Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-730/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi iştiraklarıilə xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabadrayonu, M.İbrahimovküçəsi, ev 19-daqeydiyatdaolan, hazırda Azərbaycan RespublikasıƏdliyyəNazirliyiPX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Şikar" adlı şəxsdən, “Koroğlu" metro stansiyasının qarşısında satış məqsədi ilə qanunsuz olaraq, ümumilikdə qiyməti 2000 manat olmaqla külli miqdarda, narkotik vasitə heroini, tanışlarına satmaq və pay vermək məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşımış, narkotik vasitə olan heroinin bir hissəsini şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə satdıqdan və pay verdikdən sonra qalan hissəsini üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 20:50-də ünvan 1 saylı ünvanın yaxınlıgında, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, üzərində “Buta Farm" apteklər şəbəkəsi yazılmış ağ rəngli polietilen torba və həmin torbanın içərisində şəffaf rəngli polietilen torbanın içərisində narkotik maddə kakos kimi adlandırdığı, külli miqdarda təmiz çəkisi 32.750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin" və etibarnamə əsasında idarə etdiyi "VAZ 11 183" markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasında yerləşən saxlanc yerindən 01 ədəd şəffaf rəngli kiçik həcmli politilen torbanın içərisində siqaretin gümüşü rəngli bükümü, əlavə olaraq açıq halda siqaretin gümüşü rəngli kağızları və gümüşü rəngli dəmir haşiyəsi və üzərində şüşə örtüyü olan tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəməiclasındaifadə verərəkgöstərdiki,hadisə günü, “Ulduz” metrostansiyasının üstündə dostu Səidlə maşında dayanan zaman, iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib onlara şübhəli olduqları üçün şöbəyə gedəcəklərini bildirmişlər. Onlar birlikdə Nərimanov Rayon polis idarəsinə gəlmişlər, orada onları növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissəyə verildikdən sonra onları yuxarı mərtəbəyə qaldırmışlar, onu yuxarı qaldırdıqdan sonra səhərə kimi idarədə onu döyüb işgəncə edərək, bildirmişlər ki, etiraf etməlidir ki, narkotik vasitə heroinin satışı ilə məşqul olur. Lakin, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, bütün bunlar polis əməkdaşları tərəfindən ona atılmış iftiradır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə axşam, ünvan 1 saylı ünvanın yaxınlıgında, xidmətdə olarkən Təqsirləndirilən şəxs “Ulduz” Metrostansiyasının yaxınlığında iş yoldaşı ilə şübhəli olduğuna görə saxlamışlar. Belə ki, həmin günü növbədə olarkən bir maşının dayandığını və şüşəsinin tərlədiyini görüb maşına yaxınlaşmışlar. Maşında əyləşən Təqsirləndirilən şəxs və yanındakı şəxsə yaşayış yerləri barədə sual vermişlər, yayış yerlərini düz deyə bilmədiklərini görüb şübhələnərək onlar tərəflərindən saxlanılıb Nərimanov rayon polis idarəsnə aparılmış və orada həmin şəxsləri təhqiqatçıya təhvil verib əraziyə qayıtmışlar. Nərimanov RPİ-də üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən narkotik vasitə aşkar olunub götürülmüşdür. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4916№-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş azərındə "Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdəki maddə təmiz çəkisi 32,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ei il tarixli 798 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi itə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisəsələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edi1məmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəm ağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs oglunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Odur ki, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaümumirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İşmateriallarındangörünürki, Təqsirləndirilən şəxs 23fevral 2020ciiltarixdəşübhəlişəxsqismindəsaxlanılaraqtutulmuşdur.Odurki, Təqsirləndirilən şəxstəyinediləcəkazadlıqdanməhrum etmə cəzasınınəvvəlionunşübhəlişəxsqismindətutulduğuxx xxxxxx 2020ciiltarixdənhesablanmalıdır. İş üzrə 108 manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Nərimanov RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 32,700 qram heroin və bir ədəd tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi iş materillarına əlavə olunmuş 02 ədəd CD diski iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli xx xxxxxx 2020-ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə 108 manat 46 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Nərimanov RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 32,700 qram heroin və bir ədəd tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi iş materillarına əlavə olunmuş 02 ədəd CD diski iş materiallarında saxlanılsın. Hökmdən elanolunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayətvəyaprotestverilmədikdə, hökm həmin müddətin başaçatdığıvaxtdansonrakıgünqüvvəyəminir.
Məhkəmə qərarları › İş №1(101)-730/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-730/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver