Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-72/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Anar Hüseynağa oğlu Həsənovun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, «Pəhləvanlar» kafesinin sahibi, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsində yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə, xx xxxxx 1991-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, «Pəhləvanlar» kafesində nəzarətçi işləyən, Biləsuvar rayonu Bəydili kəndi, N.Məmmədov küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2, məhkəmədə barəsində cinayət işi ayrıca icraata ayrılmış şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı-Sumqayıt magistral yolunun 15-ci kilometrliyində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən, qeyrisi ilə birlikdə 2012-ci ildən sahiblik etdikləri «Pəhləvanlar» adlanan kafenin birinci mərtəbəsində olan, 18 otağın yerləşdiyi dəhlizi pul yığılması və qoruyucu satılması üçün mərkəzləşdirilmiş keçidlə, həmin sayda otaqları isə çarpayı və sanitar qovşağı ilə, bütün əraziyə birbaşa rəhbərlik və nəzarət etmək üçün obyekti çoxlu sayda kamera ilə təchiz edərək fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 fahişəliklə məşğul olan qadınların obyektin 2-ci mərtəbəsində yerləşən restoranında tanış olduqları müştərilərlə birlikdə 1-ci mərtəbədə yerləşən otaqlardan cinsi əlaqədə olmaq üçün istifadə etmələrinə görə hər qadından 6 və 10 manat, satdığı qoruyucuya görə isə 1 manat pul alaraq hər qadının cinsi əlaqədə olduğu müştərilərin sayını əvvəlcədən tərtib etdikləri jurnalda qeyd edib, aldığı pulları Təqsirləndirilən şəxs1 və digər şəxsə verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva saxlamış, xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin X28 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 23 radələrində qeyd edilən kafeyə keçirilən baxış əməliyyat-axtarış tədbiri nəticəsində kafenin fahişəliklə məşğul olmaq üçün təşkil edilmiş ayrı-ayrı otaqlarında Əmirov X4 Vüsalə Bəyalı qızı ilə, Şahid48 Şahid34 ilə, Rəsulov X5 Camalə Ənvər qızı ilə, Mirzəyev X6 Aynur Pərviz qızı ilə, Şahid53 Şahid28 ilə cinsi əlaqədə olarkən, həmçinin 50dən 56-ya kimi qadının gün ərzində kişi müştəriləri ilə dəfələrlə cinsi əlaqədə olmasının qeydiyyatı jurnalı, 63 ədəd qoruyucu, obyektin restoran kimi fəaliyyət göstərən 2-ci mərtəbəsində fahişəliklə məşğul olan 49 qadın, Şahid1 obyektə ümumi rəhbərlik və nəzarət etmək üçün yerləşdirdiyi 03 ədəd video görüntülərin yaddaş bloku aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1, məhkəmədə barəsində cinayət işi ayrıca icraata ayrılmış şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuların Bakı-Sumqayıt magistral yolunun 15-ci kilometrliyində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 2012-ci ildən sahiblik etdikləri «Pəhləvanlar» adlanan kafenin birinci mərtəbəsində olan,18 otağın yerləşdiyi dəhlizi pul yığılması və qoruyucu satılması üçün mərkəzləşdirilmiş keçidlə, həmin sayda otaqları isə çarpayı və sanitar qovşağı ilə, bütün əraziyə birbaşa rəhbərlik və nəzarət etmək üçün obyekti çoxlu sayda kamera ilə təchiz edərək fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 fahişəliklə məşğul olan qadınların obyektin 2-ci mərtəbəsində yerləşən restoranında tanış olduqları müştərilərlə birlikdə 1-ci mərtəbədə yerləşən otaqlardan cinsi əlaqədə olmaq üçün istifadə etmələrinə görə hər qadından 6 və 10 manat, satdığı qoruyucuya görə isə 1 manat pul alaraq hər qadının cinsi əlaqədə olduğu müştərilərin sayını əvvəlcədən tərtib etdikləri jurnalda qeyd edib, aldığı pulları Şahid1 və Təqsirləndirilən şəxs1 verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva saxlamış, xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin X28 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 23 radələrində qeyd edilən kafeyə keçirilən baxış əməliyyat-axtarış tədbiri nəticəsində kafenin fahişəliklə məşğul olmaq üçün təşkil edilmiş ayrı-ayrı otaqlarında Əmirov X4 Vüsalə Bəyalı qızı ilə, Şahid48 Şahid34 ilə, Rəsulov X5 Camalə Ənvər qızı ilə, Mirzəyev X6 Aynur Pərviz qızı ilə, Şahid53 Şahid28 ilə cinsi əlaqədə olarkən, həmçinin 50-dən 56ya kimi qadının gün ərzində kişi müştəriləri ilə dəfələrlə cinsi əlaqədə olmasının qeydiyyatı jurnalı, 63 ədəd qoruyucu, obyektin restoran kimi fəaliyyət göstərən 2-ci mərtəbəsində fahişəliklə məşğul olan 49 qadın, Şahid1 obyektə ümumi rəhbərlik və nəzarət etmək üçün yerləşdirdiyi 3 ədəd video görüntülərin yaddaş bloku aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 il əvvəl qardaşı Qabil Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi götürərək orada Pəhləvanlar kafesini tikdirib işlətməyə başlamışdır. 2015-ci ilin yay aylarından kafedə fahişəliklə məşğul olan qadınların müştərilərlə cinsi əlaqədə olması üçün şərait yaradılmışdır. Gələn müştərilər kafenin restoranında qadınlarla tanış olub, cinsi əlaqədə olmaq üçün birinci mərtəbəyə düşmüşlər. Kafenin 3-cü mərtəbəsində isə müştərilər oturub yemək yemiş və içki içmişdir. Ümumi binanın yan tərəfində Qabilin özünün istirahət etməyi üçün nəzərdə tutulan, eyni zamanda kameraların monitorlarının olduğu otaq yerləşmişdir. Həmin otaqdan yalnız Qabil və Rzaxan istifadə etmişdir. Qabil oradan kafeyə nəzarət etmişdir. Qadınlardan 6 və 10 manat otaq pulu alınmışdır. 3 ilə yaxındır ki, ailəsindən ayrılmış və qalmağa yeri olmamışdır. Buna görə də əsasən Pəhləvanlar kafesində qalmışdır. Tutulanadək təxminən 8-9 aydır ki, Xızı rayonunda qardaşı Qabilə və ona məxsus olan fermanı işlətmişdir. Bəzən pulu olmadığı zaman Qabildən 300-500 manat pul almışdır. Kafe qardaşına məxsus olduğundan işçilərdən kimsə işini düzgün icra etmədikdə onlara irad tutmuş, işin pis getməsini istəməmişdir. Lakin qadınların orada fahişəliklə məşğul olmasına qarışmamışdır. Kafedə Rzaxan adlı şəxs Qabilin işlərinə köməklik etmiş, Yalçın isə qadınlardan otaq pulunu yığmışdır. Bilman adlı şəxs isə kafenin bazarlığını etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində kafedə səs-küy olduğunu görüb, nə baş verdiyini aydınlaşdırmaq üçün çölə çıxmışdır. Kafenin həyətində mülki geyimdə olan şəxslər xidməti vəsiqələrini göstərərək X28 Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib, əməliyyat tədbiri keçirilməsi barədə qərarı ona təqdim etmişlər. Qardaşı orada olmadığı üçün o, kafeyə baxış keçirilməsinə razılıq vermiş, onun iştirakı ilə kafeyə baxış keçirmişlər. Baxış zamanı kafedə fahişəliklə məşğul olan qadınları, eyni zamanda qadınlarla cinsi əlaqədə olmaq üçün gələn müştəriləri aşkar etmişlər. Qabilə məxsus otağa baxış keçirdikləri zaman otaqda masanın üzərində narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə həmin narkotik vasitələri qablaşdıraraq möhürləmişlər. Narkotik vasitələrin kimə məxsus olduğunu bilməmiş, lakin Qabilin otağına Qabildən və Rzaxandan başqa heç kimin girib-çıxa bilmədiyini demişdir. Polis əməkdaşları ilə birlikdə X28 Mübarizə Baş İdarəsinə gəlmişlər. Orada protokol tərtib olunmuş, sonra baş verənlər barədə izahat verərək baş idarəni tərk etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayının sonlarında bibisi nəvəsi X15 ilə telefonla danışarkən, sonuncu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Pəhləvanlar kafesində rəhbər işlədiyini və onu orada işə düzəldəcəyini demişdir. xx xxxxxx 2018-ci il tarixdə kafeyə gəlib, Rzaxandan işin mahiyyəti barədə soruşmuşdur. Sonuncu kafedə qadınların kişilərlə cinsi əlaqədə olması üçün şərait yaradıldığını, kafenin 18 otağından cinsi əlaqədə olmaq üçün istifadə etməyə görə yığılacaq 6-10 manat arası pulu qızlardan alacağını, bu barədə qeydiyyat kitabçasında qeydiyyat aparacağını, sonrakı gün yığılan pulu ona və və ya kafenin sahibi Qabilə verəcəyini bildirmiş və gündəlik olaraq 20 manat əmək haqqı veriləcəyi barədə razılaşmışdır. Rzaxan kafenin sahibinin Qabil və Habil olduğunu, həmin şəxslərin kafenin işinə nəzarət etdiyini, kafedə bu cür işlərin onlar tərəfindən təşkil edildiyini, göstərilən əxlaqsız xidmətlərdən yığılan pulların həmin şəxslərə çatdığını və onların dediklərini etmək lazım olduğunu bildirmişdir. Rzaxan ona Pəhləvanlar kafesinin birinci mərtəbəsində olan, qadınların müştərilərlə cinsi əlaqədə olması üçün nəzərdə tutulmuş otaqların yanında dayanmalı olduğunu, qadınlar müştəri ilə cinsi əlaqədə olmaq üçün otağa girməzdən əvvəl otaqda qalma vaxtından asılı olaraq otaqdan istifadə etməyə görə 6-10 manat pul almasını, otaqda cinsi əlaqədə olan qızların adları qeyd olunmuş, əvvəlcədən tərtib etdiyi jurnalda cinsi əlaqədə olduğu şəxslərin sayı qədər müsbət işarəsi qoymasını bildirmişdir. Bununla da Rzaxan qadınların gün ərzində cinsi əlaqədə olduğu şəxslərin sayını dəqiqləşdirmiş, toplanmış pulun məbləğini müəyyən etmişdir. xx xxxxxx 2018-ci il tarixdən etibarən kafedə işə başlamış, axşam saat 18 radələrində otaqların yanında dayanmış, qadınlardan otaqlara görə 6-10 manat pulu, eyni zamanda qadın və ya müştəri istədikdə qoruyucuya görə əlavə olaraq 1 manat pul almışdır. Növbəti gün səhər yığılan pulları jurnalla bir yerdə Qabilə, sonuncu olmayanda isə Rzaxana, onların heç bir kafedə olmadıqda isə bir iki dəfə Osman adlı ofisianta vermişdir. Maaşını ikinci mərtəbədə barda barmen işləyən Şahid54 götürmüşdür. Ümumiyyətlə kafedə işləyən hər kəsin maaşını Şahid54 paylamışdır. Gündüz vaxtı otaqlara Rzaxan nəzarət etmiş, Qabil həmişə ya kafedə, ya da özünə məxsus kafenin yan tərəfində yerləşən otaqda olmuşdur. Həmin otaqda heç bir zaman olmamış, Qabil olmayanda gəlib kafenin ümumi işlərinə Habil nəzarət etmişdir. Rzaxan da gün ərzində kafedə olub, pulun yığılmasına, Qabilin göstərişlərinin yerinə yetirilməsinə nəzarət etmişdir. Gün ərzində 60-75 nəfər qadın kafeyə gəlib kafenin restoranında oturmuş, müştəri ilə tanış olduqdan sonra cinsi əlaqədə olmaq üçün kafedə ayrılmış birinci mərtəbədəki otaqlara düşmüşlər. xx xxxxxx 2019-cu il tarixdə işdə olarkən saat 23 radələrində mülki geyimli şəxslər kafenin ərazisinə daxil olub, xidməti vəsiqələrini göstərərək X28 Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, onlara göstərdikləri qərar əsasında kafedə baxış keçirəcəklərini bildirmişlər. Kafeyə baxış zaman otaqlarda qadınlar və müştərilər müəyyən edilmiş, zəruri sənədləşmə işləri aparılması üçün onlar X28 Mübarizə Baş İdarəsinə dəvət edilmişlər. Baş İdarədə baxışın nəticələrini əks etdirən protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İdarədə kafedə olanlarla bağlı izahat vermiş, sonra baş idarəni tərk etmişdir. Həmin kafedə sıravı işçi olmuş, günə 20 manat maaş almışdır. Kafedə olan işlərə Qabil rəhbərlik etmişdir. Kafedən götürülmüş jurnalı isə ona Rzaxan vermişdir. Jurnalı yazmaqda məqsədi qadınların gün ərzində neçə dəfə cinsi əlaqədə olmasını və əldə edilmiş gəliri müəyyən etmək olmuşdur. Həmin jurnalı növbəti gün Rzaxan və Qabilə təhvil vermişdir. Qadınların neçə müştəri ilə cinsi əlaqədə olduğunu gizlətmək üçün jurnal sonradan cırılmışdır. Kafe üçün qoruyucuları Qabil alıb, onun oturduğu otağa qoymuşdur. Həmin qoruyucuları 1 manata qızlara satmışdır. Osmanı kafedə ofisiant kimi tanımış, sonuncu otaqlardan pulun yığılmasında iştirak etməmişdir. Bir neçə dəfə otaqlardan yığılan pulu Qabilə çatdırması üçün Osmana vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Şahid1 məxsus iş otağından aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olmasını bilmir. Kafedə narkotik vasitə satılmamışdır. Mübarizi kafedə bir-iki dəfə görmüş, sonuncu kafedə heç bir işə nəzarət etməmişdir. Tutulanadək son 3 ay ərzində kafedə yaşamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, işləmir. Bir neçə ildir ki, pul qarşılığında müxtəlif şəxslərlə cinsi əlaqədə olur. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Pəhləvan kafesində fahişəliklə məşğul olmaq üçün şərait olduğu və müştərilər çox olduğundan 2018-ci ilin sentyabr ayından həmin kafeyə getmişdir. Kafedə olan qızlar ona iş qaydasını başa salmışlar. Bundan sonra o, kafenin 3 mərtəbəli binasının ikinci mərtəbəsində yerləşən restoran və oyun yerində müştərilərlə tanış olur, məbləğ barədə razılaşdıqdan sonra birinci mərtəbədə cinsi əlaqədə olmaq üçün şəraitli, çarpayı və hamamla təchiz olunmuş 18 otaqdan birində müştəri ilə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmağa görə müştəridən 25-30 manat pul almışdır. Otaqdan istifadə etməyə görə otaqlara nəzarət edən Yalçın adlı şəxsə hər dəfə 6 və ya 10 manat pul vermiş, qalan pulu isə özünə götürmüşdür. Kafenin sahibi kimi Qabili və qardaşı Habili tanıyır. Onlar kafenin həyətində gəzir, işçilərə tapşırıqlar verir, ümumi nəzarəti həyata keçirmişlər. Yalçın isə müştəri ilə cinsi əlaqədə olmaq üçün otağa girməmişdən əvvəl onlardan ilk dəfə üçün 10 manat, sonradan isə 6 manat otaq pulu almışdır. Gün ərzində 2- 6 nəfərlə cinsi əlaqədə olmuşdur. Bundan başqa qoruyucuya görə də müştəridən 1 manat alıb Yalçına vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Pəhləvanlar kafesinə getmiş, saat 23 radələrində kafenin restoranında olarkən mülki geyimdə olan şəxslər restorana daxil olmuşlar. Onlar xidməti vəsiqələrini və əməliyyat tədbiri keçirilməsi barədə qərarı təqdim edib, X28 Mübarizə Baş İdarəsinin əməkdaşı olduqlarını, əməliyyat tədbiri keçirəcəklərini bildirmişlər. Onları sorğu etdikdən sonra zəruri sənədləşmə işləri aparılması üçün X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Baş idarədə baş verənlər barədə protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. Sonra baş verənlər barədə izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid11, Şahid12, Şahid14, Şahid16, Şahid17, Şahid21, Şahid25, Şahid26, Şahid27, X11, Şahid30, Şahid31, Şahid32, Şahid33, Şahid36, Şahid37, Şahid40, Şahid41, Şahid42, Şahid44, Şahid45, Şahid46, Şahid49 və Şahid50 Şahid3 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid48 ifadəsində göstərdi ki, müxtəlif tikintilərdə fəhlə işləmişdir. Abşeron rayonu ərazisində fəaliyyət göstərən Pəhləvanlar kafesində qadınların pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatı olmuşdur. Həmin yerdə cinsi əlaqədə olmaq üçün otaqların olmasını da bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə istirtahət etmək məqsədilə adıçəkilən kafeyə getmişdir. Orada əyləşib bir bakal pivə içdikdən sonra Şahid34 adlı qadın ona yaxınlaşıb, cinsi əlaqədə olmağı təklif etmiş və 30 manat pul verməli olduğunu demişdir. Qiymətin baha olduğunu bildirdikdə Zeynəb həmin pulun 5 manatını otaqdan istifadə etməyə görə kafenin kassasına ödəməli olduğunu bildirmişdir. Odur ki, Zeynəblə razılaşmış və sonuncuya 30 manat pul vermişdir. Zeynəb həmin puldan 5 manatını kafenin kassasında əyləşən şəxsə vermiş, bundan sonra birlikdə yataq dəsti ilə təhciz edilmiş otağa daxil olmuşlar. Otaqda sanitar qovşağı da olmuşdur. Zeynəblə cinsi əlaqə olduqdan sonra yarıçılpaq vəziyyətdə olarkən mülki geyimli şəxslər otağa daxil olmuşdur. Həmin şəxslər xidməti vəsiqələrini göstərib, özlərini X28 Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim etmiş, onlara hal şahidlərini təqdim edib geyinməyi təklif etmişlər. Geyindikdən sonra ilkin şifahi sorğu zamanı o, cinsi əlaqədə olmaq üçün kafeyə gəldiyini, cinsi əlaqədə olmaq üçün Zeynəbə 30 manat pul verdiyini bildirmişdir. Zeynəb də pul müqabilində müxtəlif kişi müştərilərlə cinsi əlaqədə olduğunu və ondan cinsi əlaqədə olmaq üçün 30 manat pul aldığını, həmin puldan otaq üçün kafenin kassasına 5 manat pul ödədiyini bildirmişdir. Polis əməkdaşları onları sorğu etdikdən sonra zəruri sənədləşmə işləri aparılması üçün X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Orada baş verənlər barədə protokol tərtib olunmuş, doğru olduğu üçün protokolu imzalamışdır. Daha sonra baş verənlər barədə izahat vermişdir. Pəhəlvanlar kafesində ona narkotik vasitə təklif olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid54 ifadəsində göstərdi ki, 2017ci ildən Pəhləvanlar kafesində əvvəlcə mühafizəçi işləmişdir. Kafe Qabil adlı şəxsə məxsus olmuşdur. Mühafizəçi kimi gündəlik 15 manat pul almışdır. Daha sonra 2019-cu ilin yanvar ayından kafedə barmen köməkçisi olaraq işləmişdir. Kafe gün ərzində işləsə də, müştərilər əsasən gecələr gəlmişdir. Hər gün saat 18 radələrindən növbəti gün saat 06 radələrinədək kafedə işləmiş və gündəlik 20 manat almışdır. Kafeyə fahişəliklə məşğul olmaq üçün müxtəlif yerlərdən qadınlar gəlmişdir. Həmin qadınlar kafedə yataq dəsti ilə təchiz edilmiş xüsusi otaqlarda kafeyə gələn müştərilərlə cinsi əlaqədə olmuşlar. Otaq pulu ilk dəfə üçün 10 manat, sonra isə 6 manat olmuşdur. Həmin otaqlara Qabilin təyin etdiyi Yalçın adlı şəxs nəzarət etmiş, qadınlardan pulları Yalçın yığmışdır. Sonuncu otaqlardan yığılan pulları Rzaya təhvil vermişdir. Kafenin sahibi Qabilin qardaşı Habil də tez-tez kafeyə gələrək ümumi vəziyyətə nəzarət etmişdir. Habil əsasən mühafizəçilərə nəzarət etmiş, onlara harada dayanmalarına və əsasən nəyə fikir verməli olduqlarını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində mülki geyimli şəxslər kafeyə daxil olmuş, onlar xidməti vəsiqələrini və əməliyyat tədbiri keçirilməsi barədə qərarı göstərərək X28 Mübarizə Baş İdarəsinin əməkdaşı olduqlarını, əməliyyat tədbiri keçirdiklərini bildirmişlər. İlkin şifahi sorğu zamanı kafedə barmen olaraq çalışdığını bildirmişdir. Onları sorğu-sual etdikdən sonra zəruri sənədləşmə işləri aparılması üçün X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Baş idarədə baş verənlər barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə izahat vermişdir. Kafedə heç kimə narkotik vasitə təklif olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid55, Şahid56 və Şahid72 Şahid54 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid60 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada gedərkən iki nəfər yaxınlaşıb, X28 Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək, əməliyyat tədbiri keçirdiklərini, buna görə də onu hal şahidi qismində tədbirdə iştirak etməyə dəvət etmişlər. O da razılıq vermiş, bundan sonra həmin şəxslərlə birlikdə həmin idarəyə getmişlər. İdarədə otaqlardan birində ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə Bakı-Sumqayıt şossesində yerləşən Pəhləvanlar kafesinə yollanmışlar. Həmin gün gecə saat 23 radələrində polis əməkdaşları ilə birlikdə kafeyə daxil olmuşlar. Girişdə özünü kafenin idarəçisi Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs onlara yaxınlaşmışdır. Polislər ona xidməti vəsiqələrini göstərib əməliyyat tədbiri keçirildiyini izah etdikdən sonra onu tədbirin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs1 kafeyə baxış keçirilməsinə etiraz etməmişdir. Kafenin birinci mərtəbəsində 18 otaq olduğunu görmüş, otaqlardan bir neçəsində qadınların kişi müştərilərlə cinsi əlaqədə olduqları aşkar edilmişdir. Otaqlarda olan kişi və qadınlar kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini, qadınların orada kafenin rəhbərliyinin icazəsi ilə fahişəliklə məşğul olduqlarını bildirmişlər. Polis əməkdaşları kafenin Şahid1 məxsus olduğunu, onun da kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsinə şərait yaratdığını müəyyən etmişlər. Fahişəliklə məşğul olan qadınların müştərilərlə cinsi əlaqədə olduqları otaqların yaxınlığında girişdən solda yerləşən otaqda özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs əyləşmişdir. Təqsirləndirilən şəxs2 kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini etiraf etmiş, fahişəliklə məşğul olan qadınlardan otaqda cinsi əlaqədə olmağa görə pul yığdığını, həmin pulu kafenin sahibi Şahid1 çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 əyləşdiyi masanın üzərində bir ədəd göy örtüklü jurnal aşkar edilmiş, həmin jurnalda fahişəliklə məşğul olan qadınların hər müştəri ilə görüşərkən müvafiq qeydiyyat apardığını bildirmişdir. Jurnalın içərisində 215 manat pul aşkar edilərək jurnalla birlikdə polis əməkdaşları tərəfindən götürülmüş və zərfə qoyulub qablaşdırılmışdır. Sonra kafenin ikinci mərtəbəsinə qalxmışlar. Həmin mərtəbənin ilk baxışdan klub və bar kimi fəaliyyət göstərdiyi görünmüşdür. Polislər masa arxasında əyləşmiş qadınlara yaxınlaşıb sorğu apardıqda həmin qadınlar fahişəliklə məşğul olduqlarını, kişi müştərilərin onlara yaxınlaşaraq pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini, razılaşdıqdan sonra kafenin birinci mərtəbəsində şərait yaradılmış otaqlarda cinsi əlaqədə olduqlarını, bunun müqabilində də Təqsirləndirilən şəxs2 hər dəfə 6 manat pul verdiklərini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 müşayiəti ilə kafenin sahibi Şahid1 iş otağına getmişlər. Otaqda yerləşən üç ədəd prosessor polis əməkdaşları tərəfindən götürülmüşdür. Otaqda masa üzərində bir ədəd bükümdə ağ parıltılı toz şəklində maddə, üç bükümdə tünd qəhvəyi rəngdə maddə, üzərində “F/H 40” yazısı olan dörd ədəd həb və təxminən 10-12 santimetr ölçüdə kiçik boru dəstəyi olan üç ədəd oval şəffaf şüşə götürülmüşdür. Bundan sonra 50-dən çox kişi və qadın, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 araşdırma aparılması üçün Baş İdarəyə dəvət edilmişdir. Qeyd edilən şəxslərin hər hansı birindən etiraz daxil olmamış, birlikdə idarəyə gəlmişlər. Polis əməkdaşı Şahid66 adlı şəxs protokol tərtib etmiş, o və digər şəxslər həmin protokolla tanış olduqdan sonra protokolun həqiqəti əks etdirdiyini görüb imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid61 Şahid60 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid66 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Baş İdarəyə Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən Pəhləvanlar kafesində qadınların fahişəliyə cəlb edilmələri barədə məlumat daxil olmuşdur. Məlumat onun tərəfindən Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və tədbirdə hal şahidi qismində iştirak etmək üçün iki nəfər hal şahidi dəvət edilmişdir. Şahidlərə hüquq və vəzifələri izah edilmişdir. Əməliyyat qrupu xx xxxxxx 2019cu il tarixdə gecə saatlarında qeyd edilən ünvana yollanmışdır. Həmin gün saat 23 radələrində onlar kafeyə daxil olmuş, girişdə özünü kafenin idarəçisi Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin X28 Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, yanlarında olan iki nəfər vətəndaşın isə hal şahidləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 əməliyyat tədbiri keçirildiyini izah etdikdən sonra onu müvafiq qərarla tanış etmişdir. Sonuncu kafeyə baxış keçirilməsinə etirazı etməmişdir. Kafenin birinci mərtəbəsində ümumilikdə 18 otaq olmuş, otaqlardan bir neçəsində fahişəliklə məşğul olan qadınlar kişi müştərilərlə cinsi əlaqədə olarkən aşkar edilmişdir. Həmin qadınlar kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini, qadınların orada kafenin rəhbərliyinin icazəsi ilə fahişəliklə məşğul olduqlarını, kişi müştərilərə müxtəlif intim xidmətlər göstərdiklərini, bundan sonra əldə edilən pulu kafenin müdiriyyətinə təqdim etdiklərini bildirmişlər. Sorğu zamanı kafenin Şahid1 məxsus olduğunu, sonuncunun kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsinə şərait yaratdığını, bu işdə ona qardaşı Təqsirləndirilən şəxs1 köməklik etdiyini, inzibatçı kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 isə həmin kafedə işlərə nəzarət etdiyini, fahişəliklə məşğul olan qadınların kişi müştərilərdən cinsi əlaqədə olmağa görə aldıqları pulları Şahid1 çatdırdığını, eyni zamanda müştərilərə 1 manatdan rezin qoruyucu payladığını müəyyən etmişlər. Fahişəliklə məşğul olan qadınların müştərilərlə cinsi əlaqədə olduqları otaqların yaxınlığında girişdən solda yerləşən otaqda əyləşmiş şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini etiraf etmiş, həmçinin otaqlarda cinsi əlaqədə olmağa görə fahişəliklə məşğul olan qadınlardan yığılan pulu kafenin sahibi Şahid1 çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 qarşısındakı masada bir ədəd göy örtüklü jurnal aşkar edilmiş, sonuncu həmin jurnalda fahişəliklə məşğul olan qadınların hər dəfə müştəri ilə görüşərkən müvafiq qeydiyyat apardığını bildirmişdir. Jurnalın içində ümumlikdə 215 manat pul aşkar edilərək jurnalla birlikdə müvafiq qaydada götürülmüşdür. Daha sonra kafenin ikinci mərtəbəsinə qalxmışlar, həmin mərtəbələr klub və bar kimi fəaliyyət göstərmişdir. Orada masa arxasında əyləşmiş qadınlar da fahişəliklə məşğul olduqlarını, kişi müştərilərin onlara yaxınlaşaraq pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini, razılaşdıqdan sonra kafenin birinci mərtəbəsində şərait yaradılmış otaqlarda cinsi əlaqədə olduqlarını, bunun müqabilində də Təqsirləndirilən şəxs2 hər dəfə 6 manat pul verdiklərini bildirmişlər. Daha sonra obyektin video müşahidəsinin aparıldığı müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 video görüntülərin saxlanıldığı yeri göstərmək təklif edilmişdir. Sonuncunun müşayiəti ilə onlar Şahid1 iş otağına daxil olmuş, otaqda yerləşən üç ədəd prosessor müvafiq qaydada götürülmüşdür. Şahid1 iş otağında masa üzərində bir ədəd bükümdə ağ parıltılı toz şəklində psixotrop maddə metafetaminə bənzər maddə, üç bükümdə tünd qəhvəyi rəngdə narkotik vasitə tiryəkə bənzər maddə, üzərində “F/H 40” yazısı olan dörd ədəd metadona bənzər həb və təxminən 10-12 santimetr ölçüdə kiçik boru dəstəyi olan üç ədəd oval şəffaf şüşə götürülərək qablaşdırılmışdər. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və kafedə olan 50-dən çox qadın və kişi araşdırma aparılması üçün Baş İdarəyə dəvət edilmişlər. İdarədə hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, sonra isə tədbirdə iştirak edən şəxslərdən izahatlar alınmışdır. Daha sonra həmin şəxslər sərbəst buraxılmış və toplanmış material cinayət xarakterli oluduğundan aidiyyəti üzrə istintaq orqanına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid65, Şahid63 və Şahid64 Şahid66 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid70 ifadəsində göstərdi ki, Habil və Qabil onun qardaşlarıdır. Onların Xızı rayonunda yerləşən şərikli fermaları var. Həmin fermaya o, nəzarət edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Pəhləvanlar kafesi qardaşı Qabilə məxsusdur. Həmin kafeyə Qabil özü nəzarət edir, onun həmin kafeyə heç bir aidiyyəti yoxdur. Kafedə baş verənlərdən xəbərsizdir. O, hərdən bir qardaşına baş çəkmək kafeyə getmişdir. Təqsirləndirilən şəxs2 kafenin mühafizəsi ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, əvvəllər barmen işləmişdir. Maddi imkansızlıq səbəbindən hadisəyədək 3 aydır ki, pul qarşılığında müxtəlif şəxslərlə cinsi əlaqədə olmuşdur. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Pəhləvanlar adı kafedə fahişəliklə məşğul olmaq üçün şərait və müştərilər olduğundan 2018-ci ilin dekabr ayının əvvəllərində həmin kafeyə getmişdir. Kafedəki qızlar ona iş qaydasını başa salmışlar. Bundan sonra kafenin ikinci mərtəbəsində yerləşən restoran və oyun yerində müştərilərlə tanış olmuş, məbləğ haqqında razılaşdıqdan sonra birinci mərtəbədəki cinsi əlaqədə olmaq üçün şəraitli, çarpayı və hamamla təchiz olunmuş 18 otaqdan birində müştəri ilə 25-30 manat müqabilində cinsi əlaqədə olmuşdur. Otaqdan cinsi əlaqədə olmaq üçün istifadə etməyə görə otaqlara nəzarət edən Yalçına ilk dəfə üçün 10 manat, sonra isə 6 manat pul vermişdir. Müştərinin verdiyi qalan pulu isə özünə götürmüşdür. Kafenin sahibi Qabil, qardaşı Habil və onların tanışı Rzaxanı tanımışdır. Sonuncular kafenin həyətində gəzmiş, işçilərə tapşırıqlar verərək ümumi nəzarəti həyata keçirmişlər. Yalçın onlardan otaqdan cinsi əlaqədə olmaq üçün istifadə etməyə görə 6 və 10 manat pulu almışdır. Gün ərzində bir neçə kişi ilə cinsi əlaqədə olmuşdur. Hər dəfə də müştərinin ona verdiyi 25-30 manat puldan 6 manat ayırıb otaqdan istifadə etməyə görə Yalçına vermişdir. Bundan başqa istifadə etdikləri qoruyucuya görə müştəridən 1 manat da alıb Yalçına vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Pəhləvanlar kafesinə getmişdir.Təxminən bir saat kafenin restoranında oturmuşdur. Saat 23 radələrində X28 Mübarizə Baş İdarəsinin əməkdaşları restorana daxil olub, əməliyyat tədbiri keçirdiklərini bildirmişlər. Onları sorğu etdikdən sonra zəruri sənədləşmə işləri aparılması üçün X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Baş idarədə baş verənlər barədə protokol tərtib olunmuş, doğru olduğu üçün protokolu imzalamışdır. Sonra baş verənlər barədə izahat vermişdir. Pəhləvanlar kafesini Qabil, Habil və Rzaxan adlı şəxslər işlətdiyi üçün bütün işlərə onlar nəzarət etdiyinə görə otaqdan istifadəyə görə verdikləri pulların da həmin şəxslərə çatdığını ehtimal edir. Kafedə heç kimə narkotik vasitə təklif olunmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq edilmiş şahidlər Şahid4, Şahid8, X12, Şahid13, Şahid15, Şahid18, Şahid19, Şahid20, Şahid22, X3, Şahid24, X7, Şahid34, Şahid35, Şahid38, Şahid39, Şahid43, Şahid47, Şahid51, X8 və Şahid68 ifadələrindən görünür ki, onlar Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid53 ifadəsindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış sahəsində kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində istirahət etmək üçün Abşeron rayonu ərazisində fəaliyyət göstərən Pəhləvanlar kafesinə getmişdir. Orada əyləşib meyvə suyu sifariş etmişdir. Ofsiant sifarişi gətirdikdən sonra onun yanına Məryəm Mirzəyeva adlı qadın yaxınlaşmışdır. Sonuncu ona 30 manat qarşılığında cinsi alaqədə ola biləcəyini bildirmiş və o, razılaşmışdır. Məryəm həmin pulun 6 manatını otaq üçün verəcəyini bildirmişdir. O, 30 manat pulu Məryəmə verdikdən sonra, sonuncu onu kafedə yerləşən otaqardan birinə aparmış, özü isə otağın pulunu Yalçın adlı şəxsə ödəmək üçün getmişdir. Bir müddət sonra Məryəm otağa qayıtmış və onlar cinsi əlaqədə olmuşlar. Bundan sonra otaqdan çıxıb zala keçmişdir. Elə bu vaxt X28 Mübarizə Baş İdarəsinin əməkdaşları zala daxil olub, əməliyyat tədbiri keçirdiklərini bildirmişlər. Şifahi sorğu zamanı cinsi əlaqədə olmaq üçün Məryəm Mirzəyevaya 30 manat pul verdiyini, sonuncunun həmin 30 manatdan 6 manatını otaq üçün verdiyini bildirmişdir. Bundan sonra zəruri sənədləşmə işləri aparılması üçün onları X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. İdarədə baş verənlər barədə protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Kafe sahiblərini tanımır. İbtidai istintaq zamanı dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq edilmiş şahidlər Şahid57, Şahid58, Şahid59 və Şahid67 ifadələrindən görünür ki, onlar Şahid53 ifadəsinə oxşar ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid62 ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə X28 Mübarizə Baş İdarəsinə Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən Pəhləvanlar kafesində qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Daha sonra hal şahidi qismində əməliyyat tədbirində iştirak etmək iki nəfər vətəndaş dəvət edilmiş və onlara hüquq və vəzifələri izah edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında əməliyyat qrupu qeyd edilən ünvana yollanmışdır. Onlar saat 23 radələrində qeyd edilən kafeyə daxil olmuşlar. Kafenin giriş qapısında özünü kafenin idarəçisi Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsə yaxınlaşaraq xidməti vəsiqələri göstərib Daxili İşlər Nazirliyinin X28 Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, yanlarında olan iki nəfər vətəndaşın hal şahidləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 kafeyə baxış keçirilməsinə etiraz etməmişdir. Kafenin birinci mərtəbəsində ümumilikdə 18 otaq olmuş, həmin otaqlardan bir neçəsində fahişəliklə məşğul olan qadınlar kişi müştərilərlə cinsi əlaqədə olarkən aşkar edilmişlər. Həmin qadınlar kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini, qadınların orada kafenin rəhbərliyinin icazəsi ilə fahişəliklə məşğul olduqlarını, kişi müştərilərə müxtəlif intim xidmətlər göstərdiklərini bildirmişlər. Sorğu zamanı kafenin Şahid1 məxsus olduğu, bu işdə ona qardaşı Təqsirləndirilən şəxs1 köməklik etdiyini, inzibatçı kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 isə həmin kafedə işlərə nəzarət etdiyini, fahişəliklə məşğul olan qadınların kişi müştərilərdən cinsi əlaqədə olmağa görə aldıqları pulları Şahid1 çatdırdığını, eyni zamanda müştərilərə 1 manata rezin qoruyucu payladığını müəyyən etmişlər. Fahişəliklə məşğul olan qadınların müştərilərlə cinsi əlaqədə olduqları otaqların yaxınlığında girişdən solda yerləşən otaqda əyləşmiş şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Sonuncu kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini etiraf etmiş və otaqlara nəzarət edərək cinsi əlaqədə olmağa görə fahişəliklə məşğul olan qadınlardan yığdığı pulları kafenin sahibi Şahid1 çatdırdığını demişdir. Təqsirləndirilən şəxs2 qarşısındakı masada bir ədəd göy örtüklü jurnal aşkar edilmişdir. Sonuncu həmin jurnalda qadınların müştərilərlə görüşünün qeydiyyatını apardığını bildirmişdir. Jurnalın içində ümumlikdə 215 manat pul aşkar edilərək jurnalla birlikdə götürülmüşdür. Daha sonra kafenin ikinci mərtəbəsinə qalxmışlar. Həmin mərtəbə klub və bar kimi fəaliyyət göstərmişdir. Orada masa arxasında əyləşmiş qadınlar da fahişəliklə məşğul olduqlarını, orada kişi müştərilərin onlara yaxınlaşaraq pul müqabilində cinsi əlaqədə olmağı təklif etdiklərini, razılaşdıqdan sonra kafenin birinci mərtəbəsində şərait yaradılmış otaqlarda cinsi əlaqədə olduqlarını, bunun müqabilində də Təqsirləndirilən şəxs2 hər dəfə 6 manat pul verdiklərini bildirmişlər. Kafedə videomüşahidə kameraları olduğundan Təqsirləndirilən şəxs1 videogörüntülərin harada saxlaıldığını soruşmuşlar. Təqsirləndirilən şəxs1 onları Şahid1 iş otağına dəvət etmişdir. Otaqda yerləşən üç ədəd prosessor müvafiq qaydada götürülmüşdür. Şahid1 iş otağında masa üzərində bir ədəd bükümdə ağ parıltılı toz şəklində psixotrop maddə metafetaminə bənzər maddə, üç bükümdə tünd qəhvəyi rəngdə narkotik vasitə tiryəkə bənzər maddə, üzərində “F/H 40” yazısı olan dörd ədəd metadona bənzər həb və təxminən 10-12 santimetr ölçüdə kiçik boru dəstəyi olan üç ədəd oval şəffaf şüşə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və ümumilikdə kafe olan 50-dən çox qadın və kişi araşdırma aparılması üçün Baş İdarəyədə dəvət edilmişdir. İdarədə hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək imzalanmışdır. Sonra idarəyə dəvət edilən şəxslərdən izahatlar alınmışdır. Toplanmış material cinayət xarakterli oluduğundan aidiyyəti üzrə istintaq orqanına göndərilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid69 ifadəsindən görünür ki, 2019-cu ildə özünə iş axtarmağa başlamışdır. Bu məqsədlə həmin ilin fevral ayının əvvəllərində Bakı-Sumqayıt şossesinin kənarında yerləşən Pəhləvanlar kafesinə gəlmişdir. Onu ofisiant kimi işə qəbul etmişlər, gündəlik 20 manat pul almışdır. Onun işi kafenin yaxınlığında yerləşən ayrıca otaqlarda əyləşən müştərilərə qulluq etmək olmuşdur. İşlədiyi yer hotel kimi fəaliyyət göstərmiş, müştərilər bir günlük, yaxud bir neçə saatlıq otaqlarda qalmışlar. Sifariş olduqda müştərilərin sifarişlərini otaqlara çatdırmışdır. Hər gün səhər saat 8-dən axşam saat 22:00-a kimi işdə olmuşdur. Kafenin sahibi kimi Qabili, inzibatçı kimi Rzaxanı tanımışdır. Kafenin otaqlarına nəzarət edən şəxs isə Yalçın olmuş, həmin işi ona kafenin sahibi Qabil tapşırmışdır. Sonuncu bir neçə dəfə Yalçının verdiyi pulu ona çatdırmasını demişdir. Kafenin sahibi Qabilin qardaşı Habil də tez-tez kafeyə gəlib, kafenin işlərinə nəzarət etmişdir. Habilin qalmağa yeri olmadığından kafedə gecələmişdir. O, həmin kafenin hotel olduğunu hesab etmiş, kafenin kənarında yerləşən otaqlara qulluq etmiş, sifariş qəbul etdikdən sonra müştərilərə sifarişləri aparmışdır. Heç vaxt kafenin restoranında oturmamışdır. Orada kimlərin nə işlə məşğul olduqlarını bilməmişdir. Az bir müddət orada işlədiyindən kafenin əslində əxlaqsız yuvası olduğunu bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə xaricə getmək üçün işdən çıxmışdır. Sonradan həmin kafedə X28 Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat tədbiri keçirdiklərini, kafedə əxlaqsız yuva aşkar etdiklərini eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid71 ifadəsindən görünür ki, bir neçə dəfə Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən Pəhləvanlar kafesində qadınlarla cinsi əlaqədə olmuşdur. Belə ki, həmin kafedə qadınlar özləri müştərilərə yaxınlaşır, qiymət barədə razılıq əldə edildikdən sonra kafedə yerləşən otaqlardan birində cinsi əlaqədə olurlar. Orada olarkən cinsi əlaqədə olmaq üçün qadınlara verdiyi puldan bəzən 10, bəzən isə 5-6 manatının otaq üçün verildiyini görmüşdür. Bu barədə maraqlandıqda pulun Yalçın adlı şəxsə çatdığını bildirmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində həmin kafeyə gedib, pivə sifariş etmişdir. Həmin gün kafedə çoxlu müştəri və qadınlar olmuşdur. Bu vaxt X28 Mübarizə Baş İdarəsinin əməkdaşları kafeyə daxil olub əməliyyat tədbiri keçirdiklərini bildirmişlər. Şifahi sorğu zamanı o, sadəcə pivə içmək üçün buraya gəldiyini bildirmişdir. Daha sonra onu və oradakı digər şəxsləri X28 Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Orada baş verənlər barədə protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. İşin 4-cü cildinin 84-85-ci vərəqələrindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesindən götürülmüş, kafenin kamera görüntülərini özündə əks etdirən 03 ədəd «newtich» markalı prosessor tədqiq olunması üçün Daxili işlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinə göndərilmiş, araşdırma nəticəsində prosessordan götürülmüş məlumatları özündə əks etdirən 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusuna keçirilən baxış zamanı qeyd olunan flaş yaddaş qurğusunda Təqsirləndirilən şəxs2 fahişəliklə məşğul olan qadınlardan otaqlardan cinsi əlaqədə olmaq üçün istifadə etməyə görə pulu almasının, qadınların müştərilərlə birlikdə Pəhləvanlar kafesinin otaqlarına daxil olmalarının video görüntülərinin olması müəyyən edilmişdir. İşin 4-cü cildinin 86-90-cı vərəqələrindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesindən götürülmüş göy rəngli jurnala keçirilən baxış zamanı jurnalda müxtəlif qadın adlarının olması, qadın adlarının qarşısında müsbət işarəsinin yazılması müəyyən edilmişdir. İşin 3-cü cildinin 187-ci vərəqəsindəki DİN-in X28 Mübarizə Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Pəhləvanlar kafesində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X16 tərəfindən təşkil edilib saxlanmış, Şahid70, Şahid69 və digərlərinin kafedə əxlaqsız yuva təşkil edilib saxlanmasında iştirakını təsdiq edən dəlillər əldə etməyin mümkün olmamış, bundan başqa aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin Şahid1 məxsus olmuşdur. İşin 4-cü cildinin 93-109-cu vərəqələrindəki sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə DİN-in X28 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesindən aşkar edilmiş 01 ədəd, göy rəngli jurnal, 63 ədəd qoruyucu, 03 ədəd prosessor, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinə göndərilmiş, araşdırma nəticəsində qeyd olunan prosessorlardan götürülmüş, video görüntüləri özündə əks etdirən 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 18,609 qram tiryək, 8,761 qram metamfetamin, 03 ədəd metadon həbləri və psixotrop maddə metamfetaminin qəbulunda istifadə olunan, üzərində metamfetaminə məxsus izlər aşkar olunmuş 03 ədəd borucuq, bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesində fahişəliklə məşğul olan X2 götürülmüş 24 manat, Şahid34 götürülmüş 24 manat, Şahid3 götürülmüş 24 manat, Şahid21 götürülmüş 24 manat, X1 götürülmüş 24 manat və inzibatçı Təqsirləndirilən şəxs2 götürülmüş 215 manat, ümumilikdə 335 manat pul maddi sübut hesab edilmiş, 63 ədəd qoruyucu, 03 ədəd prosessor, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 18,609 qram tiryək, 8,761 qram metamfetamin, 03 ədəd metadon həbləri və psixotrop maddə metamfetaminin qəbulunda istifadə olunan, üzərində metamfetaminə məxsus izlər aşkar olunmuş 03 ədəd borucuq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş, 01 ədəd, göy rəngli jurnal, 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu cinayət işinin materiallarına əlavə olunmuş, 335 manat pul isə DİN-in X22 depozit hesabına keçirilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şahid1 xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri, X23 və Təqsirləndirilən şəxs2 CM-nin 244.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)- 138/2020 saylı cinayət işindən Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1351/2020 saylı cinayət işi ayrıca icraata ayrılmışdır. İşin 2-ci cildinin 162-163-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 244.2.2.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin 2-ci cildinin 160-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşin 2-ci cildinin 36-cı vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 19-cu vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 4-cü cildinin 163-cü vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İşin 4-cü cildinin 161-ci vərəqəsindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşin 4-cü cildinin 165-ci vərəqəsindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəza təyin edərkən yuxarıda qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, habelə Təqsirləndirilən şəxs2 da törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alıb hesab edir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan xx xxxxxx 2019-cu il tarixdə DİN-in X28 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesindən aşkar edilmiş 63 ədəd qoruyucu, 03 ədəd prosessor, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 18,609 qram tiryək, 8,761 qram metamfetamin, 03 ədəd metadon həbləri və psixotrop maddə metamfetaminin qəbulunda istifadə olunan, üzərində metamfetaminə məxsus izlər aşkar olunmuş 03 ədəd borucuq, DİN-in X22 depozit hesabına keçirilmiş Pəhləvanlar kafesində fahişəliklə məşğul olan X2 götürülmüş 24 manat, Şahid34 götürülmüş 24 manat, Şahid3 götürülmüş 24 manat, Şahid21 götürülmüş 24 manat, X1 götürülmüş 24 manat və inzibatçı Təqsirləndirilən şəxs2 götürülmüş 215 manat olmaqla ümumilikdə 335 manat pul, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd göy rəngli jurnal və 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu hazırki cinayət işindən ayrılmış Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)- 524/2021 saylı cinayət işi üzrə də sübuti əhəmiyyətə malik olduğundan həmin cinayət işinin hesabına keçirilməklə, hazırki cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd göy rəngli jurnal və 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-524/2021 saylı cinayət işinin materiallarına əlavə edilməlidir. Məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan xx xxxxxx 2019-cu il tarixdə DİN-in X28 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pəhləvanlar kafesindən aşkar edilmiş 63 ədəd qoruyucu, 03 ədəd prosessor, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 18,609 qram tiryək, 8,761 qram metamfetamin, 03 ədəd metadon həbləri və psixotrop maddə metamfetaminin qəbulunda istifadə olunan, üzərində metamfetaminə məxsus izlər aşkar olunmuş 03 ədəd borucuq, DİN-in X22 depozit hesabına keçirilmiş Pəhləvanlar kafesində fahişəliklə məşğul olan X2 götürülmüş 24 manat, Şahid34 götürülmüş 24 manat, Şahid3 götürülmüş 24 manat, Şahid21 götürülmüş 24 manat, X1 götürülmüş 24 manat və inzibatçı Təqsirləndirilən şəxs2 götürülmüş 215 manat olmaqla ümumilikdə 335 manat pul, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd göy rəngli jurnal və 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu hazırki cinayət işindən ayrılmış Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)- 524/2021 saylı cinayət işinin hesabına keçirilməklə, hazırki cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd göy rəngli jurnal və 4GB yaddaşı olan SP Silicon Power flaş yaddaş qurğusu Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-524/2021 saylı cinayət işinin materiallarına əlavə edilsin. Məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-72/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-72/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver