Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-623/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs, xx xxxx 1980-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə edilən əşyaları istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Belə ki, o, tanışları Şahid4, Şahid5, Şahid1, Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə adam oğurluğu cinayətini törətmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən qrupun üzvü Şahid1 24 mart 2017-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-dən “Hyundai Elantra” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, bundan sonra 25 mart 2017-ci il tarixdə Şahid4 icarəyə götürülmüş həmin avtomobildə Şahid1la, Şahid2 isə özünə məxsus “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qrupun üzvləri Şahid5, Təqsirləndirilən şəxs və cinayətin naməlum iştirakçısı ilə birlikdə oğurlamaq istədikləri Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4, dalan 2 ünvanının yaxınlığına gələrək sonuncunun evdən çıxmasını gözləmiş, həmin tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanda yerləşən “Rəvan” marketin qarşısına gəlmiş, Şahid4 qrupun üzvləri ilə birlikdə yol boyu arxadan onu müşahidə etmiş, həmin yerə çatdıqda isə Şahid4 idarə etdiyi “Hyundai Elantra” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzürlü səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs idarə etdiyi dayanmış vəziyyətdə olan “KİA RİO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyərək sonuncuya 1.100 manat dəyərində maddi zərər vurmaqla qarşısında saxlamış, Şahid2 isə idarə etdiyi “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırmış, bu zaman Təqsirləndirilən şəxs, Şahid5, Şahid1, Şahid2, Şahid4 və cinayətin naməlum iştirakçısı ilə birlikdə avtomobillərdən yerə düşərək yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, alın, sol gicgah, sağ göz ətrafı nahiyələrinin qançırları, bel və sol diz oynağı nahiyələrinin sıyrıqları, həmçinin Şahid4 istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi dəstəyi gümüşü rəngli qatlanan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud və sol sağrı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin İ və V barmaqlarının əsas falanqalarının kəsilmiş yaraları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə edilməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq hərəkətləri törətmiş, hadisənin davamı olaraq Təqsirləndirilən şəxs qrupun digər üzvləri Şahid5, Şahid1, Şahid2, Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən həmin bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə məcburi qaydada Şahid2 idarə etdiyi “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərək onun iradəsinə zidd olaraq naməlum istiqamətdə apararkən, avtomobil qısa məsafə qət etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb qaçmaq istədikdə Təqsirləndirilən şəxs, Şahid5, Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən Zərərçəkmiş şəxs tutub yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə yerləşdirmiş, bu vaxt arxadan onları müşayiət edən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı Az **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildən Şahid4 yerə düşərək Şahid2 məxsus “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib nəqliyyat vasitəsini hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs yenidən avtomobilin yük yerini içəridən açaraq oradan yerə düşüb ətrafdakı insanları köməyə çağırdığı üçün Təqsirləndirilən şəxs qrupun digər üzvləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, işləmək üçün əsasən Rusiya Federasiyasına gedib-gəlirmiş. Zərərçəkmiş şəxs yaşadığı Şirvan şəhərindən tanımış. Elşənlə münasibətləri yaxşı olmamışdır. Belə ki, Elşənin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmiş və ona dəfələrlə bu barədə xəbərdarlıq etmişdir. Lakin Elşən onun sözlərinə məhəl qoymamış və narkotik vasitələrin satışına davam edirmiş. Buna görə də qərara gəlmişdir ki, onu cəzalandırsın və bu yolla Elşəni bu əməlindən döndərsin. 2017-ci ilin mart ayında Rusiya Federasiyasından ailəsini ziyarət üçün Azərbaycan Respublikasına gəlmişdir. Bura gəldikdən sonra Şirvan şəhərinə gəlmişdir. Ailəsi ilə vaxt keçirdikdən sonra tanışı Şahid2 ilə əlaqə saxlamışdır. Rüfətlə Beynəlxalq avtovağzalın inzibati ərazisində görüşmüş və Rüfət idarə etdiyi «Hyundai Elentra» markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomobili sürməsi üçün ona vermişdir. Rüfətin maşını ilə Şirvan şəhərində görməli olduğu zəruri işləri görmüş. 23 mart 2017-ci il tarixdə Şahid5 ilə Bakı şəhərində görüşmüşlər. Əli ilə görüşə Şahid2la Rüfətə məxsus ağ rəngli «Hyundai Elantra» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir. Bir yerdə olan zaman Şahid4 zəng edərək görüşmək istədiyini bildirmişdir. 23 mart 2017-ci il tarixdə Şahid4 və Şahid1 ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşlər. Şahid4 qeyd olunan ünvana Şahid1la birlikdə sonuncuya məxsus «Tofaş» markalı, **-KJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla gəlmişdir. Görüş zamanı Şahid4 Zərərçəkmiş şəxs tapmaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlara Elşənin Şirvan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, dəfələrlə ona bu barədə xəbərdarlıq etdiyini, lakin Elşənin buna məhəl qoymadığını, buna görə də cəzalandırılmalı olduğunu bildirmişdir. Orada olan şəxslər Təqsirləndirilən şəxsla razılaşmış və onlar birlikdə Elşəni tapb cəzalandırmaq barədə razılıq əldə etmişlər. Onlar həmin gün yenidən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt qərara gəlmişlər ki, Şahid1 idarə etdiyi «Tofaş» markalı və Şahid2 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobili ilə gedib Zərərçəkmiş şəxs tapsınlar və evindən çıxdıqda onu tutub döysünlər. Şahid1 öz avtomobili ilə Zərərçəkmiş şəxs arxası ilə getmək istəmədiyini, çünki idarə etdiyi avtomaşın başqa şəxsə məxsus olduğundan gələcəkdə həmin şəxs üçün problem yaranması istəmədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, onda Şahid1 üçün kirayə yerindən bir neçə günlük avtomobil icrayə götürsünlər. Həmin vaxt Şahid2 kirayə avtomobil tapmaq üçün mobil telefonundan internete daxil olmuş və «X20 555» kirayə yerindən avtomobil tapmış. Tapmış olduğu avtomobil «Hyundai Elantra» markalı avtomobili olmuşdur. Səhəri gün yəni 24 mart 2017ci il tarixdə o, Şahid2 və Şahid1 bir yerdə «X20 555» ünvanına gedərək oradan bir günü 55 manat olmaq şərti ilə «Hyundai Elantra» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 adına rəsmişdirərək icarəyə götürmüşlər. O, avtomaşının iki günlük pulunu, yəni 110 manatını ödəmişdir. Sonradan o, Zərərçəkmiş şəxs rayonda olduğunu öyrənmişdir. 25 mart 2017-ci il tarixdə səhər saat 11-12 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində «Bakı Beynəlxalq» avtovağzalında görüşərək orada yerləşən kafelərin birində səhər yeməyi yemişlər. Yemək zamanı bir daha danışıb qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evinin yaxınlığına gedərək onu izləyib evdən çıxmasını gözləsinlər və Elşən evdən çıxdıqdan sonra onun arxasınca düşüb münasib yerdə onu saxlatdırıb layiqli cəzasını versinlər. Həmin vaxt Kamilin üzərində bıçaq olduğu üçün Təqsirləndirilən şəxs ona bıçaq söhbəti olmasın deyə xəbərdarlıq etmişdir. Oradan qalxdıqdan sonra o, Şahid2 ilə Rüfətə məxsus «Hyundai Elantra» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid5, Şahid4 və Şahid1 onun adına sənədləşdirilərək kirayə götürülmüş «Hyundai Elantra» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhərinin inzibati ərazisində yerləşən dairəyə gəlmişlər. Həmin vaxt Şahid1 adına rəsmişdirilərək icarəyə götürülmüş avtomobili Şahid4 idarə etmişdir. Onlar bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 7-ci döngədə Zərərçəkmiş şəxs evinin yanına gələrək orada gözləmişlər ki, Elşən evdən çıxsa onu izləyək danışdıqları kimi tutub döysünlər. Əvvəlcədən Zərərçəkmiş şəxs «Kia Rio» markalı, **-ZL- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini bilmişlər. Həmin gün təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs evdən idarə etdiyi «Kia Rio» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb hərəkət etməyə başlamışdır. Onlar Zərərçəkmiş şəxs arxası ilə getmişlər. Elşən Binəqədi rayonu ərazisində yerləşən «Rəvan» marketin yaxınlığından maşından düşmüş və marketə girmişdir. Lakin Elşən qısa vaxta marketdən çıxmışdır. Bu zaman Şahid4 idarə etdiyi «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobillə Elşənin avtomobilinin arxa tərəfindən vurmuşdur. Zərərçəkmiş şəxs avtomaşını sürüb qaçmaq istədikdə o, Şahid4 zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bu dəfədə qaça bilər onun avtomobilini vursun. Kamil də idarə etdiyi «Hyundai Elantra» markalı **-PS-*** dövlət qeydiyyat nişanı avtomobillə Elşənin idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurmuş və Elşən bundan sonra avtomobildən yerə düşmüşdür. Elşən yerə düşən kimi o, Şahid5, Şahid2, Şahid1, Şahid4 hər iki avtomobildən düşərək Elşənin üzərinə hücum etməklə onu yumruq və təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrindən vurmağa başlamışlar. Bu zaman o, Şahid4 əlində bıçağın olmasını görmüşdür. Kamil əlində olan bıçaqla Elşəni bud və yan nahiyəsindən iki dəfə vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, Elşəni avtomobilin yük yerinə qoyub aparmaqla başqa yerdə dərsini versinlər. O, fikirləşmişdir ki, Elşəni bir qədər avtomobilin yük yerində gəzdirdikdən sonra onu buraxarlar. Yəni onu konkret olaraq harasa aparmaq barədə fikirləşməmişlər. Bundan sonra onlar yerdə yığılı vəziyyətdə olan Zərərçəkmiş şəxs Şahid2 məxsus olan «Hyundai Elantra» markalı **-DM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt avtomobili Şahid2 idarə etməklə o və Əli Hüseynov həmin avtomobilə əyləşmişlər. Şahid1 və Şahid4 isə kirayə götürdükləri avtomaşına əyləşmişlər. Şahid2 avtomobili idarə edib təxminən 200-300 mert məsafə qət etmişdi ki, Zərərçəkmiş şəxs avtomaşının yük yerini içəridən axaraq özünü yerə atmışdır. Elşən qaçmasın deyə Şahid2 tez bir zamanda avtomobili saxlamışdır. Bu zaman o və Şahid5 avtomaşından tez çıxıb Elşəni tutaraq yerə yıxıb yumruq və təpik zərbələri ilə yenidən döyməyə başlamışlar. Şahid2 sonradan yanlarına gəldikdə Elşənin ayaq və bədənin müxtəlif tərəfindən tutaraq yenidən avtomaşının yük yerinə qoymuşlar. Bu zaman Şahid1 idarə etdiyi ağ rəngli «Hyundai Elentra» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla arxadan onların yanına gəlib çatdıqda Şahid4 həmin avtomaşından düşüb Şahid2 idarə etdiyi avtomaşının sükanın arxasına keçmişdir. Bu zaman o, qabaqda, Şahid5 və Şahid2 isə arxada əyləşmişlər. Avtomaşın hərəkətə başlayıb bir az məsafə qət etmişdir ki, bu zaman avtomaşının yük yeri yenidən açılmış və Elşən özünü avtomaşının yük yerindən yerə ataraq qaçmağa başlamışdır. Şahid4 avtomaşını saxladıqda Şahid5 avtomaşından düşüb bir neçə metr Elşənin arxası ilə qaçsada onu tuta bilməmişdir. Hadisənin baş verdiyi yer ictimai yer olduğundan, ətrafda çoxlu sayda isnsanlar olduğundan və Elşən qışqıraraq kənar şəxsləri köməyə çağırdığından onlar dayanıb yenidən avtomaşına əyləşərək oradan uzaqlaşmışlar. Məhkəmədə üzürlü səbəblərdən iştirak edə bilməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsi tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid1 uşaqlıq illərindən tanımış, ailəsi ilə birlikdə Şirvan şəhərində yaşamasını və taksi fəaliyyəti ilə məşğul olmasını bilmişdir. Şahid1 qara rəngli 90KC679 dövlət qeydiyyat nişaşlı «Tofaş» markalı avtomobil idarə edərək taksi fəaliyyəti ilə məşğul olmasını, həmin avtomaşını ona Şahid4 alıb verməsini, çox vaxtı Şahid4 ilə bir yerdə olmalarını bilmişdir. Hikmət Vəliyevlə uşaqlıq dostu olduqlarını və ailəvi münasibətlərinin olduğunu bildirmişdir. Şahid3 tanıdığını, onun Şirvan şəhrində yaşamasını bildmişdir. Təqsirləndirilən şəxs, Şahid4 və X10 şəhərindən tanımasını, Şahid2 Şirvan şəhərindən olsa da, lakin sonradan Bakı şəhərinə köçdükləri üçün onu qiyabi olaraq tanımasını bildirmişdir. Hadisə baş verən zamanı onu tanımasa da, lakin sonradan dəqiqləşdirmə apardıqda bilmişdir ki, Şahid2 kimdir və onu döyərək yük yerinə qoyduqları “Hyundai Elantra” markalı 99DM018 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Şahid2 ilə hər hansı bir münasibəti olmamışdır. Şahid5 25 mart 2017-ci il tarixdə ona qarşı törədilmiş hadisə zamanı görmüşdür. 25 mart 2017-ci il tarixdə ona qarşı baş vermiş cinayət hadisəsi ilə bağlı onu qeyd etmişdir ki, Şahid3 02 mart 2017-ci il tarixdə Novruz bayramı ilə əlaqədar Şirvan şəhərinə gəlmiş, o, Şirvan şəhərində olarkən tanışı Fərid Vəliyevlə aralarında mübahisə baş vermişdir. Fərid ona zəng edərək Rüfətin onu çay evinə çağrıb «oğru»ya pul çatmalıdır, ondan aylıq pul tələb etməsini bildirmişdir. X7 Əkbərov çay evinə çağırdığından sonuncunun istifadəsində olan mobil telefona zəng etmiş, səbəbini soruşduqda telefonda Bəxtiyar ilə aralarında mübahisə yaranmış, ünvanlarına nalayiq söyüşlərlə işlətmişlər. Sonradan telefonu Şahid3 alaraq ona «sən kimsən ki, bizim işimizə müdaxilə edirsən» ifadəsini işlətmişdir. Şahid3 ona bildirmişdir ki, özünün kimi olmasını yaxın vaxtlarda ona göstərəcəkdir. 25 mart 2017-ci il tarixdə Şahid1, Təqsirləndirilən şəxs, Şahid5, Şahid4, Şahid2 dəstə halında onu cəzalandırmaq məqsədi ilə idarə etdikləri avtomaşınla idarə etdiyi avtomaşını vurub zədələdikdən sonradan onu əlləri və ayaqları ilə zərbələr vurub bədən xəsarətiləri yetirmişlər. O, köməksiz vəziyyətdə yerdə uzaqlı qalmış, qışqırıb kömək istədikdə həmin şəxslər ətrafda olan şəxslərə bunun namus məsələsi olmmasını bildirib müdaxilə etməməlrini bildirmişlər. Sonradan Şahid4 əlində olan bıçaqla bir dəfə sol bud və sol yan nahiyəsindən vurub xəsarət yetirmişdir. Bu azmış kimi onların ürəkləri soyumayıb onu avtomaşının yük yerinə qoyub naməlum istiqamətə aparmaq istəmişlər. O, avtomaşında təxminən 2-3 dəqiqə huşsuz vəziyyətdə qalmış, ayıldıqda özünü avtomaşının yük yerində olduğunu görmüşdür. Orada qırmızı rəngli düyməni basıb yük yerinin qapısını açıb özünü hərəkətdə olan avtomaşından yerə atmışdır. Onlar avtomaşını saxladıqda avtomaşından dörd nəfər şəxs düşərək yenidən onu yumruq zərbərləri ilə döyərək yenidən avtomaşının yük yerinə qoymuşlar. Avtomaşın təxminən bir neçə mert məsafə getmişdir ki, o, yenidən həmin qırmızı rəngli düyməni basıb yük yerinin qapısını açmış, avtomaşının sürətini az olduğunu görüb yük yerindən düşüb qaçmağa başlamışdır. Avtomaşın dayandıqda onlardan biri onun arxası ilə qaçsada, lakin o, qışqırıb ətrafda olan insanları köməyə çağırb burada adam oğurlayırlar ifadəsini işlətdikdə həmin şəxs geri qayıtmışdır. Bıcaq xəsarətini ona Şahid4 yetirmişdir. Şahid4 özü də olmaqla onların hamısı onu döyərək xəsarət yetirmişlər. Hamısı onu eyni vaxtda döydükləri üçün onların hərəkətlərini bölməkdə çətinlik çəkmişdir. 25 mart 2017-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı Ruslan müəllim ilə birlikdə hadisə yerində olarkən Şahid4 ona xəsarət yetirdiyi bir ədəd qatlanıb açılan bıçağın idarə etdiyi avtomobilin yanında olmasını aşkar etmişlər. Hadisə zamanı kiməsə müqavimət göstərməmişdir. Həmin şəxslər onun arxası ilə Şahid3 sifarişi əsasında gəlmişlər. Çünki hadisə zamanı orada iştirak etmiş Şahid4, Şahid1, Şahid2, Əli Hüsyenli və tanımadığı şəxslə onun əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. Onlar onu döyüb avtomobilin yük yerinə qoyduqda hara aparacaqları barəsində ona heç bir söz deməmişlər. Lakin hadisədən əvvəl Şahid3 ilə telefonda danışarkən sonuncu özünün kim olmasını yaxın vaxtlarda ona göstərəcəyini, onu Şirvan şəhərinə gətizdirib həyatı başa salacağını bildirmişdir. Həmin şəxsləri sonradan Şahid3 sözünə görə Təqsirləndirilən şəxs toplamışdır. Hadisə zamanı onun əşyası talanmamış və itməmişdir. Hadisə zamanı idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 mart 2017-ci il tarixdə o, dostu Şahid4 ilə bir yerdə olarkən həmyerlisi Cəfərov X5 Əmirova zəng edrək görüşmək istiədiyini bildirdikdə Şahid4 iştirakı ilə onunla Abşeron rayonu Xırdalan şəhərində dairə adlanan yerdə görüşmüşlər. Həmin görüşə idarə etdiyi «Tofaş» markalı avtomaşınla getmişdir. Təqsirləndirilən şəxs isə ora Şahid2 aid ağ rəngli «Hyndai Elantra» markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişdir. Təqsirləndirilən şəxs və Şahid2 başqa onların yanında Şahid5 da olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs Şahid4 bildirmişdir ki, Şirvan şəhər sakini, hazırda Bakı şəhərində Binəqədi rayonunda yaşayan Zərərçəkmiş şəxs tapıb döymək lazımdır. Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, Elşən bir sıra yerlərdə ağzını boş-boş qoyub nə gəlirsə danışır. Kimələrinsə ünvanına söyüşlər söyür, dili uzanıb, kəsmək lazımdır. Belə ki, Zərərçəkmiş şəxs ilə Şirvan şəhərin sakini Şahid3 arasında X2 üstündə telefondan sözlü şəkildə mübahisə olmuşdur. Onlar bir-birinin ünvanına nalayiq küçə söyüşləri söymüşlər. Şahid3 Zərərçəkmiş şəxs bildirmişdir ki, ona özünün kimi olmasını yaxın vaxtlarda göstərəcəkdir. Həmin gün qərara gəlmişlər ki, onun «Tofaş» markalı və Şahid2 «Hyundai Elantra» markalı, 99DM018 dövlət nömrə nişasnlı avtomobili ilə gedib Zərərçəkmiş şəxs tapsınlar. O, isə etiraz edərək öz avtomobili ilə getməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs demişdir ki, onda ona kirayə avtomobil götürsünlər. Həmin vaxt Şahid2 kirayə avtomobil tapmaq üçün internetə daxil olmuş və «X20 555»-dən avtomobil tapmışdır. 24 mart 2017-ci il tarixdə idarə etdiyi «Tofaş» markalı, 90KC679 dövlət nömrə nişanlı avtomobili saz vəziyyətdə olmasına baxmayaraq aparıb Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində olan «Lukoil» yanacaq doldurma məntəqəsinin yanında olan avtotəmir yerinin qarşısında saxlamışdır. Avtomobili orada saxlamaqda məqsədi o, olmuşdur ki, birdən səhəri gün hansısa çətinlik olsa desin ki, avtomobili yaxşı işləmədiyi üçün təmir yerinə qoymuşdur. Həmin gün Təqsirləndirilən şəxs, Şahid2 və o, bir yerdə «X20 555»-dən «Hyundai Elantra» markalı, 10PS573 dövlət qeydiyyat nişanlı avtomobili onun adına sənədləşdirərək bir günü 55 manat olmaqla icarəyə götürmüşlər. Avtomobilin pulunu Təqsirləndirilən şəxs 110 manat olmaqla ödəmişdir. Sonradan Təqsirləndirilən şəxs kiməsə zəng etdikdə Eləşən Günəşovun rayona olduğunu öyrənmişdir. 25 mart 2017-ci il tarixdə səhər saat 11 radələrində zəngləşib «Hyundai Elantra markalı, 10PS573 dövlət nömrə nişanlı avtomobillə gedib «Tri Karona» adlanan yerdən Kamili götürmüş və birlikdə «Bakı Beynəlxalq» avtovağzalına gəldikdə orada Təqsirləndirilən şəxs, Şahid2 və Şahid5 ilə görüşərək “Görüş” kafesində birlikdə yemək yemişlər. Yemək yeyən zaman qərara gəlmişlər ki, Elşənin evinin yanına gedərək onu izləyib və evdən çıxandan sonra onun arxasınca düşüb münasib yerdə onu saxladaraq cəzalandırsınlar. Həmin vaxt Kamilin üzərində bıçaq olduğu üçün Təqsirləndirilən şəxs ona demişdir ki, bıçaq söhbəti olmasın. Kafedən çıxdıqda Təqsirləndirilən şəxs Şahid2 ilə ona məxsus «Hyundai Elantra» markalı, 99DM018 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, o, Şahid4 və Şahid5 onun adına sənədləşdirilərək kirayə götürülmüş «Hyundai Elantra» markalı, 10PS573 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Xırdalan şəhərinin inzibati ərazisində yerləşən dairəyə gəlmişlər. Həmin vaxt icarəyə götürmüş olduqları avtomobili Şahid4 idarə etmişdir. Şahid2 və Təqsirləndirilən şəxs bir yerdə gedib birinci dəfə idi ki, gördüyü «Ziya» adlı şəxsi Xırdalan dairəsindən götürmüşlər. Onlar bir yerdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 7-ci döngədə Elşənin evinin yanına gələrək orada gözləmişlər ki, Elşən evdən çıxsa onu izləyək danışdıqları kimi tutub döysünlər. Həmin gün saat təxminən 13 radələrində Elşən evdən idarə etdiyi «Kia Rio» markalı, 10ZL958 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə çıxıb Binəqədi rayonun inzibati ərazisində BDYPİ-nə tərəf hərəkət etməyə başlamışdır. Yolda onun hərəkətə başladığı ilk 3-5 dəqiqə müddətindən sonra Elşən orada yerləşən «Rəvan» marketə düşmüşdür. Lakin Elşən qısa vaxta marketdən çıxmışdır. Bu zaman Şahid4 idarə etdiyi «Hyundai Elantra» markalı, 10PS573 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun avtomobilinin arxa tərəfindən vurmuşdur. Bu zaman Elşən sürüb qaçmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid4 zəng edərək bildirmişdir ki, Elşən Cəfərov bu dəfə də qaça bilər, onun avtomobilini vursun. Kamil də idarə etdiyi «Hyundai Elantra» markalı, 10PS573 dövlət nömrə nişanlı avtomobillə Elşənin avtomobilin sol qabaq hissəsindən vurmuş və Elşən bundan sonra yerə düşmüşdür. Elşən yerə düşən kimi, Təqsirləndirilən şəxs, Şahid2, Əli Hüsyenli, Şahid4 və Ziya adlı şəxs hər iki avtomobildən düşərək Elşənin üzərinə hücum etməklə onu əl və ayaq zərbələri ilə bədəninin müxtəlif yerlərindən vurmağa başlamışlar. O, isə həmin vaxt avtomaşında qalmış və həmin hadisəyə müdaxilə etməmişdir. Bunu Şahid4 və digərləri təsdiq edə bilərlər. Həmin vaxt o, anidən Şahid4 əlində bıçağın olmasını görmüşdür. Kamil həmin bıçaqla Elşəni iki dəfə bud və yan tərəfindən vurmuşdur. Bundan sonra onlar Zərərçəkmiş şəxs Şahid2 məxsus olan «Hyundai Elantra» markalı, 99DM018 dövlət qeydiyyat nömrə nişasnlı avtomobilin yük yerinə qoyaraq həmin avtomobili Rüfət idarə etməklə Əli, Elvin, Ziya adlı şəxs həmin avtomobilə əyləşib getmişlər. O, həmin vaxt «Hyundai Elantra» markalı, 10PS573 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün sükanın arxasına keçmişdir. Şahid4 də gəlib avtomobilin qabaq qapısını açıb əyləşdikdə onların getdiyi istitaqmətdə hərəkət etməyə başlamışlar. Yolda Şahid2 məxsus «Hyundai Elantra» markalı, 99DM018 dövlət qeydiyyat nömrə nişasnlı avtomobilin yük yeri açıldığını və Elşən özünü yerə atdığını görmüşdür. Bu vaxt həmin avtomobildə olan Əli Hüsyenli, Təqsirləndirilən şəxs, Ziya adlı şəxs və Şahid2 yerə düşərək onu döyə-döyə yenidən olduqları avtomobilin yük yerə qoymuşlar. Bu vaxt o, idarə etdiyi avtomaşınla onlara çatdığından Şahid4 tez bir zamanda idarə etdiyi «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nömrə nişanlı avtomaşından yerə düşərək Şahid2 idarə etdiyi «Hyundai Elantra» markalı 99DM018 dövlət qeydiyyat nömrə nişasnlı avtomaşının sükanın arxasına əyləşərək avtomobili idarə etməyə başlamışdır. O, idarə etdiyi avtomaşınla onları ötüb irəliyə keçmişdir. O, sonradan nə hadisəsinin baş verməsini görə bilməmişdir. Təxminən 20 dəqiqədən sonra o, onlarla «Bakı Beynəlxal» avtovağzalının avtomobillərin dayanacağı yerində görüşmüşlər. Həmin vaxt ona məlum olmuşdur ki, Eləşən Günəşovu avtomaşının yük yerinə qoyub hərəkətə başladıqda o yenə də avtomaşının yük yerindən düşüb qaça bilmişdir. Bildirmişdir ki, onların Elşəni oğurlamaq fikirləri olmayıb, ətrafda çox adam olduğu üçün onu baqaja qoyub kənarda döymək istəmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ağ rəngli «Hyundai Elentra» markalı, 99DM018 qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 2013-cü il tarixdə «Yapı Kredi» bankından aylığı 720 ABŞ dolları ödəmək şərti ilə almışdır. 25 mart 2017-ci il tarixinə kimi olan müddət ərzində Bakı-İstanbul reysi üzrə “Bakı Beynəlxalq avtovağzal” da avtobus sürücüsü işləmiş. 19 mart 2017-ci il tarixdə tanışı və Şirvan şəhərindən olan Təqsirləndirilən şəxs ilə işlədiyi Beynəlxalq avtovağzalın inzibati ərazisində görüşüb idarə etdiyi «Hyundai Elentra» markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomobil sürməsi üçün ona vermişdir. 24 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus avtomaşınla Bakı şəhərinə gəlmişdir. Ailəsi «Novruz» bayram ilə əlaqədar olaraq Şirvan şəhərində olmuşdur. 25 mart 2017-ci il tarixdə səhər saatlarnda Təqsirləndirilən şəxs ilə qərara gəlmişlər ki, Şirvan şəhərinə getsinlər. Məqsəd, gedib ailəsini gətirmək olmuşdur. Həmin gün təxminən 11 radələrində evdən çıxdıqda onlar Xırdalan şəhərinin inzibati ərazisində yerləşən «Dörd Yol» adlanan dairəyə çatdıqda Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng gəlmişdir. Təqsirləndirilən şəxs ilə telefonda danışan şəxs ona bildirmişdir ki, həmin şəxsi tapıblar və gəlsin. Elvin telefon danışığını bitirib ona bildirmişdir ki, bir nəfər şəxsi axtarmış, hazırda həmin şəxs tapılıbdır, xahiş etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu istiqamətində avtomaşını sürsün. Elvin telefon vasitəsi ilə danışıb konkret olaraq harada olmaları ilə maraqlandıqdan sonra onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan yerə gəlmişlər. Hətta onlar yolda olarkən Təqsirləndirilən şəxs yolun kənarında dayanmış, təxminən 30 yaşında olan bir şəxsi göstərib onu da avtomaşına mindirməsini bildirmişdir. Avtomaşını saxladıqda həmin şəxs gələrək arxada əyləşmişdir. Lakin həmin şəxs özü barəsində hər hansı bir məlumat verməmişdir. Təxminən 100 mert məsafə qət etmişdir ki, qarşıda sağ tərəfdə ağ rəngli «KİA» markalı, sol tərəfdə isə Şirvan şəhərindən tanıdığı Şahid1 idarə etdiyi avtomaşının dayandığını görmüşdür. Həmin vaxt «Şomu» ləqəbi ilə tanıdığı Şahid4 və sonradan şəxsiyyəti ona məlum olmuş Şahid5 əvvəllər Şirvan şəhərində yaşamış Elşən adlı şəxsi yumruq və təpik zərbələri vuraraq döymələrinin şahidi olmuşdur. Elşən yerə yıxılmış vəziyyətdə olmuşdur. O, özünü onlardan müdafiə etmək üçün əldə olmuş nazik bıçağı sol və sağa yellətmişdir. Həmin vaxt Şahid5 sifət nahiyəsindən qan gəlmişdir. Sanki kimsə ona sifət nahiyyəsini bıçaq ilə kəsilmişdir. O, onlara yaxınlaşdıqda yerdə yıxılı vəziyyətdə olmuş Elşən əlində ki, bıçağın arxa hissəsi ilə ayağından vurduqda o, təpik ilə vurub həmin bıçağı yerə salmışdır. Sonradan Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin soyunraraq ondan idarə etdiyi avtomaşının yük yerini açmasını bildirmişdir. O, ilkin olaraq elə zənn etmişdir ki, Təqsirləndirilən şəxs gödəkcəsini yük yerinə qoymaq istəyir. Avtomaşının yük yerini açdıqda “Şomu” ləqəbli Kamil, Əli və adının «Roma» olmasını eşitdiyi şəxslə birlikdə Elşən adlı şəxsi yerdən götürüb avtomaşının yük yerinə qoyub və yük yerini bağlayıb ona bildirmişlər ki, avtomaşını sürsün. O, avtomaşının idarə edib təxminən 200-300 mert məsafə qət etdikdə ayılmışdır ki, onun bu etdiyi cinayətdir, bu zamanı avtomaşını yolun ortasında saxlayıb içəridən yük yerinin qapısını açmışdır. Həmin vaxt yük yerində olan Elşən düşüb qaçmaq istədikdə arxadan kimsə ümumi olaraq bildirmişdir ki, əgər o, qaçsa onlar yandı ifadəsini işlətmişdir. Elşənin gedib onları polisə satacağından qorxmuşlar. Sonradan avtomaşında olmuş Təqsirləndirilən şəxs, Şahid5 və Roma adlı şəxs avtomaşından tez çıxıb Elşəni tutaraq yerə yıxıb yumruq və təpik zərbələri ilə yenidən döyməyə başlamışlar. O da avtomaşından düşüb onlara yaxınlaşıb Elşənin ayaq və bədən nahiyyəsindən tutuaraq yenidən uşaqlarını köməkliyi ilə avtomaşının yük yerinə qoymuşlar. Bu zaman Şahid1 idarə etdiyi ağ rəngli «Hyundai Elentra» markalı, 10PS573 qeydiyyat nişanlı avtomaşını ilə onların yanına gəldikdə Şahid4 həmin avtomaşından düşüb onun avtomaşının sükanın arxasına keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs qabaqda, o, Əli və Roma adlı şəxs arxada əyləşmişdir. Avtomaşın hərəkətə başlamışdır ki, bu zaman avtomaşının yük yeri yenidən açılmış və Elşən avtomaşının yük yerindən düşərək qaçmağa başlamışdır. Həmin vaxt avtomobilin yük yerin tam şəkildə bağlı olmamışdır. Şahid4 avtomaşını saxladıqda Təqsirləndirilən şəxs avtomaşından düşüb Elşənin arxası ilə bir neçə mert qaçıb dayanmış və yenidən avtomaşına mindikdə Kamil avtomaşını sürmüşdür. Oradan birbaşa «Bakı Beynəlxalq» avtovağzalın avtomaşının dayanacaq yerinə gəlmişlər. Həmin vaxt Kamil sağ əl nahiyyəsindən, Əli isə sifət nahiyyəsindən xəsarət almışdır. Lakin onları bu xəsarəti hansı şəraitdə almasını o, görməmişdir. Elvin gödəkcəsini avtomaşından götürdükdən sonra təklif etmişlər ki, onlarla birlikdə Moskva şəhərinə getsin. Lakin o, bundan imtina etmişdir. 25 mart 2017-ci il tarixdə təxminən saat 16 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəmə zəng gəlmiş, onunla telefonda danışan şəxs özünü təqdim edərək Binəqədi rayon Polis İdarəsinin əməkdaşı olduğunu və idarəyə gəlməsini bildirmişdir. Ona bildirmişlər ki, avtomaşınla yol nəqliyyat hadisəsi baş veribdir. O, dərhal Təqsirləndirilən şəxs istifadəsi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib polisdən axtarıldığını ona demişdir. Elvin bildirmişdir ki, 5 dəqiqədən sonra ona zəng edəcəkdir. Aradan bir müddət keçmiş Elvin yenidən ona zəng edərək narahat olmamasını, hər şeyin Şahid4luq olduğunu, həftənin birinci gününə kimi olan müddət ərzində məsələni həll edəcəyini bildirmişdir. Lakin sonradan Şahid1 həbs olmasını eşitdikdə qaçıb gizlənməyə başlamışdır. 28 iyun 2017-ci il tarixdə qərara gəlmişdir ki, könüllü olaraq polisə təslim olsun və həmin tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 mart 2017-ci il tarixdə dostu Təqsirləndirilən şəxs Əliqisəmət oğlu ona zəng etdikdə həmin gün tanışı Şahid1 iştirakı ilə onunla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Dairə» adlanan yerdə görüşmüşlər. Təqsirləndirilən şəxs isə ora tanışı Şahid2 aid ağ rəngli «Hyndai Elantra» markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişdir. Təqsirləndirilən şəxs və Şahid2 başqa onların yanında Şahid5 da olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şirvan şəhər sakini, hazırda Bakı şəhərində Binəqədi rayonunda yaşayan Zərərçəkmiş şəxs tapıb döymək lazımdır. Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, Elşən bir sıra yerlərdə ağzını boş-boş qoyub nə gəldi danışır. Kimələrinsə ünvanına söyüşlər söyür, dili uzanıb, kəsmək lazımdır. 24 mart 2017-ci il tarixdə qərara gəlmişlər ki, icarəyə avtomobil kirayə götürsünlər. Çünki idarə etdiyi avtomaşın başqa şəxsə məxsus olduğundan gələcəkdə həmin şəxs üçün problem yaranması istəməmişdir. 24 mart 2017-ci il tarixdə kirayə ev axtırdığına görə icarəyə avtomaşın görürülməsində iştirak etməmişdir. Həmin gün axşam saatlarında Şahid1la görüşdükdə onun «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomaşın idarə etməsini görmüşdür. Elvin bildirmişdir ki, həmin avtomaşını icarəyə götürüblər. Qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evindən çıxdqda onu tutub döysünlər. 25 mart 2017-ci il tarixdə o, Şahid1la Xırdalan şəhərinin inzibati ərazisinə gəlmişlər. Həmin vaxt Şahid1 icarəyə götürdüyü avtomaşını o, idarə etmişdir. Xırdalan şəhərində onlar Təqsirləndirilən şəxs, Şahid5 və Şahid2la görüşmüşlər. Onların yanında bir nəfər şəxsdə olmuşdur. Lakin həmin şəxsi tanımamış, onu birinci dəfə idi ki, görmüşdür. Həmin şəxs Şahid2 məxsus «Hyundai Elantra» markalı 99DM018 dövlət qeydiyyat nişanlı avtomaşınla ora gəlmişlər. Sonradan o, Şahid1la birlikdə icarəyə götürdükləri avtomaşında, Elvin Cəfərov, Əli Hüsyenli və tanımadığı şəxs Şahid2 məxsus «Hyundai Elantra» markalı avtomaşında Zərərçəkmiş şəxs yaşadığı Binəqədi rayonun inzibati ərazisində yerləşən evin yaxınlığına gəlmişlər. Həmin gün saat təxminən 13 radələrindən Zərərçəkmiş şəxs idarə etdiyi «KİA» markalı avtomaşınla çıxıb hərəkətə başladıqda o, Şahid1 idarə etdiyi avtomaşını yüksək sürətlə sürüb Elşənin idarə etdiyi avtomaşının sol qapısından vurub qarşıda saxlamışdır. Şahid2 isə idarə etdiyi avtomaşınla gəlib Elşənin idarə etdiyi avtomaşının arxasında saxlamışdır. Onlar avtomaşınlardan düşüb Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Həmin vaxt Elşənin əlində bıçaq olmuşdur. O, özünü onlardan müdafiə etmək məqsədi ilə bunu etmişdir. Hətta Elşən əlidəki bıçaqla Şahid5 sifətinə cüzi xəsarətdə yetirmişdir. Onlar Zərərçəkmiş şəxs döydükdən sonra əlindəki bıçağı alıb onun ayaq və yan nahiyyəsindən iki dəfə vurub bıçağı yerə atmışdır. Sonradan Təqsirləndirilən şəxs bildirmişdir ki, onun avtomaşının yük yerinə qoyub aparıb başqa yerdə dərsini versinlər. Bu səbəbdən Zərərçəkmiş şəxs döyərək Şahid2 avtomaşının yük yerinə salmışlar. Sonradan o, Elvin Hüsenyovun icarəyə götürdüyü avtomaşına əyləşmiş, avtomaşını həmin vaxt Elvin özü idarə etmişdir. Onlar Elşəni avtomaşının yük yerinə qoyub hərəkət etməyə başlamışlar. Onlar Şahid2 idarə etdiyi avtomaşının arxası ilə hərəkətdə olmuşlar. Onlar təxminən 300-400 mert məsafə qət etmişlər ki, Elvin ilə birlikdə onların yanına çatdıqda Elşənin hansa şəraitdə avtomaşının yük yerini açıb düşdüyünü görmüşdür. Yenidən Təqsirləndirilən şəxs, Şahid5, Şahid2 və onlarla birlikdə olan tanımadığı şəxs avtomaşında düşərək Elşəni tutub vətəndaşların gözləri qarşısında döyərək yenidən avtomaşının yük yerinə qoyduqda o, Elvin Hüsyenovun idarə etdiyi avtomaşından düşüb tez bir zamanda hərəkət edib oradan uzaqlaşmaq məqsədi ilə Şahid2 avtomaşının sükanın arxasına keçib avtomaşını sürmüşdür. Lakin həmin vaxt Elşən yenədə avtomaşının yük yerindən düşüb qaçmağa başlamışdır. Avtomaşında olan şəxslər ona avtomaşını saxlamağı dedikdə bildirmişdir ki, saxlamağa ehtiyac yoxdur, onu döyüb heyflərini ondan almışlar, qoyun getsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 24 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 üçü bir yerdə «X20 555» ünvanına gedərək oradan bir günü 55 manat olmaq şərti ilə «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 adına rəsmişdirərək icarəyə götürmüşlər. Həmin vaxt onun və tanışı Şahid4 şəxsi işləri olduğundan iştirak etməmişlər. Təqsirləndirilən şəxs avtomaşının iki günlük pulunu, yəni 110 manatını bubaşdan ödəmişdir. O, həmin gün axşam saatlarında onlarla görüşdükdə bunları görüb şahidi olmuşdur. Sonradan dostu Təqsirləndirilən şəxs kiməsə zəng edib danışdıqda həmin şəxs Eləşən Günəşovun rayonda olduğunu bildirmişdir. 25 mart 2017-ci il tarixdə səhər saat 11- 12 radələrində onlar Bakı şəhəri Binəqədi rayonu ərazisində «Bakı Beynəlxalq» avtovağzalında görüşərək orada yerləşən kafelərin birində səhər yeməyi yemişlər. Yemək zamanı bir daha danışıb qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evinin yaxınlığına gedərək onu izləyib evdən çıxmasını gözləsinlər. Elşən evdən çıxdıqdan sonra onun arxasınca düşüb münasib yerdə onu saxlatdırıb layiqli cəzasını versinlər. Həmin vaxt Kamilin üzərində bıçaq olduğu üçün dostu Təqsirləndirilən şəxs ona demişdir ki, , bıçaq söhbəti olmasın. Oradan durduqda dostu Təqsirləndirilən şəxs Şahid2 ilə ona məxsus «Hyundai Elantra» markalı 99DM018 dövlət qeydiyyat nişanlı avtomobillə, o, Şahid4 və Şahid1 onun adına sənədləşdirilərək kirayə götürülmüş «Hyundai Elantra» markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhərinin inzibati ərazisində yerləşən dairəyə gəlmişlər. Həmin vaxt Şahid1 adına rəsmişdirilərək icarəyə götürülmüş avtomobili Şahid4 idarə etmişdir. Şahid2 və Təqsirləndirilən şəxs bir yerdə gedib birinci dəfə idi ki, gördüyü «Roma» adlı şəxsi Abşeron rayonu, Xırdalan dairəsindən götürmüşlər. Onlar bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 7-ci döngədə Zərərçəkmiş şəxs evinin yanına gələrək orada gözləmişlər ki, Elşən evdən çıxsa onu izləyək danışdıqları kimi tutub döysünlər. Əvvəlcədən Zərərçəkmiş şəxs «Kia Rio» markalı, 10ZL958 dövlət qeydiyyat nişanlı avtomobil idarə etməsini bilmişlər. Həmin gün təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs evdən idarə etdiyi «Kia Rio» markalı, 10ZL958 dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb hərəkət etməyə başlamışdır. Yolda o, hərəkətə başladığı ilk 3-5 dəqiqə müddətindən sonra Elşən orada yerləşən Binəqədi rayonu ərazisində yerləşən «Rəvan» marketə düşmüşdür. Lakin Elşən qısa vaxta marketdən çıxmışdır. Bu zaman Şahid4 idarə etdiyi «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa tərəfindən vurmuşdur. Zərərçəkmiş şəxs avtomaşını sürüb qaçmaq istədikdə dostu Təqsirləndirilən şəxs Şahid4 zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bu dəfədə qaça bilər onun avtomobilini vursun. Kamil də idarə etdiyi «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanı avtomobillə Elşənin idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurmuş və Elşən bundan sonra avtomobildən yerə düşmüşdür. Elşən yerə düşən kimi o, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1, Şahid4 və Təqsirləndirilən şəxs tanışı olmuş «Roma» adlı şəxs hər iki avtomobildən düşərək Elşənin üzərinə hücum etməklə onu yumruq və təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrindən vurmağa başlamışlar. Həmin vaxt o, anidən Şahid4 əlində bıçağın olmasını görmüşdür. Kamil əlində olan bıçaqla Elşəni bud və yan nahiyəsindən iki dəfə vurmuşdur. Bu zaman dostu Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin soyunaraq bildirmişdir ki, Elşəni avtomaşının yük yerinə qoyub aparmaqla başqa yerdə dərsini versinlər. Lakin konkret olaraq hara gedəcəklərini deməmişdir. O, belə zənn etmişdir ki, o yolda olarkən hara gedəcəklərini onlara deyəcəkdir. Bundan sonra onlar yerdə yığılı vəziyyətdə olan Zərərçəkmiş şəxs Şahid2 məxsus olan «Hyundai Elantra» markalı 99DM018 dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt avtomobili Şahid2 idarə etməklə o, Təqsirləndirilən şəxs və adının «Roma» olmasını eşitdiyi şəxs həmin avtomobilə əyləşmişlər. Şahid1 və Şahid4 isə kirayə götürdükləri avtomaşına əyləşmişlər. Şahid2 avtomobili idarə edib təxminən 30 mert məsafə qət etmişdir ki, ona məlum olmayan səbəbdən Zərərçəkmiş şəxs avtomaşının yük yerini içəridən axaraq özünü yerə atmışdır. Elşən qaçmasını deyə Şahid2 tez bir zamanda avtomobili saxlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxs və Roma adlı şəxs avtomaşından tez çıxıb Elşəni tutaraq yerə yıxıb yumruq və təpik zərbələri ilə yenidən döyməyə başlamışlar. Şahid2 sonradan onun yanına gəldikdə Elşənin ayaq və bədənin müxtəlif tərəfindən tutuaraq yenidən avtomaşının yük yerinə qoymuşlar. Bu zaman Şahid1 idarə etdiyi ağ rəngli «Hyundai Elentra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomaşınla arxadan onların yanına gəlib çatdıqda Şahid4 həmin avtomaşından düşüb Şahid2 idarə etdiyi avtomaşının sükanın arxasına keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs qabaqda, o, Şahid2 və Roma adlı şəxs isə arxada əyləşmişlər. Avtomaşın hərəkətə başlayıb bir az məsafə qət etmişdir ki, bu zaman avtomaşının yük yeri yenidən açılmış və Elşən özünü avtomaşının yük yerində yerə ataraq qaçmağa başlamışdır. Şahid4 avtomaşını saxladıqda o, avtomaşından düşüb bir neçə metr Elşənin arxası ilə qaçmışdır ki, onun tuta bilsin. Hadisənin baş verdiyi yer ictimai yer olduğundan və ətrafda çoxlu sayda isnsanlar olduğundan və Elşən qışqıraraq kənar şəxsləri köməyə çağırdığından o, dayanıb yerindən avtomaşına əyləşmişdir. Oradan birbaşa Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Beynəlxalq» avtovağzalın avtomaşınların dayanacaq yerinə gəlmişlər. Sonradan o, Təqsirləndirilən şəxsla birlikdə onlardan ayrılmışdır. Onlar xəbər tutandakı artıq polis əməkdaşları Elşəni qarşı cinayət hərəkəti törətmiş şəxsləri axtarır, Təqsirləndirilən şəxs bildirmişdir ki, Moskva şəhərinə qaçmaq lazımdır, yoxsa bir az keçmiş polislər onları tutacaqdır. Təqsirləndirilən şəxs yenidən Kamilə zəng etdikdə onlar Yasamal rayonu ərazisində görüşmüşlər. Qərara gəlmişlər ki, Rusiya Federasiyasına getsinlər. Şahid1 və Şahid2 onlarla birlikdə getmələrini təklif etdikdə onlar bu təklifdən imtina etmişlər. 25 mart 2017-ci il tarixdə o, tanışları Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə «Samur» keçdiburaxılış məntəqəsindən Rusiya Federasiyasına ərazisinə keçmişdir. Şahid4 təxminən 3 ay müddətində Rusiya Federasiyasının Moskava şəhərində onlarla birlikdə yaşadıqdan sonra evə ailəsinin yanına getmək üçün ondan ayrılıb Azərbaycana gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 19 mart 2014-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 4, mənzil 19-da yerləşən «xxxx» MMC-nini direktoru vəzifəsində çalışır. MMC avtomobillərinin icarəyə verilməsi işlərini həyata keçirir. Bu fəaliyyətlə məşğul olması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyindən fiziki şəxs kimi qeydiyyatdan keçərək şəhadətnamə almışdır. X8 onun dostdur. Onun lizinq şərtləri ilə «xxxx» MMC-dən «Hyundai Elantra» markalı, 10PS573 dövlət qeydiyyat nişanlı avtomobil almasını bilmişdir. 2016-cı ilin dekabr ayında tanışı Musa Quliyev ona bildirmişdir ki, lizinqə götürmüş avtomaşına görə aylıq pulu ödəməkdə çətinlik çəkir və ona təklif etmişdir ki, həmin avtomaşını direktoru olduğu MMC tərəfindən müraciət edən müştərilərə gündəlik icarəyə versin. O, avtomaşını günlüyü 40 manatdan icarəyə verilməsi ilə bağlı Musa Quliyevlə razılığa gəlmişdir. Avtomaşını daimi olaraq Musa Quliyev özü idarə etmişdir, müştəriyə avtomaşın lazım olduqda Musaya zəng edərək məlumat vermişdir. Avtomaşın müşətəriyə veriləməmişdən əvvəl sazlığı barəsində «Akt» tərtib edilərək verilmişdir. 24 mart 2017-ci il tarixdə «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobili müştəri kimi müraciət etmiş Şahid1 günlüyü 55 manatdan olmaqla iki günlüyünə icarəyə verilmişdir. Şahid1 həmin avtomaşını müqavilə və etibarnamə əsasında iki günlüyünə icarəyə götürmüşdür. Şahid1 həmin avtomaşını 26 mart 2017-ci il tarixdə saat 18.00-da qaytarmalı idi. 26 mart 2017-ci il tarixdə avtomaşının harada olması ilə maraqlandıqda onun hərəkətsiz olması və BDYPİ-in «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 1 saylı duracağında olması müəyyən edilmişdir. X11 işçiləri ilə birlikdə ilkin olaraq cərimə meydançasına sonradan isə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə getmişlər. X14 məlumat verilmişdir ki, avtomaşını icarəyə götürmüş Şahid1 və onun tanışları tərəfindən cinayət hadisəsi törədildiyi üçün cərimə meydançasına təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Əmirov Püfət Əlirza oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs heç bir zamanı onun istifadəsində olan mobil telefona zəng edərək onunla əlaqə saxlamamışdır. Rusiya Federasiyasının Moskva şəhərində olmuş, 02 mart 2017-ci il tarixdə Moskva şəhərindən Azərbaycan Respublikasına, yəni Şirvan şəhərinə ailəsinin yanına qayıtmışdır. Zərərçəkmiş şəxs barəsində danışdığı Şirvan şəhər sakini X4 tanımış və Şirvan şəhərində yaşamasını bilmişdir. X15 aralarında hər hansı bir sözlü şəkildə mübahisə, dava-dalaşımış olmamış, bundan başqa kimlərəsə pul verməli olmasını ondan tələb etməmişdir. Zərərçəkmiş şəxs ona Fərid Vəliyevlə bağlı zəng etməmişdir. 2017-ci ilin mart ayının 18 tarixində Zərərçəkmiş şəxs ona məlum olmayan səbəbdən tanışı Bəxtiyar Əkbərovun istifadəsində olmuş mobil telefona zəng edərək onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Həmin vaxt o, telefonu Bəxtiyardan alıb Elşənə bildirmişdir ki, nalayiq sözlər söyləməsin, ayıbdır. Elşən ona «görüşərərik inşallah» sözlərini işlədib telefonu bağlamışdır. Ümumiyyətlə o, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsini bilməmişdir. Zərərçəkmiş şəxs onun barəsində göstərmiş olduqlarının hamısı yalandır. O, kimlərəsə onun döyülməsini və ya sonradan avtomobilin yük yerinə qoyulub oğurlanmasını sifariş etməmişdir. Şahid1, Təqsirləndirilən şəxs, Şahid5, Şahid4, Şahid2 tanımış, lakin 25 mart 2017-ci il tarixdə onların Bakı şəhərində Elşən ilə görüşüb nə səbəbdən onunla dava etmələri barəsində onun hər hansı bir məlumatı olmamışdır. O, özünü yalnız qanunsuz olaraq odlu silah əldə etməyə, saxlamaya və gəzdirməyə görə təqsirli bilir. Belə ki, o, həmin bir ədəd 9,0 mm kalibrli, odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapançanı və yeddi ədəd patronları 2017-cı ilin təxminən mart ayının əvvəllərində Ələt qəsəbəsində olarkən yolun kənarından sellofan torbaya bükülmüş halda yerdən tapmışdır. Torbanın açıb içərisinə baxdıqda bir ədəd üzərində Makarov sözləri yazılmış tapançanın və bir ədəd sandıqçasının içərisində isə 7 ədəd patronun olmasını görmüşdür. Kənar şəxslərin əlinə düşməsin deyə özü ilə götürmüş və silahı sonradan Bakı şəhəri, Yasamal rayonun inzibati ərazisində yerləşən “Yasamal” qəbristanlığı adlanan yerdə basdırıb gizlətmişdir. Silahdan xoşu gəldiyi üçün qərarı gəlmişdir ki, basdırdığı yerdən götürüb özü ilə birlikdə Şirvan şəhərinə aparsın. O, səbəbdən də 08 iyul 2018-ci il tarixdə o, Bakı şəhərinə gələrək silahı basdırdığı yerdən götürmüşdür. Həmin gün saat 19 radələrində o, təsadüfən həmyerlisi, tanışı və dostu X9 ilə Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt X12 şəhərinə getdiyini ona bildirmişdir. Sonradan onlar dövlət nişanı bilmədiyi «Mersedes» markalı taksi avtomobillinə əyləşib Şirvan şəhərinə yola düşmüşlər. Taksi sürücüsü yanacaq doldurmaq üçün Bakı-Ələt magistral yolunda yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinə daxil olduqda tanışı Natiq Əliyev siqaret almaq məqsədi ilə taksi avtomaşınından yerə düşüb marketə daxil olmuşdur. O da hava isti olduğundan taksi avtomaşından yerə düşərkən bu zaman bildiyi Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamışlar. Bu zamanı tanışı Natiq Əliyev marketdən çıxıb onun polis əməkdaşları tərəfindən saxlanıldığını görüb qaçarkən ona aid sənəd yerə düşmüşdür. Sonradan o, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis İdarəsində olarkən polis əməkdaşları onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət etdikdə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki qara rəngli idman şalvarının arxa bel nahiyyəsindən üzərində daşıyıb gəzdirdiyi odlu silah hesab edilən bir ədəd “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2017-ci il tarixli, 8905 saylı rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən 2007-ci il buraxılışlı “Kia Rio” markalı 90ZL958 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 1100,00 manat müəyyən edilir. O, cümlədən: Dəyişilməli hissələrin qiyməti- 500,00 manat; Təmir-bərpa işlərinin qiyəmti-600,00 manat. İş materiallarında olan məlumatlara əsasən 2013-cü il buraxılışlı “Hyundai Elantra” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 2340,00 manat müəyyən edilir. O, cümlədən: Dəyişilməli hissələrin qiyməti-1840,00 manat; Təmirbərpa işlərinin qiyəmti-500,00 manatdır. Cinayət işinə əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi Təcrübi və Tədris Birliyinin 21 aprel 2017-ci il tarixli 219/2017-MTBŞ nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- O alfa beta/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, qolsuz mayka üzərində və “Hyuday Elentra markalı 99DM018 döv.n/n-li a/m-nın müayinəsi zamanı yük yerində kapotun üzərindən” 02 ədəd tənzif tampona götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi Təcrübi və Tədris Birliyinin Bakı şəhəri Binəqədi rayon şöbəsinin 28 aprel 2017-ci il tarixli 326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol bud və sol sarğı nahiyyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin İ və V baramaqlarının əsas falanqalarının kəsilmiş yaraları, sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, alın, sol gicgah, sağ göz ətrafı nahiyyəllərinin qançırları, bel və sol diz oynağı nahiyyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlərdən sol bud və sol sarğı nahiyyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin İ və V baramaqlarının əsas falanqalarının kəsilmiş yaraları kəsici-deşici alət (əşya), ola bilsin bıçağın təsirindən, sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, sol gicgah, sağ göz ətrafı nahiyyəllərinin qançırları, bel və sol diz oynağı nahiyyələrinin sıyrıqları isə küt əşya (əşyalar) təsirindən tönəmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 25.03.2017-ci ildə törədilməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakteri, mexanzmi və yerləşmə yerini nəzərə alıb demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində törənməsi inkar olunur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi Təcrübi və Tədris Birliyinin 26 may 2017-ci il tarixli 145-MTKŞ/2017 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın bel nahiyyəsinin arxa sol səthində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələr, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş 2 saylı bıçaqla yetirilməsi inkar olunmur, 1 saylı bıçaqla yetirilməsi isə inkar olunur. Zərərçəkmiş şəxs məxsus şalvarın ön sağ ayadlığında aşkar edilmiş cırılma zədəsi küt qüvvə tətib etməklə şalvarın müvafiq nahiyyəsinin ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus poluver və köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus şalvarın arxa sol nahiyyəsindən aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələr, onun bədənin sol bud və sol sarğı nahiyyələrinin kəsilmişdeşilmiş yaraları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş digər xəsarətlər, sağ əlin İ və V barmaqlarının əsas falanqalarının kəsilmiş yaraları, sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları onun paltarları üzərində öz əksini tapmamışdır.Bu da həmin nahiyyələrin paltar ilə örtülməməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs sol bud və sol sarğı nahiyyələrində, hər birindən bir ədəd olmaqla deşilmiş-kəsilmiş yaralar, sağ əlin İ və V barmaqlarının əsas falanqalarında hər birində olmaqla kəsilmiş yaralar aşkar olundu. Bu xəsarətlər deşicikəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən töərnmişlər. Qeyd edilən xəsarətlərin ekspertizaya təqdim edilmiş 2 saylı bıçaqla və ya eyni xüsusiyyətə malik digər bıçaqla törənməsinin mümkünlüyü inkar olunmur, 1 saylı bıçaqla törənməsi isə inkar olunur. Ekspertizaya təqdim olunmuş 1 №-li bıçaq kustar üsulu ilə hazırlanmış qatlanmayan bıçaqdır və soyuq silah hesab edilir. Ekspertizaya təqdim olunmuş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatı kəsici-deşici xassəyə malik qatlanan tipli ov bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 29 oktyabr 2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun cinayət əməlini törətməsi tam sübut olunur. Belə ki, həm ibtidai istintaq, həmçinin də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verib, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə edilən əşyaları istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsini, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə cəhd etdiyini bildirmişdir. Cinayət işinin 03-cü cildinin, 03-cü cildinin, 167-170-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə müdafiəçisinin iştirakı ilə ifadə verərkn göstrmişdir ki, evlidir və üç övladı var. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. İşləmək üçün əsasən Rusiya Federasiyasına gedib-gəlirmiş. Zərərçəkmiş şəxs yaşadığı Şirvan şəhərindən tanıyır. Elşənlə münasibətləri yaxşı olmamışdır. Belə ki, Elşənin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişmiş və ona dəfələrlə bu barədə xəbərdarlıq etmişdir. Lakin Elşən onun sözlərinə məhəl qoymamış və narkotik vasitələrin satışına davam edirmiş. Buna görə də qərara gəlmişdir ki, onu cəzalandırsın və bu yolla Elşəni bu əməlindən döndərsin. 2017-ci ilin mart ayında Rusiya Federasiyasından ailəsini ziyarət üçün Azərbaycan Respublikasına gəlmişdir. Bura gəldikdən sonra Şirvan şəhərinə gəlmişdir. Ailəsi ilə vaxt keçirdikdən sonra tanışı Şahid2 ilə əlaqə saxlamışdır. Rüfətlə Beynəlxalq avtovağzalın inzibati ərazisində görüşmüş və Rüfət idarə etdiyi «Hyundai Elentra» markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomobili sürməsi üçün ona vermişdir. Rüfətin maşını ilə Şirvan şəhərində görməli olduğu zəruri işləri görmüşdür. 23 mart 2017-ci il tarixdə Şahid5 ilə Bakı şəhərində görüşmüşdür. Əli ilə görüşə Şahid2la Rüfətə məxsus ağ rəngli «Hyundai Elantra» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir. Bir yerdə olan zamanı Şahid4 zəng edərək görüşmək istədiyini bildirmişdir. 23 mart 2017-ci il tarixdə Şahid4 və Şahid1 ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşlər. Şahid4 qeyd olunan ünvana Şahid1la birlikdə sonuncuya məxsus «Tofaş» markalı, **-KJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla gəlmişdir. Görüş zamanı Şahid4 Zərərçəkmiş şəxs tapmaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlara Elşənin Şirvan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, dəfələrlə ona bu barədə xəbərdarlıq etdiyini, lakin Elşənin buna məhəl qoymadığını, buna görə də cəzalandırılmalı olduğunu bildirmişdir. Orada olan şəxslər Təqsirləndirilən şəxsla razılaşmış və onlar birlikdə Elşəni tapb cəzalandırmaq barədə razılıq əldə etmişlər. Onlar həmin gün yenidən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt qərara gəlmişlər ki, Şahid1 idarə etdiyi «Tofaş» markalı və Şahid2 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobili ilə gedib Zərərçəkmiş şəxs tapsınlar və evindən çıxdıqda onu tutub döysünlər. Şahid1 öz avtomobili ilə Zərərçəkmiş şəxs arxası ilə getmək istəmədiyini, çünki idarə etdiyi avtomaşın başqa şəxsə məxsus olduğundan gələcəkdə həmin şəxs üçün problem yaranması istəmədiyini bildirmişdir. Bu zaman Eıvin Cəfərov bildirmişdir ki, onda Şahid1 üçün kirayə yerindən bir neçə günlük avtomobil icrayə götürsünlər. Həmin vaxt Şahid2 kirayə avtomobil tapmaq üçün mobil telefonundan internete daxil olmuş və «X20 555» kirayə yerindən avtomobil tapmışlar. Tapmış olduğu avtomobil «Hyundai Elantra» markalı avtomobili olmuşdur. Səhəri gün yəni 24 mart 2017-ci il tarixdə o, Şahid2 və Şahid1 bir yerdə «X20 555» ünvanına gedərək oradan bir günü 55 manat olmaq şərti ilə «Hyundai Elantra» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 adına rəsmişdirərək icarəyə götürmüşlər. O, avtomaşının iki günlük pulunu, yəni 110 manatını ödəmişdir. Sonradan o, Zərərçəkmiş şəxs rayonda olduğunu öyrənmişdir. 25 mart 2017-ci il tarixdə səhər saat 11-12 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində «Bakı Beynəlxalq» avtovağzalında görüşərək orada yerləşən kafelərin birində səhər yeməyi yemişlər. Yemək zamanı bir daha danışıb qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evinin yaxınlığına gedərək onu izləyib evdən çıxmasını gözləsinlər və Elşən evdən çıxdıqdan sonra onun arxasınca düşüb münasib yerdə onu saxlatdırıb layiqli cəzasını versinlər. Həmin vaxt Kamilin üzərində bıçaq olduğu üçün Təqsirləndirilən şəxs ona bıçaq söhbəti olmasın deyə xəbərdarlıq etmişdir. Oradan qalxdıqdan sonra o, Şahid2 ilə Rüfətə məxsus «Hyundai Elantra» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid5, Şahid4 və Şahid1 onun adına sənədləşdirilərək kirayə götürülmüş «Hyundai Elantra» markalı **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhərinin inzibati ərazisində yerləşən dairəyə gəlmişlər. Həmin vaxt Şahid1 adına rəsmişdirilərək icarəyə götürülmüş avtomobili Şahid4 idarə etmişdir. Onlar bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 7-ci döngədə Zərərçəkmiş şəxs evinin yanına gələrək orada gözləmişlər ki, Elşən evdən çıxsa onu izləyək danışdıqları kimi tutub döysünlər. Əvvəlcədən Zərərçəkmiş şəxs «Kia Rio» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini bilmişlər. Həmin gün təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs evdən idarə etdiyi «Kia Rio» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb hərəkət etməyə başlamışdır. Onlar Zərərçəkmiş şəxs arxası ilə getmişlər. Elşən Binəqədi rayonu ərazisində yerləşən «Rəvan» marketin yaxınlığından maşından düşmüş və marketə girmişdir. Lakin Elşən qısa vaxta marketdən çıxmışdır. Bu zaman Şahid4 idarə etdiyi «Hyundai Elantra» markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobillə Elşənin avtomobilinin arxa tərəfindən vurmuşdur. Zərərçəkmiş şəxs avtomaşını sürüb qaçmaq istədikdə o. Şahid4 zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bu dəfədə qaça bilər onun avtomobilini vursun. Kamil də idarə etdiyi «Hyundai Elantra» markalı **-PS-*** dövlət qeydiyyat nişanı avtomobillə Elşənin idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurmuş və Elşən bundan sonra avtomobildən yerə düşmüşdür. Elşən yerə düşən kimi o, Şahid5, Şahid2, Şahid1, Şahid4 hər iki avtomobildən düşərək Elşənin üzərinə hücum etməklə onu yumruq və təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrindən vurmağa başlamışlar. Bu zaman o, Şahid4 əlində bıçağın olmasını görmüşdür. Kamil əlində olan bıçaqla Elşəni bud və yan nahiyəsindən iki dəfə vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, Elşəni avtomobilin yük yerinə qoyub aparmaqla başqa yerdə dərsini versinlər. O, fikirləşmişdir ki, Elşəni bir qədər avtomobilin yük yerində gəzdirdikdən sonra onu buraxarlar. Yəni onu konkret olaraq harasa aparmaq barədə fikirləşməmişlər. Bundan sonra onlar yerdə yığılı vəziyyətdə olan Zərərçəkmiş şəxs Şahid2 məxsus olan «Hyundai Elantra» markalı **-DM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt avtomobili Şahid2 idarə etməklə o və Əli Hüseynov həmin avtomobilə əyləşmişlər. Şahid1 və Şahid4 isə kirayə götürdükləri avtomaşına əyləşmişlər. Şahid2 avtomobili idarə edib təxminən 200-300 mert məsafə qət etmişdi ki, Zərərçəkmiş şəxs avtomaşının yük yerini içəridən axaraq özünü yerə atmışdır. Elşən qaçmasın deyə Şahid2 tez bir zamanda avtomobili saxlamışdır. Bu zaman o və Şahid5 avtomaşından tez çıxıb Elşəni tutaraq yerə yıxıb yumruq və təpik zərbələri ilə yenidən döyməyə başlamışlar. Şahid2 sonradan yanlarına gəldikdə Elşənin ayaq və bədənin müxtəlif tərəfindən tutuaraq yenidən avtomaşının yük yerinə qoymuşlar. Bu zaman Şahid1 idarə etdiyi ağ rəngli «Hyundai Elentra» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla arxadan onların yanına gəlib çatdıqda Şahid4 həmin avtomaşından düşüb Şahid2 idarə etdiyi avtomaşının sükanın arxasına keçmişdir. Bu zaman o qabaqda, Şahid5 və Şahid2 isə arxada əyləşmişlər. Avtomaşın hərəkətə başlayıb bir az məsafə qət etmişdir ki, bu zaman avtomaşının yük yeri yenidən açılmış və Elşən özünü avtomaşının yük yerində yerə ataraq qaçmağa başlamışdır. Şahid4 avtomaşını saxladıqda Şahid5 avtomaşından düşüb bir neçə metr Elşənin arxası ilə qaçsada onu tuta bilməmişdir. Hadisənin baş verdiyi yer ictimai yer olduğundan və ətrafda çoxlu sayda isnsanlar olduğundan və Elşən qışqıraraq kənar şəxsləri köməyə çağırdığından onlar dayanıb yerindən avtomaşına əyləşmiş və oradan uzaqlaşmışlar. Bundan sonra o, Moskva şəhərinə qaçmışdır. 25 mart 2017-ci il tarixdə mən Şahid5 və Şahid4 ilə birlikdə «Samur» keçdi-buraxılış məntəqəsindən Rusiya Federasiyasına ərazisinə keçmişlər. Uzun müddət Moskva şəhərində gizlənsə də sonradan Rusiya Federasiyasının hüquq mühafizə əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. O, Zərərçəkmiş şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş və ona bu barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin Elşən ona məhəl qoymadığı üçün Eləni cəzalandırmaq qərarına gəldiyi üçün tanışlarına bu barədə bildirmiş və Elşəni tapıb döyərək cəzalandırmışlar. Bundan əlavə hadisə günü Ziya və ya Roma adlı tanışının onlarla birlikdə olmadığını, ümumiyyətlə onun belə bir tanışının olmadığını, Şahid3 tərəfindən sifariş verilərək Elşənin döyülməsi ilə bağlı ona hər hansı bir göstərişin verilmədiyini və Şahid3la bu barədə hər hansı bir danışığının olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Elvin Cəfəroun məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsini özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, 01-ci cildinin, 20-23-cü vərəqlərində olan “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Bakı şəhəri, ünvan 5 ünvana baxış keçirilərkən Zərərçəkmiş şəxs aid “KİA RİO” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda nəqliyyat vasitələrinin hərəkət hissəsində üzü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi istiqamətində dayanmış, sol və sağ yan hissələrinin əzilmiş vəziyyətdə, hadisə yerdə qan izləri və bir ədəd açılıb-qatlanan bıçağın olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı onu həmin bıçaq vasitəsi ilə vuraraq xəsarət yetirilmişdir. Bir ədəd bıçaq əhəmiyyət kəsb etdiyi üçün maddi sübut olaraq götürülmüşdür. Bundan başqa, cinayət işinin 01-ci cildinin, 30-32-ci vərəqlərində olan “maddi sübutu götürmə haqqında” protokoldan görünür ki, Şahid1 iştirakı ilə “Hyundai Elantra” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ yan hissəsinin əzilmiş vəziyyətdə olması, həmçinin avtomobilin salonuna baxış keçirilərknə isə saxlanc yerindən Elvin Hüsyenova aid sürücülük vəsiqəsi, avtomaşına aid texniki pasport, bir ədəd daraq, bir ədəd qara rəngli göz eynəyi, bir ədəd “Nokia” markalı mobil telefon, iki ədəd telefon adaptoru, iki ədəd “Keneks” markalı mobil telefon aparatının qutusu, bir vərəqədən ibarət “Etibarnamə” və bir ədəd qara qabda olan bıçaq aşkar olunmuşdur. Şahid1 həmin bıçağın Şahid4 aid olmasını bildirmişdir. Cinayət işinə əlavə olunmuş, “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə bir yerdə 25.03.2017-ci il tarixdə saat 13:27-də qeydə alınmış görüntülərə baxış keçirilən zamanı məlum olmuşdur ki, “Hyundai Elantra” markalı, 99DM018 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qapısı açıldıqda Zərərçəkmiş şəxs düşərək qaçmaq istədikdə avtomobil idarə olunan şəxs tərəfindən dayandırılır, avtomobilin sükanı arxasından Şahid2, avtomaşında olan Təqsirləndirilən şəxs, Şahid5 və yanlarında olan bir nəfər, Zərərçəkmiş şəxs tanımadığı şəxs düşərək ona yaxınlaşaraq onu yenidən döyüb həmin avtomobilin yük yerinə qoyurlar. Bundan sonra isə arxadan onları müşayiət edən və Şahid1 tərəfindən idarə olunmuş “Hyundai Elantra” markalı 10PS573 dövlət qeydiyyat nişanlı avtomobil ora çatdıqda avtomobilin qabaq sağ tərəfindən əyləşmiş Şahid4 tez bir zamanda avtomobildən düşərək “Hyundai Elantra” markalı 99DM018 dövlət qeydiyyat nişanlı avtomobilin sükanın arxasına keçib əyləşdikdə Təqsirləndirilən şəxs, Şahid2, Şahid5 və yanlarında olmuş Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsin avtomaşına əyləşmələri və avtomobilin idarə olunaraq oradan uzaqlaşması, avtomobilin bir neçə metr məsafə qət etdikdə yenidən Zərərçəkmiş şəxs avtomobilin yük yerindən çıxaraq avtomobilin hərəkətdə olduğu istiqamətin əskinə qaçması, sonradan “Hyundai Elantra” markalı 99DM018 dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda qabaq sağ tərəfindən əyləşmiş şəxsin düşərək Zərərçəkmiş şəxs arxası ilə bir neçə metr qaçdıqdan sonra dayanıb yenidən avtomaşına qayıdaraq əyləşməsi və hər iki avtomobilin hərəkətə gələrək hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş telefon danışıqlarına dair məlumata baxış keçirilməsi protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə digər təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş ***- ***-**-**, təqsirləndirilən şəxs Şahid5 istifadəsində olmuş ***-***-**-**, təqsirləndirilən şəxs Şahid4 istifadəsində olmuş ***-***-**-**, təqsirləndirilən şəxs Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə dəfələrlə telefon danışığı aparılmışdır. Həmin telefn zənglərinə dair danışılqlar baş vermiş cinayət hadisəsinin onlar tərəfindən törədilməsini bir daha təsdiq edir. «xxxx» Telekom MMC-nin 28 iyul 2017-ci il tarixli, BKC/LGL-14458/17 nömrəli müşaiyət məktubuna əlavə edilmiş bir ədəd «CD» diskdəki məlumatlar o, cümlədən istintaq əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirdiyindən iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, 01 avqust 2017-ci il tarixli baxış protokolu sübut növü kimi qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə edilən əşyaları istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqlarının olmasını və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 29 yanvar 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5-ci maddələri üzrə təyin ediləcək cəzanın müddəti 6 il 9 aydan artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamınının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə iş üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, onun qurudulmuş qan nümunəsi və iki ədəd tənzifdə tamponun hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və **-ZL-*** qeydiyyat nişanlı “Kia Rio” markalı, **-DM-*** nömrə nişanlı “Hyundai Elantra” markalı, **-PS-*** nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin inin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 maddələri ilə 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 ( iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-623/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-623/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver