Məhkəmə qərarları › İş №1(101)-601/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-601/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-601/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Lerik rayonu, Sors kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Lerik rayonu, Sors kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində X1 məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,944 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,502 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, qeyd edilən narkotik vasitənin 3,944 qramının 0,514 qramını xx.xx.2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şahid6 20 manata, 0,276 qramını isə xx.xx.2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Mehriban Qonşular küçəsində Şahid7 10 manata satmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün xx xxx 2020-ci il tarixdə saat 21:30-da Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd üzərində “Camera-bag” sözləri həkk olunmuş qara rəngli kiçik əl çantasının içərisində 15 ədəd bükümdə ümumi təmiz çəkisi 3,154 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə heroin, 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,502 qram kristallardan ibarət, kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Onun bədənində olan ağrılarla əlaqədar əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 21:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində telefon mağazasına keçəndə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə və satışında şübhəli olduğunu bildirərək Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis bölməsində polis əməkdaşları ona təzyiq etmiş və onu döymüşlər. Bundan sonra təzyiq altında polis əməkdaşları ona üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər və videoçəkiliş zamanı onda narkotik vasitə olmasını deməmişdir. Ona görə də həmin çəkilişi dayandırıb təkrar çəkiliş etməyə başlayanda onun üzərinə narkotik vasitə qoymuşlar və onu döyərək narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olduğunu deməyini bildirmişlər. O da döyüldüyü üçün məcburən etiraf etməli olmuşdur. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Lakin, onu döyərək üzərində narkotik vasitə olmasını və narkotik vasitənin satışı ilə məşğul olmağını deməyinə məcbur etmişlər. O, narkotik vasitədən istifadə etsə də həmin gün istifadə etməmiş və üzərində narkotik vasitə də olmamışdır. Heç kimdən narkotik vasitə əldə etməmiş və heç kimə narkotik satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün, Nazim adlı şəxsi də taksi sürücüsü kimi tanıyır. Nazimlə onun telefonda sms yazışmaları ola bilər. Nazimlə telefon danışığının olubolmamasını xatırlamır. Şahid7 və Şahid6 tanımır. Onlara narkotik satmamışdır. O, saxlanılarkən onda narkotik vasitə olmamışdır. Onu döyən şəxslərin adlarını bilmir, yalnız, o, 3-cü PB-də təhqiqatçı Anarın adını bilir. Anar onun avtomobilindən 1384 manat pulu da götürmüşdür. Məkəmə iclasında elan olunaraq təqsirləndirilən şəxsə təqdim olunmuş cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokol və protokolda olan imzaya münasibətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, onu döymüşlər, elə bir sənədə imza etməyini xatırlamır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş ifadənin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «....Təqribən 4 ay olar ki, narkotik maddənin heroin və şüşə növündən çəkmək yolu ilə istifadə edirəm. Həmin narkotik vasitəni isə Bakı şəhəri, səhv etmirəmsə Sabunçu rayonuna daxil olan Ramana qəsəbəsində yaşayan Nazim adlı şəxsdən alırdım. Sonuncu dəfə xx.xx.2020-ci il tarixində, səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində Nazim adlı şəxsdən 300 (üç yüz) manat nağd pul ödəyərək öz şəxsi istifadəm və satmaq məqsədilə ümumilikdə 15 ədəd bükümdə heroin 6 ədəd bükümdə şüşə kimi tanıdığım narkotik vasitələr aldım, bir qismini istifadə etdim qalıq hissəsini sonra istifadə etmək və satmaq üçün qara rəngli kiçik əl çantanın içinə qoyaraq üzərimdə saxladım. İlk öncə xx.xx.2020-ci il tarixdə Kəmaləddin adlı şəxsə 20 (iyirmi) manata bir büküm narkotik maddənin heroin növünü xx.xx.2020-ci il tarixdə Məmməd adlı şəxsə Südçülük sovxozu, Mehriban qonşular küçəsində 10 (on) manata bir büküm narkotik maddənin heroin növünü satdım. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni massivdə piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxslər mənə yaxınlaşıb özlərini təqdim etdilər və məni yaxınlıqda olan PB-nə gətirərək təhvil verdilər. PB-də baxış zamanı üzərimdə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. Mən üzərimdə saxladığım içərisində heroin və şüşə kimi tanıdığım maddələri və özümə məxsus 1 ədəd qara rəngli içərisində ***-***-**-** və ***-***-**-** nar kart nömrələri olan mobil telefonu təqdim etdim. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə təqdim etdiyim bükülüləri açdım, həmin bükümlərdə heroini və şüşə kimi tanıdığım maddələri aşkar etdilər. Sorğu zamanı bildirdim ki, aşkar edilmiş maddələr heroin və şüşə kimi tanıdığım narkotik maddədir və aşkar edilmiş narkotik maddələri xx.xx.2020-ci il tarixdə günorta saatlarında, Sabunçu rayonu, Ramana qəsəbəsində Nazim adlı şəxsdən 300 (üç yüz) manat nəğd pul ödəyərək öz şəxsi istifadəm və satmaq məqsədi ilə alıb bir qismini istifadə etdim qalıq hissəsini isə sonra istifadə etmək və satmaq üçün kiçik əl çantamın içərisinə qoyaraq üzərimdə saxladım.... Mənə polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, döyüldüyünə görə təqdim olunmuş izahatda olan imzanı hansı şəraitdə imzaladığını xatırlamır. Həmçinin, cinayət işinin 1-ci cild 188-191-ci vərəqələrində olan şübhəli şəxs qismində verdiyi ifadəsində və cinayət işinin 1-ci cild 223-226-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 4 aydır bədənimdə olan ağrılarla əlaqədar narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edirəm. Təxminən 1-2 gün öncə, dəqiq tarix yadımda deyil “Kubinka” adlanan ərazidən əvvəllər tanımadığım şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb öz istifadəm üçün üzərimdə saxlamışam ... Polis bölməsində üzərimə videoçəkilişlə baxış keçiriləcəyi mənə bildirildi və məndən üzərimdə qanunsuz maddə və ya əşyanın olub-olmaması soruşuldu. Həmin vaxt əynimdə olan göy rəngli cins şalvarın cibindən 01 ədəd qara rəngli əl çantasının polis əməkdaşlarına təqdim etdim. Polis əməkdaşları əl çantasına baxış keçirərkən içərisindən 15 ədəd şəffaf sellofan büküm aşkar edildi. Həmin bükümün içərisində nə olması məndən sorğu edildikdə mən polis əməkdaşlarına həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onundur, döyüldüyünə görə onu imzaladığını da xatırlamır. Videoçəkiliş zamanı nə deməsini xatırlamır. Onu döyən şəxslərin adlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Şahid7 və Şahid6 bildirmişlər ki, üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitələri “Rakı” ləqəbli şəxsdən almışlar. Həmçinin, həmin gün “Rakı” ləqəbli şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən məlumat da daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, “Rakı” ləqəbli şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Həmin məlumat əsasında Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci il tarixində təxminən günorta saatlarında Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Südçülük sovxozunda saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə dəvət edilmiş və orada Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilməsi ona bildirilmiş və şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd üzərində "Camera-bag" sözləri yazılmış rəngli kiçik ölçülü əl çantasını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əl çantasını açdıqda içərisində 8 ədəd sellofonda bükümlər və 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 8 ədəd bükülülərin içərisində heroinə bənzər narkotik maddələr aşkar edilmişdir. Lakin, bükümlərin başlıq hissələri yandırılmış halda olduğu üçün açılması mümkün olmamışdır. 2 ədəd kibrit qutuları açıldıqda içərisində siqaretin gümüşü rəngli kağızlarına bükülmüş halda olan ümumilikdə 13 ədəd bükümlər aşkar edilmişdir. 13 ədəd bükümün 7 ədədi açıldıqda içərisində heroinə bənzər narkotik maddələr, 6 ədəd bükümdə “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsinə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdə heroin narkotik vasitəsi və “şüşə” kimi tanınan metamfetamin psixotrop maddələr olduğunu, bu narkotik maddələri və psixotrop maddələri Sabunçu rayonu, Ramana qəsəbəsində tanışı Nazim adlı şəxsdən satmaq və öz şəxsi istifadəsi üçün 300 manat pula aldığını, bir qismini istifadə etdiyini, qalan hissəsini sonra istifadə etmək və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, narkotik vasitələrdən bir-iki gün əvvəl Kəmaləddin və Məmməd adlı şəxslərə hərəsinə bir büküm heroin narkotik vasitə satmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 1 ədəd "Samsung S20" markalı mobil telefon aparatı da götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsi heç kəs döyməmişdir. Təqsirləndirilən şəxsi səhv etmirsə, günorta saatlarında, saat 13-14 radələrində saxlamışlar. Şahid7 və Şahid6 saxlanılarkən narkotik vasitəni “Rakı” ləqəbli şəxsdən almışlar. “Rakı” ləqəbli şəxsin də Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxslərin deməsinə görə təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxsə məxsus avtomobilə baxış keçirilib-keçirilməməsini xatırlamır. O, avtomobilə baxışda iştirak etməmişdir. Həmin gün saxlanılan şəxslərin hamısı narkotik vasitəni təqsirləndirilən şəxsdən aldıqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə protokolunda iştiak etmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə protokola əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş protokolu təsdiq edir. Həmin gün onlar günorta vaxtından bir neçə şəxsin saxlanılması əməliyyatını keçirmişlər. Ona görə də təqsirləndirilən şəxsin saxlanma saatı dəqiq yadında qalmamışdır. Elan olunmuş protokolda təqsirləndirilən şəxsin saxlanma saatı düz yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərinin bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan Şahid7 narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində Şahid7 Binə qəsəbəsi, Südçülük sovxozu, yeni massiv ərazisində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmişdir. Şahid7 üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən Ş.Məmməd özü əynindəki gödəkçənin cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunun içində olan bir ədəd qara siqaret kağızı bükümü təqdim etmiş və həmin bükümün içindən qəhvəyi rəngli toz halında, heroin narkotik vasitəsinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Şahid7 həmin narkotik vasitəni Binə qəsəbəsində “Rakı”ləqəbli, sonradan adını bildiyi Təqsirləndirilən şəxs 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Kimi saxlamışlarsa hamısı narkotik vasitənri təqsirləndirilən şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxsin barəsində dəfələrlə məlumatlar olmuşdur. Təqsirləndirilən şəxsi bir çox yerdə axtarmışlar. Saxladıqları şəxslər də narkotiki təqsirləndirilən şəxsdən aldıqlarını deyəndən sonra onun yeri müəyyənləşmiş və o, saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrindən istifadə edirmiş və bu səbəbədən Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhküm olunmuşdur. Təqsirləndirilən şəxs “Rakı” ləqəbi ilə taksi sürücüsü kimi tanıyır. 2020-ci ilin yaz aylarında, günorta saatlarında Təqsirləndirilən şəxsla görüşmüş və onlar narkotik vasitədən istifadə etmək fikirinə gəlmişlər. O, Təqsirləndirilən şəxs 10 manat vermiş, Rafiq də özü 10 manat qoyaraq onun tanımadığı şəxsdən heroin alaraq, heroinin yarısını ona vermişdir. O, həmin heroini alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə, təxminən saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib birlikdə Polis bölməsinə getmiş və orada onda olan narkotik vasitə tapılaraq, rəsmiləşdirilmişdir. Polis əməkdaşlarına etiraf etmişdir ki, narkotik vasitə heroini “Rakı” ləqəbli Təqsirləndirilən şəxs almışdır. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki,o, xx xxx 2020-ci il tarixdə günorta saatlarında “Rakı” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində heroin alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərin polis əməkdaşları olması ona məlum olmuşdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə şübhəli olduğunu bildirib Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Polis bölməsinə getmişdir. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçi ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilərək, ondan üzərində qanunsuz maddə və ya əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdə nə olmasını soruşduqda, o, polis əməkdaşlarına bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümləri qablaşdırmış, protokol tərtib olunmuş və protokolu imzalamışdır. Həmçinin, bildirmişdir ki, o heç bir vaxt narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini “Rakı” ləqəbli Təqsirləndirilən şəxs almışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 xx xxx 2020-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsinə tez-tez gəlib-gedən, orta boylu, 40-45 yaşlı Məmməd adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Şahid7 əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu təqdim etmiş və baxış zamanı siqaret qutusunun içindən siqaretin qara rəngli kağızında büküm aşkar edilmişdir. Şahid7 həmin bükümdə narkotik maddə heroin olduğunu və onu xx.xx.2020-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Mehriban qonşular küçəsində “Rakı” adlı şəxsdən öz istifadəsi üçün 10 manat pula aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 67-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və baxış zamanı şübhəli şəxs Şahid6 əynindəki tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana və siqaretin qırmızı rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “Rafiq” adlı şəxsdən Südçülük sovxozu ərazisində 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 108-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd üzərində "Camera-bag" sözləri həkk olunmuş qara rəngli kiçik ölçülü əl çantasım çıxararaq təqdim etmişdir. Bundan sonra o, təqdim etdiyi kiçik ölçülü əl çantasını açdıqda içərisində 8 ədəd sellofanda bükümlər və 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 8 ədəd bükülülərin içərisində heroinə bənzər narkotik maddələr aşkar edilmiş, lakin bükümlərin başlıq hissələri yandırılmış halda olduğu üçün açılması mümkün olmamışdır. Daha sonra 2 ədəd kibrit qutuları açıldıqda içərisində siqaretin gümüşü rəngli kağızlarına bükülmüş halda olan ümumilikdə 13 (on iki) ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş 13 (on üç) ədəd bükümün 7 ədədi açıldıqda içərisində heroinə bənzər narkotik maddələr, 6 ədəd bükümdə “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsinə bənzər maddələr aşkar edilmişdir. Lakin 1 ədəd bükümün başlıq hissəsi yandırılmış halda olduğu üçün açılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdə heroin narkotik vasitəsi və “şüşə” kimi tanınan metamfetamin psixotrop maddələri olduğunu, bu narkotik maddələri xx.xx.2020-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində 3-4 aydır ki, tanıdığı Nazim adlı şəxsdən satmaq və öz şəxsi istifadəsi üçün 300 (üç yüz) manat pula aldığını, bir qismini istifadə etdiyini, qalıq hissəsini sonra istifadə etmək və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, satış məqsədi üçün üzərində daşıdığı narkotik vasətilərdən xx.xx.2020- ci il tarixdə Kəmaləddin adlı şəxsə bir büküm heroin satmış, daha sonra xx.xx.2020 ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi, Südçülük sovxozu, Mehriban qonşular küçəsində Məmməd adlı şəxsə bir büküm heroin satmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddələr olan sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung S20” markalı telefon və ***-***-**-**, ***-***-**-** nar nömrələrin kartları götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung Note 3” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli, 1/2953 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs «OPİ» aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 121-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/906 nömrəli ekspert rəyindən görünür ki, : “saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....“ yazısı olan paketdəki, 15 (on beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,154qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,502qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlər, vət. X3 (xx xxx 2020-ci il tarixli 6/903 saylı ekspert rəyi) və Şahid6 (xx xxx 2020-ci il tarixli 6/904 saylı ekspert rəyi) götürülmüş heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin ”, metamfetamin - “Azərbaycan Respublikas inin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr№ ”-in İ siyahisına daxildirlər. Cinayət işinin 3-cü cild 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2020-ci il tarixdə saat 22:55-də Xəzər RPİ 3-cü PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd "Camera-bag” sözləri həkk olunmuş qara rəngli kiçik əl çantasını çıxararaq təqdim etmiş və təqdim etdiyi kiçik əl çantasını açdıqda içərisində 8 ədəd sellafonda bükümlər və 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 8 ədəd bükülülərin içərisində heroinə bənzər narkotik maddələr aşkar edilmiş, lakin bükümlərin başlıq hissələri yandırılmış halda olduğu üçün açılması mümkün olmamışdır. Daha sonra 2 ədəd kibrit qutusu açıldıqda içərisində siqaretin gümüşü rəngli kağızlarına bükülmüş halda olan ümumilikdə 13 (on üç) ədəd büküm aşkar edilmiş və həmin aşkar edilmiş 13 (on üç) ədəd bükümün 7 ədədi açıldıqda içərisində heroinə bənzər narkotik maddələr, 6 ədəd bükümdə “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsinə bənzər maddələr aşkar edilmişdir. Lakin 1 ədəd bükümün başlıq hissəsi yandırılmış halda olduğu üçün açılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs bükümlərdə heroin və “şüşə” kimi tanınan metamfetamin olduğunu, bu narkotik maddə və psixotrop maddələri xx.xx.2020-ci ildə günorta vaxtı Sabunçu rayonu, Ramana qəsəbəsində 3-4 aydır ki, tanıdığı Nazim adlı şəxsdən satmaq və öz şəxsi istifadəsi üçün 300 (üç yüz) manat pula aldığını, bir qismini istifadə etdiyini, qalanını sonra istifadə etmək və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin, bildirmişdir ki, o, satış məqsədi üçün üzərində daşıdığı narkotik vasətilərdən xx.xx.2020-ci il tarixdə Kəmaləddin adlı şəxsə bir büküm heroin və xx.xx.2020-ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi, Südçülük sovxozu, Mehriban qonşular küçəsində Məmməd adlı şəxsə bir büküm heroin satmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddələr olan bükümlər sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd "Samsung S20" markalı mobil telefon da götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, X5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il saat 14:52-də, xx.xx.2020-ci il saat 15:42-də, 16:09-da. 19.30-da, xx.xx.2020-ci il saat 14:36-da, 20:57-də, 14:05:2020-də saat 16:54-də, xx.xx.2020-də saat 18:01-də və sonuncu dəfə xx.xx.2020-ci ildə saat 19:04-də telefon danışıqları qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumatlar müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung S20” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 163-cü vərəqəsində olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi X9 cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü, X10 barəsində isə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, istintaq dövründə ona təsir və təzyiq göstərilib, onu döymüşlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biridigəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəltməyə çalışmışdır. Belə ki, cinayət işinin 3-cü cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Həsən Əliyevin xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən və eləcə də Təqsirləndirilən şəxs pulunun Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən götürməsi barədə qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış C-249/20 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında bildirmişdir ki, sonuncu dəfə xx.xx.2020-ci il tarixində, səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində Nazim adlı şəxsdən 300 manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi və satmaq məqsədilə 15 büküm heroin, 6 büküm isə metamfetamin almış, həmin heroinin bir bükümünü xx.xx.2020-ci ildə 20 manata Kəmaləddin adlı şəxsə, 26.05.20-ci ildə isə bir büküm heroini 10 manata Məmməd adlı şəxsə satmış, qalanını isə sonra istifadə etmək və satmaq üçün qara rəngli kiçik əl çantasının içinə qoymuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin digər tərkibinin icraatında olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin sorğusuna əsasən təqdim olunan Nazim Vəliyevin istifadə etdiyi ***- ***-**-** mobil nömrəsinin məlumatları götürülmüş və həmin mobil məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Nazim Vəliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında mütəmadi olaraq telefon danışıqları və sms yazışmaları aparılmış, həmçinin, sonuncu dəfə xx xxx 2020-ci il tarixdə saat 22:48:59-da Təqsirləndirilən şəxs istifadəsində olmuş **********03 nömrəsindən N.Vəliyevin **********01 saylı nömrəsinə “Ay əmi düz qoşda patını” (jarqon dilində narkotik) məzmunlu sms göndərmişdir. İbtidai istintaq dövründə dindirilmiş Şahid6 da eyni ilə bildirmişdir ki, onda olan narkotik vasitə heroini 20 manat müqabilində Südçülük sovxozunda Rafiq adlı şəxsdən almışdır. Həmçinin, Şahid7 da istintaq dövründə heroini 10 manata Rakı adlı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin 3-cü cild 90-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(003)- 366/2020 saylı hökmünə əsasən Şahid7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid7 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyi üçün məhkum olunmuşdur. Cinayət işinin 3-cü cild 96-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(003)-312/2020 saylı hökmünə əsasən Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid6 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyi üçün məhkum olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(003)-366/20 saylı hökmü və Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(003)-366/20 saylı hökmləri qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmə xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 240-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 daxil olmuş 14.09.20-ci il tarixli tələbnamədən və cinayət işinin 3-cü cild 57-60-cı vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, İbadov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cild 113-cü vərəqəsində olan Lerik Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 02/494-2020 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 % məbləğində 11 ay 27 gün müddətinə islah işləri cəzasını çəkib qurtarmamışdır. Lerik Rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, xx/xx-2021 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə 20 % məbləğində 11 ay 27 gün müddətinə islah işləri cəzası tam çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Bununla yanaşı təqsirləndirilən şəxs İbadov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş islah işləri cəzasını çəkməkdən boyun qaçırdığını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən,hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işləri cəzasının dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətə islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulmaqla 11 ay 27 gün islah işləri 02 (iki) ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir Cinayət işinin 2-ci cild 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 228-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 4852 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 98-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 15-ci vərəqəsində olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(003)-154/2020 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 may 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,004 qr heroin və 0,442 qr psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətə islah işləri cəzası 02 (iki) ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,004 qr heroin və 0,442 qr psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar