 küçəsi 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli üzərində “AZZA” sözləri yazılmış sellofan paketin içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 305,624 qram və 710 qram olmaqla, ümumilikdə külli miqdarda 1015,624 (1 kq 15,624 qr) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizanın 26 oktyabr 2020-ci il tarixli, 1971 nömrəli rəyinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məsləhət görülməsini nəzərə alıb onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 330 (üç yüz otuz) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1015,624 qram narkotik vasitə olan heroinin qalıq qalmış 1015,424 qram hissəsinin dövriyyəsi qadağan edildiyi üçün məhv edilməsini, 01 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklərin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış 14 sentyabr 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - 06 sentyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 06 sentyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 330 (üç yüz otuz) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1015,624 qram narkotik vasitə olan heroinin qalıq qalmış 1015,424 qram hissəsi dövriyyəsi qadağan edildiyi üçün məhv edilsin, 01 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-593/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-593/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver