Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-596/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə maddi mənfəət, yəni pul əldə etmək üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə basqın etmək və quldurluqla əlaqədar adam öldürmə niyyəti ilə 7 yanvar 2019-cu il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus «Zoo» marketin içərisində sonuncudan başqa adam olmadığını bilib mağazaya daxil olaraq, törədəcəkləri cinayətləri tam başa çatdırmaq üçün başqalarının içəriyə girişinin qarşısını almaqdan ötrü yem kisəsini qapının arxasına qoyub qapını bağlayaraq, Zərərçəkmiş şəxs hücum edib bıçaqla və yumruqla zərbələr endirmiş, sonuncunun huşunun özündə olmaması səbəbindən Zərərçəkmiş şəxs öldüyünü zənn edib zərbələri dayandırmaqla, bilavasitə adam öldürməyə yönəldilmiş qəsdən edilən əməlini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq, Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmayan, dərəcələri təyin edilməyən sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı xəsarətləri, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alının 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs cibindən 11.400 (on bir min dörd yüz) Azərbaycan manatı və 1.400 (min dörd yüz) ABŞ dolları, həmin vaxt Azərbaycan məzənnəsi ilə hesabladıqda 2.380 (iki min üç yüz səksən) Azərbaycan manatı, ümumilikdə 13.780 (on üç min yeddi yüz səksən) manat pulunu ələ keçirərək, ərazini tərk edib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq edib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 birlikdə maddi mənfəət, yəni pul əldə etmək üçün tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə basqın etmək və quldurluqla əlaqədar adam öldürmə niyyəti ilə 7 yanvar 2019-cu il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus «Zoo» marketin içərisində sonuncudan başqa adam olmadığını bilib mağazaya daxil olaraq, törədəcəkləri cinayətləri tam başa çatdırmaq üçün başqalarının içəriyə girişinin qarşısını almaqdan ötrü yem kisəsini qapının arxasına qoyub qapını bağlayaraq, Zərərçəkmiş şəxs hücum edib bıçaqla və yumruqla zərbələr endirmiş, sonuncunun huşunun özündə olmaması səbəbindən Zərərçəkmiş şəxs öldüyünü zənn edib zərbələri dayandırmaqla, bilavasitə adam öldürməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq, Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmayan, dərəcələri təyin edilməyən sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı xəsarətləri, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alının 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirərək Zərərçəkmiş şəxs cibindən 11.400 (on bir min dörd yüz) manat və 1.400 (min dörd yüz) ABŞ dolları, həmin vaxt Azərbaycan məzənnəsi ilə hesabladıqda 2.380 (iki min üç yüz səksən) manat, ümumilikdə 13.780 (on üç min yeddi yüz səksən) manat pulunu ələ keçirərək, ərazini tərk edib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq edib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.1, 29,120.2.11 və 181.2.1, 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhlə uşağı kimi tanıyır. Aralarında dost münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs də uzun müddətdir ki, tanıyır. Sonuncunun yanında qardaşı və özü bir müddət işləyib ailəsinin dolanışığını təmin etmişdir. Pul lazım olanda Hikmətə müraciət edib borc almış və sonradan pulunu qaytarmışdır. Əvvəllər Hikmətin yanında işlədiyindən sonuncunun həmişə üzərində pul gəzdirdiyini bilmişdir. 7 yanvar 2020-ci ildə səhər 9 radələrində dostu Ələsgərlə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Hikmətin işlətdiyi «Zoo» marketin yaxınlığındakı parkda görüşmüşdür. Söhbət zamanı pulsuzluqdan və borcların yığılmasından gileylənib, pulu necə və haradan əldə etmək barədə danışmışlar. Ələsgərə Hikmətin çox vaxt üzərində pul gəzdirdiyini deyib, birlikdə qərara gəlmişlər ki, kənar şəxslərin olmadığı vaxtda «Zoo» marketə daxil olub, onun cibindən pulu götürüb qaçsınlar. Qərarını qətiləşdirəndən sonra ilk öncə Hikmətin yanında işləyən Rəsul adlı şəxsi marketdən çölə çağırıb, onun fikrini yayındırmışdır. Rəsula parkda oturub onları gözləməyini, bir neçə dəqiqəlik işiləri olduğunu və geri qayıdacaqlarını demişdir. Daha sonra mağazada kənar şəxslərin olub-olmamasını öyrənmək məqsədilə Ələsgərlə birlikdə bir-iki dəfə mağazaya daxil olub, Hikmətdən bəzi heyvan yemlərinin qiymətini öyrənib çölə çıxmışdır. Təxminən saat 15 radələrində Ələsgərlə birlikdə «Zoo» marketə daxil olub Hikmətlə görüşmüş, sonuncuya maşın gözlədiklərini, hava soyuq olduğundan mağazaya isinmələri üçün daxil olduqlarını demişdir. Hikmət tanıdığı üçün onları səmimi qarşılamışdır. Mağazada kənar şəxs olmadığını görüb, qəfil Hikmətin üzərinə tullanıb əlini onun cibinə salmaq istəmişdir. Bu zaman sonuncu ondan yapışıb müqavimət göstərməyə başlamışdır. Onlar tutaşmış və birlikdə yerə yıxılmışlar. Bu zaman marketdəki şüşə vitrin sınaraq yerə dağılmışdır. Yerdə süpürləşərkən Hikmətin boğaz nahiyəsindən qan gəldiyini görüb onu buraxmış və sonuncu cəld ayağa durub üzərinə cummuşdur. Bu zaman yerdə bıçaq görmüşdür. Hikmətin ondan əvvəl həmin bıçağı götürüb onu vuracağından qorxub, tez həmin bıçağı götürüb kənara tullamaq istəmişdir. Bu zaman Hikmət üstünə gəlib, onun bıçaq tutduğu əlindən yapışıb bıçağı ondan almaq istəmişdir. Odur ki, Hikmətin bıçaq tutan əlini yerə vurmuş və bıçaq sınmışdır. Hikmət qışqırıb köməyə adam çağırmağa başlamışdır. Bu vaxt Ələsgər onun köməyinə gəlib, Hikmətin baş nahiyəsindən bir-iki dəfə yumruqla vurmuşdur. Sonuncu zərbədən müvazinətini itirib, diz üstə hündürlükdən yerə yıxılmışdır. Hikmət başını və boğazını tutub: «kömək edin»-deyə qışqırmaqda davam etdiyindən Ələsgərə Hikmətin əllərini tutub cibindən pulları götürməsini demişdir. Ələsgər Hikmətin cibindən pulları götürmüş və bundan sonra birlikdə mağazanı tərk etmişlər. Kirayə götürdüyü avtomaşınla Ələsgərlə birlikdə şəhər kənarına getmişlər. Orada pulları saydıqda 11.400 (on bir min dörd yüz) manat və 1.400 (min dörd yüz) ABŞ dolları pul olduğunu müəyyən etmişlər. Ələsgərlə həmin pulları aralarında bölmüşlər. Pulun bir hissəsini həmin gün şəhərdə xərcləmişdir. Etdikləri hərəkətdən peşman olub bir gün sonra 1-ci polis şöbəsinə gəlib təslim olmuşlar. Qalan ümumi 8.560 (səkkiz min beş yüz altmış) manat və 1.000 (min) ABŞ dolları pulu polisə təhvil vermişdir. Xərclədikləri pulları daha sonra ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs tamah niyyətilə öldürməyə cəhd etməmiş və onların belə niyyətləri olmamışdır. Məqsədi Zərərçəkmiş şəxs zərər yetirmədən, müqavimətini qırmaqla cibindəki pulları götürüb qaçmaqdan ibarət olmuşdur. Hadisə zamanı zərərçəkmiş şəxsə qarşı silah və ya silah qismində istifadə edilə bilən əşyadan istifadə etməmişdir. Hikmətlə tutaşdığı zaman yerdə bıçaq görmüş, Hikmətin həmin bıçağı ondan tez götürüb, ona xəsarət yetirə biləcəyini düşünüb, tez həmin bıçağı özü götürüb kənara atmaq istərkən, sonuncu onun bıçaq tutduğu əlindən yapışıb əlini yerə vurmuş və bıçaq qırılmışdır. Zərərçəkmiş şəxsə bıçaq və ya başqa hər hansı bir əşya ilə xəsarət yetirməmişdir. Dartışma zamanı yerə yıxılarkən Hikmət şüşə lövhənin sınması nəticəsində boğaz nahiyəsindən xəsarət almışdır. İbtidai istintaq zamanı ilk dəfə ifadə verərkən həyəcanlı olmuş və nə dediyini bilməmişdir. Ona çörək vermiş insana qarşı cinayət törətdiyinə görə özünü bağışlaya bilməmiş və ən ağır cəzaya layiq olduğunu düşünmüşdür. Bu səbəbdən və həm də həyəcanlı olduğuna görə ifadəni oxumadan imzalamışdır. Həqiqətdə Zərərçəkmiş şəxs bıçaqla basqın etməmiş və ona xəsarət yetirməmişdir. Sonuncu ilə dartışarkən yerə yıxılmış və bu zaman Zərərçəkmiş şəxs şüşə qırıntılarından xəsarət almışdır. Hadisə zamanı nə o, nə də Ələsgər xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özümü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 məhlə uşağı kimi tanıyır. Aralarında dost münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs isə hadisəyə qədər tanımamışdır. 7 yanvar 2020-ci ildə səhər saat 9 radələrində Ehtiramla bir yerdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Hikmətin işlətdiyi «Zoo» marketin yaxınlığındakı parkda oturub söhbət edərkən pulsuzluqdan danışıb, pulu haradan əldə etmələri barədə yollar axtarmağa başlamışlar. Bu zaman Ehtiram Hikmətin çox vaxt üzərində pul gəzdirdiyini deyib təklif etmişdir ki, kənar şəxslərin olmadığı vaxtda «Zoo» marketə daxil olub, Hikmətin cibindən pulu götürüb qaçsınlar. Qəti qərara gəldikdən sonra ilk öncə Hikmətin yanında işləyən Rəsul adlı şəxsi marketdən çölə çağırıb, onunla parkda söhbət edib fikrini yayındırmışdır. Bundan sonra mağazada kənar şəxslərin olub-olmadığını öyrənmək məqsədilə bir-iki dəfə içəri daxil olub, Hikmətdən bəzi heyvan yemlərinin qiymətini soruşmuşdur. Ələsgərlə birlikdə təxminən saat 15 radələrində «Zoo» marketə daxil olub Hikmətlə görüşmüşlər. Sonuncu həmin vaxt oturub televizora baxmışdır. Ehtiram Hikmətə maşın gözlədiklərini, çöl soyuq olduğuna görə isinməkdən ötrü mağazaya daxil olduqlarını demiş, sonuncu Ehtiramı tanıdığı üçün onları səmimi qarşılamışdır. Həmin vaxt Hikmət stulda oturub televizora baxmışdır. İçəriyə kənar şəxslərin daxil olmaması üçün yem dolu torbanı qapının arxasına qoymuşdur. Mağazada heç kimin olmadığına əmin olandan sonra Ehtiram qəfil Hikmətin üzərinə tullanıb əlini cibinə salmaq istəmiş, bu zaman sonuncu Ehtiramın əlindən yapışıb ona müqavimət göstərmiş və onlar birlikdə yerə yıxılmış və marketdəki şüşə vitrin sınaraq yerə dağılmışdır. Bu zaman Hikmətin boğaz nahiyəsindən qan gəlmiş və Ehtiram Hikməti buraxmışdır. Bu zaman sonuncu yenidən ayağa durub Ehtiramın üzərinə gəlmək istədikdə, Ehtiram yerdə bıçaq görmüşdür. Hikmətin ondan əvvəl həmin bıçağı götürüb onu vura biləcəyindən qorxub, tez həmin bıçağı götürüb kənara atmaq istəmişdir. Bunu Ehtiram ona hadisədən sonra danışmışdır. Həmin vaxt Hikmət Ehtiramın üstünə cumub bıçağı onun əlindən almaq istərkən, Hikmət Ehtiramın bıçaq tutduğu əlini yerə vurmuş və bıçaq sınmışdır. Hikmətin müqavimətini tez qırmaqdan ötrü yaxınlaşıb sonuncunun baş nahiyəsindən bir-iki dəfə yumruqla vurmuş və Hikmət səndələyib yerə yıxılmışdır. Hikmət başını və boğazını tutaraq köməyə adam çağırmağa başlamışdır. Ehtiram həmin vaxt Hikmətin əllərini tutaraq ona Hikmətin cibindən pulları götürməyini demiş və o, Hikmətin cibindən pulları götürmüşdür. Bundan sonra Ehtiramla birlikdə hadisə yerini tərk etmişlər. Ehtiramın kirayəyə götürdüyü avtomaşınla şəhər kənarına getmişlər. Orada pulları saydıqda 11.400 (on bir min dörd yüz) manat və 1.400 (min dörd yüz) ABŞ dolları pul olduğunu müəyyən etmişlər. Həmin pulları Ehtiramla aralarından bölüşdürmüşlər. Pulun bir hissəsini həmin gün şəhərdə xərcləmişdir. Bir gün sonra etdikləri hərəkətdən peşman olub 1-ci polis şöbəsinə gedərək təslim olmuşlar. Onlarda qalan ümumi 8.560 (səkkiz min beş yüz altmış) manat və 1.000 (min) ABŞ dollarını polisə təhvil vermişlər. Xərclədikləri pullar daha sonra valideynləri tərəfindən zərərçəkmiş şəxsə qaytarılmışdır. Hadisə zamanı silah və ya silah qismində istifadə edilə bilən əşyadan istifadə etməmişlər. Onların Zərərçəkmiş şəxs öldürmək niyyətləri olmamışdır. İtbidai istintaq zamanı həyəcanlı olmuş və nə barədə ifadə verdiyini bilməmişdir. İfadələri oxumadan imzalamışdır. X2 Babayevə bıçaqla hücum etməmiş və ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslə Ehtiram dartışarkən yerə yıxılmış və bu zaman Zərərçəkmiş şəxs şüşə qırıntılarından xəsarət almışdır. Hadisə zamanı o və Ehtiram xəsarət almamışlar. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində özünə məxsus «Zoo» market işlədir. Təqsirləndirilən şəxs1 tanıyır. Sonuncu özü və qardaşı bir müddət onun yanında işləyib dolanışığını təmin etmişdir. Təqsirləndirilən şəxs2 isə hadisəyədək tanımamışdır. 7 yanvar 2020-ci il tarixdə, saat təxminən 15 radələrində “Zoo” marketin içərisində oturub televizora baxmışdır. İçəridə başqa heç kim olmamışdır. Bu vaxt Ehtiramla Ələsgər qapını açıb marketə daxil olmuşlar. Ehtiram avtomobil gözlədiklərini, çöldə hava soyuq olduğundan isinmək üçün içəriyə girdiklərini bildirmişdir. Sonuncunu tanıdığına görə onları yaxşı qarşılamışdır. O, stulda əyləşdiyi vaxt Ehtiram yaxınlaşıb qəflətən yumruqla onun sifətindən vurmuşdur. Əli ilə üzünü tutmuş, bundan sonra Ehtiramla əlbəyaxa olmuşlar. O, yerə yıxılmış, Ehtiram da onun üstünə düşmüdür. Yerə yıxılarkən marketdəki şüşə vitrin sınaraq dağılmışdır. Həmin vaxt boğazından qan gəlsə də ayağa durub Ehtiramın üstünə getmişdir. Sonuncu əlində bıçaq tutduğundan onun əlindən tutub yerə vurmuş və bıçaq qırılmışdır. Bu vaxt Ələsgər də onun üstünə gəlib, yumruqla iki dəfə başından vurmuşdur. O, huşunu itirməyə başlayıb yerə yıxılmış, Ehtiramla Ələsgər onun cibindən 11.400 manat və 1.400 ABŞ dolları pulları götürərək getmişlər. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirlənirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən sərin içkilər satılan mağazada satıcı işləyir. Zərərçəkmiş şəxs qonşuluğunda yerləşən «Zoo» marketin sahibi, Təqsirləndirilən şəxs1 isə həmin marketdə işləyən şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs2 isə tanımır. 7 yanvar 2020-ci il tarixdə saat təxminən 15 radələrində iş yerində olarkən yaxınlıqda işləyən Püstəxanım xalanın qışqırtı səsinə dükandan çölə çıxmışdır. Sonuncu ondan təcili Hikmətə kömək məqsədilə təcili tibbi yardım çağırmasını xahiş etmişdir. «Zoo» marketə daxil olduqda mağazanın içərisinin dağınıq, yerdə isə şüşə qırıntılarının olduğunu görmüşdür. Hikmət ona Ehtiramla bir nəfər şəxsin hücum edib pullarını apardıqlarını demişdir. Hikmətin deməsindən ona məlum olmuşdur ki, marketdə oturub televizora baxdığı zaman Ehtiramla Ələsgər gəlmiş, Ehtiram qəflətən üstünə hücum çəkib, cibinəki pulu götürmək istəmiş, Ehtirama müqavimət göstərərkən birlikdə yerə yıxılmış və marketin şüşə vitrini sınaraq yerə dağılmış və Hikmət xəsarət almışdır. Hikmət ona həm də Ehtiramın üzərinə getmək istədiyi vaxt sonuncunun əlində bıçaq gördüyünü, sonuncunun həmin bıçaqla ona xəsarət yetirəcəyindən qorxub Ehtiramın əlindən həmin bıçağı almaq məqsədilə onun bıçaq tutduğu əlindən yapışıb yerə vurduğunu və bıçaqın yerə düşərək sındığını, həmin vaxt Ələsgərin qəflətən üstünə gələrək baş nahiyəsindən bir-iki dəfə yumruqla onu vurduğunu, zərbədən səndələyib dizi üstə oturduğu hündürlükdən yerə yıxıldığını, köməyə adam çağırmağa başladığını, Ehtiramın onun əllərini tutduğunu və Ələsgərin isə cibindən pullarını götürdükdən sonra, hər ikisinin dükanı tərk edib, oradan uzaqlaşdığını, səsinə qonşu dükandan Püstəxanımın gəlib hamıya xəbər verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən çörək satılan yerdə çörək satmaqla ailəsini dolandırır. Zərərçəkmiş şəxs «Zoo» marketin sahibi, Təqsirləndirilən şəxs1 isə həmin marketdə işləyən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs2 isə tanımır. 7 yanvar 2020-ci il tarixdə saat təxminən 15 radələrində «Zoo» market tərəfdən Hikmətin «kömək edin»-deyə qışqırıq səsini eşitmişdir. «Zoo» marketə daxil olduqda mağazanın içərisinin dağınıq olduğunu, yerdə şüşə qırıntılarının olduğunu görmüşdür. Hikmət yerdə oturub, Ehtiramla bir nəfər şəxsin ona hücum edib pullarını apardıqlarını demişdir. Hikmətə kömək edib onu stulda əyləşdirmişdir. Daha sonra çölə çıxıb köməyə adam çağırmış və təcili tibbi yardıma xəbər vermişdir. Hikmətin deməsindən bilmişdir ki, marketdə oturub televizora baxdığı zaman Ehtiramla Ələsgər dükana daxil olmuş, Ehtiram qəflətən üstünə hücum çəkib, cibinəki pulu götürmək istəmiş, ona müqavimət göstərərkən birlikdə yerə yıxılmış və marketdəki şüşə vitrin sınaraq yerə dağılmışdır. Həmin vaxt boğaz nahiyəsindən qan gəldiyini görmüş və yenidən ayağa durub Ehtiramın üzərinə gəlmək istərkən sonuncunun əlində bıçaq görmüşdür. Odur ki, tez Ehtiramın əlindən yapışmışdır. Bıçağı Ehtiramın əlindən almaq istərkən Ehtiramın əlini yerə vurmuş və bıçaq yerə düşərək sınmışdır. Bu vaxt Ələsgər qəflətən üstünə gələrək baş nahiyəsindən bir-iki dəfə yumruqla onu vurmuş və o, səndələyib dizi üstə oturduğu hündürlükdən yerə yıxılmışdır. Başını və boğazını tutaraq: «kömək edin»-deyə qışqırmağa başlamışdır. Bu zaman Ehtiram əllərini tutmuş, Ələsgər isə cibindən pulları götürdükdən sonra hər ikisi dükanı tərk etmişdir. Səsinə qonşu dükanda işləyən Püstəxanım gəlib, bu barədə hamıya məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən «Zoo» marketdə Hikmətin yanında işləyib ona kömək edir. Təqsirləndirilən şəxs1 həmin «Zoo» marketdə işləyən şəxs kimi, Təqsirləndirilən şəxs2 isə məhlə uşağı kimi tanıyır. Hikmət, Ehtiram və Ələsgərlə yaxşı münasibətdədir. 7 yanvar 2020-ci il tarixdə saat təxminən 15 radələrində «Zoo» marketdə olarkən hava almaq üçün çölə çıxmışdır. Həmin zaman Ehtiramla Ələsgər ona parkda söhbət etməyi təklif etmiş, nahar fasiləsi olduğu üçün onların dəvəti ilə yaxınlıqdakı parkda oturub onlarla söhbət etmişdir. Təxminən saat 15 radələrində Ehtiramla Ələsgər ona parkda oturub onları gözləməyini və 10-15 dəqiqədən sonra qayıtdacaqlarını bildirdilər. Sonuncuları 20 dəqiqə gözləmiş, lakin qayıtmadıqlarını görüb iş yerinə qayıtmışdır. «Zoo» marketə daxil olduqda mağazanın içərisinin dağınıq, yerdə isə şüşə qırıntılarının olduğunu görmüşdür. Hikmətdən nə baş verdiyini soruşduqda sonuncu, Ehtiramla Ələsgərin ona hücum edib, pullarını apardıqlarını bildirmişdir. Dərhal təcili tibbi yardıma zəng edib xəbər vermişdir. Hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə-tibb ekspertizasının 15 fevral 2020-ci il tarixli 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaralan, sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) təsirindən; sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı isə küt küt əşya (əşyalar) təsirindən onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən 7 yanvar 2020-ci ii tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya; sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Həmin xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də öz boyu hündürlüyündə yıxılma nəticəsində əmələ gəlməsi inkar olunmur və bu məsələnin daha dəqiq həllinin istintaq yolu ilə təyin edilməsi məqsədəmüvafiqdir. Əlavə məhkəmə-tibb ekspertizasının 22 avqust 2020-ci il tarixli, 23-ə/44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaralan, sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaralan deşici-kəsici əşya (alət) təsirindən; sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı isə küt küt əşya (əşyalar) təsirindən onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 7 yanvar 2020-ci ii tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə alnın 1 ədəd, sağ yanağın 1 ədəd, çənənin sol yarısının 1 ədəd, boynun 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya; sağ bazunun, sağ kürəkaltı nahiyənin qançırları, sol baldırın sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərinə və lokalizasiyalarma əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə (ifadəsində qeyd etdiyi şəraitdə, yəni oturmuş vəziyyətdə, uzanılmış vəziyyətdə, çökmüş vəziyyətdə) yaranması istisna edilmir. Həmçinin həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gəlməsi inkar olunmur. Məhkəmə-tibbi-bioloji ekspertizasının 24 mart 2020-ci il tarixli, 183/2020-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B/İİİ/ qrupdur. Ekspertizaya təqdim olunan bıçaq üzərində insan qanı aşkar edilmişdir. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda, yalnız B antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının 24 mart 2020-ci il tarixli, 99MTKŞ/2020 saylı rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji-ekspertizasının 27 noyabr 2020-ci il tarixli, 2351 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətməzdən əvvəl və sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kobudluq, tez özündən çıxmaq, emosional qeyri-sabitlik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 aqressiya vəziyyəti müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 noyabr 2020-ci il tarixli, 2352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törətməzdən əvvəl və sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 aqressiya vəziyyəti müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşin 2-ci cildinin 103-124-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş, tiyəsi dəstəyindən qırılıb ayrılmış vəziyyətdə olan bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər rayon prokurorluğuna təhvil verilmişdir. İşin 1-ci cildinin 17-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 8 yanvar 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cildinin 31-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 8 yanvar 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.211, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə Zərərçəkmiş şəxs bıçaqla hücum etmədiklərini, sonuncunu öldürmək niyyətlərinin olmadıqlarını bildirdilər. Onların bu ifadələri ibtidai istintaqın ilkin mərhələsində müdafiəçilərinin iştirakı ilə şübhə edilən və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri (qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslərin hər ikisi ibtidai istintaqın ilkin mərhələsində birlikdə Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olduqlarını, Təqsirləndirilən şəxs1 stulda oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə qəfildən cumub yumruqla sifət nahiyyəsindən vurduğunu, sonuncunun oturduğu stuldan yerə yıxıldığını, bundan sonra Ehtiram əlində tutduğu qırmızı dəstəkli bıçaqla N.Babayevi boğaz və üz nahiyyələrindən vurduğunu, növbəti dəfə vurmaq istərkən bıçağın yerə dəyib sındığını, Zərərçəkmiş şəxs qışqırıb köməyə adam çağırdığından Təqsirləndirilən şəxs2 yaxınlaşıb Zərərçəkmiş şəxs iki dəfə baş nahiyyəsindən zərbə endirdiyini və sonuncunun huşunu itirdiyini, bunu görüb Zərərçəkmiş şəxs ölmüş zənn edib hücumları dayandırdıqlarını və üstündəki pulları götürüb hadisə yerini tərk etdiklərini bildirmişdir), zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə onların məhkəmədəki ifadələrinə tənqidi yanaşır, özlərini müdafiə etmək məqsədi daşıyan ifadələr kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmiş və qrup halında quldurluqla əlaqədar məhz qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29, 120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilməli, onlar həmin maddələr ilə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbvycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 8 yanvar 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 8 yanvar 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut: Xəzər rayon prokurorluğuna saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, tiyəsi dəstəyindən qırılıb ayrılmış vəziyyətdə olan bir ədəd bıçaq hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 29.120.2.1, 29,120.2.11-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.1, 29,120.2.11, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 29.120.2.1, 29,120.2.11-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xəzər rayon prokurorluğuna saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, tiyəsi dəstəyindən qırılıb ayrılmış vəziyyətdə olan bir ədəd bıçaq hökm hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-596/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-596/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver