Məhkəmə qərarları › İş №1(101)-683/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-683/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-683/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 36 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Kərim” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə əvvəlcədən vəd verməklə razılığa gəlmiş, bu məqsədlə “Kərim” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra Təqsirləndirilən şəxs Ələt- Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən 129 nömrəli reklam dirəyinin altından naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 1017,214 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 286,034 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib və “Kərim” adlı şəxsin göstərişinə əsasən 3.000 (üç min) manat pul müqabilində Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb yaşadığı ünvan 3 B, mənzil 36 saylı ünvana daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20:15-də ünvan 4 B saylı ünvanın qarşısında saxlanılmış, həmin tarixdə saat 20:25-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı yataq otağındakı çarpayının altında gizlətdiyi bir ədəd kağız materialdan olan ayaqqabı qutusunun içərisindən üç ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda 490 qram, 490 qram və 37,214 qram olmaqla ümumilikdə külli miqdarda 1017,214 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd polietilen torbada külli miqdarda 286,034 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində ona məxsus mebellərin hazırlanması və təmiri sexi vardır. Mebel sexindən əldə etdiyi gəlirlə ailəsini dolandırmış, İran İslam Respublikasının vətəndaşı Kərim adlı şəxslə təxminən hadisədən 4-5 il öncə tanış olmuşdur. O, hadisədən 4-5 il öncə Sumqayıt şəhərindən Bakı şəhərinə gələn zaman yolda avtomobili xarab olmuş, bir nəfər şəxs əlilə ona saxla işarəsi vermiş, belə olan halda həmin şəxsə kömək etmək məqsədilə avtomobili saxlayıb ona yaxınlaşmış və avtomobilinin təmiri üçün ona köməklik etmişdir. Söhbət əsnasında avtomobilin sahibi İran İslam Respublikasının vətəndaşı olduğunu, adının isə Kərim olaraq Azərbaycana şəxsi işləri ilə bağlı gəldiyini demişdir. O, ona köməklik etdiyindən sonradan əlaqə saxlamaq məqsədilə Kərim ondan mobil telefon nömrəsini istəmiş, o da istifadə etdiyi mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra keçən müddət ərzində Kərim bayramlarda və digər günlərdə müxtəlif nömrələrdən ona zəng etmiş, lakin onunla görüşməmişdir. 2020-ci ildə ölkə ərazisində olan pandemiya ilə əlaqədar ona məxsus mebel sexindən gəlir əldə edə bilməmiş, buna görə də, ailə üzvlərini Cəlilabad rayonunda yaşayan atası evinə göndərmişdir. Həmin müddətdən təxminən 1-2 ay öncə Kərimlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, belə olan halda Kərim ona narkotik vasitələrin satışı ilə məşğul olmağı və həmin işlə pul qazanmağı təklif etmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığından o, onunla razılaşmış və Kərim özü ona xəbər edəcəyini demişdir. Təxminən tutulmamışdan 10-15 gün əvvəl Kərim onunla əlaqə saxlayan zaman yaxın günlərdə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəyini demişdir. Həmin vaxtı o, öz işləri ilə də, məşğul olduğundan, Cəlilabad rayonundan mebel sifarişi aldığından və eyni zamanda ailə üzvlərini görmək məqsədilə Cəlilabad rayonuna getməli olmuşdur. O, Cəlilabad rayonuna dostu Əhədə məxsus “Hyundai Sonata” markalı avtomobil ilə getmiş, orada olan zaman Kərim ona zəng vuraraq 3-4 gün ərzində narkotik vasitə heroin və metamfetamin göndərəcəyini demişdir. Belə olan halda o, Cəlilabad rayonunda qalıb Kərimi gözləmiş, sonra Kərim yenidən ona zəng vuraraq 1-2 saat ərzində Bakı-Astara magistral yolunda Ələt qəsəbəsi istiqamətində Salyan rayonu ərazisində yerləşən 129 nömrəli reklam dirəyinin altında qara rəngli sellofan torbada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi qoyulacağını bildirmişdir. Kərim ona həmin sellofanı götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra ona məlumat verəcəyini, həmin sellofanı verdikdən sonra qazanc olaraq həmin şəxsdən 3000 manat pul alacağını demişdir. Belə olan halda o, Kərimlə razılaşmış, Kərim sellofan torbanın içərisində olan narkotik vasitə və psixotrop maddədən hər hansı bir şəxsə satmaq istədiyi təqdirdə qiymətini ondan soruşduqdan sonra sata biləcəyini demişdir. Bundan sonra o da onunla razılaşıb Kərimin dediyi sellofanı götürərək Bakı şəhərinə gəlmək üçün yola düzəlmişdir. O, Kərimin ona dediyi Salyan rayonu ərazisində yerləşən reklam dirəyinin yanında avtomobili saxlayan zaman, orada onun qeyd etdiyi sellofanın olduğunu görmüş, narkotik vasitələrdən istifadə etməsə də, onları tanımışdır. Reklam dirəyinin yanında o, avtomobildən düşüb həmin sellofanı götürərək geri qayıtmış, avtomobilə əyləşdikdən sonra sellofanın içərisinə baxdıqda 3 bükümdə narkotik vasitə heroin, 1 bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi olduğunu görmüşdür. Bundan sonra o, sellofanı bağlayıb Bakı şəhərinə gəlmək üçün yoluna davam etmiş, yolda olan zaman Kərim yenidən ona zəng vurmuş, ona dediyi sellofanı götürdüyünü və yaşadığı mənzildə saxlayacağını bildirmişdir. Kərim isə həmin sellofanı onun deyəcəyi adama verəcəyini və ondan da 3000 manat özü üçün pul alacağını bildirmişdir. Kərim eyni zamanda yenidən sellofan torbanın içərisində olan narkotik vasitə və psixotrop maddədən hər hansı bir şəxsə satmaq istədiyi təqdirdə qiymətini ondan soruşduqdan sonra tərəzidə miqdarını çəkib sata biləcəyini demiş, o da onunla razılaşmışdır. O, yaşadığı evə gəldikdən sonra sellofanın içərisində olan bükümləri və elektron tərəzini çıxarıb boş olan ayaqqabı qutusunun içərisinə yığmış, həmin qutunu isə yataq otağındakı yatağın altında gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında həmyerlisi və dostu Şahid4 onun evdə tək olduğunu bilib onlara qonaq gəlmiş lakin Əhədin evində qanunsuz maddələr saxladığından məlumatı olmamışdır. Onlar çay içib söhbət etdikdən sonra saat 20 radələrində o, siqaret almaq üçün yaşadığı evin yaxınlığında olan marketə getmək məqsədilə evdən çıxmış, binanın yaxınlığında piyada gedən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona da özünü təqdim etməyi deyilmiş, o da öz anket məlumatları barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşüb evə daxil olmalarını və həqiqətən də, yaşadığı mənzildə narkotik və psixotrop maddələr olduğunu demişdir. Həmin vaxtı polis əməkdaşları ona yaşadığı mənzilə baxış keçirməli olduqlarını, bunun üçün onun razılığının tələb olunduğunu bildirmiş, o da bu barədə ərizə yazıb onlara təqdim etmişdir. Onlar mənzilə daxil olduqda, onlara qonaq gəlmiş dostu Əhəd də evdə olmuş, o da polis əməkdaşlarına öz anket məlumatları barədə məlumat vermişdir. Daha sonra ona külli miqdarda narkotik vasitə, psixotrop maddəni üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməyi barədə məlumat daxil olduğunu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları Əhədi də, baxışda iştirak etməyə dəvət etmiş, Əhəd də, etiraz etməmiş, sonra videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Polis əməkdaşları ilk öncə ona təklif edilmişdir ki, mənzildə qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o, iştirakçıları mənzilin yataq otağına aparıb otağın mərkəzində olan yataq dəstinin altında saxladığı 01 ədəd ayaqqabı qutusunu götürüb yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları qutunun içərisində nə olduğunu ondan soruşmuş, o da qutunun içində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü birlikdə mənzilin qonaq otağına getmiş, orada qutu masanın üzərinə qoyulduqda içində sellofan bağlamaların olduğu məlum olmuş, baxış məqsədi ilə bağlamalar qutudan çıxarılmış, qutuda həmçinin 01 ədəd elektron tərəzinin də olduğu müəyyən edilmişdir. Onun təqdim etdiyi həmin bağlamalara növbə ilə baxış keçirilməsinə başlanmış, qutudan çıxarılıb baxış keçirildikdə içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuş, psixotrop maddə olan metamfetamin olduğu bağlama elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 288 qram olması müəyyən edilmiş, bundan sonra kağız qutuda olan digər 03 ədəd bir-birinə bənzəyən bağlamalara baxış keçirildikdə hər biri açılmış və içərilərindəki maddələrin narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Narkotik vasitə olan heroinin olduğu bağlamaların hər biri ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkiləri 494 qram, 496 qram və 37 qram çəkilərdə olduqları müəyyən edilmişdir. Həmçinin narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamaların saxlanıldığı kağız qutuya baxış zamanı qutunun içində həmin maddələrin qalıqlarının olduğu müəyyən edilmiş, həyəcanlı olduğundan və Kərimin adını çəkmək istəmədiyindən bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri qara sellofan torbada elektron tərəzi ilə birlikdə təxminən iki gün əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən Salyan rayonunun Şorsulu kəndində yol kənarında avtomobilini saxlayan zaman, təsadüfən tapdığını bildirmişdir. Baxış keçirilən zaman ondan və Şahid4 üzərilərində qanunsuz əşya və ya maddə olubolmadığı soruşulmuş, hər ikisi ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuşdur. Baxış keçirilən zaman masanın üzərindəki 01 ədəd “Samsung” markalı mobil telefonun və bir ədəd ümumvətəndaş pasportunun ona aid olduğunu dedikdən sonra, telefon və pasport polis əməkdaşları tərəfindən iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bağlamada psixotrop maddə olan metamfetamin, 03 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi yenidən kağız qutuya yığılmaqla, qutuda olan maddələrin qalıqları ilə birlikdə onun iştirakı ilə müvafiq qaydada həmin 01 ədəd qutuda qablaşdırılaraq möhürlənmiş, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə o da imza etmişdir. Bundan sonra mənzilin otaqlarına baxış keçirilmiş, kənar əşya, predmet və maddə aşkar olunmamışdır. Beləliklə yaşadığı ünvanda keçirilən baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Himayəsində üç azyaşlı övladının olmasının, ailənin yeganə qazanc gətirəni olmasının və övladlarının onun qayğısına ehtiyaclarının olmasının nəzərə alınaraq, onun barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. xx xxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 36 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlaması, yaşadığı evə daşıması və satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxxx 2020-ci il tarixdə o, işlədiyi şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X5 ilə birlikdə Xalidin yaşadığı Binəqədi rayonuna getmişlər. Xalidi saat 20:15-də ünvan 6 ünvanının qarşısında saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən edib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək daxil olan məlumatı təsdiq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməli olduğunu demiş, Təqsirləndirilən şəxs mənzilə daxil olmalarına razılıq verməklə bu barədə BMCMİ-nin rəhbərliyinin adına ərizə ilə müraciət edərək yaşadığı mənzildə baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq mənzildə olan dövriyyəsi qadağan olan maddələri ona təqdim edə biləcəyini bildirməklə onları mənzilə dəvət etmiş, mənzil doqquz mərtəbəli binanın sağ tərəfdən birinci girişində, ikinci mərtəbədə sağ tərəfdə yerləşməklə giriş qapısının dəmir materiallı seyf qapıdan olduğu müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs qapının açıq olduğunu bildirib ilk olaraq özü mənzilə daxil olmuş, sonra onları mənzilə dəvət etmişdir. Onlar mənzilə daxil olduqda içəridə Təqsirləndirilən şəxs başqa bir nəfər şəxsin olduğu məlum olmuş, Təqsirləndirilən şəxs həmin şəxsin günorta saatlarında onun yanına qonaq gələn dostu Əhəd olduğunu bildirmişdir. Əhəd adlı şəxsdən anket məlumatları soruşulduqda onun xx xxxxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivi, fərdi yaşayış evində yaşayan Şahid4 olması məlum olmuşdur. Şahid4 mənzilə keçirilən baxışda iştirak etməsi təklif edilmiş, o, razı olduğunu bildirdikdən sonra tədbir iştirakçıları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla yenidən tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bu deyilənlərə Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra mənzilin giriş qapısından içəri hissədə videoşəkilişlə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı saxlanılan şəxsə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının ona tam olaraq aydın olduğunu bildirdikdən sonra keçirilən əməliyyat tədbirləri barədə məlumat verilmiş, ardınca mənzilə baxış zamanı evin iki otaqlı olması məlum olmuş, Təqsirləndirilən şəxs mənzildə ailəsi ilə birlikdə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra Xalid ailəsinin iki ay əvvəl Cəlilabad rayonuna getdiyini və mənzildə müvəqqəti tək yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməmiş, iştirakçıları mənzilin sağ tərəfdə yerləşən otağına aparmış və otağın mərkəzində olan yataq dəstinin altından bir ədəd ayaqqabı qutusuna bənzər kardon materiallı qutunu yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş, və qutunun içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Yataq otağında şərait uyğun olmadığından qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü iştirakçılarla birlikdə mənzilin qonaq otağında kağız qutu masanın üzərinə qoyulmuş və içində sellofan bağlamaların olduğu məlum olmuş, bundan sonra baxış məqsədi ilə bağlamalar qutudan çıxarılmışdır. Qutuda həmçinin bir ədəd elektron tərəzinin də olduğu müəyyən edilmiş, sellofan bağlamalardakı maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bağlamalara növbə ilə baxış keçirilməsinə başlanmış və onlardan biri qutudan çıxarılıb baxış keçirildikdə içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuş, həmin psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu bağlama elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 288 qram olması müəyyən edilmişdir. Bundan sonra kağız qutuda olan digər üç ədəd bir-birinə bənzəyən bağlamalara baxış keçirildikdə hər biri açılmış və içərilərindəki maddələrin tünd qəhvəyi rəngli, spesifik iyli, toz şəklində narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Bundan sonra narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu bağlamaların hər biri ayrılıqda elektron tərəzidə çəkildikdə çəkiləri 494, 496 və 37 qram çəkilərdə olduqları müəyyən edilmişdir. Həmçinin narkotik vasitə və psixotrop maddəyə bənzər maddələrin olduğu bağlamaların saxlanıldığı kağız qutuya baxış zamanı qutunun içində həmin maddələrə bənzər qalıqların olduğu da müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qara sellofan bağlamada elektron tərəzi ilə birlikdə təxminən bir neçə gün əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən Salyan rayonunun Şorsulu kəndində yol kənarında avtomobilini saxlayıb düşdüyü zaman təsadüfən qara sellofan torbada tapdığını, içindəki maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu bildikdən sonra özü ilə götürüb yaşadığı ünvana gətirdiyini bildirmişdir. Sonra mənzildə qara sellofan torbanı tullayıb narkotik vasitə və psixotrop maddələrin olduğu şəffaf sellofan bağlamalara baxış keçirilən kağız qutuya yığmışdır. Mənzilində saxlamaqda səbəbi həmin maddələri satmaqla maddi vəziyyətini yaxşılaşdırmaq olmuşdur. Baxış keçirilən zaman tərəfimdən Təqsirləndirilən şəxs və baxışda iştirak edən Şahid4 üzərilərində qanunsuz əşya və ya maddə olubolmadığı soruşulmuş, hər iki şəxs ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuş, baxış keçirilən zaman masanın üzərində bir ədəd mobil telefonun və bir ədəd pasportun olduğu məlum olmuşdur. Həmin telefona və pasporta baxış zamanı Təqsirləndirilən şəxs telefonun və pasportun özünə məxsus olduğunu bildirmiş, telefonun “Samsung” markalı olduğu müəyyən edilməklə pasport və mobil telefon təhqiqatçı tərəfindən araşdırma üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr, üç ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan heroinə bənzər maddələr və bir ədəd elektron tərəzi yenidən kağız qutuya yığılmaqla, qutuda olan maddələrin qalıqları ilə birlikdə özünün iştirakı ilə müvafiq qaydada həmin bir ədəd qutuda qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamış və videçəkiliş dayandırılmışdır. Bundаn sоnrа saxlanılan şəxs və baxışda iştirak edən şəxs BMCMİ-nə aparılmaqla Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçi də iştirak etmiş, bundаn sоnrа mənzilə baxış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 36 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlaması, yaşadığı evə daşıması və satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Şahid5 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxxx 2020-ci il tarixdə o, Şahid5, Şahid3, Şahid2 və X5 birlikdə Xalidin yaşadığı Binəqədi rayonuna getmişlər. Xalidi saat 20:15-də ünvan 6 ünvanının qarşısında saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən edib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək daxil olan məlumatı təsdiq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməli olduğunu demiş, Təqsirləndirilən şəxs mənzilə daxil olmalarına razılıq verməklə bu barədə BMCMİ-nin rəhbərliyinin adına ərizə ilə müraciət edərək yaşadığı mənzildə baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq mənzildə olan dövriyyəsi qadağan olan maddələri ona təqdim edə biləcəyini bildirməklə onları mənzilə dəvət etmiş, mənzil doqquz mərtəbəli binanın sağ tərəfdən birinci girişində, ikinci mərtəbədə sağ tərəfdə yerləşməklə giriş qapısının dəmir materiallı seyf qapıdan olduğu müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs qapının açıq olduğunu bildirib ilk olaraq özü mənzilə daxil olmuş, sonra onları mənzilə dəvət etmişdir. Onlar mənzilə daxil olduqda içəridə Təqsirləndirilən şəxs başqa bir nəfər şəxsin olduğu məlum olmuş, Təqsirləndirilən şəxs həmin şəxsin günorta saatlarında onun yanına qonaq gələn dostu Əhəd olduğunu bildirmişdir. Əhəd adlı şəxsdən anket məlumatları soruşulduqda onun xx xxxxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivi, fərdi yaşayış evində yaşayan Şahid4 olması məlum olmuşdur. Şahid4 mənzilə keçirilən baxışda iştirak etməsi təklif edilmiş, o, razı olduğunu bildirdikdən sonra tədbir iştirakçıları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla yenidən tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bu deyilənlərə Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra mənzilin giriş qapısından içəri hissədə videoşəkilişlə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı saxlanılan şəxsə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının ona tam olaraq aydın olduğunu bildirdikdən sonra keçirilən əməliyyat tədbirləri barədə məlumat verilmiş, ardınca mənzilə baxış zamanı evin iki otaqlı olması məlum olmuş, Təqsirləndirilən şəxs mənzildə ailəsi ilə birlikdə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra Xalid ailəsinin iki ay əvvəl Cəlilabad rayonuna getdiyini və mənzildə müvəqqəti tək yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməmiş, iştirakçıları mənzilin sağ tərəfdə yerləşən otağına aparmış və otağın mərkəzində olan yataq dəstinin altından bir ədəd ayaqqabı qutusuna bənzər kardon materiallı qutunu yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş, və qutunun içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Yataq otağında şərait uyğun olmadığından qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü iştirakçılarla birlikdə mənzilin qonaq otağında kağız qutu masanın üzərinə qoyulmuş və içində sellofan bağlamaların olduğu məlum olmuş, bundan sonra baxış məqsədi ilə bağlamalar qutudan çıxarılmışdır. Qutuda həmçinin bir ədəd elektron tərəzinin də olduğu müəyyən edilmiş, sellofan bağlamalardakı maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bağlamalara növbə ilə baxış keçirilməsinə başlanmış və onlardan biri qutudan çıxarılıb baxış keçirildikdə içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuş, həmin psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu bağlama elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 288 qram olması müəyyən edilmişdir. Bundan sonra kağız qutuda olan digər üç ədəd bir-birinə bənzəyən bağlamalara baxış keçirildikdə hər biri açılmış və içərilərindəki maddələrin tünd qəhvəyi rəngli, spesifik iyli, toz şəklində narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Bundan sonra narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu bağlamaların hər biri ayrılıqda elektron tərəzidə çəkildikdə çəkiləri 494, 496 və 37 qram çəkilərdə olduqları müəyyən edilmişdir. Həmçinin narkotik vasitə və psixotrop maddəyə bənzər maddələrin olduğu bağlamaların saxlanıldığı kağız qutuya baxış zamanı qutunun içində həmin maddələrə bənzər qalıqların olduğu da müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qara sellofan bağlamada elektron tərəzi ilə birlikdə təxminən bir neçə gün əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən Salyan rayonunun Şorsulu kəndində yol kənarında avtomobilini saxlayıb düşdüyü zaman təsadüfən qara sellofan torbada tapdığını, içindəki maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu bildikdən sonra özü ilə götürüb yaşadığı ünvana gətirdiyini bildirmişdir. Sonra mənzildə qara sellofan torbanı tullayıb narkotik vasitə və psixotrop maddələrin olduğu şəffaf sellofan bağlamalara baxış keçirilən kağız qutuya yığmışdır. Mənzilində saxlamaqda səbəbi həmin maddələri satmaqla maddi vəziyyətini yaxşılaşdırmaq olmuşdur. Baxış keçirilən zaman tərəfimdən Təqsirləndirilən şəxs və baxışda iştirak edən Şahid4 üzərilərində qanunsuz əşya və ya maddə olubolmadığı soruşulmuş, hər iki şəxs ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuş, baxış keçirilən zaman masanın üzərində bir ədəd mobil telefonun və bir ədəd pasportun olduğu məlum olmuşdur. Həmin telefona və pasporta baxış zamanı Təqsirləndirilən şəxs telefonun və pasportun özünə məxsus olduğunu bildirmiş, telefonun “Samsung” markalı olduğu müəyyən edilməklə pasport və mobil telefon təhqiqatçı tərəfindən araşdırma üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr, üç ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan heroinə bənzər maddələr və bir ədəd elektron tərəzi yenidən kağız qutuya yığılmaqla, qutuda olan maddələrin qalıqları ilə birlikdə özünün iştirakı ilə müvafiq qaydada həmin bir ədəd qutuda qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamış və videçəkiliş dayandırılmışdır. Bundаn sоnrа saxlanılan şəxs və baxışda iştirak edən şəxs BMCMİ-nə aparılmaqla Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçi də iştirak etmiş, bundаn sоnrа mənzilə baxış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 36 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlaması, yaşadığı evə daşıması və satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Şahid5 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxxx 2020-ci il tarixdə o, işlədiyi şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X5 və əməliyyat qrupunun rəhbəri Şahid5 ilə birlikdə Xalidin yaşadığı Binəqədi rayonuna getmişlər. Xalidi saat 20:15-də ünvan 6 ünvanının qarşısında saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən edib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək daxil olan məlumatı təsdiq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməli olduğunu demiş, Təqsirləndirilən şəxs mənzilə daxil olmalarına razılıq verməklə bu barədə BMCMİ-nin rəhbərliyinin adına ərizə ilə müraciət edərək yaşadığı mənzildə baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq mənzildə olan dövriyyəsi qadağan olan maddələri ona təqdim edə biləcəyini bildirməklə onları mənzilə dəvət etmiş, mənzil doqquz mərtəbəli binanın sağ tərəfdən birinci girişində, ikinci mərtəbədə sağ tərəfdə yerləşməklə giriş qapısının dəmir materiallı seyf qapıdan olduğu müəyyən edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs qapının açıq olduğunu bildirib ilk olaraq özü mənzilə daxil olmuş, sonra onları mənzilə dəvət etmişdir. Onlar mənzilə daxil olduqda içəridə Təqsirləndirilən şəxs başqa bir nəfər şəxsin olduğu məlum olmuş, Təqsirləndirilən şəxs həmin şəxsin günorta saatlarında onun yanına qonaq gələn dostu Əhəd olduğunu bildirmişdir. Əhəd adlı şəxsdən anket məlumatları soruşulduqda onun xx xxxxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivi, fərdi yaşayış evində yaşayan Şahid4 olması məlum olmuşdur. Şahid4 mənzilə keçirilən baxışda iştirak etməsi təklif edilmiş, o, razı olduğunu bildirdikdən sonra tədbir iştirakçıları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla yenidən tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bu deyilənlərə Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra mənzilin giriş qapısından içəri hissədə videoşəkilişlə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı saxlanılan şəxsə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının ona tam olaraq aydın olduğunu bildirdikdən sonra keçirilən əməliyyat tədbirləri barədə məlumat verilmiş, ardınca mənzilə baxış zamanı evin iki otaqlı olması məlum olmuş, Təqsirləndirilən şəxs mənzildə ailəsi ilə birlikdə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra Xalid ailəsinin iki ay əvvəl Cəlilabad rayonuna getdiyini və mənzildə müvəqqəti tək yaşadığını bildirmiş, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməmiş, iştirakçıları mənzilin sağ tərəfdə yerləşən otağına aparmış və otağın mərkəzində olan yataq dəstinin altından bir ədəd ayaqqabı qutusuna bənzər kardon materiallı qutunu yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş, və qutunun içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Yataq otağında şərait uyğun olmadığından qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü iştirakçılarla birlikdə mənzilin qonaq otağında kağız qutu masanın üzərinə qoyulmuş və içində sellofan bağlamaların olduğu məlum olmuş, bundan sonra baxış məqsədi ilə bağlamalar qutudan çıxarılmışdır. Qutuda həmçinin bir ədəd elektron tərəzinin də olduğu müəyyən edilmiş, sellofan bağlamalardakı maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bağlamalara növbə ilə baxış keçirilməsinə başlanmış və onlardan biri qutudan çıxarılıb baxış keçirildikdə içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuş, həmin psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu bağlama elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 288 qram olması müəyyən edilmişdir. Bundan sonra kağız qutuda olan digər üç ədəd bir-birinə bənzəyən bağlamalara baxış keçirildikdə hər biri açılmış və içərilərindəki maddələrin tünd qəhvəyi rəngli, spesifik iyli, toz şəklində narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Bundan sonra narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu bağlamaların hər biri ayrılıqda elektron tərəzidə çəkildikdə çəkiləri 494, 496 və 37 qram çəkilərdə olduqları müəyyən edilmişdir. Həmçinin narkotik vasitə və psixotrop maddəyə bənzər maddələrin olduğu bağlamaların saxlanıldığı kağız qutuya baxış zamanı qutunun içində həmin maddələrə bənzər qalıqların olduğu da müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qara sellofan bağlamada elektron tərəzi ilə birlikdə təxminən bir neçə gün əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən Salyan rayonunun Şorsulu kəndində yol kənarında avtomobilini saxlayıb düşdüyü zaman təsadüfən qara sellofan torbada tapdığını, içindəki maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu bildikdən sonra özü ilə götürüb yaşadığı ünvana gətirdiyini bildirmişdir. Sonra mənzildə qara sellofan torbanı tullayıb narkotik vasitə və psixotrop maddələrin olduğu şəffaf sellofan bağlamalara baxış keçirilən kağız qutuya yığmışdır. Mənzilində saxlamaqda səbəbi həmin maddələri satmaqla maddi vəziyyətini yaxşılaşdırmaq olmuşdur. Baxış keçirilən zaman tərəfimdən Təqsirləndirilən şəxs və baxışda iştirak edən Şahid4 üzərilərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuş, hər iki şəxs ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuş, baxış keçirilən zaman masanın üzərində bir ədəd mobil telefonun və bir ədəd pasportun olduğu məlum olmuşdur. Həmin telefona və pasporta baxış zamanı Təqsirləndirilən şəxs telefonun və pasportun özünə məxsus olduğunu bildirmiş, telefonun “Samsung” markalı olduğu müəyyən edilməklə pasport və mobil telefon təhqiqatçı tərəfindən araşdırma üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr, üç ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan heroinə bənzər maddələr və bir ədəd elektron tərəzi yenidən kağız qutuya yığılmaqla, qutuda olan maddələrin qalıqları ilə birlikdə özünün iştirakı ilə müvafiq qaydada həmin bir ədəd qutuda qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamış və videçəkiliş dayandırılmışdır. Bundаn sоnrа saxlanılan şəxs və baxışda iştirak edən şəxs BMCMİ-nə aparılmaqla Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçi də iştirak etmiş, bundаn sоnrа mənzilə baxış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır, Xalid və ailəsi Cəlilabad rayonu ərazisində onlarla qonşuluqda yaşayırlar. Xalidlə çox yaxın münasibətləri vardır, Xalid özünə məxsus Binəqədi rayonu ərazisində yerləşən mebellərin hazırlanması və təmiri sexində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Xalidlə danışan zaman o, Binəqədi rayonu Naxçıvani küçəsində kirayədə yaşadığı mənzildə tək olduğunu bildirib çay içmək məqsədilə onu öz evinə dəvət etmiş, Xalidlə razılaşıb onun yaşadığı mənzilə getmiş, çay içib söhbət etdikdən sonra saat 20 radələrində Xalid siqaret almaq məqsədilə yaşadığı binanın yaxınlığında olan marketə getmiş, bir müddət sonra Xalid polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşdur. Polis əməkdaşları özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar ondan özünü təqdim etməyini istəmiş, o da öz anket məlumatları barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları Xalidin külli miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirmiş, Xalid polis əməkdaşlarına həqiqətən də, yaşadığı mənzildə narkotik və psixotrop maddələr olduğunu bildirib, könüllü olaraq həmin maddələri təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları Xalidə yaşadığı mənzildə baxış keçirmələri olduqlarını, lakin bunun üçün onun razılığının tələb olunduğunu dedikdə, Xalid bu barədə ərizə yazıb polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olmadığını bildirmiş, bundan sonra Xalidə polis əməkdaşları tərəfindən küllü miqdarda narkotik vasitə, psixotrop maddəni üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməyi barədə onlara məlumat daxil olduğunu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin polis əməkdaşları onu da, baxışda iştirak etməyə dəvət etmiş, o etiraz etməmiş, bundan sonra videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Baxış zamanı Xalidə təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Xalid etiraz etməmiş, iştirakçılar mənzilə daxil olduqda sağ tərəfdə yerləşən otağa aparmış, bundan sonra Xalid otağın mərkəzində olan yataq dəstinin altından 1 ədəd ayaqqabı qutusunu çıxarıb yataq dəstinin üzərinə qoyaraq qutunun içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Yataq otağında şərait uyğun olmadığından qeyd olunan qutunun içərisində olan maddələrə baxış keçirilməsindən ötrü mənzilin qonaq otağına gedilib orada masanın üzərindəki ayaqqabı qutusunun içərisinə baxış keçirilmişdir. Həmin vaxtı qutuda sellofan bağlamaların olduğu məlum olmuş, baxış məqsədi ilə bağlamalar qutudan çıxarılmış, qutunun içində həmçinin 01 ədəd elektron tərəzinin də, olduğu müəyyən edilmişdir. Polis əməkdaşları Xaliddən sellofan bağlamalardakı maddələrin nə olduğunu soruşduqda o, həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra bağlamalara növbə ilə baxış keçirilmiş, bağlamalardan biri qutudan çıxarılıb baxış keçirildikdə içərisində ağ rəngli, kristal şəkilli, iysiz maddə olduğu aşkar edilmişdir. Həmin maddələrin olduğu bağlama elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 288 qram olması müəyyən edilmiş, bundan sonra qutuda olan digər 03 ədəd bir-birinə bənzəyən bağlamalara baxış keçirilmiş, hər biri açılmış və içərilərindəki maddələrin tünd qəhvəyi rəngli spesifik iyli, toz şəklində olan maddələr olması məlum olmuşdur. Qeyd olunan maddələrin olduğu bağlamaların hər biri ayrı-ayrılıqda elektron tərəzidə ölçülmüş, həmin maddələrin 494 qram, 496 qram və 37 qram çəkilərdə olması müəyyən edilmişdir. Həmçinin bağlamaların saxlanıldığı qutuya baxış zamanı qutunun içində həmin maddələrə bənzər qalıqların olduğu aşkar edilmiş, Xaliddən aşkar edilən maddələri və tərəzini haradan əldə etdiyini soruşduqda o, narkotik vasitə və psixotrop maddələri qara sellofan bağlamada elektron tərəzi ilə birlikdə təxminən iki gün əvvəl Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən Salyan rayonunun Şorsulu kəndi ərazisində yol kənarında avtomobilini saxlayıb düşdüyü zaman təsadüfən qara sellofan torbada tapdığını bildirmişdir. Həmin sellofan torbanın içindəki maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu bildikdən sonra özü ilə götürüb yaşadığı ünvana gətirdiyini, yaşadığı mənzilə gəldikdən sonra qara sellofan torbanı tullayıb narkotik vasitə və psixotrop maddələrin olduğu şəffaf sellofan bağlamaları baxış keçirilən ayaqqabı qutusuna yığdığını bildirmişdir. Baxış keçirilən zaman Xaliddən və ondan üzərilərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuş, hər ikisi ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuş, baxış keçirilən zaman Xalid masanın üzərindəki 01 ədəd mobil telefon və ümumvətəndaşlıq pasportunun ona məxsus olduğunu bildirmişdir. Həmin mobil telefon və pasport polis əməkdaşları tərəfindən iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Mənzildən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bağlamada olan metamfetaminə bənzər maddə, 3 ədəd şəffaf sellofan bağlamada heroinə bənzər maddələr və 1 ədəd elektron tərəzi yenidən kağız qutuya yığılmaqla, qutuda olan maddələrin qalıqları ilə birlikdə onun iştirakı ilə müvafiq qaydada bir qutuda qablaşdırılaraq möhürlənmiş, digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra mənzilin otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Beləliklə ünvanda keçirilən baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmış, o və Xalid izahatlarının alınması və sənədləşmə üçün polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət edilmişlər. Orada mənzilə keçirilən baxışla bağlı protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə protokola o da imza edib yazılanları təsdiq etmiş, daha sonra qeyd olunanlarla bağlı izahat yazmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1359 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş maddələr” yazısı olan qutudakı 03 (üç) ədəd şəffaf polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 490qr, 490qr və 37,214qr, ümumi təmiz çəkisi 1017,214 qr qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 286,034 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd arxa tərəfində “ 500g x 0,01 g” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, 3(üç) ədəd torbalarda olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin "Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. (iş vərəqə: 49-54) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş maddələr” yazısı olan karton qutunun içərisində narkotik vasitə olan heroinin izləri vardır. Lakin, qutudaki heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs götürülmüş 3 (üç) ədəd torbalarda olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə: 231-234) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2455 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 167-168) İş materiallarında olan, xx xxxx 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 20:15-də ünvan 4 B saylı ünvanın qarşısında saxlanılaraq yaşadığı mənzilə baxış keçirilən zaman oradan şəraitdə külli miqdarda 1017,214 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 286,034 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. (iş vərəqə: 31-35) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(001)-698/2020 nömrəli qərarından görünür ki, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 129-131) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X7 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X7 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X7 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X7 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X7 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 124-125). İş materiallarında olan AA1714187, AA1714185 və AA1714183 şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü Həsənzadə Röyal Xalid oğlu və xx.xx.2015-ci il təvəllüdlü X4 olmaqla üç azyaşlı uşağı vardır. (iş vərəqə 160) Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 133) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1017,214 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı qalığı – 1017,004 heroin, 286,034 qram psixotrop maddə metamfetaminin təqdiqatdan sonra qalığı – 285,934 qram və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə olunmuş baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2455 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin qeyd edilən rəyə əsasən ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görüldüyündən, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)-855/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. (iş vərəqə 99-104). Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1017,214 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı qalığı – 1017,004 heroin, 286,034 qram psixotrop maddə metamfetaminin təqdiqatdan sonra qalığı – 285,934 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarına əlavə olunmuş baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin haimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar