1 Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-741/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə « 06 » may 2021-ci il Bakı şəhərində xx.xx.1984cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 2,330 qram narkotik vasitə heroini, ümumi təmiz çəkisi 2,162 qram narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1,875 qram psixotrop maddə metamfetamini əldə edib həmin çəkidə narkotik vasitə heroini 1,097 qram, 0,615 qram və 0,618 qram çəkidə olan hissələrə bölüb ayrı- ayrılıqda 03 ədəd bükümdə, qeyd olunan çəkidə narkotik vasitə marixuananı 0,157 qram, 0,179 qram, 0,151 qram, 0,189 qram, 0,187 qram, 0,160 qram, 0,177 qram, 0,188 qram, 0,216 qram, 0,181 qram, 0,199 qram, 0,178 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 12 ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 0,373 qram, 0,436 qram, 0,428 qram, 0,361 qram, 0,058 qram, 0,074 qram, 0,068 qram 2 və 0,077 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 08 ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:30- da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 2,330 qram çəkidə narkotik vasitə heroin ayrı- ayrılıqda təmiz çəkiləri 1,097 qram, 0,615 qram və 0,618 qram olmaqla 03 ədəd şəffaf polietilen bükümdə, 2,162 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram, 0,179 qram, 0,151 qram, 0,189 qram, 0,187 qram, 0,160 qram, 0,177 qram, 0,188 qram, 0,216 qram, 0,181 qram, 0,199 qram, 0,178 qram olmaqla 12 ədəd kağız bükümdə, 1,875 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qram, 0,436 qram, 0,428 qram, 0,361 qram olmaqla 04 ədəd şəffaf polietilen bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,058 qr, 0,074 qr, 0,068 qr və 0,077 qram olmaqla 04 ədəd kağız bükümdə və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi əl çantasının içərisindəki bir ədəd siqaret qutusunun İçərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Həbs olunmazdan əvvəl 5-6 ay ərzində heroin, marixuana və metamfetamindən mütəmadi olaraq istifadə etmişdir. Əvvəllər narkotik vasitələri müxtəlif şəxslərdən alsa da həbs olunmazdan təxminən 3 ay əvvəl narkotik vasitələri yaşadığı Neapol dairəsinin yaxınlığında yaşayan Bəhruz və “ 8 km bazarı”-nın yaxınlığında Osman adlı şəxslərdən gündəlik istifadəsi üçün almışdır. Bəhruzdan aldığı narkotik vasitələrin həmişə miqdarının az olmasını müşahidə edirmiş və bu barədə ona iradını bildirmişdir. 29 sentyabr 2020-ci il tarixdə Bəhruza səhər görüşməyi təklif edib, çatışmazlığı həmin vaxt bərpa edəcəyini bildirmişdir. Həmin tarixdə Bəhruz həyətlərinə gəlib onunla görüşüb ortaq tanışları olan narkotik alverçisi Osmanın evinə getmişlər. Həmin vaxt onun üzərində 2 qram marixuana var imiş. Osmanın evində olanda istifadə etmək üçün ondan 1(bir) qram metamfetamin istədikdə, o, “tez-tez alırsan, birdəfəlik 2 qram götür” deyərək 2 qr. metamfetamini ona 100 manata satmışdır. Həmin metamfetaminin 0,5 qramını Osmanın evində istifadə etmişdir. Bundan sonra Bəhruz və o, Osmanın idarə etdiyi “Şevrolet Kruz” markalı avtomobili ilə Neapol dairəsinə gəlmişlər. Orada Bəhruz ondan təxminən 10 dəqiqə əvvəl maşından düşmüş, o, maşından düşdükdə isə Bəhruz ondan aralanaraq başı ilə kiməsə onu işarə edərək çıxıb getmiş, bu zaman Osman da maşını sürüb uzaqlaşmışdır. Həmin vaxt 5-6 nəfər mülki geyimli şəxs qəflətən yaxınlaşıb qollarını buraraq qandallamış və maşına oturdub onun avtoyuma məntəqəsində olan “Leksus” markalı avtomobilin yanına aparmışlar. Orada avtomobilinin ön saxlanc yerindən elektron tərəzi götürülmüş və avtomobili ilə birlikdə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada cibindəki siqaret qutusunun içərisində saxladığı hər biri 1,5 qram olmaqla heroin və metamfetamin, həmçinin 1qram marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Əməliyyat qrupunun rəhbəri ona Bəhruz və Osmanın portal çıxarışlarını göstərib narkotik vasitələri onlardan aldığını bildiklərini, həmin şəxslərin onlarla əməkdaşlıq etdiklərini və onların adlarını heç bir halda çəkməməyini demişlər. Guya həmin narkotik vasitələri Əhmədli metrosunun yanında İbrahim adlı şəxsdən aldığını deməyini ondan istəmişlər. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin BMCMl-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 sentyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək 3 saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa əməliyyat müvəkkili Şahid2 və Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmləri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin yerdə olduqları vaxt saat 16:30 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMl-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə BMCMl-nin inzibati binasına gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin XMİÜ baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Mirata Seyidovun xidməti iş otağına aparmişlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkillərindən Kamal Əliyev dəvət edildmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarış video çəkilişlə aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı əl çantasının içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib çantasının içərisində olan siqaret qutusunu, bir ədəd kardon qutunu, açarı, alışqanı, Samsung markalı mobil telefonları, cib dəsmalını, pulu, çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açaraq içərisindən kağız və sellofan bükümləri təqdim edərək onların içərisində narkotik vasitə heroin və marixuana, həmçinin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açılanda Təqsirləndirilən şəxs qeyd etdiyi kütliərin olması müşahidə edilmiş, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi kardon qutu açılanda onun içərisində elektron tərəzi olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri bir neçə gün əvvəl Əhmədli qəsəbəsi adlanan yerdə İbrahim adlı şəxsdən 120 manat aldığını, elektron tərəzini isə həmin kütlələri alan zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı əşya aşkar edilməmiş, həmin kütlələr, elektron tərəzi qablaşdırılaraq götürülmüş, həmçinin mobil telefon da təhqiqatçı tərəfindən götürülmüş, daha sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Bəhruz və Osman adlı şəxsləri tanımır, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narkotik vasitələri İbrahim adlı şəxsdən 120 manata Əhmədli qəsəbəsində almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Hacımansur oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə kimyəvi ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 6/2037 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: ’’şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.... yazısı olan paketdəki, 3(üç) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,097 qr, 0, 615 qr, 0,618 qr, ümumi təmiz çəkisi 2,330 qr qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 4(dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qr, 0,436 qr, 0,428qr, 0,361 qr və 4(dörd) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,058qr, 0,074qr, 0,068 qr, 0,077 qr, ümumi 4 təmiz çəkisi 1,875qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Dingıu” yazısı olan qutuda bir ədəd "500g/0.1g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin izləri vardır, lakin heroin və metamfetamin iz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixoreop maddələri”-in l siyahısına daxildirlər. Məhkəmə bioloji ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 7/684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 12 (on iki) ədəd qəhvəyi rəngli kağız büküldə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)0,157qram, 2)0,179qram, 3)0,151qram, 4)0,189qram, 5)0,187qram, 6)0,160qram,7)0,177qram, 8)0,188qram, 9)0,216qram, 10)0,181 qram, 11)0,199qram, 12)0,178qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 2,162 qramdır. - Tədqiqata təqdim olunmuş 12 (on iki) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. - Təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik tərkibli çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur. Tərəzinin üzərində çətənə (kannabis) bitkisinə aid narkotikvasitələrin izləri olmadığına görətəqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2020-ci il tarixli 3557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinİ tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 02.10.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində bükümlərdəki kütlələrin narkotik vasitə heroin, psixotrop maddə metafetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları şəxsi istifadəsi və dost tanışlarına satmaq üçün 2-3 gün əvvəl "İbrahim” adlı şəxsdən 120 manata aldığını, bir hissəsini istifadə etdiyini, həmin kütlələrdən heç kimə satmadığını, elektron tərəzini isə narkotik vasitə alan zaman aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. 5 Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 30.09.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 2,180 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,715 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,802 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 203 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: 6 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 sentaybr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 2,180 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,715 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,802 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 203 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-741/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-741/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver