Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2021 20.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxslə əldə edəcəyi narkotik vasitənin qiymətinə və çəkisnə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib sonuncunun Bakı şəhəri Yasamal rayonu “Nizami” metrostansiyasının yaxınlığında gizlətdiyi yerdən götürməklə 6,346 qram çəkidə külli miqdarda narkoik vasitə heroini xx.xx.2020-ci il tarixdə qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, orada iki hissəyə bölərək iki ədəd ayrıayrı şəffaf sellofan bükümlərə qablaşdırmış, bir hissəsini yaşadığı ünvanda gizlətməklə, digər hissəsini isə üzərindədaşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yaşadığı evin yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi RPİ-nin43-cü Polis Bölməsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanovküçəsiev36/1ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmizçəkisi 1,057 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş,daha sonra elə həmin tarixdə Təqsirləndirilən şəxs özünün razılığı ilə ünvan 6 ünvanında yerləşən yaşadığı evə və həyətyanı sahəyə keçirilmiş baxış zamanı həyətdə yerləşən, özünə aid alətlərinsaxlancyerindəkirəfinüzərindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 5,289 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o özü narkotik vasitə istifadəçisidir, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. İstifadəçi olsa belə özüm heç vaxt heç kimə narkotik satmamışdır, nə də belə bir fikri olmayıb. Oktyabr ayının 21-i 2020-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində piyada hərəkət edirkən, həmin vaxt 3 nəfər ona yaxınlaşdı, polis əməkdaşı olduqlarını bildirdilər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Binəqədi Rayon Polis idarəsinin 43-cü Polis Bölməsinə apardılar. Tutulmadan bir neçə gün əvvəl şəxsi istifadəsi üçün təxminən 2 qrama yaxın narkotik vasitə almışdı. Aldığı gün təxminən 1 qramını istifadə etdi, qalanı isə üzərində idi. Bölmədə üzərindən olan həmin 01 bükümdə narkotik vasitə heroini, üzərimdə olan pulu və mobil telefonumu çıxarıb polis əməkdaşlarına təqdim etdi. Üzərində aşkar olunan 1 qram narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsdən almışdı. Həmin şəxsin göndərdiyi bank kartına pul göndərirdi, o da ona narkotiki gizlətdiyi yeri deyirdi və gedib həmin yerdən götürürdü, həmin şəxsi həyatda görməmişdir, özünü Əli kimi təqdim etmişdi, Əli ilə ancaq Whatsapp vasitəsilə danışırdı, Əli ona müxtəlif kartlar göndərirdi, o da ona narkotik üçün pul ödəyirdi. Təqdim etdiyi 01 bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırıldı, mobil telefonu da polis əməkdaşları tərəfindən götürüldü. Üzərindən əlavə heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadı. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirilməsi üçün evinə getdilər. Polis əməkdaşları yaşadığı ünvanda qanunsuz heç nə aşkar etmədilər, ancaq ciblərindən bir ədəd sellofan bükümü çıxarıb ona bildirdilər ki, bükülüdə olan narkotik vasitənin ona aid olduğunu boynuna götürməlidir və çəkiliş zamanı da bunu təsdiq etməlidir. O əvvəlcə polis əməkdaşlarına etiraz etdi, həmin bükülüdəki narkotiki boynuna götürməyəcəyini dedi. Lakin onlar ona təzyiq göstərdilər, hədə-qorxu gələrək, boynuna götürməyi üçün təkid etdilər. O da məcbur olub çəkiliş zamanı guya evindən aşkar olunan bükülünün içərisindəki narkotikin ona aid olduğunu bildirdi. Ünvanında aşkar etdiklərini qeyd etdikləri bükülü ona məxsus deyil. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Oktyabrın 21-i 2020-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumat rəhbərliyə məruzə olundu və əməliyyat tədbirinin keçirilməsi barədə qərar verildi. Baş İdarənin əməkdaşı Şahid2 və ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşından ibarət əməliyyat qrupu yaradıldı. Həmin gün əməliyyat məlumatında əks olunan Binəqədi rayonu Binəqədi qəsəbəsində müəyyən edib ona yaxınlaşdılar. Özlərini təqdim etdilər, daha sonra Təqsirləndirilən şəxs bölməyə dəvət etdilər, onu Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına apardlarq. Orada vəkil dəvət olundu və videoçəkilişlə saxlanılan şəxsə üzərinə axtarış aparılacağını bildirərək, üzərində qanunsuz hər hansı bir predmet varsa təqdim etməsini təklif etdilər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etdi və şalvarının cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin narkotik vasitənin şəxsi istifadəsi üçün olduğunu və internet vasitəsi ilə əlaqə saxladığı şəxsə ödəmə terminalı vasitəsi ilə pulu ödəyərək aldığını dedi. Aşkar olunan narkotik vasitə qablaşdırıldı, möhürləndi, protokol tərtib olunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə getdilər. O, özü könüllü şəkildə həyətində gizlətdiyi bir ədəd sellofan bükümü onlara təqdim edib içərisində heroin olduğunu dedi. Təqsirləndirilən şəxs həyətində aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürləndi. Onun evindən və ya həyətindən əlavə əhəmiyyət kəsb edə biləcək heç nə aşkar olunmadı. Protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalandı. Arzuman şifahi sorğu zamanı narkotik vasitəni tanımadığı şəxsdən internet vasitəsilə əldə etdiyini bildirdi. Arzuman həmin şəxsə lazım olan qədər narkotik vasitə sifariş verdiyini, əvəzində də ödəmə terminalı vasitəsi ilə kart hesabına pul ödənişi həyata keçirdiyini bildirdi. Daha sonra isə həmin şəxs ona narkotiki gizlətdiyi yerin ünvanını və fotosunu çəkib atırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2235 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,057 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir; Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 5,289 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, hər İki zərfdə olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər, ümumi təmiz çəkisi 6,346 qramdır. «Heroin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi 0.1 qr, qalıq 6.246 qr. Cinayət işində olan məhkəmə-kompüter-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 5/865 saylı rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.1.1" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy J2” markalı “SM- J250F/DS" modelli «**********08531, **********08539» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır, smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunaraq üç ədəd DVD-R diskə köçürülmüşdür. Cinayət işində olan xx.xx.2020-ci il tarixli «ünvanda baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.3.1, 177.6 və 236-cı maddələrinin tələblərinə əsasən DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis kapitanları Şahid1 və Şahid2, Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru polis leytenantı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olmayan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2020-ci il tarixdə saat 08:30-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxladığını, həmin mənzilə baxüş keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2020-ci il tarixdə saat 11:30- da başlayaraq saat 11:41-də bitmiş baxış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin sol tərəfində yerləşən yarım tikilinin içərisində olan piştaxta üzərindən bir ədəd şəffaf sellofan bükümdə olan, açıq qəhvəyi rəngli, spesifik iyə malik, heroinə bənzər maddəni təqdim etmiş, həmin kütlə elektron tərəzi ilə çəkilmiş, çəkisi 7,4 qram olması müəyyən edilmiş, həmin sellofan büküm ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış, DİN-İn 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus yaşayış evinin dəhlizinə, qonaq otağın, yataq otağına və mətbəxə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədə tanış olduğu real həyatda tanımadığı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini, 150 manat məbləğində pulu ona deyilən bank hesabına köçürdüyünü, yaxın qohumlarını narkotik vasitə istifadə etdiyindən heç bir məlumatlarının olmadığım, bundan başqa üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin maddələrinin müxtəlif vaxtlarda eyni şəxsdən əldə etdiyini bildirmişdir. Baxış və götürmə işıqlı şəraitdə keçirilmiş, “Sony” markalı videokameradan istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və yə qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır Cinayət işi materiallarında müəyyən olunur ki, xx.xx.2020-cİ il tarixli qərarla, maddi sübut kimi tanınmış, ilkin təhqiqat materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-də şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd CD-yə köçürülmüş səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan, “Ünvana baxış-Arzuman” adlı, MPEG-TS Video File (.MTS) tipli, 1,24 QB həcmli, 10 dəqiqə 48 saniyyə müddətli, xx.xx.2020-ci il tarixdə yaranmış bir ədəd videogörüntü var. Həmin videogörüntüdə gündüz vaxtı işıqlı və aydın havada fərdi həyət evinin hündür daş hasara alınmış, döşəməsi rəngli tamet daşları ilə örtülmüş həyətində hamısı mülki geyimində olmaqla dörd nəfər şəxsin olması əks olunur, bir sırada dayanmış üç nəfərlə üzbəüz dayanan şəxs çəkiliş başlayan zaman ünvanda baxış, axtarış və götürmə haqqında protokolun tərtib olunmasının xx.xx.2020-ci i! tarixdə saat 11;30-da ünvan 1 ünvanında başlandığını elan etməklə özünü təqdim edib Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutaraq videoçəkilişdə iştirak edən şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, onunla üzbəüz istiqamətdə sol tərəfdə dayanmış şəxs özünü Binəqədi RPİ-nin 43-cı PB-nin əməkdaşı polis leytenant! Şahid3 kimi, ortada dayanmış şəxs özünü Təqsirləndirilən şəxs kimi, sağ tərədə dayanmış şəxs isə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 kimi təqdim etdikdən sonra təhqiqatçı həmin şəxslərin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq baxış istintaq hərəkətinin başlandığını elan edib Təqsirləndirilən şəxs müraciət edərək bildirir ki, “Təqsirləndirilən şəxs, Siz, üzərinizə şəxsi axtarış keçirilən zamanı bildirmisiniz ki, yaşadığınız ünvanın həyətində narkotik vasitə heroin saxlayırsınız, yaşadığınız ünvanda baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazınız varmı?” Təqsirləndirilən şəxs etirazının olmadığını dedikdə təhqiqatçı bildirir ki, bununla bağlı Təqsirləndirilən şəxs müvafiq ərizə alınmışdır, daha sonra yenə də Təqsirləndirilən şəxs müraciət edərək həyətində saxlamasını bildirdiyi narkotik vasitəni təqdim etməsini xahiş edir, Təqsirləndirilən şəxs əli ilə həyətinin yuxarı hissəsində yerləşən ayrıca balaca daş tikilini göstərib həmin yerə yaxınlaşır, üzərindəki taxta qapını açıb polis əməkdaşları ilə birlikdə içərisinə daxil olur və görüntünün 01 dəqiqə 28-ci saniyyəsində giriş qapısından sağ tərəfdəki divara vurulmuş orta hissədəki taxta rəfin üzərinə düzülmüş şüşə balonlar və usta ləvazimatlarının arasından bir ədəd sellofan bükümü götürüb təhqiqatçıya təqdim edərək heroin olmasını, orada qanunla 9 qadağan olunmuş başqa bir əşya və predmetin olmadığını bildirir, bundan sonra təhqiqatçı və digər iştirakçılar həmin qapalı saxlanc yerinə ümumi nəzər salaraq sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya və predmetin aşkar olunmadığını təsdiq edərək bayıra çıxırlar, həyətdəki plastmass masaya yaxınlaşırlar. X5 saxlanılan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş selofan bükümü masanın üzərirnə qoyaraq sonuncudan həmin bükümün içərisində nə olması, kimə məxsus olması, haradan, nə vaxt, neçəyə əldə etməsi, çəkisi barədə soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, bükümün içərisində olan kütlə narkotik vasitə "heroindir”, çəkisi təxminən 7-8 qram olmalıdır, özünə məxsusdur, sosial şəbəkələrdən birində tanış olaraq münasibət qurduğu, əyani olaraq tanımadığı şəxslə telefonla danışmış, həmin şəxsin ona göndərdiyi bank hesabına pul köçürməsi etdikdən sonra həmin şəxs narkotik vasitəni qoyduğu ünvam ona demiş, o da gedib götürmüşdür. Bundan sonra təhqiqatçı öz iş çantasından qayçı və elektron tərəzi çıxarır, qayçı ilə həmin sellofan bükümün yuxarı hissəsindən bir qədər kəsməklə aralayaraq içərisindəki tozşəkilli tünd qəhvəyi rəngli kütləni kameraya nümayiş etdirərək kütlənin kəskin qoxuya malik olmasını bildirir və qablaşdırılacağını elan edərək yapışqan lentdən bir qədər kəsərək həmin sellofan bükümümn ətrafına dolayır, çəkisini müəyyən etmək üçün masanın üzərində olan balaca elektron tərəzinin üzərinə qoyur, bükümün çəkisi 7,4 qram gəlir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olduğunu deyərək təqdim etdiyi həmin bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onu götürüb ağ kağızdan hazırlanmış zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzalan ilə təsdiq edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs həyətində narkotik vasitə saxlaması barədə ailə üzvlərinin məlumatlı olub-olmamaları barədə, hazırda onların evdə olub-olmadıqları, yaşadığı ünvanda baxış aparılmasına hər hansı bir etirazının olub-olmadığı barədə soruşur, Təqsirləndirilən şəxs “yox” cavabı verir, təhqiqatçı ona yaşadığı sahəni göstərməsini təklif edir. Təqsirləndirilən şəxs evin pəncərəsinin üzərində olan qoruyucu dəmir barmaqlıqların arasından açarları götürüb pilləkənlə birmərtəbəli daş evə qalxır, evin dəmir giriş qapısını açaraq polis əməkdaşları ilə birlikdə içəri daxil olur, evin dəhliz, mətbəx, dörd yataq otaqlarına səthi baxış keçirilir, hər hansı bir digər qadağan olunmuş əşya və predmetin aşkar edilmədiyi qeyd olunur. Bundan sonra iştirakçılar evdən həyətə çıxırlar, təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək baş verənlərin “Sony” markalı videokamera vasitəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoqeydiyyata alındığını, prosessual hərəkətin bitdiyini elan edir. Cinayət işi materiallarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən götürülmüş, ekspertiza tədqiqatlarından sonra istintaq orqanına qaytarılmış 01 ədəd «Samsung Galaxy J2» markalı «SM-J250F/DS» modelli **********08531 və **********08539 imei-kodlu smartfon tipli mobil telefon cihazının yaddaşında olan fayıllara keçirtmiş baxış zamanı müəyyən edilmişdir ki, telefondakı tarix və vaxt göstəriciləri hazırki real vaxt və tarix göstəriciləri ilə uyğun gəlmir, telefonun «Mənim fayıilarım» bölməsindəki «Cihazın yaddaşı» çantasındakı «2020-07-31» adlı fayılda 24 ədəd səsyazma var, onlardan 7 ədədi iş üçün maraq kəsb edir, belə ki, «call_00-30-44_OUT_x0010.amr» adlı səsyazmada telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs «xxxx» ASC-nin çağrı zəng mərkəzinə zəng vuraraq oranın mütəxəssisinə müraciət edib xx.xx.2020-ci il tarixdə X3 adlı şəxsin hesabına köçürdüyü 357 manat məbləğində pulun hesaba oturması barədə kart sahibinə SMS getməməsi, nəticədə həmin şəxsin ona narazılıq etməsi barədə iradını bildirərək bank əməkdaşından xahiş edir ki, pulun köçürülməsini telefonda təsdiq etsin ki, o, həmin şəxsə sübut edə bilsin; «call_14-04- 01 _İN_+**********44» adlı səsyazmada xx.xx.2020-ci İl tarixdə saat 14:39-da ***-***-**-** saylı telefondan zəng vuran naməlum şəxs baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs bir qram narkotik vasitə heroin istəyir, Təqsirləndirilən şəxs bildirir ki, bir qram yoxudur, yarım qram qalıb, zəng vuran tək olmadığını, yanında qonaqlarının olmasını bildirir, razılaşırlar ki, hələlik yarımı götürsün, axşama Arzuman yenə də təşkil edər: «calM6- 21-08_İN_+**********03» adlı səsyazmada xx.xx.2020-ci il tarixdə saat 16:21:48-də ***-***-**- ** saylı telefondan zəng vuran naməlum şəxs baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs «Patı» adlandırılan psixotrop maddə «metamfetamin» istəyir, Təqsirləndirilən şəxs hazırda olmadığını, qurtardığını bildirək, axşam zəng vurmasını xahiş edir; «call_20-30~10__OUT_+**********33» adlı səsyazmada xx.xx.2020-ci İİ tarixdə saat 20:30:46-da baxış keçirilən telefon cihazının İstifadəçisi Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefona zəng vurararaq naməlum şəxsdən nə düşündüyünü, hansı miqdarda narkotik istədiyini, ondan da miqdar soruşduqlarını, onu gözlədiklərini, danışıb tez ona bir cavab deməsini tələb edir; «call_21-44- 44_OUT_+**********44.amr» adlı səsyazmada xx.xx.2020-ci il tarixdə saat 21:46:38-də baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefona zəng vurararaq naməlum şəxsdən pul istəyərək «mal», yəni narkotik vasitə almaq üçün getməyə hazırlaşdığını, «bu» adlandırdığı başqa kiminsə üçün də «mal» götürəcəyini, onun da pul gətirməsini gözlədiyini bildirir, razılaşırlar ki, gedib-gəlsin sonra hesablaşarlar; «call_21 -47- 08_OUT_+**********33» adlı səsyazmada xx.xx.2020-ci il tarixdə saat 21:47:37-də baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs ***- ***-**-** saylı telefona zəng vurararaq naməlum şəxsə 5-10 dəqıqəqəyə «ma!», yəni narkotik vasitə almaq üçün getməyə hazırlaşdığını bildirərək gətirib pulunu verməsini tələb edir; «call_22-06-16_İN_+**********33» adlı səsyazmada xx.xx.2020-ci il tarixdə saat 22:01:20-də ***-***-**-** saylı telefondan zəng vuran naməlum şəxs baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs məlumat verir ki, bir qədər əvvəl qonşuluqda yaşayan Ülvigilin küçəsində bir ədəd «Ceep» markalı avtomobil dayandı, içərisndən bir neçə nəfər idmançı cüssəli şəxslər düşdü, polis əməkdaşlarına bənzəyirlər, hazırda küçədə gəzişirlər, tapşırır ki, bayıra çıxanda ehtiyatlı olsun; «caii_22-30- 29_OUT_+**********44» adlı səsyazmada 31,07.2020-ci il tarixdə saat 22:31:32-də baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefona zəng vurararaq naməlum şəxsdən tələb edir ki, hər dəqiqə onu yığmasın, «malı» hələ götürməyib, arxasıyca hələ indi gedir, bu dəfəkı söhbət başqa cürdür, dəqiq vaxtı bilinmir, nə vaxt yerini desələr gedib götürəcək, bəlkə yarım saata, bəlkə bir saata, elə olub ki, iki saat da çəkib; «DCİM» çantasındakı «Camera» adlı fayılda baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə axşam saat 20 radəiərində «MilliÖn» elektron ödəmə terminalı vasitəsi ilə X6 adlı şəxsin «xxxx» ASC-dəki hesabına 595 manat məbləğində pu! köçürməsi etməsinə dair 02 ədəd video və müvafiq qəbzin müxtəlif rakurslardan çəkilmiş 04 ədəd fotosu var; «Screenshots» adlı fayılda «+989» rəqəmləri ilə başlayan xarici dövlətlərin mobil operatorlarına aid, «A», «Behrem», «Məhəmməd» adlı və digər adı qeyd olunmayan kontaktların 07 ədəd telefon nömrələrinin siyahısının 01 ədəd fotosu var; «RecoVALLPics» adlı fayılda pul köçürməsinə dair qəbzlərin 22 ədəd, plastik bank kartlarının 06 ədəd, elektron tərəzidə narkotik vasitələrin çəkilməsi anının 04 ədəd, ABŞ dollarının müxtlif nominallı əskinasları üzərinə səpələnmiş ağ rəngli həblərin 01 ədəd, içərisində narkotik vasitə heroinə oxşayan qəhvəyi rəngli kütlər oian şəffaf sellofan bükümün masanın üzərində 01 ədəd fotoları var; «WhatsApp» adlı fayılda digər maraq kəsb etməyən fotolar və yuxarıda artıq sadalanmış fotolardan əlavə 05 ədəd müxtəlif yol kənarı ərazilərin göy rəngli işarə ilə nişanlanmış, telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin götürüldüyü ehtimal olunan ünvanlaın fotoları var; «WhatsApp» çantasındakı «Media» bölümünün «WhatsAppVideo» faylmın «Sent» çantasında «VİD-2020.09.07. WA0023.mp4» adlı videoçəkilişdə xx.xx.2020-ci il tarixdə saat 01:46:54-də baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs «Gaqaş» adlandırdığı naməlum şəxsə videomüraciət edərək ona satdığı narkotik vasitə heroinin nəm olmasından şikayət edir, narkotik vasitənin büküldüyü şəffaf sellofanı və içərisindəki narkotik vasitəni nümayiş etdirərək suyun içərisində olmasını bildirir, həmin narkotik vasitənin yarısını yanında olan, əlləri görsənsə də sifəti kadrda əks olunmayan, «Gərdeş» adlandırdığı şəxsə vəd verdiyini, malın nəm olmasına görə həmin şəxsin yanında da pis vəziyyətə düşdüyündən gileylənir; «VİD-2020.09,14. WA0071 .mp4» adlı videoçəkilişdə ci il tarixdə saat 04:50:52-də baxış keçirilən telefon cihazının istifadəçisi Təqsirləndirilən şəxs elektron ödəmə terminalı vasitəsi ilə X3 adlı şəxsin 4****8875 saylı kartının ******************** saylı hesabına 255 manat məbləğində pul köçürməsini nümayiş edir. Baxış zamanı telefon cihazının yaddaşında aşkar edilmiş, istintaq üçün sübut əhəmiyyəti kəsb edən fotoşəkillər çap olunaraq, səs və videoyazmalar isə bir ədəd ayrıca CD-ə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3507 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “asılılıq sindromu"- narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi, cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq 6,246 qram çəkidə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış 2 ədəd səsli videogörüntü əks olunmuş CD formatlı disk, Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk, cinayət işində saxlanılması nəzərə alınmalı, 01 ədəd «Samsung Galaxy J2» markalı «SM-J250F/DS» modelli **********08531 və **********08539 imei-kodlu smartfon tipli mobil telefon sahibinə qaytarılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 167,65 (yüz on atmış yeddi, atmış beş) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 167,65 (yüz on atmış yeddi, atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq 6,246 qram çəkidə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış 2 ədəd səsli videogörüntü əks olunmuş CD formatlı disk, Bakcell MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işində saxlanılması nəzərə alınsın, 01 ədəd «Samsung Galaxy J2» markalı «SM-J250F/DS» modelli **********08531 və **********08539 imei-kodlu smartfon tipli mobil telefon sahibinə qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-765/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-765/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver