Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-660/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 660/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxx 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1987-ci ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmünə əsasən CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxx 2014cü il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilnib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3 il 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Füzuli rayonunun Qacar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın nömrəsiz yaşayış sahəsindən özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə xx xxx 2020-ci il tarixdə, saat 02 radələrində müəyyən edilməyən predmetlə mənzilin küçəyə açılan pəncərisini açmaqla tanışı Təqsirləndirilən şəxs2la birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq şkafın içərisindən 350 manat dəyərində bir ədəd brilliant təkqaşlı qadın üzüyünü, ümumi dəyəri 750 manat olan iki ədəd xalçanı, ümumi dəyəri 200 manat olan altı ədəd stəkanı və bir dəst (komplekt halda) boqema xrustallarını, paltonun cibindən ümumilikdə 600 manat nağd pulu, ümumi dəyəri 200 manat olan dörd ədəd yataq dəstini, ümumi dəyəri 200 manat olan dörd ədəd yataq üzlüyünü, 50 manat dəyərində bir ədəd qısaqol qadın paltarını, ümumi dəyəri 200 manat olan 2 ədəd uzunqol qadın köynəyini, ümumi dəyəri 200 manat olan iki ədəd qadın şalvarını, 200 manat dəyərində bir ədəd qara rəngli gödəkçəni, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2950 manat dəyərində özgə əmlakını tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslərlə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, naməlum vaxtda və şəraitdə digər şəxsin göstərişi ilə satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə qeyrisi ilə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 227,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nikolay Baybakov küçəsinə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 həmin gün, saat 23:15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 227,012 qram çəkidə narkotik vasitə heroin sağ əlində saxladığı bir ədəd polietilen bağlamada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın nömrəsiz yaşayış sahəsindən özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə xx xxx 2020-ci il tarixdə saat 02 radələrində müəyyən edilməyən predmetlə mənzilin küçəyə açılan pəncərisini açmaqla tanışı Nicat Kərimovla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq şkafın içərisindən 350 manat dəyərində bir ədəd brilliant təkqaşlı qadın üzüyünü, ümumi dəyəri 750 manat olan iki ədəd xalçanı, ümumi dəyəri 200 manat olan altı ədəd stəkanı və bir dəst (komplekt halda) boqema xrustallarını, paltonun cibindən ümumilikdə 600 manat nağd pulu, ümumi dəyəri 200 manat olan dörd ədəd yataq dəstini, ümumi dəyəri 200 manat olan dörd ədəd yataq üzlüyünü, 50 manat dəyərində bir ədəd qısaqol qadın paltarını, ümumi dəyəri 200 manat olan 2 ədəd uzunqol qadın köynəyini, ümumi dəyəri 200 manat olan iki ədəd qadın şalvarını, 200 manat dəyərində bir ədəd qara rəngli gödəkçəni, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2950 manat dəyərində özgə əmlakını tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 0,493 qram psixotrop maddə metamfetamini məlum olmayan mənbədən, naməlum şəraitdə və vaxtda əldə edib bir ədəd kağız bükümdə saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün, saat 18:05-də yaşadığı ünvan 1 ünvanında yerləşən yataqxananın qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıdığı təmiz çəkisi 0,493 qram psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın cibindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təxminən 2 ildir narkotik vasitə heroin istifadə edir. Hazırki hadisədən 7-8 ay əvvəl narkotik vasitələrin asılılığından qutarmaq üçün müalicə olunmağa başlamış, müalicəsi qurtardıqdan sonra təxminən 2 ay narkotik vasitə istifadə etməmişdir. 2 ay sonra təsadüfən Cavid adlı şəxslə qarşılaşaraq ondan narkotik vasitə verməsini istəmiş, Cavid özünün elə işlərlə məşğul olmadığını bildirərək bir tanışından narkotik vasitə ala biləcəyini demiş və ona “Seymur” adlı şəxsin telefon nömrəsini vermişdir. Seymura zəng edib ondan öz istifadəsi üçün bir büküm narkotik vasitə almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 23:15-də ünvan 4 ünvanın qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq ondan kim olduğunu soruşmuşlar. O,özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib BNMİ-nin əməkdaları olduqlarını bildirib onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat olduğunu deyərək onu BNMİ-nə dəvət etmişlər. O da ifşa oldunduğunu bilib etiiraz etmədən birlikdə BNMİ-nə gəlmişdir. Orada üzərinə şəxsi axtarış aparılacağını bildirilmiş, o da razılaşmışdır. İilkin olaraq ona üzərində olan əşyaları təqdim etməyi təjklif olunmuş, o da üzərində olan bir büküm narkotik vasitəni təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərək mobil telefonu və 20 manat pul aşkar edilmişdir. Həmin bükümün içərisində nə olması soruşulanda onların içərisində narkotik vasitə heroin olduğunu, onları Cavid adlı şəxsin vasitəsi ilə Seymur adlı şəxsən aldığını bildirmişdir. Bunda sonra həmin büküm çəkilib qalaşdılaraq götürülmüş, telefonu da götürülsə də, pul özünə qaytarılmışdır. daha sonra bu barədə protokol tərtib olunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. xx xxx 2020-ci il tarixdə gecə saat 02 radələrində özü tək qonşuları Zərərçəkmiş şəxs evinə gedərək əlində olan alətlə evin pəncərisini açıb ora daxil olaraq evdən xalça, suvenir, xrustal qablar və paltarlar götürüb sellofan torbalara yığaraq çıxmışdır. Oğurladığı əşyalardan bir ədəd xalçanı Nicat Həsnova hədiyyə olaraq vermiş, qalan hissəsini isə özü götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır narkotik vasitə metamfetamindən istifadə edir. Narkotik vasitələri Bakı şəhəri Sabunçu rayonu və Bakı şəhəri Surxanı rayonu ərazisində tanımadığı şəxslərdən alır. xx.xx.2020-ci il tarixdə axşam saat 03 radələrində yaşadığım evin çardaq hissəsində quşları saxladığı yerdə olan zaman tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu soruşmuş, o da evin çardaq hissəsində quşları saxladığı yerdə olduğunu bildirmişdir. Bunan bir qədər sonra Təqsirləndirilən şəxs1 əlində bir ədəd xalça onun yanına gələrək xalçanı yerə atmış, bir qədər söhbət etdikdən sonra ayrılmışlar, xalça orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə narkotik vasitələr istifadə etdiyinə görə saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop madə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra ona guya qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etməyi barədə məlumat verilmişdir. Bir daha bildirir ki, həmin evdən oğurluq etməmişdir. Damda saxladığı xalçanı Təqsirləndirilən şəxs1 vermişdir. Oğurluq hadisəsindən və həmin xalçanın oğurluq olmasından məlumatı olmamışdır İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yaşayır. xx xxx 2020-ci il tarixdə qızı X2 ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki evinə qonaq gedib xx xxx 2020-ci il tarixədək orada qalmışdır. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində özünün yaşadığı evə gəlmişdir. Qapını açıb içəriyə daxil olanda evin dağınıq vəziyyətdə olduğunun şahidi olmuşdur. Baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və evin içərisinə baxış keçirmişlər. Baxış keçirilən zaman orada ümumilikdə 2000 manat məbləğində əmlakının oğurlandığı barədə şifahi məlumat vermiş və bu barədə ərizə yazıb izahat vermişdir. İlkin olaraq evə baxan zaman evin içərisində olan servantın (şkafın) içərisindən 350 (üç yüz əlli) manata aldığı bir ədəd biriliant təkqaşlı qadın üzüyünün, hər birini 400 (dörd yüz) manata aldığı ümumi dəyəri 800 (səkkiz yüz) manat olan 2 ədəd xalçanın, ümumi dəyəri 400 (dörd yüz) manat təşkil edən xrustal qabların və s. əşyaların oğurlandığının müəyyən etmişdir. Polis Bölməsində izahat verib yaşadığı evə qayıdan zaman evi səliqəyə salanda evdən əlavə əşyalarının olmadığının şahidi olmuşdur. Belə ki, yaşadığı evin içərisində olan servantın (şkafın) içərisindən 350 (üç yüz əlli) manata aldığı bir ədəd biriliant təkqaşlı qadın üzüyünün, hər birini 400 (dörd yüz) manata aldığı ümumi dəyəri 800 (səkkiz yüz) manat olan 2 ədəd naxışlı xalçaların, 2 ədəd hər birini 100 (yüz) manata aldığı ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən 6 ədəd stəkanları və bir ədəd su qabı olan dəst (komplekt halda) boqema xrustallarını, evin içərisində olan paltonun cibində saxladığı ümumilikdə 600 (altı yüz) manat nağd pulun, hər birini 50 manatdan olmaqla 4 ədəd üzərində gül işləmələri olan ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən yataq dəstlərinin, hər birinin qiyməti 50 (əlli) manatdan olmaqla 4 ədəd ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən yataq üzlüklərinin, bir ədəd 50 manata aldığı qısaqol, qara rəngli, qadın paltarının, 2 ədəd hər birini 100 (yüz) manata aldığı ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən uzunqol qadın köynəklərin, 2 ədəd hər birini 100 (yüz) manata aldığı ümumilikdə 200 (iki yüz) manat təşkil edən bir ədəd göy və bir ədəd qara rəngli qadın şalvarının, 200 (iki yüz) manata aldığı bir ədəd qara rəngli gödəkcənin oğurladığının şahidi olmuş, beləliklə ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, həmin əşyalar qonşuların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış, həmin əşyaların hər biri ona məxsus olmuş və hamısını özü almışdır. Hazırda ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2 və Şahid3 daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanının yaxınlığında olması müəyyən edildiyindən həmin tarixdə qeyd olunan ünvana getmişlər. Saat 23:15-də Təqsirləndirilən şəxs1 yaxınlaşaraq xidməti vəsiqələrinizi göstərərək polis əməkdaşı olduqlarını demiş, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BNMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişdir. Orada Təqsirləndirilən şəxs1 video çəkilişlə üstünə şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd kağız torbanı təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu demiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heronin aşkar edilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd mobil telefon və pul aşkar edilmiş, həmin büküm qablaşdırılaraq götürülmüş, həmçinin iç üçün əhəmiyyət kəsb edən mobil telefon da götürülmüş, pul isə Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin gün Abşeron rayonu, Müşfiq qəsəbəsindən tanışı Cavidin vasitəsilə Seymur adlı şəxsin dediyi yerdən götürdüyünü, bunun müqabilində ona 270 manat göndərdiyini, qalan 2250 manat pulu isə sonradan göndərəcəyini, 2 ildir narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunşu RPİ-nin 13-cü PB-in sahə rəisi vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə “Nicat” adlı şəxsin mütəmadi olaraq dövriyyəsi qadağan edilmiş narkotik vasitələr əldə etməsi, saxlaması, qəbulu və oğurluq cinayətini törətməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa bölmənin əməliyyat müvəkkili Şahid5 də daxil olmuşdur. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduğundan qeyd olunan yerə getmişlər. Saat 18:05-də Təqsirləndirilən şəxs2 sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib birlikdə 13 PB-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 da onlarla birlikdə 13 PB-nin inzibati binasına gəlmişdir. PB-də Təqsirləndirilən şəxs2 üstünə video çəkilişlə şəxsi axtarış aparılacağını bildirilmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs2 üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ kağıza bükülmüş formada olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyub həmin maddələrin psixotrop maddə şüşə (metamfetamin) olduğunu deyərək xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristal formalı kütlələrin olması müşahidə edilmişdir. Həmin büküm ağ rəngli zərfə qoyulub qablaşdılaraq götürülmüş, həmin zərfin üzəri şəxsi axtarışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmış, daha sonra bu barədə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 28-30-cu vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı bir ədəd kağız torbada, həmin torbadakı sellofan paketin içərisindən külli miqdarda narkotik vasitə aşkar edildiyindən götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 149-153-cü vərqlərində olan xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, naməlum şəxs və ya şəxslər ünvan 1 ünvanında yerləşən, Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz olaraq daxil olmaqla oradan oğurluq cinayətini törətmişlər. Cinayət işinin 1-ci cildinin 189-190-cı vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanının qarşısında saxlanılaraq Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisindən psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Cinayəyət işinin 1-ci cildinin 201-ci vərəqində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 qonşusu Zərərçəkmiş şəxs məxsus olan evdən oğurladığı bir ədəd xalçanı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 38-42-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən....» və s. yazılar, imzalar (04 imza) olan kağız paketdəki 01 ədəd polietilen bağlamada təmiz çəkisi 227,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 1-ci cildinin 203-207-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1278 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “H.Nicat” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,493 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 2-ci cildinin 99-101-ci vərəqlərində olan ambulator məhkəmə-psixatrik ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1498 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 103-106-cı vərəqlərində olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3089 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilən 150x220 sm ölçüdə xalçanın, 2020-ci ilin may ayına, republikadaxili orta bazar qiyməti təxminən 350,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 107-108-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 173-174-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3216 nömrəli rəyindən görünür ki, X3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 175-190-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 226,912 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 0,443 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd xalça maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 40-42-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq epizodu üzrə məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaqda göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə tanışı Nicat Həsnovla yaşadığı binanın damında oturub söhbət edən zaman qonşuları Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edib evdən oğurluq etmələrini təklif etmiş, Təqsirləndirilən şəxs2 onunla razılaşmış və xx xxx 2020-ci il tarixdə, gecə saat 02 radələrində birlikdə Zərərçəkmiş şəxs evinə getmişlər. Həmin vaxt əlində olan alətlə evin pəncərisini açmış və Təqsirləndirilən şəxs2 evin pəncərəsinin yanında gözləmişdir. Evin içərisindən qiymətli əşya, həmçinin qızıl-ziynət əşyaları axtarmasına baxmayaraq qiymətli əşya və ya pul tapa bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evin içərisinə dəvət etmiş, sonuncu evin içərisinə daxil olduqdan sonra xalça, suvenir, xrustal qablar və paltarlar götürüb sellofan torbalara yığaraq oradan çıxmışlar. Oğurladıqları əşyaların bir hissəsini Təqsirləndirilən şəxs2 özü ilə birikdə aparmış, qalan hissəsini isə özü götürmüşdür. Təqsirləndirilən şəxs1 bu ifadəsi, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə digər sənədlərlə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni və qeyd olunan sənədləri ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 ifadəsi digər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə, eləcə də istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğuna məhkəmə həmin ifadəni ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə eləcə də Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini tək törətməsi barədə olan ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəm hesab edir ki, o, Təqsirləndirilən şəxs2 və özünün məsuliyyətini yüngülləşdirmək məqsədi ilə bu cür ifadə verir ki, onun bu ifadəsi də hökmün təsviri-əsaslandırıcı hissəsində şəh edilən sübutların məcmusu ilə təkzib olunur. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan zərərçəkmiş şəxs və şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 0,15 qram pxisotrop maddə olan metafetamin şəxsi istehlak miqdarından artıq hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələridə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 24, 80-84-cü vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 229-231-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 125-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 120-123-cü vərəqlərində olan arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2005, xx.xx.2007 və xx.xx.2018-ci il təvəllüdlü 3 nəfər azyaşlı uşağı var, Xocavənd rayonu, Qaradağlı kəndindən məcburi köçkün kimi ünvan 8 ünvanında yerləşən maşınqayırma texnikomunun yataqxanasında məskunlaşmışdır və yaşadığı müddət ərzində sakit təbiətli insan kimi tanınır, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin 2- cildinin 84-98-ci vərəqlərində olan hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmünə əsasən CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilnib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3 il 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 79-81-ci vərəqlərində olan tələbnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 şərti cəza müddəti bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında müəyyən edilmişdir k, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.” Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl üzrə məhkumluğu ödənilsə də, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmünə əsasən məhkum olunduğu əməllər üzrə CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi vardır və ona cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci madəsinə əsasən cəzasını ağirlaşdıran haldır. Himayəsində üç nəfər azyaşlı uşağın olması, əməlindən səmimi peşman olması və əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində vurulmuş maddi ziyanının ödənilməməsini, təqsirlənedirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, mülki iddia vermədiyindən Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 298 (iki yüz doxsan səkkiz) manatın 149 (bir yüz qırx doqquz) manatı Təqsirləndirilən şəxs1 149 (bir yüz qırx doqquz) manatı Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 226,912 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 0,443 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabat arayışlardan görünür ki, onlar təqsirləndirilən şəxslərin müdafiəsi ilə əlaqədar 40 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddələri ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 298 (iki yüz doxsan səkkiz) manatın 149 (bir yüz qırx doqquz) manatı Təqsirləndirilən şəxs1, 149 (bir yüz qırx doqquz) manatı Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 226,912 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 0,443 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinəödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-660/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-660/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver