Məhkəmə qərarları › İş №1(101)-620/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-620/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-620/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1966-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Vaqif küçəsi, ev 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “NZS” qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan “Fuad” adlı şəxsdən qəsdən, satış məqsədi və tamah niyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,222 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,013 və 3,209 qram olmaqla ümumi təmiz çəkisi 6,222 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 6,222 qram heroin narkotik vasitəsi əldə edərək saxlamış və daşımışdır, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “NZS” qəsəbəsində naməlum şəraitdə anket məlumatları müəyyənləşdirilməmiş “Fuad” adlı şəxsdən iki ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 3,013 və 3,209 qram olmaqla ümumi təmiz çəkisi 6,222 qram təşkil edən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilmiş heroin narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə məlumat əldə edən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən o, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış və videoçəkiliş altında üzərində aparılan şəxsi axtarış nəticəsində onun əynində olan göy rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 3,013 və 3,209 qram olan, ümumi təmiz çəkisi 6,222 qram təşkil edən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib ifadəsində göstərdi ki, tutulmazdan təxminən bir il əvvəl narkotik vasitənin kokos, yəni heroin növündən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroini limon duzu ilə qaynadaraq iynə vasitəsi ilə qoluna vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə orqanizmi narkotik tələb etdiyi üçün narkotik vasitə almaq qərarına gəlmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində narkotik vasitənin satışı ilə məşğul olan Fuad adlı bir şəxs tanımış, lakin Fuadın anket məlumatları və harada yaşaması barədə məlumatı olmamışdır. Fuadı ancaq NZS qəsəbəsində gəzərkən görmüş və bir neçə dəfə sonuncudan heroin almışdır. Fuadın mobil nömrəsi onda olmamış, indiyə qədər həmin şəxslə telefon əlaqəsi saxlamamışdır. Həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə NZS qəsəbəsində gəzərkən Fuadla rastlaşmış və ondan 100 manat dəyərində narkotik vasitə heroin istəmişdir. Fuad da 100 manatı ondan götürüb uzaqlaşmış, təxminən 10-15 dəqiqə sonra Fuad qayıdaraq ona yaxınlaşmış, sonradan polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroini gətirib ona təqdim etmişdir. O, həmin iki ədəd şəffaf rəngli sellofan bükümdə olan heroini götürüb şalvarının sol yan cibinə qoymuşdur. Həmin vaxt cibində iki ədəd şəffaf rəngli sellofan bükümdə limon duzu da olmuşdur. Belə ki, heroindən istifadə etdikdə limon duzundan da istifadə etmiş, heroini duzla qarışdırıb iynə ilə vena daxilinə qəbul etmişdir. O, Fuaddan aldığı heroinin bir bükümünün içərisindən bir qədər götürmüş, cibində olan duzun bir hissəsi ilə qəbul etmişdir. Qalan hissə narkotik vasitə heroini və duzu şalvarının sol yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olarkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirmiş, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi olaraq üzərində narkotik vasitə heroin olduğunu etiraf etmiş, narkotik satışı ilə məşğul olmadığını, narkotik istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirmiş, sonra əynindəki göy rəngli şalvarının sol yan cibində olan 04 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ arxa cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. O, təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümdən ikisinin içərisində narkotik vasitə heroin olduğunu, ikisinin içərisində isə limon duzu olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər onun iştirakı ilə açıldıqda bükümlərin ikisinin içərisindən narkotik vasitə heroin, digər ikisinin içərisindən isə limon duzu aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “NZS” qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Fuad” adlı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını və eyni məqsədlə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət xarakterli digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və 02 ədəd şəffaf selofan bükümdə olan limon duzu polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən onun özü tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamış, yalnız istifadəçi olmuşdur ki, bu barədə ibtidai istintaq orqanına da bildirmiş. Təqsirləndirilən şəxs ifadəsinin sonunda Birinci Qarabağ müharibəsi veteranı olduğunu və tutduğu əməlindən səmimi peşman olduğunu məhkəmənin nəzər diqqətinə çatdırıb, yüngülləşdirici hal kimi nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün Baş İdarənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində olduğunu öyrəndikləri üçün həmin gün saat 10 radələrində ünvan 2 ünvanının qarşısına gəlmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs dayandığını görmüş, həmin şəxsə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun (Şahinin) satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun üzərində video çəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirmiş, sonra əynindəki göy rəngli şalvarının sol yan cibində olan 04 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ arxa cibində olan 1 ədəd "Samsung" markalı mobil telefonunu çıxardıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümdən ikisinin içərisində narkotik vasitə heroin olduğunu, ikisinin içərisində isə limon duzu olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər açıldıqda bükümlərin ikisinin içərisindən narkotik vasitə heroinə bənzər maddə, digər ikisinin içərisindən isə limon duzuna bənzər maddə aşkar edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, "NZS" qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Fuad" adlı şəxsdən 100 manata özünün istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət xarakterli digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd şəffaf sellofan bükümdə olan limon duzuna bənzər maddə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş və imzalanmışdır. Həmçinin aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı mobil telefon onun mobil əlaqələrinin yoxlanınlması üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs istintaqa verildikdən sonra da sonuncunun ətrafında hə müstəqil olaraq və həm də istintaq orqanının əməliyyat-istintaq tapşırıqlarına əsasən əməliyyat tədbirləri davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olan hər hansı konkret sübut onlar tərəfindən əldə olunmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılan sonrakı əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar konkret sübut əldə edə bilmədiklərini göstərdilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli şalvarının sol yan cibindən saxladığı 04 ədəd şəffaf sellofan bükümdən ikisinin içərisində narkotik vasitə heroin, ikisinin içərisində isə limon duzu olmaqla çıxardaraq təqdim etmiş və sorğu zamanı təqdim etdiyi maddə narkotik vasitənin heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni özünün istifadəsi üçün “Fuad” adlı şəxsdən alıb əldə etdiyini göstərmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddənin aşkar edilərək götürülməsi prosesi videolentə alınmaqla bir ədəd CD diskə köçürülmüşdür. Tədqiq olunan xx xxxxxxxx 2020-ci il tarixli həmin protokolun tərtibatı zamanı prosessual tələblərə əməl edilmişdir (iş vərəqə: səh. 29-31). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesini özündə əks etdirən “CD” diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli şalvarının sol yan cibində saxladığı içərisində naməlum maddələr olan 04 ədəd şəffaf sellofan bükümləri çıxardaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən ikisinin içərisində heroin narkortik vasitəsi, ikisinin içərisində limon duzu olmasını bildirməsi, narkotik vasitəni özünün istifadəsi üçün “Fuad” adlı şəxsdən almasını bildirməsi müşahidə olunur (iş vərəqə: səh. 139). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesini özündə əks etdirən “CD” diskdə olan videogörüntülərlə müəyyən olunur ki, “CD” diskdə olan videogörüntülər şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesini özündə əks etdirən “CD” diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokollara uyğundur (iş materiallarında olan CD formatlı disk). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd sellofan..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi- 3,013 qram; 3.209 qram; ümumilikdə təmiz çəkisi – 6.222 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, iki ədəd bükümdə təmiz çəkisi 2,203 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqat üçün təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (iş vərəqə: səh. 39-43). İbtidai istintiaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6,222 qram təşkil edən heroin narkotik vasitəsi və şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,142 qram təşkil edən heroin narkotik vasitəsi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına tikilmişdir (iş vərəqə: səh. 89-90, 92, 144-150). Bundan başqa, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən, ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 127-128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxxxxxxx 2020-ci il tarixli, 007-9916-1220 nömrəli istintaq tapşırığına əməliyyat orqanı tərəfindən verilmiş cavab məktubunun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, yəni əməliyyat tapşırığında göstərilən məsələlər öz təsdiqini tapmamışdır (iş vərəqə: səh. 95-96; 126). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli qərarı Bakı şəhər Nərimanov rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh. 98). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 151-152). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “NZS” qəsəbəsində naməlum şəraitdə anket məlumatları müəyyənləşdirilməmiş “Fuad” adlı şəxsdən iki ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 3,013 və 3,209 qram olan və ümumi təmiz çəkisi 6,222 qram təşkil edən heroin narkotik maddəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilən hər üç şahid - Azərbaycan Respublikası DİN-nin, BMCMİ-nin Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirində birbaşa iştirak etmiş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsasında saxlamalarına, ondan 02 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə, ümumi təmiz çəkisi 6,222 qram təşkil edən heroin narkotik vasitəsi aşkar olunub götürülməsinə baxmayaraq, aparılan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması barədə konkret sübutlar əldə edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işində olan əməliyyat orqanının xx xxxxxx 2020-ci il tarixli, 088-16842-1220 nömrəli məktubundan (iş vərəqə: səh. 126) da göründüyü kimi baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmiş, lakin bunu təsdiq edəcək müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs barəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna uyğun əldə olunmasına və qanuna uyğun təqdim edilməsinə baxmayaraq, həmin materiallar yoxlanılarkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təsdiq olunmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi izahat və ifadələrində ondan 02 ədəd bükümlərdə aşkar olunub götürülən heroin narkotik vasitəsini anket məlumatlarını və harada yaşamasını bilmədiyi “Fuad” adlı şəxsdən aldığını, sonuncudan bir neçə dəfə öz istifadəsi üçün narkotik maddə aldığını, Fuadla telefon əlaqəsinin olmadığını, Fuadı NZS qəsəbəsində gəzişərkən gördüyünü bildirib, ondan 02 ədəd bükümlərdə ondan aşkar olunub götürülən heroin narkotik vasitəsini Fuaddan 100 manat pul müqabilində, öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3438 nömrəli rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edən narkomandır və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 6,222 qram təşkil etsə də, həmin miqdar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 6,222 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 124-125). Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bərdə rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xüsusi vəsiqə ilə, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi veteranıdır(iş materialları, M/V № 069483 saylı vəsiqənin kserosurəti). Təqsirləndirilən şəxs həm məhkəmə baxışı zamanı dindirilərkən və həm də son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşimanlığını ifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, birinci Qarabağ müharibəsi veteranı olmasını və tutduğu əməldən səmimi peşimanlığını ifadə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmasa belə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 3438 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib, Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi ilə əlaqədar ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrıldığını nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,142 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. İş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk isə baxılan cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,142 qram narkotik vasitə heroin narkotik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİnin maddi sübutların saxlanma kamerasında saxlanılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar