Məhkəmə qərarları › İş №1(101)-649/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-649/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-649/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X38; Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə X22 Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı; Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs; Zərərçəkmiş şəxsin hüquqi varisi – X24 və onun nümayəndəsi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X25; Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 23 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatları əldə edib saxlamış, daşımış və gəzdirmiş, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, habelə ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmiş və iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən bir ədəd «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «AKM» markalı, BE 9608 nömrəli odlu silahı, həmin odlu silahın komplekt hissələri hesab edilən iki ədəd sandıqçanı və döyüş sursatları hesab edilən qeyri-müəyyən sayda patronu əldə edib, yaşadığı ünvan 1 ünvanındakı evin təsərrüfat damında saxlamış, daha sonra oradan daşıyıb etibarnamə əsasında idarə etdiyi «Nissan Maxima» markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində saxlamış və gəzdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında istintaqa məlum olmayan mənbədən soyuq silah hesab olunan bir ədəd qatlanmayan ov bıçağım qanunsuz olaraq əldə etmiş və idarə etdiyi «Nissan Maxima» markalı 90 EX-505 dövlət nömrə nişanlı avtomobildə gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanında yerləşən «909» adlı kafedə tanışı X16 əvvəllər törətdiyi cinayət əməlinə görə məhkum olunmaqla cəza çəkdiyi müddətdə onu ziyarət etməməsini əsas gətirərək ondan əmlakını tələb etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı Tural Babayevin yumruqla onu vuraraq döyməsi, həmin vaxt sonuncunun yanında olan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs isə ona qarşı nalayiq ifadələr işlətməsi və sonradan Tural Babayev və Zərərçəkmiş şəxs mütəmadi olaraq müxtəlif yerlərdə barəsində şəxsiyyətini alçaldan ifadələr işlətməsi və nəhayət xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Tural Babayevin idarə etdiyi «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxsla birlikdə onun yaşadığı ünvana gəldikdə sonuncularla təklikdə görüşmək üçün ailə üzvlərini qardaşı Şahid1 idarə etdiyi «BMW» markalı 90- XM-177 dövlət qeydiyyat nişanlı avtomobil ilə qayınatası evinə yola saldıqdan sonra Tural Babayevin idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxsla birlikdə ailə üzvlərinin də içərisində olduğu həmin avtomobili təqib etmələri barədə qardaşı Şahid1 məlumat aldıqda, Tural Babayev və Zərərçəkmiş şəxs ona qarşı əvvəllər etmiş olduqları qərəzli hərəkətlərinə və aralarında olan ədavətlə bağlı ailə üzvlərinə təzyiq göstərməklə onu alçaltmalarından hiddətlənərək qisas almaq niyyəti ilə sonuncuları qəsdən öldürüb həyatdan məhrum etmək qərarına gələrək, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı və avtomobilində gəzdirdiyi «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «AKM» markalı, BE 9608 nömrəli odlu silah və qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab olunan qatlanmayan ov bıçağı ilə silahlanmaqla idarə etdiyi «Nissan Maksima» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanında yerləşən Tütün fabrikinin yanına gedib, orada əlverişli mövqe seçməklə dayanaraq, təqib olunan qardaşı Şahid1 telefonla idarə etdiyi avtomobili həmin istiqamətdə hərəkət etdirməsini deyib, Tural Babayev və Zərərçəkmiş şəxs qeyd edilən yerdən avtomobili ilə keçmələrini gözləmiş və saat 23:03 radələrində Şahid1 idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan Tural Babayev idarə etdiyi avtomobil ilə Tütün fabrikinin yaxınlığına çatdıqda o, ətrafda yerləşən ticarət obyektlərində olan vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyini dərk edərək ümumi təhlükəli üsulla «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında olan Tural Babayev və qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə «AKM» markalı odlu silahla həmin avtomobil istiqamətində ardıcıl olaraq çoxsaylı atəşlər açmaqla Tural Babayevə sağ sağrının bayır yuxarı və orta kvadrantını dəlib-keçən, sol əlin İ-İİ barmaqarası nahiyəsinin, sol budun arxa-bayır səthinin toxunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid üç ədəd, sağ dirsək oynağını təşkil edən sümüklərin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan, dirsək oynağının bayır səthinin və sağ bazunun aşağı 1/3ni dəlib keçən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bir ədəd, sağ ağ ciyərin zədələnməsi, ölümünə səbəb olan İİİ-İV qabırğaların və Vİ, Vİİ döş fəqərələrinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ qoltuqaltı və sol arxa səthini dəlib-keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid iki ədəd, ümumilikdə altı ədəd odlu silah yaralanması ilə nəticələnən xəsarətlər yetirərək ümumi təhlükəli üsulla onu qəsdən öldürmüş, Zərərçəkmiş şəxs isə sağ sağrı nahiyəsini yaralayan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid beş ədəd və qarnın sol yan divarının peritonarxası nahiyəyə keçərək qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd və ümumilikdə altı ədəd odlu silah yaralanması ilə nəticələnən xəsarətlər yetirmiş və sonuncu vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.7, 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tural Babayev və Zərərçəkmiş şəxs Keşlə qəsəbə sakinləri kimi tanımış, əvvəllər aralarında mehriban və səmimi münasibətlər olsa da, Tural cəzaçəkmə müəssisəsindən çıxandan sonra onunla münasibəti pozulmuşdur. Tural bir gecə təxminən hadisədən 5-6 ay əvvəl 2018-ci ilin iyun ayının sonlarında gecə saat 03 radələrində ona zəng edib Keşlə qəsəbəsində yerləşən, daima oturub istirahət etdikləri «909» kafesinə çağırmışdır. Həmin kafedə Tural ona demişdir ki, onu cəzaçəkmə müəssisəsində olanda ziyarət etmədiyinə görə, maşınını əlindən alacaq.Tural Babayev cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra özünü oğru aləminin üzvü hesab etmiş, o cür davranmışdır. Bundan sonra orada Tural onu vurmuş, həmin vaxt Tural öz dostları ilə olmuş, buna görə ona cavab qaytarmamışdır. Həmin vaxt Turalın əlində bıçaq olduğunu da görmüşdür. Asif Turalla aralarında kafedə baş vermiş münaqişədən sonra kafeyə gəlmiş, orada olanların birbaşa şahidi olmamışdır. Asif onu heç vaxt söyməmiş, ibtidai istintaq vaxtı verdiyi ifadəsində Asifin onu söyməsi ilə bağlı yalan demişdir. Həmin hadisədən sonra təxminən 6 ay müddətində Turalla görüşməmişdir, bu müddətdə psixoloji müalicə almamış, amma onda özünəqapanma yaranmışdır. 2016-cı ilin yay aylarında Ruhi əsəb dispanserində stasionar müalicə almışdır. Həmin gündən sonra Turalın onun haqqında artıq-əskik danışması barədə eşitmişdir. xx xxxxxx 2018-ci il tarixdə ailəsini qayınatasıgilə aparmaq istədiyi zaman Turalı öz məhəlləsində görmüş, həmin vaxt Turala gözləməsini demiş və qardaşına zəng edərək, ailəsini qaynatasıgilə aparmağını xahiş etmişdir. Silahını götürüb məhləyə qayıdanda Tural artıq orada olmamışdır. Qardaşı ona zəng edərək, Turalın onun avtomobilini təqib etdiyini bildirmiş, bundan sonra o evdən silahı götürərək, hadisəni törətdiyi əraziyə getmiş və Turalın avtomobilini görərək atəş açmışdır. Hadisə vaxtı Turalın avtomobilində olan və zədələnən Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxsla münasibətləri normal olmuşdur, bir sinifdə təhsil almışdır. Atəş açandan sonra çıxıb getmişdir. Tural Babayevin onun ailəsini avtomobillə təqib etdiyini öyrəndikdən sonra, onu öldürmək qərarına gəlmişdir. Üzərində avtomatın ikinci sandıqçası da olmuş, hadisə vaxtı Turala atəş açmış, hadisənin təxminən 10 dəqiqə ərzində baş vermiş, təxminən 30 dəfə atəş açmış və atəş etməsi 1 dəqiqədən az çəkmişdir. Atəş açdıqdan sonra silahı avtomobilinə qoymuşdur. Son olaraq göstərdi ki, himayəsində iki azyaşlı uşağı olmaqla, Zərərçəkmiş şəxsla barışmışdır, atasının ikinci qrup əlil olmasını və hadisənin məhz Tural Babayevin ona qarşı törətdiyi qanunsuz əməllərə və hadisə günü ailə üzvlərinə etdiyi hərəkətlərə görə baş verdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Tural Babayev və Zərərçəkmiş şəxs Keşlə qəsəbə sakinləri kimi tanımış, əvvəllər aralarında mehriban və səmimi münasibətləri olsa da, sonralar münasibətləri pozulmuşdur. Belə ki, təxminən 5-6 ay əvvəl 2018-ci ilin iyun ayının sonlarında gecə saat 03 radələrində Tural Babayev ona zəng edib onu Keşlə qəsəbəsində yerləşən, daima oturub istirahət etdikləri «909» kafesinə çağırdıqda vacib bir şey olduğunu düşünüb həmin kafeyə getmiş, orada X53 Bağırovla və bir neçə nəfər tanımadığı, Keşlə qəsəbəsində yaşamayan, üzlərini ilk dəfə gördüyü həmyaşıdları ilə əyləşdiklərini görüb onlarla görüşmüşdür. Onların yanında oturduqdan sonra ilk öncə Tural Babayev söhbətə başlayıb ona müraciət edərək acıqlı şəkildə «əvvəllər biz yaxın olmuşuq, nə üçün sən bizimlə oturubdurmursan, mən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir dəfə də olsun mənimlə görüşməmisən» sözlərini dedikdə sonuncuya işi olduğunu, onunla oturub-durmağa məcbur olmadığını bildirmişdir. Bu zaman Tural Babayev cəzaçəkmə müəssisəsindən çıxandan sonra onu ziyarət etmədiyinə görə cərimə kimi istifadəsində olan 4000 manat dəyərində olan avtomobilini ona verməsini demiş, avtomobilini verməyəcəyini dedikdə sonuncu qəfildən onun sifət nahiyəsindən yumruqla iki dəfə vurmuşdur. Həmin vaxt Tural Babayevə hər hansı müqavimət göstərə bilməmiş, çünki, onlar sayca çox olmuş, Tural Babayevi vuracağı təqdirdə yanındakıların sonuncuya kömək edəcəklərini düşünmüş, həmin hadisə zamanı Zərərçəkmiş şəxs onu vurmasa da, təhqiramiz sözlər deməklə onu təsir altına salmağa çalışmışdır. Bundan sonra Tural Babayevə «mən səninlə görüşəcəm» sözlərini deyib kafedən çıxıb getmiş, həmin hadisə ona çox pis təsir etdiyinə görə bir neçə gün evdən çıxmamış, Tural Babayevin onu döyməsinə, sonuncu ilə Zərərçəkmiş şəxs onunla kobud danışmasına, hamının içində vurulmasına görə özünü alçaldılmış hesab etmiş, həmçinin, bu hadisədən sonra Tural Babayev və Zərərçəkmiş şəxs onu nəzərdə tutub hər yerdə «biz Zauru sındırdıq» sözlərini demələrini eşitmişdir. Bu hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etməmiş, çünki Tural Babayev və Zərərçəkmiş şəxs özü cəzalandırmaq istəmiş, bir müddət keçdikdən sonra bir az özünə gəlsə də, son vaxtlarda da Tural Babayev və Zərərçəkmiş şəxs yenə onu axtarmalarını eşitmiş, buna görə də aralarında yenidən nə vaxtsa mübahisə olacağını bilmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində ailəsi ilə birlikdə qayınatası evinə getməyə hazırlaşarkən Tural Babayevin idarə etdiyi «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə görmüş, avtomobilin sükanı arxasında Tural Babayev, onun yanında qabaq oturacaqda isə Zərərçəkmiş şəxs əyləşmiş, Tural Babayev onu görən kimi avtomobildən düşüb yaxınlaşaraq onlarla birlikdə getməsini bildirdikdə o, ailəsini aparıb düşürtdükdən sonra görüşə biləcəyini demişdir. Tural Babayev ona arxasınca gələcəyini bildirmiş, lakin, Tural Babayev və Zərərçəkmiş şəxs onun arxasınca gəlsələr, ailə üzvlərinin yanında onu söyəcəklərini, avtomobilini tələb edəcəklərini, aralarında mübahisə baş verə biləcəyini və avtomobildə olan ailəsinin narahatçılığına səbəb ola biləcəklərini düşünmüş, buna görə qardaşı Şahid1 zəng edib ondan həyat yoldaşı və oğlunu qayınatası evinə aparmasını xahiş etmişdir. Şahid1 yaxınlıqda yerləşən «İlqar» kafesində olduğunu demiş və təxminən 5 dəqiqədən sonra gəlib istifadəsində olan «BMW» markalı **-XM- *** dövlət nömrə nişanlı avtomobil ilə həyat yoldaşı və oğlunu aparmış, həmin vaxt Tural Babayevin idarə etdiyi avtomobil ilə Şahid1 idarə etdiyi avtomobilin arxasınca getdiyini görmüşdür. Təxminən 5 dəqiqədən sonra Şahid1 ona zəng edib Tural Babayev və Zərərçəkmiş şəxs tərəfindən təqib olunduğunu bildirdikdə sonuncuların yaşadığı məhəllədən çıxdıqdan sonra ailə üzvlərinin də içərisində olduğu, qardaşı Şahid1 idarə etdiyi avtomobili təqib etdiklərini başa düşmüş, Tural Babayev və Zərərçəkmiş şəxs ailə üzvələrinin içərisində olduğu avtomobili təqib etmələri, sonuncuların onun ailə üzvlərini aralarında olan söz-söhbətə qatmaq istəmələri, ailə üzvləri vasitəsi ilə ona təsir göstərməyə çalışmaları ona pis təsir etmiş, başqa çıxış yolu tapa bilməyib əvvəllər əldə etdiyi avtomatdan atəş açıb Tural Babayev və Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmişdir. Buna görə də Şahid1 avtomobili saxlamamasını, Keşlə qəsəbəsində yerləşən Tütün fabrikinin yanına gəlməsini, onu orada gözləyəcəyini demiş, Tural Babayev və Zərərçəkmiş şəxs qardaşı Şahid1 arxasınca gələcəyini başa düşmüş, avtomobillərin hərəkətinin az olduğu, adamların gediş-gəlişinin demək olar ki, olmadığı yer olduğu üçün, məhz həmin yerdə istifadəsində olan «Nissan Maxima» markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobildə saxladığı avtomatdan atəş açıb Tural Babayev və Zərərçəkmiş şəxs öldürməyi düşünmüşdür. Şahid1la telefonla danışandan dərhal sonra, artıq saat 23 radələrində istifadəsində olan avtomobil ilə yaşadığı ünvandan çıxıb Tütün fabrikinin yanına getmiş, orada avtomobilin yük yerindən idman çantasının içərisində saxladığı «Kalaşnikov» markalı avtomat silahını çıxarıb atəş üçün hazır vəziyyətə gətirib yanında saxlamış, bir qədər sonra, artıq saat 23 radələrində Şahid1 arxasınca Tural Babayevin idarə etdiyi avtomobil ilə gəlməsini görüb avtomobildən düşüb Tütün fabrikinin yaxınlığında yerləşən Mebel fabrikinin qarşısında dayanmışdır. Şahid1 idarə etdiyi avtomobil keçdikdən sonra Tural Babayevin idarə etdiyi avtomobil istiqamətində avtomatla ardıcıl atəşlər açmışdır. Atdığı atəşlərdən sonra Tural Babayevin idarə etdiyi avtomobilin sürəti azalmış və bir qədər hərəkət edib yolun mərkəzində çəpinə şəkildə dayanmışdır. Bundan sonra yaxınlaşıb avtomobilin içərisinə baxmış, həmin vaxt Tural Babayevin sükan arxasında, Zərərçəkmiş şəxs isə qabaq oturacaqda hərəkətsiz olmalarını görüb artıq hər ikisini öldürdüyünü güman etmiş, geriyə, öz avtomobili tərəfə qayıdıb avtomatı avtomobilin yük yerinə qoyduqdan sonra Şahid1 avtomobilini yolun mərkəzində dayanmış Tural Babayev və Zərərçəkmiş şəxs olduğu avtomobilin yanından idarə edib ona yaxınlaşmış, bu zaman ona narahat olmamasını və çıxıb getməsini demişdir. Bundan sonra avtomobili ilə yaşadığı evə getmiş, avtomatı çantaya qoyub evin təsərrüfat damında gizlətdikdən sonra tanımadığı, dövlət nömrə nişanına və markasına fikir vermədiyi taksi avtomobili ilə Sumqayıt şəhərində yaşayan xalası evinə getmişdir. xx xxxxxx 2018-ci il tarixdə nahar vaxtı Bakı şəhəri, Nizami rayon Polis idarəsinə getmiş və atdığı atəşlər nəticəsində Tural Babayevin ölməsini, Zərərçəkmiş şəxs isə xəsarət alaraq xəstəxanaya aparılmasını bilmişdir. Avtomatı və iki ədəd tam patronlarla dolu sandıqcanı Keşlə qəsəbəsində yaşamış Namiq adlı şəxsdən silah həvəskarı olduğu üçün təxminən bir il əvvəl, alıb özündə saxlamış, avtomatı aldıqdan sonra yaşadığı evin təsərrüfat damında, son zamanlar isə Tural Babayev və Zərərçəkmiş şəxs onu bir daha alçaltsalar, onlara atəş açması üçün avtomobilinin yük yerində saxlamışdır. Yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi, ev 23 ünvanında axtarış aparılarkan aşkar edilmiş bir ədəd giliz, bir ədəd güllə, iki ədəd bıçaq və istifadəsində olan «Nissan Maksima» markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş bir ədəd bıçaq ona məxsus olmuşdur. Giliz və güllə Namiq adlı şəxsdən aldığı patronlardan birinin gilizi və gülləsi olmuş, həmin patron digərlərindən fərqli olduğuna görə gülləni bıçaqla gilizdən ayırıb suvenir kimi özündə saxlamış, qeyd edilən bıçaqları isə o, 2018-ci ilin yanvar ayında «8-ci km» bazarından tanımadığı şəxsdən bıçaq həvəskarı olduğu üçün suvenir kimi almışdır. Hadisə vaxtı Tural Babayev və Zərərçəkmiş şəxs qardaşı Şahid1 təqib etməsinin səbəbini bilməmiş, ola bilsin ki, Tural Babayev və Zərərçəkmiş şəxs onun ailə üzvlərinin həmin avtomobildə olduqlarını bilib, onlara təzyiq göstərərək onu alçaltmaq üçün həmin avtomobili təqib etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlavə istintaq zamanı göstərmişdir ki, ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi hadisə yerindən təxminən 500 metr məsafədə Tural Babayevin idarə etdiyi avtomobilə avtomat silahdan atdığı atəşlərin istiqamətindən əks istiqamətdə yerləşdiyindən heç kimin həyatına və sağlamlığına təhlükə törətməmişdir. Şahid1 və Tural Babayevin idarə etdiyi avtomobillər sürətlə hərəkət etməklə aralarında xeyli məsafə olmuş, Şahid1 avtomobili keçdikdən sonra Tural Babayevin idarə etdiyi avtomobilə atəş açarkən Şahid1 avtomobilini görməmiş, Tural Babayevin idarə etdiyi avtomobil dayandıqdan sonra Şahid1 idarə etdiyi avtomobil ilə Tütün fabrikinin qarşısından geri qayıtdığını görmüş, bu zaman Şahid1 onu təqib edən Tural Babayevdən yayınmaq üçün Tütün fabrikinin qarşısından sola döndüyünü başa düşmüş, ona görə də atəş nəticəsində Şahid1 həyat və sağlamlığı üçün təhlükə törətmək ehtimalı olmamışdır. Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülmüş Təhlükəsizlik şəhər kameralarının videogörüntülərinə məhkəmə istintaqı və ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış olarkən baxmış, Şahid1 və Tural Babayevin idarə etdiyi avtomobillərin görüntüləri hadisə yerindən xeyli uzaqda, Keşlə dəmir yolu stansiyasının yaxınlığında yerləşən dəmir yolu keçidin üzərində əks edilmiş və görüntülər əks olunan yerdən hadisə yerinə qədər olan məsafə təxminən 600 metr təşkil etməklə, atdığı atəşlər həmin istiqamətə yönəlməmişdir. «909» adlı kafedə baş vermiş hadisənin dəqiq tarixi yadında qalmamış, ancaq xx xxxxxx 2018-ci il tarixdə baş vermiş hadisədən təxminən 6-7 ay əvvəl «909» adlı kafedə hadisə baş vermiş, bu isə 2018-ci ilin iyul ayının son günlərinə təsadüf etmiş, ola bilsin ilkin ifadələrində iyun ayı ilə, iyul ayının səhv salmışdır. Tural Babayevin idarə etdiyi avtomobil istiqamətində ilk atəşləri soldan və bir qədər irəli gedərək arxadan atəş açmış, ola bilsin ki, ilk atəşlər açıldıqda müdafiə olunmaq üçün Tural Babayev və Zərərçəkmiş şəxs avtomobilin salonunda oturuş vəziyyətlərini dəyişərək sola və ya arxa tərəfə dönmüş və həmin vaxt qeyd edilən xəsarətləri almışlar. Bundan əlavə Tural Babayevin idarə etdiyi avtomobil dayanana kimi atəşi davam etdirməklə arxasınca gedərək avtomobilə yaxınlaşmış, ola bilsin ki, həmin vaxt gilizlərdən biri avtomobilin yaxınlığına düşmüş, hadisə zamanı avtomobilin sağ tərəfmə keçməmiş və həmin istiqamətdən atəş açmamışdır. Hadisədən əvvəl atəş açdıqdan sonra taksi avtomobili ilə Sumqayıt şəhərinə, xalası oğlu Şahid2 yaşadığı evə getməyi düşünmüş, buna görə adını bilmədiyi taksi sürücüsünün istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng etmiş və həmin taksi sürücüsünə bir neçə dəqiqədən sonra Tütün fabrikinin yanma gəlməsini demişdir. Ondan əvvəl və sonra Qafur İsmaylov ilə telefon danışıqları olmuş, qardaşı Şahid1 ilə danışarkən sonuncu Tütün fabrikinin yanına çatacağını bildirdikdən təxminən iki dəqiqə sonra hadisə baş vermişdir. Bundan sonra taksi sürücüsünün istifadəsində olan ***-***-**-** nömrəli telefon ilə danışmış, həmin nömrənin istifadəçisini tanımamışdır. Son dəfə danışarkən həmin şəxsə artıq avtomobil lazım olmadığını deyib avtomobilini həyətə qoymuş, avtomatı gizlətdikdən sonra markasını və sürücüsünü tanımadığı taksi avtomobili ilə Sumqayıt şəhərinə xalası oğlu Şahid2 yaşadığı mənzilə getmişdir. Öz istifadəsində avtomobil olduğuna görə taksidən çox da istifadə etməmiş və yalnız avtomobil təmirdə olanda və ya digər hallarda taksi lazım olduqda bir neçə dəfə həmin nömrəyə zəng edib çağırmışdır. Həmçinin, Şahid1 hadisədən sonra bir dəfə ona zəng edib hadisə barədə sonuncu ilə danışması, sonradan isə onun Şahid1 zəng edib səhəri gün gedib təslim olacağını deməsi hazırda yadına düşmüşdür. Hadisədən sonra Sumqayıt şəhərində yaşayan xalası oğlu Şahid2 zəng edib sonuncunun yaşadığı evə gələcəyini demiş və evlərinin ünvanını dəqiq bilmədiyinə görə yeri soruşmuşdur. Şahid2 evinə çatana kimi isə onların aralarında bir neçə dəfə telefon danışıqları olmuş, Şahid2 ona evlərinin yerini izah etmiş, sonuncuya hadisə barədə heç bir söz deməmişdir. Şahid2 hadisə barədə heç nə demədiyinə görə ilkin istintaq zamanı ifadəsində sonuncuya bir şey demədən yatdığını bildirmiş, Şahid2 ilə aralarında olan telefon danışıqlarının məzmunu yalnız yaşadığı evin yerini öyrənmək ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, vaxtı və inkişafı barədə işin faktiki hallarına uyğun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu, hadisələrin baş vermə ardıcıllığını ətraflı şəkildə təsvir edən və iş materiallarındakı digər obyektiv sübutların məcmusu ilə uzlaşan ifadələri, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, hadisədən bilavasitə əvvəl Təhlükəsiz Şəhər kameralarının qeydə aldığı videogörüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, X31 oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X35 dost olmaları barədə eşitmişdir. Zərərçəkmiş şəxs Turalın dostu kimi tanımışdır. X66 ilk dəfə yol nəqliyyat hadisəsi törətməsinə görə, ikinci dəfə isə kafedə dalaşmasına görə məhkum olunmuş, lakin, dəqiq hansı tarixlərdə, hansı maddələrlə məkum olunmasını xatırlamır. Tural cəzasını çəkib qurtardıqdan sonra heç bir yerdə işləməmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində Tural Babayevə zəng edib onun harada olmasını soruşduqda Tural gələcəyini demiş, bir qədər sonra evə gəlmiş, ona yemək və çay təklif etdikdə imtina etmiş və sürdüyü avtomobili icarəyə götürdüyü şirkətə təhvil vermək lazım olduğu adı ilə təxminən 10-15 dəqiqədən sonra evdən çıxmışdır. Turalın Zaurla “909” adlanan kafedə olan münaqişəsindən sonradan xəbəri olmuşdur. Tural Zaura ondan uzaq olmasını bildirmiş, Zaur isə Turala onların köhnə dost olmaqlarını və Turalın ona belə bir söz deməsinə və onunla yox, başqa şəxslərlə dostluq elədiyinə görə iradını bildirmişdir. Təxminən saat 23 radələrində nömrəsini xatırlamadığı telefondan kimsə ona zəng edib Turalı evdə olub-olmamasını soruşduqda sonuncunun evdə olmadığını bildirmiş, bundan sonra Turalın telefonuna zəng etsə də zəng çatmamışdır. Bir qədər sonra Turalın istifadəsində olmuş telefondan ona zəng gəlmiş, özünü polis əməkdaşı kimi təqdim edən şəxs onu Bakı şəhəri Nizamı rayon Polis idarəsinin 23-cü polis bölməsinə dəvət etmişdir. Polis bölməsində olduğu zaman ona Turalın idarə etdiyi avtomobili göstərmişlər. Daha sonra polis əməkdaşları onu xəstəxanaya aparmışlar və orada ona Turalın öldüyünü bildirmişlər. Oğlunun yas mərasimindən sonra Zaurun yaşadığı evə getmişdir ki, ailə üzvlərindən Zaurun oğlunu öldürməsinin səbəbini öyrənsin. Zaurun ailə üzvləri ona Zaurun Turalı öldürmə səbəbini hadisə vaxtı avtomobildə olan Zərərçəkmiş şəxs soruşmağını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs əmisinin oğlu Elvinin avtomobilinə əyləşərək Zərərçəkmiş şəxs yanına getmiş,yol getdikləri zaman o Elvindən Zaurun oğlunu nə səbəbdən öldürdüyünü soruşmuş, Elvin cavab olaraq, Zaurun hadisədən sonra ondan Tural və Asifin ölüb-ölmədiklərini öyrənməyi xahiş etdiyini demişdir. O, Elvinlə Zərərçəkmiş şəxs yanına xəstəxanaya getmiş, Asif xəstəxanada olarkən ona Qafurun Turalı onu Zaurla barışdırmaq məqsədilə kafeyə arxasınca apardığını bildirmişdir.Turalın Zaurun üzərində silah gəzdirməsi və bütün başqa qaranlıq işlərindən xəbəri olduğunu, Turalın kafedə Zahir adlı şəxslə dalaşdığını, Turalın Zaura, “səndə silah var, məndən uzaq dur” dediyini bildirmişdir. Son olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəb vaxtlarından tanıyır, bir sinifdə oxumuşlar. Tural ondan yaşca kiçik olmuş, onu xeyli müddət tanımışdır, onunla münasibətləri yaxşı olmuşdur. 2018-ci ilin iyun ayında «909» adlı kafedə olarkən X67 İsmayılovla kobud formada danışmasını görmüş, ancaq Tural Babayevin nalayiq söyüş söyməsini və ya onu vurmasını görməmiş, ola bilsin bu hal o, kafeyə gəlməmişdən əvvəl baş vermişdir. O həmin vaxt kafeyə gələndə qanqaraçılıq olduğunu görmüş, Zauru heç vaxt nə vurmamış, nə də ki, təhqir etməmişdir. Eləcə də Turalın belə bir şey etmədiyini bildirir. Tural Babayevin cinayətkar aləmə meyilliyi barədə hamı bilmişdir. Turalın Zauru “sındırmağı” barədə eşitməmişdir. Hadisə günü özündə olmamış, halhazırda çox şeyi xatırlamır. Həmin vaxt hava artıq qaranlıq olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Tural Babayev ona zəng edib hal-əhval tutduqda ona xəstə olduğunu demiş, sonuncu təkidlə görüşmək istədiyini bildirdikdə axşam saat təxminən 20 radələlərində «909» kafesinə getmişdir. Kafedə olarkən Tural Babayev ona şirniyyat almaq üçün birlikdə mağazaya getməyi təklif etdikdə sonuncunun idarə etdiyi «Hyundai Elentra» markalı avtomobilə əyləşmiş, Tural Babayev avtomobili Təqsirləndirilən şəxs yaşadığı məhəlləyə sürmüş, həmin vaxt onun başı mobil telefona qarışmış və o, Turalın maşından düşüb telefonla danışa-danışa getmiş, kiminlə danışması barədə məlumatı olmamışdır, həmin vaxt Turalın Zaurla görüşdüyünü görməmişdir.O Zaurun qardaşı Qafuru həmin vaxt orada görməmiş, Zaurun avtomobili məhəllədə olduğunu görmüşdür. Turalın hansısa avtomobilin dalınca düşməsini görməmişdir. Qafurun hansı avtomobili idarə etdiyini, qarşıda bir neçə avtomobilin getdiyini,Turalın Qafuru izlədiyini bilmir. Turalla Tütün fabrikinin yanına getmişlər, atəş səsləri eşitmiş, atəşin kimin tərəfindən açıldığını o zaman görməmiş, ona güllə dəyəndən sonra, huşunu itirmişdir. Zaurla eyni məhəllədə yaşamış, evləri yaxın olmuşdur. Zaur nə onu, nə də ki Turalı heç vaxt hədələməyib. Zaur atəş açanda, onun avtomobildə olduğunu bilməmişdir, avtomobildə olduğunu bilsə atəş açmayacağını bildirir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödəndiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Tural Babayevlə dost münasibətləri olmuş, lakin, sonuncunun çılğın, həddindən çox enerjili, dağınıq fikirli, dalaşmağa, mübahisə etməyə meyilli insan olması səbəbindən və əvvəl məhkum olmasını bildiyi üçün ondan uzaq gəzməyə çalışmışdır. Ağır əməliyyat keçirtdiyi üçün baş vermiş hadisəni tam xatırlamamış, lakin, yadındadır ki, xx xxxxxx 2018-ci il tarixdə Tural Babayev ona zəng edib hal-əhval tutduqda ona xəstə olduğunu demiş, sonuncu təkidlə görüşmək istədiyini bildirdikdə axşam saat təxminən 20 radələlərində «909» kafesinə getmişdir. Kafedə olarkən Tural Babayev ona şirniyyat almaq üçün birlikdə mağazaya getməyi təklif etdikdə sonuncunun idarə etdiyi «Hyundai Elentra» markalı avtomobilə əyləşmiş, Tural Babayev avtomobili Təqsirləndirilən şəxs yaşadığı məhəlləyə sürmüş, sonuncunu görüb avtomobildən düşüb söhbət etmiş, nə baş verdiyini soruşduqda Tural Babayev ona «narahat olma, səbirli ol» sözlərini demişdir. Bir qədər sonra Tural Babayev «BMW» markalı avtomobili təqib etməyə başlamış, həmin vaxt hansı istiqamətdə hərəkət etdiklərini xatırlamamış, yalnız yadındadır ki, Keşlə qəsəbəsində Tütün fabriki istiqamətində dönüb bir qədər gedərkən ardıcıl atəş səslərini eşitmiş, atılan güllələr Tural Babayevə və ona dəymiş, sonradan atəş açan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hadisədən sonra Tural Babayevin idarə etdiyi avtomobilin salonunda və qabaq sağ qapısının altında, asfalt örtüyün üzərində aşkar edilmiş bıçaqların kimə məxsus olmasını bilməmiş, avtomobilə əyləşəndə salonda iki ədəd bıçaq görmüşdür. Hadisə baş verən anda həmin bıçaqlardan birini götürüb avtomobildən enmək istəyəndə düşə bilməmiş, bıçaq əlindən yerə düşmüşdür. Tural Babayev çox adamın yanında Təqsirləndirilən şəxs ünvanına söyüş söymüş, ola bilsin ki, bu söhbətləri Təqsirləndirilən şəxs eşitmiş və buna görə Tural Babayevin olduğu avomobilə odlu silahdan atəş açmışdır. 2018-ci ilin iyun ayında «909» adlı kafedə olarkən X67 İsmayılovla kobud formada danışmasını görmüş, ancaq, Tural Babayevin nalayiq söyüş söyməsini və ya onu vurmasını görməmiş, ola bilsin bu hal o, kafeyə gəlməmişdən əvvəl baş vermiş, X55 İsmayılovla kobud formada danışmasının səbəbini bilməmişdir. (Cild 01, iş vər. 162-165, cild 02, iş vər 142-148) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 21 radələrində övladının dünyaya gəlməsi münasibəti ilə iş yoldaşları Əşrəf Cəfərov və Elşən Vəliyevə qonaqlıq vermək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən, atası evinin yaxınlığındakı «İlqar» kafesinə getmiş, saat təxminən 22 radələrində qardaşı Zaur ondan ailəsini qaynatasıgilə aparmağını xahiş etdikdə, o, kafedən çıxıb Təqsirləndirilən şəxs həyat yoldaşı və oğlunu götürüb istifadəsində olan «BMW» markalı **-XM-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin yerə aparmışdır. Zaurun qaynatasının evi 210 nömrəli məktəbin yanında yerləşir, ora Zaurun yaşadığı məhlədən təxminən 2 km məsafədədir. Həmin vaxt Tural da Zaurun məhləsində olmuşdur. Onun Zaurla maşınları ayrıdır. Zaurun ailəsi maşından görmüşdülər ki, Tural məhlədə olarkən Zauru çağırıb.O Zaurun ailəsini qayınatasıgildə düşürdənədək Turalı görməmiş. Zaurun ailəsini qaynatasıgilə qoyub məhləyə qayıdan zaman qardaşı Təqsirləndirilən şəxs tanışı Tural Babayev idarə etdiyi «Hyundai Elantra» markalı 10-T0-170 dövlət nömrə nişanlı avtomobil ilə onun qarşısını kəsmiş, avtomobilin qabaq oturacağında Zərərçəkmiş şəxs əyləşdiyini görmüş, Tural Babayev əli ilə işarə edib avtomobili saxlamasını bildirsə də, avtomobili saxlamamış və qardaşı Təqsirləndirilən şəxs zəng edib Tural Babayev və Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobili təqib etdiklərini demişdir. O, 60-70 km/saatda sürətlə gedirmiş, Tural onu keçməyə çalışmışdır. Hadisə məhlələrinin arxasında, evlərindən təxminən 1 dəqiqə aralıda olmuş, evlərinə evə gedən yol ancaq oradan keçmişdir. Həmin yol mebel və tütün fabrikasının arasındadır, orada yaşayış yoxdur. Təqsirləndirilən şəxs isə onun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən Tütün fabrikinin yanına gəlməsini demiş, ona görə həmin istiqamətdə hərəkət etmiş və hərəkətdə olduğu müddət ərzində isə bir neçə dəfə o, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs isə ona zəng edib harada olması barədə danışmışdır. Hadisədən əvvəl sonuncu dəfə Keşlə qəsəbəsində yerləşən dəmir yolu keçidində, hazırda həmin yerdə yerləşən yeraltı keçidi üzərində olarkən Təqsirləndirilən şəxs ilə telefon danışığı olmuş, bundan təxminən bir-iki dəqiqədən sonra P.Fərzəliyev küçəsində olmuş və mebel sexinin qarşısında Təqsirləndirilən şəxs əlində avtomat ilə dayandığını görmüşdür. Əgər, Tural Babayev onu təqib edərkən xx xxxxxx 2018-ci il tarixdə saat 23:02:03-də idarə etdiyi «BMW» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəmir yolu keçidində olmuşsa, həmin yerdən hadisə yerinə, yəni P.Fərzəliyev küçəsi 2 ünvanında yerləşən Tütün fabrikinin yanına idarə etdiyi avtomobilin sürəti 60 km/saat olması nəzərə alınmaqla, təxminən iki dəqiqəyə çatmış, çünki həmin yerdən hadisə yerinədək təxminən 600 və 700 metr olmuşdur. Zaur məndən sol tərəfdə, 30-40 metr aralıda dayanmışdır. Həmin yol ikitərəflidir, həmin vaxt qarşı tərəfdən gələn avtomobil yox idi. Tural onun maşınını təqib edirmiş. Zaurun avtomobilini görmüş, avtomobilin sürətini 10-20 km/s azaltmişdir. Zaur atəş açanda öz avtomobilinin arxasında dayanmışdır. Həmin vaxt Zaurun əlinda silah görməmişdir. Tural Babayev onu təqib edərkən idarə etdiyi avtomobil ilə Tütün fabrikinin qarşısından sola dönəndən sonra avtomatdan atılan atəş səslərini eşitmiş, artıq Tural Babayevin idarə etdiyi avtomobilin onun arxasınca gəlmədiyini görüb geri qayıtmış və geri qayıdanda yolun mərkəzində çəpinə şəkildə Tural Babayevin idarə etdiyi avtomobilin dayandığını görmüş, avtomobilin içərisində sonuncunun başını sükana söykəməsini görmüş, qaranlıq olduğuna və Tural Babayevin başını sükana söykəməsinə görə sağ oturacaq görsənmədiyi üçün Zərərçəkmiş şəxs görə bilməmişdir. Tural Babayevin avtomobilinin yanından keçib öz avtomobilinin yanında olan qardaşı Təqsirləndirilən şəxs yanına çatmış, Zauru avtomatla ayaq üstə görmüş, sonuncu ona «avtomobili saxlama çıx get, narahat olma» sözlərini demişdir. Hadisədən sonra iki dəfə Təqsirləndirilən şəxs ilə telefon danışığı olmuş, həmin vaxt sonuncunun harada olmasını xəbər almış və Təqsirləndirilən şəxs ona narahat olmamasını, polisə gedib hadisə barədə məlumat verəcəyini demişdir. Bundan sonra atası evinin qonşuluğunda yaşayan qayınatası Ərəstun Hacıyevin evinə getmişdir. Təqsirləndirilən şəxs atdığı atəş nəticəsində idarə etdiyi avtomobil atəş istiqamətindən kənarda olmuş, güllələrin onun avtomobilinə dəyməsi qeyri-mümkün olmuş, hadisə zamanı nə ona, nə də ki, idarə etdiyi avtomobilə zərər dəyməmişdir. O əlavə olaraq bildirir ki, X41 arasında problem olduğunu bilməmişdir. Zaurun 3-4 ay ərzində özünü pis hiss etdiyini görmüş, eşitdiyinə görə Tural Zaurun maşının ondan almaq istəmişdir. Bundan əlavə artıq söhbətlər də eşitmişdir. Hadisədən 1 ay əvvəl Zauru həkimə aparmışlar və həkim Zaura müalicə təyin etmişdir. Zaurun bədənində hər hansı xəsarət izləri görməmişdir. Hadisə günü bilmişdir ki, Zaurun problemi olduğu şəxs Tural imiş.O bildirir ki, Zaurun belə bir əməl törədəcəyini bilsə, avtomobili məhlə tərəfə sürməzdi.Zaurda əvvəllər silah görməmiş. Əvvəllər Novxanı qəsəbəsində qalır, Keşlə qəsəbəsinə şənbə-bazar günləri gəlir. Zaurun ailəsi demişdi ki, məhlədə olarkən bir avtomobil gələrək Zauru axtarmışlar. Bu səbəbdən o, qabağını kəsən avtomobilin həmin avtomobil olduğunu başa düşərək, Zaura zəng edib bu barədə ona bildirmişdir.Zaurun ailəsi ona Turalın sürdüyü maşının nömrəsini demişdilər. Həmin vaxt onun istifadəsində ***-***-**-** mobil nömrəsi olub. Məhkəmə iclasında Şahid1 əlavə istintaq zamanı şahid qismində verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Şahid1 əlavə istintaq zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə zamanı Tural Babayevin idarə etdiyi «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu təqdib etməsini görüb bu barədə istifadəsində olan telefonla zəng edib Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs isə onun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən Tütün fabrikinin yanına gəlməsini demiş, ona görə həmin istiqamətdə hərəkət etmiş və hərəkətdə olduğu müddət ərzində isə bir neçə dəfə o, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs isə ona zəng edib harada olması barədə danışmışdır. Hadisədən əvvəl sonuncu dəfə Keşlə qəsəbəsində yerləşən dəmir yolu keçidində, hazırda həmin yerdə yerləşən yeraltı keçidi üzərində olarkən Təqsirləndirilən şəxs ilə telefon danışığı olmuş, bundan təxminən bir-iki dəqiqədən sonra P.Fərzəliyev küçəsində olmuş və mebel sexinin qarşısında əlində Təqsirləndirilən şəxs əlində avtomat ilə dayandığını görmüşdür. Tütün fabrikinin yanından sola döndükdə avtomatdan atılan atəş səslərini eşitmişdir və Tural Babayevin idarə etdiyi avtomobilin artıq arxasınca gəlmədiyini görüb təxminən 60 metr sonra geri dönüb hərəkət etdikdə Tural Babayevin idarə etdiyi avtomobilin yolun mərkəzində çəpinə şəkildə dayandığını, ondan bir qədər geridə isə Təqsirləndirilən şəxs görmüş, sonuncu ona «avtomobili saxlama çıx get, narahat olma» sözlərini demişdir. Hadisədən sonra iki dəfə Təqsirləndirilən şəxs ilə telefon danışığı olmuş, həmin vaxt sonuncunun harada olmasını xəbər almış və Təqsirləndirilən şəxs ona narahat olmamasını, polisə gedib hadisə barədə məlumat verəcəyini demişdir. Əgər, Tural Babayev onu təqib edərkən xx xxxxxx 2018-ci il tarixdə saat 23:02:03-də idarə etdiyi «BMW» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəmir yolu keçidində olmuşsa, həmin yerdən hadisə yerinə, yəni P.Fərzəliyev küçəsi 2 ünvanında yerləşən Tütün fabrikinin yanına idarə etdiyi avtomobilin sürəti 60 km/saat olması nəzərə alınmaqla, təxminən iki dəqiqəyə çatmış, çünki həmin yerdən hadisə yerinədək təxminən 600 və 700 metr olmuşdur. Tural Babayev onu təqib edərkən idarə etdiyi avtomobil ilə Tütün fabrikinin qarşısından sola dönəndən sonra avtomatdan atılan atəş səslərini eşitmiş, artıq Tural Babayevin idarə etdiyi avtomobilin onun arxasınca gəlmədiyini görüb geri qayıtmış və geri qayıdanda yolun mərkəzində çəpinə şəkildə Tural Babayevin idarə etdiyi avtomobilin dayandığını görmüş, Təqsirləndirilən şəxs atdığı atəş nəticəsində idarə etdiyi avtomobil atəş istiqamətindən kənarda olmuş, güllələrin onun avtomobilinə dəyməsi qeyrimümkün olmuş, hadisə zamanı nə ona, nə də ki, idarə etdiyi avtomobilə zərər dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, fərdi qaydada taksı fəaliyyəti ilə məşğuldur. Hadisə günü həmin ərazidən keçmişdir. Avtomobili saxlayıb dərhal Turalı öz avtomobilə otuzdurub xəstəxanaya aparmışdır. Həmin vaxt hadisə yerində çoxlu adamlar olmuşdur. Turalın vəziyyəti pis olduğundan onu xəstəxanaya aparmağa qərara gəlmişdir. Asifin xəstəxanaya kim tərəfindən aparılmasını bilmir. O, 2016-cı ilin əvvəlindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ikimərtəbəli «909» kafesini icarəyə götürüb işlətmiş və 2019-cu ilin yanvar ayında kafeni təhvil vermişdir. Kafedə ondan başqa Çinarə Məhərrəmova işləmişdir, Çinarə Məhərrəmovadan və ondan başqa kafenin işçisi olmamışdır. Kafeyə gələn müştərilərin əksəriyyəti Keşlə qəsəbə sakinləri olduğundan onları, həmçinin, Təqsirləndirilən şəxs, Tural Babayev və Zərərçəkmiş şəxs tanıyır. Sonuncu dəfə Tural Babayev, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kafedə nə vaxt olmalarını xatırlamır. Tural Babayevi xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində Keşlə qəsəbəsində yerləşən məscidə gedən yolda görmüş, Tural Babayev onu görən kimi idarə etdiyi ağ rəngli «Hyundai Elantra» markalı avtomobili saxlayıb onunla görüşmüş, hal-əhval tutub yoluna davam etmişdir.Saat təxminən 23 radələrində idarə etdiyi «Daewoo Gentra» markalı **-AG-*** qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq məqsədilə dostu Rəvan Həkimovla birlikdə Heydər Əliyev prospektində yerləşən yanacaqdoldurma məntəqəsi istiqamətində getmiş, yolayrıcına çatdıqda odlu silahdan ardıcıl atəş səsləri eşitmiş və səslər gələn istiqamətdə hərəkət edərkən Keşlə qəsəbəsində yerləşən Tütün fabrikinin yaxınlığında yolun mərkəzində Tural Babayevin idarə etdiyi, şüşələri sınmış vəziyyətdə olan «Hyundai Elantra» markalı avtomobili və avtomobilin qabaq sağ oturacağında Zərərçəkmiş şəxs görmüşdür. Rəvan Həkimovla birlikdə avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşdıqda Zərərçəkmiş şəxs sükan arxasında olan Tural Babayevə kömək etmək üçün, Rəvan Həkimovla avtomobilin sürücü tərəfdən olan qapısını açmış Tural Babayevi avtomobildən çıxartmişlar.Turalın əynində olan paltarları qana bulaşmışdır, onu öz avtomobilinin arxa oturacağına mindirib 3 saylı X14 aparmışlar. İcarədarı olduğu «909» kafesində X55 İsmayılovu döyməsindən xəbəri olmamışdır. X55 İsmayılovu söyməsini və onların arasında münasibətin pozulmasını eşitmiş, lakin şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X17 ifadəsindən görünür ki, sonuncu digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək, şahidin göstərdiyi xüsusatları təsdiq etmişdir.( cild 01, iş vər. 149-152) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Mənsurə Həsənova ilə birlikdə Sumqayıt şəhərində birotaqlı mənzildə kirayədə yaşayır. xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhərinə gəlmiş və xalası oğlu Şahid1 zəng edib övladının dünyaya gəlməsi münasibəti ilə təbrik etdikdə sonuncu onu evlərinin yanında olan kafeyə dəvət etmişdir. Kafeyə getdikdə Şahid1 və onun iki nəfər iş yoldaşını görüb onlarla əyləşib çay içmiş, saat 22 radələrində kafedən çıxıb yaşadığı evə qayıtmış, xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 02 və ya 03 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, bu zaman o artıq yatırmış, Zauru qarşılamış və səhər işə getməli olduğunu, yatacağını demişdir. Zaur heç bir söz demədən uzanıb yatmışdır. Saat 13 radələrində Təqsirləndirilən şəxs əmisi Ağa İsmayılov ona zəng edib sonuncunun adam öldürdüyünü bildirmiş, Zaur hadisədən sonra ona zəg etməmiş və sms yazmamışdır. Təqsirləndirilən şəxs oyatdıqda sonuncu adam öldürdüyünü təsdiq etsə də,kimi və nə ilə öldürməsini deməmiş və gedib polisə təslim olacağını bildirmişdir. Təqsirləndirilən şəxsla evdən çıxdıqdan sonra Bakı şəhəri, Nizami rayon Polis idarəsinə getmiş, Polis bölməsinə getdiyimiz zaman Zaur onahər şeyi danışmış, bildirmişdir ki, Tural ona qarşı əlqol atıb və onu təhqir edib. Zaur da avtomatla vurub.Zaur dedi ki, həmin adamlar qapısına gəlmişdilər ona görə də vurub. Sonradan Təqsirləndirilən şəxs avtomatdan atəş açıb Tural Babayev adlı tanışını öldürdüyünü, Zərərçəkmiş şəxs isə yaraladığını bilmişdir. O əlavə olaraq bildirmişdir ki, kiminsə Zauru əvvəllər təhqir etməsindən xəbəri olmamışdır. X36 münasibətlərinın pis olmasını öyrənmişdir. Həmin vaxt istifadəsində ***-***-**-**, ***-***-**-** nömrələri, Qafurun istifadəsində isə ***-***-**-** nömrəsi olmuşdur. Məhkəmə iclasında Şahid2əlavə istintaq zamanı şahid qismində verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Şahid2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, saat təxminən 22 radələrində «İlqar» kafedən çıxmış və tanışı, taksi sürücüsü Orxan Hüseynlinin idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə getmişdir. Evə gedərkən yolda Orxan Hüseynlinin başqa sərnişin götürmək üçün dayanması səbəbindən xx xxxxxx 2018-ci il tarixdə saat 00:00 radələrində evə çatmış, bu zaman Təqsirləndirilən şəxs ona zəng edib yaşadığı evə gəlməsini bildirmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışıqları olmuş və Təqsirləndirilən şəxs onun yaşadığı ünvanı soruşmuş və təkrarən danışaraq evin yerini başa salmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X18 ifadəsindən görünür ki, sonuncu digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək, şahidin göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 02, iş vər. 33-36) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdə olarkən Keşlə qəsəbəsində yerləşən 201 nömrəli məktəbin yaxınlığında yaşayan atası evinə getmək üçün həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edib onu aparmasını xahiş etmişdir. Evdən çıxanda Təqsirləndirilən şəxs avtomobildə olmadığını və avtomobilin qapısının açıq olduğunu görüb azyaşlı oğlu Xəyyamla avtomobilə əyləşmişdir. Bir neçə saniyə sonra Təqsirləndirilən şəxs gəlib avtomobilə əyləşmiş və mühərriki işə salmadan qardaşı Şahid1 zəng edib gəlib onu və oğlunu atası evinə aparmasını xahiş etmişdir. Nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs işlərini həll etməli olduğunu bildirmiş, bir neçə dəqiqədən sonra Şahid1 gəlib onu və oğlunu «BMW» markalı avtomobil ilə atası evinə aparmışdır. 201 nömrəli məktəbin yanında olarkən qarşıdan, sonradan adını bildiyi Tural Babayevin idarə etdiyi avtomobili, avtomobilin qabaq oturacağında isə sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs əyləşdiyini görmüşdür. Atası evinə çatdıqda oğlu ilə avtomobildən düşüb evə daxil olmuş, həmin vaxt Tural Babayev və Zərərçəkmiş şəxs onları təqib etmələrini görməmiş və bunu hiss etməmişdir. Təxminən bir saat yarım vaxt keçdikdən sonra Şahid1 onları qoyub qayıdarkən Tural Babayev və Zərərçəkmiş şəxs tərəfindən təqib edildiyini, bu barədə telefon vasitəsi ilə qardaşı Təqsirləndirilən şəxs dedikdə sonuncunun avtomobili saxlamamasını və Tütün fabrikinin yanına gəlməsini bildirdiyini, həmin yerə çatdıqda avtomatdan atəş açıb Tural Babayevi öldürdüyünü və avtomobildə olan Zərərçəkmiş şəxs isə yaraladığını eşitmişdir. X33 Təqsirləndirilən şəxs münasibətlərinin pozulmasını və X55 İsmayılovu söyüb təhqir etdiyini və onu döydüyünü bilmiş, lakin, bu barədə Təqsirləndirilən şəxs ona və ailədə heç kimə heç nə danışmamışdır. X56 tanımamış və onun Təqsirləndirilən şəxsla nə kimi münasibəti olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla ər-arvad münasibətində yaşadığı müddət ərzində onda avtomat, parton və ya bıçaq görməmişdir. Yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 23 ünvanında axtarış aparılarkan aşkar edilmiş bir ədəd giliz, bir ədəd güllə, iki ədəd bıçaq və Təqsirləndirilən şəxs istifadəsində olmuş «Nissan Maksima» markalı **- EX-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş bir ədəd bıçağı əvvəl görməmişdir. (cild 03, iş vər. 43-46) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 21 radələrində iş yoldaşı Şahid1 övladının dünyaya gəlməsi münasibəti ilə onu və Elşən Vəliyevi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində «İlqar» kafesinə dəvət etmiş, kafedə əyləşib yemək yeyərkən Şahid1 qardaşı Təqsirləndirilən şəxs gəlib onlarla görüşüb çıxıb getmişdir. Təqsirləndirilən şəxs əvvəl isə kafeyə Şahid1 Şahid2 adlı qohumu gəlmiş və onlarla birlikdə bir qədər oturub getmişdir. Təxminən saat 23 radələrində Şahid1 kiminləsə telefonla danışaraq «gəlirəm» sözünü deyərək onlara bir neçə dəqiqəyə qayıdacağını bildirib kafedən çıxmış, təxminən 5 dəqiqə sonra Şahid1 ona zəng edib üzr istəyərək gələ bilməyəcəyini demişdir. Səhəri gün Keşlə qəsəbəsində yerləşən Tütün fabrikinin yaxınlığında Şahid1 qardaşı Təqsirləndirilən şəxs avtomatdan atəş açıb Tural adlı şəxsi öldürdüyünü və Asif adlı şəxsi isə yaraladağını eşitmiş, lakin, Təqsirləndirilən şəxs bu hadisəni nə səbəbə törətməsini bilməmişdir. Sonradan Şahid1 deməsindən Tural adlı şəxsin idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobili təqib etdiyini, ondan avtomobili saxlamasını tələb etdiyini, bu barədə qardaşı Təqsirləndirilən şəxs telefonla məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ona Tütün fabrikinin yanına gəlməsini dediyini, Şahid1 təqib edən Tural adlı şəxsin avtomobili həmin yerə çatdıqda Təqsirləndirilən şəxs avtomatdan atəş açıb sükan arxasında əyləşmiş Turalı öldürdüyünü və avtomobilin qabaq oturacağında əyləşmiş Asifi isə yaraladığını bilmişdir. (cild 03, iş vər. 38-41) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X19 ifadəsindən görünür ki, sonuncu digər şahid X39 ilə eyni məzmunlu ifadə verərək, şahidin göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 03, iş vər. 32-35) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 5 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən «909» kafesində ofisiant işləyir. xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində kafeyə gələn müştərilərin danışıqlarından Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində yerləşən Tütün fabrikinin yanında avtomatdan Tural Babayevin idarə etdiyi avtomobilə atəş açıb Tural Babayevi öldürməsini və avtomobildə olan Zərərçəkmiş şəxs yaralamasını eşitmiş, lakin Təqsirləndirilən şəxs bu hadisəni nə səbəbə törətməsini bilməmişdir. Hadisədən əvvəl, yəni xx xxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində Tural Babayev və Zərərçəkmiş şəxs işlədiyi kafedə olmuş, çay sifariş etmiş, onların yanında kiminsə olmasına fikir verməmişdir. Bir qədər əyləşdikdən sonra onlar çıxıb getmiş və gedərkən Tural Babayev ona şiniyyat alıb gələcəklərini demişdir. Əvvəllər Təqsirləndirilən şəxs, Tural Babayev və Zərərçəkmiş şəxs kafeyə müştəri kimi gəlmiş, lakin onların aralarında hər hansı bir mübahisə olmasını, işlədiyi kafedə Tural Babayev və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döymələri və ya təhqir etmələrini görməmiş, əgər, belə hal olubsa, bundan məlumatı olmamışdır. (cild 03, iş vər. 27-30) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel ayının 20-dən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən, əvvəl 1 nömrəli Mebel fabriki kimi adlanan, hazırda «xxxxxxx» ASC kimi fəaliyyət göstərən cəmiyyətdə mühafizəçi işləyir. xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində iş yoldaşı İxtiyar Hacıəliyevlə növbədə olarkən ASC-nin ərazisini gəzib əraziyə nəzarət edərkən küçədən ardıcıl bərk taqqıltı səslərini eşitmiş, həmin vaxt kiminsə pəncərəni döydüyünü güman etmişdir. Səsdən təxminən 2 dəqiqə sonra ASC-nin darvazasına yaxınlaşdıqda markasına, dövlət nişanına, rənginə fikir vermədiyi avtomobilin bir qədər aralıda yerləşən Tütün fabriki istiqamətindən sürətlə hərəkət etdiyini, Tütün fabriki tərəfə baxanda isə yolun mərkəzində ağ rəngli avtomobilin dayandığını görmüşdür. Orada toplaşan adamların danışıqlardan həmin ağ rəngli avtomobilə kiminsə avtomatdan atəş açıb sürücünü öldürdüyünü və yanındakı sərnişini isə yaraladığını bilmişdir. Lakin, hadisəni kimin və nə səbəbə törətdiyini bilməmiş, Keşlə qəsəbə sakinləri Tural Babayev, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır.( cild 03, iş vər. 19-22) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində ona məxsus «Samovar» çay evinin yaxınlığında yerləşən Tütün fabrikinin qarşısında adam öldürüldüyünü eşitmiş, həmin ünvana gəldikdə avtomobil yolunun mərkəzində «Hyundai Elantra» markalı avtomobilin dayanmasını, avtomobilin üzərində isə güllə yerlərinin olmasını görmüşdür. Sonradan Keşlə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs avtomatdan həmin avtomobilə atəş açıb avtomobilin sürücüsü Tural Babayevi öldürdüyü, sərnişin Zərərçəkmiş şəxs isə yaraladığını eşitmiş, Təqsirləndirilən şəxs bu hadisəni nə səbəbə törətməsini bilməmişdir.( cild 03, iş vər. 110-113) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə qızı Qızxanım İsmayılovanın övladı dünyaya gəldiyinə görə sonuncu körpə uşağı ilə onun evində qalmış, buna görə Şahid1 mütəmadi olaraq onun evinə gəlib-getmiş və bəzi hallarda orada gecələmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 6-7 radələrində Şahid1 atası Zülfü İsmayılov onun evinə gəlib Şahid1 xəbər aldıqda gecə Şahid1 onun evinə gəlməsini bilmişdir. Zülfü İsmayılovdan eşitmişdir ki, Şahid1 qardaşı Təqsirləndirilən şəxs ailə üzvlərini qayınatası evinə apararkən Tural Babayev və Zərərçəkmiş şəxs tərəfindən təqib edilmiş, bu barədə telefon vasitəsi ilə qardaşı Təqsirləndirilən şəxs dedikdə sonuncu avtomobili saxlamamasını və Tütün fabrikinin yanına gəlməsini bildirmiş, həmin yerə çatdıqda avtomatdan atəş açıb Tural Babayevi öldürmüş və avtomobildə olan Zərərçəkmiş şəxs isə yaralamışdır. Atası gəldikdən sonra Şahid1 atası və qohumları ilə birlikdə polis bölməsinə getmiş, gecə onun evinə gəlsə də, Şahid1 görməmiş, sonuncu hadisə barədə ona heç nə danışmamışdır. (cild 03, iş vər. 119-122) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X27 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 19:50 radələrində əvvəllər tanımadığı Tural Babayev MMC-yə müraciət etdikdə ona icarəyə «Hyundai Elentra» markalı 10-T0-170 dövlət qeydiyyat nişanlı avtomobil verilmiş və onunla həmin tarixdə icarə müqaviləsi bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixdə odlu silahdan atılmış atəş nəticəsində həmin avtomobilin zədələnməsini, avtomobildə olan sürücü Tural Babayevin ölməsini, sonradan adını bildiyi sərnişin Zərərçəkmiş şəxs isə xəsarət aldığını eşitmişdir.( cild 02, iş vər. 153-156) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş AR MTE və PA ETT Birliyinin Nizami rayon şöbəsinin məhkəmə-tibb eksperti X20 ifadəsindən görünür ki, müayinə zamanı X16 meyiti üzərində sağ ağ ciyərin zədələnməsi, İİİ-İV qabırğaların və Vİ, Vİİ döş fəqərələrinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ qoltuqaltı və sol arxa səthini dəlib-keçən 2 (iki) ədəd, sağ dirsək oynağını təşkil edən sümüklərin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan dirsək oynağının bayır səthinin və sağ bazunun aşağı 1/3-ni dəlib-keçən 1 (bir) ədəd, sağ sağrının bayır yuxarı və orta kvadrantını dəlib-keçən 1 (bir) ədəd, sol əlin İ-İİ barmaqarası nahiyəsinin 1 ədəd, sol budun arxa-bayır səthinin 1 ədəd toxunan, cəmi 6 (altı) ədəd odlu silah yaralanması xəsarətləri vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, odlu silah yaralarıdırlar, ölümündən az əvvəl patronu güllə ilə təchiz olunmuş odlu silahdan açılmış 6 atəş nəticəsində əmələ gəlməsinə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2018-ci il tarixə uyğun gələ bilərdilər. Döş qəfəsində yerləşən iki ədəd odlu silah yaralanmaları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Sağ dirsək oynağı nahiyəsində olan bir ədəd odlu-silah yaralanması dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyırlar. Sağ sağrıda 1 ədəd dəlib-keçən, sol əlin İ-İİ barmaqarası nahiyəsinin 1 ədəd və sol budun arxabayır səthinin 1 ədəd toxunan odlu silah yaralanmaları dərəcələrinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Döş qəfəsinin sağ qoltuqaltı nahiyəsində iki ədəd, sağ dirsək oynağında bir ədəd, sağ sağrının yuxarı-bayır kvadrantında 1 ədəd yaraları odlu silah yaralanmasının giriş dəlikləri, döş qəfəsinin arxa-sol nahiyəsində, sağ bazunun aşağı 1/3-də və sağ sağrının orta kvadrantında olan yaralar isə çıxış dəlikləri olub, digər iki ədəd (sol əlin 1-11 barmaqarası nahiyəsinin 1 ədəd və sol budun arxa-bayır səthinin 1 ədəd) yara-toxunan odlu silah yaralanmaları olmuşlar. Qeyd edilən odlu silah yaralanmaları mərmi(lərlə) (güllə(lərlə)) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdi. Döş qəfəsinin sağ qoltuqaltı nahiyəsində olan iki ədəd odlu silah yaralanmasının istiqaməti ondən-arxaya, sağdan-sola, yuxarıdan-aşagıya doğrudur; sağ sağrı nahiyəsində olan bir ədəd odlu silah-yarasının istiqaməti sağdan-sola və bir qədər yuxarıdan aşağıya doğrudur, sağ dirsək oynağında olan odlu silah yaralanmasının istiqaməti (meyitə nisbətdə) sağdan-sola, bir qədər öndən-arxava və aşağıdan-yuxarıya doğru olmuşdur. Bədənin üzərində aşkar edilmiş toxunan odlu silah yaralanmaların istiqaməti barəsində dəqiq fikir söyləmək mümkün olmur. X16 ölümünə döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən və daxili üzvlərin zədələnmə» ilə müşayiət olunan odlu silah yaralanması nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-12 saat əvvəl baş verə bilərdi. Tural Babayevin meyitinin üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyası və xarakterini nəzərə alaraq demək olar ki, ölüm almış olduğu odlu silah yaralanmalarından az (dərhal) sonra baş vermişdir, bu müddət dəqiqələrlə hesablana bilərdi. Tural Babayev avtomobilin salonunda olarkən xəsarət yetirilən anda müxtəlif duruş vəziyətlərində (oturmuş-, yarıuzanmış və s.) ola bilər, odlu silahın lüləsinin en kəsiyi onun bədənində aşkar edilmiş xəsarətlərə uyğun nahiyələrə doğru yönəlmişdir. Zərərçəkmiş şəxs tərəfindən müayinə edilərkən müəyyən edilmişdir ki, qarnın sol yan divarının peritonarxası nahiyəyə keçərək qarın boşluğuna nüfuz edən bir ədəd və sağ sağrı nahiyəsinin 05 (beş) ədəd yaraları vardır. Zərərçəkmiş şəxs qarnın sol yan divarında olan 01 (bir) ədəd xəsarət kor odlu silah yaralaması və sağ sağrı nahiyəsində olan 05 (beş) ədəd xəsarətlər kor odlu silah və ikincili mərmilərdən (deformasiyaya uğramış və ya parçalanmış güllə, metalik və plastmas hissələri, kəməri və sairə) yaranmış yaralarıdırlar. Kor odlu silah yaraları patronu mərmilərlə (güllələr ilə) təchiz olunmuş odlu silahdan açılmış atəşlərin təsirindən, ikincili mərmilərdən yaranmış xəsarətlər isə məhdud ölçülü bərk küt əşyaların, çox güman ki, odlu silahdan açılmış atəşlər nəticəsində, güllənin (güllələrin) maneədən (maneələrdən) keçməsi nəticəsində yaranmış müxtəlif mənşəli forma, ölçüləri olan ikincili mərmilərin təsirindən əmələ gəlmişlər və məhkəmə- tibbi ekspertizasının təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2018-ci il tarixdə alınmaları mümkündür. Zərərçəkmiş şəxs sağ budun yuxarı 1/3-də çox sayda xırda ölçüdə yad cismlər və budun orta 1/3-də ədəd iri metal yad cism aşkar edilmiş və o, sağ bud nahiyəsində olan yad cismin (güllə) çıxarılmasından müvəqqəti imtina etdi. Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı sağ bud nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Bu hal da güman etməyə əsas verir ki, bu yad cismləri Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsində odlu silahdan açılmış atəşlər nəticəsində- yaranmış xəsarətlərin yara kanalından sağ budun müvafiq nahiyələrinə yönəlmişdir. Qarnın sol yan divarının peritonarxası nahiyəyə keçərək qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd kor odlu silah yaranması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər dərəcələrinə görə həm ayrıayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən kor odlu silah yaralanmaları mərmi(lərlə) (güllə(lərlə)) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdi. Qarnın sol yan divarında olan 01 (bir) ədəd odlu silah yaralamasının istiqaməti arxadan-önə, bir qədər soldan sağa və azacıq yuxarıdan-aşağıya doğru, sağ sağrı nahiyəsində olan xəsarətlərin istiqaməti arxadan-önə və bir qədər yuxarıdan-aşağıya doğru ola bilərdi. Zərərçəkmiş şəxs avtomobilin salonunda olarkən xəsarət yetirilən anda müxtəlif duruş vəziyətlərində (oturmuş, yarıuzanmış və s.) olmaqla, odlu silahın lüləsinin en kəsiyi onun bədənində aşkar edilmiş xəsarətlərə uyğun nahiyələrə doğru yönəlmişdir. Tərəfindən verilmiş hər iki rəydə də o qeyd etmişdir ki, Tual Babayev və Zərərçəkmiş şəxs avtomobilin salonunda olarkən xəsarət yetirilən anda müxtəlif duruş vəziyyətlərində (oturmuş, yarıuzanmış və s.) olmaqla, odlu silahın lüləsinin en kəsiyi onların bədənində aşkar edilmiş xəsarətlərə uyğun nahiyələrə doğru yönəlmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs avtomobilə sol və arxa tərəfdən atəş açarkən avtomobilin salonunda olmuş Tural Babayev və Zərərçəkmiş şəxs müxtəlif vəziyyətlərdə, o cümlədən geri, sola, sağa dönə bilərdilər və nəticədə həmin xəsarətləri ala bilərdilər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması haqqında” xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində X34 və Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə Tural Babayevin ünvan 3 ünvanında yerləşən Tütün fabrikinin arxasından keçən avtomobil yolu ilə idarə etdiyi «Hyundai Elentra» markalı 1 O-TO-170 dövlət qeydiyyat nişanlı avtomobilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silahla ardıcıl çoxsaylı atəşlər açması nəticəsində Tural Babayevin aldığı ağır bədən xəsarətlərindən 3 saylı Şəhər kliniki xəstəxanasında ölməsi, avtomobilin qabaq ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs isə bel və sarğı nahiyələrindən ağır odlu silah xəsarətləri alması barədə daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. (cild 01, iş vər. 05) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən, Nizami Rayon Prokurorunun, İstintaq İdarəsinin kriminalistik şöbəsinin prokurorunun, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisinin, Nizami RPİ-nin KTQN-nin baş inspektorunun, Nizami RPİ-nin 23-cü PŞ-nin baş təhqiqatçısının və dəvət olunmuş hal şahidlərinin iştirakları hadisənin baş verdiyi ünvan 3 ünvanında yerləşən Tütün Fabriikinin arxasından keçən avtomobil yolu olan əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, yol asfalt örtüklə örtülmüş, eni 12 metr olmaqla hər iki tərəfə evi 2.5 metr olan səkilər vardır, yolun mərkəzi ağ rəngdə qoşa xətt, kənarı isə sarı xətlə işarələnmişdir. Yolun sol tərəfində mebel fabriki yerləşir, mebel fabrikindən sonra P.FƏrzəliyev küçəsindən sol tərəfə yol ayrılır, həmin ayrılan yolun sağ tərəfindən yola paralel şəkildə Tütün fabriki yerləşir, tütün fabrikinin həyəti hasarlanmışdır. Yolun mərkəzində işarələnmiş qoşa xəttinin sol tərəfində çəpinə şəkildə qabaq sol və sağ qapılarının və sol arxa qapının şüşələri, qabaq alın şüşəsi, sol yan güzgüsü sınmış vəziyyətdə olan “Hyundai Elantra” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Avtomoblilin salonunda sürücü oturacağının üzərində dəstəyinin uzunluğu 13,5 sm, iki təyəli olmaqla, hər tiyəsinin uzunluğu 10,5 sm, eni isə 2,5 sm olan bir ədəd, avtomobilin sağ tərəfində asfalt örtüyün üzərində dəstəyinin uzunluğu 11,5 sm, tiyəsinin uzunluğu 15,5 sm, eni isə 2,7 sm olan, qara rəngli xüsusi saxlama qabında bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilin önündən 25 sm, 3 metr 20 sm, 3 metr 35 sm və 3 metr məsafədə asfalt örtüyün üzərində aşkar edilmiş qanabənzər ləkələrdən 4 ədəd, avtomobilin sürücü oturacağının, qabaq sağ oturacaqlarının üzərindən 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd steril çubuq vasitəsi ilə qanabənzər qırmızı ləkələrdən nümunələr götürülmüşdür. Avtomobilin salonunda olan şitin üzərindən bir ədəd silindirik formada olan metal parçası, salonda avtomobilin müvəqqəti istifadə edilməsi üçün X8 adından X10 adına verilmiş, Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ƏN 684614 nömrəli etibarnamə, X16 adına verilmiş AD 140090 nömrəli sürücülük vəsiqəsi, «xxxxxxxxxxxxxxx» MMC ilə X16 arasında «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsinə dair xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi, avtomobilin təhvil təsliminə dair blanklar, «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün MMC tərəfindən X16 adına verilmiş etibarnamə və həmin avtomobilin AD 256854 nömrəli qeydiyyat şəhadətnaməsinin kserosurəti aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış zamanı “Hyundai Elantra” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında, asfalt örtüyü üzərində 1-dən 16-ya qədər nömrələnmiş cəmi 16 ədəd avtomat silahının gilizləri aşağıdakı kimi, yəni: 1). Avtomobilin arxasından 19 metr məsafədə yolun kənarında; 2). Birinci gilizdən yolun mərkəzi istiqamətində 1 metr məsafədə avtomobilin arxasından 18 metr məsafədə; 3). İkinci gilizdən sağ tərəfdə yolun kənarına doğru 50 sm. məsafədə, avtomobilin arxasından 17 metr 80 sm məsafədə; 4). Üçüncü gilizdən 1 metr 30 sm., avtomobilin arxasından 16 metr 50 sm. məsafədə; 5). Dördüncü gilizdən 2 metr 50 sm məsafədə, avtomobilin arxasından 19 metr məsafədə; 6). Beşinci gilizlə eyni istiqamətdə, piyada səkisinə paralel şəkildə, avtomobilin arxasından 16 metr məsafədə; 7). Altıncı gilizdən 1 metr 70 sm məsafədə, avtomobilin arxasından 15 metr məsafədə; 8). Yeddinci gilizdən 20 sm məsafədə, avtomobilin arxasından 14 metr 80 sm məsafədə; 9). Səkkizinci gilizdən 1 metr 80 sm məsafədə, avtomobilin arxasından səki istiqamətində 13 metr məsafədə; 10). Doqquzuncu gilizdən 6 metr yolun mərkəzi istiqamətində, avtomobilin arxasından 6 metr məsafədə; 11). Onuncu gilizdən 1 metr məsafədə, avtomobilin arxasından 5 metr məsafədə; 12). On birinci gilizdən 1 metr, avtomobilin arxasından 4 metr məsafədə; 13). On ikinci gilizdən 3 metr 80 sm. avtomobilin arxasından 20 sm məsafədə; 14). On üçüncü gilizdən 50 sm məsafədə avtomobilin arxa hissəsinin altında; 15). Avtomobilin qabaq sağ təkərindən sağ istiqamətdə 25 sm. məsafədə: 16). Avtomobilin arxasından 21 metr məsafədə, piyada səkisinin kənarında,- aşkar edilərək götürülmüşdür. Bundan əlavə, hadisə yerinə baxış zamanı «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsində qabaq sol qapının ön son kənarından 25 mm öndə bir ədəd 85x20 mm ölçüdə sürtüb keçən; sol hissəsində ön sol qapıda olan güzgünün ön hissəsində aşağı son kənarından 23 mm yuxarıda, sağ son kənarından 70 mm. solda bir ədəd 23x22 mm ölçüdə deşib keçən; sol hissəsində ön sol qapıda olan güzgünün yuxarı sol son kənarı üzərində 75x30 mm ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 141 mm yuxarıda, qapının sol son kənarından 210 mm sağda bir ədəd 10x9 mm ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 80 mm yuxarıda, qapının sol son kənarından 150 mm sağda bir ədəd 10x9 mm. ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 80 mm. yuxarıda, qapının sol son kənarından 150 mm sağda bir ədəd 10x9 mm. ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 120 mm. yuxarıda, qapının sol son kənarından 600 mm. sağda bir ədəd 25x8 mm ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 60 mm yuxarıda, qapının sol son kənarından 230 mm sağda bir ədəd 10x8 mm ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 100 mm yuxarıda, qapının sol son kənarından 240 mm sağda bir ədəd 25x35 mm. ölçüdə deşib keçən; sol hissəsində ön sol qapının (iç səthi yuxarı) son kənarından 115 mm aşağıda, qapının sol son kənarından 140 mm sağda bir ədəd 35x5 mm ölçüdə sürtüb keçən,- zədələr aşkar olunmuşdur. Sonuncu zədədən 70 mm. öndə bir ədəd 25x15 mm ölçüdə sürtüb keçən; sol hissəsində sol arxa qapının arxa son kənarından 180 mm arxada, arxa alın şüşəsinin sol son kənarından 120 mm aşağıda bir ədəd 7x9 mm ölçüdə deşib keçən; həmin zədədən 176 mm. arxada bir ədəd 37x13 mm. ölçüdə deşib keçən; həmin zədədən 80 mm. aşağıda bir ədəd 37x27 mm ölçüdə sürtüb keçən; avtomobilin sol arxa qapının sol son kənarındakı zədədən 10 mm. sağda bir ədəd, son kənarından 60 mm. aşağıda, 5x6 mm. ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 141 mm. yuxarıda, qapının sol son kənarından 210 mm. sağda bir ədəd 10x9 mm ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 80 mm. yuxarıda, qapının sol son kənarından 150 mm sağda bir ədəd 10x9 mm ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (xarici səthi) aşağı son kənarından 80 mm yuxarıda, qapının sol son kənarından 150 mm sağda bir ədəd 10x9 mm. ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 120 mm. yuxarıda, qapının sol son kənarından 600 mm sağda bir ədəd 25x8 mm ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 60 mm. yuxarıda, qapının sol son kənarından 230 mm. sağda bir ədəd 10x8 mm ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (iç səthi) aşağı son kənarından 100 mm yuxarıda, qapının sol son kənarından 240 mm. sağda bir ədəd 25x35 mm ölçüdə deşib keçən; avtomobilin sol hissəsində ön sol qapının (iç səthi) yuxarı son kənarından 115 mm aşağıda, qapının sol son kənarından 140 mm sağda bir ədəd 35x5 mm. ölçüdə sürtüb keçən zədə; həmin zədədən 70 mm. öndə bir ədəd 25x15 mm. ölçüdə sürtüb keçən; avtomobilin sol hissəsində sol arxa qapının arxa son kənarından 180 mm. arxada, arxa alın şüşəsinin sol son kənarından 120 mm. aşağıda bir ədəd 7x9 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 176 mm. arxada bir ədəd 37x13 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 80 mm. aşağıda bir ədəd 37x27 mm. ölçüdə sürtüb keçən; avtomobilin sol arxa qapının sol son kənarından 1-ci zədədən 10 mm. sağda, son kənarından 60 mm. aşağıda, 5x6 mm ölçüdə deşib keçən zədə; həmin zədədən 7 mm. aralıda 24x8 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 26 mm. sağda bir ədəd 37x7 mm. ölçüdə zədə; həmin zədədən 60 mm. aşağıda bir ədəd 9x6 mm ölçüdə deşib keçən zədə; həmin zədədən 55 mm. sağda 180x150 mm. sahədə 8x7 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 32 mm. arxada 43x5 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 45 mm. aşağıda 57x20 mm. ölçüdə sürtüb keçən zədə; həmin qapının iç səthində qapının sağ son kənarında bir ədəd 35x7 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 29 mm. aşağıda bir-birindən 3 mm. aralıda iki ədəd 24x9 mm. və 5x7 mm ölçüdə deşib keçən zədələr; həmin zədələrdən 38 mm. aşağıda bir-birindən 18 mm. aralıda iki ədəd 9x10 mm. ölçüdə deşib keçən zədələr; həmin zədədən 21 solda bir ədəd 45x15 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 19 mm. solda bir ədəd 10x9 mm. ölçüdə deşib keçən zədə; həmin qapının iç səthində həmin zədələrin davamı olan qapının sağ son kənarından 25 mm. solda 200x230 mm. sahədə həmin zədələrin davamı olan bir ədəd 27x9 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 17 mm. yuxarıda bir ədəd 8x8 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 28 mm. yuxarıda bir ədəd 12x8 mm. ölçüdə deşib keçən zədə; həmin zədədən 34 mm. sağda bir ədəd 47x27 mm. ölçüdə deşib keçən zədə; -avtomobilin arxa hissəsində (yük yeri qapağında) sol son kənarından 200 mm. sağda, aşağı son kənarından 201 mm. solda bir ədəd 6x7 mm ölçüdə, həmin zədədən 220 mm aşağıda bir ədəd 6x7 mm. ölçüdə, həmin zədədən 110 mm sağda bir ədəd 6x7 mm ölçüdə, həmin zədədən 490 mm. yuxarıda bir ədəd 11x10 mm. ölçüdə deşib keçən zədələr vardır. Avtomobilin arxa hissəsində (yük yerinin içəri səthi) olan zədələr yük yeri qapağının xarici səthindəki zədələrin davamı olan dörd ədəd deşib keçən zədələrdir. Avtomobilin salonundakı arxa oturacaqda yük yerinin qapağındakı zədələrdən birinin davamı olub oturacaqların ortasındakı qolluğun aşağı son kənarından 25 mm. yuxarıda bir ədəd 15x7 mm. ölçüdə deşib keçən zədə, həmin zədənin davamı olan ön oturacağın aşağı son kənarından 245 mm. yuxarıda bir ədəd 25x7 mm. ölçüdə deşib keçən zədə; ön sol oturcaqdakı həmin zədədən 340 mm. yuxarıda bir ədəd 55x35 mm. ölçüdə deşib keçən zədə; salonun arxa oturacağının sol son kənarından 235 mm. sağda bir ədəd 25x17 mm. ölçüdə deşib keçən zədə; avtomobilin ön salonunda salonun sol son kənarından 17 mm. sağda bir ədəd 8x8 mm. ölçüdə deşib keçən zədə; avtomobilin ön salonundakı güzgüdə güzgünün aşağı son kənarından 10 mm. yuxarıda bir ədəd 8x8 mm. ölçüdə deşib keçən zədə; avtomobilin ön alın şüşəsindəki şüşənin aşağı son kənarından 245 mm. yuxarıda 171x150 mm. sahədə 8x7 mm., 10x11, 15x17 mm. ölçüdə deşib keçən zədə; avtomobilin sağ ön qapısında qapının yuxarı son kənarı üzərində 30x25 mm. ölçüdə deşib keçən zədə; sağ güzgüsünün avtomobilə birləşən hissəsinin son kənarı üzərində 35x11 mm. ölçüdə deşib keçən zədə; avtomobilin ön salonunda salonun sağ son kənarından 25 mm. solda bir ədəd 43x7 mm. ölçüdə deşib keçən, avtomobilin ön salonunda ön alın şüşəsindən 25 mm arxada bir ədəd 11x9 mm ölçüdə bir ədəd deşib keçən, avtomobilin ön salonundakı sağ oturacaqda oturacağın sağ son kənarından 25 mm. solda bir ədəd 17x17 mm. ölçüdə deşib keçən zədələr aşkar edilmişdir. Baxış zamanı «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa istiqamətində, asfalt örtüyü üzərində 1-dən 16-yə qədər nömrələnmiş 16 ədəd giliz aşkar edilərək götürülmüş, iş üçün əhəmiyyət kəsb etdiyindən müqayisəli tədqiqata təqdim edilməsi üçün «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil qorunub saxlanılması üçün Baş Dövlət X57 X3 istehsalat idarəsinin 11 saylı cərimə meydançasına təhvil verilmişdir. (cild 01, iş vər 05-73) “Axtarış aparılması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi, ev 23 ünvanında axtarış aparılarkən 1 (bir) ədəd giliz, 1 (bir) ədəd güllə və 2 (iki) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 76-84) “Axtarış aparılması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Nissan Maksima» markalı **- EX-*** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılarkən avtomobilin salonundan 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 86-92) Meyitə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum X16 meyitinə MTE və PA ETB-nin Nizami rayon şöbəsində baxış keçirilmiş, onun bədənindən xaric edilmiş metal parçası götürülmüşdür. (cild 01, iş vər. 94-105) “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum X16 geyim paltarlarını 3 saylı şəhər kliniki xəstəxanasından götürülüb baxış keçirilmişdir. (cild 01, iş vər. 108-121) “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs paltarlarını 1 saylı X37 götürülmüş və baxış keçirilmişdir. (cild 01, iş vər. 124-132) “Götürmə və baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi, 23/1 ünvanda şahid Təqsirləndirilən şəxs evin zirzəmi tipli təsərrüfat damını göstərmiş və həmin təsərrüfat damında avtomat, iki ədəd sandıqçaları və sandıqçanın içərisində olan patronları çanta içərisində gizlətdiyini bildirmişdir. Təsərrüfat damının dəmir materialdan olan giriş qapısından daxil olduqdan sonra Təqsirləndirilən şəxs giriş qapısından sol tərəfdə yerləşən velosipedin arxasından tünd göy rəngli çantanı və çantanın içərisində olan avtomatı, iki ədəd sandıqçanı, sandıqçalardan birinin içərisində olan patronları təqdim edəərk, həmin avtomatı, sandıqçaları və patronları Namiq adlı şəxsdən bir il əvvəl aldığını və özündə saxlandığını, xx xxxxxx 2018-ci il tarixdə məhz həmin avtomatdan atəş açınb X28 öldürdüyünü, X13 isə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi avtomata, sandıqçalara və patronlara baxış keçirilərkən avtomatın üzərində “1968 “BE 6808” yazılarının həkk olunduğu, sandıqçanın birinin boş olduğu, digər sandıqçada isə 30 ədəd patron olduğu müəyyən edilmiş və avtomat, sandıqçalar və patronlar qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 170-177) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 120.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə şübhə yarandığından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 180) “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi gödəkcə, şalvar və sviterə baxış keçirilməklə, sellofan torbaya qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 199-203) “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 23:15 radələrində odlu silahdan atəş açıb X28 öldürməsi və Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə əlaqədar aparılan ibtidia araşdırmailə bağlı cinayətin törədilmə hallarını, cinayət təqibi üçün əhəmiyyətli olan şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü, habelə ifadəsində odlu silahdan atəş açıb Tural Babayevi öldürməsi və Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə ifadəsində göstərilən məlumatı yoxlamaq və xəsarət yetirmə mexanizmini dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanması keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində göstərdiyi Tütün fabrikinin yanında «Kalaşnikov» markalı avtomat silahını çıxarıb atəş üçün hazır vəziyyətə gətirib yanında saxlaması, bir qədər sonra, artıq saat 23 radələrində Şahid1 arxasınca Tural Babayevin idarə etdiyi avtomobil ilə gəlməsini görüb avtomobildən düşüb Tütün fabrikinin yaxınlığında yerləşən Mebel fabrikinin qarşısında dayanaraq, onun qarşısından sağdan sola doğru hərəkət edən qardaşı Şahid1 idarə etdiyi avtomobil keçdikdən sonra X54in idarə etdiyi avtomobil istiqamətində avtomatla ardıcıl atəşlər açması, atdığı atəşlərdən sonra Tural Babayevin idarə etdiyi avtomobilin sürətinin azalması və bir qədər hərəkət edib yolun mərkəzində çəpinə şəkildə dayanması ilə bağlı xüsusatları bir daha təsdiq edərək, xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində odlu silahdan hansı qaydada Tural Babayevin idarə etdiyi «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində atəşlər açmasını hadisə yerində əyani olaraq göstərmişdir. (cild 01, iş vər. 227-232) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-314/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 120.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs haqqında həbsetmənin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 16-18) Azərbaycan Respublikası DİN X1 xx.xx.2019-cu il tarixli, 0xx-xx-1219 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş 16 ədəd 7.62*39 mm kalibrli gilizlər, idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild 02, iş vər. 17) Götürmə və baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, şahid X11 təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan ******* nömrəli hərbi biletin, 02 vərəqədən ibarət 653/06 və 969/06 nömrəli xəstəlik tarixlərinin kserosurətləri götürülmüş və onlara baxış keçirilərkən Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində xx xxx 2006-cı il tarixdən xx xxxx 2006-cı il tarixə kimi «Uzun gedişli asteno-nevrotiya vəziyyətindən sonrakı hal» diaqnozu və xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2006-cı il tarixə kimi «Asteno-nevrotik vəziyyət» diaqnozu ilə DİN-nin Respublika Hospitalının ruhi-əsəb şöbəsində stasionar müalicədə olması müəyyən edilmişdir. (cild 02, iş vər. 39-47) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1293 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir.(cild 02, iş vər. 58-60) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 1292 nömrəli rəyindən görünür ki, Şahid1 bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. (cild 02, iş vər. 61-63) Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisnin xx xxxxxx 2018-ci il tarixli raportundan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nə xx xxxxxx 2018-ci il tarixdə saat 00:30 radələrində Semaşkadan tibb bacısı tərəfindən 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Keşlə qəsəbəsində bel və sarğı nahiyəsinin güllə yarası barədə məlumat daxil olmuşdur. (cild 02, iş vər. 81) Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisnin xx xxxxxx 2018-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 23:30-da 03 saylı X7 RPİ-nin 23-cü PB-nə 1991-ci il təvəllüdlü X43 rayonu Keşlə qəsəbəsində Ttütün zavodunun yanında döş qəfəsinin və dirsəyinin güllələnməsi və vətəndaşın ölməsi barədə məlumat daxil olmuşdur. (cild 02, iş vər. 82) İşdə olan ailə tərkibi haqqında arayış, “Doğum haqqında şəhadətnamənin surəti və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayonu, Keşlə qəsəbəsi 1-ci Köndələn küçəsi 23 saylı evdə, atası, anası, arvadı və himayəsində olan xx xxxxx 2010-cu il təvəllüdlü Xəyyam İsmayılov adlı oğlu ilə birlikdə yaşamaqla, barəsində 85 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. (cild 02, iş vər. 83-85) ƏƏSMN yanında DSMF Bakı şəhəri, Nizami rayon şöbəsin tərəfindən verilmiş vəsiqədən görünür ki, X29 ümumi səbəbdən 2-ci qrup əlildir. (cild 02, iş vər.87) Şahid1 ifadəsinin yerində yoxlanması haqqında xx xxxxxx 2019-cu il tarixli protokol, sxem, əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 ifadəsinin düzgünlüyü, habelə ifadəsində X53 Bağırovla onu təqib etmələri barədə göstərdiyi məlumatları yoxlamaq məqsədilə ifadənin yerində yoxlanılması keçirilmişdir. Bu zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi avtomobilin hərəkət istiqamətlərini, Tural Babayevin idarə etdiyi avtomobil ilə onu təqib etməsini, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs harada dayanmasını və hansı istiqamətdən Tural Babayevin idarə etdiyi avtomobilə atəş açdığını əyani olaraq göstərib təsvir etmişdir. (cild 02, iş vər. 94-101) “Zərəçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X24 zərəçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır.(cild 02, iş vər. 11-112) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, X34 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmənin hökmü dəyişdirilərək Tural Babayevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tural Babayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi,- 03 (üç) ay 26 (iyimi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 02, iş vər. 121-123, 230-233) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixli Tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 128-129) xx xxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar təyin edilmiş kompleks məhkəmə-ballistik trasoloji və fiziki-kimyəvi ekspertizasının tədqiqi ilə əlaqədar Baş Dövlət X57 X3 İstehsalat idarəsinin 1 saylı cərimə meydançasında saxlanılan “Hyundai Elantra” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin üzərində xx xxxxxx 2018-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş zədələrin olduğu təkrarən müəyyən edilmişdir. (cild 02, iş vər. 157-169) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 5(007)-30/2019 nömrəli “Telefon danışıqlarına dair məlumatların götürülməsi barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055 201-44-88, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonlara daxil olan və həmin nömrələrdən çıxan telefon danışıq cədvəlləri, anten məlumatları, habelə qeyd olunan nömrəyə zənglər qəbul edilərkən və həmin nömrədən zənglər edilərkən göstərilən nömrələrdən istifadə edən abonentlərin rekvizitləri, eləcə də qeyd olunan müddətdə həmin nömrələrdən çıxan və həmin nömrələrə daxil olan mesaj mətnlərinin məzmunu barədə məlumatlar “CD” diskə köçürülməkdə müvafiq olaraq “xxxxxxxx” MMC və “xxxxxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 02, iş vər. 171) Azərbaycan Respublikası SN 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019cu il tarixli, 982 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanda müalicə olunmayıb. (cild 02, iş vər. 172) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən rayon prokurorluğuna daxil olmuş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində quraşdırılmış Təhlükəsizlik şəhər xidmətinin TŞ 4-019, TŞ 4-023, TŞ 4-041, TŞ 4- 042, TŞ 4-044, TŞ 4-056, TŞ 4-065 və TŞ 4-160 nömrəli kameralarının xx xxxxxx 2018-ci il tarixdə saat 21:30-dan saat 23:30-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərinin yazıldığı diskə Şahid1 iştirakı ilə baxış keçirilərək müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 23:02:03-də «BMW» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil 201 nömrəli məktəb istiqamətindən «Keşlə dəmiryol stansiyası» istiqamətində hərəkət etmiş, «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin arxasınca gəlmiş, dəmir yol relslərinin yanına çatdıqda «BMW» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil sola tərəf dönmüş, həmin vaxt «Hyundai Elentra» markalı avtomobil yolun əks hərəkət istiqamətinə çıxaraq «BMW» markalı avtomobilin qarşısına keçmək istəmiş, lakin «BMW» markalı avtomobil hərəkətini davam etdirmişdir. Baxış iştirakçısı Şahid1 bildirmişdir ki, «BMW» markalı **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobili o, «Hyundai Elentra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Tural Babayev idarə etmiş, Zərərçəkmiş şəxs «Hyundai Elentra» markalı avtomobilin qabaq sağ oturacağında görmüş, qardaşı Təqsirləndirilən şəxs xahişi əsasında sonuncunun həyat yoldaşı və oğlunu 201 nömrəli məktəbin yaxınlığında yaşayan qayınatası evinə qoyub qayıtmış, həmin vaxt Tural Babayev idarə etdiyi avtomobil ilə onu təqib etmiş, əli ilə işarə edərək avtomobili saxlamasını tələb etmiş, bu barədə qardaşı Təqsirləndirilən şəxs xəbər vermiş, sonuncu ona avtomobili saxlamamasını, Tütün fabriki istiqamətində hərəkət etməsini demiş və bundan sonra məlum hadisə baş vermişdir. (cild 02, iş vər. 189-193) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 218 nömrəli rəyi və əlavə edilmiş fotocədvəldən görünür ki, X16 meyiti üzərində:1) sağ ağ ciyərin zədələnməsi, lll-İV qabırğaların və Vİ, Vİİ döş fəqərələrinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ qoltuqaltı və sol arxa səthini dəlib-keçən 2 (iki) ədəd, 2) sağ dirsək oynağını təşkil edən sümüklərin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan dirsək oynağının bayır səthinin və sağ bazunun aşağı 1/3ni dəlib-keçən 1 (bir) ədəd, 3) sağ sağrının bayır yuxarı və orta kvadrantını dəlib-keçən 1 (bir) ədəd, 4) sol əlin l-ll barmaqarası nahiyəsinin 1 ədəd, sol budun arxa-bayır səthinin 1 ədəd toxunan, cəmi 6 (altı) ədəd odlu silah yaralanması xəsarətləri vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, odlu silah yaralarıdırlar, ölümündən az əvvəl patronu güllə ilə təchiz olunmuş odlu silahdan açılmış 6 atəş nəticəsində əmələ gəlməsinə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2018-ci il tarixə uyğun gələ bilərdilər. Döş qəfəsində yerləşən iki ədəd odlu silah yaralanmaları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Sağ dirsək oynağı nahiyəsində olan bir ədəd odlu silah yaralanması dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyırlar. Sağ sağrıda 1 ədəd dəlib-keçən, sol əlin l-ll barmaqarası nahiyəsinin 1 ədəd və sol budun arxa-bayır səthinin 1 ədəd toxunan odlu silah yaralanmaları dərəcələrinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Döş qəfəsinin sağ qoltuqaltı nahiyəsində iki ədəd, sağ dirsək oynağında bir ədəd, sağ sağrının yuxarı-bayır kvadrantında 1 ədəd yaraları odlu silah yaralanmasının giriş dəlikləri, döş qəfəsinin arxa-sol nahiyəsində, sağ bazunun aşağı 1/3-də və sağ sağrının orta kvadrantında olan yaralar isə çıxış dəlikləri olub, digər iki ədəd (sol əlin l-ll barmaqarası nahiyəsinin 1 ədəd və sol budun arxa-bayır səthinin 1 ədəd) yara-toxunan odlu silah yaralanmaları olmuşlar. Qeyd edilən odlu silah yaralanmaları mərmi(lərlə) (güllə(lərlə)) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdi. Döş qəfəsinin sağ qoltuqaltı nahiyəsində olan iki ədəd odlu silah yaralanmasının istiqaməti öndən-arxaya, sağdan-sola, yuxarıdan-aşağıya doğrudur; sağ sağrı nahiyəsində olan bir ədəd odlu silah yarasının istiqaməti sağdan-sola və bir qədər yuxarıdan aşağıya doğrudur. sağ dirsək oynağında olan odlu silah yaralanmasının istiqaməti (meyitə nisbətdə) sağdan-sola, bir qədər öndən-arxaya və aşağıdan-yuxarıya doğru olmuşdur. Bədənin üzərində aşkar edilmiş toxunan odlu silah yaralanmaların istiqaməti barəsində dəqiq fikir söyləmək mümkün olmur. X16 ölümünə döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən və daxili üzvlərin zədələnməsi ilə müşayiət olunan odlu silah yaralanması nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-12 saat əvvəl baş verə bilərdi. Tural Babayevin meyitinin üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyası və xarakterini nəzərə alaraq demək olar ki, ölüm almış olduğu odlu silah yaralanmalarından az (dərhal) sonra baş vermişdir, bu müddət dəqiqələrlə hesablana bilərdi. Tural Babayev avtomobilin salonunda olarkən xəsarət yetirilən anda müxtəlif duruş vəziyətlərində (oturmuş, yarıuzanmış və s.) ola bilər, odlu silahın lüləsinin en kəsiyi onun bədənində aşkar edilmiş xəsarətlərə uyğun nahiyələrə doğru yönəlmişdir. (cild 01, iş vər.194-199) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 114 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın sol yan divarının peritonarxası nahiyəyə keçərək qarın boşluğuna nüfuz edən bir ədəd və sağ sağrı nahiyəsinin 05 (beş) ədəd yaraları vardır. Zərərçəkmiş şəxs qarnın sol yan divarında olan 01 (bir) ədəd xəsarət kor odlu silah yaralaması və sağ sağrı nahiyəsində olan 05 (beş) ədəd xəsarətlər kor odlu silah və ikincili mərmilərdən (deformasiyaya uğramış və ya parçalanmış güllə, metalik və plastmas hissələri, kəməri və sairə) yaranmış yaralarıdırlar. Kor odlu silah yaraları patronu mərmilərlə (güllələr ilə) təchiz olunmuş odlu silahdan açılmış atəşlərin təsirindən, ikincili mərmilərdən yaranmış xəsarətlər isə məhdud ölçülü bərk küt əşyaların, çox güman ki, odlu silahdan açılmış atəşlər nəticəsində, güllənin (güllələrin) maneədən (maneələrdən) keçməsi nəticəsində yaranmış müxtəlif mənşəli, forma, ölçüləri olan ikincili mərmilərin təsirindən əmələ gəlmişlər və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2018-ci il tarixdə alınmaları mümkündür. X45 tərtib etdiyi C-7198 saylı xəstəlik tarixinin kserosurətindən görünür ki, çanağın rentgenoqrafiyası zamanı Zərərçəkmiş şəxs sağ budun yuxarı 1/3-də çox sayda xırda ölçüdə yad cismlər və budun orta 1/3-də 1 ədəd iri metal yad cism aşkar edildi və o, sağ bud nahiyəsində olan yad cismin (güllə) çıxarılmasından müvəqqəti imtina etdi. Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı sağ bud nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Bu hal da güman etməyə əsas verir ki, bu yad cismləri Zərərçəkmiş şəxs sağ sağrı nahiyəsində odlu silahdan açılmış atəşlər nəticəsində yaranmış xəsarətlərin yara kanalından sağ budun müvafiq nahiyələrinə yönəlmişdir.Qarnın sol yan divarının peritonarxası nahiyəyə keçərək qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd kor odlu silah yaranması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən kor odlu silah yaralanmaları mərmi(lərlə) (güllə(lərlə)) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdi. Qarnın sol yan divarında olan 01 (bir) ədəd odlu silah yaralamasının istiqaməti arxadan-önə, bir qədər soldan sağa və azacıq yuxarıdan-aşağıya doğru, sağ sağrı nahiyəsində olan xəsarətlərin istiqaməti arxadan-önə və bir qədər yuxarıdan-aşağıya doğru ola bilərdi. Zərərçəkmiş şəxs avtomobilin salonunda olarkən xəsarət yetirilən anda müxtəlif duruş vəziyətlərində (oturmuş, yarıuzanmış və s.) olmaqla, odlu silahın lüləsinin en kəsiyi onun bədənində aşkar edilmiş xəsarətlərə uyğun nahiyələrə doğru yönəlmişdir. (cild 02, iş vər 200-203.) “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 6038 nömrəli məktubu və xx.xx.2018-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən məhkəmə qərarı əsasında “xxxxxxxx” MMC-dən götürülmüş “CD” diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla qardaşı Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında xx xxxxxx 2018-ci il tarixdə saat 20:27:36-də 35 saniyə, saat 22:51:51-də 13 saniyə, saat 22:53:07-də 13 saniyə, saat 22:57:42-də 52 saniyə, saat 23:00:51-də 14 saniyə, saat 23:09:46-də 20 saniyə və saat 23:15:44-də 60 saniyə telefon danışıqları qeydə alınmışdır. (cild 02, iş vər. 215-217) “xxxxxxx” MMC-nin BKC/LGL-8852/19 nömrəli xx.xx.2019-cu il tarixli məktubu və xx.xx.2018-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən məhkəmə qərarı əsasında “xxxxxxx” MMC-dən götürülmüş “CD” diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə zərərçəkmiş şəxs Tural Babayevin istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon arasında danışıqlar qeydə alınmamış, Tural Babayevin istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla anası X12 istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonla xx.xx.2018-ci il tarixdə saat 20.22-də və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında danışıq xx.xx.2018-ci il tarixdə saat 20.32də qeydə alınmışdır. Bundan başqa iş üçün maraq kəsb edən hər hansı bir danışıqlar qeydə alınmamışdır. (cild 02, iş vər. 218-220) Azərbaycan Respublikası DİN X1 011-2626-1219 nömrəli məktubu və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 7,62 mm kalibrli «BE-9608» nömrəli «Kalaşnikov» konstruksiyalı «AKM» modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri «Arsenal» avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsi ilə «KTİ» nin «güllə-giliz» kartotekasında yerləşdirilən, açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqatı aparılmış və kartotekada olan digər açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə zamanı eynilik aşkar edilməmişdir. (cild 02, iş vər. 225-227) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə, yəni xx xxxxxx 2018-ci il tarixdə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs nümayişkaranəlik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı tez reaksiya vermək, eqosentrizm, kinlilik, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında aqressivlik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji-affekt (qəflətən baş vermiş güclü rühi həyəcan) vəziyyətində olmamışdır. (cild 03, iş vər. 47-49) İş üzrə təyin edilmiş kompleks məhkəmə-ballistik, trasoloji və fiziki kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli 2301/ 2302/ 2303/ 2304/ 2305/ 3020/ 3021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd silah - 1968-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «AKM» markalı, BE 9608 nömrəli avtomat silahdır, zavod işarələrində pozuntu, dəyişiklik yoxdur, qundağı bağlandığı yerdən sonradan kustar üsulla açılıb ayrılmışdır, lakin qundağının olmaması ilə təyinatında dəyişiklik yaranmamışdır, funksional əhəmiyyət daşıyan detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir-yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sandıqcalardan birinə doldurulmuş vəziyyətdə 30 (otuz) ədəd patron-zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Aparılmış tədqiqat zamanı «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahından təqdim edilmiş dolu sandıqcada olan patronlardan 5 ədəd eksperimental atəşlər açılmış, patronlardan 1 (bir) ədədinin gilizi nümunə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzində saxlanılmışdır. Hadisə yerindən aşkar edilmiş 16 (on altı) ədəd giliz-zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC» ) markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər-gilizləridir, həmin gilizlər təqdim edilmiş 7,62 mm kalibrli, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahdan atılmışlar. Tural Babayevin meyitindən çıxarılmış 1 (bir) ədəd və «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürüldüyü qeyd edilən 1 (bir) ədəd, cəmi 2 (iki ) ədəd boz rəngli metal predmetlər-zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər-güllələrinin özəkcikləridirlər, üzərlərində sivişmə (rikoşet) izləri yoxdur. Həmin 2 (iki) ədəd güllə özəkciyinin hər hansı biri konstruksiyasına, təyinatına və ölçülərinə görə, tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd gilizin hər hansı birinə atəşədək doldurulmuş güllələrin özəkcikləri ilə bir-birlərinə uyğun gəlirlər, lakin konstruksiyasına uyğun olaraq, özəkciklər güllə örtüyünün daxilində yerləşdiklərindən, atəş zamanı doldurulduqları patronun gilizinin ağız kəsiyi və atıldıqları silahın lülə kanalının daxili divarları ilə bilavasitə təmasda olmadıqlarına görə, həmin özəkciklərin hissəsini təşkil etmiş olduqları güllələrin, təqdim edilmiş 16 (on altı) ədəd gilizin hər hansı birinə atəşədək doldurulub doldurulmadıqlarını (özəkciklərin hissəsini təşkil etmiş olduqları güllələrin, təqdim edilmiş 16 (on altı) ədəd gilizin hər hansı biri ilə atəşədək vahid bir patronun hissələrini təşkil edib-etmədiklərini) və eləcə də həmin özəkciklərin hissəsini təşkil etmiş olduqları güllələrin təqdim edilmiş 7,62 mm kalibrli, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədənindən çıxarıldıqları qeyd olunan 5 (beş) ədəd qırmızımtıl rəngli metal predmetlərdən: «1» rəqəmi ilə işarələnmiş metal predmet-zavod üsulu ilə hazırlanmış, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s . yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gülləsidir; «2», «3», «4» və «5» rəqəmləri ilə işarələnmiş metal predmetlər isə-həmin kalibrə və təyinata malik patronun (yaxud patronların) gülləsinin (yaxud güllələrinin) atəş zamanı müəyyən bərk predmetə (bərk hədəfə) dəyib parçalanması nəticəsində ayrılmış hissələridirlər-gülləsinin (yaxud güllələrinin) örtüyünün parçalarıdırlar və həmin güllənin və güllə örtüyü parçalarının üzərində sivişmə (rikoşet) izləri yoxdur. Konstruksiyasına, ölçülərinə və təyinatına uyğun olaraq, həmin 1 (bir) ədəd güllənin və 4 (dörd) ədəd örtük parçalarının hissəsini təşkil etmiş olduqları güllənin (güllələrin), tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd 7,62 mm kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahdan da atəş açılması mümkündür, lakin güllənin və örtük parçalarının üzərində atıldıqları silahın lülə kanalından və atəşədək doldurulduqları patronun gilizinin ağız kəsiyindən qalmış izlər eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə , həmin güllənin (güllələrin) və örtük parçalarının hissəsini təşkil etmiş olduqları güllənin atəşədək təqdim edilmiş 16 (on altı) ədəd gilizin hər hansı birinə doldurulub doldurulmadıqlarını (həmin gilizlərin hər hansı biri ilə əvvəllər vahid bir patronun hissəsini təşkil edib-etmədiklərini) və eləcə də həmin güllənin və örtük parçalarının hissəsini təşkil etmiş olduqları güllənin (güllələrin) təqdim edilmiş 7,62 mm kalibrli, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahdan atılıbatılmadıqlarını dəqiq müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürüldükləri qeyd olunan 1 (bir) ədəd giliz və 1 (bir) ədəd güllədən -a) təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli 7,62 mm kalibr olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli «Mosin» sistemi tüfəngdə 1981-ci il nümunəli və «Draqunov» («CBD») konstruksiyalı snayper tüfənglərində, 1936-ci il nümunəli avtomatik «CUMOHOB» tüfəngində, 1938-ci («SVT-38») və 1940-cı («CBT-40») illər nümunəli özüdolduran «Tokarev» sistemli tüfənglərdə, 1938-ci və 1944cü illər nümunəli karabinlərdə, lentə oldurulmuş vəziyyətdə isə «Dektyarev» («DP-24», «DT», «DTM») sistemli, «Maksim», «Qoryonov» («SQ-43», «SQ», «CQM») dəzgahlı pulemyotlarda, rota pulemyotunda («RP-46»), «Kalaşnikov» («PK», «PKM», «PKT», «PKS») konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun hissəsidir-gilizidir və həmin gilizin hissəsini təşkil edən atəş nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmışdır; -b) təqdim edilmiş 1 (bir) ədəd gülləzavod üsulu ilə hazırlanmış, 1908-ci il nümunəli, 7,62 mm kalibr olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli «Mosin» sistemi tüfəngdə 1981-ci il nümunəli və «Draqunov» («CBD») konstruksiyalı snayper tüfənglərində, 1936-ci il nümunəli avtomatik «CUMOHOB» tüfəngində, 1938-ci («SVT-38») və 1940-cı («CBT-40») illər nümunəli özüdolduran «Tokarev» sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə «Dektyarev» («DP-24», «DT», «DTM») sistemli, «Maksim», «Qoryonov» («SQ-43», «SQ», «CQM») dəzgahlı pulemyotlarda, rota pulemyotunda («RP-46»), «Kalaşnikov» («PK», «PKM», «PKT», «PKS») konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun hissəsidir-gülləsidir və həmin güllə hissəsini təşkil etmiş olduğu patronun gilizindən odlu silahdan atəş açılması nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrılmışdır; -c) Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 (bir) ədəd giliz və 1 (bir) ədəd güllə konstruksiyalarına və təyinatlarına görə birbirlərinə uyğun gəlirlər, lakin onlar, hissəsini təşkil etmiş olduqları patron (lar) dan atəş nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsir etməklə ayrıldıqları və üzərlərində atəş açılarkən odlu silahın müvafiq hissə və mexanizmlərindən yaranan izlər olmadığı üçün, həmin gilizin və güllənin, hissəsini təşkil etmiş olduqları patrondan ayrılanadək vahid bir patronun hissəsini təşkil edibetmədiklərini dəqiq müəyyən etmək mümkün deyildir; -ç) Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 (bir) ədəd giliz və 1 (bir) ədəd güllə konstruksiyalarına, ölçülərinə və təyinatlarına görə uyğun gəlmədikləri üçün, onların hissələrini təşkil etmiş olduqları 1908-ci il nümunəli, 7,62 mm kalibrli patronun, Təqsirləndirilən şəxs təqdim etdiyi qeyd edilən, tədqiqata təqdim edilmiş 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronlardan istifadə olunmaqla atəş açmaq üçün nəzərdə tutulmuş, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahda istifadə olunmaları və həmin gilizin və güllənin təqdim edilmiş 7,62 mm kalibrli, «AKM» markalı, «BE 9608» nömrəli avtomat silahdan atılmaları mümkün deyildir . Tural Babayevin idarə etdiyi «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından götürülmüş 1 (bir) ədəd qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tural Babayevin idarə etdiyi «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş 1 (bir) ədəd qatlanan bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli iki tiyəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Təqsirləndirilən şəxs məxsus «Nissan Maksima» markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobildə aşkar edildiyi qeyd olunan 1 (bir) ədəd qatlanmayan bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edildiyi qeyd olunan, qını olan 1 (bir) ədəd qatlanan bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilməyə nəzərdə tutulmuş) ov bıçağıdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qınsız 1 (bir) ədəd qatlanan bıçaqzavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tural Babayevə məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd alt tuman, bir ədəd cins gödəkcə, bir ədəd qara rəngli uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin tam aşkar edilməməsinə və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən bir ədəd qara rəngli cins şalvar, bir ədəd alt tumanının arxa hissəsində, bir ədəd cins gödəkcə, bir ədəd qara rəngli uzunqol köynəyin ön sol hissəsindəki zədələr giriş, Tural Babayevə məxsus bir ədəd cins gödəkcə, bir ədəd qara rəngli uzunqol köynəyin sağ hissəsindəki zədələr çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış 5 atəş nəticəsində (paltarların üzərindəki zədələr bir-birinin davamı olan giriş-çıxış zədələridir), diametri təxminən 7 mm, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən soldan-sağa, arxadan önə doğru istiqamətə yetirilməyə xarakterikdir. Belə zədələr təqdim edilmiş avtomat silahdan açılmış atəşlər nəticəsində yarana bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli belində kəməri olan cins şalvar, bir ədəd qara rəngli sviterin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin aşkar edilməməsinə və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən, bir ədəd qara rəngli belində kəməri olan cins şalvarın arxa sağ hissəsində olan zədələr bir atəş nəticəsində (həmin zədələr bir atəş nəticəsində deformasiyaya uğramış və parçalanmış güllənin hissələrinin təsirindən yarana bilər), bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli sviterin arxa hissəsində olan zədələr giriş zədəsi olmaqla bir atəş nəticəsində, yivli odlu silahdan açılmış cəmi iki atəş nəticəsində diametri təxminən 7 mm, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən soldan-sağa, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Belə zədələr təqdim edilmiş avtomat silahdan açılmış atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin avtomat silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmış, atəşdən sonra silah təmizlənməmişdir. Elmi metodika olmadığından açılan atəş (atəşlərin ) vaxtını və sayını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli sviterin üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin aşkar edilməməsinə və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən avtomobilin sol və arxa hissəsindəki zədələr giriş, avtomobilin salonunda, önündə və sağındakı zədələr sol və arxa hissəsindən zədələrin davamı olan giriş və çıxış zədələri olmaqla, yivli odlu silahdan açılmış çoxsaylı atəşlər nəticəsində diametri təxminən 7 mm tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, soldan-sağa, arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Belə zədələr təqdim edilmiş avtomat silahdan açılmış atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş Tural Babayev, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalar üzərində hiss hissəcikləri aşkar edilmədi. Atəşlər açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi Tural Babayev və Zərərçəkmiş şəxs sol və arxa tərəfinə doğru olmuşdur. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 218 nömrəli rəyinə əsasən X30 məxsus paltarlar üzərində olan zədələr onun bədəni üzərində olan xəsarətlərlə uyğunluq təşkil edirlər. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 114 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələr onun bədəni üzərində olan xəsarətlərlə uyğunluq təşkil edir. Təqdim edilmiş, Tural Babayev, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər hansı mexaniki zədə yoxdur. (cild 03, iş vər. 50-69) Məhkəmə iqtisad ekspertizasının xx xxxx 2019-cu il tarixli, 3007 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yyolu ilə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3825.00 manat məyyən edilmişdir. (cild 03, iş vər. 75-79) Məhkəmə-biloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli 45/2019-MTBŞ nömrəli rəyindən görünür ki, mərhum X30 məxsus gödəkcə, şalvar, kofta, trusik, zərərçkmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, gödəkcə tipli kofta, cins şalvar üzərindəki ləkələrdə və hadisə yerindən götürülmüş 06 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunur, həmin qan ləkələri X30 məxsus ola bilər. Ləkələrdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs (hadisə zamanı sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) qanların olması yalnız həmin ləkələrdə qarışıq qanın olması halında mümkündür. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, gödəkcə tipli kofta, cins şalvar üzərindəki ləkələrdə Zərərçəkmiş şəxs özünə və eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər (sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Bu ləkələrdə mərhum X16 qanının olması inkar olunur. Təqdim edilmiş iki ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. (cild 03, iş vər. 80-87) Məhkəmə trasoloji ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair xx xxxxx 2019-cu il tarixli 40/2019-MTKŞ nömrəli rəyindən görünür ki, X30 məxsus gödəkcə və köynəyin sağ ön tərəfində qoltuqaltı nahiyədə, arxa hissəsində geniş yayılmış qeyri-müəyyən formalı qan ləkələri hopma xarakterli ləkələrdir, qanlı səthlə (qan bənbəyi ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonradan isə kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. X30 məxsus şalvarın ön orta hissəsində, hər iki ayağın ön dizə yaxın hissəsində, arxa sağ cib üzərində və arxa bel nahiyəsində fasiləli yerləşən qeyri-müəyyən formalı qan ləkələri damcı xarakterli ləkələrdir, qan mənbəyindən hündürlükdən düşən qan damcıları nəticəsində əmələ gəlmişlər. X30 məxsus tumanın ön hissəsində, demək olar ki, bütün səthini fasilələrlə əhatə edən qeyri-müəyyən formalı qan ləkələri hopma xarakterli ləkələrdir, qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmişlər, sonradan isə kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Zərərçəkmiş şəxs məxsus gödəkcənin, sağ ön qola yaxın hissəsində, sol ön hissəsində cibə yaxın bir neçə ədəd fasiləli yerləşən qeyri-düzgün-oval formalı qan ləkələri sıçrantı xarakterli ləkələrdir, qan mənbəyinə kinetik impuls verməklə əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus gödəkcə tipli koynəyin aşağı azad kənarında solda daxili və xarici səthlərində fasiləli yerləşən qeyri-müəyyən formalı qan ləkələri hopma xarakterli ləkələrdir, qan mənbəyi ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonradan isə kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Zərərçəkmiş şəxs məxsus şalvarın ön sağ və sol dizaltı nahiyəsində bir neçə ədəd fasiləli yerləşən, bir qədər oval formalı, kiçik ölçülü qan ləkələri damcı xarakterli ləkələrdir, qan mənbəyindən az hündürlükdən düşən damcı nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus şalvarın arxa sol yan bel nahiyəsində qeyri-müəyyən formalı qan ləkələri hopma xarakterli ləkələrdir, qan mənbəyi ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər və sonradan fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. (cild 03, iş vər. 89-90) Təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, X16 deşici-kəsici xassəyə malik soyuq silahı əldə edib gəzdirməsi, habelə 2018-ci ilin iyun ayının sonlarında ünvan 2 ünvanında yerləşən “909” adlı kafedə Təqsirləndirilən şəxs şəxsiyyəti üzərində zor tətbiq etməklə onu döyərək 4.000 manat miqdarda əmlakını zor tətbiq etmə ilə hədə-qorxu ilə tələb etməsi təsdiq olunmaqla, hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmuş və X34 təqsirləndiirlən şəxs kimi tanınadək öldüyünə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 182.2.3-cü maddəsləri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsas olmadan xitam verilmişdir. (cild 03, iş vər. 124-125) Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1, 29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məvəllənin 120.1, 29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 120.2.2,120.2.4, 221.3 və 186-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş və icraatın bu hissəsinə aid materialların kserosurəti cinayət işindən çıxarılaraq, Bakı şəhəri, Nizami rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, Zərərçəkmiş şəxs 2018-ci ilin iyun ayının sonlarında ünvan 4 ünvanında yerləşən “909” aadlı kafedə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətlərinə yol verməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğundan həmin fakt üzrə cinayət işindən material ayrılmaqla müvafiq qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami RPİ-nə göndərilmiş,X34 Azərbaycan Respublikası CM-nin 182.2.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətsə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətdikdən sonra ölməsi ilə əlaqədar xx xxxx 2019-cu il tarixli qərarla barəsində cinayət təqibinə xitam verilməsi nəzərə alınmış, Şahid1 qardaşı, Təqsirləndirilən şəxs tərəfindən xüsusilə ağır cinayətin törədildiyini bilərək qabaqcadan vəd etmədən həmin cinayəti gizlətməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmiş,cinayət işindən cinayətin aləti olan 7,62 mm kalibrli, “AKM” markalı, BE 9608 nömrəli yivli odlu avtomatik döyüş silahın və döyüş sursatı hesab edilən 30 ədəd 7,62 kalibrli patronun mənbəyinə dair Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmiş, həmin cinayət işi istintaq aidiyyatı üzrə Bakı şəhər Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. . Hadisə yerinə baxış zamanı Tural Babayevin idarə etdiyi avtomobilin yanından, asfalt örtüyün üzərindən və axtarış aparılması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş soyuq silah hesab olunan iki ədəd bıçağın mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-yə göndərilmiş,Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 7,62 kalibrli «AKM» markalı, «BE 9608» nömrəli avtomat silah, həmin silahdan eksperimental atılmış 4 ədəd giliz, 25 ədəd patron, 2 ədəd sandıqca, hadisə yerindən aşkar edilmiş 16 ədəd giliz, Tural Babayevin meyitindən çıxarılmış 1 ədəd və «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş 1 ədəd güllə özəkcikləri, Zərərçəkmiş şəxs bədənindən çıxarılmış 1 ədəd güllə və 4 ədəd güllə örtüyünün parçaları maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutlar otağına, Təqsirləndirilən şəxs məxsus «Nissan Maksima» markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobildə aşkar edilmiş 1 ədəd bıçaq, Tural Babayev, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarlar maddi sübut kimi tanınaraq saxlanılması üçün isə Bakı şəhəri, Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 2 ədəd bıçaq, 1 ədəd giliz və 1 ədəd güllə, Tural Babayevin idarə etdiyi «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından və salonundan götürülmüş 2 ədəd bıçaq məhv edilmiş, hadisə yerində aşkar edilmiş «Hyundai Elantra» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisinə qaytarılmaqla vurulmuş ziyanın ödənilməsi iddiası ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.İş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması, üzləşdirmə, baxış, götürmə protokolları, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 218 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 114 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 1293 nömrəli, xx xxxxxx 2019-cu il tarixli 1292 nömrəli, kompleks məhkəmə-ballistik, trasoloji və fiziki kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli 2301/ 2302/ 2303/ 2304/ 2305/ 3020/ 3021 nömrəli, məhkəmə trasoloji ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair xx xxxxx 2019-cu il tarixli 40/2019-MTKŞ nömrəli, məhkəmə-biloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli 45/2019-MTBŞ nömrəli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 3007 nömrəli və kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 355 nömrəli rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir.(cild 03, iş vər. 129-166) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1,29, 120.2.7, 228.1 və 228.4-cü maddəsləri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Şahid1 qardaşı, Təqsirləndirilən şəxs tərəfindən xüsusilə ağır cinayətin törədildiyini bilərək qabaqcadan vəd etmədən həmin cinayəti gizlətməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılmışdır. (cild 03, iş vər. 168-172) Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünar ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1,29, 120.2.7, 228.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məcəllənin 120.1, 29,120.2.7,228.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (cild 03, iş vər. 183-185) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli “Cinayət içinin baxilmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli srülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cm-nin 120.1 29, 120.2.7, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, zərərçəkmiş şəxsin hüquqi varisi X24 və onun nümayəndəsi Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili X21 təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcud olduğuna dan cinayət işinin baxılmasına xitam verilməsi və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatəti təmin edilmiş, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayət əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7, 228.1 və 228.4-cü-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması, həmçinin digər şəxslərin həmin cinayətdə iştirakı ehtimalının aydınlaşdırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (cild 04, iş vər. 166-183) “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 ifadəsinin düzgünlüyü, habelə ifadəsində X53 Bağırovla onu təqib etmələri barədə göstərdiyi məlumatı yoxlamaq, həmçinin hadisənin dəqiq baş vermə vaxtını dəqiqləşdirmək məqsədilə təkrarən ifadəsnin yerində yoxlanılması kçirilmişdir. ünvan 5 ünvanına gəldikdə Şahid1 bildirmişdir ki, həmin ünvan Təqsirləndirilən şəxs qayınatasının evidir və xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs xahişi ilə onun arvadını və uşağını idarə etdiyi “BMW” markalı **-XM-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin ünvana aparmış və Tural Babayevin idarə etdiyi “Hyundai Elantra” markalı **-TO-*** nömrə nişanlı avtomobil ilə onun təqib etdiyini görmüş və zəng edib bbu barədə Təqsirləndirilən şəxs bildirdikdə Zaurona arvadını və uşağını düşdürdükdən sonra Tütün fabrikinin yanına gəlməsini demişdir. Ona görə ünvan 5 ünvaından birbaşa P.Fərzəliyev küçəsində yerləşən Tütün fabriki istiqamətində hərəkət etmiş və sonuncu dəfə Keşlə qəsəbəsində dəmir yolu keçidi üzərində olarkən təkrarən Təqsirləndirilən şəxs zəng edib Tural Babayevin onu təqib etməsini və Tütün fabrikinin yanına çatmasını bildirmişvə avtomobili saatda 60 km/saat sürətlə idarə edərək təxminən 02 dəqiqədən sonra Tütün fabrikinin yanına çatmamış mebel sexinin yanında Təqsirləndirilən şəxs əlində avtomatla dayandığını görmüş və Tütün fabrikinin yanından sola döndükdə avtomatdan açılan atəş səslərini eşitmiş, geriyə baxanda Tural Babayevin idarə etdiyi avtomobilin artıq gəlmədiyini görmüş və Tütüb fabrikindin qarşısından geri dönüb qayıtdıqda Təqsirləndirilən şəxs ona çıxıb getməsini və narahat olmamasını bildirmişdir. Ondan sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi ev 23 ünvanında yaşayan qayınatasının evinə getmişdir. İstintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanından Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşmiş dəmir yolu keçidinə kimi olan məsafənin 700 metr, həmin yerdən isə ünvan 7 ünvanında yerləşən Tütün fabrikinədək məsafə 700 metr təşkil edir və sonuncu yerdən, yəni dəmir yolu keçidindən (yer altı keçidindən) hadisə yerinə kimi avtomobilin sürəti 60 km/saat olmaqla həmin məsafəni 01 dəqiqə 45 saniyəyə qət edirlir. Daha sonra müəyyən edilmişdir ki, hadisə yeri olan ünvan 3 ünvanından Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi ev 23 ünvanına kimi olan məsafə 450 metr təşkil etmklə hadisə yeri olan P.Fərzəliyev küçəsi ev 2 ünvanında yerləşən tütün fabrikindən əks tərəfdə yerləşir. (cild 05, iş vər. 62-68) “Baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin salonunda oturacaqlar sarımtıl rəngli dəri materialdan olmaqla tam olduğu, üzərlərində hər hansı bir dəlik, kəsik və ya başqa bir zədə aşkar edilməmişdir. (cild 05, iş vər. 79-84) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.7, 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmiş və xx xxxx 2019-cu il tarixdə Azərbaycan respublikası CM-nin 120.1,29,120.2.7,228.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə həmin Məcəllənin 120.2.4,29,120.2.7,228.1 və 228.4-cü maddələri ilə ona yenidən ittiham elan olunması, xx xxxx 2019-cu il “Sübutların qiymətləndiirlməsi haqqında” qərar digər hissələrdə dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. (cild 05, iş vər. 102-138) “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.7, 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmiş və xx xxxx 2019-cu il tarixdə Azərbaycan respublikası CM-nin 120.1,29,120.2.7,228.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə həmin Məcəllənin 120.2.4,29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə ona yenidən ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək və ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün həmi ibtidai istintaq zamanı və həmçinin məhkəmə baxışı zamanı işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri və elan edilərək tədqiq edilmiş ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarının 1, 3 və 8-ci bəndlərinin müvafiq müddəalarına əsasən qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq törədilmiş cinayət hadisəsi hərtərəfli, tam və obyektiv araşdırmalı, bu kimi cinayət işləri üzrə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdik-dən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, Tural Babayevi ümumi təhlükəli üsulla öldürmədiyi və digər Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmədiyi barədə verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün xx xxxxxxxx 2018-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin müəyyən edilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, iş üzrə “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan göründüyü kimi, hadisə yerinə baxış zamanı hadisə yerindən cəmi 16 ədəd avtomat gilizləri aşkar edilməklə, Təqsirləndirilən şəxs hadisə vaxtı ən azı 16 dəfə X4 görə gülləsinin 1500 metr uçuş məsafəsinə malik olan “Kalaşnikov” tipli odlu silahdan avtomat rejimində atəş açdığı müəyyən edilmişdir. Hadisənin baş verdiyi yer ilə bağlı isə qeyd olunmalıdır ki, iş materiallarında olan AR DİN Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülməklə istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tərəflərin vəsatəti əsasında nümayiş etdirilmiş videogörüntülərdən və hadisə yerinə baxış və ifadələrin yerində yoxlanması istitnaq hərəkətləri zamanı çəkilmiş fotoşəkillərlə Təqsirləndirilən şəxs Şahid1 və X54in avtomobil idarə edərək hadisə baş verdiyi yerə getdikləri zaman ətrafda insanların olması, iaşə obyektlərinin fəaliyyət göstərməsi, eyni zamanda digər avtomobillərin də yollarda hərəkət etməsi, hadisə baş verdiyi ərazidə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin tütün fabriki, mebel sexi, çay evi, maşın yuma məntəqəsi, habelə mebel sexi ilə tütün fabriki arasından keçən yoldan 30 metr irəlidə isə Təqsirləndirilən şəxs özünün də ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi və digər evlər yerləşməsinin müəyyən edilməsi ilə Təqsirləndirilən şəxs Tural Babayev və Zərərçəkmiş şəxs öldürmək üçün etdiyi həmin aktiv hərəkətlərin sonuncuların həyatı və sağlamlığı ilə yanaşı, digər şəxslərin də həyatı və sağlamlığı üçün də təhlükə yaratdığına dəlalət edir və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğunu sübut edir. Təqsirləndirilən şəxs eyni zamanda Zərərçəkmiş şəxs da qəsdən öldürməyə cəhd etmiş olması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd olunmalıdır ki, hazırkı halda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sinif yoldaşı olmaqla, Zərərçəkmiş şəxs hazırki iş üzrə zərərçəkmiş şəxs olmasına baxmayaraq cinayət prosesində Təqsirləndirilən şəxs müdafiə etməkdə şəxsi marağı olan şəxs kimi qəbul edilməli və Zərərçəkmiş şəxs verdiyi ifadələrin həqiqiliyi isə həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı və ibtidai istintaqın sonların verdiyi ifadələrində Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyətinin olmadığını bildirsə də, ibtidai istitnaq zamanı özünün qeyd olunan cinayəti törətməsinə motiv yaradan və səbəbə olan Tural Babayev və Zərərçəkmiş şəxsla arasında yaşanmış mübahisə və münaqişələrin detalları barədə ətraflı ifadə verməklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatına qəsd etməsinə əsasın mövcudluğunu təsdiq etmişdir. Məhkəmə yuxarıda qeyd olunan Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sinif yoldaşı olmaqla qarşılıqlı münasibətlərinə dair qiymətləndirməyə əsaslanaraq Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsla aralarında heç bir münaqişənin mövcud olmamasına dair ifadələrinin məhz Təqsirləndirilən şəxs məsuliyyətinin yüngülləşdirilməsinə yönəldiyini qeyd edərək, hesab edir ki, həmin hal elə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ətraflı ifadəsi və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs məhz Tural Babayevin idarə etdiyi avtomobildə olduğunu bilmiş, qeyd olunan hal həmçinin Şahid1 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı ifadələrində hadisədə əvvəl Təqsirləndirilən şəxs zəng vuraraq X58 Bağırovun onu təqib etmələrini bildirməsi ilə də təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərdən elə yerindəcə huşunu itirdiyini bildirmişdir ki, göstərilən hal özlüyündə silahdan çoxsaylı atəş açdıqdan sonra avtomobilin içərisində olan şəxslərin hər ikisinin hərəkətsiz olduğunu görən Təqsirləndirilən şəxs öz niyyətini başa çatdırdığını, yəni Zərərçəkmiş şəxs da qəsdən öldürdüyünü zənn etməsinə əsas verməklə, məhz Zərərçəkmiş şəxs vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayəti törətmədiyi və Zərərçəkmiş şəxs öldürməyə cəhd etmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarlarındakı tövsiyələrini, həmçinin işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını himayəsində iki azyaşlı uşağının olmasını, atası Zülfü Camalovun ikinci qrup əlil olmasını və Zərərçəkmiş şəxsla barışmaqla, sonuncuya dəymiş ziyanın tam olaraq ödəmiş olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarından da göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarla X16 deşici-kəsici xassəyə malik soyuq silahı əldə edib gəzdirməsi, habelə 2018-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanında yerləşən “909” adlı kafedə Təqsirləndirilən şəxs şəxsiyyəti üzərində zor tətbiq etməklə onu döyərək 4.000 manat miqdarda əmlakını zor tətbiq etmə ilə hədə-qorxu ilə tələb etməsi təsdiq olunmaqla, hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmuş və X34 təqsirləndiirlən şəxs kimi tanınadək öldüyünə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 182.2.3-cü maddəsləri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsas olmadan xitam verilmişdir. Məhkəmə cinayət işi üzrə hadisələrin inkişafı ardıcıllığı və baş vermə səbəbi kimi zərərçəkmiş şəxs Tural Babayevin özünün qanunsuz hərəkətlərinin də mühüm rol oynamasının hazırki iş üzrə mühüm əhəmiyyət kəsb etməklə, həmin halın Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlir və eləcə də qeyd edir ki, həmin hal ilə birlikdə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar da nəzərə alınmaqla sonuncuya münasibətdə xüsusilə ağır cinayət əməli törətmiş olmasına baxmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının bir hissəsinin həbsxanada çəkilməsinin müəyyən edilməsi üçün zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar- Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 7,62 kalibrli “AKM” markalı, “BE 9608” nömrəli avtomat silah,həmin silahdan eksperimental atılmış 4 ədəd giliz, 25 ədəd patron, 2 ədəd sandıqca, hadisə yerindən aşkar edilmiş 16 ədəd giliz, Tural Babayevin meyitindən çıxarılmış 1 ədəd və “Hyundai Elantra” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş 1 ədəd güllə özəkcikləri, Zərərçəkmiş şəxs bədənindən çıxarılmış 1 ədəd güllə və 4 ədəd güllə örtüyündən parçaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs məxsus “Nissan Maksima” markalı **-EX- *** dövlət nömrə nişanlı avtomobildə aşkar edilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Tural Babayev və Zərərçəkmiş şəxs məxsus paltarlar dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus paltarlar hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri-məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar xərc 799 (yeddi yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. İş üzrə müdafiə tərəfinin təqdim etdiyi videogörüntülərdə cinayət əməlinin mövcud olubolmamasının araşdırılması üçün müdafiə tərəfinin müraciəti və həmin videogörüntülər elektron daşıyıcıda ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.7, 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.4 və 29,120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar-Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 7,62 kalibrli “AKM” markalı, “BE 9608” nömrəli avtomat silah,həmin silahdan eksperimental atılmış 4 ədəd giliz, 25 ədəd patron, 2 ədəd sandıqca, hadisə yerindən aşkar edilmiş 16 ədəd giliz, Tural Babayevin meyitindən çıxarılmış 1 ədəd və “Hyundai Elantra” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş 1 ədəd güllə özəkcikləri, Zərərçəkmiş şəxs bədənindən çıxarılmış 1 ədəd güllə və 4 ədəd güllə örtüyündən parçaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs məxsus “Nissan Maksima” markalı **-EX- *** dövlət nömrə nişanlı avtomobildə aşkar edilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Tural Babayev və Zərərçəkmiş şəxs məxsus paltarlar dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus paltarlar hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri-məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar xərc 799 (yeddi yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. İş üzrə müdafiə tərəfinin təqdim etdiyi videogörüntülərdə cinayət əməlinin mövcud olubolmamasının araşdırılması üçün müdafiə tərəfinin müraciəti və həmin videogörüntülər elektron daşıyıcıda ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar