Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-604/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri X3 və X12, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər kollegiyası 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi, fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Nizami oğlu qəsdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər, Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Nizami oğlu, xx xxxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində qonşusu Zərərçəkmiş şəxs1 həyətlərinə icazəsiz gəlməsi və həyətdə nalayiq sözlərlə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs1 sifətindən 1 dəfə vuraraq, burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən “Okean” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı deşici-kəsici alətlə Zərərçəkmiş şəxs2 döş qəfəsinə, yumruqla qarın nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçməyən yarası, ənsə nahiyəsinin yarası kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər və döş qəfəsinin sol yarısının yan səthinin daxilə keçən yarası, sol tərəfli hematoraks kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Nizami oğlu ona Azərbaycan Respublikası CM-nin 126.1 və 127.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 təxminən hadisədən 2 il əvvəldən etibarən onun 2001-ci ildən yaşadığı evin qonşuluğunda ev tikməyə başlamışdır. Onun özü də 2010-cu ildən həmin yerdə ev tikmişdir. Əvvəllər Farizlə heç bir münasibəti olmamış, yalnız rastalaşarkən salam-sağol etmişlər. 2019-cu ilin oktyabr ayının axırlarında Fariz ona evinin üzərinə dam vuracağını, ona görə də ona evini sökərək yerini dəyişməsini bildirmişdir. O isə Farizə evini sökməsinin mümkünsüz olduğunu, əksinə Farizin evinin damını onun evinə uyğun şəkildə planlaşdırıb vurmasını bildirmişdir. Dəqiq xatırlamadığı tarixdə evə gəldiyi zaman, atası Nazim ona Farizin onlarına evinə gəlib onu soruşduğunu, nə olursa olsun evin damını vuracağını və həyətdə nalayiq sözlər işlədərək atasına, anasına, həyat yoldaşına nalayiq sözlər dediyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində o Farizə zəng edərək nə səbəbə onların həyətə gəlib, atasına, həyat yoldaşına, anasına söyüş söydüyünü soruşmuş, bu barədə görüşüb danışmalarının lazım olduğunu bildirib Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən kafeyə gəlməsini söyləmişdir. Bundan sonra o, qardaşı Cavadla birlikdə həmin kafeyə getmişdir. Orada Cavaddan başqa Farizin evlərində işləyən ustalar olduqlarını bildirdikləri iki nəfər də olmuş, Farizlə bir qədər söhbət etdikdən sonra Farizin içkili olduğunu anlamışdır. Farizə nə qədər etdiyi hərəkətlərin səhv olduğunu başa salmağa çalışsa da, Fariz öz səhvini anlamamışdır. Daha sonra onlar kafedən çölə çıxdıqda o, Farizi kənara çəkərək söhbət edib, məsələni qaydasına qoymaq istəmiş, Fariz isə tikdiyi evə köçdükdən sonra daha da pis olacağını dediyi üçün onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt o, əsəbiləşərək yumruqla Farizin sağ göz nahiyəsindən sifətinə vurmuş, Fariz də gözünü tutmuşdur. Həmin vaxt qardaşı və Farizin yanında olan şəxslər gələrək onları ayırmış, o da qardaşı ilə çıxıb evə getmişdir. Həmin günü gecə saatlarında Farizin qardaşı Pərviz ona zəng edərək nə səbəbə qardaşını vurduğunu demiş və ona qarşı nalayiq sözlər işlətmişdir. O da Pərvizə özünün yaşadığı evə gəlməsini, bu zaman nə səbəbə qardaşını vurduğunu deyəcəyini demişdir. Bundan sonra Pərvizlə görüşə bilməmiş, sonuncular da şikayət etməmişlər. O, daha sonra Pərvizgilin qonşuları və Cavadın dostu olan Elseverə də dəfələrlə zəng edərək onları görüşdürməyini demiş, lakin görüşə bilməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 15 radələrində Elsevər ona bir neçə dəfə zəng edərək Pərvizgilin görüşmək istədiklərini demişdir. O Elseverə Pərvizgilin yaşadığı evin həyətlərinə gəlməsini desə də, Elsevər ona dəmiryol vağzalının yanında olan “Okean” şadlıq sarayının qarşısına gəlməsini, Pərvizgilin də oraya gələcəyini demişdir. Bundan sonra atası onun telefonla danışdığını görüb, ondan nə baş verdiyini soruşmuş, o da atasına bu barədə demişdir. Bu zaman atası Nazim ona oraya birlikdə getmələrini demiş, axşam saat 20 radələrində qardaşı Cavad və atası Nazimlə birlikdə evdən çıxaraq, atasının avtomobili ilə “Okean” şadlıq sarayının qarşısına getmişlər. Onlar oraya çatdıqda, Pərvizgilin də orada olduğunu görmüş, görüşdükləri zaman özü əlini Pərvizə uzatmış, Pərviz isə onun əlini sıxaraq buraxmayıb,- “dayan hələ arxanı dağıdacam” deyə bildirmişdir. Pərvizin bu sözlərinə atası irad bildirərək, normal danışmasını desə də, Pərviz ona ya Farizdən üzr istəməsini ya da ki, onu da Farizin gününə salacağını demişdir. Pərvizin bu sözlərinə görə atasına onların buraya davaya gəldiyini, ona görə də çıxıb getmələrini demişdir. Getmək istədikləri vaxt isə Pərviz arxalarınca var-yox, nəsil söyüşü söydüyü üçün, kiçik qardaşı Cavad əsəbiləşərək Pərvizin üzərinə getmiş, arxasınca atası və özü də getmişlər ki, aralasınlar. X13 arasına girəndə Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmiş, həmçinin qardaşı Cavadın da sifət nahiyəsinə vintaçan alətlə zərbə vurmuşdur. Həmin vaxt Pərviz də onu döymüş, o da Pərvizə müqavimət göstərərək müdafiə olunsa da, Pərviz qaydasız döyüş üzrə məşqçi olduğuna görə onunla bacara bilməmiş, bir təhər Pərvizdən aralanıb Farizin əlindən vintaçan aləti almışdır. Həmin alətlə iki dəfə Pərvizin bədən nahiyəsinə zərbə vurmuş, lakin bədənin konkret olaraq hansı hissəsinə xəsarət yetirməsini bilməmiş, çünki artıq həmin vaxt ara qarışmışdır. Pərvizə xəsarət yetirəndən sonra sonuncu geri çəkilərək, qardaşına vurulduğunu bildirmiş, bundan sonra Fariz Pərvizi götürüb aparmışdır. Onlar da çıxıb öz evlərinə getmişlər. Bir qədər sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmış və orada polis əməkdaşlarına Pərvizə xəsarət yetirdiyini etiraf etmişdir. Bildirir ki, birinci hadisə xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 20 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən kafelərdən birinin qarşısında baş vermişdir. Həmin vaxt orada o, qardaşı Cavad, Fariz və Farizin yanındakı tanımadığı iki nəfər şəxs olmuşlar. İkinci hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq sarayının qarşısında baş vermişdir. Əvvəlcə orada o, Cavad, atası Nazim, Fariz, Pərviz və Elsevər olmuşdur. Daha sonra oraya bir neçə tanımadığı adam gəlmişdir. Sözlü mübahisə və dava təxminən 5-10 dəqiqə davam etmişdir. Onun Farizi vurmasına səbəb sonuncunun onların yaşadığı həyətə gələrək atasına, anasına, həyat yoldaşına qarşı nalayiq sözlər deməsi və onunla görüşüb bu məsələni aydınlaşdırmaq istədikdə onun yenə də nalayiq sözlər deməsi olmuşdur. Pərvizi vurmasına səbəb də hadisə vaxtı atasına, onlara qarşı nalayiq sözlər söyməsi olmuşdur. Daha sonra mübahisə zamanı və onun onu vurması zamanı onun ona gücü çatmadığından qardaşının əlindəki vintaçan aləti götürüb vurmuşdur. Pərvizi ümumiyyətlə vurmaq fikri olmamış, Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına, həmçinin Cavadın sifət nahiyəsinə də vintaçan alətlə zərbə endirdiyindən, Pərviz də onu döydüyündən, bir təhər Farizin əlindən vintaçan aləti alıb həmin alətlə iki dəfə Pərvizin bədən nahiyəsinə xəsarət yetirmişdir. Həmin vintaçan aləti ilə Pərvizə xəsarət yetirəndən sonra yerə ataraq. Pərvizgilə,- “götürün, siz gətirmişdiniz” deyə bildirmişdir. Hadisə vaxtı Pərvizə bıçaqla deyil, vintaçan alətlə xəsarət yetirmiş, həmin aləti də Farizin əlindən almışdır. Hadisə yerinə getdikdə, ümumiyyətlə onda heç vaxt bıçaq olmamışdır. Orada mübahisə zamanı Pərviz onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 onunla barışmaq üçün, ondan on min manat pul tələb etmişdir. Videogörüntülərdəki boz idman şalvarı, yaşıl kurtkadakı şəxs onun özü olmuşdur. Hadisə vaxtı Qardaşı Cavad yalnız yumruqla zərbə vurmuş, o isə Pərvizi vintaçanla vurmuşdur. Videogörüntülərdə yerdəki papağa təpik vuran şəxs o olmaqla, Şahid2 telefonu yerdən götürüb ona vermişdir. Barəsində olan işə ədalətli baxılaraq, yüngülləşdirici halları nəzərə alınmaqla, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Nizami oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə vaxtı, yeri və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, hadisənin baş verməsini özündə əks etdirən video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşı olmaqla ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mkr, ev 42/44, mənzil 20-də kirayədə yaşamış, bundan başqa o, özü Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi həyət evi tikmiş, lakin həmin evin tikintisi bitirə bilməmişdir. Həmin tikdiyi evin qonşuluğunda Təqsirləndirilən şəxs da yaşamış, özü Ceyhunu hadisədən təxminən 7-8 il əvvəl, elə Yaşıldərədə ev tikməyə başladıqdan sonra tanımışdır. O, Ceyhunun qonşuluğunda ev tikməyə başlayandan sonra onunla arasında bir neçə dəfə mübahisə olmuşdur. Belə ki, o, daha əvvəl tikməyə başladığı evinin üzərinə dam vurmaq istədikdə Ceyhun ona həmin damı vurduğunda yağan yağışın suyun onun həyətinə töküləcəyini demişdir. Ceyhunun bu sözündən sonra o, evində işləyən ustalara damı vurduqda bu problemə fikir vermələrini tapşırmış, Ceyhun da onlarla razılaşmışdır. Bir müddət sonra Ceyhun yenidən belə bir şeyə razı olmadığını bildirərək, onun evinə damı vura bilməməsi üçün özünün hasarını biraz da yuxarı qaldırmışdır. Ceyhunun etdiyi bu hərəkətə görə aralarında söz mübahisəsi olmuş, sonrakı müddətdə isə bir neçə dəfə Ceyhuna zəng edərək görüşüb bu problemi qaydasına qoymaq istədiyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, günorta saatlarında Ceyhunun atası Nazimin evinə gedib, sonuncunu çağırmışdır. Nazim həyətə çıxdıqdan sonra sonuncuya olanları danışmış və Ceyhunun əvvəlcə razılaşdığını, sonra isə razılaşmadığını, indi isə onun telefonunu götürmədiyini demişdir. O, Nazimə ağsaqqal olduğunu bu problemi onun həll etməsini desə də, Nazim həmin məsələnin ona aid olmadığını demişdir. Nazimin bu sözlərindən sonra sonuncuya ailəvi şəkildə onunla prinsip apardıqlarını demişdir. Bu zaman Nazim onunla prinsip aparmadığını deyərək yalan deyənin də “varyoxuna” deyə söyüş söymüşdür. O da Nazimə əgər kim səhvdirsə həmin söyüşün ona getməsini deyərək həyətdən çıxmışdır. O həyətdən çıxdıqda Ceyhunun anasını da görmüş və ona da olanları danışmış, daha sonra isə öz evinin həyətinə getmişdir. Həmin günü təxminən saat 16 radələrində o, evində işləyən Rüstəm və Rasim adlı ustalarla evdən çıxıb, Sumqayıt şəhəri, 8-ci MKR ərazisində kafelərdən birinə gedib orada bir müddət orada əyləşib xəngəl yemiş və spirtli içki araq da içdikdən sonra, ayrılaraq hər biri öz yaşadığı evə getmişlər. Həmin günü axşam saatlarında Ceyhun ona zəng edərək harada olduğunu soruşduqda, sonuncuya yaşadığı məhəllədə olduğunu demiş, Ceyhun da oraya gələcəyini, birlikdə oturub çay içmələrini demiş, oda razılaşmışdır. Ceyhun qardaşı Cavad və tanımadığı başqa bir nəfərlə birlikdə gəldikdən sonra onlar Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində olan çayxanalardan birində oturaraq çay içmişlər. Həmin vaxt Ceyhun ona nə səbəbə onların həyətinə girdiyini soruşmuş, o da ona gecəylə hasarı hördüyünü, onun da damı vura bilmədiyini, onunla əlaqə saxlaya bilmədiyi üçün evlərinə getdiyini demişdir. Sonra Ceyhun uca səslə danışaraq ona birdə həyətlərinə getməməsini demişdir. O da Ceyhuna bir daha həyətlərinə damla bağlı getdiyini xatırlatdığı zaman, Ceyhun onunla söz mübahisəsi etməyə başlamış və onlar birlikdə çayxanadan çölə çıxmışlar. Həmin vaxtı Cavad onun da, Ceyhunun da əsəbiləşdiyini görüb onu qucaqlayıb, qonşu olduqlarını, problem lazım olmadığını demiş, o da Cavada problemi Ceyhunun yaratdığını demiş, Ceyhun isə ona bir daha məhəlləyə gəlməməsini bildirərək, ultimatum vermiş və gözləmədiyi halda onun sifətindən yumruqla vurmuşdur. O həmin vaxt içkili olduğundan Ceyhuna qarşılıq verə bilməmiş, lakin həmin vaxt Ceyhunun ona qarşı hətta bıçaq da çıxartdığını görmüşdür. və Ceyhunun qardaşı və yanında gələn digər şəxs onları ayırmış və çıxıb getməyini bildirmişdir. O qonşu olduqları üçün Ceyhundan hüquq-mühafizə orqanlarına şikayət etməmiş, Ceyhunun sonradan onu vurduğuna görə üzr istəyəcəyini düşünmüşdür. Lakin Ceyhun ondan üzr istəməmiş və o, yaşanan mübahisə barədə qardaşı Pərvizə də danışmışdır. Bu zaman Pərviz həmin məsələ ilə bağlı Ceyhunla görüşəcəyini demişdir. Sonrakı müddətdə Pərviz həmin məsələyə görə bir neçə dəfə Ceyhunla görüşmək istəsə də, Ceyhun hər dəfə görüşdən yayınmış, üstəlik telefonda Pərvizə Farizi, yəni onu günahı olduğuna görə vurduğunu bildirmişdir. X8 bir neçə dəfə Farizi vurduğuna görə üzr istəməli olduğunu demişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində o və Pərviz Ceyhungilin tanışı Elsevərin vasitəsilə Ceyhunla Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən “Okean” şadlıq sarayının qarşısında görüşmüşlər. Ceyhun görüşə atası Nazim və qardaşı Cavadla birlikdə gəlmiş, o isə qardaşı Pərvizlə olmuşdur. Söhbət əsnasında Pərviz Ceyhuna ondan üzr istəməsini, əks halda özünün Ceyhunu vuracağını bildirmişdir. Həmin vaxt Nazim Pərvizlə mübahisə etməyə başlamış, həmçinin onlar üçün onu təhqir edərək, yaxşı ki hələ ölmədiyini qeyd etmişlər. Bundan sonra onların mübahisələri yaranmış, Cavad onunla, Ceyhun və Nazim isə Pərvizlə mübahisə edərək, qarşı tərəf öz hərəkətlərinə haqq qazandırmaq istəmişlər. Nazim Pərvizlə mübahisə etdiyi zaman Pərviz onlara Ceyhunun üzr istəməli olduğunu, əks halda Ceyhunun da onun gününə salınacağını demişdir. Həmin vaxtı Nazim Pərvizə qarşı söyüş söyərək onun oğlanlarına qarşı heçnə edə bilməyəcəyini, edənin “varyoxunu” məhv edəcəyini demişdir. Pərviz də Nazimin sözlərinə cavab olaraq “peysər yığını” deyərək onların heçnə edə bilməyəcəklərini bildirmişdir. Həmin vaxtı Cavad Pərvizin üzərinə gəlib onu yumruq və təpiklə vurmuş, o da Pərvizə kömək etməklə, qarşı tərəfə qarşılıq verərək onları özlərindən aralamağa çalışmışlar. Həmin vaxtı o, Nazimin özünə məxsus “Mercedes” markalı avtomobilin baqajıni açaraq “mantirovka” götürmək istədiyini görmüş, bu zaman Elsever ona icazə verməmişdir. Daha sonra Ceyhunla üzbəüz gəldiyi zaman Ceyhunun əlində bıçaq görmüş, Ceyhun bıçağı ona göstərərək onu vuracağını demişdir. O da cibində olan ev açarını çıxardıb Ceyhuna göstərərək, həmin dəmirdən onda da olduğu demiş, bununla Ceyhunu bıçaqdan istifadə etməməyə sövq etməyə çalışmışdır. Bu zaman o, Ceyhunun əlində olan bıçaqla Pərvizə doğru qaçdığını görüb, Pərvizə köməyə getmək istədikdə Ceyhunun bıçaqla Pərvizin qarın nahiyəsinə vurduğunu görmüş və o, həmin vaxtı Pərvizi müdafiə etmək üçün əlindəki açarla Ceyhuna vurmuşdur. Sonra Ceyhun oradan aralaşmış və bıçağı orada olan zibil yeşiyinə ataraq Pərvizin özü-özünü vurduğunu demişdir. Sonra Pərviz ona bədəninə istilik gəldiyini, qarın nahiyəsində qan olduğunu, vurulduğunu demişdir. O isə yoldan keçən bir taksi saxlatdırıb onu təcili olaraq Sumqayıt şəhər TTYX-na aparmışdır. Bildirir ki, hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Orada o, Pərviz, Ceyhun, Cavad, Nazim və Elsevər olmuşdur. O və qardaşı Pərviz Ceyhungili oraya barışmaq üçün çağırmışlar. Mübahisə böyüdükcə ətrafa bir neçə şəxs də toplaşdı. Sözlü mübahisə və dava təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Ceyhunun onu vurmasına görə özünə haqq qazandırması və etdiyi hərəkətə görə üzr istəməməsi olmuşdur. Ona xəsarəti Ceyhun 2019-cu ilin oktyabr ayının 25-də yetirərək, yumruqla sifətindən vurmuşdur. O, yumruq onun gözü ilə burnunun yanına dəymişdir. Sonradan ekspertizadan keçdikdə burnunda sınıq olduğu müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixində Sumqayıt şəhəri, “Okean” şadlıq sarayının qarşısında olan davada isə ona xəsarət yetirilməmişdir. Dava zamanı Pərvizə kömək etmək istədikdə ona da yumruq zərbələri dəysə də, həmin zərbələrdən xəsarət almamışdır. Özü orada qardaşına kömək edən zaman özlərini müdafiə etmək üçün orada Nazimə, Ceyhuna, Cavada yumruq və əl-qol hərəkətləri atmış, lakin həmin vaxtı aləm bir birinə dəydiyindən onun orada vurduğu zərbələrin konkret kimə dəydiyini və nə xasərəti yaratdığını bilməmişdir. Dava zamanı Ceyhunun Pərvizə bıçaqla vurduğunu gördükdə Pərvizə kömək etmək məqsədilə cibində olan ev açarı ilə Ceyhunun bədən nahiyəsinə bir dəfə vurmuş, həmin açarın Ceyhunun bədəninin hansı nahiyəsinə dəydiyini xatırlamamışdır. Hadisə vaxtı Pərviz də özünü müdafiə etmək üçün yumruq və əl-qol hərəkətləri atmış, lakin o, Pərvizin vurduğu zərbələrin konkret kimə dəydiyini və nə xasərəti yaratdığını bilməmişdir. Orada Pərvizin bıçaqla qarın nahiyəsinə, qarın nahiyəsinin yuxarısına və başının ənsə hissəsinə xəsarət yetirilmiş və həmin xəsarətləri Ceyhun bıçaqla yetirmişdir. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, sadəcə onları aralamışdır. O, Ceyhunun əlində bıçaq görmüş və Ceyhunun Pərvizə bıçağı vurma anını da görmüşdür. Orada dava zamanı Pərviz də, özü də onları özünü müdafiə etmək üçün yumruqla, əl-qol hərəkətləri ilə vurmuşlar. Hadisə vaxtı onun əlində vintaçan alət olmamışdır. O, bircə orada Ceyhunun Pərvizə bıçaqla vurduğunu gördükdə cibində olan ev açarı ilə Ceyhunun bədəninə bir dəfə vurmuş, həmin zərbənin də konkret olaraq bədənin hansı nahiyəsinə dəydiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməllərinə görə qanunamüvafiq şəkildə ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 fadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşı olmaqla, valideynləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən yataqxanada yaşamış, həmçinin qardaşı Fariz Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi həyət evi tikməklə, qonşuluğunda da Ceyhun adlı tanışı yaşamışdır. O, Təqsirləndirilən şəxs təxminən hadisədən 02 il əvvəldən, əvvəllər işlədiyi X1 tanımış, həmin vaxt Ceyhun da orada işləmiş, münasibətləri normal olmuş, aralarında ədavət olmamışdır. Fariz Ceyhunun qonşuluğunda ev tikməyə başlayandan sonra aralarında bir neçə dəfə, eləcə də 2019-cu ilin oktyabr ayının ortalarında Ceyhunla Fariz arasında yaşadıqları evin qarşısında Farizin yaşadığı evin damını tikmək üstündə mübahisələri olmuşdur. Daha sonra xx xxxxxxx 2019-cu il tarixdə X9 şəhəri, 41-ci məhəllə ərazisində yerləşən kafedə görüşərkən, yenə də aralarında mübahisə olmuşdur. Həmin vaxt Ceyhun Farizin sifət nahiyəsinə yumruqla zərbə vurmuş, bundan sonra orada olan şəxslər sonuncuları aralamışlar. Hadisədən sonra Fariz qonşu olduqlarından Ceyhundan şikayət etməmişdir. Sonrakı tarixlərdə baş vermiş həmin məsələyə görə bir neçə dəfə Ceyhunla görüşmək istəsə də, Ceyhun hər dəfə görüşdən yayınmış, üstəlik telefonda ona Farizi günahı olduğuna görə vurduğunu bildirmişdir. Telefonda Ceyhunla danışdıqları zaman bir neçə dəfə Farizi vurduğuna görə üzr istəməli olduğunu, əks təqdirdə özünün də vurulacağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Dəmiryolu vağzalının yanında yerləşən “Okean” şadlıq sarayının yanında onların tanışı Elsevərin vasitəsilə onun Ceyhunla görüşü olmuşdur. Ceyhun görüşə atası Nazim və qardaşı Cavadla birlikdə gəlmiş, o isə oraya qardaşı Farizlə gəlmişdir. Söhbət zamanı Ceyhuna Farizdən üzr istəməsini bildirdiyi zaman Nazim onunla mübahisə etməyə başlamış, həmçinin Farizi də təhqir edib, sonuncunun hələ yaxşı ki, ölmədiyini də bildirmişdir. Nazimin bu sözlərindən sonra onların mübahisələri yaranmış, Cavad Farizlə, Ceyhun və Nazim isə onunla mübahisə etmiş, qarşı tərəf öz hərəkətlərinə haqq qazandırmaq istəmişlər. Bundan sonra əvvəlcə Nazim, sonra Cavad onun üzərinə gəlib onu yumruq və təpiklə vurmağa başlamışlar. Birinci zərbəni Nazim vurmuş, sonra Ceyhun mübahisəyə girib sağ əli ilə bədəninin sol tərəfinə iki zərbə vurmuş və bədəninin müxtəlif yerlərinə yumruqla və təpiklə vurmuşdur. O həmin vaxt zərbələrdən yayınmaq üçün aşağı əyildikdə, yerdə vintaçan alət görüb əlinə götürmüş, başını qaldıranda isə başından qan gəlməyə başlamışdır. Bu zaman başa düşmüşdür ki, qarşı tərəfdə üçündən biri başına bıçaqla zərbə vurmuşdur. Bundan sonra yerdən götürdüyü vintaçan alətlə özünü müdafiə etməyə başlamış, Fariz isə ona olan hücumu görüb həm onu, həm də özünü müdafiə etmək üçün əlindəki açarla onların üçündən birinin sifətinə zərbə vurmuşdur. Bir neçə saniyə sonra bədəninin sol tərəfində istilik və ağrı hiss edib geri çəkilmiş, əlini bədəninin sol tərəfinə vuranda orada da qan olduğunu görüb bıçaqla vurulduğunu başa düşmüşdür. Həmin bıçaq zərbəsini ona Ceyhun vurmuş, artıq halı pişləşdiyindən bu barədə Farizə demiş, o isə yoldan keçən bir taksi saxlatdırıb onu təcili olaraq Sumqayıt şəhər TTYX-na gətirmiş, orada o, təcili olaraq əməliyyata götürülmüşdür. Bildirir ki, hadisə xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Orada o, Fariz, Ceyhun, Cavad, Nazim və Elsevər olmuşdur. Daha sonra oraya bir neçə tanımadığı adam gəlmişdir. Sözlü mübahisə və münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Ceyhunun Farizi vurmasına görə özünə haqq qazandırması və etdiyi hərəkətə görə üzr istəməməsi olmuşdur. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, o sadəcə onları ayırmışdır. Hadisə vaxtı onu Nazim də, Cavad da vurmuş, lakin o, sonuncuların vurduğu zərbələrdən özünü müdafiə edə bilmiş, ciddi xəsarətləri ona Ceyhun yetirmişdir. Belə ki, Ceyhun orada bıçaqla onun döş qəfəsinə, başına xəsarət yetirmiş, eləcə də yumruq, təpiklə onun bədəninin müxtəlif nahiyələrinə də vuraraq xəsarət yetirmişdir. Farizə xəsarəti Ceyhun 2019-cu ilin oktyabr ayının 25-də, yumruqla sifətindən vurmaqla yetirmiş, həmin yumruq Farizin gözü ilə burnunun yanına dəymişdir. Həmin vaxtı Fariz gözü də, burnu da ağrıdığından dəqiq sifətinin harasına xəsarət yetirildiyini bilməmiş, lakin sonradan ekspertizadan keçdikdə burnunda sınıq olduğunu aşkar etmişlər. Lakin xx xxxxxx 2019-cu il tarixində Sumqayıt şəhəri, “Okean” şadlıq sarayının qarşısında olan davada Farizə xəsarət yetirilməmiş, belə ki, dava zamanı Fariz ona kömək etmək istədikdə özünə də yumruq zərbələri dəysə də, həmin zərbələrdən xəsarət almamışdır. Aldığı xəsarətləri bıçaqla Ceyhun ona yetirmiş, o isə Ceyhunu vurmamışdır. Hadisə vaxtı Farizin əlində vintaçan alət olmamış, Fariz yalnız qarşı tərəfin üçündən birinin sifətinə üzərindəki açarla zərbə vurmuş, həmçinin söyüldükləri üçün, Fariz də qarşı tərəfə “peysər” deyərək söymüşdür. Son olaraq göstərdi ki, Təqsirləndirilən şəxsla aralarında heç bir barışıq yoxdur. Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməllərinə görə qanunamüvafiq şəkildə ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 hadisədən təxminən 2 il öncə oğlu Ceyhunla qonşuluqda ev tikməyə başladıqdan tanımışdır. Belə ki, onlar özləri də həmin ünvanda 2001-ci ildən etibarən yaşamış, 2008-ci ildən Ceyhun orada ev tikmişdir. Dəqiq xatırlamadığı tarixdə Ceyhun ona qonşusu Farizin onunla evinin dam örtüyünü tikmək üstündə mübahisə etdiyini, bu zaman Fariz ona evinin dam örtüyünü vura bilmədiyini, Ceyhuna evinin divarını sökməsini, o, dam örtüyünü vurandan sonra divarı yenidən tikməsini demiş, Ceyhun bununla razılaşmadıqda Fariz damı suyun Ceyhunun evinə axacağı şəkildə tikəcəyini bildirmiş, Ceyhun da evinə su axacağı təqdirdə Farizin evinin dam örtüyünü kəsəcəyini bildirmişdir. Elə bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Fariz Ceyhuna qardaşı Pərvizi onun üzərinə çağıracağını bildirmiş, Ceyhun isə Farizin dediklərinə əhəmiyyət verməyib çıxıb getmişdir. Bu hadisədən 1-2 gün sonra isə Fariz, təxminən saat 15-16 radələrində evdə olduğu vaxt gəlib evlərinin qapısını sərt şəkildə döymüşdür. Qapını açmaq üçün çıxdıqda Fariz darvazanın qarşısında olmuş, Farizin qapını sərt şəkildə döydüyündən iradını bildirərək, normal şəkildə qapını döyməsini bildirmişdir. Bu zaman Fariz ona,- “ağsaqqal tələsmə, burada 2-3 nəfər var iynələrini vuracam” demiş, daha sonra isə onu və ailəsini söyüb təhqir etmiş və hədə-qorxu gəlmişdir. Bir qədər sonra Farizin evində işləyən ustalar gəlib onu oradan aparmışlar. Hadisədən təxminən 40 dəqiqə sonra Ceyhun evə gəlib, onun sarsılmış halda olduğunu görüb, nə olduğunu soruşmuş, o isə Farizin etdikləri barədə Ceyhuna danışmışdır. Bundan sonra Ceyhun ona heç bir şey deməmiş, bu barədə heç bir söhbət açılmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrindən başlayaraq Ceyhunun dayanmadan əlindəki telefona zəng gəlməklə, evə girib çıxdığını, narahatçılıq keçirdiyini görüb, zəng edənin kim olduğunu soruşmuş, oğlu Ceyhun isə ona Farizin qardaşı Pərvizin ona zəng etdiyini, barışmaq üçün onu vağzala çağırdıqlarını bildirmişdir. Bu zaman o, Ceyhuna telefonunu söndürməsini tapşırsa da, Ceyhunun telefonuna gələn zənglərin ardı arası kəsilməmişdir. Sonrakı saatlarda o, Ceyhundan Pərvizin nömrəsini alıb Pərvizin telefonuna zəng vurub, sonuncuları normal şəkildə görüşüb oturub söhbət etməyə çağırmaq istəmişdir. Onun zənginə kiçik oğlu Cavadın sinif yoldaşı olaraq tanıdığı Elsevər cavab vermiş, onlara olduğu yer barədə məlumat vermişdir. Həmin vaxt təxminən axşam saat 20 radələri olduğundan, həmçinin cavan olduqlarından aralarında mübahisə olmaması üçün özü də oğulları ilə birlikdə evdən çıxıb dedikləri yerə, yəni Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısına gedib görüşmüşlər. Oraya çatdıqda Elsevər, Fariz və Pərviz üçü orada olmuş, görüşdükləri zaman Pərviz Ceyhunun əlini sıxıb buraxmayaraq Ceyhuna,- “dayan hələ arxanı dağıdacam” deyə bildirmişdir. Söhbət edən zaman o, Fariz və Pərvizə öz iradını bildirmiş, bu vaxt Farizin qardaşı Pərviz heç bir səbəb olmadan onun sinəsindən yumruqla vurub onu geriyə itələyib, onları söyüb təhqir etmişdir. Pərvizin bu hərəkətindən sonra Cavad Pərvizə valideyninə əl qaldırmamasını bildirmiş, o isə problem yaşanacağını görüb onları aralayıb evə aparmaq istəyəndə Pərviz yenidən arxalarınca var-yox, nəsil söyüşü söymüşdür. Həmin vaxt kiçik oğlu Cavad Pərvizin üzərinə getmiş, arxasınca isə o və Ceyhun da getmişlər ki, onları aralasınlar. O Pərvizlə Cavadın arasına girəndə Fariz əlində olan vintaçan alətlə onun baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmiş, həmçinin Cavadın sifət nahiyəsinə də vintaçan alətlə zərbə vurmuşdur. Bu zaman o, yerə yıxılmış və Fariz onun üzərinə gəlib, onu ayaqlarının arasına almış, nəticədə o huşunu da itirmişdir. Orada olanları köməkliyi ilə özünə gəldikdə, Pərvizin Ceyhunu döydüyünü görmüş, ayağa durduqdan sonra isə ara qarışmışdır. Bir az sonra Pərviz geri çəkilib, qardaşı Farizə vurulduğunu demiş, bundan sonra Fariz Pərvizi götürüb aparmışdır. Daha sonra o, Ceyhun və Cavad da yaşadıqları evə getmiş, 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Orada Ceyhunun vintaçan alətlə Pərvizə xəsarət yetirdiyi, Pərvizin də buna görə xəstəxanaya yerləşdirildiyi məlum olmuşdur. Bildirir ki, hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20-21 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermiş, əvvəlcə orada özü, Cavad, Ceyhun, Fariz, Pərviz və Elsevər olmuş, daha sonra oraya bir neçə nəfər tanımadığı şəxs də gəlmişdir. Sözlü mübahisə və münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisəyə səbəb Pərvizin onları nalayiq söyüşlərlə söyməsi, daha sonra Farizin ona və Cavada vintaçan alətlə xəsarət yetirməsi, Pərvizin isə Ceyhunu döyməsi səbəb olmuşdur. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, sadəcə onları aralamışdır. Hadisə günü Zərərçəkmiş şəxs1 tərəfindən döyülmüşdür. Münaqişə baş verdiyi vaxt Ceyhunun Pərvizi vurmağını görməmişdir. Sonradan bu barədə Ceyhundan soruşduqda, Ceyhun ona vintaçan alətin Farizdə olduğunu bildirmişdir. Fariz həqiqətən də həmin gün ona vintaçan alətlə vuraraq xəsarət yetirmiş, Ceyhun isə oraya vintaçan aparmamışdır. Hadisə vaxtı avtomobilinin baqaj sahəsini açıb oradan su götürmək istəmişdir. Baqajdan “mantirovka” deyilən alət və ya digər bənzər əşya götürmək kimi bir fikri olmamışdır. Yaranmış gərginlikdən dil-damağı quruduğundan və səhhətində problemləri olduğundan bir qədər su içmək istəmişdir. O hadisə günü Ceyhun və Cavadla hadisə yerinə gedəndə onlarda vintaçan və ya bıçaq görməmiş, özü də belə bir əşya özü ilə aparmamışdır. Oktyabr ayında evdə baş verənləri oğlu Ceyhuna danışdıqdan sonra nə kimi hadisələrin yaşanmasından xəbərsiz olmuşdur. Yalnız o barədə bilmişdir ki, Ceyhun və Cavad Farizlə gedib görüşmüş və söhbət etmişlər. Ceyhunun həmin vaxt Farizi vurmasından xəbərsiz olmuşdur. xx xxxxxx 2019cu il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında Fariz və Pərvizlə görüşməyə getməkdə məqsədləri barışmaq idi. Hadisədən sonra Pərviz 17 gün xəstəxanada müalicə olunmuş, həmin müddət ərzində 14 gün ailə üzvləri ilə sonuncunun ziyarətinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 hadisədən təxminən 2 il əvvəldən tanımış, belə ki, sonuncu həmin vaxtlardan qardaşı Ceyhunla qonşuluqda ev tikməyə başlamışdır. Onlar özləri isə həmin ünvanda 2001-ci ildən etibarən yaşayırlar. Söhbətləri zamanı Ceyhun ona Farizin ona evinin dam örtüyünü vura bilmədiyini, Ceyhuna evinin divarını sökməsini, o, dam örtüyünü vurandan sonra divarı yenidən tikməsini dediyini, Ceyhunun da bununla razılaşmadığını, bundan sonra Farizin damı suyun Ceyhunun evinə axacağı şəkildə tikəcəyini bildirdiyini, Ceyhunun isə evinə su axacağı təqdirdə Farizin evinin dam örtüyünü kəsəcəyini bildirməsi zəminində aralarında mübahisə yarandığını, mübahisə zamanı Farizin Ceyhuna qardaşı Pərvizi onun üzərinə çağıracağını dediyini, Ceyhunun isə Farizin dediklərinə əhəmiyyət verməyib ondan aralandığını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Farizlə Ceyhun arasında baş vermiş mübahisə ilə bağlı Farizə zəng edib görüşə çağırmışlar. Üçü birlikdə görüşdükləri zaman, bir qədər söhbət etmiş və Farizdən ataları Nazimi nə üçün təhqir etdiyini, qonşu olduqlarını, belə xoşagəlməz halların yaşanmasının yaxşı olmadığını bildirsələr də, Fariz onların qarşısında oradan köçmələri tələbini qoyaraq, əks təqdirdə pis olacağını bildirmişdir. Sonrakı dəqiqələrdə Fariz və Ceyhun təklikdə söhbət etdikləri vaxt, çayxanada mübahisə olmuş və bu zaman Ceyhun yumruqla Farizi vurmuş, o və ətrafda olan şəxslər sonuncuları ayırmışlar. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 15 radələrindən axşam saat 20 radələrinədək olan müddət ərzində qonşusu Elsevər qardaşı Ceyhuna zəng edib Farizin qardaşı Pərvizlə gəlib onunla barışmaq istədiyini demişdir. Qardaşı Ceyhun gəlib atası Nazimə bu barədə bildirdikdə, atası Nazim cavan olduqlarını, aralarında mübahisə olmaması üçün özünün də onlarla gedəcəyini bildirmiş, Ceyhun da buna etiraz etməmişdir. Axşam saat 20 radələrində o, atası və Ceyhunla birlikdə evdən çıxıb deyilən yerə, yəni Sumqayıt dəmiryolu vağzalının yaxınlığında yerləşən “Okean” şadlıq evinin qarşısına gedib orada görüşmüş, həmin vaxt orada Şahid1 də olmuşdur. Söhbət edən zaman Farizin qardaşı Pərviz heç bir səbəb olmadan atasının sinəsindən yumruqla vurub onu geriyə itələmiş və sonra da onları söyüb təhqir etmişdir. Atası onları aralayıb evə aparmaq istəyəndə Pərviz yenidən arxalarınca var-yox, nəsil söyüşü söymüş, həmçinin Pərviz onun atasına,- “ağsaqqal oğlunun arxası dağılacaq” deyə bildirmişdir. Həmin vaxt o, Pərvizin üzərinə getmiş, arxasınca da atası və Ceyhun gəlmişdir. Atası Pərvizlə onun arasına girəndə Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmişdir. Atasını Pərvizin zərbələrinin altından çıxartmağa çalışdığı vaxt, Pərviz öz hərəkətləri ilə kifayətlənməyib onun sifət nahiyəsinə də vintaçan alətlə zərbə vurmuşdur. Həmin vaxt həmçinin Pərviz də Ceyhunu döymüş, Pərviz qaydasız döyüş üzrə məşqçi olduğu üçün onunla bacara bilməmiş, bu zaman artıq ara da qarışmışdır. Bir az sonra Pərviz geri çəkilmiş və qardaşı Farizə vurulduğunu demişdir. Bundan sonra Fariz Pərvizi götürüb aparmış, lakin onların haraya getdiklərini bilməmiş, o, Ceyhun və atası isə evə getmişlər. Bundan təxminən 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmış və orada ona Ceyhunun vintaçan alətlə Pərvizə xəsarət yetirdiyi, Pərvizin də buna görə xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Bildirir ki, hadisə xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Əvvəlcə orada o, atası, Ceyhun, Fariz, Pərviz və Elsevər olmuş, daha sonra oraya ətrafda olan bir neçə tanımadığı şəxs də gəlmişdir. Sözlü mübahisə və dava təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Pərvizin onları nalayiq söyüşlərlə söyməsi, daha sonra Farizin ona və atasına vintaçan alətlə xəsarət yetirməsi, Pərvizin isə Ceyhunu döyməsi səbəb olmuşdur. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, sadəcə onları aralamışdır. Hadisə günü mübahisə zamanı Farizin əlində vintaçan olmuş, sonuncu vintaçanla ona və atasına zərbələr endirmişdir. Daha sonra Ceyhun Pərvizə vintaçanla xəsarət yetirmiş və bundan sonra vintaçanı yerə ataraq,- “malınıza yiyə durun, siz gətirmişdiniz” deyə bildirmişdir. Onlar xx xxxxxx 2019-cu il tarixdə hadisə yerinə barışıq üçün getsələr də, gedib oraya çatanda Pərviz və Farizin oraya barışmaq üçün gəlmədiklərini başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşamaqla, Ceyhun və Şahid4ları təxminən 10 ildən çoxdur Yaşıldərə ərazisində qonşu olmaqlarından tanımış, həm də Ceyhun və Cavadla dostluq etməklə yaxşı münasibətləri vardır. 2019-cu ilin oktyabr ayında Ceyhunla məhəllədə görüşdüyü zaman sonuncu ona Fariz adlı şəxsin onlarla qonşuluqda ev tikdiklərini, sonuncunun içkili vəziyyətdə onların həyətinə gələrək onu axtardığını, evdə də ailəuşaq olmaqla, özünün olmadığını və o, olmayınca həyətə çıxan atası Nazimə qarşı içkili vəziyyətdə artıq-əskik hərəkətlər etdiyini, bu barədə atası ona danışdıqdan sonra olanlardan əsəbiləşərək Farizlə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində görüşdüyünü və həmin vaxt aralarında mübahisə yaranmaqla Farizi vurduğunu bildirmişdir. Həmin vaxt Ceyhun ondan öz mobil telefonunda balans olmadığından, telefonu ilə onun dediyi mobil nömrəyə zəng etməyi xahiş etmiş, o da Ceyhun deyən nömrəyə zəng edib telefonu sonuncuya vermişdir. Ceyhun telefonda kimləsə danışıb qurtardıqdan sonra o, ona kimlə danışdığını soruşduqda Ceyhun ona Farizin qardaşı Pərvizlə danışdığını, sonuncuya qardaşının səhv etdiyini, ona görə də vurduğunu dediyini bildirmişdir. Bundan sonra o, Ceyhundan ayrılaraq evinə getmişdir. Daha sonra dəqiq xatırlamadığı tarixdə Ceyhunla təsadüfən rastlaşdığı vaxt həmin məsələnin nə yerdə olduğu ilə maraqlanmış, Ceyhun da ona Farizin qardaşı Pərvizin onunla görüşmək istədiyini, lakin sonra xəbər çıxmadığına görə görüşmədiklərini demişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 15 radələrində onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, o telefonu götürdükdə həmin şəxs özünün Pərviz olduğunu demişdir. O telefondakı şəxsə onu tanımadığını dedikdə, Pərviz Farizin qardaşı olduğunu, onunla görüşəcəyini demişdir. Bu zaman o, Ceyhunun onun telefonundan zəng vuraraq Pərivzlə danışdığını xatırlayıb, Pərvizə telefonda danışanın Ceyhun olmadığını, nömrənin ona məxsus olduğunu, daha öncə Ceyhunun onun telefonu ilə Pərvizə zəng etdiyini demişdir. Bu zaman Pərviz ondan Ceyhunun nəyi olduğunu soruşmuş, o da Pərvizə Ceyhunun dostu olduğunu demişdir. Pərviz ondan Ceyhunun harda olduğu ilə maraqlandıqda, cavab olaraq bu barədə heç nə bilmədiyini söyləmişdir. Bundan sonra Pərviz Ceyhunun səhv etdiyini, o söhbətlə bağlı danışmaq istədiyini deyib, onunla görüşüb söhbət etmək istəmiş, o da razılıq verdikdən sonra onlar həmin gün günorta saatlarında Sumqayıt şəhəri, 11-ci mkr ərazisində yerləşən çay evində görüşmüşlər. Görüş zamanı Pərviz ona Ceyhunun ona Farizin səhv etdiyini dediyini, içkili olduğunu, ona görə də onu vurduğunu demişdir. O da Pərvizə onun həmin söhbətdən tam ətraflı məlumatı olmadığını, lakin Ceyhunun ona Farizin atası Nazimə qarşı səhv hərəkət etdiyini, həyətlərinə içkili vəziyyətdə girərək artıq hərəkətlər etdiyini, evdə də ailə-uşağın olduğunu dediyini bildirmişdir. Pərviz ona həmin vaxt Farizin yanında ustaların da olduğunu, onların Farizin içkili olmadığını, sonradan axşam kafedə içdiyini dediklərini, buna gprə də Ceyhungillə görüşərək bu söhbətə aydınlıq gətirmək, kimin səhv kimin düz olduğunu aydınlaşdırmaq istədiyini demişdir. O da Pərvizin yanında Ceyhunu yığaraq Pərvizin yanında olduğunu, onunla görüşmək istədiyini demiş, Ceyhun isə işdə olduğunu, axşam görüşə biləcəyini demiş, o da Ceyhunun dediklərini Pərvizə çatdırmışdır. Bundan sonra Pərviz axşam Ceyhunla görüşəcəyini demiş və onlar ayrılmışlar. Həmin günü, yəni xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında yaxınlığında yaşadığı Sumqayıt şəhəri, Dəmiryolu vağzalının yanında olduğu zaman Ceyhun ona zəng edib harada olduğunu soruşmuş, o da olduğu yerini dedikdən sonra Ceyhun oraya gələcəyini demişdir. Bu zaman Pərviz də onun mobil telefonuna zəng vuraraq Ceyhunla axşam görüşmək barədə danışıb razılaşdıqlarını, lakin hazırda Ceyhunun telefonu götürmədiyini, atası Nazimin ona zəng etdiyini, Ceyhunun yəqin onunla görüşəcəyini atasına dediyini, ona görə də atasının ona zəng etdiyini demiş, həmçinin onun harada olduğunu soruşduqda, o da ona dəmiyolu vağzalının yanında “Okean” şadlıq sarayının yaxınlığında olduğunu demişdir. Pərviz ona qardaşı Farizlə ora gələcəyini, orada gözləməsini demiş, o da razılıq verərək danışığı sonlandırmışdır. Təxminən bir neçə dəqiqədən sonra Pərviz Fariz adlı qardaşı ilə oraya gələrək, onunla görüşmüş və ona Ceyhunla görüşmək barədə razılaşdıqlarını, lakin Ceyhunun indi telefonu götürmədiyini, atası Nazimin ona dayanmadan zəng etdiyini demişdir. Bu zaman Ceyhunun atası Nazim yenə Pərvizə zəng vurmuş və o, Pərvizin telefonunu götürərək cavab verib, Elsevər olduğunu, narahat olmamasını, Pərvizgilin Ceyhunla görüşüb söhbət edəcəklərini bildirmişdir. Çünki həmin vaxt o, sonuncuların dava edəcəklərini fikirləşməmişdir. Telefonda Nazim də ona olduqları yerdə gözləmələrini, özünün də Ceyhunla gələcəyini demişdir. Bir qədər sonra Ceyhun atası Nazim və qardaşı Cavadla birlikdə “Okean” şadlıq sarayının qarşısına gəlib onlar görüşüb söhbət etməyə başlamışlar. Onlar söhbətə başlayanda o, söhbətin ona aidiyyatı olmadığından kənara çəkilmiş, lakin eşitmişdir ki, söhbət zamanı Pərviz orada Nazim, Ceyhun və Cavaddan Ceyhunun nə səbəbə Farizi vurduğunu soruşmuş, Ceyhun və atası Nazim əvvəlki söhbətləri yenidən Pərvizə demiş, Pərviz isə onlara Farizin həmin vaxtı içkili olmadığını, həyətə də Ceyhunu soruşmaq üçün girdiyini, əksinə Nazimin onunla kobud danışdığını demiş, Fariz də Pərvizin dediklərini təsdiqləmişdir. Söhbətin davamında Pərviz məsələyə aydınlıq gətirilməsini, əgər Fariz səhvdirsə üzr istəyəcəyini, yox düzdürsə Ceyhunu da Farizin gününə salacağını demiş, həmin vaxt sonuncular arasındakı söz mübahisəsi daha da böyüməyə başlamışdır.O, birdən Nazimin orada olan “Mersedes” markalı avtomobilinə yaxınlaşaraq baqajı açdığını və “mantirovka” götürmək istədiyini görmüş və ona götürməyə qoymayaraq baqajı bağlamışdır. Pərvizgil və Ceyhungil hər iki tərəf öz dediklərini təsdiq etməyə çalışmış, o da kənarda dayanıb, sonuncuların söhbətlərinə qulaq asmışdır. Həmin vaxtı Pərviz Ceyhuna sabah işdən sonra görüşmələrini deyib, oradan getmək istədikdə X10 heçnə edə bilməyəcəyini, ona icazə verməyəcəklərini demişdir. Bu zaman Pərviz Ceyhungilin ünvanına “peysər yığını” demiş, qarşılığında Ceyhunun qardaşı Cavad da Pərvizə qarşı nalayiq sözlər deyərək onun üstünə cummuşdur. Həmin vaxtı Pərvizlə Cavad arasında dava başlamış, daha sonra isə ara qarışmış və Pərviz, Fariz, Cavad, Ceyhun və Nazim bir-birilə əlbəyaxa olmuşlar, o və ətrafda olan adamlar da sonuncuları ayırmağa çalışsalar da, onların hamısı birbirini vurmuş və münaqişə tərəflərini aralamaq cəhdləri alınmamışdır. Bir az sonra Pərviz əlini qarın nahiyəsinə aparıb, qardaşına vurulduğunu demiş, bu zaman o, Pərivizin qarın nahiyəsində qan görmüşdür. Həmin vaxt Ceyhun yerdən vintaçan aləti götürüb Pərvizgilin üzərinə atıb, həmin vintaçanın onlara məxsus olmasını, götürmələrini demişdir. Bundan sonra Pərviz və qardaşı oradan getmiş, o sonuncuların oradan necə getdiklərinə fikir veməmiş, daha sonra onlar da çıxıb getmişlər. O da anası “Okean” şadlıq sarayında işlədiyindən onun çıxmasını gözləmişdir. Orada konkret olaraq Pərvizin necə vurulduğunu görmədiyindən sonradan Ceyhungildən Pərvizi vurub-vurmadığını soruşduqda, onlar orada Pərvizgilə yalnız əl-qol hərəkətləri və yumruq ilə vurduqlarını, lakin hər hansı vintaçan alətlə və ya bıçaqla vurmadıqlarını demiş, Ceyhun da ona Pərvizin özü-özünü vurduğunu demişdir. Bildirmişdir ki, hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq sarayının qarşısında baş vermişdir. Orada o, Cavad, Ceyhun ,sonuncuların ataları Nazim, Fariz və Pərviz olmuşdur. Ətrafda da tanımadıqları şəxslər olmuş, sözlü mübahisə və münaqişə təxmninən 5-10 dəqiqə davam etmişdir. X2rdaşı Farizi döyməsi söhbətinə və Pərvizin Ceyhunla görüşüb Farizi vurmasının səbəbini soruşmağa görə başlamış, onlar əvvəlcə söz mübahisəsi etmişlər sonra Pərviz söyüş söydükdə və Cavad da Pərvizə söyüşlə cavab verdikdə mübahisə davaya çevrilmişdir. Orada dava zamanı Pərvizlə Fariz də, Ceyhun, Cavad və ataları Nazim də birbirlərinə əl-qol hərəkətləri, yumruq zərbələri vurduqlarını görmüş, ümumilikdə dava zamanı orada hamı bir-birini vurmuş, o da sonuncuları dartıb ayırmağa çalışmışdır. O orada Pərvizin qarın nahiyəsində qan görmüş, lakin orada Ceyhun, Cavad və Nazimdən hansınınsa əlində bıçaq və ya başqa alət görməmiş, onların Pərvizə də bıçaqla və hər hansı alətlə vurduqlarını görməmişdir. Orada Ceyhungildən kiminsə əlində bıçaq və ya hər hansı alət görməmişdir. Yalnız Zərərçəkmiş şəxs2 əlində vintaçan görmüş, lakin həmin alətlə Pərvizin kimisə vurmasını görməmişdir. Tərəflər orada əl-qol, yumruqla bir-birlərini vurmuş, lakin adam çox olduğundan həmin zərbələrin də onların bədənlərinin konkret hansı nahiyəsinə dəydiyini görə bilməmişdir. Dava başlamamışdan qabaq əvvəlcə söhbət etdikləri zaman Nazim orada özünə məxsus” Mercedes” markalı avtomobilə yaxınlaşıb, baqajı açaraq oradan “mantirovka” götürmək istədikdə onu qoymamış və baqajı bağlamışdır. Davadan sonra tərəflər aralaşanda yerdə vintaçan alət görmüş, onu da Ceyhun Pərvizgilin üzərinə tullayaraq onlara məxsus olduğunu, Pərvizinin özü özünü vurduğunu demişdir. Həmin vintaçan alətin daha əvvəl Pərvizin əlində gördüyü vintaçan olub-olmadığını dəqiq bilmir. O, orada heç kimə xəsarət yetirməmiş, ona da heç kim xəsarət yetirməmişdir. 2019-cu ilin oktyabr ayında Ceyhunun Farizi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günündən təxminən 06 aydan əvvəldən etibarən Sumqayıt şəhəri, Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin yaxınlığında siqaret və şirələr satılan köşkdə satıcı işləməyə başlamış, Ceyhun və Şahid4 qardaşlarını da tez-tez işlədiyi köşkdən al-ver etdikləri üçün tanımış, sonuncularla normal münasibəti olmuş, aralarında heç vaxt ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 20 radələrində işlədiyi köşkdə olduğu zaman, Ceyhun, Cavad, Nazim və iki nəfər tanımadığı, sonradan adlarını bildiyi Pərviz və Fariz adlı şəxslər, həmçinin müştəri kimi tanıdığı Elsevərin köşkün yanında, evin hasarı ilə bağlı söhbət etdiklərini görmüşdür. Bir qədər söhbət etdikdən sonra şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 Ceyhungilin ünvanına söyüş söyməyə başlayıb, sonuncuların hər üçünə kişi deyilsiniz, aranızda kişi yoxdur demiş, daha sonra isə Pərviz nalayiq sözlər də işlətmiş, qarşı tərəf də nalayiq ifadələrlə cavab vermiş və tərəflər arasında mübahisə böyümüşdür. Bundan sonra o mübahisə edən tərəfləri ayırmaq üçün köşkdən çıxsa da, ayıra bilməmiş, bu səbəbdən yenidən köşkə qayıtmışdır. Bir neçə dəqiqə sonra səs-küy eşidib köşkdən çıxmış və yaxınlıqdakı “Okean” şadlıq sarayının yanına çatanda Pərvizin vurulduğunu dediyini görmüşdür. Həmin vaxt yerdə mobil telefon görüb, yerdən götürərək telefon sahibini öyrənmək üçün səslənmiş, bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşın telefon ona məxsus olduğunu deyib, götürmüşdür. Daha sonra ayağının altında vintaçan alət görmüş, həmin vintaçan alətin dəstəyi sarı rəngdə olmuşdur. Pərviz gəlib vintaçan aləti onun ayağının altından götürmüş, bir qədər aralıda avtomobilin təkərinin alt hissəsində olan dəstəyi qara rəngli olan bıçağı da götürüb kənara çəkilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 həm vintaçan aləti, həm də bıçağı havaya qaldırıb Ceyhungilin ünvanına sübutların onun əlində olduğunu, onları tutduracağını deyib çıxıb getmişdir. Şahid3 baş nahiyəsində qan olmuş, işlətdiyi köşkdən verdiyi salfetka və su ilə sonuncuya tibbi yardım göstərmişlər. Bundan sonra hər kəs də dağılışıb oradan çıxıb getmiş, o da işinin başına, yəni köşkə qayıtmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işinin başlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 01, iş vər.1) Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 21:40 radələrində TTYS-nin həkimi, TTYX-nin tibb bacısı Məmmədovanın Sumqayıt şəhəri 2-ci MKR, ev 42/44, mənzil 20-də yaşayan 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 döş qəfəsinin kəsilmiş, deşilmiş və ənsə nahiyəsinin kəsilmiş yarası ilə müraciət etməsi barədə məlumat verməsini bildirmişdir. (cild 01, iş vər. 03) “Paltarların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd yaxası zəncirbəndli uzunqol sviterin, 01 ədəd mayka, 01 ədəd alt geyimi, 01 ədəd gödəkcə götürülmüşdür.(cild 01, iş vər. 60) “Qan nümunəsinin götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus qan nümunəsi 5 qramlıq şprisə çəkilərək götürülmüşdür. (cild 01, iş vər. 62) “CD diskə yazılmış görüntülərə baxış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 19:40 radələrində Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivində yerləşən “Okean” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar içərisində video görüntü olan bir ədəd CD diskinə Sumqayıt ŞPİ-nin inzibati binasının 412 saylı xidməti otağında baxış keçirilmişdir. “1_29_R_**********00" saylı video görüntü açıldıqda videonun müddətinin 01 saat olduğu müəyyən edilmiş, video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivində yerləşən “Okean” şadlıq sarayının qarşısı kamera vasitəsi ilə çəkilir. Videogörüntünün 30-cu dəqiqəsindən, yəni saat 19:30 radələrində olan vaxtda görünmüşdür ki, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 və tanışları Şahid1 ilə birlikdə “Okean” şadlıq sarayının digər tərəfində dayanıblar. Görüntünün 33-cü dəqiqəsində, yəni saat 19:33 radələrində olan vaxtda Təqsirləndirilən şəxs, qardaşı Şahid4 və atası Şahid3la birlikdə Zərərçəkmiş şəxs2gilin yanına gəlirlər, onlarla salamlaşırlar. Həmin vaxtdan saat 19:40 radələrinədək onların olduqları yerdə bir-biriləri ilə söhbət etmələri görünür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs onların aralarında olan köhnə dava dalaşa görə, yəni Ceyhunun Zərərçəkmiş şəxs2 qardaşı Farizi vurmasına görə, onlardan üzr istəməsi məzmununda söhbət getdiyini bildirmişdir. Görüntünün 40:40 anından, yəni saat 19:40:40 saniyədən görünür ki, orada onlar bir-biriləri ilə əllə söhbət edirlər və aralarında olan söhbət gərginləşir, həmin vaxt bir-biriləri ilə itələşirlər. Görüntünün 41:35-ci saniyəsindən, yəni saat 19:41:35-ci saniyədə görünür ki, onların arasında sözlə mübahisə baş verir, ətrafda olan Təqsirləndirilən şəxs deməsinə görə tanımadığı şəxslər Zərərçəkmiş şəxs2 kənara çəkir, Pərviz də həmin vaxt nalayiq ifadə ilə onların ünvanına söyüş söyür, həmin vaxt da Şahid4 Pərvizin üzərinə gedir, onların Pərvizlə dalaşır, onlar bir-birlərini vururlar, ətrafdakı tanımadığı şəxslər və atası Şahid3 onları aralaşdırır. Təqsirləndirilən şəxs baxış zamanı bildirir ki, Zərərçəkmiş şəxs1 bu zaman əlindəki vint açanla atasının başına və Cavadın sifət nahiyəsinə vurur, həmin vaxt da o, atasıgilə kömək etmək istəyən vaxt Pərvizin onu vurduğunu bildirdi. Lakin videogörüntüdə qaranlıq olduğu üçün konkret olaraq kimin kimi vurması dəqiq görsənmir. Videogörüntünün 42:00 saniyəsindən görünür ki, Təqsirləndirilən şəxs əlində nəsə tutaraq Zərərçəkmiş şəxs2 bir neçə dəfə bədəninin müxtəlif yerlərindən vurur və həmin vaxt ətrafda olan şəxslər orada onları aralaşdırır. Videogörüntünün 42:25 saniyəsində görünür ki, Təqsirləndirilən şəxs yerdən nəsə götürür və həmin əşyanı əlinə alan vaxt, həmin əşyanın parıltısı videogörüntüyə düşür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin əşyanın Fairizə məxsus vint açan alət olduğunu, Zərərçəkmiş şəxs2 gücü çatmadığı üçün həmin alətlə Pərvizi bir neçə dəfə vurduğunu etiraf edir. Videogörüntüdən görünür ki, hadisə təxminən 2 dəqiqə davam edir. Ətrafa yığışan şəxslər onları aralaşdırır və onlar çıxıb gedirlər. (cild 01, iş vər. 73-74) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1958 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, zərərçəkçənin göstərdiyi şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti xx.xx.2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (cild 01, iş vər. 82-84) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1836 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ gicgah nahiyəsinin şişkinliyi, hematoması, sol bazunun orta 1/3-nin, sol dirsək oynağının saidin yuxarı 1/3-ni tutan və dirsək oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinliyi, qançırı, sol saidin aşağı 1/3-nin, döş qəfəsinin sol yarısının qançırı müəyyən edilmişdir. Xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hisssəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilir.( cild 01. İş vər. 86-87) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1847 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sol yarısının yan səthinin daxilə keçən yarası, sol tərəfin hematoması, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçməyən yarası, ənsə nahiyəsinin yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə yetirilmişdir, müddəti zərərçəkçənin Sumqayıt TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin hematoraksla nəticələnən yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Döş qəfəsinin sol yarısının ön səthinin yarası, başın ənsə nahiyəsinin yarası birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmiş, vintaçan və bıçaq ekspertizaya təqdim olunmadığından xəsarətlərin konkret olaraq vintaçanla və ya bıçaqla törənməsini təyin etmək mümkün olmamışdır.(cild 01, iş vər. 89-90) Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ümumilikdə ünsiyyətcil olmaqla adaptivdir. Özünə qarşı hörmət tələb etmək, emosionallıq, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində həyəcan, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. (cild 01, iş vər. 133- 136). Maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 656/2019 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin ön hissəsinin sol-aşağı nahiyəsində 02 ədəd, sviterin ön hissəsinin sol-aşağı nahiyəsində 01 ədəd və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Ekspertiza təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin arxa hissəsinin sol-aşağı nahiyəsində 01 ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, gödəkcənin müvafiq nahiyəsinin gərilibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus alt şalvarı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. (cild 01, iş vər. 137- 140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 14/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qrup göstəricisi: 0 alfa beta (İ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkcə üzərində olan ləkələrdə qan izləri aşkar olundu. Bu ləkələrdə qan qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri 0 alfa beta (İ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (cild 01, iş vər. 141- 146) Komisyon məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 83/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının yan səthinin daxilə keçən yarası, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçməyən yarası, ənsə nahiyəsinin yarası deşici-kəsici alətin təsirindən yaranmışdır, müddəti qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin hematoraksla nəticələnən yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 bədənindəki yaralar cərrahi işləməyə məruz qaldığından onların bıçaq və ya otvyorka ilə yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Bu məsələnin həllinə hadisə vaxtı onun əynində olan paltarların tibbi-kriminalistik müayinəsi kömək edə bilər. (cild 01, iş vər. 147-151) “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 01, iş vər. 152) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 175) Sumqayıt şəhər 4-cü məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş “Ailə tərkibi haqqında” arayışdan və X5 və Qaraşova Zöhrə Ceyhun qızına məxsus doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı vardır.(cild 01, iş vər. 178-180) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.1 və 127.1-ci maddələrinə tövsif edilmiş, o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs, Şahid4, Şahid3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 221 -ci maddəsinin tərkibi olmadığı müəyyən edildiyindən, onların barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Şahid3, Təqsirləndirilən şəxs yüngül dərəcəli bədən xəsarətləri alması faktına görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başqa cinayət işi ayrılmış, baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də istintaqa təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkcə maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkcə isə saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 01, iş vər. 182-197) İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2018-ci il təvəllüdlü Qaraşova Zöhrə Ceyhun qızı ad soyadlı iki azyaşlı övladı vardır. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “CD diskə yazılmış görüntülərə baxış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1 və 127.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. «Qətimkan tədbirinin seçilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 229-230). Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkcə dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 127.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 126.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı və 01 ədəd gödəkcə dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-604/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-604/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver