Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2021 08.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, zərərçəkmiş şəxslərin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 08 » iyun 2021-ci il Bakı şəhərində xx xxxxx 1964-cü ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta-ixtisas təhsilli, işləməyən, Sumqayıt şəhəri, Nərimanov küçəsi, Yataqxana 7/14, mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ev 3-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 2014-cü ilin aprel ayının sonlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi ev 3 ünvanında yerləşən mənzilə dəvət edərək Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda xəstələrə qulluq etməklə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 04 iyun 2014-cü il tarixdə saat 19:25-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb 05 iyun 2014-cıi il tarixdən 03 iyul 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Xalıg qızını 2014-cü ilin may ayında yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dəvət edərək Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda xəstələrə qulluq etməklə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmi, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 04 iyun 2014-cü il tarixdə saat 19:25-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb 05 iyun 2014-cü il tarixdən 03 iyul 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə 2014-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 05 iyun 2014-cü tarixdən 03 iyul 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədəqorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 30 iyul 2014-cü il tarixdə saat 19:53-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 31 iyul 2014-cü il tarixdən 30 avqust 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını hədə- qorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə 2014-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 31 iyul 2014-cü tarixdən 30 avqust 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 15 sentyabr 2014cü il tarixdə saat 20:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 sentyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə 2014-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 05 iyun 2014-cü tarixdən 03 iyul 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 15 sentyabr 2014cü il tarixdə saat 20:42-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 sentyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə 2014-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 15 sentyabr 2014-cü tarixdən 15 oktyabr 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə elməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 12 noyabr 2014-cü il tarixdə saat 20:48-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bol vadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 13 noyabr 2014-cü il tarixdən 06 dekabr 2014-cü il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən sııiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cinsi istismar etmək məqsədi ilə 2015-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmiryol stansiyası yaxınlığında yerləşən “Yaşıl Ada" restoranında işləyən tanışı X2 maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 18 avqust 2015-ci il tarixdə saat 19:03-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 19 avqust 2015-ci il tarixdən 22 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cinsi istismar etmək məqsədi ilə 2015-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 20 noyabr 2015-ci il tarixdə saat 20:44-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 21 noyabr 2015-ci il tarixdən 25 noyabr 2015-ci il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən sııiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cinsi istismar etmək məqsədi ilə 2016-cı ilin iyun ayının sonlarında ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb maddi ehtiyaclarım ödəmək üçün Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 04 iyul 2016-cı il tarixdə saat 19:34-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 1 iyul 2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cinsi istismar etmək məqsədi ilə 2016-cı ilin avqust ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 06 avqust 2016-cı il tarixdə saat 18:39-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 07 avqust 2016-cı il tarixdən 31 avqust 2016- cı il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəifik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədilə 2016-cı ilin sentyabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda maddi imkansızlığı İlə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 12.09.2016-cı il tarixdə saat 18:46-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 13.09.2016-cı il tarixdən 10.10.2016-cı il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədilə 2018-ci ilin iyul ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib cinsi İstismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 27 iyul 2018-ei il tarixdə saat 20:20-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 28 iyul 2018-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını zəiflik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədilə 2018-ci ilin avqust ayının ortalarında ünvan 4 ünvanında yerləşən mənzildə yaşayan X4 ilə Bakı şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonunda maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş. Ülviyyə Əhmədova razılıq verdikdən sonra onu 25 avqust 2018-ci il tarixdə saat 16:38-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Afyonqarahisar əyalətinin Bolvadin rayonuna aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 26 avqust 2018-ci il tarixdən 16 oktyabr 2018- ci il tarixədək olan müddət ərzində həmin rayonda İstintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildən Türkiyə Respublikasının Bolvadin qəsəbəsində pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. Ülviyyə Əhmədova və Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yaşıl Ada" restoranından tanımış, əvvəllər Vüsalə həmin restoranda müğənni, Ülviyyə Əhmədova isə həmin restoranda xidmətçi kimi işləmişlər. O da tez-tez həmin restorana müştəri kimi getmiş, söhbət zaman onlara Türkiyə Respublikasına gedib-gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, maddi sıxıntıları var, o da Türkiyə Respublikasına gedib orada işləmək istəyir. Zərərçəkmiş şəxs2 onun orada nə işlə məşğul olduğunu bilmişdir. Vüsalə özü Bakı şəhərində olan zaman yüngül həyat tərzi keçirmiş və pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmuşdu. O, Vüsalənin təklifi ilə razılaşdıqdan sonra Vüsalə ilə bərabər tanışı Zərərçəkmiş şəxs1 da onunla birlikdə Türkiyəyə getmişdir. Nəzakət və Vüsalə həmin vaxt ilk dəfə Türkiyəyə getdikləri üçün o, həmin qadınların pasportlarının alınmasında onlara köməklik etmişdir. Hər ikisinin pasportunun dövlət rüsumunu o ödəmiş, həmin pulu borc olaraq onlara vermişdir. Bunun qarşılığında onlar da onun bilet pulunu ödəmişdirlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 04 iyun 2014-cü ildə onunla birlikdə avtobusla Türkiyənin Afyon şəhərinin Bolvadin qəsəbəsinə getmişlər. O, həmin qadınların hər ikisini özü ilə birlikdə Bolvadinə aparıb orada otelə yerləşdirmiş, sonra tanıdığı kişilərlə əlaqə saxlamış, qadınların hər ikisini özü ilə birlikdə kişilərin olduğu ünvanlara aparmış, orada kişilərlə cinsi əlaqədə olduqdan sonra qadınların hər ikisi onunla birlikdə otelə qayıtmışlar. Onlar gün ərzində bir neçə kişi ilə cinsi əlaqədə olmuş, heç bir narazılıqları olmamışdır. Onların pasportları da özlərində olmuş, kişilərlə cinsi əlaqədə olduqdan sonra müştərilərdən pulu özləri almışlar, pulları özlərinə götürmüşlər. Sadəcə olaraq o, orada uzun zaman qaldığı üçün müştəriləri tanımış və onun özü də onlarla birlikdə işləmişdir. Bir müddət Bolvadində kişilərlə görüşəndən sonra qadınların hər ikisi özü ilə birlikdə 03 iyul 2014-cü il tarixdə avtobusla Azərbaycana qayıtmışlar. Azərbaycanda bir müddət qalandan sonra Vüsalə və Nəzakət 15 sentyabr 2014-cü il tarixdə onunla birlikdə Türkiyəyə getmişlər. Lakin, o, bu dəfə həmin qadınları özü ilə birlikdə aparmamış, həmin şəxslər təsadüfi olaraq onunla eyni avtobusa minmişlər, həmin şəxslər bu səfər özlərinə ayrıca otel tutub orada kişilərlə pul müqabilində cinsi əlaqədə olmuşlar, kişiləri onlara o, təqdim etməmişdir. Həmin qadınların özləri kişi müştəriləri tapmış və onlarla cinsi əlaqədə olmuşlar. Həmin vaxt o orada yaşadığı şəxslə birlikdə qalmış, orada heç bir işlə məşğul olmamışdır. Bir müddət orada qaldıqdan sonra 16 oktyabr 2014-cü il tarixdə Azərbaycana geri qayıtmışdır. Həmin vaxt Nəzakət və Vüsalə də onunla birlikdə qayıtmışlar. 12 noyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs2 onunla birlikdə Türkiyə Respubklikasına getsə də o, Zərərçəkmiş şəxs2 orada kişilərə təqdim etməmişdir. Zərərçəkmiş şəxs2 özü kişilərlə tanış olub, onlarla pul qarşılığında cinsi əlaqədə olmuşdur. Sonrakı vaxtlarda Vüsalə və Nəzakət onunla birlikdə Türkiyəyə getməmişdir. Həmin qadınların bir yerdə Türkiyəyə getdiklərindən onun məlumatı olmamışdır. O, Ülviyyə Əhmədova ilə ilk dəfə 18 avqust 2015-ci il tarixdə Türkiyənin Afyon şəhərinin Bolvadin qəsəbəsinə gedən zaman bildirmişdir ki, orada qadınların kişilərlə pul müqabilində cinsi əlaqədə olmalarının təşkil olunması ilə məşğuldur. Ülviyyə onunla eyni evdə qalmış, 3 gün qalandan sonra Ülviyyə Bolvadindən çıxıb İstanbula getmişdir. Növbəti dəfə 2015ci ilin noyabr ayında o, Ülviyyə ilə birlikdə Afyon şəhərinə getmiş, həmin vaxt Ülviyyə yenidən onun yanında qalmışdır. Ülviyyə hər dəfə olduğu kimi bu dəfə də evlənmək məqsədi ilə ora getmişdir. Lakin bu dəfə də Ülviyyə ərə getmək üçün münasib bir şəxs tapa bilməmişdir. Ülviyyə bir həftə qaldıqdan sonra qardaşının toy mərasimi ilə əlaqədar Azərbaycana qayıtmalı olmuş, o isə orada qalmışdır. Növbəti dəfə 2016-eı ilin iyul ayında o, Ülviyyə ilə birlikdə yenidən Türkiyənin Afyonqarahisar əyalətinin Bolvadin rayonuna getmiş, bu gedişdə Ülviyyə həmin şəhərdə dərzi işləyən Həsən adlı şəxslə tanış olmuş və aralarında ciddi münasibətlər yaranmışdır. Lakin münasibətlərində uyğunluq olmadığından qısa zamanda ayrılmışlar və Ülviyyə Azərbaycana qayıtmış, o isə orada qalıb iyul ayının axırlarında geri Azərbaycana qayıtmışdır. Həmin gedişdə o, Ülviyyə ilə birlikdə dərzi Həsənin evində qalmış, onun Ülviyyə ilə birlikdə qalmağının səbəbi Ülviyyəni tək buraxmamağı olmuşdur. Ülviyyə Həsəndən ayrılıb Azərbaycana qayıtdıqdan sonra o da Türkiyədə kəbinli nikahda olduğu Beytulla Cihanın evinə getmiş və həmin ayın sonunda o da Azərbaycana qayıtmışdır. Növbəti dəfə həmin ilin avqust ayının əvvəllərində o Ülviyyə ilə birlikdə yenidən Türkiyəyə getməyi qərarlaşdırmış, onlar birlikdə Afyon şəhərinə getmişlər. Həmin vaxtdan etibarən Ülviyyə onunla bir neçə dəfə getsə də artıq onunla birlikdə qalmamış, sadəcə yol yoldaşı olmuşlar. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Afyonqarahisar bölgəsinə ilk dəfə Zema ləqəbli, Təqsirləndirilən şəxs ilə getmişdir. Təqsirləndirilən şəxs ilə Bakıxanov qəsəbəsində yerləşən "Yaşıl Ada" restoranında ofisiant işləyən vaxtlarda tanış olmuşdur. Zənfirə restorana müştəri kimi gəlmiş, ilk tanışlığı 2013-cü İldə olmuş və həmin vaxtlardan etibarən Zənfirə ilə münasibəti yaranmışdır. Söhbət zamanı Zənfirə ona Türkiyə barəsində danışmış və bildirmişdir ki, orada kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olub yaxşı gəlir əldə etmək olar, onunla birlikdə ora getsə maddi durumunu düzəldə bilər. Beləliklə yol biletini özü alaraq Zənfirə ilə birlikdə 18 avqust 2015-ci il tarixdə avtobusla Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Gürcüstan Respublikasına, oradan isə Türkiyənin Afyon şəhərinə getmişlər. 19 avqust 2015-ci il tarixdə Afyon şəhərinin Bolvadin qəsəbəsinə çatandan sonra Zənfirə ilə birlikdə Zənfirənin kirayə tutduğu evə getmiş, pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa başlamışdır. Zənfirə onu özü ilə kişilərin olduğu ünvanlara, evlərə, otellərə aparmış, maşınlarda kişilərlə cinsi əlaqədə olmağını təşkil etmiş, gün ərzində onun təxminən 3-7 nəfər kişi ilə cinsi əlaqədə olmağını təşkil etmişdir. Müştərilərdən pulu özü almış və Zənfirə ilə bərabər bölmüşlər. O, orada 5 gün qalandan sonra qardaşının toyu olduğu üçün Azərbaycana qayıtmışdır. 20 noyabr 2015-ci il tarixdə Zənfirə ilə birlikdə Afyon şəhərinə getmiş, bir neçə gıin qalandan sonra 26 noyabr 2015-ci il tarixdə tək Azərbaycana qayıtmışdır. 04 iyul 2016-cı il tarixdə Zənfirə ilə birlikdə Türkiyənin Afyon şəhərinə getmiş, 11 iyul 2016-cı il tarixədək orda qalıb fahişəliklə məşğul olmuş, 12 iyul 2016-cı il tarixdə Azərbaycana geri qayıtmışdır. 06 avqust 2016-cı il tarixdə Zənfirə ilə birlikdə avtobusla Afyona getmiş və 31 avqust 2016-cı il tarixədək, sonra 12 sentyabr 2016-cı il tarixdən 10 oktyabr 2016-cı il tarixədək Türkiyədə qalmışdır. Türkiyədə olan zaman bir nəfər milliyəti türk olan X7 ilə tanış olmuş, həmin şəxslə münasibəti yaxşı olduğu üçün ciddi münasibət qurmağa başlamış, bundan sonrakı müddətlərdə o bir neçə dəfə Türkiyəyə getsə də yalnız X5 yanına getmiş, fahişəliklə məşğul olmamışdır. Lakin, bir ara həmin şəxslə münasibətlərində problemlər yaşanmış, buna səbəb isə X1 içki içib onunla mübahisə etməsi olmuşdur. 27 iyul 2018-ci il tarixdə Zənfirə ilə yenidən Afyon şəhərinə getmiş, 13 avqust 2018-ci il tarixədək olan müddət ərzində fahişəliklə məşğul olmuşdur. Sonuncu dəfə 25 avqust 2018-ci il tarxidə Zənfirə ilə Afyona getmiş, 17 oktyabr 2018-ci il tarixdə Zənfirə ilə birlikdə Azərbaycana qayıtmışdır. Həmin vaxtlar o bu yaşayış tərzindən bezdiyi üçün qərara gəlmişdir ki, Məmməd Akbalıkla barışsın. Zənfirə Afyon şəhərini yaxşı tanıdığı və kişi müştəriləri təşkil etdiyi üçün onunla getmişdir. Afyon şəhərinə Zənfirə ilə birlikdə gedəndə bilmişdir ki, orada fahişəliklə məşğul olacaq. Zənfirə onun pasportunu əlimdən almamış, qazandığı pulun yarısını Zənfirəyə vermişdir. Zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ilin sonlarında Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsində yerləşən «Yaşıl ada» restoranında müğənni kimi işləyərkən həmin restorana müştəri kimi gələn Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında münasibətləri yaranmışdır. Söhbət zaman Zənfirə onun ərindən ayrıldığını, tək yaşadığını bilmişdir. Təxminən 2014-cü ilin aprel ayının sonlarında Zənfirə onu yaşadığı mənzilə dəvət etdikdə söhbət zamanı ona Türkiyə Respublikasında iş təklif edərək Türkiyədə əmək məvaciblərinin yüksək olduğunu, orada işçilərə təlabat olduğunu, tanıdığı qadınları Türkiyəyə apararaq onlara iş təşkil etdiyini, həmçinin subay qadınların orada ailə qurmağa geniş imkanların olduğunu bildirmişdir. Bundan sonra Zənfirə ona birlikdə Türkiyə Respublikasına getməyi təklif etmiş, həmçinin Zənfirə ona birlikdə qalacaqlarını, nəyəsə görə narahat olmamağını, digər xərclərinin çıxmayacağını bildirmişdir. Zənfirəyə Türkiyəyə getmək üçün pulunun olmadığını bildirdikdə Zənfirə bütün xərcləri özünün ödəyəcəyini bildirmişdir. O da Zənfirə ilə razılaşdıqdan sonra pasport almaq üçün Zənfirə ilə birlikdə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə getmişlər, orada Zənfirə rüsumları ödəmiş və bir həftə ərzində o, ümumvətəndaş pasportunu almışdır. Zənfirə bilet almaq üçün onun pasportunu götürmüş və ona bilet sifariş etdikdən sonra 04 iyun 2014-cü il tarixdə taksi ilə yaşadığı evin yaxınlığına gələrək onu evdən götürüb Bakı Beynəlxalq Avtovağzalına gətirmişdir. Həmin vaxt orada onlara Nəzakət adlı qadın yaxınlaşmış və o, Nəzakətin Zənfirə ilə olan söhbətlərindən başa düşmüşdür ki, Nəzakət də Türkiyə Respublikasına gedir. 05 iyun 2014-cü il tarixdə onlar Afyonqarahisar əyalətinin Bolvadin rayonuna çatmış və orada Zənfirə onları ünvanını bilmədikləri evə gətirib yerləşdirmişdir. Zənfirə müştərilər ilə danışmış və onlar müxtəlif yerlərdə görüşüb cinsi əlaqədə olmuşlar. Türkiyədə qalma vaxtı bitiyi üçün 03 iyul 2014-cü il tarixdə Zənfirə ilə birlikdə Bakı şəhərinə qayıtmışlar, həmin vaxt Nəzakət də onlarla birlikdə Bakı şəhərinə gəlmişdir. Növbəti dəfə 15 sentyabr 2014-cü il tarixdə Zənfırə ilə birlikdə Türkiyə Respublikasına getmişlər. 16 oktyabr 2014-ci il tarixdə onların orada qalma müddəti başa çatdığı üçün Zənfirə ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Sonuncu dəfə 12 noyabr 2014-cü il tarixdə Zənfirə ilə yenidən Türkiyəyə həmin əyalətə getmiş və həmişəki kimi müştərilərlə görüşməyə davam etmişdir. Daha sonra Zənfirə ilə mübahisəsi düşdüyü üçün orada Nisan adlı türk əsilli müştəri ilə münasibəti yarandığından 01 dekabr 2014-cü il tarixdə onun yaşadığı evə getmiş və Nisanla qeyri-rəsmi ailə münasibətində yaşamış, 07 dekabr 2014-cü il tarixdə Nisan onu Bakı şəhərinə yola salmışdır. Bundan sonra o, Zənfirə ilə birlikdə Türkiyə Respublikasına getməmişdir. O, Türkiyədə hansı işlə məşğul olacaqlarını bilirmiş, görüşlərdən qazandığı pulun yarısını Zənfirəyə verimişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, uzun illər Bakı şəhəri, Nəsimi rayonu ərazisində süpürgəçilik edib ailəsini dolandırmış, 2014-cü ilin yaz aylarında Zənfirə ilə tanış olmuş, söhbət zaman Zənfirəyə ailəsini dolandırmaqda çətinlik çəkdiyini, tək qadın olduğunu və 3 övlad böyütdüyünü bildirmişdir. Zənfirə Türkiyə Respublikasında xəstələrə qulluq edərək yaxşı pul qazana biləcəyini bildirmiş, o, ilk əvvəl tərəddüd etmiş, çünki heç zaman xarici ölkədə olmamışdır. Zənfirə həmin vaxt mobil nömrəsini ona vermişdir ki, əgər lazım olsa onunla əlaqə saxlasın. Bir qədər fikirləşib Zənfirəyə zəng vurmuş və Zənfirə onu yaşadığı mənzilə dəvət etmişdir. Zənfirə ona işdən əlavə həmçinin subay qadınların orada ailə qurmağa geniş imkanlarının olduğunu bildirmiş və orada birlikdə qalacaqlarını, narahat olmamağını və digər xərclərinin çıxmayacağını bildirmişdir. Bundan sonra pasport almaq üçün Zənfirə onu özü ilə birlikdə “Asan” xidmət mərkəzlərinin birinə apararaq orada rüsumları ödəmiş və bir həftə ərzində o, ümumvətəndaş pasportunu almışdır. 04 iyun 2014-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalına getmiş və orada Zənfirənin yanında Vüsalənin olduğunu görmüşdür. Zənfirə Vüsalənin də onlarla birlikdə Türkiyə Respublikasına getmək istədiyini bildirmişdir. Onlar avtovağzaldan Ankara şəhərinə gedən avtobusla yola düşmüşlər və 05 iyun 2014-cü il tarixdə Afyonqarahisar əyalətinin Bolvadin rayonuna çatmışlar. Orada Zənfirə onları ünvanını bilmədikləri evə gətirib yerləşdirmişdir. Orada öyrənmişdir ki, kişilərlə pul qarşılığında cinsi əlaqədə olacaqlar. Zənfirə müştərilərlə danışırmış və onlar müxtəlif yerlərdə onlarla görüşüb cinsi əlaqədə olmuşlar. Türkiyədə qalma vaxtı bitdiyi üçün 03 iyul 2014-cü il tarixdə Zənfirə ilə birlikdə Bakı şəhərinə qayıtmışlar, həmin vaxt Vüsalə də onlarla birlikdə Bakı şəhərinə gəlmişdir. Növbəti dəfə 30 iyul 2014-cü il tarixdə Zənfirə ilə birlikdə yenə Afyonqarahisar əyalətinin Bolvadin rayonunu ərazisində yerləşən eyni evə getmişlər və 1 ay ərzində müxtəlif yerlərdə müştərilərə görüşmüşlər. 31 avqust 2014-cü il tarixdə Bakı şəhərinə qayıtmışlar. 15 sentyabr 2014-cü il tarixdə Zənfırə ilə birlikdə 'Türkiyə Respublikasına getmişlər, bu dəfə də Vüsalə onlarla birlikdə getmişdir. Sonuncu dəfə 16 oktyabr 2014-ci il tarixdə onun orada qalma müddəti başa çatdığı üçün Zənfirə ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Zənfirə ilə birlikdə gedəndə bilmişdir ki, orada fahişəliklə məşğul olacaq. Zənfirə onun pasportunu əlindən almamışdı. Türkiyə Respublikasına Zənfirə ilə getmədiyi təqdirdə qohumlarının arasında onu rüsvay edəcəyi barədə Zənfirə ona hədə-qorxu gəlməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 18.08.2015-ci il tarixdə saat 10:03 dəqiqədə «C01000820» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 23.08.2015-ci il tarixdə saat 05:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 20.11.2015-ci il tarixdə saat 20:44 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 26.11.2015-ci il tarixdə saat 02:12 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 04.07.2016-cı il tarixdə saat 19:34 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 12.07.2016-eı il tarixdə saat 02:00 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 06.08.2016-cı il tarixdə saat 18:39 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 01.09.2016-cı il tarixdə saat 02:44 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan İstifadə etməklə 12.09.2016-cı il tarixdə saat 18:46 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 11.10.2016-cı il tarixdə saat 23:27 dəqiqədə həmin sənəddən İstifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 27.07.2018-ci il tarixdə saat 20:20 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 14.08.2018-ci il tarixdə saat 23:56 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 25.08.2018-ci il tarixdə saat 16:38 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 17.10.2018-ci il tarixdə saat 23:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur; - Zərərçəkmiş şəxs2 04.06.2014-cü tarixdə saat 19:25 dəqiqədə «527031» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 03.07.2014- cü il tarixdə saat 02:39 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 15.09.2014-cü il tarixdə saat 20:42 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 16.10.2014-cü il tarixdə saat 04:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 12.11.2014cü il tarixdə saat 20:48 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 07,12.2014cü il tarixdə saat 01:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur; - Zərərçəkmiş şəxs1 04.06.2014-cü tarixdə saat 19:25 dəqiqədə «552853» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 03.07.2014-cü il tarixdə saat 02:38 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 30.07.2014-cü il tarixdə saat 19:53 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 31.08.2014-cü il tarixdə saat 05:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 15.09.2014-cü il tarixdə saat 20:40 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 16.10.2014-cü il tarixdə saat 04:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur; - Təqsirləndirilən şəxs 04.06,2014-cü tarixdə saat 19:23 dəqiqədə «1965252» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 03.07.2014-cü il tarixdə saat 02:41 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 30.07.2014-cü il tarixdə saat 19:52 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 31.08.2014-cü il tarixdə saat 05:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 15.09.2014~cü il tarixdə saat 20:39 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 16.10,2014-cü il tarixdə saat 04:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş. “Pİ965252'* nömrəli pasportdan istifadə etməklə 18.08.2015ci il tarixdə saat 19:02 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 18.09.2015ci il tarixdə saat 05:55 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 20.1 1.2015-ci il tarixdə saat 20:43 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 20.12.2015-ci il tarixdə saat 03:59 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 04.07.2016cı il tarixdə saat 19:35 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 29.07.2016cı il tarixdə saat 08:58 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 06.08.2016cı il tarixdə saat 18:40 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 01.09.2016cı il tarixdə saat 02:45 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa həmin pasportdan istifadə etməklə 12.09.2016cı il tarixdə saat 18:46 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 12.10.2016cı il tarixdə saat 22:52 dəqiqədə həmin sənəddən istifadə etməldə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, bundan başqa “C01 70399" nömrəli pasportdan istifadə etməklə 27.07.2018-ci il tarixdə saat 20:17 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 17.10.2018-ci il tarixdə saat 23:04 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (cild 01, iş vərəqə 86-89). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 18.12.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verdiklərini hesab edir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X6 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs onların pasportlarını özündə saxlayıb qaytarmadığını göstərmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18.12.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut, ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-695/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-695/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver