Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-770/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Bəşirov Yelmar Buludxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası M.B.M. vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əyyub» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əyyub» adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə əvvəlcədən vəd verməklə razılığa gəlmiş, bu məqsədlə «Əyyub» adlı şəxsin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 1058,168 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 5500,226 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda ümumi təmiz çəkisi 997,239 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 3113,717 qram psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin miqdarı 28 qram təşkil edən 700 ədəd metodon tərkibli dərman preparatlarını, külli miqdarda təsiredici maddəsinin miqdarı 33,75 qram təşkil edən 150 ədəd həbdən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol hidroxloridi İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də, külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qoyduğu yer barədə əvvəlcədən məlumat vermiş, Təqsirləndirilən şəxs Biləsuvar rayonun 150-ci kilometrliyində yol nişanının altından xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, eləcə də, külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan 01 ədəd qara rəngli çantanı götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanında mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabın içərisində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan alt cibindəki bir ədəd siqaret qutusundan satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,168 qram narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,717 qram psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 2,239 qram narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanına baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağındakı taxta dolabın içərisindən bir ədəd qara rəngli çantadan külli miqdarda iki ədəd sellofan bağlamada və həmin sellofan bağlamaların birinin içərisində olan başqa bir ədəd sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 1500 qram, 2100 qram və 1900 qram olmaqla ümumilikdə 5500 qram olan eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, bir ədəd polietilen bağlamada külli miqdarda təmiz çəkisi 995 qram olan komponent tərkiblərinə və xarici əlamətlərinə görə üzərindən çıxan tiryəklə eynilik təşkil edən narkotik vasitə tiryək, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 1045 qram psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin miqdarı 28 qram təşkil edən 700 ədəd metodon tərkibli dərman preparatları, külli miqdarda təsiredici maddəsinin miqdarı 33,75 qram təşkil edən 150 ədəd həbdən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol hidroxloridi, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd gümüşü rəngli elektron tərəzi və həmin çantanın yanındakı bir ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda iki ədəd plastik qabda şəffaf polietilen torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram və 1050 qram olmaqla yaşadığı evdən və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən və yaşadığı evdən aşkar edilmiş digər psixotrop maddə metamfetaminlə birlikdə ümumi təmiz çəkisi 3110 qram olan psixotrop maddə metamfetamin bir ədəd plastik qabda şəffaf polietilen torbada külli miqdarda təmiz çəkisi 1055 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Çox zaman o, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşlarından alıb onların dedikləri ünvana çatdıraraq bu formada narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağında səbəb maddi vəziyyətinin aşağı olması olmuşdur. Buna görə də İran islam Respublikasının vətəndaşı ona narkotik vasitə göndərmiş, o isə həmin narkotik vasitələri və psixotrop maddələri götürüb ünvanlarına aparmışdır. Həmin işin müqabilində ona 1000 manat pul göndərilmişdir. X9 Respublikasının vətəndaşı Əyyub adlı şəxs ilə İnstaqram sosial şəbəkəsində tanış olmuşdur. Orada onunla danışandan sonra Əyyub adlı şəxs ona nömrəsini vermişdir ki, onunla Vatsap proqramı vasitəsi ilə əlaqə saxlasın. Onunla danışanda bilmişdir ki, o narkotik vasitənin satışını təşkil edir. Əyyub adlı şəxs ilə əvvəl danışanda o bir ədəd qara rəngli çantada narkotik vasitə və psixotrop maddə göndərəcəyini, həmin narkotik vasitələri və psixotrop maddələri onun dediyi ünvana çatdırmağın müqabilində ona 1000 manat pul verəcəyini bildirmişdir. İranlının dediyi ünvandan narkotik vasitə və psixotrop maddələri götürüb hamısını paylamışdır. Son dəfə isə Əyyub adlı şəxsi ilə danışıb ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. Əyyub adlı şəxs xx xxxxxxx 2020-ci il tarixdə ona bildirmişdir ki, narkotik vasitə, psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələri Biləsuvar rayonunda 150-ci kilometrliyində yol nişanının alt hissəsinə bir ədəd çantada qoyacaqdır. Ona isə həmin yerdən həmin vasitələri götürməyini tapşırmışdır. O isə həmin gün saat 17 radələrində Əyyubun dediyi ünvandan bir ədəd çantanı götürmüş və yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanına gətirmişdir. Bir ədəd əl çantasının açanda görmüşdür ki, çantanın içərisində narkotik vasitə heroin, tiryək, marixuana, metodon, psixotrop maddə metanfetamin və tramadol vardır. Əyyub adlı şəxs ilə telefonla danışandı Əyyub ona demişdir ki, “metodon və tramadolu sənin üçün göndərmişəm, istifadə edərsən”. Həmin bir ədəd çantada olan narkotik vasitə və psixotrop maddələri onun dediyi ünvana çatdırmaq üçün isə 1500 manat pul göndərmişdir. Əyyub adlı şəxs ilə sağollaşmışdır və bir ədəd qara rəngli çantada olan bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çantadan çıxarmışdır və çanatının yanına qoymuşdur. Həmin çanta və sellofan torba yaşadığı evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağındakı dolabın içərisində olmuşdur. Bundan başqa heroninin, marixuananın, tiryəkin və metamfetaminin hər birindən bir büküm götürüb bir ədəd siqaret qutusunun içərisinə qoyub əynində olan şalvarın sağ yan alt cibinə qoymuşdur. Qalan narkotik vasitələr, psixotrop maddələr və tramadollar evdə dolabda qalmışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanının yaxınlığında siqaret çəkərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişdirlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət etmiş, ona etirazı olmadıqdan sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanılmışdır. Təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra masaya doğru yaxınlaşıb qara rəngli şalvarının sağ yan alt cibində olan bir ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxanda həmin qutudan bir bükümdə narkotik vasitə heroin, bir bükümdə narkotik vasitə tiryək, bir bükümdə psixotrop maddə olan metamfetamin, bir bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr tərəzidə çəkilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Bir ədəd siqaret qutusu isə ona qaytarılmışdır. Daha sonra ona polis əməkdaşı tərəfindən suallar verilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş heroin, metamfetamin, qurudulmuş marixuana və tiryək özünə məxsusdur, həmin narkotik maddələri, İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində qoyulan yerdən, təxminən beş gün əvvəl əldə etmişdir, narkotik maddələrdən vaxtaşırı olaraq istifadə edir, Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evdə narkotik maddə saxlayır, həmin evə baxış keçirilməsinə etirazı yoxdur, polis əməkdaşları tərəfindən ona psixi və fiziki zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçirməsi üçün vəkili ilə birlikdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanında yerləşən yaşayış evinə gəlmişdirlər. Baxışın keçirilməsinə etirazının olmadığı üçün ərizə yazmışdır. Baxış həmin gün saat 20 radələrində başlamış, baxış zamanı evinin girişindən sol tərəfdə yerləşən yataq otağındaki taxta dolabın içindən bir ədəd qara rəngli çantanı və bir ədəd, qara rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin qara rəngli çantaya və qara rəngli, sellofan torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otaqında olan stolun üzərinə qoyulmuşdur. Həmin çantanın içindən iki bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir bükümdə narkotik vasitə tiryək, bir bükümdə psixotrop maddə metamfetamin, 700 ədəd narkotik vasitə metadon, 150 ədəd tramadol, iki ədəd elektron tərəzi, qara rəngli sellofan torbanın içindən isə iki ədəd, plastik qabda, metamfetamin, bir ədəd plastik qabda heroin aşkar olunmuşdur. Bütün narkotik vasitələr və psixotrop maddələr tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər ağ rəngli içi boş olan polietilen torbaya yerləşdirilmişdir, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otağına baxış keçirilmişdir. Baxış zamanı yataq otaqından üç ədəd, qara rəngli, “Samsung” markalı mobil telefonlar iş üzrə götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olmadığını bildirmiş və əməlindən peşman olmasını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxx 2020-ci il Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün qrup yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əsədli X2 rayonu, Masazır qəsəbəsi, R.Talıbov küçəsi, ev 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan alt cibində olan bir ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içindən bir bükümdə narkotik vasitə heroinə bənzər, bir bükümdə narkotik vasitə tiryəkə bənzər, bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, bir bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heçnə aşkar olunmamışdır. Həmin narkotik vasitələrə və psixotrop maddələrə bənzər maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün bir ədəd siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş heroin, metamfetamin, qurudulmuş marixuana və tiryəkin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində qoyulan yerdən, təxminən beş gün əvvəl satış məqsədi ilə əldə etdiyini, qalan narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, polis əməkdaşları tərəfindən ona psixi və fiziki zor tətbiq olunmadığını bildirmişdir.Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyi üçün baxış keçirilməsi üçün ərizəsi alınmışdır. Daha sonra vəkili ilə birlikdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi ev 5 ünvanına getmişdirlər. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitəni vermək təklif edildikdə o, evinin girişindən sol tərəfdə yerləşən yataq otağındaki taxta konsturuksiyalı dolabın içindən bir ədəd qara rəngli çantanı və bir ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin qara rəngli çantaya və qara rəngli sellofan torbaya baxış keçirildikdə həmin çantanın içindən iki bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, bir bükümdə narkotik vasitə tiryəkə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 700 ədəd, narkotik vasitə metadona bənzər həblər, 150 ədəd tramadola bənzər həblər, iki ədəd gümüşü rəngli, elektron tərəzi, qara rəngli sellofan torbanın içindən isə iki ədəd plastik qabda metamfetaminə bənzər, bir ədəd plastik qabda heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin narkotik vasitə, psixotrop maddə və həblərə bənzər maddələr elektron tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş predmetlər polietilen torbaya qoyulmuş, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra qonaq otağına, yataq otağına baxış keçirilmişdir. Baxış zamanı yataq otaqından üç ədəd, qara rəngli “Samsung” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evdən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu, təxminən beş gün əvvəl Biləsuvar rayonu ərazisində, İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışından ümumi olaraq təxminən 1500 manat pul qazancı əldə etdiyini bildirmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edən ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, iş üzrə ifadə vermiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli 4(005)-1214/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(012)-481/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il, 11 ay, 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış məlumatdan məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə həmin şöbədə qeydiyyata düşmüşdür. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2252 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,168 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 3,717 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış pisxotrop maddə-metamfetamindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,239 qr tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə- tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ..” yazısı olan ağ rəngli kisədə, -1(bir) ədəd plastik qabda şəffaf polietilen torbadakı təmiz çəkisi 1055 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -1(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1045 qr və 2(iki) ədəd plastik qabda şəffaf polietilen torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qr və 1050 qr, ümumi təmiz çəkisi 3110 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; -1(bir) ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 995 qr tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir; -üzərində “Methadole 40” (yararlılıq müddəti 30 10 2022) yazısı olan 6 ədəd qutuda, hər qutuda 100 ədəd, cəmi 600 ədəd üzərlərində “ddp M40” yazısı həkk olunmuş və üzərində “Mehtadone 40 (yararlılıq müddəti 09/2021)” yazısı olan 10 ədəd konvalyutda 100 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumi 700 ədəd qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 700 ədəd həbdən ibarət metadonun təsiredici maddəsinin ümumi miqdarı 28 qr təşkil edir (bir həbdə 0,04 qr metadon olmaqla); -üzərində “Tymol X (tramadol HCL 225 mq) (yararlılıq müddəti 3/20 -2/24)” yazısı olan 15 ədəd konvalyutda cəmi 150 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır, 150 ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 33,75 qr təşkil edir (bir həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla); -2 ədəd “100 x 0,01 g” və “200g/0,01g” markalı elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır, lakin heroin və metamfetamin iz şəklində olduğu üçün, onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: heroinin ümumi təmiz çəkisi: 1058,168 qr, tədqiqata sərf edildi: ümumi 0,21 qr, qalıq : 1057,958 qr Metamfetaminin ümumi təmiz çəkisi: 3113,717 qr, tədqiqata sərf edildi: ümumi 0,25 qr, qalıq 3113,467 qr Tiryəkin ümumi təmiz çəkisi: 997,239 qr, tədqiqata sərf edildi: ümumi 0,3 qr, qalıq: 996,939 qr; 700 ədəd metadon və 150 ədəd tramadol həblərdən 10 həb tədqiqata sərf edildi, qalıq metadon 690 həb, tramadol -140 həb İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 7/7740 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan sintetik torbadakı 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi – 1500 qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 02 (iki) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2100 qram; 1900 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ..” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,226 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Ümumi çəkisi – 5500,226 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi – 5500, 226 qram (1-4 N-li ob), tədqiqata istifadə olyundu – 0,2 qram, (hər obyektdən 0, 05 qram) qalıq- 5500,026 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli 3553 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa həmin rəydə qeyd edilmişdir ki, öz deməsinə görə təxminən 2017ci ildən mütəmadi olaraq hər gün narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Sonuncu dəfə narkotik vasitə olan heroindən tutulan gün istifadə etdiyini söyləyir. Həmçinin arabir, düşəndə güclü təsir edici dərman preparatı olan lirika həblərdən və psixotrop maddə olan ekstazi həblərindən istifadə edib. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xx/xx-11690 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ambulator məcburi-narkoloji yoxlama”nın 1568 nömrəli rəyinə əsasən xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2462 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. -Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. -Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə saat 16.30-da Əsədli X2 rayonu, Masazır qəsəbəsi, Rza Talıbov küçəsi, ev 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan alt cibindəki bir ədəd siqaret qutusundan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və yaşadığı evdən iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd polietilen bağlamada narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 700 ədəd narkotik vasitə metodona bənzər maddə, 150 ədəd tramadola bənzər həb, iki ədəd plastik qabda şəffaf polietilen torbalarda psixotrop maddə metamfetaminə bənzər maddələr və bir ədəd plastik qabdakı torbada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan protokoldan məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar “xxxx” MMC-dən BKC/LGL- 22677/20 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar çoxlu sayda mesaj daxil olmuş və ya həmin nömrədən qeyd edilən məzmunda mesaj göndərilmişdir. Həmin mesaj mətnlərində “patı”, “patpres”, “kola”, “torpaq” və s. adlar narkotik vasitənin və psixotrop maddənin qısadılmış adlarıdır. Belə ki, patı və patpres psixotrop maddə metamfetamin, kola narkotik vasitə tiryəkə, torpaq isə narkotik vasitə heroinə deyilir. Konkret olaraq Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2020-ci il tarixdə saat 10:38:30 radələrində **********94 saylı nömrədən “Qaqa yari kola alnar ?”, xx-xx- 2020-ci il tarixdə saat 00:06:44 radələrində +**********94 saylı mobil nömrədən “Qaqa 20 liy pati lazmdi”, xx-xx-2020-ci il tarixdə saat 05:22:48 radələrində +**********06 saylı moil nömrədən “9 da zada onda me gelim 15 diy patpres verib yatarsan”, xx-xx-2020-ci il tarixdə saat 03:20:29 radələrində **********55 saylı mobil nömrədən “Xımı qonagım gelıb masınıvın yanındayam qalmıwam pıs vezıyyetde cxd”, xx-xx-2020-ci il tarixdə saat 03:20:30 radələrində **********55 saylı mobil nömrədən “a cole patı tapa bılmırem padvalıt olmwam yoldadı gelır qonagım”, xx-xx-2020-ci il tarixdə saat 20:59:06 radələrində **********47 saylı telefon nömrəsindən “Kola lazim di”, xx-xx-2020-ci il tarixdə saat 14:30:07 radələrində **********68 saylı mobil nömrədən “Ximi burdayam masazirda qaqa evden 100 manat beribler ad gunumdu paltar almaqa onjn 50 si verim satin birini veer 50 de kola verersen me”, xx-xx-2020-ci il tarixdə saat 14:22:41 radələrində **********06 saylı mobil nömrədən “2 qramda kola isdiyen var goturum gelim gorwey”, xx-xx-2020-ci il tarixdə saat 20:14:52 radələrində **********68 saylı mobil nömrədən “Qaqa 9za az qalib balava qurban olum gelim kolada goturecemde nolar 100 manat verecem saata da menim gunum yoxdu”, xx-xx-2020-ci il tarixdə saat 20:55:18 radələrində **********94 saylı mobil nömrədən “Kola lazmdi 40 manaatliq” tipli mesajlar yazılmışdır. Cinayət işində olan protokoldan məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar “xxxx” MMC-dən AZF/LGL- 13734/20 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar çoxlu sayda mesaj daxil olmuş və ya həmin nömrədən qeyd edilən məzmunda mesaj göndərilmişdir. Həmin mesaj mətnlərində “patı”, “patpres”, “kola”, “torpaq” və s. adlar narkotik vasitənin və psixotrop maddənin qısadılmış adlarıdır. Belə ki, patı və patpres psixotrop maddə metamfetamin, kola narkotik vasitə tiryəkə, torpaq isə narkotik vasitə heroinə deyilir. Konkret olaraq Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2020-ci il tarixdə saat 10:38:30 radələrində **********94 saylı nömrədən xx-xx-2020-ci il tarixdə saat 23:43:58 radələrində +**********68 saylı mobil nömrədən “Qaqa mene torpaq verdin he”, xx-xx-2020-ci il tarixdə saat 23:45:50 radələrində +**********68 saylı mobil nömrədən “Qardasim kola deyil axi acilmir mal”, xx-xx-2020-ci il tarixdə saat 19:17:43 radələrində +**********15 saylı mobil nömrədən Patya lazmdi 35 manat var alnar gelim ??, xx-xx- 2020-ci il tarixdə saat 00:02:01 radələrində +**********26 saylı mobil nömrədən “E ona dəyən oldu hər şey var gel cekey zad mezelenisen kamil” , xx-xx-2020-ci il tarixdə saat 00:02:02 radələrində +**********26 saylı mobil nömrədən “gəlmişdi deidm.kola geti dedi xm ayselə danisiz ayselə də gelsin”, xx-xx-2020-ci il tarixdə saat 18:19:23 radələrində +**********12 saylı mobil nömrədən “Emi necesen emi birine 03 kola vermeliyem mazqimi sikir beyaxdan mende pati var hardasa 03 yaxindi men sene patini verim kola ver verim getsin sen allah”, xx-xx-2020-ci il tarixdə saat 06:41:53 radələrində +**********50 saylı mobil nömrədən “Bir qiram 10 da suse hardasan gelim ora”, xx-xx- 2020-ci il tarixdə saat 06:47:08 radələrində +**********50 saylı mobil nömrədən “Birazda falqa ver adam yoxdu orda liftnen dusun asagi isede telesirem alinar 5 deyqiye lifdin qabaginda olacam men yiganda gor kimi verirsen dusun”, xx-xx-2020-ci il tarixdə saat 09:50:09 radələrində +**********48 saylı mobil nömrədən “Hardasan qaqa 25 kola istrüm hara gelm”, xx-xx-2020-ci il tarixdə saat 19:18:53 radələrində +**********00 saylı mobil nömrədən “Qaqa mene yari kola cekdiyimizden birazda falqa verersen. Birde dunenki 20 ni verdcem sene. Moykanin yanindayam hara gozduyum seni”, xx-xx-2020-ci il tarixdə saat 16:48:38 radələrində +**********06 saylı mobil nömrədən “Bidene kola qaqa”, xx-xx-2020-ci il tarixdə saat 16:59:57 radələrində +**********06 saylı mobil nömrədən “70 verim se 30 manatdiqda me kola verde olmaz ele”, xx-xx-2020-ci il tarixdə saat 19:10:54 radələrində +**********93 saylı mobil nömrədən “Kola var”, xx-xx- 2020-ci il tarixdə saat 19:36:05 radələrində +**********50 saylı mobil nömrədən “Ximi qapidayam cix 10 mat patini ver hele pul yoxdu o birine burdayam cix”, xx-xx-2020-ci il tarixdə saat 10:48:52 radələrində +**********50 saylı mobil nömrədən “Qaqa gelirem yoldayam yarim kola duzet birde sen canin bir dene das ver pati bayaxki vallah hecne elemedi 5 tusduye qutardi . Bir dene narmalni das qoy”, xx-xx-2020-ci il tarixdə saat 21:22:06 radələrində +**********12 saylı mobil nömrədən “Yetim bir kola lazimdi var gelim goturum”, xx-xx-2020-ci il tarixdə saat 22:46:51 radələrində +**********12 saylı mobil nömrədən “Yetim 04 patimvar isdiyirsen”, xx-xx-2020-ci il tarixdə saat 01:12:35 radələrində +**********12 saylı mobil nömrədən “Qaqa elimde bir qiram qesey pati var kohne patidandi neyniyek isdiyirsen”, xx-xx-2020-ci il tarixdə saat 18:33:31 radələrində +**********13 saylı mobil nömrədən “Qaqaw isdiyirsen dal terefden cixim zabora ordan goturum 5 guzgu eliye birde yarbala”, xx-xx-2020-ci il tarixdə saat 10:58:31 radələrində +**********06 saylı mobil nömrədən “Qaqa 30 manat kola 10 da pati verersen qaqa gelim teli getrecem demiwem bawini yeyib gettecem 37 manat pulum var”, xx-xx-2020-ci il tarixdə saat 11:16:36 radələrində +**********06 saylı mobil nömrədən “Qaqa me yarim cet ayri kola qoyda patinin yanna o biri kolanida bir axwam verecem”, xx-xx-2020-ci il tarixdə saat 11:19:37 radələrində +**********06 saylı mobil nömrədən “Qaqa uwaqlar deir 30 versem seher 20 men verecem getreceyler 1 kola verersen kecendefe verdiler 20 getirdim yene verersen 1 qram onun 08 bur 2 de ayei 20”, xx-xx-2020-ci il tarixdə saat 11:41:37 radələrində +**********48 saylı mobil nömrədən “100 dene pati 100 dene kofe var mende tecili pul lazimdi gelim razilasariq narahat olma”, xx-xx-2020-ci il tarixdə saat 13:48:53 radələrində +**********00 saylı mobil nömrədən “Qaqa cixdim men gellem mene 1 patpres duzelt 10 luqda kaki duzelt falqada yaxwi olsun qaqa. Pul yoxumdu qaqa ev pulu zad verdim diye biraz sixinti var”, xx-xx-2020-ci il tarixdə saat 23:27:52 radələrində +**********49 saylı mobil nömrədən “Mulkudu yari kola lazimdi xeber elede indi”, xx-xx-2020-ci il tarixdə saat 23:59:09 radələrində +**********97 saylı mobil nömrədən “Mulkudu 1 X7 X10”, xx-xx-2020-ci il tarixdə saat 22:54:29 radələrində +**********23 saylı mobil nömrədən “Lap yacwi qa.10alinar guzgu”, xx-xx-2020-ci il tarixdə saat 18:51:41 radələrində +**********50 saylı mobil nömrədən “Ximi yigda meme tez hardasan gelim ora 1 qram kola 10 mamat pati bir qram maci hardasan yar de tez glim ora taksi gozduyur telesirem”, xx-xx-2020-ci il tarixdə saat 22:50:38 radələrində +**********46 saylı mobil nömrədən “Xımı 4dənə kola düxələr telfonu götür” tipli mesajlar yazılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan mesajlar çox olduğundan ancaq 2020-ci ilin oktyabr ayında olan mesajların mətnləri protokola köçürülmüşdür. Qeyd edilən mesajların kserosurətləri çıxarılaraq protokola əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-cımaddəsi ilə özünü təqsirli bilməməsi, qaçaqmalçılıq cinayətini törətməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələri ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs məhkumluğu olsa da Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətin residivi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməsinə və əvvələr azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyinə görə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 11 ay 22 gün hissəsi 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdr. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd kisədə və 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra 1057,958 qr qalmış narkotik vasitə heroinin, 3113,467 qr qalmış psixotrop maddə metamfetaminin, 996,939 qr qalmış narkotik vasitə tiryəkin, 5500,026 qr qalmış narkotik vasitə qurudulmuş marixuananın, 690 ədəd metadon həblərinin, 140 həb tramadolun və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 22 oktyab 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 183.82 (yüz səksən üç manat, səksən iki qəpiq) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il 09 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 11 ay 22 gün hissəsi 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək o qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd kisədə və 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra 1057,958 qr. qalmış narkotik vasitə heroinin, 3113,467 qr. qalmış psixotrop maddə metamfetaminin, 996,939 qr. qalmış narkotik vasitə tiryəkin, 5500,026 qr. qalmış narkotik vasitə qurudulmuş marixuananın, 690 ədəd metadon həblərinin, 140 həb tramadolun və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 183.82 (yüz səksən üç manat, səksən iki qəpiq) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-770/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-770/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver