Məhkəmə qərarları › İş №1(101)-702/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Pro Bono" vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs) nümayəndəsi: Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs –(xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəməklə talamış, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 29 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs direktorunun 30.12.2016-cı il tarixli 107 saylı əmri ilə təsdiq edilmiş həmin Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3 və 5.6-cı bəndlərinə, habelə həmin Birliklə aralarında bağlanmış 10 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük orqanının müraciəti əsasında Birliyin anbarlarına qəbuletmə aktı tərtib etməklə qəbul edilməsini həyata keçirmək, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə gömrük orqanları tərəfindən saxlanca götürülmüş və isintaq altında olan malların anbarlara qəbul edilməsini həyata keçirmək, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi malların anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirmək, Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək və digər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmalı, müəssənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini adınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmalı və müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerə təqdim etməli olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq Dövlət Gömrük Komitəsinə məxsus olmaqla 27.03.2020-ci il tarixli “maddi sübutun təhvil verilməsi” barədə aktla qeyd olunan Baş idarənin təhqiqat şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən saxlancın təmin edilməsi üçün Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında şəxsən özünə təhvil verilmiş 924.000 qutu “Milano”, 983.500 qutu “Cavallo”, 584.000 qutu “Kent Nanotek 2.0” və 29.000 qutu “X5” markalı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri (tütün məmulatlarını) anbara yükləyib saxlanc üçün qəbul etdikdən sonra 27.03.2020-ci il tarixdən 23.07.2020-ci il tarixinədək olan müddətdə 1 qutunun dəyəri 1.5 manat olmaqla cəmi 12.679,5 (on iki min altı yüz yetmiş doqquz manat əlli qəpik) manat dəyərində “Milano” markalı siqaretdən 8.453 (səkkiz min dörd yüz əlli üç) qutu, 1 qutunun dəyəri 1.5 manat olmaqla cəmi 12.003 (on ik min üç) manat dəyərində “Cavallo” markalı siqaretdən 8.002 (səkkiz min iki) qutu, 1 qutunun dəyəri 3 manat olmaqla cəmi 67.746 (altmış yeddi min yeddi yüz qırx altı) manat dəyərində “Kent Nanotek 2.0” markalı siqaretdən 22.582 (iyirmi iki min beş yüz səksən iki) qutu və 1 qutunun dəyəri 4 manat olmaqla cəmi 65.592 (altmış beş min beş yüz doxsan iki) manat dəyərində “X5” markalı siqaretdən 16.398 (on altı min üç yüz doxsan səkkiz) qutu olmaqla, ümumilikdə 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində tütün məmulatlarını istintaqa məlum olmayan şəraitdə anbardan çıxarmaqla aksiz markası ilə markalanmalı olan qeyd olunan külli miqdarda məhsulları aksiz markası olmadan satış məqsədilə istintaqla müəyyən edilməyən yerdə saxlamaqla satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübut qismində tanınmış əşyaların (malların) qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2015-ci ildə “Odlar Yurdu” Universitetinin “Biznesin idarə edilməsi, menecment” fakültəsini bitirmiş, elə həmin ildə iş fəaliyyətinə başlayaraq 01.06.2015-ci il tarixdən 20.05.2016-cı il tarixədək Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs Ərazi terminalı üzrə Bakı şöbəsinin baş inspektoru, 20.05.2016-cı il tarixdən 2017-ci ilin yanvar ayınadək həmin birliyin Analtik şöbəsinin baş inspektoru, 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək Birliyin Elektron xidmətlərin təşkili şöbəsinin baş inspektoru, 2018-ci ilin sentyabr ayından 30.07.2020-ci il tarixinədək isə Birliyin “Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin” saxlancı şöbəsinin baş inspektoru vəzifələrində işləmiş, gömrük xidməti leytenantı rütbəsində olmuşdur. Sonuncu vəzifədə işlədiyi vaxt, yəni 2018-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Zərərçəkmiş şəxs Bakı- Salyan şossesinin 38-ci km-də yerləşən və Dövlət Gömrük Komitəsi tərəfindən icarəyə götürülən “Morfhy” şirkətinin nəzdində olan anbarın anbardarı, 2019-cu ilin aprel ayından 2020-ci ilin iyul ayının sonunadək isə eyni zamanda digər anbar, yəni Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində “heyvan bazarı” adlanan ərazidə yerləşən Zahid adlı şəxsə məxsus olan və Dövlət Gömrük Komitəsi tərəfindən icarəyə götürülən anbarın anbardarı işləmişdir. Yəni son bir ildən artıq müddətdə hər iki anbar onun tabeliyində olmuşdur. Xidməti vəzifələri maddi məsul şəxs olduğu həmin anbarlara təhvil verilən malları təhvil almaq və tələblərə uyğun anbarlarda qorunub saxlanılmasını təmin etmək, müvafiq qərar əsasında saxlancda olan malları aidiyyəti üzrə təhvil vermək və sairdən ibarət olmuşdur. “Morfhy” anbarında yalnız ibtidai istintaqı aparılan və ya istintaqı tamamlanmış cinayət işləri, habelə araşıdırılan materiallar üzrə olan maddi sübutlar saxlanılmış, “Məhəmmədi” anbarında isə müvvəqqəti saxlanılan və ya məhvə gedən mallar saxlanmışdır. “Morfhy” anbarı təhlükəsizlik kameraları ilə təchiz edilsə də, “Məhəmmədi” anbarında bu cür kameralar quraşdırılmamışdır. 27 mart 2020-ci il tarixdə şöbə rəhbəri Şahid7 məlumat vermişdir ki, Abşeron rayonu Güzdək qəsəbəsində aksiz markası olmayan siqaretlərin saxlanması faktı aşkar edilmiş və həmin siqaretləri təhvil alıb saxlanca götürmək lazımdır. Bununla əlaqədar o, 27.03.2020-ci il tarixdə şöbə rəisi Şahid7, anbarın fəhləsi Şahid6 ilə birlikdə Güzdək qəsəbəsinə getmiş, habelə daşınma işinin təşkil edilməsi üçün “166 yük daşıma” xidmətinə müraciət edib 3 ədəd yük maşını işçi qüvvəsi ilə birlikdə sifariş vermişdir. Dövlət Gömrük Komitəsinin daşıma xidməti olmadığından bu cür yüklərin daşınması bağlanmış müqaviləyə əsasən “166 yük daşıma” xidməti tərəfindən həyata keçirilmişdir. Güzdək qəsəbəsinə gedərkən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşlarının orada olduğunu görmüşdür. Keçirilmiş əməliyyat zamanı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1.848 karton qutunun (yeşik) içərisində olmaqla ümumilikdə 924.000 qutu “Milano” markalı, 1.967 karton qutunun (yeşik) içərisində ümumilikdə 983.500 qutu “Cavallo” markalı, 1.168 karton qutunun (yeşik) içərisində ümumilikdə 584.000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun (yeşik) içərisində markalanmamış ümumilikdə 29.000 qutu “X5” markalı siqaretlər aşkar edilmişdir. Həmin gün o, qeyd edilən siqaretləri bir-bir sayaraq Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin baş təhqiqatıçısı Rauf Osmanovdan təhvil almış və bu barədə tərtib olunmuş təhvil-təslim aktını imzalamışdır. Siqaretlər onun müşaiəti ilə “166 yükdaşıma” xidməti vasitəsi ilə birbaşa Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına daşınmış, orada 2-ci mərtəbəyə yüklənib saxlanılması təşkil edilmişdir. Həmin siqaretlər maddi sübut olduğundan “Morfhy” anbarına aparılmalı olsa da, qeyd edilən anbarda yer olmadığından məcbur qalıb Məhəmmədi qəsəbəsindəki anbara aparmışdır. Onun iştirakı ilə siqaretlərin təhvil alınması barədə akt tərtib olunmuş, təhvil alan şəxs kimi o, təhvil verən şəxs kimi isə baş təhqiqatıçısı Rauf Osmanov tərəfindən imzalanmışdır. Təhvil aldığı malı anbara boşaldarkən bir daha tərəfindən sayılmış, heç bir çatışmamazlıq aşkar edilməmişdir. 2020-ci ilin may ayında Dövlət Gömrük Komitəsi tərəfindən Zərərçəkmiş şəxs anbarlarında saxlanılan siqaret məhsullarının siyahısı tələb olunduğundan o, maddi məsul şəxs olduğu həmin 2 anbarda saxlanılan siqaretləri bir daha sayıb siyahısını çıxarmışdır. Həmin vaxt o, qeyd edilən siqaretləri də saymış və heç bir çatışmamazlıq aşkar edilməmişdir. Məhəmmədi qəsəbəsindəki anbarda ondan başqa 2 fəhlə və 2 mühafzəçi işləmiş, başqa işçi olmamışdır. Fəhlələr yalnız yük boşaldıldıqda və ya anbardan hansısa yük aparıldıqda onunla birlikdə anbara daxil olmuş, yəni onsuz heç kim anbara daxil olmamışdır. Mühafizəçilər isə növbəli şəkildə bir gündən bir gecələr saat 18:00-dan növbəti gün saat 09:00-dək anbarı mühafizə etməklə heç vaxt anbara daxil olmamış, xidmətlərini anbarın çölündə təşkil etmişlər. Anbarın ümumilikdə 5 ədəd giriş-çıxış qapısı olmaqla bütün qapıların açarları yalnız onda olmuş, başqa heç kimdə açar olmamış, həmin qapıların hamısı tərəfindən bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş nömrəli plombla bağlanmışdır. Həmin qapılardan adətən 3-ü istifadə edilmiş, işçi kimi özü və fəhlələr işə gələndə yalnız balaca qapı, yük gətirilib-aparılanda isə iri darvazalar açılmışdır. Hər dəfə anbara yükün boşaldılması bitdikdən sonra dərhal tərəfindən bağlanıb nömrəli plomb vurulmuşdur. İş vaxtı həftənin 1-5-ci günləri olmaqla səhər saat 09:00-dan saat 18:00-dək, 6-cı günlər isə qısaldılmış iş vaxtı olmuşdur. Hər gün iş saatı bitdikdən sonra qapıları plomlayıb anbarı mühafizəçiyə təhvil vermiş, növbəti gün isə anbarı mühafizəçidən təhvil alarkən qapıların plomlarına baxıb hər hansı müdaxilənin olub-olmamasını yoxlamışdır. Bu müddət ərzində heç bir qanunsuz hal aşkarlanmamışdır. 20.06.2020-ci il tarixdə şöbə rəisi Şahid7 “koronavirus” xəstəliyinə yoluxduğundan karantinə alınaraq ev şəraitində müalicə olunmuşdur. Bir neçə gündən sonra, yəni 29.06.2020-ci il tarixdə o, da “koronavirus” xəstəliyinə yoluxduğundan ev şəraitində 14 gün müddətində müalicə almış, həmin müddət ərzində heç vaxt işə getməmiş, onu heç kim əvəz etməmiş, anbarın açarı onda olduğuna görə anbar da bağlı olmuşdur. Karantində olduğu müddətdə yalnız bir dəfə anbarın açarını fəhlə Vahid Güləliyevə vermişdir. Belə ki, Əməliyyat- İstintaq Baş İdarəsinin müstəntiqi Vidadi ona zəng edib həmin siqaretlərdən nümunələr götürüb ekspertizaya təqdim etmək lazım olduğunu və bu işi təxirə sala bilməyəcəyini bildirib anbarın açılmasını xahiş etmiş, bundan sonra o, anbarda fəhlə işləyən Vahid Güləliyevi yaşadığı evə çağırıb anbarın açarını sonuncuya verib anbarı açmasını və siqaretlərdən müəyyən qədər nümunə kimi müstəntiqə verməsini xahiş etmişdir. Vahid müstəntiq Vidadinin iştirakı ilə anbarı açıb birlikdə daxil olmuş, siqaretlərdən müəyyən qədər verdikdən sonra birlikdə anbarı bağlamışdır. Vidadi öz istifadəsində olan nəqliyyat vasitəsi ilə Vahidi onun yaşadığı ünvana gətirmiş, Vahid anbarın açarlarını ona təhvil verib getmişdir. Ekspertiza tədqiqatı üçün siqaretlərdən nümunələr götürüldükdən sonra bu barədə protokol tərtib edilmiş, nümunələr götürüldükdən sonra 923.900 qutu “Milano”, 983.400 qutu “Cavallo”, 583.900 qutu “Kent Nanotek 2.0”, 28.900 qutu “X5” markalı siqaret anbarda qalmışdır. 16.07.2020-ci il tarixdə işə çıxmış, həmin vaxt anbarın bütün qapı və pəncərələrin bağlı olub-olmamasını, habelə plombları yoxlamış, heç bir müdaxilə halı aşkar etməmişdir. Anbarı açıb adi qaydada iş fəaliyyətinə başlamış, anbardakı mallara baxış keçirmiş və heç bir neqativ hal müəyyən etməmişdir. Həmin gün, yəni 16.07.2020-ci il tarixdə axşam anbarı bağlayıb getdikdən bir saat sonra, yəni saat 18:00 radələrində şöbə rəisi Şahid7 zəng edib anbarın hansısa pəncərəsinin dəmir barmaqlığının qırılması barədə mühafizə xidmətinin məlumat verdiyini, buna görə mühafizəçinin anbarı təhvil almadığını bildirmişdir. O dərhal anbara getmiş, anbarın 1-ci mərtəbəsində təxminən 30x30 sm ölçüsündə olan kiçik bir pəncərənin çöl tərəfində olan dəmir barmaqlığın fiziki təsir nəticəsində qırıldığını, lakin pəncərənin bağlı olduğunu, habelə şüşəsinin sınmadığını müəyyən etmişdir. Həmin pəncərənin ölçüləri kiçik olduğundan oradan kiminsə içəri girməsi mümkünsüz olmuşdur. Hər ehtimala qarşı anbara daxil olub hər hansı əşyaya toxunulubtoxunulmadığını araşdırmış, heç bir şübhəli vəziyyət aşkar etməmişdir. Həmin pəncərə olan yerdə anbarın içərisində otaq yerləşdiyindən pəncərədən kimsə içəri girsə belə anbara deyil yalnız həmin otağa daxil ola bilərdi. Otağın da qapısı bağlı olduğundan oradan anbara daxil olmaq mümkün olmamışdır. Həmin otaqda siqaret saxlanılmamış, başqa əşyalar olmuşdur. Usta çağırıb dəmir barmaqlığı bərpa etmiş, həmin hadisə nəticəsində anbardan hər hansı əşya itmədiyindən anbarı bağlayıb getmişdir. Bundan bir həftə sonra yəni 23 iyul 2020-ci il tarixdə şöbə rəisi Şahid7 zəng edib Əməliyyat-İstintaq Baş idarəsinin rəis müavini Fiktər Ələsgərlinin onu axtarması barədə məlumat vermişdir. Buna görə o, Fikrət Ələsgərliyə zəng etmiş, sonuncu siqaretlərin hansı anbarda saxlanıldığını soruşanda o, hər iki anbarda siqaret saxlandığını bildirmişdir. Fikrət Güzdək qəsəbəsindən götürülən siqaretlərin hansı anbarda saxlandığını soruşanda o, həmin malın Məhəmmədi qəsəbəsindəki anbarda saxlandığını demişdir. Bundan sonra Fikər Ələsgərli həmin anbarı açmasını tapşırmış, o, həmin anbara gedəndə Əməliyyat- İstintaq Baş idarəsinin rəis müavini Fikrət Ələsgərli, Əməliyyat idarəsinin rəisi Hikmət Bəhrəmov və bir neçə əməliyyatçının orada olduğunu görmüşdür. O, nə baş verdiyini soruşanda Fikər Ələsgərli “bizdə olan məlumata görə burada saxlanılan siqaretlər satışa çıxarılıb” deyə bildirmişdir. O, bunun qeyri-mümkün olduğunu deyəndə Fikrət Ələsgərli onunla razılaşmayıb siqaretləri saymaq üçün gəldiklərini bildirərək anbarı açmasını tələb etmiş, o, da buna etiraz etməyib anbarı açıb siqaretlərin yığıldığı yeri göstərmişdir. Əməliyyatçılar kənardan siqaret qutularını sayıb “Marlboro” markalı siqaretlərdən 33 qutu (yeşik) çatışmadığını bildirmişlər. O, kənardan baxanda həqiqətən də “Marlboro” siqaretlərin yığıldığı qutuların sayında əskiklik olduğunu görmüşdür. Fikrət Ələsgərli aşkar edilən fakt barədə Baş idarə rəisinə məruzə etmək istəyəndə o, tələsməməsini xahiş edərək bəlkə fəhlələrin qutuları səhvən oxşar digər qutularla qarışıq yığdıqlarını bildirib anbarda olan bütün siqaretləri yenidən sayıb çatışmamazlığın səbəbinin nədən ibarət olmasını müəyyən edilməsinə şərait yaratmasını demişdir. Əməliyyatçılar da buna etiraz etməmiş, bundan sonra o, anbarın fəhlələri Şahid5 və Şahid6 iştirakı ilə siqaret qutularınını bir-bir saymağa başlamış, habelə kömək üçün “166 yükdaşıma xidməti”ndən də fəhlə çağırmışdır. Fəhlələr qutuları bir-bir götürüb sayanda siqaret qutuları yığılmış cərgələrin üst hissəsində boşluqların olduğu, yəni bir neçə karton qutuların götürüldüyü, habelə cərgələrin arasında xeyli sayda daxilində siqaret olmayan boş karton qutuların olduğu müəyyən edilmişdir. Yoxlama nəticəsində ümumilikdə təxminən 112 karton qutu siqaret çatışmazlığı aşkar edilmişdir. Hər karton qutunun içərisində 50 blok, hər blokda isə 10 qutu siqaret olmuşdur. “Cavallo”, “Milano”, “Kent Nanotek 2.0” və “X5” markalı siqaretlər ayrı-ayrılıqda sayıldıqdan sonra anbarda “Kent Nanotek 2.0” markalı siqaretdən 583.900 qutu olmalı olduğu halda, 561.318 qutu yəni 22.582 qutu əskik, “X5” markalı siqaretdən 28.900 qutu olmalı olduğu halda, 12.502 qutu, yəni 16.398 qutu əskik, “Cavallo” markalı siqaretdən 983.400 qutu olmalı olduğu halda, 975.398 qutu, yəni 8.002 qutu əskik və “Milano” markalı siqaretdən 923.900 qutu olmalı olduğu halda, 915.447 qutu, yəni 8.453 qutu əskik olduğu müəyyən edilmişdir. Bu nəticədən sonra Fikrət Ələsgərlinin göstərişi ilə anbar onun və əməliyyatçıların plombları ilə bağlanmış, aşkar edilmiş faktlar rəhbərliyə məruzə edildikdən sonra bu barədə protokol tərtib edilmiş, o, həmin protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. Bundan sonra tutduğu vəzifədən azad edilmiş və aşkar edilmiş faktla bağlı DGK-də araşdırma aparılmış, toplanmış materiallar Baş prokurorluğa göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarda ondan başqa məsul şəxs olmadığını, bütün işlərə yalnız onun cavabdeh olduğunu, anbarda ondan başqa iki fəhlə və 2 mühafizəçinin işlədiyini, lakin anbarın açarlarının ondan başqa heç kimdə olmadığını, açarların yalnız onda olduğunu, yuxarıda qeyd edilən haldan başqa açarları heç kimə vermədiyini, fəhlələrin onun iştirakı olmadan anbara daxil olmadıqlarını, mühafizəçilərin isə ümumiyyətlə heç vaxt anbara daxil olmadıqlarını, xidmətlərini anbarın xaricində apardıqlarını, hər gün iş saatı bitdikdən sonra anbarın qapılarını bağlayıb bir dəfəlik istifadə üçün nəzərdə tutulan nömrəli plomb vurduğunu, həmin müddətdə heç vaxt anbarın qapılarına və plomblarına kənar müdaxilə edilməsi halının baş vermədiyini, anbarın daxilində və xaricində heç yerində müşahidə kameralarının olmadığını, həmin siqaretlərin onun tərəfindən götürülmədiyini, baş verən hadisəyə heç bir aidiyyəti olmadığını, bununla əlaqədar heç bir təqsiri olmadığını, siqaretlərin kim tərəfindən və hansı şəraitdə götürülməsi barədə heç bir məlumatı olmadığını, koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar 29.06.2020-ci il tarixdən 15.07.2020-dək işə çıxmadığını, bu müddətdə anbarın nəzarətsiz qaldığını, bu vəziyyətdən kimlərinsə istifadə edib həmin zaman kəsiyində siqaretləri oğurladığını, həmin siqaretlərin Bakı şəhərində müxtəlif satış məntəqələrində satıldığını göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəməklə talamış, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində əmlakı külli miqdarda ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan aradan qaldırılmasa da sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərində aksiz markası olmayan siqaretlərin satışında artım olduğunu müəyyən etmiş, bundan sonra siqaretlərin haradan gəlməsini araşdırmışdır. Mövcud qaydalara əsasən xaricdən ölkəyə gələn hər bir şəxs özü ilə müəyyən edilmiş miqdarda (1 blok) siqaret gətirə bilər. Adətən həmin siqaretlər sonradan müəyyən köşklərdə satışa çıxarılmışdır. Hətta müəyyən şəxslər Gürcüstan və ya İrandan gələn hər bir vətəndaşa 1 blok siqaret verib sərhədi keçirəndən sonra digər bir şəxs həmin siqaretləri bir-bir yığıb sonradan satışa çıxarmaqla məşğul olmuşdur. Lakin “COVİD- 19” virusu ilə əlaqədar ölkə sərhədləri 2020-ci ilin yaz aylarından bağlandığından xaricdən aksizsiz siqaretlərin gətirilməsi xeyli azalmışdır. Belə bir şəraitdə satışda aksizsiz siqaretlərin artması diqqətini çəkmiş, bununla bağlı Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkili Şahid2 ilə birlikdə əməliyyat yolu ilə məlumat toplayarkən məlum olmuşdur ki, satışda çoxlu sayda Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan “Marlboro” və “Kent” markalı siqaretlər vardır. Bu siqaretlərin haradan satışa çıxarılması ilə bağlı məlumat toplayarkən siqaretlərin gömrükdən verilməsi barədə məlumat almışdır. Bir qədər də araşdırma apardıqdan sonra həmin siqaretlərin DGK-nin Zərərçəkmiş şəxs Məhəmmədi qəsəbəsindəki anbarından çıxarılmasını müəyyən etmişdir. Dərhal bu barədə rəhbərliyə məruzə etmiş, bundan sonra Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən təşkil edilmiş qrup tərəfindən həmin anbara baxış keçirilərək orada maddi sübut kimi saxlanılan siqaretlər təkrarən sayılmış və müəyyən olunmuşdur ki, “Kent”, “Marlboro”, “Cavallo” və “Milano” markalı siqaretlərdən böyük sayda çatışmamazlıq vardır. Bundan sonra bu barədə xidməti araşdırma aparılmış və anbara maddi məsul şəxs Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. Bundan başqa Şahid1 ifadəsində həmin anbarın açarının yalnız baş inspektor Təqsirləndirilən şəxs olduğunu, açarların başqa heç kimdə olmadığını, anbara kənardan girib oradan nəsə oğurlamağın qeyri-mümkün olduğunu, Ağaəlinin xəbəri olmadan anbardan hər hansı malın qanunsuz çıxarılmasının mümkünsüz olduğunu, 100-dən artıq karton qutu siqaretin kifayət qədər böyük həcm təkil etdiyini, yəni bu qədər yükün bir dəfəyə aparılmasının mümkün olmadığını, bunun üçün iri yük maşını tələb olunduğunu, odur ki, siqaretlərin hiss-hissə aparıldığını, əməliyyat yolu ilə məlumat topladığı vaxt həmin siqaretlərin Bakı şəhərində aksizsiz siqaret satışı ilə məşğul olan bütün köşklərdə satıldığını, hətta şərti alıcı kimi özünün 1 saylı klinik xəstəxananın (Semaşko) yaxınlığındakı köşkdən aksiz markası olmayan “Kent” və “Marlboro” markalı siqaretlər aldığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid6 Hacıağa oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayından Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks’’ Birliyinin “Ümumi” şöbəsində fəhlə işləyir. Rəsmiyyətdə “Ümumi” şöbənin işçisi olsa da, faktiki Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin nəzdində olan saxlanc anbarlarında fəhlə işləyir. Buna görə işə dair ona göstərişləri şöbə rəisi Şahid7 və baş inspektor Ağəli Cəlilzadə vermişdir. Həmin anbarlardan biri Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin 28-ci kilometrliyində “Murphy” şirkətinin ərazisində, digəri isə, Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşmişdir. Həmin anbarlarda ondan başqa Şahid5 da fəhlə işləmişdir. Hər iki anbara maddi məsul şəxs baş inspektor Təqsirləndirilən şəxs oğl oulmuşdur. Bir fəhlə kimi onun işi anbara gətirilən malların boşaldılması, təhvil verilən malın isə nəqliyyat vasitəsinə yüklənməsindən ibarət olmuşdur. İş rejimi belə olmuşdur ki, anbara hansısa yük gətiriləndə və ya aparılanda, yəni fəhlə işinə ehtiyac olanda anbarın rəhbəri Təqsirləndirilən şəxs çağırışı ilə işə getmiş, digər vaxtlarda işə, yəni anbara getməmişdir. Anbara yüklərin boşaldılması və ya anbardan hansısa yükün aparılması zamanı bütün proseslərdə məsul şəxs Ağəli Cəlilzadə iştirak edərək işinə nəzarət etmiş, Ağaəlinin iştirakı olmadan heç bir yük anbara boşaldılmamış və ya anbardan aparılmamışdır. 27.03.2020-ci il tarixdə qeyd edilən siqaretlərin anbara gətirilməsi və boşaldılması prosesində fəhlə kimi iştirak etmiş, ondan başqa “166 yükdaşıma” xidmətin fəhlələri də həmin yükün anbara boşaldılmasına köməklik etmişlər. Ümumi yükün həcmi 3 “TİR” yük maşını miqdarında olmuş, lakin siqaretlərin konkret sayı barədə məlumatı olmamışdır. Bu barədə siqaretləri təhvil alan Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Həmin gün siqaretlər anbarın ikinci mərtəbəsinə yığıldıqdan sonra həmin yüklə bağlı heç bir hərəkət olmamış, yəni fəhlə kimi o, həmin yükü başqa yerə daşımamış, ümumiyyətlə həmin gündən sonra anbarın 2-ci mərtəbəsində olmamışdır. 2020-ci ilin iyun ayının sonunda Ağaəli “koronavirus” xəstəliyinə yoluxmuş, bununla əlaqədar 15 gün ev şəraitində müalicə almışdır. Həmin müdətdə Təqsirləndirilən şəxs heç kim əvəz etməmiş, anbarın açarı sonuncuda olmaqla anbar bağlı olmuşdur. Bu müddətdə xidməti zərurət ilə əlaqədar Ağaəli 2 dəfə anbarın açarını ona vermişdir. Belə ki, Tovuz gömrük idarəsinin Hümbət adlı inspektoru anbara kiçik yük təhvil verməli olduğundan Ağaəli onu yaşadığı evə çağırıb anbarın açarını verib həmin yükü qəbul etməsini tapşırmışdır. O da Ağəlidən açarı alıb “Məhəmmədi” anbarına getmiş, ora çatanda Hümbətin anbarın qarşısında onu gözlədiyini görmüşdür. Anbarı həmin əməkdaşın iştirakı ilə açıb yükü qəbul etdikdən sonra birlikdə də bağlayıb çıxmış, həmin vaxt anbardan bir ədəd plomb götürüb açdığı qapıya vurmuşdur. Bundan sonra birbaşa Ağaləinin evinə gedib açarı sonuncuya təhvil vermişdir. Bir neçə gündən sonra isə Ağaəli yenidən ona zəng edib qeyd edilən siqaretlərin aid olduğu cinayət işin istintaqını aparan müstəntiq Vidadinin həmin siqaretlərdən ekspertiza tədqiqatı üçün nümunələr götürməli olduğunu bildirərək anbarı açmasını demişdir. Bundan sonra o, Ağaəlinin yaşadığı evə gedib açarı götürərək anbara getmiş, onu gözləyən müstəntiqlə birlikdə anbarı açıb daxil olmuş, Vidadi siqaretlərdən nümunələr götürdükdən sonra bu barədə protokol yazıb ona imza etdirmiş, daha sonra isə birlikdə anbardan çıxmışlar. Maşınsız olduğundan müstəntiq onu öz maşını ilə Ağaəlinin yaşadığı evə ötürmüş, o, anbarın açarını Ağaəliyə təhvil verib getmişdir. Bu hallardan başqa o, heç vaxt anbara Ağaəlinin iştirakı olmadan daxil olmamışdır. 23 iyul 2020-ci il tarixdə Ağəli Cəlilzadə ona zəng edib Məhəmmədi anbarına gəlməsini demiş, saat 13 radələrində anbara gələndə Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının orada olduğunu görmüşdür. Onun və Ağəlinin iştirakı ilə anbarda olan siqaretlər təkrarən sayılmış, nəticədə çoxlu sayda karton qutuların boş olduğu, yəni siqaretlərdən çatışmazlıqların olduğu müəyyən edilmişdir. Bununla əlaqədar DGK-də araşdırma aparılmış, nəticədə Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. Bundan başqa Şahid6 ifadəsində qeyd olunan siqaretlərin hansı şəraitdə yoxa çıxması və ya kim tərəfindən götürülməsi barədə heç bir məlumatı olmadığını, anbara maddi məsul şəxs Təqsirləndirilən şəxs olduğunu, anbarın açarları, habelə bir dəfəlik istifadə üçün nəzərdə tutulan nömrəli plombların həmişə Ağaəlidə olduğunu, başqa heç kimdə olmadığını, qapılar hər dəfə bağlanarkən bu plomblardan vurulduğunu, gündüz vaxtı anbarın mühafizə edilmədiyini, yalnız saat 18:00-dan saat 09:00-dək anbarın çöl tərəfindən mühafizə xidməti təşkil olunmaqla qorunduğunu, anbarın daxilində və xaricində heç yerdə təhlükəsizlik kameralarının olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında mühafizəçi kimi işləmişdir. Həmin ərazidə Zərərçəkmiş şəxs 2 ədəd anbarı olmuş, onlardan birinə Təqsirləndirilən şəxs, digərinə isə başqa şəxs cavabdeh olmuş, hər bir anbarın ətrafı hasara alınmaqla həyətləri ayrı olmuşdur. Anbarın mühafizəsi yalnız gecələr həyata keçirilməklə hər gün saat 18:00-dan növbəti gün saat 09:00-dək təşkil olunmuşdur. Həmin anbarı bir gündən bir növbəli şəkildə digər mühafizəçi Şahid4 ilə mühafizə etmişlər. Səhər saatlarında, yəni saat 09:00-da saat 18:00-dək anbarda işçilər olduğuna görə anbar mühafizə olunmamışdır. Hər gün işə çıxarkən ilk növbədə anbarın bütün qapı və pəncərələrinin bağlı olub-olmamasını, habelə qapılara nömrəli plombların vurulub-vurulmamasını, plomblara müdaxilə halın olub-olmamasını yoxlamışdır. Hər hansı qanunsuz hal aşkar edilmədikdə növbəni təhvil alaraq xidməti təşkil etmişdir. Mühafizəçi kimi heç vaxt anbarın içərisinə daxil olmamış, orada hansı malların saxlanması barədə məlumatı olmamış, mühafizə xidmətini çöldə, anbarın ətrafında gəzməklə təşkil etmişdir. İşlədiyi müddətdə anbarın açar və plomblarına hər hansı müdaxilə edilməsi halı ilə rastlaşmamışdır. Yalnız bir dəfə 16.07.2020-ci il tarixdə növbəni qəbul edərək anbarın qapı və pəncərələrini yoxlayarkən birinci mərtəbədə 30x30 sm ölçülərində kiçik bir pəncərənin (nəfəsliyin) dəmir barmaqlıqlarının divara bərkidilən yerindən qırıldığını, bunun hiss olunmaması üçün həmin barmaqlığın pəncərənin çərçivəsinə söykədildiyini, pəncərənin isə açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. O, bu barədə dərhal mühafizə xidmətin rəhbərliyinə, habelə anbarların rəhbəri Şahid7 məlumat vermiş, bir müddət sonra anbara maddi məsul şəxs Təqsirləndirilən şəxs ora gəlmişdir. Ağaəli həmin pəncərəyə baxıb həmin pəncərənin anbardakı silah otağına açıldığını bildirmişdir. Daha sonra Ağaəli anbarı açıb içəridə hər hansı çatışmazlığın olub-olmamasını araşdırmış, silah otağın qapısının bağlı olduğunu, yəni həmin otaqdan anbara daxil olmaq mümkün olmadığını bildirmişdir. Otaqdakı əşyaları da yoxlayıb hər hansı çatışmazlıq olmadığını demiş, anbarın qapısını bağlayıb plombladıqdan sonra usta çağırıb dəmir barmaqlığı yerinə bərkitmişdir. Ağaəli hər şeyin qaydasında olduğunu bildirdikdən sonra o, növbəni təhvil alıb anbarı mühafizə etmişdir. Bundan bir həftə sonra, yəni 23 iyul 2020-ci il tarixdə digər mühafizəçi Şahid4 növbəyə gəldikdə orada DGK-nin çoxlu sayda əməkdaşlarının olmasını görmüş, həmin əməkdaşlar anbarın içərisində olan siqaretləri sayarkən çoxlu sayda çatışmazlıqlar aşkar etmələrini bilmişdir. O, siqaretlərin hansı şəraitdə və kim tərəfindən aparılmasını bilməmiş, xidmət göstərdiyi müddətdə onun növbəsində anbardan heç bir oğurluq halı olmamışdır. Anbara kənardan kiminsə girib oğurluq etməsi mümkün deyildir. Belə ki, anbar kimsəsiz, çöllük bir ərazidə yerləşməklə ətrafı mişar daşı ilə hündür hasara alınmış, həyətinə girmək üçün ayrıca darvazası vardır. Kənar yerdən anbarın həyətinə girmək mümkün deyildir. Anbarın birinci mərtəbəsindəki bütün pəncərələrdə dəmir barmaqlıqlar olmuş, ikinci mərtəbə isə yerdən kifayət qədər hündürlükdə yerləşməklə daim içəridən bağlı olmuşdur. Anbarın yerləşdiyi ərazi küləkli-tozlu olduğundan bütün pəncərələr həmişə tozlu olmuş, əgər kimsə 2-ci mərtəbənin pəncərəsindən içəri girməyə cəhd etsə pəncərənin üzəridəki toz ləkələrində izləri qalmalı idi. Mühafizəçi kimi anbarın açarı onda və Şamxalda olmamışdır. Onda yalnız anbarın həyətinə açılan darvazanın açarı olmuşdur. Həmin hadisəyə qədər anbarda mühafizə kameraları olmamış, yalnız bu hadisədən sonra anbarın içərisinə və çölünə lazımi yerlərdə çoxsaylı mühafizə kameraları quraşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, keçən ilin iyun ayında xəstə olduğundan işə çıxmamışdır. Gömrük Komitəsindən ona zəng olunmuş və DGK Zərərçəkmiş şəxs dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlanc anbarına baxış keçirilməsi üçün əməliyyatçıların gəldiyini bildirmişlər. O da Təqsirləndirilən şəxs zəng vuraraq, anbara baxış keçirilməsi üçün şərait yaradılmasını bildirmişdir. Ağaəli də ona anbardakı malların sayıldığını və çatışmazlıq olduğunu demişdir. Anbar yoxlanıldıqdan sonra bununla bağlı akt tərtib olunmuş, Ağaəli işdən çıxarıldıqdan sonra idarədaxili komissiya yaradılmışdır. Anbar yoxlanılarkən, aşkar edilən çatışmazlıqlar ciddi olmamışdır. Ağaəli işdə olmayanda sonuncunu o, əvəz etmişdir. O, xəstələndiyində 1 ay yarım işə çıxmamışdır. Anbarda olan malların Ağaəlinin götürməsi ilə bağlı hər hansı bir məlumatım yoxdur. Mühafizidən ona bildirmişlər ki, anbarın pəncərəsi sınıq olmuşdur. Anbar yoxlanıldıqdan sonra ciddi pozuntu aşkar edilməmişdir. Anbarın açarları Ağaəlidə olmuşdur. DGK-də kompleks yoxlama aparıldıqdan sonra da ciddi pozuntu faktı aşkar edilməmişdir. Siqaretlərin qalan hissəsi Müdafiə Nazirliyinə təhvil verilmişdir. Anbarın barmaqlıqlarının hündürlüyü 1.5 metr olmuşdur. Barmaqlıqların arasındakı məsafə 5-6 sm olmuş, anbarın pəncərəsindən həmin malların çıxarılıb aparılması mümkün deyil. Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1996-cı ildən Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxsndə müxtəlif vəzifələrdə işləmiş, 2011-ci ildən hal-hazıradək isə həmin Birliyin “Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı” şöbəsinin rəisi vəzifəsində işləyir. Rəhbəri olduğu şöbədə 16 inspektor işləmişdir. Şöbənin tabeliyində 3 müvəqqəti saxlanc anbarı olmaqla onlardan biri Abşeron rayonu, Sulutəpə qəsəbəsində “Azərsun” Holdingin anbarında, digəri Qardağ rayonu Salyan şossesində “Morfhy” şirkətində və 3-cüsü isə Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşmişdir. Hər üç anbar DGK-tərəfindən icarəyə götürülmüşdür. “Azərsun” Holding və “Morfhy” şirkətlərin anbarları həmin şirkətlər tərəfindən yüksək səviyyədə mühafizə olunduğuna görə cinayət işləri üzrə maddi sübutlar və digər qiymətli əşyalar həmin anbarlarda saxlanılmışdır. Məhəmmədi anbarın mühafizəsi olmadığına görə həmin anbar Zərərçəkmiş şəxs Mühafizə xidməti tərəfindən hər gün saat 18:00-dan növbəti gün saat 09:00-dək mühafizə edilmiş, gündüz saatlarında isə anbar mühafizə olunmamışdır. “Morfhy” və “Məhəmmədi” anbarlarına məsul şəxs ispektor Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs həmin şöbədə 2015-ci ildən inspektor kimi işləmiş, 2018-ci ilin sentyabr ayından etibarən isə qeyd olunan anbarlara maddi məsul şəxs təyin olunmuşdur. 27 mart 2020-ci il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində ölkəyə qanunsuz gətirilmiş aksiz markası olmayan siqaretlərin saxlanması faktı aşkar edilmiş, həmin siqaretləri təhvil alıb saxlanca götürmək lazım olduğundan o, 27.03.2020-ci il tarixdə inspektor Təqsirləndirilən şəxs, habelə anbarın fəhləsi Şahid6 ilə birlikdə Güzdək qəsəbəsinə getmişdir. Habelə daşınma işinin təşkil edilməsi üçün “166 yük daşıma” xidmətinə müraciət edib 3 ədəd TİR işçi qüvvəsi ilə birlikdə sifariş vermişlər. Dövlət Gömrük Komitəsinin daşıma xidməti olmadığından bu cür yüklərin daşınması bağlanmış müqaviləyə əsasən “166 yük xidməti” tərəfindən həyata keçirilmişdir. Keçirilmiş əməliyyat zamanı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1.848 karton qutunun (yeşik) içərisində olmaqla ümumilikdə 924.000 qutu “Milano”, 1.967 karton qutunun (yeşik) içərisində ümumilikdə 983.500 qutu “Cavallo”, 1.168 karton qutunun (yeşik) içərisində ümumilikdə 584.000 qutu “Kent Nanotek 2.0” və 58 karton qutunun (yeşik) içərisində ümumilikdə 29.000 qutu “X5” markalı siqaretlər aşkar edilmişdir. Həmin siqaretlər maddi məsul şəxs kimi Təqsirləndirilən şəxs tərəfindən bir-bir sayılaraq Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatıçısı Rauf Osmanovdan təhvil alınmış və Ağaəlinin müşayəti ilə “166 yükdaşıma” xidməti vasitəsi ilə bir-başa Dövlət Gömrük Komitəsinin Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına daşınmışdır. Orada yük anbarın 2-ci mərtəbəsinə yüklənərək saxlanılması təşkil edilmişdir. Həmin siqaretlər cinayət işi üzrə maddi sübut olduğundan əslində “Morfhy” anbarına aparılmalı olsa da həmin vaxt qeyd edilən anbarda boş yer olmadığından məcbur qalıb Məhəmmədi kəndindəki anbara aparılmışdır. Siqaretlərin təhvil verilməsi barədə tərtib olunmuş akt təhvil alan şəxs kimi Təqsirləndirilən şəxs, təhvil verən şəxs kimi isə baş təhqiqatıçısı Rauf Osmanov tərəfindən imzalanmışdır. Təhvil alınan yük anbara boşaldılarkən Təqsirləndirilən şəxs tərəfindən bir daha sayılmış və heç bir çatışmamazlıq aşkar edilməmişdir. 2020-ci ilin may ayında Dövlət Gömrük Komitəsi tərəfindən Zərərçəkmiş şəxs anbarlarında saxlanılan siqaret məhsullarının siyahısı tələb olunduğundan o, da bu barədə Ağaəliyə göstəriş verib tabeliyində olan anbarlardakı siqaretlərin siyahısını çıxarmasını tapşırmışdır. Həmin vaxt Ağaəlinin təqdim etdiyi siyahıda hər hansı çatışmamazlıq aşkar edilməmişdir. Məhəmmədi anbarında Ağaəlidən başqa 2 fəhlə və 2 mühafzəçi işləmiş, başqa işçi olmamışdır. Fəhlələr yalnız anbara yük boşaldıldıqda və ya anbardan hansısa yük aparıldıqda Ağaəli ilə birlikdə anbara daxil olmuşlar. Yəni maddi məsul şəxs kimi Ağaəli olmadan anbara heç kim daxil olmamışdır. Mühafizəçilər isə növbəli şəkildə bir gündən bir gecələr saat 18:00-dan növbəti gün saat 09:00-dək anbarı mühafizə etmişlər. Mühafizəçilər heç vaxt anbara daxil olmamış, xidmətlərini anbarın çölündə təşkil etmişlər. Anbarın bütün qapılarının açarları yalnız Ağaəlidə olmuş, başqa heç kimdə olmamışdır. Yəni şöbə rəisi kimi anbarın açarı onda da olmamışdır. Hər gün qapı bağlanarkən Ağaəli tərəfindən bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş nömrəli plomblarla bağlanmışdır. İş vaxtı həftənin 1-5-ci günləri saat 09:00-dan saat 18:00-dək, 6-cı günlər isə saat 13:00-dək olmuşdur. Hər gün iş saatı bitdikdən sonra Ağaəli qapıları plomlayıb anbarı mühafizəçiyə təhvil vermiş, növbəti gün isə anbarı mühafizəçidən qapıların plombları yoxlayıb təhvil almışdır. Bu müddət ərzində heç bir qanunsuz hal aşkarlanmamışdır. 20.06.2020-ci il tarixdə “koronavirus” xəstəliyinə yoluxduğuna görə karantina alınaraq ev şəraitində müalicə olunmuşdur. Bir neçə gün sonra yəni, 29.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs də həmin virusa yoluxduğunu, bu səbəbdən karantina alınmaqla ev şəraitində müalicə aldığını eşitmişdir. Ağaəlinin müalicə olunduğu dövrdə sonuncunu heç kim əvəz etməmiş, həmin müddətdə anbarın açarları Ağaəlidə olmuş, anbar bağlı olmuşdur. Yalnız bir dəfə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi Vidadinin həmin siqaretlərdən nümunələr götürüb ekspertizaya təqdim etməsi üçün anbar açılmış, lakin bunun konkret necə edilməsi barədə məlumatı olmamışdır. Müstəntiq hər çeşid siqaretdən nümunələr götürdükdən sonra bu barədə protokol tərtib etmiş, Ekspertiza tədqiqatı üçün nümunələr götürüldükdən sonra 923.900 qutu “Milano”, 983.400 qutu “Cavallo”, 583.900 qutu “Kent Nanotek 2.0” və 28.900 qutu “X5” markalı siqaret anbarda qalmışdır. 16.07.2020-ci ildə Təqsirləndirilən şəxs işə çıxmış, onun müalicəsi isə davam etmişdir. Ağaəli işə çıxarkən anbarın bütün qapılarının plombları yoxlamış, heç bir qanunsuz hal aşkar etməmişdir. Elə həmin gün yəni, 16.07.2020-ci il tarixdə axşam saat 18 radələrində anbarın mühafizəçisi ona zəng edib anbarın kiçik pəncərəsinin dəmir barmaqlığının qırılması barədə məlumat vermişdir. O, da Ağaəliyə zəng edib bu barədə məlumat vermiş və gedib yerində araşdırıb məruzə etməsini tələb etmişdir. Bir neçə saatdan sonra Ağaəli zəng edib anbarın 1-ci mərtəbəsində ölçüləri təxminən 30x30 sm olan kiçik bir pəncərənin çöl tərəfində olan dəmir barmaqlıqların fiziki təsir nəticəsində qırılması və pəncərənin açıq vəziyyətdə olması barədə məlumat vermişdir. Lakin həmin pəncərə olan yerdə anbarın içərisində otaq yerləşmiş, həmin otağın da qapısı bağlı vəziyyətdə olmuşdur. Yəni pəncərədən kimsə içəri girsə belə anbara yox yalnız həmin otağa daxil ola bilərdi. Anbarın içərisinə daxil olmaq üçün həmin otağın dəmir qapısı da açılmalıdır. Həmin otaqda da siqaret deyil başqa əşyalar saxlanılmışdır. Ağaəli anbara daxil olub hər hansı əşyaya toxunulubtoxunulmadığını yoxlamış, heç bir şübhəli vəziyyət aşkar etməmişdir. Buna görə pəncərənin dəmir barmaqlığını yerinə düzəltdirib və anbarı bağlayıb getmişdir. Bundan bir həftə sonra yəni 23 iyul 2020-ci il tarixdə karantində olduğu vaxt, Əməliyyat-İstintaq Baş idarəsinin rəis müavini Fiktər Ələsgərli ona zəng edib “Morfhy” anbarına baxış keçirmək istədiyini bildirmişdir. O, da heç bir problem olmadığını, məsul şəxs Ağaəliyə həmin anbarı açmaq barədə göstəriş verəcəyini bildirmişdir. Bundan sonra Ağaəliyə zəng edib bu baədə məlumat vermiş və “Morfhy” anbarını açmasını tapşırmışdır. Bir müddət sonra Ağaəli zəng etdib Fikrət Ələsgərlinin “Morfhy” anbarına deyil, “Məhəmmədi” anbarında saxlanılan siqaretlərə baxış keçirmək istədiyini bildirmişdir. O, da həmin anbarı açıb baxış keçirilməsinə şərait yaratmasını tapşırmışdır. Bundan bir neçə saat sonra Ağaəli ona zəng edib Əməliyyat-İstintaq idarəsinin əməliyyatçılarının siqaretlərə baxış keçirib sayarkən müxtəlif markal siqaretlərdən ümumilikdə 33 yeşik siqaretin çatışmadığını müyyən etdiklərini bildirmişdir. O, bunun necə baş verdiyi soruşanda Ağaəli məlumatı olmadığını demişdir. O, telefon danışığı zamanı buna izah verməsini tələb etsə də, Ağaəli təkrar-təkrar heç nədən məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, Ağaəlidən tələb etmişdir ki, anbardakı bütün siqaretləri bir-bir sayıb yoxlasın, bəlkə harasa qoyulub, səhfən belə bir nəticə ortaya çıxıb. Ağaəliyə göstəriş verib kömək üçün “166 yük daşıma” xidmətindən fəhlə çağırmasını, siqaretləri bir-bir təkrar saydırmasını tapşırmışdır. Ağaəli bildirmişdir ki, əməliyyatçılar anbarda saxlanılan siqaretlərin satışa çıxarıldığını deyir. O, dərhal siqaretlərin təkrar sayılmasını tələb etmiş və yoxlamaya gələn əməkdaşlardan buna şərait yaradılmasını xahiş etmişdir. Ağaəli siqaretləri təkrar saydırdıqdan sonra zəng edib nəticədə 33 yeşik deyil, daha çox, yəni 112 yeşik siqaret çatışmadığını bildirmişdir. Təkrar sayma zamanı anbarda siqaret qutuları yığılımış cərgələrin üst hissəsində boşluqların olduğu, yəni karton qutuların olmadığı, habelə xeyli sayda daxilində siqaret olmayan boş karton qutuların olduğu müəyyən edilmişdir. “Cavallo”, “Milano”, “Kent Nanotek 2.0” və “X5” markalı siqaretlər ayrı-ayrılıqda sayıldıqdan sonra müəyyən edilmişdir ki, ekspertiza tədqiqatından sonra anbarda “Kent Nanotek 2.0” markalı siqaretin qalıq sayı 583.900 qutu olmalı olduğu halda, 561.318 qutu, yəni 22.582 qutu əskik, “X5” markalı siqaretin qalıq sayı 28.900 qutu olmalı olduğu halda, 12.502 qutu, yəni 16.398 qutu əskik, “Cavallo” markalı siqaretin qalıq sayı 983.400 qutu olmalı olduğu halda, 975.398 qutu, yəni 8.002 qutu əskik və “Milano” markalı siqaretin qalıq sayı 923.900 qutu olmalı olduğu halda, 915.447 qutu, yəni 8.453 qutu əskik olduğu müəyyən edilmişdir. O, nə baş verdiyini başa düşməmiş, bunun necə baş verdiyini soruşanda Ağaəli bundan heç bir xəbəri olmadığını bildirmişdir. Bundan sonra anbar bağlanıb plomblanmış, aşkar edilmiş faktlar rəhbərliyə məruzə edilmişdir. Bu barədə araşdırma aparılaraq müvafiq işçilərin izahatları alınmış, anbara maddi-məsul şəxs Ağaəli həmin siqaretlərin kim tərəfindən oğurlanması və ya hansı şəraitdə yoxa çıxması barədə heç bir məlumatı olmadığını bildirsə də tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxsin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmas şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş maddi sübutun təhvil verilməsi barədə 27.03.2020-ci il tarixli aktdan məlum olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X3 Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 924.000 qutu “Milano”, 983.500 qutu “Cavallo”, 584.000 qutu “Kent Nanotek 2.0” və 29.000 qutu “X5” markalı tütün məmulatlarını (siqaretləri) saxlancın təmin edilməsi üçün 27.03.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyən və həmin Birliyin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına maddi məsul şəxs Təqsirləndirilən şəxs təhvil vermiş, həmin akt sonuncu tərəfindən imzalanmaqla qeyd edilən siqaretlər saxlanca təhvil alınmışdır. Cinayət işinə əlavə edilmiş 23.07.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində “Mal bazarı” adlanan ərazidə yerləşən anbara müvəqqəti saxlanca təhvil verilmiş siqaretlərin əskik olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən həmin anbara maddi məsul şəxs Təqsirləndirilən şəxs iştirakı ilə siqaretlərə baxış keçirilərkən siqaret qutuları (yeşikləri) yığılmış cərgələrin üst hissəsində boşluqların, həmçinin digər cərgələrdəki içərisi siqaretlərlə dolu olan karton qutuların arasında, içərisində siqaret olmayan boş karton qutuların olduğu müəyyən edilmişdir. Bundan sonra aksiz markası ilə markalanmayan “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X5” markalı siqaretlər ayrı-ayrılıqda sayılmış, ekspertiza tədqiqatından sonra anbarda “Kent Nanotek 2.0” markalı siqaretin qalıq sayı 583.900 qutu olmalı olduğu halda, 561.318 qutu, yəni 22.582 qutu əskik, “X5” markalı siqaretin qalıq sayı 28.900 qutu olmalı olduğu halda, 12.502 qutu, yəni 16.398 qutu əskik, “Cavallo” markalı siqaretin qalıq sayı 983.400 qutu olmalı olduğu halda, 975.398 qutu, yəni 8.002 qutu əskik və “Milano” markalı siqaretin qalıq sayı 923.900 qutu olmalı olduğu halda, 915.447 qutu, yəni 8.453 qutu əskik olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 mart 2020-ci il tarixli, 34/151/011850 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. - Ekspertiza tədqiqatına təqdim edilmiş “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X5” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. - Ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda tütün məmulatların (siqaretlərin) 26 mart 2020-ci il tarixə orta bazar qiyməti aşağıdakı kimidir Milano – 1.5 manat, Cavallo – 1.5 manat Kent Nanotek 2.0 – 3 manat X5 – 4 manat Cinayət işinə əlavə edilmiş 16.12.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına saxlanca verilmiş tütün məmulatların (siqaretlərin) çatışmayan hissəsinin qiyməti aşağıdakı kimi olmuşdur. - Milano markalı siqaretin 1 qutunun dəyəri 1.5 manat olmaqla 8.453 qutu siqaretin ümumi dəyəri 12.679,5 (on iki min altı yüz yetmiş doqquz manat əlli qəpik) manat, - Cavallo markalı siqaretin 1 qutunun dəyəri 1.5 manat olmaqla 8.002 qutu siqaretin ümumi dəyəri 12.003 (on ik min üç) manat, - “Kent Nanotek 2.0” markalı siqaretin 1 qutunun dəyəri 3 manat olmaqla 22.582 qutu siqaretin ümumi dəyəri 67.746 (altmış yeddi min yeddi yüz qırx altı) manat, - “X5” markalı siqaretin 1 qutunun dəyəri 4 manat olmaqla 16.398 qutu siqaretin ümumi dəyəri 65.592 (altmış beş min beş yüz doxsan iki) manat olmaqla, qeyd edilən 4 adda tütün məmulatların (siqaretlərin) ümumi dəyəri 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş əmrlərdən və müqavilədən məlum olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs direktorunun 29.08.2018-ci il tarixli, 182/482Ş nömrəli əmri ilə Cəlilzadə X1 Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. Birliyin direktorunun 10.09.2018-ci il tarixli, 182/545 Ş nömrəli digər əmri ilə həmin Birliyin Bakı şəhəri Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi və Bakı şəhəri Səngəçal qəsəbəsi, Salyan şössesi 52 ünvanındakı anbarlar müvafiq əməkdaşlardan təhvil alınıb Təqsirləndirilən şəxs təhvil verilmişdir. 10.09.2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs direktorunun digər əmrləri ilə Təqsirləndirilən şəxs 20.05.2016-cı il tarixdən yuxarıda qeyd edilən vəzifəyə təyin edilənədək həmin Birliyin ayrı-ayrı şöbələrində müxtəlif vəzifələrə təyin edilmiş, hər dəfə onunla tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs direktorunun 30.07.2020-ci il tarixli, 2300/205Ş nömrəli əmri ilə Təqsirləndirilən şəxs əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Zərərçəkmiş şəxs direktorunun 30.12.2016-cı il tarixli 107 saylı əmri ilə təsdiq edilmiş həmin Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3 və 5.6-cı bəndlərinə, habelə həmin Birliklə aralarında bağlanmış 10 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük orqanının müraciəti əsasında Birliyin anbarlarına qəbuletmə aktı tərtib etməklə qəbul edilməsini həyata keçirmək, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə gömrük orqanları tərəfindən saxlanca götürülmüş və isintaq altında olan malların anbarlara qəbul edilməsini həyata keçirmək, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi malların anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirmək, Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək və digər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi olmaqla, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmaq, müəssənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini adınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmaq və müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerə təqdim etmək kimi öhdəlikləri olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən qeyd edilən siqaretlərin (tütün məmulatların) Təqsirləndirilən şəxs təhvil verilməsi barədə tərtib edilmiş 27.03.2020-ci il tarixli “maddi sübutun təhvil verilməsi” haqqında akt maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs maddi məsuliyyətində olan anbarda müəyyən edilmiş çatışmazlıqlardan xəbərsiz olması kimi ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olması, zərərçəkmişlə barışaraq razılıq əldə etməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasıdır. Onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il snaq müddəti olaraq müəyyən etməklə şərti olaraq tətbiq edilməsi məqsədə müvafiqdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmalı və sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Təqsirləndirilən şəxs təhvil verilməsi barədə tərtib edilmiş 27.03.2020-ci il tarixli “maddi sübutun təhvil verilməsi” haqqında akt iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213-1.2.1 maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Təqsirləndirilən şəxs təhvil verilməsi barədə tərtib edilmiş 27.03.2020-ci il tarixli “maddi sübutun təhvil verilməsi” haqqında akt cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar