Məhkəmə qərarları › İş №1(101)-604/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-604/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-604/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 01 » aprel 2021-ci il Bakı şəhərində xx xxxx 1989-cu il tarixdə Naxçıvan MR-mn Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi 4 yol ayneığı adlanan ərazidə nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar 2 Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Tariyel oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Tariyel oğlu xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Köhnə bazar» adlanan ərazidə qəsəbə sakini kimi əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə görüşdüyü vaxt sonuncunun onu narkoman adlandırmasını özünə təhqir kimi qəbul edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə öldürmək qərarına gəlib bu cinayətkar niyyətini həyata keçirmək üçün rastlaşma məqamını gözləmiş və həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən «Hövsan» marketin qarşısında dayandığını öyrəndikdən sonra oraya yaxınlaşıb Zərərçəkmiş şəxs ilə görüşdüyü vaxt sonuncunun ona şəxsiyyətləri istintaqa məlum olan tanışlarının yanında «kimləri isə narahat etdiyini, kimlərisə qorxudub onlardan pul və yaxud başqa nə isə tələb edib aldığını», bu səbəbdən hətta onunla danışmaq haqqının olmadığını bildirdikdə bunları bir daha özü üçün qəbul edilməz hal hesab edib, qeyd edilənləri cüzi səbəb kimi bəhanə edərək spirtli içkinin təsiri altında öz şəxsiyyətini başqasının şəxsiyyəti fövqündə qoyaraq öz üstünlüyünü sonuncuya nümayiş etdirməklə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində gəzdirdiyi bıçağı şalvarının belindən çıxararaq sonuncuya sol yanaq nahiyyəsinin deşilmiş-kəsilmiş və döş qəfəsinin ön mərkəzi hissəsinin döş sümüyü üzərində kor qurtaran deşilmişkəsilmiş yaralan kimi həm ümumilikdə, həm də ayn-aynlıqda sağlamlığa yüngül zərər vurmaya aid, alt çənə sümüyünün sınığı ilə müşayiət olunmuş alt çənənin mərkəzi hissəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid, sol körpücükönü nahiyənin 1 ədəd və döş qəfəsinin sol yarısının 1 ədəd daxilə nüfuz edərək sol ağ ciyərin yaralanması ilə nəticələnən ölümünə səbəb olmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik kəskin qanitirmə ilə müşayiət olunan çoxsaylı 3 xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Tariyel oğlu ona elan olunmuş ittiham ilə bağlı ifadəsində göstərmişdir ki, hadisənin necə baş verdiyini xatırlamadığı üçün bu barədə danışa bilmir.Yaddaş pozğunluğu var və xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə almışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X2 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildə mərhum əri Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahlarından övladları var. Onlar ailə üzvləri ilə birlikdə əvvəlcə Naxçıvan MR-mn Şərur rayonunun Kürdçülü kəndində, 2007-ci ildən isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz evdə yaşamışlar. Əri Zərərçəkmiş şəxs rəsmi olaraq heç bir yerdə işləməmiş, ancaq əvvəllər qapı-pəncərə sexində, son zamanlar isə torpaq alqı-satqısı ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Mail evdən çıxıb getmiş, saat 16 radələrində onunla telefon vasitəsilə danışan zaman evə nə lazım olduğunu soruşanda ona evə gələndə çörək almasını demişdir. Axşam saat 17 radələrində namaz qıldığı vaxt Mail evə gələrək, nəvəsi ilə bir qədər oynadıqdan sonra Mailə telefon zəngi gəlmiş, ondan hara gedəcəyini soruşanda Hövsan qəsəbəsinə gedəcəyini bildirərək evdən getmişdir. Mail evdən çıxandan sonra onunla əlaqə saxlamamış, axşam saat 23- 24 radələrində Naxçıvan MR-da yaşayan qaynı Malik Mustafayev ona zəng vuraraq Mailin öldürülməsi xəbərini vermişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Tariyel oğluna qarşı heç bir iddia və tələbinin olmadığını və cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Hövsan qəsəbəsində Məscidin yaxınlığında qəsəbə sakini kimi tanıdığı Qulamın idarə etdiyi VAZ-2107 markalı avtomaşını görmüş, onu «Ləvəngi» adlanan əraziyə evlərinə aparmasını xahiş etmiş, Qulam onu evlərinə aparmışdır. Elektrik enerjisindən istifadəyə görə yaranmış borclarını ödəmək üçün evdən ödəmə kartını götürüb yenidən maşına qayıdaraq, Qulamla birlikdə Hövsan qəsəbəsində «Köhnə park» adlanan yerə qayıtmış, oraya çatanda tanışları Etibar, Emin, Tərlan və Aslanı görmüş və xahiş etmişdir ki, onu evə aparsınlar. Qulam işi olduğunu bildirib 4 onlardan aralanıb getmiş, yolda Aslan telefonla qəsəbə sakini kimi tanıdığı Maillə danışmış və maşını idarə edən Tərlandan onu «Abidə» adlanan yerdə «Hövsan» marketin yanında düşürməsini xahiş etmişdir. Dənizkənarı küçəsindəki «Hövsan» marketə çatdıqda Mayılı «Hövsan» marketlə üzbəüz yolun o biri tərəfində ağ rəngli avtomaşına söykənmiş vəziyyətdə dayandığını görmüş, maşından düşərək Mayıla yaxınlaşıb onunla salamlaşmışlar. Mayıl Tərlanı, Etibarı və Emini qucaqlayıb öpüşərək onlarla mehribancasına görüşmüş və üzünü Aslana çevirib, ondan nəyə gözlərini bərəldib baxdığını, kimləri isə narahat etdiyini, kimlərisə qorxudub onlardan pul və yaxud başqa nə isə tələb edib aldığını deyəndə, Aslan Mayıla nə səbəbə onunla belə aqressiv formada danışmasını soruşanda, Mayıl Aslana «sənin mənimlə danışmağa ixtiyarın çatmır» deyərək, onunla sonra söhbət edəcəyini bildirmiş və əsəbi formada onu “narkoman” adlandırmışdır. X6 vurmuş və qaçmışdır. Həmin vaxt Mail belindən bıçaq çıxararaq Aslanın ardınca təxminən 2-3 addım irəliləmiş, lakin çox gedə bilməyib geri qayıdanda onun sinəsindən şiddətli qan axdığını görmüşlər. Mail sinəsindən qan axaaxa ağ rəngli maşının qabaq sərnişin qapısını açıb qabaq oturacaqda oturmuş və mağazada işləyən İlqar maşını sürətlə idarə edərək oradan getmişdir. Saat 01 radələrində Tərlan Aslanla telefonla danışanda Aslan bir saatdan sonra polisə gedib təslim olacağını və onlara da polisə gedib hər şeyi dəqiq demələrini bildirmişdir. Bir neçə saat gözlədikdən sonra Aslandan xəbər çıxmadığını görüb oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Hövsan qəsəbəsində Dənizkənarı küçəsində yerləşən «Hövsan» marketi icarə müqaviləsi əsasında işlədir. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs mağazaya daxil olub, siqaret və su alıb bayıra çıxmışdır. Bundan bir neçə dəqiqə sonra mağazanın bayır hissəsində səs-küy eşidərək mağazadan bayıra çıxanda mağaza ilə üzbəüz yolun o biri tərəfindəki həyət evinin qarşısında Maili və ətrafında bir neçə nəfərin yüksək səslə bir-birləri ilə danışdıqlarını görüb onlara yaxınlaşıb onları sakitliyə dəvət etmişdir. Oraya yaxınlaşanda Maillə söhbət edən şəxslərin içərisində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs və Nüsrəti eyni zamanda adlarını bilmədiyi, lakin qəsəbə sakinləri kimi sifətdən tanıdığı 3 nəfər cavan oğlanı da görmüşdür. Həmin vaxt Mail Aslana «sən kənara çəkil, səninlə sonra söhbət edəcəyəm» demiş, və Mailin bu sözlərindən sonra Aslan kənara çəkilərək Mailin arxa tərəfinə keçmiş və orada olan Nüsrət Maillə söhbətə davam etmişdir. Aslan Mailin arxasından onun sol sinə nahiyyəsinə tərəf əlləri ilə cəld hərəkətlər etmiş və dərhal qaçmış, o, Aslanın əlində 5 bıçaq görmüşdür. Bu vaxt Mail də belindən bıçaq çıxarıb Aslanın ardınca qaçmaq istəmiş, lakin bir neçə addım atdıqdan sonra halsız vəziyyətdə geri qayıtmışdır. Mail geri qayıdanda onun sinəsindən şiddətli qan axdığını görmüş və ona təcili maşına oturmasını demişdir. Mail də orada saxladığı özünün idarə etdiyi «Kia-Optima» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ oturacağına oturmuş və maşında əlləri ilə sinəsini tutaraq ona öləcəyini demiş, 2-3 dəqiqədən sonra Mailin əlləri boşalmış və onun başı maşının şitinə dəymişdir. O, Mailin başını qaldırmış və onun sinəsində olan yarasını bir əli ilə tutaraq, o biri əli ilə maşını idarə edib təxminən 500-600 metr getdikdən sonra Hövsan qəsəbəsində «Yeddi Gözəl» adlanan yerdə yolun kənarında təcili-tibbi yardım maşınının dayanmış vəziyyətdə olduğunu görüb maşını təcili-tibbi yardım maşınının qarşısına verib saxlamışdır. O, maşından düşüb təcili-tibbi yardım maşınında olan həkimlərə köməklik etmələrini demiş və həkimlə birlikdə Maili maşından çıxarıb xərəklə təcili-tibbi yardım maşınına yerləşdirmişlər. Maşında həkim onun yanında Mailin yaralarına tənzif yerləşdirərək, artıq onun ölmüş olduğunu bildirmişdir. Lakin buna baxmayaraq maşınla 3 saylı şəhər kliniki xəstəxanasının həyətinə gəlmişlər. Təxminən 15 dəqiqədən sonra xəstəxananın həyətinə polis əməkdaşları gəlmiş və Maili həmin təcili-tibbi yadım maşını ilə Suraxanı rayon meyitxanasına aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tariyel oğlunu təxminən 1 il yarımdır ki, tanıyır, belə ki, onunla Hövsan qəsəbəsində 30-cu PŞ-nin arxasındakı idman meydançasında idmanla məşğul olduğu vaxt tanış olmuşdur. Təqsirləndirilən şəxs uzun müddət idmanın kinqboksinq növü ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə evdə tək olduğundan səhər saat təxminən 11 radələrində xalası oğlu Etibarı onlara gəlməyə dəvət etmiş və Etibar onun dəvətini qəbul edib gələndə həyətdə kabab bişirib yemək qərarına gəlmişlər. Saat təxminən 13 radələrində 2 il öncə Əhmədli qəsəbəsində tanış olduğu Emin onun telefonla zəng edib onlara gəlmək istədiyini bildirəndə Eminin bu istəyinə etiraz etməmiş və bir neçə dəqiqədən sonra Emin də gəlmiş və onlar üçlükdə həyətdə kabab bişirib yemişlər. Günorta saatlarında isə qonşuluqda yaşayan Qulam İsazadə ilə telefonla danışanda Qulama Türkan qəsəbəsində dayısına məxsus olan bağ evində usta işləyən Mircəlal adlı şəxsə siqaret alıb verməyə getmək istədiyini demiş və Qulam buna razı olmuşdur. Təxminən saat 15-16 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub hal-əhval tutaraq qəsəbəyə gəlib-gəlməyəcəyini soruşmuşdur. Həmin vaxt o, Aslana maşınının ustada təmirdə olduğunu, ancaq qonşuluqda yaşayan Qulam İsazadə axşam evə gələndə onun maşını götürüb qəsəbəyə gələ biləcəyini bildirəndə, Aslan ona qəsəbəyə gələcəyi təqdirdə məlumat verməyini 6 demişdir. X9 axşama qədər gəlib çıxmadığından onlar Türkan qəsəbəsindəki bağ evinə gedə bilməmiş və axşam saat təxminən 21 radələrində o, Qulama zəng vurub onu da kabab yeməyə dəvət etmiş və eyni zamanda ona məxsus VAZ-2107 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomaşının ona lazım olub-olmayacağını soruşmuşdur. Bir neçə dəqiqədən sonra Qulam gələrək, evdə bir tikə ət götürüb yedikdən sonra onlarda olan xalası oğlu Etibar, dostu Eminlə birlikdə Qulamın maşınına əyləşmiş, həmin vaxt maşını o, idarə edərək birlikdə Hövsan qəsəbəsi istiqamətinə getmiş və Məcsidin yanında qəsəbə sakini kimi tanıdıqları Nüsrətlə təsadüfən rastlaşmışlar. Həmin vaxt Nüsrət əlində olan zənbili evlərinə aparıb vermək üçün onu «Ləvəngi» təndirxanasının yanına aparıb qaytarmağı ondan xahiş etmiş, həmin vaxt o, Aslanın telefonuna zəng vurub ondan harada olduğunu soruşanda Aslan «Köhnə Park» da olduğunu demişdir. Bu vaxt o, Etibar və Emin maşından düşmüş, Nüsrəti isə Qulamı öz maşınında onların evlərinə aparmışdır. Hövsan qəsəbəsində «Köhnə park» adlanan yerdə təxminən 5 dəqiqədən sonra Aslan onlara yaxınlaşmış və bundan da təxminən 5-10 dəqiqə sonra Qulam Nüsrətlə onların yanına qayıtmışlar. Bu zaman Aslan ondan onu «Abidə» adlanan yerdə düşürməyi xahiş etmiş və onlar «Abidə» adlanan yerə getmək istəyərkən maşının sahibi Qulam İsazadə işi olduğunu deyib onlardan aralanaraq ondan maşın ona daha lazım olmayacağı təqdirdə onların yaşadığı evin həyətinə aparıb saxlamasını xahiş edərək oradan çıxıb getmişdir. Sonra o, maşının sürücü yerində, Etibar qabaq oturacaqda, Emin ortada, Aslan Eminin solunda, Nüsrət isə Eminin sağında arxa oturacaqda oturmuşlar. Maşında Aslan özünün telefonunda danışıq konturu az olduğuna görə ondan telefonunu istəmiş və onun telefonu ilə telefon nömrəsi ona tanış olan qəsəbə sakini Zərərçəkmiş şəxs telefonunu yığmış, lakin Mail telefona cavab vermədikdə Aslan yenidən öz telefonu ilə Mailə təkrar zəng etmişdir. Aslan zəngə cavab verən Maildən harada olduğunu soruşanda. Mail ona «Hövsan» marketin qarşısında olduğunu demiş və bu zaman Aslan ondan «Hövsan» marketin qarşısına sürməyi demişdir. X5 aralarındakı qısa müddətli telefon danışığından 7-8 dəqiqə sonra onlar Dənizkənarı küçəsindəki «Hövsan» marketin yanına çatmış və həmin vaxt onlar Maili «Hövsan» marketlə üzbəüz yolun o biri tərəfində özünə məxsus olan KİA Optima markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına söykənmiş vəziyyətdə dayandığını görmüşlər. O, avtomaşını saxlayaraq maşından yerə düşərək Mailə yaxınlaşıb onunla salamlaşmış, Mail həmin vaxt onu, Etibarı və Emini qucaqlayıb öpüşərək onlarla mehriban görüşmüş, lakin üzünü Aslana çevirib, ondan nəyə görə gözlərini bərəldib ona baxdığını soruşanda, Aslan Mailə necə baxdığını və nə səbəbə görə onunla aqressiv formada danışmasının səbəblərini soruşmuş, bu vaxt Mail əsəbi 7 formada Aslanla Nüsrəti narkoman adlandıraraq onlara nəyə görə onun üzərinə gəldiklərini demiş, bu vaxt o. Aslanla Mailin aralarındakı söhbətin onlara aid olmadığını görüb onlardan təxminən 2-3 addmı aralanmış, bu zaman Təqsirləndirilən şəxs Mailin yanından aralanaraq onun sol tərəfinə keçmiş, söhbətə davam edən Nüsrət isə Mailə «sən bizim qardaşmıızsan, biz sənə qarşı heç vaxt hömətsizlik etmərik, o, adam bizi də aldadıbdır» sözlərini demiş, bu vaxt «Hövsan» marketin işçisi İlqar da onlara yaxınlaşmış və elə bu an Təqsirləndirilən şəxs qəflətən gözlənilmədən sol tərəfində yanakı dayandığı Zərərçəkmiş şəxs sifət və ürək nahiyyələrindən zərbələr vuraraq qaçmağa başladıqda həmin vaxt əvvəlcə Aslanın Maili yumruqla vurduğunu zənn etmiş, lakin sonradan Mailin belindən bıçaq çıxararaq Aslanın ardınca təxminən 2-3 addım irəlilədiyini və artıq onun sinəsindən şiddətli qan axdığını gördükdə Aslanın Maili bıçaqla vurduğunu bilmişdir. Bu vaxt onlar artıq sanki «ziq-zaq» şəkilli qaçışlarla oradan uzaqlaşan Təqsirləndirilən şəxs ardınca qaçmağa başlamış, lakin Aslanın konkret olaraq hansı istiqamətdə qaçdığını görə bilməmişlər. Aslana çata bilməyib geri qayıdanda isə «Hövsan» marketin işçisi İlqar Zərərçəkmiş şəxs «tez maşına otur, səni xəstəxanaya aparım» sözlərini demiş və Mail də sinəsindən qan axa-axa özünün oraya gəldiyi Kia - Optima markalı maşının qabaq sərnişin qapısını açıb qabaq oturacaqda oturmuş, İlqar isə maşını sürətlə idarə edərək oradan uzaqlaşmışlar. Sonra o, xalası oğlu Etibarla qəsəbəyə gəlmiş, Eminlə Nüsrət isə başqa yolla getmişlər. Təxminən 30 dəqiqədən sonra onlar zəngləşərək Limanın yaxınlığında görüşərək gecə saat 01 radələrində qatar dəmir yolunun üzərində oturub Aslanla telefonla danışanda Aslan ona bir saatdan sonra polisə gedib təslim olacağını və onlara da polisə gedib hər şeyi dəqiq demələrini bildirmişdir. Bundan sonra onlar taksi saxladaraq X7 qəsəbəsindəki bağa, Nüsrət isə yolda düşüb öz evlərinə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Tariyel oğlunun hadisənin necə baş verdiyini xatırlamadığı barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Tariyel oğlu hadisə barədə ətraflı ifadə verərək bildirmişdir ki, törətdiyi əməldən peşman deyil, onu nalayiq sözlərlə təhqir etdiyinə və tanışlarının yanında aşağıladığına görə Zərərçəkmiş şəxs öldürmək istədiyindən ona bıçaq zərbələri vurmuşdur. Mahiyyəti üzrə ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR-nın Sədərək rayonunda anadan olandan sonra əvvəlcə 1 il Gəncə şəhərində, sonra isə Bakı şəhərinə gələrək Suraxanı rayonu Hövsan qəsəbəsində əvvəlcə Xanməmmədov küçəsində həyət tipli evdə, sonra isə 8 Hövsan qəsəbəsi, O.Şabanov küçəsi 4 yol ayrıcığmda yerləşən nömrəsiz evdə yaşamağa başlamış, evlidir, belə ki, X4 ilə ailə həyatı qurmuş və birgə nigahlarından 3 övladları vardır. Atası Tariyel parket ustasıdır, anası Tükəzban və arvadı Günay isə evdar qadındır. Özündə isə uzun illərdir ki, psixi problemlər olduğundan hərbi xidmətdə olmamış, xəstəliyi ilə əlaqədar əvvəlcə Montin qəsəbəsindəki psixi xəstəxanada, sonra isə Nəsimi rayonu ərazisində yerləşən psixi xəstəxanada müxtəlif vaxtlarda müalicələrdə olmuşdur. Belə ki, onun tanışlarına və digər yaxın olan şəxslərə qarşı haqsızlıqlar olanda o, bunlarla barışa bilmədiyindən qıcıq yaranaraq sanki həmin vaxt «başında qurdlar qaynaşmağa başlayır» və o, artıq özünü idarə edə bilmir. Bəzən də o, əsəbindən başını divara çırparaq özünə xəsarətlər yetirir. Bunu onun bütün ailə üzvləri də təsdiq edə bilərlər. Son günlər o, demək olar ki, evdən bayıra çıxmamış və baş vermiş hadisənin mahiyyəti üzrə isə bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə günorta saat 12 radələrində Hövsan qəsəbəsində «Köhnə bazar» adlanan yerdə artezianın yanındakı tualetə daxil olub oradan çıxanda qəsəbə sakini kimi tanıdığı Mail ağ rəngli maşınla dayanmış və maşından düşərək «sən nəyə görə qəsəbədə narkotik maddə satanlara və satdıranlara nalayiq söyüşlər söymüsən, qəsəbədə uşaqlara narkotik maddə satdıran mənəm, sən mənə qarşı söyüşlə ifadə etdiyini edə bilərsən» sözlərini deyərək onu nalayiq sözlərlə təhqir edərkən, Mailə «mən sənin narkotik satdırmağını bilmirəm, əgər bilsəydim, sənə söyüş söyməzdim» sözlərini demiş və bundan sonra Mail ona «axşam Abidənin yanına gələrsən, səninlə söhbət edəcəm» deyərək maşınına oturub oradan getmişdir. Mailin bu sözləri ona çox pis təsir etmiş, sanki stressdən çıxmaq üçün evdən itini götürərək, dənizkənarına getmiş və orada əlində 1 butulka pivə içə-içə gəzişmişdir. Orada saat təxminən 14-15 radələrində çoxdan tanıdığı və ailəvi münasibətləri olan Nüsrətə zəng vuraraq onu dənizkənarına çağırmış, Nüsrət oraya gələndə ona Mailin axşam onu görüşə çağırmasını demiş və bir neçə dəqiqədən sonra birlikdə oradan çıxaraq, Nüsrət qəsəbəyə tərəf, o, isə öz evlərinə getmişdir. Saat təxminən 16 radələrində o, tanışı Tərlana Əliyevə zəng vuraraq, ondan maşını ilə qəsəbəyə gələcəyi təqdirdə onunla görüşmək imkanının olub-olmadığını soruşmuş, Tərlan isə ona öz maşınının ustada təmirdə olduğunu bildirib, lakin qonşusu Qulam axşam evə gələndə onun maşınını götürüb qəsəbəyə gələ biləcəyini demişdir. Bir neçə saatdan sonra o, Hövsan qəsəbəsində «Köhnə park» adlanan ərazidə olduğu vaxt Tərlan ona telefonla zəng vuraraq «Köhnə park»ın yanında olduğunu demiş və təxminən 5 dəqiqədən sonra o, Tərlanla orada görüşmüş və həmin vaxt Tərlanın yanında Şahid3 və Şahid4 görmüş, bir neçə dəqiqədən sonra oraya Şahid2 Qulam İsazadənin VAZ-21G7 markalı, dövlət qeydyyat nömrəsini bilmədiyi avtomaşınında gəlmiş, Qulam işi olduğunu bildirərək 9 oradan çıxıb getmiş, o, isə Tərlandan onu «Abidə» adlanan yerə aparmasını xahiş etmiş, Tərlan maşını idarə etməklə, Etibar qabaq oturacaqda, Emin ortada, o, Eminin solunda, Nüsrət isə Eminin sağında arxa oturacaqda oturub «Abidə» adlanan yerə getmişlər. Maşında o, öz telefonunda danışıq konturu olmadığına görə Tərlanın telefonu ilə Mailə zəng vurmuş, lakin Mail telefona cavab vermədikdə, öz telefonu ilə kreditə götürdüyü konturla Mailə təkrar zəng etmişdir. Zəngə cavab verən Maildən harada olduğunu soruşanda, Mail ona «Hövsan» marketin qarşısında olduğunu demiş və bu vaxt onlar birlikdə təxminən 7-8 dəqiqədən sonra Tərlanın idarə etdiyi maşınla «Hövsan» marketin qarşısına gəlmişlər. Həmin vaxt onlar Maili «Hövsan» marketlə üzbəüz yolun o biri tərəfindən özünə məxsus olan Kia-Optima markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına söykənmiş vəziyyətdə dayandığını gördükdə Tərlan avtomaşını saxlamış və onlar hamılıqla maşından düşüb Mailə yaxınlaşaraq onunla salamlaşmışlar. Mail həmin vaxl Tərlanı, Etibarı və Emini qucaqlayıb öpüşərək onlarla mehribancasına görüşmüş, lakin üzünü ona çevirərək, ona “nəyə görə gözlərini bərəldib mənə baxırsan” soruşanda, o, Mailə necə baxdığını və nə səbəbə görə onunla belə aqressiv formada danışmasını soruşanda, Mail ona «sənin mənimlə danışmağa haqqın çatmır» deyib, onunla sonra söhbət edəcəyini bildirmiş, onu və Nüsrəti narkoman adlandıraraq nəyə görə onun üzərinə gəldiklərini soruşmuşdur. Həmin vaxt yaxınlıqdakı «Hövsan» marketi işlədən İlqar adlı şəxs də onlara yaxınlaşan zaman o, Mailin yanından aralanaraq onun sol tərəfinə keçmiş, söhbətə davam edən Nüsrət isə Mailə «sən bizim qardaşımızsan, biz sənə qarşı heç vaxt hörmətsizlik etmərik, bizim narkoman olmağımız barədə sənə yalan məlumat veriblər» sözlərini demişdir. O, Mailin onu əvvəlcə «Köhnə bazar» adlanan yerdə təhqir etdiyinə, sonra da «Hövsan» marketin qarşısında uşaqların yanında onunla kobud rəftar edərək təhqiramiz formada davrandığına görə əsəbiləşərək üzərində gəzdirdiyi Özünə məxsus düyməli, açılıb-qatlanan bıçağı belindən çıxanb Mailin sifət və ürək nahiyyələrindən zərbələr vuraraq qaçmış və qaçarkən hadisə yerindən bir qədər aralandıqdan sonra bıçağı yolun kənarında bilmədiyi istiqamətdə tullamışdır. Sonra o, yoldan keçən tanımadığı taksiyə əyləşərək onu cənub bölgəsinə gedən maşınlar olan yerə aparmasını xahiş etmiş, bir neçə dəqiqə yol getdikdən sonra həmin maşın tanımadığı yerdə saxlayaraq buradan maşınların cənub rayonlarına getdiyini ona demişdir. O, taksiyə 15 manat pul verib düşmüş və bir qədər sonra yoldan keçən “Mersedes” markalı, lakin qeydiyyat nişanını bilmədiyi maşına əl edərək saxlatmış, maşının sürücüsü ona Astara rayonuna, Öz evinə getdiyini bildirərək həmin rayona gedəcəyi təqdirdə onu da apara biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb maşına oturaraq Astara rayonuna getmiş, artıq gecə saat 03-04 radələrində Astara 10 rayonuna çatmış, maşının sürücüsünə 20 manat pul verərək maşından düşmüş, gecə olduğundan küçələrdə, insanlardan kənar ağaclıq və kolluq olan yerlərdə gecələyərək, bu minvalla Astara rayonunda təxminən 3-4 gün qalmış, Astarada mağazadan çörək alanda Biləsuvar rayonunda karantin rejiminin olmadığını eşitmiş və Biləsuvar rayonuna getmək qərarına gəlmişdir. Sonra o, hadisə vaxtı əynində olan paltarları dəyişmək üçün Astaradan Biləsuvara gedən yolda yolun kənarındakı mağazalardan birindən uzunqol qara rəngli köynək, qara şapka və bir ədəd maska alaraq, əynində olan paltarları çıxarıb adamların olmadığı yerdə əynini dəyişdikdən sonra həmin paltarları bükərək yol kənarındakı zibil qabına atmışdır. Nəhayət, o, taksi ilə gəlib Biləsuvar rayonuna çatmış və Biləsuvarda mağazalardan kolbasa, çörək və su alıb istifadə edərək təxminən 3- 4 gün gizlənmişdir. Ancaq yuxusuz olduğuna görə yatmağa yer axtarmağa başlamış və rayonda tanımadığı şəxslərdən harada otel olduğunu öyrənərək, xx xxxx 2020-ci il tarixdə rayonun mərkəzində yerləşən 3 mərtəbəli adını bilmədiyi otelə yaxınlaşıb, otelin qeydiyyat şöbəsində adını «İbrahim», soydanı isə «Quliyev» olduğunu bildirərək oteldə bir gün qalmaq istədiyini demişdir. Otelə daxil olub axşam otelin hamamından istifadə etdikdən sonra gecə saat təxminən 03 radələrində qaldığı otağa polislər daxil olub onu yaxalamışlar. O, hadisə törədən zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 03.07,2020-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alt çənənin mərkəzi hissəsinin alt çənə sümüyünün sınığı ilə müşayiət olunmuş deşilmişkəsilmiş yarası, sol yanaq nahiyyəsinin deşilmiş-kəsilmiş yarası, sol körpücükönü nahiyyənin döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının (İİ-İİİ qabırğaarası sahədə) döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin - mərkəzi hissədə döş sümüyü üzərində kor qurtaran deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin ön səthinin sol yarısının və sol bazunun cızıqları. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşicikəsici əşya (alətin ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən, cızıqlar isə iti uclu əşya ( alət) təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol körpücükönü nahiyyənin 1 ədəd, döş qəfəsinin sol yarısının 1 ədəd daxilə nüfuz edərək kəskin qanitirməyə və sol ağ ciyərin yaralanmalarına səbəb olan deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun Ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, digər xəsarətlərdən alt çənə sümüyünün sınığı ilə müşayiət 11 olunmuş alt çənənin mərkəzi hissəsinin deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aiddir, sol yanaq nahiyyəsinin deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin ön mərkəzi hissəsinin döş sümüyü üzərində kor qurtaran deşilmiş-kəsilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa yüngül zərər vurmaya aiddir, cızıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs xəsarət yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın ön və nisbətən sağ tərəfində olmağa uyğundur. Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-cu il tarixli, 511/2020 MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi : Oalfa,beta/H(İ), Təqsirləndirilən şəxs Tariyel oğlunun ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (portal çıxarışının kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, torpaq nümunəsi, M.M.Musafayevə məxsus bir ədəd şalvar, mayka, qısaqol köynək, 05 ədəd çubuqlu pambıq tamponlar, bir ədəd siqaret kötüyü üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qan qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alındı.Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs Tariyel oğluna məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olanan xəsarətlər olubsa) Kompleks məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 322- MTKŞ/2020 nömrəli rəyində göstərilmişdir: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sağ yuxarı nahiyyəsində 01 ədəd və ön səthinin sol yuxan nahiyyəsində 03(üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və qabırğaları özlərini biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin sol körpücükönü nahiyyədə, döş qəfəsinin sol yarısının ön səthində İl-İİİ qabırğaarası sahədə olan eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Köynəyin ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə M.M. Mustafayevin bədənində öz əksini tapmamışdır, bu da tək köynəyin zədələnməsi ilə izah oluna bilərdi. Eyni zamanda, Zərərçəkmiş şəxs üz nahiyyəsində və sol bazuda olan xəsarətlər bədənin 12 müvafiq nahiyələrinin paltarlarla örtülmədiyi üçün ona məxsus paltarlarda öz əksini tapmamışdırlar. Zərərçəkmiş şəxs məxsus maykanın sol çiynində bir ədəd və köynəyin Ön səthinin orta nahiyəsində bir ədəd cırılma xarakterli zədələr aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, paltarların müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində əmələ gələ bilərdi, ekspertizaya təqdim edilmiş maddi sübutlarda tibbi-bioloji tədqiqat zamanı (511/2020M 1 BS saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar; Zərərçəkmiş şəxs məxsus maykanın bütün səthində və şalvarın ön və arxa nahiyəsinin sağ yuxarı-orta nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarhq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin ön və arxa səthində, əsasən orta nahiyəsində, şalvarın sağ və sol ayaq hissəsinin ön və arxa səthində aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik ( hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Təqdim edilmiş bıçağın dəstək və tiyəsinin iki səthində aşkar edilmiş qan ləkələri yaxına xarakterli olub, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik ( hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Təqdim edilmiş siqaret kötüyü üzərində aşkar edilmiş qan ləkələri məhdud ölçülü qan mənbəyi ilə ( qanlı səthi ilə) statik ( hərəkətsiz) kontaktı nəticəsində əmələ gələ bilərdi. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tariyel oğlunda aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusu hal-hazırda və törətdiyi əməl dövründə o dərəcədə ifadə olunmamışdır ki, onu öz hərəkətlərinin mənasını, faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum olsun, yəni Təqsirləndirilən şəxs Tariyel oğlu ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Tariyel oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Tariyel oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Tariyel oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Tariyel oğlu cinayət hadisəsini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tariyel 13 oğlunda hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə kimi psixi pozuntunun əlamətləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, qavramasının həcminin normaya uyğun olduğu, yalnış təsəvvürlərə malik olmadığı, qavradığı materialın mahiyyətini anlaya bildiyi, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışları dərk edir, təfəkkürünün ümumiləşdirmə, analizetmə proseslərinin, tənqidliyinin və proqnozlaşdırma qabiliyyətinin normaya uyğun olduğu müəyyən olunur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, dəyişkən əhval-ruhiyyəlilik, emosional qeyrisabitlik aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tariyel oğlu ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə A .T. Sadıq ovun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tariyel oğlunda hal-hazırkı aşkarlanan emosional davamsız şəxsiyyət pozuntusu onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Odur ki, onun hərəkətləri onun hərəkətləri Azərbaycan Respublikası CMin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Tariyel oğlu cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Tariyel oğlunun əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tariyel oğlunun barəsində xx.xx.2020-ci il tarixdə axtarış elan olunaraq, ittiham elan edilməsi üçün tutulması haqqında qərar qəbul edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş,xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Tariyel oğlunun qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi, 14 şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Tariyel oğlunun həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Tariyel oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Tariyel oğlunun himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Tariyel oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Tariyel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar- Bakı şəhəri, Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş köynək, mayka və şalvarı yararsız olduğuna görə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: 15 Təqsirləndirilən şəxs Tariyel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tariyel oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Tariyel oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri, Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş köynək, mayka və şalvarı yararsız olduğuna görə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar