Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-655/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5 oğlunun iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi ev 4-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2535 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, onun satış məqsədi ilə narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə saat 10:20 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq, Baş İdarəyə gətirilmiş və orada xidməti otaqların birində saat 12:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli polietilen bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 2535 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan cins şalvarının ön sol cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrindən qəbul etdiyini, təxminən iki ay öncə yaşadığı evin həyətyanı sahəsində narkotik bitki olan çətənə kolları əkdiyini, ailə üzvləri bundan məlumatları olmadığını, təxminən 10 gün öncə həmin çətənə kollarını yığaraq qurutduğunu, 17 iyul 2020-ci il tarixdə narkotik vasitə olan marixuananı ailə üzvlərimdən gizlətmək, şəxsi istifadəsi və gələcəkdə ehtiyac olarsa satmaq məqsədi ilə qara sellofan torbaya yığıb yaşadığı evdən çıxdığını və fikirləşmişdir ki, narkotik vasitəni evinin yaxınlığında yerdə torpağa basdıraraq üstünü bağlasın. 17 iyul 2020-ci il tarixdə saat təxminən 10:20 radələrində əlində narkotik vasitə olan marixuananı yığdığı torbanı əlində götürüb evdən çıxıb yol ilə hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər və ozünü onlara təqdim etməyini istəmişlər. O da öz anket məlumatlarını onlara bildirmiş, bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər, Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafıə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və o, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsinş O, bundan sonra masaya doğru yaxmlaşıb ilk olaraq əynində olan göy rəngli cins materiallı şalvarımın ön sol yan cibindən 01 ədəd elektron tərəzini, şalvarının ön sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, şalvarının arxa sol yan cibindən pul əskinaslarını təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqablarını çıxarmağını təklif edilmiş, o, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca onun təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanılmış, təqdim edilmiş 01 ədəd mobil telefona baxış zamanı “Samsung duos” markalı olduğu müəyyən edilmiş, telefonun özünə məxsus olduğunu bildirmiş, pul əskinaslarına baxış zamanı içində 01 ədəd 20 manatlıq, 12 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq, olmaqla ümumilikdə 153 manat pulunun olduğu məlum olmuş və təqdim etdiyi tərəziyə baxış zamanı elektron tərəzi olduğu məlum olmuş, o, tərəzinin narkotik vasitənin çəkisini ölçmək üçün istifadə etdiyini bildirmiş, pul vəsaitləri özünə qaytarılmış, mobil telefonum və elektron tərəzi isə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün saxlanılmışdır. Ardınca saxlanıldığı zaman üzərində olmuş qara rəngli sellofan torbanı təqdim edib içində narkotik vasitə olan marixuana olduğunu bildirmiş və bundan sonra onun təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş və qara sellofan torbanm içində narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum olmuş, o, qara rəngli sellofan torbanm içindəki maddələrin qurudulmuş marixuana olduğunu bildirmiş, o, narkotik vasitə olan qurudulmuş marixuananı iki ay əvəl yaşadığı evin həyətyanı sahəsində əkdiyini, təxminən 10 gün əvəl qurudaraq sellofan torbaya yığdığını, bu gün polis əməkdaşları tərəfındən saxlanıldığını və narkotik vasitəni evindən kənar yerdə gizlətmək məqsədi ilə apardığını, həmçinin məqsədi həmin narkotik vasitədən şəxsi istifadə və satış məqsədi ilə istifadə etmək olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana və elektron tərəzi ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə öz qabında qablaşdırılaraq möhürlənmiş və o, qablaşdırmanın üzərinə imza etmiş və üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o narkotik vasitələr qəbul edir, hadisədən iki ay öncə həyətyanı sahəsində çətənə kolları əksədə ailə üzvlərinin bundan xəbəri olmayıb. O, hadisədən təxminən 10 gün öncə həmin çətənə kollarını yığıb qurutmuş, 17 iyul 2020-ci ildə marixuananı ailə üzvlərindən gizlətmiş, şəxsi istifadəsi üçün sellofan torbaya yığıb fikirləşmişdir ki, narkotiki evin yaxınlığındakı yerdə torpağa basdırıb üstünü bağlasın. 17 iyul 2020-ci il tarixdə saat təxminən 10:20 radələrində marixuananı yığıb torbanı əlində götürüb evdən çıxıb yol ilə gedəndə iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polislər onun üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər. Polislər onu baş idarəyə aparmışlar. O, əlindəki torbanı stola qoymuş və bildirmişdir ki, içindəki marixuanadır, özü iki ay əvəl həyətyanı sahəsində əkmiş, təxminən 10 gün əvəl qurudaraq sellofan torbaya yığmış, evindən kənar yerdə gizlətmək məqsədi ilə aparmışdır. Məqsədi marixuanadan şəxsi istifadə olub, satış məqsədi olmayıb. Onda tərəzi olmayıb. Tərəzini üzərinə polislər qoyublar. Narkotikin çəkisi də ittihamda deyilən qədər olmayıb, 1 kiloya yıxn olub, amma 2 kilo yarım olmayıb. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Qılmanov küçəsi ev 34/B-də yaşayan Təqsirləndirilən şəxs, Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradıldı və tədbirin keçirilməsinə başlanıldı. Mən həmin qrupun rəhbəri olmaqla, Banditizm və Digər Təhlükəli Cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 qrupun üzvü olmuşdur. Tərəfimizdən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 17 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvana yollandıq. Oraya gəldikdə əməliyyat mövqeyi seçildi. 17 iyul 2020-ci il tarixli saat 10:20 radələrində Təqsirləndirilən şəxs tərəfimizdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Qılmanov küçəsi, ev 34/B qarşısında saxlanılmış, üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili X8 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradıldı. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirildi. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunsuz əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins materiallı şalvarının ön sol yan cibindən 01 ədəd elektron tərəzini, şalvarının ön sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, şalvarının arxa sol yan cibindən pul əskinaslarını təqdim etdi. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Ardınca şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlandı. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamam “Samsung Duos” markalı olduğu müəyyən edildi, pul əskinaslarına baxış zamanı onların 01 ədəd 20 manatlıq, 12 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq, olmaqla ümumilikdə 153 manat pul vəsaitinin olduğu məlum oldu. Təqdim olunan tərəziyə baxış zamanı elektron tərəzi olduğu məlum oldu. Şübhəli şəxs tərəzinin narkotik vasitənin miqdarının ölçülməsi üçün istifadə etdiyini bildirdi. Pul vəsaitləri araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarıldı, mobil telefon və elektron tərəzi isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olmuş, şəxsi axtarış zamanı yanında yerə qoyduğu qara rəngli sellofan torbanı təqdim edib içində narkotik vasitə olan marixuana olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbaya baxış keçirildi. Qara sellofan torbanın içində yaşıl rəngli, ot şəkilli, spesfik iyili nisbətən yaş və quru formada narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum oldu. Təqsirləndirilən şəxs qara rəngli sellofan torbanın içindəki maddələrin qurudulmuş marixuana olduğunu bildirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı iki ay əvvəl yaşadığı evin həyətyanı sahəsində əkdiyini, təxminən 10 gün əvvəl qurudaraq sellofan torbaya yığdığını, bu gün polis əməkdaşları tərəfindən saxlanıldığı zaman narkotik vasitəni evindən kənar yerdə gizlətmək məqsədi ilə apardığını, həmçinin məqsədinin həmin narkotik vasitədən şəxsi istifadə və satış məqsədi ilə istifadə etmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr və elektron tərəzi müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq saxlanıldı. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar şikayət, təklif və protokola qeydlər daxil olmadı. Məhkəmədə şahid qismində dindirilmiş Abbasov X2 Mehman Vaqif oğlun ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2020-ci il tarixli, 7/437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ... marixuanaya bənzər...və 01 ədəd elektron tərəzi ...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi -2535 qram (2 kq 535 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində heç bir narkotik vasitənin hissəcikləri yoxdur. Cinayət işini materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2020-ci il tarixli, 7/445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaşıl rəngli sellofan torbadakı 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsinin tərkibində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin torpaq sahəsində hər növ bitkilərin o cümlədən narkotik tərkibli çətənə bitkisinin əkilib becərməsi mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 02 noyabr 2020-ci il tarixli 3057 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X3 Şəxsi 04 avqust 2020-ci il tarixli, 4748 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş 17 iyul 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsi tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə saat 10:20də ünvan 3 ünvanın qarşısında saxlanılaraq adı çəkilən Baş İdarəyə gətirilmiş və orada xidməti otaqların birində saat 12:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı saxlanarkən əlində olan qara rəngli polietilen bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 2535 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana və əynində olan cins şalvarının ön sol cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli polietilen bağlamada külli miqdarda 2535 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuanana və əynində olan cins şalvarının ön sol cibindən 01 ədəd elektron tərəzini yaşadığı evdən kənarda satış məqsədi ilə gizlətmək istədiyini bildirmişdir. İş materiallarındakı Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsi tərəfindən “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol tərtib edilərkən mobil telefonla videoçəkilişlər aparılmış və həmin videoçəkiliş 1 (bir) ədəd CD diskinə əlavə olunmuşdur. Qeyd olunan 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulan yəni himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə bundan əlavə Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinin tələblərinə görə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək ücün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş– təmiz çəkisi 2535 qram qurudulmuş marixuana ekspertiza təhqiqatından sonra qalıq 2534,9 qram qurudulmuş marixunana və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol tərtib edilərkən mobil telefonla videoçəkiliş aparılmış və həmin videoçəkiliş 1 (bir) ədəd CD diskinə əlavə olunmuşdur. Qeyd olunan 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqalarının dəyəri – 139 manat 64 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Vəkillər Kollegiyasının Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 hesabına 420 manat, 14 saylı vəkil bürosunun vəkili X5 oğlunun hesabına 240 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 17 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib, ona 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 139 manat 64 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Vəkillər Kollegiyasının Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 hesabına 420 manat, 14 saylı vəkil bürosunun vəkili X5 oğlunun hesabına 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş–ekspertiza təhqiqatından sonra qalıq 2534,9 qram qurudulmuş marixunana və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-655/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-655/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver