Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-684/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları, Dövlət ittihamçısı1, X3 müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 09 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 76, mənzil 54-də qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, hazırkı iş üzrə barəsidə həbs qətimkan tədbiri seçilib Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən külli miqdarda, yəni 15 ədəd bükülüdə qablaşdırılmış, ümumi çəkisi 4,173 qram, ayrı-ayrılıqda isə çəkiləri 0,268 qram, 0,304 qram, 0,283 qram, 0,282 qram, 0,293 qram, 0,280 qram, 0,289 qram, 0,250 qram, 0,279 qram, 0,275 qram, 0,282 qram, 0,281 qram, 0,292 qram, 0,270 qram, 0,245 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda, yəni ümumi çəkisi 12,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 6,804 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib Bakı şəhəri, Xəzər rayonuna daşıyaraq üzərində saxlamış, həmin tarixdə də o, saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Aeroport şossesi, Qala döngəsi, «Rahat» marketin yaxınlığında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə gətirilib həmin tarixdə də saat 21:20-də onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd elektron tərəzi və bir ədəd qara rəngli qutunun içərisində şəffaf polietilenə bükülmüş külli miqdarda, yəni 15 ədəd bükülüdə ümumi çəkisi 4,173 qram olmaqla, ayrı-ayrılıqda çəkiləri 0,268 qram, 0,304 qram, 0,283 qram, 0,282 qram, 0,293 qram, 0,280 qram, 0,289 qram, 0,250 qram, 0,279 qram, 0,275 qram, 0,282 qram, 0,281 qram, 0,292 qram, 0,270 qram, 0,245 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, polietilenə bükülmüş külli miqdarda, yəni ümumi çəkisi 12,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilenə bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 6,804 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ittihamda göstərilən narkotik vasitələrin və psixotrop maddələrin ona aidiyyəti yoxdur. Həmin narkotik vasitələrin və psixotrop maddələrin kimə məxsus olmasını o, bilmir. Onu polis əməkdaşları heç nəsiz tutublar. Ondan 1000 (on min) pul istəyiblər. Onun buna imkanı olmadığını bildirkdə ondan narkotik alverçiləri haqqında onlara məlumat verməyi təklif etdilər. O, buna da razı olmadığını bildirdikdən sonra onu tutub, narkotiki də onun boynuna qoyublar. İbtidai istintaq zamanı verdiyi ifadələrini də təsdiq etmir. Həmn ifadələri o, oxumayıb polis əməkdaşlarının ona göstərdiyi zora görə imza etmişdir. İfadələrində nə yazılıbsa, ona aidiyyəti yoxdur. İstintaq zamanı o, bu barədə bildirməmiş, etirazlar və şikayət etməmişdir. Ona təzyiq göstərən polis əməkdaşlarının anket məlumatlarını bilmir. Başqa əlavəsi də yoxdur. İşin obyektiv aparılmasını xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərmişdir: « bir ilə yaxın müddətdir ki, marixuana istifadəçisidir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Heroinin qramını 40 manata, psixotrop maddə olan metanfetaminin qramını 50-55 manata və narkotik maddə olan tiryəkin qramını isə 10-12 manata satmışdır. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. 26 oktyabr 2020-ci il tarixdə günorta saatlarında «İnstagram» sosial şəbəkəsində olarkən orada özünü ona İranlı Mövsüm kimi təqdim edən şəxsdən narkotik vasitə almaq qərarına gəlmişdir. O, onlayn formada Mövsümün kart hesabına 400 manat pul ödəmişdir. Mövsümün də bildidirdiyi kimi ona məlum olmuşdur ki, Novxanı qəsəbəsində yerləşən, «Delfin» otelin yaxınlığında qara qutuda içərisində olan şəffaf sellofonlara bükülmüş narkotik vasitələr olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin qoyacaqdır. Bundan sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə aralarında olan danışıq və razılıq əsasında ona gönədirdiyi pulun əvəzinə qoyduğu narkotk vasitələri dediyi yerdən, yəni Novxanı qəsəbəsində yerləşən «Delfin» otelin yaxınlığında götürüb şalvarının sağ cibində içərisində olan narkotik vasitələr və psixtrop maddə olan qara qutunu içərisində olan maddələr ilə birlikdə gizlətmişdir. Eyni zamanda onun sağ cibində narkotik vasitələri çəkmək üçün elektron tərəzi, sol cibində isə narkotik vasitəni hissələrə bölüb büküm halına salmaq üçün sol cibində içərisində sellefon və kağız parçaları olan «Rotmans», «Sobranie» siqaretlərinin qutuları olmuşdur. Həmin narotik vasitəni bir neçə gün üzərində daşımışdır. 31 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Mərdəkan-Aeroport yolunda yerləşən «Rahat» marketin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona məlum olmuşdur ki, həmin şəxslər Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdır. O, polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin satışında, qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis bölməsinə gətirilmişdir. Polis Bölməsində təhqiqatçı Nizami Omarov ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına 8 saylı vəkil bürosunun vəkili X4 təqdim etdi. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur və bölmədə video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif etmişlər. Bundan sonra o, şalvarının sağ yan cibinə qoyduğu 01 ədəd elektron tərəzini, içərisində şəffaf selefona bükülmüş bükülülər olan qara qutunu və şalvarın sol yan cibinə qoyduğu içərisində kağız, sellefon parçaları olan «Rotmans», «Sobranie» markalı siqaret qutuları təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin tərəzi və qutular içərisindən aşkar olunmuş 03 ədəd sellefon bükümdə olan narkotik vasitə heroin, tiryək, psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Onu da qeyd etmişdir ki, «Mövsüm» adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olmasından tam əmin deyilmiş. Belə ki, ifadəsində qeyd etdiyi kimi həmin şəxs ilə «İnstagram» sosial şəbəkəsində olan zaman bildirmişdir ki, adı İranlı Mövsümdür. O, həmin şəxs ilə şəxsən görüşməmiş, həmin narkotik vasitələri və psixotrop maddəni almaq üçün onlayn formada həmin şəxsə 400 manat pul ödəmiş, bundan sonra həmin şəxsin qeyd etdiyi kimi həmin nakotik vasitəni və psixotrop maddəni qoyduğu yerdən yəni, Novxanı qəsəbəsindən Delfin otelin yaxınlığından gedib götürməklə üzərində gizlətmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamış nədə təzyiq göstərilməmişdir. Hansı hesaba pul köçürməyini dəqiq xatırlmırmış. Narkotik vasitələrin istifadəçiləri olduqlarından bir-birlərinin danışığını başa düşür, narkotik vasitə əldə etmək istəylərindən etibar etmək məcburiyyətində olduğu üçündə pulu hesab vasitəsi ilə göndərmişdir. Mövsümün sadəcə adını bilir və anket məlumatları barədə heçnə bilmirmiş. «Mövsüm» həmin narkotk vasitənin satanı olmuş, o da pulunu verib almışdır. Mövsümə heç bir şey verəsi deyilmiş. O, içərisində narkotik vasitə və psixotrop maddə olan qara qutunu təqdim etdiyi formada almışdır. Qutunun içərisində qeyd edildiyi kimi vasitə narkotik tiryək, narkotik vasitə heroin və ayrı-ayrılıqda bükülmüş 15 büküm psixotrop maddə metamfetamin olmuşdur». Şahid1 ifadələrində göstərdi ki, Daxili İşlər Nazirliyinini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə daxil olmuş məlumat əsasında müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 76, mənzil 54-də qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Bu məlumatı yoxlamaq üçün 31 oktyabr 2020-ci il tarixdə əməliyyat qrupu yaradıldı və məlumatı yoxlamaq üçün Təqsirləndirilən şəxs olduğu ehtimal olunan yerə, yəni Xəzər rayonu ərazisinə getmişlər. Təqsirləndirilən şəxs Mərdəkan-Aeroport şossesi, Qala döngəsi, Rahat marketin yaxınlığında müəyyən olundu. Onlar Anara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu özləri ilə Xəzər rayon polis idarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Anar da etiraz etmədən bölməyə gəldi. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarova həvalə edildi. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olundu. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutdu və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən dövlət hesabına təyin olunmuş Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi Anara bildirdi. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs da şalvarının cibindən bir ədəd elektron tərəzi və bir ədəd qara rəngli qutu, içərisində kağız və sellofan parçaları olan “Rothmans" və “Sobranie" markalı siqaret qutularını və bir ədəd mobil telefonu masanın üzərinə qoydu. Qara rəngli qutunun da içərisindən bir ədəd şəffaf sellofan bağlamada qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütlə, bir şəffaf sellofan bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və bir sellofan bağlamada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə tiryəkə bənzər kütlə təqdim etdi. Anardan həmin maddələri haradan əldə etməsini və həmin maddələrin nə olduğunu soruşanda Anar da üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus narkotik vasitə olan heroin, tiryək və metamfetamin olduğunu, həmin narkotikləri sosial şəbəkədə tanış olduğu iranlı Mövsüm adlı şəxsdən sonuncunun kart hesabına 400 manat pul köçürməklə təxminən beş gün əvvəl Novxanı qəsəbəsi, «Delfin» hotelin yaxınlığından satış məqsədi üçün əldə etdiyini dedi. Aşkar olunmuş maddələr və bir ədəd elektron tərəzi qablaşdırılaraq möhürləndi, protokol tərtib edilib iştirakçılara ucadan oxundu, şikayət və qeyd daxil olmadı, iştirakçılar da imzaları ilə protokolun məzmununun düzgünlüyünü təsdiq etdilər. Təqsirləndirilən şəxs saxlanılan zaman ona istər psixi, istərsə də fiziki təsir göstərilməyib. O, dəvət olunub polis bölməsinə gətirilib, orada ona qanuna uyğun edilən təklif nəticəsində narkotik vasitə və maddələri təqdim edib. Onunla heç bir pul söhbəti olmayıb, ona narkotikin istifadəçiləri və ya alverçiləri barəsində onlara məlumat vermək təklif olunmayıb. Ondan pul istənilməyib. Bütün bunlar yalandır. Şahid2 ifadələrində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barəsində məlumat daxil olmuşdu. Bu məlumatı yoxlamaq üçün 31 oktyabr 2020-ci il tarixdə əməliyyat qrupu yaradıldı, o da qrupa daxil edlmişdir. Onlar məlumatı yoxlayarkən Təqsirləndirilən şəxsı Qala döngəsi, «Rahat» marketin yaxınlığında müəyyən edib onu Xəzər Rayon Polis İdarəsinin 3-cü bölməsinə dəvət etmişlər. Anar da bölməyə gəldi. Bölmədə Təqsirləndirilən şəxs üzərində qanuna uyğun şəxsi axtarış aparıldı. Axtarışı da onların iştirakları ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov apardı. Axtarışda Təqsirləndirilən şəxs vəkili Bəhruz Səfərov və onlar iştirak etmişlər. Axtarış videoçəkilişlə aparıldı. Anara onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirİLdi və ona hüquq və vəzifələri izah edilib ona üzərində qeyri-qanuni əşya varsa təqdim etmək təklif olundu. Anar da şalvarının cibindən bir elektron tərəzi və qutu, içərisində kağız və sellofan parçaları olan siqaret qutularını və bir mobil telefonu masanın üstünə qoydu. Bundan sonra Anar qutunun da içərisindən bir sellofan bağlamada narkotik maddə heroin, başqa bir sellofan bağlamada psixotrop maddə metamfetamin, digər sellofan bağlamada tiryək təqdim edib onları iranlı Mövsüm adlı şəxsin hesabına 400 manat pul köçürməklə ondan aldığını, narkotik maddələri və vasitələri isə təxminən beş gün əvvəl Novxanı qəsəbəsi, «Delfin» hotelin yaxınlığından satış məqsədi əldə etdiyini dedi. Bütün bunları Anar özü dedi. Ona heç bir təsir və zor göstərilmədi. Anarın bu barədə dedikləri doğru deyil. Heç kim də ondan pul istəməyib, heç kim də onu polislə əməkdaşlığa dəvət etməyib. Ona narkotiklə məşğul olan şəxslər barəsində polisə məlumat vermək təklif olunmayıb. Bunları Anar özünü müdafiə etmək üçün deyir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 02 noyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin götürdüyü yer kimi istinad etdiyi Novxanı qəsəbəsi, «Delfin» otelin yaxınlığını göstərib oranın onun üzərindən aşkar edilmiş narkotik maddə və vasitələrin götürdüyü yer olduğunu və əldə etdiyi narkotik maddələrə və vasitələrə görə iranlı Mövsüm adlı şəxsə 400 (dörd yüz) manat pul ödədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki kimyəvi ekspertizasının 01 noyabr 2020-ci il tarixli 6/2348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə olan bir ədəd bağlamada 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,268 qram, 0,304 qram, 0,283 qram, 0,282 qram, 0,293 qram, 0,280 qram, 0,289 qram, 0,250 qram, 0,279 qram, 0,275 qram, 0.282 qram, 0,281 qram, 0,292 qram, 0,270 qram, 0,245 qram ümumi təmiz çəkisi 4,173 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 12,001 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 6,804 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatı mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,173 qram olan ağ rəngli kristal formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,723 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 12,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizası tədqiqatından sonra qalmış 11,951 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-ə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 6,804 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və ekspertizası tədqiqatından sonra qalıq qalmış 6,754 qram narkotik vasitə tiryək saxlanılması üçün Xəzər RPİ-ə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür k, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə məhkəmədə verdiyi ifadələrində ona elan olunmuş ittihamı inkar etdiyi, ona polis əməkdaşları tərəfindən zor göstərilib, ondan pul istənilməsi, onun buna imkanı olmadığını bildirdikdən sonra onu polislə əməkdaşlığa dəvət olunması, lakin onun buna da razı olmamasından sonra onu narkotiklə tutulması barəsindəki hissəsini müzakirə edərkən məhkəmənin hüququ statusuna görə məhkəmə baxışı zamanı məhkəmənin sübut toplayıcı deyil, tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mahiyyəti üzrə araşdırıldığını qeyd edir və bunu nəzərə alır. Əks halda məhkəmə tərəfsizlik prinsipini pozmuş olardı. Məhkəmə, bununla yanaşı, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin təqsirləndirilən şəxsin təqsirsizliyini sübuta yetirməli olmadıqlarını nəzərə alır, əks halda bu təqsirsizlik prezumpsiyasına zidd olardı, lakin məhkəmə, qanunun mənasına görə müdafiə tərəfinin öz mənafeyinə uyğun hesab edib bəyan etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını edir, çünki ağlabatanlılıq və mümkünlülük prinsiplərinə görə iddia olunan halın təsidiqi və ya təkzibi təqdim olunan sübutlarla müəyyən olunur. Şəxsin öz ifadələrinin onun iradəsinə zidd olaraq alındığı sübatlarla təkzib olunmayıbsa, həmin ifadələrin doğruluğunun prezumpsiyası qüvvədədir. Məhkəmədə də müdafiə tərəfi bunu etmədi, ittiham tərəfi də Təqsirləndirilən şəxs elan olunmuş ittihamı təkzib edən sübut təqdim etmədi. Məhkəmədə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona zor göstərilməsi, onunla korrupsiya xarakterli söhbətlər edilməsi və ya ona əməkdaşlıq barəsində təklif edilməsi hallarının olması da öz təsdiqini tapmadı. Çünki həmin hallar barəsində ifadə verə bilməsi ehtimal olunan və məhkəmədə bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs hər hansı formada psixi və ya zor göstərilmədiyini və onunla korrupsiya xarakterli danışıqlar və polislə əməkdaşlıq etmək barəsində söhbətlər aparılmadığnı göstərdilər. Məhkəmədə araşdırlan cinayət işin materiallarında da Təqsirləndirilən şəxs bu iddiaların təsdiq edən faktiki hal və ya sübut müəyyən olunmadı. Çünki məhkəmədə araşdırılan 31 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan da görünür ki, həmin tarixdə saat 21:27 dəqiqədən saat 21:37 dəqiqəyə kimi onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən yuxarıda göstərilən miqdarlarda və növlərdə narkotik maddələr və psixotrop vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Əliqənbər oğlu da vəkilinin iştirakı ilə həmin protokolu imza edib, onun üzərindən narkotik maddələrin və psixotrop maddənin aşkar olunmasını təsdiq edib protokolun məzmununa dair qeydi, şikayəti, təklifi olmadığını bildirmişdir. Bu halı o, həmin tarixli izahatında, 01 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduqda və 2 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutuluduqda təsdiq edib narkotik maddələrin və psixotrop vasitənin mənşəyi, əldə olunması mənbəyi, pulun ödənilməsi qaydası və nə məqsədlə alması barəsində etirafedici ifadələr vermişdir. Onun bu ifadələri istintaqın sonrakı mərhələsində digər sübutlarla təkzib edilməmiş, əksinə həmin ifadələrdə bəyan olunan hüquqa zidd davranışların baş verməsi sübuta yetirilmişdir. Məhkəmə, bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisi X2 iştirakı ilə verdiyi etirafedici ifadələrində göstərdiyi halların işin faktiki hallarına, o,cümlədən də təhqiqat və istintaq orqanları tərəfindən yerinə yetirilmiş hərəkətlər nəticəsində əldə olunmuş sübutlara uyğun olub təsdiq edilməsi qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrinin işin faktiki hallarına və obyektiv həqiqətə uyğun olan ifadələr kimi, onun məhkəmədə verdiyi ifadələrini isə özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «FİDES» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 (on beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 90 (doxsan) manat pul ödənilməlidir. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,173 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,723 qram hissəsini, ümumi təmiz çəkisi 12,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,951 qram hissəsini, ümumi təmiz çəkisi 6,804 qram olan ekspertiza tədqiqatından sonra qalmış 6,754 qram narkotik vasitə tiryəkin sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd diskin cinayət işinin materiallarda saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona 2500 manat cərimə cəzası təyin edilmişdir. O da 10 avqust 2017-ci il tarixdə cəriməni tam ödəyərək qeydiyyatdan çıxmışdır. 19 dekabr 2018-ci il tarixli Göranboy Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci, 69.3cü maddələri ilə təqsirli bilinib 1(bir) il 3 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 06 may 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. O hazırkı əməli əvvəlki əmələ görə məhkumluğu ödənilməmiş törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olması, lakin əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmadığına görə onun əməlində cinayətlərin residivi olmadığını nəzərə alır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 31 oktyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 12 noyabr 2020-ci il tarixli 3185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preperatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müailicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərəhələsində etirafedici ifadələr verib cinayətlərin açılmasında iştirakını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alıb onun qanuna münasibətdə riskli olması qənaətinə gəlir. Çünki o, əvvəllər də iki dəfə cinayət qanunu ilə qorunan obyektlərə qəsd etməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 31 oktyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altımış beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə X5 ödənilməsi üçün 90 ( doxsan) manat pul Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,173 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,723 qram hissəsi, ümumi təmiz çəkisi 12,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspertizası tədqiqatından sonra qalıq qalmış 11,951 qram hissəsi, ümumi təmiz çəkisi 6,804 qram olan tiryəkin ekspertiza tədqiqatından sonra qalmış 6,754 qram hissəsi sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-684/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-684/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver