Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-756/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1974-cü ildə Ermənistan Respublikası Ararat rayonunun Şirazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, Goranboy rayonu, Veysli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 216-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qəbul edilməsinə nail olmaq üçün insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanın vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində həqiqəti əks etdirməyən uydurma xəbər vermək qərarına gələrək, 05 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə gələrək, yalan olduğunu bilə-bilə Rusiyanın Sankt- Peterburq, Moskva və Nijniy-Novqorod şəhərlərinin «talış» icmalarının rəhbərləri, iş adamları və «Rusiya-Erməni İttifaqı»nın sədrinin iştirakı ilə yığıncaq keçirildiyini, həmin yığıncaqda iştirak edən şəxslərin Azərbaycandakı polis bölmələrində qarşıdurma yaratmağı planlaşdırdıqlarını, həmçinin «Rusiya-Erməni İttifaqı»nın üzvlərinin Qazax rayonu ərazisindən keçən neft-qaz boru kəmərinin partladılması üçün Lənkəran şəhər sakini və Bakı şəhərində yaşayan Gürcüstan vətəndaşı vasitəsi ilə təşkilati işlərə başladıqlarını bildirərək həmin məlumatların Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çatdırılmasını xahiş etməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Məqsədinə nail ola bilməyən Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdə saat 16:11 dəqiqədə istifadəsində olan +**********6 telefon nömrəsindən Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Növbətçi hissəsinə zəng edərək yalan olduğunu bilə-bilə Rusiya Federasiyasının Krasnodar şəhərində erməni və rus milliyyətindən olan şəxslərin birgə hərbi birliklər yaradaraq əlaqələrində olan Azərbaycan Respublikasının vətəndaşlarını cəlb etməklə Azərbaycan Respublikasının Tovuz bölgəsində insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək partlayışlar, yanğınlar və sair hərəkətlər törədəcəklərini bildirməklə təkrar terrorçuluq barədə bilə-bilə yalan məlumat vermiş, həmin cinayətlərə görə xarici ölkədə məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun illər ölkə hüdudlarından kənarda olduqdan sonra 2020-ci ildən başlayaraq daimi yaşamaq üçün Azərbaycana köçmək qərarına gəlmiş və vətənə qayıtdıqdan sonra Azərbaycan Respubikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə əməkdaşlıq edib həm dövlətin maraqları naminə, həm də maddi ehtiyaclarını təmin etmək üçün həmin xidmətin müəyyən tapşırıqlarını yerinə yetirmək arzusunda olmuşdur. Ona görə də, 2020-ci ilin avqust ayının 5-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə gələrək Rusiyada yaşayan bir qrup azərbaycanlıların «X3 İttifaqı» adlı təşkilatı dəstəklədiklərini, həmin təşkilatın Sergey Oqonyanın adlı üzvünün Azərbaycan Respublikası ərazisində geniş əlaqələrə malik olması və onun yaxın dostu Borya Məmmədov vasitəsi ilə mütəmadi olaraq ölkəmizdəki əlaqələrinə maliyyə vəsaiti göndərməsini, Rusiyanın Sankt-Peterburq, Moskva və Nijniy-Novqorod şəhərlərinin «talış» icmasının rəhbərləri, iş adamları və «X2» sədrinin iştirakı ilə yığıncaq keçirildiyini, həmin yığıncaqda iştirak edən şəxslərin Lənkəran şəhər sakini, daha sonra isə Bakıda yaşayan Gürcüstan vətəndaşı ilə əlaqə saxlayaraq Qazax rayonu ərazisindən keçən neft-qaz boru kəmərinin partladılmasının vacibliyini vurğulamaları və bu məqsədlə təşkilati işlərə başladıqlarını bildirib səfirlik əməkdaşından həmin məlumatları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çatdırmasını xahiş etmişdir. Lakin Azərbaycan Respubikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının onunla əlaqə saxlamadığını görərək 07 sentyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən istifadəsində olan +**********6 telefon nömrəsindən həmin Xidmətin internet vasitəsilə əldə etdiyi qaynar xətt əlaqə nömrəsinə zəng edərək müxtəlif yerlərdə Rusiya kəşfiyyatı ilə əlaqəli şəkildə terrorizmə qarşı mübarizə apardığını, erməni və rus milliyyətindən olan şəxslərin Azərbaycan ərazisinə silahlı basqın edəcəklərini, Rusiyada yaşayan əslən Kürdəmir rayonundan olan bir şəxsin adından Bakıya pul vəsaiti göndərildiyini, həmin vəsait hesabına Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayan şəxslərin Tovuz bölgəsində təxribatlar, yəni partlayışlar, yanğınlar törətmək istədiklərini, həmin şəxslərin adlarının ona məlum olduğu barədə məlumatlar vermişdir. Həm Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə, həm də Azərbaycan Respubikasının Dövlət Təhlükəsizliyi Xidmətinə bildirdiyi məlumatları özü uydurmuşdum və onlar həqiqəti əks etdirməmişdir. 2021-ci ilin iyun ayında “Facebook” sosial şəbəkəsi vasitəsi ilə Nigar Vəliyeva adlı qadınla tanış olmuş. Bir müddət ünsiyyətdən sonra həmin qadına evlilik təklif etmiş və onunla görüşmək üçün 11 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmış, lakin hava limanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir, özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. Səhv etmişdir Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 216-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 216-cı maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş 11 avqust 2020-ci il tarixli, 2.2-3001 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə bağlı məlumatları bölüşmək üçün müraciət etmişdir. Müraciət zamanı o, Rusiyada yaşayan bir qrup azərbaycanlıların «X3 İttifaqı» adlı təşkilatı dəstəklədiklərini, həmin təşkilatın Sergey Oqonyanın adlı üzvünün Azərbaycan Respublikası ərazisində geniş əlaqələrə malik olması və sonuncunun yaxın dostu Borya Məmmədov vasitəsi ilə mütəmadi olaraq ölkəmizdəki əlaqələrinə maliyyə vəsaiti göndərməsi, Rusiyanın Sankt–Peterburq, Moskva və Nijniy- Novqorod şəhərlərinin «talış» icmasının rəhbərləri, iş adamları və «X2» sədrinin iştirakı ilə yığıncaq keçirildiyini və həmin yığıncaqda iştirak edən şəxslərin Lənkəran şəhər sakini, daha sonra isə Bakıda yaşayan Gürcüstan vətəndaşı ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasının Qazax rayonu ərazisindən keçən neft-qaz boru kəmərinin partladılmasının vacibliyini vurğulayaraq bu məqsədlə təşkilati işlərə başladıqlarını bildirmələrini səfərlik əməkdaşına söyləyib sonuncudan həmin məlumatları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çatdırmasını xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İİ Baş idarəsindən 03 avqust 2021-ci il tarixli 7-1494 saylı məktubla daxil olmuş üzərində «326190» nömrəli sözləri yazılmış 01 ədəd CD diskdəki audiodanışıqlara keçirilmiş 06 avqust 2021-ci il tarixli baxış protokolun məzmunundan görünür ki, 07 sentyabr 2020-ci il tarixdə saat 16:11 dəqiqədə +**********6 telefon nömrəsindən Dövlət Təhlükəsizliyi Xidmətinin Növbətçi hissəsinə zəng edilərək Rusiya Federasiyasının Krasnodar şəhərində erməni və rus milliyyətindən olan şəxslərin birgə hərbi birliklər yaradaraq əlaqələrində olan Azərbaycan Respublikasının vətəndaşlarını cəlb etməklə Azərbaycan Respublikasının Tovuz bölgəsində insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barədə məlumat verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli 4/1212 saylı ekspert rəyindən görünürr ki, «326190» yazılmış CD diskdə olan mübahisəli fonoqramın məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarət olması, həmin mətndə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs məxsus olması göstərilmişdir. Cinayət işində olan “Giriş-çıxış və qeydiyyat” İAMAS-dan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasını “Yalama” dəmir yolu keçid məntəqəsi vasitəsilə Rusiya Federasiyası istiqamətində tərk etmiş və 11 iyul 2021-ci il tarixdə Belarus Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 20 avqust 2021-ci il tarixli 1879 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yəni, ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 avqust 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə nəzərdə tutulan cinayəti təkrar törətməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alır Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs cinayət əməllərini birbaşa təsdiq edən danışıqların yazıldığı «326190» xüsusi qeydi olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs eksperimental səs nümunəsinin yazıldığı 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 150 (yüz əlli manat) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 216-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil 150 (yüz əlli manat) alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs cinayət əməllərini birbaşa təsdiq edən danışıqların yazıldığı «326190» xüsusi qeydi olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs eksperimental səs nümunəsinin yazıldığı 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-756/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-756/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver