Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-615/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Səbuhi Sabir oğlu Hüseynov dan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan təbdiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı oğlu Zərərçəkmiş şəxs mənzilində əvvəllər gördüyü təmir işləri ilə əlaqədar 20 sentyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində Sumqayıt şəhəri Koroğlu prospekti, 41-ci məhəllədə yerləşən “Köndələn” kafesinin qarşısında Zərərçəkmiş şəxsla aralarında yaranmış münaqişə zamanı sonuncunun onu söyüb təhqir etdiyi üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin ürəyi zədələməklə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks, ürəyin tamponadası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ilə təqsirli bilərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur, aralarında ədavətləri yoxdur. Münasibətləri normal olmuşdur. Özü kafel, metlax vurmaq üzrə ustadır. Ev təmiri işlərini də bacarır. O, bacısı oğlu İsmayılın evini təmir etmişdir. Təmir zamanı İsmayıl hər dəfə ona iradlar tutmuşdur. Gah işin keyfiyyətinin aşağı olmasını, gah işin ləng getməsini deyirdi. O isə bacardığını etmişdir. 20 sentyabr 2020-ci il tarixdə saat 08:30 radələrində İsmayılın evində təmir işləri ilə məşğul olarkən o, başqa işi olduğu üçün həmin gün getmək istədiyini demişdir. İsmayıl ona icazə vermədikdə səbəbini soruşmuş, İsmayıl isə ona kobud cavab vermişdir. Bu səbəbdən də aralarında mübahisələri yaranmışdır. İsmayıl onu təhqir edib evdən qovmuşdur. Onun üstündə pul olmadığı üçün oğlu Cahidə zəng vuraraq İsmayılın evinə taksi göndərməsini tapşırmışdır. Bundan sonra Cahidin göndərdiyi taksi ilə orada olan təmir alətlərini götürüb Sumqayıt şəhərində yaşadığı ünvana getmişdir. Təxminən yarım saat sonra İsmayılın bibisi oğlu Zaur ona zəng vuraraq qardaşı oğlu Rəşadət ilə birlikdə onunla «Köndələn» kafesində görüşüb İsmayılın evində gördüyü işin uçotunu etmək istədiklərini dedi. O, etiraz etməmiş, lakin onlara gələndə İsmayılı ora gətirməməsini bildirmişdir. Buna səbəb İsmayılın özünü apara bilməməsi, ona yersiz təhqiramiz sözlər işlədə bilməsindən ehtiyat etməsi olub. Dayı kimi təklikdə İsmayılın təhqirlərini ört basdır etsə də, İsmayılın Zaurgilin yanında onu təhqir edə bilməsindən, bunun onun tanışları arasında yayılıb hörmətsizliklə nəticələnməsindən və oğlunun bunu eşitsə aralarında dava dalaş olacağından narahat olub Zaurgildən İsmayılı görüşə gətirməməyi xahiş etmişdir. Zaur da razı oldu. Həmin gün təxminən saat 11:00 radələrində Zaur və Rəşadət “Köndələn” kafesinə gəldilər. Onların ardınca da İsmayıl da kafeyə gəldi və ilk sözü ona zəhmət haqqı kimi verdiyi pulları qaytarmağı tələb etmək oldu. O da İsmayıla özünün gördüyü işin müqabilində ona az pul verdiyini deyib, oturub gördüyü işləri hesablamağı təklif etmiş, gördüyü işin müqabilində ona borcu varsa ödəməyə hazır olduğunu demişdir. İsmayıl isə qışqıra-qışqıra pulu qaytarmağı tələb edirdi. İsmayıl ona işlədiyi dövr ərzində zəhmət haqqı kimi cəmi 500 manat vermişdir. O da həmin pula öz evi üçün kafel almışdır. İsmayıl həmin kafelləri ona verməyi tələb etdi və kafeli ondan alıb qaytarıb pulunu alacağını dedi. O, İsmayıla kafelləri verməyəcəyini, lakin pulu üç günə qaytaracağını demişdir. İsmayıl isə pulu həmin gün verməyi tələb edib onu söyərək təhqir etdi. O da İsmayıla kafedə səs-küy salmamağı, kənardan camaatın onlara baxdığını demişdir. İsmayıl isə onu söyməkdə davam etmişdir. O, kafedə olan müştərilərin narahatçılığına səbəb olmamaq üçün onlara çölə çıxmağı təklif edib özü kafedən çölə çıxmışdır. İsmayılgil də çölə çıxdılar. Onlar bayıra çıxandan bir az sonra onun oğlu Cahid də ora gəldi. İsmayıl Cahidi də söydü. Cahid mübahisəyə heç müdaxilə də etməmişdi. Çöldə də İsmayıl onunla mübahisə edib onu və oğlunu söydü. Bundan sonra isə hucum edib onun üzərinə gəlmişdir. O da İsmayılın onun yanında oğlunu, oğlunun və kənar şəxslərin yanında ona söyüb ona hücum etdiyinə görə əsəbləşib İsmayılın təhqir və hərəkətlərinə dözməyib ondan özünü qorumaq üçün İsmayıl ona tərəf gəldiyi vaxt o, İsmayılı bir dəfə bıçaqla vurmuşdur. X5 avtomobillə xəstəxanaya apardılar. Əməlindən peşimandır. İsmayılla barışmışlar. İsmayıl onu oğlunun yanında söməsəydi o, onu vurmazdı. Zərərçəkmiş şəxs Hüseyinov İsmayıl Qurban oğlu ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır, aralarında heç bir ədavət olmamış, münasibətləri normal olmuşdur. Dayısı 2020-ci ilin təxminən iyul ayının sonlarından ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdə təmir işləri ilə məşğul olurdu. Xəqani təmir işlərini ləng və keyfiyyətsiz apardığı üçün onunla aralarında narazılıq yaranmışdır. 20 sentyabr 2020-ci il tarixdə saat 08:30 radələrində Xəqani onun evinə gələrək təxminən yarım saat işlədikdən sonra getmək istədiyini dedi. O, Xəqaniyə hamamın kafelini vurduqdan sonra gedərsən demişdir. Həmin vaxt aralarında mübahisə yarandı, o, Xəqaniyə niyə işləmək istəməməsini sual edəndə, Xəqan bacardığını etdiyini dedi. Necə bacarıram elə də işləyirəm dedi. O da onu söyüb evdən qovmuşdur. O, Təqsirləndirilən şəxs zəhmət haqqı kimi ümumilikdə 1900 manat pul vermiş, lakin Xəqani həmin pulun qarşılığında lazımi səviyyədə iş görmürdü. O, Xəqanini qovanda Xəqani heç bir uçot aparmadan taksi çağıraraq təmir alətlərini götürüb getdi. Bundan sonra o, bibisi oğlu Zaura zəng edərək Xəqani ilə gördüyü işin uçotunu aparmaq istədiyini, lakin onun bundan boyun qaçırdığını deyib Zaura Xəqani ilə bu barədə danışmasını xahiş etmişdir. Zaur da onunla razılaşıb Rəşadətlə “Köndələn” kafesinə getmişlər. O, kafedə hadisədən iki gün əvvəl Xəqaniyə 550 manat dəyərində aldığı kafel və metlağı qaytarmasını tələb etmişdir. Xəqani nə kafeli, nə də pulu qaytarmayacağını dedi. O da əsəbləşərək Xəqaninin ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra orada mübahisələri yarandığı üçün Xəqaninin təklifi ilə kafedən çölə çıxmışlar. Bayıra çıxandan sonra Xəqaninin oğlu Cahid də həmin yerə gəldi. Mübahisə edən zaman Cahid onların söhbətlərinə müdaxilə edib ona ayıbdı dediyi üçün onun da ünvanına təhqiramiz ifadələr işlətmiş və çox əsəbləşdiyindən Xəqaninin ünvanına söyüş söyərək ona tərəf getmişdir. Xəqani bu zaman bıçaqla onun vurmuşdur. Rəşadət onu avtomobilə əyləşdirib Zaurla birlikdə onu xəstəxanaya aparmışlar. Hadisənin səbəbkarı özüdür. O, dayısını, onun oğlunu söyüb təhqir etməsəydi bu hadisə baş verməzdi. Təqsirləndirilən şəxs onun dayısıdır, o, daysı ilə barışıb. Ondan tələb və şikayəti yoxdur. O, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur, Təqsirləndirilən şəxs isə İsmayılın dayısı kmi tanıyır. Hər ikisi ilə münasibəti normaldır, aralarında ədavətləri yoxdur. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən iyul ayının sonlarından İsmayıla məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən evdə təmir işləri ilə məşğul olurdu. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında evdə aparılan təmir işləri ilə bağlı narazılıq yaranmışdı. 20 sentyabr 2020-ci il tarixdə səhər saatlarında İsmayıl ona zəng edərək Xəqanini söyüb evdən qovduğunu Xəqani ilə evində gördüyü işin uçotunu aparmaq istədiyini deyib ona Xəqani ilə bu barədə danışmağını xahiş etdi, o da Rəşadətlə bu barədə danışdıqdan sonra Xəqaniyə zəng edərək İsmayılın evində gördüyü işin uçotunu etmək istədiyini bildirib Xəqani ilə “Köndələn” kafesində görüşməyə razılaşmışlar. O, Xəqani ilə danışdıqdan sonra Rəşadət və İsmayıl ilə “Köndələn” kafesinə getmişlər. O, İsmayıla avtomobildə gözləməyi bildirib Rəşadətlə kafeyə keçmiş, lakin onların ardınca İsmayıl da kafeyə gəldi. İsmayıl iki gün əvvəl Xəqaniyə 550 manat dəyərində öz evi üçün aldığı kafel və metlağı qaytarmasını tələb etdi. Xəqani qaytarmayacağını dediyindən, aralarında mübahisə yarandı. İsmayıl Xəqaninin ünvanına nalayiq ifadə işlətdiyi üçün orada mübahisə böyüdüyündən onlar kafedən bayıra çıxmışlar. Onlar bayıra çıxandan sonra Xəqaninin oğlu Cahid də həmin yerə gəldi. “Köndələn” kafesinin qarşısında İsmayıl ilə Xəqani mübahisə edən zaman o, Rəşadətlə birlikdə onları sakitləşdirməyə çalışmışlar, həmin vaxt İsmayıl Xəqaninin və oğlunun ünvanına nalayiq ifadə işlədərək Xəqaniyə tərəf getdi. Xəqani də bıçaqla İsmayılı vurdu. Bu vaxt İsmayıl arxa-arxaya gedərək yerə yıxıldı. Həmin vaxt Rəşadət İsmayıla tez avtomobilə əyləş dedi, İsmayıl ayağa qalxaraq avtomobilin qabaq oturacağında əyləşdi. Onlar da İsmayılı Sumqayıt şəhər X8 Xəstəxanasına aparmışlar. Şahid3 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri yoxdur. 20 sentyabr 2020-ci il tarixdə səhər saatlarında İsmayılın bibisi oğlu Zaur ona zəng edərək, İsmayılın Xəqani ilə evində gördüyü işin Xəqani ilə görüşmək üçün “Köndələn” kafesinə getmişlər. O, Xəqani ilə danışdıqdan sonra Rəşadət və İsmayıl ilə “Köndələn” kafesinə getmişlər. Onlar İsmayıla avtomobildə gözləməyini bildirmişlər və Zaurla kafeyə getmişlər. Onların ardınca İsmayıl da kafeyə gəldi. İsmayıl Xəqaniyə 550 manat dəyərində öz evi üçün aldığı kafel və metlağı qaytarmasını tələb edəndə, Xəqani qaytarmayacağını dedi. Bu zaman aralarında mübahisə yarandı. İsmayıl Xəqaninin ünvanına nalayiq ifadə işlətdiyi üçün orada mübahisə böyüdüyündən onlar kafedən kənara çıxdılar. Onlar bayıra çıxandan sonra Xəqaninin oğlu Cahid də həmin yerə gəlmişdi. Kafenin qarşısında İsmayıl ilə Xəqani mübahisə edən zaman Zaurla birlikdə onları sakitləşdirməyə çalışanda, İsmayıl Xəqaninin və oğlunun ünvanına nalayiq ifadə işlədərək Xəqaniyə tərəf getdi. Xəqani əlində olan bıçaqla İsmayılı bir dəfə vurdu. Bu vaxt İsmayıl arxa-arxaya gedərək yerə yıxıldı. O, İsmayıla tez avtomobilinə əyləşdirib onunla birlikdə Sumqayıt şəhər X8 Xəstəxanasına aparmışlar. Şahid2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs isə atasıdır. Atası 2020-ci ilin təxminən iyul ayının sonlarından Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən evində təmir işləri ilə məşğul olurdu. Atası ilə İsmayıl arasında evdə aparılan təmir işləri ilə bağlı narazılıq yarandığından 20 sentyabr 2020-ci il tarixdə səhər saatlarında atası ona zəng edərək pulu olmadığını, İsmayılın evinə təmir alətlərini aparmaq üçün taksi göndərməyi dedi. O, İsmayılın yaşadığı ünvana taksi göndərmiş və atası təmir alətlərini taksi ilə yaşadıqları ünvana gətirmişdir. Atası evə gəldikdən sonra əhvalının yaxşı olmadığını görüb nə baş verdiyini soruşduqda o, İsmayıl ilə aralarında mübahisə baş verdiyini dedi. Bir müddət sonra atasının mobil telefonuna zəng gəldi. Telefonla danışdıqdan sonra atasından kiminlə danışdığını soruşduqda Zaur olduğunu, İsmayılın evində gördüyü işin uçotunu aparmaq üçün onunla görüşmək istədiklərini dedi. Atası Zaurla görüşmək üçün evdən çıxan zaman o da getmək istəmiş, lakin atası ona icazə verməmişdir. Atası getdikdən bir müddət sonra narahat olub özü “Köndələn” kafesinə getmiş və oraya çatanda kafenin qarşı tərəfində İsmayılın atası ilə mübahisə edib onu söydüyünü görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Zaur və Rəşad da orada idi. Onlar da İsmayılı sakitləşdirməyə çalışırdılar. Lakin İsmayıl atasının ünvanın nalayiq ifadələr işlətdiyindən o, İsmayıla , İsmayıl sənə ayıb olsun, deyəndə, İsmayıl onun və atasının ünvanına söyüşlər söyərək atasına tərəf getmişdir. Atası anidən cibindən bıçaq çıxararaq İsmayılı bir dəfə vurdu. Bu vaxt İsmayıl yerə yıxıldı. Rəşad İsmayıla tez avtomobilinə əyləşməsini dedi, İsmayıl ayağa qalxaraq avtomobiliin qabaq oturacaqda əyləşdi. X5 xəstəxanaya apardılar. O isə atası ilə birlikdə evlərinə getmişlər. Evdə atası onlarla sağollaşıb polis bölməsinə getmək üçün evdən çıxdıqdan, bir neçə dəqiqə sonra evə polis əməkdaşları gəlib atasını soruşdular. O, atasına zəng vurub evə polislərin gəldiyini demiş və atası evə qayıdaraq polis əməkdaşları ilə birlikdə 3-cü polis bölməsinə getdilər. Məhkəmədə elan edilib araşdırılmış 15 oktyabr 2020-ci il tarixli, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları təsdiq etmiş və Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2020-ci il tarixli, 1347 saylı rəyindən görünür ki, Hüseyinov İsmayıl Qurban oğlunun bədəni üzərində «Döş qəfəsinin sol yarısının ön səthinin ürəyi zədələməklə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks, ürəyin tamponadası kimi xəsarətlər var. Qeyd olunan xəsarət deşici-kəsici alətin, olan bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul ediliyi vaxtdan bir qədər əvvəl olmaqla 20 sentyabr 2020-ci il tarixdə əmələ gələ bilər, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 03 noyabr 2020-ci il tarixli 817/MTBŞ-2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində qan ləkələri aşkar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizasının 17 noyabr 2020-ci il tarixli, 518/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt maykanın ön sol səthində iki ədəd və maykanın sol yarım hissəsində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 noyabr 2020-ci il tarixli 2217 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə də Təqsirləndirilən şəxs hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki pxisi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 11 dekabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd köynək və 01 ədəd mayka maddi sübut kimi tanınıb saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bacısı oğlu Hüseyinov İsmayıl Qurban oğlunun mənzilində əvvəllər gördüyü təmir işləri ilə əlaqədar 20 sentyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində Sumqayıt şəhəri Koroğlu prospekti, 41-ci məhəllədə yerləşən “Köndələn” kafesinin qarşısında Zərərçəkmiş şəxs la aralarında yaranmış münaqişə zamanı sonuncunun onu söyüb təhqir etdiyi üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs un döş qəfəsinin sol nahiyyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin ürəyi zədələməklə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks, ürəyin tamponadası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə araşdırlmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 150 (yüz əlli) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs oğluna Müdafiəçi tərəfindən 35 (otuz beş ) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 210 (iki yüz on) manat ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləqləri ödəmək qabiliyyətinin olmaması müəyyən olundu. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu məbləğin ödənilməsindən azad edilməsini və həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməli olmasını əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən iş üzrə maddi sübut kimi tanınıb Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd köynəyin və 01 (bir) ədəd maykanın istehlak dəyərlərini itirdikləri üçün məhv edilmələrini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış 17 mart 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlayıb, onun hüquqazidd hərəkətləri nəticəsində cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin zərərçəkmiş şəxsinin təşəbbüsü və təhrikedici hərəkətləri nəticəsində törətdiyi, əməli törətdikdən sonra təslim olmaq üçün hüquq mühafizə orqanlarına gedərkən polis əməkdaşlarının onların evlərinə gəlməsi səbəbindən geri qayıtması müəyyən olundu. Məhkəmə bu halları da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərəkən ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsalı sayır. Çünkü onun sabit gəlir mənbəyinin olmaması ona cərimə cəzasının tətbiq edilməsinə, azlığın məhdulaşdırılmasının onun əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun olmadğı qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs ictimai faydalı işlə məşğul olması, onun törətdiyi əməlin zərərçəkmiş şəxsin ona qarşı etdiyi qeyri hüquqi hərəkətlər nəticəsində, zərərçəkmiş şəxsin təşəbbüsü və təhriki ilə başlandığı, onların birbirləri ilə dayı və bacı oğlu olmaları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışıb ondan şikayət və tələbinin olmaması müəyyən olundu. Məhkəmə, bu halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhurum etmə cəzasının minium həddində təyin edilib həmin cəzanın ona şərti tətbiq olunmasını əsalı sayır. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs əvvəllər məhum olunmaması, ailə başçısı olub ailəsinin onun himayəsində olması, törətdiyi əməldən peşiman olub, səmimi ifadələr verib cinayətin açılmasında iştirak etməsi, ittiham olunduğu əməli törətdikdən sonra ailə üzvləri ilə görüşüb hüquq mühafizə orqanlarına təslim olmaq üçün getməsini təsdiq edən sübutlar baxmından da əsəslıdır. Məhkəmə, bu halları Təqsirləndirilən şəxs davranışına kənar intesiv müdaxilə olmadan islah olunması və cəmiyyətə reinteqrasiyası mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs barsində təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin ləğv edilməsini, onu məhkəmə zalından həbsdən azad edilməsini, barsində başqa yerə getməmək haqqında iltizam seçilməsini və bu qətimkan tədbirin hökm qanuni qüvvəyəminədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs 20 sentyabr 2020-ci il tarixdən hazırkı dövrədək,yəni 02 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 8(səkkiz) ay 13(on üç) gün müddətin ona təyin ediləcək cəzanın müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 20 sentyabr 2020-ci il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanıldığı 8 (səkkiz) ay 13 gün ona təyin edilmiş cəza müddətinə daxil edilsin və onun cəzasının qalan hissəsi 02 (iki) il 3 (üç) ay 17 (on yeddi ) gün müəyyən edilsin. Onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və təyin olunmuş cəza ona şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərizində onun üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirməmək, məişət, təmir və yerinə yetirdiyi işlə bağlı alətlər istisna olunmaqla üzərində və ona aid daşıma vasitələrində kəsici, deşici alətlərin daşınması, gəzdirilməsi qadağan edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarin həyata keçirilməsi Sumqayıt ŞPBİ-nin üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o dərhal məhkəmə zalından həbsdən azad edilsin, onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam alma seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 150 (yüz əlli) manat müdafiəçi X2 ödənilməsi üçün Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun hesabına, 210 (iki yüz on) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin, Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka istehlak dəyərlərini itirdikləri üçün məhv edilsinlər. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-615/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-615/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver