Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-673/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 15 » mart 2021-ci il Bakı şəhərində xx xxxxxx 1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1062,188 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, özündə saxlamaqla Ağdaş rayonundan Bakı şəhərinə daşımış, xx xxxxxxxx 2020-ci ildə saat 07:20-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olan “Zabrat” dairəsinin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin və Daxili İşlər Nazirliyinin X3 Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən birgə həyata keçirdikləri əməliyyat axtarış tədbiri zamanı saxlanılaraq 15-ci Polis bölməsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “West” siqaret qutusunun içərisində gizlətdiyi 14 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,721 qram, 0,591 qram, 0,701 qram, 0,461 qram, 0,548 qram, 0,621 qram, 0,352 qram, 0,503 qram, 0,472 qram, 0,469 qram, 0,532 qram, 0,433 qram, 0,423 qram, 0,549 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli idman çantasından bir ədəd “West” siqaret qutusunun içərisində gizlətdiyi 16 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,581 qram, 0,761 qram, 0,501 qram, 0,493 qram, 0,412 qram, 0,391 qram, 0,541qram, 0,531 qram, 0,612 qram, 0,670 qram, 0,741 qram, 0,563 qram, 0,331 qram, 0,401 qram, 0,451 qram, 0,472 qram narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 197,88 qram, 198,36 qram, 200,16 qram, 208,510 qram, 241,450 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1062,188 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən o, narkotik vasitə marixuananı çəkmə yolu ilə arada qəbul etməyə başlamışdır. O, narkotik vasitə marixuananı Ağdaş şəhərində yerləşən “Padar” yaşayış sahəsinin arxasında olan meşədə yığıb qurudurmuş və özü istifadə edirmiş. 2018-ci ildən o, Ağdaş şəhərində yerləşən “Kolxoz bazarı”-nda limon satıb çörək pulu qazanırmış. 2020-ci ilin avqust ayının axırlarında o, yenə həmin meşəyə getmiş və oradan istifadə etmək üçün marixuana kollarını yığıb qurutmaq üçün sərmiş, təxminən bir həftədən sonra marixuana bitkisinin hissələrini yığıb evə getmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, qərara gəlmişdir ki, Bakı şəhərinə gedib işləyib çörək pulu qazansın. Bu məqsədlə o, Bakı şəhərində işləyən Ağdaş şəhər sakini Rahimlə məsləhətləşmişdir. Rahim ona demişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Leyla Plaza” şadlıq sarayının yanında olan hündür mərtəbəli evin 15-ci mərtəbəsində iki otaqlı mənzildə iş yoldaşları ilə qalır,həmin evdə onunla qala bilər. O, qurudulmuş marixuananı ayrı-ayrı 3-4 sellofan torbaya bükmüş, qalanını isə 40 ədəd balaca ağ kağız bükümlər edib iki ədəd “West” siqaret qutusuna 20 büküm olmaqla yığmış, məqsədi o olmuşdur ki, Rahimgildə qalan zaman qurudulmuş marixuananı onların yanında çıxarmasın, lazım olanda bir büküm çıxarıb çəksin. Bundan sonra o, sellofan bükümlərdə olan qurudulmuş marixuananı idman çantasına, 40 ədəd bükümlərdə olan qurudulmuş marixuananı iki ədəd siqaret qutusundan birini idman çantasına, digərini isə əynində olan şalvarın cibinə qoymuş və xx xxxxxxxx 2020-ci ildə saat 10-11 radələrində o, “Ağdaş-Bakı” marşurutunda işləyən avtobusla Bakı şəhərinə gəlmiş, Rahim onu kirayə yaşadığı evə aparmışdır. O, iş axtarsa da tapa bilməmişdir. xx xxxxxxxx 2020-ci ildə saat 06 radələrində Rahimin iş yoldaşı olan 3 nəfərlə birlikdə evdən çıxıb həyətə düşmüş, evdən çıxan zaman içərisində qurudulmuş marixuana bükümləri olan “West” siqaret qutusunun birini cins şalvarın sol yan cibinə qoymuş, digərini isə sellofan bükümlərdə olan qurudulmuş marixuananı idman çatasına qoymuş, Orxanın idarə etdiyi Hyundai Accent markalı **-NB-*** dövlət nömrəli avtomobilə yaxınlaşmış və idman çantasını avtomobilin yük yerinə qoymuş, özü avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Orxan Sabunçu rayonu, Maştağa qəsəbəsinə sürüb üç nəfər şəxsi Maştağa qəsəbəsində düşürmüş və onlar Bakı şəhəri, Maştağa qəsəbəsindən üzü Zabrat qəsəbəsi istiqamətində hərərkət edib “Zabrat” dairəsini dönüb gedən zaman X1 saxla işarəsi vermişdir. Orxan avtomobili saxlamış və bir neçə polis əməkdaşı onlara yaxınlaşmış və onları 15-ci Polis bölməsinə dəvət etmişlər. O və Orxan etiraz etməmiş və polis əməkdaşları onu və Orxanı avtomobillə birlikdə 15-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Bakı şəhəri, Sabunçu rayon ərazisində yerləşən 07 saylı Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və polis əməkdaşları tərəfindən bildirilmişdir ki, təqdim edilmiş vəkillərin siyahısıdır, hansı vəkili istəyirsənsə dövlət hesabına təyinatla dəvət edək gəlib hüquqlarını müdafiə etsin. O, polis əməkdaşlarına demişdir ki, ona dövlət hesabına vəkil dəvət etsinlər. Bundan sonra 7 saylı Vəkil bürosunun vəkili 15-ci Polis bölməsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Sonra ona polis əməkdaşları tərəfindən izah olunmuşdur ki, vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmiş, üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, siqaret qutusunda bükümlərə yığdığı narkotik vasitə qurudulmuş marixuanadır. Polis əməkdaşları həmin siqaret qutusunu açmış və həmin siqaret qutusunun içindən 14 ədəd ağ rəngli kağıza bükülmüş yaşıl rəngli, bitki tərkibli qurudulmuş kütlə aşkarlanmışdır. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və özünə məxsus bir ədəd Nokia markalı mobil telefon, “Rohtmans” markalı bir ədəd siqaret qutusu, bir ədəd alışqan və özünə məxsus digər əşyalar aşkar olunmuşdur. O, polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, sərnişin qismində əyləşdiyi Hyundai Accent markalı avtomobilin yük yerində idman çantasının içində ona məxsus qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə Hyundai Accent markalı avtomobilə baxış keçirmiş və avtomobilin yük yeridən ona məxsus qara rəngli idman çantasını götürüb xidməti otağa qayıtmış və onun iştirakı və razılğı ilə polis əməkdaşları ona məxsus idman çantasına baxış keçirən zaman 5 ədəd şəffaf sellofan büküm və bir ədəd “West” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin bir ədəd “West” markalı siqaret qutusunun içindən 16 ədəd ağ rəngli kağıza bükülmüş və 5 ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli, bitki tərkibli qurudulmuş kütlə aşkarlanmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuananı Ağdaş rayonunda olan meşədən özü istifadə etmək üçün yığmışdır. Həmin 5 ədəd sellofan büküm və iki ədəd “West” markalı siqaret qutusu polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyaraq qablaşdırılmış, zərf möhürlə möhürlənmiş, protokol tərtib olunmuş və zərfin üzəri və tərtib olunmuş protokolun düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmin narkotik vasitə qurudulmuş marixuanadan heç kimə satmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci ildə əməliyyat məlumatı daxil olmuşdur ki, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. xx xxxxxxxx 2020-ci ildə saat 07 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olan “Zabrat” dairəsinə gedib kənarda dayanmaqla mövqe seçib müşahidə etməyə başlamış, həmin vaxtı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri “Zabrat” dairəsində xidmətdə olmuşlar. Təqsirləndirilən şəxs avtomobillə gələcəyini və sonuncuda şübhə yaranmaması üçün “Zabrat” dairəsində xidmətdə olan 8-ci Patrul bölüyünün polis nəfərlərinin köməyindən istifadə edərək həmin gün saat 07:20-də Bakı şəhəri, Maştağa qəsəbəsindən üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan qara rəngli Hyundai Accent markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Zabrat” dairəsinin yaxınlığında saxlanılmış, dərhal avtomobillə yaxınlaşıb özlərini avtomobildə olan sürücüyə və sərnişinə təqdim etmişlər. Avtomobildən düşən sürücü Ağdaş şəhər sakini Şahid3 Elburus oğlu kimi, sərnişin isə Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs kimi özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs, Şahid3 üzərlərində şəxsi axtarış aparılması və Şahid3 idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığından onları 15-ci Polis bölməsinin inzibati binasının həyətinə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişlə Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkilin və əməliyyat qrupunda olan əməkdaşların iştirakı ilə onun üzərində şəxs axtarış keçirilmiş, axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusunun içərisində 14 ədəd ağ rəngli kağız bükümlərdə yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və özünə məxsus bir ədəd siqaret, bir ədəd Nokia markalı mobil telefonu və sair əşyaları təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, sərnişin kimi əyləşdiyi Hyundai Accent markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ona məxsus idman çantasının içərisində qurudulmuş marixuana var. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, idman çantasının içərisində qurudulmuş marixuananı təqdim etsin. Təqsirləndirilən şəxs təhqiqatçının və əməliyyat qrupunun müşayiəti ilə video çəkilişlə 15ci Polis bölməsinin həyətində olan Hyundai Accent markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, avtomobilin yük yerindən bir ədəd idman çantasını götürüb demişdir ki, idman çantası ona məxsusdur, narkotik vasitə çantanın içərisindədir. Həmin idman çantasının içərisindən 5 ədəd sellofanda və bir ədəd “West” markalı siqaret qutusunun içərisində 16 ədəd ağ rəngli kağız bükümlərdə yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdə və sellofan torbalarda nə olduğunu və nə məqsədlə daşıdığı soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə və sellofan torbalarda olan qurudulmuş marixuanadır, Ağdaş şəhərində Bakı şəhərində gətirməkdə məqsədi istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 14 ədəd büküm, idman çantasından aşkar olunaraq götürülmüş 16 ədəd büküm və 5 ədəd sellofan torba qablaşdırılmış, möhürlə möhürləndi, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə və idman çantasına baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxundu, əlavə qeydlər daxil olmadığı üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, ev 6/12-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci ildə Ağdaş şəhər sakini Şahid5 ilə birlikdə çörək pulu qazanmaq üçün Ağdaş şəhərindən Bakı şəhərinə getmiş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Leyla Plaza” şadlıq sarayının yanında olan hündürmərtəbəli binanın 15-ci mərtəbəsində olan 2 otaqlı evi 370 manata kirayə götürüb orada yaşamış, Sabunçu rayonu, Maştağa qəsəbəsində İslam adlı ustanın yanında fəhlə işləmişdir. Ağdaş rayon sakini, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona zəng vurub bildirmişdir ki, Bakı şəhərinə gəlib işləmək istəyir və bir neçə günə iş tapana kimi onların evində qalmaq istəyir. O, da Təqsirləndirilən şəxs demişdir ki, hazırda iş yeri yoxdur, iş yeri tapana qədər onlarla qala bilər. 2020-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş, onu qarşılayıb kirayə yaşadığı evə gətirmişdir. O, Təqsirləndirilən şəxs iş yoldaşları ilə tanış etmiş və söhbət əsnasında Təqsirləndirilən şəxs demişdir ki, hər gün Bakı şəhəri, Maştağa qəsəbəsinə onları Ağdaş rayon sakini Orxan adlı şəxs idarə etdiyi Hyundai Accent markalı avtomobillə onları səhər işə aparır və axşamda geri gətirəndə yığışıb 15 manat verirlər. Səhəri günü onlar işə gedən zaman İlham Orxanı görmüş və onlar bilmişlər ki, Orxanla İlham tanışdırlar. Onlar Orxanın avtomobilinə yələşib işə getmiş, İlham da onlarla birlikdə iş axtarmaq üçün evdən çıxmışdır. xx xxxxxxxx 2020-ci ildə saat 06 radələrində o, İlham, Müşviq və Taleh evdən çıxıb həyətə düşmüşlər. İlham evdən düşəndə özü ilə gətirdiyi qara rəngli idman çantasını götürmüş və Orxanın idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Orxan uşaqları Maştağa qəsəbəsində düşürmüş və Təqsirləndirilən şəxslə birlikdə getdikdən sonra polis əməkdaşları onlara saxlayıb Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Sonradan məlum olmuşdur ki, İlhamın idman çantasından və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 Elburus oğlu ifadəsində göstərmişdir ki, o, Ağdaş şəhəri, SU-18 qəsəbəsi, ev 6-da qeydiyyatda olsa da, Abşeron rayonu, Masazır qəsəbəsi, X5 küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, 2007-ci ildə Ağdaş şəhərində yerləşən İdman İnternat məktəbininin 9-cu sinifini Azərbaycan dilində bitirmiş, 2009-2011-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 2012-2014-fcü illərdə o, Rusiya Federasiyasının Novqorod şəhərinin “Kolxoz” bazarında satıcı işləyib çörək pulu qazanmış, 2014-2020-ci ilin avqust ayına kimi Ağdaş şəhərində olan mağazada satıcı işləmişdir. 2016-cı ildə o, Səadət Məmmədova ailə həyatı qurmuş və onların birgə nikahdan 2018-ci ildə oğlu Elburus Məmmədova anadan olmuşdur. Ağdaş şəhərində yaşayan Təqsirləndirilən şəxs tanısada onunla yaxın münasibəti olmamışdır. 2020-ci ilin avqust ayında o, anası Sürayə Məmmədova və ailəsini Ağdaş şəhərindən götürüb Abşeron rayonu, Masazır qəsəbəsi, X5 küçəsində yerləşən nömrəsiz evə köçüb orada yaşamağa başlamışdır. Bundan sonra Pərviz Musayevdən günü 30 manata Hyundai Accent markalı **-NU-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb *8585-də taksi fəaliyyəti ilə məşğul olan şirkətə işə girmiş və icrayə götürdüyü avtomobillə taksi fəaliyyəti göstərib çörək pulu qazanırmış. 2020-ci ilin sentyabr ayının 14- 15 o, metronun “Neftçilər” stansiyasının yaxınlığında müştəri düşürən zaman Ağdaş rayonu, Malay kənd sakini Rahimi və onun yanında olan qohumu Müşviqi görüb görüşmüşdür. O, Rahimi Ağdaş rayonundan tanısa da, yaxın münasibəti olmamışdır. Rahim görmüşdür ki, o, Hyundai Accent markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və onun mobil telefon nömrəsini götürüb demişdirki, taksi lazım olsa xəbər edər. Səhəri günü Müşviq ona zəng vurub demişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindədir, işdən çıxır, onu və iş yoldaşlarını kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə apara bilər ? O, Müşviqə demişdir ki, indi müştəri vardır, səhərdən xəbər edərsən gəlib aparar. Müşviq ona demişdir ki, səhər saat 06:00-da onların məhəlləsində ol, onu və iki iş yoldaşını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə apar, axşam 18:00-da onları işdən götür, evə apar. O, Müşviqə razılıq vermiş və Müşviqlə razılaşmışdır ki, o, Müşviqgili işə aparacaq və axşamda işdən evə gətirəcək və Müşviqgilə ona 15 manat verəcəklər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində o, Müşviqə zəng vurub demişdir ki, gəlib həyətdə gözləyir. Müşviqin telefonuna Rahim cavab vermiş və demişdir ki, Müşviq evə gecə gəlib, yuxudan oyanmır, qalx evə gəl, Müşviqi yuxudan oyada bilirsən ? O, evə qalxmış və Müşviqi yuxudan oyatmış və həmin vaxtı evdə Təqsirləndirilən şəxs görmüş və onunla görüşmüşdür. Təqsirləndirilən şəxslə söhbət edən zaman Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhərinə gəlib iş axtarır. Bundan sonra o, Müşviqi və iki nəfər iş yoldaşını idarə etdiyi avtomobillə Bakı şəhəri, Maştağa qəsəbəsinə aparmış və həmin günü saat 18:00-də isə Bakı şəhəri, Maştağa qəsəbəsindən kirayə yaşadığı Bakı şəhəri, Xətai, Əhmədli qəsəbəsində olan evə aparmış və Müşviqgil ona 15 manat vermişlər. xx xxxxxxxx 2020-ci ildə o, eyni qaydada Müşviqgili saat 06:00-da kirayə yaşadığı evdən götürüb Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə aparmış, həmin günü saat 18:00-də isə Müşviqgili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində kirayə yaşadıqları evə aparmışdır. Həmin günü Müşviqgil ona 15 manat vermişlər. xx xxxxxxxx 2020-cu ildə saat 06:00-də o, idarə etdiyi Hyundai Accent markalı avtomobillə Müşviqgilin kirayə yaşadığı binanın qarşısına gəlmiş və Müşviqə zəng vurub demişdir ki, gəlib məhəllədə gözləyir. Bu zaman Müşviq və Təqsirləndirilən şəxs gəlmiş, Təqsirləndirilən şəxs ona demişdir ki, onuda metronun “20 Yanvar” stansiyasının yaxınlığına düşürə bilərsən ? iş axtarmaq üçün gedir. O, Təqsirləndirilən şəxs etiraz etməmiş və Təqsirləndirilən şəxs çiynində olan qara rəngli idman çantasını çıxarıb ona demişdir ki, avtomobilin yük yerinə qoymaq istəyir. O, Təqsirləndirilən şəxs soruşmuşdur ki, içində nədir ? İlham ona demişdir ki, paltarlarıdır. O, Təqsirləndirilən şəxs demişdir ki, avtomobilin yük yerinə qoy. O, avtomobilin salonunda olan düyməni sıxmış, avtomobilin yük yerinin qapısı açılmış, Təqsirləndirilən şəxs qara rəngli idman çantasını avtomobilin yük yerinə qoyub baqajın qapısını bağlamış və gəlib avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Müşviq və iki nəfər usta isə avtomobilin arxa oturacağında əyləşmişlər. Bundan sonra o, Müşviq və onun iki iş yoldaşını Bakı şəhəri, Maştağa qəsəbəsinə aparıb düşürmüş və o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsindən üzü Zabrat qəsəbəsi istiqamətində avtomobili hərəkət etdirmiş. O, idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olan “Zabrat” dairəsindən dönüb üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkət etmək istəyirmiş ki, X2 polis əməkdaşları o, idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. o, avtomobili sağ kənara çəkib saxlamış, bir neçə polis əməkdaşı onlara yaxınlaşmış və onlarla söhbət edib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. O və Təqsirləndirilən şəxs etiraz etməmiş və polis əməkdaşları onu idarə etdyi Hyundai Accent markalı avtomobillə və Təqsirləndirilən şəxslə birlikdə 15-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra ona bildirmişdir ki, vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və Hyunday Accent markalı avtomobilə baxış keçiriləcəkdir. O, üzərində şəxsi axtarış və avtomobildə baxış aparılan zaman vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri izah olunarkən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş və o, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, da könüllü olaraq üzərində olan mobil telefonu və şəxsi əşyaları təqdim etmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Hyunday Accent markalı **-NU-*** dövlət nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmışdır. Üzərinə şəxsi axtarış və avtomobildə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/635 nömrəli rəyindən görünür ki: təqdiqata təqdim edilmiş ağ kağız üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış polietilen bağlamada birinci siqaret qutusunda 14 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,721 qr, 2) 0,591 qr, 3) 0,701 qr, 4) 0,461 qr, 5) 0,548 qr, 6) 0,621 qr, 7) 0,352 qr, 8) 0,503 qr, 9) 0,472 qr, 10) 0,469 qr, 11) 0,532 qr, 12) 0,433 qr, 13) 0,423 qr, 14) 0,549 qr; ikinci siqaret qurusunda 16 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,581qr, 2) 0,761 qr, 3) 0,501 qr, 4) 0,493 qr, 5) 0,412 qr, 6) 0,391 qr, 7) 0,541qr, 8) 0,531 qr, 9) 0,612 qr, 10) 0,670 qr, 11) 0,741 qr, 12) 0,563 qr, 13) 0,331 qr, 14) 0,401 qr, 15) 0,451 qr, 16) 0,472 qram və 05 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 197,88 qr, 2) 198,36 qr, 3) 200,16 qr, 4) 208,510 qr, 5) 241,450 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumilikdə çəkisi – 1062,188 qramdır; -Tədqiqata təqdim olunmuş ümumi sayı 30 ədəd kağız bükülüdə və 5 ədəd sellofanda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 425 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirlməsi haqqında” aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində THC və OPİ müsbət aşkar edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövürdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2888 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 30 ədəd kağız bükümdə və 5 ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi– 1061,138 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 89 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 30 ədəd kağız bükümdə və 5 ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi– 1061,138 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 89 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-673/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-673/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver