Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-751/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mikayılov Eldar Əli oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Abdinbəyova Pərvin Abid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi ev 11 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında istintaqa məlum olmayan vaxtda və tarixdə şəxsiyyəti istintaqla müəyyən edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşamış X2 qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 0,671 qram təşkil edən psixotrop maddə olan metamfetamini və külli miqdarda, təmiz çəkisi 7,73 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 295,719 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 27,4 qram təşkil edən 685 həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in İİ siyahısına daxil edilmiş metadon tərkibli dərman preparatlarını, təmiz çəkisi 645,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, eləcədə 2019-cu ilin sentyabr ayında istintaqla müəyyən edilməmiş tarixdə və vaxtda istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi 01 ədəd 5,45 mm kalibrli “AK74”, “AKS74”, “AKS74U” avtomatik tüfənglərdə, “RPK74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli patronu yaşadığı ünvan 4 saylı ünvanına daşıyaraq saxlamış, bunlardan 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,423 qram, 0,225 qram, 0,082 qram olmaqla ümumi təmiz çəkisi 7,73 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,882 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdutlaşdırılan narkotik vasitələrin” in İİ siyahısına daxil edilmiş 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatını xx xxxxxxx 2019-cu il tarixli Bakı, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “on minlik” deyilən ərazidə Zeynallı Zöhrab Sadıq oğluna 300 manat pul müqabilində satmış, Zöhrab Zeynallı həmin maddələri daşıyaraq üzərində saxlamış və xx xxxxxxx 2019-cu il tarixdə saat 03:40 radələrindəünvan 3 saylı ünvanın qarşısında özünü şübhəli apardığı üçün Qaradağ RPİ-nin ƏÇPA-nın 10-cu bölüyünün polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə gətirilmiş, orada xidməti otağında hal şahidləri və müdafiəçinin iştirakları ilə üzərinə baxış keçirilən zaman qeyd olunan narkotik vasitələr və psixotrop maddə üzərindən aşkar edilərək götürülmüş, daha sonra xx.xx.2020-ci il tarixdə saat 21:10-da davam edən təxirəsalınmaz axtarış və götürmə əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evdə axtarış və götürmə istintaq hərəkəti aparılarkən tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 27,36 qram təşkil edən 684 həb metadon tərkibli dərman preparatlarından 50 həbi 01 ədəd sellofan bükümdə qablaşdırıb evin mətbəxtində olan mebelin ikinci gözün içərisində, 620 ədədini 8 ədəd qutuda yataq otağında olan şkafın gözündə, 14 ədəd həbi 01 ədəd bükmüdə qablaşdırıb şkafda olan qara rəngli gödəkcənin sol yan cibində, bundan başqa 295,719 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəki üzərində “Note” yazısı olan qara rəngli sellofan paketin içərisində qablaşdırıb yataq otağında olan şkafın gözündə, ümumi təmiz çəkisi 641,998 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 0,34 qramını qızılı rəngli kağız bükümdə qablaşdırıb mənzilə girişdən sağ tərəfdə mebel kimi yığılmış arakəsmədə yerləşən mebelin ikinci gözündə, 57,610 qramını şəffaf göy rəngli sellofan bükülüdə, 100 qramını isə həmin paketin içərisində olan ağ rəngli sellofan paketin içərində qablaşdırıb yataq otağında olan mebelin gözündə, 480,0 qramını üzərində “Samuray” yazısı olan göy rəngli sellofan paketdə, 4,048 qram isə 01 ədəd kibrit qutusunda qablaşdırıb yataq otağında olan şkafın gözündə, bundan başqa 01 ədəd 5,45 mm kalibrli “AK74”, “AKS74”, “AKS74U” avtomatik tüfənglərdə, “RPK74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli patronu dəhlizdə yerləşən güzgülü mebelin gözündə aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-751/2020 nömrəli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmiş və iş 18 avqust 2020-ci il tarixə, saat 16:00-a məhkəmə baxışına təyin edilməklə, sonrakı tarixlərdə məhkəmə istintaqı aparılmaqla məhkəmə baxışı keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx/xx-7997 nömrəli, xx.xx.2020-ci il tarixli xüsusi məlumatında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında xx.xx.2020-ci il tarixdə, saat 18:05 radələrində saxlanıldığı kamerada qəflətən səhhəti pisləşmiş və orada xidmət aparan nəzarətçi tərəfindən növbətçi hissəyə və növbətçi həkimə dərhal məlumat verilmiş, növbətçi həkimin məsləhəti ilə onu təcridxananın tibbi-sanitar hissəsində təşkil olunmuş xüsusi palataya yerləşdirilmiş və saat 18:15 radələrində təcili tibbi yardım stansiyasının həkim briqadasının çağırılmasını bildirmiş, Tibbi sanitar hissəsində göstərilən təcili tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmamış və o, saat 18:25 radələrində öz əcəli ilə vəfat etmişdir. Çağırış üzrə saat 18:40 radələrində müəssisəyə daxil olan Sabunçu rayon təcili tibbi yardım stansiyasının həkim briqadası həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ölüm faktını təsdiq etmiş və həmin tarixdə saat 18:50 radələrində Təcridxananı tərk etmişlər. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ölüm faktı ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ 123520 saylı “Ölüm haqqında” şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İstintaq Təcridxanasından xx.xx.2020-ci il tarixdə daxil olmuş məlumatda göstərilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilərək BİT-da saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həmin Təcridxananın Tibbsanitar hissəsində ölmüşdür. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, nəticədə toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ürək-damar xəstəliyindən ölməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma materiallarına üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 183 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Təqsirləndirilən şəxs meyitində xəsarət aşkar edilməmiş, mərhum Təqsirləndirilən şəxs ölümünə səbəb ürək əzələsinin infarktı ilə əlaqədar baş vermiş kəskin ürək-damar çatmamazlığı olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-6 saat əvvələ uyğun gəlir. Mərhum Təqsirləndirilən şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs öldüyündən, təqsirləndirilən şəxsin arvadı X1 xx xxxxxx 2020ci il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi X1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 106-1.1-ci maddəsində ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsində Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir; 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır; 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübutlar,- Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan,- müvafiq olaraq 295,619 (iki yüz doxsan beş tam mində altı yüz on doqquz) qram narkotik vasitə tiryək, 674 (altı yüz yetmiş dörd) həb metadon, 641,898 (altı yüz qırx bir tam mində səkkiz yüz doxsan səkkiz) qram narkotik vasitə marixuana qalıq hissəsi hazırkı qərar qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd 5,45 mm kalibrli “AK74”, “AKS74”, “AKS74U” avtomatik tüfənglərdə, “RPK74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli patron hazırkı qərar qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatları ilə əlaqədar 291 (iki yüz doxsan bir) manat məhkəmə xərci Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia verilmədiyi və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.1, 106-1.3, 106-1, 281, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ölümü ilə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar,- Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan,- müvafiq olaraq 295,619 (iki yüz doxsan beş tam mində altı yüz on doqquz) qram narkotik vasitə tiryək, 674 (altı yüz yetmiş dörd) həb metadon, 641,898 (altı yüz qırx bir tam mində səkkiz yüz doxsan səkkiz) qram narkotik vasitə marixuana qalıq hissəsi hazırkı qərar qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd 5,45 mm kalibrli “AK74”, “AKS74”, “AKS74U” avtomatik tüfənglərdə, “RPK74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli patron hazırkı qərar qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Şöbəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatları ilə əlaqədar 291 (iki yüz doxsan bir) manat məhkəmə xərci Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabından ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Eldar Mikayılov Hakimlər Əlövsət Abbasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-751/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-751/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver