Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-700/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonunun Mirzəmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Xaçmaz rayonu, Mirzəmməd kəndində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə tutub qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.4, 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qərarına əsasən 08 (səkkiz) ay 08 (səkkiz) gün vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2019-cu ilin aprel ayının sonlarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X19 X3 Meşəbəyliyinin Xaçmaz rayonunun Mirzəmməd kəndi ərazisində yerləşən 1 saylı meşə dolayının 25-ci kvartalına aid meşəlik ərazidə 8 m və 3,5 m olmaqla, ümumilikdə 28 m2 sahəni özbaşına becərməklə tutub həmin sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 30 (otuz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 2019-cu ilin avqust ayının sonlarında həmin çətənə bitkilərini kəsib hissə-hissə yaşadığı Xaçmaz rayonunun Mirzəmməd kəndində yerləşən evə daşıyaraq onlardan satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla ümumilikdə 12964,332 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq həmin narkotik vasitəni və 30750,0 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələrini, həmçinin 7,993 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumlarını evində saxlamış, 06 mart 2020-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə aparılmış baxış zamanı evin birinci mərtəbəsindəki şüşəbənddən 2 (iki) ədəd polietilen paketin hər birinin içərisində təmiz çəkiləri - 215,0 qram və 610,0 qram, birinci mərtəbədəki otaqdan 3 (üç) ədəd polietilen paketin hər birinin içərisində təmiz çəkiləri - 455,0 qram, 870,0 qram və 745,0 qram, 1 (bir) ədəd polietilen paketin içərisində 09 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 75,0 qram, 25,0 qram, 45,0 qram, 80,0 qram, 65,0 qram, 25,0 qram, 35,0 qram, 80,0 qram və 15,0 qram olmaqla, ümumi təmiz çəkisi 445,0 qram, 1 (bir) ədəd polietilen paketin içərisində 81 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,069 qram, 5,308 qram, 4,842 qram, 5,704 qram, 6,120 qram, 5,465 qram, 4,805 qram, 5,866 qram, 6,504 qram, 6,537 qram, 5,874 qram, 5,809 qram, 6,724 qram, 5,544 qram, 6,325 qram, 5,504 qram, 6,239 qram, 6,033 qram, 5,965 qram, 5,461 qram, 6,380 qram, 5,544 qram, 6,098 qram, 5,974 qram, 5,357 qram, 6,298 qram, 5,834 qram, 5,377 qram, 5,293 qram, 5,512 qram, 5,904 qram, 6,600 qram, 5,135 qram, 5,985 qram, 6,323 qram, 6,074 qram, 5,914 qram, 6,090 qram, 6,344 qram, 6,056 qram, 5,840 qram, 5,444 qram, 6,146 qram, 6,155 qram, 5,621 qram, 7,071 qram, 6,187 qram, 5,982 qram, 5,737 qram, 6,280 qram, 5,142 qram, 5,465 qram, 6,806 qram, 5,721 qram, 5,363 qram, 5,435 qram, 5,399 qram, 5,494 qram, 5,952 qram, 5,946 qram, 4,441 qram, 4,841 qram, 6,295 qram, 5,387 qram, 6,171 qram, 5,302 qram, 5,642 qram, 6,641 qram, 6,428 qram, 6,544 qram, 5,158 qram, 6,261 qram, 5,878 qram, 6,339 qram, 6,410 qram, 6,050 qram, 6,110 qram, 5,546 qram, 5,128 qram, 6,152 qram, 5,154 qram və 5,154 qram olmaqla, ümumi təmiz çəkisi - 471,854 qram, evin ikinci mərtəbəsindəki otaqdan 1(bir) ədəd polietilen paketin içərisində 133 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,858 qram, 5,996 qram, 4,796 qram, 6,464 qram, 5,462 qram, 6,272 qram, 5,362 qram, 5,281 qram, 6,078 qram, 5,591 qram, 5,560 qram, 4,996 qram, 5,216 qram, 5,129 qram, 6,046 qram, 6,813 qram, 6,240 qram, 4,829 qram, 5,708 qram, 5,127 qram, 5,267 qram, 4,463 qram, 6,706 qram, 5,668 qram, 6,034 qram, 5,313 qram, 5,477 qram, 4,994 qram, 5,409 qram, 5,402 qram, 6,074 qram, 5,957 qram, 6,681 qram, 7,239 qram, 5,963 qram, 5,855 qram, 6,035 qram, 6,279 qram, 5,688 qram, 5,585 qram, 5,826 qram, 5,239 qram, 5,645 qram, 6,049 qram, 6,611 qram, 7,952 qram, 6,242 qram, 6,349 qram, 6,173 qram, 7,075 qram, 6,453 qram, 6,295 qram, 6,945 qram, 6,774 qram, 7,799 qram, 5,563 qram, 6,038 qram, 7,541 qram, 6,010 qram, 6,193 qram, 6,309 qram, 6,128 qram, 6,809 qram, 6,309 qram, 5,585 qram, 5,569 qram, 6,019 qram, 5,996 qram, 7,047 qram, 5,961 qram, 5,762 qram, 5,836 qram, 6,115 qram, 5,688 qram, 5,838 qram, 6,530 qram, 5,488 qram, 6,472 qram, 6,141 qram, 6,322 qram, 6,096 qram, 5,459 qram, 5,765 qram, 6,382 qram, 5,662 qram, 5,873 qram, 5,765 qram, 5,062 qram, 7,125 qram, 6,119 qram, 5,686 qram, 4,830 qram, 5,824 qram, 6,156 qram, 7,113 qram, 5,368 qram, 6,184 qram, 5,802 qram, 6,378 qram, 5,721 qram, 5,915 qram, 5,656 qram, 5,815 qram, 5,819 qram, 6,040 qram, 5,862 qram, 7,867 qram, 5,823 qram, 6,528 qram, 5,732 qram, 419,0 qram, 6,110 qram, 6,928 qram, 6,392 qram, 5,767 qram, 6,716 qram, 6,233 qram, 7,713 qram, 5,948 qram, 5,732 qram, 6,452 qram, 6,076 qram, 5,508 qram, 5,529 qram, 5,998 qram, 7,568 qram, 5,700 qram, 5,573 qram, 6,241 qram, 5,848 qram, 6,042 qram, 5,716 qram və 6,622 qram olmaqla, ümumi təmiz çəkisi 802,478 qram, 1 (bir) ədəd polietilen paketin içərisində 10 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 470,0 qram, 155,0 qram, 310,0 qram, 205,0 qram, 445,0 qram, 195,0 qram, 185,0 qram, 290,0 qram, 145,0 qram və 95,0 qram olmaqla, ümumi təmiz çəkisi 2495,0 qram, 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 2110,0 qram, şüşəbənddən 1 (bir) ədəd torbada 10 ədəd polietilen torbalara yığılmış ayrı-ayrılıqda təmiz çəkiləri - 260,0 qram, 250,0 qram, 235,0 qram, 310,0 qram, 340,0 qram, 290,0 qram, 425,0 qram, 330,0 qram, 220,0 qram və 380,0 qram olmaqla, ümumi təmiz çəkisi 3040,0 qram, 1 (bir) ədəd polietilen torbanın içərisində 28 ədəd kağız bükülülərdə ümumi təmiz çəkisi 705,0 qram olmaqla evin birinci və həmin evin ikinci mərtəbəsindən ümumilikdə 12964,332 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və evin ikinci mərtəbəsindən 10 ədəd ağ rəngli sintetik kisələrdə və 01 ədəd göy rəngli sintetik bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 1180,0 qram, 1295,0 qram, 1275,0 qram, 1765,0 qram, 1480,0 qram, 1635,0 qram, 1150,0 qram, 1920,0 qram, 1105,0 qram, 945,0 qram və 17000,0 qram olmaqla, ümumi təmiz çəkisi 30750,0 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, həmçinin 7,993 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə tutub qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2015-ci ildə vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azadlığa buraxılmışdır. Bundan sonra o, Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən evinə qayıtmışdır. O, azadlığa çıxdıqdan sonra iki il müddətində narkotik vasitədən istifadə etməmişdir. 2017-ci ildə isə o, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etməyə başlamışdır. O, 2017-ci ilin avqust ayında Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə sahəsində gəzərkən kolluq ərazidə yabanı halda bitmiş bir ədəd çətənə bitkisi tapmışdır. O, həmin çətənə bitkisinin toxumlarını oradan yığıb yaşadığı evə gətirmiş və evdə həmin toxumları gizlədərək saxlamışdır. O, 2019-cu ilin aprel ayının axırlarında yaşadığı Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə sahəsini gəzərək çətənə toxumlarını əkmək üçün münasib yer axtarmağa başlamışdır. Sonra o, meşənin içərisində sıx kollarla əhatə olunmuş ərazini qurumuş otlardan və yarpaqlardan təmizləyərək özündə olan çətənə bitkisinin toxumlarını təmizlədiyi həmin yerdə əkmişdir. O, təxminən bir aydan sonra çətənə toxumlarını əkdiyi yerə getmiş və əkdiyi toxumlara baxdıqda toxumlardan 30 (otuz) ədədinin cücərdiyini görmüşdür. Bundan sonra o, hər 10-15 gündən bir meşə sahəsinə gedərək çətənə bitkilərinin diblərinə su verərək həmin bitkilərə qulluq göstərməyə başlamışdır. Sonrakı günlərdə çətənə bitkilərinin hər biri təxminən 1,5-2 metr hündürlüyə qalxmışdır. O, 2019-cu ilin avqust ayının axırlarında meşə sahəsində əkibbecərdiyi həmin 30 (otuz) ədəd çətənə bitkilərini kəsmiş və həmin bitkiləri hissə-hissə yaşadığı evə daşımışdır. O, evə gətirdiyi bitkiləri əvvəlcə evin ikinci mərtəbəsindəki otağın döşəməsi üzərinə sərib qurudaraq onlardan narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Bundan sonra o, həmin marixuananın bir hissəsini sellofan torbalara, bir hissəsini kibrit qutularına, bir hissəsini isə toxumlarla qarışıq halda kağızlara bükərək onları evin birinci və ikinci mərtəbələrindəki şüşəbəndlərdə və otaqlarda, tərkibində narkotik maddələr olan qurumuş çətənə bitkilərinin qalan hissələrini isə evin ikinci mərtəbəsində olan otaqdakı çarpayının altına və üstünə sərmiş, həmçinin divara söykədilmiş vəziyyətdə saxlamışdır. O, həmin marixuananın bir hissəsini sonrakı müddətdə siqaretə doldurub çəkməklə özü istifadə etmişdir. 06 mart 2020-ci il tarixdə, saat 15:00 radələrində o, evdə olduğu zaman Xaçmaz RPŞ-nin əməkdaşları onun yaşadığı evin həyətinə gəlib özlərini təqdim edəndən sonra yaşadığı evdə narkotik vasitə saxlamağı barədə onlarda məlumatın olduğunu demişlər və evə baxış keçirmək istədiklərini bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və hətta bununla bağlı ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun və kənddən dəvət etdikləri iki hal şahidinin iştirakı ilə onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları tərəfindən marixuana və qurudulmuş halda çətənə bitkiləri aşkar edilmişdir. O, polis əməkdaşlarına evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın və çətənə bitkilərinin özünə məxsus olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı ayrı-ayrılıqda qablaşdıraraq götürmüşlər. Sonra bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, elan olunmuş şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X19 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1982-ci ildən hazırkı vaxta kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X19 X1 meşəbəyi vəzifəsində işləyir və meşəbəyisi olduğu meşəbəylik 9 dolayı əhatə etməklə Xaçmaz rayonunun Nərəcan kəndindən Xaçmaz və Şabran rayonlarının sərhədindən keçən Vəl-Vələ adlı çaya kimi olmaqla, ümumilikdə 4586 hektar ərazini əhatə edir. 07 mart 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları onu Polis şöbəsinə dəvət etmişlər. Orada ona 06 mart 2020-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonu, Mirzəmməd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz olaraq saxladığı külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və əkilib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrinin aşkar edilərək götürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması və həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitələri və çətənə bitkilərinin hissələrini 2019-cu ilin aprel ayının axırlarında yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 ədəd çətənə bitkilərindən əldə edərək evində saxlaması məlum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş və həmin meşə sahəsinin Xaçmaz meşəbəyliyinin 1 saylı dolayının Xaçmaz rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 21-ci kvartalı olduğu müəyyən edilmişdir. Lakin o, şəxsən özü meşəbəyisi olduğu meşə dolayının ərazisini mütəmadi olaraq gəzib nəzarət etməsinə baxmayaraq, ona tapşırılmış meşə ərazisi 4586 hektarı əhatə etməklə ağaclarla yanaşı kol- kosluq olduğundan eyni ərazini bir neçə dəfə gəzib yoxlamaq mümkün olmamışdır. Ola bilər ki, tərkibində narkotik maddələr olan həmin çətənə bitkiləri aşkar edilmiş ərazi də böyürtkən kolları ilə əhatə olunduğundan həmin ərazidə çətənə bitkilərinin əkilib-becərilməsi onun diqqətini cəlb etməmişdir. Bu səbəbdən o, həmin ərazidə çətənə bitkilərinin əkilibbecərilməsini görməmiş və bu barədə onun heç bir məlumatı olmamışdır. Hətta Polis şöbəsində polis əməkdaşları ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşduqda, o, Xaçmaz rayonu, Mirzəmməd kəndindən olan Təqsirləndirilən şəxs tanımadığından və sonuncu ilə heç bir münasibəti olmadığından Təqsirləndirilən şəxs tanımadığını və sonuncu ilə heç bir münasibətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun işlədiyi Xaçmaz RPŞ-nə Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 06 mart 2020-ci il tarixdə bu barədə raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılması və Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Xaçmaz RPŞ-nin CAB-nin sabiq rəisi, polis mayoru Şahid3 həvalə olunmuşdur. Həmin əməliyyat qrupuna, həmçinin polis mayoru Şahid4, polis mayoru Şahid2, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X12 və o, daxil olmuşlar. 06 mart 2020-ci il tarixdə günorta saatlarında o, qeyd edilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən evənə getmiş və orada Təqsirləndirilən şəxs özü onları qarşılamışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz rayon Polis şöbəsinə daxil olmuş məlumatın yoxlanılmasından ötrü yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək üçün həmin kənd sakinlərindən iki nəfər həmin evə dəvət edilmiş, hal şahidlərinə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evdə narkotik vasitələr varsa həmin vasitələri təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də dəhlizdə qoyulmuş masanın yaxınlığındakı iki ədəd polietilen torbaları göstərib həmin torbaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda hər iki torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Bundan sonra baxış evin birinci mərtəbəsində giriş qapısı ilə üzbəüz yerləşən otaqda davam etdirilmiş və otaqda baxış keçirilən zaman həmin otaqdakı çarpayının altından 16 ədəd kağız bükülü və 03 ədəd polietilen torba aşkar edilmişdir. Kağız bükülülər və polietilen torbalar Təqsirləndirilən şəxs özünün və hal şahidlərinin iştirakı ilə açılmışdır. Kağız bükülülərdən 07 ədədinin içərisində ümumilikdə 134 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi ilə doldurulmuş kibrit qutusu, 09 ədəd kağız bükülülərin, həmçinin 03 ədəd polietilen torbaların içərisində də narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması müəyyən edilmişdir. Bundan sonra baxış evin ikinci mərtəbəsində keçirilmişdir. İkinci mərtəbədə yerləşən şüşəbənddən 20 ədəd polietilen torba və 01 ədəd kisə aşkar olunmuşdur. Həmin polietilen torbalar və kisə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Evin ikinci mərtəbəsində sağ yan tərəfdə yerləşən otağa baxış zamanı oradan 04 ədəd polietilen torba, həmin otaqdakı çarpayının üstünə və altına yığılmış, həmçinin divara söykədilmiş vəziyyətdə qurudulmuş bitki hissələrinin olduğu aşkar olunmuşdur. Bundan sonra həmin otaqdan aşkar edilmiş 04 ədəd polietilen torbalara və orada olan şkafa baxış keçirilmişdir. Baxış zamanı polietilen torbalarda içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri doldurulmuş 82 ədəd kibrit qutusu, şkafın rəflərindən isə içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri yığılmış 28 ədəd kağız bükülü aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onları 2019-cu ilin aprel ayında yaşadığı kəndin yaxınlığındakı meşə sahəsində əkdiyini və həmin ərazini onlara göstərə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs onları Xaçmaz rayonu, Qımıl-qışlaq kənd yolunun Xan kanalının kəsişdiyi hissəsindən kanalı keçmədən Mirzəmməd kəndi istiqamətində kanalın kənarındakı yolun sağ tərəfində yerləşən meşə sahəsinə aparmış və çətənə bitkilərini orada əkib-becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi həmin yerdə, torpağın tərkibində iş üçün əhəmiyyət kəsb edə biləcək tərkibində narkotik maddələr olan çətənə bitkisinin kök və ya digər hissələrinin olması ehtimalı olduğundan ekspertiza tədqiqatına təqdim olunmasından ötrü hal şahidlərinin iştirakı ilə torpaq nümunəsi götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, 06 mart 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən polis əməkdaşları onu saxlayıb Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirəcəklərini ona demişlər və həmin baxışda hal şahidi kimi iştirak etməsini ondan xahiş etmişlər. O, buna etiraz etməyib polis əməkdaşlarına razılıq vermişdir. Ondan başqa onun həmkəndlisi Təbriz də hal şahidi kimi ora dəvət edilmişdir. Orada polis əməkdaşları Təqsirləndirilən şəxs əgər evdə narkotik vasitələr varsa onları təqdim etməsini təklif etmişlər və bundan sonra Təqsirləndirilən şəxs evin hər iki mərtəbəsindən polietilen torbaları, kibrit qutularını, kisəni, kolları təqdim edərək onların içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Həmin polietilen torbalar, kibrit qutuları, kisə Təqsirləndirilən şəxs, onun və digər hal şahidinin yanında polis əməkdaşları tərəfindən açıldıqda qurudulmuş bitki kütlələrinin olduğu müəyyən edilmiş və polis əməkdaşları həmin bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuanaya və çətənə kollarına bənzədiyini bildirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin həqiqətən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmiş və həmin narkotik vasitələri 2019-cu ilin aprel ayında kəndin yaxınlığındakı meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 (otuz) ədəd çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütlələri polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Xaçmaz rayonu, Mirzəmməd kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması və Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü sonuncunun yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi üçün 06 mart 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən şöbədə müvafiq sənədləşmə aparılmış və bununla bağlı CAB-nin sabiq rəisi, polis mayoru Şahid3 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır, Şahid1, həmçinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X12 və o, qrupun tərkibinə daxil edilmişlər. Keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra qeyd olunan tarixdə saat 15:00 radələrində o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən evə getmişlər və orada Təqsirləndirilən şəxs özü onları qarşılamışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılmasından ötrü Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirəcəklərini bildirilmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək üçün həmin kənd sakinlərindən iki nəfər ora dəvət edilmiş, hal şahidlərinə hüquq və vəzifələri izah olunandan sonra Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ev iki mərtəbəli olub həyətə giriş qapısı ilə üzbəüz yerləşməklə evin sağ yan tərəfində ikinci mərtəbəyə qalxmaq üçün pilləkən qoyulmuşdur. Birinci mərtəbənin dəhlizinə daxil olandan sonra Təqsirləndirilən şəxs evdə narkotik vasitələr varsa onları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs dəhlizdə qoyulmuş masanın yaxınlığındakı iki ədəd polietilen torbaları göstərib həmin torbaların içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Həmin polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda hər iki torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Bundan sonra baxış evin birinci mərtəbəsində giriş qapısı ilə üzbəüz yerləşən otaqda davam etdirilmişdir. Otağa baxış zamanı həmin otaqdakı çarpayının altından 16 ədəd kağız bükülü və 03 ədəd polietilen torba aşkar edilmişdir. Kağız bükülülər və polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açılmış, kağız bükülülərdən 07 ədədinin içərisində ümumilikdə 134 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi ilə doldurulmuş kibrit qutusu, 09 ədəd kağız bükülülərin, həmçinin 03 ədəd polietilen torbaların içərisində də narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması müəyyən edilmişdir. Bundan sonra baxış evin ikinci mərtəbəsində aparılmışdır. İkinci mərtəbədə yerləşən şüşəbənddən 20 ədəd polietilen torba və 01 ədəd kisə aşkar olunmuşdur. Həmin polietilen torbalar və kisə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Evin ikinci mərtəbəsində sağ yan tərəfdə yerləşən otağa baxış zamanı oradan 04 ədəd polietilen torba, həmin otaqdakı çarpayının üstünə və altına yığılmış, həmçinin divara söykədilmiş vəziyyətdə qurudulmuş bitki hissələrinin olduğu aşkar olunmuşdur. Bundan sonra həmin otaqdan aşkar edilmiş 04 ədəd polietilen torbalara və orada olan şkafa baxış keçirilmişdir. Baxış zamanı polietilen torbalarda içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri doldurulmuş 82 ədəd kibrit qutusu, şkafın rəflərindən isə içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri yığılmış 28 ədəd kağız bükülü aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci və ikinci mərtəbəsindən aşkar olunmuş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onları 2019-cu ilin aprel ayında yaşadığı kəndin yaxınlığındakı meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 (otuz) ədəd çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütlələri qablaşdırılaraq götürülmüş və faktla bağlı müstəntiq Hafiz Əliyev tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb Xaçmaz RPŞ-nə gətirmişlər və həmin tarixdə Təqsirləndirilən şəxs müstəntiq Hafiz Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində toplanmış material cinayət işi başlanmasından ötrü Xaçmaz RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X10 verilmiş və 07 mart 2020-ci il tarixdə Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Sonradan həmin tarixdə müstəntiq Əhməd Muradov tərəfindən vəkilin, aqronomun, Xaçmaz RPŞ-nin CAB-nin və konvoy xidməti əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi ilə bağlı ifadəsinin yerində yoxlanılması və ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs yaşadığı kəndin yaxınlığındakı meşə sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi yeri əyani olaraq göstərməsi ona məlum olmuşdur. Lakin o, şəxsən özü Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması prosesində iştirak etmədiyindən bu barədə ətraflı məlumatı olmamışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Xaçmaz rayonu, Mirzəmməd kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması və Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü sonuncunun yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi üçün 06 mart 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən şöbədə müvafiq sənədləşmə aparılmış və bununla bağlı CAB-nin sabiq rəisi, polis mayoru Şahid3 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şahid1, həmçinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X12 və o, qrupun tərkibinə daxil edilmişlər. Keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra qeyd olunan tarixdə saat 15:00 radələrində o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən evinə getmiş və orada Təqsirləndirilən şəxs özü onları qarşılamışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılmasından ötrü Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək üçün həmin kənd sakinlərindən iki nəfər ora dəvət edilmiş, hal şahidlərinə hüquq və vəzifələri izah olunandan sonra Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ev iki mərtəbəli olub həyətə giriş qapısı ilə üzbəüz yerləşməklə evin sağ yan tərəfində ikinci mərtəbəyə qalxmaq üçün pilləkən qoyulmuşdur. Birinci mərtəbənin dəhlizinə daxil olandan sonra Təqsirləndirilən şəxs evdə narkotik vasitələr varsa onları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs dəhlizdə qoyulmuş masanın yaxınlığındakı iki ədəd polietilen torbaları göstərib həmin torbaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda hər iki torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu müəyyən edilmişdir. Bundan sonra baxış evin birinci mərtəbəsində giriş qapısı ilə üzbəüz yerləşən otaqda davam etdirilmişdir. Otağa baxış zamanı həmin otaqdakı çarpayının altından 16 ədəd kağız bükülü və 03 ədəd polietilen torba aşkar edilmişdir. Kağız bükülülər və polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açılmış, kağız bükülülərdən 07 ədədinin içərisində ümumilikdə 134 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi ilə doldurulmuş kibrit qutusu, 09 ədəd kağız bükülülərin, həmçinin 03 ədəd polietilen torbaların içərisində də narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması müəyyən edilmişdir. Bundan sonra baxış evin ikinci mərtəbəsində aparılmışdır. İkinci mərtəbədə yerləşən şüşəbənddən 20 ədəd polietilen torba və 01 ədəd kisə aşkar olunmuş, həmin polietilen torbalar və kisə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Evin ikinci mərtəbəsində sağ yan tərəfdə yerləşən otağa baxış zamanı oradan 04 ədəd polietilen torba, həmin otaqdakı çarpayının üstünə və altına yığılmış, həmçinin divara söykədilmiş vəziyyətdə qurudulmuş bitki hissələrinin olduğu aşkar olunmuşdur. Bundan sonra həmin otaqdan aşkar edilmiş 04 ədəd polietilen torbalara və orada olan şkafa baxış keçirilmişdir. Baxış zamanı polietilen torbalarda içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri doldurulmuş 82 ədəd kibrit qutusu, şkafın rəflərindən isə içərilərinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri yığılmış 28 ədəd kağız bükülü aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci və ikinci mərtəbəsindən aşkar olunmuş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onları 2019-cu ilin aprel ayında yaşadığı kəndin yaxınlığındakı meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 (otuz) ədəd çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütlələri qablaşdırılaraq götürülmüş və faktla bağlı müstəntiq Hafiz Əliyev tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb Xaçmaz RPŞ-nə gətirmişlər və həmin tarixdə Təqsirləndirilən şəxs müstəntiq Hafiz Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində toplanmış material cinayət işi başlanmasından ötrü Xaçmaz RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X10 verilmiş və 07 mart 2020-ci il tarixdə Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Sonradan həmin tarixdə müstəntiq Əhməd Muradov tərəfindən vəkilin, aqronomun, Xaçmaz RPŞ-nin CAB-nin və konvoy xidməti əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi ilə bağlı ifadəsinin yerində yoxlanılması və ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs yaşadığı kəndin yaxınlığındakı meşə sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi yeri əyani olaraq göstərməsi ona məlum olmuşdur. Lakin o, şəxsən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması prosesində iştirak etmədiyindən bu barədə ətraflı məlumatı olmamışdır. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 07 mart 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 mütəxəssis dəvət etmək haqqında qərarına əsasən o, Polis şöbəsinə dəvət olunmuşdur. Orada 06 mart 2020-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz olaraq saxladığı külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrinin aşkar olunaraq götürülməsi faktına görə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən 07 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri və çətənə bitkisinin hissələrini 2019-cu ilin aprel ayının axırlarında yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 ədəd çətənə bitkilərindən əldə edərək evində saxladığını bildirdiyindən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına zərurət yarandığına görə ifadənin yerində yoxlanılmasında mütəxəssis qismində onun iştirak etməli olduğu ona məlum olmuşdur. O, buna etiraz etməyib razılıq vermişdir. Bundan sonra o, həmin tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1, polis mayoru X6, Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerinin polis nəfərləri, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, sonuncunun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 və müstəntiq Əhməd Muradovla birlikdə Xaçmaz RPŞ-dən Təqsirləndirilən şəxs göstərişinə əsasən Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında, Xan kanalının sağ tərəfində yerləşən meşə sahəsinə getmişdir. Meşə sahəsinə daxil olub Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə piyada təxminən 200 metr meşə sahəsinin içərisinə doğru hərəkət etdikdən sonra nisbətən açıqlıq yerə çatdıqda Təqsirləndirilən şəxs dayanmış və əli ilə həmin ərazini göstərib 2019-cu ilin aprel ayının axırlarında 30 ədəd çətənə bitkisinin toxumlarını məhz həmin yerdə əkib-becərdiyini və 2019-cu ilin avqust ayına kimi həmin bitkilərə su verib qulluq göstərdiyini, sonra isə kök hissələrinə yaxın yerdən kəsib hissə-hissə yaşadığı evə daşıdığını və qurudaraq saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona Təqsirləndirilən şəxs göstərdiyi yerdə torpağın hansı növ torpaqlara aid olmasını və həmin torpaqda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin əkilibbecərilməsinin mümkün olub-olmamasını müəyyən etməyi təklif etmişlər. O, Təqsirləndirilən şəxs göstərdiyi yerdə torpağı nəzərdən keçirmiş, həmin ərazidə torpağın qaratorpaq növünə aid olduğunu və orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli şərait olmaqla qeyd olunan bitkilərin həmin torpaqda əkilib-becərilməsinin mümkün olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib-becərdiyi ərazi ölçülərək sahəsinin 8 metr x 3,5 metr olmaqla ümümilikdə 28 m2 olması müəyyən edilmiş və bununla bağlı müstəntiq Əhməd Muradov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən o, həmin protokolu imzalamışdır. Daha sonra elə həmin tarixdə onun və iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs göstərdiyi yerdə tərkibində narkotik xassəli bitki hissəciklərinin olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza tədqiqatına təqdim olunmasından ötrü torpaq nümunəsi götürülmüş və 01 (bir) ədəd polietilen torbaya qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra müstəntiq Əhməd Muradov tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə bütün iştirakçılar, o cümlədən o, həmin protokolu imzalamışdır. Sonradan o, Təqsirləndirilən şəxs göstərdiyi ərazidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsinin mümkün olması barədə rəy yazmış və müstəntiq Əhməd Muradova təqdim etmişdir. Lakin o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1982-ci ildən hazırkı vaxta kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X19 X1 1 saylı dolayının meşə gözətçisi vəzifəsində işləyir. 07 mart 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları onu Polis şöbəsinə dəvət etmişlər. Orada ona 06 mart 2020-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonu, Mirzəmməd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz olaraq saxladığı külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və əkilib-becərilməsi qanunla qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrinin aşkar edilərək götürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işinin başlanması və həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitələri və çətənə bitkilərinin hissələrini 2019-cu ilin aprel ayının axırlarında yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə sahəsində əkib-becərdiyi tərkibində narkotik maddələr olan 30 ədəd çətənə bitkilərindən əldə edərək evində saxladığını bildirməsi məlum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş və həmin meşə sahəsinin Xaçmaz meşəbəyliyinin 1 saylı dolayının Xaçmaz rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 21-ci kvartalı olduğu müəyyən edilmişdir. Lakin o, gözətçisi olduğu meşə dolayının ərazisini mütəmadi olaraq gəzib nəzarət etməsinə baxmayaraq, həmin ərazidə tərkibində narkotik vasitələr olan bitkilərin əkilibbecərilməsini görməmiş və bu barədə onun məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs şəxsən tanımamış və sonuncu ilə münasibəti olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2020-ci il tarixli yaşayış evinə baxış keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 9-21) görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı evdə hər-hansı narkotik vasitə varsa təqdim edilməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs şüşəbənddə olan masanın yaxınlığındakı iki ədəd polietilen torbaları göstərərək həmin torbaların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Hər iki polietilen torba Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə açıldıqda içərilərində qurudulmuş marixuanaya oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Bundan sonra baxış birinci mərtəbədə giriş qapısı ilə üzbəüz otaqda davam etdirilmişdir. Qeyd olunan otaqda masa, stul, sağ yan tərəfdə çarpayının olması, çarpayının altında isə kağız bükümlərin və polietilen torbaların olması müəyyən edilmişdir. Çarpayının altında olan kağız bükümlər və üç ədəd polietilen torbalar Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə açıldıqda kağız bükümlərdən 7 ədədinin içərisində 134 ədəd kibrit qutuları, 9 ədədinin içərisində marixuanaya oxşar bitki kütlələrinin olduğu aşkar edilmişdir. Kibrit qutuları və polietilen torbalar açılmış, bütün kibrit qutularının və üç ədəd polietelen torbaların içərisində marixuanaya oxşar bitki kütlələrinin olması müəyyən edilmişdir. Bundan sonra baxış Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində aparılmış və ikinci mərtəbədə olan şüşəbənddə 20 ədəd polietilen torbanın və 01 ədəd kisənin içərisində qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə ikinci mərtəbədə sağ yan tərəfdə olan otağa baxış keçirilmişdir. Həmin otaqda bir ədəd dəmir çarpayı, bir ədəd şkaf, qapıdan sol yan tərəfdə yerdə 4 ədəd polietilen torbaların olması, Təqsirləndirilən şəxs iştirakı ilə həmin otağa baxış keçirilərkən çarpayının üstünə və altına yığılmış, o, cümlədən qapı ilə üzbəüz divara söykədilmiş halda olan qurudulmuş bitki hissələrinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə polietilen torbalara və şkafa baxış keçirilmişdir. Polietelen torbaların içərisində marixuanaya oxşar kütlələrlə doldurulmuş 82 ədəd kibrit qutularının, şkafın içərisində isə 28 ədəd kağız bükümlərdə bitki toxumları ilə qarışıq kütlələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin birinci və ikinci mərtəbəsində aşkar edilmiş kütlələrin tərkibində narkotik maddələr olan qurudulmuş marixuana olduğunu və onları yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində əkib yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bütün kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/24 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 42-45) görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan şüşəbənddə aşkar olunmuş kütlə» yazılar olan 1№-li polietilen paketdə təmiz çəkisi - 215,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan otaqda aşkar edilmiş kütlə» yazılar olan 2№-li polietilen paketdə təmiz çəkisi - 455,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan otaqda aşkar edilmiş kütlə» yazılar olan 3№-li polietilen paketdə təmiz çəkisi - 870,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan şüşəbənddən aşkar edilmiş kütlə» yazılar olan 4№-li polietilen paketdə təmiz çəkisi - 610,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan otaqda aşkar edilmiş kütlə» yazılar olan 5№-li polietilen paketdə təmiz çəkisi - 745,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində aşkar edilmiş kütlə» yazılar olan 6№-li polietilen paketdə 9 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 75,0 qram, 25,0 qram, 45,0 qram, 80,0 qram, 65,0 qram, 25,0 qram, 35,0 qram, 80,0 qram, 15,0 qram, ümumi təmiz çəkisi - 445,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində aşkar olunmuş kütlə» yazılar olan 7№-li polietilen paketdə 81 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,069 qram, 5,308 qram, 4,842 qram, 5,704 qram, 6,120 qram, 5,465 qram, 4,805 qram, 5,866 qram, 6,504 qram, 6,537 qram, 5,874 qram, 5,809 qram, 6,724 qram, 5,544 qram, 6,325 qram, 5,504 qram, 6,239 qram, 6,033 qram, 5,965 qram, 5,461 qram, 6,380 qram, 5,544 qram, 6,098 qram, 5,974 qram, 5,357 qram, 6,298 qram, 5,834 qram, 5,377 qram, 5,293 qram, 5,512 qram, 5,904 qram, 6,600 qram, 5,135 qram, 5,985 qram, 6,323 qram, 6,074 qram, 5,914 qram, 6,090 qram, 6,344 qram, 6,056 qram,5,840 qram, 5,444 qram, 6,146 qram, 6,155 qram, 5,621 qram, 7,071 qram, 6,187 qram, 5,982 qram, 5,737 qram, 6,280 qram, 5,142 qram, 5,465 qram, 6,806 qram, 5,721 qram, 5,363 qram, 5,435 qram, 5,399 qram, 5,494 qram, 5,952 qram, 5,946 qram, 4,441 qram, 4,841 qram, 6,295 qram, 5,387 qram, 6,171 qram, 5,302 qram, 5,642 qram, 6,641 qram, 6,428 qram, 6,544 qram, 5,158 qram, 6,261 qram, 5,878 qram, 6,339 qram, 6,410 qram, 6,050 qram, 6,110 qram, 5,546 qram, 5,128 qram, 6,152 qram, 5,154 qram, 5,154 qram, ümumi təmiz çəkisi - 471,854 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş maritxuanalardır və 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 0,820 qram olan toxumlar çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində olan otaqda kibrit qutuları aşkar olunmuş kütlələr» yazıları olan 8№-li polietilen torbanı açdıqda içərisində 133 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,858 qram, 5,996 qram, 4,796 qram, 6,464 qram, 5,462 qram, 6,272 qram, 5,362 qram, 5,281 qram, 6,078 qram, 5,591 qram, 5,560 qram, 4,996 qram, 5,216 qram, 5,129 qram, 6,046 qram, 6,813 qram, 6,240 qram, 4,829 qram, 5,708 qram, 5,127 qram, 5,267 qram, 4,463 qram, 6,706 qram, 5,668 qram, 6,034 qram, 5,313 qram, 5,477 qram, 4,994 qram, 5,409 qram, 5,402 qram,6,074 qram, 5,957 qram, 6,681 qram, 7,239 qram, 5,963 qram, 5,855 qram, 6,035 qram, 6,279 qram, 5,688 qram, 5,585 qram, 5,826 qram, 5,239 qram, 5,645 qram, 6,049 qram, 6,611 qram, 7,952 qram, 6,242 qram, 6,349 qram, 6,173 qram, 7,075 qram, 6,453 qram, 6,295 qram, 6,945 qram, 6,774 qram, 7,799 qram, 5,563 qram, 6,038 qram, 7,541 qram, 6,010 qram, 6,193 qram, 6,309 qram, 6,128 qram, 6,809 qram, 6,309 qram, 5,585 qram, 5,569 qram, 6,019 qram, 5,996 qram, 7,047 qram, 5,961 qram, 5,762 qram, 5,836 qram, 6,115 qram, 5,688 qram, 5,838 qram, 6,530 qram, 5,488 qram, 6,472 qram, 6,141 qram, 6,322 qram, 6,096 qram, 5,459 qram, 5,765 qram, 6,382 qram, 5,662 qram, 5,873 qram, 5,765 qram, 5,062 qram, 7,125 qram, 6,119 qram, 5,686 qram, 4,830 qram, 5,824 qram, 6,156 qram, 7,113 qram, 5,368 qram, 6,184 qram, 5,802 qram, 6,378 qram, 5,721 qram, 5,915 qram, 5,656 qram, 5,815 qram, 5,819 qram, 6,040 qram, 5,862 qram, 7,867 qram, 5,823 qram, 6.528 qram, 5,732 qram, 419,0 qram, 6,110 qram, 6,928 qram, 6,392 qram, 5,767 qram, 6,716 qram, 6,233 qram, 7,713 qram, 5,948 qram, 5,732 qram, 6,452 qram, 6,076 qram, 5,508 qram, 5.529 qram, 5,998 qram, 7,568 qram, 5,700 qram, 5,573 qram, 6,241 qram, 5,848 qram, 6,042 qram, 5,716 qram, 6,622 qram, ümumi təmiz çəkisi - 802,478 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kuüstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır və 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 7,173 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində aşkar olunmuş kütlə» yazıları olan sarı rəngli 9№-li polietilen paketdə 10 (on) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 470,0 qram, 155,0 qram, 310,0 qram, 205,0 qram, 445,0 qram, 195,0 qram, 185,0 qram, 290,0 qram, 145,0 qram, 95,0 qram, ümumi təmiz çəkisi - 2495,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində olan otaqda aşkar olunmuş kütlələr» yazıları olan 10№-li ağ rəngli sintetik torbada təmiz çəkisi - 2110,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində olan şüşəbənddə aşkar edilmiş kütlə» yazıları olan ll№-li polietilen torbada 10 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 260,0 qram, 250,0 qram, 235,0 qram, 310,0 qram, 340,0 qram, 290,0 qram, 425,0 qram, 330,0 qram, 220,0 qram, 380,0 qram, ümumi təmiz çəkisi - 3040,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsindən aşkar olunmuş kütlə» yazılar olan 12№-li polietilen torbanı açdıqda içərisində 28 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi - 705,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi - 12964,332 qramdır. Təqdim olunmuş bitki toxumlarının ümumi təmiz çəkisi - 7,993 qramdır. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsindən aşkar olunmuş kütlə» yazılar olan 10 ədəd ağ rəngli sintetik kisələrdə və 1 ədəd böyük göy rəngli sintetik bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 1180,0 qram, 1295,0 qram, 1275,0 qram, 1765,0 qram, 1480,0 qram, 1635,0 qram, 1150,0 qram, 1920,0 qram, 1105,0 qram, 945,0 qram, 17000,0 qram, ümumi təmiz çəkisi - 30750,0 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndindəki evdən götürülmüş marixuanalar və bitki hissələri tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 61-62) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi yerləri və narkotik vasitələrin aşkar olunduğu yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2020-ci il tarixli götürmə aparılması barədə qərardan (cild 1, iş vərəqə 63) görünür ki, çətənə bitkilərinin əkib-becərildiyi yerdən torpaq nümunəsinin götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2020-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 66) görünür ki, 07 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı onun 2019-cu ilin aprel ayında Xaçmaz rayonu, Mirzəmməd kəndinin yaxınlığında yerləşən meşə ərazisində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi sahənin 8 metr x 3,5 metr olmaqla ümümilikdə 28 m2 olması, həmin ərazidə torpağın qaratorpaq növünə aid olması və orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin əkilibbecərilməsi üçün tam əlverişli şərait olmaqla qeyd olunan bitkilərin həmin torpaqda əkilibbecərilməsinin mümkün olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 68-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2020-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 87-88) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2020-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan (cild 1, iş vərəqə 90-92) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 12964,332 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 30750,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri və 7,993 qram çəkidə çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmışlar, narkotik vasitə olan qurudulmuş marixuananın 4,98 qramının (hər obyektdən 0,02 qram olmaqla), tərkibində narkotik maddələr olan çətənə bitkisi hissələrinin 0,22 qramının (hər obyektdən 0,02 qram olmaqla), çətənə bitkisi toxumlarının isə 0,04 qramının (hər obyektdən 0,02 qram olmaqla) tədqiqatlara sərf edilməklə istifadə olunması nəzərə alınmış, tədqiqatdan sonta qalıq çəkiləri 12959,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 30749,78 qram təşkil edən çətənə bitkisinin hissələri və 7,953 qram təşkil edən çətənə toxumları 09 ədəd polietilen torbada, 11 ədəd ağ rəngli sintetik kisədə, 02 ədəd MEM-nə məxsus ağ rəngli torbada və 01 ədəd üzəri skoçla bağlanmış göy rəngli sintetik bağlamada qablaşdırılaraq «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 №72» mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2020-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 116-117) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1269 nömrəli rəyindən (cild 1, iş vərəqə 118-119) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2020-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 166-167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 189a-189b) görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4, 228.4 və 229.4-cü maddələri üzrə təqsirli bilinmiş, ona həmin maddələr üzrə qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2020-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 240-244) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 251-270) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 188.1, 237.2.3 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 279-282) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli teleqramdan (cild 2, iş vərəqə 28) görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2002-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmünün surətindən (cild 1, iş vərəqə 190-200) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 228.4 və 229.4-cü maddələri üzrə təqsirli bilinmiş və ona həmin maddələr üzrə qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2014-cü il tarixli və 14 yanvar 2016-cı il tarixli tibbi çıxarışlardan (cild 1, iş vərəqə 249-250) görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 1-ci qrup əlil, bacısı X2 isə 2-ci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Lakin o, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Bundan başqa, Siyahıların (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgənin torpaq sahəsini özbaşına tutmaqla becərmiş, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri orada külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla saxlamışdır. Bununla da onun əməllərində Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət, həmin Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun himayəsində 1-ci qrup əlil qardaşının və 2-ci qrup əlil bacısının olmasını, eləcə də yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməklə törətmiş olduğu cinayət əməllərini etiraf etməsini, törətdiyi cinayətlərdən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2002-ci il tarixdə xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmasına və 2015-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş 8 illik müddət keçmədiyi halda yenidən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin xüsusilə təhlükəli residivini təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə - bu cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələri üzrə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Məhz bu qaydada ona cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə məhkum edilmiş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəlsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq, hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 12959,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 30749,78 qram təşkil edən çətənə bitkisinin hissələri və 7,953 qram təşkil edən çətənə toxumları, 9 (doqquz) polietilen torba, 11 (on bir) ədəd ağ rəngli sintetik kisə, 2 (iki) ədəd torba və 1 (bir) ədəd sintetik bağlama məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 188.1-ci maddəsi üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz rayon Polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 12959,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 30749,78 qram təşkil edən çətənə bitkisinin hissələri və 7,953 qram təşkil edən çətənə toxumları, 9 (doqquz) ədəd polietilen torba, 11 (on bir) ədəd ağ rəngli sintetik kisə, 2 (iki) ədəd torba və 1 (bir) ədəd sintetik bağlama məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-700/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-700/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver