Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-68/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X44 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9, X28, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 1982-ci il yanvarın 29-da Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, bir nəfər yetkinlik yaşına çatmayan uşağın atası olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1987-ci il iyulun 21-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup təşkil edib qanunsuz saxlanc yerinə daxil olaraq külli miqdarda özgənin əmlakını gizli talamaqla təkrarən oğurluq etmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduqları bir qrup şəxs halında
1. 2015-ci il martın 03-də saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs9 məxsus evin yataq otağının plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığı evin həyətindən tapdığı dəmir parçası ilə sındırıb çıxararaq plastik pəncərəni açmaqla içəriyə qanunsuz daxil olmuş, qonaq otağında kreslonun oturacaq hissəsi ilə qoltuqaltı hissəsinin arasında gizlədilən iki ədəd bağlamanın hər birində 5.000 manat nağd pulu oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 10.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər; Bundan başqa verilən ittihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduqları bir qrup şəxs halında təkrarən
2. 2015-ci il aprelin 24-də saat 02 radələrində X35 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, Mədən küçəsi, ev 3, mənzil 23 ünvanında yerləşən yaşayış sahəsinin yataq otağının taxta pəncərəsinin üzərindəki dəmir barmaqlığı tərpədib sökərək pəncərəni açmaqla içəriyə qanunsuz daxil olmuş, orada olan tumbadan 2.800 manat nağd pulu, qonaq otağındakı servantdan bir ədəd 200 manat dəyərində və bir ədəd 250 manat dəyərində qızıl üzükləri, bir ədəd 300 manat dəyərində qızıl boyunbağını oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.550 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər;
3. 2015-ci il mayın 09-da saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 7/1 ünvanında yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin qonaq otağının taxta pəncərəsinin üzərindəki dəmir barmaqlığı tərpədib sökərək taxta pəncərənin şüşəsini çıxarmaqla içəriyə qanunsuz daxil olmuş, orada şkafın alt gözündəki diktin altından 345 manat nağd pulu oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər;
4. 2015-ci il avqustun 07-də saat 23 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 16 №li evin 20-ci mənzilinin yataq otağının plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığın orta hissəsini sındırıb əyərək pəncərəni açmaqla içəriyə qanunsuz daxil olmuş, orada olan şkafdan və bəzənmə masasının siyirtməsindən bir ədəd 850 manat dəyərində «Tissot» markalı qol saatını, bir ədəd 1.300 manat dəyərində üç brilyant qaşlı qızıl kişi üzüyünü, bir ədəd 942 manat dəyərində «Nigar» yazılı kulonu ilə qızıl qadın boyunbağını, sellofan torbaya yığılan 100 manat məbləğində 50 qəpiklik nağd pulu, bir ədəd 800 manat dəyərində 102 sm diaqonallı «Samsung» markalı televizoru, bir ədəd 25 manat dəyərində «TP-Link» markalı modemi, iki ədəd cəmi 40 manat dəyərində ətiri və bir ədəd 20 manat dəyərində «Nokia-1210» markalı mobil telefonu oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 4.077 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər;
5. 2015-ci il avqustun 12-də saat 03 radələrində ünvan 5 mənzil 27 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsinin yataq otağının plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığı tərpədib sökərək pəncərəni əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmaqla içəriyə qanunsuz daxil olmuş, orada olan paltar dolabının siyirtməsindəki bir ədəd 50 manat dəyərində böyük ürək formalı qızıl qabından bir ədəd 1.000 manat dəyərində 583 əyarlı paxlava formalı qaşsız qızıl qadın üzüyünü, bir ədəd 1.500 manat dəyərində 750 əyarlı brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 4.500 manat dəyərində 583 əyarlı iri brilyant qaşlı qızıl qadın qolbağını, bir ədəd 2.000 manat dəyərində ərəb qızılından hazırlanmış burma qadın qolbağını, bir ədəd 2.200 manat dəyərində halqa formalı ərəb qızılından hazırlanmış qadın qolbağını, bir ədəd 1.600 manat dəyərində 750 əyarlı qızıl qadın qolbağını, bir ədəd 3.000 manat dəyərində ulduz formalı sırğa-üzük dəstini, bir ədəd 1.000 manat dəyərində 583 əyarlı paxlava formalı sırğa-üzük dəstini, bir cüt 2.000 manat dəyərində 750 əyarlı halqa-spiral formalı sırğanı, bir cüt 800 manat dəyərində 750 əyarlı sadə qızıl sırğanı, bir ədəd 1.500 manat dəyərində 583 əyarlı qızıl qadın sepini və kulon dəstini, bir ədəd 2.000 manat dəyərində 583 əyarlı qızıl qadın sepini və kulon dəstini, iki ədəd hər birinin dəyəri 1.000 manat olan 750 əyarlı qızıl qadın kulonunu, bir ədəd 3.000 manat dəyərində «Qurani-Kərim» kitabı formalı kulonu və qızıl qadın sepini, bir ədəd 1.000 manat dəyərində 750 əyarlı zəncirvari qızıl qadın boyunbağını, bir ədəd 2.000 manat dəyərində 583 əyarlı qaşsız qızıl kişi üzüyünü, bir ədəd 1.500 manat dəyərində 583 əyarlı qızıl kişi nişan üzüyünü, bir ədəd 3.000 manat dəyərində 583 əyarlı qızıl kişi qol saatını, bir ədəd 2.600 manat dəyərində 583 əyarlı digər qızıl kişi qol saatını, bir ədəd 1.200 manat dəyərində 583 əyarlı qızıl kişi qolbağını, bir ədəd 4.000 manat dəyərində 583 əyarlı halqalı qalın qızıl kişi boyunbağını, yük yerinin altındakı saxlanc yerinin orta siyirtməsindən sellofan torbaya bükülmüş vəziyyətdə həmin tarixə olan valyuta məzənnəsi ilə ümumilikdə 58.904,68 manata bərabər 7.000 ABŞ dolları (məzənnə ilə 7.336 manat), 1.200 avro (məzənnə ilə 1.414,68 manat) və 44.000 İran rialı (məzənnə ilə 154 manat), 50.000 manat məbləğində nağd pulu, evin paltar dolabının rəfindəki qutulardan bir ədəd 500 manat dəyərində «Armani» markalı, üç ədəd hər birinin dəyəri 600 manat olan «Ulis-Nardin» markalı, bir ədəd 400 manat dəyərində «Gucci» markalı, beş ədəd hər birinin dəyəri 400 manat olan kişi qol saatlarını oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə külli miqdar təşkil edən 107.054,68 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər;
6. 2015-ci il noyabrın 09-da saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı tərpədib sökərək plastik pəncərəni açmaqla içəriyə qanunsuz daxil olmuş, yataq otağındakı çantadan 1.000 manat nağd pulu, bir ədəd 100 manat dəyərində qadın boyunbağını, bir ədəd 100 manat dəyərində qızıl kulonu oğurlayıb özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.200 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər;
7. 2015-ci il noyabrın 10-da saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 1, mənzil 42 ünvanında yerləşən Zərərçəkmiş şəxs14 məxsus yaşayış sahəsinin mətbəx otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açıb içəriyə qanunsuz daxil olmuş, qonaq otağındakı şkafın üstündə olan vazdan iki ədəd qızıl bilərziyi, iki ədəd qızıl sırğanı, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl üzüyü, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər;
8. 2016-cı il mayın 22-də gecə saatlarında Neftçala şəhəri, X55 küçəsi, 55 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin pəncərəsini açıb içəriyə qanunsuz daxil olmuş və yataq otağındakı mebelin yuxarısından 6.300 manat nağd pulu, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə xeyli miqdar təşkil edən göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər;
9. 2017-ci il aprelin 26-da gecə saatlarında ünvan 7 mənzil 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olmuş yataq otağındakı mücrüdən bir ədəd 892 manat dəyərində üzük-sırğa dəstini, bir ədəd 200 manat dəyərində qızıl boyunbağını, bir ədəd 100 manat dəyərində qızıl boyunbağını, bir ədəd 222 manat dəyərində paxlava formalı qızıl üzüyü, bir ədəd 139 manat dəyərində sadə qaşlı qızıl üzüyü, bir ədəd 502 manat dəyərində tor formalı qızıl üzüyü, bir ədəd 200 manat dəyərində platin qaşlı qızıl üzüyü, bir ədəd 250 manat dəyərində sadə formalı qızıl üzüyü, bir ədəd 280 manat dəyərində ağ qaşlı qızıl üzüyü, bir ədəd 161 manat dəyərində göy qaşlı qızıl üzüyü, bir ədəd 200 manat dəyərində qızıl qolbağı, 2 ədəd 110 manat dəyərində qızıl dişi və bir ədəd 31 manat dəyərində qızıl gözmuncuğunu, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.287 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər; Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Fariz Allahverdi oğlu X2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən
10. 2018-ci il sentyabrın 04-də gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonu, Bankə qəsəbəsi, Sergey Paşin küçəsi, ev 1, mənzil 11 ünvanında yerləşən yaşayış sahəsinin pəncərəsindəki toru kəsib qanunsuz içəriyə daxil olmuş, oradan beş ədəd hər birinin dəyəri 10 manat olan qazanı, dörd ədəd hər birinin dəyəri 5 manat olan plastmas oturacağı, bir ədəd 15 manat dəyərində plastmas tumbanın içərisindəki 50 manat dəyərində iş alətlərini, bir ədəd 20 manat dəyərində «Daewoo» markalı televizoru bir ədəd 50 manat dəyərində elektrik transformator ilə birlikdə, bir ədəd 80 manat dəyərində «Samsung» markalı tozsoranı, bir ədəd 1.000 manat dəyərində samovarı, dörd ədəd hər birinin dəyəri 100 manat olan xalçanı, bir ədəd 35 manat dəyərində elektrik pərini, bir ədəd 50 manat dəyərində çaydanı, üç ədəd hər birinin dəyəri 20 manat olan çaydanı və bir ədəd 20 manat dəyərində çaydanı, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 2.050 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan savayı istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təkrarən
11. 2018-ci il aprelin 07-də gecə saatlarında ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsinin pəncərəsini açıb qanunsuz içəriyə daxil olmuş, yataq otağındakı mebelin içərisində olan qadın əl çantasından 3.570 manat nağd pulu, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə göstərilən miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir;
12. 2018-ci il mayın 14-də gecə saatlarında ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsinin pəncərəsini açıb qanunsuz içəriyə daxil olmuş, yataq otağındakı mebelin içərisindən bir ədəd 1.196 manat dəyərində boyunbağını, bir ədəd 173 manat dəyərində qızıl üzüyü və 100 manat nağd pulu, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 1.469 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir;
13. 2018-ci il sentyabrın 11-də gecə saatlarında Neftçala rayonu, Bankə qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evin pəncərəsini açıb qanunsuz içəriyə daxil olmuş, yataq otağındakı mebelin içərisindən bir ədəd sadə qol saatını, bir cüt ağ qızıl sırğanı, bir ədəd paxlava formalı qızıl üzüyü, iki ədəd tək qaş qızıl üzüyü, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl kulonu, iki ədəd yarımqızıl bilərziyi, 10 manat 20 qəpik ekvivalentində 3 ABŞ dolları nağd pulu, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.775,2 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 təkrarən
14. 2018-ci il sentyabr ayının əvvəllərində qabaqcadan əlbir olan bir qrup halında Neftçala rayonu, Bankə qəsəbəsi, Əlisəfa Məmmədov küçəsi, 96 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin pəncərəsini açıb qanunsuz içəriyə evə daxil olmuş, yataq otağındakı uşaq beşiyində gizlədilmiş 3.000 manat nağd pulu, həmin otaqdan bir ədəd 25 manat dəyərində «Euromax» markalı «EM777HD» modelli peyk qəbuledicisini, bir ədəd 10 manat dəyərində «Sonar» markalı «SN-7561» modelli üzqırxan aparatını və bir ədəd 240 manat dəyərində «Ural Zid» markalı «UAC-300» modelli qaynaq aparatını, yəni özgənin əmlakını gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 3.655 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, heç bir yerdə işləməyərək fəhləliklə dolanır, arvadı X10 ilə boşanmışdır, birgə nikahdan 2006-cı il təvəllüdlü Nicat adlı uşağı vardır, Təqsirləndirilən şəxs2 həmyerlisi olmaqla onun uzaq qohumudur. Ona ittiham elan edilən
1. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
2. zərər çəkmiş şəxs X38 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
3. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib oğurluğu təkbaşına törətdiyini göstərdi;
4. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
5. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
6. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
7. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
8. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib oğurluğu təkbaşına törətdiyini göstərdi;
9. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
10. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
11. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib sonuncunun evindən 3.570 manat deyil, 1.000 manat oğurladığını göstərdi;
12. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib sonuncunun evindən 100 manat yox, 80-90 manat nağd pul və bir ədəd qızıl qadın boyunbağısını oğurladığını, qızıl üzük talamadığını göstərdi;
13. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilib sonuncunun evindən yalnız 3-4 çeşid qızıl və 9 manat nağd pul oğurladığını göstərdi. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, heç bir yerdə işləməyərək ailəsini fəhləliklə dolandırır, Təqsirləndirilən şəxs1 qohumu olmaqla onunla həmyerlidir. Ona ittiham elan edilən heç bir cinayət əməlini törətməmişdir. Belə ki, o,
1. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
2. zərər çəkmiş şəxs X38 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
3. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
4. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
5. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
6. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
7. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
8. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
9. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir;
14. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir. Bununla yanaşı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdilər ki, ifadələrinin yerində yoxlanılması zamanı polis işçiləri onları ayrı-ayrı ünvanlara aparmış, tanımadıqlarına görə onlar avtomobildən düşməmiş, lakin onların gətirildikləri evlərin həyətlərində və qapılarında cürbəcür şəkillər çəkdirmələrini israrla tələb etmiş, hətta bəzi ev sahibləri «bu, neçənci adamdır ki, bura gətirmisiniz» demiş, Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsində Ramiz, Neftçala Polis Şöbəsində Duxtər, Gündüz, Seyfulla və Müslüm adlı polis əməkdaşları onları müxtəlif sənədləri imzalamağa məcbur etmiş, psixoloji təsir edib söyməklə döymüşlər. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən
1. Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 2015-ci il martın 28-də saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən evinə gələrkən bəzi otaqlarda dağıntı izləri, yataq və qonaq otaqlarında olan əşyaların səliqəsiz, yataq otağındakı plastik pəncərənin açıq vəziyyətdə olmasını, qonaq otağında kreslonun oturacaq hissəsi ilə qoltuqaltı hissəsinin arasında gizlətdiyi 10.000 manat pulun oğurlandığını aşkar etmiş, dərhal DİN-in «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir.
2. X38 ifadəsində göstərdi ki, o, arvadı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayır. 2015-ci ilin mart ayında övladı X39 ondan 3.000 manat borc pul istədikdə vermiş, 2015-ci il aprelin 22-də sonuncu işə getdiyini və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki evdə onun üçün 2.800 manat qoyduğunu, vaxtı olanda pulu götürməsini söyləmiş, 2015-ci il aprelin 26-da pulunu götürmək üçün oğlunun evinə gəldikdə darvazasının açılmış və pəncərənin üzərində olan dəmir barmaqlıqların sındırılmış vəziyyətdə, mənzilin içərisinin səliqəsiz olduğunu aşkar edərək təxirəsalınmadan DİN-in «102» xidmətinə zəng edib hadisə haqqında xəbər vermişdir. Hadisə nəticəsində oğlunun evindən ona məxsus 2.800 manat nağd pul, bir ədəd 200 manat dəyərində və bir ədəd 250 manat dəyərində qızıl üzüklər, bir ədəd 300 manat dəyərində qızıl boyunbağı, ümumilikdə 3.550 manat məbləğində əmlak oğurlanmışdır.
4. Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, 2015-ci il iyulun 30-da anası Nəzmiyyə və arvadı Nigar ilə birlikdə Lənkəran rayonuna getmişlər, 2015-ci il avqustun 09-da saat 10 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 16, mənzil 20 ünvanına qayıtmış, içəri daxil olduqda əşyaların səliqəsiz halda yerdə olduğunu, yataq otağının pəncərəsinin dəmir qoruyucusunun sındırıldığını görən kimi DİN-in «102» xidmətinə zəng vurmaqla şikayətini bildirmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirərkən evdən bir ədəd 850 manat dəyərində «Tissot» markalı qol saatının, bir ədəd 1.300 manat dəyərində üç brilyant qaşlı qızıl kişi üzüyünün, bir ədəd 942 manat dəyərində «Nigar» yazılı kulonu ilə qızıl qadın boyunbağının, sellofan torbadakı 100 manat məbləğində 50 qəpiklik nağd pulun, bir ədəd 800 manat dəyərində 102 sm diaqonallı «Samsung» markalı televizorun, bir ədəd 25 manat dəyərində «TP-Link» markalı modemin, iki ədəd cəmi 40 manat dəyərində ətir və bir ədəd 20 manat dəyərində «Nokia-1210» markalı mobil telefonun, ümumilikdə 4.077 manat məbləğində əmlakın oğurlandığı məlum olmuşdur.
5. Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2015-ci il avqustun 09-da saat 14 radələrində qayını Ruslanla birlikdə təyyarə ilə Gəncə şəhərinə uçmuş, 2015-ci il avqustun 15-də saat 23 radələrində geri qayıdanda yaşadığı ünvan 5 mənzil 27 ünvanında yerləşən yataq otağının plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığının sındırıldığını gördükdə DİN-in «102» xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı paltar dolabının siyirtməsindəki bir ədəd 50 manat dəyərində böyük ürək formalı qızıl qabından bir ədəd 1.000 manat dəyərində 583 əyarlı paxlava formalı qaşsız qızıl qadın üzüyü, bir ədəd 1.500 manat dəyərində 750 əyarlı brilyant qaşlı qızıl qadın üzüyü, bir ədəd 4.500 manat dəyərində 583 əyarlı iri brilyant qaşlı qızıl qadın qolbağı, bir ədəd 2.000 manat dəyərində ərəb qızılından hazırlanmış burma qadın qolbağı, bir ədəd 2.200 manat dəyərində halqa formalı ərəb qızılından hazırlanmış qadın qolbağı, bir ədəd 1.600 manat dəyərində 750 əyarlı qızıl qadın qolbağı, bir ədəd 3.000 manat dəyərində ulduz formalı sırğa-üzük dəsti, bir ədəd 1.000 manat dəyərində 583 əyarlı paxlava formalı sırğa-üzük dəsti, bir cüt 2.000 manat dəyərində 750 əyarlı halqa-spiral formalı sırğa, bir cüt 800 manat dəyərində 750 əyarlı sadə qızıl sırğa, bir ədəd 1.500 manat dəyərində 583 əyarlı qızıl qadın sepi və kulon dəsti, bir ədəd 2.000 manat dəyərində 583 əyarlı qızıl qadın sepi və kulon dəsti, iki ədəd hər birinin dəyəri 1.000 manat olan 750 əyarlı qızıl qadın kulonu, bir ədəd 3.000 manat dəyərində «Qurani-Kərim» kitabı formalı kulon və qızıl qadın sepi, bir ədəd 1.000 manat dəyərində 750 əyarlı zəncirvari qızıl qadın boyunbağı, bir ədəd 2.000 manat dəyərində 583 əyarlı qaşsız qızıl kişi üzüyü, bir ədəd 1.500 manat dəyərində 583 əyarlı qızıl kişi nişan üzüyü, bir ədəd 3.000 manat dəyərində 583 əyarlı qızıl kişi qol saatı, bir ədəd 2.600 manat dəyərində 583 əyarlı digər qızıl kişi qol saatı, bir ədəd 1.200 manat dəyərində 583 əyarlı qızıl kişi qolbağı, bir ədəd 4.000 manat dəyərində 583 əyarlı halqalı qalın qızıl kişi boyunbağı, yük yerinin altındakı saxlanc yerinin orta siyirtməsindən sellofan torbaya bükülmüş vəziyyətdə həmin tarixə olan valyuta məzənnəsi ilə ümumilikdə 58.904,68 manata bərabər 7.000 ABŞ dolları (7.336 manat), 1.200 avro (1.414,68 manat) və 44.000 İran rialı (154 manat), 50.000 manat məbləğində nağd pul, evin paltar dolabının rəfindəkin qutulardan bir ədəd 500 manat dəyərində «Armani» markalı, üç ədəd hər birinin dəyəri 600 manat olan «Ulis- Nardin» markalı, bir ədəd 400 manat dəyərində «Gucci» markalı, beş ədəd hər birinin dəyəri 400 manat olan kişi qol saatları oğurlandığı məlum olmuşdur. Cinayət nəticəsində ona cəmi 107.054,68 manat məbləğində maddi ziyanın dəymişdir. 2019-cu il martın 11-də tanış olduğu cinayət işi ilə bağlı keçirilən ekspertiza rəyindəki ona məxsus olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 1 ədəd qızıl üzüyün, 3 cüt qızıl sırğanın, 1 ədəd qızıl kulonun, 1 ədəd qızıl qolbağın və 1 ədəd qızıl boyunbağının ekspert tərəfindən göstərilən aşağı qiymətləri (4.322 manat) ilə razı deyildir. Baxış keçirildiyi vaxt həyəcanlı olduğundan oğurlanan əşyaları tədricən yadına salaraq ərizəsinə və ifadələrinə əlavələr etmişdir.
7. Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, 2015-ci il noyabrın 09-da ailəsi ilə birlikdə anasıgilə qonaq getmiş, 2015-ci il noyabrın 11-də yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 1, mənzil 42 ünvanına qayıdan zaman mətbəxin pəncərəsinin açıq olduğunu görmüş, diqqətlə baxanda qonaq otağındakı şkafın üstündə olan vazdan ümumilikdə 1.000 manat dəyərində iki ədəd qızıl bilərzik, iki ədəd qızıl sırğa, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük oğurlandığı məlum olmuşdur. Hadisəni aşkar etdikdən sonra DİN-in «102» xidmətinə zəng vurub xəbər vermişdir.
10. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2018-ci il noyabrın 07-də mərhum anası X11 ünvan 8 mənzil 11 ünvanında yerləşən evindən oğurluq edilməsi barədə məlumat almış və həmin tarixdə saat 2345-də göstərilən ünvana çatdıqda oradan özünə məxsus beş ədəd hər birinin dəyəri 10 manat olan qazan, dörd ədəd hər birinin dəyəri 5 manat olan plastmas oturacaq, bir ədəd 15 manat dəyərində plastmas tumba içərisindəki 50 manat dəyərində iş alətləri, bir ədəd 20 manat dəyərində «Daewoo» markalı televizor bir ədəd 50 manat dəyərində elektrik transformator ilə birlikdə, bir ədəd 80 manat dəyərində «Samsung» markalı tozsoran, bir ədəd 1.000 manat dəyərində samovar, dörd ədəd hər birinin dəyəri 100 manat olan xalça, bir ədəd 35 manat dəyərində elektrik ventilyator, bir ədəd 2 litr tutumlu 50 manat dəyərində nikel çaydan, üç ədəd hər birinin dəyəri 20 manat olan iri tutumlu saxsı çaydan və bir ədəd lüləsində zədəsi və üzərində işləmə zərləri olan 20 manat dəyərində qədim saxsı çaydan, ümumilikdə 2.050 manat məbləğində əmlakı oğurlandığı məlum olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2019-cu il 30 yanvar tarixli hökmünə əsasən X9 adlı şəxs qeyriləri ilə qabaqcadan əlbir olub 2018-ci il sentyabrın 04-də gecə saatlarında Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən evdən onun əmlakını oğurladığına görə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
11. Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Neftçala rayonu, Bankə qəsəbəsində əri X45 ilə bərabər yaşayır. 2018-ci il aprelin 07-də saat 2130 radələrində o, sonuncu ilə qayını qızının evinə gedərək saat 0020 radələrində qayıdanda istifadə etdikləri otaq qapısının üzərindəki taxta hissəsində olan pəncərə şüşəsinin sındırıldığını, şkafda olan əl çantasından 3.570 manat məbləğində pulun oğurlandığını görmüşlər. Daha sonra DİN-in «102» xidmətinə zəng etməklə hadisə barədə məlumat vermişdir.
13. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabrın 12-də səhər tezdən oğlu Hikmət və qızı Səbzi ilə gecələdiyi anasıgildən Neftçala rayonu, Bankə qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən evinə qayıdıb darvazanın giriş qapısının açıq, evin qapıları kilidli olsa da əşyalar dağıdılmış, küçəyə tərəf olan plastik yan pəncərənin açılmış vəziyyətdə olduğu, stol örtüyünün altından 15 manat, paltar şkafının içindəki əl sumkasından 50 manat, yataq otağındakı şkafdan 450 manat dəyərində bir cüt ağ qızıl sırğa, 250 manat dəyərində bir ədəd paxlava qızıl üzük, hər biri 100 manat dəyərində olmaqla iki ədəd tək qaş üzük, 300 manat dəyərində bir ədəd qızıl qolbaq, 200 manat dəyərində bir ədəd nazik qızıl boyunbağı, 90 manat dəyərində bir ədəd qızıl kulon, hər birinin dəyəri 150 manat olmaqla 2 ədəd latun bilərzik, 200 manat dəyərində bir cüt qızıl sırğa, 60 manat dəyərində bir ədəd ərəb qızılından kulon, 150 manat dəyərində iki ədəd suvenir bıçaq və hər birinin dəyəri 500 manat olan üç ədəd ikilik pul əskinası olan antik ABŞ dollarının oğurlandığını bilmiş və oğurluq barədə DİN-in «102» xidmətinin zəng mərkəzinə müraciət etmişdir. Cinayət nəticəsində ona ümumilikdə 3.765 manat ziyan dəymişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 10 ildən çoxdur «NZS» qəsəbəsindəki qonşusu Təqsirləndirilən şəxs1 və sonuncunun ailə üzvləri ilə səmimi münasibətləri olmuşdur. 2018-ci il yay aylarında Farizin anası Nisəxanım onun mobil telefonuna zəng vuraraq xəstə olduğunu, oğlundan göndərdiyi qızılı münasib qiymətə satmaqla pulunu göndərməsini xahiş etmişdir. Səhərisi gün Farizlə o, Bakı şəhərinin Nizami rayonundakı «Xalqlar Dostluğu» metrostansiyasının qarşısında görüşmüşlər, birlikdə «Laçın» univermağına gəlib orada dörd ədəd üzüyü, bir ədəd boyunbağını, iki ədəd sırğanı 585 manata tanımadığı adamlara öz şəxsiyyət vəsiqəsi ilə satmış, Fariz mağazaya girməyərək kənarda dayanmışdır. Sonradan Farizin və oğlanın Peyman adlı tanışının Neftçala rayonunda və digər yerlərdə oğurluq etmələri ona məlum olmuş, satdığı qızılların oğurluq olmasını bilməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X46 ifadəsində göstərdi ki, polis kapitanı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs9 ərizəsi əsasında toplanan material üzrə istintaq aparmışdır. Neftçala Rayon Məhkəməsinin 2019cu il 16 yanvar tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, 2019-cu il yanvarın 19-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri yerində yoxlanılmış, lakin istintaq hərəkətinin protokolunda texniki səhvə yol verilib tarixi səhvən 2018-ci il 19 yanvar kimi qeyd olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1
1. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus 10.000 manat nağd pulun Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
2. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs X38 ilə bağlı epizod üzrə özünü qismən, yəni 2.500 manat nağd pulun, iki ədəd üzüyün və bir ədəd sepin Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
3. məhkəmədə özünü qismən təqsirli bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus 345 manat nağd pulun Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
4. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü qismən, yəni bir ədəd mobil telefon mövcud olmadığına görə istisna olmaqla digər əşyaların və nağd şəkildə 50 qəpiklik pulun Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
5. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus əmlakın Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
6. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü qismən, yəni 200 manat nağd pulun, bir ədəd qadın boyunbağının və bir ədəd kulonun Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
7. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus əmlakın Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasında;
8. məhkəmədə özünü qismən təqsirli bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü tam, yəni həmin vətəndaşa məxsus 6.300 manat nağd pulun Təqsirləndirilən şəxs2 təhriki ilə oğurlayıb sonuncu ilə bölüşdürülməsində;
11. məhkəmədə özünü qismən təqsirli bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus nağd pulun oğurlamasında;
12. məhkəmədə özünü qismən təqsirli bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə özünü qismən, yəni 50-60 manat nağd pulun və bir ədəd qızıl qadın boyunbağısının oğurlamasında;
13. məhkəmədə özünü qismən təqsirli bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə özünü qismən, yəni bir neçə cür qızıl-zinət əşyalarının, 6-8 manat və 2 ABŞ dolları nağd pulun oğurlamasında təqsirli bilmiş; 9-10. məhkəmədə özünü təqsirli bilmədiyi zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar üzrə istintaqda da özünü təqsirli bilməmişdir (5-ci cild, iş vərəqi 211-217). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma vaxtı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilmədiyi
1. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus 10.000 manat nağd pulun Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
2. zərər çəkmiş şəxs X38 ilə bağlı epizod üzrə özünü qismən, yəni 2.500 manat nağd pulun, iki ədəd üzüyün və bir ədəd sepin Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
3. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus 345 manat nağd pulun Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
4. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə bağlı epizod üzrə özünü qismən, yəni bir ədəd mobil telefon istisna olmaqla digər əşyaların və nağd şəkildə 50 qəpiklik pulun Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
5. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus əmlakın Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
6. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ilə bağlı epizod üzrə özünü qismən, yəni 200 manat nağd pulun, bir ədəd qadın boyunbağının və bir ədəd kulonun Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
7. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə özünü tam, yəni sonuncuya məxsus əmlakın Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamasında;
8. zərər çəkmiş şəxs olan qohumu Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü tam, yəni onun təhriki ilə sonuncuya məxsus 6.300 manat nağd pulun Təqsirləndirilən şəxs1 oğurlayıb onunla bölüşdürülməsində;
9. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə özünü tam, yəni həmin vətəndaşa məxsus əmlakın Təqsirləndirilən şəxs1 təhriki ilə oğurlayıb sonuncu ilə bölüşdürülməsində;
14. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə özünü qismən, yəni nağd pul, mövcud olmadığına görə, istisna olmaqla digər əşyaların Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlanmasında təqsirli bilmişdir (5-ci cild, iş vərəqi 229-235). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma gedişatında zərər çəkmiş şəxs qismində dindirilən
3. Zərərçəkmiş şəxs11 göstərmişdir ki, 2015-ci il mayın 10-da saat 1010 radələrində qızı Şəbnəm ilə bərabər yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 7/1 ünvanında yerləşən evə gələrkən qonaq otağının taxta pəncərəni əhatə edən dəmir barmaqlığının yerindən söküldüyünü, şüşəsinin isə sındırıldığını, orada olan şkafın alt gözündəki diktin altından 395 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. Evi yığışdırarkən 50 manat paltarın arasından tapılmışdır (4-cü cild, iş vərəqi 64- 65).
6. Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2015-ci il noyabrın 10-da saat 16 radələrində qızı Nərgiz ilə birlikdə qardaşıgildən yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 10, mənzil 6 ünvanında yerləşən evə qayıdarkən giriş qapısını açdıqda içərinin dağınıq, qonaq otağının pəncərəsinin açıq və dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu, yataq otağındakı çantadan 1.000 manat nağd pulun, bir ədəd 100 manat dəyərində qadın boyunbağının, bir ədəd 100 manat dəyərində qızıl kulonun, cəmi 1.200 manat dəyərində əmlakının oğurlandığını müəyyən etmişdir (4-cü cild, iş vərəqi 125-126).
8. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı il mayın 23-də saat 24 radələrində toydan yaşadığı, Neftçala şəhəri, X55 küçəsi, 315 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək birinci mərtəbəsindəki arxa yan hissədə olan plastik pəncərənin kiminsə tərəfindən çıxarılmasını, ikinci mərtəbədə olan yataq otağındakı paltar dolabının yuxarı hissəsindən 6.300 manat nağd pulunun yerində olmadığını görmüş, hadisə haqqında Azərbaycan Respublikası DİN-in «102» xidmətinə məlumat vermişdir (1-ci cild, iş vərəqi 50-53).
9. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2017-ci il aprelin 26-da saat 14 radələrində gecə növbəsindən sonra işdən çıxmaqla yaşadığı, ünvan 7 mənzil 3 ünvanında yerləşən binaya çatanda kiminsə mətbəxin plastik pəncərəsindən içəri daxil olub ona məxsus qızıl-zinət əşyaları oğurlandığı məlum olmuşdur. Neftçala Rayon Polis Şöbəsinə ərizə verdiyi vaxt cinayət nəticəsində ona təxminən 3.500 manatlıq ziyan dəydiyini qeyd etsə də əslində vurulan zərərin məbləği 2.983 manat təşkil etmişdir (1-ci cild, iş vərəqi 145-148).
12. Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir və evdar qadındır. 2019-cu il yanvarın 04-də Neftçala Rayon Polis Şöbəsinə ərizə yazaraq 2018-ci il mayın 14-də yaşadığı Neftçala rayonunun Bankə qəsəbəsindəki evindən bir ədəd 1.500 manat dəyərində qızıl boyunbağısının, bir ədəd 400 manat dəyərində qızıl üzüyünün və 100 manat nağd pulunun oğurlandığını göstərmişdir. Özü maraqlanmaqla oğurluq edən şəxsi tapa biləcəyini düşündüyündən hadisə baş verən zaman polisə müraciət etməmişdir. 2019-cu il yanvar ayının əvvəllərində yaşadığı ərazidəki evlərdən oğurluq edən şəxslərin Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalandığı ona məlum olduqda baş verən cinayət barədə polisə məlumat vermək qərarına gəlmişdir. Ümumilikdə ona 2.000 manat məbləğində maddi ziyan dəymişdir (5-ci cild, iş vərəqi 83-86).
14. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci il sentyabrın 02-də günortadan sonra yaşadığı Abşeron rayonunun Perekeşkül qəsəbəsindən Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən özünə məxsus həyət evinə getmiş, 2018-ci il sentyabrın 06-da saat 11 radələrində yenidən həmin yerə baş çəkərkən evin bütün otaqlarının dağınıq və səliqəsiz vəziyyətdə olduğunu görmüş, oradan 3.000 manat nağd pulun, 185 manat dəyərində qaynaq aparatının, 10 manat dəyərində kişi üzqırxan aparatının və 30 manat dəyərində peyk aparatının, cəmi 3.225 manat məbləğində əmlakının oğurlandığını aşkar edən kimi hadisə barədə DİN-in «102» xidmətinə ətraflı məlumat vermişdir (2-ci cild, iş vərəqi 27-28). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma dövründə şahid qismində dindirilən X47 ifadəsində göstərmişdir ki, kafel-metlax ustası işləyib dolanır. 2018-ci ilin yay aylarında bibisi oğlu Təqsirləndirilən şəxs2 90 manata qaynaq aparatını almışdır. Neftçala Rayon Polis Şöbəsinə dəvət ediləndə həmin əşyanın oğurluq olmasını bilmişdir (2-ci cild, iş vərəqi 171-173). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin 2019-cu il 15 yanvar tarixli qərarlarından görünür ki, 2016-cı il mayın 25-də Azərbaycan Respublikasının CMnin 177.2.3.-cü maddəsi ilə başlanan ********* nömrəli cinayət işi üzrə icraat Neftçala rayonunun Bankə qəsəbəsi sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-cu il yanvarın 02-də istintaqa təqdim edildiklərindən təzələnmiş, həmin cinayət işi Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ibtidai istintaqı qeyd edilən statistik nömrə ilə davam etdirilmişdir (1-ci cild, iş vərəqi 1-4). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2016-cı il 23 may tarixli raportdan və eyni tarixli protokoldan görünür ki, Neftçala şəhərinin X55 küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 312 nömrəli evin 2-ci mərtəbəsindəki yataq otağına baxış keçirilərkən sonuncu paltar dolabının yuxarı hissəsində olan qutuya qoyduğu 6.300 manat məbləğində pulun oradan yoxa çıxmasını bildirmiş, fotoşəkillər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 8 və10-16). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasına dair 2016-cı il 08 iyun tarixli 11542 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan 1 saylı daktilolentin səthindəki ovuc izinin X29, X21, X48, X30, X49, X12, X57, X13, X53, X58 tərəfindən deyil, başqa şəxs tərəfindən qalması, 2-8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayılıb tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olması müəyyən edilmiş, fotocədvəllər rəyə əlavə olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 73 manat təşkil edir (1-ci cild, iş vərəqi 35-39). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2016-cı il 22 avqust tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdən 6.300 manat məbləğində pulun oğurlanması faktı ilə əlaqədar «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən daxil olan bir ədəd diskə keçirilən baxış vaxtı cinayət işinin ibtidai istintaqı ilə bağlı heç bir zəruri hal aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 106). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasına dair 2016-cı il 14 dekabr tarixli 26017 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan 1 saylı daktilolentin səthindəki ovuc izinin X40 və Zərərçəkmiş şəxs2 tərəfindən deyil, başqa şəxs tərəfindən qalması müəyyən edilmiş, səkkiz ədəd daktilolent və iki ədəd daktiloxəritə rəyə əlavə olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 73 manat təşkil edir (1-ci cild, iş vərəqi 110- 112). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2017-ci il 26 aprel tarixli protokoldan və eyni tarixli ərizədən görünür ki, ünvan 7 mənzil 3 ünvanına baxış keçirilərkən Zərərçəkmiş şəxs7 evdən ümumi dəyəri 3.500 manat olan 16 adda qızıl-zinət əşyalarının, o cümlədən hər birinin 500 manat dəyərindəki iki ədəd üzük-sırğa dəstinin, bir ədəd 200 manat dəyərindəki üzərində yarpaq formalı kulonu və 3 qramlıq yumru düyməvari halqaları olan təxminən 20 sm-lik boyunbağısının, bir ədəd 100 manat dəyərindəki ucunda yarpaq formalı qızıl kulon olan 40 sm uzunluğunda təxminən 1-2 qram çəkidə boyunbağısının, bir ədəd 280 manat dəyərində paxlava qaşlı qızıl qadın üzüyünün, bir ədəd 280 manat dəyərində ağ sadə tək qaşlı 2 qramlıq qadın üzüyünün, bir ədəd 110 manat dəyərində bənövşəyi qaşlı üzüyün, bir ədəd 145 manat dəyərində üstü tor qaşlı qadın üzüyünün, bir ədəd 200 manat dəyərində platin qaşlı qadın nişan üzüyünün, bir ədəd 250 manat dəyərində sadə formalı qadın üzüyünün, bir ədəd 200 manat dəyərində düymə halqalı qolbağın, bir ədəd 8 manat dəyərində qızıl gözmuncuğunun, iki ədəd 110 manat dəyərində qızıl dişin və bir ədəd 100 manat dəyərində göy qaşlı sadə formalı təxminən 2-3 qramlıq qızıl üzüyün oğurlanmasını bildirmişdir (1-ci cild, iş vərəqi 122 və 131-135). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi məhkəmə-daktilioskopik ekspertizasına dair 2017-ci il 15 iyun tarixli 17/1992 №-li ekspert rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan iki ədəd əl-barmaq izindən bir ədədinin Zərərçəkmiş şəxs7 adına çıxarılmış daktiloxəritədəki sol əlinin şəhadət barmağının əksi ilə eyni olması; digər əl-barmaq izinin X36, X31, X8, X41, X22, X14, Fərrux Ölməz oğlu Lalayevin, X23, X32, X15, X42, X16, Zərərçəkmiş şəxs7 və məlumat bazasındakı şəxslərin əl əksləri ilə eynilik təşkil etməməsi müəyyən olunmuş, fotocədvəl rəyə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 179-186). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 08 aprel tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs6 Neftçala şəhəri, Bankə qəsəbəsi, C. Mikayılov küçəsi, 3 ünvanında yerləşən evinə keçirilən baxış vaxtı evin sol tərəfindəki otağın dəhlizə baxan pəncərəsinin şüşələrinin sındırılıb bayır tərəfdən güc tətbiq edilməklə açılması və oradan içəriyə daxil olunması müəyyən edilmiş, Zərərçəkmiş şəxs6 yataq otağındakı dolaba qoyduğu əl çantasından 3.570 manat nağd pulunun oğurlanmasını bildirmişdir (1-ci cild, iş vərəqi 243-245). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 06 sentyabr tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 Neftçala şəhəri, Bankə qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı «Quran» kitabının arasında saxladığı 3.000 manat nağd pulun, yataq otağındakı bir ədəd peyk qəbuledicisinin, bir ədəd kişi üzqırxan aparatının və bir ədəd qaynaq aparatının oğurlanmaqla sonuncuya ümumilikdə 3.225 manat məbləğində maddi ziyan vurulması müəyyən olunmuşdur (2-ci cild, iş vərəqi 13«a»- 14). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 12 sentyabr tarixli protokoldan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı evdən bir ədəd sadə qol saatının, yataq otağında olan şkafdan bir cüt ağ qızıl sırğanın, bir ədəd paxlava qızıl üzüyün, iki ədəd tək qaş üzüyün, bir ədəd qolbağın, bir ədəd nazik sepin, bir ədəd kulonun, iki ədəd yarımqızıl bilərziyin 65 manat nağd pulun oğurlanması aşkar edilmiş, ümumilikdə ona 1.620 manat məbləğində maddi ziyan vurulmuş, fotoşəkillər protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 41-47). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2018-ci il 08 noyabr tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 mərhum anasının adına olan Neftçala şəhəri, Bankə qəsəbəsindəki evinə keçirilən baxış vaxtı oradan 50 manat dəyərində beş ədəd qazanın, 20 manat dəyərində dörd ədəd plastmas oturacağın, bir ədəd 15 manat dəyərində dördgözlü plastmas tumbanın içərisindəki 50 manat dəyərində iş alətləri ilə birlikdə, bir ədəd 20 manat dəyərində «Daewoo» markalı 51 dioqanallı televizorun, bir ədəd 50 manat dəyərində elektrik transformatorunun, bir ədəd 80 manat dəyərində «Samsung» markalı tozsoranın, bir ədəd 1.000 manat dəyərində «Batışev» markalı od samovarının, 400 manat dəyərində dörd ədəd xalçanın, bir ədəd 35 manat dəyərində elektrik ventilyatorunun, bir ədəd 50 manat dəyərində nikel çaynikinin, 60 manat dəyərində üç ədəd saxsı çaynikin, bir ədəd 20 manat dəyərində üzərində işləmə zərləri olan saxsı çaynikin naməlum şəxslər tərəfindən oğurlandığı müəyyən olunmuş, plan-sxemin və fotocədvəlin kserosurətləri protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 104-128). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 yanvar tarixli protokoldan görünür ki, icraaatda olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd yaşıl, on ədəd rəngsiz qaşlı üzük, bir ədəd tünd göy rəngli və kənarlarında 10 ədəd rəngsiz qaşı olan, bir ədəd dördkünc formalı qaşlı, bir ədəd üzərində tac olan, gül formalı yeddi ədəd rəngsiz qaşlı, yarpaq formalı rəngsiz qaşlı, dördkünc formalı rəngsiz qaşlı, bir ədəd uzunsov rəngsiz qaşlı, üzərində on bir ədəd rəngsiz qaşlı, dördkünc formalı səkkizguşəli işləməli qızıl üzüklər; bir ədəd dördkünc formalı qara qaşlı; bir ədəd qaş hissəsi dördkünc formalı üzərində qara qat olan, dördkünc formalı doqquz rəngsiz qaşlı gümüş üzüklər; bir cüt 34 rəngsiz qaşlı, bir cüt rəngsiz qaşlı paxlava formalı, bir cüt səkkiz formalı, bir cüt ucunda kürəciklər olan, bir cüt iç-içə iki halqadan ibarət olan, bir cüt paxlava formalı, bir cüt çəhrayı qaşlı gül formalı, bir cüt çəhrayı qaşlı tac formalı qızıl sırğalar; bir cüt ortasında tünd göy rəngli kənarlarında on ədəd rəngsiz qaşlı, gül formalı rəngsiz qaşlı, tac formalı rəngsiz qaşlı qızıl sırğa-üzük dəstləri; dairə formalı, aypara və beşguşəli ulduz formalı, gözmuncuğu formalı, dairə formalı üzərində insan təsviri olan, dairə formalı gözmuncuğu formalı, ağ rəngli heyvan sümüyü olan qızıl kulonlar; bir ədəd gül formalı 20 rəngsiz qaşlı qızıl qolbaq; bir ədəd dördkünc formalı qolbaq; bir ədəd kəndir toxunuşlu, bir ədəd sümbül toxunuşlu qızıl boyunbağılar; bir ədəd kiçik şarlardan ibarət qızıl boyunbağı; bir ədəd oval formalı halqalardan ibarət qırıntı; «Euromax» markalı «EM 777HD» modelli peyk aparatı; «Sonar» markalı «SN-7561» modelli kişi üzqırxan aparatı; «Samsung» markalı qara rəngli televizor götürülmüş, Təqsirləndirilən şəxs2 həmin əşyaları 2015-ci, 2016-cı, 2017-ci və 2018-ci illər ərzində həmyerlisi və qohumu olan Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərinin Qaraçuxur, Hövsan və Yeni Günəşli kimi yaşayış massivlərində yerləşən evlərdən və Neftçala rayonunun Bankə qəsəbəsi sakinləri Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 məxsus evlərdən oğurladıqlarını bildirmişdir (2-ci cild, iş vərəqi 158- 159). İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2019-cu il 04 yanvar tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişlər (2-ci cild, iş vərəqi 160-161). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 06 yanvar tarixli protokoldan və 2019-cu il 11 yanvar tarixli ərizədən görünür ki, ********* saylı cinayət işi ilə əlaqədar X47 bir ədəd «Ural Zid» markalı «UAC-300» modelli qaynaq aparatını təqdim edərək həmin əşyanın 2018-ci ilin sentyabr ayında Neftçala rayonunun Bankə qəsəbəsi sakini Zərərçəkmiş şəxs1 evindən oğurlanan əmlak olduğunu bildirmiş və sonuncuya vurulan maddi ziyan tamamilə ödənilmişdir (2-ci cild, iş vərəqi 174 və 176). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 14 yanvar tarixli protokollardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşlar (2ci cild, iş vərəqi 188 və 203). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evi göstərərək 2017-ci il aprel ayının ortalarında Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan qızıl-zinət əşyalarını, həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 evini göstərərək 2018-ci il sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə birlikdə oradan 3.000 manat nağd pulu, bir ədəd qaynaq aparatını, bir ədəd peyk aparatını və bir ədəd üzqırxan aparatını oğurladıqlarını göstərmişdir (2-ci cild, iş vərəqi 208-209). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evi göstərərək 2018-ci il may ayının ortalarında oradan qızıl-zinət əşyalarını və pulu, həmin qəsəbənin sakinləri Zərərçəkmiş şəxs5 evini göstərərək oradan 2018-ci il sentyabr ayının ortalarında qızıl-zinət əşyalarını, Zərərçəkmiş şəxs6 evini göstərərək oradan 2018-ci il aprel ayının əvvəllərində 3.570 manat nağd pulu təkbaşına, Zərərçəkmiş şəxs2 evini göstərərək oradan 2016-cı il may ayının ortalarında Təqsirləndirilən şəxs2 ilə birlikdə 6.300 manat nağd pulu oğurladığını göstərmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 210-223). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin 2019-cu il 15 yanvar və 2019cu il 16 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə tövsif olunub təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 228-229 və 244-246). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2015-ci il 28 mart tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz həyət evinə baxış zamanı sonuncu ona məxsus 10.000 manat məbləğində pulun oğurlanmasını bildirmişdir (3-cü cild, iş vərəqi 6-8). İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2019-cu il 16 yanvar tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri barəsində əvvəli 2019-cu il yanvarın 14-dən hesablanmaqla 03 ay həddində həbs qismində qətimkan tədbiri seçilmişdir (3-cü cild, iş vərəqi 32-38; 5-ci cild, iş vərəqi 09-16). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 19 yanvar tarixli protokollardan görünür ki, saat 1010-dan saat 1200dək və saat 1230-dan saat 1440-dək ifadələri yerində yoxlanılan müvafiq qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2015-ci il martın 28-də Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivindəki evindən 10.000 manat, 2015-ci il mayın 09-da Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, 7/1 ünvanındakı evindən 345 manat, 2015-ci il noyabrın 09-da Zərərçəkmiş şəxs13 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 10/6 evindən 200 manat, qadın boyunbağı və kulon, 2015-ci il noyabrın 10-da Zərərçəkmiş şəxs14 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 1/42 ünvanındakı evindən qızıl-zinət əşyaları, 2015-ci il aprelin 24-də X28 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, Mədən küçəsi 3/23 evindən 2.500 manat, iki ədəd üzük və sep, 2015-ci il avqustun 12-də Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 4/27 evindən qızıl-zinət əşyaları, 2015-ci il avqustun 07-də Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 16/20 evindən bir ədəd kişi qol saatı, bir ədəd brilyant qaşlı qızıl kişi üzüyü, bir ədəd qadın boyunbağı, sellofanda topa halda yığılan 50 qəpiklik pul, bir ədəd «Samsung» markalı televizor, bir ədəd internet modem, ətirlər oğurladıqlarını göstərmişlər; fotocədvəllər protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 79-101). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2015-ci il 26 aprel tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, Mədən küçəsi, 3/23 ünvanındakı evə baxış vaxtı oradan tumbanın içindən X35 məxsus 2.800 manat məbləğində pulun, servantdan bir ədəd 200 manat dəyərində və bir ədəd 250 manat dəyərində qızıl üzüklərin, bir ədəd 300 manat dəyərində qızıl boyunbağının oğurlanması müəyyən olunmuşdur (3-cü cild, iş vərəqi 113-115). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2015-ci il 09 avqust tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 16, mənzil 20 ünvanındakı evinə baxış zamanı 8 ədəd əl-barmaq izi aşkar edilərək götürülmüş; fotocədvəllər protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 140-145). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2015-ci il 16 yanvar tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 4/27 ünvanında yerləşən evə baxış vaxtı giriş qapısının sağındakı uşaq otağının pəncərəsinin açıq, dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə olması müəyyən edilmiş; fotoşəkillər protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 177-180). İş materiallarındakı Zərərçəkmiş şəxs8 2015-ci il 16 avqust tarixli ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 16 avqust tarixli gündəlik məlumatdan görünür ki, ünvan 5 mənzil 27 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 2015-ci il avqustun 15-də saat 23 radələrində evdə olmadığı vaxt evin birinci mərtəbəsindəki plastik pəncərənin və dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq yataq otağında olan paltar şkafından 50.000 manat dəyərində müxtəlif çeşidli qızıl zinət əşyalarının, 50.000 manat pulun və 7.000 ABŞ dollarının oğurlandığını bildirmişdir (3-cü cild, iş vərəqi 187 və189). İş materiallarında olan 2015-ci il 31 avqust tarixli çıxarışdan görünür ki, 2015-ci il avqustun 10-dan 2015-ci il avqustun 14-dək 1 ABŞ dolları məzənnə ilə 1,0485-1,0494 manat arasında, 2015-ci il avqustun 31-də 1 ABŞ dolları məzənnə ilə 1,048 manat, 1 avro 1,1789 manat, 1 İran rialı 0,0035 manat olmuşdur (3-cü cild, iş vərəqi 246-247). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 2015-ci il 15 oktyabr tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 5 mənzil 27 ünvanında baş verən oğurlu faktı ilə əlaqədar hadisə yerinin müayinəsi vaxtı götürülən əl izlərinin ümumi və xüsusi əlamətləri, izlərin mərkəzi və deltası aydın əks olunmadığına görə müqayisəli tədqiqat üçün yararsız olması bildirilmiş, iki ədəd daktiloskopik kart məktuba əlavə edilmişdir (4-cü cild, iş vərəqi 1-4). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin tərtib etdiyi 2015-ci il 11 may tarixli protokoldan və eyni tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 ünvan 18 ünvanında olan fərdi evinə baxış zamanı evin sol tərəfindəki pəncərənin dəmir barmaqlıqlarının sındırılmış, şüşəsinin isə sındırılmadan yerindən çıxarılaraq yerə qoyulması, sonuncuya məxsus 395 manat nağd pulun oğurlanması müəyyən edilmişdir, sonuncunun hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur; fotocədvəllər protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 46 və 48-50). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 21 yanvar və 2019-cu il 22 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 177.3.2.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (4-cü cild, iş vərəqi 144-146 və159-161). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X7 2019-cu il yanvarın 21-də tərtib etdiyi tələbnamələrdən, Neftçala Rayon Məhkəməsinin 2008-ci il 20 oktyabr tarixli hökmünün surətindən və Neftçala Rayon İcra və Probasiya Şöbəsinin 2019-cu il 07 mart tarixli 108 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmiş; Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 2001-ci il 31 avqust tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 333.4.-cü, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə, Neftçala Rayon Məhkəməsi tərəfindən 2008-ci il oktyabrın 20də Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum olunmuş, Neftçala Rayon Məhkəməsinin 2010-cu il 12 mart tarixli qərarı ilə təyin olunmuş cərimə cəzası hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz olunmuş, «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 2013-cü il 07 may tarixli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə təyin olunan cəzadan tam olaraq azad edilmişdir (5-ci cild, iş vərəqi 23, 25-26 və 64; 6-cı cild, iş vərəqi 9-13). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neftçala Rayon Mərkəzi Xəstəxanasının 2019-cu il 07 mart tarixli 77/1 nömrəli və 2019-cu il 07 mart tarixli 77 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanada narkoloji və əsəb-ruhi xəstəliklə dispanser qeydiyyatda yoxdurlar (5-ci cild, iş vərəqi 62-63). İş materiallarındakı Neftçala Rayonu İcra Hakimiyyəti başçısının Bankə qəsəbə X56 üzrə Nümayəndəliyinin tərtib etdiyi 2019-cu il 07 mart tarixli arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri 1954-cü il təvəllüdlü atası X3, 1963-cü il təvəllüdlü anası X17, 1986-cı il təvəllüdlü qardaşı X4 və 1988-ci il təvəllüdlü bacısı X18; Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı X5 və övladı X24 ibarətdir; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fərdi əməklə məşğuldurlar, sadə, səmimi, bacarıqlı və işgüzar gənclər olmaqla haqlarında yaşadıqları dövr ərzində nümayəndəliyə heç bir rəsmi və şifahi şikayət daxil olmamışdır (5-ci cild, iş vərəqi 75-78). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasına dair 2019-cu il 11 mart tarixli 4288/4289 №-li ekspert rəyindən görünür ki, təqdim olunan məmulatların, 2019-cu ilin fevral ayına rəyin fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən 13.229,00 manat, o cümlədən Zərərçəkmiş şəxs8 məxsus qızıl-zinət əşyalarının qiyməti 4.322 manat, Zərərçəkmiş şəxs12 məxsus qızıl qadın boyunbağının qiyməti 942 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 170,14 manat təşkil edir (5-ci cild, iş vərəqi 89-92). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 12 mart tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Neftçala rayon sakini Təqsirləndirilən şəxs2 2019-cu il yanvarın 02-də təqdim etdiyi qızıl-zinət əşyalarından Zərərçəkmiş şəxs7 bir ədəd tünd göy rəngli kənarlarında 10 ədəd rəngsiz, bir ədəd tac formalı elementin içərisində bir ədəd rəngsiz, bir ədəd yarpaq formalı rəngsiz qaşlı qızıl qadın üzüklərinin, bir cüt gül formalı üzərində rəngsiz qaşlı və bir cüt tac formalı rəngsiz qaşlı qızıl qadın sırğa-üzük dəstlərinin, bir ədəd gözmuncuğu elementindən ibarət qızıl qadın kulonunun; Zərərçəkmiş şəxs4 bir ədəd yaşıl rəngli kənarlarında 10 ədəd rəngsiz şəffaf qaşlı qızıl qadın üzüyünün və bir ədəd kəndir toxunuşlu qızıl qadın boyunbağının; Zərərçəkmiş şəxs1 təqdim olunan əşyalardan bir ədəd «Euromax» markalı «EM 777HD» modelli peyk aparatının, bir ədəd «Sonar» markalı «SN-7561» modelli kişi üzqırxan aparatının və bir ədəd «Ural Zid» markalı «UAC-300» modelli qaynaq aparatının; Zərərçəkmiş şəxs12 təqdim olunan qızıl-zinət əşyaları arasından bir birinə birləşdirilmiş kiçik kürəciklərdən ibarət bir ədəd qızıl qadın boyunbağının; Zərərçəkmiş şəxs8 təqdim olunan qızıl-zinət əşyalarından bir ədəd qaş hissəsi dördkünc formalı üzərində bir ədəd rəngsiz şəffaf qaşlı qızıl qadın üzüyünün, bir cüt rəngsiz qaşlı paxlava formalı qızıl qadın sırğa-üzük dəstinin, bir cüt üzərində «versace» naxışları olan burulmuş səkkiz formalı qızıl qadın sırğa-üzük dəstinin, bir cüt iç-içə keçirilmiş iki ədəd halqadan və onların mərkəzində yerləşən badam formalı elementdən ibarət qızıl qadın sırğa-üzük dəstinin, bir ədəd dairə formalı üzərində ərəb və ya fars mənşəli yazılar olan qızıl qadın kulonunun, bir ədəd qaş hissəsi gül formalı 20 ədəd rəngsiz şəffaf qaşlı qızıl qadın qolbağının və bir ədəd sümbül toxunuşlu qızıl qadın boyunbağının onlara məxsus olduğunu bildirmişlər (5-ci cild, iş vərəqi 107-116). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin 2019-cu il 13 mart tarixli qərarlarından və eyni tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs8 məxsus qaş hissəsi dördkünc formalı üzərində bir ədəd rəngsiz şəffaf qaş olan qızıl qadın üzüyü, rəngsiz qaşları olan paxlava formalı qızıl qadın sırğa-üzük dəsti, üzərində «versace» naxışları olan burulmuş 8 formalı qızıl qadın sırğa-üzük dəsti, iç-içə keçirilmiş iki ədəd halqadan və onların mərkəzində yerləşən badam formalı elementdən ibarət qızıl qadın sırğa-üzük dəsti, dairə formalı üzərində ərəb və ya fars mənşəli yazılar olan qızıl qadın klonu, qaş hissəsi gül formalı üzərində 20 ədəd rəngsiz şəffaf qaş olan qızıl qadın qolbağı, sümbül toxunuşlu qızıl qadın boyunbağı; Zərərçəkmiş şəxs7 məxsus bir ədəd tünd göy rəngli kənarlarında 10 ədəd rəngsiz qaş olan qızıl qadın üzüyü, tac formalı elementin içərisində bir ədəd rəngsiz qaşı olan qızıl qadın üzüyü, yarpaq formalı üzərində rəngsiz qaşlar olan qızıl qadın üzüyü, gül formalı üzərində rəngsiz qaşlar olan qızıl qadın sırğa-üzük dəsti, tac formalı üzərində rəngsiz qaşlar olan qızıl qadın sırğa-üzük dəsti, gözmuncuğu elementindən ibarət qızıl qadın kulonu; Zərərçəkmiş şəxs4 məxsus bir ədəd yaşıl rəngli kənarlarında 10 ədəd rəngsiz şəffaf qaşı olan qızıl qadın üzüyü, kəndir toxunuşlu qızıl qadın boyunbağı; Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Euromax» markalı «EM 777HD» modelli peyk aparatı, bir ədəd «Sonar» markalı «SN-7561» modelli kişi üzqırxan aparatı və bir ədəd «Ural Zid» markalı «UAC-300» modelli qaynaq aparatı, yəni 18.636 manat məbləğində əmlak maddi sübut hesab edilməklə cinayət işinə əlavə edilmiş və saxlanılması üçün müvafiq qaydada Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur (5-ci cild, iş vərəqi 117-128). İş materiallarında olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 2019-cu il 13 mart tarixli ərizələrindən müvafiq qaydada görünür ki, Zərərçəkmiş şəxs4 dəyən zərərdən 1.900 manat, Zərərçəkmiş şəxs1 dəyən zərərdən 3.000 manat, Zərərçəkmiş şəxs12 məxsus 942 manat dəyərində qızıl boyunbağı, Zərərçəkmiş şəxs7 məxsus 1.947 manat dəyərində qızıl-zinət əşyaları, Zərərçəkmiş şəxs8 məxsus 4.322 manat dəyərində qızıl zinət əşyaları və Zərərçəkmiş şəxs2 məxsus 6.300 manat Təqsirləndirilən şəxs2 tərəfindən qaytarılmışdır (5-ci cild, iş vərəqi 129-134). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasına dair 2019-cu il 15 mart tarixli 7189 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş istifadədə olmuş Zərərçəkmiş şəxs12 məxsus bir ədəd Slovakiyada istehsal edilməklə «Samsung» markalı, «LE40B551A6W» modelli, «SQ02» seriyalı, qara rəngli televizorun ümumi dəyəri 380 manat, Zərərçəkmiş şəxs1 məxsus bir dəst «Euromax» markalı, «EM777HD» modelli peyk qəbuledicisinin ümumi dəyəri 25 manat, bir ədəd «Sonar» markalı, «SN-7561» modelli üzqırxan aparatının ümumi dəyəri 10 manat, bir ədəd «Ural Zid» markalı, «UAC-300» modelli qaynaq aparatının ümumi dəyəri 240 manat müəyyən olunmuşdur; ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir (5-ci cild, iş vərəqi 169-170). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tərtib etdiyi 2018-ci il 16 fevral tarixli 1699 nömrəli fərdi uçot kartoçkasının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Neftçala Rayon Polis Şöbəsi tərəfindən 2018-ci il yanvarın 31-də nikahın pozulması haqqında şəhadətnamə verilmişdir (5-ci cild, iş vərəqi 200). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin 2019-cu il 16 mart tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (5-ci cild, iş vərəqi 201-205 və 220-224). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin 2019-cu il 17 mart tarixli 176-4514-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarına Azərbaycan Respublikası DİN-nin DYP Web portalında mülkiyyətlərində və etibarnamə əsasında heç bir nəqliyyat vasitəsi yoxdur (6-cı cild, iş vərəqi 2). İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2019-cu il 30 yanvar tarixli hökmünün surətindən görünür ki, X9 qeyriləri ilə qabaqcadan əlbir olub 2018-ci il sentyabrın 04-də gecə saatlarında Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən evdən Zərərçəkmiş şəxs3 əmlakını oğurladığına görə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, X9 məhkəmə istintaqı vaxtı dindirilərkən oğurluğu Təqsirləndirilən şəxs1 və başqası ilə törətməsini bildirmişdir (6-cı cild, iş vərəqi 14-16). İş materiallarında olan Zərərçəkmiş şəxs7 2019-cu il 17 mart tarixli ərizəsindən görünür ki, o, Azərbaycan dilində sərbəst yazıb oxuya bilir (6-cı cild, iş vərəqi 21). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 06 may tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala Rayon Prokurorluğuna qaytarılmışdır (6-cı cild, iş vərəqi 292-301). İş materiallarındakı Neftçala Rayon Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 iyun tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncular isə istintaqdakı ifadələrini təkzib edərək Zərərçəkmiş şəxs8 evini tanımadıqlarını, heç bir cinayət törətmədiklərini, polis əməkdaşlarının təzyiqi ilə cinayət əməllərini boyunlarına aldıqlarını bildirmişlər (7-ci cild, iş vərəqi 167-178). İş materiallarında olan Neftçala Rayon Polis Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2019-cu il 23 iyun və eyni tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş qızıl-zinət əşyalarını özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, «Laçın» ticarət mərkəzində satması epizodunda Şahid1 hərəkətlərində cinayət hadisəsi aşkar olunmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadələrində adlarını göstərdikləri Ramiz, Duxtər, Gündüz, Seyfulla və Müslüm adlı şəxslər barəsində cinayət işinin ibtidai istintaq materiallarından ayrıca materiallar ayrılaraq Neftçala Rayon Prokurorluğuna və Neftçala Rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna təqdim edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmış, X37 aldığı «Ural Zid» markalı «UAC-300» modelli qaynaq aparatının cinayət yolu ilə əldə edilməsindən əvvəlcədən məlumatı olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən evdən Zərərçəkmiş şəxs3 əmlakının oğurlanması faktı üzrə Təqsirləndirilən şəxs1 ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə zərər çəkmiş şəxs Neftçala rayonunun Bankə qəsəbəsi sakini Zərərçəkmiş şəxs1 evindən oğurluq etmələri ilə əlaqədar ittiham elan olunsa da aparılan istintaqın sonrakı mərhələlərində toplanmış sübutlarla öz təsdiqini tapmadığından həmin epizod üzrə Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə barələrində seçilmiş həbs qismində qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (7-ci cild, iş vərəqi 182-207, 209-213 və 221-225). İş materiallarındakı notariat qaydasında təsdiq edilmiş 2019-cu il 09 avqust tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 onlara vurulmuş ziyan tam həcmdə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 notariat qaydasında təsdiq edilmiş 2019-cu il 17 oktyabr tarixli ərizəsindən və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2019-cu il 28 oktyabr tarixli teleqramlarından görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə 2021-ci il noyabrın 12-də təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2020-ci il 27 oktyabr tarixli 17/388260 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-cu il yanvarın 17-də təcridxanaya gətirildikdən sonra tibbi müayinələrdən keçirilmişlər və sonuncuların dəri səthinə baxış zamanı yeni xəsarətlər aşkarlanmamışdır. Məhkəməyə 2021-ci il noyabrın 30-da təqdim olunan Neftçala Rayon Prokurorluğunun 2020-ci il 18 noyabr tarixli 205-C-20 №-li məktubundan və eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Peyman Əbülfəz oğlu X1, X43, X25, X50 və X51 adlı polis əməkdaşları tərəfindən döyülmələri və onlara qarşı digər hər hansı bir qanunsuz hərəkətlərə yol verilməsi təsdiq olunmadığından toplanan material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən 18.636 manat məbləğində maddi ziyanın zərər çəkmiş şəxslərin bir qisminə natura şəklində ödənilməsini nəzərə alır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilk dəfə yalnız hadisənin baş verdiyi 2015-ci il avqustun 12-dən dörd ilə yaxın müddət keçdikdən sonra, yəni 2019-cu il yanvarın 21-də və 2019-cu il martın 11-də istintaqa verdiyi ifadələrdə, həmçinin 2019-cu il iyunun 22-də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən sonuncuların onun evindən əlavə olaraq 1.200 avro (məzənnə ilə 1.414,68 manat) və 44.000 İran rialı (məzənnə ilə 154 manat) məbləğində pulun oğurlamasını bildirdiyi üçün həmin epizod sübuta yetirilmədiyindən ittihamdan xaric edilməlidir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmədə ifadələrindəki özlərini müvafiq qaydada qismən təqsirli və təqsirsiz bilmələrinə, polis əməkdaşlarının onları müxtəlif sənədləri imzalamağa məcbur etmələri, psixoloji təsir edib söyməklə döymələri barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduqları bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi, işin 3-cü cildinin 79-cu və 91-ci səhifələrində olan şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması haqqında 2018-ci (əslində 2019-cu) il 19 yanvar tarixli protokollardakı, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qəbul etdiyi, işin 4-cü cildinin 144-cü və 159-cu səhifələrində olan sonuncuların təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında müvafiq qaydada 2018-ci (əslində 2019-cu) il 21 yanvar və 2018-ci (əslində 2019-cu) il 22 yanvar tarixli qərarlardakı il, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi, işin 3-cü cildinin 177-ci səhifəsində olan baxış keçirilməsi barədə 2015-ci il 16 yanvar (əslində avqust) tarixli protokoldakı ay fərqlərini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ünvanının 315 əvəzinə 55 sayla göstərməsini texniki səhv kimi qiymətləndirir; 2-ci və 10cu epizodlar üzrə müvafiq qaydada zərər çəkmiş şəxslər X28 və Zərərçəkmiş şəxs3 əmlakının birincisinin övladının, ikincisinin isə mərhum anasının evlərindən oğurlanmasının səhvən həmin zərər çəkmiş şəxslərə məxsus yaşayış sahələrindən göstərilməsini nəzərə alır; 10-cu və 14-cü epizodlar üzrə müvafiq qaydada zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın miqdarının düzgün qeyd olunmamasını arifmetik səhv kimi, yəni birinci halda 2.050 manat yox, 1.850 manat, ikinci halda 3.655 manat deyil, 3.275 manat məbləğində qəbul edir; zərər çəkmiş şəxslərin ifadələrində və ekspertiza rəylərində fərqlənən qızıl-zinət əşyalarının və məişət texnikanın dəyərini ekspertlər tərəfindən müəyyən edilən qiymətlər ilə, habelə bəzi zərər çəkmiş şəxslərin ifadələrində fərqli göstərilən oğurlanmış əmlakının dəyərini istintaqın gəldiyi nəticələr ilə əsas tutur; şahid X37 ifadəsində hadisənin vaxtının 2018-ci il yay aylarının sentyabrın əvvəlləri ilə səhv salmasındakı qeyri-dəqiqliyini adı çəkilən mövsüm aylarının yaxın olmaqla bir-birindən sonrakı ardıcıllıqdan irəli gələn səhv kimi sayır; 5-ci epіzod üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ibtidai araşdırmadakı ilkin ərizəsində və ifadələrində oğurlanan əşyaların dəyərinin və pulun miqdarının sonradan dəqiqləşdirilib ümumilikdə məbləğin 105.486,00 (107.054,68–1.414,68–154) manat olmasını hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, birincisinin qismən etirafedici, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə iclasında elan olunmaqla tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici, digər zərər çəkmiş şəxslərin və şahidin ifadələri, üzləşdirmə, baxış, ifadələrin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim olunması protokolları, ekspertiza rəyləri,eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etmələrinin, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəmələrinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ailə vəziyyətlərini, Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının CM-nin 180.2.-ci maddəsinin tələblərinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9 (1-ci epizod), X35 (2-ci epizod), Zərərçəkmiş şəxs12 (4-cü epizod), Zərərçəkmiş şəxs8 (5-ci epizod), Zərərçəkmiş şəxs13 (6-cı epizod), Zərərçəkmiş şəxs14 (7-ci epizod), Zərərçəkmiş şəxs3 (10-cu epizod), Zərərçəkmiş şəxs6 (11-ci epizod) və Zərərçəkmiş şəxs5 (13-cü epizod) vurulan maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, zərər çəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəyən maddi ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onlar barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə aparılmış ekspertiza tədqiqatlarından sonra götürülmüş maddi sübutların saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 366,14 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 183,07 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X26 və X33 hər biri tərəfindən 04 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X26 və X33 vəkil işlədikləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə 24 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu gündən, yəni 2019-cu il yanvarın 14-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 2019-cu il yanvarın 14-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 2019-cu il yanvarın 14-dən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə 1.200 avronun (məzənnə ilə 1.414,68 manatın) və 44.000 İran rialının (məzənnə ilə 154 manatın) oğurlanması ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9, X35, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 vurulan maddi ziyan ilə əlaqədar mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. 366,14 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 183,07 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabından X26 və X33 vəkil işlədikləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə 24 manat köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.