Məhkəmə qərarları › İş №1(101)-693/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-693/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-693/2020 22.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxxxx 1973-cü ildə Göyçay rayonu, Potu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək onları əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs yenidən qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Misəm” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Misəm” adlı şəxsdən İran İslam Respublikası ərazisində qanunsuz olaraq əldə etdiyi külli miqdarda 72,435 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 29,305 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan 0,4 qram çəkidə narkotik vasitə on ədəd metadon dərman pereparatlarını xx xxxxxx 2019-cu il tarixdə naməlum şəraitdə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə keçirərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində kirayə yaşadığı 31 saylı evə qanunsuz daşımış, külli miqdarda 72,435 qram çəkidə narkotik vasitə heroinin 30,091 qramını 16 ədəd ayrıayrı bükmlərdə qablaşdıraraq on ədəd metadon dərman pereparatı olan bir ədəd silindirvari bükümlə birlikdə yataq otağında giriş qapısının sağ divarında yerləşən elektrik qutusunun içərisində, qalan 32,344 qram çəkidə narkotik vasitə heroini 19,464 qram və 22,880 qram olmaqla iki ədəd şəffaf polietilen bükümdə və külli miqdarda 29,305 qram çəkidə psixotrop maddə metamfetaminin 26,276 qramını bir ədəd şəffaf polietilen bükümdə qablaşdıraraq yataq otağında dolabın üzərində olan dəmir qutunun içərisində, qalan 3,029 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd qara rəngli siqaret qutusunun içərisində yataq otağında sol divara bərkidilmiş taxta rəfin üzərində gizlətməklə satış məqsədilə qanunsuz saxlamış, onun Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yaşadığı 31 saylı evin qarşısında saxlanılmış özünün icazəsi və iştirakı ilə yaşadığı 31 nömrəli evə keçirilən baxış zamanı yataq otağında dolabın üstündə olan dəmir qutun içərisindən iki ədəd şəffaf polietilen bükümdə satış məqsədilə əldə edib saxladığı külli miqdarda 42,344 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 26,276 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin dolabın üzərində səthində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:20-dən etibarən yaşadığı 31 nömrəli evə yenidən baxış keçirilən zaman yataq otağında giriş qapısının sağ divarında yerləşən elektirik qutusunun içərisində on altı ədəd bükümdə satış məqsədilə əldə edib saxladığı ümumilikdə külli miqdarda 30,091 qram təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd silindirvari bükümdə təsiredici maddəsinin ümumi çəkisi 0,4 qram olan on ədəd metadon dərman preperatı və yataq otağında sol divara bərkidilmiş taxta rəfin üzərində bir ədəd siqaret qutusunda külli miqdarda 3,029 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o inşaat universitetin bitirdiyi üçün ixtisasca inşaatçıdır. Buna görə də 2019-cu ilin oktyabr ayında Şərur MTK tərəfindən Hollivud restoranına yerləşdirilmişdir. Saxlanıldığı günə qədər yəni 2019-cu ilin dekabrın 17-dək həmin restoranın santexnik-elektiriki olmuşdur. Tutulduğu gün, yəni dekabr ayının 17-də Hollivudun aşbazı Əmanət xanım qızı Gunay ilə işə gəlmişdir. Aşbaz işi ilə məşqul olmuş, qızı isə onunla ancaq narkotikdən söhbət etmişdir. Çalışırmış ki, ondan hardan narkotik vasitə əldə edəcəyini öyrənsin. Sonra qız çıxıb getmişdir. Müdriyyət həmin gün ona yolkaları yığmağı tapşırdığından işi çox olmuşdur. Təxminən 1 saat sonra saat 7-də aşbaz Əmanətin qızı Gunay zəng edərək ona 20 manat köməklik etməyini xahiş etmişdir. Onun isə işi çox olduğundan çıxa bilmirmiş. Həm də çıxsaymış kameraya düşəcəkmiş. Sonra aşağı düşüb Gunaya zəng eləmişdir. Həmin vaxt Gunay ona dayanacaqda olduğunu bildirmişdir. Dayanacağa gedərək 20 manatı Gunaya vermişdir. Gunay ona yumurta boyda büküm verərək saxlamağını xahiş etmiş və qayıdanda götürəcəyini demişdir. Həmin bükümlə məhləyə girmək istəmədiyini bildirmişdir. O, həmin bükümü götürməmişdir. Buna baxmayaraq Gunay ona həmin bükümü götürməsini israr etmişdir. Bu səbəbdən ondan şübhələnməyə başlamışdır. Sonra o, Gunaydan aralaşaraq Hollivud restoranı istiqamətində getməyə başlamışdır. Restoranın qarşısında "şlanqbaun" var. Görmüşdür ki, həmin şlanqbaunun qarşısında qara maşın dayanmış və arxasında 4-5 nəfər şəxs var. Maşının arxasından keçəndə onun qolunu burmuşlar. Həmin şəxslər demişdilər ki, onlara məlumat daxil olub ki, səndə narkotik vasitə var. Demişdir ki, onda narkotik yoxdur. Sonra üstünü axtarmışdılar amma üstündən narkotik çıxmamışdır. Onu otuzdurmuşlar maşına, özləri isə maşının arxasında söhbət etməyə başlamışdılar. Həmin vaxt maşında şoferdən və ondan başqa heç kim olmamışdır. Təxminən 5 - 10 dəqiqə sonra maşına oturmuşdular və demişlər ki, yaşadığı evə baxış keçirtməlidirilər. Maşını sürmüşlər kirayə yaşadığı mənzilə. Onu evin ortasında saxlayıb evi axtarmağa başlamışlar. Evin ortasında pərdə var. Polislərdən biri evdə pərdənin arxasından çıxdı. Onun əlində bükümdə duza oxşayan nə isə göstərib ki, bunun nə olduğun soruşmuşdur. Cavabında onun olmadığını və nə olduğunu bilmədiyini demişdir. Sonra video çəkiliş etmişdirlər. Videoda olan hərəkətləri polislərin tapşırığı əsasında etmişdir. Daha sonra onu baş idarəyə aparmışlar. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Bildirmişdir ki, ailəlidir iki övladı vardır. 2010-cu il tarixdə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2016-cı ilin avqust ayında cəza müddəti qurtarmasına 8 ay qalmış vaxtından əvvəl azad edilmişdir. Təxminən iki aydır ki, yenidən narkotik vasitə heroin istifadə etməyə başlamışdır. Narkotik vasitəni İran İslam Respublikasından alır, belə ki, tez-tez İran İslam Respublikasına gedərək oradan əldə edir. Çünki oradan narkotik vasitəni daha ucuz qiymətə ala bilir. Özü də gündəlik işlərdə işlədiyindən elə çox pulu olmur, İİR-də heroinin bir qramını təxminən 20-25 manata alır. Narkotik vasitəni İİR vətəndaşı olan “Misəm” adlı şəxsdən almışdır. Bədənində ağrılar olduğu üçün hər gün narkotik vasitə heroin qəbul etmişdir. Gün ərzində 3-4 dəfə olmaqla ümumilikdə 1-1,5 qram narkotik vasitə heroin istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə narkotik vasitə almaq məqəsdilə İİR-yə getmişdir. Orada Astara şəhərində “Misəm” adlı şəxslə görüşmüş və ondan təxminən 40 qrama yaxın narkotik vasitə heroin almışdır. Həmin zaman “Misəm” ona bir ədəd bağlamada şüşə dediyi maddəni də vermişdir. O da heroinin əvəzində “Misəm”-ə 1000 manat pul vermişdir. Şüşəni isə ona pay vermişdir. O həmin narkotik vasitəni ayaqabısının altlıq hissəsində gizlədərək Astara Gömrük Məntəqəsində keçərək Azərbaycan Respublikasına qanunsuz olaraq keçirtmişdir. Bundan sonra həmin narkotik vasitəni və psixotrop maddəni kirayə yaşadığı evə gətirmiş və heroini iki ədəd sellofan bağlamada, psixotrop maddə metamfetamini isə bir ədəd sellofan bağlamada qablaşdıraraq yaşadığı evin yataq otağında yerləşən dolabın üzərində olan dəmir qutunun içərisinə qoymuşdur. Həmin heroinin üstündən götürərək istifadə də etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində evdən marketə getmək üçün çıxmışdır. Yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özünü təqdim edərək Baş X1 əməkdaşları olduqlarını bildirmişlər. Ondan anket məlumatlarını soruşduqda o özü barədə onlara məlumat vermişdir. Polis əməkdaşı ona barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Eləcə də ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində və yaşadığı evə baxış keçirmək istədiklərini bildirdilər. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olduğunu bildirdi. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirildi və üzərində qanunsuz heç bir əşya və predimet aşkar edilmədi. Polis əməkdaşlarına yaşdığı evə baxış keçirə biləcəklərini bildirdi və bu barədə ərizə də yazdı. Polis əməkdaşlarını yaşadığı evə dəvət etdi. O yataq otağında yerləşən dolabın üzərindəki dəmir qabı polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin polis əməkdaşları dolabın üzərində olan narkotik vasitə istifadə edən zaman miqdarı müəyyən etmək üçün çəkdiyi bir ədəd elektron tərəzini aşkar etdilər. Polis əməkdaşları həmin dəmir qutunun içərisində iki ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini aşkar edərək götürdülər. Həmin bükümləri qablaşdırdılar və qablaşdırmanın üzərinə o da imza etdi. Evə baxış keçirsələr də başqa heç bir əşya aşkar edilmədi. Narkotik vasitə saxladığı yerdə olan 200 ABŞ doları və 400 manat pul da özünə qaytardılar. Bundan sonra onu Baş Nartkotiklərlə Mübarizə İdarəsində dəvət etdilər. İdarədə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilərək ona təqdim olundu və müdafiəçinin iştirakı ilə protokol tərtib olundu. Doğru yazıldığı üçün o da protokola imza etdi. Əlavə ifadəsində göstərmişdir ki, hələdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 31 saylı evdə narkotik maddə qalmışdır. O həmin narkotik vasitəni heroini və metadonu yataq otağında giriş qapısının sağ tərəf divarında yerləşən elektrik qutusunun içərisində, metamfetamini isə otaqda sol tərəf divara bitişik olan rəfin üstündə siqaret qutusunun içərisində gizlətdiyini və evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bu barədə ərizə də yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı evə getmişlər. Həmin zaman evin qapısını açmaq üçün kirayə qaldığı evin sahibi Şahid6 və iki nəfər hal şahidi də gəlmişdir. Onlar birlikdə evə daxil olmuşlar və o yataq otağında yerləşən giriş qapısından sağ tərəf divarda olan ağ rəngli elektrik qutusunu göstərərək içərisində narkotik vasitə heroin və metadon həbləri olduğunu bildirmişdir. Həmin elektrik qutusu sökülmüş və içərisindən üç ədəd sellofan büküm və bir ədəd də silindirvari büküm aşkar edilmişdir. Həmin üç ədəd sellofan bağlamalarda ümumilikdə 16 ədəd bükümdə narkotik vasitə heroin bir ədəd silindirvari bükümdə isə 10 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Bundan sonra o sol tərəf divara bərkidilmiş taxta rəfin üzərində olan qara rəngli siqaret qutusunun təqdim edərək onun da içərisində olan ağ rəngli maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin maddə də götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdılmış və kağız zərfə qoyulmuşdur. Zərfin üzərinə imza etmişir. Daha sonra evə baxış da keçirildi, lakin heç bir qanunsuz əşya və predimet aşkar edilmədi. Daha sonra baxışla bağlı protokol tərtib oldundu doğru tərtib olunduğu üçün imzamla təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ev 31-də yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanının yaxınlığına yollanmışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23:30-da həmin ünvanın qarşısında, özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsə mobil telefon vasitəsilə aparılan çəkilişlə xidməti vəsiqələr göstərilmiş və özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1973-cü il təvəllüdlü, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində və kirayədə yaşadığı mənzildə qanunsuz əşyalar varsa təqdim etmək təklif etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyaların olmadığını lakin kirayədə yaşadığı mənzildə narkotik və psixotrop maddələrin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olunduqdan sonra o üzərində olan bir ədəd “Micro Max” markalı telefonunu və şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mənzilə baxış keçirməklərinə etiraz etməmiş və bu barədə razılıq ərizəsi yazmışdır. Onun yaşadığı mənzilə baxış zamanı həmin mənzilin dəhliz və bir yataq otağından ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yataq otağında dolabın üzərində olan bir ədəd sarı rəngli “Gixom’’ sözləri yazılmış dəmir qutunu və qutunun yanında bir ədəd elektron tərəzini götürərək masanın üzərinə qoymuş və onun içərisində iki ədəd şəffaf sellofan bükümdə narkotik maddə olan heroinə, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələri və 400 manat və 200 ABŞ dolları pullarını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin iki ədəd bükümlərdəki olan maddə heroin, bir ədəd bükümdə olan maddə isə metamfetamindir. Həmin iki ədəd şəffaf bükümlər açıldıqda orada qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə, bir ədəd şəffaf büküm açıldıqda isə ağ rəngli toz və kristal şəklində psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin narkotik və psixotrop maddəni xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən “Misəm” adlı tanışından ümumilikdə min manata öz şəxsi istifadəsi üçün almışdır. Götürülmüş 03 üç ədəd bükümlər və bir ədəd elektron tərəzi ilə birlikdə iki ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar kimi Təqsirləndirilən şəxs də həmin zərflərin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 400 manat və 200 ABŞ dolları özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmiş və baxış zamanı əməliyyat marağı kəsb edən Təqsirləndirilən şəxs məxsus pasport aşkar olunaraq götürülmüş, digər əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxslə birlikdə Baş Narkotikləriə Mübarizə idarəsinə gəlmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona dövlət hesabına vəkil dəvət edilərək ona təqdim edilmişdir. Baş idarədə olarkən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmiş ki, narkotik və psixotrop maddəni mobil telefon nömrəsi +**********88 olan təxminən 32-35 yaşlı İİR vətəndaşı “Misəm” adlı tanışından əldə etmişdir. Bundan sonra qeyd olunanlar barədə protokol tərtib edilmiş və doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Toplanmış material Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və Təhqiqat İdarəsinə verilmişdir. Həmin idarədə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra etimad doğuran dəqiq və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi ev 31-də onun tərəfindən gizlədilmiş narkotik vasitə və psixotrop maddələrin qalması, baxış zamanı həmin maddələri təqdim etməməsi barədə yenidən məlumat daxil olmuşdur. Bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verilərək müvafiq istintaq tədbirlərinin keçirilməsini təmin etmələri xahiş edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirak ilə həmin ünvanın qarşısına gəlmişlər. Həmin zaman Təqsirləndirilən şəxs kirayə yaşadığı evin açarları ev sahibi Şahid6 olduğundan onunla əlaqə saxlayaraq qeyd olunan evə baxış keçirmək istədiklərini bildirmişlər. Həmin zaman keçiriləcək baxışda iştirak etmələri üçün iki nəfər hal şahidi dəvət edilərək onlara CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə keçiriləcək baxışın mahiyyəti izah edilmişdir. Ev sahibi gəldikdən sonra o da evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Həmin gün saat 17:20-də evə baxış keçirməyə başlamışlar. Evdə qalan narkotik vasitələri təqdim etmək təklifindən sonra Təqsirləndirilən şəxs yataq otağında əli ilə giriş qapısının sağ tərəf divarda yerləşən ağ rəngli elektrik qutusunu göstərərək həmin yerdə narkotik vasitə heroin və metadon həbləri saxladığını bildirmişdir. Həmin elektrik qustusu evdə olan vintaçanla açılmış və orda üç ədəd sellofan bağlama və bir ədəd slindirvari büküm aşkar edilmişdir. Həmin sellofan bağlamalar açıldıqda içərisində ümumilikdə 16 ədəd büküm olması müəyyən edilmişdir. Bir ədəd silindirvari büküm açıldıqda üzərində “F/M40” yazısı olan 10 ədəd metdon dərman həbinə oxşar tablet aşkar edilmişdir. 16 ədəd bükümün hər biri açılaraq içərisində olan maddələrə baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol tərəf divarda bərkidilmiş taxta rəfin üzərinə qoyulmuş taxtadan olan rəfi götürüb həmin yerin aşağı hissəsində olan stulun üstünə qoymuş və taxtanın üstündəki bir ədəd qara rəngli siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qutunun çərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə, metadona və psixotrop maddə metamfetaminə oxşar maddələrin fotoşəkilləri çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırlaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yerində protokol tərtib edilmiş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işlədiyi Baş idarəyə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ev 31-də yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvanının yaxınlığına yollanmışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23:30-da həmin ünvanın qarşısında, özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsə mobil telefon vasitəsilə aparılan çəkilişlə xidməti vəsiqələr göstərilmiş və özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1973-cü il təvəllüdlü, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində və kirayədə yaşadığı mənzildə qanunsuz əşyalar varsa təqdim etmək təklif etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyaların olmadığını lakin kirayədə yaşadığı mənzildə narkotik və psixotrop maddələrin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olunduqdan sonra o üzərində olan bir ədəd “Micro Max” markalı telefonunu və şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mənzilə baxış keçirməklərinə etiraz etməmiş və bu barədə razılıq ərizəsi yazmışdır. Onun yaşadığı mənzilə baxış zamanı həmin mənzilin dəhliz və bir yataq otağından ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yataq otağında dolabın üzərində olan bir ədəd sarı rəngli “Gixom’’ sözləri yazılmış dəmir qutunu və qutunun yanında bir ədəd elektron tərəzini götürərək masanın üzərinə qoymuş və onun içərisində iki ədəd şəffaf sellofan bükümdə narkotik maddə olan heroinə, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələri və 400 manat və 200 ABŞ dolları pullarını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin iki ədəd bükümlərdəki olan maddə heroin, bir ədəd bükümdə olan maddə isə metamfetamindir. Həmin iki ədəd şəffaf bükümlər açıldıqda orada qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə, bir ədəd şəffaf büküm açıldıqda isə ağ rəngli toz və kristal şəklində psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin narkotik və psixotrop maddəni xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən “Misəm” adlı tanışından ümumilikdə min manata öz şəxsi istifadəsi üçün almışdır. Götürülmüş 03 üç ədəd bükümlər və bir ədəd elektron tərəzi ilə birlikdə iki ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar kimi Təqsirləndirilən şəxs də həmin zərflərin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 400 manat və 200 ABŞ dolları özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmiş və baxış zamanı əməliyyat marağı kəsb edən Təqsirləndirilən şəxs məxsus pasport aşkar olunaraq götürülmüş, digər əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxslə birlikdə Baş Narkotikləriə Mübarizə idarəsinə gəlmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona dövlət hesabına vəkil dəvət edilərək ona təqdim edilmişdir. Baş idarədə olarkən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmiş ki, narkotik və psixotrop maddəni mobil telefon nömrəsi +**********88 olan təxminən 32-35 yaşlı İİR vətəndaşı “Misəm” adlı tanışından əldə etmişdir. Bundan sonra qeyd olunanlar barədə protokol tərtib edilmiş və doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Toplanmış material Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və Təhqiqat İdarəsinə verilmişdir. Həmin idarədə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra etimad doğuran dəqiq və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi ev 31-də onun tərəfindən gizlədilmiş narkotik vasitə və psixotrop maddələrin qalması, baxış zamanı həmin maddələri təqdim etməməsi barədə yenidən məlumat daxil olmuşdur. Bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verilərək müvafiq istintaq tədbirlərinin keçirilməsini təmin etmələri xahiş edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirak ilə həmin ünvanın qarşısına gəlmişlər. Həmin zaman Təqsirləndirilən şəxs kirayə yaşadığı evin açarları ev sahibi Şahid6 olduğundan onunla əlaqə saxlayaraq qeyd olunan evə baxış keçirmək istədiklərini bildirmişlər. Həmin zaman keçiriləcək baxışda iştirak etmələri üçün iki nəfər hal şahidi dəvət edilərək onlara CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə keçiriləcək baxışın mahiyyəti izah edilmişdir. Ev sahibi gəldikdən sonra o da evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Həmin gün saat 17:20-də evə baxış keçirməyə başlamışlar. Evdə qalan narkotik vasitələri təqdim etmək təklifindən sonra Təqsirləndirilən şəxs yataq otağında əli ilə giriş qapısının sağ tərəf divarda yerləşən ağ rəngli elektrik qutusunu göstərərək həmin yerdə narkotik vasitə heroin və metadon həbləri saxladığını bildirmişdir. Həmin elektrik qustusu evdə olan vintaçanla açılmış və orda üç ədəd sellofan bağlama və bir ədəd slindirvari büküm aşkar edilmişdir. Həmin sellofan bağlamalar açıldıqda içərisində ümumilikdə 16 ədəd büküm olması müəyyən edilmişdir. Bir ədəd silindirvari büküm açıldıqda üzərində “F/M40” yazısı olan 10 ədəd metdon dərman həbinə oxşar tablet aşkar edilmişdir. 16 ədəd bükümün hər biri açılaraq içərisində olan maddələrə baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol tərəf divarda bərkidilmiş taxta rəfin üzərinə qoyulmuş taxtadan olan rəfi götürüb həmin yerin aşağı hissəsində olan stulun üstünə qoymuş və taxtanın üstündəki bir ədəd qara rəngli siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qutunun çərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə, metadona və psixotrop maddə metamfetaminə oxşar maddələrin fotoşəkilləri çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırlaraq götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yerində protokol tərtib edilmiş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 31 nömrəli evin bir hissəsində bir otaq və bir dəhlizdən ibarət yeri ayıraraq kirayəyə vermişdir. Təxminən 2019-cu ilin avqustsentyabr aylarında həmin evi Təqsirləndirilən şəxs aylıq 130 manata olmaqla kirayəyə vermişdir. Təqsirləndirilən şəxs həmin evdə tək qalacağını və elektrik işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə əvvəllər heç bir tanışlığı olmamışdır. 2019-cu ilin dekabr ayının 18-də gecə saat 00:15 radələrində məlumatı olmuş ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar və onun iştirakı ilə yaşadığı kirayə verdiyi həmin evə baxış keçirilən zaman evdən narkotik vasitə aşkar edilmişdir. O həyətə düşən zaman polis əməkdaşlarının kirayə verdiyi evdən çıxdıqlarını görmüşdür. Polis əməkdaşlarına evin ona məxsus olduğunu və Təqsirləndirilən şəxs kirayə verdiyini bildirmişdir. Həmin zaman polis əməkdaşı evin qapısını Təqsirləndirilən şəxs verdiyi açarla bağlamış və açarı da ona təhvil vermişdir. Bundan sonra o həmin evin qapısını açıb baxmamışdır ki, Təqsirləndirilən şəxs şəxsi əşyaları vardı yaxın qohumlarından kimsə gələrsə onlarla birlikdə açıb baxar və Sahibin əşyalarını da təhvil verər. xx xxxxxx 2019-cu il tarixdə 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onunla əlaqə saxlayaraq yaşdığı evin qarşısında olduqlarını və Təqsirləndirilən şəxs kirayə verdiyi evə yenidən baxış keçirmək istədiklərini bildirmişlər. O da həmin evin açarını götürərək qapını açmış və polis əməkdaşlarını baxış keçirmək üçün dəvət etmişdir. Həmin zaman evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə də yazmışdır. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs onun müdafiəçisi eləcə də iki nəfər hal şahidi də olmuşdur. Polis əməkdaşları baxışda onun da iştirak etməsini bildirmiş və o da razılaşmışdır. Baxış zamanı polis əməkdaşlarının evdə qalan narkotik vasitələri təqdim etmək təklifindən sonra Təqsirləndirilən şəxs yataq otağında əli ilə giriş qapısının sağ tərəf divarda yerləşən ağ rəngli elektrik qutusunu göstərərək həmin yerdə narkotik vasitə heroin və metadon həbləri saxladığını bildirmişdir. Həmin elektrik qustusu evdə olan vintaçanla açılmış və orda üç ədəd sellofan bağlama və bir ədəd slindirvari büküm aşkar edilmişdir. Həmin sellofan bağlamalar açıldıqda içərisində ümumilikdə 16 ədəd büküm olması müəyyən edilmişdir. Bir ədəd silindirvari büküm açıldıqda üzərində “F/M40” yazısı olan 10 ədəd metdon dərman həbinə oxşar tablet aşkar edildiynin şahidi olmuşdur. 16 ədəd bükümün hər biri açılaraq içərisində olan maddələrə baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol tərəf divarda bərkidilmiş taxta rəfin üzərinə qoyulmuş taxtadan olan rəfi götürüb həmin yerin aşağı hissəsində olan stulun üstünə qoymuş və taxtanın üstündəki bir ədəd qara rəngli siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qutunun çərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilməsinin şahidi olmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə, metadona və psixotrop maddə metamfetaminə oxşar maddələrin fotoşəkilləri çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırlaraq götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə özünü müdafiə etmə üsulu kimi məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan ifadəsidir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31211 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdə narkotik vasitə heroinə oxşar və psixotrop maddə metamfetaminə oxşar maddə” yazısı olan zərfdəki, 02 (iki) ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkisi 42,344 qr(ayrı-ayrılıqda təmiz çəkiləri 19,464 qr və 22,880 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01(bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 26,276 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs götürülmüş bir ədəd üzərində “Digital scale” , arxa tərəfində isə “DBJB:500g x0,001g” yazıları olan qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31602 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 16 ədəd büküm, bir ədəd siqaret qutusunda ağ rəngli maddə və bir ədəd torbada 10 həb” yazısı olan zərfdəki, 03(üç) ədəd bükümdə olan cəmi 16(on altı) ədəd şəfffaf polietilen bükümlərdə, ümumi təmiz çəkisi 30,091qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01(bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 3,029 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdə 10(on) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preperatıdır. 10 ədəd həbdə təsir edici maddəsi metadonun ümumi çəkisi 0,4 qr təşkil edir(bir həbdə 0,04qr metadon olmaqla). Vət. Təqsirləndirilən şəxs evindən götürülmüş 16 ədəd bükümdəki heroinlər və Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə götürülmüş 2 ədəd bükümdə heroinlər(31211 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs evindən götürülmüş 1 ədəd bükümdəki metamfetamin və Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə götürülümüş 1 ədəd bükümdə metamfetamin (31211 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyada məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq 42,104 qram və 29,931 qram çəkidə narkotik vasitə heroinlər, ekspertiza tədqiqatdan sonrakı qalıq 26,076 qram və 2,929 qram çəkidə psixotrop maddə metamfetaminlər, ekspertiza tədqiqatından sonrakı qalıq 9 ədəd metadon dərman həbi və bir ədəd elektron tərəzi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşi materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökm surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 1(101)-1282/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib doqquz il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş və Bakı şəhəri Binqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 07 ay 30 gün vaxtından əvvəl cəza çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına uyğun cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluq müddəti 6 il müəyyən edildiyindən və şəxs cəza çəkməkdən vaxtından əvvəl azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığından, əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən ağır cinayət törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhlükəli residiv kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin “residivə görə cəza təyini”ndən bəhs edən 65-ci maddəsinin müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması və himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar hesab olunur. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 42,104 qram və 29,931 qram çəkidə narkotik vasitə heroinlər, ekspertiza tədqiqatdan sonrakı qalıq 26,076 qram və 2,929 qram çəkidə psixotrop maddə metamfetaminlər, ekspertiza tədqiqatından sonrakı qalıq 9 ədəd metadon dərman həbi və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Micromax» markalı mobil telefon aparatı qohumlarına qaytarımalıdır. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 42,104 qram və 29,931 qram çəkidə narkotik vasitə heroinlər, ekspertiza tədqiqatdan sonrakı qalıq 26,076 qram və 2,929 qram çəkidə psixotrop maddə metamfetaminlər, ekspertiza tədqiqatından sonrakı qalıq 9 ədəd metadon dərman həbi və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut hesab edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə Maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Micromax» markalı mobil telefon aparatı qohumlarına qaytarılsın. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar