Məhkəmə qərarları › İş №1(101)-681/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-681/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-681/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili X5, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1981-ci il tarixdə Quba rayonunun İqriq kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Quba rayonunun İqriq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 10 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanında binanın həyətinə baxan tərəfində olan eyvanında divara bərkidilmiş taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra orada döşəmənin sağ künc hissəsində 44x52 sm ölçüdə olan yeri dağıdıb yaratdıqları mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən ünvan 4 ünvanına tavan hissəsindən əlini salıb qanunsuz daxil olub eyvanda olan taxta dolabın üst rəfindən Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus içərisində həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 425.000 manat təşkil edən 250.000 ABŞ dolları pul olan üzəri şəffaf yapışqanlı lentlə bağlanmış tünd rəngli plastik çantanı tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib həmin çantanı gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 425.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, günəmuzd fəhləliklə məşğul olmuşdur. Şahid1 ona və bacanağı Təqsirləndirilən şəxs2 mənzillərdə və tikinti yerlərində fəhlə işləri vermişdir. Sonuncu dəfə 2020-ci ilin avqust ayının təxminən 10-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında söküntü işləri aparmışlar. Həmin işi onlara Şahid1 vermişdir. Bütün mənzilin söküntü işlərini onlar görməli olmuşdur. Elşən onlara gündəlik 15 manat pul vermişdir. O və Ramin həmin mənzildə söküntü işlərini qurtardıqdan sonra Elşəndən günəmuzd pullarını alıb evə getmişlər. Onlar həmin mənzildə bir gün işləmişlər. O, aylıq 1.200-1.500 manat pul qazanmışdır. “Hundai Elantra” markalı avtomobili özünün və qayınatasının verdiyi pul ilə almışdır. O, Nizami rayonundan yeni ev də almışdır. Zərərçəkmiş şəxsə polis əməkdaşları onu qorxutduğu üçün pul ödəmişdir. O, söküntü işi ilə 10 il məşğul olmuşdur. Həmin mənzildə 1 gün işləmişdir. Onlar həmin evdə söküntü işini qurtarmışdır. Əvvəllər yüksək maaşla şirkətlərdə usta işləyib pul yığmışdır. Qayınatasıgillə münasibəti yaxşı olmuşdur. Himayəsində 2 uşağı var, uşaqları 5 və 12 yaşlarındadır. Qayınatasıgilin Qubada bağları olmuşdur. Onlar həmin bağda məhsul yetişdirib satırlar. Həmin mənzildən pul götürməmişlər. Onu saxlayıb Bakı Şəhər Baş Polis İdarəsinə aparmışlar. Polislər izahat verdikdən sonra onu buraxacaqlarını bildirmişlər. 3 otaqlı evi 100.000 manata almışdır. Onun bank hesabında 20.000 ABŞ dolları pulu olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, günəmuzd fəhləlik edərək ailəsinə çörək pulu qazanmışdır. Bəzən Şahid1 ona və bacanağı Təqsirləndirilən şəxs2 mənzillərdə və tikinti yerlərində fəhlə işləri vermişdir. Sonuncu dəfə 2020-ci ilin avqust ayının 10-11-i arası Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında söküntü işləri aparmışlar. Həmin işi onlara Şahid1 vermişdir. Bütün mənzilin söküntü işlərini onlar görməli olmuşlar. Hər birinə Elşən gündəlik 15 manat pul vermişdir. Həmin günü işlədikləri mənzilin binanın həyətinə baxan eyvanında olan sovet zamanından qalma şkafı sökən zaman hər ikisi orada şkafın döşəməsinin altında boşluq hissədə qara rəngli plastik materialdan çamadana oxşayan qutunu aşkar etmişlər. Çamadanın üzəri şəffaf yapışqan lentlə də dövrələnmiş formada bağlı olmuşdur. Çamadan onlarda maraq oyatdığı üçün onu açmış və həmin vaxt plastik qutunun içərisinin ABŞ dolları ilə dolu olduğunu görmüşlər. Həmin qutunu götürmək qərarına gəlib birlikdə yaşadığı ünvan 5 ünvanına getmişlər. Orada qutuda olan pulları sayaraq 25 ədəd 10.000 manatlıq paçkalarda ABŞ dollarları, yəni ümumilikdə 250.000 ABŞ dolları pul aşkar etmişlər. Həmin pulu Ramin ilə birlikdə yarı-yarı bölmüşlər. Bundan sonra o öz adına Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” adlanan ərazidən 110.000 manata 3 otaqlı orta təmirli mənzil, 20.000 manata “Hyundai Elantra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, bir miqdar pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin mənzildən götürdüyü puldan Quba rayonunda qayınatasının evində 10.000 ABŞ dolları, öz adına “Beynəlxalq Bank” kartında təxminən 20.000 ABŞ dolları, həmçinin həyat yoldaşı Şahid4 Zahid qızının adına olan “Beynəlxalq Bank” kartında 14.000 manat pul olmuşdur. Qayınatası Quba rayonunun İqriq kəndində yaşayır. Pulları qaytarmağa hazırdır (cild 1, iş vərəqə 130-131). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı digər Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi cinayət əməlini etiraf edərək işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, günəmuzd fəhləlik etmişdir. Şahid1 ona və bacanağı Təqsirləndirilən şəxs1 mənzillərdə və tikinti yerlərində fəhlə işləri vermişdir. Sonuncu dəfə 2020-ci ilin avqust ayının təxminən 10-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında söküntü işləri aparmışlar. Həmin işi Şahid1 onlara vermişdir. Bütün mənzilin söküntü işlərini onlar görməli olmuşdur. Elşən onlara gündəlik 15 manat pul vermişdir. O və Ceyhun birlikdə həmin mənzildə söküntü işlərini qurtarıb Elşəndən günəmuzd pullarını alaraq evə getmişlər. O, əvvəllər tikinti şirkətində işləmiş və həmin dövrdə ayda 750-1.000 manat pul qazanmışdır. Bakıda kirayədə yaşamış və 200 manat kirayə pulu vermişdir. Onlardan başqa həmin mənzildə başqa fəhlələr də işləmişdir. İstintaq dövründə vəkili onu yaxşı müdafiə etmədiyi üçün ondan imtina etmişdir. Həmin mənzildən pul götürməmişlər. Qayınatasıgil və bacanağı Ceyhunla münasibəti yaxşı olmuşdur. Himayəsində 2 uşağı vardır. Polis əməkdaşları onu qorxutduğu üçün zərərçəkmiş şəxsə pul ödəmişdir. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, günəmuzd fəhləlik edərək ailəsinə çörək pulu qazanmışdır. Bəzən Şahid1 ona və bacanağı Təqsirləndirilən şəxs1 mənzillərdə və tikinti yerlərində fəhlə işləri vermişdir. Sonuncu dəfə 2020-ci ilin avqust ayının 10-11-i arası Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında söküntü işləri aparmışlar. Həmin işi Şahid1 vermişdir. Bütün mənzilin söküntü işlərini onlar görməli olmuşlar. Hər birinə Elşən gündəlik 15 manat pul verməli olmuşdur. Həmin gün işlədikləri mənzilin binanın həyətinə baxan balkonunda olan sovet zamanından qalma şkafı sökən zaman hər ikisi orada şkafın döşəməsinin altında boşluq hissədə qara rəngli plastik materialdan çamadana oxşayan qutunu aşkar edib götürmüşlər. Sonra birlikdə Ceyhunun yaşadığı ünvan 5 ünvanına getmiş, orada qutuda olan pulları saymış, həmin vaxt 25 ədəd 10.000 manatlıq paçkalarda ABŞ dollarları, yəni ümumilikdə 250.000 ABŞ dolları pul aşkar etmişlər. Həmin pulu Ceyhun ilə birlikdə yarıyarı bölmüşlər. Bundan sonra öz adına Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” adlanan ərazidən 110.000 manata 3 otaqlı orta təmirli mənzil, 20.000 manata “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, bir miqdar pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin mənzildən götürdüyü puldan Quba rayonunun İqriq kəndində ata evində təxminən 33.000 ABŞ dolları və 10.000 manata yaxın pul qalmışdır. Aldığı avtomobili isə Xaçmaz rayonunun Qalağan kəndində yaşayan bacısı X4 evinin həyətində saxlamışdır. Pulları qaytarmağa hazırdır, oğurladığı pullar barədə ailə üzvlərinə lotoreyadan qazandığını bildirmişdir (cild 1, iş vərəqə 111-112; 144-146). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı digər Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi cinayət əməlini etiraf edərək işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası X2 mülkiyyətində olan ünvan 6 ünvanı onun istifadəsində olmuşdur. Həmin mənzildə təxminən 25 ildir ki, daimi yaşayış olmamışdır. 2020-ci ilin mart ayının sonlarında o özünə məxsus olan 250.000 ABŞ dolları pulu ünvan 6 ünvanına saxlamaq üçün gətirmişdir. Həmin mənzildə pulunun etibarlı vəziyyətdə qalacağını düşünmüşdür. 250.000 ABŞ dollarını tünd rəngli plastik materialdan olan çamadanda oxşar quruluşlu olan qutuya yerləşdirib üzərinin açılmaması, nəm götürməməsi məqsədi ilə yapışqanlı lentlə bağlayaraq mənzilin binanın həyətinə baxan eyvanında olan ağ rəngli taxta materialdan olan arxa və yan tərəfləri divarlara bərkidilmiş şkafda əşyaların üzərinə ən yuxarı sağ künc tərəfinə yerləşdirmişdir. Həmin şkafın yuxarı tərəfi evin tavanına qədər olmuş, pulunu oraya yerləşdirən zaman isə tavan tam şəkildə olmuş, yəni mənzili ilə qonşu döşəməsi arasında olan hissə tam bağlı olmuşdur. 250.000 ABŞ dolları pulu həmin qutuya 25 ədəd 10.000 ABŞ dollarlıq rezinlərə bükülmüş formada səliqəli yığmışdır. 16 sentyabr 2020-ci il tarixdə bina üzrə istilik sisteminin borularının dəyişdirilməsi xəbərini alıb 17 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanına gəlmişdir. Mənzilə daxil olarkən yuxarı mənzildən su axdığını və evin döşəməsində su izlərini görmüşdür. Bundan sonra bir mərtəbə yuxarıda olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158-ə qalxmışdır. Orada olan zaman evdə təmir getdiyini görmüş və mənzili gəzib su axıntısının haradan olmasına baxmışdır. Mətbəxdən balkona çıxmış və həmin zaman görmüşdür ki, 250.000 ABŞ dollar pulunu yerləşdirdiyi binanın həyətinə baxan eyvanda olan ağ rəngli taxta materialdan ibarət arxa və yan tərəfləri divarlara bərkidilmiş şkafın üzərinə düşən hissəsi yuxarı mərtəbədə eyni ilə şkaf döşəmədən sökülmüş və təxminən yarım kvadrat metr ölçüdə dördbucaqlı formada boşluq yaranmışdır. Həmin boşluq olan hissə isə konkret pullarını yerləşdirib qoyduğu qutunun yerinə rast gəlmişdir. Bundan sonra şübhələnmiş və aşağı mərtəbəyə, yəni öz mənzilinə düşüb pulları qoyduğu şkafa baxmış və məlum olmuşdur ki, 250.000 ABŞ dollar pulu tünd rəngli plastik materialdan olan qutu ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra yenidən üst mərtəbəyə qalxıb orada ustalardan həmin şkafın yerini sökən şəxslərin kim olmasını soruşduqda onlar həmin yeri sökənlərin başlarında Elşən adlı şəxsin olduğunu demiş və onu mənzilə çağırmışlar. Bir az keçdikdən sonra Şahid1 kimi özünü təqdim edən həmin mənzildə təmir işlərini gördürən şəxs gəlmişdir. Şahid1 ilə söhbət zamanı məlum olmuşdur ki, 10-11 avqust 2020-ci il tarixlərdə həmin mənzildə 2 nəfər Quba rayonundan olan Ceyhun və Ramin adlı fəhlələr işləmiş və mənzildə qeyd etdiyi şkafı da onlar sökmüşdür. Bu vaxt o, Şahid1 “həmin fəhlələrin sökdüyü yerin bir mərtəbə aşağısında mənim mənzilimdə olan şkafdan içərisində əmanət olan bir qutu oğurlanıb, onlara zəng et, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” sözlərini demişdir. Şahid1 da Ceyhun və Ramin adlı həmin şəxslərə zəng etmişdir. Güman edir ki, Şahid1 əvvəlcə Ramin adlı şəxsə zəng edib “siz sökdüyünüz şkafın yerində bir mərtəbə aşağıda olan mənzilin eyni şkafında aşağıdakı qonşuya məxsus qutu götürülüb, gətirin qaytarın” sözlərini demişdir. Lakin Şahid1 həmin şəxslə danışarkən qutuda nə olmasını, konkret pul və yaxud digər başqa bir əşyanın olub-olmamasını deməmiş, yalnız qutu adını çəkmişdir. Çünki o da Şahid1 qutunun içərisində nə olduğunu bildirməmişdir. Bir az keçdikdən sonra Şahid1 Ceyhun adlı şəxs zəng edərək “Ramin deyir sən demisən ki, biz işlədiyimiz yerdən pul götürmüşük, biz pul zad götürməmişik, heç nə görməmişik” sözlərini demişdir. Bundan sonra o məcbur olub oğurluq barədə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona 34.800 ABŞ dolları və 20.090 manat pul qaytarılmışdır. Üzləşdirmə və digər istintaq hərəkətləri zamanı təqsirləndirilən şəxslər ona məxsus 250.000 ABŞ dolları pulu götürdüklərini etiraf etmişlər. Həmin pullar yeni 100-lük ABŞ dolları əskinazlarından ibarət olmuşdur. Həmin ev anasına məxsus olmuşdur. O, əmanət deyəndə pulu nəzərdə tutmuşdur. Üzləşdirmə zamanı təqsirləndirilən şəxslər ona sual verməmişlər. Təqsirləndirilən şəxslərdən maddi ziyanın ödənilməsini tələb edərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada evlərin təmir-tikinti işləri ilə məşğul olaraq çörək pulu qazanır. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanı qohumu Afərim xanıma məxsus olmuşdur. 2020-ci ilin iyul ayından həmin mənzili təmir üçün təhvil almışdır. Lakin xüsusi karantin rejimində bir müddət təmirdən əvvəl söküntü işləri aparılmamışdır. 10 avqust 2020-ci il tarixdə səhər saatlarında 1 ay əvvəl tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mənzildə söküntü işləri üçün dəvət etmişdir. Onlarin hər birinə hər gün 20 manat zəhmət haqqı verəcəyini demişdir. İlk olaraq Ceyhun və Raminə mənzilin həyətə baxan tərəfindəki eyvanında olan 3 tərəfdən, yəni sağdan, soldan və arxa tərəfdən beton divarlara bərkidilmiş ağ rəngli sovet vaxtı təmirdən qalma taxta dolabı sökmələrini bildirmiş və mənzilin açarlarını onlara verərək çıxıb getmişdir. 11 avqust 2020ci il tarixdə səhər saatlarında təmir aparılan mənzilə getmiş, bu vaxt Ceyhun və Raminə sökmələrini tapşırdığı dolabı sökdüklərini, lakin heç birinin mənzildə olmadıqlarını görmüşdür. Mənzilə daxil olmazdan əvvəl mənzilin açarının qapının yanındakı su sayğacının qutusunun içərisindən götürmüşdür. Bir az keçdikdən sonra Ramin ona zəng edərək bildirmişdir ki, Ceyhun özünə iş tapdığından işə gələ bilməyəcək, özünün isə Quba rayonuna atasının yanına özünə ev tikmək üçün təməl qazmaq məqsədi ilə 3 günlük getməli olduğunu bildirərək sonra gəlib fəhlə işini davam etdirəcəyini demişdir. Bundan sonra bir daha Ceyhunu görməmişdir. 10 avqust 2020-ci il tarixdə Ceyhun və Raminə zəhmət haqlarını qabaqcadan vermiş, hətta Raminə uşağının dərman puluna görə 100 manat, Ceyhuna isə 50 manat vermişdir. Ramin və Ceyhunu iş yoldaşlarının vasitəsi ilə tanımış, bir neçə dəfə onları mənzillərdə söküntü işlərinə cəlb etmişdir. Lakin onların həmin mənzildə 1 gün işləyib getmələri qəribə olmuşdur. Çünki ona heç bir şey demədən hər ikisi eyni gündə işə gəlməmişdir. Təxminən 5 gün sonra Ceyhun Raminin vasitəsi ilə ona olan borcundan 40 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında işləyən ustaların yanına gəlib onlara vermişdir ki, pulu ona çatdırsınlar. Daha sonra Ramin bir dəfə zəng edib demişdir ki, “səninlə görüşmək istəyirəm, sənə rayondan gavalı gətirmişəm”. O da 23-cü Polis Bölməsinin arxa tərəfində Raminlə görüşüb gətirdiyi meyvələri götürmüşdür. Raminə pul vermək istəsə də, o, pulu qəbul etməyib həyətindən yığıb gətirdiyini, pay verdiyini demişdir. Həmin vaxt Raminin hərəkətləri ona qəribə gəlmiş, sanki görüşməkdə başqa məqsədi olmuşdur. 11 avqust 2020-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixə kimi mənzildə heç bir təmir işləri aparılmamış, həmin mənzilə heç kimin girişi və çıxışı olmamışdır. 17 sentyabr 2020-ci il tarixdə səhər saatlarında təmir ustalarını mənzilə gətirmiş və işlərini davam etdirməyə başlamışlar. 17 sentyabr 2020-ci il tarixdə səhər saatlarında ona mənzildə işləyən ustalar zəng edib demişdir ki, aşağı mərtəbədə olan, yəni ünvan 6 ünvanının sahibi Elxan Tarverdiyev kimi sonradan adı ona məlum olan qonşu gəlib su axıntısından şikayət edir və cavabdeh şəxsi mənzilə çağırır. Təmir işləri gördüyü mənzilə getmiş və orada Elxan Tarverdiyev ilə tanış olmuşdur. Həmin vaxt Elxan müəllim ona demişdir ki, “mənim mənzilimdə olan dolabın yuxarı hissəsindən içində əmanət olan qutu götürülüb, kim götürübsə zəng et gətirib qaytarsın, qaytarsa şikayət etməyəcəyəm”. Bundan sonra o, Elxan müəllim ilə birlikdə Ceyhun və Raminin sökdüyü dolabın yerinə baxmış və orada alt və üst mərtəbələr arasında təxminən yarım kvadrat metr boşluq hissə olduğunu görmüşdür. O vaxta qədər həmin hissəni görməmişdir. O, Elxan müəllimə həmin dolabın yerləşdiyi və boşluğun olduğu yerin Ceyhun və Ramin adlı fəhlələr tərəfindən söküldüyünü bildirmiş və Raminin ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zəng edib ona “sökdüyünüz yerdən aşağı qonşunun evindən, şkafın altından əmanət olan qutu götürmüsünüz, aşağıdan qonşu gəlib deyir ki, gətirin qaytarın” sözlərini demişdir. Bundan sonra Ramin and içib heç bir şey götürmədiyini bildirmişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs1 ona zəng edib, “əə Elşən, biz ordan pul zad götürməmişik, nənəmin qəbrini düzəltdirirəm, hasar çəkdirirəm, mən şəhərə gələ bilmərəm” sözlərini deyib telefonu bağlamışdır. O, Ramin və Ceyhunla danışan zaman onlara qutunun içərisində nə olduğunu deməmiş, çünki bilməmişdir. Elə düşünmüşdür ki, həmin qutuda bahalı qab-qacaq və yaxud başqa bir əşya olmuşdur. Raminlə danışandan sonra Ceyhunun ona zəng edib pul götürməmələrini bildirməsi bir daha göstərmişdir ki, Ceyhun və Raminin qanunsuz işləri olmuş, onlar söküntü gördükləri mənzildə 1 gün işləyib getmişlər. Axşam saat 6-ya qədər Elxan müəllim gözləyəcəyini bildirmiş, lakin Ceyhun və Ramindən bir səs çıxmamışdır. 17 sentyabr 2020-ci il tarixdə gecə saatlarında Elxan müəllim polisə müraciət etmiş və o da gedib bildiklərini polislərə danışmışdır. Polislər onunla sorğu aparan zaman Elxan müəllimin 250.000 ABŞ dolları pulunu Ceyhun və Raminin söküntü işləri apardığı dolabın alt hissəsində olan dəlikdən oğurladığını bilmişdir. Raminlə hadisə baş verməzdən 3 ay əvvəl tanış olmuşdur. Telefon danışığı zamanı Ramin həmin mənzildən pul götürmədiklərini demişdir. Ramin və Ceyhunun həmin mənzildən pul aparmasını görməmişdir. Ramin və Ceyhunun həmin mənzildə təxminən 10 gün işləri olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşının qardaşı, həm də xalası oğludur. Xaçmaz rayonunun Qalağan kəndində yaşayır. 16 sentyabr 2020-ci il tarixdə oğlu Elxan Qürbətov ona zəng edərək bildirmişdir ki, “dayım maşın alıb gətirib saxlayıb bizim həyətdə”. O, 17 sentyabr 2020-ci il tarixdə yaşadığı evə gəlmiş və həmin vaxt evinin həyətində “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Avtomobilin açarlarını Ramin özü ilə aparmışdır. Raminin atasının Xaçmazda meyvə bağları olmuşdur. Uzun illər onlar həmin meyvə bağının məhsulunu satmış, həmin məhsulun puluna atası Raminə Bakı şəhərindən ev və “Ford Fusion” markalı avtomobili almışdır. Ramin və Ceyhun uzun illər pul qazanmışdır. Onların oğurluq etməsinə inanmır. Həmin maşın onun həyətində 1 gün qalmışdır. Ramin maşını 18.000 manata almışdır. Həmin maşını onun həyətinə Ramin özü gətirmişdir. O, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Şahid3 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və onun bacanağı Təqsirləndirilən şəxs1 Bakı şəhərində işlədikləri mənzildən pul götürüb həmin pulun hesabına özlərinə avtomobil və mənzil almışlar. Bunu Ramin onunla danışan zaman da etiraf etmişdir. Həmin gün gecə saatlarında polis əməkdaşları yaşadığı ünvana gəlmiş və orada Ramin “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili könüllü təqdim etmiş, onun və Raminin iştirakı ilə baxış keçirilmişdir. Ramin və Ceyhun həbs edildikdən sonra ailəvi oturub məsləhətləşmişlər ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan nə qədər tezliklə ödənilsə Ramin və Ceyhunun məsuliyyət məsələsində onlara böyük köməklik olar. Bu məqsədlə Təqsirləndirilən şəxs2 arvadı Günel Əliməmmədova və Təqsirləndirilən şəxs1 arvadı Şahid4 cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına alınmış mənzillərin zərərçəkmiş şəxsə verilərək müəyyən ödəniş edilməsi üçün polisə ərizə ilə müraciət etmişlər. Bunun üçün o, Rasim, Təqsirləndirilən şəxs2 arvadı Günel Əliməmmədova və Təqsirləndirilən şəxs1 arvadı Pərvin Balayev ilə birlikdə taksidə notariusa tapdıqları pulla alınan mənzillərin zərərçəkmiş şəxsə verilməsi məqsədi ilə razılıq ərizəsi yazmaq üçün gedərkən yolda Təqsirləndirilən şəxs1 arvadı Şahid4 zəng edib danışarkən Pərvin ona notariusa getdiklərini dedikdə Təqsirləndirilən şəxs1 ona cavabında “əlimizdə bir dənə ev, maşın qalıb heç nəyə qol çəkməyin” sözlərini demişdir. Bundan sonra Şahid4 Günel Əliməmmədova ilə öz aralarında danışıb bildirdilər ki, heç bir yerə getmirik, heç bir şey vermirik. O da artıq onların ailə işlərinə qarışmamaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 və onun bacanağı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ev təmiri, tikinti və söküntü işləri ilə məşğul olaraq çörək pulu qazanmışlar. Təqsirləndirilən şəxs2 16 il Bakı şəhərində kirayə yaşamış, bu hadisələrdən sonra bilmişdir ki, söküntü işləri görülən mənzildən pul tapdığından özünə Bakı şəhərində mənzil və avtomobil almışdır (cild 2, iş vərəqə 11-13). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, dam, döşəmə və tavan ustalığı edərək ailəsinə çörək pulu qazanır. Təqsirləndirilən şəxs2 Rasim oğlu onun əkiz qardaşıdır. Bir neçə aydır ki, Xaçmaz və Xudat rayonlarında ustalıq edir və sonuncu dəfə yaşadığı Quba rayonunun İqriq kəndinə 17 sentyabr 2020-ci il tarixdə gəlmişdir. Əkiz qardaşı Raminin onun yaşadığı evdə otağı olsa da, əsasən Bakı şəhərində kirayə yaşayaraq fəhləlik etmiş, bəzən rayona gədib-gəlmişdir. Bir müddət əvvəl Ramin ilə telefonda danışan zaman onun avtomobil almasını bilmiş, lakin qiymətini və markasını bilməmişdir. Özü də təəccüblənmişdir ki, Ramin özü kasıb adamdır, maşını haradan alıbdır. Ramin ona lotoreyada 140.000 manat pul udduğunu demişdir. 17 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Xaçmaz rayonunda yaşadığı ünvana gəlmiş və orada qardaşı Ramini görmüşdür. Həmin vaxt bilmişdir ki, Ramin özünə avtomobildən başqa Bakı şəhərindən mənzil də almışdır. Lakin Ramin mənzilin qiymətini, ölçülərini ona deməmişdir. 18 sentyabr 2020-ci il tarixdə Ramin evdən çıxmış və bacanağı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərinə gedəcəklərini bildirmişdir. Bundan sonra gecə saatlarında polis əməkdaşları onun yaşadığı Quba rayonunun İqriq kəndində olan evinə gəlmişlər. Həmçinin həmin ünvanda atası, anası, özünün ailəsi yaşayır. Həmin vaxt bilmişdir ki, Ramin və Ceyhun Bakı şəhərində işlədikləri mənzildən pul götürüb həmin pulun hesabına özlərinə avtomobil və mənzil alıblar. Bunu Ramin onunla danışan zaman da etiraf etmişdir. Ramin özünün otağında gizlətdiyi pulları polislərə təqdim etmişdir. Həmin vaxt atası da polis əməkdaşlarının yanında olmuşdur. Ramin və Ceyhun həbs edildikdən sonra onlar ailəvi oturub məsləhətləşmişlər ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan nə qədər tezliklə ödənilsə Ramin və Ceyhunun məsuliyyət məsələsində onlara böyük köməklik olar. Bu məqsədlə Təqsirləndirilən şəxs2 arvadı Günel Əliməmmədov və Təqsirləndirilən şəxs1 arvadı Şahid4 cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına alınmış mənzillərin zərərçəkmiş şəxsə verilərək müəyyən ödəniş edilməsi üçün polisə ərizə ilə müraciət etmişdilər. Bunun üçün o, bacısının əri Eldəniz, Təqsirləndirilən şəxs2 arvadı Günel Əliməmmədov və Təqsirləndirilən şəxs1 arvadı Pərvin Balayev ilə birlikdə taksidə notariusa tapdıqları pulla alınan mənzillərin zərərçəkmiş şəxsə verilməsi məqsədi ilə razılıq ərizəsi yazmaq üçün gedərkən yolda Təqsirləndirilən şəxs1 arvadı Şahid4 zəng edib danışarkən Pərvin ona notariusa getdiklərini dedikdə Təqsirləndirilən şəxs1 ona cavabında “əlimizdə bir dənə ev, maşın qalıb, heç nəyə qol çəkməyin” sözlərini demişdir. Bundan sonra Şahid4 Günel Əliməmmədova ilə öz aralarında danışıb bildirdilər ki, heç bir yerə getmirik, heç bir şey vermirik. O da artıq onların ailə işlərinə qarışmamaq qərarına gəlmişdir. Əkiz qardaşı Təqsirləndirilən şəxs2 və onun bacanağı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərindən xəbəri olmamış, ona hər hansı bir məbləğdə borc verməmişlər, onlardan pul istəməmiş, ona hər hansı bir əşya alınmamışdır (cild 2, iş vərəqə 7-9). Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, əri Təqsirləndirilən şəxs1 qarşı ifadə verməkdən imtina edərək özü ilə bağlı xüsusatlara uyğun olaraq suallar verilərkən heç bir yerdə işləmədiyini, ərinin oğurluq etmədiyini, ərinin işlədiyi yerdə pul tapdığını bildirmiş, əlavə verilən suallara isə cavabında ifadə verməkdən imtina etdiyini bildirərək dindirilmə protokolunu imzalamaqdan imtina etmişdir (cild 2, iş vərəqə 120-121). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun İqriq kəndində ifadəsi yerində yoxlanılarkən cinayəti törətdiyini etiraf etmişdir (cild 1, iş vərəqə 56-57). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun İqriq kəndində, ünvan 9 ünvanında və ünvan 10əsi yerində yoxlanılarkən cinayəti törətdiyini etiraf etmişdir (cild 1, iş vərəqə 76-77; 87-88; 185; 244-245). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2020-ci il tarixli tarixli 9/4931 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş avtomobillərin avqustsentyabr aylarına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunmuşdur. 1) Boz metallik rəngli 2013-cü il buraxılışlı mühərrik həcmi 1798 sm3, “Hyundai Elantra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.500,00 manat; 2) Gümüşü metallik rəngli 2014-cü il buraxılışlı mühərrik həcmi 1.500 sm3, “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.500,00 manat (cild 2, iş vərəqə 199-201). Cinayət işinin materiallarında olan 18 sentyabr 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, **********024291, **********970857 nömrəli bankomat kartları, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, AN-İ №0870181 nömrəli alqı-satqı müqaviləsi, BB№145040 nömrəli sığorta şəhadətnaməsi, 100.000 manat pulun ödənilməsinə dair mədaxil qəbzi, 200 manat pulun ödənilməsinə dair mədaxil qəbzləri, 10.000 (on min) ABŞ dolları və 14.190 manat nağd pul Təqsirləndirilən şəxs1 götürülmüş, **********024291, **********970857 nömrəli bankomat kartları, AN-İ №0870181 nömrəli alqı-satqı müqaviləsi, BB№145040 nömrəli sığorta şəhadətnaməsi, 100.000 manat pulun ödənilməsinə dair mədaxil qəbzi, 200 manat pulun ödənilməsinə dair mədaxil qəbzləri maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 58-71, cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarında olan 18 sentyabr 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, “Ford” markalı avtomobilin açarı, 24.800 (iyirmi dörd min səkkiz yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat nağd pul Təqsirləndirilən şəxs2 götürülmüşdür (cild 1, iş vərəqə 78-83). Cinayət işinin materiallarında olan 19 sentyabr 2020-ci il tarixli “könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in **********18-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in texniki pasportu, AN-İ №0876027 seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X1 notarial qaydada təsdiq edilmiş ərizəsi, BB №469578 seriya nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi, 24 avqust 2020-ci il tarixli mənzilin alqı-satqısına dair 4 ədəd xəzinə mədaxil orderləri Təqsirləndirilən şəxs2 götürülmüşdür. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in **********18-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in texniki pasportu, AN-İ №0876027 seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X1 notarial qaydada təsdiq edilmiş ərizəsi, BB №469578 seriya nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi, 24 avqust 2020-ci il tarixli mənzilin alqısatqısına dair 4 ədəd xəzinə mədaxil orderləri maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 186-197, cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarında olan 22 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus **********970857 nömrəli “xxxx” ASC-nin “Azercell Co-Brand” adlı ABŞ dollarlı bank kartı hesabında olan pul məbləğinin miqdarını müəyyən etmək məqsədi ilə ünvan 11 ünvanında yerləşən “xxxx” ASC-nin Nəsimi filialında olan bankomat terminalına həmin kartı daxil edilərək hesabda olan balansı yoxlanılan zaman 20.000 ABŞ dolları (34.000 AZN) pulun olduğu müəyyən edilmiş, balans barədə olan qəbz çıxarılaraq protokola əlavə edilmişdir. Həmin qəbz maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 237- 238, cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı “Hyundai Elantra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 14 nömrəli mənzil, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38 maddi sübut hesab edilmişdir. Qeyd olunan avtomobillər Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həyətində saxlanılır (cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarında olan 25 noyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələri 10 avqust 2020ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki 196 nömrəli evin yaxınlığında, ətrafında siqnal qeydə almış, həmin tarixdən əvvəl və yaxud sonrakı tarixlərdə qeyd olunan ünvanda olmadıqları, oğurluq hadisəsini 10 avqust 2020-ci il tarixdə törətdikləri müəyyən edilmişdir. Göstərilən məlumatların olduğu “xxxx” MMC-dən daxil olmuş 1 ədəd “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 153). Cinayət işinin materiallarında olan “xxxx” MMC-dən alınmış hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 95 saylı evin, 14 saylı mənzilin ev əşyaları ilə birlikdə dəyəri 100.000 (yüz min) manat, Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsində yerləşən 162 q saylı evin 38 saylı mənzilin ev əşyaları ilə birlikdə dəyəri 110.000 (yüz on min) manat təşkil etmişdir (cild 2, iş vərəqə 206-222). Cinayət işinin materiallarında olan “xxxx”-ından daxil olmuş 9 dekabr 2020-ci il tarixli 41-8000/2020 saylı məktubdan görünür ki, Şahid4 “xxxx” ASC-nin Quba filialının müştərisidir və onun adına 19.08.2020-ci il tarixdə ******************** saylı bank hesabı açılmış və hesaba 28.08.2020-ci il tarixdə 5.100 manat, 9.09.2020-ci il tarixdə isə 10.000 manat məbləğində vəsait mədaxil edilmiş və hesabdan 16.09.2020-ci il tarixdə 300 manat məbləğində vəsait bankomat vasitəsi ilə, 18.09.2020-ci il tarixdə 14.190 manat məbləğində vəsait isə Bankın Quba filialından məxaric edilmişdir (cild 3, iş vərəqə 20). Cinayət işinin materiallarından görünür ki, “xxxx” ASC və “xxxx” ASC-dən daxil olmuş 2 ədəd “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarından görünür ki, Xətai rayon məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həyətində saxlanışa qoyulmuş “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38 (**********18-05101- 093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı) ünvanının üzərinə, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həyətində saxlanışa qoyulmuş “Hyundai Elantra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 14 nömrəli mənzilin, cinayət işinin materiallarına əlavə edilmiş **********970857 nömrəli “xxxx”-nın “Azercell Co-Brand” adlı ABŞ dollarlı bank kartı hesabı, **********507225 nömrəli “xxxx” ASC-nin debit kartı hesabı, Təqsirləndirilən şəxs1 arvadı Şahid4 məxsus **********024291 nömrəli “xxxx”-nın “Azercell Co-Brand” adlı bank kartı hesabı üzərinə həbs qoyulmuşdur (cild 1, iş vərəqə 26-28). Cinayət işinin materiallarından görünür ki, X6 və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılaraq istintaq aparılmışdır (cild 3, iş vərəqə 54-67). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 58-59). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 21 sentyabr 2020-ci il tarixli “maddi ziyanın qismən ödənilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə götürülmüş 34.800 ABŞ dolları və 20.090 manat pul Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 1, iş vərəqə 236). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 34.800 ABŞ dolları və 20.090 manat pulu Zərərçəkmiş şəxs ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Xətai rayon məhkəməsinin 19 sentyabr 2020-ci il tarixli qərarlarının surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 177-182). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 19 sentyabr 2020-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi X9 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxslər müştərək qaydada 250.000 (iki yüz əlli min) ABŞ dollarının tutulub Zərərçəkmiş şəxs ödənilməsi və həmin pul məbləğinin xüsusi müsadirədə nəzərdə tutulmuş əmlaklara (pul, nəqliyyat vasitəsi, daşınmaz əmlaklar) yönəldilməsi barədə mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır (cild 4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs 425.000 manat maddi ziyandan 34.800 ABŞ dolları və 20.090 manat pul, ümumilikdə 79.250 manat qaytarılmışdır. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 425.000 manat maddi ziyandan 34.800 ABŞ dolları və 20.090 manat, ümumilikdə 79.250 manat qaytarıldığından Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilərək 345.750 manat maddi ziyana görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 172.875 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.3-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Həmin normanın tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həyətində saxlanılan dəyəri 17.500,00 manat olan boz metallik rəngli 2013-cü il buraxılışlı, mühərrik həcmi 1.798 sm3, “Hyundai Elantra” markalı 99DY454 dövlət qeydiyyat nişanlı avtomobil, dəyəri 18.500,00 manat olan gümüşü metallik rəngli 2014-cü il buraxılışlı mühərrik həcmi 1.500 sm3, “Ford Fusion” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi müsadirə olunmalı və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə, ev əşyaları ilə birlikdə dəyəri 100.000 (yüz min) manat olan Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 95 saylı evin 14 saylı mənzili, ev əşyaları ilə birlikdə dəyəri 110.000 (yüz on min) manat olan Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsində yerləşən 162 q saylı evin 38 saylı mənzili xüsusi müsadirə olunmalı və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 məxsus **********970857 nömrəli “xxxx” ASC-nin “Azercell Co-Brand” adlı ABŞ dollarlı bank kartının balansda olan 20.000 ABŞ dolları (34.000 AZN) pul vəsaiti, Şahid4 adına olan ******************** saylı “xxxx” ASC-nin bank hesabında olan 910 manat pul vəsaiti xüsusi müsadirə olunmalı və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 50 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və **********024291, **********970857 nömrəli bankomat kartları, AN-İ №0870181 nömrəli alqı-satqı müqaviləsi, BB№145040 nömrəli sığorta şəhadətnaməsi, 100.000 manat pulun ödənilməsinə dair mədaxil qəbzi, 200 manat pulun ödənilməsinə dair mədaxil qəbzləri, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in **********18-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in texniki pasportu, AN-İ №0876027 seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X1 notarial qaydada təsdiq edilmiş ərizəsi, BB №469578 seriya nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi, 24 avqust 2020-ci il tarixli mənzilin alqı-satqısına dair 4 ədəd xəzinə mədaxil orderləri, Təqsirləndirilən şəxs1 məxsus **********970857 nömrəli “xxxx” ASC-nin “Azercell Co-Brand” adlı ABŞ dollarlı bank kartı hesabında 20.000 ABŞ dolları (34.000 AZN) pulun olması barədə qəbz, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd “CD” disk, “xxxx” ASC və “xxxx” ASC-dən daxil olmuş 2 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin 19 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 50 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, Zərərçəkmiş şəxs 425.000 manat maddi ziyandan 34.800 ABŞ dolları və 20.090 manat pul, ümumilikdə 79.250 manat qaytarıldığından, 345.750 manat maddi ziyana görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 172.875 manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həyətində saxlanılan dəyəri 17.500,00 manat olan boz metallik rəngli 2013-cü il buraxılışlı, mühərrik həcmi 1.798 sm3, “Hyundai Elantra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, dəyəri 18.500,00 manat olan gümüşü metallik rəngli 2014-cü il buraxılışlı mühərrik həcmi 1.500 sm3, “Ford Fusion” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə olunsun və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə, ev əşyaları ilə birlikdə dəyəri 100.000 (yüz min) manat olan Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 95 saylı evin 14 saylı mənzilin, ev əşyaları ilə birlikdə dəyəri 110.000 (yüz on min) manat olan Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsində yerləşən 162 q saylı evin 38 saylı mənzilin xüsusi müsadirə olunsun və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 məxsus **********970857 nömrəli “xxxx” ASC-nin “Azercell Co- Brand” adlı ABŞ dollarlı bank kartının balansda olan 20.000 ABŞ dolları (34.000 AZN) pul vəsaiti, Şahid4 adına olan ******************** saylı “xxxx” ASC-nin bank hesabında olan 910 manat pul vəsaiti xüsusi müsadirə olunsun və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 50 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və **********024291, **********970857 nömrəli bankomat kartları, AN-İ №0870181 nömrəli alqı-satqı müqaviləsi, BB№145040 nömrəli sığorta şəhadətnaməsi, 100.000 manat pulun ödənilməsinə dair mədaxil qəbzi, 200 manat pulun ödənilməsinə dair mədaxil qəbzləri, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in **********18-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162 q, mənzil 38-in texniki pasportu, AN-İ №0876027 seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X1 notarial qaydada təsdiq edilmiş ərizəsi, BB №469578 seriya nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi, 24 avqust 2020-ci il tarixli mənzilin alqı-satqısına dair 4 ədəd xəzinə mədaxil orderləri, Təqsirləndirilən şəxs1 məxsus **********970857 nömrəli “xxxx” ASC-nin “Azercell Co-Brand” adlı ABŞ dollarlı bank kartı hesabında 20.000 ABŞ dolları (34.000 AZN) pulun olması barədə qəbz, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd “CD” disk, “xxxx” ASC və “xxxx” ASC-dən daxil olmuş 2 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar