Məhkəmə qərarları › İş №1(101)-649/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-649/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-649/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 11 » mart 2021-ci il Bakı şəhərində xx.xx.1989-cu ildə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla ünvan 4-də kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, habelə külli miqdarda psixotrop maddə metamfetamin və MDMA (metilendioksimetamfetamin) əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Boss» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq sonuncudan istintaqa məlum olmayan vaxtda və yerdə 01 ədəd sellofan bağlamada təmiz çəkisi 150,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,701 qram, 1,975 qram və 0,407 qram, ümumi təmiz çəkisi 3,083 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə və 124 ədəd həbdə ümumilikdə 13,714 qram təşkil edən külli miqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 0,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə MDMA (metilendioksimetamfetamin) preparatı, 03 ədəd polietilen torbacıqda ayrı-ayrılıqda 26, 38 və 60 ədəd, ümumilikdə 124 ədəd kustar üsulla hazırlanmış açıq yaşıl rəngli həblərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 13,64 qram olan MDMA (metilendioksimetamfetamin) preparatı, 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,29 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:15 radələrində Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada 48 nömrəli xidməti otaqda üstündə şəxsi axtarış aparılarkən əlində tutduğu 01 ədəd polietilen torbanın içərisindəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 150,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,701 qram, 1,975 qram və 0,407 qram, ümumi təmiz çəkisi 3,083 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə və 124 ədəd həbdə ümumilikdə 13,714 qram təşkil etməklə külli miqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 0,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə MDMA (metilendioksimetamfetamin) preparatı, 03 ədəd polietilen torbacıqda ayrı- ayrılıqda 26, 38 və 60 ədəd, ümumilikdə 124 ədəd kustar üsulla hazırlanmış açıq yaşıl rəngli həblərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 13,64 qram olan MDMA (metilendioksimetamfetamin) preparatı, 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,29 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, səthində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd 12 x 6,5sm ölçüdə elektron tərəzi, 60 ədəd polietilen torbacıq, 01 ədəd rulon folqa materialı və qurudulmuş bitki mənşəli kütlə üyütmək üçün nəzərdə tutulmuş 01 ədəd silindrik formalı metal predmet aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016cı ildən etibarən el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, 2019-cu ildən isə “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin qəbulu ilə məşğul olmuşdur. 2020-ci ilin avqust ayının sonlarında “İnstagram” sosial şəbəkəsində “Boss” adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında “Boss” ona birlikdə işləməyi təklif edərək Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda narkotik vasitə olan qurudulmuş marixuana, habelə “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və digər bu kimi narkotik vasitələr və psixotrop maddələr yerləşdirdiyini bildirib həmin vasitə və maddələri onun dediyi ünvanlara çatdıraraq gizlincə yerləşdirməli olduğunu söyləyib bu işin müqabilində hər ay ona 1000 (bir min) manata yaxın pul verəcəyini demişdir. Maddi cəhətdən korluq çəkdiyindən pul qazanmaq üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. Özünü «Boss» kimi təqdim edən həmin şəxs ondan plastik bank kartının olub-olmadığını soruşduqda «xxxx» ASC-dən əldə etdiyi plastik bank kartının üzərindəki 16 rəqəmli kodu sosial şəbəkə vasitəsilə ona göndərmiş və «Boss» gördüyü işin müqabilində pulu terminal vasitəsilə bank hesabına göndərəcəyini bildirmiş, öz istifadəsində olan mobil telefon nömrəsini də ona söyləmişdir. Həmin vaxtdan etibarən «Boss» müxtəlif xarici nömrələrdən ona zəng edib əvvəlcədən narkotik vasitələr və psixotrop maddələr yerləşdirdiyi ünvanlar barədə ona ətraflı məlumat vermiş və onları hansı ünvanlara çatdırmaq lazım olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya uyğun olaraq həmin ünvanlara gedib orada olan narkotik vasitələri və psixotrop maddələri götürüb «Boss»un dediyi ünvanlara çatdırmışdır. Bu işin müqabilində «Boss» əvvəlcədən razılaşdıqları kimi, hər dəfə onun hesab kartına müxtəlif məbləğlərdə pul vəsaiti köçürmüşdür. Bankomat vasitəsilə həmin vəsaitləri bank hesabından çıxarıb öz ehtiyaclarına sərf edərək xərcləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 23 radələrində kirayədə yaşadığı ünvan 4 ünvanında olan zaman «Boss» adlı həmin şəxs «İnstagram» şəbəkəsində onunla növbəti dəfə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində içərisində 150 (bir yüz əlli) qrama yaxın el arasında «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, marixuana toxumları, narkomanlar arasında «ekstazi» kimi tanınan ümumilikdə 10-15 (on-on beş) qrama yaxın yaşıl rəngli həblər, «ekstazi» tozu və “şüşə” kimi tanınan 3 (üç) qrama yaxın metamfetamin olan çəhrayı rəngli sellofan torba gizlətdiyini söyləyib həmin torbanı götürüb özündə saxlamağı sonra onunla əlaqə saxlayacağını və sözügedən narkotik vasitə və psixotrop maddələri kimə çatdırmaq lazım olduğunu deyəcəyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində «Boss»un sifarişini yerinə yetirmək üçün Nərimanov rayonu ərazisində «Boss»un dediyi yerə gedib onun gizlətdiyi yerdən içərisində ayrı-ayrı bükümlərdə 150 (bir yüz əlli) qrama yaxın el arasında «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, marixuana toxumları, narkomanlar arasında «ekstazi» kimi tanınan ümumilikdə 10-15 (on-on beş) qrama yaxın yaşıl rəngli həblər, “şüşə” kimi tanınan 3 (üç) qrama yaxın metamfetamin, bir ədəd elektron tərəzi və 60 (altmış) ədəd polietilen torbacıq olan çəhrayı rəngli sellofan torbanı götürmüşdür. Sonra cibində gəzdirdiyi rahatlıqla yandırıb qəbul etmək məqsədi ilə marixuana üyütmək üçün istifadə etdiyi üzərində «Gold» yazısı olan silindrik formalı metal aləti, qəlyan çəkmək üçün istifadə etdiyi folqa materialı, habelə 2 GB həcmli mobil telefona aid yaddaş kartını həmin torbanın içərisinə atmışdır. Yaşadığı ünvana qayıtmaq üçün taksi axtarmaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu Nərimanov rayon polis idarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa, onlara təqdim etməyi təklif etmişlər. Buna cavab olaraq əlində tutduğu, içərisində ayrı-ayrı bükümlərdə 150 (bir yüz əlli) qrama yaxın el arasında «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, marixuana toxumları, narkomanlar arasında «ekstazi» kimi tanınan ümumilikdə 10-15 (on-on beş) qrama yaxın yaşıl rəngli həblər, «ekstazi» tozu, “şüşə” kimi tanınan 3 (üç) qrama yaxın metamfetamin, bir ədəd elektron tərəzi, 60 (altmış) ədəd polietilen torbacıq, həmçinin marixuana üyütmək üçün istifadə etdiyi üzərində «Gold» yazısı olan silindrik formalı metal alət, qəlyan çəkmək üçün istifadə etdiyi folqa materialı, habelə 2 GB həcmli mobil telefona aid yaddaş kartı olan çəhrayı rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim edib içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu demişdir. Polis əməkdaşları həmin maddələri haradan və nə məqsədlə əldə etdiyini soruşduqda səmimi etiraf edərək həmin narkotik vasitələri “Boss” adlı şəxsin dediyi yerdən götürdüyünü bildirmişdir. Polis əməkdaşları aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələri, habelə elektron tərəzi və digər əşyaları qablaşdıraraq üstündə digər qanunsuz əşyaların olub-olmaması barədə soruşmuşlar. Üstündə başqa qanunsuz əşyanın olmadığını bildirib şalvarının sağ cibində olan '‘xxxx” ASC-yə aid iki ədəd plastik bank kartını, 22 (iyirmi iki) manat pulu, şəxsiyyət vəsiqəsini, həmçinin şalvarının sol cibində olan “X5 6 Pro” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları protokol tərtib etmişlər və aşkar olunmuş həmin əşyaları da zərfə qoymuşlar. Əməlindən peşimandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində ünvan 1 ünvanının yaxınlığında xidməti vəzifəsini icra edən zaman küçə ilə piyada hərəkət edən və əlində sellofan torba olan bir nəfər şəxsin tez-tez ətrafa boylanaraq özünü şübhəli apardığını müşahidə etmişdir. Bununla əlaqədar yaxınlıqda xidmət aparan Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2la mobil telefon vasitəsilə əlaqə saxlayaraq həmin şübhəli şəxs barədə bildirib köməklik məqsədi ilə onu həmin ünvana çağırmışdır. Bir neçə dəqiqə sonra saat 00:15 radələrində polis serjantı Şahid2 ona yaxınlaşmış və birlikdə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 363 ünvanının qarşısında həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini müəyyənləşdirmək üçün ona suallar vermişlər. Həmin şəxs ona ünvanladıqları suallara konkret cavab verməyərək ərazidən uzaqlaşmağa çalışdığından onu Nərimanov rayon polis idarəsinə dəvət edib gətirmişlər. Nərimanov rayon polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun xx.xx.1989-cu ildə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Füzuli rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsində yaşayan X1 olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilərək onun, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayətaxtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2, həmçinin Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X3 iştirakları ilə Nərimanov RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet, eləcə də narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əlində tutduğu çəhrayı rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofan torbada tünd yaşıl rəngli, spesifik iyə malik qurudulmuş bitki mənşəli kütləni, bir ədəd gümüşü rəngli rulon folqa materialı, hər birinin içərisində ayrı-ayrılıqda 26, 38 və 60 ədəd olmaqla ümumilikdə 124 ədəd yaşıl rəngli həb olan üç ədəd şəffaf rəngli polietilen torbacığı, içərisində 60 ədəd şəffaf rəngli boş polietilen torbacıq olan bir ədəd şəffaf rəngli polietilen torbanı, hər birinin içərisində ağ rəngli kristallardan ibarət maddələr olan üç ədəd şəffaf rəngli polietilen torbacığı, bir ədəd üzərində «Mikro 2 GB» yazısı olan yaddaş kartını, içərisində 19 ədəd bitki toxumuna bənzər maddələr olan bir ədəd şəffaf polietilen torbacığı, içərisində boz rəngli toz halında kütlə olan gümüşü rəngli siqaret kağızından hazırlanmış bir ədəd bükümü, üzərində “Gold” yazısı olan silindrik formalı qapaqlı bir ədəd sarı rəngli metal predmeti və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və bildirmişdir ki, sellofan torbadakı qurudulmuş bitki mənşəli kütlənin “nəşə”, üç ədəd polietilen torbacıqdakı ümumilikdə 124 ədəd yaşıl rəngli həbin “ekstazi”, üç ədəd polietilen torbacıqdakı ağ rəngli kristallardan ibarət maddələrin metamfetamin, bir ədəd gümüşü rəngli siqaret kağızından hazırlanmış bükümdəki boz rəngli toz halında kütlənin “ekstazi” tozu, bir ədəd şəffaf polietilen torbacıqdakı 19 ədəd bitki toxumuna bənzər maddələr “nəşə” toxumudur, üzərində “Gold” yazısı olan silindrik formalı qapaqlı bir ədəd sarı rəngli metal predmeti isə tütün və “nəşə”ni qarışdırıb üyütmək üçün istifadə etmiş, həmin maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, “WhatsApp” proqramı vasitəsilə danışdığı, milliyətcə azərbaycanlı olan, Türkiyədə yaşayan, özünü müxtəlif adlarla təqdim edən, əsasən “Boss” kimi tanıdığı şəxsdən əldə etmişdir. Onları “Boss”un tapşırığına əsasən müxtəlif ünvanlara aparıb çatdırmış və bunun müqabilində “Boss”un ona aylıq 1000 (bir min) manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr, alət və bir ədəd elektron tərəzi zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 22 (iyirmi iki) manat məbləğində pul vəsaitini, «xxxx» ASC-yə aid iki ədəd plastik bank kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini və şalvarının sol cibindən isə «Xiaomi» markalı smartfon tipli mobil telefon çıxarıb təqdim etmişdir. Həmin əşyalar da X2 tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənməklə götürülmüşdür.X2 tərəfindən şəxsi axtarış aparılmasına dair müvafiq protokol tərtib olunmuş, şəxsi axtarışda iştirak edən hər bir şəxs protokolu və qablaşdırmaları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 44» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi...» və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,701 qram, l,975qram və 0,407qram, ümumi təmiz çəkisi 3,083qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,074qram boz rəngli, tozşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - MDMA (metilendioksimetamfetamin) preparatıdır; 03 ədəd polietilen torbacıqda ayrı-ayrılıqda 26; 38 və 60 ədəd, ümumilikdə 124 ədəd kustar üsulla hazırlanmış açyq yaşıl rəngli həblərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 13,64qram olan MDMA preparatı müəyyən edilmişdir; 01 ədəd bükümdə və 124 ədəd həbdə MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsi ümumilikdə 13,714 qram təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununu ilə təsdiq edilmiş siyahılar üzrə: MDMA və Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 07/646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan 01 (bir) ədəd sellofan bağlamadakı təmiz çəkisi - 150,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 07/647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi - 0,29 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, onlar narkotik vasitələrə aid deyildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2784 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkolqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Göstərilən müddətdə Təqsirləndirilən şəxs narkomaniyanın abstinensiya və intoksikasiya vəziyyətində olmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2014 nömrəli rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib, onda psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmayıb.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını və dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2014 nömrəli rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptivlik, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs...» və s. yazılar olan kağız paketdəki 12 x 65sm ölçüdə elektron tərəzinin səthində psixotrop maddə metamfetamin izləri müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən videoçəkiliş apaılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk protokola əlavə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri, Nərimanov RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi tozşəkilli kütlə halında 0,044 qram psixotrop maddə MDMA preparatı, tərkibində psixotrop maddə MDMA preparatı müəyyən edilmiş 121 ədəd həb, 3,023qram psixotrop maddə metamfetamin, 149,9 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,29 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, səthində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd 12 x 6,5sm ölçüdə elektron tərəzi, 60 ədəd polietilen torbacıq, 01 ədəd rulon folqa materialı və qurudulmuş bitki mənşəli kütlə üyütmək üçün nəzərdə tutulmuş 01 ədəd silindrik formalı metal predmet müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 359 manat 44 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Nərimanov RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi tozşəkilli kütlə halında 0,044 qram psixotrop maddə MDMA preparatı, tərkibində psixotrop maddə MDMA preparatı müəyyən edilmiş 121 ədəd həb, 3,023qram psixotrop maddə metamfetamin, 149,9 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,29 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, səthində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd 12 x 6,5sm ölçüdə elektron tərəzi, 60 ədəd polietilen torbacıq, 01 ədəd rulon folqa materialı və qurudulmuş bitki mənşəli kütlə üyütmək üçün nəzərdə tutulmuş 01 ədəd silindrik formalı metal predmet müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 359 manat 44 qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar