Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-77/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, X43 və Anar Hüseynağa oğlu Həsənovun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər: Bakışəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyət göstərən vəkil Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7 və Müdafiəçi6, zərərçəkmişşəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, nümayəndələr: fərdi qaydada fəaliyyət göstərən vəkillər Nümayəndə1 və Zərərçəkmiş şəxs4 iştirakı ilə xx xxxxxx 1971-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, Bakışəhəri Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 9, mənzil 24-də qeydiyyatda olub, Bakışəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 168 AN, mənzil 13də yaşamış, Bakıİstintaq Təcribxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə, xx xxxxxx 1963-cü ildəŞamaxı rayonunun Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «xxxxxxxxx» ASC-nin Xətai filialının müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, məhkum olunmamış, Bakışəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12, mənzil 74-də qeydiyyatda olub, Bakışəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 14, mənzil 28-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə, xx xxxx 1977-ci ildə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «xxxxxxxxx» ASC-nin Xətai filialında xəzinəəməliyyatlarışöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda Bakışəhəri Mədəniyyət Başİdarəsinin 2 saylı maliyyə-iqtisadi regional bölməsinin böyük mühasibi vəzifəsində işləyən, məhkum olunmamış, Bakışəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi 70, mənzil 31-də qeydiyyatda olub, Bakışəhəri Yasamal rayonu, Yeni Yasamal-1, bina 10, mənzil 114də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə, xx xxxxx 1985-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, «xxxxxxxxx» ASC-nin Xətai filialında xəzinədar vəzifəsində işləmiş, hazırda işləməyən, məhkum olunmamış, Bakışəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9, mənzil 117-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M üə y y ə n e t d i : Təqsirləndirilən şəxs1 x xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakışəhəri Vergilər X11 Şəxslərin Dövlət Qeydiyyatıİdarəsində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti elektrik məişət avadanlıqlarının satışından ibarət olan «xxxxxxx» MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu iləözgəəmlakınıələ keçirmək məqsədilə, ticarət fəaliyyəti ilə məşğul olaraq geniş maliyyə imkanlarına malik olan tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 özü barəsindəşirkət rəhbəri və uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan şəxs təəssüratı yaradaraq, özünə olan inam və etibarlarından yararlanıb, 2011-ci ilin fevral ayında sonuncularla ünvan 1 ünvanda yerləşən “555” adlı kafedə görüşdükləri zaman, Tərtər rayon İcra Hakimiyyəti Başçısının x xxxxxx 2011-ci il tarixli sərəncamıəsasında Tərtər rayonu ərazisində Tərtər-Bərdə magistralının 2-ci kilometrliyindəöz qardaşıİlqar Vəliyevin adına icarəyə ayrılmış 1,3 ha. torpaq sahəsində fərdi sahibkar kimi inşa edəcəyi, ildə 3000 ton həcmində kənd təsərrüfatı məhsullarının saxlanılmasıüçün nəzərdə tutulmuş soyuducu anbar kompleksinə pul qoyuluşunun gələcəkdə böyük həcmdə fayda verəcəyini, kompleksin inşasının başa çatdırılmasıüçün özünün pula ehtiyacının olmasını, bunun üçün pul vəsaiti verməklə köməklik edəcəkləri təqdirdə, razılaşmalarıəsasında həmin kompleksi paylı mülkiyyətəçevirib ümumi payın 10 faizini onlara verəcəyini və anbarın fəaliyyətə başlamasından sonra əldə ediləcək gəlirlərdən ilkin olaraq onların verdikləri pul vəsaitlərinin qaytarılacağını yalandan vəd etməklə onları inandırıb, 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayına qədər olan müddətdə müxtəlif vaxtlarda olmaqla Zərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 qeyd olunan “555” adlı kafedə hissə-hissə olmaqla, cəmi 301.850 (üç yüz bir min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləmiş, həmin pul vəsaitini qaytarmaq niyyəti olmadığından, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxxxx 2013-cü il tarixdəöz adına qeydiyyata alınmış həmin anbarın artıq özünə məxsus olmaması görüntüsünü yaratmaq və ona qarşı irəli sürülə biləcək iddialardan yayınmaq məqsədilə həmin anbarı qohumu X8 bağışlaması haqqında Tərtər rayonu dövlət notariat kontorunda təsdiq olunmuş xx xxx 2014-cü il tarixli formal müqavilə bağlamaqla, həmçinin aldığı pulu qaytaracağına Zərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 inam yaratmaq və cinayət əməlini gizlətmək üçün xx xxxxxxxx 2014-cü il tarixdə Bakışəhəri 18 saylı notariat kontorunda göstərilən pul vəsaitini Zərərçəkmiş şəxs3 borc almasına dair sonuncu ilə müqavilə bağlayıb, anbar kompleksinin tikintisini 2012-ci ilin iyun ayında başa çatdırmasına və kənd təsərrüfatı məhsullarınıödənişli əsaslarla həmin anbara saxlanca qəbul etməklə müntəzəm olaraq gəlir əldə etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 bir neçə il ərzində müxtəlif bəhanələrləöz vədinəəməl edəcəyinə inandırmaqla, kompleksin paylı mülkiyyətəçevrilib ümumi payın 10 faizinin onlara verilməsini həyata keçirməyib, vahid niyyətləZərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 məxsus ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 238.461 (iki yüz otuz səkkiz min dörd yüz altmış bir) manata bərabər olan 301.850 (üç yüz bir min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan etibardan sui-istifadə etmə yolu iləələ keçirib həmin şəxslərə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu iləözgəəmlakınıələ keçirmək məqsədilə, ticarət fəaliyyəti ilə məşğul olaraq geniş maliyyə imkanlarına malik olan tanışı Zərərçəkmiş şəxs1 özü barəsindəşirkət rəhbəri və uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan şəxs təəssüratı yaradaraq, özünə olan inam və etibarından yararlanıb 2011-ci ilin fevral ayında sonuncu ilə Bakışəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 10 ünvanda yerləşən “555” adlı kafedə görüşdükləri zaman, Tərtər rayonu ərazisində Tərtər-Bərdə magistralının 2-ci kilometrliyində 1,3 ha. torpaq sahəsində inşa edəcəyi qeyd olunan soyuducu anbar kompleksinə pul qoyuluşunun gələcəkdə böyük həcmdə fayda verəcəyini, kompleksin inşasının başa çatdırılmasıüçün özünün pula ehtiyacının olmasını, bunun üçün ona pul vəsaiti verməklə köməklik edəcəyi təqdirdə, razılaşmalarıəsasında həmin kompleksi paylı mülkiyyətəçevirib ümumi payın 10 faizini ona verəcəyini və anbarın fəaliyyətə başlamasından sonra əldə ediləcək gəlirlərdən onun verdiyi pul vəsaitini qaytaracağını yalandan vəd etməklə onu inandırıb, 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayına qədər olan müddətdə müxtəlif vaxtlarda olmaqla Zərərçəkmiş şəxs1 qeyd olunan “555” adlı kafedə hissə-hissə olmaqla, cəmi 245.000 (iki yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləmiş, həmin pul vəsaitini qaytarmaq niyyəti olmadığından, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxxxxx 2013-cü il tarixdə onun adına qeydiyyata alınmış, həmin anbarın artıq özünə məxsus olmaması görüntüsünü yaratmaq və ona qarşı irəli sürülə biləcək iddialardan yayınmaq məqsədilə həmin anbarı qohumu X8 bağışlaması haqqında Tərtər rayonu dövlət notariat kontorunda təsdiq olunmuş xx xxx 2014-cü il tarixli formal müqavilə bağlamaqla, anbar kompleksinin tikintisini 2012-ci ilin iyun ayında başa çatdırmasına və kənd təsərrüfatı məhsullarınıödənişli əsaslarla həmin anbara saxlanca qəbul etməklə müntəzəm olaraq gəlir əldə etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 bir neçə il ərzində müxtəlif bəhanələrləöz vədinəəməl edəcəyinə inandırmaqla, kompleksin paylı mülkiyyətəçevrilib ümumi payın 10 faizinin də ona verilməsini həyata keçirməyib, vahid niyyətləZərərçəkmiş şəxs1 məxsus, ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 193.550 (bir yüz doxsan üç min beş yüz əlli) manata bərabər olan cəmi 245.000 (iki yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan etibardan sui-istifadə etmə yolu iləələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu iləözgəəmlakınıələ keçirmək məqsədilə xx xxxxxx 2011-ci il tarixdən x xxxx 2012-ci il tarixədək olan müddətdə ayrı-ayrı tanışlarına və işlətdiyi, Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binada yerləşən “General-LG” mağazasının işçilərinə kredit verilməkləözünün ayrılacaq pul vəsaitini götürüb, rəsmiləşəcək kreditin əsas və faiz məbləğlərini dəözünün ödəyəcəyi, bununla əlaqədar heç bir maddi narahatlığın yaranmayacağına dair yalan vədlər verməklə, tanışları-“xxxxxxxxx” ASC-nin Xətai filialının müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2, xəzinəəməliyyatlarışöbəsinin rəisi Təqsirləndirilən şəxs3 və xəzinədar vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 ilə razılaşaraq, işlədikləri həmin bank filialının kredit portfelinin artması və bununla əlaqədar xidməti fəaliyyətlərini lazımi qaydada yerinə yetirmələrinə görə bankın rəhbərliyindən bonuslar şəklində mükafatlar almaları iləəlaqədar onlarda maraq yaradıb, onlarıələ almaqla sövdələşib xidməti vəzifələrinin icrası iləəlaqədar özləri və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədiləöz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələrinə təhrik edərək, onlarda özünə qarşı olan inam və etimaddan istifadə edərək, bankda adlarına kredit rəsmiləşdirilməsini nəzərdə tutduğu şəxslərin işləməyən qismindən olan bəzilərinin “xxxxxxx” MMC-də müxtəlif vəzifələrdə işləmələrinə dair özünün Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binada yerləşən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan saxta arayışları hazırlayıb imzası və cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq etdikdən sonra, qeyd olunan eyni binada fəaliyyət göstərən “xxxxxxxxx” ASC-nin Xətai filialında kreditlərin rəsmiləşdirilməsi zamanı istifadə edilməsi üçün həmin filialın kredit mütəxəssislərinə təqdim etməklə, vətəndaşların adlarına hazırlanmış müqavilə, xəzinə məxaric orderi, digər kredit sənədlərinin onların tərəfindən imzalanmasına nail olaraq, ayrılmış müxtəlif məbləğlərdə, o cümlədən Şahid5 adına xx xxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4072-MT №-li kredit müqaviləsi üzrə 5000 manat, X15 guya “xxxxxxx” MMC-də menecer işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxxxxxx 2011-ci il tarixli 7 №-li saxta arayışəsasında adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4114-MT №-li kredit müqaviləsi üzrə 5000 manat, X31 guya “xxxxxxx” MMC-də yükdaşıyıcı işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxxxxxx 2011-ci il tarixli 44 №-li saxta arayışəsasında adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4128-MT №li kredit müqaviləsi üzrə 5000 manat, X32 güya “xxxxxxx” MMC-də satıcı işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxxxx 2011-ci il tarixli 28 №-li saxta arayışəsasında adına xx xxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4172-İS №-li kredit müqaviləsi üzrə 1080 manat, Şahid4 guya “xxxxxxx” MMC-də xəzinədar işləməsi haqqında bank filialına təqdim etdiyi tarixsiz 18 №-li saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4229-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid16 guya “xxxxxxx” MMC-dəəmtəəşünas işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxx 2012-ci il tarixli saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4230-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4329-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid18 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4330-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid19 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4332-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid11 Baxşəli oğlunun guya “xxxxxxx” MMC-də satış meneceri işləməsi haqqında bank filialına təqdim etdiyi tarixsiz 17 №-li saxta arayışəsasında adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4333-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat məbləğində vəsaitləri Təqsirləndirilən şəxs3 vasitəsilə, X16 guya “xxxxxxx” MMC-də satıcı işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxxxxxx 2011-ci il tarixli 43 №-li rəsmi sənəd olan saxta arayışəsasında adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4112-MT №-li kredit müqaviləsi üzrə 5000 manat, Zərərçəkmiş şəxs1 guya “xxxxxxx” MMC-də satış meneceri işləməsi haqqında bank filialına təqdim etdiyi x xxxxx 2012-ci il tarixli 7 №-li saxta arayışəsasında adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4242-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid15 guya “xxxxxxx” MMCdəəmtəəşünas işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxx 2012-ci il tarixli 1 №-li saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4228-ŞM nömrəli kredit müqaviləsi üzrə 5000 manat, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının guya “xxxxxxx” MMC-də xadimə işləməsi haqqında bank filialına təqdim etdiyi tarixsiz 19 №-li saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4234-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, X38 guya “xxxxxxx” MMC-də fəhlə işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxx 2012-ci il tarixli 05 №-li saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4239-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid17 guya “xxxxxxx” MMC-dəəmtəəşünas işləməsi haqqında bank filialına təqdim etdiyi xx xxxx 2012-ci il tarixli 4 №-li saxta arayışəsasında adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4240-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Qazıyev Rövşən Şirvan oğlunun guya “xxxxxxx” MMC-də servis xidmətində işləməsi haqqında bank filialına təqdim etdiyi x xxxxx 2012-ci il tarixli 9 №-li saxta arayışəsasında adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4241-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid7 guya “xxxxxxx” MMCdə menecer vəzifəsində işləməsi haqqında bank filialına təqdim etdiyi x xxxxx 2012-ci il tarixli 4 №-li saxta arayışəsasında adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4247-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, Şahid14 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4249-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat, X4 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4324-ŞM №-li kredit müqaviləsi üzrə 5000 manat məbləğində vəsaitləri Təqsirləndirilən şəxs4 vasitəsiləümumilikdə 20 nəfərin adından cəmi 96.080 (doxsan altı min səksən) manat pulu kredit müqavilələrinin bağlandığı göstərilən tarixlərdə “xxxxxxxxx” ASC-nin qeyd edilən ünvanda yerləşən Xətai filialının xəzinəsindən götürüb şəxsi ehtiyaclarına sərf edərək, vahid niyyətlə “xxxxxxxxx” ASC-yə məxsus həmin pul vəsaitini-özgənin əmlakınıöz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu iləələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə, yəni yuxarıda qeyd olunan şəxslərin guya “xxxxxxx” MMC-də işləmələri barədə 14 nəfərin adına tərtib etdiyi cəmi 14 arayışa bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində “xxxxxxxxx” ASC-nin pul-kredit siyasətinin tənzimlənməsi, rentabelli fəaliyyətinin təmin edilməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu xx xxxxxx 2005-ci ildən xx xxxx 2013-cü il tarixədək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydaları”nın, həmin İdarə Heyətinin xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”nın, həmin İdarə Heyətinin x xxxxxx 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”nın, həmin İdarə Heyətinin x xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları”nın tələblərinəəsasən, filialın fəaliyyətinin təlimatlara uyğun olaraq qurulması, ona etibar edilmiş maddi sərvətlər, pul vəsaitlərinin mühafizəsi və dəqiq uçotunun aparılması, müştərilərin bütün kredit sifarişlərinin ciddi təhlil olunması, müştəri tərəfindən ərizə, kredit müqaviləsi, imza nümunələri vərəqəsi, bank hesabı müqaviləsi və digər sənədlərin bankda şəxsən imzalanması, müştəriyə nağd pulun kassadan məxaricinin icraçının yanında imzalanmış məxaric orderi ilə, şəxsiyyət vəsiqəsinəəsasən şəxsin eyniliyi müəyyənləşdirildikdən sonra icra olunması və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası iləəlaqədar özü vəüçüncüşəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2011-ci ilin avqust ayında tanışı «xxxxxxx» MMC-nin direktoru və Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın birinci mərtəbəsində yerləşən “General-LG” mağazasının sahibi Təqsirləndirilən şəxs1 ayrı-ayrı tanışlarına və işlətdiyi həmin mağazasının işçilərinə kredit verilməklə onun ayrılacaq pul vəsaitini götürüb, rəsmiləşəcək kreditin əsas və faiz məbləğlərini də onun özünün ödəyəcəyi, bununla əlaqədar heç bir maddi narahatlığın yaranmayacağına dair verdiyi şifahi vədəəsasən həmin bankda xəzinəəməliyyatlarışöbəsinin rəisi Təqsirləndirilən şəxs3 və xəzinədar vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 ilə razılaşaraq işlədikləri həmin bank filialının kredit portfelini artırmaq və bununla əlaqədar xidməti fəaliyyətlərini lazımi qaydada yerinə yetirmələrinə görə bankın rəhbərliyindən bonuslar şəklində mükafatlar almaq üçün, Təqsirləndirilən şəxs1 qeyd edilən vədləri iləəlaqədar təhriki əsasında onunla sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Təqsirləndirilən şəxs1 tanışları olan, adlarına kreditlər rəsmiləşdirilən şəxslərin bankın Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın ikinci mərtəbəsində yerləşən filialına sənədlərin təqdim olunması və imzalanması, kredit sifarişlərinin təhlil olunmasıüçün gəlmədiklərini, kreditlər üzrə pul vəsaitlərinin həmin şəxslər tərəfindən deyil, Təqsirləndirilən şəxs1 özü tərəfindən alınacağını və bunun yuxarıda qeyd edilən normativ tələblərə zidd olduğunu bildiyi halda, kredit vəsaitlərinin banka ödənilməsini bilərəkdən risk altında qoyaraq, müvafiq kredit sənədlərinin həmin filialda rəsmiləşdirilməsini təmin etməklə ayrı-ayrışəxslərə, o cümlədən Təqsirləndirilən şəxs3 iləəlbir olduğu bir qrup şəxs halında Şahid5 adına xx xxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4072-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X15 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4114-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X31 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4128-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X32 adına xx xxxxxx 2011ci ildə rəsmiləşdirilmiş 4172-İS №-li kredit müqaviləsi üzrə 1.080 manat, Şahid4 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4229-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid16 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4230-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4329-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid18 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4330-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid19 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4332-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid11 Baxşəli oğlunun adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4333-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat olmaqla, cəmi 10 nəfərin adına 46.080 (qırx altı min səksən) manat məbləğində, Təqsirləndirilən şəxs4 iləəlbir olduğu bir qrup şəxs halında X16 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4112-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4242-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid15 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4228-ŞM nömrəli kredit müqaviləsi üzrə 5.000 manat, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4234-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, X38 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4239-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid17 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4240-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Qazıyev Rövşən Şirvan oğlunun adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4241-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid7 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4247-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid14 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4249-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, X4 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4324-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat olmaqla, cəmi 10 nəfərin adına 50.000 (əlli min) manat məbləğində-ümumilikdə 20 nəfərin adına 96.080 (doxsan altı min səksən) manat məbləğində kredit vəsaitinin ayrılmasının təmin edilməsi, ayrılmış həmin vəsaitin kredit müqavilələrində göstərilmiş müvafiq tarixlərdə xəzinədən göstərilən şəxslərin iştirakı olmadan “xxxxxxxxx” ASC-nin qeyd edilən ünvanda yerləşən Xətai filialının xəzinəsindən Təqsirləndirilən şəxs1 tərəfindən götürülüb kredit üzrəödənişlər edilməməsi ilə, yəni sonuncunun təhriki ilə yol verdiyi həmin hərəkətlərlə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində “xxxxxxxxx” ASC-nin pul-kredit siyasətinin tənzimlənməsi, rentabelli fəaliyyətinin təmin edilməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs3 x xxx 2006-cı ildən xx xxxx 2013-cü il tarixədək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialında xəzinəəməliyyatlarışöbəsinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Mərkəzi X47 xx xxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydaları”nın, həmin İdarə Heyətinin xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”nın, həmin İdarə Heyətinin x xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları”nın tələblərinəəsasən, kassada olan bütün pul vəsaitlərinin, digər qiymətlilərin qorunub saxlanmasına bilavasitə cavabdehlik daşıyaraq ona etibar edilmiş maddi sərvətlər, pul vəsaitlərinin mühafizəsi və dəqiq uçotunun aparılması, mədaxil və məxaric sənədlərində nəzarət xarakterli imzaların yoxlanılması, kredit üzrə xəzinədən nağd pulu kassa məxaric orderinəəsasən, orderin müştəri tərəfindən şəxsən imzalanmasına əmin olduqdan vəşəxsiyyət vəsiqəsinəəsasən şəxsin eyniliyini müəyyənləşdirdikdən sonra yalnız müştəriyə məxaric edilməsi, hər əməliyyat günü tamamlandıqdan sonra kassanı yekunlaşdıraraq kassa hesabatının tərtib edilməsi, faktiki məxaric olunmuş nağd pul vəsaitləri ilə məxaric sənədlərini tutuşduraraq yoxlanılmasının həyata keçirilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası iləəlaqədar özü vəüçüncüşəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2011-ci ilin avqust ayında həmin filialın müdiri Təqsirləndirilən şəxs2 tanışı, «xxxxxxx» MMC-nin direktoru və Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın birinci mərtəbəsində yerləşən “General-LG” mağazasının sahibi Təqsirləndirilən şəxs1 ayrı-ayrı tanışlarına və işlətdiyi həmin mağazasının işçilərinə kredit verilməklə onun ayrılacaq pul vəsaitini götürüb, rəsmiləşəcək kreditin əsas və faiz məbləğlərini də onun özünün ödəyəcəyi, bununla əlaqədar heç bir maddi narahatlığın yaranmayacağına dair verdiyi şifahi vədlərəəsasən filial müdiri Təqsirləndirilən şəxs2la razılaşaraq işlədikləri həmin bank filialının kredit portfelini artırmaq və bununla əlaqədar xidməti fəaliyyətlərini lazımi qaydada yerinə yetirmələrinə görə bankın rəhbərliyindən bonuslar şəklində mükafatlar almaq üçün, Təqsirləndirilən şəxs1 qeyd edilən vədləri iləəlaqədar təhriki əsasında onunla sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Təqsirləndirilən şəxs1 tanışları olan, adlarına kreditlər rəsmiləşdirilən şəxslərin bankın Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın ikinci mərtəbəsində yerləşən filialına sənədlərin təqdim olunması və imzalanmasıüçün gəlmədiklərini, kreditlər üzrə pul vəsaitlərinin həmin şəxslər tərəfindən deyil, Təqsirləndirilən şəxs1 özü tərəfindən alınacağını və bunun yuxarıda qeyd edilən normativ tələblərə zidd olduğunu bildiyi halda, kredit vəsaitlərinin banka ödənilməsini bilərəkdən risk altında qoyaraq, müvafiq kredit sənədlərinin həmin filialda rəsmiləşdirilməsini həyata keçirməklə, ayrı-ayrışəxslərə, o cümlədən, Şahid5 adına xx xxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4072-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X15 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4114-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X31 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4128-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, X32 adına xx xxxxxx 2011ci ildə rəsmiləşdirilmiş 4172-İS №-li kredit müqaviləsi üzrə 1.080 manat, Şahid4 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4229-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid16 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4230-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4329-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid18 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4330-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid19 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4332-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid11 Baxşəli oğlunun adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4333-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat olmaqla, ümumilikdə 10 nəfərin adına 46.080 (qırx altı min səksən) manat məbləğində kredit vəsaitinin ayrılmasını, ayrılmış həmin vəsaitin kredit müqavilələrində göstərilmiş müvafiq tarixlərdə xəzinədən göstərilən şəxslərin iştirakı olmadan “xxxxxxxxx” ASC-nin qeyd edilən ünvanda yerləşən Xətai filialının xəzinəsindən Təqsirləndirilən şəxs1 tərəfindən götürülüb kredit üzrəödənişlər edilməməsi ilə, yəni sonuncunun təhriki ilə yol verdiyi həmin hərəkətlərlə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində “xxxxxxxxx” ASC-nin pul-kredit siyasətinin tənzimlənməsi, rentabelli fəaliyyətinin təmin edilməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs4 x xxx 2006-cı ildən xx xxxxxx 2012-ci il tarixədək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialında xəzinədar vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydaları”nın, həmin İdarə Heyətinin xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”nın, həmin İdarə Heyətinin x xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları”nın tələblərinəəsasən, kassada olan bütün pul vəsaitlərinin, digər qiymətlilərin qorunub saxlanmasına bilavasitə cavabdehlik daşıyaraq ona etibar edilmiş maddi sərvətlər, pul vəsaitlərinin mühafizəsi və dəqiq uçotunun aparılması, mədaxil və məxaric sənədlərində nəzarət xarakterli imzaların yoxlanılması, kredit üzrə xəzinədən nağd pulu kassa məxaric orderinəəsasən, orderin müştəri tərəfindən şəxsən imzalanmasına əmin olduqdan vəşəxsiyyət vəsiqəsinəəsasən şəxsin eyniliyini müəyyənləşdirdikdən sonra yalnız müştəriyə məxaric edilməsi, hər əməliyyat günü tamamlandıqdan sonra kassanı yekunlaşdıraraq kassa hesabatının tərtib edilməsi, faktiki məxaric olunmuş nağd pul vəsaitləri ilə məxaric sənədlərini tutuşduraraq yoxlanılmasının həyata keçirilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası iləəlaqədar özü vəüçüncüşəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2011-ci ilin avqust ayında həmin filialın müdiri Təqsirləndirilən şəxs2 tanışı, «xxxxxxx» MMC-nin direktoru və Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın birinci mərtəbəsində yerləşən “General-LG” mağazasının sahibi Təqsirləndirilən şəxs1 ayrı-ayrı tanışlarına və işlətdiyi həmin mağazasının işçilərinə kredit verilməklə onun ayrılacaq pul vəsaitini götürüb, rəsmiləşəcək kreditin əsas və faiz məbləğlərini də onun özünün ödəyəcəyi, bununla əlaqədar heç bir maddi narahatlığın yaranmayacağına dair verdiyi şifahi vədlərəəsasən filial müdiri Təqsirləndirilən şəxs2la razılaşaraq işlədikləri həmin bank filialının kredit portfelini artırmaq və bununla əlaqədar xidməti fəaliyyətlərini lazımi qaydada yerinə yetirmələrinə görə bankın rəhbərliyindən bonuslar şəklində mükafatlar almaq üçün, Təqsirləndirilən şəxs1 qeyd edilən vədləri iləəlaqədar təhriki əsasında onunla sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Təqsirləndirilən şəxs1 tanışları olan, adlarına kreditlər rəsmiləşdirilən şəxslərin bankın Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17 №-li binanın ikinci mərtəbəsində yerləşən filialına sənədlərin təqdim olunması və imzalanmasıüçün gəlmədiklərini, kreditlər üzrə pul vəsaitlərinin həmin şəxslər tərəfindən deyil, Təqsirləndirilən şəxs1 özü tərəfindən alınacağını və bunun yuxarıda qeyd edilən normativ tələblərə zidd olduğunu bildiyi halda, kredit vəsaitlərinin banka ödənilməsini bilərəkdən risk altında qoyaraq, müvafiq kredit sənədlərinin həmin filialda rəsmiləşdirilməsini həyata keçirməklə, ayrı-ayrışəxslərə, o cümlədən X16 adına xx xxxxxxxx 2011-ci ildə rəsmiləşdirilmiş 4112-MT №-li kredit müqaviləsi üzrə 5.000 manat, Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4242-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid15 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4228-ŞM nömrəli kredit müqaviləsi üzrə 5.000 manat, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4234-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, X38 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4239-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid17 adına xx xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4240-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Qazıyev Rövşən Şirvan oğlunun adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4241-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid7 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4247-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, Şahid14 adına x xxxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4249-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat, X4 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş 4324-ŞM №-li kredit müqaviləsi üzrə 5.000 manat olmaqla, ümumilikdə 10 nəfərin adına 50.000 (əlli min) manat məbləğində kredit vəsaitinin ayrılmasını, ayrılmış həmin vəsaitin kredit müqavilələrində göstərilmiş müvafiq tarixlərdə xəzinədən göstərilən şəxslərin iştirakı olmadan “xxxxxxxxx” ASC-nin qeyd edilən ünvanda yerləşən Xətai filialının xəzinəsindən Təqsirləndirilən şəxs1 tərəfindən götürülüb kredit üzrəödənişlər edilməməsi ilə, yəni sonuncunun təhriki ilə yol verdiyi həmin hərəkətlərlə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində “xxxxxxxxx” ASC-nin pul-kredit siyasətinin tənzimlənməsi, rentabelli fəaliyyətinin təmin edilməsi ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2011-ci ilin mart-aprel aylarında Tərtər rayonunda ildə 3.000 ton həcmində kənd təsərrüfatı məhsullarının saxlanılmasıüçün nəzərdə tutulmuş soyuducu anbar kompleksinin tikintisinə başlamış və həmin ilin sentyabr ayında tikinti işlərini tamamlamışdır. Anbarın tikildiyi torpaq sahəsi qardaşıİlqar Vəliyevin adına olmuş, ikiüç il sonra torpağıöz adına keçirmişdir. 2013-cü ildə anbara öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və sonradan qohumu X28 adına keçirmişdir. Anbarın faktiki sahibi onun özüdür. 2011-ci ilin mart ayında anbarın tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 il müdddətinə 1.380.000 manat məbləğində güzəştli kredit almış və tikintini həmin vəsait hesabına aparmışdır. Sonradan krediti tam ödəmişdir. 2011-ci ilin payızında soğan məhsulu almaq istəmiş, əlində olan pulu kifayət etmədiyindən, bu barədəZərərçəkmiş şəxs1 müraciət etmişdir. Sonuncu ona tanıdığı həmkəndlilərinin faizlə pul verdiyini və həmin şəxslərdən pul almağın mümkün olduğu barədə danışmışdır. 2011-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 onu Zərərçəkmiş şəxs2la tanış etmiş və onlar «Əhmədli» metrostansiyasının yanında yerləşən çayxanada görüşüb söhbət etmişlər. Əfqan ona ayda 4 faiz əlavəödəniş edilməsi şərtilə pul verməyə razılaşmışdır. İlham həmin ərəfələrdə ilk olaraq Əfqandan 60.000 ABŞ dolları, ikinci dəfə həmin ilin oktyabrt ayında 50.000 ABŞ dolları, üçüncü dəfə isə 70.000 ABŞ dolları pulu götürüb ona çatdırmışdır. Aldığı pulların aylıq faizini ödəmişdir. Həmin pula soğan məhsulu alıb anbarda saxlamış, 2012-ci ilin əvvəlində bazarda soğanın qiyməti aşağı olduğudan ziyana düşmüş və malı sata bilməyib xarab olmuşdur. 2011-ci ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına kimi olan müddətdəİlhamın vasitəsiləƏfqandan sələmə hissə-hissə olaraq, beş dəfəyə cəmi 301.850 ABŞ dolları pul almışdır. Anbarın paylı mülkiyyətəçevrilməsi, 10 faiz payın Əfqan vəŞabana verilməsi ilə bağlı aralarında danışıq olmamışdır. Aldığı pulların müqabilindəİlhamın vasitəsiləƏfqangilə 2011-ci ilin sentyabr ayından 2014-cü ilin may ayına kimi olan müddət ərzində, cəmi 275.000 ABŞ dolları pul qaytarmışdır. 2011-ci ildən sonra 1.000.000 manata yaxın ziyana düşdüyündən, borcun qalan hissəsini qaytara bilməmişdir. Bununla bağlıƏfqanı hətta anbara aparıb xarab olmuş məhsulu ona göstərmişdir. Lakin sonuncu ödədiyi bütün pulları faizə silərək, ondan əsas pulu, yəni 301.850 ABŞ dollarını tələb etməyə başlamışdır. Nəticədə aralarındakı münasibətləri pozulmuşdur. DəfələrləƏfqan vəŞabanla görüşüb söhbət etmiş, onlara pulu qaytarmaqdan heç vaxt imtina etmədiyini desə də, sonuncular onu eşitmək istəməmiş və ondan əlavə pul tələb etməyə başlamışlar. Odur ki, məcburiyyət qarşısında qalıb, xx xxxxxxxx 2014-cü il tarixdə Xətai rayonu 18 saylı notariat kontorunda 301.850 ABŞ dollarını qaytaracağı haqqında Zərərçəkmiş şəxs3la kredit müqaviləsi bağlamışdır. 2016-cı ilin ortalarında barəsində Xətai rayon Polis İdarəsində cinayət işinin başlanıldığı barədə məlumatı olmuşdur. Heç vaxt polisdən və istintaqdan qaçıb gizlənməmişdir. Zərərçəkmiş şəxs1 ona öz vəsaiti hesabından bir manat olsun belə pul verməmiş və anbarın tikintisinə pul xərcləməmişdir. Sonuncu onun yanında iki ilə qədər müddətdə işləyərək anbarın bəzi işlərində ona köməklik etmişdir. Həmin müddətdəİlhama aylıq maaş vermişdir. Sonuncu imkansız olmaqla, onun heç vaxt böyük məbləğdə pulu olmamışdır. İlhama həmişəəl tutumuş, onun ailəsinin maddi ehtiyaclarının ödəmiş, oğlunun bir illik 3000 manat məbləğində təhsil haqqınıödəmiş, işlətdiyi mağazadan təxminən 2500-3000 manat civarında pulunu sonradan (yəni əlinə pul düşəndə) ödəmək şərtilə məişət avadanlıqları vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 onun düşdüyüəlverişsiz vəziyyətdən istifadə edir və ondan əsassız olaraq pul tələb edir. Əfqan vəZərərçəkmiş şəxs3lardan pulu faizlə qaytarılmasışərtilə borc almış və borcunun çox hissəsini qaytarmışdır. Sonuncular vəZərərçəkmiş şəxs1 ondan əlavə pul qopartmaq məqsədi ilə, guya ona pulun borc kimi deyil, anbarın paylı mülkiyyətəçevriləcəyi şərtilə verildiyi, Zərərçəkmiş şəxs1 da ona guya 245.000 ABŞ dolları pul verdiyi barədə yalan məlumatlar uydurmuşlar. 2009-cu ildə «xxxxxxx» MMC-ni təsis etmiş, şirkətin direktoru işləmişdir. Xətai rayonunda yerləşən «General-LG» mağazasında elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Mağazanın yerləşdiyi binanın ikinci mərtəbəsində «xxxxxxxxx» ASC-nin Xətai filialı fəaliyyət göstərmişdir. Şahid3 MMC-də mühasib işləmişdir. Şahid4, Şahid15, onun oğlu Bəşir, Atlas Osmanova, Şahid14, Natəvan Mustafayeva, Şahid17 mağazada müxtəlif vaxtlarda işləsələr də, bu barədə müvafiq rəsmiləşdirmə aparmamışdır. 2011-2012-ci illərdə sonunculardan, eləcə də digər tanışlarından «xxxxxxxxx» ASC-nin Xətai filialından öz adlarına kredit götürüb pulları ona vermələrini, aldığı pulları banka tam ödəyəcəyinə onlara söz vermişdir. Vətəndaşların adlarına kreditin rəsmiləşdirilməsi üçün onların «xxxxxxx» MMC-də işləmələri haqqında arayışlar vermişdir. Arayışları vətəndaşlar özləri banka təqdim etmişlər. Şahid5 adına xx xxxxxx 2011-ci ildə, X15 adına xx xxxxxxxx 2011-ci ildə, X31 adına xx xxxxxxxx 2011-ci ildə, X32 adına xx xxxxxx 2011-ci ildə, Şahid4 adına xx xxxx 2012-ci ildə, Şahid16 adına xx xxxx 2012-ci ildə, Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə, Şahid18 adına x xxxx 2012-ci ildə, Şahid19 adına x xxxx 2012-ci ildə, Şahid11 Baxşəli oğlunun adına x xxxx 2012-ci ildə, X16 adına xx xxxxxxxx 2011-ci ildə, Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci ildə, Şahid15 adına xx xxxx 2012-ci ildə, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının adına xx xxxx 2012-ci ildə, X38 adına xx xxxx 2012-ci ildə, Şahid17 adına xx xxxx 2012-ci ildə, Qazıyev Rövşən Şirvan oğlunun adına x xxxxx 2012-ci, Şahid7 adına x xxxxx 2012-ci ildə, Şahid14 adına x xxxxx 2012-ci ildə, X4 adına x xxxx 2012-ci ildə rəsmiləşdirilmiş kreditlər üzrə bütün sənədləri həmin şəxslər bankda özləri imzalayıb pulları xəzinədən almış və ona vermişlər. Sonradan kreditlərin bir hissəsini banka ödəmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyinə görə tam ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs2 filial müdiri kimi tanımışdır. Eyni binada çalışmaqla «xxxxxxxxx» ASC-nin Xətai filialı iləəməkdaşlıq etdiyindən sonuncu ilə yaxın münasibətləri yaranmışdır. Kredit alınmasıüçün vətəndaşlara müraciət etməzdən əvvəl, pula ehtiyacının olduğu barədə Azada danışıb, yanına göndərəcəyi şəxslərin adlarına kreditlərin rəsmiləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vətəndaşlar tərəfindən pulun ona veriləcəyindən məlumatı olmuşdur. Sonuncu onu tanıdığından köməklik göstərəcəyini bildirmişdir. Kreditlərin rəsmiləşdirilməsi üçün Təqsirləndirilən şəxs2 və digər bank əməkdaşlarına pul verməmişdir. İntiqam Sadıqovun «xxxxxxx» MMC-də menecer işlədiyi barədə xx xxxxxxxx 2011-ci il tarixli 7 №li, Yəhya Bədəlovun həmin MMC-də yükdaşıyıcı işlədiyi barədə xx xxxxxxxx 2011-ci il tarixli 44 №-li, Zaur Məmmədovun MMC-də satıcı işlədiyi barədə xx xxxxxx 2011-ci il tarixli 28 №-li, Şahid4 MMC-də xəzinədar işlədiyi barədə tarixsiz 18 №-li, Şahid16 əmtəəşünas işlədiyi barədə xx xxxx 2012-ci il tarixli, Şahid11 satış meneceri işlədiyi barədə tarixsiz 17 №-li, Hüseyn Sadıqovun MMC-də satıcı işlədiyi barədə xx xxxxxxxx 2011-ci il tarixli 43 №li, Zərərçəkmiş şəxs1 satış meneceri işlədiyi barədə x xxxxx 2012-ci il tarixli 7 №-li, Şahid15 MMC-dəəmtəəşünas işlədiyi barədə xx xxxx 2012-ci il tarixli 1 №-li, Şahid12 (Osmanova) MMC-də xadimə işlədiyi barədə tarixsiz 19 №-li, Zaur Həsənovun MMC-də fəhlə işlədiyi barədə xx xxxx 2012-ci il tarixli 5 №-li, Şahid17 MMC-dəəmtəəşünas işlədiyi barədə xx xxxx 2012-ci il tarixli 4 №-li, Rövşən Qazıyevin həmin cəmiyyətdə servis xidmətində işlədiyi barədə x xxxxx 2012-ci il tarixli 9 №-li, Şahid7 MMC-də menecer işlədiyi barədə x xxxxx 2012-ci il tarixli 4 №-li arayışlarıözü tərtib etmiş və MMC-nin möhürü ilə təsdiq etmişdir. Barəsində bəraət hökmüçıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs2 Əlimirzə oğlu ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 2005-ci ildən 2013-cü ilin iyun ayının 28-dək «xxxxxxxxx» ASC-nin Xətai filialının müdiri vəzifəsində işləmişdir. Filialın fəaliyyətinə operativ rəhbərlik edilməsi, səlahiyyəti daxilində filial işçiləri üçün məcburi olan əmr və göstərişlərin verilməsi, bankın adından filialın müştəriləri ilə bank əməliyyatlarının aparılması, kredit, girov (ipoteka), əmanət (depozit), bank hesabı (hesablaşma-kassa) və bank xidmətlərinə aid digər müqavilələrin bağlanması və icra edilməsi, həmçinin qarşı tərəfdən bağlanılan müqavilələr üzrə vəzifələlərin icrasının tələb edilməsi, kreditlərin müvafiq təlimatlara uyğun verilməsinə nəzarət, ümumi hesabatların tərtibi və sair vəzifələri icra etmişdir. 2011-2012-ci illərdə «xxxxxxxxx» ASCnin müdir müavini Şahid20, kredit şöbəsinin rəisi Məzahir İbadov, baş mühasib Naira Binnətova, xəzinəəməliyyatlarışöbəsinin rəisi Təqsirləndirilən şəxs3, xəzinədar Təqsirləndirilən şəxs4, əməliyyatçılar Azər Əliyev, Kəmalə Qurbanova, Afaq İbadova, Hilalə Mazanova, kredit mütəxəssisləri Şahid23, Rövşən Həsənov və Elvin Qorçıyev omuşdur. Kreditlərin verilməsi proseduruna əsasən, kredit götürmək istəyən şəxs filialın kredit mütəxəssisinə müraciət edərək götürmək istədiyi məbləği və krediti hansı məqsədlə götürmək istədiyi bildirir, mütəxəssis müştəriyə kredit faizi, müddəti və aylıq ödəniş barədə məlumat verir və onun ödəmə qabiliyyətini yoxlayır. Şəxs müsbət kredit tarixçəsinə malik olduğu halda və bankın kredit şərtləri ilə razı olduqdan sonra mütəxəssis həmin müştəri barədə filial rəhbəri kimi ona məlumat verir. Onun şifahi razılığından sonra kredit mütəxəssisi kredit götürən şəxsə kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri, yəni kreditin məbləği, müddəti və məqsədi əks olunan ərizəni, şəxsiyyət vəsiqəsini və iş yerindən arayışı təqdim etməyi təklif edir. Həmin ərizə filial rəhbəri kimi onun tərəfindən qəbul olunub üzərində «viza» qoyulduqdan sonra kredit mütəxəssisi həmin ərizə ilə birlikdəəməliyyatçıya yaxınlaşır. Əməliyyatçı müştərinin imza nümunəsini götürüb hesab nömrəsi açır. Kredit mütəxəssisi isə həmin hesab nömrəsindən istifadə etməklə kredit müqaviləsi, zamin və girov olduğu halda zaminlik və ya girov müqaviləsi, müddətli öhdəçilik, sərəncam, iltizam, ödəniş cədvəli, məxaric orderini tərtib edərək müştəriyə imzalatdırdıqdan sonra sənədlər kredit mütəxəssisi tərəfindən filial müdirinə, müdir olmadığı təqdirdə isə müavininə təqdim edilir. Filial müdiri kimi onun tərəfindən kredit müqaviləsi, zaminlik və ya girov müqaviləsi, ödəniş cədvəli və məxaric orderi, kredit şöbəsinin rəisi olmadığı halda həmçinin öhdəçilik və sərəncam imzalanır. Bundan sonra əməliyyatçı və baş mühasib tərəfindən şəxsiyyət vəsiqəsindəəks olunan məlumatların məxaric orderindəki məlumatlar ilə uyğunluq təşkil edib-etmədiyi və imza nümunəsi yoxlanıldaqdan sonra baş mühasib məxaric orderini imzası ilə təsdiq edir. Bundan sonra müştəri məxaric orderi və şəxsiyyət vəsiqəsi ilə xəzinəyə yaxınlaşır və xəzinədar bir daha müştərinin şəxsiyyət vəsiqəsindəki və məxaric orderindəki məlumatları tutuşdurub imzalayandan sonra məxaric orderində göstərilən məbləği və qəbzi məştəriyə təqdim edir. Həmin dövrdə bankın daxili qaydalarına əsasən, filialda 5.000 manatadək kreditlər vətəndaşın iş yerindən arayış tələb olunmadan verilmişdir. Təqsirləndirilən şəxs1 filialın yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan «General-LC» mağazasının müdiri kimi tanımış, aralarında dostluq münasibəti olmuşdur. Heç vaxt bankda qanunsuz olaraq kreditlərin rəsmiləşdirilməsinə, digər şəxslərin adlarına rəsmiləşdirilmiş kreditlərin Təqsirləndirilən şəxs1 verilməsinə göstəriş verməmişdir. Eləcə də bununla bağlı sonuncu ondan heç bir xahiş etməmişdir. «xxxxxxxxx» ASC-nin Xətai filialından x xxxxx 2012-ci il tarixdə Şahid7 5000 manat, x xxxx 2012-ci il tarixdəŞahid11 5000 manat, xx xxxx 2012-ci il tarixdə Şahid4 5000 manat, x xxxx 2012-ci il tarixdə Şahid10İnqilab qızına 5000 manat, xx xxxx 2012-ci il tarixdə X19 5000 manat, x xxxx 2012-ci il tarixdə Şahid18 5000 manat, xx xxxxxxxx 2011-ci il tarixdə X20 5000 manat, xx xxxxxxxx 2011-ci il tarixdə X21 5000 manat, x xxxxx 2012-ci il tarixdəŞahid14 5000 manat, x xxxx 2012-ci il tarixdə X9 5000 manat, xx xxxx 2012-ci il tarixdə Şahid16 5000 manat, xx xxxxxx 2011-ci il tarixdə Şahid5 5000 manat, xx xxxxxx 2011-ci il tarixdə X39 1080 manat, xx xxxxxxxx 2011-ci il tarixdə X33 5000 manat, x xxxx 2012-ci il tarixdə Şahid19 5000 manat, xx xxxx 2012-ci il tarixdə Şahid17 5000 manat, xx xxxx 2012-ci il tarixdə X44 5000 manat, xx xxxxxxxx 2011-ci il tarixdə X40 5000 manat, x xxxxx 2012-ci il tarixdə Qazıyev Rövşən Şirvan oğluna 5000 manat, xx xxxx 2012-ci il tarixdə Şahid15 5000 manat məbləğində kredit verilməsi barədə rəsmiləşdirilmiş kredit sənədlərindən Şahid4 ilkin müraciət ərizəsinin sol yuxarı küncündəki viza və imzanı, Şahid5 adına kredit müqaviləsini, Şahid12 adına xx xxxx 2012-ci il tarixli ərizədə «kredit rəsmiləşdirilsin» dərkənarını və imzanı, Şahid18 müraciət ərizəsinin sol yuxarı küncündəki viza və imzanı, Yəhya Bədəlovun adına kredit müqaviləsi, ödəniş cədvəli və məxaric orderini, Şahid9 adına zaminlik müqaviləsini, Rasim Hüseynovun adına kredit müqaviləsi, ödəniş cədvəli və məxaric orderini, İntiqam Sadıqovun adına kredit müqaviləsi, ödəniş cədvəli və məxaric orderini, Sevil Cəfərova ilə bağlanmış zaminlik müqaviləsini filial müdiri kimi şəxsən özü, digər sənədləri isə rəhbərin adından onun müavini işləmiş Şahid20 imzalamışdır. Bütün hallarda kreditlər müdir kimi onun razılığı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan şəxslərdən Şahid14, Şahid17, Şahid15, Şahid16, Şahid4 və Atlas Osmanovanı «xxxxxxxxx» ASC-nin Xətai filialının yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən «General LG» mağazasının işçiləri kimi tanımışdır. Göstərilən bütün şəxslər müştəri qismində banka zəruri sənədlərlə müraciət etmiş, adlarına müvafiq ərizə blankı, kredit müqaviləsi, ödəniş cədvəli, müddətli öhdəlik, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsi haqqında iltizam, pulun verilməsi haqqında məxaric orderi və digər zəruri sənədlər tərtib edilmişdir. Sonuncular özləri sənədləri imzalamış və xəzinədən pulları almışlar. Onların Təqsirləndirilən şəxs1lə hansısa formada razılaşmalarından, pulu sonuncuya vermələrindən məlumatı olmamışdır. Şahid7 və qeyriləri Təqsirləndirilən şəxs1 direktoru olduğu «xxxxxxx» MMC-də işləmələri haqqında arayışlarıözləri bank mütəxəssisinə təqdim etmiş və həmin cəmiyyət hüquqi şəxs kimi «xxxxxxxxx» ASC-nin Xətai filialının daimi müştərisi olduğundan təqdim olunan arayışlar onda heç bir şübhə doğurmamışdır. Hazırlanmış kredit sənədlərini bankdan kənarda imzalamaları, xəzinədən pulları almamaları, bankdan pulun Təqsirləndirilən şəxs1 verilməsi haqqında bir sıra şahidlərin məhkəmədə verdikləri ifadələri ilə razılaşmır. Zamin qismində iştirak edən şəxs və ya şəxslər kredit müqaviləsinin tərtibində iştirak etmiş, bank əməkdaşları və kredit götürən şəxslə birlikdə zaminlik müqaviləsini imzalamışlar. Şahid17, Şahid14 və zamin qismində rəsmiləşdirilmiş digər şəxslər guya adlarına kredit rəsmiləşdirilmişşəxsləri tanımadıqları, yalnız Təqsirləndirilən şəxs1 xahişi ilə zaminlik müqaviləsini imzalamaları haqqında verdikləri ifadələri təsdiq etmir. Kredit ödənişi öhdəliyindən yayınmaq məqsədilə məhkəmədə qeyd olunan məzmunda ifadə verdiklərini hesab edir. Barəsində bəraət hökmüçıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2005-ci ilin avqust ayının 22-dən 2006-cı ilin may ayının 1-dək «xxxxxxxxx» ASC-nin Xətai filialının xəzinəəməliyyatlarışöbəsinin xəzinədarı, 2006-cı ilin may ayından 2013-cü ilin aprel ayınadək isə həmin şöbənin rəisi vəzifəsində işləmişdir. Milli Bankın normativ aktlarında, bankın daxili qayda və prosedurlarında kassaya aid nəzərdə tutulan vəzifələri yerinə yetirmiş, iş gününün sonunda kassanı yekunlaşdırıb, kassa hesabatını təşkil etmiş, günün sənədləri formalaşdırmış, şöbənin işini təşkil etmiş və işçilərə rəhbərlik etmişdir. x xxxxxx 2007-ci il tarixdə təsdiq edilmiş «Xəzinəşöbəsinin rəisi»nin vəzifə təlimatı ilə 2008-ci ilin yanvar ayının 8də tanış olub imzalamışdır. 2011-2012-ci illər ərzində prosedur qaydalarına əsasən, kredit götürən müştəri bütün prosedurlardan keçdikdən, adına tərtib edilmiş müqavilə və digər sənədləri imzaladıqdan sonra sonra pulu götürmək üçün xəzinəyə müraciət edir, məxaric orderi vəşəxsiyyət vəsiqəsinin əslini təqdim edir. Xəzinədar məxaric orderində qeyd olunan məlumatlarışəxsiyyət vəsiqəsindəki məlumatlarla tutuşdurub, uyğunluq müəyyən etdiyi halda müştəriyə məxaric orderini imzalamağı təklif edir. Müştəri məxaric orderini imzaladıqdan sonra order xəzinədar tərəfindən imzası ilə təsdiq edilmiş və bir nüsxəsi orderdə qeyd olunan pul məbləği ilə birlikdə müştəriyə təqdim edilir. İşlədiyi filialın rəhbəri Təqsirləndirilən şəxs2 ona heç bir qanunsuz göstəriş verməmişdir. Ona təqdim olunan Şahid5 adına xx xxxxxx 2011-ci ildə 5.000 manat, X15 adına xx xxxxxxxx 2011-ci ildə 5.000 manat, X31 adına xx xxxxxxxx 2011-ci ildə 5.000 manat, X32 adına xx xxxxxx 2011-ci ildə 1.080 manat, Şahid4 adına xx xxxx 2012-ci ildə 5.000 manat, Şahid16 adına xx xxxx 2012-ci ildə 5.000 manat, Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə 5.000 manat, Şahid18 adına x xxxx 2012-ci ildə 5.000 manat, Şahid19 adına x xxxx 2012-ci ildə 5.000 manat, Şahid11 Baxşəli oğlunun adına x xxxx 2012-ci ildə 5.000 manat pulun verilməsi haqqında məxaric orderlərində xəzinədar qrafalarında əks olunan imzalar ona məxsusdur. Təsdiq etdiyi bütün məxaric orderlərini həmin orderləri təqdim edən şəxslərin şəxsiyyət vəsiqələri ilə eyniləşdirmiş, uyğunluq müəyyən etdiyi halda məxaric orderini imzalamış və pulu qeyd olunan müştərilərin bilavasitəözlərinə vermişdir. Tanımadığı Şahid11 və qeyrilərinin Təqsirləndirilən şəxs1lə hansı münasibətdə olmalarını bilməmişdir. Onların xəzinədən pul almadıqları, məxaric orderlərini bankdan kənarda imzalamaları barədə məhkəmədə göstərdiklərini təsdiq etmir. «xxxxxxxxx» ASC-nin Xətai filialının yerləşdiyi binanın birinci mərtəbəsində fəaliyyət göstərən «General LG» mağazasının sahibi Təqsirləndirilən şəxs1 bankın müştərisi kimi tanımışdır. Sonuncu ondan hər hansı bir xahiş etməmiş, başqa şəxslərin adlarına rəsmiləşdirilmiş pulları xəzinədən Elçinə verməmişdir. Barəsində bəratə hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2006-cı ilin may ayının 1-dən 2013-cü ilin aprel ayının 1-dək «xxxxxxxxx» ASC-nin Xətai filialında xəzinədar vəzifəsində işləmişdir. Bank təlimatlarına uyğun olaraq Azərbaycan Respublikasının milli valyutasında və xarici valyutada mədaxil və məxaric sənədlərini qəbul etmək və onların əsasında əməliyyatlar aparmaq, məxaric və mədaxil sənədlərində nəzarət xarakterli imzaları və mühasibin imzalarını yoxlamaq, məxaric orderindəki məlumatlarışəxsiyyət vəsiqəsindəki məlumatlarla tutuşduraraq müştərinin şəxsiyyətini yoxlamaq və kənarlaşma olmayan təqdirdə sənədi icra etmək, kassada olan bütün nağd pul vasitələrinin, qiymətlilərin və digər sərvətlərin iş vaxtıərzində qorunub saxlanmasına bilavasitə cavabdehlik daşımaq onun vəzifələrinə aid olmuşdur. Xəzinədarın vəzifə təlimatı ilə 2008-ci ilin yanvar ayının 8-də tanış olub imzalamışdır. 2011-2012-ci illər ərzində prosedur qaydalarına əsasən, kredit götürən müştəri bütün prosedurlardan keçdikdən, adına müqavilə və digər sənədlər tərtib olunaraq sənədləri imzaladıqdan sonra sonra pulu xəzinədən götürmək üçün xəzinəyə müraciət edir, məxaric orderi vəşəxsiyyət vəsiqəsinin əslini təqdim edir. Xəzinədar məxaric orderində qeyd olunan məlumatlarışəxsiyyət vəsiqəsindəki məlumatlarla tutuşdurub, uyğunluq müəyyən etdiyi halda müştəriyə məxaric orderini imzalamağı təklif edir, müştəri məxaric orderini imzaladıqdan sonra order xəzinədar tərəfindən imzası ilə təsdiq edilmiş və bir nüsxəsi orderdə qeyd olunan pul məbləği ilə birlikdə müştəriyə təqdim edir. İşlədiyi müddətdə filialın rəhbəri Təqsirləndirilən şəxs2 ona heç bir qanunsuz göstəriş verməmişdir. Ona təqdim olunan X16 adına xx xxxxxxxx 2011-ci ildə 5.000 manat, Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci ildə 5.000 manat, Şahid15 adına xx xxxx 2012-ci ildə 5.000 manat, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının adına xx xxxx 2012-ci ildə 5.000 manat, X38 adına xx xxxx 2012-ci ildə 5.000 manat, Şahid17 adına xx xxxx 2012-ci ildə 5.000 manat, Qazıyev Rövşən Şirvan oğlunun adına x xxxxx 2012-ci ildə 5.000 manat, Şahid7 adına x xxxxx 2012-ci ildə 5.000 manat, Şahid14 adına x xxxxx 2012-ci ildə 5.000 manat, X5 adına x xxxx 2012-ci ildə 5.000 manat pulun verilməsi haqqında məxaric orderlərində xəzinədar qrafalarında əks olunan imzalar ona məxsusdur. Təsdiq etdiyi bütün məxaric orderlərini həmin orderləri təqdim edən şəxslərin şəxsiyyət vəsiqələri ilə tutuşdurub, uyğunluq müəyyən etdiyi halda məxaric orderini imzalamış, pulu qeyd olunan müştərilərin bilavasitəözlərinə vermişdir. Tanımadığı Şahid14 və qeyrilərinin Təqsirləndirilən şəxs1lə hansı münasibətlərinin olmasını bilməmişdir. Onların xəzinədən pul vəsaitini almadıqları, məxaric orderlərini bankdan kənarda imzalamaları haqqında məhkəmədə verdikləri ifadələri təsdiq etmir. «xxxxxxxxx» ASCnin Xətai filialının yerləşdiyi binanın birinci mərtəbəsində fəaliyyət göstərən «General LG» mağazasının sahibi Təqsirləndirilən şəxs1 bankın müştərisi kimi tanımışdır. Elçin ondan hər hansı bir xahiş etməmiş, başqa şəxslərin adlarına olan kredit pulları xəzinədən Elçinə verməmişdir. Barəsində bəraət hökmüçıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğlunun kirvəsidir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 2011-ci ilin əvvəllərində Elçin Xətai rayonunda «xxxxxxxxx» ASC-nin Xətai filialının yerləşdiyi binanın birinci mərtəbəsindəki «General LG» mağazasında məişət elektrik avadanlıqları satışı ilə məşğul olmuşdur. Həmin vaxt sonuncu Tərtər rayonunda soyuducu anbar kompleksi inşa etdirmək istədiyi, bunun üçün pula ehtiyacının olduğu, tikinti qurtarandan sonra böyük məbləğdə gəlir əldə edəcəyi barədə ona danışmış və anbarın tikintisinə kömək məqsədilə ondan pul tapmağı xahiş etmişdir. Elçin söz vermişdir ki, pulla kömək ediləcəyi halda anbarı paylı mülkiyyətəçevirib 10 faizini ona verəcək, həmçinin anbarda onu və tanışlarını işlə təmin edəcəkdir. 2011-ci ilin fevral ayında Elçin anbar tikintisi üçün qardaşıİlqarın adına torpaq sahəsinin ayrılması haqqında Tərtər rayon İcra Hakimiyyəti başçısının sərəncamını da ona göstərmiş, birlikdə həmin sahəyə gedərək ölçmə işlərini də aparmışlar. Anbar məsələsinin real olduğuna inanıb pul qazanmaq qərarına gəlmişdir. 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayına qədər olan müddətdə müxtəlif vaxtlarda ünvan 1 ünvanda yerləşən «555» adlı kafedə Elçinlə görüşərək ona hissə-hissə və ayrı-ayrı vaxtlarda cəmi 245.000 (iki yüz qırx beş min) ABŞ dolları məbləğində pul vermişdir. Bu puldan 2011-ci ilin fevral-aprel aylarında bir dəfə həmin kafedə Elçinəçatdırılmasıüçün «General LG» mağazasında işləyən Şahid4 50.000 ABŞ dollarını vermişdir. 2011-ci ilin təxminən may ayında həmkəndlisi, hazırda Rusiya Federasiyasında yaşayan tanışı X29 100.000 ABŞ dollarını 3 aya qaytarılmasışərtilə borc almış, həmin pulu da «555» adlı kafedə, bundan başqa, özünə məxsus olan vəsaitdən bir dəfə 2011-ci ilin təxminən sentyabr ayında qardaşıİntiqamın iştirakı ilə 50.000 ABŞ dollarını, 2012-ci ilin fevral ayına kimi olan müddətdə 4-5 dəfəyə hissə-hissəəlavə olaraq 45.000 ABŞ dollarını təklikdə Təqsirləndirilən şəxs1 vermişdir. Bir dəfə 2012-ci ilin əvvəlində Elçinə vermək üçün dostu Şahid1 10.000 ABŞ dollarını borc almışdır. Elçin onu aldatdığından Həsənə pulu qaytara bilməmiş və 2014-cü ilin mart ayında sonuncu ilə razılaşaraq, özünə məxsus olan Bakışəhəri Nizami rayonu, Elşad Süleymanov küçəsi, 137 A saylı binada yerləşən 2 otaqlı, 90 kv.m. sahəli olan 173 №-li mənzili Həsənin qardaşı Zəfərin adına keçirmişdir. Bundan başqa 2011-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 köməklik məqsədilə və anbarın tezliklə tikilməsindəözü də maraqlı olduğundan biznes fəaliyyəti ilə məşğul olan tanışlarıZərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 müraciət edərək, anbarın tikintisinə xərclənməsi üçün pul verilməsini xahiş etmişdir. Əfqanı bir dəfə Tərtər rayonuna aparıb tikinti yerini göstərmişdir. Bakışəhərində «555» adlı kafedəƏfqanı Elçinlə görüşdürmüş, həmin vaxt Elçin anbar fəaliyyətə başlayandan sonra gəlirlərdən ilkin olaraq onların pulunu qaytaracağını, həmçinin çoxlu pul verə bilsələr anbarı paylı mülkiyyətəçevirib, onların hər birinə payın 10 faizini verəcəyinə söz vermiş, nəticədəƏfqan vəŞaban anbarın tikintisinə pul qoymağa razılaşmışlar. 2011-ci ilin fevral ayının ortalarında Əfqanla birlikdə Qaçaq Nəbi küçəsində yerləşən «555» kafesində Elçinlə görüşmüş və orada onunla Əfqan ilk dəfə 70.000 ABŞ dollarını, həmin kafedə bir neçə gün sonra Şabanla birlikdə 65.000 ABŞ dollarını, bundan sonra bir neçə dəfə dəƏfqanla birlikdə daha xırda məbləğləri 2012-ci ilin fevral ayına qədər olan müddətdə Elçinə vermişlər. Sonuncu dəfə 2012-ci ilin fevral ayında o, Əfqanla Babək prospektində görüşüb ondan 100.000 ABŞ dollarını almış və birlikdə Elçinin yanına gedərək həmin kafedə pulu Əfqanla birlikdə Elçinə vermişdir. 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayınadak olan müddətdə anbarın tikintisi üçün Təqsirləndirilən şəxs1 Əfqan vəŞabandan cəmi 301.850 ABŞ dolları pul almışdır. Pulu verdikləri vaxtlarda Elçin onlara həmçinin «xxxxxxxxxxx»dan bir milyon ABŞ dollarından çox pul aldığına dair sənədləri də göstərmişdir. Anbarın tikintisi 2011-ci ilin axırında qismən tamamlanmış, yəni soyuducu avadanlıqlar artıq işləmiş, 2012-ci ilin yay aylarında isə tikinti işləri tam başa çatmışdır. 2011-ci ildən Elçin onu anbarda nəzarətçi kimi təxminən 2 il ərzində işlətmiş, bu müddətdə ona cəmi 15.000 manat əmək haqqı vermişdir. Elçin 2011-ci ilin payızından başlayaraq anbarı soğan, xurma, kartof, digər kənd təsərrüfatı məhsullarının saxlanılmasıüçün mal yiyələrinə icarəyə vermişdir. Anbarda bir yeşiyin saxlanma qiyməti 70-80 qəpik olmuşdur. Anbardan hər il 200.000-300.000 manat gəlir götürmüşdür. Elçinin onun, həmçinin Əfqanla Şabanın pulu qaytarmağa imkanı olsa da, hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzadaraq pullarını qaytarmamış, eləcə də onlara vəd etdiyi anbardan pay verməmişdir. Elçin anbarı yalandan digər qohumlarının adlarına keçirdiyini sonradan eşitmişdir. Həmin anbar Elçinə məxsus olmuş, özü tərəfindən işlətməklə, əldə olunan gəlirlərə dəözü sərəncam vermişdir. 2014-cü ilin sentyabr ayında Elçin Əfqan vəŞabanı sakitləşdirmək üçün sonuncunu Bakışəhəri 18 saylı notariat kontoruna aparıb onunla borc müqaviləsi bağlamış, 6 ay müddətində 301.850 ABŞ dollarını qaytaracağına söz vermiş, lakin bundan sonra da Elçin sonunculara həmin pulu, həmçinin ona 245.000 ABŞ dollarını qaytarmamışdır. Qeyd olunan pullardan əlavə, 2012-ci ilin mart-aprel aylarında Elçin heyvandarlıqla məşğul olmaqdan ötrü bankdan 2.500.000 manat kredit almaq məqsədiləƏfqan vəŞabandan onun yanında 100.000 ABŞ dollarını faizlə borc kimi almış, sonradan həmin pulu onun vasitəsilə qaytarmışdır. 2012-ci ilin əvvəllərində Elçin əlavə pul lazım olduğunu deyərək, ona bankda adına kredit rəsmiləşdirib pulun özünə verilməsini xahiş etmişdir. Elçinə rəsmi iş yerinin olmadığını və bankdan ona kredit verilməyəcəyini bildirdikdə sonuncu, «xxxxxxxxx» ASC-nin Xətai rayon filialının müdiri Təqsirləndirilən şəxs2la yaxşı münasibətinin olduğunu və sonuncunun kreditin verilməsində köməklik göstərəcəyini bildirmişdir. Elçinə etibar etdiyi üçün şəxsiyyət vəsiqəsinin surətini ona vermiş və Elçinin təqdim etdiyi bank sənədlərini x xxxxx 2012-ci il tarixdə «General-LG» mağazasında imzalamış, lakin, bankdan heç bir məbləğdə pul almamışdır. Bir neçə gün sonra Elçin onun adına rəsmiləşdirilmiş 5000 manatı bankdan özünün aldığını və krediti ödəyəcəyini bildirmişdir. Elçin eyni qaydada kredit almaq üçün tanıdığı başqa adamları da yanına gətirməsini ondan xahiş etmiş və o, oğlu İbrahimi, qardaşıİntiqamı və qardaşı oğlu Hüseyni də Təqsirləndirilən şəxs1 yanına göndərmişdir. Elçin ona və qohumlarına müxtəlif vaxtlarda, həmin mağazada kredit sənədlərinə imza etdirməsinə baxmayaraq, yalnız onun adına kreditin verildiyini bildirmişdir. 2015-ci ilin qış aylarında isə «xxxxxxxxx» ASC-nin ləğv etmə komissiyasının əməkdaşları kredit borcunun ödənilməsini tələb etdikləri zaman o, göndərdiyi digər qohumlarının adlarına da kredit pulların alındığını və Elçin tərəfindən ödənilmədiyini bilmişdir. Bu məsələni aydınlaşdırmaqdan ötrü Təqsirləndirilən şəxs1 zəng vurub danışdığı zaman sonuncu, anbarı banka girov qoyub kredit götürməklə bütün borclarını qaytaracağını vəd etmiş, lakin sonradan kreditləri qaytarmadan aldatmaqda davam etmişdir. Onun adına «xxxxxxx» MMC- dən verilmiş x xxxxx 2012-ci il tarixli 7 №-li arayış saxtadır. Belə ki, o, heç vaxt həmin cəmiyyətdə satış meneceri vəzifəsindəçalışmamış və aylıq əmək haqqı qismində 360 manat pul almamışdır. Ona dəymiş ziyanın ödənilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs3la birlikdə müntəzəm olaraq Rusiyaya gedib-gəlir, orada ticarətlə məşğul olurlar. Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 2011-ci ilin əvvəllərində görüşlərin birindəİlham ona vəŞabana Təqsirləndirilən şəxs1 adlı imkanlı bir tanışının Tərtər rayonu ərazisində soyuducu anbar tikdiyini, Elçinin pulla ona kömək edə biləcək şəxsləri axtardığını, anbar işə düşəndən sonra əldə olunan gəlirlərdən pulu qaytaracağı və anbarı paylı mülkiyyətəçevirəcəyi barədə danışmışdır. İlhamın danışdıqlarına əmin olmaqdan ötrü onunla birlikdə Tərtər rayonuna gedib tikinti yerinə baxmışdır. Bundan sonra 2011-ci ilin fevral ayında İlhamla birlikdə Xətai rayonu Qaçaq Nəbi küçəsində yerləşən «555» adlı kafedə Elçinlə görüşmüş və sonuncu anbarı paylı mülkiyyətəçevirib 10 faiz payını onlara verəcəyini vəəsas pullarını da tezliklə qaytaracağını bildirib, anbar tikintisi üçün qardaşıİlqarın adına torpaq sahəsinin ayrılması haqqında sərəncamı da göstərmişdir. Sonuncunun danışdıqlarına inanıb pul qazanmaq fikrinə düşmüşdür. İlham özü də Elçinə pul verəcəyini və anbarın 10 faizini alacağını demişdir. 2011-ci ilin fevral ayının ortalarında Şabanla birlikdə 70.000 ABŞ dolları pul hazırlayıb, İlhamla birlikdə «555» adlı kafedə Elçinlə görüşüb ona vermişdir. Söhbət zamanı Elçin ona əlavə pul tapmaqda köməklik göstərilməsini xahiş edərək, nə qədər çox pul versə, xeyrinin də, bir o qədər çox olacağını bildirmişdir. Bir neçə gün sonra Şaban İlhamla birlikdə həmin kafedə Elçinlə görüşüb 65.000 ABŞ dollarını, bundan sonra isə 2012-ci ilin fevral ayına qədər olan müddətdə bir neçə dəfə onunla İlham birlikdə «555» kafesində Elçinə daha xırda məbləğləri vermişdir. Sonuncu dəfə 2012-ci ilin fevral ayında İlhamla birlikdə qeyd olunan kafedə Elçinə 100.000 ABŞ dolları, ümumiyyətlə 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayınadak olan müddətdə anbarın tikintisi üçün onunla Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 cəmi 301.850 ABŞ dolları pul vermişdir. Həmin pulların bir hissəsi onların özlərinə məxsus olmuş, bir hissəsini isə tanışlarından borc almışlar. İlham Elçinlə birlikdə anbarda işlədiyindən onlar müntəzəm olaraq İlhamla əlaqə saxlayıb anbarda işləri gedişatı barədə məlumat almışlar. 2011-ci ilin axırlarında anbarın tikintisi qismən tamamlanmışdır. Elçin anbara mal yığmış və hələlik yenicə iş qurub xərcləri çox oldduğundan onlardan bir qədər gözləmələrini xahiş etmiş, gəlir əldə edən kimi vədinəəməl edəcəyənə söz vermişdir. Lakin Elçin nə onların pullarını qaytarmış, nə də anbarın 10 faizini onunla Şabana verməmişdir. Odur ki, İlhamdan tələb etmişlər ki, Elçini bu məsələlərin həllində tələsdirsin. Həmin ərəfədəİlhamın deməsinə görə bilmişdir ki, özü də anbarın tikintisi üçün Elçinə 245.000 ABŞ dolları pul vermişdir. Çoxsaylı tələblərindən sonra 2014-cü ilin sentyabr ayında Elçin onları sakitləşdirmək üçün Bakışəhəri 18 saylı notariat kontoruna aparıb orada Şabanla borc müqaviləsi bağlamış, aldığı 301.850 ABŞ dollarını 6 ay müddətində qaytaracağına söz vermişdir. Bundan sonra da Elçin vədinəəməl etməmişdir. Elçinin həmin müqaviləni yenə də vaxt udmaq, gözdən pərdə asmaq üçün bağladığına əmin olmuşdur. Elçin əməlləri ilə onlara xeyli zərər vurduğundan məcbur olub 2014-cü ildə Bakışəhəri Sarayevo küçəsində yerləşən yeni tikili binada özünə məxsus olan iki ədəd mənzili satıb borclarınıödəmişdir. Onunla Zərərçəkmiş şəxs3 guya 275.000 ABŞ dollarını qaytardığı barədə Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiklərini təsdiq etmir. Sonuncu anbar tikintisi üçün onlardan 301.850 ABŞ dollarını aldıqdan sonra, 2012-ci ilin əvvəllərində yenidən onlarla əlaqə saxlayıb, heyvandarlıqla məşğul olmaq üçün sahibkardığa kömək fondunun vasitəsilə bankdan 2.500.000 manat kredit almaq istədiyini, lakin pulu çıxarmaq üçün fondun rəhbərliyinə 10 faiz «şirinlik» verməli olduğundan 250.000 manat pula ehtiyacının olduğunu demiş, pulu 3 ay ərzində faizlə qaytaracağını vəd etmişdir. Onunla Şaban 2012-ci ilin mart-aprel aylarında 100.000 ABŞ dolları məbləğində sələmlə pul tapıb, İlham və X65 qəsəbəsində yerləşən «Ləvəngi» restoranında görüşmüş və həmin pulu borc kimi Elçinə vermişlər. Sonradan təxminən bir il ərzində Elçin İlhamın vasitəsilə onlara 100.000-120.000 ABŞ dolları pul qaytarmışdır. Həmin vəsaitlərin anbarın tikintisi məqsədilə verdikləri pula heç bir aidiyyəti yoxdur. Ona dəymiş ziyanın ödənilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2la Rusiya Federasiyasına gedib gələrək ticarətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2011-ci ilin fevral ayında tanış olmuşdur. Həmin ərəfələrdəİlham ona vəƏfqana Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində «General LC» mağazasında məişət avadanlıqların satışı ilə məşğul olduğu, həm də Tərtər rayonu ərazisində soyuducu anbar tikmək niyyətində olduğu, bunun üçün pul axtardığı, tikinti başa çatandan sonra əldə olunan gəlirdən pulu qaytaracağı, həm də anbarı paylı mülkiyyətəçevirib anbarın 10 faizinin onlara veriləcəyi barədə danışmışdır. İlhamın təklifi ona inandırıcı görünmüşdür. Bu barədəƏfqana danışmış və sonuncu da təklifi bəyənmişdir. 2011-ci ilin fevral ayının ortalarında Əfqan İlhamla birlikdə Bakışəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən «555» adlı kafedə Elçinlə görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs1 onlara qardaşıİlqarın adına torpaq sahəsinin ayrılması haqqında sərəncamı göstərib, həqiqətən Tərtər rayonu ərazisində soyuducu anbar tikdirdiyini, bunun üçün ona 2 milyon manatdan artıq pul lazıim olduğundan pul axtardığını, bu işdə ona köməklik edən şəxsə pulunu anbar hazır olandan sonra, əldə olunan gəlirdən qaytaracağını, həm də anbarı paylı mülkiyyətəçevirib anbarın 10 faizini onlara verəcəyini bildirmişdir. Anbar məsələsinin real olduğuna inandıqlarından, həm də pul qazanmaq istədiklərindən Elçinin təklifi ilə razılaşmışdır. 2011-ci ilin fevral ayının ortalarında Əfqanla İlham «555» kafesində Elçinlə görüşüb, ona 70.000 ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra isəözüİlhamla birlikdə həmin kafedə Elçinlə görüşüb ona 65.000 ABŞ dolları vermişdir. Bundan sonra isə bir neçə dəfə xatırlamadığı tarixlərdə 2012-ci ilin fevral ayına qədər olan müddətdə Elçinə pul vermişdir. 2012-ci ilin fevral ayında sonuncu dəfəƏfqanla İlham bir yerdə Elçinə 100.000 ABŞ dolları pul vermişdir. 2011-ci ilin fevral ayından 2012-ci ilin fevral ayınadək olan müddətdə anbar tikintisi üçün Əfqanla birlikdə Elçinə 301.850 ABŞ dolları pul vermişlər. Verdikləri pulların böyük hissəsini tanışlarından borc alıb vermişdir. İlhamın deməsindən 2011-ci ilin axırlarından Elçinin anbara mal qəbul etməyə başladığı ona məlum olmuşdur. Həmin vaxtdan Elçin onlara anbarın təzə işə düşdüyünü, əlavə xərcləri olduğunu, yaxınlarda maddi vəziyyəti düzələn kimi, anbarın 10 %-nin onlara verəcəyini bildirib, onlardan bir az da gözləmələrini xahiş etmişdir. Elçin verdiyi vədəəməl etməmiş, onlardan anbar tikintisi adı ilə aldığı pulları qaytarmamış və obyektin 10%-ni də onlara verməmişdir. Odur ki, İlhamın vasitəsi ilə Elçindən pullarını tələb etməyə başlamışlar. İlham deməsindən onun da (yəni İlhamın) Elçinəəlavə pul verdiyi onlara məlum olmuşdur. 2014-cü ilin sentyabr ayında Elçin onları sakitləşdirmək üçün Bakışəhəri 18 saylı notariat kontorunda onunla borc müqaviləsi bağlımış və aldığı 301.850 ABŞ dolları pulu 6 ay müddətində qaytaracağına söz vermişdir. Qeyd olunan müddət başa çatsa da, Elçin nə pulunu qaytarmış, nə də anbardan onlara çatacaq payı verməmişdir. Elçin onun vəƏfqanı aldadaraq əmlaklarınıələ keçirmişdır. Ona dəymiş ziyanın ödənilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1lə 2012-ci ilin əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Həmin ərəfələrdə Bakışəhərindəİlhamla görüşmüş, bu zaman Təqsirləndirilən şəxs1 də onunla olmuşdur. Söhbətlərindən Tərtər rayonu ərazisində soyuducu anbar tikdirdiklərini, pullarıçatmadıqları və maddi problemlərinin olduğunu başa düşmüşdür. İlham ona müraciət edərək anbar tikintisi üçün Elçinin pulu çatmadığını, bankdan kredit götürmək istədiyini, bunun üçün müəyyən sənədlərin toplanılması və başqa xərclər üçün pula ehtiyacı olduğunu bildirib, ondan 2 ay müddətinə 10.000 ABŞ dolları borc verə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Elçin ona bankdan pulu daha tez götürə bilsə, qısa müddətə qaytaracağını demişdir. İlhama inandığıüçün həmin məbləğdə pulu sonuncuya vermişdir. Üstündən 3-4 ay keçəndən sonra pula ehtiyacı olduğundan İlhama müraciət edib pulunu istəmişdir. İlham da onun yanından Elçinə zəng edib pulunu tələb etmiş, lakin sonuncu hər dəfə bir yalan uydurmaqla pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi və qardaşı Həsən Məmmədovun tanışı kimi tanıyır. Qardaşı Həsənləİlhamın arasında pul söhbəti olduğundan məlumatı vardır. X61 100.000 ABŞ dolları pul verməsini bilir. İlham qardaşından aldığı həmin pulu qaytara bilmədiyindən 2014-cü ilin mart ayında özünə məxsus Bakışəhəri Nizami rayonu ərazisində yerləşən mənzili onun adına rəsmiləşdirmişdir. Həmin vaxtlarda İlhamın deməsinə görə o, Həsəndən aldığı pulu Elçin adlı tanışına vermiş, sonuncu isə pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd-hüseyn qızı ifadəsində göstərdi ki, 2010-cu ilin iyul ayından 2012-ci ilin dekabr ayınadək «xxxxxxx» MMC-də baş mühasib vəzifəsində işləmişdir. Qeyd olunan dövrdə MMC-də o və Təqsirləndirilən şəxs1 başqa heç kim işləməmişdir. «xxxxxxx» MMC-də Zərərçəkmiş şəxs1 menecer, X2, Şahid7 menecer, Şahid11 menecer kimi və digər şəxslərin müxtəlif vəzifələrdə işləmələri haqqında ona ibtidai istintaq zamanı təqdim olunan arayışlarda əks olunan möhür həmin MMC-yə, direktorun adından çəkilmiş imza isə Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin arayışlarda əks olunan məlumatlar saxtadır. Qeyd olunan şəxslər heç vaxt «xxxxxxx» MMC-nin əməkdaşı olmamışdır. Arayışlarda göstərilən şəxslərdən Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "General LG» məişət elektrik avadanlıqları mağazasında Atlas Osmanovanı xadimə, Şahid17 fəhlə, Şahid15 nəzarətçi, Şahid4 isə xəzinədar kimi tanımışdır, lakin onların heç biri iləəmək müqaviləsi bağlanmamış və sonuncular rəsmi olaraq əmək haqqı almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2004-cü ildən 2013-cü ilin sentyabr ayınadək Təqsirləndirilən şəxs1 direktoru olduğu «General LG» elektrik məişət avadanlıqları mağazasında xəzinədar işləmişdir. Həmin mağazanın ikinci mərtəbəsində «xxxxxxxxx» ASC-nin Xətai rayon filialı yerləşmişdir. Təxminən 2011-ci ilin avqust aylarında Təqsirləndirilən şəxs1 ondan oğlu Şahid5 şəxsiyyət vəsiqəsini istəyib bildirmişdir ki, Tərtər rayonunda inşa etdirdiyi anbarla əlaqədar pula ehtiyacı olduğu üçün bütün işçilərin adından «xxxxxxxxx» ASC-nin Xətai rayon filialından kredit götürəcək və həmin krediti anbarın inşasına sərf edəcəkdir. Təqsirləndirilən şəxs1 bu barədəəvvəlcədən filial müdiri Təqsirləndirilən şəxs2 ilə də razılığa gəldiyini, götürdüyü pulla mağazanın fəaliyyət dairəsini genişləndirib işçilərin əmək haqlarını qaldıracağını, tikintisi aparılan anbar fəaliyyətə başladıqdan sonra isəəldə edəcəyi gəlirdən bütün kreditləri ödəyəcəyini bildirmişdir. Odur ki, oğlu Nihadın şəxsiyyət vəsiqəsini Elçinə vermişdir. xx xxxxxx 2011-ci il tarixdə Təqsirləndirilən şəxs1 mağazaya gətirdiyi sənədləri onun iştirakı ilə Nihada imzalatdırmışdır. Həmin vaxt kreditin məbləğinə fikir verməmişdir. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs1 oğlunun şəxsiyyət vəsiqəsini qaytarıb kredit götürməyin mümkün olmadığını bildirmişdir. Təxminən 7 aydan sonra Təqsirləndirilən şəxs1 ona müarciət edərək rayonda inşa etdirdiyi anbara görəəlavə pul lazım olduğunu üçün ödənişləri özü etmək şərtilə adına kredit götürmək istədiyini bildirib, şəxsiyyət vəsiqəsini istəmişdir. Uzun müddət tanıdığıüçün müdirinə etibar edib vəsiqəsini Elçinə vermişdir. xx xxxx 2012-ci ildə Təqsirləndirilən şəxs1 işlədiyi mağazaya gətirdiyi sənədləri həmin yerdə ona imzalatdırmış, bir neçə gün sonra isəşəxsiyyət vəsiqəsini ona qaytarıb, kreditin götürülməsinin mümkün olmadığını bildirmişdir. Təxminən 2012ci ilin yay aylarında «xxxxxxxxx» ASC fəaliyyətini dayandırdıqdan sonra Təqsirləndirilən şəxs2 işlədiyi mağazaya dəfələrlə gəlib Təqsirləndirilən şəxs1 harada olmasını soruşsa da, onun və oğlu Şahid5 adına olan kreditlər barədə məlumat verməmişdir. Bir necə ay sonra isə «General LG» məişət elektrik avadanlıqları mağazası bağlanmışdır. 2015-ci ilin yay aylarında «xxxxxxxxx» ASCnin ləğvetmə komissiyası evinə bildiriş göndərəndən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 əlbir olub onun adına kredit rəsmiləşdirmiş və filialın xəzinəsindən pulu almışlar. Ona təqdim olunan adına 5000 manat kreditin rəsmiləşdirilməsinə dair xx xxxx 2012-ci il tarixli 4229-ŞM №-li kredit müqaviləsi, həmin tarixli ödəniş qrafiki, müddətli öhdəlik, iltizam, kassa məxaric orderində adından əks olunan imzaları Elçinin mağazasında imzalamış, filialın xəzinəsindən pul almamışdır. Şahid11 adına rəsmiləşdirilmiş kredit müqavilələri üzrəözünün zamin kimi qeyd olunmasını qeyd olunan şəxslər barədə ləğvetmə komisiyasının məhkəmə iddiası qaldırmasından sonra məlumatı olmuşdur. Həmin müqavilələri də Təqsirləndirilən şəxs1 ona təqdim etdiyi üçün, sonuncuya etibar edib sənədləri oxumadan imzalamışdır. Qeyd olunan şəxslərin adına rəsmiləşdirilən kreditlər üzrə onun zamin qismində göstəriləcəyi barədə E. Vəliyev ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 və «xxxxxxxxx» ASC-nin Xətai rayon filialının müdiri Təqsirləndirilən şəxs2 birlikdə 2011-2012-ci illər ərzində ondan başqa daha bir necəşəxsi də aldadıb, onların adlarına müxtəlif məbləğlərdə kredit rəsmiləşdirməklə pullarını talamış, bu barədə həmin şəxslərin özləri ona məlumat vermişdir. Elçin qeyd olunan şəxslərə kredit sənədlərini imzalatdırıb, pul məbləğlərini alsa da, sonradan vətəndaşlara guya həmin şəxslərin adlarına kredit alınmasının mümkün olmadığını demişdir. 2011-ci ilin sentyabr və 2012-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 tapşırığıəsasında «xxxxxxxxx» ASC-nin Xətai filialının xəzinəsindən, yəni xəzinədarları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 heç bir sənədi imzalamadan müxtəlif məbləğlərdə pul götürüb Təqsirləndirilən şəxs1 vermişdir. Belə ki, o, hər dəfə Təqsirləndirilən şəxs1 tapşırığıəsasında xəzinədarlara müraciət etdikdə sonuncular daxili telefonla filialın müdiri Təqsirləndirilən şəxs2 zəng edərək məlumat vermiş, sonra isə sonuncunun göstərişi əsasında 10.000-20.000 manat məbləğində pulu sayıb ona təqdim etmişlər. Həmin pulları Təqsirləndirilən şəxs1çatdırmışdır. Nə o, nə də aldadılmış digər şəxslər kreditlərə görəödəniş etmişlər. Elçin onların adına rəsmiləşdirilmiş kreditlər üzrəəvvəllər ödəniş etsə də, sonradan bankın bağlanmasını eşidib ödənişi dayandırmışdır. Elçindən aldığı pul vəsaitlərini dəfələrlə bankın xəzinəsinəödəmişdir. 2011-ci ilin yazın əvvəlində Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs1 verdiyi pulu alıb iş yerindəözünəçatdırmasını xahiş etmiş və o, Zərərçəkmiş şəxs1la Xətai rayonunda «555» adlı kafenin yanında görüşüb sonuncudan 50.000 ABŞ dollarını alıb, işlədiyi mağazada Elçinə vermişdir. İlham həmin pulu Elçinin anbar tikintisinə kömək məqsədilə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2011-ci ildə adına 5000 manat kreditin rəsmiləşdirilməsinə dair Təqsirləndirilən şəxs1 ona təqdim etdiyi kredit sənədlərini həmin gün «General LG» mağazasında imzalamış və filialın xəzinəsindən pulu almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əmisi oğlunun kirvəsi və qardaşıİlhamın dostu kimi tanımış və sonradan aralarında münasibətləri yaranmışdır. 2011-ci ilin sentyabr ayının təxminən 20-də Elçinlə söhbət zamanı sonuncu Tərtər rayonu ərazisində inşa etdirdiyi soyuducu anbarı tikmək üçün pulu çatmadığını və onun adından işlətdiyi mağazanın ikinci mərtəbəsində yerləşən «xxxxxxxxx» ASC-nin Xətai rayon filialından kredit götürmək istədiyini bildirmişdir. Elçin həmçinin ona anbar hazır olanda onu orada işlə təmin edəcəyinə söz vermişdir. Elçini ailəvi tanıdığından inanıb, adına kredit götürülməsinə razılıq vermişdir. xx xxxxxxxx 2011-ci ildə təxminən saat 11 radələrində Elçinin işlətdiyi «General LG» mağazasında olarkən sonuncu adına kredit rəsmiləşdirilməsi üçün imzalamalı sənədlərin olduğunu deyib, ona şəxsiyyət vəsiqəsi ilə bankın filialına getməsini xahiş etmişdir. Filiada adını bilmədiyi bank əməkdaşı onu qarşılamışdır. Elçin tərəfindən göndərildiyini biləndən sonra onun şəxsiyyət vəsiqəsini alıb baxdıqdan sonra qaytarıb, ona imzalamaq üçün təxminən 15-20 ədəd vərəq təqdim etmişdir. Həmin vərəqələrdə nə yazıldığını bilməmiş və bank əməkdaşı da bu barədə ona məlumat verməmişdir. Elçinə inandığıüçün sənədləri oxumadan imzalayıb, bankın əməkdaşına təhvil vermişdir. Təxminən iki gün sonra Elçinlə görüşərkən, sonuncu onun adına kreditin götürülməsinin mümkün olmadığını bildirmişdir. 2015-ci ilin mart-may aylarında Bakışəhəri Nizami rayon məhkəməsindən yaşadığıünvana «xxxxxxxxx» ASC-nin ləğvedicisinin iddia ərizəsi ilə məhkəməyə müraciəti iləəlaqədar təyin olunmuş məhkəməyə dəvət olunması barədə məktub daxil olmuşdur. İddia ərizəsi ilə tanış olduqdan sonra bilmişdir ki, Elçin «xxxxxxxxx» ASC-nin Xətai rayon filialından onun adına 5.000 manat məbləğində krediti almış vəödəniş etməmişdir. Məsələyə aydınlıq gətirmək üçün Elçinə zəng etmişdir. Sonuncu «xxxxxxxxx» ASC-nin müflis olduğunu bildirib, ona narahat olmamasını tapşırmışdır. Adına tərtib olunmuş xx xxxxxxxx 2011-ci il tarixli kredit müqaviləsi, məxaric orderi və digər sənədləri imzalasa da, bankdan pulu almamış vəödəniş etməmişdir. Onun kredit sənədlərində zamin kimi göstərilmiş X22 tanımır. Elçin onun adına 5000 manat kredit götürmək istədiyini dedikdə, ona heç yerdə işləmədiyini bildirmişdir. Elçin isə ona filial müdiri Təqsirləndirilən şəxs2la yaxın münasibətdə olduğunu bildirib, məsələni özünün həll edəcəyini demişdir. Onun guya «xxxxxxx» MMC-də işləməsi haqqında kredit sənədlərinəəlavə olunmuş xx xxxxxxxx 2011-ci il tarixli 7 №-li arayış saxtadır. Heç vaxt «xxxxxxx» MMC-də menecer vəzifəsində işləməmiş və oradan əmək haqqı almamışdır. 2011-ci ilin sentyabr ayında İlhamla birlikdə Xətai rayonunda yerləşən «555» adlı kafedə olarkən, İlham onun yanında Elçinə 50.000 ABŞ dolları pul vermişdir. Onların söhbətlərindən pulun Elçinə anbarın tikintisi üçün verildiyini bilmişdir. İlhamın sonradan ona deməsindən Elçinə anbar tikintisi üçün cəmi 245.000 ABŞ dolları verdiyini, əvəzində Elçindən anbarın 10 faiz payını alacağını bilmişdir. 2014-cü ildə iki-üç dəfəİlhamla birlikdə Elçinlə danışmaq üçün yanına getmiş, sonuncu İlhamdan anbar tikintisi üçün pul aldığını etiraf edərək hər dəfə pulun qaytarlıması, anbardan pay verilməsi üçün ona bir qədər də vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, adına olan kredit sənədlərini Təqsirləndirilən şəxs1 xahişi ilə imzalamışdır. «xxxxxxx» MMC-də işləməmiş, «xxxxxxxxx» ASC-nin Xətai filialına kredit üçün müraciət etməmiş və filialın xəzinəsindən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X50 ifadəsində göstərdi ki, 2008-2011-ci illər ərzində Xətai rayonu ərazisində yerləşən «General LG» məişət elektrik avadanlıqları mağazasının yaxınlığında bərbər işləmişdir. Həmin mağazanın sahibi Təqsirləndirilən şəxs1 tanıyır. xx xxxxxxxx 2011-ci ildə Elçin ona Tərtər rayonu ərazisində anbar tikdirdiyi barədə danışıb, çoxlu pula ehtiyacı olduğunu bildirməklə, onun adına «xxxxxxxxx» ASC-nin Xətai filialında kreditin rəsmiləşdirilməsini xahiş etmiş və pulu özü bankdan aldıqdan sonra vaxtında ödəyəcəyinə söz vermişdir. Elçini tanıdığından razılaşmışdır. Sonuncunun təklifi ilə elə həmin gün bank filialına gedib, adına hazırlanmış sənədləri imzalamışdır. 2016-cı ilin fevral ayında kredit borcunun ödənilməsi iləəlaqədar Xətai rayon məhkəməsinə dəvət olunduğu zaman Elçinin onun adından aldığı 5.000 manat kreditin ödəmədiyini bilmişdir. Onun kredit qovluğunda Şahid9 zamin kimi göstərilməsindən məlumatı olmamış, həmin şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs1 kredit ödənişini öhdəsinə götürdüyündən banka getməmiş və krediti ödəməmişdir. Heç vaxt «xxxxxxx» MMC-də işləməmişdir. Bununla bağlı onun kredit sənədlərinəəlavə olunmuş arayış saxtadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2011-ci ilin sentyabr ayında işsiz olmuşdur. Həmin ərəfələrdə qardaşı Sənan Bədəlov ona tanışı, «General LG» məişət elektrik avadanlıqları mağazasının sahibi Təqsirləndirilən şəxs1lə danışdığını, onu kondisioner ustası kimi işə düzlətməsini sonuncudan xahiş etdiyini deyərək, bu məqsədlə onun şəxsiyyət vəsiqəsini alıb Elçinə vermişdir. Sentyabr ayının 28-də Təqsirləndirilən şəxs1 onu yanına dəvət etmiş, sonuncunun təklifi ilə birlikdə mağazının ikinci mərtəbəsində yerləşən «xxxxxxxxx» ASC-nin Xətai rayon filialına qalxmışdır. İşlə təmin olunacağını düşündüyündən ona təqdim olanan sənədləri oxumadan imzalamışdır. İki gün sonra qardaşı Sənan ona şəxsiyyət vəsiqəsini qaytarıb, tezliklə Elçinin onu işə dəvət edəcəyini demiş, lakin o, işlə təmin olunmamışdır. 2015-ci ildə evinə borcla bağlı bildiriş gəldiyi zaman «xxxxxxxxx» ASC-də digər şəxsin adına kredit sənədlərində zamin kimi göstərildiyini bilmişdir. X41 tanımır. Sonradan ona məlum olmuşdur ki, Elçin onları aldadıb bankdan kredit pullarını alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10İnqilab qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qaynının kirvəsi kimi tanımışdır. 2012-ci ilin iyul ayında Elçin onun əri İlham Məmmədova zəng vurub işlətdiyi «General-LC» mağazasını genişləndirdiyini və yeni iş yerləri açdığını, onu işə qəbul edə biləcəyini bildirmişdir. Elçin onun mağazaya gəlib işə qəbulla bağlı bir neçə sənədi imzalamalı olduğunu bildirdiyi üçün oraya getmişdir. Elçin mağazanın ikinci mərtəbəsində oturan Təqsirləndirilən şəxs2 hazırladığı sənədləri imzalamağın vacib olduğunu demişdir. Elçinlə bərabər ikinci mərtəbəyə qalxdıqdan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sənədləri oxumadan imzalamışdır. Elçin ona iki gündən sonra gəlib şəxsiyyət vəsiqəsini götürə biləcəyini və yaxın müddətdə işə başlayacağını demişdir. 2015-ci ildə sosial yardım almaq üçün müraciət edən zaman «xxxxxxxxx» ASC-də kredit borcunun olduğunu öyrənib, Elçinin onu aldatmaqla bankdan kredit pulunu aldığını bilmişdir. İbtidai istintaq zamanı ona təqdim olunan adına x xxxx 2012-ci ildə 5000 manat kreditin rəsmiləşdirilməsinə dair müqavilə, məxaric orderi və digər sənədləri imzalasa da, bankdan kredit pulu almamışdır. Şahid17 və Şahid14 adlışəxsləri tanımır, onların zaminlik müqavilələrini imzalamalarından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid11 Baxşəli oğlu ifadəsində göstərdi ki, 2012-ci ilin iyul ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona Tərtər rayonunda anbar inşa etdirdiyini, tikinti tamamlandıqdan sonra onu həmin yerdə 800 manat əmək haqqı ilə mühafizəçi işinə təyin edə biləcəyini və həftədə iki dəfə evə buraxacağını söyləmişdir. Bu söhbətdən sonra Elçin müdiri olduğu «General LG» məişət elektrik avadanlıqları mağazasına xaricdən mal gətirmək istədiyini bildirib, pulu çatışmadığıüçün ondan adına kredit yazdırıb pulun özünə verilməsini xahiş etmiş və işlədiyi mağazanın ikinci mərtəbəsində yerləşən «xxxxxxxxx» ASC-nin Xətai rayon filialının müdiri, yaxın münasibəti olan Təqsirləndirilən şəxs2 kredit sənədlərini asanca rəsmiləşdirəcəyini demişdir. x xxxx 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 müdiri olduğu mağazada ona təqdim etdiyi kredit sənədlərini imzalamışdır. Sonuncu bankdan 5000 manat pulu özünün alacağını demiş, lakin az müddət sonra həmin kredit pulunu ala bilmədiyini bildirmişdir. 2014-cü ilin payız aylarında «xxxxxxxxx» ASC-nin ləğv etmə komissiyasından bildiriş aldıqdan sonra onun adına kredit borcunun olduğunu bilmişdir. Elçinə zəng edib bu barədə soruşduqda, sonuncu bankın artıq bağlandığını, narahatçılığa əsas olmadığını demişdir. Adına x xxxx 2012-ci ildə 5000 manat kreditin rəsmiləşdirilməsinə dair müqavilə, kassa məxaric orderi və digər sənədləri imzalasa da, xəzinədən pulu almamış və sonradan ödəniş etməmişdir. Heç vaxt «xxxxxxx» MMC-də satış meneceri vəzifəsində işləməmiş və oradan əmək haqqı almamışdır. Bu barədə adına tərtib olunmuş arayış saxtadır. Təqsirləndirilən şəxs1 onu işlə təmin edəcəyi haqqında vədinə inanıb «General LG» mağazasında kredit sənədlərini imzalasa da, bankdan pul almamışdır. Elçinin özünün də krediti ala bilmədiyinə dair məhkəmədə göstərdiklərini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazıyev Rövşən Şirvan oğlu ifadəsində göstərdi ki, 2013-cü ilədək Təqsirləndirilən şəxs1 müdiri olduğu mağazadan satılan kondisionerlərin quraşdırılması ilə məşğul olmuşdur. 2012-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 mağazını genişləndirmək istədiyi üçün pula ehtiyacı olduğundan müxtəlif şəxslərin adlarına kreditlər alıb özünün ödəyəcəyini bildirmiş və bu məqsədlə ondan da şəxsiyyət vəsiqəsini alaraq, «xxxxxxxxx» ASC-nin müdiri Təqsirləndirilən şəxs2la danışıb adına 5000 manat kredit rəsmiləşdirəcəyini demişdir. x xxxxx 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 mağazada təqdim etdiyi kredit sənədlərini imzalamışdır. Bir neçə gün sonra Elçin bankdan onun adına krediti ala bilmədiyini demişdir. 2015-ci ildə adına bildiriş daxil olandan sonra Elçinin «xxxxxxxxx» ASC-dən onun adından 5000 manat krediti alıb ödəmədiyini bilmişdir. Heç vaxt «xxxxxxx» MMC-də işləməmiş və oradan 380 manat əmək haqqı almamışdır. Bu barədə kredit sənədlərinəəlavə olunmuş arayış saxtadır. İbtidai istintaq zamanı ona təqdim olunan x xxxxx 2012-ci il tarixli müqavilə, məxaric orderi və digər sənədləri imzalasa da, kredit alınmasıüçün bankda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid14 ifadəsində göstərdi ki, 2012-ci ildə bir müddət «General LG» mağazasında qeyri-rəsmi olaraq usta kimi işləmişdir. Mağaza binasının 2ci mərtəbəsində yerləşən «xxxxxxxxx» ASC-nin Xətai rayon filialının müdiri Təqsirləndirilən şəxs2 mağazının müdiri Təqsirləndirilən şəxs1lə yaxın münasibəti olan şəxs kimi tanımışdır. Həmin ilin aprel ayının əvvəlində Elçin Tərtər rayonunda inşa etdirdiyi anbarla əlaqədar pula ehtiyacı olduğu üçün onun adından 5000 manat kredit götürmək istədiyni deyərək, ondan şəxsiyyət vəsiqəsini almış və bir-iki gün sonra ona mağazada kredit sənədlərini imzalatdırmışdır. Bir neçə gün sonra Elçin ona şəxsiyyət vəsiqəsini qaytarıb krediti ala bilmədiyini demişdir. 2015-ci ilin yay aylarında «xxxxxxxxx» ASC-nin ləğvetmə komissiyasından bildiriş aldıqdan sonra Elçinin onun adından kredit pulunu alıb ödəmədiyini bilmişdir. İbtidai istintaq zamanı ona təqdim olunan x xxxxx 2012-ci il tarixli kredit müqaviləsi, kassa məxaric orderini və digər sənədləri imzalasa da, bankdan pulu almamışdır. «General LG» mağazasında satıcı işləyən X10 zamin dayandığı barədə müqaviləni də Elçinin xahişi ilə mağazada imzalamışdır. Özü də 2012-ci ilin aprel ayında Nətavandan onun üçün zaminlik müqaviləsini imzalamasını xahiş etməmişdir. Şahid18 və Şahid10İnqilab qızını tanımır. Həmin şəxslərin adlarına kreditin rəsmiləşdirilməsi üçün zaminlik müqavilələrini Elçin ona qeyd olunan mağazada təqdim edib imzalatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2003-cü ildən 2012-ci ilin yay aylarınadək «General LG» məişət elektrik avadanlıqları mağazasında qeyri-rəsmi satıcı işləmişdir. 2012-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 ona işlərini genişləndirmək vəəlavə mağazalar açmaq üçün pula ehtiyacı olduğunu bildirib, «xxxxxxxxx» ASC-nin Xətai rayon filialından kredit götürüb ona verməsini vəözünün dəödəyəcəyini bildirmişdir. Elçinə inandığından onun təklifi ilə razılaşmışdır. Odur ki, müvafiq sənədləri toplayıb «xxxxxxxxx» ASC-nin Xətai filialının Kredit Şöbəsinə təqdim etmişdir. xx xxxx 2012-ci ildə işlədiyi mağazanın 2-ci mərtəbəsinə qalxıb «xxxxxxxxx» ASC-nin Xətai filialının Kredit Şöbəsində müvafiq sənədləri imzalayıb, xəzinədən 5000 manat pulu götürüb Elçinə vermişdir. Tər-tər rayonu ərazisində yerləşən anbar kompleksi fəaliyyətə başlayandan sonra bir müddət Təqsirləndirilən şəxs1 yanında anbarda işləmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 faizə borc pul götürdüyü barədə məlumatlıdır. Elçin Zərərçəkmiş şəxs1 aldığı həmin pula soğan, nar və xurma məhsulu alıb anbara yığmış, bazarda məhsulların qiyməti düşdüyündən sata bilməmiş və məhsullar xarab olmuşdur. Həmin xarab məhsulların atılmasına iştirak etmişdir. Təqsirləndirilən şəxs1 işlətdiyi mağazada Zərərçəkmiş şəxs1la iş birliyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 şahid atası Şahid15 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2006-cı ildən 2013-cü ilin sentyabr ayınadək «General LG» mağazasında qeyri-rəsmi fəhlə işləmişdir. 2012-ci ilin mart ayında müdiri Təqsirləndirilən şəxs1 xahişi iləözünün və oğlu Zauru Həsənovun şəxsiyyət vəsiqələrini ona vermişdir. Elçin ona Tərtər rayonunda inşa etdirdiyi anbarla əlaqədar pula ehtiyacı olduğunu, bütün işçilərin adından «xxxxxxxxx» ASC-nin Xətai rayon filialından kredit alacağını, kreditləri faizləri iləözünün ödəyəcəyini, mağazanın fəaliyyət dairəsini genişləndirib işçilərin əmək haqlarını artıracağını, oğlu Zauru da işə qəbul edib, ona aylıq 300 manat əmək haqqı verəcəyini bildirib onu arxayın etmişdir. xx xxxx 2012-ci ildə Təqsirləndirilən şəxs1 onlara mağazada imzalanmasıüçün sənədlər təqdim etmişdir. O və oğlu Zaur hər birinin adına 5.000 manat kreditin rəsmiləşdirilməsinə dair müqavilə, məxaric orderi və digər sənədləri imzalasa da, bankdan pulu almamışdır. Üstündən 4-5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələrini qaytarıb onun və oğlunun adlarına kreditləri almağın mümkün olmadığını bildirmişdir. Bir neçə il sonra banka çağırıldığı zaman Elçinin kredit pullarını bankdan aldığı vəödəmədiyini ona məlum olmuşdur. Heç vaxt «xxxxxxx» MMC-dəəmtəəşünas, oğlu Zaur isə fəhlə işləməmiş və oradan əmək haqqı almamışdır. Bu barədə arayışların kredit sənədlərinəəlavə olunmasından məlumatları olmamışdır. X23, Şahid18 və Şahid10İnqilab qızınıəvvəllər tanımamış və onların adlarına rəsmiləşdirirmiş kredit müqavilələri üzrə onun zamin kimi göstərilməsini bilməmişdir. Təqsirləndirilən şəxs1 mağazada ona təqdim etdiyi bir çox sənədləri oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, tanışı Təqsirləndirilən şəxs1 xahişi ilə adına «xxxxxxxxx» ASC-nin Xətai filialında 5.000 manat kredit rəsmiləşdirilməsi barədə x xxxx 2012-ci il tarixli sənədləri həmin gün Elçinin müdiri olduğu «General LG» mağazasında imzalamış, lakin bankdan pul almamışdır. Elçin kredit pulunu özünün alıb tam ödəyəcəyini, Tərtər rayonunda inşa etdirdiyi soyuducu anbarın tikinti işlərinin yekunlaşdırılmasıüçün pula ehtiyacının olduğunu bildirib, onu həmin anbarda işlə təmin edəcəyinə vəd vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona şəxsiyyət vəsiqəsini qaytarıb krediti ala bilmədiyini demiş və o, 2015-ci ilin yay aylarında borcla bağlı bildiriş aldığı zaman Təqsirləndirilən şəxs1 «xxxxxxxxx» ASC-nin Xətai filialından 5.000 manat krediti alıb ödəmədiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, 2005-ci ildən 2013-cü ilin dekabr ayınadək «xxxxxxxxxx» ASC-də kredit mütəxəssisi kimi işləmişdir. Həmin müddətdə «General LG» mağazasının müdiri Təqsirləndirilən şəxs1 məişət elektrik avadanlıqlarını müştərilərin adlarına «xxxxxxxxxx» ASC-də rəsmiləşdirilmiş kreditlər əsasında satmışdır. 2012-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 xahişi ilə bankın Xətai filialına gedərək adına 5.000 manat kreditin rəsmiləşdirilməsinə dair sənədləri imzalamışdır. Elçin pulu bankdan özünün alacağını və faizlərlə birlikdəödəyəcəyini bildirmişdir. Növbəti görüş zamanı Elçin ona krediti ala bilmədiyini demişdir. 2015-ci ildə «xxxxxxxxx» ASC-nin ləğvetmə komissiyasının əməkdaşlarının borcla bağlı müraciətindən sonra Təqsirləndirilən şəxs1 həqiqətdə pulu alıb ödəmədiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid20 ifadəsində göstərdi ki, x xxxx 2007-ci ildən x xxxx 2013-cü ildək «xxxxxxxxx» ASC-nin Xətai filialının müdir müavini vəzifəsində işləmişdir. Ümumi hesabatların tərtibi, onlara nəzarət, kreditlərin verilməsi və təsərrüfat işlərinə nəzarətin həyata keçirilməsi və s. məsələlər onun vəzifə səlahiyyətlərinə aid olmuşdur. «xxxxxxxxx» ASC-nin Xətai filialında kreditlərin verilməsi proseduruna görə kredit götürmək istəyən şəxs filialın kredit mütəxəssisinə müraciət edir, kredit şərtlərinə razılığını bildirəndən sonra mütəxəssis onun ödəmə qabiliyyətini yoxlayır və həmin müştəri barədə filial rəhbərinə məlumat verir. Filial müdirinin şifahi razılığından sonra mütəxəssis kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri toplayır. Yəni kredit götürmək arzusunda olan şəxsin şəxsiyyət vəsiqəsi və iş yerindən arayışıəlavə edilməklə, kreditin məbləği, müddəti və məqsədini özündəəks etdirən ərizəsi alınır. Həmin ərizə filial rəhbəri tərəfindən qəbul edilir, üzərində «kreditin verilməsi təmin edilsin» dərkənarı yazılaraq imzalanır. Daha sonra əməliyyatçı müştərinin imza nümunəsini götürüb hesab nömrəsi açır, kredit mütəxəssisi həmin hesab nömrəsindən istifadə etməklə kredit müqaviləsi, zamin və ya girov olduğu halda isə zaminlik və ya girov müqaviləsi, müddətli öhdəçilik, sərəncam, iltizam, ödəniş cədvəli, məxaric orderini tərtib edərək müştəriyə imzaladır və filial müdirinə, yaxud müdir müavininə təqdim edir. Müdir, yaxud müavin kredit müqaviləsi, zaminlik və ya girov müqaviləsi, ödəniş cədvəli, məxaric orderini imzalayır, baş mühasib tərəfindən də məxaric orderi imzalandıqdan sonra müştəri məxaric orderi vəşəxsiyyət vəsiqəsi ilə xəzinəyə yaxınlaşır, xəzinədar bir daha müştərinin şəxsiyyət vəsiqəsindəki və məxaric orderindəki məlumatları tutuşdurmaqla orderi imzalayıb, pul vəsaiti ilə qəbzi müştəriyə təqdim edir. Bir çox hallarda kredit ödənişinin risk dərəcəsinin azaldılması məqsədilə müştəriyə zaminlə birlikdə müraciət edilməsi təklif olunur. Təqsirləndirilən şəxs1 filialın yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən «General-LC» mağazasının müdiri kimi tanımışdır. Onunla hər hansı bir münasibəti olmamışdır. Heç vaxt bankda qanunsuz olaraq kreditlərin rəsmiləşdirilməsinə, digər şəxslərin adlarına yazılmış kreditlərin Təqsirləndirilən şəxs1 verilməsinə göstəriş verməmiş və bununla bağlı Elçin ondan xahiş etməmişdir. «xxxxxxxxx» ASC-nin Xətai filialından x xxxxx 2012ci ildə Şahid7 5.000 manat, x xxxx 2012-ci ildəŞahid11 5.000 manat, xx xxxx 2012-ci ildə Şahid4 5.000 manat, x xxxx 2012-ci ildə Şahid10İnqilab qızına 5.000 manat, xx xxxx 2012-ci ildə X19 5.000 manat, x xxxx 2012-ci ildə Şahid18 5.000 manat, xx xxxxxxxx 2011-ci ildə X20 5.000 manat, xx xxxxxxxx 2011-ci ildə X21 5.000 manat, x xxxxx 2012-ci ildəŞahid14 5.000 manat, x xxxx 2012-ci ildə X9 5.000 manat, xx xxxx 2012-ci ildə Şahid16 5.000 manat, xx xxxxxx 2011-ci ildə Şahid5 5.000 manat, xx xxxxxx 2011-ci ildə X39 1.080 manat, xx xxxxxxxx 2011-ci ildə X33 5.000 manat, x xxxx 2012-ci ildə Şahid19 5.000 manat, xx xxxx 2012-ci ildə Şahid17 5.000 manat, xx xxxx 2012-ci ildə X44 5.000 manat, xx xxxxxxxx 2011-ci ildə X40 5.000 manat, x xxxxx 2012-ci ildə Qazıyev Rövşən Şirvan oğluna 5.000 manat, xx xxxx 2012-ci ildə Şahid15 5.000 manat məbləğində kreditin verilməsi ilə bağlı rəsmiləşdirilmiş sənədlərləəlaqədar bildirir ki, həmin şəxslərdən Şahid14, Şahid17, Zaur Həsənov, Şahid15, Rövşən Qazıyev, Zaur Məmmədov, Şahid16, Şahid4, Şahid5, Atlas Osmanovanı bankın yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən «General LG» mağazasında müxtəlif vaxtlarda işləmişşəxslər kimi, Şahid19 isə «xxxxxxxxxx» ASC-nin əməkdaşı kimi tanımışdır. Şahid14, Şahid17, Zaur Həsənov, Şahid15, Rövşən Qazıyev, Zaur Məmmədov, Şahid16, Şahid4, Atlas Osmanova, Şahid19, Şahid7, Şahid10, Şahid11, Nətavan Mustafayeva və Şahid18 adlarına olan kredit müqavilələri və bəzi digər sənədləri filial rəhbərliyinin adından özü imzalamış və onlara kredit verilməsinə razılıq vermişdir. Həmin və digər şəxslər müştəri qismindəözləri banka müraciət etmiş, kredit sənədlərini imzalamış və pulları filialın xəzinəsindən özləri almışdır. Onların bankdan kənarda sənədləri imzalamaları, xəzinədən pulu almadıqları və xəzinədən pulun Təqsirləndirilən şəxs1 verildiyinə dair məhkəmədə göstərdiklərini həqiqətə uyğun hesab etmir. Müştərilərin kredit pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 verilməsi, sonuncunun həmin pulları anbar tikintisi və digər işlərə xərcləyib özünün ödəyəcəyini vəd etməsi haqqında hansısa razlıqlarının olmasını bilməmişdir. Şahid7 və qeyrilərinin «xxxxxxx» MMC-də menecer, əmtəəşünas, digər vəzifələrdə işləmələri haqqında Təqsirləndirilən şəxs1 adından təsdiq olunmuş arayışları müştərilər özləri bank mütəxəssisinə təqdim etmişdir. Həmin MMC bankın daimi müştərisi olduğundan və cəmiyyətin rəhbərliyinə etibar etdiklərindən təqdim olunmuş möhürlü və imzalı arayışların əlavə yoxlanılmasına ehtiyac görməmişdir. Şahid14, Şahid17 və digər şəxslərin zaminlik müqavilələrini Təqsirləndirilən şəxs1 xahişi ilə imzalamaları, kredit alan hansışəxslərə zaminlik etmələrindən xəbərsiz olmaları haqqında məhkəmədə verdikləri ifadələri həqiqətə uyğun saymır. Hesab edir ki, onlar kredit ödənişi öhdəliyindən yayınmaq üçün həmin məzmunda ifadələr vermişdir. Şahid16 və digər şəxslərin «Fiziki şəxsin kredit almaq üçün ərizə blanklarının sol yuxarı künçündə «Elçin» qeydiyyatını yazmış, məqsədi həmin şəxslərin, yaxud zaminlərin Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi «xxxxxxx» MMC-də işləmələri faktını nəzarətdə saxlamaqdan ibarət olmuşdur. 2012-ci ilin axırlarında «xxxxxxxxx» ASC-nin Xətai filialının fəaliyyəti dayandırıldığıüçün onunla baş mühasib Naira Binnətova bankın «Bakıxanov» filialında fəaliyyətlərini davam etdirib kredit ödənişlərini qəbul etmişdir. Ödənişi krediti alan şəxsdən başqa digər şəxslər də həyata keçirə bilərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid22 ifadəsində göstərdi ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında 2008-ci ilin yanvar ayının 7-dən 2011-ci ilin iyul ayının 1-dək mühasib, son tarixdən 2012-ci ilin may ayının 1-dək kooperativ müştərilərə xidmət qrupunun rəhbəri vəzifəsində işləmişdir. Axırıncı vəzifədə işləyərkən müştərilərə hesabların acılması, imza nümunələrinin götürülməsi, ödəniş tapşırıqlarının göndərilməsi və qəbul edilməsi, hüquqi şəxslərə gələn vəsaitlərin ödənilməsi və sair səlahiyyətləri icra etmişdir. Həmçinin kredit alınmasıüçün müraciət edən şəxslərdən imza nümunələrini, hesab acmaq üçün ərizəni qəbul etmiş və kreditin verilməsi iləəlaqədar kredit şöbəsi tərəfindən tərtib edilmiş məxaric orderini vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlarla eyniləşdirmişdir. Ona təqdim edilmiş Zaur Məmmədovun adına xx xxxxxx 2011-ci il tarixli məxaric orderində, xx xxxxxx 2011-ci il tarixli və x xxxxx 2012-ci il tarixli mədaxil orderlərində, Şahid5 adına x xxxxxx 2011-ci il tarixli mədaxil oderində, Hüseyn Sadıqovun adına 25 oktyabr və xx xxxxxx 2011-ci il tarixli mədaxil oderində, Şahid15 adına xx xxxx 2012-ci il tarixli məxaric oderində, Şahid17 adına xx xxxx 2012-ci il tarixli məxaric oderində, Yəhya Bədəlovun adına xx xxxxxxxx 2011-ci il tarixli məxaric oderində, Şahid7 adına x xxxxx 2012-ci il tarixli məxaric oderində, Şahid16 adına xx xxxx 2012-ci il tarixli məxaric oderində, İntiqam Sadıqovun adına xx xxxxxx 2011-ci və xx xxxxxxx 2011-ci il tarixli mədaxil oderlərində, İntiqam Sadıqovun adına xx xxxxxx 2011-ci və xx xxxxxxx 2011-ci il tarixli mədaxil oderlərində, Rövşən Qazıyevin adına x xxxxx 2012-ci il tarixli məxaric orderində «əməliyyatçı» qrafalarındakı imzalar ona məxsusdur. Həmin və digər bütün müştərilər xəzinədən kredit pullarınıözləri almışdır. Qaydalara görə xəzinədarlar pulu müştəriyə verdikdən sonra müştəri orderi imzalayır. Onların bankda olmadıqları və xəzinədən pul almadıqları barədə məhkəmədə verdikləri ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs1 «General LG»-nin müdiri kimi tanımışdır. Kreditlərin rəsmiləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la və müştərilərlə hansısa danışığının olmasını bilməmişdir. Təqsirləndirilən şəxs2 ona qanunsuz göstərişlər verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid23 ifadəsində göstərdi ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında xx xxxxxx 2006-cı ildən x xxxx 2011-ci il tarixədək kreditlərin təhlili şöbəsinin mütəxəssisi, son tarixdən xx xxxxxx 2011-ci il tarixdək kredit şöbəsinin biznez ktreditləri qrupunun rəhbəri vəzifəsində işləmişdir. Mütəxəssis kimi əsasən kredit alınmasıüçün müraciət etmiş müştərilərin ödəmə qabiliyyətinin, mərkəzləşdirilmiş kredit reyestrində problemli kreditinin olub-olmamasının yoxlanılması, filial müdirinin razılığından sonra kreditin verilməsi üçün müvafiq sənədlərin hazırlanması, verilən kreditlərin və həmin kreditlərə dair ödənişlərin «Proqress» sistemində işlənilməsi, ödənişi gecikdirmiş müştərilərləəlaqə saxlanılması və s.səlahiyyətlərini həyata keçirmişdir. Ona təqdim olunan kredit sənədlərinəəlavə edilmiş «İltizam» adlı sənəddə «tanış etdi» qrafasında əks olunan imzalarla bağlı bildirir ki, Şahid19, Şahid10İnqilab qızı, X50, Şahid14, X35, Şahid15, X56, Şahid17, Şahid5 və X3 verilməsi barədə sənədlər onun tərəfindən çap olunub hazırlanmışdır. Həmin şəxslərin kredit sənədlərini necə və harada imzalamalarını xatırlamır. Bankın daxili qaydalarına görə kredit sənədləşməsi hər bir halda bank daxilində aparılır. Şahid19 və digər müştərilər sənədləri kredit mütəxəssisinin yanında bilavasitəözləri imzalamış və xəzinədardan pulları da özləri almışdır. Şahid14 və qeydlərinin kredit sənədlərinin onlara imzalanmasıüçün Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilməsi və həmin sənədləri oxumadan imzalamaları, filialın xəzinəsindən pul vəsaitini almadıqları haqqında ifadələri həqiqətə uyğun deyildir. «General-LC» mağazasının müdiri Təqsirləndirilən şəxs1 kreditlərin verilməsi ilə bağlı müştərilərlə və filial müdiri Təqsirləndirilən şəxs2la hansısa danışıqlarının olmasını bilməmişdir. Eləcə də zamin qismində göstərilmiş Nətavan Mustafayeva, Şahid17, Şahid14 və digər şəxslər bankda kredit müqaviləsinin tərtibində iştirak etmiş, kredit götürən şəxslə birlikdə zaminlik müqaviləsini imzalamışlar. Şahid15 və qeyrilərinin «xxxxxxx» MMC-dəəmtəəşünas vəzifəsində işləmələri haqqında arayışlar həmin şəxslərin özləri tərəfindən təqdim olunduğu üçün arayışdakı məlumatların düzgün olduğuna inanıb qəbul etmiş vəəlavə yoxlama aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 şahid B.M.Əlibalayevin ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahbazov Vüsal Maqsud oğlu ifadəsində göstərdi ki, 1998-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur. 2008-ci ildən Bakışəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində müstəntiq, 2009-cu ildən isə baş müstəntiq vəzifəsinədəçalılışır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 2015-ci ilin axırlarında icraatında olan cinayət işinin istintaqı iləəlaqədar tanımışdır. Zərərçəkmiş şəxs2 şikayəti əsasında Xətai rayon prokuroru tərəfindən xx xxxxxx 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaqın aparılması ona həvalə edilmişdir. İbtidai araşdırma zamanıZərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vəZərərçəkmiş şəxs1 ifadələrini almışdır. Dindirmə zamanı sonuncular 2011-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 Tərtər rayonu ərazisində anbar tikintisinə başladığı, pula ehtiyacı olduğundan onlardan faizlə qaytarılmasışərtilə borc istədiyi, bu məqsədlə 2011-ci ilin əvvəllərindən 2012-ci ilin əvvəlinədək olan müddət ərzində Təqsirləndirilən şəxs1Əfqan vəZərərçəkmiş şəxs3lar tərəfindən cəmi 301.850 ABŞ dolları, Zərərçəkmiş şəxs1 isə 245.000 ABŞ dolları pul verdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən Hüseynovlara pulun bir hissəsinin qaytarıldığı barədə ifadələr vermişdir. Sonuncuların ifadələri iləəlaqədar bir neçəşəxsi şahid qismində dindirmişdir. Topladığı sübutlara əsaslanıb, araşdırdığı mübahisənin mülki xarakterdə olduğu və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlmişdir. Gəldiyi nəticə barədə rəhbərliyi məruzə edib razılığını alandan sonra xx xxxxxx 2016-cı ildə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul etmişdir. İşin ibtidai istintaqı zamanı hər hansı bir qanunsuz hərəkətə yol verməmiş və heç kimə təsir-təzyiq göstərməmişdir. Zərərçəkmiş şəxs1 və başqalarına Təqsirləndirilən şəxs1 pul alıb qaytarılmasına köməklik edəcəyinə dair heç kimə vəd verməmişdir. Bu barədə sonuncuların məhkəmədə verdiyi ifadələrini təsdiq etmir. Zərərçəkmiş şəxs1, Əfqan vəZərərçəkmiş şəxs3ların sözləri əsasında ifadələrini kompyüterdə yazmış, sonuncular ifadələrini oxumuş və heç bir kənar təsirə məruz qalmadan imzaları ilə ifadələrinin doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X57 ifadəsində göstərdi ki, 2011-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 tərəfindən Tərtərdə soyuducu anbarın tikintisi başlanmışdır. O, tikintidəəvvəllər fəhlə, sonra isə mühafizəçi işləmiş və hazırda da orada işləyir. Həmin ilin sentyabr ayında tikinti başa çatmışdır. Elçindən başqa tikintiyəİlqar Vəliyev də rəhbərlik etmişdir. Onun və digər işçilərin əmək haqqıİlqar tərəfindən verilmişdir. Tikinti başa çatandan sonra 2011-ci ilin oktyabr ayında anbara soğan yığılmağa başlanmışdır. Həmin vaxtlar Zərərçəkmiş şəxs1 işlərə nəzarət etmək üçün anbara gəlib-getmişdir. Müştəri olmadığından soğan satılmamış və tələf olmuşdur. Çürüyərək xarab olmuş məhsul Tərtər çayına atılmışdır. 2012-ci ilin sentyabr-noyabr aylarında anbara xurma və nar məhsulu yığmışlar. Həmin məhsulun yarısı satılsa da, qalanı xarab olduğundan atılmışdır. Şaban vəƏfqan adlışəxsləri tanımır, onları anbarda görməmişdir. Zərərçəkmiş şəxs1 anbarla əlaqədar kiməsə pul verdiyini və ya pul xərclədiyini görməmişdir. Hazırda anbarın mülkiyyətçisi Elçinin qardaşıİlqar Vəliyevdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, Tərtər soyuducu anbarının tikintisi 2011-ci ilin mart ayında başlamış, sentyabrda isə başa çatmışdır. O, anbar tikintisində qaynaqçı işləmişdir. Hazırda da bəzən anbarda fəhlə kimi çalışır. Anbarın tikintisində təxminən 80 nəfər işçi işləmiş, X57 da orada fəhləlik etmişdir. Təqsirləndirilən şəxs1 tikinti başlayandan, Zərərçəkmiş şəxs1 iş yekunlaşandan sonra tanımışdır. Sonuncu dediyinə görə güya orada iş icracısı olmuşdur. Anbarın tikintisi başa çatdıqdan sonra orada əvvəlcə soğan saxlanılmış, lakin müştəri tapılmadığına görə məhsul xarab olmuş və yaxınlıqdakıçaya tökülmüşdür. 2012-ci ildə anbara nar və xurma gətirilmiş, həmin məhsullar da satılmağına görə xarab olmuşdur. Orada işlədiyi müddət ərzindəZərərçəkmiş şəxs1 pul xərcləməsi və ya kiməsə pul verməsinin şahidi olmamışdır. Şaban vəƏfqan adlışəxsləri ümumiyyətlə orada görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişŞahid12 ifadəsindən görünür ki, 2006-cı ilin oktyabr ayından 2013-cü ilin yanvar ayınadək «General-LC» elektrik məişət avadanlıqları mağazasında qeyri-rəsmi xadimə işləmişdir. Mağazanın müdiri Təqsirləndirilən şəxs1 mağazanın yerləşdiyi binanın 2-ci mərtəbəsində yerləşən «xxxxxxxxx» ASC-nin Xətai filialının müdiri Təqsirləndirilən şəxs2la yaxın münasibətləri olmuşdur. Təxminən 2012-ci ilin mart aylarında Elçin ondan şəxsiyyət vəsiqəsini alaraq, Tərtər rayonunda inşa etdirdiyi anbarla əlaqədar pula ehtiyacı olduğu üçün tanışlarının adından kredit götürəcəyini, anbardan əldə edəcəyi gəlirdən kredit borclarınıödəyəcəyini bildirmişdir. xx xxxx 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona mağazada adına tərtib olunmuş kredit sənədlərini imzalatdırmışdır. Bundan təxminən bir həftə sonra Elçin ona «xxxxxxxxx» ASC-dən kredit almağın mümkün olmadığını demişdir. İşlədiyi mağaza 2012-ci ilin sonlarında bağlandığından oradan işdən çıxmışdır. 2015-ci ilin yay aylarında «xxxxxxxxx» ASC-nin ləğvetmə komissiyası evinə bildiriş göndərdikdən sonra Elçinin 2012-ci ildə 5000 manat kredit pulunu alıb, ödəmədiyini bilmişdir. İbtidai istintaq zamanı ona təqdim olunan xx xxxx 2012-ci il tarixli müqavilə, məxaric orderi və digər sənədləri imzalasa da, bankdan pulu almamış, kredit sənədlərinəəlavə olunmuş onun «xxxxxxx» şirkətində işləməsi haqqında arayışın banka təqdim olunmasını bilməmişdir. 2012-ci ilin iyul ayında da Təqsirləndirilən şəxs1 ondan şəxsiyyət vəsiqəsini alaraq «xxxxxxxxx» ASC-nin Xətai filialına aparmış və orada filial müdiri Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir-iki sənədi oxumadan imzalamışdır. Bir neçə il sonra Bakışəhəri Xətai rayon məhkəməsinəçağırıldığı zaman bilmişdir ki, həmin vaxt ona tanımadığı Şahid11 adlışəxsin adına rəsmiləşdirilmiş kredit sənədlərinəəlavə olunmuş zaminlik müqaviləsini imzalatdırmışlar. Təqsirləndirilən şəxs1 xahişilə kredit sənədlərini imzalasa da, bankdan pul almamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişŞahid21 ifadəsindən görünür ki, 2005-ci ilin avqust ayının 22-dən 2011-ci ilin iyul ayının 1-dək «xxxxxxxxx» ASC-nin Xətai filialında baş mühasib, son tarixdən 2012-ci ilin dekabr ayının 3-dək nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin vəzifələrdə işləyərkən filialda daxili maliyyəəməliyyatlarının aparılmasının təmin edilməsi, gündəlik balansın işlənib hazırlanması, daxil olan pul vəsaitləri, maddi-mal dəyərlərinin vəəsas vəsaitlərin tam uçotu, hesabatların tərtibatı və sair səlahiyyətləri icra etmişdir. Kreditlərin verilməsi prosesində isə yalnız mütəxəssis tərəfindən hazırlanmış məxaric orderlərini vətəndaşın özü tərəfindən təqdim edilmişşəxsiyyət vəsiqəsi ilə tutuşdurmaqla, uyğunluq olduğu halda məxaric orderini imzası ilə təsdiq etmiş və bundan sonra müştəri xəzinədən kreditini almışdır. Kreditlərin rəsmiləşdirilməsi ilə bağlı Nətavan Mustafayevanın adına x xxxx 2012-ci il tarixli, Şahid11 adına x xxxx 2012-ci il tarixli, İntiqam Sadıqovun adına xx xxxxxxxx 2011-ci il tarixli, Rasim Hüseynovun adına xx xxxxxxxx 2011-ci il tarixli, Şahid4 adına xx xxxx 2012-ci il tarixli, Şahid17 adına xx xxxx 2012-ci il tarixli, Zaur Həsənovun adına xx xxxx 2012-ci il tarixli, Atlas Osmanovanın adına xx xxxx 2012-ci il tarixli, Şahid14 adına x xxxxx 2012-ci il tarixli, Şahid16 adına xx xxxx 2012-ci il tarixli, Şahid15 adına xx xxxx 2012-ci il tarixli, Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci il tarixli, Şahid19 adına x xxxx 2012-ci il tarixli, Hüseyn Sadıqovun adına xx xxxxxxxx 2011-ci il tarixli, Şahid7 adına x xxxxx 2012-ci il tarixli, Nəriman İsmayılovun adına xx xxxxxxxx 2011-ci il tarixli, Rövşən Qazıyevin adına x xxxxx 2012-ci il tarixli, Şahid18 adına x xxxx 2012-ci il tarixli, Şahid10 adına x xxxx 2012-ci il tarixli, Zaur Məmmədovun adına xx xxxxxx 2011-ci il tarixli, Yəhya Bədəlovun adına xx xxxxxxxx 2011-ci il tarixli məxaric orderlərində «baş mühasib» qrafasındakı imzalar onun tərəfindən icra edilmişdir. Həmin şəxslər banka gələrək özləri sənədləri imzalayıb pulları almışdır. Onların həmin pul vəsaitlərini «General-LC» mağazasının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs1 verilməsi, sonuncu ilə filial müdiri Təqsirləndirilən şəxs2 arasında kreditlərlə bağlı hansısa əlaqənin olmasından xəbərsizdir. İşin 8-ci cildinin 66-71-ci vərəqələrindəki x xxxxxx 2019-cu il tarixli telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Azercell»xxxxxxxx» MMC-dən 2010- 2018-ci illər ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** nömrələrə daxil olan və nömərələrdən çıxan zənglər, mesaj mətnləri alınaraq öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 arasında aşağıda qeyd olunan məzmunda yazışmalar aparılmışdır: xx xxxxxx 2014-cü ildə saat 22:21-də Təqsirləndirilən şəxs1: «bank müdiri iləyəm.» xx xxxxxx 2014-cü ildə saat 14:24-dən saat 23:19dək olan müddətdəZərərçəkmiş şəxs1: «Bankdasan, mən də gəlirəm ora», Təqsirləndirilən şəxs1: «maşında o adamla gedirik işin dalınca», «zəng eləmə, maşındaklar şübhələnərlər», Zərərçəkmiş şəxs1: “ha tərəfdəsən, biz gələk o tərəfə, başa düş», «telefonu götür», «yenə doladın hə?», xx xxxxxx 2014-cü ildə saat 13:21-dəZərərçəkmiş şəxs1: «Həsən gəlib, bilirsən, məni incidirlər, gəl yığışaq görək neynirik, mənə cavab ver», xx xxxxxx 2014-cü ildə saat 12:27-də Təqsirləndirilən şəxs1: «Saat 3-ə kimi pulu gətirəcəklər», xx xxx 2014-cü ildə saat 21:2dəZərərçəkmiş şəxs1: «nətər oldu, bir cavab ver», xx xxx 2014-cü ildə saat 12:08-dİə lham Sadıqov: «cavab ver, məni bezdiriblər», saat 13:09-da Təqsirləndirilən şəxs1: «Bakıda adam deyəcəm, onan götürəcəksən», saat 20:58-dəZərərçəkmiş şəxs1: «Zakirin pulunu nə deyirsən, 3 günnən sonra evin vaxtıdır, nə deyirsən?» xx xxx 2014-cü ildə saat 17:13-dən 22:55-dək olan müddətdəZərərçəkmiş şəxs1: «Əfqana zəng elədin?», «Danışdın?», «Kişiyə cavab ver», xx xxx 2014-cü ildə saat 18:28-dəZərərçəkmiş şəxs1: «Gəl mənim evimin məsələsini həll et, yoxsa çox pisə doğru gedir», x xxxx 2014-cü ildə saat 22:20-də Təqsirləndirilən şəxs1: «Sabah çalışacam nəsə edim», xx xxxx 2014-cü ildə saat 18:37-də Təqsirləndirilən şəxs1: «Bank işi düzəlir, ayın 20nə kimi köçməlidir, gözlə», xx xxxxxxxx 2015-ci ildə saat 21:53-də Təqsirləndirilən şəxs1: «Sabah söz veriblər, olmasa bankdan götürüb verəcəm», xx xxxxxxx 2015-ci ildə saat 11:59-da Təqsirləndirilən şəxs1: «Özüm əlaqə saxlayacam, az qalıb məsələnin həllinə, rayondayam». Qeyd olunan və digər telefon yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə müntəzəm əlaqə saxlayaraq pulun qaytarılmasını tələb etmiş, həmçinin ifadəsində göstərdiyi şəxslərin-X51 ilə Şahid1 adlarınıçəkməklə sonuncuların ondan borc verdikləri pulları geri istəmələrini bildirmiş, Təqsirləndirilən şəxs1 isə pulun qaytarmaqdan yayınaraq yalan vədlər verməkdə davam etmişdir. İşin 8-ci cildinin 141-191-ci vərəqələrindəki «xxxxxxxxxxx» ASC-dən təqdim olunmuş kredit və ipoteka müqavilələri, hesabdan çıxarış və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə həmin bankın Şuşa filialı tərəfindən 5 il müddətinə güzəştli olaraq 6 faiz şərtilə mərhələli şəkildə xx xxxxxx 2011-ci ildə 300.000 manat, xx xxxxx 2011-ci ildə 300.000 manat, xx xxxx 2011-ci ildə 380.000 manat, x xxxx 2011-ci ildə 400.000 manat olmaqla, ümumilikdə 1.380.000 manat pul krediti verilmiş, həmin kredit üzrə borcun bağlanması ipoteka predmeti olan, Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsində yerləşən 17 №-binanın satışı nəticəsindəəldə olunmuş 1.200.000 manat vəsait hesabına icra edilmişdir. İşin 6-cı cildinin 83-cü vərəqəsindəki Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında Bakışəhəri 18 saylı notariat kontorunda bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 301.850 ABŞ dolları məbləğində borc vermiş, sonuncu həmin vəsaiti xx xxxx 2015-ci il tarixədək qaytarmağıöhdəsinə almışdır. İşin 8-ci cildinin 44-53-cü vərəqələrindəki Tərtər Rayon İcra Hakimiyyətinin başçısının xx xxxxxx 2019-cu il tarixli 92 saylı məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının x xxxxxx 2011-ci il tarixli sərəncamıəsasında X13 təsərrüfatı məhsullarının saxlanılmasıüçün soyuducu anbarın tikintisi məqsədilə Tərtər rayonu ərazisində, Tərtər-Bərdə magistralının 2-ci kilometrliyində 1,3 ha. torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. İşin 6-cı cildinin 155-157-ci vərəqələrindəki sənədlərdən görünür ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş xx xxxx 2012-ci il tarixli aktla Tərtər rayonu ərazisində 1,3 ha. torpaq sahəsində kənd təsərrüfatı məhsullarının saxlanılmasıüçün 3.000 tonluq soyuducu anbar kompleksinin tikintisi başa çatdırılmaqla istismara qəbul edilmişdir. İşin 7-ci cildinin 261-306-cı, 8-ci cildinin 22-42-ci vərəqələrindəki Tərtər rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən alınmış sənədlərdən görünür ki, soyuducu anbar kompleksi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin olaraq xx xxxxxxx 2013-cü ildə X36 adına qeydiyyatdan keçirilməklə, xx xxxxxxx 2013-cü ildə Tərtər rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş müqaviləyəəsasən sonuncu tərəfindən qardaşı Təqsirləndirilən şəxs1 bağışlanmış, xx xxxxxxx 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmaqla bu barədə RX seriyalı ******* №-li çıxarış verilmişdir. Həmin notariat kontorunda təsdiq olunmuş xx xxx 2014-cü il tarixli müqaviləəsasında anbar kompleksi Təqsirləndirilən şəxs1 tərəfindən X8 bağışlanmış və sonuncunun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2014-cü il tarixli ******* №-li çıxarış verilmişdir. Xuraman Rəhimovanın əri X37 verdiyi etibarnaməəsasında hərəkət edən X46 tərəfindən həmin anbar kompleksi Tərtər rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş x xxxxxx 2013cü il tarixli müqaviləəsasında 300.000 manata X1 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2014-cü il tarixli ******* №-li çıxarış verilmişdir. İşin 8-ci cildinin 196, 208 və 243-cü vərəqələrindəki Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin Əməliyyat İdarəsinin xx xxxxxx 2019-cu il tarixli arayışları və Tərtər rayon Polis şöbəsindən alınmış xx xxxxxx 2019-cu il tarixli 184-3919-1219 saylı məktubundan görünür ki, Abuzər Mahmudovun adına qeydiyyatdan keçmiş soyuducu anbar kompleksi tikintisi tamamlanıb fəaliyyətə başladığı gündən həbs olunanadək Təqsirləndirilən şəxs1 sahibliyində olmuş və müntəzəm gəlir əldə etmişdir. İşin 8-ci cildinin 137-140-cı vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, soyuducu anbar kompleksi Tərtər-Bərdə magistralının 2-ci kilometrliyində, yoldan 25 metr aralıda yerləşməklə, torpaq sahəsi dörd tərəfdən mişar daşı iləəhatə olunmuş, girişində iki ədəd dəmir qapı qoyulmuşdur. Həyətdə həmçinin inzibati bina, gözətçi otağı yerləşir. Tara-tədarük məntəqəsi metal konstruksiyadan inşa olunmaqla, uzunluğu 60,4 metr, eni 12,4 metr, hündürlüyü 5 metrdir, məntəqədə 1000 ədəd taxta tara yerləşir. Soyuducu anbar metal konstruksiyadan inşa olunmaqla, uzunluğu 84,05 metr, eni 28 metr, hündürlüyü 5,7 metrdir. Anbar dəhlizlə iki hissəyə bölünməklə, hər hissədə 3 ədəd böyük soyuducu kamera vardır. Anbarın ərazisində su hovuzu, transformator, avtomaşın tərəzisi, işıq generatoru yerləşir. İşin 7-ci cildinin 199-214-cü vərəqələrindəki X36 biznes krediti almaq məqsədilə 2010-cu ildə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna təqdim etdiyi biznes-plandan görünür ki, o, soyuducu anbarın təşkil olunmasının dəyəri 1.503.985,47 manat, anbarın xidmət sektorunun dəyəri 490.998 manat, dövriyyə xərcləri 20.000 manat olmaqla, layihənin investisiya xərclərini cəmi 2.014.983,47 manat həcmində qiymətləndirmişdir. İşin 8-ci cildinin 254-258-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Tərtər rayonu ərazisində Tərtər-Bərdə magistralının 2-ci kilometrliyində yerləşən soyuducu anbar kompleksinin daxildəki avadanlıqları nəzərə alınmadan dəyəri 2012-ci ilin qiymətlərinə müvafiq olaraq 779.497 manat, 2019-cu ilin qiymətlərinə müvafiq olaraq isə 984.376 manat məbləğində qiymətləndirilmişdir. İşin 8-ci cildinin 233-234-cü vərəqələrindəki Bakışəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, X12 mülkiyyətində olan Tərtər rayonu, Tərtər- Bərdə magistralının 2-ci kilometrliyinin sol tərəfində yerləşən soyducu anbar kompleksi, tara və tədarük anbarı, inzibati və gözətçi binaların qeyri-yaşayıs sahəsinin üzərinə həbs qoyulmuşdur. İşin 9-cu cildinin 187-190-cı vərəqələrindəki Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarından görünür ki, Bakışəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və Tərtər rayonu, Tərtər-Bərdə magistralının 2-ci kilometrliyinin sol tərəfində yerləşən soyducu anbar kompleksi, tara və tədarük anbarı, inzibati və gözətçi binaların qeyri-yaşayıs sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. İşin 9-cu cildinin 171-ci vərəqəsindəki «xxxxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli məktubundan Bakışəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, 137A ünvanda yerləşən binanın «C» girişindəki, sahəsi 87,56 kv. metr olan 2 otaqlı 173 saylı mənzil xx xxxx 2014-cü ildə Zərərçəkmiş şəxs1 razılıq ərizəsi əsasında onun adından Şahid2 adına keçirilmişdir. İşin 5-ci cildinin 68-70-ci və 118-121-ci vərəqələrindəki «xxxxxxx» MMC-nin nizamnaməsi və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X55 Bakışəhəri üzrə Hüquqi şəxslərləİşİdarəsindən alınmış sənədlərdən görünür ki, «xxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti x xxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Təsisçisi Təqsirləndirilən şəxs1dur. Hüquqi ünvanı Bakışəhəri Xətai rayonu, Sarayevo küçəsi, 17-dir. Təqsirləndirilən şəxs1 cəmiyyətin direktoru, Şahid3 isə mühasib vəzifəsində işləmişdir. MMC-nin digər əməkdaşı olmamışdır. İşin 4-cü cildinin 20-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi» Qaydalarının 3.1-ci maddəsinin tələblərinəəsasən, Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır: kreditin məqsədi vəödənişlərin mənbəyi, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi, borcalanın kredit tarixi, cari krediti qaytarma qabiliyyəti və s. Qaydaların 4.1ci maddəsinin tələblərinə görə, kreditlərin verilməsi üzrə bankdaxili qaydalar kredit işini hərtərəfli tənzimləməli və kredit əməliyyatları aparılan zaman işdə rəhbər tutulmalıdır. Hər bir bank kreditlərin verilməsi üzrə bankdaxili qaydalarda apardığı kredit əməliyyatlarının xarakterini və mürəkkəbliyini nəzərə alaraq səlahiyyət bölgüsü, kreditlər üzrə limitlər və kreditlərin cəmləşməsi, kreditləşmə sahələri və növləri, kreditlərin ödəniş müddətləri vəşərtləri, kreditlər üzrə faiz dərəcələri, güzəştlər, təminatın qiymətləndirilməsi və götürülməsi, borcalanlar haqqında maliyyə məlumatı və sair məsələləri əks etdirməlidir. Qaydaların 4.1.17-ci maddəsinin tələbinə uyğun olaraq, bankdaxili qaydalarda kreditlərin verilməsi funksiyasını yerinə yetirən strukturların dəqiq səlahiyyət bölgüsü müəyyən edilməlidir. Kredit sifarişinin qəbul edilmə və ya qiymətləndirilmə mərhələlərində bank potensial borcalanla görüş keçirməlidir. Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Müqavilədə kreditin məqsədi və təyinatı, şərtləri, qaytarılma qrafiki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti və sair sair məsələlər aydın şəkildə göstərilməlidir. Kreditin təminatı ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməlidir. Kredit müqavilələri bağlananadək bank borcalana kreditin şərtləri barədəətraflı izahat verməlidir. Kreditin verilməsi barədə qərar qəbul edərkən bank sifarişin iqtisadi faydasına və onun bankın strateji məqsədlərinə uyğun olmasına əsaslanmalıdır. İşin 8-ci cildinin 281-297-ci vərəqələrindəki Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin x xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları»nın 9.12-9.13-cü bəndinəəsasən pul vəsaitlərinin hərəkəti (mədaxil və məxarici) mühasibat bölməsi tərəfindən qeydiyyata alınan müvafiq ilkin sənədlər əsasında kassa kitabında əks etdirilir. Kassa kitabı nömrələnməli, tikilməli və möhürlənməlidir. Kitabda yazının pozulması və düzəlişlərin aparılması qadağandır. Düzəlişlər bankın baş mühasibinin və xəzinədarın imzaları ilə təsdiq olunmalıdır. Qaydaların 10.1-ci maddəsinə görə, daxili nəzarət-bank tərəfindən aparılan əməliyyatların müəyyən olunmuş qaydalara və mühasibat uçotu standartlarına riayət olunmasına nəzarətdir və bütün əməliyyatların mövcud qanunvericiliyin tələblərinə, bankın aktivləri, öhdəlikləri və kapitalının səmərəli idarəetmə sisteminin yaradılmasına, bankın fəaliyyəti üzrə risklərin idarə olunmasına və onların minimallaşdırılmasına istiqamətlənir. Qaydaların 10.3-cü bəndinəəsasən, bank rəhbərliyi daxili nəzarətin təşkilini və normal fəaliyyət göstərməsini təmin etməlidir. Bank rəhbərilyi mühasibat uçotunun vəziyyətini ümumi müşahidə etməklə yanaşı, balans və hesabatların vaxtlıvaxtında tərtib olunmasını yoxlamalı, vəsaitlərin müştərilərin hesablarına vaxtında və tam şəkildə daxil edilməsinə, bank sənədlərinin təyinatıüzrə göndərilməsinə vaxtaşırı nəzarət etməlidir. 10.7-ci maddəyəəsasən, banklarda daxili nəzarət hesabların açılması, bank sənədlərinin icraya qəbul edilməsi, habelə uçotunun aparılmasının bütün mərhələlərində həyata keçirilməlidir. Qaydaların 10.23-cü bəndinəəsasən, bank hesabları rəsmiləşdirilərkən baş mühasib və ya onun müavini müştərinin sənədlərini qəbul edir, onların qüvvədə olan qaydalara uyğunluğunu yoxlayır, rəhbərliyin icazəsi ilə hesabları açdıqdan sonra imza və möhür nümunələrinin vərəqləri bankın müvafiq işçilərinə verilir. Qaydaların 10.29-cu və 12.5-ci bəndlərinəəsasən sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyırlar. İşin 8-ci cildinin 270-280-ci vərəqələrindəki Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin x xxxxxx 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları»nın 7.1-7.2-ci bəndləriinəəsasən, müştərilər üçün bank hesabının açılması müştəri ilə bank arasında bağlanan bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir. Bank hesabı müqaviləsi bankın rəhbər vəzifəli şəxsinin və ya müvəkkil edilmişşəxsin imzası ilə rəsmiləşdirilə bilər. Tələb olunan sənədlər təqdim edilmədikdə, təqdim edilmiş sənədlərdə qeyridürüst məlumatlar olduqda bank hesabı müqaviləsinin bağlanmasından imtina edilməlidir. Hesab açılmasıüçün imza nümünələri vərəqəsi təqdim olunmalıdır. Qaydaların 8.6-cı bəndinəəsasən, fiziki şəxsin imza nümunələri vərəqəsində imzanın həqiqiliyi bankın rəhbəri və (və ya) baş mühasibi və ya bankın daxili qaydalarına əsasən digər müvəkkil şəxsi tərəfindən imza sahibinin şəxsən iştirakı ilə təsdiq olunur. İşin 8-ci cildinin 260-269-cü vərəqələrindəki Azərbaycan Respublikası Mərkəzi Bankıİdarə Heyətinin xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları’nın 7.2-7.4, 7.6, 7.7-ci bəndlərinəəsasən, kassadan nağd pulun məxarici «pul çekləri»nə və kassa məxaric orderinəəsasən həyata keçirilir. Məxaric kassasından verilən nağd pul həmin əməliyyat gününün mühasibat balansında əks olunur. «Pul çeki» və ya məxaric orderi doldurulduqdan sonra məsul şəxs (əməliyyat işçisi) tərəfindən kassa jurnalında müvafiq qeydlər aparılaraq, çek və ya orderin nəzarət hissəsi müştəriyə qaytarılır, əsas hissəsi isə kassirə təqdim edilir. Kassir məxaric sənədində göstərilmiş tarix, məbləğ, imza və sair rekvizitləri yoxlayır, uyğunsuzluq olmadıqda müştəridən «pul çeki»nin nəzarət hissəsini və onun şəxsiyyətini təsdiq edən sənədləri alır, nağd pulu müştəriyə verir və «pul çeki»ni imzalayır. Qaydaların 13.6-13.8-ci bəndlərinəəsasən, əməliyyat günü tamamlandıqdan sonra kassir məxaric sənədləri əsasında məxaric olunmuş nağd pulun məbləği haqqında arayış tərtib edib imzalayır. Qaydaların 14.4-14.5ci bəndlərinəəsasən, kassa əməliyyatlarına dair sənədlər «günün sənədləri» adlı qovluqda hər gün ayrıca tikilməli və baş mühasib, xəzinə müdiri tərəfindən imzalanmalıdır. İşin 4-cü cildinin 161-162-ci vərəqələrindəki İflas prosesində olan «xxxxxxxxx» ASC-dən x xxxxxx 2016-cı il tarixli məktubla daxil olmuş filial müdirinin vəzifə təlimatından görünür ki, o, bankın təqdim edilmiş planlarına uyğun olaraq filialın fəaliyyətinə operativ rəhbərlik edir, filialın bütün işçiləri üçün məcburi olan əmr və göstərişlər verir, verilmiş səlahiyyətlər daxilində Bankın adından filialın müştəriləri ilə bank əməliyyatlarının aparılması, kredit, girov, bank hesabı və bank xidmətlərinə aid digər müqavilələri bağlamaq və icra etmək, qarşı tərəfdən müqavilələr üzrə vəzifələrin icrasını tələb etmək, filialı dövlət hakimiyyəti və digər orqanlarda təmsil etmək və sair səlahiyyətləri həyata keçirir. İşin 4-cü cildinin 158-ci vərəqəsindəki İflas prosesində olan «xxxxxxxxx» ASC-dən avqust 2016-cı il tarixli məktubla daxil olmuş, bankın İdarə Heyəti sədrinin müavini tərəfindən x xxxxxx 2007-ci ildə təsdiq olunaraq Təqsirləndirilən şəxs3 tərəfindən imzalanmış xəzinəşöbəsinin rəisinin vəzifə təlimatından görünür ki, o, «Banklar haqqında» Azərbaycan Respublikası qanununda, Milli Bankın normativ aktlarında və bankın daxili prosedurlarında kassaya aid nəzərdə tutulan bütün vəzifələri yerinə yetirir: pul biletlərini qəbul edir, iş gününün sonunda kassanı yekunlaşdırır və kassa hesabatı tərtib edir, günün sənədlərini formalaşdırır, kassada olan bütün nağd pul vəsaitlərinin və digər sərvətlərin iş vaxtıərzində qorunub saxlanmasına cavabdehlik daşıyır, şöbənin işini təşkil edir. İşin 4-cü cildinin 159-160-cı vərəqələrindəki İflas prosesində olan «xxxxxxxxxx» ASC-dən daxil olmuş bankın İdarə Heyəti sədrinin müavini tərəfindən təsdiq olunaraq Təqsirləndirilən şəxs4 tərəfindən imzalanmış xəzinədarın vəzifə təlimatından görünür ki, o, pul biletlərini qəbul edir, kassa hesabatı tərtib edir, mədaxil və məxaric sənədlərini qəbul edir və onların əsasında əməliyyatlar aparır, qiymətliləri verəkən məxaric orderindəki məlumatlarışəxsiyyət vəsiqəsindəki məlumatlarla tutuşduraraq müştərinin şəxsiyyətini yoxlayır və kənarlaşma olmayan təqdirdə sənədi icra edir və digər səlahiyyətləri yerinə yetirir. İşin 3-cü cildinin 130-154-cü vərəqələrindəki İflas prosesində olan «xxxxxxxxx» ASC-dən daxil olmuş anket məlumatları vəəmrlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2005-ci ildə həmin bankın «Xətai» filialının müdiri vəzifəsinə təyin olunmuş və xx xxxx 2013-cü ildəƏmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinəəsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs3 x xxx 2006-cı ildə «xxxxxxxxx» ASC-nin «Xətai» filialında xəzinəəməliyyatlarışöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx xxxx 2013-cü il tarixdəƏmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinəəsasən (müəssisənin ləğvi iləəlaqədar) onunla əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs4 x xxx 2006-cı ildə «xxxxxxxxx» ASC-nin Xətai filialında xəzinədər vəzifəsinə təyin olunmuş, xx xxxxxx 2012-ci il tarixdəƏmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinəəsasən (müəssisənin ləğvi iləəlaqədar) onunla əmək müqaviləsinə xitam verilmişdir. İşin 1-ci cildinin 217-238-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid5 adına xx xxxxxx 2011-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4072-MT №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, sərəncam, müddətli öhdəlik, məxaric orderi tərtib edilmişdir. İşin 1-ci cildinin 156-182-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X15 adına xx xxxxxxxx 2011-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4114-MT №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, iltizam, ödəniş cədvəli, məxaric orderi, həmçinin X17 adına zaminlik müqaviləsi tərtib edilmiş, kredit sənədlərinəZərərçəkmiş şəxs1 guya «xxxxxxx» MMC-də menecer işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxxxxxx 2011-ci il tarixli 7 №-li saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 200-216-cı vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X31 adına xx xxxxxxxx 2011-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4128-MT №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi, həmçinin Şahid9 adına zaminlik müqaviləsi tərtib edilmiş, kredit sənədlərinə Şahid8 guya «xxxxxxx» MMC-də yükdaşıyıcı işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxxxxxx 2011ci il tarixli 44 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 170-193-cü vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X32 adına xx xxxxxx 2011-ci ildə 1080 manat məbləğində kreditin verilməsinə dair 4172-İS №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, müddətli öhdəlik, iltizam, məxaric orderi tərtib edilmiş, kredit sənədlərinə Şahid2 güya «xxxxxxx» MMC-də satıcı işləməsi və 250 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxxxx 2011-ci il tarixli 28 №-li saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 135-155-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid4 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4229-ŞM №-li müqavilə, xx xxxx 2012-ci il tarixli ərizə, xx xxxx 2012-ci il tarixli digər sənədlərərizə blankı, ödəniş cədvəli, iltizam, müddətli öhdəlik, məxaric orderi tərtib olunmuş, kredit sənədlərinə Şahid4 guya «xxxxxxx» MMC-də xəzinədar işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş tarixsiz 18 №-li saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 265-282-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid16 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4230-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi tərtib olunmuş, kredit sənədlərinə Şahid16 guya «xxxxxxx» MMC-dəəmtəəşünas işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxx 2012-ci il tarixli saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 194-218-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid10İnqilab qızının adına x xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4329-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, müddətli öhdəlik, sərəncam, iltizam, məxaric orderi, həmçinin Şahid17 vəŞahid14 adlarına zaminlik müqavilələri tərtib edilmişdir. İşin 2-ci cildinin 1-33-cü vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid18 adına x xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4330-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ərizə, ödəniş cədvəli, iltizam, məxaric orderi, müddətli öhdəlik, həmçinin Şahid17 vəŞahid14 adlarına zaminlik müqavilələri tərtib edilmişdir. İşin 2-ci cildinin 56-69-cu vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid19 adına x xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4332-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, müddətli öhdəlik, iltizam, məxaric orderi tərtib edilmişdir. İşin 1-ci cildinin 283-312-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid11 Baxşəli oğlunun adına x xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4333-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, iltizam, məxaric orderi tərtib olunmuş, kredit sənədlərinə Şahid11 guya «xxxxxxx» MMC-də satış meneceri işləməsi və 500 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş tarixsiz 17 №-li saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 183-190-cı vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X16 adına xx xxxxxxxx 2011-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4112-MT №-li müqavilə, eyni tarixli digər sənədlər-ödəniş cədvəli, iltizam, məxaric orderi, həmçinin Şahid17 adına zaminlik müqaviləsi tərtib olunmuş, kredit sənədlərinə H.Sadıqovun guya «xxxxxxx» MMC-də satıcı işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxxxxxx 2011-ci il tarixli 43 №-li saxta arayışəlavə edilmişdir. İşin 4-cü cildinin 163-172-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Zərərçəkmiş şəxs1 adına x xxxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4242 ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, məxaric orderi, ödəniş cədvəli, iltizam tərtib olunmuş, kredit sənədlərinəZərərçəkmiş şəxs1 guya «xxxxxxx» MMC-də satış meneceri işləməsi və 360 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş x xxxxx 2012-ci il tarixli 7 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 109-128-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid15 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4228-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi tərtib edilmiş, kredit sənədlərinə Şahid15 guya «xxxxxxx» MMC-dəəmtəəşünas işləməsi və 450 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxx 2012-ci il tarixli 1 saylı saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 150-169-cu vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X18 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4234-ŞM №-li müqavilə, xx xxxx 2012-ci il tarixli ərizə, xx xxxx 2012-ci il tarixli digər sənədlərərizə blankı, iltizam, məxaric orderi, ödəniş cədvəli tərtib olunmuş, kredit sənədlərinə A.Osmanovanın guya «xxxxxxx» MMC-də xadimə işləməsi və 300 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş tarixsiz 19 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 129-149-cu vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X38 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4239-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, məxaric orderi, iltizam tərtib edilmiş, kredit sənədlərinə Z.Həsənovun guya «xxxxxxx» MMC-də fəhlə işləməsi və 370 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxx 2012-ci il tarixli 5 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 219-236-cı vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid17 adına xx xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4240-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi tərtib olunmuş, kredit sənədlərinə Şahid17 guya «xxxxxxx» MMC-dəəmtəəşünas işləməsi və 360 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx xxxx 2012-ci il tarixli 4 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 34-55-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Qazıyev Rövşən Şirvan oğlunun adına x xxxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4241-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ödəniş cədvəli, sərəncam, iltizam, məxaric orderi tərtib olunmuş, kredit sənədlərinə R.Qazıyevin guya «xxxxxxx» MMC-də servis xidmətində işləməsi və 380 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş x xxxxx 2012-ci il tarixli 9 №-li saxta arayışəlavə edilmişdir. İşin 1-ci cildinin 239-264-cü vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid7 adına x xxxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4247-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, məxaric orderi, müddətli öhdəlik, iltizam tərtib olunmuş, kredit sənədlərinə Zərərçəkmiş şəxs1 guya «xxxxxxx» MMC-də menecer vəzifəsində işləməsi və 350 manat əmək haqqı alması haqqında Təqsirləndirilən şəxs1 imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş x xxxxx 2012-ci il tarixli 4 №-li saxta arayışəlavə edilmişdir. İşin 2-ci cildinin 94-108-ci vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında Şahid14 adına x xxxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4249-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi, həmçinin X5 adına zaminlik müqaviləsi tərtib edilmişdir. İşin 2-ci cildinin 70-93-cü vərəqələrindəki sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialında X4 adına x xxxx 2012-ci ildə 5000 manat məbləğində kreditin verilməsinə dair 4324-ŞM №-li müqavilə, eyni tarixli digər sənədlər-ərizə blankı, ödəniş cədvəli, iltizam, məxaric orderi, həmçinin X52 vəŞahid14 adlarına zaminlik müqavilələri tərtib edilmişdir. İşin 8-ci cildinin 255-258-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 «xxxxxxxxx» ASC-nin Xətai filialından 20 nəfərin adına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə cəmi 96.080 manat məbləğində kredit vəsaitlərini əldə etməklə, həmin müqavilələr üzrə cəmi 9582,78 manat əsas borc və 4879,63 manat faiz borcu ödənilmişdir. Qalıq əsas borc 86.497,22 manat, faiz borcu 57.412,64 manat təşkil edir. İşin 9-cu cildinin 191-211-ci vərəqələrindəki Təqsirləndirilən şəxs1 qardaşı X53 tərəfindən təqdim edilmişərizə və mədaxil qəbzlərindən görünür ki, 18 və xx xxxx 2019-cu il tarixlərdə göstərilən kreditlər üzrə 86.497,22 manat əsas borc məbləği ləğv olunmuş «xxxxxxxxx» ASC-yə tam olaraq ödənilmişdir. İşin 9-cu cildinin 59-61-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, hazırkı cinayət işi üzrə «xxxxxxxxx» ASC-nin ləğvedicisi-Azərbaycan RespublikasıƏmanətlərin Sığortalanması Fondu zərərçəkmişşəxs qismində tanınmışdır. İşin 9-cu cildinin 113-121-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli qərar və sənədlərdən görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Zərərçəkmiş şəxs4 etibarnaməəsasında zərərçəkmişşəxs-Azərbaycan RespublikasıX7 nümayəndəsi qismində tanınmışdır. İşin 8-ci cildinin 90-108 vərəqələrindəki Bakışəhəri Yasamal rayon məhkəməsinin x xxxxx 2018-ci il tarixli 2(004)-17/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 «xxxxxxxxxx» ASC-nə olan borca görə tutma, Təqsirləndirilən şəxs1 məxsus olan 2006-cı il buraxılışlı, ban JTJHTOOW374021536, qara rəngli, **-TL-*** dövlət qeydiyyat nişanlı «Lexus LX 470» markalı minik avtomaşına yönəldilməklə, həmin avtomaşının hərracdan satılması vəəldə edilmiş vəsaitin «xxxxxxxxxx» açıq səhmdar cəmiyyətinə olan borca ödənilməsi qət edilmişdir. İşin 8-ci cildinin 110-121-ci vərəqələrindəki Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, Bakışəhəri Yasamal rayon məhkəməsinin x xxxxx 2018-ci il tarixli 2(004)-17/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin 7-ci cildinin 36-44-cü vərəqələrindəki xx xxxx 2018-ci il tarixli qərar və protokoldan görünür ki, mülki iddianın təmini tədbiri kimi Təqsirləndirilən şəxs1 məxsus olan, 30.000 manat dəyərində qiymətləndirilmiş «Lexus LX 470» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İşdəki Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X7 məktubundan görünür ki, 18-xx xxxx 2019-cu il tarixlərdə Şahid8 adına xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 3646.1 (üç min altı yüz qırx altı manat, on qəpik) manat, Şahid14 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4671.3 (dörd min altı yüz yetmiş bir manat, otuz qəpik) manat, Şahid18 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat, Şahid17 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4675.3 (dörd min altı yüz yetmiş beş manat, otuz qəpik) manat, X38 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4675.3 (dörd min altı yüz yetmiş beş manat, otuz qəpik) manat, Şahid16 adına xx.xx.2012-ci il tarixdə rəşmiləşdirilmiş kredit müqaviləsi üzrə 4676.2 (dörd min altı yüz yetmiş altı manat, iyirmi qəpik) manat, Şahid15 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4676.2 (dörd min altı yüz yetmiş altı manat, iyirmi qəpik) manat, X32 adına xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 298.2 (iki yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat, Şahid10İnqilab qızının adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat, X6 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat, Əliyeva (Osmanova) Atlas İsmayıl qızının adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4675.3 (dörd min altı yüz yetmiş beş manat, otuz qəpik) manat, Qazıyev Rövşən Şirvan oğlunun adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4682.1 (dörd min altı yüz səksən iki manat, on qəpik) manat, Şahid4 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4676.2 (dörd min altı yüz yetmiş altı manat, iyirmi qəpik) manat, Şahid5 adına xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 3455.1 (üç min dörd yüz əlli beş manat, on qəpik) manat, Şahid19 Mirağa oğlunun adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat, X16 adına xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 3648.5 (üç min altı yüz qırx səkkiz manat, əlli qəpik) manat, Şahid7 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4674.2 (dörd min altı yüz yetmiş dörd manat, iyirmi qəpik) manat, Zərərçəkmiş şəxs1 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 4682.1 (dörd min altı yüz səksən iki manat, on qəpik) manat, X15 adına xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 3685.9 (üç min altı yüz səksən beş manat, doxsan qəpik) manat, Şahid11 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğindəödəniş edilmişdir. İşin 3-cü cildinin 276-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 9-cu cildinin 159-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu əvvəllər məhkum olunmamışdır. İşin 6-cı cildinin 214-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 6-cı cildinin 229-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşin 6-cı cildinin 129-cu vərəqəsindəki axtarışda olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2016-cı il tarixdəşübhəli şəxs qisminidə tutulmuşdur. İşin 6-cı cildinin 150-152-ci vərəqələrindəki şübhəli şəxs barəsində qtimkan tədbirinin seçilməsi və MST-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2016-cı il tarixdə Xətai RPİ-nin MST-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 7-ci cildinin 34-35-ci vərəqələrindəki Bakışəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 9-cu cildinin 151-153-cü vərəqələrindəki xx xxxxxx 2018-ci il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 9-cu cildinin 107-109-cu vərəqələrindəki xx xxxxxx 2018-ci il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 9-cu cildinin 82-85-ci vərəqələrindəki xx xxxxxx 2018-ci il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 təqsirlərini təkzib edən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət törətmədiyini, Zərərçəkmiş şəxs2 vəZərərçəkmiş şəxs3 pulu faizlə qaytarılmasışərtilə borc kimi aldığını, pulun xeyli hissəsini onlara sonradan qaytardığını, Zərərçəkmiş şəxs1 isəümumiyyətlə pul almadığını, Şahid4 və digər adlarına kredit rəsmiləşdirilmişşəxslərin isə pul vəsaitlərini özlərinin bankın xəzinəsindən alıb ona verdiklərini bildirdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də elan edilmiş ittiham üzrəözlərini təqsirli bilməyərək, kredit pullarını Təqsirləndirilən şəxs1 almasından məlumatsız olduqlarını, xəzinədən pulların yalnız müştərilərin özlərinə verildiyini bildirdilər. Onların bu ifadələri məhkəmədə dindirilmiş zərərçəkmişşəxslər vəçoxsaylışahid ifadələri ilə təkzib olunur. Belə ki, zərərçəkmişşəxslərin ifadələrindən bir mənalışəkildə aydın olur ki, onlar Təqsirləndirilən şəxs1 pulu faizlə borc qismində deyil, məhz Tərtər rayonu ərazisində tikdirdiyi soyuducu anbar kompleksini paylı mülkiyyətəçevirəcəyi, Zərərçəkmiş şəxs1 və qeyrilərinə payın 10 faizini verəcəyi, həmçinin anbar fəaliyyətə başladıqdan sonra qısa müddətdə onlardan aldığı pul vəsaitlərini qaytaracağı vədi ilə, yəni əvvəlcədən aldatmaq niyyətilə 2011 -2012-ci illərdəƏfqan vəZərərçəkmiş şəxs3lardan 301.850 ABŞ dolları, Zərərçəkmiş şəxs1 isə 245.000 ABŞ dollarını almış, sonradan qəsdən pulu qaytarmaqdan yayınmış və anbarı paylı mülkiyyətəçevirməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədəZərərçəkmiş şəxs1 ümumiyyətlə pul almadığını, Əfqan vəZərərçəkmiş şəxs3lara isə 2014-cü ilin ortalarına qədər 275.000 ABŞ dolları pul qaytardığını göstərsə də, müdafiə tərəfi məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədi. Əksinə zərərçəkmişşəxslər Əfqan vəZərərçəkmiş şəxs3lar 2012-ci ildən sonra Təqsirləndirilən şəxs1 tərəfindən onlara qaytarılmış 100.000-120.000 ABŞ dolları məbləğində pulun onların anbar tikintisi məqsədilə verdikləri pula heç bir aidiyyətinin olmadığını bildirdilər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 pul verməsi də məhkəmədə dindirilmişşahidlər Şahid4, Şahid1, Şahid2, İntiqam Sadıqovun ifadələri ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3la xx xxxxxxxx 2014-cü il tarixli borc müqaviləsini görüntü yaratmaq, pulu talamaq niyyətini pərdələmək üçün bağlamışdır. Məhkəmədəşahid qismində dindirilmiş Şahid4 və adlarına kredit rəsmiləşdirilmiş digər şahidlər ifadələrində «xxxxxxxxx» ASC-nin Xətai filialının xəzinəsindən pul almadıqlarını, məhz adlarına olan kreditlərin Təqsirləndirilən şəxs1 tərəfindən ödəniləcəyinə inandırıldıqlarıüçün müvafiq sənədləri imzaladaqlarını göstərdilər. Bundan başqa, Təqsirləndirilən şəxs1 müdiri olduğu «Ceneral-LG» mağazasının yerləşdiyi binanın 2-ci mərtəbəsində yerləşmiş «xxxxxxxxx» ASC-nin Xətai filialının rəhbəri Təqsirləndirilən şəxs2la sıx münasibətinin olması, vətəndaşların iş yeri barədə kredit sənədlərinəəlavə olunmuş saxta arayışların yoxlanılmasıüçün heç bir tədbir görülməməsi, zamin qismində rəsmiləşdirilmiş Sevil Cəfərova və qeyrilərinin kreditlərdən xəbərsiz olmaqla, zaminlik müqavilələrini formal olaraq imzalamaları, vətəndaşlara kredit sənədlərinə bir çox hallarda bankda deyil, Təqsirləndirilən şəxs1 tərəfindən işlətdiyi mağazada imzalatdırılması, pul vəsaitlərini qanunsuz olaraq Təqsirləndirilən şəxs1 məxaric etmiş xəzinədarların məhz filial müdiri kimi Təqsirləndirilən şəxs2 tabe olmaqla onun göstərişlərini icra etməsi və sonuncunun filialda kreditlərin rəsmiləşdirilməsi və digər işlərin qanun və təlimatlara uyğun icra olunmasına nəzarət edən əsas rəhbər şəxs olması kimi hallar məhkəməyə belə nəticəyə gəlməyəəsas verir ki, vətəndaşların adlarına rəsmiləşdirilmiş kredit pul vəsaitlərinin əslində həmin şəxslərə deyil, Təqsirləndirilən şəxs1 verilməsindən Təqsirləndirilən şəxs2 tam məlumatı olmuş və onun göstərişi ilə kredit sənədləri hazırlanaraq, xəzinədarlar tərəfindən həmin pul vəsaitləri Təqsirləndirilən şəxs1 verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 əməlləri CM-nin 308.1-ci maddələri ilə tövsif edilməklə, onlar həmin maddələrlə təqsirli bilinməlidirlər. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinəəsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdəşəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayətlərin təsnifatınıözündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə görə CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən, CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət isə az ağır cinayət hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 CM-nin 313 və 32.4, 308.1-ci maddələrində nəzərdə tutulan, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 isə CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayətləri 2012-ci ilin iyul ayında törətmişlər. Həmin vaxtdan Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçmişdir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmüçıxarır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 313 və 32.4, 308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 isə təqsirləndirildikləri CM-nin 308.1-ci maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinəəsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsindəüç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinəəsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinəəsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünüəlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsi iləəlavə cəza da təyin edilməli, o, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinməli, ona CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinəəsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinəəsasən xx xxxxxx 2016-cı ildən xx xxxxxx 2016-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə və dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzaları saxlanılmalı, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-nin 313 və 32.4, 308.1-ci maddələri ilə ona cəza təyin edilməməlidir. CM-nin 56.1.2-ci maddəsinəəsasən o, təyin edilən azadlıqdan məhrum etmə cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara cəza təyin edilməməli, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri ləğv edilməlidir. Bakışəhəri Yasamal rayon məhkəməsinin x xxxxx 2018-ci il tarixli qətnaməsi ilə «xxxxxxxxxx» ASC-nə olan borca görə tutma Təqsirləndirilən şəxs1 məxsus 2006-cı il buraxılışlı, **-TL-*** dövlət qeydiyyat nişanlı, JTJHTOOW374021536 ban nömrəli, «Lexus LX 470» markalı avtomobilinə yönəldildiyinə, eyni zamanda işüzrə mülki iddia verilmədiyinə görə hazırki cinayət işi üzrəüzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 məxsus 2006-cı il buraxılışlı, **-TL-*** dövlət qeydiyyat nişanlı, JTJHTOOW374021536 ban nömrəli, «Lexus LX 470» markalı avtomobilin üzərindən həbs götürülməlidir. İşüzrə mülki iddianın olmaması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinəəsasən zərərçəkmişşəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İşüzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 313 və 32.4, 308.1-ci maddələri ilə təqsirli bilinsin. Ona CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinəəsasən 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinəəsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası saxlanılsın. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-nin 313 və 32.4, 308.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Əlimirzə oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İşüzrəüzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 məxsus 2006-cı il buraxılışlı, **-TL-*** dövlət qeydiyyat nişanlı, JTJHTOOW374021536 ban nömrəli, «Lexus LX 470» markalı avtomobilin üzərindən həbs götürülsün. İşüzrə mülki iddianın olmaması nəzərə alınsın, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinəəsasən zərərçəkmişşəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İşüzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-77/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-77/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver