Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-76/2021 15.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7, müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkil X8, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi7, Müdafiəçi6, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X13, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: X12 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında x xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.2.1, 32.3,181.2.2, 32.3,181.2.3, 32.3,181.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3-cü xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 181.2.1, 181.2.3, 181.3.2 və 181.3.3-cü xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci xx xxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikasının Vedi rayonunun Şidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4-cü xx xxxxxx 1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaralı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu, 8-ci km bazarının yaxınlığında ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs6 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə və özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edilərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluqda və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində, yəni digər şəxsin qəsdən həyatdan məhrum edilməsində təşkilatçı kimi iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs6, əri X25 qohumu Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək məqsədilə sonuncunu guya daxil işlər orqanlarında işlədiyi və şəxsi əlaqələrindən istifadə edərək istənilən şəxsə pensiya ayrılmasına nail ola biləcəyi barədə yalan məlumat verməklə aldadıb Zərərçəkmiş şəxs4 üçün pensiya düzəldəcəyinə yalan vəd verərək etibarından sui-istifadə etməklə 2018-ci ilin aprel ayında ünvan 10 ünvanında Zərərçəkmiş şəxs4 3.000 manat, sonuncunun bacısı X5 üçün də pensiya düzəldəcəyinə dair yalan vəd verərək aldadıb Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 2018-ci ilin iyun ayında ünvan 10 ünvanında sonuncudan 3.000 manat, daha sonra Zərərçəkmiş şəxs4 mobil telefonda proqram vasitəsilə hazırladığı xidməti polis geyimində fotoşəkilini göstərməklə daxili işlər orqanlarında işləməsinə olan inamı və özünə olan etibarı daha da möhkəmləndirərək guya vəzifəsini artırmaq üçün 1000 manat lazım olduğunu bildirməklə növbəti ay yeni əmək haqqı hesabına qaytaracağı barədə yalan vəd verərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 2018-ci ilin təxminən oktyabr-noyabr ayında ünvan 10 ünvanında 1.000 manat, ümumilikdə vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs4 7.000 manat nağd pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Zərərçəkmiş şəxs4 qonşusu Zərərçəkmiş şəxs3 Səhrab qızının əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə sonuncuya mobil telefonda proqram vasitəsilə hazırladığı xidməti polis geyimindəki fotoşəkilini təqdim etməklə özünün daxili işlər orqanlarında işləməsinə inam yaradıb etibarını qazandıqdan sonra guya şəxsi əlaqələrindən istifadə edərək istənilən şəxsə pensiya ayrılmasına nail ola biləcəyi barədə yalan məlumat verməklə aldadıb Zərərçəkmiş şəxs3 pensiya düzəltməsi üçün ona qabaqcadan 1.500 manat, pensiya düzəldikdən sonra isə hissə-hissə olmaqla əlavə 1.500 manat, cəmi 3.000 manat verməsini təklif edərək Zərərçəkmiş şəxs3 bu adla xx xxxxxx 2018-ci il tarixdə ünvan 11 ünvanında 1.500 manat, daha sonra sonuncunun bacısı X18 üçün də pensiya düzəldəcəyinə dair yalan vəd verməklə aldadıb qabaqcadan 2.000 manat, pensiya düzəldikdən sonra isə 1.000 manat, cəmi 3.000 manat müqabilində Zərərçəkmiş şəxs3 bu adla 2018-ci ilin dekabr ayının sonlarında ünvan 11 ünvanında 2.000 manat, ümumilikdə vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs3 3.500 manat nağd pul vəsaiti alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs6, təkrarən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini bildiyi 40.000 manat xeyli miqdarda pul vəsaitini yaşadığı ünvan 13 ünvanında saxlaması barədə tanışı X26 bildirib, həmin pul vəsaitini ələ keçirmək məqsədilə qeyd olunan ünvana basqın edilməsini təklif edib maddi maraq yaradaraq əldə olunan vəsaitdən 18.000 manatının ona veriləcəyi barədə X32 və sonuncunun tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ilə razılaşmaqla onları həmin cinayətin törədilməsinə cəlb edərək qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə qrup üzvü X30 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumatları, məsləhətləri və təşkilatçılığı əsasında qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 14 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Təqsirləndirilən şəxs5, Azər Ağayev və Təqsirləndirilən şəxs4 qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Təqsirləndirilən şəxs4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq, sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün qrup üzvü Təqsirləndirilən şəxs4 mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, digər qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə mənzildə axtarış aparılmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirməklə quldurluq etmiş, o bu hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edilməklə quldurluqda təşkilatçı kimi iştirak etmişdir. Bundan sonra o, təkrarən, özünü Bakı şəhəri, Pirallahı rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Leyla» adı ilə təqdim edərək, əvvəllər tanıdığı sələmə pul verməklə məşğul olan, 1946-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 15 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyaları olması barədə məlumat verərək, tamah niyyəti ilə mənzilə daxil olub Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb külli miqdarda əmlakını ələ keçirmək, cinayətin izlərini itirmək məqsədilə mənzili yandırmaq və əldə olunan əmlakı aralarında bərabər bölməyi təklif edib maddi maraq yaratmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətlərin törədilməsinə cəlb edərək qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, Zərərçəkmiş şəxs1 şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə zəruri məlumatlar verib təşkilatçılıq etməklə, həmin mənzili əyani şəkildə qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikdən sonra, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hadisə yerində iz qoymamaq üçün qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rezin aptek əlcəyi əldə edib geyinməklə xx xxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 16 ünvanına gələrək həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə Təqsirləndirilən şəxs2 köməyi ilə Təqsirləndirilən şəxs1 birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girib, yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıxmış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat verməmiş və onun tapşırığı əsasında Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvanın yaxınlığında dayanıb xəbər gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxmaqla hər ikisi birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**- ** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər və hadisə yerində cinayətin izini itirmək üçün onun tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlamaqla, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, o, bu hərəkətləri ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edilərək quldurluqla əlaqədar qəsdən öldürülməklə əmlakının ələ keçirilməsində təşkilatçı kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, «Leyla» adı ilə tanıdığı Təqsirləndirilən şəxs6 1946-cı il təvəllüdlü, sələmə pul verməklə məşğul olan Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 15 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyalarından ibarət külli miqdarda əmlakını mənzilə daxil olub qoca olduğuna görə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb quldurluq yolu ilə ələ keçirmək, daha sonra yandırmaqla mənzildəki cinayətin izlərini itirmək və ələ keçirilmiş pul, qiymətli əşyaları aralarında bərabər bölmək barədə təklifini qəbul edib razılaşaraq bu məqsədlə Təqsirləndirilən şəxs6 və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 mənzili əyani şəkildə göstərməklə sonuncunun şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq hadisə yerində iz qoymamaq üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə rezin aptek əlcəyi əldə edib geyinməklə xx xxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 16 ünvanına gələrək həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə Təqsirləndirilən şəxs2 köməyi ilə birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girib, yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıxmış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat vermədiyinə görə Təqsirləndirilən şəxs6 tapşırığı əsasında Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvanın yaxınlığında dayanıb işarə gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxmaqla birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**-** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmiş və hadisə yerində cinayətin izini itirmək üçün Təqsirləndirilən şəxs6 tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlayaraq, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda əmlakı əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə və sonuncunun sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın etməklə quldurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə oğurlamış və məhv etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində Şahid25 məxsus və sonuncunun tanışı Zərərçəkmiş şəxs5 müvəqqəti yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, dəniz kənarında yerləşən yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla daxil olub həyətdən götürdüyü metal linglə müdaxilə edərək evin sağ yan tərəfində olan pəncərəsinə vurulmuş dəmir barmaqlığı qoparmaqla yaşayış sahəsi hesab edilən mənzilə daxil olmaqla qonaq otağında qutuda sökülmüş vəziyyətdə saxlanılan sonuncunun tanışı Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 1360 manat dəyərində, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, «15/D09522» nömrəli, «Ata Arms» modelli, daxili çaxmaqlı, atəş üçün yararlı, hamar (yivsiz) təklüləli ov tüfəngini, rəsmi sənədlər olan Zərərçəkmiş şəxs6 məxsus 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsədilə gizli yolla talayıb aparmış və hadisə yerindən uzaqlaşdıqdan sonra silahı sənədlər ilə birlikdə satacağı halda tutulacağını hesab etdiyinə görə 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tullayaraq şəxsi niyyətlə məhv etmiş, bu hərəkətləri ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs6 məxsus 1360 manat dəyərində yivsiz lüləli ov tüfəngini və rəsmi sənədlər olan 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsədilə oğurlamış, habelə rəsmi sənədləri şəxsi niyyətlə məhv etmişdir. Bundan başqa o, «Leyla» adı ilə tanıdığı Təqsirləndirilən şəxs6 1946-cı il təvəllüdlü, sələmə pul verməklə məşğul olan Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 15 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyalarından ibarət külli miqdarda əmlakını mənzilə daxil olub qoca olduğuna görə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb quldurluq yolu ilə ələ keçirmək, daha sonra yandırmaqla mənzildəki cinayətin izlərini itirmək və ələ keçirilmiş pul, qiymətli əşyaları aralarında bərabər bölmək barədə təklifini qəbul edib razılaşaraq bu məqsədlə Təqsirləndirilən şəxs6 və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 mənzili əyani şəkildə göstərməklə sonuncunun şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq hadisə yerində iz qoymamaq üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə rezin aptek əlcəyi əldə edib geyinməklə xx xxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 16 ünvanına gələrək Təqsirləndirilən şəxs1 həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməsinə köməklik edib plana əsasən eyvanın yaxınlığında işarə gözləməyə başlamış, təxminən qırx dəqiqə ərzində Təqsirləndirilən şəxs1 yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıxmış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat vermədiyinə görə Təqsirləndirilən şəxs6 tapşırığı əsasında onunla birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvandan ona qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxdıqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**-** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər və hadisə yerində cinayətin izini itirmək üçün Təqsirləndirilən şəxs6 tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlayaraq, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda əmlakı əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə və sonuncunun sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın etməklə quldurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X22 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük savxozunda yerləşən 0,04 hektar hasarlanmamış torpaq sahəsində saxlanılan hər birinin qiyməti 0,40 manat, ümumi dəyəri 2600 manat olan 6500 ədəd mişar daşını 2017-ci ilin sentyabr ayının 21-dən 23-dək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2600 manat ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs6 tanışı X23 vasitəsi ilə ona və digər tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 13 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 X30 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 14 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Təqsirləndirilən şəxs4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs4 mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o isə digər qrup üzvləri Azər Ağayev və Təqsirləndirilən şəxs5 ilə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirmiş və bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Təqsirləndirilən şəxs4 özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs6 tanışı X23 vasitəsi ilə ona və digər tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 13 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 X30 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 14 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, qrup üzvləri Azər Ağayev və Təqsirləndirilən şəxs5 ilə birlikdə qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını onun mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra o, mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, Azər Ağayev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirmiş və bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs5 özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs6 tanışı X23 vasitəsi ilə ona və digər tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 13 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Azər Ağayev, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 X30 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 14 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, Azər Ağayev və Təqsirləndirilən şəxs4 ilə birlikdə qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Təqsirləndirilən şəxs4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o, Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs4 mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o isə digər qrup üzvləri Azər Ağayev və Təqsirləndirilən şəxs3 ilə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3, 120.2.9, 32.3, 120.2.11, 178.2.2, 178.2.4, 32.3, 181.2.1, 32.3, 181.2.2, 32.3, 181.2.3, 32.3, 181.2.4, 32.3, 181.3.2 və 32.3, 181.3.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, tutulanlardan heç birini tanımır, onun hadisə ilə heç bir əlaqəsi yoxdur, heç nə etməmişdir. Hadisə ilə bağlı heç nə yadına düşmür, onun orta təhsili də yoxdur, uşaq vaxtı məktəbə getməmişdir. Sədrlik edən Təqsirləndirilən şəxs6 cild 1, iş vərəqə 167-172-də olan ifadəsini elan edir. Sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs6 bildirir ki, o, belə bir ifadə müstəntiqə verməmişdir, onun belə bir müdafiəçisi ümumiyyətlə olmayıb, heç bir yerədə qol çəkməmişdir. Yenə deyir burda nə ifadə vermişsə, orda həmin qaydada ifadə vermişdir, müstəntiq kompyuterdə nə yazıb görməmişdir, axırda da qayıdıb demişdir ki, qol çək, oda qol çəkməmişdir, demişdir “ver oxuyum.” Aparıb onu döyüblər, işgəncə veriblər götürüb qol çəkdiriblər. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Onun elan olunmuş ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 Nəsir qızını uzun müddətdir sonuncunun qonşusu Aiyəşinin vasitəsi ilə tanımış və Ayişənin deməsindən Zərərçəkmiş şəxs1 faizə pul verdiyini bilmiş, lakin buna baxmayaraq heç bir vaxt Validədən pul almamışdır. O, 2018-ci ilin sentyabr ayından sonra Nicatla evlənib ailə qurandan sonra Nicatın Buzovna qəsəbəsində yaşayan qohumu Gülyazın pulu olduğunu və Gülyazdan pul alıb aparıb Zərərçəkmiş şəxs1 verməyə qərar vermiş, belə ki, Validə də həmin pulu müxtəlif şəxslərə verərək 100 manat faiz ödənişindən 50 manat özü götürməli, o da yerdə qalan 50 manatdan 30 manat pulu Gülyaza verdikdən sonra 20 manat pul özünə qalmalı imiş. Ümumiyyətlə, o, anasıgilin yaşadığı evin yaxınlığında yaşadığından Zərərçəkmiş şəxs1 təxminən on ildir sələmçilik fəaliyyəti ilə məşğul olduğunu bilib təxminən beş il əvvəl ilk dəfə Validədən 500 manat sələmlə pul götürmüş, sonradan da dəfələrlə Validə ilə həyətdə rastlaşmışdır. Sələm vermək barədə Gülyaz və Validə ilə razılaşdıqdan sonra müxtəlif vaxtlarda ayrı-ayrılıqda cəmi Gülyazdan və onun rəfiqəsi Səbirədən 20.000 manat pul alıb Validəyə vermiş və hər ayın sonunda Validənin evinə gedib aylıq faiz olan 100 manat pulu götürüb özünə 20 manat götürmüş, 50 manat pulu Validəyə vermiş, 30 manat pulu isə aparıb Gülyaza vermişdir. O, Validə ilə Gülyazın pulunu sələmlə ona vermək üçün həyətdə rastlaşanda danışmış və bundan sonra Validənin evinə gediş-gəlişi başlamış, Zərərçəkmiş şəxs1 mənzilində də olmuşdur, belə ki, mənzilə daxil olanda sol tərəfdə eyvana açılan qonaq otağı, sağ tərəfdə yataq otağı və ondan sonra balaca otaq, həmin tərəfdə də eyvan, balaca otaq ilə üzbəüz sol tərəfdə mətbəx otağı yerləşmiş, qonaq otağında televizor və iri mebel olmuşdur. Validə əvvəl faizi vaxtı-vaxtında versə də sonradan pulu gec verib pul almalı olduğu müxtəlif şəxslərdən pul alan kimi ona çatası pulu verəcəyini bildirmiş, lakin pulu vaxtında vermədiyini görüb dəfələrlə Validənin evinə gedib faiz verə bilmirsə Gülyaz və Səbirənin pulunu hissə-hissə qaytarmaq üçün hər ay ona 1,000 manat verməsini xahiş etmiş, lakin Validə yenə də pulu verməmiş, ona görə o da Validədən onun pulunu alıb qaytarması üçün adam tapmaq qərarına gəlib bu barədə internet vasitəsi ilə tanış olduğu “Ruslan” adı ilə tanıdığı Şahid2 dedikdə İlkin tanışı olduğunu və onunla tanış edə biləcəyini demiş, bu söhbət 2019-cu ilin mart ayında olmuş, təxminən 2-3 gün keçmiş İlkin ona həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu və onun telefonun nömrəsini Ziyaya verdiyini deyib Ziyanın da telefon nömrəsini ona vermişdir. Ziya ilə danışandan təxminən iki gün sonra o, Ziyanın istifadəsində olan telefona zəng edib görüşməyi təklif etmiş, «Qara Qarayev» metrostansiyasının yanında Ziya ilə görüşüb məqsədi barədə Ziyaya danışmış, Ziya ona əvvəllər oğurluq cinayət əməlinə görə həbs edildiyini dediyinə görə Ziyaya Zərərçəkmiş şəxs1 evinə açıq eyvandan daxil olub mənzildə Validənin pulunu götürməsini məsləhət görmüş, Validənin ağır eşitdiyini, həmişə yataq otağında yatdığını, gizlin girib pulu götürüb çıxsa heç kimin xəbəri olmayacağını demiş, Ziya özündən başqa bir nəfər tanışı ilə mənzilə girəcəyini bildirmiş və Ziya ilə mənzildən pul götürdükdə yarı böləcəkləri barədə razılaşmışlar. Ziya ilə söhbət edərkən yanında Çingiz adlı oğlan olmuş, razılaşdıqdan sonra Ziyanı və Çingizi aparıb Zərərçəkmiş şəxs1 yaşadığı binanı və ikinci mərtəbədə yerləşən mənzilini göstərmiş, Çingiz qorxduğunu və bu işdə iştirak etməyəcəyini deyib çıxıb getmiş, Ziya isə Validənin mənzilinə açıq eyvandan daxil olacağı barədə qərara gəlmiş, lakin nə vaxt girəcəyini ona bildirməmişdir. Ziya ilə söhbət edərkən Validə Türkiyədə olduğuna görə və həmişə pulu özündə saxladığına görə onlar Validənin Türkiyədən gəlməsini gözləmişlər. xx xxxxx 2019-cu il tarixdə Validə Türkiyədən gəldikdən sonra Ziyanın deməsindən Amil ilə birlikdə gedib Validənin yaşadığı mənzilin pilləkən meydançasında olan su sayğacındakı kranı bağlamışlar ki Validə mənzildən çıxdıqda onun mənzilinə daxil olub pul götürsünlər. Həmçinin, hadisədən bir neçə gün əvvəl Validə iki nəfər oğlanın onun su sayğacını sındırdığını və həmin iki nəfər cavan oğlanları tanımadığını demişdir. xx xxxxx 2019-cu ildə pensiya çıxarmaq adı ilə Zərərçəkmiş şəxs1 evdən çıxarıb yaxınlıqdakı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən “Beynəlxalq Bank”ın bankomatının qarşısına gətirmiş, Validə ilə bankomatın yanındakı skamyada təxminən üç saat oturub Validəni söhbətə tutmuş, sonra oradakı bankomatdan pul çıxarıb “Bazarstore”a getmişlər, qabaqcadan Ziya və Amillə razılaşmaya əsasən o, Validəni mənzildən kənarda tutub vaxt qazanmalı, Ziyagil də həmin müddətdə mənzilə girməli imişlər, hətta Validə ilə olduğu müddətdə Ziya “whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayıb mənzilin qapısının kilidli olduğu üçün evə girə bilmədiklərini, o isə Ziyaya Validə barədə informasiya vermiş, sonra Amil “Bazarstore”a Validəni güdməyə gəlmiş, Ziya isə mənzilə girməli imiş, lakin Ziyagil həmin gün mənzilə girə bilməmişlər. Ümumiyyətlə, o, Amili Ziyanın yanında görsə də Amil ilə ayrılıqda söhbətləri olmamışdır. Onun Validənin mənzilində pulu harada saxlaması barədə məlumatı olmamış, Validə özü ona pul veriləcəyini və 6.000 manata yaxın pulu olacağını demiş, lakin yerini deməmiş, razılaşmaya əsasən Ziya mənzilə daxil olduqda mənzildə axtarıb pulu tapmalı, Validə oyanacağı halda isə iz qoymamalı idi, lakin o, Ziyagilə Validəni öldürməsini bildirməmişdir. Ziya ona əlcəklə işləyəcəklərini və iz qoymayacaqlarını demişdir. O, Ziyagilin pulu götürəndən sonra qaçıb aradan çıxmamaları üçün guya Validənin evindəki pulu ələ keçirəndən sonra guya Suraxanı rayonunda yaşayan dayısının yaşadığı həyət evində 300- 400 min manat pul olduğunu və 24-xx xxxxx 2019-cu ildə dayısı ilə birlikdə rayona toy mərasiminə gedəcəyini, evin açarın dublikatını çıxardığı bildirib internetdən yüklədiyi qara çamadanda olan külli miqdarda pulun fotoşəklini Ziyaya göstərmiş və bu yolla Ziyagili əldə saxlamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 05 radələrində İlkin ona zəng edib Ziyanın və Amilin artıq Validənin mənzilinə daxil olduqlarını və pulu tapa bilmədiklərini dedikdə o, Validədən pulu tələb etmələrini və mənzildə iz qoymamalarını demiş, İlkin isə Ziyagilin Validəni öldürdüklərini demişdir. xx xxxxx 2019-cu il tarixdə o, Ziyaya zəng edib danışanda Ziya mənzildə pul tapa bilmədiklərini, yalnız balonda olan 50 qəpiklik pulları götürdüklərini, Validəni yataq otağında oyanıb onu tanıdığını bildirdiyinə görə öldürüb izi də itirmək üçün mənzili yandırdığını bildirdi. Ziya və Amil ona cinayət yolu ilə əldə etdikləri heç bir əşya və ya pul verməmişlər. Ümumiyyətlə, həm Şahid2, həm Şahid1 qabaqcadan Ziya ilə Amilin Validənin mənzilinə girib oradan pul oğurlayacağını bilmişlər, çünki onunla Ziyanın arasında Validənin evindən pul götürülməsi barədə danışıqlar İlkin və Kənanın yanında olmuş, lakin onlar Validənin öldürüləcəyi, mənzilin yandırılacağı barədə qabaqcadan bilməmişlər, Kənan ümumiyyətlə cinayətdən kənar olmuş və heç bir rolu olmamış, lakin İlkin Ziyanı onunla əlaqələndirdiyi və nəticədə Ziyanın pul qazanacağını əsas götürüb Ziya ilə razılaşmışdır ki Validənin pulu oğurlanıb ələ keçiriləndən sonra Ziya özünə düşən puldan ona da bir qədər verəcək, lakin məbləğ barədə məlumatı olmamışdır, hadisə günü isə Ziya və Amilin ona zəng edib-etməmələrini xatırlamamış, lakin İlkin ona zəng edərək Ziyagilin evdə olduqlarını, lakin pulu tapa bilmədiklərini demiş, o da “Validənin özündən soruşsunlar da” deyəndə İlkin ona Ziyagilin Validəni öldürdüklərini demiş, o, adboy verərək mobil telefonu söndürmüşdür. Ertəsi gün yandığından Kənana “whatsapp” vasitəsilə yanan evin youtube-da olan videosunu atıb daha sonra səs yazısı göndərərək “yaxşı s**ib ağzını öldürüblər” demişdir. O, əlavə dindirmə zamanı bildirmişdir ki, əri Nicatın qohumu Gülyazdan hadisədən təxminən altı ay əvvəl bir neçə dəfə olmaqla təxminən 20,000 manat pul götürüb Zərərçəkmiş şəxs1 vermiş, Validə də həmin pulu sələmlə başqa şəxslərə verib hər ay hər 1000 manat borca görə 100 manat faiz ödənişin 30 manatını götürmüş, qalanını ona vermiş, o da 50 manat Gülyaza, 20 manat isə özünə götürürmüş, onun qazancından ailə üzvlərinin xəbəri olmamış, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Gülyaz Validəni tanımasa da onun ortada vasitəilik etməklə pulu başqa şəxsə sələmlə verdiyini bilmiş, Validə onun vasitəsi ilə həmin puldan hadisə baş verən vaxta qədər 4,000 manatı hər dəfə 2000 manat olmaqla iki dəfəyə Gülyaza qaytarmış, Validə də Gülyazı tanımamış, son vaxtlar Validə pulu qaytara bilmədikdə ona pensiya düzəldə biləcəyini və bu yolla borcun bir hissəsini də silməyi təklif etmiş, o da bu barədə Gülyaza deyib 3500 manat müqabilində Gülyaza və bacısına Validənin vasitəsilə pensiya düzəltməyə razılaşmış, sonradan bu barədə Gülyaz qonşusu Səbirəyə də deyəndən sonra sonuncu ondan soruşanda təsdiq edib özü və bacısı üçün pensiya düzəltmək məqsədilə 1500 və 2000 manat olmaqla iki dəfəyə cəmi 3500 manat vermiş, belə ki, Səbirə üçün 3,000 manata pensiya düzəldəcəyi barədə razılaşmışlar, həmin pulun 1,500 manatını nağd vermiş, qalanı pensiya düzələndən sonra hər ay kartdan çıxılacaq imiş, bacısına görə isə eyni məbləğə razılaşsalar da 2,000 manat bəri başdan verilmiş, 1,000 manat isə sonradan nağd veriləcək imiş. Sonradan o, Səbirəyə 1700 manat pul qaytarmış, hazırda 1800 manat verəcəyi qalmışdır. Həm Gülyaz həm Səbirə Buzovna qəsəbəsində yaşadıqları evdə pulu ona vermişlər, həmin 3500 manat puldan onun xeyiri olmamışdır. Bundan başqa o, əvvəllər mobil telefonunda polis papaq və pencəyi ilə öz fotoşəkiini hazırlayıb saxlasa da həmin fotoşəkili qohumlarından başqa heç kimə nümayiş etdirməmiş, o cümlədən özünü nə Gülyaza, nə də Səbirəyə polis əməkdaşı kimi təqdim etməmiş, onlara polis geyim forması və ya mobil telefonda hər hansı polis formasında olan fotoşəkilini göstərməmişdir. Təqsirləndirilən şəxs Nəsibova X6 Müğbilovaya qarşı quldurluq edilməsi epizodu üzrə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X32 ilə 2013-cü ildə tanış olmuş və münasibətləri həmişə yaxşı olmuş, sonradan Azər onunla evlilikdən əvvəl yaşadıqları qeyri-rəsmi münasibəti əri Nicata deyəcəyi ilə hədələyib ondan pul tələb etmiş, o da hər dəfə Azərin dediyi məbləği müxtəlif yollarla əldə edib çatdırırmış. Zərərçəkmiş şəxs X1 isə üç ildir tanımış, belə ki, Reyhanxanım ilə onun anası Səyyarənin arasında dostluq münasibətləri olmuş, onlar bir-birinin evlərinə mütəmmadi olaraq gedib-gəlmişlər. 2018-ci ilin avqust-sentyabr aylarında onlar Reyhanxanımın evində olan zaman onlara Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30 nömrəli yataqxananın 41 saylı mənzili satdığını bildirmiş, 2018-ci ilin sonlarında Reyhan ona yaşadığı evi satıb pulunu bankdan götürmək üçün birlikdə Əhmədlidə yerləşən adını xatırlamadığı banka getməyi təklif etmiş, 12 №-li avtobus ilə birlikdə həmin banka getmişlər, lakin orada həmin gün evin satış pulu olan 36-37 min manat pulu verə bilməyəcəklərini demişlər, həmin vaxt Azər ilə mobil telefon ilə danışanda ondan nə üçün bankdan olduğunu soruşmuş və o da Azərə anasının rəfiqəsi kimi tanıdığı Reyhanın evini satdığını və həmin satış pulu olan 36-37 min manatı götürmək üçün birlikdə gəldiklərini, lakin pulu növbəti dəfə ala biləcəklərini bildirmişdir. Bundan sonrakı günlər Azər ona Reyhan həmin pulu alandan sonra Reyhanın evindən oğurlamaq üçün evinin yerini soruşmuş, o da Azəri aparıb Reyhanın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Ayla” restoranı ilə üzbəüz yerləşən beşmərtəbəli binadakı mənzilini çöldən göstərmiş, sonrakı günlər Reyhan ona ikinci dəfə pulu götürməyə getməyi təklif etsə də o, razılaşmamış, həmçinin Azər ona qabaqcadan Reyhanın banka gedəcəyi vaxt barədə məlumat verməsini və onun da Reyhana blokda hücum edib pulunu əlindən alacağını dediyi üçün qorxusundan Reyhana həmin gün evə taksi ilə qayıtmasını və ehtiyatlı olmasını bildirmişdir, Reyhan pulu götürüb evə qayıdandan sonra Reyhan ilə danışanda ona pulu götürdüyünü demiş, iki-üç gün sonra Azər ondan Reyhanın pulunu götürüb-götürmədiyini soruşmuş, o da götürdüyünü bildirmişdir. Azər pulun yerini soruşanda o, Reyhanın xasiyyətinə bələd olduğu üçün heç kimə pulu verməyəcəyini və yalnız pulu özü ilə evində saxlayacağını bildirmiş, bundan sonra Azər onunla görüşüb üç nəfər tanışını bu işə cəlb edəcəyini demişdir. O, həmçinin Reyhanxanımın yaşadığı ünvan 17 ünvanı satışa çıxardığını bildiyi üçün bu barədə də Azərə demişdir. xx xxxxxx 2019-cu il tarixdə Azər ona bir neçə dostu ilə Reyhanxanımın evinə gedərək evi yoxladıqlarını, Reyhanxanımın həyat yoldaşının mobil nömrəsini ondan götürdüklərini və əlaqə saxlayıb yoldaşının evdə olub-olmadığını dəqiqləşdirəcəyini demişdir. Belə ki, o, Azərə Reyhanxanımın həyat yoldaşının avtomaşın təmirində işlədiyini demiş və Azər də hadisədən 1-2 saat əvvəl həmin şəxsə zəng edərək avtomaşın təmir etdirmək istədiyini bəhanə edərək işdə olub-olmamasını soruşmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Azər ona “whatsapp sosial şəbəkəsi vasitəsi ilə “mənə səs at, de ki, Reyhanxanımın mənim xalama borcu var. Rehyanxanımm evində də 36.000 manat pul var, həmin pulun 18.000 manatı mənə çatmalıdır, qalan pulu isə öz aranızda bölün” deməsini tələb etmiş, o da Azərin dediklərini edərək həmin sözlərlə olan səs yazısını Azərə göndərmişdir. Belə ki, Azərin yanında dostları olduğunu bilmiş və həmin pulu oğurluq yolu ilə götürmək lazım olduğunu bildirmişdir. O, Azərin birlikdə quldurluq edəcəyi dostlarından ancaq Azərin deməsinə əsasən Şaiqi tanımış, digərlərini isə tanımamışdır. Azər ondan evdə olan pulların yerini deməsini tələb etsə də, o, Azərə yalandan bilmədiyini demiş, lakin pulların yerini Reyhanxanım özü ona çoxdan demişdir; belə ki, pullar çarpayının altında gizlədilmişdir. Azər onunla saat təxminən 14-15 radələrində əlaqə saxlayıb Reyhanxanımın evinə daxil olduqlarını, sonuncunu skoçla bağlayaraq evin hamam otağına yerləşdirdiklərini, evdən 400 manat pul və mobil telefon götürdüklərini, evdən 40.000 manat pulu tapmadıqlarını və buna görə çox pis olduqlarını bildirmişdir. Bir müddət sonra o, Azərdən onunla birlikdə quldurluq hadisəsi törətmiş şəxslərin tutulduqları, özünün isə polisdən qaçıb gizləndiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 181.2.1, 181.2.3, 181.3.2 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, o, istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Validənin evinə tək girmiş, ondan sonra Təqsirləndirilən şəxs2 gəlmişdir. O, Validənin evinə girməmişdən qabaq məlumatları, ona özünü Leyla kimi tanıdan, Həmidədən almışdır, Həmidə deyirmiş ki, sən get evdə 100000-dən çox pul, qızıllar var, Həmidənin dediyinə görə evdə heç kim olmayacaqmış, o, birinci mərtəbədəki pəncərənin dəmir barmaqlıqlarından dırmaşaraq, ikinci mərtəbədəki balkondan içəri girmiş, Validə səsə oyanmış, onu tanımışdır. Validə ona tərəf gələrək səs-küy salmağa başlamış, o, Validəni sinəsindən itələyərək yıxmış, qışqırmaması üçün ağzını yastıqla yummuş, pulların və qızılların yerlərini soruşduqda, Validə pulların və qızılların yerini deməmişdir. O, Validə öldükdən sonra yastığı çəkmiş, onlar Amil ilə evi bir az axtarmış, pulu və qızılları tapmamışlar, o, Evdən 125 manatlıq 50 qəpiklik, 2 telefon və 1 qızıl qolbaq götürmüş, Həmidə ona əvvəlcədən demişdir ki, Validə evdə olsa, səs-küy salsa öldürdükdən sonra şifonerdəki paltarları töküb yandırsın ki, iz itsin. Onlar da elə etmiş, Amil Şifonerlərdəki paltarları töküb yandırmışdır. Amil paltarları meyitdən aralıda, şkafın qarşısına, çarpayıya tərəf tökərək yandırmiş, sonra evdən uzaqlaşmışlar. Hadisədən sonra Həmidəyə zəng vursa da Həmidə telefonu söndürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Pirallahı rayonunda yaşayır, tutulanlardan bir Ziyanı tanıyır, Ziyanın qardaşı Şahid23la tanışdır, Ziyanı da qardaşı Qabilin vasitəsilə tanımışdır. Ziyanın əvvəlki illərdə oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşadığını bilirmiş, Ziya 2019-cu ilin aprel ayının əvvəllərində onun mobil nömrəsinə zəng edərək yaşadığı evə çağırmış, o, axşam saatlarında Ziyagilə getmiş, Ziyanın qardaşı Qabil də evdə imiş. Ziyagilin evinin həyətində ikilikdə söhbət etmişlər, Ziya onunla Zərərçəkmiş şəxs1 evindən oğurluq edəcəkləri barədə söhbət etmiş, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında heç bir ədavət, düşmənçilik olmamış, ilk dəfə Validənin adını Ziyadan eşitmişdir. Onlar, xx xxxxx 2019-cu il tarixində günorta vaxtı Ziyayla görüşdükdən sonra Ziyanın göstərişi ilə Qarayev metrosunun yaxınlığında yerləşən bir məhləyə getmişlər, Ziya ona orada gözləməyinii deyərək bir bina tərəfə getmişdir. Bir saatdan sonra Ziya qayıdaraq oğurluq etdiyini demiş, Ziya ona 1ədəd qızıl qolbaq və sadə nokia markalı telefon verərək özü isə “samsung” markalı telefonu satıb pulu böləcəklərini demişdir. Onlar qərara gəlmişlər ki, Koroğlu metrosunda görüşsünlər, amma onlar, görüşənə qədər polis əməkdaşları onları tutmuşlar. O, ifadə verərkən ona demişlər ki, Ziya Validəni öldürmüşdür, Ziyanın Validəni öldürməyindən xəbəri olmamışdır. O, Ziyaya demişdir ki, sənlə ora gedəcəm, amma içəri daxil olmayacam. Ziyanın Validənin evindən götürərək ona verdiyi qolbağı Pirallahıda 320 manata satmış, həmin pulla borcunu ödəmiş, qalanını da xərcləmişdir. Ziya ona zəng edib demişdir ki, gəl Koroğluda görüşək. Bir müddət sonra, 19 aprel axşam saat 23 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu tutaraq Nizami rayonu polis idarəsinin iyirmi beşinci polis şöbəsinə aparmışlar. Onun pula ehtiyacı olduğu üçün əvvəllər sahibini tanımadığı evə daxil olmuş, Pirallahı qəsəbəsində yaşadığı üçün həmin qəsəbəni yaxşı tanıyır, oğurluq edəcəyi üçün əvvəlcədən evi dəqiqləşdirmişdir, sahibini tanımadığı Arzumana məxsus evdə heç kimin olmadığını müəyyən edərək tək xx xxxxx 2019-cu ildə saat təxminən 15 radələrində evin yan tərəfindən, daş hasardan aşaraq həyətə daxil olmuş, həmin ev kürsülü, bir mərtəbəli ev imiş, evin həyətində içərisində toyuq-cücə olan hin də var imiş, o, evə girmək istəyən zaman qapısının bağlı olduğunu və pəncərələrinə dəmir barmaqlıq vurulduğunu görmüş, ona görə də həyətdə olan lingi götürüb əvvəl bir neçə dəfə qapının kənarına vurmuş, lakin qapı açılmadığına görə məcbur olub evin yan tərəfində olan dəmir barmaqlığı həmin linglə vurub yerindən qopararaq oradan evə girmiş, evə girəndən sonra orada oğurluq üçün axtarış etsə də qiymətli əşya və ya pul tapa bilməmiş, evdəki otaqların birində, öz qabında olan silah olduğunu görmüş həmin silahın qabını açıb baxdıqda içərisində silaha aid sənədləri də görmüş, evdən oğurlamağa bir sey tapa bilmədiyi üçün məcbur olub həmin silahı içərisində olan sənədlərlə birlikdə oğurlayıb evdən çıxardıqdan sonra evin yaxınlığında, dəniz kənarında açıb silaha bir daha baxmış, silah həmin zaman sökülü vəziyyətdə olmuş, silahın sənədlərinin olduğunu görərək sənədləri cırıb atmışdır. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ev alqı-satqısında maklerlik edərək dolanışığını təmin edir, Türkiyədə yaşayan bir tanışı ona zəng vuraraq demişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında ev olsa onun üçün münasib ev alsın. O da tanışına ev tapmaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Azər, Namik və Şaiq ilə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci km. bazarının yanında yerləşən çayxanada görüşmüş və orada Azərə “Neftçilər” metrostansiyasının yaxınlığında ev lazım olduğunu bildirmişdir. Azər ona bir nəfər tanışı olduğunu və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınığında satılıq ev olduğunu demiş, bundan sonra Azər ona evə hal-hazırda baxa biləcəklərini demiş, saat 20-21 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən yataqxanaya getmişlər. Zərərçəkmiş şəxs2 evinə çatanda qapını Şaiq döymüş, qapını qadın açmış, o da özünü Reyhanxanıma alıcı kimi təqdim edərək mənzili satdığını eşitdiyinə görə evə baxmaq istədiyini bildirmişdir. Qadın onları evinə buraxmış, onlar evə daxil olarkən, o, Azər və Şaiq ilə evə baxıb evin qiymətinin 25.000 manat olduğunu, qiymətdə razılaşa biləcəklərini, amma qadının evin sənədlərini qoyduğu yeri xatırlamadığını öyrənmişlər. Bundan sonra nömrəsini Reyhanxanıma vermişdir ki, sənədləri tapdıqdan sonra onunla əlaqə saxlasın, onlar oradan çıxaraq evlərinə getmişlər. Sonradan qadın ona zəng etsə də o, məscidə namaz qılmaq üçün getdiyinə görə telefona cavab verməmiş, namazını qılıb qurtardıqdan sonra Azərə bildirmişdir ki, qadın ona zəng etmişdir, gedib evə baxsınlar. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Reyhanxanımın evinə getmişlər, o, Azər, Şaiq və Namik birlikdə mənzilə daxil olmuş, Reyhanxanım evin sənədlərini Azərə vermiş, onun sənədlərdən anlayışı olmadığına görə Azərlə Namik evin sənədlərinə baxmışlar. Sonradan ona zəng gəlmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsində yerləşən torpağına alıcının baxmaq istədiyini öyrənərək ora getmişdir. Saat təxminən 16 radələrində Binə qəsəbəsində torpağını almaq istəyən şəxs ilə görüşmüşdür. O, Reyhanxanımın evinin yataqxana olmağını bilmirmiş, gündüz evə baxan zaman həmin evin yataqxana olduğunu öyrənmiş, onun Türkiyədə yaşayan dostu alacağı evin yataqxana olmağını istəmədiyindən həmin evi almaqdan imtina etmişdir. Onlar, axşam Reyhanxanımın evinə gedən zaman qonşular da qapının ağzında olmuşdur. X3 Namiqi tanıdığını soruşan zaman, Reyhanxanım gah onun gah da müstəntiqin üzünə baxmışdır. Müstəntiq Reyhanxanıma demişdir ki, “səni necə öyrətmişəmsə elə də de”. O, müstəntiqdən prokurorluğa da şikayət etmişdir.Sədrlik edən Təqsirləndirilən şəxs3 cild 1, iş vərəqə 99- 110, 180-183, 200-211, cild 3, iş/v 88-99-da olan ifadələrini elan edir. Sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirir ki, ifadələrin heç biri ona aid deyil, bunlar müstəntiqin ifadəsidir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ustadır, ev təmir etməklə məşğuldur, Ev alqı-satqısında işləyən tanışları Ağayev Azər və Təqsirləndirilən şəxs3 ona zəng edərək bir evin təmir olunacağını demişlər, o da onlara həmişə oturduğu 8-ci km bazarında kafeyə gəlmələrini bildirmiş, onunla işləyən Təqsirləndirilən şəxs5 həmin kafeyə çağıraraq onlarla birlikdə görüşüb xx xxxxxx 2019-cu il saat 21 radələrində 12 nömrəli marşurutla Qara Qarayev metrosu yaxınlığında yerləşən evə getmişlər, evə çatdıqdan sonra qapını döymüşlər, Reyhanxanım qapını açmış, tanışları Azər, Namiq və Şaiq içəri daxil olmuşlar, həmin vaxt qonşulardan orta yaşlı bir kişi çıxaraq ondan nə üçün gəldiklərini soruşmuş, o, həmin kişiyə evi almaq istədiyini və özünün usta olduğunu bildirmişdir. Həmin kişi də öz evini satmaq istədiyini bildirmiş, beləcə təxminən 3-5 dəqiqə onunla söhbət etmişlər. Bundan sonra o da evə daxil olmuş, evin ərazisi darısqal və yüklə dolu olmuşdur. Evdə veş çox olduğundan veşləri aralayaraq evin poluna baxmış, veşlər yığılan qutular cırıldığı üçün qutuları skoçlayaraq yenidən yerinə yığmışlar, evin sənədlərini istəyərkən Reyhanxanım sənədlərin evdə olmadığını, sabah gələcəkləri təqdirdə sənədləri onlara göstərə biləcəyini bildirmişdir. Namiq öz nömrəsini Reyhanxanıma verərək demişdir ki, sabah sənədləri gətirəndə ona zəng etsin. Sonra onlar oradan uzaqlaşmışlar, xx xxxxxx 2019-cu il tarixində saat 12 radələrində Namiq ona zəng edərək harada olduğunu soruşduqda o, 8-ci km bazarında Şaiqlə çörək yediklərini bildirmişdir. Azərlə Namiq yanına gələrək həmin ünvana getməli olduqlarını demişlər. Onlar 12 nömrəli marşuruta minərək saat 13 radələrində həmin ünvana getmişlər, qapını döydükdə Reyhanxanım qapını açıb onları içəri dəvət etmişdir. O, kafedə içki içdiyi üçün qapının kənarında dayanmış, sənədlərə baxmışdır, Namiqə zəng gəldiyi üçün təcili getmişdir. O, Reyhanxanıma evin 5-6 min manat xərci olduğunu və Namiqin evi alıb almayacağını zəng edərək ona söyləyəcəyini demiş, Reyhanxanımla sağollaşıb evdən uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, X32 və Təqsirləndirilən şəxs4 təxminən 2018-ci ilin dekabr aylarının sonlarından tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yanında çayxanada tanımışdır, Azər Ağayev və Təqsirləndirilən şəxs4 makler işləmişlər. O, xx xxxxxx 2019-cu il tarixdə ailəsi ilə Göyçay rayonunda olan zaman axşam saatlarında Təqsirləndirilən şəxs3 zəng edərək Bakı şəhərinə çağırıb ona iş tapdığını demiş, o da Namiq ilə razılaşıb xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Bakı şəhərinə gəlmişdir, Namiq ona Azər və Namiklə 8-ci km bazarında görüşməyi və özünün də gələcəyini bildirmiş, o da saat 08 radələrində 8-ci km bazarının yaxınlığında Azər və Namiklə görüşüb orada yerləşən çayxanada oturub söhbət etmişlər. Onların məqsədi evi təmir etmək olmuşdur. Evini təmir edəcəkləri qadın Zərərçəkmiş şəxs2 evinin karopka şəkilli təmir ediləcəyini bildirmiş, amma onun evinin sənədləri düzgün olmadığından evi təmir etməmişlər. Evə iki dəfə getmişlər, ikisində də Reyhanxanımın onlara təqdim etdiyi sənədlər düzgün olmadığı üçün evi təmir etmədən geri qayıtmışlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, zərərəçəkmiş şəxsin hüquqi varisini, zərərçəkmiş şəxslər və şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.2.1, 32.3,181.2.2, 32.3,181.2.3, 32.3,181.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 181.2.1, 181.2.3, 181.3.2 və 181.3.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.3.2, 181.3.3 və 326.1ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərmişdir ki, onun atası Üzeyir Məmmədov 1998-ci ildə rəhmətə getdiyi vaxtdan anası ünvan 18 ünvanında təkcə yaşayırmış, o isə 1992-ci ildə türk vətəndaşı ilə ailə həyatı qurub Bakı şəhərində ayrı ünvanda, 2014-cü ildən isə İstanbul şəhərinə köçüb orada yaşamışdır. Böyük qardaşı Elxan Məmmədov 1980-ci illərdə Bakı şəhərində tramvay qəzasında ölmüş, kiçik qardaşı Zaud Məmmədov isə 1995-ci ildə Bakı şəhəri, Xətai rayonunda mübahisə zəminində başqa ilə bir dostu ilə birlikdə qəsdən öldürülmüşdür. Anası Zərərçəkmiş şəxs1 təxminən 2005-ci ilə qədər orta məktəbdə ingilis dili müəlliməsi işləmiş, 2005-2015-ci illərdə Laçın ticarət mərkəzində qadın və kişi geyim əşyalarının satışı ilə məşğul olmuş, 2015-ci ildən sətəlcəm olduğu üçün Laçın ticarət mərkəzində ticarət fəaliyyətini dayandırıb əlində olan satış mallarını da yaşadığı mənzilə yığb həmin vaxtdan tanıdığı müştərilərə mənzildən satış etməyə başlamışdır. O, İstanbul şəhərinə köçəndən sonra anasıyla demək olar ki hər gün mobil telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval soruşmuş, anası yuxusuzluqdan əziyyət çəkdiyinə görə hər gün saat 04 radələrində yuxuya gedib saat 12-13 radələrinə qədər yatırmış, gün ərzində evə lazım olan zəruri ərzaq mallarını yaxınlıqda yerləşən “Bazarstore” marketdən alırmış, saat 18 radələrindən sonra isə mənzildən çıxmırmış. Bir gün anasıyla telefonla əlaqə saxlayan zaman evinə iki nəfərin gəldiyini, onlardan nə məqsədlə gəldiklərini soruşan zaman özlərini su işçisi kimi təqdim etdiyini demişdir. Anası həmin şəxslərə qapını açmamışdır. O da anasına qapını bağlamağını və heç kimə qapına açmamasını demişdir. Bir müddət sonra isə polis onunla əlaqə saxlayaraq anasının vəziyyətinin ağır olduğunu və onun Bakıya gəlməli olduğunu bildirmişlər. O Bakıya gələn zaman anasının öldüyünü öyrənmiş, anasını morqda yanmış vəziyyətdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təxminən 7-8 il bundan əvvəl Binə qəsəbəsində, Hövsan Südçülük savxozunda dörd sot torpaq sahəsi almış ətrafına hasar çəkdirərərk orada ev tikdirmək istəyirmiş, torpaq sahəsinə ev tikdirmək məqsədi ilə 6500 ədəd mişar daşları tökdürmüş, həmin mişar daşlarının hər birini 40 qəpik, ümumi 2600 manata almışdır. Sonradan belə qərara gəlmişdir ki, həmin torpaq sahəsində ev tiksə yola çox uzaq olacaq, bu səbəbdən həmin torpaq sahəsini satıb yola yaxın yerdən torpaq almaq fikrinə düşmüş, ona Bəylər adlı bir tanışı bildirmişdir ki, onun torpağına alıcı tapa bilər, Bəylərin ev-alqı satqısıyla məşğul olduğunu bilirmiş, avqust ayının axırlarında Bəylər ona zəng edərək bildirmişdir ki, torpağını almaq istəyən var, əgər razı olacaqsa gedib torpağa baxsınlar. O da torpaq sahəsini göstərmək üçün oğlunu göndərmiş, Təqsirləndirilən şəxs3 ilə Bəylər torpaq sahəsinə baxaraq oğlundan torpaq sahəsində 6500 daş olduğunu öyrənmişlər, Namiq onun oğluna torpaq sahəsinin uzaq olduğunu, ona bu torpaq sahəsini almağının sərf etməyəcəyini bildirmişdir. Bir aydan sonra yəni, xx xxxxxxxx 2017-ci il tarixdə yeznəsi Mirkamil ona zəng vuraraq torpaq sahəsindən mişar daşlarının oğurlandığını söyləmişdir. Daşların oğurlandığı gündən bir gün sonra ərazinin sahə rəisinə xəbər vermiş, onunla torpağa baxmışlar. Sahə rəisi kimdən şübhələndiyini soruşan zaman, Bəylərdən şübhələndiyini bildirmiş, sonradan daşın Bəylər və Namiq tərəfindən oğurlanaraq satıldığı üzə çıxmışdır. Təqsirləndirilən şəxs3 iki kamaz, yəni 2000 mişar daşını ziyanının əvəzi olaraq ona qaytarmışdır. İstintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, 5 yanvar 219-cu il tarixində evdə tək olduğu zaman evinin qapısı döyülmüş, qapını açarkən evi almaq istəyən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 gəldiyini görmüş, Təqsirləndirilən şəxs3 ona evini almaq istədiyini bildirmiş, evin şəkillərini çəkərək həyat yoldaşına göstərəcəyini demiş, o da niyə Namiqin həyat yoldaşının özünün gələrək onun evinə baxmamasını soruşmuş, Təqsirləndirilən şəxs3 həyat yoldaşının gələ bilməyəcəyini evin şəkillərini çəkib ona göstərəcəyini bildirmiş, o da razılaşaraq onları evinə buraxmışdır. Onlar evin ºəkillərini və videosunu çəkdikdən sonra getmişlər, həmin günü bu şəxslər yenə evinə gələrək evin sənədlərinin harda olduğunu soruşmuşlar, o sənədlərin evdə olmadığını, sənədləri tapdıqdan sonra onlara göstərə biləcəyini bildirmiş, evin sənədlərini tapıb hazırlamış, x xxxxxx 2019-cu il tarixində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 yenidən evinə gəlib evin sənədlərini göstərməyini istəmişlər. Təqsirləndirilən şəxs4 özünü usta kimi göstərərək evdəki borulara baxmış, ondan bu boru xətlərinin mətbəxə gedib-getmədiyini soruşmuş, o da Namikin usta olduğunu zənn edib suallarına cavab vermişdir. Evin sənədlərinə baxmaq istədiklərini deyəndə sənədləri gətirərək onlara göstərmiş, bu zaman Təqsirləndirilən şəxs5 onu itələyərək divana atmış, ona tez pulları verməsini əks təqdirdə onu öldürəcəklərini bildirmişlər. Skoçla ağzını, qollarını, ayaqlarını bağlayaraq hamam otağına salmışlar, halı çox pisləşmişdir. Özünə gələrək əllərini bir təhər açıb hamam otağının qapısından çölə çıxmış, evini dağıdaraq şkafdan 800 manat pul və bir ədəd mobil telefonunu apardıqlarını görmüşdür. Evin sənədlərini götürməmişlər, sənədlər mətbəxdə stolun üstündə olmuş, çölə çıxıb qonşuları çağırmışdır, qonşular heç kimi görmədiklərini bildirmiş, o da qonşulara pullarının və telofonunun oğurlandığını demiş, sonra polisə zəng vuraraq şikayət etmişdir. Bu şəxslərdən heç bir şikayəti və tələbi yoxdur və bu haqda ərizə vermişdir. Cəza məsələsini Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs6 qohumu Nicat Həsənov ilə ailə qurduğu vaxtdan tanımış, Həmidə tez-tez onun evinə qonaq gəlirmiş, Həmidə ona İnsan alveri ilə mübarizə idarəsində işlədiyini və telefonda polis formasında şəkillərini göstərdikdən sonra Həmidənin İnsan alveri ilə mübarizə idarəsində polis işlədiyinə inanmışdır. Həmidə onu xəstəlik adı ilə pensiyaya çıxaracağına inandıraraq 3000 manat pulunu almış, üç ay ərzində onu xəstəliklə bağlı pensiyaya çıxaracağı sözünü vermiş, üç ay keçsə də Həmidədən bir xəbər çıxmamışdır. O, Həmidəyə bacısı, X4 da pensiyaya çıxarması üçün 3000 manat pul vermiş, Həmidəyə pensiyaya çıxarılmaqları ilə bağlı ümumilikdə 6000 manat verdikdən sonra ona əlavə olaraq borc kimi 2000 manat pul vermişdir. Həmidə həmin pulları ona qaytarmamış, əlavə olaraq həmin ərəfələrdə guya polis sistemində vəzifəsini artırmaq adı ilə ondan 1000 manat borc pul almışdır. O, Həmidənin Zərərçəkmiş şəxs3 da pensiyaya düzəldilməsi adı ilə pul aldığını eşitdikdən sonra aıdadıldığını anlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4la qonşudur, tez-tez Gülyazgilə gedirmiş. Həmidə də tez-tez Gülyazgilə gəlirmiş. Bir gün Gülyazın evində olarkən Həmidə ona təklikdə əlaqələrinin geniş olduğunu və 3000 manat müqabilində pensiya düzəldə biləcəyini bildirmiş, ona telefonda polis forması ilə şəkillərini göstərdiyi üçün onun polis olduğuna inanaraq pensiya düzəltməsi məqsədi ilə bankdan götürdüyü 5000 manat puldan 3500 manatını Həmidəyə vermiş, Həmidə ona üç ay ərzində pensiyanın düzələcəyi sözünü verərək narahat olmamağını demişdir. Həmidənin ona vəd etdiyi müddət bitsə də pensiya düzəlməmişdir. Həmidə, onu müxtəlif bəhanələrlə aldadırmış, Həmidənin Gülyazdan pensiya düzəltmək adı ilə pul aldığını və pensiyanın düzəlməməsini öyrəndikdən sonra aldadıldığını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin dekabr ayında ov tüfəngini sökülü vəziyyətdə tanışı Arzumanın həyət evinə gətirərək orada daimi istifadə olunmayan otaqda saxlamış, həmin otaq təmirli olsa da orada yaşamaq üçün çarpayı, stol, stul və sair əşyalar olmadığına görə istifadə olunmamışdır. Həmin otaqda istifadə edilməyən əşyalar saxlanırmış, ov tüfəngi də həmin otaqda digər əşyaların yanında olmuşdur. Ov silahının sənədləri də olmuş və çantanın içində sənədləri ilə birlikdə otağa qoymuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 10 radələrində o, toyuq-cücəni yemlədikdən sonra evin qapı, pəncərələrini bağlayaraq çıxmış, həmin gün saat 18 radələrində evə qayıdan zaman evin giriş qapısına və iki pəncərəsinin dəmir barmaqlıqlarına müdaxilə olunduğunu, evin yan pəncərəsinin dəmir barmaqlıqlarının yerindən qopardılıb pəncərənin açıldığını görərək həyəcanlanmış, qapını açıb evə daxil olmaq istəsə də qapıya müdaxilə edildiyi üçün kilid nasaz vəziyyətə düşdüyündən açılmamış, o da Pirallahı polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə evə daxil olaraq baxan zaman əşyalar dağınıq vəziyyətdə olsa da yerində olmuş, ona görə də polisə əşyalarının oğurlanmadığını bildirmişdir. Sonradan ov tüfəngini qoyduğu yerdə olmadığını görüb həmin gün Pirallahı polis şöbəsinə gələrək ov silahının oğurlanması ilə bağlı ərizə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, təxminən 2009-cu ildən ovçuluqla məşğul olmuş, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2016-cı il tarixli xüsusi icazə sənədi əsasında Sumqayıt şəhərində yerləşən ovçuluq dükanı kimi fəaliyyət göstərən “Franki” firmasından 1350 manat müqabilində özüm üçün 01 ədəd Türkiyə istehsalı olan, “Ata arms” markalı, “beş açılan” tipli, 12 çaplı, 15/D09522 seriya nömrəli ov tüfəngi almış, həmin silahdan bir neçə dəfə ovda istifadə edib atəş açmışdır. Təxminən 2018-ci ilin dekabr ayında silahı dostuna göstərmək məqsədilə Pirallahı rayonu, Pirallahı qəs. K.Rzayev küç. yeni massiv nömrəsiz evdə yaşayan Familin evinə gətirmiş, həmin evdə başqa heç kim yaşamadığı üçün silahı uşaqlardan uzaqda tutmaq məqsədi ilə Familin icazəsi ilə evin istifadə olunmayan otağında, sökülmüş vəziyyətdə, öz qabının içində saxlamış, silahın qabında silahdan başqa silahın qeydiyyat şəhadətnaməsi və onun adına olan təxminən 2009-cu ildə aldığı ovçuluq bileti olmuşdur. Hadisədən sonra müraciət edərək “Azərovçu”dan aldığım ovçu biletinin kötüyündən də göründüyü kimi ovçu biletinin seriya nömrəsi “271” olmuş və hər il üzvlük haqqı ödədiyinə görə biletinə hər il möhür vurulmuşdur. Həmçinin, silahı satın aldığı “Franki” firmasından dəqiqləşdirib onun adına DİN-dən göndərilən forma 3 sənədində qeyd olunmuş “1010” nömrəsinin həm də silahın şəhadətnaməsinin seriya nömrəsi olduğunu öyrənmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, işi ilə əlaqədar Moskva şəhərinə gedib xx xxxxx 2019-cu il tarixdə yaşadığı evə qayıtmış, xx xxxxx 2019-cu il tarixdə Pirallahı rayonunda dostu Zərərçəkmiş şəxs5 ilə görüşəndə ona bir neçə gün əvvəl K.Rzayev küçəsindəki nömrəsiz evə oğruların girdiyini, lakin heç nə götürmədiklərini bildirdikdən sonra o, narahat olduğu üçün birlikdə həmin evə gedib ona məxsus ov tüfəngini axtarmış, lakin tapa bilməmişdir. Famil xx xxxxx 2019-cu il tarixdə saat 18:40 radələrində işdən evə qayıdan zaman evə qanunsuz olaraq daxil olunduğunu aşkar edib bu barədə Pirallahı RPŞ-nə ərizə ilə müraciət etdiyini bildirmişdir. O, özünə məxsus heç bir əşyanın oğurlanmadığını bildirmişdir. Onlar həmin tarixdə evə daxil olan şəxslərin ona məxsus həmin ov tüfəngini və qutunun içində tüfəngin yanında olan silahın sənədi ilə ovçuluq biletini də oğurladıqlarını başa düşmüşlər. Ona görə də o, xx xxxxx 2019-cu il tarixdə Pirallahı RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş və istintaq dövründə cinayətin Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən olunmuşdur, lakin o, həmin şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 20 ünvanda yerləşən “Elmir” marketdə gecə növbəsində kassir işləyirmiş, həmin market 24 saat fəaliyyət göstərir, iş vaxtı hər gün 20:00-dan səhəri gün saat 08:00-dəkdir. xx xxxxx 2019-ci il tarixdə saat 06 radələrində işdə olduğu zaman üç nəfər şəxs “Elmir” marketə gəlmişlər, həmin şəxslərdən biri ona torbada qəpik uzadaraq qəpik lazım olubolmadığını soruşduqda o, lazım olduğunu bildirmiş, torbaya baxdıqda içərisində 50 qəpiklik dəmir pullar olduğunu görüb saymış və həmin şəxsə 120-130 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tanışı Şahid2 evində qalırmış, hadisədən təxminən bir həftə öncə “videochat.ru” proqramı vasitəsilə adının “Leyla” olduğunu bildirən, ancaq daha sonra əsl adının Təqsirləndirilən şəxs6 olduğunu öyrəndiyi, özünü ona əvvəllər kişi olmuş, daha sonra cinsiyyət dəyişdirmə əməliyyatı etdirib qadın olmuş kimi təqdim edən şəxslə tanış olmuş, Həmidə ilə “whatsapp” vasitəsilə videogörüntü ilə danışdıqları zaman İlkinə göstərmiş və onun vasitəsilə tanış olub bir-birlərinə nömrələrini vermişlər. O, Təqsirləndirilən şəxs1 Şahid2 vasitəsilə təxminən hadisədən bir həftə əvvəl tanımış, Ziyanın dostu Təqsirləndirilən şəxs2 ancaq Ziya ilə birlikdə İlkinin yaşadığı evə gəldiyi zaman görmüşdür. O, İlkinin evində Ziya Həmidəylə söhbət edən zaman onların hansısa cinayət planı qurduqlarını eşitmiş, amma Həmidə ilə Ziya digər otaqda söhbət etdikləri üçün söhbətin məğzini tam anlamı ilə tuta bilməmiş, sonradan ona Validə adında bir qadının sələmə pul verdiyi məlum olmuşdur, X36 evində çoxlu pul olduğunu və həmin pulu götürmək lazım olduğunu deyirmiş. O, Ziyanın belə bir iş tutmasına inanmamış, onların elə-belə danışdıqlarını düşünmüşdür. Ziya bir neçə dəfə Validənin evinin ətrafına gedərək həmin evə necə və hardan girilməsini planlaşdırırmış, sonradan Ziya cinayət etmək fikrindən daşınmış, yəni o, artıq Ziyanın cinayət etmək fikrindən daşındığını fikirləşmiş, Amil ona zəng edərək Ziyanın Validənin evində oğurluğa girdiyini, özünün də çöldə gözlədiyini bildirmişdir. Bir müddət sonra Ziya telefon vasitəsi ilə onunla danışarkən Validəni öldürdüyünü demişdir. O, həyətə düşən zaman evə gələn Amil və Ziyayla qarşılaşaraq dükana getmişlər, Ziya əlində olan qəpikləri satıcıya verərək qəpiklərin əvəzinə 120-130 manat arası kağız pul aldıqdan sonra Amil və Ziya ondan uzaqlaşaraq getmişlər. Bu hadisənin üstündən iki gün keçdikdən sonra qapı döyülmüş, o, qapını açdıqda Ziya və polis əməkdaşlarını görmüş və polis bölməsinə gedərək ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, onun oğlu Ziya fəhləlik edərək çörək pul qazanırmış, Təqsirləndirilən şəxs2 də Ziyanın tanışı olduğu üçün onların evinə gəliş-gedişi var imiş. Amillə oğlu Ziya fəhləliklə məşğul olur, dəniz qırağında balıqçı torlarını təmizləyərək və dəmir sataraq pul qazanırmışlar. Hadisə ilə bağlı nə Ziyadan nə də digərlərindən ətraflı bir xəbər ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, hadisədən bir neçə müddət əvvəl “Elite” ticarət mərkəzindəki mağazaların birindən telefon almış, sonra müstəntiq ona zəng edərək Nizami Rayon Prokurorluğuna dəvət etmiş, orada ona aldığı telefonun oğurluq olduğunu demişlər. Müstəntiq ondan telefonu istəmiş, o da telefonu təqdim etmişdir. Telefonun qutusu yox imiş, satıcı ona telefonun yaxın adamına məxsus olduğunu və telefonun probleminin olmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır, Ziya ilə telefonla əlaqə saxlayırmış, Ziya evə demək olar ki, hər ay gəlib-gedirmiş. xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində Ziya evə gəlmiş, bir az uşaqlarla oynayıb, yemək yemiş və ona zəng gəldikdən sonra təcili getmək istədiyini bildrimişdir. O da Ziyaya axşam vaxtı getməməyini, qalıb səhər getməsini demişdir, Ziya təcili getməli olduğunu demiş və evdən getmişdir. xx xxxxx 2019-cu il tarixdə sosial şəbəkələrdə yayılan xəbərlərdə qardaşının və Təqsirləndirilən şəxs2 bir qoca qadını xx xxxxx 2019-cu il tarixdə öldürüb evində yanğın törətdiklərini öyrənmişdir. O, həmin hadisə barədə ətraflı bir şey bilməmiş, hamı kimi internetdən məlumat əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, uşaq vaxtlarından balıqçılıqla məşğul olaraq evə qazanc gətirmiş, qardaşı Təqsirləndirilən şəxs1 isə fərdi qaydada fəhləlik edirmiş. O, Amillə bir yerdə fəhləliklə məşğul olmuş, iş olmayan zamanlar balıqçı torları da təmizləyərək pul qazanmışlar. Amillə iki il işlədikdən sonra daha bir yerdə işləməmişlər. Amili və qardaşını axırıncı dəfə aprel ayının ikisi görmüş, hadisə ilə bağlı ətraflı məlumatı olmamış, hadisə ilə bağlı məlumatı televizor və internetdəki saytlar vasitəsi ilə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 çoxdan tanıyır, Validə ilə əlaqələri var imiş. O, Validənin faizə pul verdiyini bilirmiş, bir dəfə Validə ona zəng edib Türkiyəyə qızının yanına gedəcəyini və onun çantalarını yığmağa kömək etmək üçün onlara gəlməsini istəmiş, o da onun evinə gedərək çantalarını yığmasına kömək etmişdir. Validə qonaq otağında olan şkafın içərisindən istifadə edilməmiş kurtkanı çıxarıb ona göstərərək paltarı geyinib baxmasını, əgər xoşuna gəlsə 60 manat verməsini demişdir. O da paltara baxmış, lakin paltar əyninə böyük olduğuna görə paltarı almayacağını deyib yerinə qoymuşdur. Validə Türkiyəyə qızının yanına getmiş, Türkiyədən qayıtdıqdan bir müddət sonra Validənin ölüm xəbərini eşitmişdir. Ona polis əməkdaşları zəng edərək Validənin ölməsini və onun Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinə gedərək ifadə verməyini demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, Həmidəni və Validəni çoxdan tanıyır, Həmidə yeniyetmə vaxtından onların yanında paltar dükanında işləyirmiş, həm də xalası qızının qızları ilə orta məktəbdə eyni sinifdə oxuyurmuşlar. O, Validəni 1984-cü ildən tanıyırmış, Validə ilə alış-veriş edirmiş. O, əvvəllər Validədən paltar alır, Validə ona paltarları nisyə verirmiş, o, da sonradan pulu hissə-hissə Validəyə qaytarırmış. Validə təzə smartfon telefon aldığı üçün tez-tez ona görüntülü zəng edirmiş. Validə görüntülü zəng edən zaman bloklarında iki nəfər oğlanın olduğunu və onlardan onun qapısının ağzında nə etdiklərini soruşduğu zaman su sayğacına baxmağa gəldiklərini bildirdiklərini demiş, o da Validənin sahə rəisinə xəbər verməyinin lazım olduğunu bildirmişdir. Bir müddət sonra xalası qızı ona zəng edərək Validənin öldürüldüyünü və öldürüldükdən sonra evinin yandırıldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, təxminən 2013-cü ildən gah meyvə-tərəvəz satışı, gah fərdi qaydada taksilik fəaliyyəti, gah da fərdi qaydada internet vasitəsilə satılan mobil telefonları alıb onların pərakəndə satışı ilə məşğul olur, daha çox “Tap.az” saytından aldığı telefonları aldığı qiymətdən bir qədər baha qiymətə satırmış, o, ifadə vermək üçün Nizami rayon prokurorluğuna dəvət ediləndən sonra satdığı “Samsung Galaxy J7” markalı 16 GB-lıq mobil telefonun cinayət yolu ilə əldə edildiyini öyrənmiş, həmin mobil telefonu xx xxxxx 2019-cu il tarixdə şəxsiyyət vəsiqəsinin surəti ilə “Elite” ticarət mərkəzinin birinci mərtəbəsində mobil telefonların satışı həyata keçirilən mağazada 230 manat müqabilində satmışdır. Həmin telefonu satmamışdan iki-üç gün əvvəl “Tap.az” saytındakı elanda görərək almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 qızı ifadəsində göstərmişdir ki, o, Pirallahıda yaşayır, iki oğlu var, Amil böyük oğludur. Amilin Ziya ilə birlikdə Validənin evinə getməsini və Validənin öldürülməsini sonradan Nizami rayon polis idarəsinə gedən zaman öyrənmiş, bu hadisə ilə bağlı ətraflı bir şey bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, oğluyla birlikdə Bayıl qəsəbəsində kirayədə yaşayır. Ona prokurorluqdan zəng vuraraq bacısı Validənin evində yanğın olduğunu və Validənin vəziyyətinin ağır olduğunu demişlər. Sonra Nizami rayon polis idarəsinə gedərkən bacısı Validənin boğularaq öldürüldüyünü öyrənmişdir. Prokurorluğa gedib ifadə vermişdir. Bacısı Validəylə sonuncu dəfə xx xxxxx 2019-cu il tarixdə telefonla danışan zaman Validə ona yorulduğunu, Türkiyədən gəldiyi vaxtdan bəri evi sadəcə süpürə bildiyini, silə bilmədiyini demişdir. Validə onunla telefonla danışan zaman iki nəfər şəxsin Validənin evinin ətrafında gəzdiklərini deyirmiş. Validə də həmin şəxslərdən niyə gəldiklərini soruşan zaman həmin şəxslər Validədən suyun gəlibgəlməsini soruşaraq özlərini su işçiləri kimi təqdim etmişlər. O, hadisə haqqında bu qədər bildiyini bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Elite” ticarət mərkəzində təxminən 2016-cı ildən mobil telefonların satışı ilə məşğul olur. O, telefonu Şahid10 250 manata alaraq Şahid8 kreditlə 350 manata satmışdır. Sonra prokurorluqdan ona telefonun oğurluq olduğunu demişlər və həmin telefonu Mübarizdən götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə Bayıl qəsəbəsində kirayədə yaşayır. O, xalası Validənin öldürülməsi xəbərini polis idarəsinə çağırılan zaman bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ilk olaraq Təqsirləndirilən şəxs1 tanımış, Ziya, onun evinə gəlib-gedirmiş. Sonra Amil də Ziyaya görə onun evinə gəlmişdir. Həmidəni isə sonradan tanımış, Həmidə ilə evdə yemək hazırlayıb yemək yeyir və dost kimi söhbət edirmişlər. X28 öldürməsini və Amil ilə Ziyanın həmin qadının evindən oğurluq etməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə ona Dövlət yanğından mühafizə xidmətinin qüvvə və vasitələrin idarəetmə mərkəzindən, yəni 101 xidmətindən ünvan 21 ünvanda yanğın baş verməsi barədə məlumat daxil olmuşdur. O, növbə rəisi kimi tabeçiliyimdə olan bir manqa ilə yanğın yerinə çıxıb hadisə yerinə çatanda birinci manqa artıq hadisə yerinə çatıb mənzildəki yanğını söndürmə işlərinə başlamışdır. O, öz manqasının köməyi ilə mənzilin binanın arxasına açılan pəncərəsinə nərdivan vasitəsilə qalxıb pəncərələri sındıraraq eyvana daxil olmuş, eyvandan qonaq otağına keçmişdir, mənzilin içində qatı tüstü olmuşdur, yanğın artıq söndürülmüş olmuş, yanğın yalnız yataq otağında olmuşdur, digər otaqlara keçməmişdir. O, içəridə qadının meyidini görmüşdür. Lakin meyidin ilkin vəziyyətini görə bilməmiş digər yanğın manqası meyidin yerini yanğın söndürmə hallarına görə dəyişmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu A.Manafov küçəsi 15/21 nömrəli binada yanğın baş verməsi barədə məlumat daxil olduqda onun rəhbərliyi altında həmin ünvana iki yanğın söndürən avtomobili getmiş, həmin ünvana çatdıqda binanın ikinci mərtəbəsində yanğın baş verdiyini görmüş, dərhal birinci girişdən ikinci mərtəbəyə qalxdıqda 79 saylı mənzilin dəmir qapısının açıq olmasını görüb mənzilə daxil olmuş və mənzilin yataq otağının giriş qapısından sol tərəfdə yanğının mənbəyini müəyyən etmişlər, həmin yerdə şfaner yanırmış, dərhal aşağı düşüb göstərişlərini verib su şlanqı ilə yenidən mənzilə qalxıb təxminən 1 dəqiqə ərzində həmin yanğını söndürmüşdür, həmin vaxt digər əməkdaşlar mənzildə olan tüstünün çıxması üçün binanın arxasından və qarşısından pilləkənlə qalxıb şüşələri sındırmışlar. İçəri daxil olduqda yanğın artıq söndürülmüş olmuşdur. Qadının meyidini görən zaman meyidin yarısı yanmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilini təmiz bilir, onun tərcüməçiyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs5 3 ildən artıqdır tanıyır, o, taksi kimi işləyəndə Famili Pirallahı qəsəbəsində müxtəlif yerlərə apardığına görə tanımış, Arzumanı da Pirallahı qəsəbəsinin sakini kimi tanımış, onların aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, Hafizi də Familə görə tanımış, Hafizi Familin evinə gələndə görüb tanış olmuşdur. Famil Pirallahı qəsəbəsi K.Rzayev küçəsində Arzumana məxsus həyət evində toyuq-cücə saxlayırmış, Kolya da həmin həyətə və toyuq-cücəyə baxırmış. xx xxxxx 2018-ci ildə saat 18 radələrində Famillə görüşən zaman Arzumanın evinə oğruların girdiyini, lakin evdən heç bir əşya oğurlanmadığını bildirmişdir. Bundan sonra Famillə birlikdə evə gedən zaman evin qapısına və pəncərələrinə müdaxilə olunduğunu görmüşm, həmin vaxt X9muş və Azərbaycana qayıdandan sonra Familin evində saxladığı 1 ədəd 5 açılan tipli, Türkiyə istehsaalı 12 kalibrli ov silahının oğurlandığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, tanışı Pirallahı rayon sakini Tural Məmmədzadəyə, o cümlədən başqa tanışlarına məktəb şagirdi olan bacısı oğlu üçün ucuz qiymətə mobil telefon almaq istədiyini demiş, təxminən xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrində Pirallahı rayonunda pasolka deyilən yerdə yerləşən “playstation klub”lardan birində olarkən Şahid6 ilə təsadüfən rastlaşanda Tural ona hələ də ucuz qiymətə mobil telefon almaq istəyib-istəmədiyini soruşmuş, o da istədiyini demiş, Tural ona qara və boz rəngli korpusu olan “Nokia 6680” modelli mobil telefonu göstərərək 15 manat müqabilində almağı təklif etmiş, o da razılaşmış həmin məbləği Turala verib mobil telefonu almışdır. Bir neçə gün sonra ona polis əməkdaşları zəng edib Nizami RPİ-nin 25-ci polis şöbəsinə çağırmışlar, şöbədə söhbət zamanı Turalın ona satdığı həmin “Nokia 6680” markalı mobil telefonu Ziya və Amilin xx xxxxx 2019-cu il tarixdə Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs1 adlı bir qadını mənzilində öldürdükdən sonra mənzildən götürdüklərini öyrənmiş, lakin həmin cinayət hadisəsi barədə qabaqcadan və hadisədən sonra polis şöbəsində sorğu-sual edilənə qədər məlumatı olmamış, həmçinin Turalın onaə satdığı “Nokia 6688” markalı mobil telefonun cinayət yolu ələ keçirildiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yaşayır. Onun atası Zərərçəkmiş şəxs7 2000-ci ildə bir ərazi almış və ora mişar daşları tökdürmüşdür. Bir müddət sonra həmin daşların Namiq və Bəylər adlı şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Təqsirləndirilən şəxs3 oğurlanan 6500 daşdan 2 kamaz daşı qaytarmışdır. Digər epizodlar barədə bir şey bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, o, Namiqi və Bəyləri Binə qəsəbənin sakinləri kimi tanımış, yeznəsi Fariz Binə qəsəbəsindən torpaq sahəsi alıb ev tikmək istəyirmiş, buna görə də mişar daşı lazım olmuşdur, o, 2017ci il sentyabr ayının axırlarında Binə qəsəbəsində yaşıl aptekin yanındakı çayçıda Namiq və Bəylərlə çay içərkən söhbət əsasında ucuz qiymətə, yəni 10-15 qəpiyə mişar daşı axtardığını demiş, Namiqlə Bəylər ona torpaq sahəsi satdıqlarını, satdıqları torpaq sahəsində 6,500 ədəd mişar daşı olduğunu və torpağı alan şəxsin mişar daşlarını istəmədiyindən həmin mişar daşlarını sata biləcəklərini demişdir. O da razılaşmış, birlikdə mişar daşları olan yerə baxmışlar. Ertəsi gün Namiqlə Bəylər bir “Zil” markalı maşınla mişar daşlarının bir hissəsini gətirib Farizin torpaq sahəsinə boşaltmışlar. Namiqlə Bəylər 3-4 gün ərzində həmin “Zil” markalı maşınla 6500 ədəd mişar daşını gətirib boşaltmışlar. O da Namiqlə Bəylərə hissə-hissə olmaqla 1000 manat pul vermiş, o, həmin mişar daşlarını almamışdan əvvəl oğurluq olub-olmamasını Namiq və Bəylərdən soruşmuş, ona həmin mişar daşlarının özlərinə məxsus olduğunu demişlər. Bundan bir müddət sonra 30-cu Polis Bölməsinin əməkdaşları onunla əlaqə saxlayaraq həmin daşların oğurluq olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 5-6 ildir taksi kimi öz avtomobiliylə Pirallahı qəsəbəsində müxtəlif yerlərə apardığına görə tanımış, Arzumanı da Pirallahı qəsəbə sakini kimi tanımışdır. Hafizi də Familin yanında görüb tanımış, Famil Pirallahı qəsəbəsi Rzayev küçəsində Arzumana məxsus həyət evində toyuq-cücə saxlayır, çünki bir neçə dəfə Famili həmin yerə aparmışdır. Kolya həmin həyətə və orada olan toyuq-cücəyə baxırmış. xx xxxxx 2018-ci ildə saat 18 radələrində o, Famil ilə danışanda Famil ona Arzumanın evinə oğru girdiyini, lakin evdən heç bir əşya oğurlanmadığını demişdir. Bundan sonra o, oğurluq olması ilə bağlı həmin evə gedib evin qapısına və pəncərələrinə müdaxilə olunduğunu görmüş, həmin vaxt X9muş və sonradan Azərbaycana gələrək Famil ilə görüşüb söhbət etdikdə Familin evində saxladığı 1 ədəd 5 açılan tipli, Türkiyə istehsaalı 12 kalibrli ov silahının oğurlandığı da məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və hadisədən əvvəl yalnız bir dəfə görmüş, 2019-cu ilin aprel ayının əvvəllərində uşaqlıq dostu Şahid4 ona bir nəfər ilə görüşməli olduğunu və bunun üçün Qara Qarayev metrostansiyasına getməli olduğunu deyərək onunla getməyini təklif etmiş, lakin nə məqsədlə getməli olduqlarını deməmiş, birlikdə Qara Qarayev metrostansiyasına gəlib saat 17-18 radələrində orada əvvəllər görmədiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə görmüş, dördü birlikdə yolun əks tərəfinə keçmişlər. Çingiz, Ziya və Amil Həmidə ilə birlikdə binaların arasına doğru uzanan yol ilə addımlamağa başlamışlar. Çingiz ona yolun kənarında olan dönərxananın qarşısında gözləməyi bildirmiş, o, orada dönər sifariş edib yeməyə başlamış, təxminən 15-20 dəqiqə sonra Çingiz, Ziya və Amil birlikdə dönərxananın qarşısına tərəf qayıtmışlar. Çingiz ona Ziyanın onla birlikdə yaşlı bir qadının yaşadığı mənzilə girib oradan pul oğurlamağı təklif etdiyini və onun da rədd cavabı verdiyini demiş, o da Çingizə ailəli olduğunu və Ziyanın təklifinin onun həyatını alt-üst edəcəyini demişdir. Bundan sonra o, bir daha Amil, Ziya və Həmidəni görməmişdir, Çingiz ilə eyni mövzu barədə söhbətləri olmamışdır. Bundan bir neçə gün sonra o, Ziya və Amilin Zərərçəkmiş şəxs1 adlı qadını evində öldürmələri barədə yayılan videoya baxıb həmin videonu Çingizə də göstərmiş, həmin hadisənin necə törədilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tanımır, ilk dəfə təxminən hadisədən 5-6 ay əvvəl eyni onlayn oyunda iştirak etməklə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, sonradan ondan mobil nömrəsini istəyib real həyatda da görüşməyi təklif etmiş, beləcə Ziya ilə demək olar ki həftədə iki-üç dəfə görüşüb çay içirmişlər. Ziyanın Pirallahı rayonunda yaşadığını və fəhləlik edib çörək pulu qazandığını bilirmiş, Ziyanın barəsində başqa məlumatı olmamışdır. Ziya ona zəng edərək Qara Qarayev metrosu yaxınlığında görüşməyi təklif etmiş, o da dostu Orxanla birlikdə Ziya dediyi ünvana getmişlər, Amil də orda olmuşdur. Ziya ona yaşlı bir qadının evinə girərək oğurluq etməyi təklif etmiş, o isə onun bu təklifini rədd etmişdir. Məhkəmə iclasında X10 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 təxminən 5-6 ildir tanımış, Pirallahı sakini kimi tanımış, aralarında yaxın münasibət və ya ədavət düşmənçilik olmamış, bir müddət Amil ilə birlikdə təxminən 5-6 ay balıqçı işləmişlər. 18-xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, Pirallahı qəsəbəsində yerləşən kafedə təsadüfən Təqsirləndirilən şəxs2 ilə rastlaşmış, həmin vaxt o, orada olan başqa bir tanışına sadə model, sensorsuz mobil telefon axtradığını və münasib qiymətə olacağı halda ona xəbər etməsini deyəndə Amil bunu eşidib ona belə bir mobil telefonun olduğunu bildirərək bir ədəd qara və boz rəngli Nokia 6680 modelli mobil telefon göstərmiş o, əvvəllər həmin mobil telefonu Amilin üzərində görməmişdir. Amil onun yanında mobil telefonu yandırıb funksiyalarının işlədiyini göstərmiş, o, Amildən həmin telefonu neçiyə sata biləcəyini soruşanda ona “neçə vaxtdır bir yerdə işləmişik götür sənə lazımdı” deyib pulsuz telefonu ona verməyi təklif etmişdir. O, şübhələnib əvvəlcə mobil telefonu götürmək istəməsə də sonradan razılaşıb götürmüş, qarşılığında heç nə verməmiş, Amil ona mobil telefonun cinayət nəticəsində ələ keçirildiyini deməmiş, ertəsi gün həmin mobil telefona bacısına məxsus ***-***-**-** saylı mobil nömrəni yerləşdirib mobil telefonun zəng etmək funksiyasını yoxlamaq istədikdə mobil nömrənin xəttinin bağlı olduğuna görə yenidən mobil telefondan çıxarmış, bundan başqa həmin mobil telefona heç bir mobil nömrə yerləşdirməmişdir. Ümumiyyətlə, onun 10-cu sinif şagirdi olan bacısına məktəbdə sensorlu mobil telefon işlətməyə icazə verilmədiyi üçün bacısı üçün xeyli vaxtdır sensorsuz mobil telefon axtarırmış. Təxminən 1-2 gün sonra Pirallahı qəsəbəsində saat 21 radələrində pasolka deyilən yerdə yerləşən “Playstation club”da tanışı Şahid7 ilə rastlaşmış, Azad xeyli vaxt əvvəl ona ucuz qiymətə mobil telefon almaq istədiyini demiş, o da Azad ilə rastlaşanda Amildən aldığı Nokia 6680 modelli mobil telefonu satmağı təklif etmişdir, çünki Amilin ona pulsuz mobil telefon verməsi onun ürəyində şübhə qoymuş, bir yandan da ailəsinə pul lazım olduğu üçün telefonu satıb özündən uzaq etmək istəmişdir, ona görə də Azada təklif edib 15 manat müqabilində satmışdır. Bundan təxminən 1-2 gün sonra camaat arasında yayılan söhbətlərdən eşidib Amil ilə Təqsirləndirilən şəxs1 başqa bir qadın ilə birlikdə bir qoca qadının evinə girib öldürdüklərini öyrənmiş, o, Təqsirləndirilən şəxs1 da Pirallahı sakini kimi əvvəllər tanımış, lakin aralarında ancaq salam-sağol münasibəti olmuş, əvvəllər də cinayət törətdiyi üçün tutulduğuna görə Ziyadan xoşu gəlməmişdir. O, mərhum Zərərçəkmiş şəxs1 tanımamış, cinayətin törədilməsindən nə qabaqcadan nə də sonradan xəbəri olmamış, hadisə barədə eşidəndən sonra da Amilin ona verdiyi mobil telefonun mərhuma məxsus olduğunu və cinayət yolu ilə ələ keçirildiyini bilməmiş, təxminən bir gün sonra tanımadığı polis əməkdaşı ona zəng edib Təqsirləndirilən şəxs2 ona mobil telefon verib-vermədiyini soruşanda o, verdiyini bildirmiş və onu Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında Şahid11 elan edilmiş ifadəsindən görünür ki, doğma qızı Təqsirləndirilən şəxs6 xx.xx.2017-ci il tarixdə Nicat Həsənov ilə ailə həyatı qurub ayrı ünvanda yaşamış, həmin nigahdan onların övladı olmamış, Həmidə əvvəllər Bakı zəngi litseyində bufetdə xadiməçi işləmiş, həmin ərəfədə əri Qulaməli litseyində təsərrüfat müdiri işləyirmiş, Qulaməli öləndən sonra Həmidənin psixi problemləri yaranmış və bir neçə ay sonra xx.xx.2009-cu il tarixdə litseydə bomba olması barədə məlumat verdiyinə görə tutulub barəsində əvvəlki MTN-nin yerli idarəsi tərəfindən araşdırma aparılmış, əvvəlcə Həmidənin barəsində həbs qətimkan seçilərək istintaq təcridxanasında saxlanılmış, üç ay sonra isə barəsində müvafiq ekspertiza təyin edilərək Psixiatriya dispanserində yerləşdirilmiş, sonda Həmidənin barəsində təyin edilmiş ekspertiza nəticəsində anlaqsız olduğuna qərar verilərək cinayət işinə xitam verilmiş, Həmidə təxminən doqquz ay stasionar müalicə aldıqdan sonra sərbəst buraxılmışdır. Həmidə sərbəst buraxıldıqdan sonra heç bir yerdə işləməmiş, hər gün ona baş çəkməyə gəlirmiş. Hadisədən sonra yayılan söhbətlərdən eşitdiyinə görə guya Həmidə cinayəti törətmiş oğlanlara bir neçə gün sonra Bakı şəhəri, Günəşli qəsəbəsində bina evində yaşayan dayısının evində külli miqdarda pul olduğunu və aprel ayının sonlarında dayısı ilə birlikdə toy mərasiminə rayona gedəcəyini deyib həmin oğlanların da dayısının evinə girib pulu ələ keçirməyi təklif etmişdir, lakin bu tamamilə yalan məlumatdır, belə ki, onun Əhliman Nəsibov və Elman Məmmədov adlı iki qardaşı var, Əhliman Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində bina evində, Elman isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna kəndində fərdi yaşayış evində yaşamış, yayılan söhbətlər ehtimal ki Əhlimana aid olmuş, lakin Əhliman da, Elman da kasıb insanlar olmuş, Əhliman dialez xəstəliyindən əziyyət çəkib yataq xəstəsi kimi müalicə olunmuş, Əhlimanın evdən çıxmağa, həmçinin hər hansı rayona toy mərasimində iştirak etmək üçün getməyə fiziki imkanı da olmamışdır. Həmçinin, xx xxxxx 2019-cu il tarixdə kürəkəni Nicatın qohumu Gülyaz və Gülyazın qonşusu Səbirə adlı şəxs onların evinə gəlib Həmidəyə müvafiq olaraq 9,000 və 8,000 manat borc pul verdikləri və geri ala bilmədiklərini demişlər. O da Həmidəni evə çağırmış və Həmidə həmin qadınların dediklərini təsdiq edib onların təkidi ilə xx xxxxx 2019-cu il tarixdə onların pulundan 8,000 və 3000 manatını geri qaytaracağını vəd etmiş, dəfələrlə soruşmaqlarına baxmayaraq nə həmin qadınlar, nə də Həmidə həmin pulu nə üçün, nə məqsədlə aldığını deməmişlər. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Nicat ona zəng edərək Həmidənin başqa iki nəfər oğlanla guya bir qoca Zərərçəkmiş şəxs1 adlı qadını öldürtdüyü üçün Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu demişdir. Məhkəmə iclasında Şahid19 elan edilmiş ifadəsindən görünür ki, 20 ildir ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu A.Manafov küçəsi 15/21 nömrəli 5 mərtəbəli binanın 2ci mərtəbəsində yerləşən bir otaqlı 81 №-li mənzildə yaşayır, qonşusu Validə Məmmədovanı tanımış, lakin aralarında yaxınlıq olmamışdır. Validə Məmmədova əvvəllər yüngül həyat tərzi keçirən, faizə pul verməklə, həmçinin mənzilində kişilərin və qadınların görüşməsinə şərait yaratmaqla məşğul olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 5 və ya 6 radələrində onun yaşadığı mənzilin qapısının döyülməsini eşidib qapını açdıqda heç kimi görməmiş, ancaq Validənin qapısının bir qədər açıq vəziyyətdə olduğunu görüb Validəni səslədikdə sonuncunun mənzilindən tüstü çıxdığını da görüb onun qapısını qonşuların döyüb onu yanğın barədə xəbərdar etdiklərini başa düşmüş, ona görə dərhal nəvəsini geyindirib həyətə düşənd orada yanğın söndürənləri görmüşdür. Yanğının nədən baş verməsindən məlumatı olmamış, həmçinin Validənin yataq otağında öldüyünü bilmiş, lakin hadisənin necə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid20 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 qonşu kimi tanımış, Validənin onun anası ilə münasibətləri normal olmuşdur. Onun yaşadığı mənzil Validənin mənzilinin olduğu blokda birinci mərtəbəsində yerləşir. Validə son zamanlar bəzi şəxslərə faiz müqabilində borca pul verirmiş, onun anası rəhmətə getdikdən sonra Validə yas mərasiminə gələrək ona baş sağlığı verərək mərasimdə oturmayıb çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat 05:30 radələrində evdə uzanıb internetdə film izlədiyi zaman qapı döyülmüş, o, qapının gözlüyündən çölə baxdıqda hamının təlaş çərisində qaçdığını görüb gödəkcəsini geyinərək qapını açdığı zaman bir qadın qonşunun qapının ağzında dayandığını görmüş, həmin qadın ona yanğın baş verdiyini, təcili evdən çıxmasını və yanğınsöndürmə xidmətinə zəng vurmasını xahiş etmiş, lakin o, çıxanadək başqa bir qonşu artıq yanğınsöndürmə xidmətinə zəng etmiş, 2ci mərtəbədə yanğın olduğunu eşitdiyi zaman kiminsə xəsarət almasının qarşısını almaq üçün 2-ci mərtəbəyə qalxıb orada Validənin evinin qapısının tam olaraq açıq olduğunu, içəridən tüstü çıxdığını və qapının qarşısında həmin blokun 1-ci mərtəbəsində sol tərəfdəki mənzildə kirayə yaşayan qonşunun vedrədə həmin mənzilə su atdığını görmüş, bir neçə verdə içəri su atdıqdan sonra yanğını söndürə bilmədiklərini görüb aşağı düşmüşlər. Binanın qarşısında dayandıqda Validənin yaşadığı mənzilin eyvanından tüstü çıxdığını görmüş, eyvanın bütün pəncərələri bağlı olmuş, təxminən 10 dəqiqə sonra hadisə yerinə yanğınsöndürənlər gələrək eyvanın və evin pəncərələrini qırıb blokdan yanan mənzilə su borusu salmaqla yanğını söndürmüşlər. Bundan sonra evin içərisindən yanğınsöndürənlər Validənin meyitini çıxarıb orada olan təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. Hadisədən 3-4 gün öncə onların yaşadığı blokun önündə 2 nəfər 23-24 yaşlarında cavan oğlan görmüş, ikisi də orta boylu olmuş, ikisi də qara gödəkcə geyinmiş, səliqəli ancaq sadə geyinmişlər, ikisi də qaraşın olmuş, həmin oğlanlardan birinin bığları olmuşdur. Məhkəmə iclasında Şahid25 elan edilmiş ifadəsindən görünür ki, 2013-cü ildə Pirallahı rayonu, K.Rzayev küçəsinə yeni yaşayış massivində birmərtəbəli ev tikdirmiş, daimi yaşamasa da hərdən gedib həmin evə baş çəkirmiş, Zərərçəkmiş şəxs5 tanışı Muradın vasitəsilə, Zərərçəkmiş şəxs6 da Familin vasitəsilə tanımışdır. Həmçinin, Famil ilə Hafizin ov həvəskarları olduqları üçün əvvəllər ova getdiklərini də eşitmişdir. Tanış olduqdan sonra Famil ondan xahiş etdiyi üçün K.Rzayev küçəsindəki həyət evinin açarını Familə vermiş və Famil orada 2018-ci ilin noyabr ayından qalmağa başlamışdır. Famil həmin həyətdə toyuq-cücə saxlayır və hərdən ona da pay göndərirmiş, onun evin açarını Familə verməkdə məqsədi evə vaxdı-vaxdında nəzarət olunması olmuşdur. Famil öz evində qalanda da Kolya həyətə baxırmış, xx xxxxx 2019-cu ildə o, iş yerində olarkən Famil ona zəng edərək evin qapı və pəncərələrinə qeyri-təbii müdaxilə edildiyini və evdəki əşyaları qarışdırdıqlarını, lakin heç nə oğurlamadıqlarını bildirmişdir. xx xxxxx 2019-cu ildə saat 16 radələrində Famil yenə ona zəng edərək dostu Hafizə məxsus ov tüfənginin həmin evdə saxlanıldığını və Hafizin gəlib tüfəngi axtarsa da tapa bilmədiyini bildirmiş, onun isə Hafizin ov tüfənginin həmin ünvanda saxlanılmasından heç bir məlumatı olmamışdır. Sonradan cinayətin Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi məlum olmuş, lakin o, Təqsirləndirilən şəxs2 tanımamış, aralarında heç bir münasibət olmamışdır. Məhkəmə iclasında Şahid30 elan edilmiş ifadəsindən görünür ki, “Zil” markalı **-KF- *** dövlət qeydiyyat nömrəli avtomobili icarəyə götürüb işlətmişdir. xx.xx.2017-ci il tarixdə səhər saatlarında tanışı Namiq adlı şəxs ona yaxınlaşıb aldığı torpaq sahəsində 6,500 ədəd mişar daşı olduğunu deyərək həmin mişar daşlarını daşıyıb başqa torpaq sahəsinə aparmağı tapşırmış, o, Namiqlə hər reysi 20 manata razılaşmış, sonradan Namiq tanışı Bəylər adlı şəxs və iki nəfər fəhlə ilə gəlmiş, Bəylərlə Namiq fəhlələrə də torpaq sahəsi və mişar daşlarının özlərinə məxsus olduğunu demişlər. O, xx.xx.2017-ci il tarixdən bir gündə bir neçə dəfə olmaqla xx.xx.2017-ci il tarixədək həmin mişar daşlarını daşıyıb Bəylərlə Namiqin göstərdikləri torpaq sahəsinə boşaltmışdır. Həmin torpaq sahəsi mişar daşlarını daşıdığı torpaq sahəsindən 3-4 km aralıda yerləşmişdir. Bundan sonra Namiqlə Bəylər onun pulunu vermişlər, sonradan onu 30-cu PB-nə çağıranda orada Bəylərlə Namiqin onun vasitəsilə daşıtdırdıqları mişar daşlarının başqa şəxsə məxsus olduğu ona məlum olmuş və o da polisləri aparıb mişar daşlarını boşaltdığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs6 məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 məsuliyyətini yüngülləşdirən hallar Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi, CM-nın 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə etməsi və CM-nın 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsidir. Təqsirləndirilən şəxs6 məsuliyyətini ağırlaşdıran hallar Azərbaycan Respublikası CMnin 61.1.6-ci maddəsində nəzərdə tutulmuş cinayətin tamah məqsədi ilə törədilməsi, CMnin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cinayətin təqsirkar üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsi və CM-nin 61.1.12-ci maddəsində nəzərdə tutulmuş cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən istifadə etməklə törədilməsidir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.6-ci maddəsində nəzərdə tutulmuş cinayətin tamah məqsədi ilə törədilməsidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsində nəzərdə tutulmuş cinayətin tamah məqsədi ilə törədilməsi və CM-nin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cinayətin təqsirkar üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsidir. İş materiallarında olan tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 % dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2013cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «Azərbaycan xalqının umumilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan olunması haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli qərarı tətbiq olunaraq o, təyin edilmiş 1 il müddətinə islah işləri cəzasından azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə 3 ay 4 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxx 2017-ci ildə cəza müddətini çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət hadisəsini şərti azad edildiyi vaxtdan, yəni xx xxxxxx 2016-cı il tarixdən iki il məhkumluq müddəti keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 əməli cinayətlərin residivi hesab olunmamalıdır. Belə ki, AR CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cu maddəsi əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. . AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsində qeyd olunur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 həmin cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunacaq cəza ilə qismən toplanmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Statistika İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs5 və X24 isə məhkum olunsalar da, hazırda məhkumluqları ödənilmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki,«İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Təqsirləndirilən şəxs6 xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs5 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx xxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Dövlət ittihamçısı məhkəmə baxışı zamanı çıxış edərək elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs6 aid hissədə CM-nin 32.3, 181.2.1, 32.3, 181.2.2, 32.3, 181.2.3, 32.3, 181.2.4, Təqsirləndirilən şəxs2 aid hissədə CM-nin 181.2.1, 181.2.2, 181.2.3, Təqsirləndirilən şəxs1 aid hissədə isə həmin Məcəllənin 181.2.1 və 181.2.3-cü maddələrindən imtina etmiş, dövlət ittihamı Təqsirləndirilən şəxs6 aid hissədə CM-nin 32.3, 120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3, Təqsirləndirilən şəxs1 aid hissədə CM-nin 120.2.1, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3, Təqsirləndirilən şəxs2 aid hissə də isə həmin Məcəllənin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlə üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2005-ci il tarixli qərarının 18-ci bəndində göstərilmişdir ki, şəxs CM-nin müvafiq olaraq 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda, bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. Beləliklə, qanunun yuxarıda şərh olunan normasının mənasına görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 quldurluq cinayəti üzrə əməli CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. Onların quldurluq cinayəti Azərbaycan Respublikası CM-nin 181.3.2 və 181.3.3-cü maddələrinin dispozisiyası ilə tam əhatə olunduğundan, əməli yalnız həmin maddə ilə tövsif edilməli və Təqsirləndirilən şəxs6 aid hissədə CM-nin 32.3, 181.2.1, 32.3, 181.2.2, 32.3, 181.2.3, 32.3, 181.2.4, Təqsirləndirilən şəxs2 aid hissədə CM-nin 181.2.1, 181.2.2, 181.2.3, Təqsirləndirilən şəxs1 aid hissədə isə həmin Məcəllənin 181.2.1 və 181.2.3-cü maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onların şəxsiyyətlərini, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü tətbiq edilməklə cəza təyin edilməsini mümkün hesab edir. Cinayət işi üzrə maddi sübutlar - 01 ədəd yastıq üzünün kəsiyi, 01 ədəd yanmış parça, 01 ədəd yanmış mələfə, 01 ədəd yanmış yastıq, Nokia 6680 modelli mobil telefonun texniki yardım jurnalı, “Samsung Galaxy J7” modelli mobil telefonun qutusu, 01 ədəd üzərində “Səba” sözləri həkk olunmuş şüşə balon, 02 ədəd bujiteriya qolbaq, 01 ədəd “Nokia 6680” modelli mobil telefon, 01 ədəd “Samsung Galaxy J7” modelli mobil telefon, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli kapşonlu poliver və 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan bir ədəd göy rəngli idman tipli gödəkçə və şalvar dəsti, Zərərçəkmiş şəxs1 meyitinin əynində olmuş 01 ədəd sarı rəngli köynəyin, 01 ədəd ağ rəngli gecə geyiminin və 01 ədəd tumanın yanmamış hissələri Bakı şəhəri, Nizami rayon prokurorluğunda, 01 ədəd Türkiyə istehsallı, 12 kalibrli, «15/D09522» nömrəli, «Ata Arms» modelli, hamar (yivsiz) təklüləli ov tüfəng Bakı şəhəri, Nizami RPİ-də, 01 ədəd qızıl qolbaq Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsində saxlanılır, 06 ədəd mobil operatorlardan daxil olmuş disk, DTX-dan daxil olmuş 01 ədəd disk, 01 ədəd Lombard qəbzi, 12 ədəd daktilolent, 01 ədəd daktilokarta cinayət işində saxlanılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3, 120.2.9, 32.3, 120.2.11, maddələri ilə 16 (on altı) il müddətinə, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,181.3.2, 32.3,181.3.3-cü maddələri ilə 10 (on) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.3,181.2.1, 32.3,181.2.2, 32.3,181.2.3, 32.3,181.2.4-cü maddələri ona verilmiş həmin Məcəllənin 32.3,181.3.2, 32.3,181.3.3-cü maddələri ilə əhatə olunduğundan rəqəm hissədə ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməklə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsin 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla o, qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3-cü maddələri ona verilmiş həmin Məcəllənin 181.3.2, 181.3.3-cü maddələri ilə əhatə olunduğundan rəqəm hissədə ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətinə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3-cü maddələri ona verilmiş həmin Məcəllənin 181.3.2, 181.3.3-cü maddələri ilə əhatə olunduğundan rəqəm hissədə ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar Bakı şəhəri, Nizami rayon prokurorluğunda saxlanılan 01 ədəd yastıq üzünün kəsiyi, 01 ədəd yanmış parça, 01 ədəd yanmış mələfə, 01 ədəd yanmış yastıq, Nokia 6680 modelli mobil telefonun texniki yardım jurnalı, “Samsung Galaxy J7” modelli mobil telefonun qutusu, 01 ədəd üzərində “Səba” sözləri həkk olunmuş şüşə balon, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli kapşonlu poliver və 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan bir ədəd göy rəngli idman tipli gödəkçə və şalvar dəsti, Zərərçəkmiş şəxs1 meyitinin əynində olmuş 01 ədəd sarı rəngli köynəyin, 01 ədəd ağ rəngli gecə geyiminin və 01 ədəd tumanın yanmamış hissələri məhv edilsin. 02 ədəd bujiteriya qolbaq, 01 ədəd “Nokia 6680” modelli mobil telefon, 01 ədəd “Samsung Galaxy J7” modelli mobil telefon, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsində saxlanılan 01 ədəd qızıl qolbaq sahiblərinə qaytarılsın. Bakı şəhəri, Nizami RPİ-də saxlanılan 01 ədəd Türkiyə istehsallı, 12 kalibrli, «15/D09522» nömrəli, «Ata Arms» modelli, hamar (yivsiz) təklüləli ov tüfəngi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. 06 ədəd mobil operatorlardan daxil olmuş disk, DTX-dan daxil olmuş 01 ədəd disk, 01 ədəd Lombard qəbzi, 12 ədəd daktilolent, 01 ədəd daktilokarta cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 794.88 (yeddi yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1 və X27 müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilsin. Hökmdən (hökmün surəti Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-76/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-76/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver