Məhkəmə qərarları › İş №1(101)-66/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-66/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-66/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs X1 və nümayəndəsi: Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, x xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkuım olunmamış, Bakı şəhəri Yasamal rayonu, G.A.Abbasov küçəsi, ev 13, mənzil 32-də qeydiyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 182.3.2-ci maddələri ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 30-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, məhələ 27, ev 3-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Mahmudov Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə, x xxxxxx 1991-ci ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 75, ev 35v-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib yalandan olaraq özünə məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirməsi üçün pul lazım olmasını bildirib, həmin torpaq sahəsini satdıqdan sonra pulunu qaytaracağına vəd verib aldadaraq xx xxxx 2016-cı ildə ünvan 1 ünvanda həmin dövrün məzənnəsi ilə 3148 manat təşkil edən 2.000 ABŞ dolları və 11852 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs 15000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Mahmudov Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17.000 manatı vermədiyi təqdirdə, onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib x xxx 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin may ayının sonlarında Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinin də məlumatı olaraq ondan pul istəmələrini bildirib, bu məsələnin həlli üçün 5.000 manat vermədiyi təqdirdə həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsi barədə olan məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edərək hazırda pulu olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs1 ona həmin pulu özü verəcəyini, əvəzində isə «AGBank» bankından xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürmüş olduğu 9500 ABŞ dollarının ödəməsini demiş, Zərərçəkmiş şəxs razılaşaraq 6 ay müddətində ümumilikdə 3600 manat olmaqla Təqsirləndirilən şəxs1 əvəzinə bank ödənişi etmişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma, yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə 16.000 manat vermək lazım olmasını, həmin pulu vermədiyi təqdirdə torpaq sahəsinə saxta sənədin hazırlanmasında onun da iştirakı olması məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı, həmçinin ona və anasına zor göstərib xəsarət yetirəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 16.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib x xxxx 2016-cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 16.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının 10-da Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada adını çəkmədiyi qadına 2.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə yalandan olaraq onun cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə ödənilməli olduğu 16.000 manat pulunun verməyəcəyini deyib həmin şəxslərin onun anasına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 2.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib xx xxxx 2016cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 2.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs və yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evinə dəvət edib, orada adını çəkmədiyi qadına 5.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə özü va ya cəzaçəkmə müəssisələrindən çıxmış tanışlarının vasitəsi ilə ona və anasına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxıı ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 2016-cı ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən həmin evində tələb olunan həmin dövrün məzənnəsinə görə 4.914,3 manat təşkil edən 3.000 ABŞ dollarını Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra x xxxxxx 2016-cı ildə güya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri ünvan 7 mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5 əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Təqsirləndirilən şəxs2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, az sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Bundan başqa o, təkrarən Mahmudov Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs onun və yaxın qohumu anasının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsində yerləşən «X16» kafesində Zərərçəkmiş şəxs ilə görüşüb onu Təqsirləndirilən şəxs5 ilə mənzildə tutduqları üçün polisə şikayət etdiyindən 25.000 manat xərcləri çıxdığını, həmin pulu faizlə götürdükləri üçün artıq borclarının 50.000 manat olduğunu deyib, həmin məbləği vermədiyi təqdirdə ona və anasına xəsarət yetirib zor göstərəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 50.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib qorxaraq pulu tapıb verəcəyinə söz verdikdən sonra onu sərbəst buraxmışdır. Bundan sonra xx xxxxxxx 2017-ci ildə Zərərçəkmiş şəxs tələb olunan puldan 3.500 manatını Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazarstore» mağazasının qarşısında Təqsirləndirilən şəxs1 verən zaman Səbail RPİ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq Səbail RPİ-nə gətirilmiş və üzərinə keçirilən baxış zamanı aldığı 3.500 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Mahmudov Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17000 manatı vermədiyi təqdirdə onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib x xxx 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən, Təqsirləndirilən şəxs1, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra x xxxxxx 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsi, ev 10 mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5nm əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Təqsirləndirilən şəxs2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, qısa müddətdən sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Fərman Fərman- zadə də hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs ZLilfüqar oğlundan haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17.000 manatı vermədiyi təqdirdə onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib x xxx 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Fərman Fərman- zadə ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra x xxxxxx 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu, Həsən Abdullayev küçəsi, ev 10 mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçiin şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5 əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Təqsirləndirilən şəxs2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, az sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da gəlib vəzifə bölgüsünə uyğun oluraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs X1ndan onun və yaxın qohumu anasının şəxsiyyəti üzəriındə zor göstərmə hədəsi ilə əmlakını hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsində yerləşən «X16» kafesində Zərərçəkmiş şəxs ilə görüşüb onu Təqsirləndirilən şəxs5 ilə mənzildə tutduqları üçün polisə şikayət etdiyindən 25.000 manat xərcləri çıxdığını, həmin pulu faizlə götürdükləri üçün artıq borclarının 50.000 manat olduğunu deyib, həmin məbləği vermədiyi təqdirdə ona və anasına xəsarət yetirib zor göstərəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 50.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib qorxaraq pulu tapıb verəcəyinə söz verdikdən sonra onu sərbəst buraxmışlar. Bundan sonra xx xxxxxxx 2017-ci ildə Zərərçəkmiş şəxs tələb olunan puldan 3.500 manatını Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazarstore» mağazasının qarşısında Təqsirləndirilən şəxs1 verən zaman Səbail RPİ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq Səbail RPİ-nə gəlirilmiş və üzərinə keçirilən baxış zamanı aldığı 3.500 manat aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Fərman Fərman- zadə ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra x xxxxxx 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsi ev 10, mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5 əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Təqsirləndirilən şəxs2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, qısa müddətdən sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kiilli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra x xxxxxx 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsi ev 10, mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5 əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Flvin Zahidovun dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Fərman Fərman zadəni zor tətbiq edib öldürməklə hədələmişlər. Qısa müddətdən sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Sumir Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Fərman Fərmanzadə də hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Airf oğlu və Təqsirləndirilən şəxs2 yaşadığı «Sovetski» adlanan ərazidə bir məhəllədə yaşadığına görə tanımışdır. Mahmudov Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs3 görə tanımışdır. Mahmudov Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 həyat yoldaşının xalası oğludur. Sonuncuların hər biri ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs5 iş üzrə keçən şahidlər Şahid3 və Şahid4 vasitəsi ilə tanımışdır. Sonuncu ilə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs məktəb illərindən tanıyır. Sonuncu ilə də münasibətləri yaxşı olmuşdur. Məktəbi bitirdikdən sonra ara-sıra Fərmanı görmüşdür. 2014-cü ildə Fərmanla zəngləşib Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında görüşmüşdür. Söhbət əsnasında Fərmana saxta arayışlar əsasında vətəndaşlara kredit verdiyi barədə eşitdiyini bildirib, ona iş birliyi təklif etmişdir. Sonuncu da ona «AG Bank»da işlədiyi barədə məlumatının olduğunu dedikdə ona, işlədiyi bank filialı bağlandığından hazırda işləmədiyini, pula ehtiyacı olduğunu, kredit götürmək istəyən çoxlu tanış müştərilərinin olduğunu, istəsə həmin müştəriləri onun yanına işlədiyi banka gətirə biləcəyini, bunun müqabilində ona da müəyyən məbləğdə pul verməsini təklif etmişdir. Fərman onunla razılaşmışdır. Bir neçə gün sonra məhəllələrində yaşayan X7 Fərmanın işlədiyi Dənizkənarı parkın yanında yerləşən «xxxx»ın filialına aparmışdır. Fərman Gülbibinin kredit tarixini yoxladıqdan sonra sonuncunun əvvəlki kreditlərə görə gecikmələri çox olduğunu və ona kredit düşmədiyini demişdir. Fərmana danışıb başqa şəxsləri gətirəcəyini və pula ehtiyacının olduğunu bildirmişdir. 2014-cü ildən 2016-cı ilə kimi onlar bu qaydada işləmiş, gətirdiyi hər müştəriyə kredit düzəldəndən sonra Fərman ona müəyyən məbləğdə pul vermişdir. İli və ayı xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Mahmudovla çayxanada olarkən, sonuncu ondan münasibətdə olduğu Təqsirləndirilən şəxs5 üçün 50.000 manat məbləğində kreditin düzəldilməsinə köməklik göstərməyini xahiş etmişdir. Odur ki, Zərərçəkmiş şəxs zəng edib oturduqları çayxanaya gəlməsini xahiş etmiş və sonuncu həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs4 eyni təkliflə Fərmana müraciət edərək, 50.000 manat kreditin verilməsinə köməklik etsə, həmin məbləğin 5.000 manatını ona verəcəyini bildirmişdir. Fərman ona səhərisi günü banka gəlməsini tapşırmışdır. Bundan sonra onun baş verənlərdən məlumatı olmamışdır. Bu söhbətdən təxminən 10 gün əvvəl Təqsirləndirilən şəxs4 ona zəng vurub Yaqutun atası ilə mübahisə edib evdən çıxdığını, qalmağa yeri olmadığını deyib Yaqut üçün günlük, yaxub aylıq mənzil tapmaqda köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 makler kimi tanıdığı Talehlə tanış etmiş və sonuncu Təqsirləndirilən şəxs4 10 günlüyə kirayəyə mənzil vermişdir. Bu söhbətdən bir qədər sonra Təqsirləndirilən şəxs3lə Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında olarkən Təqsirləndirilən şəxs4 ona zəng edib, Fərmanın Yaqutun qaldığı mənzilə gəldiyini və buna görə aralarına mübahisə düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs4lə telefon danışığı zamanı Fərmanın səsini eşidib mübahisəni sakitləşdirməkdən ötrü Zaurla birlikdə həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs4 həddindən artıq əsəbi vəziyyətdə görüb, onların mübahisə etməmələri üçün Fərmanın qoluna girib onu mənzildən çölə çıxartmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 Mahmudovun yanında olmuşdur. Fərman ona bütün bu baş verənlərin Təqsirləndirilən şəxs4lə Yaqutun oyunları olduğunu, bu yolla Yaquta 50.000 manat kreditin verilməsinə nail olmaq istədiklərini bildirmişdir. Fərmanı sakitləşdirib yola salmış və sonuncu çıxıb getmişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs3lə birlikdə kirayədə yaşadığı mənzildə olarkən polis əməkdaşları gəlib onları Səbail RPİ-nin 9-cu PB-nə aparmışdır. Həmin vaxt bölmədə Mahmudov Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs2 də olduğunu görüb, Fərmanın onlardan da şikayət etdiyini və bununla bağlı bölməyə gətirildiklərini başa düşmüşdür. Polis əməkdaşı onları danışdırandan sonra Fərmanın yalan məlumat verdiyini başa düşmüş və onlar inzibati qaydada cərimə edilməklə sərbəst buraxmışdır. Bölmədən çıxandan sonra Fərmanın dayısı Rafik Bədəlov ona zəng etmiş və onlar görüşmüşlər. Sonuncu ona Fərmanı yüksək vəzifəli tanışları vasitəsi ilə banka işə düzəltdiyini, Fərmanın isə ona (yəni Fəridə) qoşulub kimə gəldi kreditlər verdiyini, onu işə düzəldən şəxs bunları bilsə, onun qarşısında hörmətini itirəcəyini bildirib ondan tələb etmişdir ki, Fərmanla bir də «iş» görsə, onu tutduracaqdır. Bundan bir müddət sonra 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs4lə Mahmudovla birlikdə «Gilavar» restoranında dostunun ad günündə olarkən Fərman onlara yaxınlaşıb üzr istəmiş və baş verənləri unudub, yenidən əvvəlki qaydada işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs4lə birlikdə Fərmanın təklifi ilə razılaşıb, kredit götürmək istəyən şəxsləri tapıb Fərmanla tanış etməyi öhdələrinə götürmüşdür. Bundan sonra kredit üçün ona müraciət etmiş tanışı X3 veriləcək kreditlə bağlı problem yarandığından sonuncu və Təqsirləndirilən şəxs4lə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 175 saylı tam orta məktəbin həyətində Fərmanla görüşmüşlər. Həmin vaxt Fərmanın dayısı Rafik Bədəlov onları kənardan görmüşdür. xx xxxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs4 onun yaşadığı mənzilə gəlib bildirmişdir ki, Fərman ona zəng vurub, onların tanış etdiyi keçmiş müştərisinə kredit verdiyini demiş və onları payına düşən pulu götürməkdən ötrü Badamdar qəsəbəsinə çağırır. Təqsirləndirilən şəxs4 dinləyəndən sonra Fərmana zəng edib məsələ ilə maranlanmış və Fərman Təqsirləndirilən şəxs4 dediklərini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4lə birlikdə taksiyə əyləşib Fərmanın dediyi ünvana getmiş və sonuncunun həmin yerdə dayanıb onları gözlədiyini görmüşdür. Taksidən düşüb Fərmanla görüşəndən sonra sonuncu, əlindəki pulu ona uzatmışdır. Fərmanın əlində çox pul olduğunu görüb, sonuncuya ona 500 manat pul çatmalı olduğunu deyib, pulu götürməkdən imtina etmişdir. Bu zaman ətrafdan mülki geyimdə bir neçə nəfər polis əməkdaşı onunla Təqsirləndirilən şəxs4 üstlərinə cummuş və ayrı-ayrı avtomobillərdə onlar Səbail RPİ-nə gətirilmiş və rəis müavini Orxan müəllimin otağına salınmışdır. İdarəyə gətirilərkən bütün yol boyu əməliyyat qrupunun rəhbəri Bəxtiyar Bayramov tərəfindən döyülmüş və şəxsiyyəti alçaldılmışdır. İdarədə rəis müavininin xidməti kabinetində ondan başqa Mahmudov Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs, Rafik Bədəlov, əməliyyat qrupunun rəhbəri Bəxtiyar Bayramov və tanımadığı başqa bir neçə nəfər polis əməkdaşları olmuşdur. Rafik Bədəlov rəis müavinin kreslosunda əyləşib polis əməkdaşlarına əmrlər vermiş, onun tapşırığına əsasən qollarına qandal vurulmuş və bir neçə polis əməkdaşı tərəfindən döyülmüşdür. Bundan sonra ona təklif edilmişdir ki, Fərmandan pul aldığı barədə tərtib edilmiş sənədlərə imza etsin. Bunu etməyəcəyini bildirdikdə rəis müavini Orxan şəxsən onu döyməyə başlamışdır. Bütün bunlaraq baxmayaraq sənədlərə imza etməmişdir. Həmin vaxt otaqda olan polis əməkdaşı Bəxtiyar Bayramov tanımadığı «Zuzu» adlı bir nəfəri içəri salıb, onun üzərinə ifraz etməyi tələb etmişdir. Çıxılmaz vəziyyətə düşüb, təqdim etdiyi bütün sənədlərə imza etmişdir. Bundan sonra müstəntiqin otağına aparılmışdır. Orada polis əməkdaşı Bəxtiyar Bayramov zorla onun cibinə 3.500 manat pul qoyub, həmin pulu Fərmandan hədə-qorxu ilə aldığını etiraf etməsini tələb etmişdir. Məcburiyyət qarşısında müstəintiq Emil Abdullayevin tərtib etdiyi sənədlərə təzyiq altında imza etmişdir.xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Təcridxanaya qəbul edilərkən onu müayinə edən həkimə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını bildirmişdir. Həmin gün Müalicə Müəsisəsinə göndərilmiş və 21 gün orada saxlanıldıqdan sonra yenidən Bakı İstintaq Təcridxanasına gətirilərkən yolda, yəni maşında özünə xəsarətlər yetirmişdir. 2003-cü ildən Ruhi-Əsəb Dispanserində «Panikatak» diaqnozu ilə qeydiyyatdadır. BİT-na gətiriləndən sonra vəziyyəti daha da ağırlaşmış və bu səbəbdən özünə xəsarətlər yetirməyə başlamışdır. Sonuncu dəfə BİT-da intihar etmək məqsədi ilə özünü asmaq istəmiş, lakin təcridxana əməkdaşlarının müdaxiləsi nəticəsində bunu edə bilməmişdir. Həmin ərəfələrdə Rafik Bədəlov anasına hədə-qorxu gələrək ondan 58.000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdirəcəyini bildirmişdir. Anasına Fərmandan ümumiyyətlə pul almadığını bildirib, Rafik Bədəlova pul verməməsini tapşırsa da, anası sonuncunun hədələrinə dözməyib, yaşadığı evi satıb Rafik Bədəlova 27.000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs x xxx 2018-ci il tarixdə ona dəymiş maddi ziyanın ödənildiyi, tələbi və şikayətinin olmadığı barədə ərizə vermişdir. x xxxx 2018-ci il tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx xxxx 2018-ci il tarixdə Rafik Bədəlovla görüşmüşdür. Sonuncu ondan əlavə 30.000 manat da pul istəmiş və həmin məbləğdə pulun müqabilində barəsində olan cinayət təqibinə xitam verdirəcəyini bildirmişdir. Artıq 8 ay müddətində istintaq təcridxanasında qaldığından, bir də həbs yerinə qayıtmaması üçün dostlarından borc alıb Rafik Bədəlova həmin məbləğdə pul vermişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitməsinə az qalmış Rafik Bədəlova zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. Bu zaman Rafik Bədəlov tərəfindən aldadıldığını başa düşmüşdür. 2018-ci ilin noyabr ayında şəxsi işləri ilə əlaqədar Gürcüstana getmək istərkən Qazax rayon Dövlət Sərhədkeçmə məntəqəsində saxlanılaraq Qazax RPŞ-nə aparılmış və aradırma aparıldıqdan sonra oradan sərbəst buraxılmışdır. x xxxxx 2019-cu il tarixdə Səbail rayon Polis İdarəsinin 41-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və x xxxxx 2019-cu il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə barəsində yenidən həbs qətimkan tədbiri seçilmişdir. Etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməmişdir. İttiham aktında qeyd olunan şəxslərlə qabaqcadan əlbir olub xeyli və külli miqdarda əmlak əldə etmək məqsədilə Zərərçəkmiş şəxs və onun anasının şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən, hədə-qorxu ilə sonuncunun əmlakını tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək «ATV+» kabel televiziyasında usta işləmişdir. ***-***-**-** mobil nömrə onun adına qeydiyyatdadır və istifadə etmişdir. Adına başqa bir mobil nömrə olmamışdır. Təqsirləndirilən şəxs5 başqa digər təqsirləndirilən şəxsləri tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir məhlədə yaşamışdır. Hər ikisi ilə münasibətləri yaxşıdır. Mahmudov Təqsirləndirilən şəxs4 isə həyat yoldaşının xalası oğludur. Onunla da münasibətləri normaldır. Təqsirləndirilən şəxs5 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs ilk dəfə bankda görüb tanımışdır. Belə ki, bacanağı Türkiyə Respublikasının vətəndaşı Mehmet Sönməz Fərmanın işlədiyi bankdan «Toyota Prado» markalı avtomobili kreditə götürmüş və sonradan ödəniş zamanı müəyyən problemləri yaranmışdır. Bununla bağlı baldızı ilə birlikdə banka gedən zaman Fərmanı orada görüb tanımışdır. 2016-cı ildə ayı və günü xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1la 6-cı paralel aldlanan küçədə dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs4 Mahmudov gəlib onlarla görüşmüşdür. Az sonra Fəridin telefonuna zəng gəlmiş və sonuncu onlardan aralanmışdır. Danışıb qurtarandan sonra yaxınlaşıb küçədəki çayxanaların birinə keçib çay içməyi təklif etmiş və onlar razılaşmışlar. Bu zaman Fərman gəlib görüşmüş və onlar birlikdə çayxanaya keçmişlər. Masa arxasında oturub çay içə-içə söhbət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs4 bir nəfər tanışının kreditə ev almaq istədiyini bildirib Fərmandan, tanışına nə kimi köməklik göstərə biləcəyini soruşduqda, Fərman əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Bundan sonra o, masa arxasından durub evə getmiş, Fəridgil isə orada qalmışlar. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. 2016-cı ilin noyabr ayının əvvələrində X14 parkında çayxanada olarkən Təqsirləndirilən şəxs4 Fəridə zəng vurub onu Axundov adına bağın yanında yerləşən bir mənzildə problem yarındığını deyib, tez həmin evə gəlməyini xahiş etmişdir. Fəridin xahişinə əsasən onu avtomobili ilə Təqsirləndirilən şəxs4 dediyi ünvana gətirmişdir. Evə daxil olduqda Təqsirləndirilən şəxs4 onları qarşılayıb demişdir ki, Fərmanı Elvinin qohumu Yaqut adlı qızla həmin evdə tutmuşdur. İçəri keçdikdə Fərmanı alt maykada olduğunu görmüşdür. Həmin vaxt Elvinlə Yaqut orada olmamışdır. Elvin bayırda dayanıb siqaret çəkmiş, Fərmanla Fərid isə otaqların birinə girib nə barədəsə söhbət etmişlər. Həmin mənzilin Təqsirləndirilən şəxs4 qohumlarının olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs4lə arabir həmin otağa girib-çıxmış və bu zaman eşilmişdir ki, X13 uşağın müalicəsinə pul lazını olduğunu bildirib, həmin pulu tapıb düzəldəcəyi halda, bu söhbəti bağlayacaqlarını, Fərman həmin məbləğdə pulu tapacağını bildirmişdir. Bundan sonra o, Fəridlə həmin yerdən aralanıb məhəllələrinə gəlmişdir. Təxminən bir həftə, on gün sonra Fəridgilin evində olarkən Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları gəlib onları bölməyə aparmışlar. Bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs4lə Elvin də oraya gətirilmişdir. Bu zaman onlar Zərərçəkmiş şəxs şikayətinə əsasən bölməyə gətirildiklərini bilmişdir. Həmin gün Fərmanın dayısı kimi özünü təqdim edən bir nəfər bölməyə gəlmiş və polis əməkdaşları onlardan Fərmanın dayısından üzr istəməyini tələb etmiş və onlar sonuncudan üzr istədikdən sonra sərbəst buraxılmışdır. Zərərçəkmiş şəxs nə o özü, nə də onun yanında başqaları hədə-qorxu gəlməmiş və bu yolla ondan pul tələb etməmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadələrə müstəntiqin sözünə inanıb, oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Həmişə qanun çərçivəsində davranmış və hüquq pozuntusuna yol verməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mahmudov Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xalası qızının yoldaşı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 isə iş üzrə keçən Şahid3, Zərərçəkmiş şəxs isə xalası qızının həyat yoldaşı Türkiyə Respublikasının vətəndaşı Mehmetə görə tanımışdır. Təqsirləndirilən şəxs5 ilə uzun müddət sevgi yaşamışdır. Hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs5 ona zəng edib ağlaya-ağlaya evdə atası ilə mübahisə edib yaşadığı evi tərk etdiyini, qalacağı yeri olmadığını bildirib ondan kömək istəmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 tanışı Taleh adlı maklerdən günü 70 manata olmaqla Axundov bağının yanında yerləşən mənzili kirayəyə götürüb, Yaqutu həmin mənzilə yerləşdirmişdir. Yaqut ona bir daha atası evinə dönməyəcəyini, özünə mənzil almaq istədiyini, bu məqsədilə ona bankların birindən 50.000 manat məbləğində kredit alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Yaqutun onun bank sektorunda işləyən tanışlarının olduğu barədə məlumatı olmuşdur. Fəridin Fərmanla «işbirliyi»ndən məlumatı olduğundan, Fəridə zəng edib görüşmək istədiyini bildirmişdir. Xalası qızının yoldaşı Təqsirləndirilən şəxs3lə birlikdə 6-cı paralel küçəsində yerləşən çay evində Fəridlə görüşüb, məqsədini ona açıqlamışdır. Fərid Fərmana zəng edib onu həmin yerə dəvət etmiş və bir qədər sonra Fərman çayxanaya gəlmişdir. Fərmana istədiyi adamlara istədikləri məbləğdə kreditlər verdi barədə məlumatının olduğunu bildirib, ondan xahiş etmişdir ki, münasibətdə olduğu Təqsirləndirilən şəxs5 50.000 manat kreditin verilməsinə köməklik göstərsin. Fərmana həm də təklif etmişdir ki, krediti 60.000 manat rəsmiləşdirib, 10.000 manatını özünə qazanc kimi götürə bilər. Fərman onunla razılaşıb bildirmişdir ki, səhərisi günü banka gəlib ona yaxınlaşarlar və hansı qaydada köməklik edəcəyini fikirləşər. Aralarında bundan başqa hansısa torpaq səhəsinə sənədi ilə bağlı söhbət olmamışdır. Heç kim Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş, onun əmlakını aldatma yolu ilə ələ keçirməmişdir. Səhərisi günü şəxsi işləri ilə əlaqədar banka Fərmanın yanına gedə bilməmiş və Təqsirləndirilən şəxs5 tək göndərmişdir. Axşam işlərini yekunlaşdırandan sonra Nizami metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Sonuncuya maşınsız olduğunu bildirib, onu Axundov bağının yanına aparmasını xahiş etmiş və sonuncu razılaşmışdır. Deyilən ünvana çatanda həyət qapısının qarşısında Fərmanla Yaqutu bir yerdə görüb bərk əsəbləşmişdir. Maşından düşüb Fərmanla mübahisə etməyə başlamışdır. Sonuncu ona kredit sənədlərinə qol çəkdirməkdən ötrü həmin yerə gəldiyini bildirmişdir. Aralarında mübahisə böyümüşdür. Odur ki, əsəbi halda Fəridə zəng vurub baş verənlər barədə məlumat verib, olduğu ünvanı ona bildirmişdir. Təxminən 15-20 dəqiqədən Fərid Zaurla birlikdə həmin yerə gəlmişdir. Fərid mübahisəni sakitləşdirmək üçün Fərmanın qoluna girib, onu həmin yerdən uzaqlaşdırmışdır. Həmin hadisədən sonra Yaqutla münasibətləri kəsmiş və ondan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra o, Səbail RPİ-nin 9-cu PBnin dəvəti ilə bölməyə getmiş, orada Fəridi, Zauru və Elvini görmüşdür. Həmin vaxtı Fərmanın guya ondan hədə-qorxu ilə 70.000 manat pul tələb etdikləri barədə şikayət etdiyi ona məlum olmuşdur. Məsələ araşdırılandan sonra onlar inzibati qaydada cərimə edilməklə sərbəst buraxılmışdır. Bundan bir müddət sonra 2017-ci ilin mart ayında Fəridlə birlikdə «Gilavar» restoranında dostunun ad günündə olarkən Fərman onlara yaxınlaşıb üzr istəyərək, baş verənləri unudub, yenidən əvvəlki qaydada işləməyi təklif etmişdir. Həmin ərəfələrdə işsiz olduğundan Fərmanın təklifi ilə razılaşmışıb, ətrafında olan kredit götürmək istəyən şəxsləri Fərid və Fərmanla tanış etməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə onun tanışı X3 Fərman tərəfindən işlədiyi bankdan kredit verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayonu 175 salı tam orta məktəbin həyətində baş tutmuş danışıqlarda iştirak etmişdir. Həmin vaxt Fərmanın dayısı Rafik Bədəlov onları kənardan birlikdə görmüşdür. Səhərisi günü sonuncu ona zəng edib görüşmək istədiyini bildirmiş və o, razılaşmışdır. Görüş zamanı sonuncu ona çox qəzəbli şəkildə: «sənə demədim ki, Fərmanla görüşməyin. Səbail RPİ-nin 9-cu PB-də baş verənlər sizə dərs olmadı? Sizi həbs etdirərəm, çıxa bilməzsiniz»-deyə hədə-qorxu gəlmişdir. Rafikdən nə səbəblə onunla belə hirsli danışdığını soruşduqda sonuncu ona, Fərmanı yüksək vəzifəli tanışları vasitəsi ilə «xxxx»da işə düzəltdiyini, Fərmanın isə Təqsirləndirilən şəxs1 qoşulub «şapka» müqabilində hər yoldan keçənə kreditlər verdiyini, bu azmış kimi onu da (yəni Təqsirləndirilən şəxs4 Mahmudovu) bu işə qoşduğunu, Fərmanı işə düzəldən şəxs Fərmanın Fəridlə şərikli «iş» gördüyünü bilsə, onun qarşısında hörmətini itirəcəyini bildirib ondan tələb etmişdir ki, Fərmanla bir də «iş» görməsin və onunla görüşməsin, əks təqdirdə Səbail RPİ-nin 9-cu PB-də işləyən tanışları vasitəsi ilə onlara ciddi proğlemlər yaradacaqdır. Bundan sonra Rafik ona Təqsirləndirilən şəxs1 «dərs» vermək, yəni onu 3-4 günlüyə həbs etdirmək istədiyini bildirib, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Sonuncuya qətiyyətlə etirazını bildirmişdir. Bundan sonra Rafik ona hədə-qorxu gələrək, bu işdə köməklik etməyəcəyi təqdirdə Fərmana Səbail RPİ-nin 9-cu PB-nə ərizə yazdırıb, Fəridi və onu həbs etdirəcəyi və sonda 10 ildən 15 ilədək azadlıqdan məhrum etdirəcəyini bildirmişdir. Rafikin dediklərini real qəbul edib, 15 il cəza almaqdansa, Fəridin 3-4 gün həbsdə qalması ilə razılaşıb, Rafiqə kömək etməyinə razılıq vermişdir. Bundan sonra xx xxxxxxx 2017-ci il tarixdə Rafikin qurduğu plana və tapşırığına əsasən Fəridin evinə gedib ona demişdir ki, gətirdiyi müştərinin kredit məsələsini həll edilmişdir. Onu payına düşən pulu götürməkdən ötrü Fərman onları Badamdar qəsəbəsinə çağırır. Fərid onu dinləyəndən sonra Fərmana zəng vurub, məsələnin nə yerdə olduğu ilə maranlanmış və Fərman onun dediklərini təsdiq etmişdir. Bundan sonra taksiyə əyləşib Fərmanın dediyi ünvana getmiş və sonuncunun həmin yerdə dayanıb onları gözlədiyini görmüşdür. Fərid taksidən düşüb Fərmanla görüşəndən sonra sonuncu, cibindən 3.500 manat pul çıxardıb Fəridə uzatmışdır. Fərid ona cəmi 500 manat pul çatmalı olduğunu bildirəndə Fərman özünü itirmiş və tez bir zamanda pulu götürməsini bildirmişdir. Fərid bundan şübhələnib pulu götürmək istəmədikdə, Rafik Bədəlov və bir neçə polis əməkdaşı onlara yaxınlaşmış və onlar ayrı-ayrı maşınlarda Səbail RPİ-nə gətirilmişdir. İdarədə rəis müavininin xidməti kağinetində Rafik Bədəlovun tapşırığına əsasən Fəridin qollarına qandal vurulmuş və bir neçə polis əməkdaşı tərəfindən döyüldükdən sonra Fəridə təklif edilmişdir ki, Fərmandan pul aldığı barədə tərtib edilmiş sənədlərə imza etsin. Fərid sənədlərə imza etməyəcəyini bildirdikdə rəis müavini Orxan adlı polis əməkdaşı şəxsən Fəridi döyməyə başlamışdır. Edilən təzyiqlərə baxmayaraq Fərid sənədlərə imza etməmişdir. Həmin vaxt otaqda olan polis əməkdaşı Bəxtiyar Bayramov, onun tanımadığı bir nəfər şəxsi içəri salıb sonuncudan Fəridin üzərinə ifraz etməyi tələb etmişdir. Bundan sonra Fərid çıxılmaz vəziyyətə düşüb, təqdim etdiyi bütün sənədlərə imza etmişdir. Bundan sonra onlar müstəntiqin otağına aparılmışdır. Orada polis əməkdaşı Bəxtiyar Bayramov zorla Fəridin cibinə 3.500 manat pul qoyub, həmin pulu Fərmandan hədə-qorxu ilə özü üçün aldığını bildirməsini tələb etmişdir. Bundan sonra müstəntiq Emil Abdullayev sənəd tərtib etmiş və Fərid təzyiq altında həmin sənədə imza atmışdır. Fərid müstəntiqin otağından çıxarılaraq aparılmış və bir də Fəridi görməmişdir. Müstəntiqin deməsindən Fəridin barəsində cinayət işinin başlanıldığını bilmiş, onun 3-4-günə azad olunmayacağını bilmişdir. Həmin gün polis idarəsindən sərbəst buraxılsa da, Rafik Bədəlovun tələsinə düşdüyünü anlamışdır. Müstəntiqin tapşırığına əsasən səhərisi gün Səbail RPİ-nə gedib, Fəridin gününə düşməməsi üçün müstəntiqin təqdim etdiyi bütün sənədlərə imza etmişdir. xx xxxxxx 2019-cu il tarixdə müstəntiq Vüsal Məhərrəmov tərəfindən şübhə edilən şəxs kimi tutulmuş və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadələrə, müstəntiqlərin barəsində başlanmış cinayət işinə xitam veriləcəyinə dair verdikləri vədlərinə inanıb, imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Heç kimən hədə-qorxu yolu ilə əmlakı tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulana qədər qeyri-rəsmi «ATV plus» telekanalında aparat quraşdırma üzrə usta kimi işləmişdir. Əvvəllər avtomobil elektrik ustası işləyən atasının yanında işləyib köməklik etmiş, daha sonra isə bir müddət Nizami metrostansiyasının qarşısında gündəlik tələbat mallarının satışı ilə məşğul olmuşdur. İstifadəsində öz adına ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. ***-***-**-** nömrədən hazırda atası istifadə edir. Bundan başqa istifadəsində tanışı Flamidin adına olan ***-***-**-** nömrəsi də olmuşdur. Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı Valehə görə tanımışdır, münasibətləri normaldır. Təqsirləndirilən şəxs3 ilə isə bir yerdə hərbi xidmətdə olmuşdur. Sonuncu ilə də yaxın münasibətdədir. Mahmudov Təqsirləndirilən şəxs4 onun işlətdiyi mağazanın yanında yerləşən fotostudiyada işlədiyi vaxtdan tanıyır. Onunla da münasibətləri normaldır. 1999-cu ildə ailəsi ilə birlikdə anadan olduğu Sumqayıt şəhərindən Bakı şəhərinə köçüb, Yasamal rayonunun 6-cı paralel deyilən ərazidə Əbilov küçəsində yaşamışdır. 8-ci sinifdən Yasamal rayonu 31 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 Mahmudovla yaxın münasibətdə olan bir qadın kimi tanısa da, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 2016-cı ilin noyabr ayının əvvəllərində Nizami metrostansiyasının yaxınlığında olarkən Mahmudov Təqsirləndirilən şəxs4 yaxınlaşıb, onu Axundov bağının yaxınlığına, deyəcəyi ünvana aparmasını xahiş etmişdir. Yol gedərkən Təqsirləndirilən şəxs4 xahişi ilə ərzaq mağazasının qarşısında avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs4 ona qeyrirəsmi yaşadığı Təqsirləndirilən şəxs5 üçün kirayə ev tutduğunu və onun üçün üçün mağazadan ərzaq almaq istədiyini bildirmişdir. Birlikdə marketə daxil olub bazarlıq etmiş və bu işdə Təqsirləndirilən şəxs4 köməklik etmişdir. Təqsirləndirilən şəxs4 dediyi ünvana çatdıqda qapının ağzında Yaqutun Fərmanla söhbət etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs4 bunu görüb əsəbi halda Fərmanın üzərinə gedib, burda nə etdiyini və Yaqutla nə barədə söhbət etdiyini soruşmuşdur. Fərman Təqsirləndirilən şəxs4 onun dünən maraqlandığı kredit məsələsinə görə həmin yerə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 Fərmana: «burada kredit verilir, bura bankdır?»-deyə sual etdikdən sonra onlar mübahisə etməyə başlamışlar. Onları sakitləşdirə bilmədiyini görüb Fəridə zəng edib, həmin yerə gəlməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqədən sonra Fəridlə Zaur onların olduqları həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs4 Fəriddən: «sənin tanışın Fərmanın bu ünvanda nə işi var? Bu nə hərəkətdir belə?»-deyə soruşduqda Fərid Təqsirləndirilən şəxs4 sakitləşməyi, Fərmanla söhbət edib, məsələyə aydınlıq gətirəcəyini bildirmiş və Fərmanın qoluna girib, onu həmin yerdən uzaqlaşdırmışdır. Hadisə bununla da bitmiş və onlar ayrılıb hərə öz işinin dalınca getmişlər. Bundan 3-4 gün sonra Səbail RPİ-nin 9-cu PB-nə çağırılmışdır. Bölmədə Fərmanın onlardan şikayət etdiyi ona məlum olmuşdur. Həmin vaxt bölmədə Fərmanın qohumu Rafik Bədəlov adlı şəxs də olmuş, sonuncu çox əsəbi halda və yüksək səslə: «mənim işim Fəridlədir, bunlarla yox» deyə narazılıq etdiyini görmüşdür. Bildiyinə görə Təqsirləndirilən şəxs1 bir gün əvvəl bölmədə olmuş və izahatı alınandan sonra sərbəst buraxılmışdır. Bölmədə barəsində inzibati qaydada cərimə protokolu yazılmış və o, sərbəst buraxılmışdır. Bundan təxminən bir il sonra Təqsirləndirilən şəxs3 ona zəng edib Fəridin həbs edildiyi, onların da Səbail RPİ-nə çağırıldıqlarını bildirmişdir. Zaurla birlikdə Səbail RPİ-nin müstəntiqi Emin Abdullayevin yanına getmişdir. Həmin vaxt müstəntiqin otağında bir neçə polis əməkdaşı da olmuşdur. Onlara adlarından hazırlanmış ifadələrə imza edib çıxıb getmələri və deyiləcəyi vaxtda gəlib iş üzrə şahid qismində ifadə verəcəkləri bildirilmişdir. Müstəntiqin təklifi ilə razılaşmamışdır. Bu zaman polis əməkdaşı Bəxtiyar Bayramov onlara hədə-qorxu gələrək, dediklərini etməyəcəkləri təqdirdə məsələni böyüdəcəklərini, əməllərini Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə birləşdirməklə uzun müddətə həbsə göndərəcəyini bioldirmişdir. Çıxılmaz vəziyyətə düşüb, onlara təqdim edilən vərəqələri imzalamışdır. Bu hadisədən təxminən bir il sonra Bakı şəhər BPİ-dən müstəntiq R.Almazov tərəfindən idarəyə çağırılmışdır. İdarədə müstəntiqin təqdim etdiyi ifadələri oxumadan imza edib çıxıb getmişdir. Bundan bir qədər sonra yenidən Bakı şəhər BPİ-dən müstəntiq Vüsal Məhərəmov tərəfindən dəvət edilmişdir. Sonuncu ona ona 2-3 ay müddətinə Bakı İstintaq Təcridxanasına göndəriləcəyini, adından yazılmış ifadəyə imza etdiyi təqdirdə barəsində olan cinayət işinə xitam verəcəyini demişdir. Müstəntiqə himayəsində iki azyaşlı övladının olduğunu, onu balalarından ayırmamasını xahiş etsə də, sonuncu ona Səbail RPİ-si tərəfindən cinayət işi dolaşıqlığa salındığını, barəsində həbs qətimkan tədbirini seçilməsindən ötrü işi məhkəməyə göndərməkdən başqa çıxış yolunun olmadığını bildirmiş və həbs edilərək Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Bir müddət sonra o, Mahmudov Təqsirləndirilən şəxs4 və X2 müvəqqəti saxlama yerinə köçürülmüşdür. Müstəntiq orada Tarikbəy Cəfərov barəsində cinayət təqibinə artıq xitam verilməsinə dair qərarı ona göstərmiş və adından yazılmış ifadəyə imza edəcəyi təqdirdə onun barəsində də cinayət təqibinə xitam verməklə azadlığa buraxacağını bildirmişdir. Müstəntiqin sözünə inanıb adından yazılmış ifadəyə oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən 91 saylı tam orta məktəbi bitirmişdir. 2010-2012-ci illərdə Nərimanov rayonu Gənclik metrostansiyası yaxınlığında yerləşən «Loğman» tibb kollecdə tibb bacısı ixtisasına yiyələnmişdir. Məktəbi bitirəndən sonra «Artromed» klinikasında qəbul şöbəsində işə düzəlmişdir. Təxminən il yarım orada işləyəndən sonra sonra Bakı şəhəri Nəsimi rayonu, X4 yaxınlığında yerləşən Uroloji Mərkəzdə tibb bacısı kimi işə başlamış və 2017-ci ilədək orada çalışmışdır. Orada həm əməliyyat şöbəsində tibb bacısı işləmiş, həm də professor Kamal Abdullayevin köməkçisi olmuşdur. Əməliyyat şöbəsində tibb bacısı Şahid3 ilə eyni növbədə işləmişdir. Təqsirləndirilən şəxs1 Günaya görə, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 görə tanımışdır. Sonuncuların heç biri ilə yaxın münasibəti olmamışdır. 2016-cı ilin oktyabr ayının axırlarında atasının mağazası ziyana düşmüş və bu səbəbdən ailəsinin pula ehtiyacı olmuşdur. Söhbət əsnasında Günaya ailəsinin çətin maddi durumu barədə danışmışdır. Həmin söhbətdən bir neçə gün sonra Günay ona işdə olarkən Fərid adında tanışına bir nəfərin pul borclu olduğu, həmin şəxsdən pulunu ala bilmədiyi, bu səbəbdən Fəridin səhnə qurub, borclu şəxsdən pulunu almaq istədiyi barədə danışmışdır. Bununla maraqlandıqda Günay ona demişdir ki, Fərid əvvəl həmin təklifi ona etmiş, lakin, ailəli olduğu üçün razılaşmamışdır. Onu məsləhət görür, çünki o, həm gözəl, həm də pula ehtiyacı vardır. Günay ona Fəridə borclu olan həmin şəxsi sevgilisi rolunda Fəridin deyəcəyi ünvana aparmalı olduğu, sonra bir nəfərin, guya onun əri kimi evə gəlib onları bir yerdə tutacağını, bunun üçün əvvəlcədən ona 2.000 manat pul veriləcəyini, sonradan həmin borclu şəxsdən pul alınandan sonra, əlavə də pul veriləcəyini biildirmişdir. Günaya: «birdən problem yaranmaz?»-deyə sual etdikdə sonuncu, Fəridin onun qohumunun sinif yoldaşı olduğunu deyib, heç bir problem olmayacağını bildirmişdir. Günaydan Fəridin həmin qohum qızının bu işi nə səbəbə görmək istəmədiyini soruqduqda, Gynay həmin qızın da ailələli olduğunu və bu səbəbdən də həmin işi görə bilmədiyini bildirmişdir. Evdə maddi sıxıttıları olduğundan Günayın təklifi ilə razılaşmışdır. Bundan sonra o, Günayla birlikdə Nizami metrostansiyasının yaxınlığında Fəridin kirayə qaldığı evə gedib sonuncu ilə görüşmüşdür. Söhbət əsnasında Fərid Günayın dedikərini təsdiq edib bildirmişdir ki, 2.000 manatı bəri başdan, həmin şəxsdən pul alınandan sonra da ona əlavə pul veriləcəkdir. Fərid həmçinin Günaya da hörmət edəcəyini demiş, lakin Günaya konkret olaraq hansı məbləğdə pul verəcəyini deməmişdir. Razılaşandan sonra özünə məxsus, lakin hazırda xatırlamadığı mobil telelon nömrəsini Fəridə, sonuncu da öz mobil telefon nömrəsini ona vermişdir. Bundan bir neçə gün sonra Fəridin dəvəti ilə yenə də həmin mənzilə getmişdir. Bu zaman mənzildə Fəriddən başqa daha iki nəfər, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 olmuşdur. Sonuncuları ilk dəfə həmin vaxt görüb tanımışdır. Söhbət zamanı Fərid cızdığı planın detallarını onun, Təqsirləndirilən şəxs4 və Zaurun iştirakı ilə bir də müzakirə etmiş, kimin hansı hərəkəti edəcəyini dəqiqləşdirəndən sonra ona ilkin olaraq 500 manat pul vermiş, qalanını isə oğlanla görüşməmişdən əvvəl verəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 cibindən bir ədəd «Azercell» nömrəsini çıxarıb ona verib demişdir ki, həmin nömrədən istifadə etsin və həmin nömrə ilə də onlarla əlaqə saxlasın. Təqsirləndirilən şəxs4 həmin nömrəni götürmüşdür. Bu zaman mənzilə Təqsirləndirilən şəxs2 gəlmişdir. Sonuncunu həmin vaxt ilk dəfə görüb tanımışdır. Fərid Elvini ona təqdim edib, sonuncunun onun «əri» rolunu oynayacağını demişdir. Bundan bir qədər sonra Fəridlə Zaur onu taksi ilə bir evə aparmış, evi ona göstərib, həmin evə adının Fərman olduğunu sonradan bildiyi şəxsi gətirməli olduğunu demişdir. Evə baxandan sonra Fərid ona evin bir açarı vermiş və o, açarı götürmüşdür. Danışılmış plana əsasən o, səhəri gün Fərmanın işlədiyi «xxxx»ın «Medi Club» klinikasının yaxınlığında yerləşən filialına gedib, guya kredit götürmək istəyi bəhanəsi ilə Fərmanla tanış olmuşdur. Sonuncu ona köməklik edəcəyini bildirimişdir. Bundan sonra Fərman ona öz vizit kartını, o da özünün istifadəsində olan Təqsirləndirilən şəxs4 verdiyi nömrəni Fərmana vermişdir. Həmin gün gecə saatlarında Fərmanla kreditlə bağlı telefonda danışıb söhbət etmişdir. Səhərisi günü Fəridin kirayə yaşadığı mənzilə gedib, baş verənlər barədə ona məlumat vermişdir. Həmin vaxt Farid ona: «Günay qorxaqdır, birdən bizi zibilə salar, soruşsa ona de ki, məsələ alınmadı» deməsini tapşırmışdır. Həmin vaxt Fərid ona əlavə olaraq 1000 manat da pul vermiş və pulun qalanını iş düzələndən sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Fərman zəng vurub onu görüşə dəvət etmiş və onlar içəri şəhərdə görüşmüşlər. Kafedə oturub çay içib söhbət etmişlər. Söhbət zamanı Fərmana gözəllik salonu olduğunu, krediti də salonu genişləndirmək üçün götürmək istədiyini, subay olduğunu, ailəsi ilə birlikdə yaşadığını və özünün də ayrıca mənzilinin olduğunu, bir gün Fərmanı evinə qonaq çağıracağını demişdir. Fərmanda onunla razılaşmışdır. x xxxxxx 2016-cı ildə Fərmana zəng edib evdə tək olduğunu bildirib onu evə dəvət etmişdir. Sonuncu etiraz etməyərək, səhəri günü gələ biləcəyini bildirmişdir. Səhəri gün saat təxminən 18 radələrində Fəridgilin ona açarını verdiyi evdə olan zaman Fərman əlində bir ədəd tortla evə gəlmişdir. Fərmanı qarşılayıb bir qədər söhbət etdikdən sonra ona və özünə çay süzmüşdür. Çay içə-içə söhbət edərkən Fərman onu qucaqlamışdır. Sonuncuya qonşuların görə biləcəyindən ehtiyat etdiyini deyib, onu yataq otağına dəvət etmişdir. Mətbəxə keçib tez Fəridə zəng etdikdən sonra Fərmanla birlikdə yalaq otağına keçmişdir. Fəridlə olan danışığa görə, zəngindən təxminən üç dəqiqə sonra onlar evə gəlməli idilər. Fəridə demişdir ki, maksimum üç dəqiqə Fərmanın başını qata bilər, geciksələr Fərman onun paltarlarını soyundurar və aralarında başqa münasibət olar. Birlikdə yataq otağına keçəndən sonra Fərman əynindəki köynəyinin qabaq düymələrini açmağa başlamış, o isə əynində olan koftanı yarı çıxarmışdı ki, birdən qapı açılmış, içəri əvvəlcədən danışıldığı kimi Elvin və Samır daxil olmuşlar. Həmin vaxt Elvin oynadığı rola (əri) əsasən onları görüb qışqırıb bağırmağa başlamış və o da, guya ərinin onu başqa kişi ilə tutulduğuna görə ağlamışdır. Həmin vaxt Elvin qolundan tutub onu digər otağa keçirib demişdir ki, guya o, ilk əvvəl Fərmanı öldürəcək, daha sonra isə onun başını kəsəcəkdir. Bundan sonra Elvin Fərman olan yataq otağına keçib qapını örtmüş və əvvəlcədən olan danışığa görə mənzildən çıxıb getmişdir. Səhəri günü Fəridə zəng vurub məsələnin nə yerdə olması ilə maraqlanmışdır. Fərid ona Fərmanın həqiqətən də inanıb qorxduğunu, pulu verəcəyini, pulu alandan sonra onun da pulunu çatdıracağını demişdir. Fəridə bir söz deməmişdir. Üstündən bir xeyli müddət keçəndən sonra Fərid ona zəng vurub uşaqların 9-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu, özünün isə hələ çöldə olduğunu bildirib, ondan kömək üçün pul istəmişdir. Odur ki, Fəridin ona verdiyi 1500 manat pulun üstünə 1500 manat da pul qoyub Fəridə vermişdir. Daha sonra onlarla heç bir əlaqəsi olmamışdır. Əməlindən peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «xxxx»ın Bakı şəhəri Heydər Əliyev prospekti 91 ünvanda yerləşən «Xəzər» filialında kredit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Əvvəllər ünvan 6 ünvanda yerləşən «Yeni Həyat» filialında kredil şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. 1998-ci ildən 2009-cu ilədək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 175 saylı tam orta məktəbdə təhsil almışdır. 2009-2013-cü illərdə X5 inzibatçılıq fakültəsini bitirmişdir. Universiteti bitirəndən 5-6 ay sonra bank sektorunda işə düzəlmiş və həmin vaxtdan bank sahəsində çalışmışdır. Onun bank sektorunda çalışdığını bütün məktəb yoldaşları bilmişdir. İstifadəsində ***-***-**-** mobil nömrə olmuşdur, həmin nömrə onun öz adınadır. Həmin nömrədən başqa adına ***-***-**-** nömrəsi də olmuşdur. Həmin nömrədən əvvəllər istifadə etsə də, hazırda işlətmir. Təqsirləndirilən şəxs1la bir məktəbdə rus bölməsində, lakin bir sinif yuxarıda oxumuşdur. Məktəb illərində onun Fəridlə yaxın münasibəti olmamışdır. Məktəbi bitirəndən sonra Fəridi cəmi bir-iki dəfə görmüş, bundan başqa onun sonuncu ilə heç bir yaxınlığı olmamışdır. Digər təqsirləndirilən şəxslərin hamısını Fəridə görə tanımışdır. 2016-cı ilin fevral ayının axırlarında Fərid onun istifadəsində olan ***-***-**-** nömrəsinə özünün ***-***-**-** nömrəsindən zəng vurub tanışlıq verəndən sonra görüşmək istədiyini bildirmişdir. Bir neçə gün sonra onlar Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında görüşmüşlər. Söhbət zamanı Fərid ona Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə sənəd düzəltməkdən ötrü 15.000 manat pula ehtiyacı olduğunu, sənədi əldə etdikdən sonra 7-10 gün müddətində hazır müştərisinə torpağı satıb, pulu artıqlaması ilə qaytaracağını bildirib, həmin məbləğdə pulu ona borc kimi verməyi xahiş etmişdir. Fəridə onun borca verməyə pulu olmadığını bildirmişdir. Bundan sonra Fərid ona 6-cı paralel deyilən ərazidə evləri olduğunu, həmin ərazi söküntü zonasına düşdüyündən, evi girov qoyub bankdan kreditə pul götürə bilmədiyini bildirib, ona təkidlə həmin məbləğdə pulu tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Fəriddən nə səbəbə məhz ona müraciət etdiyini soruşduqda sonuncu, bankda işlədiyini bildiyini və buna görə də kredit götürməkdə köməklik edəcəyinə güman etdiyini bildirmişdir. Fərid bir neçə gün ona müntəzəm zənglər edib, özünü yazıq vəziyyətə salaraq ondan təcili pul tapmasını xahiş etmişdir. Fəridə bildirmişdir ki, ona kredit verə bilməz, lakin Fəridin uzun sürən təkidindən sonra çalışıb borca 15.000 manat tapıb verəcəyini bildirmişdir. Fərid ona həmin torpaq sahəsinin Mərdəkan qəsəbəsində «Tropikanka» adlanan yerə yaxın olduğunu, həmin sahənin xalasına məxsus olduğunu və xalası tərəfindən ona verildiyini bildirmişdir. Fəridin ona uzağı 10 gün müddətində pulunu qaytaracağına dair vədindən sonra işlədiyi «xxxx»da öz adına olan əmanət əsasında, həmin bankdan 9.950 ABŞ dolları kredit götürüb vermək qərarına gəlmişdir. Fəridə həmin pulun ona aid olmadığını, borc götürdüyünü bildirmişdir. 2016-cı ilin mart ayının axırlarında işlədiyi «xxxx»dan adına olan 16.605 ABŞ dolları əmanətini banka girov qoyub, 9.950 ABŞ dolları dəyərində öz adına kredit rəsmiləşdirmişdir. Həmin pul manat ekvivalentində 15.000 manat təşkil etmişdir. Pulu götürüb Fəridə zəng etmiş və onlar Yasamal rayonu 6-cı paralel deyilən küçədə görüşmüşlər. Pulu idarə etdiyi «Lexus RX 350» markalı **-MU-*** dövlət qediyyat nişanlı avtomobildə Fəridə vermişdir. Sonuncu ona sənəd düzəldən şəxsin pulun 2.000 ABŞ dolları, yerdə qalan hissəsini isə manatla istədiyini bildirmişdir. Odur ki, pulu ona təqdim etmədən birlikdə onun avtomobili ilə ünvan 1 ünvanda yerləşən «Azər Türk» banka gedib, manatın bir hissəsini 2000 ABŞ dollarına dəyişmiş və bankın qarşısında avtomobilinin salonunda həmin miqdarda pulu Fəridə təqdim etmişdir. Fərid pulu götürüb avtomobildən düşərkən, pulu hazır edən kimi onunla əlaqə saxlayacağını bildirmişdir. Fəridə həmin məbləğdə pulu təkbətək vermiş, bu zaman yanlarında kənar şəxs olmamışdır. Həmin günün səhəri Fərid ona zəng edib, artıq torpaq sahəsinin çıxarışını aldığını və növbəti günü artıq alqı-satqı üçün müştəri ilə birlikdə notariat kontoruna gedəcəyini bildirmişdir. 2016-cı ilin aprel ayının əvvələrində Fərid ona zəng edib alqı-satqıya getdiyini, pulu götürən kimi onunla əlaqə saxlayacağını və axşam tərəfi görüşməklə pulu verəcəyini bildirmişdir. Axşam tərəfi Fəriddən bir xəbər çıxmadığını görüb ona zəng etmiş, sonuncu onu yaşadığı 6-cı paralel deyilən yerə dəvət etmişdir. Avtomobili ilə həmin yerə gedib Fəridlə görüşmüşdür. Sonuncu onu yaxınlıqdakı çayxanaya dəvət etmiş və kabinetlərin birində onu Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la tanış etmişdir. Zauru ona dostu, Təqsirləndirilən şəxs4 isə torpaq sahəsini alan şəxs kimi təqdim etmişdir. Fərid ona Təqsirləndirilən şəxs4lə birlikdə torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün Nizami metrostansiyası yaxınlığında yerləşən notariat kantoruna getdiklərini, sənədləri təqdim etdikdə çıxarışın saxta olduğu, notariat kontorundan buna görə polisə zəng olunduğu və polis əməkdaşlarının gəlib onları saxladığını bildirmişdir. Fəriddən danışdıqlarının ona nə aidiyyətinin olduğunu soruşduqda sonuncu, çıxarış sənədləşməsi üçün pulu ondan aldığına görə, polis tərəfindən onun da əməlinin rüşvət vermədə iştirakçılıq şəkilində qiymətləndiriləcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs4 söhbətə qarışıb: «Zaur məni niyə işə saldın, niyə məni Fəridlə tanış etdin?»-deyə narazılıq etdikdə, Zaur işin belə alınacağını özünün də gözləmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 Fəridlə Zauru tanıdığını, onu isə tanımadığını, əgər səhər polisə pul çatdırılmasa dördünün də tutulacağını bildirmişdir. Təqsirləndirilən şəxs4 səhəri günü saat 11-də üç nəfərə, yəni o, Zaur və Fəridin hərəyə 17.000 manat olmaqla cəmi 51.000 manat pul verməli olduğunu bildirib demişdir ki, təcili pul məsələsi həll olunmalıdır ki, həbs edilməsinlər. Zaur və Təqsirləndirilən şəxs4 Fəridin dediklərini təsdiq etmişdir. Deyilən hədələri real qəbul edib fikirləşmişdir ki, işi polisə düşsə, həm rüsvay olacaq, həm də işdən çıxarılacaqdır. Odur ki, Fəridə demişdir ki, 2016cı ilin may ayının əvvəllərinə qədər ona vaxt versinlər ki, pulu tapsın. Zaur isə həmin vaxt «KİA Cerato» markalı avtomobilinin açarlarını masa üzərinə atıb, pulu olmadığını və avtomobilini satıb onun payına düşən hissədə pulunun verilməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs4 Zaura «KİA Cerato»nun qiymətinin ucuz olduğunu, 17.000 manata satlımayacağını demişdir. Təqsirləndirilən şəxs4 Zaura avtomobilini satması, onun və Fəridin isə pul tapmaqdan ötrü onlara vaxt verilməsi xahişlərini nəzərə alıb bildirmişdir ki, atasının adını çəkmədiyi hansısa bankda pulu vardır, 51.000 manatı pulu götürüb verəcəkdir və onlar da konkret vaxt təyin edilməklə pulu ona qaytarmalıdırlar. Onlar hər üçü xx xxx 2016-cı il tarixdə pulu qaytaracaqlarını bildirmişlər. Bu söhbətdən sonra onlar ayrılıb evlərinə getmişlər. O, may ayına kimi ona görə vaxt almışdır ki, işlədiyi filialda adına olan hesabdan təxminən 16.605 ABŞ dolları məxaric edib, götürdüyü krediti bağlayandan sonra qalan hissəni manata çevirsin və anasının adına həmın bankda olan 28.000 ABŞ dollarını hesabdan çıxarıb anasına versin. Həmin pulun üstündən 7.000 manat pulu götürüb birlikdə kredit bağlanandan sonra yerdə qalan 10.000 manat pulun üstünə qoyub 17.000 manatı Fəridgilə versin. Özünə aid olan pulları həll etdikdən sonra, çatışmayan 7.000 manata görə anasına demişdir ki, işində kreditlə bağlı problemləri yaranıb, itirilmiş pulları özündən verməlidir. Həmin puldan başqa öz hesabında olan pulu da çıxardığını pulun üstünə qoyub ümumilikdə Fəridə vermək üçün 17.000 manat pul düzəltmişdir. Təxminən x xxx 2016-cı il tarixdə Fəridlə 6-cı paralel küçəsində yerləşən çayxanada görüşüb 17.000 manat pulu Fəridə vermişdir. Pulu verərkən onlar ikisi olmuş, yanlarında kənar şəxs olmamışdır. Görüş zamanı Fərid özünün kredit götürdüyünü, Zaurun isə avtomobilini satdığını və onun payına düşən 17.000 manatı da götürüb Təqsirləndirilən şəxs4 verəcəyini bildirmişdir. 2016-cı ilin may ayının sonlarında Fərid ona zəng etmiş və onlar öncə görüşdükləri çayxananın qarşısında görüşmüşlər. Bu zaman Fərid ona demişdir ki, həbs yerindən təzə buraxılmış, adını xatırlamadığı bir nəfər onların bu torpaqla bağlı yaranmış problemini bilir və həmin şəxsə müəyyən məbləğdə pul verilməsə, sonuncu onların bağladığı məsələni yenidən qaldırar. Həmin hədənin real olacağını qəbul etmiş və rüsvay olacağından qorxub, Fəriddən bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda sonuncu, təxminən 5.000 manatadək pul lazım olacağını bildirmişdir. Fəridə bu məbləğdə pulu tapa bilməyəcəyini deyəndə o, təklif etmişdir ki, adına «AGBank»da olan kredit borcunu hər ay 413,77 ABŞ dollarından 6 ay ərzində ödəsin. Fərid isə həmin müddət ərzində banka verməli olduğu pulu hissə-hissə həmin oğlana verəcək ağzını yumsun. Fəridə razılılıq vermiş və adına həqiqətəndə qeyd edilən bankda kredit olmasını görmüşdür. Fəridin yerinə 5 ay ərzində «AGBank»ın Hökümət evinin arxasındakı filiala gedib Fəridin yerinə onun banka olan borcundan hər ay 600 manatdan ödəmişdir. Sonuncu ödənişi Fəridin özünə 2016-cı ilin oktyabr ayının əvvəllərində 6-cı paralel deyilən küçədə yerləşən kirayədə qaldığı evdə vermişdir. 2016-cı ilin iyun ayının əvvəllərində Fərid ona zəng vurub görüşmək istədiyini demiş və o, sonuncunun kirayədə qaldığı yeni tikilidəki mənzilə gedib onunla görüşmüşdür. Fərid ona demişdir ki, həbs yerlərində olan tanışları ondan 16.000 manat pul istəyirlər. Onda belə pul olmadığını bilib, həmin pulun onun tərəfindən verilməsini tələb edirlər, əks halda onlar polislə bağlı məsələni açıqlayacaqlar, bundan da əlavə birinci variant təsir etməsə, anasını bıçaqla vuracaqlar. O, həmin adamların anasını hardan tanıdığını soruşduqda Fərid demişdir ki, bu adamlar onu dirəsələr o, məcbur olub onlara anasının yaşadığı evi göstərəcəkdir. Anasına görə qorxduğu üçün Fəridə bir ay müddətində həmin məbləğdə pulu tapıb verəcəyini demişdir. 2016-cı ilin iyun ayının 10-da Fərid ona zəng vurub Nəsimi rayonu ərazisində yerləşən «Eqoist» hotelinə gəlməsini demişdir. Fəridlə həmin gün hoteldə görüşmüş və bu zaman sonuncu ona demişdir ki, faizə hansısa qadından pul alıb və qaytara bilmədiyi üçün onu sıxırlar və o, qorxusundan həmin hoteldə məskunlaşmışdır. Fərid ondan 2.000 manat borca pul istəmişdir. Fəridə bildirmişdir ki, onun dostlarının hədələrinə görə 16.000 manat pul hazırlayıb düzəldəcək, ancaq 2.000 manatı verə bilməyəcək. Fərid isə ona demişdir ki, 2.000 manat pulu verməsə, onsuzda onun itirəcəyi bir şey yoxdur, özü həmin şəxslərə onun pulu verməyəcəyi barədə yalan məlumat verəcəkdir. Nəticədə həmin şəxslər anasına bıçaqla xəsarət yetirəcəklər. O, Fəridə bir şey fikirləşəşib cavab verəcəyini bildirmişdir. Bundan sonra özündə olan 2.000 manat pulu xx xxxx 2016-cı il tarixdə Fəridə həmin hoteldə təklikdə vermişdir. Sonradan anasına demişdir ki, bankla bağlı yenə problemi yaranıb və bankın yerinə 16.000 manat pul verməlidir. Həmin vaxt anası öz hesabında qalan 18000 ABŞ dolları pulu artıq hissə-hissə çıxarmışdır. Həmin 16.000 manat pulu anasından götürüb, x xxxx 2016-cı il tarixdə «Eqoist» hotelində Fəridə vermişdir. Pulu verdikdən sonra Fərid ona həmin adamların bir daha onu narahat etməyəcəyini və ondan əlavə pul istəməyəcəklərini bildirmişdir. O da Fəriddən artıq bir daha onu narahat etməməsini xahiş etmişdir. 2016-cı ilin sentyabr ayının axırlarında Fərid zəng vurub onu evinə dəvət edib bildirmişdir ki, əvvəl barəsində danışdığı qadına 5.000 manat borcu qalıb və qadın onu yenə sıxıb pulunu istəyir. Fərid ondan həmin 5.000 manatın ona verməsini tələb etmişdir. O, Fəridə kifayət qədər pul verdiyini və ondan pul tələb etdiyi üçün polisə şikayət edəcəyini bildirmişdir. Fərid isə ona itirəcəyi heç nəyin olmadığını, həmin məbləğdə pulu ona verməsə özü və ya həbs yerlərindən azad olunmuş dostları ona və ya anasına bıçaqla xəsarət yetirəcəyini bildirmişdir. Fəridin ona nəsə edəcəyindən qorxmasa da, anasına görə qorxduğu üçün həmin məbləğdə pulu Fəridə vermək qərarına gəlmişdir. 2016-cı ilin oktyabr ayının əvvəllərində anasından dollar ekvivalenti ilə, yəni 3.000 ABŞ dolları alıb, Fəridin banka olan son aylıq borcu ilə birlikdə Fəridə onun Yasamal rayonu Bəsti Bağırova küçəsindəki kirayədə yaşadığı mənzilində vermişdir. Həmin gün ona ümumilikdə verdiyi 3.000 ABŞ dolları və kreditinin son aylğını ona əlbəəl vermişdir. Həmin gün Fərid and içmişdir ki, onu bir də heç vaxt narahat etməyəcəkdir. Bundan təxminən bir həftə sonra işdə olarkən özünü Səbinə kimi təqdim etmiş sonradan tanıdığı Təqsirləndirilən şəxs5 müştəri qismində gələrək 50.000 manat məbləğində kredit istəmişdir. Sonuncudan kreditin məqsədini soruşduqda o, mənzil almaqdan ötrü kredit götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs5 kreditlərin verilməsinin dayandırıldığını demişdir. Təqsirləndirilən şəxs5 onun mobil telefon nömrəsini almış, mütəmadi olaraq onunla əlaqə saxlayacağını və kreditin verilməsi bərpa olduğu halda gələcəyini bildirmişdir. Həmin gün axşam Yaqut ona «Whatsapp» proqramında yazıb, krediti mənzil almaq üçün deyil, uşağını müalicə etdirmək üçün götürmək istədiyini demişdir. Bir neçə gün onunla yazışdıqdan sonra Yaqutla şəhərdə görüşmüşlər. 2016-cı ilin noyabr ayının 5-dək Yaqutla iki dəfə şəhərdə görüşüb asudə vaxtı keçirmişlər. x xxxxxx 2016-cı il tarixdə Yaqut onu öz evi kimi təqdim etdiyi, Axundov bağının yanında yerləşən evə dəvət etmişdir. Dəvəti qəbul edib evə gəlmişdir. Bir qədər söhbət etdikdən sonra yataq otağına keçib soyunmağa başlamışdır. Bu zaman evin qapısı açılmış və iki nəfər oğlan, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs4 və özünü Yaqutun əri kimi təqdim edən, ilk öncə adının Cavid, sonradan isə əsl adını Elvin olduğunu bildiyi şəxs səs-küy qaldırıb, qızı itələyib onunla digər otağa keçmişdir. Təqsirləndirilən şəxs4 isə onunla yataq otağının yanında olan otağa keçmiş və demişdir ki, onu Fəridin dostu kimi tanıyır, həmin qız da onunla gələn oğlanın arvadıdır. Odur ki, Fəridi çağırmasını xahiş etmişdir. Təxminən 20 dəqiqədən Fəridlə Zaurla gəlmişlər. Fərid ona demişdir ki, qızın əri kimi özünü qələmə verən oğlan, xəstə uşağın əməliyyatına pul yığmaq üçün rayona getmişdir və hazırda onu arvadı ilə birlikdə görmüşdür. Həmin oğlanın uzun saqqalı olmuş və Fərid onun vəhabi təəriqətinə məxsus olduğunu bildirmişdir. Fəridə demişdir ki, əgər uşağın əməliyyatına pul lazımdırsa o, bu pulu düzəldib verəcək ki, təki onunla işi olmasın. Fərid onunla bu söhbəti edərkən Zaur da yanlarında olmuş və söhbəti eşitmişdir. Sonra Fərid həmin oğlanla qız olan otağa keçib qayıtdıqdan sonra bildirmişdir ki, həmin oğlan razılaşmır və onu öldürəcəkdir. Fəriddən bir daha xahiş etmişdir ki, həmin oğlanla danışıb razılığını alsın. Fərid Zaurla birlikdə həmin oğlanın olduğu otağa keçmiş və az sonra Fərid tək gəlib bu oğlanın onu bağışlaması üçün 200.000 (iki yüz min) manat pul istədiyini bildirmişdir. Fəridə demişdir ki, pulu verməyə razıdır, təki onunla işi olmasın. Fərid bu məbləği nə vaxt düzəldə biləcəyini soruşduqda o, hələlik bu barədə bir söz deyə bilməyəcəyini demşdir. Fərid ona bildirmişdir ki, oğlanın ona qarşı edəcəyi hərəkətlərin qarşısını almaq üçün 20.000 manatı həmin günü ona verməlidir, qalan pulu düzəltməkdə isə özü ona köməklik edər. Belə ki, Fərid evinin sökülməsi ilə əlaqədar 100.000 manat pulunun alacağını deyib, həmin pulu ona borca verə biləcəyini, 20.000 manatı həmin oğlana verəndən sonra, yerdə qalan 80.000 manatı 2016-cı ilin dekabr ayının sonlarına qədər verə biləcəyini demişdir. Fərid ondan 20.000 manat pulu haradan tapacağını soruşanda, o, bunu bilmədiyini demişdir. Fərid ona bildirmişdir ki, Zaurda hansısa işin pulu var, oradan 20.000 manat pul götürüb ona 2016-cı ilin noyabr ayının 8-dək borca verə bilər. Zaur həmin vaxtı digər otaqda olmuşdur. Ona deyilənə görə Zaur həmin pulu gətirmək üçün getmiş və otaqda onun gəlişini gözləmişlər. Təqsirləndirilən şəxs4 və Elvin isə digər otaqda olmuşdur. Təxminən 20 dəqiqədən sonra Zaur onunla Fərid olan otağın qapını açıb Fəridi səslənmiş və Fərid otağı tərk etmişdir. Bir neçə dəqiqədən sonra otağa keçib Zaurun 20.000 manatı gətirdiyini bildirmişdir. Pulu vermələri və sonradan özünün pulu ödəyəcəyi barədə razılaşandan sonra Fəridlə birlikdə oradan çıxıb getmişdir. Səhərisi günü Fərid zəng vurub, ondan məsələni necə yola qoyacağını, yəni 80.000 manat pulu nə vaxt verəcəyini soruşmuşdur. Fəridə qaldığı evin 130.000 manat dəyəri olduğunu, 100.000 manata təcili satıb, 20.000 manatı Zaura, 80.000 manatını isə həmin oğlana verəcəyini bildirmişdir. Artıq onların hərəkətlərindən bezib 2016-cı ilin noyabr ayının 8-də Səbail RPİ-nin 9-cu polis bölməsinə gedib Fəriddən şifahi şikayət etmişdir. Şikayətində yalnız Fəridin qızla bağlı epizodunda ondan istədiyi pulla bağlı bildirmişdir. Fəridin ondan əvvəl aldığı pullarla bağlı müracitəində bildirməmişdir. Fikirləşmişdir ki, dayısı həmin məsələləri də bilsə, onun üçün problem olar. x xxxxxx 2016-cı il tarixdə Fəridlə Zauru, sonra isə Təqsirləndirilən şəxs4 tutub bölməyə gətirmişlər. Yaqutu və Elvini polisdə görməmişdir. Bundan sonra Fərid 2016-cı ilin dekabr ayında onun iş yerinə gəlib ondan üzr istəmiş, qızın əri kimi təqdim edən oğlanın ondan əslində 70.000 manat pul istədiyini, lakin həmin pulun üstünə 130.000 manat qoyaraq ümumilikdə ona 200.000 manat verməli olduğunu dediyini, həmin 130.000 manat pulu özü üçün istədiyini bildirmişdir. Təxminən 2017-cı ilin aprel ayının əvvəllərində Fəridlə Təqsirləndirilən şəxs4 birincinin «BMV» markalı avtomobili ilə iş yerinə gəlib onu Nizami kinoteatrının yanında yerləşən «X16» adlı çayxanaya dəvət etmişlər. Fərid ona demişdir ki, onun şikayətinə görə polis işçiləri onlardan 25.000 manat pul almışlar. Həmin pulu onlar sələmə aldıqları üçün onların 50.000 manat borcu yaranmışdır. Fərid həmin pulu verə bilməyəcəyini deyib, həmin məbləğdə pulu ondan alacağını və pulu verməyəcəyi təqdirdə onu və ya anasını bıçaqlayacağını demişdir. Təqsirləndirilən şəxs4 də Fəridin dediklərini təsdiq etmişdir. Onların bu hədəsini real qəbul edib qorxmuş və Fəridə həmin məbləğdə pulu bir ilə düzəldəcəyini demişdir. Səhəri günü Fərid Təqsirləndirilən şəxs4lə yenə də iş yerinə gəlib bildirmişlər ki, həmin adam bir il müddətində öz pulunu almağa razıdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs4 iş yerinə tək gəlmiş və bildirmişdir ki, narahat olma, o bu məsələni yoluna qoyacaq və Fəridə başa salacaq ki, ondan əl çəksin. Təqsirləndirilən şəxs4 bunları deyəndən sonra onlardan şikayət etməməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 bundan sonra da bir neçə dəfə tək onun iş yerinə gəlib Fəridin dediklərinin yalan olmasını, polisdə 25.000 manat pul verilmədəyini, Fəridin özünün başqa borcları olmasını və bunun polisə heç bir aidiyyəti olmadığını bildirmişdir. Təxminən bir aydan sonra Təqsirləndirilən şəxs4 Fəridlə onun iş yerinə gəlmiş və H.Cavid parkında onunla söhbət etmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs4 onun avtomobilinə oturmuş, Fərid isə öz avtomobili ilə Cavid parkına tərəf irəliləməyə başlamışlar. Yolda gedərkən Təqsirləndirilən şəxs4 ona bildirmişdir ki, Fərid ona nə desə, fikir verməsin və sonda Fərid ondan əl çəkəcəkdir, Fəridə münasibətdə özü də ona kömək edəcəkdir. Onlar çayçıda oturmuşlar. Fərid ona demişdir ki, borcu olan şəxs 25.000 manat istəyir. Fəridə belə pulunun olmadığını deyəndə Təqsirləndirilən şəxs4 kiməsə yalandan zəng vurmuş və danışdıqdan sonra bildirmişdir ki, onun hansısa qohumu onun yerinə 25.000 manat verəcək, qalan 25.000 manatı isə o növbəti ilin aprel ayınadək verə bilər. Fərid parkdakı görüşdən sonra iki həftədən bir onunla görüşüb yerdə qalan 25.000 manat pulu hissə-hissə ödəməyini demişdir. 2017-cı ilin avqust ayında Fərid öz maşınını satmış və sentyabr ayının əvvəllərində Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi 10 saylı ünvanda onunla görüşüb maşınını saldığını, əldə eldiyi pulu 25.000 manat pulu borcun ödənilməsinə verdiyini, pulu olduğu halda niyə verməməyini demişdir. O, pulunun olmadığını, nə vaxt olsa verəcəyini deməklə onu yola vermişdir. Artıq Təqsirləndirilən şəxs4 ona məlumat vermişdir ki, Fərid avtomobili satsa da, bu işlə heç bir əlaqəsi yoxdur, başqa problemləri ilə bağlı avtomobilini satmışdır. 2017-ci ilin sentyabr ayının axırlarında Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi 10-da yerləşən «pub»da olarkən, onun həmin ünvana mütəmadi gəldiyini bilən Təqsirləndirilən şəxs4 də həmin yerlə üzbəüz dayandığını görmüşdür. Təqsirləndirilən şəxs4 yaxınlaşıb onunla salamlaşmış və bildirmişdir ki, Fərid güya həbsdən çıxan oğlanın qohumu ilə onu gözləyir ki, ondan yenə pul alsın və əlavə etmişdir ki, o, pulunun olmadığı deməklə onları yola versin və getsinlər. Onun üçün heç bir təhlükə yoxdur. Təqsirləndirilən şəxs4 artıq özünü ona kömək edən şəxs kimi göstərməyə başlamışdır. Onlar söhbət edə-edə əvvəl oxuduqları 175 nömrəli məktəbin həyətinə keçmişlər. Orada Fəridlə gələn orta bədən quruluşlu, orta boy, 30-32 yaşında oğlan ona bildirmişdir ki, onun Fəridə verəcəyi vardır, Fərid də onlara pul verməlidir. Ona görə də həmin pulun bir hissəsini vermək lazımdır. Bunun artıq bir oyun olduğunu anlayıb, özü üçün hər hansı bir təhlükənin olmadığını başa düşmüşdür. Həmin oğlan sözünü deyib getmiş, Fəridlə Təqsirləndirilən şəxs4 isə orada qalmışlar. Fəridə yalandan bildirmişdir ki, başqa bankda müştəriyə kredit veriləcək və həmin kreditin verilməsi üçün müəyyən məbləğdə qazanc olaraq pul alınacaq, həmin pulu götürüb onlara verəcəkdir. Bundan sonra Fərid bir neçə dəfə yenə də ondan pul istədiyi üçün dayısı ilə məsləhətləşmiş və qərara gəlmişdir ki, Fəridə vermiş olduğu pullarla bağlı polisə məlumat versinlər. Bundan sonra Səbail RPİ-nə gedərək başına gələnlər barədə məlumat vermiş, sonra üzərində 3.500 manat pul olduğunu, həmin pulu Fəridlə görüşüb vermək istədiyini və bu zaman onun polis əməkdaşları tərəfindən tutulmasını istədiyini bildirmişdir. Həmin gün yəni, xx xxxxxxx 2017-ci ildə Fəridlə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazarstore» mağazasının qarşısında görüşüb pulu Fəridə verdikdə, sonuncu polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Talib qızı ifadəsində göstərdi ki, Bakı şəhəri 175 saylı tam orta məktəbi bitirmişdir. İstifadəsində ***-***-**-** nömrəsi vardır. Əvvəllər isə istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Bundan başqa onun istifadəsində ***-***-**-** nömrəsi olmuş, lakin həmin nömrədən hazırda istifadə etmir. Bakı şəhəri Yasamal rayonu, A.Şaiq küçəsi 207-də qeydiyyatda olsa da, faktiki ailəsi ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində həyət evində yaşayır. Həmin həyəti atasıgilin evi plana düşüb söküləndən sonra alınmışdır. Onlarda orada özləri üçün ev tikib yaşamışlar. Təqsirləndirilən şəxs1 oxuduğu məktəbdən tanıyır. Sonuncu onunla paralel sinifdə təhsil almışdır. Oxuduğu müddətdə Fərid ona sevgisini bildirmiş və 11-ci sinifdə oxuyarkən onlar bir-birini istəmişlər. Məktəbi bitirəndən sonra da münasibətləri davam etmişdir. Fəridin istifadəsində ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. Bir müddət sonra Fəridlə araları dəymiş və onlar küsülü olmuşlar. 2009-cu ilin sentyabr ayında X11 ilə ailə qurmuş və onlar Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayonda kirayə ev tutub yaşamağa başlamışlar. Ailə qurandan bir neçə il sonra Fərid onu atasının ögəy xalasının nəvəsi Şahid3 vasitəsilə axtarmağa başlamışdır. Sonuncu Fəridin onunla danışmaq istədiyini demişdir. Günaya anasıgilə gələndə əlaqə saxlayacağını Fəridə çatdırmasının xahiş etmişdir. Anasıgilə gəlib Fəridə zəng vurub danışandan sonra, sonuncunun yaşadığı evinə gedib onunla görüşmüşdür. Sonradan da bir neçə dəfə Fəridlə onun avtomobilində görüşmüşdür. Bundan bir neçə il öncə Fərid xatırlamadığı nömrədən ona zəng vurub bir nəfərdən şantaj yolu ilə pul almaq istədiyini, bunun üçün ona bir nəfər qız lazım olduğunu, sonuncu kafedə həmin şəxslə görüşdüyü zaman, qızın əri kimi gəlib onların şəklini çəkəcəyini, aldığı puldan qıza da pul verəcəyini bildirmişdir. Ancaq hansı məbləğdə pul alacağını və qıza nə qədər pul verəcəyini ona deməmişdir. Fərid ona həmin qız rolunu oynamağı təklif etmiş, lakin o, qorxub buna razılıq verməmişdir. Bundan sonra Fərid ona təklifi barədə Günaya deməsini xahiş etmişdir. Fəridə Günayın da bu cür təkliflə razılaşmayacağını bildirmişdir. Bu söhbətdən sonra anasıgilin həyətində elə həmin gün Günayla rastlaşmış və Fəridin təklifini ona bildirmişdir. Günay da da belə bir işə razılıq verə bilməyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Günayla görüşən zaman sonuncu, ona bir yerdə işlədiyi rəfiqəsinə Fəridin təklifi barədə bildirdiyini, həmin qızın gülərək Fəridin təklifi ilə razılaşdığını bildirmişdir. Lakin sonradan onların necə görüşmələri, həmin qızın Fəridlə necə əlaqə saxladığı barədə məlumatı olmamışdır. Həmçinin Fəridin qurduğu ssenari əsasında iş görüb-görmədiklərini bilməmişdir. Təxminən bir il qabaq Fəridlə əlaqə saxlamaq istəmiş, lakin onun mobil telefonuna zəng çatmamışdır. Sonradan Fərid özü onunla əlaqə saxlamışdır. Bu zaman Fəridin həbsdə olduğunu bilmişdir. Fəriddən nə səbəbə həbs olunduğunu soruşduqda sonuncu ona adam döydüyünə və bank işi ilə bağlı tutulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 atasının xalası nəvəsi Şahid4 Talib qızının vasitəsi ilə tanımışdır. Münasibətləri normaldır. Təqsirləndirilən şəxs5 ilə Kamal Abdullayev adına Uruloji mərkəzində bir yerdə işləmişdir. Həmin mərkəzdə 2013-cü ildən tibb bacısı kimi işləmişdir. 2006-cı ildə ailə qurmuş və 2012-ci ildə boşanmışdır. Övladı və valideynləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 11 saylı evin 17-ci mənzilində yaşayır. İstifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli vardır. Bakı şəhəri Yasamal rayonu 60 saylı tam orta məktəbdə təhsil almışdır. Qohumu Aydan isə Fəridlə bir məktəbdə oxumuşdur. Aydan ailə qurandan sonra onun mobil telefon nömrəsini Fəridə vermiş və anasıgilə gələndə onun telefonu ilə Fəridlə danışmışdır. Fəridi bir neçə dəfə də yaşadıqları məhləyə gəlib-gedəndə görmüşdür. Sonuncu ilə bir neçə dəfə onun mobil telefonuna zəng etmiş, salamlaşandan sonra Aydanı telefona çağırmış və onlar telefonda danışmışlar. Bir neçə il öncə Aydan söhbət zamanı ona tanışı Fəridin bir nəfər şəxsdən şantay yolu ilə pul almaq istədiyini, bunun üçün ona bir nəfər qız lazım olduğunu, sonuncu kafedə həmin şəxslə görüşdüyü zaman, qızın əri kimi gəlib onların şəklini çəkəcəyini, aldığı puldan qıza da pul verəcəyini bildirmişdir. Aydana belə bir işə qol qoya bilməyəcəyini bildirmişdir. Səhərisi günü işdə olarkən söhbət zamanı Aydanın dedikləri barədə Yaquta danışmış, sonuncu razılaşıb həmin işi görə biləcəyini bildirmişdir. Odur ki, Aydana zəng vurub iş yoldaşı Yaqutun həmin rolu oynamaq istədiyini bildirmişdir. Aydan da bu bərədə Fəridə demişdir. Bundan sonra Fəridlə əlaqə saxlamış və bu zaman sonuncu onu və Yaqutu Sovetskidə yerləşən «Favorit» marketlə üzbəüz binada yerləşən kirayə qaldığı mənzilə dəvət etmişdir. Yaqutla birlikdə deyilən ünvan getmişdir. Həmin vaxt mənzildə Təqsirləndirilən şəxs3 da olmuşdur. Yaqut Fəriddən işinin nədən ibarət olacağını soruşduqda sonuncu, onun bir nəfər deyəcəyi şəxslə tanış olacağını, həmin şəxsi kafeyə dəvət etməli olduğunu, çörək yedikləri vaxt gəlib onu ərinə xəyanət edən qadın rolunda həmin şəxslə tutacağını, həmin şəxsi döyüb ondan pul alacağını və aldığı puldan onların hər ikisinə hörmət edəcəyini bildirmişdir. Fərid alacağı məbləği və onları nə qədər pul verəcəyi barədə heç nə deməmişdir. Fəridin «vuracaq, döyəcək» sözlərini eşidib Yaquta «dur, çıxaq gedək» demiş, lakin sonuncu ona: «gözlə görək, bu nə danışır»-deyib Fəridə qulaq asmaqda davam etmişdir. Yaquta bir də: «dur çıxaq gedək, bu nağıl danışır, ssenari qurur» deyəndən sonra gödəkcəsini götürmüşdür. Yaqut isə etiraz edərək onunla getməmişdir. Bundan sonra Aydana Fəridin əməlli-başlı ssenari qurduğunu, bunu biləndən sonra oradan çıxıb getdiyini, Yaqut isə orada qaldığını bildirmişdir. Aydan isə ona heç bir söz deməmişdir. Səhəri gün işdə Yaqutdan nə səbəbə onunla birlikdə çıxıb getmədiyini soruşduqda sonuncu ona boş-boş danışdığına görə Fəridlə razılaşmadığını bildirmişdir. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. Bir müddət sonra Fərid ona zəng vurub polisə düşdüyünü, Yaqutla işi olduğunu bildirib, ondan sonuncunun telefon nömrəsini istəmişdir. Fəridə Yaqutun işdən çıxdığını, onunla heç bir əlaqəsinin olmadığını bildirib, sonuncunun telefonunu verməmişdir. Daha sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı Taksi Xidmətində sürücü işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. xx xxxxxxx 2017-ci ildə günorta saatlarında Yasamal rayonu Nizami melrostansiyasının yaxınlığında dayanıb müştəri gözləyərkən iki nəfər tanımadığı şəxs avtomobilinə yaxınlaşıb, onları Səbail rayonu Badamdar qəsəbəsinə aparmalarının xahiş etmişdir. Sonuncuları idarə etdiyi Bakı Taksi Xidmətinin mülkiyyətində olan **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dedikləri ünvana aparıb düşürəndən sonra şəxsi işlərinin arxası ilə getmişdir. Həmin şəxslərin nə səbəbə qeyd olunan ünvana getmələrindən məlumatı olmamışdır. Sonradan polis idarəsinə dəvət edildikdə məsələdən xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, şəxsi sürücü işləyir. Təqsirləndirilən şəxs1 çoxdan tanıyır. Digər təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs4 isə Fəridə görə tanımışdır. Onların hər ikisi ilə münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs əvvəllər bir dəfə görmüşdür. Bir neçə il əvvəl Fəridə 1.000 manat borca pul vermiş, lakin şərtləşdikləri müddət başa çatsa da, sonuncu borcunu qaytarmamışdır. Pulunu tələb etdikdə Fərid ona Fərman adında bir nəfərin ona kredit düzəldəcəyinə söz verdiyini və krediti alan kimi də borcunu qaytaracağını bildirmişdir. Söhbət əsnasında Fərid lazımdırsa ona da kredit almaqda köməklik edə biləcəyini deyib, həmin həmin kredit düzəldən şəxslə onu görüşdürə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 Mahmudov da onların yanında olmuşdur. Fərid və Təqsirləndirilən şəxs4lə birlikdə avtomobili ilə Elmlər Akademiyası metrostansiyasının yanından Fərmanı götürüb kreditlə bağlı söhbət etməkdən ötrü Yasamal rayonu ərazisində yerləşən 175 saylı orta məktəbin həyətinə gəlmişlər. Fərman Fəridə qısa müddətə kredit verəcəyini dedikdən sonra, Fərmandan kredit almaqda ona da köməklik göstərməsini xahiş etmişdir. Sonuncu yaxın zamanda ona da kredit verəcəyini bildirmişdir. Bundan sonra onlardan aralanıb işlərinin dalınca getmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Axundova Könül Vaqif qızı onun bacısıdır. Bacısı könül ünvan 7 mənzil 1 ünvanda kirayə yaşayır. Bacısı Könül Türkiyə Respublikasına gedəndə mənzilin açarlarını ona verir ki, günlük kirayə istəyən olsa versin. Təxminən iki il bundan qabaq Cavid adlı tanışı ona zəng vurub xalası oğlu Fərid üçün bir neçə günlük mənzil lazım olduğunu demiş, o da razılaşmışdır. Bundan sonra Fərid onun yanına gələrək Könülün kirayə yaşadığı mənzili bir neçə günlük kirayə götürmüşdür. Bir müddətdən sonra polisdən ona məlumat verilmişdir ki, Fərid evi kirayə götürəndən sonra, orada kiməsə hədə-qorxu gələrək pul tələb etmişdir. Həmin vaxta qədər onun bu məsələlərdən xəbəri olmamışdır. İşin 1-ci cildinin 28-29-cu vərəqələrindəki şəxsi axtarış və götürmə haqqında xx xxxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2016-2017-ci illər ərzində Təqsirləndirilən şəxs1 ondan hədə-qorxu ilə pul tələb etməsinə dair müraciəti əsasında Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən pul verildikdən sonra Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis idarəsinə aparılmış və üzərindən Zərərçəkmiş şəxs aldığı 3.500 manat pul aşkar edilərək götürülmüşdür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 49-cu vərəqəsindəki qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3.500 manat pul maddi sübut kimi tanınmış və həmin pul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşin 4-cü cildinin 227-229, 232-239-cu vərəqələrindəki tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 22-23-cü vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2017-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 3-cü cildinin 132-134-cü vərəqələrindəki Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarından görünür ki, xx xxxx 2018-ci ildə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İşin 3-cü cildinin 179-cu vərəqəsindəki qərardan görünür ki, xx xxxxxx 2018-ci ildə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 4-cü cildinin 254-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 axtarışda olduğundan xx xxxxx 2019-cu ildə tutulmuşdur. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək həbsdə olmuş, xx xxxxx 2019-cu ildən həbsdə saxlanılır İşin 4-cü cildinin 25-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 4-cü cildinin 38-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 4-cü cildinin 52-ci vərəqəsindəki protokoldan görünür ki, Mahmudov Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 4-cü cildinin 158-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 axtarışda olduğundan xx xxxx 2019-cu ildə tutulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 182.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 CM-nin 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar, «AGBank» və «xxxx» ASC-dən götürülmüş sənədlər və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və birbirini tamamlayan sübutları isə mötəbər hesab edir. Təqsirləndirilən şəxs5 məhkəmədə özünü təqsirli bilməsə də, ifadə verərkən faktiki olaraq törətdiyi cinayəti etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 182.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 əməlləri CM-nin 182.3.2-ci maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2017-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Mahmudov Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3.500 manat pulun Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 288 (iki yüz səksən səkkiz) manat 16 (on altı) qəpik pulun 57 (əlli yeddi) manat 64 (altmış dörd) qəpiyi Təqsirləndirilən şəxs1, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs3, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Mahmudov Təqsirləndirilən şəxs4, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs2, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs5 dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mahmudov Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mahmudov Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Mahmudov Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3.500 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 288 (iki yüz səksən səkkiz) manat 16 (on altı) qəpik pulun 57 (əlli yeddi) manat 64 (altmış dörd) qəpiyi Təqsirləndirilən şəxs1, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs3, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Mahmudov Təqsirləndirilən şəxs4, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs2, 57 (əlli yeddi) manat 63 (altmış üç) qəpiyi Təqsirləndirilən şəxs5 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar