Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şatış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək əldə edib üzərində daşıyaraq dostu Şahid1 yaşadığı ünvan 2, mənzil 10 ünvanına qonaq qismində gələrkən gətirib, orada qonaq otağında yerləşdirilmiş masanın üzərinə pul kisəsinin içərisində kiçik ölçülü sellofan paketdə qoymuş, xx xxxxxxx 2020-ci il tarixdə saat 21:45 dəqiqədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq 34-cü Polis Şöbəsinə gətirilmiş, orada şəxsi axtarışı keçirilərkən dostu Şahid1 yaşadığı ünvan 2, mənzil 10 ünvanında narkotik vasitə saxladığını bildirmiş, bundan sonra həmin mənzilə baxış keçirilərkən qonaq otağında yerləşdirilmiş masanın üzərində bir ədəd markasız, arxasında 200g/0.01g yazısı olan elektron tərəzi, həmçinin orada olan bir ədəd qara rəngli pul kisəsinin içərisindən kiçik ölçülü sellofan paketdə 08 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,484 qram, 0,224 qram, 0,407 qram, 0,305 qram, 0,374 qram, 0,246 qram, 0,375 qram və 0,332 qram, ümumi çəkiləri isə külli miqdarda - 2,747 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkilləri 0,414 qram və 0,477 qram, ümumi çəkiləri isə 0,891 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 3,035 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşamış, heç yerdə işləməmiş, narkotik vasitələrin istifadəçisi olmuşdur. Təxminən 01-xx xxxxxxx 2020-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində narkotik vasitələrin satışı elanı səhifəsini görmüşdür. Orada qeyd edilmiş hazırda xatırlamadığı mobil nömrəyə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng etmiş, zənginə tanımadığı şəxs cavab vermişdir. O, özünü təqdim etməyən həmin şəxsə 10-15 büküm “kakos” adlanan narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs ona istədiyi bükümlərin dəyərinin 150 manat olduğunu söyləmiş, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsi ilə hazırda xatırlamadığı hesab nömrəsi göndərərək “hesab nömrəsinə elektron qaydada pul köçür, daha sonra sənə narkotik vasitənin qoyulduğu yeri əks etdirən fotoşəkil və elektron xəritədə yer göndəriləcəkdir” deyə bildirmişdir. O, həmin şəxsin dediyi kimi hazırda xatırlamadığı mağazaların birindən “Milli ön” portalı vasitəsi ilə verilmiş hesab nömrəsinə 150 manat pul köçürmüşdür. Bir neçə dəqiqə sonra onun mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsi foto şəkil və elektron xəritədə yer göndərilmişdir. Məlum olmuşdur ki, artıq onun üçün 7-ci mikrorayon ərazisində hazırda xatırlamadığı küçədə olan ağacın altında narkotik vasitə qoyulmuşdur. O, dərhal həmin yerə gedərək yeri müəyyən edib orada qoyulmuş bir bükümdə narkotik vasitə olan heroini, iki bükümdə “şüşə” adlanan metamfemini və bir bükümdə tiryəki götürmüşdür. Həmin bükümləri üzərində olan özünə məxsus pul kisəsinin içərisinə qoymuş və yaşadığı evə getmişdir. Həmin bir bükümdəki heroini evdə özünə məxsus olan elektron tərəzidən istifadə etməklə bir neçə hissəyə bölmüş və bir hissəsini istifadə etmişdir. O, həmin tərəzini xeyli əvvəl almış, istifadə etdiyi narkotik vasitənin dozasını bilmək üçün həmin tərəzidən istifadə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən gəzmək məqsədi ilə çıxıb piyada metronun “Əhmədli” stansiyasının yaxınlığına getmişdir. Aldığı narkotik vasitələr və elektron tərəzi həmin vaxt üzərindəki pul kisəsinin içərisində olmuşdur. Orada yolun kənarında dayandığı zaman əvvəllər bir məhəllədə yaşadığı Şahid1 görmüşdür. Salehlə söhbət edərkən sonuncu onu yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən evinə qonaq kimi dəvət etmiş, o da razılaşaraq Salehlə birlikdə onun evinə getmişdir. Saleh də onun kimi narkotik vasitə istifadəçisidir. Salehin mənzilində olarkən o, pul kisəsindəki heroinin iki bükümünü götürüb sanitar qovşağına getmiş və orada həmin narkotik vasitəni qaynadıb özü ilə gətirdiyi şprislərə doldurmuşdur. Bundan sonra qonaq otağında əyləşmiş Salehin yanına gedərək şprisin birini ona vermiş, digər şprisi isə özü götürmüş və onlar birlikdə həmin narkotik vasitəni qəbul etmişlər. Bundan sonra, onlar həmin gün saat 21 radələrində hava almaq üçün birlikdə küçəyə binanın qarşısına çıxmışlar. Mənzildən çıxamamışdan qabaq o, içərisində heroin olan 08 ədəd bükümü, içərisində metamfetamin olan 02 ədəd bükümü və içərisində tiryək olan 01 ədəd bükümü qonaq otağında yerləşdirilmiş masanın üzərində qoymuşdur. Həmçinin pul kisəsinin içərisindən elektron tərəzini çıxarıb pul kisəsinin üstünə qoymuşdur. Binanın qarşısında olarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. O, polis əməkdaşlarını görən kimi onlardan yaxa qurtarmaq üçün qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt Saleh yerdən şüşə parçası götürüb özünün üz və boğaz nahiyələrinə bir neçə xəsarət yetirmişdir. Lakin polis əməkdaşları onu saxlayıb ilkin tibbi yardım göstərmişlər və sonra onları 34-cü Polis Şöbəsinə aparmışlar. Orada onlara hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl ondan üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmiş, o isə üzərində heç bir qanunsuz əşya olmadığıneı bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. O, verilmiş sualları cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu, həmin gün Salehin yaşadığı ünvan 2, mənzil 10 ünvanında sonuncu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, həmçinin həmin mənzildə hazırda narkotik vasitə olduğunu etiraf etmişdir. Saleh mənzilinə baxış keçirilməsinə icazə vermiş və bundan sonra polis əməkdaşları, vəkillər, o və Saleh birlikdə baxış keçirilməsi ilə əlaqədar həmin mənzilə gedərək videoçəkilişdən istifadə edilməklə mənzilə daxil olmuşlar. İlk olaraq qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı onlardan narkotik vasitənin harada olması soruşulmuş, o da həmin otaqdakı masanın üzərində olan özünə məxsus qara rəngli pul kisəsini göstərərək qalıq qalmış narkotik vasitənin həmin pul kisəsinin içərisində olduğunu bildirmişdir. Polis əməkdaşları pul kisəsinin üzərində olan bir ədəd elektron tərəzini götürərək həmin tərəzinin nə üçün istifadə edildiyini soruşmuş, o da narkotik vasitənin miqdarını müəyyən etmək üçün həmin elektron tərəzidə çəkdiyini bildirmişdir. Daha sonra pul kisəsi polis əməkdaşı tərəfindən açılmış və içərisindən kiçik sellofan paketdə çoxlu sayda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin nə olması soruşulduqda, o, həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ondan narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda onları “Milli ön” portalı vasitəsi ilə ödəniş etməklə əldə etdiyini bildirmişdir. Həmin bükümlər masanın üzərinə düzüldükdən sonra şəffaf rəngli, içərisində qəhvəyi rəngli maddə olan sellofan bükümü göstərərək “kakos” olduğunu bildirmiş, polis əməkdaşı tərəfindən həmin bükümlər sayıldıqda səkkiz ədəd olması müəyyən edilmişdir. Daha sonra orada olan iki ədəd şəffaf rəngli və içərisində ağ rəngli maddə olan sellofan bükümdə “şüşə” olduğunu, bir ədəd şəffaf rəngli və içərisində tünd qəhvəyi rəngli maddə olan sellofan bükümdə isə “tiryək” olduğunu bildirmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən orada olan elektron tərəzidə çəkdikdən sonra götürülmüş və bir ədəd zərfdə qablaşdırılmışdır. Axtarış zamanı mənzildən başqa dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. O, həmin narkotik vasitələri öz pulu ilə almış, Salehin bundan xəbəri olmamışdır. Əldə etdiyi narkotik vasitələri istifadə edərkən dozanı bilmək üçün yaşadığı evdə elektron tərəzidən istifadə etməklə müxtəlif hissələrə ayırmışdır. Şahid1la birlikdə istifadə etdiyi şprisləri küçədə olarkən tullamışlar. Onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan smslərdəki narkotik vasitələrin satışı ilə bağlı hallara işarə edən yazışmaları xatırlamır və bu barədə heç bir şey bildirə bilməz. Narkotik vasitələri bir qayda olaraq özünün şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən ailəsinin ağır maddi vəziyyətdə olmasının, əvvəllər məhkum olunmamasının, İİİ qrup əlil olmasının nəzərə alınaraq barəsində humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli ilə bağlı faktiki etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 mənzil 19 ünvanında qeydiyyatda olmaqla ünvan 2, mənzil 10 ünvanında rvadı X3 ilə birlikdə kirayə yaşayır. Dərnəgül şossesi yaxınlığında yerləşən taxta sexində usta işləyir. Təxminən iki-üç il əvvəl narkotik vasitələri tanımadığı şəxslərdən pul müqabilində əldə edib qəbul etmiş, lakin son zamanlar narkotik vasitələrdən istifadə etməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığından piyada keçərkən yolun kənarında təxminən iki-üç il əvvəl onunla eyni məhlədə yaşamış və dostluq münasibətləri olan Təqsirləndirilən şəxs görmüşdür. O, Vüqarı eyni məhlədə yaşayarkən narkotik istifadəçisi kimi tanımışdır. Onlar birlikdə narkotik vasitə əldə edib qəbul etməsələr də Vüqarın da onun kimi narkotik istifadəçisi olduğunu eşitmişdir. Beləliklə, “Əhmədli” metrostansiyasının yaxınlığında Vüqara yaxınlaşmış və onlar söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Vüqarı kirayə yaşadığı ünvan 2, mənzil 10 ünvanına qonaq qismində dəvət etmişdir. Vüqar onun dəvətini qəbul etmiş və onlar birlikdə yaşadığı ünvana getmişlər. X5 ingilis dili müəlliməsidir və müxtəlif yerlərdə həmin fənni tədris edir. O, Vüqarla mənzildə olarkən arvadı Leyla işdə olmuşdur. Mənzildə o, qonaq otağında əyləşmiş, Vüqar isə sanitar qovşağına getmişdir. Bir neçə dəqiqə sonra Vüqar əlində iki ədəd şprislə qayıtmış və sanitar qovşağında olarkən nakotik vasitəni qaynadıb istifadəyə hazır vəziyyətə gətirdiyini bildirmişdir. Vüqar şprisin birini ona vermiş, digərini isə özü götürmüş və onlar həmin narkotik vasitəni inyeksiya yolu ilə istifadə etmişlər. Bundan sonra Vüqar qonaq otağında yerləşdirilmiş masanın üzərinə bir ədəd qara rəngli pul kisəsini qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmiş, həmçinin pul kisəsinin içərisindən kiçik ölçüdə gümüşü rəngli bir ədəd elektron tərəzi çıxarıb pul kisəsinin üzərinə qoymuşdur. Lakin o, həmin pul kisəsinin içərisinə baxmamışdır. Həmin tarixdə saat 21 radələrində birlikdə binanın qarşısına çıxıb hava almaq qərarına gəlmişlər. Bu məqsədlə Vüqarla binanın qarşısında getmişlər və orada dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt Vüqarın gətirdiyi pul kisəsi və elektron tərəzi mənzildə qonaq otağındakı masanın üzərində qalmışdır. Binanın qarşında olarkən polis əməkdaşları onlara tərəf yaxınlaşmışlar. Onları görən Vüqar qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. O isə məsuliyyətdən yaxa qurtarmaq üçün, həmçinin qorxduğundan yerdə olan şüşə parçasını götürüb polis əməkdaşlarını uzaqlaşdırmağa nail olmaq məqsədi ilə üz və boğaz nahiyəsinə xəsarətlər yetirmişdir. Lakin polis əməkdaşları onu tutub saxlamışlar və ona ilkin tibbi yardım göstərmişlər. Bundan sonra o və Vüqarla polis əməkdaşları tərəfindən xidməti avtomobillə 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilmişlər. Orada xahişi ilə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona hüquqları izah olunaraq üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi tövsiyyə edilmişdir. Bundan sonra polis əməkdaşı üzərinə baxış keçirmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa əynindəki şalvarın cibindən yaşadığı mənzilin giriş qapısının açarı aşkar edilmişdir. Ona verilmiş sualları cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu, həmin gün yaşadığı ünvan 2, mənzil 10 ünvanında Vüqar adlı dostu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, həmçinin Vüqarın dediyi kimi mənzilində hazırda narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları, vəkillər, o və Vüqar birlikdə yaşadığı ünvana getmişlər. Yaşadığı mənzildə baxış keçirilməsinə icazə vermişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə onlar birlikdə baxış keçirilməsi üçün mənzilə daxil olmuşlar. İlk olaraq qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitənin harada olması onlardan soruşulmuş, Vüqar da həmin otaqda yerləşdirilmiş masanın üzərindəki özünə məxsus qara rəngli pul kisəsini göstərərək qalıq qalmış narkotik vasitənin həmin pul kisəsinin içərisində olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşı pul kisəsinin üzərində olan bir ədəd markasız elektron tərəzini götürmüş və həmin tərəzinin nə üçün istifadə edildiyini soruşmuşdur. Vüqar isə narkotik vasitəni həmin elektron tərəzidən istifadə etməklə çəkisini müəyyən etdiyini bildirmişdir. Daha sonra pul kisəsi polis əməkdaşı tərəfindən açılmış və içərisindən kiçik sellofan paketdə çoxlu sayda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin nə olması soruşulduqda Vüqar narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin həmin narkotik vasitələrin haradan əldə edildiyi soruşulduqda Vüqar “Milli ön” portalı vasitəsi ilə ödəniş edib əldə etdiyini bildirmişdir. Həmin bükümlər masanın üzərinə düzüldükdən sonra Vüqardan onların nə olduğu soruşulmuş, Vüqar da şəffaf rəngli, içərisində isə qəhvəyi rəngli maddə olan sellofan bükümü göstərərək “kakos” olduğunu bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər sayıldıqda səkkiz ədəd olması müəyyən edilmişdir. Daha sonra orada olan iki ədəd şəffaf rəngli və içərisində ağ rəngli maddə olan sellofan bükümün nə olması soruşulduqda Vüqar “şüşə” olduğunu bildirmişdir. Bundan sonra pul kisəsinin içərisindən çıxmış bir ədəd şəffaf rəngli və içərisində tünd qəhvəyi rəngli maddə olan sellofan bükümdə nə olması soruşulduqda Vüqar “tiryək” olduğunu bildirmişdir. Polis əməkdaşı orada olan elektron tərəzidə həmin bükümləri çəkməyə başlamışdır. Belə ki, içərisində hər növ narkotik vasitəyə bənzər maddə olan bükümlərin ayrı-ayrılıqda çəkiləri müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər götürülmüş və bir ədəd zərfdə qablaşdırılmışdır. Mənzildə baxış keçirilərkən digər qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Vüqar ona dediyinə görə “Milli ön” portalı vasitəsi ilə tanımadığı şəxsin hesabına pul köçürmüş, daha sonra Vüqarın mobil telefonuna narkotik vasitənin qoyulduğu yeri əks etdirən şəkil göndərilmiş və bundan sonra Vüqar gedib həmin narkotik vasitələri götürmüşdür. Lakin həmin şəxslərin kim olması və onlar barədə digər məlumatlar ona məlum deyildir. Vüqarın telefon nömrəsi onun bildiyi qədəri ilə ***-***-**-**-dir. O, narkotik vasitələrin satışı ilə məşğul deyil, istifadəçisidir. Elektron tərəzini pul kisəsinin içərisində Vüqar gətirmişdir. Vüqar həmin tərəzini haradan əldə etdiyi ona məlum deyil. Vüqara həmin narkotik vasitələri əldə etməsi üçün heç bir pul və ya digər qiymətli əşya verməmişdir. O, ümumiyyətlə Vüqarın pul kisəsinin içərisində nə qədər və ya neçə bükümə bölünmüş narkotik vasitənin olmasını görməmişdir. Mənzilə baxış zamanı o, həmin narkotik vasitələri görmüşdür. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir, hazırda onlar barəsində heç bir məlumatı yoxdur. Vüqarla istifadə etdiyi həmin şprisləri küçədə olarkən tullamışlar. Vüqarın narkotik vasitənin satışı ilə məşğul olub-olmaması ona məlum deyil, çünki iki-üç il olardı ki, Vüqarı görməmişdir (cild 1, iş vərəqə 84-87). Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Vüqar və Saleh adlı şəxslər Xətai rayonu ərazisində oğurluq cinayətlərində şübhəlidirlər və qanunsuz olaraq narkotik vasitələr əldə edərək satışı ilə məşğul olurlar. Daxil olmuş məlumatı rəhbərliyə raportla məruzə etmişdir və bununla əlaqədar daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmçinin Vüqar və Saleh adlı şəxslərin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə xidmət etdiyi polis şöbəsində əməliyyat qrupu təşkil edilmişdir. Həmin əməliyyat qrupunun tərkibinə xidmət etdiyi polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid5, həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 Nazim oğlu və o özü daxil edilmişdir. Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, həmin Saleh adlı şəxs Xətai rayonu, General Şıxlinski küçəsi, ev 18, mənzil 10 ünvanında yaşayan, xx xxxxxx 1987-ci il təvəllüdlü Şahid1dur, Vüqar adlı şəxs isə Xətai rayonu, 4-cü Rezervuar küçəsi, ev 11 ünvanında yaşayan, xx xxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Şahid1 yaşadığı Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 18 saylı yaşayış binasının qarşısına getmişlər. Orada olarkən Saleh və Vüqarın orada dayanıb söhbət etdiklərini görmüşlər. Yaxınlaşıb özlərini təqdim etmək istəyərkən Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa başlamış, lakin tərəflərindən saxlanılmışdır. Şahid1 isə yerdə olan şüşə parçasını götürüb üz və boğaz nahiyələrinə xəsarətlər yetirməyə başlamış, lakin tərəflərindən bunun qarşısı alınaraq ona ilkin tibbi yardım göstərilmişdir. Saxladıqları bu şəxsləri xidməti avtomobillə 34-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada saxlanılan şəxslərin xahişi ilə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə ilk olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilmiş sualları cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu, həmin gün Salehin yaşadığı Xətai rayonu, General Şıxlinski küçəsi, ev 18, mənzil 10 ünvanında sonuncu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, həmçinin mənzildə hazırda narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Şahid1 üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, lakin onun da üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa əynindəki şalvarın cibindən yaşadığı mənzilin giriş qapısının açarı aşkar edilmişdir. Şahid1 ona verilmiş sualları cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu, həmin gün yaşadığı Xətai rayonu, General Şıxlinski küçəsi, ev 18, mənzil 10 ünvanında Vüqar adlı dostu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, həmçinin Vüqarın dediyi kimi mənzilində hazırda narkotik vasitə olduğunu bildirmişdir. Hər iki baxışdan sonra baş təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 yaşadığı Xətai rayonu, General Şıxlinski küçəsi, ev 18, mənzil 10 ünvanına baxış keçirilməsindən ötrü sonuncudan baxış üçün icazənin verilməsinə dair ərizə alınmışdır. Daha sonra o, Abbas Nəsirov, Şahid5, vəkillər, şübhəli şəxslər Şahid1 və Təqsirləndirilən şəxs, eləcə də baş təhqiqatçı Elbrus Məmmədov həmin ünvana baxış keçirilməsi məqsədi ilə getmişlər. Videoçəkilişdən istifadə edilməklə onlar birlikdə baxış keçirilməsi üçün mənzilə daxil olmuşlar. İlk olaraq qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitənin harada olması şübhəli şəxslərdən soruşulmuş, bu zaman Vüqar həmin otaqda yerləşdirilmiş masanın üzərindəki qara rəngli pul kisəsini göstərərək qalıq qalmış narkotik vasitənin həmin pul kisəsinin içərisində olduğunu bildirmişdir. Bu zaman baş təhqiqatçı Elbrus Məmmədov pul kisəsinin üzərində olan bir ədəd markasız elektron tərəzini götürmüş və həmin tərəzinin nə üçün istifadə edildiyini soruşmuşdur. Vüqar isə narkotik vasitəni həmin elektron tərəzidən istifadə etməklə çəkisini müəyyən etdiyini bildirmişdir. Daha sonra pul kisəsi açılmış və içərisindən kiçik sellofan paketdə çoxlu sayda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin nə olması soruşulduqda Vüqar narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin həmin narkotik vasitələrin haradan əldə edildiyi soruşulduqda Vüqar “Milli ön” portalı vasitəsi ilə ödəniş edib əldə etdiyini bildirmişdir. Həmin bükümlər masanın üzərinə düzüldükdən sonra Vüqardan həmin bükümlərin içndə nə olduğu soruşulmuş, sonuncu isə şəffaf rəngli içərisində isə qəhvəyi rəngli maddə olan sellofan bükümü göstərərək “kakos” olduğunu bildirmişdir. Baş təhqiqatçı tərəfindən həmin bükümlər sayıldıqda səkkiz ədəd olması müəyyən edilmişdir. Daha sonra orada olan iki ədəd şəffaf rəngli və içərisində ağ rəngli maddə olan sellofan bükümün nə olması soruşulduqda Vüqar “şüşə” olduğunu bildirmişdir. Bundan sonra pul kisəsinin içərisindən çıxmış bir ədəd şəffaf rəngli və içərisində tünd qəhvəyi rəngli maddə olan sellofan bükümdə nə olması soruşulduqda Vüqar “tiryək” olduğunu bildirmişdir. Baş təhqiqatçı orada olan elektron tərəzidə həmin bükümləri çəkməyə başlamışdır. Belə ki, içərisində hər növ narkotik vasitəyə bənzər maddə olan bükümlərin ayrı-ayrılıqda çəkiləri müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər və bir ədəd elektron tərəzi götürülmüş və qablaşdırılmışdır. Mənzildə baxış keçirilərkən digər qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və zərf, həmçinin həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, habelə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 244-248). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, ailə üzvləri ilə yəni, qardaşı Təqsirləndirilən şəxs, atası Ağabalayev Müzəffər, anası Ağabalayeva Səkinə, arvadı Ağabalayeva Xalidə və oğlu Ağabalayev Renatla birlikdə yaşayırlar. Özü saç ustasıdır. Qardaşı Vüqar heç yerdə işləmir və 3-cü qrup gözdən əlildir, buna görə təqaüd də alır. Vüqar təxminən 6-7 ildir ki, narkotik vasitələr istifadə edir, amma onun narkotik vasitə haradan əldə etdiyini bilmir. Qardaşının narkotik vasitəni qəbul etdiyinin bilavasitə şahidi olmamış, amma onun xarici görkəmindən və halından bütün ailə üzvləri Vüqarın narkoman olduğunu bilirlər. Hətta bir neçə dəfə Vüqarı Respublika Narkoloji Mərkəzə müalicəyə də göndərmişlər. Vüqar orada müalicə olunduqdan sonra bir müddət narkotik vasitə istifadə etməsə də, amma sonra yenə də istifadəyə başlamışdır. Vüqarı polis əməkdaşlarının hansı şəraitdə saxladıqlarını bilmir. Vüqar xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadıqları fərdi yaşayış evindən hava almaq adı ilə çıxmışdır. Sonradan onlara məlum olmuşdur ki, qardaşını polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlamışlar. Bir neçə gün sonra isə polis əməkdaşları yaşadıqları ünvana baxış da keçirmiş, amma evdən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Əvvəllər qonşusu olmuş Şahid1 da tanıyır. Saleh də qardaşı Vüqar kimi narkotik vasitə istifadəçisi olmuşdur. Bildiyinə görə qardaşı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmur, sadəcə istifadə edir. Yaşadıqları evə narkomanların gəldiyinin şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs ünvan 2, mənzil 10 ünvanında öz istifadəsi üçün nəzərdə tutulmuş narkotik maddələr olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk maddi sübüt kimi cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 41-42). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərindənqanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, ünvan 2, mənzil 10 ünvanına məxsus açar aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 63-64). Fərdi yaşayış evində axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, ünvan 2, mənzil 10 ünvanına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında olan stolun üstündəki qara rəngli pul kisəsinin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin pul kisəsinə baxış keçirilərkən onun içərisindən 08 ədəd qəhvəyi rəngli, spesifik iyə malik, çəkisi 3,12 qram olan özünün deməsinə görə heroin, bir ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik, çəkisi 3,05 qram olan özünün deməsinə görə tiryək və iki ədəd tünd qəhvəyi rəngli, spesifik iyə malik, ümumilikdə çəkisi 0,95 qram olan özünün deməsinə görə metamfetamin, həmçinin bir ədəd markasız, arxasında 200g/0.01g yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 66-67). Şəxsi axtarış və götürmə, həmçinin mənzildəə baxış və götürmə aparılması “Samsung” markalı mobil telefon aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş DVD disklər yazılaraq protokola əlavə edilmişdir. Həmin DVD disklərdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən DVD disklər xx xxxxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 158-172). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 1, iş vərəqə 99-100). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus olan “Samsung duos” markalı mobil telefonun fayllarına sonuncunun və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 4169-7385-7501-7870 seriya nömrəli “Kapital Bank”a aid “bir kart” bank kartının şəkili müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun istifadəsində olan mobil telefona şəkil formasında göndərilmiş həmin bank kartına narkotik vasitə əldə etmək üçün xatırlamadığı mağazaların birindən “Milli ön” portalı vasitəsi ilə pul köçürmüşdür. Baxış zamanı həmin şəkilin hansı abonent tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Aşkar edilmiş həmin şəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 99-100). “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL- 23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki: • xx-xx-2020-ci il tarixdə saat 01:38:41 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar olem mene aksenfort hem tema getirde brat gozdurem seni cvb de bilm sora gel a” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 02:59:12 saniyədə **********66 mobil nömrəsindən **********49 mobil nömrəsinə “Bu pula ne duwur ala biler 130Azndi. 5Kola. 1Pati.alinir tez bazar wekilinde yes” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 04:34:37 saniyədə **********66 mobil nömrəsindən **********49 mobil nömrəsinə “Bir.ucu.deir pati mendedi seher verimde deyw lo duwcek yoxsa” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 11:15:51 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Qaqaw yoxumduda hardan alim ozum olem aqridan olanda veremde brat” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 12:42:39 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Qaqaw meni gozdeme gerem xestexanaya prablem yaranib yolna qoyannan sonra ozum zeng elicem bela elamaynan goruwek demeynen olmuyan weyi neca verim sene” mətnil sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 16:15:34 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Xestexanadayamda Qaqaw temada yoxdu olmadiki mennen bawqqa yer yoxdu alinmirda mende zengin menasi yoxdu brat yoxumdu bawa duwde olanda xeber eliyerem” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 20:54:23 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Bu ne daniwiqdi indi gorem nie goturmuyumki ewidmemiwem istesen 5kofe 5derman1denede pati alinsa gotur gel” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 19:08:34 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Qaqawm neyniyim Gozdemiyim yani menim boorcum coxduda bilem yavaw yavaw vercem bew dene de istiyen var neqdi pula” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 19:11:05 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar olem tema getir gelde” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 20:47:57 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar MENE vereceyinen 8 dene artiq getir neqdi pula isteyen var.Getirirken pulu alim?cavab ver.” Mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 00:42:29 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Qaqaw men ora gele bilmiyecem,itlernen problemin var.bele de 120 manat pul var 6 qr köfte ederim pati qalar.” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:12:11 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Kofe 6dene.2dene pati bidene derman list” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 23:04:32 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Ramin imkan vardisa pulu vurdurardim inen bela ancaq tek iw gorcem MENE cvb deyerdinde” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 19:25:50 saniyədə **********66 mobil nömrəsindən **********75 mobil nömrəsinə “Adaw terezi lazmdi vcb gonderde gozdurem” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:34:00 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar imkan varsa gel mende gedim yavaw yavaw pulu vurum senede bir pati dord bew denede kofeden duz qow eliyimde” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 05:18:59 saniyədə **********66 mobil nömrəsindən **********18 mobil nömrəsinə “Ramin yeqinki narahat elamiremde dunende bu vaxt idide patini goturende pulu getimedin pula ehtiyac var ozde neca yoxsa seher acilardi zeng vurardimda qaqawm” mətnli sms gönərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 18:27:09 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Ramin gelim pati verde mene evdedi” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 20:55:05 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “**********017870” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 10:39:46 saniyədə **********40 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Qaqa salam.ay brat 1-dene yari goture bileruy?pulunu Behremnen gonderim de.alindirda qardasimsan.” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 16:36:04 saniyədə **********05 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Brat didiyim kimi alinmirsa 1dene dobru cet duz qow gelim goturum qonagim var vuqar lap ozunde de olmasa duy qow qardawun pis veziyetde qalmasin” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 03:04:56 saniyədə **********49 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Nə deyir sən ramin deyir ki 5 dən kola 1dən patı düşür gətirim” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:11:18 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Sene mal dasiyan deyilem.yaxin hiss eleme ozuvi” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 08:34:23 saniyədə **********40 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Qaqas 1-dene yari gotre bileruy? 20manat pulum var.senol qaqas pulumda duzdu.temiz yari alinar bidene.kont yoxdur he-yox de bilim.” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 10:11:05 saniyədə **********10 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Sade nokia di Birde 5 manat verim sene Biraz pati biraz kola verde imkan varsa he yox dinen” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:36:38 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Vuqar elin catirsa menede gotur 4, dene kaki 1dene pati” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:12:12 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Kofe 6dene.2dene pat” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 22:20:18 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Hardadi qaranti tutulsan meni 11mtr qoymayasan” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 10:33:16 saniyədə **********85 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Vüqar Anardı qaqa 1 dene kola lazımdı qaqa” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 20:54:54 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “**********017870” mətnli sms göndərilmişdir. • xx-xx-2020-ci il tarixdə saat 21:35:31 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “4169 7385 7501 7870” mətnli sms göndərilmişdir. • **********11 mobil nömrəsi Anar Əsədova məxsusdur. • **********85 mobil nömrəsi Rəhman Tanrıverdiyevə məxsusdur (cild 1, iş vərəqə 193-224). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2082 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün N152” dairəvi möhür əksi, “Şübhəli şəxs:...Təqsirləndirilən şəxs...” və sair yazılar, imzalar olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,484 qram, 0,224 qram, 0,407 qram, 0,305 qram, 0,374 qram, 0,246 qram, 0,375 qram, 0,332 qram, ümumi təmiz çəkiləri 2,747 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 08 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,414 qram və 0,477 qram - ümumi təmiz çəkiləri 0,891 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 3,035 qram tünd rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqat zamanı heroinin 0,08 qramı sərf edilmişdir, ümumi təmiz qalıq çəkisi 2,667 qramdır. Tədqiqat zamanı metamfetaminin 0,06 qramı sərf edilmişdir, ümumi təmiz qalıq çəkisi 0,831 qramdır. Tədqiqat zamanı tiryəkin 0,1 qramı sərf edilmişdir, ümumi təmiz qalıq çəki 2,935 qramdır. Heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqə 74-77). Əlavə məhkəmə-kimyəvi ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 6/2152 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün N152” möhür əksi olan 01 ədəd kağız paketdəki tərəzinin səthində narkotik vasitə - heroinin izləri müəyyən edilmişdir. Tərəzidən götürülən iz mikrohissəcikləri müqayisəli tədqiqatın aparılması üçün kifayət etmədiyindən üzərində “...Şübhəli şəxs;.... Təqsirləndirilən şəxs ..” və sair yazıları olan zərfdəki heroinlə tərkiblərinə görə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 233-235). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli 3012 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyi halda baxış zamanı aşkar edilərək 08 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,484 qram, 0,224 qram, 0,407 qram, 0,305 qram, 0,374 qram, 0,246 qram, 0,375 qram və 0,332 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkilləri 0,414 qram və 0,477 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə çəkisi 3,035 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin onun birdəfəlik dozasına uyğun gələ bilməsi mümkündür. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 240-242). Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 70-71). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 143-144). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də 144329 №-li müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan görməsinə görə müddətsiz İİİ qrup əlildir (cild 1, iş vərəqə 239). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx xxxxxx 2020-ci il tarixli xx/xx-11097 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həmin mərkəzdə stasionar müalicədə olmuşdur (cild 2, iş vərəqə 14). Yaşayış yeri üzrə verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda valideynləri və qardaşı ilə birlikdə yaşamışdır (cild 1, iş vərəqə 177-178). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 179). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi narkotik vastəni və psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə etməsi ilə bağlı ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, özünün SMS yazışmaları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli 3012 nömrəli rəyi nəzərə alınaraq onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 31, 141-142). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd elektron tərəzi, 08 ədəd şəffaf sellofan bükümlərdəki ümumi qalıq çəkisi 2,667 qram olan heroin, 02 ədəd şəffaf sellofan bükümlərdəki ümumi qalıq çəkisi 0,831 qram olan metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdəki ümumi qalıq çəkisi 2,935 qram olan tiryək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL- 23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt disk, baxış, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 3 ədəd kompakt disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 74-77, 233-235). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli)manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd elektron tərəzi, 08 ədəd şəffaf sellofan bükümdəki ümumi qalıq çəkisi 2,667 qram olan heroin, 02 ədəd şəffaf sellofan bükümdəki ümumi qalıq çəkisi 0,831 qram olan metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdəki ümumi qalıq çəkisi 2,935 qram olan tiryək məhv edilsin; - “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL- 23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt disk, baxış, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 03 ədəd kompakt disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına X2 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-672/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-672/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver