Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-804/2021 16.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Mərkəz» Vəkil Bürosunun vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, S.Vurğun küçəsi, ev 38-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi PXnin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2005, 2006 və 2009-cu il təvəllüdlü uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, K.Kazımov küçəsi, ev 35-də qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Sabir küçəsi, döngə 1, ev 1-də kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi PXnin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz keçirmə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, yəni qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə ölkə ərazisinə keçirməklə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan «Həsən» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qrupun «Həsən» adlı üzvü yaşadığı İran İslam Respublikasından qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdiyi narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21.088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini gömrük sərhəddinin əməkdaşları tərəfindən aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək həmin narkotik vasitə hesab edilən külli miqdarda heroini və psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə gələn yük qatarının vaqonlarından birinin altına yapışqan lent vasitəsilə bərkidib gizlətməklə, gömrük sərhədindən kənar, gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş, həmin narkotik vasitə hesab edilən külli miqdarda heroin və psixotrop maddə hesab edilən külli miqdarda metamfetaminin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsdən məlumat aldıqdan sonra Astara rayonu ərazisinə gedərək orada əvvəlcədən işarə verilmiş yük qatarının vaqonlarından birinin altına yapışqan lentlə bərkidilmiş həmin narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla götürmüş, bundan sonra qanunsuz olaraq satış məqsədilə əldə etdiyi qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini idarə etdiyi “Mersedes-Benz E220 CDİ” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq saxlamaqla Bakı şəhərinə daşımış, Bakı şəhərində 09 avqust 2020-ci il tarixdə saat 02 radələrində narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsin deyəcəyi istintaqla müəyyən olunmamış şəxs və ya şəxslərə satmaq üçün həmin cinayətkar niyyətlə qabaqcadan əlbir olduqları qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə görüşmüş, narkotik vasitəni və psixotrop maddəni çatdırılacağı ünvanlar barədə məlumat əldə edilməsi üçün İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsdən təlimat gözləyərək şəhərin ayrıayrı yerlərini avtomobillə gəzib saat 19:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, Çingiz Mustafayev 70 ünvanının qarşısında olarkən Yasamal RPİ-nin X7 Xidmətinin əməkdaşlarının onlara yaxınlaşmasını gördükdə cinayət əməllərinin ifşa olunmasını güman edərək bunun qarşısını almaq üçün Təqsirləndirilən şəxs2 avtomobildə saxladıqları həmin narkotik vasitəni və psixotrop maddəni götürüb əynindəki qara rəngli şalvarının sol yan cibində gizlədərək avtomobildən düşüb qaçarkən onun bu hərəkətlərindən şübhələndiklərinə görə polis əməkdaşları tərəfindən yaxalanaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli şalvarının sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, qaçaqmalçılıq yolu ilə keçirib bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroin və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz keçirmə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, yəni qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə ölkə ərazisinə keçirməklə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan «Həsən» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qrupun «Həsən» adlı üzvü yaşadığı İran İslam Respublikasından qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdiyi narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini gömrük sərhəddinin əməkdaşları tərəfindən aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək həmin narkotik vasitə hesab edilən külli miqdarda heroini və psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə gələn yük qatarının vaqonlarından birinin altına yapışqan lent vasitəsilə bərkidib gizlətməklə, gömrük sərhədindən kənar, gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş, həmin narkotik vasitə hesab edilən külli miqdarda heroin və psixotrop maddə hesab edilən külli miqdarda metamfetaminin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsdən məlumat aldıqdan sonra həmin cinayətkar niyyətlə qabaqcadan əlbir olduqları qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Astara rayonu ərazisinə gedərək orada əvvəlcədən işarə verilmiş yük qatarının vaqonlarından birinin altına yapışqan lentlə bərkidilmiş həmin narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla götürmüş, bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini idarə etdiyi “Mersedes-Benz E220 CDİ” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq saxlamaqla Bakı şəhərinə daşımış, sonuncu Bakı şəhərində 09 avqust 2020-ci il tarixdə saat 02 radələrində narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroini və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsin deyəcəyi istintaqla müəyyən olunmamış şəxs və ya şəxslərə satmaq üçün onunla görüşmüş, narkotik vasitəni və psixotrop maddəni çatdırılacağı ünvanlar barədə məlumat əldə edilməsi üçün İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsdən təlimat gözləyərək şəhərin ayrı-ayrı yerlərini avtomobillə gəzib saat 19:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, Çingiz Mustafayev 70 ünvanının qarşısında olarkən Yasamal RPİnin X7 Xidmətinin əməkdaşlarının onlara yaxınlaşmasını gördükdə cinayət əməllərinin ifşa olunmasını güman edərək bunun qarşısını almaq üçün avtomobildə saxladıqları həmin narkotik vasitəni və psixotrop maddəni götürərək əynindəki qara rəngli şalvarının sol yan cibində gizlədərək avtomobildən düşüb qaçarkən onun bu hərəkətlərindən şübhələndiklərinə görə polis əməkdaşları tərəfindən yaxalanaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, qaçaqmalçılıq yolu ilə keçirib bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları narkotik vasitə hesab edilən təmiz çəkisi 40,894 qram olan kustar üsulla hazırlanmış külli miqdarda heroin və təmiz çəkisi 21,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostu olmaqla hər ikisi əslən Lənkəran şəhərindəndirlər. O, evlidir, bir azyaşlı uşağı vardır. Lənkəran şəhər sakini Şahid3 məxsus “Mercedes” markalı maşını icarəyə götürərək sərnişin daşıma fəaliyyəti ilə məşğul idi. Tutulmamışdan təxminən 3-4 ay əvvəl Xəyalla birlikdə narkotik vasitə olan metafetamin istifadə etmişlər. Həsən adlı şəxsi tanıyır, sonuncu ona keçən ilin aprel-may aylarında, dəqiq vaxtı xatırlamır, telefonuna instaqram vasitəsi ilə yazmışdır ki, ona sumka verəcəkdir ki, Bakıya aparsın. Həsən sumkanı tanımadığı şəxslərin vasitəsi ilə Lerik körpüsünün altına qoymuşdur. O isə həmin yeri ona bildirən Həsənin sözü ilə oraya qoyulmuş çantanı götürmüş, lakin çantada olan 51 qram metafetamini Xəyalla birlikdə istifadə etmək qərarına gəldiyi üçün Həsənin nömrəsini keçən ilin may ayından bloka salmış, qeyd olunan narkotik vasitəni isə Xəyalla birlikdə istifadə etmişdir. Lakin Xəyalın həmin narkotiki əldə etmə mənbəsindən məlumatı olmamışdır. Başqa vaxtlar isə tanımadığı şəxsin hesabına ödəmə terminalı vasitəsi ilə karta pul köçürməklə şəxsin dediyi yerdən gedib narkotik götürüb Xəyalla birlikdə istifadə etmişdir. Narkotik vasitəni adətən evdə istifadə edib sonra bayıra çıxırdılar. 09 avqust 2020-ci ildə səhər saat 4-5 radələrində o və Xəyal 5 mərtəbə deyilən ərazidə tutulmuşlar. Həmin vaxt Lənkərandan təzə gəlmiş, ondan əvvəl isə iki nəfər qadına gətirdiyi əşyaları təhvil vermişdir. Bundan sonra isə Xəyalla görüşüb çörək yemək üçün zəngləşmiş və Xəyalı evinin yanından götürmüşdür. Yorğun olduğu üçün Xəyaldan xahiş etmişdir ki, sükan arxasına o keçsin. İkisi birlikdə maşınla 5 mərtəbə tərəfdə olduqları zaman maşının qabağında polis maşını dayanmış, iki nəfər polis onlara yaxınlaşaraq burada nə etdiklərini soruşmuş, maşının sürət ötürücüsünün yanında gümüşü rəngli falqa kağızı görərək onların narkoman olmalarından şübhələnmişlər. Polislərə etiraf etmişlər ki, narkotik istifadəçisidirlər, lakin maşında və üzərlərində narkotik yoxdur. Polislər onların üstünü və maşını axtarsalar da heç bir şey tapmamışlar. Bundan sonra polislər hər ikisini 26-cı PB-nə aparmış və hər ikisini ayrı-ayrı otaqlarda saxlamışlar. Məhz orada polislərin özləri Xəyalın sağ cibinə 41 qrama yaxın heroin və 21 qrama yaxın metafetamin qoyaraq guya videoçəkiliş aparmaqla həmin narkotik vasitələri aşkar etmələri görüntüsünü yaratmışlar. Onun üzərindən isə heç bir şey aşkar edilməmişdir. Polisə gətirilməmişdən əvvəl polislər onları başqa bir yerə aparıb guya kömək etmək istəmələrini bildirib pul tələb etmişlər. O da Lənkərandakı dostuna zəng etmiş, telefonu dostunun arvadı götürmüş, məsələni həmin qadına izah etmiş, o da bir azdan ona cavab verəcəyini demişdir. Bir azdan anası zəng etmiş, nə baş verdiyi ilə maraqlanmışdır. Daha sonra polislərə yalandan demişdir ki, şəhərdə maşınyuma sexində dostu işləyir, ondan pul ala bilər. Polislərin maşını ilə həmin sexə getmiş, lakin orda da bir şey alınmamışdır. Əslində məqsədi özlərinin və polislərin Təhlükəsiz Şəhər kameralarına düşməsi idi. Məhz bundan sonra polislər onu və Xəyalı 26-cı PB-nə aparıb təhvil vermişlər. Axtarış zamanı ona müdafiəçi təqdim edilsə də etibarı olmadığı üçün ona həqiqəti bildirməmişdir. Sanksiya verilməsi üçün məhkəmədə də olanı desə də əhəmiyyət verən olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, Astara dəmiryolu vağzalı yanında İrandan gəlmiş yük qatarının altına skoçla bərkidilmiş narkotik vasitə olan çantanı iranlı Həsənin işarəsi ilə götürməmiş, onu gələcəkdə Həsənin bildirdiyi şəxslərə verməsi üçün Bakıya gətirməmiş, Bakıda Xəyalla birlikdə maşında olduğu zaman Xəyalın üzərində narkotik vasitə olmamışdır. Tutulmamışdan əvvəl narkotik qəbul etdiyi üçün polislərin təqdim etdiyi bütün sənədlərə imza atmış və onların tələb etdiyi izahatları vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ilkin ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 burada məhkəmədə verdiyi ifadəsini tam təsdiq edir. Belə ki, hər ikisi Lənkəran şəhər sakinləridir, bir-birini uşaqlıqdan tanıyır, dostluq etmişlər. Sərhəng düz deyir, ikisi də narkotik vasitələr aludəçisidirlər. Deməli, pul ödəniş terminalı vasitəsi ilə karta pul köçürüb müəyyən yerlərdən narkotik vasitə olan heroin və yaxud metafetamini əldə edərək birlikdə istifadə etmişlər. 09 avqust 2020-ci ildə səhər saat 5 radələrində Lənkərandan qayıdan Sərhəng birgə çörək yemək üçün onu evdən bayıra çağırmış, idarə etdiyi “Mercedes ” markalı maşının sükanı arxasına yorğun olduğu üçün onu əyləşdirmişdir. Bundan sonra Sərhənglə 5 mərtəbə deyilən əraziyə getmişlər. Orada yolun kənarında dayanmış maşında oturduqları zaman maşının qabağında polis maşını dayanmış, iki nəfər polis onlara yaxınlaşaraq burada nə etdiklərini soruşmuş, maşının sürət ötürücüsünün yanında gümüşü rəngli falqa kağızı görərək onların narkoman olmalarından şübhələnmişlər. Polislərə etiraf etmişlər ki, narkotik istifadəçisidirlər, lakin maşında və üzərlərində narkotik yoxdur. Polislər onların üstünü və maşını axtarsalar da heç bir şey tapmamışlar. Həqiqətən həmin vaxt nə onda, nə Sərhəngdə, nə də ki, maşında narkotik vasitələr olmamışdır. Bundan sonra polislər onları başqa bir yerə aparıb guya kömək etmək istəmələrini bildirib pul tələb etmişlər. Sərhəng Lənkərandakı dostuna zəng etmiş, telefonu dostunun arvadı götürmüş, məsələni həmin qadına Sərhəng izah etmiş, bir azdan Sərhəngə anası zəng etmiş, nə baş verdiyi ilə maraqlanmışdır. Daha sonra polislərin maşını ilə pul almaq adı ilə Sərhəngin guya maşınyuma sexində işləyən dostunun yanına getmişlər, lakin orada da bir şey alınmadığı üçün polislər onları və maşını 26-cı PB-nə aparmışlar. Orada onu bir otaqda, Sərhəngi isə digər otaqda saxlayıb dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərlərinə baxış keçirmişlər. Lakin baxışdan əvvəl polislər onun şalvarının sol yan cibinə içərisində həm heroin, həm də metafetamin olan bağlamalar qoyaraq ondan sonra guya həmin əşyaların ondan aşkar olunmasını sənədləşdirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Bu gün məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Tutulmamışdan əvvəl narkotik qəbul etdiyi üçün polislərin təqdim etdiyi bütün sənədlərə imza atmış və onların tələb etdiyi izahatları vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Yasamal RPİ-nin PPXBnin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. 09.08.2020-ci il tarixdə saat 19 radələrində xidməti əraziləri olan Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi ilə patrul maşını ilə həmkarı Şahid2lə hərəkət etdikləri zaman, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi ilə Qış parkının yolunun sağ tərəfində yerləşən Şaurma 1 restoranına çatmamış, yolun kənarında Mersedes Benz markalı, dövlət nömrə nişanını artıq xatırlamadığı avtomobilin dayandığını, avtomobilin içərisində sükan arxasında Təqsirləndirilən şəxs2, onun yanında isə Təqsirləndirilən şəxs1 oturduğunu görmüşdür. Həmkarı Şahid2lə birlikdə maşına yaxınlaşdıqda həmin şəxslərin qaçmağa cəhd etdiklərini gördükdə ikisini də saxlamışlar. Hər ikisi narkotik sərxoşluğu halında olmaları hiss olunurdu. Həmin şəxslər özlərini şübhəli apardığından, onları xidməti maşının arxa oturacağına əyləşməyə dəvət etmişlər, həmin şəxslər etiraz etmədən xidməti maşının arxa oturacağına əyləşmişlər. O, onların şəxsiyyətlərini müəyyən etmək üçün kim olmaları və bu ərazidə nə etmələri ilə maraqlanmışdır. Bu şəxslərdən biri Təqsirləndirilən şəxs1 olmasını, digəri isə Təqsirləndirilən şəxs2 olmasını bildirməklə hər ikisi Lənkəran şəhərindən olmalarını demişlər. Xəyalgilin maşınında sürət ötürücüsünün yanında falqa kağızı aşkar etdiyi üçün onlardan narkotik vasitə istifadə etmələrini soruşduqda hər ikisi narkotik vasitələrin istifadəçisi olduqlarını, elə hal-hazırda da narkotik sərxoşluğu halında olduqlarını etiraf etmişlər. Bundan sonra onların hər ikisini xidməti maşınları ilə Yasamal RPİ-nin 26-cı PB-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Ondan əvvəl isə növbətçi hissəyə ratsiya ilə məlumat verərək hadisə yerində qalmış saxladıqları şəxslərə məxsus maşını bölməyə aparmaq üçün kömək istəmişlər. Həmin maşın hadisə yerinə gələn polis əməkdaşları tərəfindən sürülüb aparılmışdır. 26-cı PB-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasını bölmə rəhbərliyinə raportla müraciət edərək bildirmişlər. Bölmə rəhbərliyinin tapşırığı ilə bölmənin təhqiqatçısı polis mayoru Aslan Qasımov tərəfindən öz xidməti otağında bu şəxslərin saxlanılması ilə əlaqədar müdafiəçilər dəvət edərək sənədləşdirməsini aparmışdır. Təhqiqatçı ayrı-ayrılıqda saxladıqları hər iki şəxsin üzərinə onların və müdafiəçinin iştirakı ilə baxış keçirmiş, baxış zamanı video çəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif edildi ki, üzərində hər hansı bir cinayət xarakterli əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 bu təklifə etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı həmin bükümləri açaraq birinin içərisində qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddənin olması, digərinin içərisində isə kristal şəkilli maddənin olmasını aşkar etmiş, həmin bükümləri təhqiqatçı yenidən sellofanlara skoçla bərkidib zərfin içərisinə yerləşdirmiş və həmin paket möhürlü kağızlarla bağlanaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxışın nəticələrinə dair tərtib olunmuş protokolu da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 imzalamışdır. Təhqiqatçının sorğu-sualına Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üstündən aşkar edilmiş bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə dərman preparatı olan matemfetamini bir gün əvvəl Təqsirləndirilən şəxs1 idarə etdiyi və həmin maşında saxlanıldıqları maşını ilə Astara dəmiryol vağzalında hansısa vaqonun altına bərkidilmiş bağlamanı götürüb Bakı şəhərinə gətirmiş, Bakı şəhərində Sərhəng onu evdən çağırıb yorulduğu üçün sükanda oturmasını dedikdən sonra ikisi birlikdə tutulduqları yerə gəlmiş, orada Sərhəng narkotik vasitələri olan bükümü saxlaması üçün ona vermiş, bu zaman onlar polislər tərəfindən saxlanılmışlar. Həmçinin o və Şahid2 Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı tərəfindən keçirilmiş baxışda iştirak etmiş, Təqsirləndirilən şəxs1 üzərinə baxış müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş, lakin Sərhəngin üzərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, lakin təhqiqatçının şifahi sorğusuna cavab verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, 08 avqust 2020-ci il tarixdə gecə saatlarında Astara rayonundakı yük qatarının vaqonlarının birinin altından içərisində narkotik vasitə heroin və metamfetamin maddələri olan selofan bükümü götürmüş, idarə etdiyi maşınla həmin vasitələri Bakı şəhərinə gətirib orada dostu Təqsirləndirilən şəxs2la görüşüb maşınla ünvan 3 ünvanının qarşısına gəlib orada dayandıqları zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Narkotik vasitələri isə Xəyalın üzərindən aşkar etmişlər. Belə ki, o, həmin narkotik vasitələr içində olan bükümü saxlamaq üçün Xəyala vermişdir. Bildirmək istəyir ki, bu şəxsləri Orxanla birlikdə saxladıqdan sonra onları birbaşa bölməyə aparmışlar. Başqa bir yerə onları öz maşınları ilə aparmamışlar. Həmin şəxslərlə qanunsuz danışıqlar keçirməmişlər, onlardan pul istəməmişlər. Qeyd etmək istəyir ki, o subaydır, Lənkəran rayonunda qohumları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Yasamal RPİ-nin PPXBnin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. 09.08.2020-ci il tarixdə saat 19 radələrində xidməti əraziləri olan Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi ilə patrul maşını ilə həmkarı Şahid1la hərəkət etdikləri zaman, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi ilə Qış parkının yolunun sağ tərəfində yerləşən Şaurma 1 restoranına çatmamış, yolun kənarında Mersedes Benz markalı avtomobilin dayandığını, avtomobilin içərisində sükan arxasında Təqsirləndirilən şəxs2, onun yanında isə Təqsirləndirilən şəxs1 oturduğunu görmüşdür. Həmkarı Şahid1la birlikdə maşına yaxınlaşdıqda həmin şəxslərin qaçmağa cəhd etdiklərini gördükdə ikisini də saxlamışlar. Hər ikisi narkotik sərxoşluğu halında olmaları hiss olunurdu. Həmin şəxslər özlərini şübhəli apardığından, onları xidməti maşının arxa oturacağına əyləşməyə dəvət etmişlər, həmin şəxslər etiraz etmədən xidməti maşının arxa oturacağına əyləşmişlər. Məlum olmuşdur ki, bu şəxslərdən biri Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2dur və hər ikisi Lənkəran şəhər sakinləridir. Xəyalgilin maşınında sürət ötürücüsünün yanında falqa kağızı aşkar etdikləri üçün onlardan narkotik vasitə istifadə etmələrini soruşduqda hər ikisi narkotik vasitələrin istifadəçisi olduqlarını, elə hal-hazırda da narkotik sərxoşluğu halında olduqlarını etiraf etmişlər. Bundan sonra onların hər ikisini xidməti maşınları ilə Yasamal RPİ-nin 26-cı PB-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Ondan əvvəl isə növbətçi hissəyə ratsiya ilə məlumat verərək hadisə yerində qalmış saxladıqları şəxslərə məxsus maşını bölməyə aparmaq üçün kömək istəmişlər. Həmin maşın hadisə yerinə gələn polis əməkdaşları tərəfindən sürülüb aparılmışdır. 26-cı PB-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasını bölmə rəhbərliyinə raportla müraciət edərək bildirmişlər. Bölmə rəhbərliyinin tapşırığı ilə bölmənin təhqiqatçısı polis mayoru Aslan Qasımov tərəfindən öz xidməti otağında bu şəxslərin saxlanılması ilə əlaqədar müdafiəçilər dəvət edərək sənədləşdirməsini aparmışdır. Təhqiqatçı ayrıayrılıqda saxladıqları hər iki şəxsin üzərinə onların və müdafiəçinin iştirakı ilə baxış keçirmiş, baxış zamanı video çəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif edildi ki, üzərində hər hansı bir cinayət xarakterli əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 bu təklifə etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı həmin bükümləri açaraq birinin içərisində qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddənin olması, digərinin içərisində isə kristal şəkilli maddənin olmasını aşkar etmiş, həmin bükümləri təhqiqatçı yenidən sellofanlara skoçla bərkidib zərfin içərisinə yerləşdirmiş və həmin paket möhürlü kağızlarla bağlanaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxışın nəticələrinə dair tərtib olunmuş protokolu da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 imzalamışdır. Təhqiqatçının sorğu-sualına Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üstündən aşkar edilmiş bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə dərman preparatı olan matemfetamini bir gün əvvəl Təqsirləndirilən şəxs1 idarə etdiyi və həmin maşında saxlanıldıqları maşını ilə Astara dəmiryol vağzalında hansısa vaqonun altına bərkidilmiş bağlamanı götürüb Bakı şəhərinə gətirmiş, Bakı şəhərində Sərhəng onu evdən çağırıb yorulduğu üçün sükanda oturmasını dedikdən sonra ikisi birlikdə tutulduqları yerə gəlmiş, orada Sərhəng narkotik vasitələri olan bükümü saxlaması üçün ona vermiş, bu zaman onlar polislər tərəfindən saxlanılmışlar. Həmçinin o və Şahid2 Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı tərəfindən keçirilmiş baxışda iştirak etmiş, Təqsirləndirilən şəxs1 üzərinə baxış müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş, lakin Sərhəngin üzərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, lakin təhqiqatçının şifahi sorğusuna cavab verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, 08 avqust 2020-ci il tarixdə gecə saatlarında Astara rayonundakı yük qatarının vaqonlarının birinin altından içərisində narkotik vasitə heroin və metamfetamin maddələri olan selofan bükümü götürmüş, idarə etdiyi maşınla həmin vasitələri Bakı şəhərinə gətirib orada dostu Təqsirləndirilən şəxs2la görüşüb maşınla ünvan 3 ünvanının qarşısına gəlib orada dayandıqları zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Narkotik vasitələri isə Xəyalın üzərindən aşkar etmişlər. Belə ki, o, həmin narkotik vasitələr içində olan bükümü saxlamaq üçün Xəyala vermişdir. Bildirmək istəyir ki, bu şəxsləri Elçinlə birlikdə saxladıqdan sonra onları birbaşa bölməyə aparmışlar. Başqa bir yerə onları öz maşınları ilə aparmamışlar. Həmin şəxslərlə qanunsuz danışıqlar keçirməmişlər, onlardan pul istəməmişlər.O evlidir, özü əslən Ordubad rayonundandır, həyat yoldaşının bir tərəfi Naxçıvanlı, bir tərəfi isə Bakıdandır. Lənkəran rayonunda qohumları yoxdur. İbtidai araşdırma zamanı prokurorluq tərəfindən təqsirləndirilən şəxslərin onların barəsində olan şikayətləri yoxlanılmış və təsdiqini tapmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Lənkəran rayon sakinidi və özünə məxsus ** CU *** dövlət qeydiyyat nişanlı, Mersedes Benz E220 CDİ minik markalı avtomaşını 19.09.2018-ci il tarixli ƏN-V 225390 nömrəli etibarnamə ilə idarə etmək üçün rayon sakini olan Təqsirləndirilən şəxs1 vermişdir. Sərhəng onun avtomobili ilə sərnişin daşımaqla məşğul olaraq özünü dolandırmışdır. Həmin maşınla Sərhəngin narkotik vasitələri daşımasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin baş təhqiqatçısnın Yasamal RPİ-nin rəisinə ünvanladığı 10.08.2020-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 09.08.2020-ci il tarixdə, saat 19:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-yə gətirilməsi, üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarı sol yan cibindən iki ədəd sellofan büküm təqdim edərək içərisində narkotik vasitə heroin və metafetaminin olduğunu, həmin maddələri anışı Təqsirləndirilən şəxs1 08 avqust 2020-ci il tarixdə gecə saatlarında Astara rayonu ərazisindən keçən yük qatarlarının vaqonlarının birindən satış məqsədləri ilə götürərək üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 09 avqust 2020-cu il tarixli «şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 4(004)-485/2020 və 4(004)-486/2020 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrinin əvvəli tutulduğu gündən, yəni 09 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi artaxış və götürmə aparılması haqqında” 09 avqust 2020-ci il tarixli protokolllardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda üzərlərinə müdafiəçilərin iştirakı ilə video müşahidə altında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əyinindəki qara rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan bükümü təqdim edərək birinin içərisində heroin, digərinin içərisində metamfetamin olduğunu, 09.08.2020-ci il tarixdə, günorta saatlarnıda Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 70 ünvanının qarşısında dayanmış vəziyyətdə olan idarə etdiyi Mersedes-Benz E220 CDİ” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə bu narkotik vasitələri tanıdı Təqsirləndirilən şəxs1 sürət ötürücüsünün yanına qoyduqdan sonra polis əməkdaşları onlara yaxınlaşdıqda o qara şalvarının sol cibinə qoymasını bildirmtiş, öz növbəsində baxış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri 08 avqust 2020-ci il tarixdə gecə saatlarında Astara rayonu ərazisindən keçən yük qatarlarının vaqonlarının birindən satış məqsədləri ilə götürərək üzərində saxlayaraq Bakı şəhərinə gətirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompyuter texniki ekspertizasının 11 noyabr 2020-ci il tarixli, 5/804 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» əməliyyat sistemi ilə təhciz olunmuş «Sansunq Galaxy A10» markalı «SM-A105F» modelli, «**********44710, **********44718» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 8.1.0» əməliyyat sistemi ilə təhciz olunmuş «Honor 7A» markalı, «Dua-L22» modelli, «**********19724, **********54724» mei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Samsung Galaxy A10» markalı, «SM-A105F» modelli və «Honor 7A» markalı «DUAL- L22» modelli mobil smartfonların yaddaşından hər hansı bir («WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi) məlumatın pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2020-ci il tarixli, 6/1498 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə bənzər maddələr» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, təmiz çəkisi 40,894 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 21,088 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 12.10.2020-ci il tarixli, 2818 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 12.10.2020-ci il tarixli, 2814 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspertizasının 29 sentyabr 2020-ci il tarixli, 1937 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, emosionallıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi – emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, fizioloji affekt və s.) yaranmışdır. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspertizasının 29 sentyabr 2020-ci il tarixli, 1938 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, emosionallıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi – emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, fizioloji affekt və s.) yaranmışdır. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 13.01.2021ci il tarixli protokollardan müəyyən olunur ki, «xxxx» MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi dövrdə istifadəsində olmuş ***-***-**- ** nömrəsinə və Təqsirləndirilən şəxs2 hadisənin baş verdiyi dövrdə istifadəsində olmuş ***-***-**-** saylı daxil olan və çıxan SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti barədə məlumatlarda Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda istintaqa məlum olmayan mənbədən narkotik vasitələrin əldə edilməsi, satışı, daşınması ilə məşqul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs2 ilə birlikdə hərəkət etmişdir, həmçinin smslərdə, dəfələrlə “mal lazım olması, vaqon gözlədiyi” kimi ifadələr işlətmişdir. Həsən adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamaqla, onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə, Həsən adlı şəxsin saxladığı yerdən həmin narkotik vasitələri və psixotrop maddələri götürməklə, Həsən adlı şəxsin qeyd etdiyi ünvana aparmış, lakin Həsən adlı şəxsdən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri ərazisində harada qoymaları ilə əlaqədar təlimat almadan, polis əməkdaşları tərəfindən saxlanılmışlar (c.1, i/v 93-94). Məhkəmədə elan edilib araşdırılmış Kapital ASC-nin təqdim etdiyi 30.10.2020-ci il tarixli, 157000/2-4471 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus **********471889 nömrəli Viza bank kartına müxtəlif vaxtlarda, həmin bank kartının hesabına müxtəlif məbləğlərdə pul köçürmələri həyata keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 25 yanvar 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 40,894 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 40,744 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 21,088 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 20,988 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi «Honor 7A» markalı «DUAL-L22» modelli mobil smartfon və Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Samsung Galaxy A10» markalı, «SM-A105F» modelli mobil smartfon Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülər olan iki ədəd SD diskin, «xxxx» MMC və «xxxx» MMC-dən daxil olmuş 2 ədəd CD cinayət işinin materillarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Lənkəran rayon İcra və Probasiya şöbəsinin 176535/2018-25-8 saylı, 27.12.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs2 ona təyin olunmuş 02 il islah işləri cəzasından 01 il 03 ay müddətini çəkmiş, 09 ay çəkilməmiş islah işləri cəzası çəkilməmiş qalmışdır. Hökm üzrə təyin olunmuş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti 16.08.2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 üzərində 09.08.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən gün qədər 07 günə çəkilməmiş əlavə cəzası qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 07 (yeddi) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işlərinin cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Sərhəng Bəfadar oğlu və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirmələri də tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından olan “Həsən” adlı tanışı Azərbaycan Respublikası ərazisinə keçən yük qatarlarının vaqonların birinin alt hissəsinə narkotik vasitəni və psixotrop maddəni yerləşdirmiş, “Whatsapp” proqramı vasitəsi ilə ona yazaraq məlumat vermiş, o, isə Astara rayonu ərazisində həmin vaqon dayanarkən altından və həmin rayondakı yol nişanlarının altından narkotik vasitəni və psixotrop maddələri götürmüş, Bakı şəhərinə gələrək Xəyalla birlikdə Bakı şəhərinin Nəsimi və Yasamal rayonları ərazisində müxtəlif yerlərdə “Həsən” adlı şəxsin ona yazdığı yerlərə aparıb həmin narkotik vasitəni və psixotrop maddəni qoymuşlar və “Həsən” adlı şəxs bunun müqabilində Xəyalın adına “Kapital Bank”-da olan hesab kartına müxtəlif məbləğlərdə pul köçürmüş, Xəyal isə hesabdan həmin pulları çıxararaq onunla bölmüşdür. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən, sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmadığına görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda – Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 40,894 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 40,744 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 21,088 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 20,988 qr ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi «Honor 7A» markalı «DUAL-L22» modelli mobil smartfon və Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Samsung Galaxy A10» markalı, «SM- A105F» modelli mobil smartfon onların qohumlarına qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edlmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülər olan iki ədəd SD disk, «xxxx» MMC və «xxxx» MMC-dən daxil olmuş 2 ədəd CD cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 173, 94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş əsas və əlavə cəzanın çəkilməmiş, 07 (yeddi) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və 09 (doqquz) ay müddətinə islah işlərinin cəzası Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə dörd gün hesablanmaqla 2 (iki) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən əsas cəza hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 07 (yeddi) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 (səkkiz) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 40,894 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 40,744 qr qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin və təmiz çəkisi 21,088 qr ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 20,988 qr ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 təqdim etdiyi «Honor 7A» markalı «DUAL-L22» modelli mobil smartfon və Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Samsung Galaxy A10» markalı, «SM-A105F» modelli mobil smartfon onların qohumlarına qaytarılsın. Cinayət işinin materiallarına əlavə edlmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülər olan iki ədəd SD disk, «xxxx» MMC və «xxxx» MMC-dən daxil olmuş 2 ədəd CD cinayət işinin materillarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 173, 94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-804/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-804/2021
16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver