Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-628/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X19, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 sentyabr 1968-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində motorçu işləyən, Cəbrayıl rayonunun Qaracallı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni sahə, nömrəsiz yaşayış evinin həyətində tanışları Şahid1, X15 və X14 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, saat 22 radələrində siqaret çəkmək üçün həyətdən küçəyə çıxıb, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşarkən, sonuncunun onu yanına çağırıb, 21 avqust 2020-ci il tarixdə həyətinə icazəsiz daxil olduğuna görə ona qarşı ‘'alçaq”, “şərəfsiz” ifadələrini işlətməklə, kişi olmadığını deyib, ailəsini təhqir etməsindən qəzəblənərək, Zərərçəkmiş şəxs qisas almaq üçün qəsdən öldürmək niyyəti ilə yaşadığı həyətə gedərək, gündəlik istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağını götürməklə, şalvarının bel nahiyəsində gizlədib, Zərərçəkmiş şəxs yanına qayıdaraq, sonuncu ilə əlbəyaxa olduqdan və hər ikisi yerə yıxıldıqdan sonra üzərində gizlətdiyi bıçağı çıxararaq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ ağ ciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən sağ dizin ön səthinin 2 ədəd sıyrığı kimi xəsarətlər yetirib, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən 3-4 ay əvvəldən tanımışdır. Belə ki, təxminən 3 il əvvəl Qabilin oğlu Səbuhi onunla birlikdə işləyən usta Tahirə Türkan qəsəbəsində yerləşən torpaq sahəsini hasarlamağı və həyətdə bir otaqlı ev tikməyi tapşırmış, o da Tahirlə birlikdə həmin torpaq sahəsini hasarlayaraq, içərisində bir otaqlı ev tikmişlər. Həmin vaxtdan Səbuhi ilə münasibətləri yaranmış, atası Qabili isə o vaxtadək görməmişdir. O, Tahirlə birlikdə daha sonra həmin ərazidə digər evlərin tikintisində də işləmiş, hadisə gününə qədər də Qabilgilin evinin qonşuluğunda ev tikintisi işini görmüş, özü də Tahirlə birlikdə işlədikləri evin qarajında qalmışlar. Sonradan Zərərçəkmiş şəxs oğlu Səbuhinin tikdirdiyi qonşuluqdakı evə köçdükdən sonra onunla münasibətləri yaranmış, tez-tez bir yerdə yemək yeyib, alkoqollu içki qəbul etmişlər. Hadisədən təxminən bir ay əvvəl Tahirlə birlikdə qaldıqları qarajda yemək hazırlamış, həmin vaxtlarda Qabil də oğlu Səbuhinin tikdirdiyi evdə qalmışdır. Bu səbəbdən o və Tahir Qabili də yeməyə dəvət etmək üçün, sonuncunun yaşadığı evin həyət qapısını döymüş, qapını isə açan olmamışdır. Həmin vaxt Qabilin evdə yatdığını düşündüyündən, hasardan aşıb evə tərəf gedib, evin qapısını döymüş, Tahir isə küçədə gözləmişdir. Qabil qapını açdığı zaman, o, Qabili yeməyə dəvət etmək üçün gəldiyini bildirsə də, sonuncu onun sözlərinə fikir verməyərək, onu həyətə icazəsiz keçdiyinə görə təhqir etməyə başlamış, ona qarşı “alçaq”, “şərəfsiz” kimi nalayiq ifadələr işlətmişdir. O isə Qabilə heç bir söz demədən, səhvini başa düşüb, həyətdən çıxıb Tahirlə birlikdə yaşadıqları qaraja qayıtmışdır. Həmin vaxtdan sonra Qabillə münasibətləri pozulmuş, Qabil hər dəfə onu gördüyü zaman təhqir etməyə başlamışdır. Hətta o, Qabilin oğlu Səbuhiyə də atası ilə danışmasını, daha onu təhqir etməməsini bildirmiş, Səbuhi də atası ilə söhbət edəcəyini, bu məsələni həll edəcəyini demiş, lakin Qabil öz hərəkətlərini yenə davam etdirmişdir. 24.09.2020-ci il tarixdə Qabillə rastlaşan zaman, sonuncu yenə həyətinə icazəsiz girməyi hadisəsini xatırlayıb, onu təhqir etməyə başlamışdır. O, bir daha Qabilə təhqiri yığışdırmasını deyib, həmin hadisəyə görə üzrxahlıq edərək, öz yoluna davam etmişdir. 26.09.2020-ci il tarixdə, axşam saatlarında yeməyə oturub iş yoldaşları Tahir, Əfqan və Əlövsət ilə birlikdə spirtli içki qəbul etmişlər. Yemək yedikdən sonra Əfqan və Əlövsət çıxıb getmişlər. O, daha sonra Qabilin oğlu Səbuhiyə zəng edərək atasının onu tez-tez təhqir etdiyini bildirmiş, Səbuhi isə ona səbirli olmağı, gəlib atası ilə söhbət edəcəyini demişdir. O, daha sonra Qabilə 3 dəfə zəng etmiş və çölə çağırıb söhbət etmək istəmiş, lakin Qabilə zəng çatmamışdır. Həmin vaxt qonşusu Hafıslə Tahir qaldıqları evin həyətində çay içirmişlər. Təxminən saat 22 radələrində o, qapının ağzına siqaret çəkməyə çıxmış və həmin vaxt Qabil telefonla danışa-danışa özünün yaşadığı evdən çölə çıxmışdır. Qabil onu gördükdə telefon danışığını bitirib onu yanına çağırmışdır. O, Qabilə yaxınlaşıb, niyə onu təhqir etdiyini soruşduqda, Qabil qulaq asmayıb yenə onu təhqir etməyə başlamışdır. O, işlədiyi evə gəlmiş, qaraja keçib gündəlik istifadə etdikləri dəstəyi ağ rəngli bıçağı götürüb, şalvarının bel nahiyəsində gizlətmişdir. Onun bıçaq götürdüyünü Hafiz və Tahir görməmişlər, çünki həyətin digər küncündə otumuşdular. O, küçəyə çıxanda Qabilin öz həyət qapısının qarşısında onu gözlədiyini görüb sonuncuya yaxınlaşan zaman, aralarında başlamış sözlə mübahisə əlbəyaxa davaya çevrilmişdir. Qabil onun sifət və dodaq nahiyələrinə zərbələr vurmuş, o isə sonuncuya heç bir zərbə vurmamışdır. Əlbəyaxa olduqda eyni vaxtda yerə, torpağa yıxılmışlar. Qabil sağ tərəfi üstünə, o isə sol tərəfi üstünə bir-biri ilə üzbəüz formada yerə düşmüşdür. O, sol əli ilə Qabilin yaxasından tutmuş, Qabil də sağ əli onun yaxasından tutmuşdur. Bu zaman Qabilin sol əli ilə cibində bıçağı axtardığını hiss edib, sonuncunun onu bıçaqla vuracağını güman edib, cəld davranaraq şalvarının bel nahiyəsində olan bıçağı çıxartmış və həmin bıçağı sağ əlində tutaraq Qabilin döş qəfəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Qabilin əynində olan köynəyin üst düymələri yarısına qədər açıq olmuş, alt maykası isə olmamışdır. Bıçaqla vurduğu zərbədən sonra Qabilin müqaviməti qırılmış və tam şəkildə yerə yıxılmışdır. O, ayağa durub, həmin yerdən təxminən 20-25 metr məsafəyə gəlib, bıçağı qonşunun həyətinə atmış, daha sonra isə yaşadığı evin həyətində keçib Hafis və Tahirə “vurdum” desə də, sonuncular sərxoş olduqlarından onun sözünə əhəmiyyət verməmişlər. Daha sonra o, paltarlarını dəyişib, Binəqədi qəsəbəsində yerləşən evinə getmişdir. 27.09.2020-ci il tarixdə, günorta saatlarında isə polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxslə əvvəllər münasibətləri normal olsa da, Qabil onun həyətinə girməsini səhv başa düşdükdən sonra münasibətləri pozulmuşdur. Qabil onu harda görsə nalayiq ifadələrlə təhqir etmiş və onu oğru kimi qələmə vermişdir. Hadisə günü zərərçəkmiş şəxs onu yenə təhqir etdiyi üçün, sonuncu ilə mübahisə etmiş və əlbəyaxa olmuşlar. Mübahisə edən zaman zərərçəkmiş şəxsin üzərində bıçaq olduğunu zənn etmiş, belə ki, Qabil yerə yıxıldıqdan sonra sol əli ilə cibindən nəsə çıxarmaq istəmişdir. Həmin vaxt o, zərərçəkmiş şəxsin əlində bıçaq olmasını dəqiq olaraq görməmiş yalnız bunu güman edib, cəld davranaraq belindəki bıçağı çıxarıb Qabilə bir bıçaq zərbəsi endirmişdir. Həmin vaxt Qabili öldürmək fikri olmamış, sonuncunun bədəninin başqa nahiyələrinə xəsarət yetirmək imkanı olsa da, bıçaq zərbəsini Qabilin döş qəfəsi nahiyəsinə vurduğunu, həmin nahiyənin insanın anatomik quruluşu baxımından həyat üçün mühüm orqanlarının yerləşən orqanların (ağciyərlərin) yerləşdiyi hissə olduğunu anlamışdır. Onun bıçaq zərbəsindən sonra Qabil hərəkətsiz qalmış və tam yerə yıxılmışdır. Bu zaman o, Qabilin öldüyünü başa düşmüşdür. İfadəsində Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra cibindən bıçaq çıxarmaq istəməsini qeyd etdiyi halda iş üzrə ibtidai istintaq orqanı tərəfindən keçirilmiş hadisə yerinə, avtomobilə və meyitə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin ətrafında, əynindəki paltarlarında heç bir bıçaq və ya kəsici-deşici alət aşkarlanmadığı ona aydındır. Göstərilən halda hadisə vaxtı zərərçəkmiş şəxsin üzərində bıçaq olmamasının təsdiq olunmasını dərk edir. Son olaraq göstərdi ki, mərhum Zərərçəkmiş şəxs öldürmək istəməmiş, niyyəti qorxutmaqdan ibarət olmuşdur. Əməlindən tam olaraq peşmançılıq çəkir və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, vaxtı və inkişafı barədə işin faktiki hallarına uyğun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atası olmuş və əvvəllər onunla birlikdə Xətai rayonundakı evlərində yaşamışdır. Hadisədən təxminən bir il əvvəl, Türkan qəsəbəsində bağ evi almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 qonşuluqda yerləşən başqa bir evdə təmir işləri görmüş, o da sonuncuları həmin vaxt tanımışdır. O həyəti aldıqdan sonra içəridə bir mərtəbəli balaca tikilinin tikinti və və təmir işlərini də Rəhim ilə Tahirə gördürmüşdür. “Koronavirus” pandemiyası ilə əlaqədar küçəyə çıxmaq qadağası olduğundan, atası Qabil bağ evində qalmaq istədiyini demiş və hadisədən təxminən 3-4 ay əvvəldən Türkan qəsəbəsindəki bağ evində qalmışdır. Həmin müddətdə günortalar o, ailəsini bağ evinə aparmış, axşamlar isə şəhərə qayıtmış, atası isə bağda qalmışdır. Atası Qabil uzun illər sürücü kimi çalışmış, 2020-ci ilin fevral ayından isə işləməmişdir. Qabil xasiyyətcə sakit adam olmuş, pis vərdişlərindən isə çox miqdarda siqaret çəkmiş, bundan əlavə, əsasən də, bağ evində qalmağa başladıqdan sonra spirtli içki də qəbul etməyə başlamışdır. Bir neçə dəfə atası Qabilin spirtli içki içdikdən sonra danışığının dəyişdiyini görmüş, hər dəfə atasına içməməyi deyəndə isə, sonuncu tərs xasiyyəti ilə onun sözünə qulaq asmayaraq, ağıl verməməyi demişdir. X40 qəsəbəsindəki evdə yaşamağa başladıqdan sonra Təqsirləndirilən şəxslə tanış olmuş, belə ki, həmin vaxt Rəhim və Tahir qonşuluqdakı evlərdən birində təmir işləri görməyə davam etmişlər. 22.08.2020-ci il tarixdə o, ailəsi ilə bağda olduğu zaman, atası Qabil təklikdə onunla söhbət etmək istədiyini dediyi üçün, axşam saatlarında ailəsini şəhərə qaytarıb, yenidən bağa getmişdir. Həmin vaxt atası ayıq vəziyyətdə onunla söhbət edərək Rəhimin bir gün əvvəl onun həyətinə oğurluğa girdiyini, hasardan həyətə tullanıb, evin qapısını döyməyə başladığını, oyanıb, qapını açan zaman Rəhimin onu çay içməyə çağırmağa gəldiyini bildirdiyini, onun özünün isə Rəhimə inanmayıb üstünə acıqlanıb, Rəhimi və küçədə dayanmış Tahiri oradan qovduğunu bildirmişdir. Atasının olanları nəql etməsindən sonra, atasına Rəhimin heç vaxt onların evindən oğurluq etməyəcəyini, oğurluq etmək istəsə idi, həyətə düşdükdən sonra qapını döyməyəcəyini demişdir. Belə ki, o, Rəhimi torpaq sahəsini aldığı vaxtdan tanıdığından sonuncunun heç vaxt belə bir hərəkət etməyəcəyini düşünmüş, eləcə də hadisə nəticəsində də evdən hər hansı bir əşya oğurlanmamışdır. Onun sözlərinə baxmayaraq atası Qabil öz fikrində qalmış və o, atasını fikrindən döndərə bilməmişdir. Atasının danışdıqlarından sonra evdən çıxıb Rəhimlə Tahiri küçəyə çağırıb onlarla görüşmüş, bu zaman atası evdə olduğundan onları görməmişdir. Görüş zamanı Rəhim və Tahirdən sakit şəkildə nə məsələ olduğunu soruşmuş, Rəhim də həmin gün həyətdən girib Qabili çay içməyə çağırmaq istədiyini, ancaq atasının onun üstünə acıqlanıb, həyətdən qovduğunu bildirmişdir. Həmin vaxt Qabil də küçəyə çıxmış və onları görüb, yaxınlaşaraq, Rəhimə “alçaq” demiş və üzünə tüpürərək, bir daha onun həyətinə gəlməməyini vurğulamış, Rəhim də heç bir cavab verməmişdir. O, Rəhimə həmin vaxt atasına cavab vermədiyinə görə "çox sağol, hörmətin artıq olsun” demişdir. Bir müddət sora Rəhim ona zəng vuraraq, Qabilin onu gördüyü yerdə vuracağını dediyini bildirmiş, o da bu haqda atasından soruşduqda, sonuncu bu sözünü təsdiqləmiş və cəmi bir dəfə içkili vəziyyətdə bu haqda qonşu Hafısə dediyini, ancaq başqa heç kəsə bir söz demədiyini bildirmişdir. O da bir daha atasına belə sözlər deməməsini irad olaraq bildirmişdir. O vaxta qədər atası Qabil, Rəhim, Tahir və Hafıslə bir yerdə oturub yeyib-içmiş, çünki atasının orada sonunculardan başqa tanıdığı adam olmamışdır. Lakin Rəhim evin həyətinə girdikdən sonra atası yalnız Hafıslə münasibət saxlamışdır. 26.09.2020-ci il tarixdə, saat 15 radələrində Rəhim ona zəng vuraraq, atasından yenə narazılıq edib, atası ilə söhbət etməyini istəmişdir. Həmin vaxt o, Rəhimin içkili olduğunu hiss etmiş və o, Rəhimə bir gün sonra gəlib atası ilə söhbət edəcəyini demiş və normal sağollaşmışlar. Bir neçə saat sonra isə atası Qabil zəng vurub, ondan kef-əhval soruşmuş, normal söhbət etmişlər. Həmin vaxt o, atasına Rəhimin zəng etməyi barədə bir söz deməmişdir. 27.09.2020-ci il tarixdə, saat 08 radələrində Tahir ona zəng vuraraq, dərhal Türkan qəsəbəsinə gəlməyini, Qabil ilə Rəhimin bir-birilərini vurduqlarını demişdir. O dərhal oraya getmiş, çatanda atasının evin qarşısında, küçədə yerdə uzanmış vəziyyətdə görmüşdür. Yaxınlaşdıqda, üstünün qan olduğunu görmüş və dünyasını dəyişdiyini başa düşmüş, bədəni də artıq soyumuşdur. Həmin vaxt Tahiri çağırmış və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Tahir gəldikdə, nə baş verdiyini soruşmuş, o da Rəhimin Qabili bıçaqla vurduğunu və ondan taksi pulu istəyib getdiyini demişdir. Bir müddət sonra prokurorluq və polis əməkdaşları gələrək, hadisə yerini müayinə etmişlər, qan nümunələri götürmüşlər və atasının meyitini müayinə edilməsi üçün meyitxanaya aparmışlar. Bir gün sonra isə Rəhimin tutulduğunu eşitmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Atası Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə olmuşdur. Hadisədən bir müddət əvvəl atası Qabil Rəhimin onların evinə oğurluğa girdiyini, bunu bilib Rəhimi və Tahiri qovduğunu demiş, həmin vaxt atasının Rəhimlə Tahirin ünvanına nalayiq ifadə işlədib işlətmədiyini bilməmişdir. Ola bilsin ki, həmin vaxt atası Rəhimin ünvanına hər hansı nalayiq ifadə işlətmiş olsun, çünki atası Rəhimin həmin vaxt evin həyətinə hasardan aşaraq oğurluğa girdiyini düşünmüşdür. O, Qabilə Rəhimin oğurluq etmədiyini izah etsə də, Qabil ona inanmamış, yenə də Rəhimin onlarırn evinə oğurluq məqsədi ilə girdiyini düşünmüşdür. Hadisədən bir neçə gün əvvəl Rəhim ona zəng edib, atası Qabilin “Rəhimi harada görsəm döyəcəm” dediyini bildirmiş, lakin atası onun yanında belə bir ifadə işlətməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslə barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirmiş və təqsirləndirilən şəxsə cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, ustalıq edir. Zərərçəkmiş şəxs hadisədən təxminən 7-8 ay əvvəl tanımışdır. Belə ki, təxminən bir il əvvəl Qabilin oğlu Səbuhi Türkan qəsəbəsi, üzümçülük sovxozunda bağ sahəsi aldıqdan sonra, ona zəng edərək, oranı hasara almaq və içərisində birmərtəbəli balaca bir ev tikmək lazım olduğunu demişdir. Bundan sonra o, fəhləlik edən Rəhimlə birlikdə işləyib, həmin torpaq sahəsini hasarla hörmüş, daha sonra torpaq sahəsində hazırki bir mərtəbəli evi tikmişdir. O, Rəhim ilə bir müddətdir ki, Türkan qəsəbəsində müxtəlif evlərdə ustalıq etmiş. Son bir neçə aydır ki, işlədikləri evin qonşuluğunda olan Allahqulu Fərəcovun evinin həyətində yerləşən qarajda qalmışlar, çünki hər gün şəhərə gedib-gəlmək çətin olmuşdur. Onlarla bərabər Əlövsət və Əfqan adlı ustalar da işləmişlər, ancaq onlar axşamlar evlərinə getmişlər. Onlar arada bir işlərini yekunlaşdırdıqdan sonra oturub birlikdə spirtli içki qəbul etmişlər. Həmçinin, onlara qonşuluqda yaşayan Hafis adlı şəxs də qoşulurmuş. Bir neçə dəfə Qabil ilə də oturub içmişdilər. Qabil və Səbuhi onlara çox yaxşılıqlar etmişlər. Hadisədən təxminən 1 ay əvvəl Rəhimlə qaldıqları həyətdə yemək hazırladıqları zaman Qabili də çağırmaq qərarına gəlib, bu məqsədlə Qabilin evinə doğru getmişlər. Rəhim qapını döyüb, Qabili səsləsə də, səs gəlməmişdir. Bundan sonra Rəhim hasardan aşıb Qabilin yaşadığı evin həyətinə düşmüş, həmin vaxt Qabil evdən çıxıb, Rəhimin onun həyətinə icazəsiz daxil olduğuna görə acıqlanaraq təhqir etmiş, Rəhim də heç nə deməyib, oradan uzaqlaşmışdır. Bundan sonra Qabil Rəhimi gördüyü yerdə təhqir etmiş, bu barədə X21 ilə əlaqə saxlayıb atası İlə söhbət etməyini demişdir. Bir gün Səbuhi də gəlib onlarla bu söhbəti edən zaman, Qabil həyətindən çıxıb, onlara yaxınlaşıb, yenə Rəhimi təhqir etməyə başlamış, ona qarşıb “alçaq”, şərəfsiz” ifadələrini işlətmişdir. Qabilin bu hərəkətlərinə səbəb Rəhimin onun həyətinə oğurluğa girdiyini düşünməsi olmuş, Rəhim özü və eləcə də Səbuhi də nə qədər atası Qabilə başa salmağa çalışsa da, Qabil öz fikrində qalmış və inad etmişdir. Qabil hər dəfə Rəhimə alçaldıcı ifadə işlətdiyi zaman, Rəhim Qabilə qarşı artıq heç bir söz deməmişdir. 26 sentyabr 2020-ci il tarixdə Rəhim, Əfqan və Əlövsətlə birlikdə işləmiş, iş gününün sonuna yaxın yemək yeyib, spirtli içki qəbul etmişlər. Hava qaralan vaxtı Əfqan və Əlövsət oradan yaşadıqları evlərinə getmiş, o isə Rəhimlə çay içmiş, qonşuluqda yaşayan Hafıs də onların yanına gəlib onlarla birlikdə çay içmişdir. Təxminən saat 22 radələrində Rəhim həyətdən çıxaraq naməlum istiqamətdə gedib, bir müddət sonra geri qayıtmış, bu müddətdə o və Hafis yerlərindən qalxmamışlar. Daha sonra bir daha həyətdən çıxmış və geri qayıdarkən Hafıslə ona “vurdum” demişdir. Həmin vaxt o, günorta saatlarından artıq spirtli içki qəbul etdiklərindən Rəhimin nə dediyini başa düşməmiş, həmçinin onlar Rəhimdən nəyi, kimi vurduğunu soruşmamışlar, Rəhim də onlara heç bir söz deməmişdir. Rəhim daha sonra ondan yaşadığı evə getmək üçün taksi pulu istəmiş, o da pul verdikdən sonra Rəhim həyət qapısını əsəbi şəkildə vuraraq çıxıb getmişdir. Bir müddət sonra Hafis də öz evinə getmiş, o isə sərxoş olduğundan qaraja keçib öz yerində yatmışdır. 27 sentyabr 2020-ci il tarixdə, saat 06 radələrində küçəyə çıxan zaman Qabilin evinin qarşısında yerdə uzanıqlı bir şəxs görüb oraya yaxınlaşdığı zaman, Qabilin həyət darvazasının qarşısında uzanmış vəziyyətdə qanlar içində olduğunu görmüşdür. Tez Hafısin evinə gedərək, Qabilin meyitinin darvazanın qarşısında olduğunu, öldüyünü, polisə xəbər vermək lazım olduğunu demiş, Hafis də ona özünün xəbər verməyini bildirmişdir. O, Qabilin oğlu Səbuhiyə zəng edib hadisə barədə məlumat vermiş və bir müddət sonra Səbuhi hadisə yerinə gəlmiş, ondan sonra da polis əməkdaşları gəlmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bir neçə dəfə də onun yanında Rəhimi təhqir etmiş, lakin Rəhim ona cavab verməmişdir. Hadisə günü 26.09.2020-ci il tarixdə axşam saatlarında içki qəbul etmişlər. Həmin gün Rəhim həyətdən bayıra çıxıb, geri qayıdıb təkrar çölə çıxdığı zaman sonuncunun mətbəx bıçağını götürdüyü görməmiş, ümumiyyətlə həmin vaxt Rəhimin nə işlə məşğul olduğuna fikir verməmişdir. Rəhim onun yanında Qabili ödürmək barədə heç bir ifadə işlətməmişdir.Zərərçəkmiş şəxs meyitini səhər saatlarında görmüş, axşam sərxoş olduğundan tez yatmış və baş vermiş hadisədən xəbəri olmamışdır. Səhər saatlarında qaldığı evin həyətindən çıxmış, küçədə Qabilin hərəkətsiz şəkildə uzandığını və üstünün qan olduğunu görmüş və başa düşmüşdür ki, Qabil ölüb. O, bu barədə Qabilin oğlu Səbuhiyə zəng edib məlumat vermişdir. Rəhim həyətə gəlib “vurdum” ifadəsini işlətdikdən sonra baş verən hadisələr ona yuxu kimi gəlirmiş, həmin vaxt artıq özü sərxoş olmuşdur. Həmin vaxt Rəhimin Qabilə xəsarət yetirməyini ümumiyyətlə güman etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Ümumiyyətlə ailədə 3 qardaşdırlar, Rəhim də ən böyükdür. Rəhim təxminən 7-8 ildir ki, ailəsindən ayrılaraq, atası Rasim və anası Sevil ilə bir evdə yaşamış, ayrılmağına səbəb isə əsasən spirtli içki qəbul etməyi olmuşdur. Rəhim xasiyyətcə həmişə sakit təbiətli insan olmaqla, heç kimlə ədavət və ya düşmənçiliyi olmamışdır. Rəhim bir neçə ildir ki, tanışı və usta olan Tahir ilə birlikdə Türkan qəsəbəsində müxtəlif evlərdə usta kimi işləmiş, elə işlədikləri evlərdən birinin həyətində olan qarajda da, Tahir ilə birlikdə qalmışdır. Təxminən 10 gündən bir də evə gəlib, valideynlərinə baş çəkib, hal-əhval edərək, bir miqdar pul verib, getmişdir. Mərhum Zərərçəkmiş şəxs isə hadisəyə qədər əyani tanımamış, sonuncunun oğlu Səbuhini isə Rəhim sonuncunun Türkan qəsəbəsində olan bağ evində Tahir ilə birlikdə işlədiyi vaxtdan tanımış və aralarında yaxşı münasibət olmuşdur. Elə həmin bağ evində yay aylarından Səbuhinin atası Qabil qalmağa başlamışdır. Hadisəyə qədər Rəhim ilə Qabilin arasında hər hansı münaqişənin olduğunu eşitməmiş, nə Rəhim, nə də Səbuhi ona belə söz deməmişlər. 27.09.2020-ci il tarixdə, təxminən saat 01 radələrində evdə yatdığı zaman qəflətən anası Sevil onu oyadıb Rəhimin gəldiyini demişdir. O, oyanıb digər otağa keçib nə baş verdiyini soruşduqda, Rəhim adam öldürdüyünü demişdir. Həmin vaxt o, qardaşının zarafat etdiyini düşünmüş, həm də Rəhimin içkili olduğunu hiss etdiyindən Rəhimə sona qədər inanmamışdır. Çünki Rəhim əvvəl də bir neçə dəfə sərxoş olanda zarafatca adam öldürdüyünü demişdir. Daha sonra Rəhim onları qucaqlayıb, evdən çıxıb getmiş, hara getdiyini bilməmişdir. Səhər saatlarında polis əməkdaşları onların evinə gəlib, Rəhimi axtarmağa başlamışlar. Onlar nə baş verdiyini soruşduqda, polis əməkdaşları Rəhimin adam öldürdüyünü bildirmişlər. O, Rəhimə zəng vursa da, telefonuna zəng çatmamışdır. Atası Rasim polis əməkdaşları ilə Xəzər RPİ-nə getmiş və orada Rəhimin Səbuhinin atası Qabili öldürdüyünü öyrənmişdir. Orada atası Rasim idarədə gözləməyin mənasız olduğundan polis əməkdaşları ilə birlikdə evə qayıtmışdır. Bir müddət sonra Rəhim evə zəng vurduqda o, qardaşına təslim olmağı, gizlənməyin bir mənasının olmadığını bildirmiş və təxminən 15 dəqiqə sonra Rəhim evə gəldikdə polis əməkdaşları onu götürüb, aparmışlar. Hadisədən bir neçə gün sonra Səbuhi ilə telefonla danışarkən, sonuncu hadisədən təxminən bir ay əvvəl Rəhimin Qabilin həyətinə tullanıb, onu yemək yeməyə çağırmaq istəyərkən, Qabil evdən çıxaraq, Rəhimin oğurluq etmək istədiyini düşünüb, sonuncunun üstünə acıqlanmağa başladığını və təhqir etdiyini, ondan sonra rastlaşanda Qabil hər dəfə Rəhimi təhqir etdiyini, oğru kimi qələmə verdiyini demişdir. Səbuhi ilə danışdığı zaman o da atasının, onun yanında da Rəhimi təhqir etdiyini, ancaq Rəhimin onun atasına heç bir söz demədiyini bildirmişdir. Rəhim ilə Səbuhinin də münasibətləri həmişə yaxşı olmuşdur. Sonra hadisə barədə Tahirdən soruşanda, sonuncu da eyni söhbəti etmişdir. Həmçinin, 3 saylı İT-da Rəhim ilə görüşən zaman, qardaşı da olanları bir daha təsdiqləmişdir. Hadisə gününü soruşanda isə Rəhim 26.09.2020-ci il tarixdə, Tahir və qonşuluqda yaşayan Hafıs ilə birlikdə qaldıqları həyətdə oturduqlarını, günortadan da Tahir və orada işləyən Əfqan və Əlövsət adlı ustalarla birlikdə spirtli içki qəbul etdiklərini, axşam saatlarında Əfqan və Əlövsətin evlərinə getdiklərini, sonra qonşu Hafısin gəldiyini, saat 22 radələrində telefonla danışaraq küçəyə çıxdığı zaman Qabilin də öz evindən həyətə çıxdığını və onu görən kimi yenə təhqir etməyə başladığını, Qabilə söyüşləri yığışdırmağını dedikdə isə, Qabilin ona “alçaq”, “şərəfsiz” ifadələrini işlədib, kişi olmadığını deyib, ailəsini söyməyə başladığından, qaldığı həyətə qayıdıb, bıçağı götürüb, yenidən Qabilin yanına qayıdaraq, orada ilk olaraq əlbəyaxa olduqlarını, sonra isə bıçaqla Qabilə bir dəfə xəsarət yetirdiyini bildirmişdir. Rəhim həmçinin ona demişdir ki, Qabilin səsi kəsildikdən sonra həyətə qayıdıb, Tahir və Hafisə “vurdum” sözünü deyib, yuyunub, paltarını da dəyişib, Binəqədi qəsəbəsinə evə getmiş, Tahir və Hafisə kimi və necə vurduğunu deməmiş, onlar da Rəhimin dediyinə əhəmiyyət verməmişlər. O, eşitdikləri əsasında Rəhimin Qabilin təhqirlərinə dözməyib, həm də spirtli içkinin təsiri altında bu hadisəni törətdiyini, yəni Qabili öldürdüyü qənaətinə gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Xəzər rayonu, Türkan qəsəbəsi. Üzümçülük sovxozunda bağ evi var və yay aylarında orada qalır. Bu il karanlin ilə əlaqədar isə daha uzun müddət orada qalmışdır. O, Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyırmış, sonuncu Tahir adlı usta ilə birlikdə işləməyə başlamışdır. Tahiri isə 2-3 ildir ki, tanıyırmış. Tahir həmin ərazidə müxtəlif evlərdə ustalıq edirmiş. Zərərçəkmiş şəxs isə 2-3 aydır ki, tanıyırmış, belə ki, o, bağ evinə yeni köçmüşdür. Bildiyim qədər Qabilin bağ evini Tahir və Rəhim tikmişdilər. Onun həmin şəxslərin hamısı ilə yaxşı münasibəti olmuş və arada bir oturub yeyib-içirmişlər. Tahir və Rəhim Qabilin bağ evi ilə üzbəüz evin həyətində yerləşən qarajda qalırmışlar. Qabil içki qəbul etməyə meyilli adam olmuş, içəndə də, nalayiq sözlər işlədərmiş. Hadisədən təxminən bir ay əvvəl Qabil evində yatarkən, Rəhimin həyətinə daxil olub və vaxtında oyanıb, onu qovmasaydı, Rəhimin evdən oğurluq edəcəyini demişdir. O, bu haqda Rəhimdən heç nə soruşmamışdır. Həmin hadisədən sonra Qabİl ilə Rəhimin arası soyumuş və Qabil gördüyü yerdə Rəhimi təhqir edirmiş. Hətta bir dəfə içkili vəziyyətdə ona Rəhimi vuracağını da demişdir. 26.09.2020-ci il tarixdə, saat 22 radələrində Qabil iki dəfə ona zəng vurub, qapısını döyənin o olubolmadığımı soruşmuş, o da evində olduğunu bildirmişdir. Sonra Tahir və Rəhimin qaldıqları evə gəlmiş, hər ikisinin oturub çay içdiklərini görüb, yanlarında əyləşmişdir. Təxminən 5-10 dəqiqə sonra Rəhim həyətdən küçəyə tərəf getmiş, o da Rəhimin ayaqyoluna getdiyini düşünmüş, çünki sanitar qovşağı həyətin çıxacağında yerləşirmiş. Təxminən 15-20 dəqiqə sonra Rəhim həyətə qayıdaraq, "vurdum" ifadəsini işlətmiş, yuyunmuş, paltarını dəyişib, çıxıb getmişdir. O, nə baş verdiyini anlamamış, Tahir də içkili vəziyyətdə olmuş və Rəhimdən artıq heç nə soruşmamışlar. Bir müddət sonra o, evinə getmək üçün həyətdən çıxarkən, Qabili öz evinin qarşısında yerdə hərəkətsiz, uzanmış vəziyyətdə görmüşdür. Lakin, ona yaxınlaşmağa ürəyi gəlməmiş, qorxmuş və öz evinə doğru getmişdir. Tahir onu həyətin qapısına kimi ötürmüş və qapını bağlamış, Tahirin Qabili görüb-görmədiyini bilməmiş, özüm də Tahirə bir söz deməmişdir. 27.09.2020-ci il tarixdə, saat 07 radələrində Tahir onun həyətinə gələrək, Qabilin qan içində olduğunu, polisə məlumat vermək lazım olduğunu demiş və ondan Qabilin oğlu Səbuhinin nömrəsini istəmişdir. O, Səbuhinin nömrəsini bilmədiyini və polisə Tahirin özünün məlumat verməyini bildirmişdir. Sonra Tahir çıxıb getmiş və bir müddət sonra o, oraya gedəndə, artıq polis əməkdaşlarının və Səbuhinin hadisə yerində olduqlarını görmüş, onlara da məlumatı Tahir vermişdir. O, Rəhimin gecə Qabili bıçaq ilə qətlə yetirdiyini eşitmişdir. Polis əməkdaşları ondan Rəhimin yerini soruşmuşlar, o isə xəbərsiz olduğumu bildirmişdir. (cild 01, iş vər. 131-135) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlaması haqqında” 27 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, X4 meyitinin aşkar edilməsi faktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alınaraq həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) AR DİN Xəzər PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Akif Hüseynov tərəfindən həmin Şöbənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, 27.09.2020-ci il tarixdə, saat 09:13-də DİN-in 102 zəng mərkəzindən daxil olmuş məlumatda X5 Türkan qəsəbəsi, Üzümçülük sovxozunda bağ evində atasının naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyü barədə məlumat verildiyini bildirmişdir. (cild 01, iş vər 123) “Hadisə yeri, avtomobilə və meyitə baxış keçirilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Həmin ərazi yeni sahə olduğundan küçələr və evlərə müvafiq olaraq ad və nömrələrin verilməsi aidiyyatı qurum tərəfindən həyata keçirilməmişdir. Küçə qumludur və torpaq örtüklüdür. Ətrafda hasarlanmış həyətyanı sahələrdə tikililəri görmək mümkündür. X26 yaşadığı ev dörd tərəfdən mişar daşla hasarlanmışdır. Evin həyətinə daxil olmaq üçün dəmir materiladan qapı quraşdırılmışdır. Qapı iki laylıdır, içəri doğru açılır, qara rəngdədir, qapı üzərində zədə aşkar edilməmişdir. Həyətin ümumi sahəsi təxminən 10 (on) sotdan ibarətdir. Həyətə daxil olduqlda həyətdə ağaclar, tikinti materialları, həyətin sol tərəfində, küncdə sanitar qovşağının, həyətin digər küncündə isə toyuq daxmasının olduğu görünür. Giriş qapısından düz qarşıda həyətin sonunda bir mərtəbəli ev olduğu müşahidə edilmişdir. Evin içərisinə daxil olmaq üçün bir laylı, qara rəngli qapı quraşdırılmış, ev bir otaqdan ibarətdir. Otaqda stol, stul, yataq dəsti, soyuducu, uşaq velosipedi, paltarlar, servant, şkaf vardır. Həyətə daxil olduqda evin qarşısında, üzü çıxışa doğru dayanmış bir ədəd metallik rəngli “Mercedes Benz E 270” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu müəyyən edilmişdir. Səbuhi Yaxiyaevin verdiyi məlumata əsasən qeyd olunan maşını onun atası idarə edirmiş. Maşının ön və arxa oturacaqlarında, hər hansı bir əşyanın olmadığı müəyyən edilmişdir. Avtomobilin əşya qutusu və bagaj hissələrində isə müxtəlif təyinatlı, istintaq üçün əhəmiyyət kəsb etməyən əşyaların olduğu aşkar edilmişdir. Yaşayış evinin darvazasının qarşısında, torpaq yolun əks tərəfində, hasarın kənarında arxası üstə uzanmış vəziyyətdə, üzəri və paltarları qana bənzər ləkələrər bulaşmış kişi cinsli meyit olduğu aşkar edilmiş və həmin şəxsin X16 olduğu müəyən edilmişdir. Meyitin sağ döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara olduğu görünür və meyit əlavə xarici və daxili müayinə edilməsi üçün MTE və PAB-nin Xəzər rayon şöbəsinə göndərilmişdir. Meyitin əynində aşağıdakı paltarlar vardır: göy rəngli qısaqol köynək; qara rəngli şalvar, göy rəngli alt paltarı. Paltarlar geyinilmiş, ön hissəsi qanla bulaşıqdır. Göy rəngli köynəkdə və digər platarlarda zədə yoxdur (ola bilsin yaxası açıq olub). Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 172 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində solğun-göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə avazıyır. 6-7 dəqiqəyə bərpa olunurlar. Başın tükləri boz rəngdədir. 3.4 sm.ə qədər uzunluqdadır. Əllə yoxladıqda kəllə sümükləri bütövdür. Gözləri yarıaçıq, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar qırmızı rəngli, nöqtəvari qansızmalıdırlar. Hər iki qulaq, burun və ağız keçəcəkləri ifrazatsızdır. Burun sümük və qığırdaqları əllədikdə bütovdürlər. Ağzı yarıaçıq, dili ağız boşluğundadır. Dişləri yoxdur, diş oymaları birləşdirici toxumalarla dolmuşlar hamar və zədəsizdirlər. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri bütövdür. Xəsarətlər: Döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı üçdə birində orta körpücük xətti üzrə - İİ-İİİ qabırğaarası səviyyədə, çəp istiqamətli 2,5x0,5 sm ölçüdə 1 ədəd, kənarları hamar və qansızmalı bucaqları iti, döş boşluğuna nüfuz edən yara vardır. Yara kanalının istiqaməti öndən arxaya, sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 6-7 sm-dir. Sağ dizin ön səthində 1,5x1,0 sm, 1,0x1,0 sm ölçülərdə 2 ədəd üzərləri ətraf dəri səviyyəsindən aşağı, qırmızımtıl rəngli, qeyrimüəyyən formalı sıyrıqlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi. Baxış zamanı hadisə yerindən torpaq üzərindən ayrı-ayrı bükümlərdə beş ədəd qana bənzər maddə, dörd ədəd DNT çöpündə qana bənzər maddələr, həmçinin, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilmək üçün götürülmüşdür. (cild 01, iş vər 4-22) “Şübhəli şəxsin tutulması haqqında” 27.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə, saat 14:30-da prokurorluğunun inzibati binasında, vəkil X9 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 42-43) 27 sentyabr 2020-ci il tarixli X1 Xəzər rayon prokurorluğuna ünvanlanmış ərizəsindən görünür ki, Allahqulu Fərəcov ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsi 120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və hazırda ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, nömrəsiz bağ evində olan palatarlarını götürmək üçün orada axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına heç bir etirazı olmamışdır.(cild 01, iş vər 55) 27 sentyabr 2020-ci il tarixli X41 Xəzər rayon prokurorluğuna ünvanlanmış ərizəsindən görünür ki, Tural Ağayev ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən bağ evində prokurorluq və polis əməkdaşlarının axtarış aparılması məqsədi ilə həyətinə daxil olmalarına heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 56) “Axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Xəzər rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Orxan Qocayevin, dəvət olunmuş hal şahidlərinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları və cinayət hadisəsini törədən zaman istifadə etdiyi bıçağı götürülmüşdür. Axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirdikdən sonra cinayətin aləti hesab edilən bir ədəd ağ dəstəkli bıçağı yan həyətə, paltarlarını isə gecələr qaldığı həyətin qarajına qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bıçağı atdığı ev vət. X25 məxsus olduğu müəyyən edilmiş və sonuncu həyətində axtarış və götürmə istintaq hərəkətinin aparılmasına etiraz etmədiyini qeyd etmişdir. Axtarış zamanı həyətin küncündə, hasarın yanında bir ədəd ağ dəstəkli, üzərində qana bənzər ləkələr olan bıçaq aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs qaldığı həyətin sahibi, vət. X6 qarajında axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Axtarış zamanı bir ədəd açıq boz rəngli şalvar, bir ədəd boz rəngli zolaqlı, uzunqol gödəkçə, bir ədəd tünd boz rəngli, zəncirbəndlə bağlanan üst geyimi və bir cüt qara rəngli çəkələk aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 57-58) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti haqında” 28 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Xəzər rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçisi, 8 saylı Vəkil Bürosunun vəkili X9, Xəzər RPİ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Elşən Şahməmmədovun iştirakları ilə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə onun ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman göstərmişdir ki, 26.09.2020-cu il tarixdə, axşam saatlarında yeməyə oturub iş yoldaşları Tahir, Əfqan və Əlövsət ilə birlikdə spirtli içki qəbul etmişlər. Yemək yedikdən sonra Əfqan və Əlövsət çıxıb getmişlər. O, daha sonra Qabilin oğlu Səbuhiyə zəng edərək atasının onu tez-tez təhqir etdiyini bildirmiş, Səbuhi isə ona səbirli olmağı, gəlib atası ilə söhbət edəcəyini demişdir. O, daha sonra Qabilə 3 dəfə zəng və çölə çağırıb söhbət etmək istəmiş, lakin Qabilə zəng çatmamışdır. Həmin vaxt qonşu Hafizlə Tahir qaldıqları evin həyətində çay içirmişlər. Təxminən 22 radələrində o, qapının ağzına siqaret çəkməyə çıxmış və həmin vaxt Qabil telefonla danışa-danışa çölə çıxmışdır. Qabil onu gördükdə telefon danışığını bitirib onu yanına çağırmışdır. O, Qabilə yaxınlaşıb, niyə onu təhqir etdiyini soruşduqda, Qabil qulaq asmayıb yenə onu təhqir etməyə başlamışdır. O, işlədiyi evə gəlib, qaraja keçib gündəlik istifadə etdikləri dəstəyi ağ rəngli bıçağı götürüb, şalvarının bel nahiyəsində gizlətmiş və Qabilin öz həyət qapısının qarşısında onu gözlədiyini görmüşdür. Qabilə yaxınlaşan zaman, aralarında başlamış sözlə mübahisə əlbəyaxa davaya çevrilmişdir. Qabil onun sifət və dodaq nahiyələrinə zərbələr vurmuş, o isə sonuncuya heç bir zərbə vurmamışdır. Əlbəyaxa olduqda eyni vaxtda yerə, torpağa yıxılmışlar. Qabil sağ tərəfi üstünə, o isə sol tərəfi üstünə düşmüşdür. O, sol əli ilə Qabilin yaxasından tutmuşdur. Qabilin sağ əli onun yaxasında olmuş, sol əli ilə cibində bıçağı axtardığını hiss etmişdir. Onu bıçaqla vuracağını güman edib, şalvarının bel nahiyəsində olan bıçağı çıxartmış və sağ əli ilə Qabilin döş qəfəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Qabilin müqaviməti qırılmışdır. O, ayağa durub, həmin yerdən təxminən 20-25 metr məsafəyə gəlib, bıçağı qonşunun həyətinə atmışdır. Evə girib paltarlarını dəyişmiş və Binəqədi qəsəbəsinə, evinə gəlmişdir. 27.09.2020-ci il tarixdə, günorta saatlarında isə polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilmişdir. İfadəsi yoxlanılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi yerlərin foto şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. (cild 01, iş vər. 88-91) Məhkəmə-tibbi ekspertizasının 29.09.2020-ci il tarixli, 1080 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin, alt dodağın selikli qişasında sıyrıqları, alt dodağın selikli qişasının qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 26.09.2020-ci il tarixə uyğun gələ bilər və bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara və qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. (cild İİ iş vər. 93-95) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 4(003)- 249/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 101-102) “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X19 zərərçəkmiş şəxs mərhum X7 hüquqi varisi qismində tanınmışdır. (cild 01, iş vər. 104) “Bıçağa baxış keçirilməsi haqqında” 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürən zaman istifadə etdiyi bir ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən bir ədəd bıçaq açılıb-qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, ümumi uzunluğu 27 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır, tiyənin uzunluğu 14 sm-dir, bir tərəfi kəsici, digər tərəfi küt, ucu itidir. Tiyənin üzərində “GK SOLİNGEN MADE İN GERMANY” yazısı həkk olunmuşdur. Tiyənin üzərində qana bənzər ləkələrin olduğu görünür. Bıçağın dəstəyi ağ rənglidir, uzunluğu 13 sm-dir, hər iki tərəfdən 3 ədəd metal pərçimlə bərkidilmişdir. (cild 01, iş vər. 119) “Mobil telefona baxış keçirilməsi haqqında” 14 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, X4 istifadəsində olmuş mobil telefona baxış keçirilmişdir. Zərərçəkmiş şəxs məxsus “Nokia” markalı knopkalı telefon qara rənglidir. Telefon ***-***-**-** mobil nömrəsi ilə istifadə edilir. Telefonun menyusuna baxış keçirilərkən, sms və multi mesajlar bölməsinin boş olduğu müəyyən edilmişdir. Zənglər bölməsində Zərərçəkmiş şəxs sonuncu dəfə 26.09.2020-ci il tarixdə saat 22:15-də və 22:16-da Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə iki dəfə zəng etdiyi müəyyən edilmişdir. Şahid2 şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs iki dəfə ona zəng vurduğunu təsdiqləmişdir. (cild 01, iş vər 148) “Əşyanın tanınması haqqında” 10 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhər, Xəzər rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən Təqsirləndirilən şəxs cinayətin aləti olan 01 ədəd bıçağı tanınmaya təqdim edilmişdir. Tanıyan şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş 03 ədəd bıçaq arasından Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zaman istifadə etdiyi bıçağı könüllü olaraq göstərməsi xahiş olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs həmin əşyaların arasında ortaya qoyulmuş, 02 rəqəmi ilə işarələnmiş, bir ədəd qatlanmayan, dəstək və tiyədən ibarət, ümumi uzunluğu 27 sm olan, dəstəyi ağ rəngli taxta materialdan, dəstəyinin uzunluğu 13 sm olan, tiyəsinin uzunluğu 14 sm, bir ucu kəsici, digər ucu küt, ucu iti olan bıçağı tanıdığı, həmin bıçağı uzun müddət yaşadıqları evdə mətbəxdə istifadə etdiklərini bildirmiş və həmin bıçaq ilə Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini qeyd etmişdir. Tanınma 12:30-da başlanmış, saat 12:40-da başa çatmışdır. (cild 01, iş vər 185) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 06 noyabr 2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 200-201) 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 19.11.2020-ci il tarixli, 1354 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X20 1976-cı il tarixdən 26 nömrəli BŞX-nın Poliklinika şöbəsində olan Ruhi-Əsəb Xəstəlikləri kabinetində qeydiyyatdadır. (cild 01, iş vər. 204) “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 23 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**1 nömrəsi ilə aparılan danışıqlara dair “xxxx” MMC-dən daxil olmuş 01.08.2020-ci il tarixdən 28.09.2020-ci il traixədək olan məlumatlara Xəzər rayon Prokurorluğunun inzibati binasında baxış keçirilmişdir. Telefon danışıqlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən 24.09.2020-ci il tarixdə Səbuhi Yaxiyaevin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna bir dəfə zəng olmuş və 647 saniyə danışıq olmuşdur. Bundan əlavə 26.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs öz nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə saat 22:15:04-də zəng edilmiş və 45 saniyə danışıq aparılmış, 22:16:54-də ikinci zəng edilərək, 19 saniyə danışıq aparıldığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləər baxış keçirilən zaman isə istintaq üçün əhəmiyyət kısb edən hər hansı məlumat aşkar edilməmişdir. Hər iki şəxsin istifadəsində olmuş mobil nömrələr ilə istintaq üçün əhəmiyyət təşkil etməyən digər telefonlar ilə danışıqlar apardıqları müəyyən olunmuşdur. (cild 01, iş vər. 107) İşdə olan Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri X8, X18 və X10 yaşayırlar. (cild 02, iş vər 04) İşdə olan Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ailəlidir, iki övladı vardır. ünvan 5 ünvanında pasport qeydiyyatındadır. (cild 02, iş vər 05) Məhkəmə-lifli ekspertizasının 21.10.2020-ci il tarixli, 6/2086 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan paltarlardan tünd qəhvəyi rəngli şalvarı üzərindən aşkar edilmiş açıq boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. (cild 02, iş vər 07-12) Məhkəmə-tibbi ekspertizasının 24.10.2020-ci il tarixli, 128 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər:- sağ ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ dizin ön səthinin sıyrıqları (2 ədəd). Qeyd olunan döş qəfəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) deşici-kəsici təsirindən törənmiş, həyatidir; sağ dizin ön səthinin sıyrıqları (cəmi 2 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 26.09.2020-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı üçdə birinin daxilə-döş boşluğuna nüfuz edən və sağ ağciyərin yuxarı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti öndən arxaya, sağdan az sola, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 6-7 sm-dir. Sağ dizin ön səthinin sıyrıqları (cəmi 2 ədəd) istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ ağciyərin yuxarı payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş sağ dizin ön səthinin sıyrıqları müxtəlif şəraitlərdə o cümlədən öz boyu hündürlüyündən yerin sərt örtüyünə yıxılması nəticəsində törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim olunmuş bıçaqla eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarı oturaq, yarı uzanıqlı və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyritəbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2742/K, 09.10.2020). Mərhum Zərərçəkmiş şəxs xarici və daxili müayinəsində onun hər- hansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilmədi. (cild 02, iş vər 13-20) Məhkəmə-kriminalistik ekspertizasının 06.11.2020-ci il tarixli, 3/1232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild 02, iş vər. 22-25) Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 23.10.2020-ci il tarixli, 2107 nömrəli rəyinə əsasən, məhkəmə-psixiatriya ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, özünü müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl və hadisədən sonra psixi-emosional vəziyyətinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman psixiemosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vər. 27) Məhkəmə tibbi-bioloji ekspertizasının 04.12.2020-ci il tarixli, 869/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrupu: B(111). Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrupu: 0(1) (şəxsiyyət vəsiqəsindən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin, şalvarın, trusik, çəkələyin sol tayı, Təqsirləndirilən şəxs məxsus gödəkçə, idman şalvarı, bir ədəd bıçaq, dörd ədəd plastik çubuqların pambıq ucluqlarında olan ləkələrdə və beş ədəd bükümdə torpaq şəkilli maddə arasında olan hissəciklərdə və qurumuş bitki qalıqları üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda yalnız “B” antigeni alındı. Bu antigen AB0 sistemi üzrə B(111) qrupunu xarakterizə edən əsas antigen olduğu üçün qan qrupunun təyini zamanı yalnız onun alınması qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda göstərilən qan ləkələri və hissəcikləri AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Maddi sübutlarda qan qrupunun təyini zamanı alınmış “B” antigeni Təqsirləndirilən şəxs qan qrupuna xarakter olmadığından ona məxsus ola bilməz və maddi sübutlarda olan qan ləkələri və hissəciklərinin ona məxsus olması inkar olunur. Ekspertizaya təqdim edilmiş maddi sübutlar üzərində olan qan ləkələrinin hüceyrələrində, qadın cinsinə məxsus yarımspesifik A və V tipli çıxıntı (xxromatin) aşkar olunmadığı üçün, bu qan ləkələri kişi cinsinə məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus çəkələyin sağ tayı, Təqsirləndirilən şəxs məxsus köynək və bir cüt çəkələk üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 02, iş vər. 30-42) “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 157.1, 221 və 228.4-cü maddələrinin tərkibi olmadığından barəsində cinayət təqibinin rədd edilməsi və həmin xüsusat üzrə cinayət işindən materiallar ayrılaraq rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Zərərçəkmiş şəxs 26.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə əlbəyaxa olan zaman sonuncuya sol gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin, alt dodağın selikli qişasında sıyrıqları, alt dodağın selikli qişasının qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs öldüyündən barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi və həmin xüsusat üzrə cinayət işindən materiallar ayrılaraq rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Şahid2 Nürəddin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işindən qeyd olunan maddə ilə cinayət işinin ayrılması, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 143 və 307.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinin rədd edilməsi, X2 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinin rədd edilməsi, Xəzər RPİnin 1-ci PŞ-nin müvafiq əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilməsi, iş üzrə hadisə yerinə baxış, axtarış və götürmə zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd açıq boz rəngli şalvar, bir ədəd boz rəngli zolaqlı, uzunqol gödəkçə, bir ədəd tünd boz rəngli, zəncirbəndlə bağlanan üst geyimi və bir cüt qara rəngli çəkələk, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli, zolaqlı şalvar, bir ədəd açıq mavi rəngli köynək, bir ədəd alt tumanı və bir cüt çəkələk, bir ədəd bıçaq, torpaq üzərindən ayrı-ayrı bükümlərdə beş ədəd qana bənzər maddə, dörd ədəd DNT çöpündə qana bənzər maddə, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon və “xxxx” MMC-dən daxil olmuş bir ədəd diskin maddi sübut kimi tanınması və saxlanılması üçün rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 43-62) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək və ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün həmi ibtidai istintaq zamanı və həmçinin məhkəmə baxışı zamanı işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri və elan edilərək tədqiq edilmiş ifadələri, həmçinin hadisənin baş verməsinin əks olunduğu videogörüntülər, iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu guya X11 qəsdən öldürmək istəmədiyi hissədə olan ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyini, həmçinin işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi yuxarıda qeyd olunan əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəlsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib, peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar – Xəzər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd açıq boz rəngli şalvar, bir ədəd boz rəngli zolaqlı, uzunqol gödəkçə, bir ədəd tünd boz rəngli, zəncirbəndlə bağlanan üst geyimi və bir cüt qara rəngli çəkələk, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli, zolaqlı şalvar, bir ədəd açıq mavi rəngli köynək, bir ədəd alt tumanı və bir cüt çəkələk, bir ədəd bıçaq, torpaq üzərindən ayrı-ayrı bükümlərdə götürülmüş beş ədəd qana bənzər maddə, dörd ədəd DNT çöpündə qana bənzər maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon mərhum zərərçəkmiş şəxsin yaxın qohumlarından birinə qaytarılmalı və cinayət işinə əlavə edilmiş “xxxx” MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işi materilallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 236,46 (iki yüz otuz altı manat, qırx altı qəpik) manat təqsirləndirilən şəxs X3 dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Xəzər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd açıq boz rəngli şalvar, bir ədəd boz rəngli zolaqlı, uzunqol gödəkçə, bir ədəd tünd boz rəngli, zəncirbəndlə bağlanan üst geyimi və bir cüt qara rəngli çəkələk, Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli, zolaqlı şalvar, bir ədəd açıq mavi rəngli köynək, bir ədəd alt tumanı və bir cüt çəkələk, bir ədəd bıçaq, torpaq üzərindən ayrı-ayrı bükümlərdə götürülmüş beş ədəd qana bənzər maddə, dörd ədəd DNT çöpündə qana bənzər maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon mərhum zərərçəkmiş şəxsin yaxın qohumlarından birinə qaytarılsın və cinayət işinə əlavə edilmiş “xxxx” MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 236,46 (iki yüz otuz altı manat, qırx altı qəpik) manat təqsirləndirilən şəxs X3 dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-628/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-628/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver