Məhkəmə qərarları › İş №1(101)-699/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-699/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-699/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçilər Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X6, zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakları ilə xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli. Bakı şəhəri. Nəsimi rayonu B.Səfəroğlu küçəsi ev 213, mənzil 30-da qeydiyyatda olan, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildikdən sonra Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib guya Rusiya Federasiyasında birgə kommersiya fəaliyyəti ilə məşğul olaraq sonuncunu orada qurduğu gəlirli işlərə qoşacağı və nəticədə külli miqdarda gəlir əldə edəcəyinə dair yalan vəd edib aldadaraq bu məqsədlə 2011- ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri Nəsimi rayonu. Vladislav Plotnikov 24 ünvanında yerləşən Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının qarşında iki dəfə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfə 5.000 manat olmaqla ümumilikdə 10.000 manat pulunu alıb aldığı pulların müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir, Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X7 qardaşı Şahid1 adına Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,68 hektar torpaq sahəsinin sənədlərini girov qoymaqla bankdan 872.000 manat miqdarda pul götürməv i təşkil edəcə) inə dair yalan vəd verib bu adla Zərərçəkmiş şəxs1 un etibarından sui-istifadə edib aldadaraq 2011-ci ilin oktyabr-noyabr aylarında İşin həlli üçün guya vəzifəli şəxsə vermək adı ilə 1.000 manat pulunu, eyni məqsədlə guya Azərbaycan Respublikası Maliyyə Nazirliyində işləyən «Yusif» adlı şəxsə vermək adı ilə 15.000 manat və eyni məqsədlə guya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işləyən «Ələddin» adlı ŞƏXSƏ vermək adı ilə 20.000 manat, eləcə də. həmin torpaq sahəsində işlətmək üçün lizinq xətti ilə "xxxx" ASC-dən traktor almaq adı ilə aldadaraq guya orada işlə) ən «Rasim» adlı şəxsə vermək adı ilə 20.000 manat olmaqla ümumilikdə 56.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib aldadaraq Bakı şəhəri Xəzər rayonu. Zığ qəsəbəsində tikilən həvət evlərinin təmiri və tikintisinin onlara həvalə edilərək nəticədə küll İ miqdarda gəlir əldə edəcəklərinə dair val an vədlər verib aldadaraq bu məqsədlə 2012-ci ilin yanvar-fevral avında Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsindəki 213 saylı binanın qarşısında Bakı şəhər İcra Hakimiyyətində işləyən qonşusu X11 vermək adı ilə Zərərçəkmiş şəxs1 10.000 manat pulunu alıb ələ keçirərək aldığı pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq Bakı şəhəri Xəzər rayonu, Zığ qəsəbəsində tikilən həyət evlərinin təmiri və tikintisinin onlara həvalə edilərək nəticədə külli miqdarda gəlir əldə edəcəklərinə dair yalan vədlər verib aldadaraq bu məqsədlə 2012-ci ilin yanvar-fevral ayında Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsindəki 213 saylı binanın qarşısında Bakı şəhər İcra Hakimiyyətində işləyən qonşusu X11 vermək adı ilə Zərərçəkmiş şəxs2 18.000 manat pulunu alıb ələ keçirərək aldığı pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib aldadaraq Bakı şəhəri Xəzər rayonu, Zığ qəsəbəsində tikilən həyət evlərinin təmiri və tikintisinin onlara həvalə edilərək nəticədə külli miqdarda gəlir əldə edəcəklərinə dair yalan vədlər verib aldadaraq bu məqsədlə 2012-ci ilin yanvar-fevral ayında Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsindəki 213 saylı binanın qarşısında Bakı şəhər İcra Hakimiyyətində işləyən qonşusu X11 vermək adı ilə Zərərçəkmiş şəxs3 15.000 manat pulunu alıb ələ keçirərək aldığı pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməyərək bildirmişdir ki, o, 1985-ci ildən 1991ci ilədək Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış və həmin illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində praktika keçərkən orada işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və aralarında xoş münasibətlər yaranmışdır. Lakin bir neçə il sonra, o Zərərçəkmiş şəxs2 mütəmadi olaraq spirtli içkilər qəbul etməklə sərxoşluqla məşğul olduğunu görüb, ondan uzaqlaşmış və münasibətləri də soyumuşdur. Lakin 1999-cu ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında işləyərkən orada təsadüfü olaraq Zərərçəkmiş şəxs2la rastlaşmışdır. Zakirin yenə də sərxoşluqla məşğul olduğunu öyrəndiyi üçün onunla münasibətlərini bərpa etməmişdir. Növbəti dəfə isə yenə təsadüfən 2009 və ya 2010-cu ildə dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs2la “28 May’' metrostansiyasımn qarşısından keçərkən küçədə rastlaşmışdır. Həmin vaxt Zakir guya spirtli içkiləri tərgitdiyini və ayıq həyat tərzi sürdüyünü ona bildirmişdir. Həmin danışıqları zaman, Zərərçəkmiş şəxs2 vəkilliklə məşğul olduğunu deyib birlikdə ofis icarəyə götürüb hüquq firması açaraq əhaliyə pullu hüquqi yardım göstərməyi təklif etmişdir. O da Zərərçəkmiş şəxs2la razılaşmış və onlar ofis axtarmağa başlamışlar. Bundan sonra, Zərərçəkmiş şəxs2la birlikdə gəzərək müxtəlif ofislərə baxmış və «İçəri Şəhər»-də bir ofis tapmışdır. Məhz həmin vaxtlar Zərərçəkmiş şəxs2 ona Vidadi adlı tanışından bəhs edərək Vidadinin müəyyən ticarət və kommersiya işləri ilə məşğul olduğunu demişdir. Bununla da, Zərərçəkmiş şəxs2 ona təklif etmişdir ki, tanışı Vidadi ilə birgə kommersiya işləri görərək, onu da, həmin işlərə şərik elsin. Bu yolla 2010-cu ilin təxminən mart ayında Zərərçəkmiş şəxs2 vasitəsi ilə o, Bakı şəhərində yerləşən «Sahil» parkında Zərərçəkmiş şəxs1 ilə görüşərək tanış olmuş, həmin görüş zamanı Vidadi özünü iş adamı kimi təqdim edərək, Bakı şəhərində mobil telefonların danışıq kontur kartlarının satışını təşkil etdiyini demişdir. Həmçinin Vidadi ona bildirmişdir ki, o, danışıq kontur kartlarının satışdan əldə olunan pulları bank vasitəsi ilə nağdlaşdırır və xahiş etdi ki, onun üçün hər hansı bir tanış bank tapsın ki bu proseduru öz xeyrinə daha sərfəli qiymətə həll edə bilsin. Belə ki, Vidadi bildirmişdir ki, o, Sumqayıt şəhərində yerləşən «Zamin» bankın filial müdiri baş mühasibi Zərif adlı qadınla nağdiaşdırma məsələsini həll edir, lakin həmin şərtlər hazırda onu qane etmir və məhz buna görə başqa bank axtarır. Həmin vaxt Vidadinin deməsinə görə, onun özünə məxsus «Satori», «LMN-Servis», «Hicran», « SV» adlanan firmaları var və məhz həmin firmalar vasitəsi ilə pulların nağdlaşmasını həyala keçirir. O, «Zamin» bankın “Səbaif’ filialının müdirini tanıdığı üçün, Vidadiyə bununla maraqlanıb ona bir neçə günə cavab verəcəyinə söz vermişdir. Bir neçə gündən sonra isə, o, həmin bank filialının müdiri işləyən tanışı Rauf müəllimlə danışaraq Vidadiyə bu işdə köməklik etməsini xahiş etmişdir. Daha sonra bu barədə Vidadiyə demiş, Vidadi də öz növbəsində banka gedib, «Satori» firmasının adına hesab açdırmışdır. Sonradan isə Vidadinin deməsinə görə ona məlum olmuşdur ki, o, Binəqədi İcra Hakimiyyəti ilə bağladığı müqaviləyə əsasən binaların fasadlarının, səki və parkların təmiri ilə bağlı gördüyü işlərə aid olan pulları həmin bank vasitəsi ilə təxminən 2.000.000. manatadək pulları nağdlaşdırıb. Həmin məsələdə onun heç bir marağı olmamış, yalnız bir dost kimi Zərərçəkmiş şəxs2 xahişini yerinə yetirmiş və eyni zamanda Vidadi özü də həmin qulluğuna görə ona heç bir miqdarda pul verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 yenə də spirtli içkilər qəbul etdiyini bilib onunla birlikdə şərikli ofis icarəyə götürüb hüquq firması açmaqdan yayınmışdır. Bununla yanaşı isə Vidadi onunla mobil telefonu vasitəsi ilə zəngləşərək mütəmadi əlaqə saxlayırdı. Görüşlərin birində Vidadi ona bildirmişdir ki, ona əlavə firma lazımdır. Onun isə, həmin vaxtlar işlətmədiyi "xxxx" adlanan MMC firması olmuş, buna görə də, Vidadiyə həmin firmanın sənədlərini ona 150 manata salaraq firmam etibarnamə əsasında istifadə etməsi üçün ona təhvil verməsini təklif etmişdi. Vidadi ilkin olaraq razılaşmış və iki dəfəyə ona 150 manat vermiş, o da, əvəzində həmin firmanın sənədlərini və möhürünü Vidadiyə təhvil vermişdir. Lakin bundan sonra Vidadi fikrini dəyişərək, firmanı daxili əmrlə ona təhvil verməyi tələb etməyə başlamış, o isə gələcəkdə Vergi orqanları ilə maliyyə problemlərinin yaranacağından ehtiyat edərək bundan imtina elmişdir. Vidadiyə isə firmanı yalnız notariat qaydasında etibarnamə vermə yolu ilə ona təhvil verə biləcəyini demişdir. Bu səbəbdən də Vidadi firmanın sənədlərini və möhürünü ona qaytarmış, o da öz növbəsində 150 manatı Vidadinin özünə qaytarmışdır. Bir müddət sonra Vidadi «X20 X2 İdarəsi» ilə də müəyyən müqavilələr bağlamaq istədiyini, boru xətlərinin təmir işlərini görmək və bu yolla da həmin idarədən alacağı pullan bank hesablarına köçürməklə nağdlaşdırmaq istədiyini demiş və bununla bağlı onun üçün tanış bir bank eləcə də, həmin idarədə tanış adam tapıb onunla müqavilə bağlamağı tapşırmışdır. Həmin ərəfələrdə onun maddi vəziyyəti çox ağır olduğu, hətta ailəsini dolandırmağa pulu olmadığı üçün məcburiyyət qarşısında mütəmadi olaraq Vidadidən borca pul götürməyə başlamışdır. Götürdüyü pulların ən çox miqdarı 1.000 manat olmuş, beləcə, təxminən 2 il ərzində mütəmadi olaraq Vidadidən götürdüyü borc pulların miqdarı cəmi 24.000 manat olmuşdur. Məhz buna görə də, o məcbur olub Vidadinin bütün xahiş və tapşırıqlarım təmənnasız həll etməyə çalışmışdır. Ona görə ki, həmin vaxtlar pulu olmasa da, bir çox müxtəlif vəzifələrdə işləyən tanışları və dostları olmuşdur. Beləliklə də, o, Vidadinin xahişi əsasında «X20 X2 İdarəsi»-nin Xırdalan şəhərində «Baş Dövlət Yol Polisi İdarəsi»-nin yaxınlığında yerləşən baş idarəsinə gedib-gəlmiş və həmin idarənin rəisi Mehman və ya Mehdi adlı şəxsdən xahiş etmişdir ki, həmin boru təmiri ilə bağlı olan işlərinin görülməsini Vidadiyə tapşırsınlar. Həmin idarədə heç bir problem olmamış və müqavilənin bağlanması üçün nəzərdə tutulan lazımı sənədləri təqdim etməklə əsas razılığı almaqdan ötrü Vidadi ilə birlikdə bir neçə dəfə «Hökumət evi» binasında yerləşən Meliorasiya Nazirliyinə gəlibgetmişdir. Lakin oradan onları geri «X20 X2 İdarəsi»-nin baş idarəsinə göndərmişlər. Bu səbəbdən də, o, Vidadi ilə birlikdə növbəti dəfə həmin idarəyə gəlmişdir. Bu zaman orada tanımadığı cavan, təxminən 30-35 yaşlarında olan oğlan ona yaxınlaşıb Vidadi haqqında onu sorğu-sual etmişdir. O da bildiyim qədər məlumatı ona demişdir. Bundan sonra, həmin oğlan Vidadi ilə həmyerli olduqlarını, rayonda qonşuluqda yaşadıqlarını qeyd edərək Vidadinin yaxşı adam olmadığını və yalançı olmasını demişdir. Buna görə də, həmin oğlan Vidadi ilə heç bir iş görməyəcəklərini qeyd etmişdir. Məhz bu səbəbdən də, həmin iş alınmamışdır. Bundan sonra isə Vidadidən eşitmişdir ki, ona məxsus «Satori», «LMN-Servis», «Hicran», «SV» adlanan firmalarının mühasibat sənədləri üzrə Vergi Nazirliyində yoxlamalar gedir və o, dövlət vergilərini vaxtında ödəmədiyi üçün onu həbs edə bilərlər. Məhz bu səbəbdən də, o, həmin vaxtdan etibarən Vidadidən uzaqlaşmağa, başlamışdır. Çünki, özü də əvvəllər dövlət vergilərini ödəmədiyim üçün həbs olanaraq məhkəmə verilmişdir. Vidadi isə bu uzaqlığı hiss etdikdə ona borc verdiyi pullan geri tələb etməyə başlamışdır. Onun isə, həmin vaxt pulu olmadığı üçün ondan müəyyən qədər vaxt istəmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, Vidadi ilə tanış olduğu ərəfədə, yəni 2010-cu ilin payız aylarından başlayaraq Rusiya Federasiyasının Moskva şəhərinə mütəmadi olaraq gedib-gəlməyə, orada işləyən bir neçə tanışları ilə birgə kommersiya işləri görməyə çalışmışdır. Məhz bu səbəbdən də, həmin vaxt maddi vəziyyəti ağır olduğu üçün məcbur olub Vidadidən borca olaraq yol pulu da almış və buna görə də onun Vidadiyə olan pul borcunun miqdarı gəlib 24.000. manata çatmışdır. O, Moskva şəhərində olarkən orada yerləşən «Lukovitskiy» adlanan Süd zavodunda işləyən tanışı Tatyana Nikolayevna ilə çalışmışdır ki, Dağıstanın Dərbənd şəhərində yerləşən konserv zavodundan müxtəlif içki şirələrini və kompotları alıb Moskva şəhərinə çatdırmaqla satışını təşkil etsinlər. Cəmi bir dəfə, o, Dərbənd şəhərindən üç böyük yük maşını (treyler) həcmində şirə və kompot nisyə götürərək aparıb Moskva şəhərində satmış və 28.000 ABŞ dolları miqdarda qazanc əldə etmişdir. Həmin pulları oradan Bakı şəhərinə gətirərək, onları burada manata çevirərək 22.000 manat əldə etmişdir. Bundan sonra isə 2011 -ci ilin iyun axrında Vidadi ilə Bakı şəhərində «Sahil» parkında görüşərək 20.000 manat pulu əlbəəl şəxsən onun özünə təklikdə qaytarmışdır. Lakin, bundan sonra, o, 2011-ci ilin avqust ayında sonuncu dəfə Moskva şəhərinə və oradan da Dərbənd şəhərinə getmişdir. Amma Dərbənd şəhərindəki zavoddan nisyə mal vermədikləri üçün o, bir daha nə oraya nə də ki Moskva şəhərinə gedib- gəlməmişdir. Bundan başqa, həmin ərəfədə, yəni təxminən 2011-ci ilin aprel-may aylarında Bakı şəhərinə qonaq gəlmiş onun Rusiyanın Dərbənd şəhərində yaşayan tanışlarının vasitəsi ilə ona məlum olmuşdur ki, Bakı şəhərində Qaradağ rayonunda istehsal olunan «Aqlay» daşlarına Dərbənd şəhərində böyük ehtiyac var və bununla bağlı həmin alveri etməklə yaxşı pul qazanmaq olar. Bu barədə o, Vidadiyə bildirmiş və Vidadi bu iş üçün müəyyən miqdarda pul xərcləyə biləcəyini demişdir. Bu zaman o Vidadi ilə birlikdə Qaradağ rayonunda yerləşən üzlük daş sexlərinə gedib, oradan aqlay daşının nümunəsini götürmüş və Vidadidən borc olmaq şərti ilə götürdüyü 500 ABŞ dolları ilə iki dəfə Bakıdan Dərbənd şəhərinə gedib-gəlmişdir. Lakin orada ona məlum olmuşdur ki, dağıstanlılar alverdə dəqiq deyillər və müəyyən qədər alver etdikdən sonra sonda böyük həcmdə mal yəni daş alıb pulunu ödəməkdən yayınırlar. Məhz buna görə də, həmin işi görməkdən imtina etmişdir. Beləliklə də o, bir neçə ay ərzində Vidadiyə olan 4.000 manat borcunu geri qaytara bilməmişdir. Bu vaxt Vidadi ona verdiyi pullara böyük ehtiyacı olduğunu, əgər qaytara bilməsə, ona olan pul borcunun üstünə faizlər hesablayacağını demişdir. O isə, razılaşmayaraq nə qədər pul borca alıbsa məhz həmin miqdarda geri qaytaracağını demişdir. Bu səbəbdən də, onunla Vidadinin arasında mübahisə yaranmış, nəticədə də, Vidadi, onu şərləyərək barəsində Polis orqanlarına şikayət etmişdir. Həmin vaxt ərzində özünə iş axtararaq məcbur olub respublikanın rayonlarını gəzməyə başlamışdır. Bununla bağlı, o, bir neçə dəfə Zaqatala rayonuna gedib orada özünə iş axtarmışdır. Ona görə ki, baş vermiş zəlzələdən sonra orada çoxlu fərdi yaşayış evlərinin tikintisi gedirdi. Lakin orada özünə iş tapa bilməmişdir. Bundan sonra isə, o, Yardımlı rayonuna getmiş və orada «X26» tərəfindən Avaş, Fındıqh Qışlaq və Körəkçi kəndlərində inşa edilən məktəbin tikintisində 750 manat zəhmət haqqı olan briqadir işinə düzəlmişdir. Məhz bu yolla da, o, işləyib pul toplayaraq 2012-ci ilin avqust ayından noyabr ayının 11-dək olan müddəi ərzində hissə- hissə Vidadiyə həmin 4.000 manatı geri qaytarmışdır. Belə ki, həmin pulların bir hissəsini o poçt vasitəsi ilə Vidadiyə göndərmiş, bir hissəsini özü Bakı şəhərində olarkən ona əlbəəl vermiş və bir hissəsini oğlu Məhərrəm onunla Bakı şəhərində görüşərək Vidadiyə vermişdir. Beləliklə, oğlu Məhərrəm Vidadiyə bir dəfə 50, bir dəfə 100 və bir dəfə 2.900 manat pulu verib. O, həmin pulları Vidadiyə qaytararkən aralarında olan telefon danışıqları zamanı, Vidadi bildirmişdir ki, özünə məxsus firmalarla gördüyü maliyyə əməliyyatlarına aid dövlət vergilərini ödəmədiyi üçün barəsində cinayət işi başlanılıb və buna görə də həmin borclanmı ödəməkdən ötrü ondan borca pul istəyərək ona köməklik göstərməyi xahiş etmişdir. Buna görə də o, borc götürdüyü pullardan əlavə olaraq 650 manat pulu kömək məqsədi ilə Vidadiyə vermişdir. Bununla da, o, Vidadidən borc götürdüyü bütün 24.000 manatı tamlıqla ona geri qaytarmışdır. Lakin, Vidadinin işləri məhkəmədə olduğu üçün və dövlət vergisinə aid olan pul cəriməsini ödəməsə tutulacağından qorxduğu üçün onu şərləyərək ondan pul alıb özünün vergi cərimələrini ödəməyi planlamışdır. Təqsirləndirilən şəxs ifadəsinə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən «Yeni Azərbaycan Partiyasının» qərargahında onun dostları işləyir və o bir neçə dəfə orada olduqda Vidadi onun arxasınca öz avtomobili ilə gəlib və oradan birlikdə çıxıb getmişlər, lakin orada o Vidadidən heç bir məbləğdə pul almamışdır. Həmçinin, Vidadi onun ailəsinə heç vaxt pul verməyib, yalnız bir dəfə Lökbatanda olarkən o özü orada yerləşən ərzaq mağazasından onun üçün təxminən 60- 70 manatlıq bazarlıq edib. Dağıstana gedəndə isə Vidadi ona cəmi 500 ABŞ dolları verib. Bundan başqa Vidadi ona heç vaxt yol pulu və yol bilet pulunu verməyib, ondan yalnız borc olaraq pul götürmüş və həmin pullardan da özü yol bileti almışdır. Yəni, onun Moskva şəhərinə gedib- gəlməyində Vidadinin heç bir qarışacağı olmayıb. O, yalnız Vidadidən borc pul götürmüş, ondan başqa heç bir ailə üzvləri ondan pul almayıblar. Yalnız, bir dəfə 2011-ci ildə Moskva şəhərində olarkən oradan 300 ABŞ dolları pul bankla göndərmiş və Vidadidən xahiş etmişdir ki, həmin puldan 50 manat versin oğlu Məhərrəmə versin. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 aldatmadığını, Vidadi ilə kənd təsərrüfatı sahəsində işlər görmək üçün hər hansı vəzifəli şəxsə verməkdən ötrü Zərərçəkmiş şəxs1 1000,15000, iki dəfə isə 20000 manat pulu almamış, İsa Qaraşov Bakı şəhər İcra Hakimiyyətində humanitar əlaqələr üzrə müavini işləməklə yanaşı onun qonşusu olduğunu, X32 qəsəbəsində məhz özü üçün «Villa» adlanan yaşayış evini tikdirib və yalnız evinin içində divarlara oboy kağızlarının vurulması və olaq qapılarının quraşdırrması qaldığı üçün İsa Qaraşov onun əvvəllər təmir-tikinti işləri ilə məşğul olduğu haqqında bildiyindən ondan xahiş elmişdir ki, onun üçün hər hansı bir yaxşı ustalar və ya briqada tapsın ki, evinin təmirini tamamlasınlar. Yalnız bu məqsədlə bir qonşu kimi İsa Qaraşovla onun tikdiyi" evə Vidadi ilə birlikdə gedib baxmışdır. Həmin vaxl Vidadi çöldə durub gözləyib, o isə, tək İsa Qaraşovla həmin evə daxil olub baxmışdır. İsa Qaraşovu villası ilə bağlı Zərərçəkmiş şəxs1 10.000, Zərərçəkmiş şəxs3 15.000 və Zərərçəkmiş şəxs2 18.000 manat pul almadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 borca pul götürdüyü üçün ona Vidadi Səldarovun təqdim eldiyi 19.07.2012-ci il tarixdə bu gün səninlə qurtaracam, 17.08.2020-ci il tarixdə bu gün axşama zəng edəcəm. 18.08,2012-ci il tarixdə xahiş edirəm 24-nə kimi gözlə, 22.08.2020ci il tarixdə görüşək, 24.08.2012-ci il tarixdə ona 3 dəfə sms yazaraq bu gün zəng edib gələcəm, 11.09.2012-ci il tarixdə saat 5 də zəng edəcəm, 13.09.2012-ci il tarixdə saat 3 ə kimi zəng edəcəm, 02.09.2012-ci il tarixdə zəngimi gözlə bu gün zəng edəcəm, həmin tarixdə sabah saat 3 de ol Lökbatanda poçta pul vuracam, 19.09.2019- cu il tarixdə sabah saat 3 de ol merkezi poçtda pulunu al, 27.09.2012-ci il tarixdə saat 11-də get poçta, 11.10.2012-ci il tarixdə danşdım saat 2-də get poçta smslərini o, Zərərçəkmiş şəxs1 göndərmişdir. Həmçinin 2012-ci il tarixdə poçt vasitəsi ilə Zərərçəkmiş şəxs1 pul göndərmişdir. O, 2012-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində olmadığım bunu istifadə etdiyi 051-940- 85-95 mobil nömrəsinin əhatə dairəsi ilə sübut edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, 2008-ci ilin avqustunda dünyada devalvasiya oldu. Həmin ərəfədə onun işləri də artıq yaxşı getmirdi. Belə ki, Zakirlə təsadüfən görüşmüş və 2010-2011-ci illərdə artıq Zərərçəkmiş şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 tanımışdır. Bildirmək istəyir ki, o, Vidadini iş adamı kimi tanımışdır. Belə ki, birlikdə Rusiya Federasiyası ilə əlaqəli işlər görürmüşlər. Lakin qazandıqları ancaq ziyana gedirdi. 2011-ci ilin yaz aylarında Qarasu yolunda yol işləri görürdülər daha sonra onlara təklif olunmuşdur du ki, Yardımlıda məktəb tiksinlər. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs1 hissə -hissə qaytarmaqla bir neçə dəfə pul almışdır. Belə ki, əlimə pul düşdükcə borcunu qaytarırmış. Zərərçəkmiş şəxs1 4.000 (dörd min) manat borcu qalmışdı və belə ki, onu da Qarasu yolunda işlədiyi dövrdə Şahid4 şəxsiyyət vəsiqəsi vasitəsilə poçtla 1.000 (bir min) manat pul göndərmişdir. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs3 ona 15.000 (on beş min) verməsi ilə bağlı verdiyi ifadə həqiqəti əks etdirmir. Belə ki, villa ilə həyət evinin fərqini bilməyən Zərərçəkmiş şəxs3 o, villa tikmək kimi bir iş təklif etməmişdir. Şahid1 0,68 hektar torpaq sahəsini də o, mənimsəməmişdir. Ümumiyətlə, ona istər yol, istərsə də məktəb tikintisi həvalə edilərkən onun bütün pulu ona qalmır, müəyyən bir hissə gəlir əldə edir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, əvvəllər sahibkarlıqla məşğul olmuşdur. Belə ki, ona məxsus MMC-ləri olduğunu bildirmişdir. Həmin MMC-lərin vasitəsi ilə müxtəlif malların yəni tikinti və təsərrüfat təyinatlı traktorların ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur. O hüquqi işlərini köhnə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə görmüş və Aslanı 2010-cu ilin mart ayında Bakı şəhəri, Sahil bağında tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Aslan, onun nə işlə məşğul olduğunu soruşanda o sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O Aslana öz istifadə etdiyi ***-***-**-** mobil nömrəsini, Aslanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsini götürdüyünü bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Aslan onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirdiyi üçün o Aslanla Nəsimi rayonunda yerləşən Nizami kinoteatrının arxasında görüşmüşlər. O Aslanla görüşdüyü zaman Aslan ona bildirmiş ki, geniş iş təcrübəsi var və Azərbaycan Respublikası ilə yanaşı həmçinin Rusiyanın Moskva şəhərində də onun çoxlu biznesmen tanışları vardır və həmin tanışları ilə bir sıra gəlirli ticarət işləri görə bilər, lakin o həmin işləri görmək üçün əlində maddi imkanının olmadığını bildirmişdir. O Aslana maddi cəhətdən köməklik edəcəyini və bir yerdə pul qazanacaqlarını bildirmişdir. Onunda həmin vaxtlar maddi imkanı yaxşı olduğu üçün işlərini artırmaq istəmişdir. O Aslanın geyimin görüb Aslan iş görən adam olduğunu fikirləşmişdir. Həmin vaxtlarda tanışı Farizin ona köməklik etmişdir. Aslan ona bildirmişdir ki, onun Rusiyada da biznesmen tanışları var. Rusiyadan rabitə avadanlıqları alıb Azərbaycan Respublikasında satmaq olar. Rusiyanın Moskva şəhərinə getsə orada hər ikisi üçün faydalı olan biznes qura bilər və nəticədə də əllərinə çoxlu miqdarda pul gələcəyini bildirmişdir. 2-3 ay ərzində o, Aslanla yaxın ünsiyyətdə olduqları üçün onun Aslana qarşı etibarı yaranmışdır. Aslan Moskvaya getmək üçün xeyli nağd pulun lazım olduğunu və Moskva şəhərinə gedərsə onda gərək evdə ailə uşağını dolandırmaq üçün pul qoymalı olduğunu bildirmişdir. Eyni zamanda Aslan ona işlərin görülməsi üçün 2 təzə açılmış firma sənədləri və onların rus dilinə tərcümə olunmuş surətləri lazım olduğunu, həmin firmaların adından Moskvada işləyən tamş iş adamlarından biri olan Tatyana Nikolayevna ilə müqavilə bağlayacağını bildirmişdir. Bununla da bağlı, o, 2 ədəd təzə "Şəms KROP"xxxx"AZALTUN” MMC adlanan firmaları açıb sənədlərini möhürlə birlikdə Aslana vermişdir. Həmin firmalardan “AZALTUN"MMC adlanan firmanı tanışı Zərərçəkmiş şəxs3 Əbilfət oğlunun adına açdırdığını, "Şəms KROP" firmasını isə daxili əmrlə eyni olaraq Zərərçəkmiş şəxs3 sərəncamına vermişdir. Həmin firmaları açanadək isə, artıq Aslanla o tanış olduğu ilk gündən təxminən 10.000 (on min) manat miqdarda Aslana borca pul vermişdir. Belə ki, 2010cu ilin sonunda, ayı və tarixinin dəqiq yadında olmadığı vaxtda Aslan bildirmiş ki, hansısa Azər adlı şəxslə kommersiya işləri görür və bununla bağlı pul əldə etmək üçün həmin Azər adlı tanışının mənzilini banka girov qoyub külli miqdarda pul götürmək üçün hansısa şəxslərə 5.400 manat pul verməli olduğunu bildirdiyi üçün Aslanın xahişi ilə ilkin olaraq ona 5.400 manat pulu borc vermiş, bundan başqa Aslan ondan cib xərcliyi və ailəsinin ərzaq və sair xərclərini ödəməkdən ötrü hissə-hissə 4.600 manat pul vermişdir. Aslan Moskvaya bir neçə dəfə gedib-gəlmiş və hər dəfə orda işləri nizama salmaq üçün pul istəmişdir. O, da Aslana istədiyi pulları verdiyini bildirmişdir. Həmçinin, Aslan Moskvaya gedəndə o sonuncunun ailəsi üçün bazarlıq və ərzaqlar alıb vermişdir. Bununla yanaşı, Aslan Moskva şəhərində olduğu zaman oradan ona zəng edib ailəsinin xərcliyi olmadığı bildirərək, oğlu Məhərrəmə 50-100 manat pul verməyini xahiş etdiyini bildirmişdir. O da, Aslanın oğlu Məhərrəmlə Sahil bağında görüşərək bir neçə dəfəyə 200 manat vermişdir. Bundan başqa. Aslan Moskvaya gedərkən onun iştirakı ilə o Lökbatan qəsəbəsində mağaza işlədən Habil adlı şəxsdən dəfələrlə Aslanın öz iştirakı ilə ərzaq nisyə götürüb Aslana vermişdir və bununla bağlı Habilə 500 manat hələdə borclu qalmışdır. İşin konkret halı ilə bağlı onu bildirmişdir ki, Aslan ondan yuxarıda qeyd etdiyi borc pulları alandan sonra 2010-cu ilin sonlarında və 2011-ci ilin əvvəllərində Rusiya Federasiyasına bir neçə dəfə gedib gəlmişdir. Aslan Rusiyadan gələndən sonra bildirmişdir ki, işlər yaxşıdır yaxın aylarda Rusiyada qurduğu işlər gəlir gətirəcəkdir. Bununla bağlı, Aslan bildirmişdir ki, sonuncu, Moskva şəhərində telekommunikasiya ilə bağlı hansısa cihazların alverini təşkil etdiyini və ona Moskva şəhərində həmin alveri etdiklərini külli miqdarda pul əldə edəcəkdir. Bununla yanaşı, həmin vaxtda Aslan ona bildirmişdir ki, guya Çeçenistanda üzlük «aqlay» adlanan daşlarının alveri yaxşıdır və bununla bağlı onlar Səngəçal qəsəbəsində yerləşən daş karxanalarının gedib oradan nümunə götürmüşlər və Aslanın həmin nümunəni özü ilə Çeçenistana aparmışdır. Aslan ondan Rusiyada iş qurmaq üçün 2011-ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri Nəsimi rayonu, Vladislav Plotnikov 24 ünvanında yerləşən Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının qarşında hər dəfə 5000 (beş min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat pul almışdır. Aslan demiş ki, guya Zərərçəkmiş şəxs3 Əbilfət oğlunun adına olan ”AZALTUN”MMC adlanan firmasının hesabına Moskva şəhərindən külli miqdarda dollar şəklində pul köçürəcəkdir. Aslan ondan 10.000 manat pulu aldıqdan sonra bir neçə dəfə Rusiya Federasiyasına gedib gəlmişdir. Bununla bağlı Aslan bir neçə dəfə onları aldararaq bildirmiş ki, guya Moskvada orada qurduğu kommersiya işləri ilə bağlı gəlir kimi 1.000.000 ABŞ dolları miqdarda pul köçəcəkdir. Rusiya Federasiyasına gedib gəldiyi zaman təxminən 2011-ci ilin payız aylarında Aslan ona kənd təsərrüfatı sahəsində də yaxşı tanışları olduğunu və paralel olaraq bu sahədə də işlər görə biləcəklərini təklif edərək ölçüsündən asılı olmayaraq sənədli torpaq sahəsi lazım olduğunu, həmin torpaq sənədini banka girov qoyandan sonra kənd təsərrüfatı hesabına 872.000 manat subsidiya götürüb onun Şamaxı rayonunda yerləşən torpaq sahəsində də əkinçiliklə məşğul ola biləcəklərini bildirmişdir, O sonuncuya qardaşı Şahid1 Mehdiabad qəsəbəsində 0,68 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsində onlar nə işi görə biləcəklərini soruşanda Aslan ona hər iki torpağın sənədlərini banka təqdim etsək bankdan pul götürüb həmin torpaq sahəsini əkib becərib yaxşı pul əldə edə biləcəklərini bildirmişdir. Bununla da, Aslan qazanc əldə etmək məqsədi ilə apardığı danışıqlar nəticəsində onu bu sahədə həvəsləndirmişdir. Aslan ona bir nəfər tapıb onun adına hesab açdıraq gələcəkdə qazanacaqları pulları həmin hesaba köçürəcəklərini bildirmişdir. O Aslanın böyük məbləğdə pullardan söhbət etdiyini görüb düşündüyünü, bu işlərdə gələcəkdə hər hansı bir çətinlik olmaması üçün özünə şahid tapmaq istədiyini bildirmişdir. O bu işlər barədə Fariz və Zakirə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 Əbilfət oğluna müraciət edərək onun adına bankda hesab açılaçağını bildirəndə Fariz onunla razılaşmışdır. O, Zakir və Farizi Aslanla görüşdürüb onlarada söhbətlərin aydın olduğunu bildirmişdir. Həmin görüşdə Aslan Farizin adma olan hesabına böyük miqdarda bankların birinə pul köçürəcəyini açıqlayıb bildirmişdir ki, bunun üçün fermer təsərrüfatı olan torpaq sahəsinin sənədlərin sürəti lazim olduğunu və həmin sənədlərə əsasən pulları yazdıra biləcəyini demişdir. O da 2011-ci ilin oktyabr - noyabr ayında Aslanın təklifi ilə Mehdiabad qəsəbəsində qardaşının adına olan torpaq sahəsinin sənədlərinin sürətlərini onun razılığı ilə gətirib Aslana vermişdir. Aslan sənədləri götürəndə ondan ünvan 5 ünvanında 1,000 manat da alıb, bildirmişdir ki, bu işlə bağlı hansısa vəzifəli şəxsə verəcək ki, işi müsbət həll etsin. Bundan sonra Aslanla yenidən görüşdüyünü həmin görüşdə Aslanın lazım olan bütün şəxslərlə danışmasını bildirmişdir, 10.11.2011-ci il tarixdə həmin işi görmək üçün Farizin adma Zaminbank ASC-də hesab açdırdıqlarını bildirmişlər. Aslan təsərrüfat sahəsində iş görmək üçün ayrılacaq pul məhz həmin hesaba köçürüləcəyini bildirmişdir. Belə ki, Aslan bildirmişdir ki, "xxxx" ASC-də rəhbər vəzilədə işləyən Rasim adlı şəxsə 20.000 manat versə onda Rasim ona müəyyən texnika, yəni 2 ədəd traktor verəcək və bundan sonra həmin traktorların birini onun qardaşına məxsus torpaq sahəsində, digər traktoru isə o özü, yəni Aslan Şamaxı rayonunda olan özünə məxsus torpaq sahəsində işlədəcəklərini bildirmişdir. Bununla da, o, 2011-ci ilin oktyabr-noyabr aylarında Aslana inanaraq həmin 20.000 manatı evindən götürüb Aslana tanışları Zakirin və Farizin yanında ünvan 5 ünvanında Aslanın yaşadığı evin yaxınlığında vermiş, Alsan da həmin pulu Rasim adlı tanışına verəcəyini bildirmişdir. Həmin vaxtda Aslan ona bildirmiş ki, yuxarıda göstərilən 872.000 manat pulun götürülməsini, yəni onlara verilməsini müsbət həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyində işləyən Ələddin adlı şəxsə 20.000 manat pul verməliydirlər ki, həmin şəxs məhz onların sənədləri qabağa salaraq rəsmiləşdirsin. Həmçinin həmin vaxtlarda yəni 2011-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri Nəsimi rayonu B.Səfəroğlu küçəsində Aslana öz yaşadığı evin yaxınlığında idarə etdiyi Pajero markalı ** SZ *** dövlət nömrə nişanlı avtomobildə Zakir və Farizin yanında 20.000 manat pulu vermişdir. Həmçinin Aslan bildirmişdir ki, Maliyyə Nazirliyində işləyən Yusif adlı şəxsə də 15.000. manat verməlidirlər ki, Zərərçəkmiş şəxs3 adma «Zamin Bankı» Sabail filialında olan hesaba pulların köçürülməsində köməklik etsin, O yenə də çıxılmaz vəziyyətə qaldığı üçün Aslanın dedikləri ilə razılaşıb 15.000 manat pulu da ünvan 5 ünvanında idarə etdiyi Pajero markalı avtomobilində Zakir və Farizin yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, 2011-ci ilin dekabr 2012-ci ilin yanvar ayında o, Aslanın yaşadığı Nizami kinoteatrının yanında yerləşən evinin qarşısında tanışı Şahid5la olduğu zaman, oraya bir nəfər dövlət qeydiyyat nömrəsi yadında qalmayan balaca «sedan» avtomobildə gəldi və Aslan həmin adamı ona kənardan göstərərək İsa Qaraşov olduğunu, vəzifəli şəxs olmaqla yanaşı villa tikintisi ilə məşqul olduğunu bildirmişdir. Aslan ona, onun da işlərini məhz o gördüyünü bildirmişdir. O İsa Qaraşovun villaları ilə tanış olmaq üçün Aslanın təklifi ilə öz idarə etdiyi avtomobili onların arxasınca Zığ qəsəbəsində yerləşən, ünvanım xatırlamadığı bir yeni tikilən «villa» adlanan evin qarşına getmişdir. Orada göstərilən evə baxmışlar və sonra Aslan onun avtomobilimə əyləşərək qayıtmışlar. Bundan sonra isə. Aslan ona bildirmiş ki, həmin şəxs, yəni İsa Qaraşov bu kimi «Villaların» tikintisi ilə məşqul olur və əgər ona 10.000 manat pulu hörmət kimi versək, onda o da, 4-5 bu kimi evlərin tikintisini bizə tapşıracaq və məhz bu yolla da inşaatı aparıb xeyli miqdarda pul qazana biləcəklər. Həmin vaxtlarda Aslanın iş görmək istədiyini görüb həvəslənmişdir. O, Aslanla razılaşıb həmin vaxtdan bir neçə gün sonra yəni 2012-ci ilin yanvar-fevral aylarında 10.000 manatı pulu ünvan 5 ünvanında Aslana öz yaşadığı evin yaxınlığında idarə etdiyi Pajero markalı ** SZ *** dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs vermişdir. Həmin hadisədən tanışı Şahid5 da məlumatı olmuşdur. Həmin gündən sonra Təqsirləndirilən şəxs ona həmin villalardan özlərinində inşa edə bilməsi üçün 40.000 pul lazım olduğunu bildirmişdir. O, Aslana daha pulu olmadığım bildirmişdir. Aslan, ona başqa adamlar axtarmağı təklif etmişdir. O, fikirləşmiş ki, Zakir torpağın satıbdır, həmçinin Fariz də özünə toy edib onların pulu olar bu barədə Farizə və Zakirə deyəndə Zakir 18.000 və Fariz 15.000 pulu Aslana verməyə razılaşaraq, 2012-ci ilin yanvar-fevral aylarında aymda eyni gündə ünvan 5 ünvanında Aslana öz yaşadığı evin yaxınlığında idarə etdiyi Pajero markalı ** SZ *** dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra Aslan həmin 33.000 manat pulu Farizin və Zakirin yanında sayıb götürərək yaşadığı evinə qoyub geri qayıtmışdır. Sonra isə Fariz və Zakir onlardan aralanıb getmişlər. 2012-ci ilin yanvar ayının sonlarında Zakir və Fariz işlərin başlamadığını ona bildirmişlər. O da bu barədə Aslandan soruşanda o, işlərin yaxın vaxtlarda birdən düzələcəyini bildirərək onu hər dəfə müxtəlif bəhanələrlə aldatdığını hiss etmişdir. Həmçinin, bir neçə dəfə onların görüşlərdə ümumi tanışları Zərərçəkmiş şəxs2 oglu da iştirak edərək işlər barəsində Aslandan işlərin nə vaxt düzələcəyini soruşanda Aslan bildirdi ki, guya Moskva şəhərinə özü də əvvəlcədən pul qoyub qurduğu işlər demək olarki yekunlaşıb və tam həll etməkdən ötrü 40.000. manat miqdarda pulu rabitə işlərinə rəhbərlik edən mühasib Tatyana Nikolayevnaya və direktor Viktor Qeorqiyeviçə verməlidir ki, lazımı rabitə avandanhqlarını onlardan götürüb başqa vasitəçi firmaya təhvil verərək satsın ki, onların qazancı olan 1.000.000, ABŞ dolları miqdarda pullar tezliklə Farizin hesabına köçsün. Həmçinin bildirdi ki, 872.000. manata aid Maliyyə Nazirliyi həmin pulların dövriyyəsinə məhdudiyyət qoyduğu üçün onları götürmək olmur. Bununla bağlı, Zərərçəkmiş şəxs3 adına olan hesab «Zamin Bankı» Sabaİl filialında olduğu üçün o və Fariz həmin bankın barəsində şikayət etmək istəmişlər və hətta teleqramın qaralamalarını yazaraq poçt vasitəsi İlə müxtəlif aidiyyəti orqanlara göndərmək istədiklərini bildirmişlər. Lakin Aslan buna imkan verməyərək bildirmişdir ki, şikayət edilsə əks halda pulları ümumiyyətlə verməyəcəklər. Ona görə də heç bir yerə şikayət etməyib gözləməli olmuşlar. Sonra məlum olmuşdur ki, Aslan onu aldadırmış. O, məcbur olub onun barəsində şikayət etmişdir, O, Aslanadan pulunu istəməyə başlayanda sonuncu, bildirmişdir ki, öz işləri var onun pulunu qaytaracağ. Hətta həmin pulların qaytarılmasına aid onun mobil telefonuna smslər də yazmış o smsləri telefondan çıxarıb istintaq orqanına təqdim etmişdir. Bundan sonra 29.06.2012-ci il tarixdə 50. 03.07.2012-ci il tarixdə 100, 07.11.2012-ci il tarixdə 500 və 05.09.2012-ci il tarixdə 1000 manat pulu müxtəlif poçt vasitəsi ilə göndərmişdir. Həmçinin Aslanın ondan 24.000 manat pul borc almadığım, nə də ki, qeyd edilən məbləğdə ona pul qaytarmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 1996-cı ildən tanımışdır. Belə ki, həmin illərdə Vidadi Lökbatan qəsəbəsində yerləşən ərzaq mağazalarına spirtli içkilər paylayaraq təchizatla məşğul olduğu üçün, o da həmin vaxtlarda Vidadi Sətdərovdan mal alış-verişi etmiş və məhz bu yolla da onunla tanış olmuşdur. Bundan sonra isə aralarında olan münasibətləri daha da sıxlaşıb, dostluq etməyə başlamışlar. 1991-ci ildə Ədliyyə Nazirliyində işlədiyi vaxt həmin nazirliyə praktikaya gəlib-gedən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş Təqsirləndirilən şəxs ilə tanış olmuş və bununla da aralarında yaxın tanışlıq münasibətləri yaranmışdır. Lakin bundan sonra hər ikisinin müəyyən problemləri olduğu üçün o, Aslanla görüşməmiş və yalnız 1999-cu və ya 2000-ci ildə Aslanı növbəti dəfə Qaradağ rayonunda təsadüfü olaraq görmüşdür. Həmin vaxt da Aslan ona hansısa daş karxanasını işlətdiyini demişdir. Lakin bundan sonra, yenidən uzun müddət Aslanı görməmiş, onunla yalnız 2010-cu ilin fevral ayında təsadüfən «28 May» metrostasiyasının yanında küçədə rastlaşmış və bir az söhbət etmişdir. Həmin vaxt sözləşib bir neçə gündən sonra «Sahil» bağında görüşməyi planlaşdırmışlar. Həmin vaxt söhbət zamanı Aslan ona hüquq məsləhətxanası açmağı təklif etmiş, o da Aslanın bu təklifinə razılıq vermişdir. Məhz bu kimi proyektin üzərində danışıqlar aparıb-çalışdıqları zaman, görüşlərinin birində onunla birlikdə gəlmiş Vidadi Sətdərov təsadüfü olaraq Aslanla görüşüb tanış olmuş, sonradan da, onların aralarında müəyyən sıx tanışlıq əlaqələri yaranmışdır. Hətta, bu tanışlıqdan sonra Aslan onunla hüquq məsləhətxanası açmaq fikrindən yayınmışdır. Bir neçə dəfə o, Vidadi və Aslanla birlikdə görüşərkən, onlarla birlikdə Zərərçəkmiş şəxs3 Əbilfət oğlu da görüşlərə gəlmişdir. 2011-ci ildə bilmiş ki, Aslanla Vidadi birlikdə Rusiyada iş qururular. Vidadi ona bildirmişdir ki, Rusiyada Aslanla qurduqları işə görə Farizin adma «Şəms KROP» və "xxxx" adlı iki müəssisə açıblar qazandıqları pullar MMC-lərin adına köçəcəkdir. Bundan sonra o onlarla münasibəti yenidən yarandığı üçün çox vaxt onlar bir yerdə olmuşlar. Həmçinin 2011-ci ilin sonlarında Vidadi ona Aslanla kənd təsərrüfatı sahəsində iş görəcəklərini və torpaq sənədlərinin verilməli olduğunu bildirmişlər. Həmin torpaq sənədlərinə görə onlara 872.000 manat subsidiya veriləcəyi subsidiya da Farizin adına ’’Zamin’' bankda açılacaq hesaba köçürüləcəkdir. 2011-ci ilin sonlarından başlayaraq onlar yəni, o, Vidadi, Fariz və Aslanla çox vaxt bir yerdə olmuşlar. Vidadi onun və Farizin yanında 2011-ci il tarixdə Farzin adına hesab açıldığı vaxtlarda həmin işləri görmək üçün onun və Farzin yanında ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ona bir dəfə qardaşına məxsus 0.68 ha torpaq sahəsinin sənədi verdiyi zaman hansısa vəzifəli şəxslərə vermək üçün 1000 manat pul aldığını Aslan həmin vaxt özünün də Şamaxı rayonunda torpaq sahəsi olduğunu, həmin torpağın sənədini banka təqdim edəcəyini bildirmişdir. Bundan sonra bir dəfə 15000 manat pulu, iki dəfə də ayrı vaxtlarda isə 20000 manat pulu Aslana verdmişdir. Aslan həmin pulların Kənd Təsərrüfatı Nazirliyində, Maliyyə Nazirliyində və Aqrolizinq ASC-də işləyən vəzifəli şəxslərə vermək üçün öz yaşadığı evin yaxınlığında almışdır. Vidadi 2012-ci ilin yanvar-fevral ayı ərzində ona, Aslanın tanışı İsa Qaraşovla villa işi tikintisi ilə bağlı işlər qurduğunu, həmin işlərin Aslana həvalə edilməsi üçün Aslana 10.000 manat pul verdiyini, ondan həmin işə qoşulub-qoşulmamaq istədiyini soruşanda o, da bu işə qoşulmaq istədiyini bildirmişdir. Həmçinin Aslan və Viadadi ona gələcəkdə işlərinin yaxşı getsə onu Rusiyadakı bizneslərinədə qoşacaqlarını bildirmişdir. O da bu barədə Aslanla razılaşmışdır. Belə ki, o, həmin vaxtlarda özünə məxsus torpaq sahəsini satdığı üçün əlində pulunun olduğunu və başqa işlə məşqul olub qazanc əldə etmək qərarına gəlmişdir, O, 2012-ci ilin yanvar- fevral aylarında özündə olan 18.000 manat pul götürüb, Zərərçəkmiş şəxs1 xahişi ilə Bakı şəhəri Nəsimi rayonu B.Səfəroğlıı küçəsindəki 213 saylı binanın qarşısına Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mitsubişi-Pajero» markalı «Cip» tipli avtomobilində getmişdir.Sonradan həmin yerə Farizində gəlmiş, daha sonra Aslanda onların yanına gəlmişdir. Həmin görüş zamanı, ilkin olaraq o cibindən çıxarıb bir bağlama pulu Vidadiyə verərək 18.000 manat olduğunu bildirmişdir. Vidadidə həmin bağlamanı götürüb saymış və onların qarşısında həmin pullan Aslana verdmişdir. Daha sonra isə, Fariz onun və Aslanın yanında Vidadiyə 15.000 manat pulu verdmiş və Vidadi eyni olaraq Farizin verdiyi pulları sayıb, cəmi 15.000 manat olduğunu təsdiqləyərək həmin pulları Aslana vermişdir. Aslan da. onların verdiyi cəmi 33.000 manat pulu götürdükdən sonra avtomobildən düşüb həmin 213 saylı binaya daxil olmuşdur. Təxminən 10-15 dəqiqədən sonra isə Aslan geri qayıdıb avtomobilə əyləşmişdir. O və Fariz getmiş, Vidadinin Aslanla birlikdə həmin yerdə qalmışdır. Bundan sonra görmüşlər ki, heç bir iş getmir. O bu barədə Vidadiyə söhbət edib bildirmiş ki. Aslanın onları aldadır. Ondan sonra Aslana, sən deyəsən bizi aldadırsan sözünü demiş. Aslan bu sözdən sonra gizləndiyi üçün Aslanı tapa biliməmişlər. Bundan sonra isə Zərərçəkmiş şəxs1 xeyli müddət ərzində Aslanı axtarmış, lakin tapa bilməmişdir. Buna görə də məcbur olub onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə onu əlavə edib bildirmişdir ki, Vidadi və Farizlə Aslanın inşa etdirəcəyi villalra baxmaq üçün Zığ qəsəbəsinə getmişlər. İlkin ifadələrində Aslana Rusiya Federasiyasında iş qurmaq üçün qeyd edildiyini müstəntiqin onu düzgün başa düşməməsi ilə izah etmişdir. O, müstəntiqə villalarla bağlı Aslana pul verdiyini, həmin söhbətlər zamanı Aslamnn onu gələcəkdə Rusiyada qurulacaq işlərə də qoşacamı söv verməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təxminən 2007-ci ildə, Bakı şəhəri Nərimanov rayonunda yerləşən istirahət parkında tanış olmuş və mobil nömrələrini bir birinə verərək müntəzəm əlaqə saxlamağa başlamışlar. 2010-ci ildə isə Vidadi Sətdərovla münasibətləri daha da sıxlaşmış və aralarında yaş fərqinin olmasına baxmayaraq bir-biri ilə yoldaşlıq etməyə başlamışlar. 2011-ci ildə isə, Vidadi Sətdərovun vasitəsi ilə onun dostu olan Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və onunla da sonradan aralarında yoldaşlıq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək O, 2012-ci ilin yanvar- fevral aylarında özündə olan 15.000 manat pul götürüb Bakı şəhəri Nəsimi rayonu B.Səfəroğlu küçəsindəki 213 saylı binanın qarşısına Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mitsubişi-Pacero» markalı «Cip» tipli avtomobilində Zərərçəkmiş şəxs1 verdiyini və Zərərçəkmiş şəxs1 pulu saydıqdan sonra həmin pulu Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 həmin pulu Aslanla birlikdə villa tipli evlərin bir yerdə inşa edib qazanc əldə etmək məqsədi ilə verdiyini bə həmin pulu da 03.09.201 1-ci il tarixdə toy etdiyi zaman yığıdığı pullar olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X14 rayonunda yaşadığı üçün tanıyır. Onun vasitəsi ilə 2011-2012-ci illərdə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxslə bir neçə dəfə bir yerdə olaraq bir yerdə yemək yemişlər. Onlarla bir yerdə olduqları zaman bilmişdir ki, Təqsirləndirilən şəxs ilə Vidadi Səldarov bir yerdə biznes qururlar.Yəni onlar Rusiyada və kənd təsərrüfatı sahəsində birlikdə biznes işləri görümüşlər. Həmin vaxtlar onların danışığından başa dümüşdür ki, Viadadi Aslana həmin işlərin alınması üçün külli miqdarda pul vermişdir. O, İnşaat sahəsində işlədiyi üçün tikinti işlərini bilmiş və 2012-ci ilin əvvələrində o, Vidadi və Aslan bir yerdə üçü yemək yedikləri zaman Vidadi ona bildirmişdir ki, "Aslanla bir Bakı şəhərində işləyən İsa Qaraşovun tikinti işlərini aparırıq və istəyirik ki, sən həmin işlərə nəzarət edəsən”. O, Vidadi və Aslanla razılaşdığı üçün 2012-ci ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1la bir yerdə Zığ şosessində yerləşən villaya baxmışlar. Həmin yerdə Aslan bildirmişdir ki, bu villanı təmir edəndən sonra İsa Qaraşov başqa yerdə də villalar verəcəkdir və həmçinin Aslan ona bildirmişdir ki, yaxın vaxtlarda işə başlayacaqlar. Həmin vaxtdan bir müddət sonra hazırda xatırlamadığı metroların birində Aslanı gördüyü zaman Aslandan nə vaxt işlərin başlayacağım soruşanda Aslan bildirmişdir ki, darıxma işlər başlayacaqdır. O, ifadəsində onu da əlavə edib göstərmişdir ki, ilkin ifadəsində onun yanında Zərərçəkmiş şəxs1 Aslana 10.00 manat pul verməsini görməmişdir. Sonradan Vidadidən eşitmişdir ki, villa tikinti və təmirinə görə 10.000 manat pulu Aslana veribdir. Həmçinin digər işlərə görə də Vidadi Aslana pul veribdir. Lakin işlər alınmayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2012-ci ilin sentyabr ayının əvvələrində o, Təqsirləndirilən şəxslə birlikdə Xırdalan şəhərində olarkən Aslan ona bir nəfər şəxsə pul borcu olduğunu deyərək özünün şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün pul köçürmə əməliyyatı edə bilmədiyini bu səbəbdən də onun şəxsiyyət vəsiqəsi ilə poçt vasitəsi ilə həmin adama 1.000 manat pulu göndərmək istədiyi qeyd etmişdir. O, arada olan tanışlıq münasibətlərinə görə etiraz bildirməmiş və Aslanla birlikdə Xırdalan şəhərində İcra Hakimiyyətinin yaxınlığında yerləşən poçt şöbəsinə gedərək orada öz şəxsiyyət vəsiqəsini təqdim etməklə, Aslanın borclu olduğu Zərərçəkmiş şəxs1 adlı şəxsə 1.000 manat nağd pul göndərmişdir. Bununla bağlı poçtda göstərilən pul köçürməsinə aid qəbzi Aslan götürüb özündə saxlamışdır. Həmin pul köçürməsini həll eldikdən sonra, aralarında olan söhbət zamanı Aslan, 1-2 il əvvəl həmin Vidadi adlı şəxsdən 24.000 manat borc pul götürdüyünü, pulun əksər hissəsini geri qaytardığım, lakin həmin Vidadi adlı şəxs hazırda ondan pulların əvəzinə qazanc kimi faizləri tələb eldiyini bildirmişdir. Bununla yanaşı, Aslan ona, aldığı 24.000 manat borc pulun əksər hissəsini qaytardığını, çox az məbləğdə qalığının olduğunu, həmin pulları da poçt vasitəsi ilə göndərdiyini qeyd etmişdir. Şahid Fizuli Allahverdiyev həmçinin ifadəsində Vidadi Sətdərov və Təqsirləndirilən şəxs aralarında olan danışıqlardan xəbərsiz olduğunu, sonuncunun onu və qeyrilərini aldadaraq pullarını ələ keçirməsi barədə hər hansı informasiyası olmadığım qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Onun Binəqədi rayonu ərazisində 0,68 torpaq sahəsi olmuş, həmin torpağa aid müvafiq sənədləri də mövcud olmuşdur. 2012-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 həmin torpağın sənədlərini ondan alaraq bildirmiş ki, torpağın sənədlərini təqdim edib subsidiya alacaq və həmin torpağın əkilib becərilməsində o da iştirak edəcəkdir. Sonradan qardaşı Zərərçəkmiş şəxs1 ona bildirmiş ki. tanışı Alsan Gülmalıyev onu aldadaraq pulunu almışdır. Əvvəlki ifadəsində müstəntiq onu düzgün başa düşmədiyi ifadəsində torpağın sənədini Zərərçəkmiş şəxs1 satmaq məqsədi ilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 1980-ci ildən hal hazıradək Kənd Təsərrüfatı Nazirliyi X21 və X27 Şöbəsində baş məsləhətçi-hüquqşunas vəzifəsində işləyir. İşlədiyi müəssisə «Hökümət Evi» adlanan binada yerləşir və həmin binada İqtisadi İnkişaf və Energetika Nazirlikləri. Meliorasiya Səhimdar Cəmiyyəti. Ombusman, Qadın və Uşaq Komitəsi, Müəllif Hüquqları Komitəsi və sair idarə və təşkilarlar yerləşir. Təqsirləndirilən şəxs hüquqşünas kimi tanımışdır. Belə ki, o, tutduğu vəzifəyə aid mütəmadi olaraq İqtisad və sair yerli məhkəmələrdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi kimi çıxış edir. Məhz bu yolla da, o, İqdisad Məhkəməsində hansısa prosesdə iştirak edərkən həmin məhkəmədə Təqsirləndirilən şəxslə tanış olmuş və aralarında bir həmkar kimi tanışlıq münasibətləri yaranmışdır. Lakin aralarında səmimi dostluq münasibətləri yoxdur. Sonuncu dəfə o, Aslanla təsadüfü olaraq 2011-ci ilin təxminən yaz aylarında «Hökümət Evi»-nin» qarşısında küçədə rastlaşmış və küçədə durub 5-10 dəqiqə söhbətləşmişlər. Həmin vaxt Aslan bildirmişdir ki, hansısa işləri ilə bağlı «Hökümət Evi»-nin binasında yerləşən Meleorasiya Səhimdar Cəmiyyətinə gedir, lakin nə üçün və hansı məqsədlə oraya getdiyini ona açıqlamamışdır. Bundan sonra isə yəni 2013-cü ilin yanvar ayının 10-da onun, iş otağına əvvəllər tanamadığı və özünü Zərərçəkmiş şəxs1 kimi təqdim edən bir nəfər kişi gəlib onunla görüşərək fotoşəkildən çıxarılmış surəti ona göstərib şəkildəki şəxsi tanıynb tanımadığım soruşmuşdur. O da həmin surətdə şəxsin üzü pis və qaranlıq əks olunduğu üçün tanıya bilməmiş və həmin şəxsdən gəlişin səbəbi ilə maraqlanmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 bildirmişdir ki, guya o, Təqsirləndirilən şəxs 15.000. manat pulu borc verdikdən sonra Aslan yoxa çıxıb və buna görə də hazırda o, Aslanı tapmaqdan ötrü Aslanın bütün tanışlarının yanına gedib onun haqqında maraqlanır. Həmçinin, Zərərçəkmiş şəxs1 adlı şəxs bildirmişdirdi ki, 2011-ci ilin yaz aylarında Aslan onunla «Hökümət Evi»-nin qarşısında küçədə təsadüfü olaraq görüşərkən o, yəni Zərərçəkmiş şəxs1 həmin vaxt öz avtomobilində əyləşmiş və bu yolla da onu gördüyü üçün üzünü yadında saxlamışdır. Söhbət zamanı o, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun adını bilmir və onu tanımır, yalnız sifətini yadında saxlamışdır. Bundan sonra isə, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, guya Kənd Təsarrüfatı Nazirliyində Aslanm tanışı olan Ələddin adlı şəxs işləməlidir və o, həmin şəxsi də axtarır. O, isə 30 ildən artıqdır ki, Kənd Təsarrüfatı Nazirliyində işləyini və burada Ələddin adlı şəxs işləmədiyini qeyd etmişdir. Bununla da həmin görüş və söhbət tamamlanmış və o sonunda Zərərçəkmiş şəxs1 gedib Aslanla aralarında olan məsələlərini ikilikdə həll etmələrini, onu və ya başqa adamları öz problemlərinə qatmamaqlarını və bilavasitə onu bir daha narahat etməmələrini bildirmişdir. Bundan sonra isə o, Zərərçəkmiş şəxs1 adlı şəxsi bir daha görməmiş və onun haqqında heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 həmin gəlişindən təxminən 5-6 gün sonra isə o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini telefon kitabçadan tapıb onunla zəngləşib bu barədə və bilavasitə Zərərçəkmiş şəxs1 adlı şəxs haqqında maraqlandıqda, Aslan bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 2010- 2011-ci illər ərzində 24.000. manat pulu borcu kimi götürmüş və sonra həmin pulları geri qaytardıqda Zərərçəkmiş şəxs1 ondan həmin pulların 2 il ərzində olan faizlərini gəlir kimi tələb etməyə başlamışdır. Həmçinin Aslanın deməsinə görə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 həmin faizləri ondan almaqdan ötrü barəsində polisə şikayət etmişdir. O, heç vaxt Təqsirləndirilən şəxslə 20.000. manat rüşvət müqabilində 2 ədəd traktorlar verilməsi barədə razılığa gəlməmiş və qeyd olunan məbləğdə pulu nə Təqsirləndirilən şəxs nə də başqa şəxsdən almamışdır. Ümumiyyətlə isə, nə Kənd Təsərrüfatı Nazirliyi və nə də "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir şəxslərə nağd pul və ümumən «qrantlar» ayrılrmır. Bundan başqa, "xxxx" ASC-ti şəxələrə hansısa texnika verərkən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ilkin ödəniş kimi həmin texnikanın dəyərinin 10- %-m əvvəlcədən ödənilməsini tələb edir, qalan pulları isə texnikam girov götürməklə növbəti 10 il ərzində ödənilməsini tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2012-ci ilin noyabr ayında Yardımlı rayonu Fındıq-Qışlaq kəndində inşa edilən orta məktəbin tikintisində prorab kimi işləmişdir. Onunla bərabər həmin tikintidə həmçinin Təqsirləndirilən şəxs da briqadir kimi işləmiş və aralarında tanışlıq münasibətləri yaranmışdır. 2012-ci ilin noyabr ayının 07də o, Təqsirləndirilən şəxslə birlikdə işləri ilə bağlı Masallı rayonuna gəlmişdir. Orada Aslan bir nəfər şəxsə pul borcu olduğunu və poçt vasitəsi ilə ona 500 manat pul göndərmək istədiyini, lakin özünün şəxsiyyət vəsiqəsi üzərində olmadığı deyərək, onun adından pul köçürməyi xahiş etmişdir. O, iş yoldaşı kimi Aslana etiraz etməmiş və öz şəxsiyyət vəsiqəsini poçta təqdim edərək Aslanın haqqında danışdığı şəxs olan Zərərçəkmiş şəxs1 500 manat nağd pul vəsaiti göndərmişdir. Həmin poçt şöbəsində göstərilən pul köçürməsinə aid müvafiq qəbzi isə Aslan götürüb özündə saxlamışdır. Bundan sonra, Aslanla aralarında olan söhbət zamanı Aslan bir neçə il əvvəl həmin Zərərçəkmiş şəxs1 adlı şəxsdən 24.000 manat pulu borc götürdüyünü, hal hazırda da həmin borcunu bağlamaq üçün 500 manatı ona göndərdiyini demişdir. Şahid3 həmçinin ifadəsində Vidadi Sətdərov və Təqsirləndirilən şəxs aralarında olan danışıqlardan xəbərsiz olduğunu, sonuncunun onu və qeyrilərini aldadaraq pullarım ələ keçirməsi barədə hər hansı informasiyası olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə Vidadi Sətdərov və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri B.Səfəroğlu küçəsində baxış keçirilmişdir. Vidadi Sətdərov küçədə 213 saylı binanın qarşısındakı evi göstərərək axırıncı dəfə Təqsirləndirilən şəxs həmin yerdə 33.000 manat pul verdiyini bildirmişdir. Hadisə yerindən çəkilən fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dan 09.10.2012-ci il tarixli ll\20-6635 saylı məktubla istintaqa daxil olmuş sərhəd keçmə haqqında cədvəldən müəyyən olmuşdur ki. həqiqətən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pullan götürdükdən sonra, yəni 12.10.2010-cu il tarixdən 21.04.2011-ci il tarixədək olan müddət ərzində təyyarə ilə 4 dəfə RF-nın Moskva şəhərinə gedib-gəlmişdir. 26.04.201 1-ci il tarixdən 03.05,201 1-ci il tarixədək olan müddət ərzində "Samur" Sərhəd-Nəzarət Məntəqəsindən keçərək 2 dəfə Rl'-mn Dağıstan Respublikasına gedibgəlmişdir. 11.05.201 1 -ci il tarixdən 13.08.20 11-ci il tarixədək olan müddət ərzində 3 dəfə RF-nın Moskva şəhərinə gedib-gəlmişdir. İş materiallarına əlavə edilən məhkəmədə araşdırılmış "xxxx" ASC-nin 13.12.2012-ci il tarixli ASC/22737 saylı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 05.12.2012-ci il tarixli 12/07-67 saylı məktublarından müəyyən olunur ki, həmin cəmiyyətdə "Rasim" və nazirlikdə "Ələddin" adlı şəxslər işləmirlər. Cinayət işinə əlavə olunmuş "Azərpoçt” MMC-dən istintaqa daxil olmuş 15.03.2013-cü il tarixli məktubundan görünür ki, 07.11.2012-ci il tarixdə X17 tərəfindən 500 manat, 03.07.2012-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 100 manat, 29.06.2012-ci il tarixdə X9 tərəfindən 50 manat, 05.09.2012-ci il tarixdə X1 tərəfindən 1000 manat pul vəsaitləri Zərərçəkmiş şəxs1 adına göndərilmişdir. Cinayət işinin istintaqı zamanı X7 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı X19 Bakı şəhəri Xətai rayonu “Zığ” qəsəbəsinə gedən yolun kənarında yerləşən yeni tikilən "villa” tipli evi göstərərək Təqsirləndirilən şəxs bu tipli vilaların tikintisini İsa Qaraşov tərəfindən onlara tapşırılacağını vəd etdiyini, məhz buna görə də ona inanıb Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılan tikintilərə cəlb olunaraq qazanc əldə etmək məqsədi ilə orada işləyən «Qaraşov İsa» adlı şəxsə verməkdən ötrü 10000 manat nağd pulu Təqsirləndirilən şəxs verdiyini qeyd etmiş, istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş, çəkilmiş fotoşəkillər isə ifadənin yerində yoxlanılması protokoluna əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azercelldən daxil olmuş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 051- ***- **-** mobil nömrəsi Təqsirləndirilən şəxs qızı Səidə Gülmalıyevanm adınadır. Həmin nömrədən danışıqlara baxış keçirilərkən müəyyən edilir ki, həmin nömrəni Təqsirləndirilən şəxs istifadə etmişdir. Həmin nömrə ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi arasında 2011- 2012-ci il tarixlərdə çoxsaylı danışıqlar olmuş, həmçinin 2012-ci ilin yanvarfevral aylarında da həmin nömrələrə arasında çoxsaylı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs İstifadə etdiyi ***-***-**-** mobil nömrəsinin əhatə dairəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin nömrənin əhatə dairəsi 2012-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hər hansı vəd verib aldatmadığını 2010- cu ildə Zərərçəkmiş şəxs1 aldığı 24.000 manat borc pulu qaytarmasına baxmayaraq onun həmin pula faiz hesablayaraq onun barəsində əsassız şikayət yazdığını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmədiyini qeyd etmişdir. Məhkəmə həmin xüsusatları təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri elan edilərək tədqiq olunmuş istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməli vahid qəsdlə əhatə olunmuşdur. Buna görə dəonu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyət və ümümi, yekun nəticənin əldə olunması məqsədi ilə baş vermiş cinayət kimi qiymətləndirilməli vətəqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 vurduğu zərərin miqdarı toplanılaraq ümümilikdə hesablanmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş sübutlara əsasən məlum olmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən əməlin vahid niyyətlə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 76000 manat maddi ziyan vurmuş, həmin maddi ziyandan 4600 manatını ödəmiş, qalan 71400 manatı isə mənimsəmişdir. Beləliklkə də o, zərərçəkmiş şəxsə külli miqdarda zərər vurmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 18000 manat və Zərərçəkmiş şəxs3 Əbilfət oğluna 15000 manat maddi ziyan vursa da həmin ziyanları ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinı isə xitam verilməlidir. Hazırda Təqsirləndirilən şəxs ittiham olunduğu zəzrərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Əbilfət oğlu ilə bağlı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə təqsirli bilinməli, lakin nəzərdə tutulan cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin həmin hissədə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28.02.2003-cü il tarixdə 213.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş 08.05.2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. 10.07.2006-cı il tarixdə 213.4. 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib Binəqədi rayon məhkəməsinin 11.10.2006cı il tarixli hökmü İlə 1 il altı ay azadlıqdan məhrum etdmə cəzasına məhkum edilmişdir, Apehyasiya Məhkəməsinin 08.05.2007-ci il tarixli qərarı ilə cəzası 1 ilə endirilib və AR Milli Məclisinin 08.05.2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. 28.09.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Səbail rayon məhkəməsinin hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 24.07,2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-cü maddələri ilə təqsirli bilinərək Qaradağ rayon məhkəməsinin hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 03.05.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin hökmü ilə 1 il 11 ay 28 gün azdlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 31.07.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Xətai rayon məhkəməsinin hökmü ilə 5 il azdlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 1(011)-240/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-2017-ci illər ərzində iyirmi bir nəfər vətəndaşı müxtəlif vədlərlə aldadıb, etibarlarından sui-istifadə etməklə dələduzluq etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli 02 fevral 2018-ci il tarixdən hesablanmaqla qəti olaraq 3000 manat cərimə cəzası təyin edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı iş üzrə təörətmiş olduğu cinayət əməlini, barəsində, Xətai rayon Məhkəməsinin hökmü çıxmamışdan əvvəl, yəni 2011- 2012-ci illər ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 1(011)-240/2018 saylı hökmü ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilməsi haqqında hökm hazırkı cinayət işi üzrə çıxarılacaq hökmlə birləşdirilməli, onun 02 fevral 2018-ci il tarixdən həbsdə saxlanıması nəzərə alınmaqla cəzasının əvvəli 02 fevral 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 3000 manat cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili X10 300 manat məbləğində pul ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuz cəzaya qismən birdləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat cərimə cəzasına məhkum edilməklə, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2018-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X10 300 (üç yüz) manat məbləğində pul ödənilsin Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar