Məhkəmə qərarları › İş №1(101)-652/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-652/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-652/2021 23.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümdə ümumi təmiz çəkisi 58,465 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metanrfetamin, İki ədəd bükümdə ümumi təmiz çəkisi 241,85 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 1,24 qram təşkil edən 31 ədəd üzərində “Methadone 40” göstəricisi olan həblər, dörd ədəd bükümdə ümumi təmiz çəkisi 754,718 qram təşkil edən külli miqdarda narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan həşiş qətranı və bir ədəd 9 m m kalibrli “Sieger P84-M1” model li qaz tapançası, həmin tapançanın komplekt hissəsi olan patronların saxlanması üçün nəzərdə tutulmuş daraq və 04 ədəd həmin qaz silahına aid olan patron qanunsuz əldə edib üzərində gəzdirməklə yaşadığı ünvan 3 ünvanına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar Baş Gömrük İdarəsinin yaxdığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 18:48-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı şifahi olaraq yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qaz silahı saxladığını bildirdiyi üçün həmin tarixdə yaşadığı ünvan 3 saylı ünvanda saat 21:40-dan etibarən keçirilmiş baxış nəticəsində yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda olan dolabdan sellofan paketin içərisində olan bir ədəd 9 mm kalibrli “Siegeı* P84-M1” modelli qaz tapançası, həmin tapançanın komplekt hissəsi olan patronların saxlanması üçün nəzərdə tutulmuş daraq və 04 ədəd həmin qaz silahına aid olan patron, bir ədəd plastik qabda külli miqdarda 241,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda iki ədəd şəffaf sellofan bükümdə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 20,096 qram və 38,264 qram, ümumilikdə isə külli miqdarda 58,36 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metarnfetamin, tərkiblərinə görə eyni olan bir ədəd plastik qabıniçərisində sellofan bükümdə 34,107 qram çəkidə və üç ədəd ayrıca sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 375,448 qram, 128,178 qram, 216,985 qram olmaqla ümumilikdə isə külli miqdarda 754,718 qram çəkidə narkotik tərkibli çətənə bitkisindən kustar üsıılla hazırlamış narkotik vasitə olan həşiş qətranı, hər birinin tərkibində ayrılıqda metadonun təsir maddəsi 0,04 qram, ümumilikdə isə metadonun təsir maddəsinin miqdarı 1,20 qram təşkil edən kimyəvi tərkibləri eyni olan hər birində 10 ədəd həb olmaqla iki ədəd konvalyut və hər birində 5 ədəd həb olmaqla 2 ədəd konvalyut kəsiyində ümumilikdə 30 ədəd üzərində “Methadone 40” göstəricisi olan həblər, bir ədəd kibrit qutusunun içərisində bir bükümdə təmiz çəkisi 0,250 qram təşkil edən xarici görünüşü və kimyəvi tərkibi plastik qabda aşkar edilmiş heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 0,105 qram təşkil edən xarici görünüşü və kimyəvi tərkibi plastik qabda aşkar edilmiş metamfetaminlərlə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd konvalyut kəsiyində tərkibində narkotik maddə metadonun təsir maddəsi 0,04 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan bir ədəd həb, baxış aparılan otaqda yerləşən masanın üstündən isə üzərindən narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 10 gün əvvəl Razin qəsəbəsində yerləşən qəbiristanlığın yanından keçən zaman, yerdə ağ rəngli sellofan bağlama olduğunu gördü, həmin bağlamanı içində bir ədəd dəmirdən istehsal edilmiş tapança, həmin tapançaya aid olan bir ədəd daraq, darağın içində 4 ədəd patron, bundan başqa da 3 ədəd ayrı sellofan bağlamasına bükülmüş həşiş qətranı, ''şüşə” kimi tanınan metamfetamin, heroin, həşiş qətranı, metadon həbi var idi. Sellofan torbanın içərisində iki ədəd elektron tərəzi də var idi. Həmin sellofan bağlamanı götürüb özü ilə evə apardı. Bağlamanı evə gətirməkdə məqsədi sonradan onu polisə təslim etmək idi. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində o, Lökbatan ərazisində olanda mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim etdilər, daha sonra xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdilər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onu Baş X2 İdarəsinə dəvət etdilər, onlara etiraz etməyərək Baş İdarəyə getdi. İdarədə olarkən nə üçün ora aparıldığını soruşduqda polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumata malik olduqlarını və üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyini istədilər. O üzərində heç bir əşya olmadığını dedi, ancaq bir neçə gün əvvəl qəbiristanlığın yanında tapdığı sellofan bağlamanın içərisində olan narkotik vasitələr və silah barədə polis əməkdaşlarına məlumat verdi. Həmin sellofan bağlamanı könüllü olaraq təhvil vermək istədiyini bildirdi və bundan sonra dövlət hesabına vəkil dəvət olundu, üzərinə şəxsi axtarış keçirildi, ancaq qanunsuz heç bir şey aşkarlanmadı. Daha sonra videoçəkilişlə yaşadığı ünvana onun etirazı olmadan baxış keçirildi. Özü həmin narkotik vasitələri, psixotrop maddələri və silahı vəkilinin iştirakı ilə polis əməkdaşlarına təqdim etdi. Bundan sonra polis əməkdaşları aşkar olunmuş maddələri qablaşdırdılar və sellofan bağlamadan çıxan iki ədəd elektron tərəzi də qablaşdırıldı, üzəri möhürləndi və imzalandı. O narkotik vasitələrin satışı ilə məşğul deyil, həmin bağlamanı da könüllü şəkildə polisə təslim etmək fikri var idi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş X2 İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Baş İdarəyə xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə həmin maddələri külli miqdarda əldə edərək üzərində saxlaması barədə məlumat daxil olmuşdu. Məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edildi və bununla bağlı qərar qəbul olundu. Qərar əsasında rəhbərliyi ilə idarə əməkdaşları baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. xx xxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi zamanı saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şosesində yerləşən Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşdılar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etdilər və həmin şəxsdən özünü təqdim etməsini istədik və o, özünü Təqsirləndirilən şəxs Nayıb oğlu kimi təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirildi və Baş X2 İdarəsinə dəvət olundu. Baş İdadə İstintaq və X5 bölməsinin təhqiqatçısı tərəfindən müdafiəçi X1 Məmmədəliyevə təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edildi. Təqsirləndirilən şəxs «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərarla tanış edildi, üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmadan əvvəl paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Videoçəkiliş idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparıldı. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirdi, əynində olan şalvarın cibindən bir ədəd pul qabını çıxardıb masanınn üzəridə qoydu. Üzərində başqa heç bir əşya və predmet olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və hər-hansı bir qanunsuz əşya aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs dövriyyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələri, bundan əlavə bir ədəd qaz tapançasını yaşadığı ünvan 4 saylı ünvanda yerləşən evdə özünə aid olan otaqda gizlətdiyini bildirdi və həmin tapança ilə narkotik vasitələri təqdim edə biləcəyini qeyd etdi. Pərviz ərizə yazaraq yaşadığı ünvanda keçiriləcək baxışa etiraz etmədiyini bildirdikdən sonra yaşadığı ünvanda Pərvizin bildirdiyi otağa onun razılığı ilə aparılan videoçəkilişlə baxış keçirildi. Pərvizin göstərdiyi otağa daxil olduqdan sonra Pərviz həmin otaqda yerləşən dolabdan bir ədəd sellofan torba və bir ədəd qara rəgli metaldan istehsal edilmiş tapançanı çıxarıb təqdim etdi. O həmin tapançanı götürüb darağını içərisindən çıxarıb yoxlamaq üçün çaxmaq çərçivəsinin bir neçə dəfə arxaya çəkərək tapançanın içərisində güllə olmadığına əmin olduqda sonra tapançanı masanın üzərinə qoydu və darağı götürüb içərisində olan güllələri çıxarıb sayaraq masanın üzərinə qoydu. Güllələr 4 ədəd idi. Bundan sonra Pərvizin təqdim etdiyi sellofan bağlamaya baxış keçirildi və torbanın içərisindən üç ədəd silindrik formalı plastikdən istehsal edilmiş ağzı qapaqla bağlı dərman qutuları, üç ədəd ikisi qırmızı rəngli, biri isə sarı rəgli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə, bir ədəd kibrit qutusu və iki ədəd dolu vəziyyətdə hər birində 10 ədəd olmaqla və iki ədəd hər birində 5 ədəd olmaqla yarımçıq kəsiklərdə olan list formasında üzərində “metadon” sözləri yazılmış dərman həbləri aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 3 ədəd sellofan bükümdə olan tünd qəhvəyi rəngli maddə həşiş qatranıdır. Bundan sonra qeyd edilən dərman qablarının içərisinə baxış keçirilməyə başlandı və həmin qabların biri açıldıqda içərisində sellofana bükülmüş qəhvəyi rəngli maddə aşkar edildi. Pərviz bildirdi ki, həmin maddə narkotik vasitə heroindir. Daha sonra digər dərman qutusu açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə aşkar edildi. Pərviz bildirdi ki, həmin maddə də həşiş qatranıdır. Bundan sonra üçüncü dərman qutusu açıldıqda içərisində iki ədəd şəffaf sellofan bükümdə kristal şəkilli maddə aşkar edildi, Pərviz bildirdi ki, həmin maddə psixotrop maddə metamfetamindir. Bundan sonra ümumi bağlamada olan bir ədəd kibrit qutusu açıldıqda içərisində iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü və bir ədəd üzərində “metadon” sözü yazılmış dərman həbi aşkar edildi. Pərviz həmin kağız bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirdi. Bundan başqa, həmin predmetlərə baxış keçirilən masanın üzərində iki ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkarlandı. Təqsirləndirilən şəxs həmin tərəziləri narkotik vasitə çəkmək məqsədi ilə deyil, qızıl ölçmək üçün istifadə etdiyini bildirdi, baxış zamanı təqdim etdiyi tapançanı, narkotik vasitələr, psixotrop maddələr və dərman həbləri ilə elektron tərəziləri təxminən 10 gün əvvəl yaşadığı Sabunçu rayonu “Razin” qəbiristanlığı deyilən ərazidə yerdən tapdığını qeyd etdi. Bundan sonra aşkar olunmuş tapança, bir ədəd sellofanda saxlanılan üç ədəd sellofan kəsiyində olan büküm, üç ədəd plastik dərman qutularının içində olan maddələr, kibrit qutusunda olan maddələr, dərman həbləri və elektron tərəzilər zərflərdə qablaşdırıldı, imzalanaraq möhürlənib götürüldü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotikləri satmaq fikirində olmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 20/316R nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Sieger P84- M1 modelli qaz tapançasıdır, odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadəyə yararlıdır, tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “Sieger P84-M1” modelli tapançanın komplekt hissəsidir-9 mm kalibrli qaz patronlarının saxlanması üçün nəzərdə tutulmuş darağıdır, texniki cəhətdən sazdır, tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli qaz patronudur, döyüş sursatı hesab edilmir və istifadə üçün yararlıdır. Qeyd: tədqiqata təqdim edilmiş 04 ədəd qaz patronlarından 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işində olan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx xxxx 2020ci il tarixli 7/370 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş” sözləri yazılmış kağız paketdə 04 (dörd) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 375,448 qram, 2) 34,107 qram, 3) 128,178 qram, 4) 216,985 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Ümumi təmiz çəkisi 754,71 8 qramdır.Tədqiqata təqdim olunmuş dörd ədəd sellofan bükülüdə olan həşiş qatranları tərkiblərinə görə eynidirlər. Qeyd: həşiş qatranının ümumi çəkisi-754,718 qram, cəmi tədqiqata sərf edildi-0,12 qram (hər 1-4 N.-li obyektdən 0,03 qram götürüldü), qalıq- 754,598 qramdır. Cinayət işində olan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx xxxx 2020ci il tarixli 6/1175 nömrəli rəyində göstərilir ki,tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı ünvandan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr’ sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində: bir ədəd plastik qabda və kibrit qutusunun içərisində bir ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 241,6 qram, 0,250 qram ümumilikdə təmiz çəkisi 241,85 qram olan qəhvəyi rəgli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd şəffaf sellofan bükümdə və kibrit qutusunun içərisində bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 20,096 qram, 38,264 qram, 0,105 qram olan ümumi təmiz çəkisi 58,465 qram olan rəngli kristal 1 ik formada maddələr metamfetamindir, üzərində “Methadone 40” göstəricisi olan ümumi sayı 31 ədəd olan həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 1,24 qram (bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır) olduğu müəyyən edildi. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı ünvandan aşkar edilmiş 2 ədəd elektron tərəzi” sözləri və imzalar qeyd edilmiş digər zərfdə olan iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər; Tədqiqata təqdim edilmiş üç ədəd bükümdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi-241,85 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 241,80 qram. Metaınfetaminin ümumi təmiz çəkisi-58,465 qram, cəmi tədqiqata sərf edildi- 0,05 qram, qalıq-58,415 qram. Metadon həblərinin sayı-31 ədəd, tədqiqata sərf edildi-2 ədəd, qalıq-29 ədəd. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli video və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 saylı ünvana sonuncunun razılığı və iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz əşya və predmetləri təqdim etməsi təklif olunduqda o, baxışda iştirak edən şəxsləri həmin ünvanda yerləşən özünün istifadəsində olan otağa dəvət etmiş, özündə olan narkotik vasitə, psixotrop maddə və qaz tapançasını həmin otaqda yerləşən dolabın içərisində gizlədib saxladığını bildirib həmin dolabın içindən bir ədəd sellofan torba və bir ədəd qara rəngli tapançanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içinə baxış keçirilən zaman içərisindən bir ədəd plastik qabda təmiz çəkisi 241,6 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qabda iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,096 qram və 38,264 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metaıufetamin, bir ədəd plastik qabda bir ədəd sellofan bükülüdə 34,107 qram çəkidə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qotranı, hər birinin tərkibidə ayrılıqda metadonun təsir maddəsi 0,04 qram, ümumilikdə metadonun təsir maddəsinin miqdarı 1,20 qram təşkil edən hər birində 10 ədəd olmaqla iki ədəd konvalyutda və hər birində 5 ədəd olmaqla 2 ədəd konvalyut kəsiyində ümumilikdə 30 ədəd üzərində “Methadone 40” göstəricisi olan həblər, üç ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 375,448 qram, 128,178 qram, 216,985 qram təşkil edən narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,250 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,105 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd konvalyut kəsiyində tərkibində narkotik maddə metadonun təsir maddəsi 0,04 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan bir ədəd həbin qablaşdırıldığı bir ədəd kibrit qutusu, ümumilikdə isə təmiz çəkisi 58,465 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 241,85 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 754,718 qram təşkil edən külli miqdarda narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan həşiş qətranı, metadonun təsir maddəsinin miqdarı 1,24 qram təşkil edən ümumilikdə 31 ədəd üzərində “Methadone 40” göstəricisi olan həblər və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2020-ci il tarixli 2464 nömrəli ambulator məcburi məhkəmənarkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 1(008)-257\2015 saylı xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2016-cı ildə cəzanın sonu ilə azad olunmuşdur və 28 may–Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı ila tarixli qərarına əsasən cərimə cəzasından azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan üç ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 754,598 qram çəkidə narkotik vasitə həşiş qətranı, 241,80 qram çəkidə narkotik vasitə heroin, 58,415 qram çəkidə psixotrop maddə metamietamin, 29 ədəd metadon həbi, iki ədəd elektron tərəzi, bir ədəd 9 mm kalibrli “Sieger P84-M1” modelli qaz tapançası, həmin tapançanın darağı və iki ədəd patron, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 154 (yüz əlli dörd) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 154 (yüz əlli dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan üç ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 754,598 qram çəkidə narkotik vasitə həşiş qətranı, 241,80 qram çəkidə narkotik vasitə heroin, 58,415 qram çəkidə psixotrop maddə metamietamin, 29 ədəd metadon həbi, iki ədəd elektron tərəzi, bir ədəd 9 mm kalibrli “Sieger P84-M1” modelli qaz tapançası, həmin tapançanın darağı və iki ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar