Məhkəmə qərarları › İş №1(101)-609/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-609/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-609/2021 17.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində ödənilməmiş məhkumluğu olmayan, Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi, ev 50-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış, bundan başqa, qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri yetişdirərək onları kultivasiya etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan kannabis-marixuana toxumlarını əkərək aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, 33 (otuz üç) ədəd kannabis-marixuana kollarını yetişdirmiş, həmin kollardan 1 (bir) ədədini yerindən çıxararaq yaşadığı evin otaqlarının birində qurutmaq üçün saxlamış, habelə həmin kolun digər hissələrini də 4 (dörd) ədəd olmaqla arıtlayıb qurutmaq üçün qeyd olunan otaqda saxlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhər, Xəzər RPİnin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, qeyd olunan gün saat 20:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində dəvət edilmiş müdafiəçi və aqronumun iştirakı ilə videoçəkiliş tətbiq edilməklə axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həyətyanı sahədə olan hasarın yanında mişardaşı ilə əhatə edilmiş sahədən külli miqdarda, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 23,0 (iyirmi üç) kq olan 32 (otuz iki) ədəd, evin həyətyanı sahəsində olan 3-cü otaqdan qanunsuz olaraq əldə edib saxladığı, ümumi təmiz çəkisi 250,0 qram təşkil edən quru vəziyyətdə 1 (bir) ədəd tərkiblərinə görə eyni olan aqrotexniki qaydada qulluq edilmiş əkibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmin otaqdan qeyd edilən çətənə bitkiləri ilə tərkiblərinə görə eyni olan, qanunsuz olaraq əldə edib saxladığı quru vəziyyətdə, ümumi təmiz çəkisi 9,67 qram çəkidə 4 (dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində marixuana kolları yetişmişdir. O, heç vaxt yaşadığı evin həyətində narkotik vasitələrin toxumunu əkib-becərməmişdir. O, həyətində özü-özünə bitmiş çətənə kollarına qulluq etməmiş və həmin kolları sulamamışdır. Lakin həyətində bitən çətənə kolları yetişdikdən sonra o, həmin kolları qurudaraq istifadə etmişdir. O, marixuanadan istifadə etdiyindən həyətindəki çətənə kollarını qurudaraq marixuana hazırlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, günorta saatlarında o, evdə tək olduğu vaxt Xəzər rayon Polis İdarəsinin polis əməkdaşı Şahid1 onun yaşadığı evə qanunsuz şəkildə daxil olub tapançanı onun alnına dirəyərək ona narkotik vasitələrin istifadəsi və kultivasiyasi ilə məşğul olduğunu bildirmişdir. Şahid1 tapançanı onun alnına dirədikdən sonra həyətində 33 (otuz üç) ədəd çətənə kolunu əkib-becərdiyini etiraf etməsini ondan tələb etmişdir. O da polis əməkdaşından çəkinərək sonuncunun dediyi kimi 33 (otuz üç) ədəd çətənə kolunu öz həyətində əkib-becərdiyini izahatında göstərmişdir. Lakin onun həyətində 33 (otuz üç) ədəd çətənə kolu olmamışdır. Onun həyətində cəmi 9 (doqquz) ədəd çətənə kolu olmuşdur. Sonra polis əməkdaşları onun evində axtarış aparmışlar. Axtarış vaxtı onun evindən qurudulmuş marixuana aşkar edilmişdir. O, həmin marixuananı həyətində özü-özünə yetişən çətənə kollarından birini qurutmaqla özü üçün hazırlamışdır. Polis əməkdaşları onun evinə günorta vaxtı daxil olsalar da axşam vaxtı, yəni qaranlıq düşdükdən sonra videoçəkiliş aparmışlar və həyətindən 33 (otuz üç) ədəd çətənə kolunu aşkar etmişlər. 9 (doqquz) ədəd çətənə kolu onun həyətində olsa da, qalan çətənə kolları onun həyətində olmamışdır. O, güman etmişdir ki, həmin çətənə kollarını polislər özləri ilə onun yaşadığı yerə gətirmişlər. O, polislərin təzyiqi altında videoçəkiliş zamanı 33 (otuz üç) ədəd çətənə kolunun ona məxsus olduğunu bildirmişdir. Lakin onun həyətində cəmi 9 (doqquz) ədəd çətənə kolu olmuşdur. Qalan çətənə kolları ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə aşağı həddə cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın biri üzrə, yəni Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq, habelə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə onun işlədiyi Polis şöbəsinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, həmin gün 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər və saat 19:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı nömrəsiz evin qarşısında xarici görünüşünə görə sonuncuya oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Bundan sonra o, Şahid2lə birlikdə həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demişlər və həmin şəxsdən ad və soyadını soruşmuşlar. Həmin şəxs də onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə məlumat aldıqlarını demişlər və sonuncunu orada tutmuşlar. Bundan sonra həmin yerə Bakı şəhəri Xəzər RPİnin müstəntiqi Qafar Qafarlı və müdafiəçi İbad Mürvətov gəlmişlər. Sonra onlar Təqsirləndirilən şəxs icazəsi ilə sonuncunun yaşadığı evin həyətinə daxil olmuşlar. Evin həyətindən Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə hüquq və vəzifələri elan edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs üzərində, eləcə də evində baxış və axtarış keçirilməsinə dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını onlar bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci otağında videoçəkilişdən istifadə etməklə şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsinin başlanılmasını elan etmişlər və daha sonra şəxsi axtarış aparılmışdır. Həmin otaqda Təqsirləndirilən şəxs, iştirakçılardan o və Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2, müdafiəçi qismində 8 saylı Vəkil Bürosunun vəkili İbad Mürvətov olmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya narkotik maddənin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində qanunla qadağan edilmiş heç bir maddə və ya əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. X13 saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istidadəçisi olub-olmadığını və yaşadığı evdə narkotik vasitənin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı evin həyətində narkotik vasitələrin olduğunu bildirmişdir. X13 saxlanılan Təqsirləndirilən şəxs evində axtarış istintaq hərəkətinin keçiriləcəyini bildirmiş və sonuncudan buna etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də buna heç bir etirazının olmadığını bildirmiş və vəkilinin iştirakı ilə evində axtarışın keçirilməsinə dair etirazının olmaması barədə ərizə yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs evində axtarışın keçirilməsinə etiraz etməməsinə dair ərizə təqdim etdikdən sonra hadisə yerinə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin ekspert kriminalisti, X11 və Azərbaycan Respublikası Milli X3 İnstitutunun baş aqronomu X17 də gəlmişlər. Təqsirləndirilən şəxs, X13nın, mobil telefonla videoçəkiliş aparan kriminalist X6, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2, vəkil X7, aqronom X12 və onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. X13 saxlanılan şəxs Təqsirləndirilən şəxs hımin otaqda qanunla qadağan olunmuş əşya və predmetin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin otaqda qadağan edilmiş heç bir əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin otağa baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra onlar həmin otaqdan evin həyətinə çıxmışlar və həyətdə hasarın dibində əkilmiş çətənə kollarını aşkar etmişlər. Sonra o və əməliyyat müvəkkili Balaca aşkar etdikləri çətənə kollarını yerdən çıxarmışlar. Onlar ümumilikdə 32 (otuz iki) ədəd yaş kolu yerdən çıxarmışlar. Sonra onlar həyətdəki digər 2-ci otaqda baxış keçirmişlər və həmin otaq sanitar qovşağı olduğundan orada qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onlar evin 3-cü otağında baxış keçirmişlər. Həmin otaqda tikinti materialları yığılmışdır. Otaqda qırmızı vanna olmuş və onlar həmin vannanın içərisində kol qırıqları aşkar etmişlər. Bundan başqa, həmin otaqda qurudulmuş kol hissələri, 1 (bir) ədəd quru vəziyyətdə kol və digər vannanın içərisində başqa kollar aşkar edilmişdir. Onlar aşkar etdikləri əşyaları götürərək qablaşdırmışlar. Bundan sonra onlar evin 4-cü otağınsa, yəni mətbəx otağında baxış keçirmişlər. Onlar mətbəxdə olan mebelin içərisindən 4 (dörd) ədəd sellofan büküm və 2 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş bitki toxumları aşkar etmişlər. Həmin toxumlar da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar tərəfindən evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin oradan qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs X13nın sualına cavab olaraq həmin narkotik tərkibli çətənə kollarını öz istifadəsi üçün əkdiyini, üzərində və evində keçirilmiş baxışla bağlı heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Sonra aşkar edilmiş çətənə kollarına bənzər kollar qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə onun birlikdə işləyən Polis şöbəsinin əməliyyat müvəkkili olan Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid1la birlikdə həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında xarici görünüşünə görə sonuncuya oxşar bir nəfər şəxsi müəyyən etmişlər. O, Şahid1la birlikdə həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən ad və soyadını soruşmuşlar. Həmin şəxs də onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə məlumat aldıqlarını demişlər və Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılması barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Növbətçi Hissəsinə məlumat vermişlər. Bundan sonra Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Qafar Qafarlı və müdafiəçi İbad Mürvətov ora gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə hüquq və vəzifələri elan edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onlar sonuncudan üzərində şəxsi axtarış, yaşadığı evdə baxış və axtarış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci otağında videoçəkilişdən istifadə etməklə şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərində baxış keçirildiyinin başlandığını elan etmişlər. Həmin vaxt otaqda Təqsirləndirilən şəxs, iştirakçılardan o və Şahid1, müdafiəçi qismində 8 saylı Vəkil Bürosunun vəkili İbad Mürvətov olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya narkotik maddə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də üzərində qanunla qadağa olunmuş heç bir maddə və ya əşyanın olmadığını bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Sonra X13 saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istidadəçisi olub-olmadığını və yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitələrin yaşadığı evin həyətində olduğunu bildirmişdir. X13 saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış istintaq hərəkətinin keçiriləcəyini və buna dair etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını bildirmiş və etirazının olmaması barədə vəkilinin iştirakı ilə ərizə yazaraq müstəntiqə təqdim etmişdir. Bundan sonra hadisə yerinə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin ekspert-kriminalisti X11 və Azərbaycan Respublikası Milli X3 İnstitutunun baş aqronomu X17 də gəlmişlər. Saxlanılmış şəxs Təqsirləndirilən şəxs, X13nın, mobil telefonla videoçəkiliş aparan ekspert-kriminalist X6, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 və onun, eləcə də 8 saylı Vəkil Bürosunun vəkili X7 və Azərbaycan Respublikası Milli X3 İnstitutunun baş aqronomu X12 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, nömrəsiz evində axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Sonra X13 prosessual hərəkətdə iştirak edən şəxslərin anket məlumatlarını aydınlaşdırmış, eləcə də Təqsirləndirilən şəxs hal-hazırda onların olduqları otaqda qanunla qadağan olunmuş əşya və predmetin olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin otaqda heç bir əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin otaqda baxış keçirilmiş və qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Sonra onlar prosessual hərəkətin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evdən həmin evin həyətinə çıxmışlar. Həyətdə hasarın dib hissəsində əkilmiş çətənə kollarına oxşar kollar aşkar edilmişdir. Həmin kollar onun və Şahid1 tərəfindən çıxarılmışdır. Onlar tərəfindən çıxarılmış kolların ümumi sayı 32 (otuz iki) ədəd təşkil etmiş və həmin kollar yaş vəziyyətdə olmuşlar. Sonra onlar həyətdə yerləşən digər 2-ci otaqda baxış keçirmişlər. Lakin həmin otaq sanitar qovşağı olduğundan orada qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra evin 3-cü otağında baxış keçirilmiş, həmin otaqda tikinti materialları yığılmış, həmin otaqda olan qırmızı rəngli vannanın içərisində kol qırıqları, eləcə də həmin otaqda qurudulmuş kol hissələri və 1 (bir) ədəd quru vəziyyətdə kol və digər vannanın içərisində kollar aşkar edilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra evin 4-cü otağında, yəni mətbəx otağına baxış keçirilmiş və mətbəx mebelinin içərisində 4 (dörd) ədəd sellofan bükümdə, 2 (iki) ədəd isə siqaretin gümüşü kağızına bükülmüş bitki toxumları aşkar edilərək götürülmüşdür. Sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin orada qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X13nın sualına cavab olaraq həmin narkotik tərkibli çətənə kollarını öz istifadəsi üçün əkdiyini, üzərində və yaşadığı evdə keçirilmiş baxışla bağlı heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Sonra aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər kollar qablaşdırılmış, ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kolların və toxumların tərkibinin, növünün və miqdarının müəyyənləşdirilməsi üçün zərfin bioloji ekspertizaya göndəriləcəyini bildirilmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və heç bir etiraz daxil olmadığından həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış haqqında protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində baxış və axtarışın keçirilməsinə dair etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 4547) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti keçirilərkən həyətyanı sahədə olan hasarın yanında mişardaşı ilə əhatə edilmiş sahədən külli miqdarda, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 23,0 (iyirmi üç) kq olan 32 (otuz iki) ədəd, evin həyətyanı sahəsində olan 3-cü otaqdan qanunsuz olaraq əldə edib saxladığı, ümumi təmiz çəkisi 250,0 qram təşkil edən quru vəziyyətdə 1 (bir) ədəd tərkiblərinə görə eyni olan aqrotexniki qaydada qulluq edilmiş və əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmin otaqdan qeyd edilən çətənə bitkiləri ilə tərkiblərinə görə eyni olan, qanunsuz olaraq əldə edib saxladığı quru vəziyyətdə, ümumi təmiz çəkisi 9,67 qram çəkidə 4 (dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 54) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən və həmin sahədə olan 3-cü otaqdan aşkar edilmiş narkotik təbiətli çətənə kollarının hər birinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/629 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 61-63) görünür ki, üzərində “Təqsirləndirilən şəxs ... evinin həyətyanı sahəsindən ...” sözləri yazılmış 2 (iki) ədəd şəffaf sellofan bağlamalarda ümumi sayı 32 (otuz iki) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 23,0 kq və üzərində “Təqsirləndirilən şəxs yaşadığı 3-cü otaqda ...” sözləri yazılmış qara rəngli sellofan bağlamada 1 (bir) ədəd quru vəziyyətdə, təmiz çəkisi 250,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən - həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı 3-cü otaqda “sözləri yazılmış qara rəngli sellofan bağlamada 4 (dörd) ədəd quru vəziyyətdə, ümumi təmiz çəkisi 9,67 qram olan bitki hissələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Həmin bitki hissələri və təqdim olunmuş ümumi sayı 33 (otuz üç) ədəd olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı 4-cü otaqda” sözləri yazılmış zərfdə 4 (dörd) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,190 qram, 8,202 qram, 3,221 qram, 19,561 qram və 2 (iki) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,712 qram və 0,032 qram, ümumi çəkisi 38,918 qram olan toxumlar çətənə (kannabis) bitkisinə aiddirlər. Toxumların tərkibində narkotik maddə yoxdur və onlar narkotik vasitələrə aid deyillər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-241/2020 saylı qərarından (cild 1, iş vərəqə 93-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etməmnin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 2707 saylı rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs Bəybala oğlunun yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcbiri müalicənin tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs 1996-cı il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş və yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X5 X19 2226 saylı rəyindən (cild 1, iş vərəqə 150-151) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 146) görünür ki, 32 (otuz iki) ədəd yaş vəziyyətdə 23,0 kq, 1 (bir) ədəd quru vəziyyətdə təmiz çəkisi 250,0 qram və 4 (dörd) ədəd quru vəziyyətdə, ümumi təmiz çəkisi 9,67 qram olan bitki hissələri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23258,93 qram təşkil edən çətənə bitkiləri saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 4 (dörd) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,190 qram, 8,202 qram, 3,221 qram, 19,561 qram 3,712 qram və 0,032 qram, ümumi çəkisi 38,918 qram təşkil edən toxumlar çətənə bitkisinə aid olsa da, toxumların tərkibində narkotik maddə olmadığından və onlar narkotik vasitələrə aid edilmədiyindən maddi sübut kimi tanınmamışlar. Lakin həmin toxumlar saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 153) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 171-180) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsindən həmin Məcəllənin 234.1 və 237.2.3-cü maddələrinə tövsif edilməsi, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 186- 187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin seçdiyi müdafiəçisinin vasitəsi ilə suallar vermiş, ümumilikdə isə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qismən (Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə nisbətdə) mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərin bütün zəruri əlamətlərinin olması və qeyd olunan cinayət əməllərinin qəsdən törədilməsi tam təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində tərkibində narkotik maddələr olan marixuana (kannabis) toxumlarını şəxsi istifadəsi üçün əkmiş və əkdiyi toxumlara aqrotexniki qaydada qulluq etməklə yetişdirmişdir. Məhkəmə istintaqında onun hansı sayda marixuana (kannabis) toxumlarını əkməsini müəyyən etmək mümkün olmadı. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxsin külli miqdarda, yəni 33 (otuz üç) ədəd çətənə kolunun aqrotexniki qaydada yetişdirməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs 33 (otuz üç) ədəd çətənə kolunu yetişdirdikdən sonra 1 (bir) ədəd kolu əkdiyi torpaqdan çıxararaq qurudub istifadə etmək məqsədi ilə yaşadığı evə aparmış və otaqların birində saxlamışdır. Bundan başqa, o, qurutmaq üçün evə apardığı kolu hissələrə bölərək (4 hissəyə) onları saxlamışdır. Məhkəmə istintaqında onun 33 (otuz üç) ədəd sayda çətənə kolunu satış məqsədi ilə əkib-becərməsi sübuta yetirilmədi. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, o, həqiqətən də həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkərək becərmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulmuş və həmin vaxt onun üzərində şəxsi axtarış keçirilmişdir. Lakin həmin vaxt onun üzərində qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra təqsirləndirilən şəxsin icazəsi ilə onun yaşadığı evə və evin həyətinə baxış keçirilmişdir. Həmin vaxt onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivi, Təzə Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə külli miqdarda, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 23 kiloqram olan 32 (otuz iki) ədəd, evin həyətyanı sahəsində olan 3-cü otaqda quru vəziyyətdə, ümumi təmiz çəkisi 250 qram təşkil edən 1 (bir) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi, eləcə də quru vəziyyətdə, ümumi təmiz çəkisi 9,67 qram təşkil edən 4 (dörd) bükümdə narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadə vermişdir. Lakin ibtidai istintaqın sonraki dövründə Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, eləcə də ifadə verməkdən və prosessual sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə nisbətdə mübahisələndirmiş və yaşadığı evin həyətyanı sahəsində çətənə toxumlarını əkmədiyini, çətənə toxumlarından əmələ gəlmiş bitkilərin özü-özünə bitdiyini, həmin kolların sayının 33 (otuz üç) ədəd deyil, 9 (doqquz) ədəd olduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, cinayət işində olan mütəxəssis rəyindən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətində aşkarlanmış çətənə kollarına aqrotexniki qaydada qulluq edilmişdir. Eyni zamanda Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə məsuliyyət o vaxt yaranır ki, aqrotexniki qaydada yetişdirilmiş çətənə kollarının sayı 16 (on altı) ədəddən çox olmuş olsun. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında həyətində cəmi 9 (doqquz) ədəd çətənə kolunun olmasını bildirməklə məhz cinayət məsuliyyətindən yayınmaq istəmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik təbiətli çətənə kollarının özü-özünə bitməsini məhkəmə inandırıcı hesab etmir. Həmçinin xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin vaxt onun hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət olunmuş və baxış məhz həmin müdafiəçinin iştirakı ilə videoçəkilis vasitəsi ilə həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oradan aşkar edilmiş çətənə kollarının sayını və çəkisini mübahisələndirməmişdir. Əksinə, baxışın nəticəsinə dair tərtib olunmuş protokolu imzalamaqla aşkar edilmiş çətənə bitkilərinin sayı və çəkisi ilə razı olduğunu təsdiq etmişdir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 33 (otuz üç) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması da öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də 33 (otuz üç) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin kollara aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulmuş iki müstəqil cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri üzrə) törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin bütün hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri üzrə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin imperativ tələbinə əsasən həmin Məcəllənin 234.1 və 237.2.3-cü maddələri üzrə cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, həmin Məcəllənin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti cəzanı, yəni azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin onun yaşı 60 yaşdan yuxarı olduğundan ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23258,93 qram təşkil edən çətənə bitkisi, eləcə də maddi sübut qismində çıxış etməyən, lakin Bakı şəhəri Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 38,918 qram narkotik vasitələrə aid olmayan toxumlar məhv edilməli, eləcə də 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 1173-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və qalıq çəkisi 23258,93 qram təşkil edən çətənə bitkisi, eləcə də maddi sübut qismində çıxış etməyən, lakin Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 38,918 qram olan narkotik vasitələrə aid olmayan toxumlar məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar