Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-808/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər: Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axıska kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ev 54, mənzil 28 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxx 1974-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X13 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Özlərini “Heydər Əliyev” fondunun rəhbər vəzifəli şəxsləri kimi təqdim edib geniş əlaqələn olan şəxslər olduqlarına inandırıb etibarlarını qazanmış, bu məqsədlə həmin şəxslərin etibarından sui-istifadə edib onların Zərdab şəhəri, Ağcabədi-Zərdab avtomobil yolu və Heydər Əliyev prospektinin kəsişməsində birgə inşa-təmir işlərini görüb fəaliyyətə başlamaq istədikləri yanacaq doldurma məntəqəsinə Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və X12 Agentliyindən istismara qəbul aktının alınmasında köməklik edəcəyinə, Firuz Babayev isə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin yanacaq doldurma məntəqəsinin tikintisinə dair şəhərsalma əsaslandırılmasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsinə köməklik edəcəklərinə yalan vəd verməklə onları aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxxxx 2019-tai il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1 saylı ünvanda yerləşən “Toro” kafesində 20.000 manat, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əbülfəz Dəmirçizadə küçəsi 22-26 saylı ünvanda yerləşən “Nar çiçəyi” kafesində 17000 manat və həmin gün axşam saatlarında ünvan 4 saylı ünvanda yerləşən “50 qəpik” çay evinin qarşısında milli məzənnəyə münasibətdə 17000 manat təşkil edən 10000 ABŞ dolları, ümumilikdə isə 54.000 manat məbləğində pulu Firuz Babayevlə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. X13 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərini “Fleydər Əliyev” fondunun rəhbər vəzifəli şəxsləri kimi təqdim edib geniş əlaqələri olan şəxslər olduqlarına inandırıb etibarlarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs2 həmin şəxslərin etibarından sui-istifadə edib onların Zərdab şəhəri, Ağcabədi-Zərdab avtomobil yolu və Fleydər Əliyev prospektinin kəsişməsində birgə inşa-təmir işlərini görüb fəaliyyətə başlamaq istədikləri yanacaq doldurma məntəqəsinə Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və X12 Agentliyindən istismara qəbul aktının alınmasında köməklik edəcəyinə, Firuz Babayev isə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin yanacaq doldurma məntəqəsinin tikintisinə dair şəhərsalma əsaslandırılmasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsinə köməklik edəcəklərinə yalan vəd verməklə onları aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1 saylı ünvanda yerləşən “Toro” kafesində 20,000 manat, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əbültəz Dəmirçizadə küçəsi 22-26 saylı ünvanda yerləşin “Nar çiçəyi’7 kafesində 17000 manat və həmin gün axşam saatlarında ünvan 4 saylı ünvanda yerləşən “50 qəpik” çay evinin qarşısında milli məzənnəyə münasibətdə 17000 manat təşkil edən 10000 ABŞ dolları, ümumilikdə isə 54.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2la birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 və X1 miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə teleqram vuraraq və eyni zamanda telefonla məhkəməyə məlumat verərək, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını, onlarla barışdığını, ona dəymiş ziyanın ödənildiyini və xəstəliyi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməməsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxs X6 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində ifadə vermiş X7 bildirmişdir ki, o cinayət işi üzrə şikayət etmiş Zərərçəkmiş şəxs1 o, təxminən 20 ildir ki, tanıyır. Belə ki, o, ailə üzvləri ilə birlikdə əvvəllər Rusiya Federasiyasında yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş, 2006-cı ildə Azərbaycana geri qayıtmış və aıtıq əslən olduğu Zərdab rayonunda öz işini qurmağa başlamışdır. Belə ki, Zərdab rayonunun mərkəzində atasından qalmış torpaq sahəsi var imiş. Həmin yerdə də o, məişət-texnikası mağazası və cehiz-mebel mağazası işlətməyə başlamışdır. Bu işdə də onun şəriki Zərərçəkmiş şəxs1 olmuşdur. Bundan başqa da qeyd etmiş ki, həmin sahədə əvvəllər yanacaq doldurma məntəqəsi olmuş, lakin yararsız hala düşdüyündən faktiki olaraq işləmirmiş, odur ki, o, qərara gəlmiş ki, həmin yeri təmir etdirib yeni bir yanacaq doldurma məntəqəsini işə salsın. Beləliklə də həmin sahədə yanacaqdoldurma məntəqəsinə aid olan bütün yenidən qurma və təmir işlərini gördükdə sonra o, həmin məntəqənin işə salınması məqsədi ilə müvafiq sənədləri toplamağa başlamışdır. Hər yerdən lazım olan sənədləri əldə etsə də, məntəqənin işə düşməsi üçün lazım olan FHN-in Dağ-Mədən İdarəsi tərəfindən müvafiq icazə sənədi verilmirmiş. Onu da qeyd etmiş ki, tikilmiş yanacaq doldurma məntəqəsi Zərdab rayonu dörd yol deyilən yerdə inşa edilmişdir və həmin yanacaqdoldurma məntəqəsi ilə üz-bəüz həmyerlisi olan Sadiq tərəfindən işlədilən digər bir yanacaq doldurma məntəqəsi də fəaliyyət göstərirmiş. Odur ki, Sadiq müxtəlif üsul və vasitələrlə ona məxsus olan yanacaq doldurma mətəqəsinin işə düşməsinin qarşısını almaq üçün qeyri-sağlam rəqabət aparmağa və müxtəlif vasitələrlə buna mane olmağa çalışırmış. Beləliklə də, Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən İdarəsindən icazə sənədi alınmamışdır, buna səbəb isə məntəqənin tikintisində yol verilmiş xırda nöqsanlar və təlimatda göstərilən normalarla uyğunsuzluğun olması bildirilmişdir. O özü ilkin olaraq həmin idarəyə müraciət etsə də tikdiyi məntəqənin quruluşu təhlükəsizlik baxımından normaların standartlarına cavab vermədiyi üçün həmin icazə sənədi verilməmişdir. Buna görə də Rəhim bütün bu işlərdən xəbərdar olduğu üçün onun bu probleminə şərik çıxaraq bildirmiş ki, bir tanış qadın var “Heydər Əliyev” fondunda işləyən tanışı var ki, bu işdə kömək edə bilər. Rəhim ona bu barədə xəbər verəndən sonra o, Rəhimlə razılaşmış və Rəhim ilk əvvəl özü Bakıda həmin şəxslə görüşmüşdür. O, həmin görüşdə iştirak etməmişdir. Rəhim sonradan ona demişdir ki, həmin görüşdüyü şəxs “Heydər Əliyev” fondunda işləyən Elsevər adlı şəxsdir. Sonradan ona məlum olmuşdur ki, həmin vaxt Elsevərin yanında Firuz adlı şəxs də var imiş. Bundan sonra Rəhim demişdir ki, Elsevər Dağ- Mədən İdarəsindən icazə sənədinin alınması üçün 20000 manat pul lazım olduğunu bildirmişdir. O, buna razılıq vermiş, 2019-cu ilin oktyabr ayının tarixini xatırlamadığı vaxtda deyilən pulu düzəldərək Rəhimlə danışıb sonuncuya göndərmişdir. Odur ki, o, həmin pulu göndərəndən sonra ona deyilmişdir ki, 5-6 günə bu sənəd düzəlməlidir. Lakin deyilən vaxt gəldikdə heç bir sənəd düzəlmədiyi üçün o, müəyyən vaxt sonra özü durub Bakıya gəlmiş və “Narçiçəyim” kafesində həmin Elsevər və Firuz adlı şəxslə Rəhimlə birlikdə görüşmüşdür. Həmin vaxt Firuz kimi tanıdığı şəxs bildirmiş ki, Bakı Şəhər İcra Hakimiyyətindən yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinə görə 35000 manat pul verilməlidir. Dediyinə görə bu pul veriləndən sonra iş həllini tapmalı imiş və ona lazım olan bütün sənədlər səhərisi gün veriləcəkmiş. Həmin xəbər onun üçün gözlənilməz imiş. O, həmin torpaq sahəsinə aid icazə sənədinin alınması üçün artıq onlara müəyyən məbləğdə pulun verildiyini, belə bir şərti danışmadıqlarını bildirib əlavə olaraq bu qədər pul verə bilməyəcəyini Firuza demişdir. Firuz isə təkidlə pulun onlara həmin tarixdə təcili çatdırıldığı təqdirdə sənədin səhəri gün veriləcəyinə söz vermişdir. O, həmin vaxt onlara bildirmişdir ki, 35000 manat pulu bu dəqiqə verə bilməz. Belə ki, həmin gün Bakıya Zərdab rayonunda yerləşən dükanda satmaq üçün elektro-texiki və digər məişət texnikası almaq üçün üzərində 17000 manat pul gətirmişdir. Onlara demişdir ki, üzərində yalnız 17000 manat pul var, bunu götürsünlər, yerdə qalanı da tez bir zamanda verər. Lakin Firuz həmin pulun rüsum olduğu üçün tam şəkildə həmin gün verilməli olduğunu bildirmiş və o da məcbur olub Rəhimdən xahiş etmiş ki, Bakıda tanışlardan soraqlaşsın və borca yerdə qalan çatmayan pulu düzəltməkdə kömək etsin. Düşünmüş ki, fürsəti əldən qaçırmasın və işi tez bir zamanda həll etsin. Odur ki, elə oradaca üzərində olan 17000 manat pul Firuza vermişdir. Rəhim də kiminləsə əlaqə saxlayıb borca 10000 ABŞ dollar pul tapmış və pulu alıb Firuza vermişdir. Beləlikdə də, o, 17000 manat, Rəhim də borca götürdüyü 10000 ABŞ dollar pulu Firuza vermişdir. Onu da qeyd etmiş ki, sonuncu dəfə 10000 ABŞ dolları məbləğində olan pulu Firuza onlar Xətai rayonu 50 qəpik kafesinin qarşısında, Rəhimin həmin pulu borca götürdüyü şəxsin yaşadığı ünvanın yaxınlığında elə Firuza vermişlər. Bundan sonra Firuzla Elsevər maşına minib getmişlər. Deyildiyi kimi, onlar, səhəri gün Firuzgillə görüşmüş, lakin Firuz məsələnin uzandığım bildirdiyi üçün bir neçə gün səbrli olmasını istəmiş, beləliklə də növbəti 10 günü onu və Rəhimi bu cür bəhanələrlə söhbətlərə qatmışdır. Həmin vaxt o, Firuza acıqlanaraq bu işin uzandığını, işdən qaldığını, bir sənədi bu qədər gözləməyin mümkünsüz olduğunu bildirəndə Firuz ona demişdir ki, burada heç bir problem yoxdur. Sənəd gec-tez alınacaq, odur ki, ona məsləhət vermişdir ki, gedib yanacaq doldurma məntəqəsini açıb işlətsin. Sənəd də öz axarı ilə həll olunacaq. O da Şirvan şəhərində “Socar” şirkətinin nümayəndəsi olan şəxsin yanma getmiş və orada rəsmi olaraq müqavilə bağlayaraq yanacaq doldurma məntəqəsinə yanacaq almışdır. Onu da qeyd etmiş ki, müqavilə bağlayanda həmin vaxt onu orada xəbərdar etmişlər ki, əgər Dağ-Mədən İdarəsindən müvafiq icazə sənədi yoxdursa o, yanacaq ala bilsə də, məntəqəni işlədə bilməyəcək. Lakin o, Firuzun sözünə arxayın olduğu üçün müqaviləni yenə də bağlamış və bu minvalla 2020-ci ilin mart ayından may ayına kimi həmin yanacaq doldurma məntəqəsi fəaliyyət göstərmişdir. Sonuncu dəfə isə o, yenidən pul ödəyib Şirvandan bir maşın yanacaq sifariş edərkən həmin maşın yola düşsə də Dağ-Mədən İdarəsinin əməkdaşları tərəfindən buna qadağa qoyulduğu üçün həmin maşın geri qayıtmışdır. Bütün bu hadisələrdən sonra o, dəfələrlə Rəhimlə birgə Elsevər və Firuzla görüşüb pulu geri tələb etmişlər. Nəticədə 2020-ci ilin iyul ayının əvvəllərində Elsevər ona 17000 manat pul qaytarmışdır. Sonuncu dəfə də o, Rəhimlə birlikdə Firuzla görüşərkən Firuz demişdir ki, ona 34000 manat pul verəcəyi qalıb və pulu tez bir zamanda geri qaytaracaq. Lakin hələ də onu aldadaraq pulu geri qaytarmamış, Elsevərlə isə sonuncu dəfə danışarkən ona 3000 manat verəcəyinin qaldığını bildirmiş və tez bir zamanda geri qaytaracağına söz vermişdir. Elsevərlə Firuzun qeyd edilən məbləğdə pulu ondan alarkən həmin pulu kimlərə verəcəyi barədə verilmiş suala cavab olaraq bildirmiş ki, ilk olaraq Rəhimlə göndərdiyi 20000 manat pul Elsevərgilin dediyinə görə hansısa hesaba köçürüləcəkmiş, digər 34000 manat pul isə “Baksovet”-də rüsum haqqı qismində ödəniləcəkmiş. Adı çəkilən yanacaq doldurma məntəqəsinin fəaliyyətə başlaması üçün Elsevər və Firuz tərəfindən ona verilən vədlərə görə hansısa təşkilatlara müraciət edibetməməsi, müsbət halda həmin təşkilatlardan ona daxil olmuş rəsmi cavab məktubları barədə verilmiş suala cavab olaraq bildirmiş ki, o, həmin sənədlərin alınması məqsədi ilə çoxsaylı təşkilatlara müraciət etmiş, Dağ-Mədən İdarəsindən mənfi rəy bildirilməsi barədə “Socardan” daxil olmuş məktubu təqdim edə biləcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 onunla birlikdə bu işə pul qoymaqda marağının sonuncunun onun şəriki olduğu üçün ona kömək etmək istəməsi olduğunu bildirmişdir. Elsevər və Firuzun sözlərinə görə adı çəkilən məsələnin həlli məqsədi ilə hər-hansı müvafiq təşkilatda işləyən şəxslərə müəyyən məbləğdə pul verib-verməməsi ilə bağlı onların kiməsə pulun verilməsi barədə heç bir şey demədiklərini, pulu kiməsə rüşvət veriləcəyi məqsədi ilə deyil, rəsmi olaraq hesaba rüsum kimi ödəniləcək pul kimi verdiyini, bu iş həllini tapan kimi Firuzgilə hətta qonaqlıq verəcəyini söz vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o digər zərərçəkmiş şəxs Güləhməd Rüstəmovu 15 ilə yaxındır ki, tanıyır. Zərdab rayonunda “dördyol” deyilən yerdə Güləhmədin torpaq sahəsi var idi, istəyirdi ki, orada yanacaqdoldurma məntəqəsi açsın. Güləhməd həmin məntəqəni tikdi, ancaq sonradan məlum oldu ki, həmin obyektin fəaliyyətə başlaması üçün Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən İdarəsindən icazə sənədi alınmalıdır. Birinci Güləhməd özü həmin idarəyə müraciət etdi. Ancaq təhlükəsizlik baxımından normalara uyğun olmadığı üçün həmin icazə sənədi verilmirdi. Güləhməd də neçə dəfə ondan xahiş etdi ki, ona köməklik etsin. O da Bakıda yaşayan Fəridə adlı tanışı gildə olanda, ona Güləhmədin işi barədə söhbət açdı və Fəridə xanım ona bacısı qızının Heydər Əliyev fondunda işləyən Elsevər adlı tanışı olduğunu, onlara kömək edə biləcəyini bildirərək, onun nömrəsini ona verdi. Nömrəni Fəridə xanımın qohumu Gülnar vermişdi. Daha sonra Elsevərlə əlaqə saxladı. Güləhmədə də məsələ barədə danışandan sonra qərara gəldilər ki, Elsevərlə görüşsünlər. Birinci dəfə o özü Elsevərlə görüşdü. 2019-cu ilin oktyabr ayının əvvəlləri, təxminən 10-u idi. Danışıb Atatürk parkında “Bliss” kafesində görüşdülər. Elsevərin yanında da Firuz var idi, Firuzu tanımırdı. Elsevər ona Firuzu “Hacı” kimi təqdim etdi, dedi ki, o da fondda işləyir, bu işi də birlikdə həll edəcəklər. Elsevər ona fondda işlədiyinə dair sənəd də göstərdi. Elsevər yanacaq doldurma mətəqəsinin sənədlərini istədi. Elsevər ona dedi ki, bir həftə ərzində zəng edəcək. xx xxxxxxx 2019-cu il tarixində rayonda olanda, Elsevər ona zəng etdi ki, bəs təcili Bakıya gəlməlidir və 20.000 manat pul gətirməlidir. Həmin pulun 5000 manatını şirinlik kimi, digər 15.000-i isə Dağ-Mədən İdarəsinin hesabına keçirəciyini dedi. Dedi ki, hətta ona qəbz də verəcək. O da Güləhməddən 20.000 manat götürüb Bakıya getdi. Bu dəfə də o, Elsevər və Firuz Atatürk parkında “Toro” kafesində görüşdülər. Pulu Elsevərə verdi, o da ona dedi ki, sənədlər iki günə əlində olacaq. O da arxayın olub rayona qayıtdı. İki gün keçdi, heç bir xəbər çıxmadığı üçün o Elsevərə zəng vurdu və işlə maraqlananda, Elsevər ona narahat olmamağını, tez bir zamanda həll olunacağını bildirdi. 25 oktyabr tarixdə Elsevər ona zəng etdi ki, bəs Dağ Mədən İdarəsinin rəisinin qəbuluna getməlidir, sənəd hazırdır. O da həmin idarəyə getdi, rəsi Səfər müəllimlə görüşəndə, ona bildirdi ki, bu iş qanunsuzdur, tikilmiş yanacaqdoldurma məntəqəsi təhlükəsizlik tələblərinə cavab verəmədiyi üçün həmin sənədi verə bilməz. O Elsevərə zəng vurdu, bu dəfə o, Güləhməd, Elsevər, Firuz görüşdülər. O Elsevərə rəisin dediklərini çatdıranda, Elsevər elə şeyin mümkün olmadığını bildirdi. Firuz da müdaxilə etdi ki, bu işi özü həll edəcəyini dedi və bir həftə istədi. Firuz dedi ki, bibisi “Baksovet’-də işləyir, o bu işi həll edə bilər. Onlar noyabrın 1-i yenidən görüşdülər. Firuz onlara torpağın sahəsinin kifayət etmədiyini, əlavə 10 sot torpaq əlavə etmək lazım olduğunu dedi. Onlar yenidən layihə çəkdirib, təsdiq etdirdilər və Elsevərgilə geri qaytardılar ki, sənədi ala bilsin. 26 dekabrda dördü “Narçiçəyim” kafesində görüşdülər. Firuz dedi ki, 85000 manat rüsum ödənilməlidir, ancaq xahiş edib 35000 manata salıb. Güləhməd əvvəlcə narazılıq etdi ki, məbləğ çoxdur, axı əvvəldən belə danışılmayıb. Sonra isə 17000 manat verə biləcəyini və Firuz da həmin pulu Güləhməddən götürdü, sonra dediyinə görə Rauf müəllimə zəng edib ki, pulun 17000 manatı özündədir, mümkündürsə qalanına 10 gün möhlət versin. Dediyinə görə Rauf müəllim pulun həmin gün saat 6-ya kimi çatmasını tapşırıb, əks təqdirdə sənəd növbəti il, yəni 2020ci ildə veriləcəkmiş. Güləhməd də ondan xahiş etdi ki, yerdə qalan pulu tapsın. O da, dostundan borca 10000 ABŞ dolları pul aldı, elə həmin gün Xətai rayonu “50 qəpik” çay evinin qarşısında Firuza 17000 manat verdi. Firuzla Elsevər də “Şəhərsalma” idarəsinə Rauf müəllimlə görüşə getdiklərini dedilər. Həmin gün axşam tərəfi Firuz ona zəng edib sənədin artıq onda olduğunu bildirdi. Dekabrın 29-u sənədi götürmək üçün Güləhmədlə birlikdə Firuzla görüşməyə getdilər. Firuz bu dəfə də dedi ki, bəs sənəd hazırdı, ancaq Anar müəllimin səlahiyyətləri təsdiq olunmayıb deyə sənəd imzalanmayıb. Ona görə də iş yeni ilin yanvar ayına qaldı. Yanvarın 13-ü onlar bir daha görüşdülər. Firuzla Elsevər təzə layihəsini göstərdilər. Həmin layihəni Zərdab rayonu İcra Hakimiyyətinin Memarlıq şöbəsinə aparıb təsdiqlətdilər, sonra da geri qaytarıb Firuza verdilər ki, möhür vurdursun. Ancaq fevralın 23nə kimi iş uzandı. Fevralın 23-ü Firuz onu Bakı şəhərində Babək prospektində yerləşən “Socar”-ın binasının qarşısına çağırdı ki, bəs məntəqəyə yanacaq almaq üçün Socar-la müqavilə bağlamaq lazımdır. Yenə 4-ü görüşdülər. Lazım olan sənədləri təqdim etdilər. Səhəri gün Güləhməd Şirvanda “SOCAR” şirkəti ilə rəsmi müqavilə imzaladı, həmin gün yanacaq doldurma məntəqəsinə yanacaq gətirildi. Firuz da bildirdi ki, sənədi 10 günə Dağ Mədən İdarəsindən götürüb verəcək. Güləhməd də məntəqəni işlətməyə başladı. 25 fevral tarixində məntəqəyə bir maşın yanacaq gətirdilər, 26-da məntəqə tam fəaliyyətə başladı. Martın 3-ü Güləhməd əlavə yanacaq üçün “Socara” pul köçürdü. Ancaq həmin yanacaq gəlib çatmadı. Maşın yarı yoldan geri qayıtmışdı. Sonradan məlum oldu ki, Dağ Mədən İdarəsinin icazəsi olmadığı üçün “SOCAR”-la olan müqavilə dayandırılıb. Firuzla Elsevər məsələni həll edəcəklərini desələr də alınmadı. X4 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, pulu qaytarılıb, ona da dəymiş ziyan da təqsirləndirilən şəxslərin yaxın qohumları tərəfindən ödənilib, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o digər təqsirləndirilən şəxs Firuz Babayevi 2007-ci ildən tanıyır. Rəhimdən yanacaq doldurma məntəqəsinə icazə sənədi almaq üçün 20000 manat məbləğində pul almış, ancaq həmin işi həll edə bilmədi, aldığı pulu şəxsi ehtiyaclarına xərclədi. Həmin məsələdən Firuzun xəbəri olsa da, pulu o tək xərcləmiş, başqa hər hansı şəxsə həmin puldan verməmiş. Ancaq sonradan həmin pulu bütövlükdə geri qaytardı. Firuz tərəfindən alınmış 34000 manat pulu Firuz onun yanında almışdı, həmin məsələdə heç bir iştirakı olmayıb. Firuz özü 34000 manatı alıb Rəhimgilə söz verdi ki, sənəd hazır olacaq. Ancaq heç bir iş görmədi. Sonradan Firuz da həmin məbləği geri qaytardı. Hazırda vurduğu ziyanı qaytarmış və zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Etdiyi əməldən peşmandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada vurduğu ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir və cinayət işi üzrə icraata xitam verilməsini etiraz etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 il olar ki, tanıyır. Elsevərin yanacaq doldurma məntəqəsi üçün Zərərçəkmiş şəxs1 20000 manat pul almasından xəbəri olmayıb. Sonradan Elsevər ona deyəndə xəbər tutmuşdur. Elsevər həmin məsələni Şəhərsalma İdarəsi sənəd vermədiyi üçün həll edə bilməmişdi. Rəhimgilə dedi ki, işi həll edə bilər və onlardan 35000 manat pul istədi. Rəhimlə Güləhməd isə ona 34000 manat pul düzəldib verdilər. O yalandan onlara dedi ki ki, həmin pulu Şəhərsalma İdarəsinə rüsum kimi ödəyəcək və onlara qəbz də gətirəcək. Ancaq həmin pulları öz ehtiyaclarına xərclədi. Elsevərin 34000 manatın alınmasından xəbəri olsa da, ona həmin puldan heç bir məbləğ verməmiş, özü boyun durdu ki, işi həll edəcək və pulu aldı. Bir çox yerə getsə də həmin məsələni həll edə bilmədi. Hazırda vurduğu ziyanı qaytarmış və zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Etdiyi əməldən peşmandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada vurduğu ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir və cinayət işi üzrə icraata xitam verilməsini etiraz etmir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o “Heydər Əliyev” adına hava limanında baş xəzinədar işləyir. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 isə xalası Fəridənin ailəvi dostudur. 2019-cu ilin təxminən oktyabr ayının əvvəllərində Fəridə ona zəng edib bildirdi ki, bəs ailəvi dostları Rəhimə yanacaqdoldurma məntəqəsi açmaq üçün lazım olan icazə sənədlərini almağa kömək edə biləcək bir adam lazımdır. O da tanışı Elsevərə müraciət edib ona kömək edə bilib bilməyəciyini soruşanda, Elsevər ona heç bir problem olmadığını bildirdi. O həmin adamın nömrəsini ona verdi, sonradan Elsevərlə Rəhim özləri görüşüb, danışdılar, sonrakı proseslərin heç birində iştirak etməyib. Digər təqsirləndirilən şəxs Firuz Babayevi ümumiyyətlə tanımır, sonradan öyrəndi ki, Elsevər və Firuz sənədlərlə bağlı məsələ üçün 50000-dən çox pul alıb, ancaq sənədləri yoluna qoya bilməyiblər. Elsevər və ya Firuz tərəfindən heç bir məbləğdə pul verilməyib, sadəcə Elsevərin nömrəsini verib. Əvvəllər heç vaxt belə bir işlə bağlı Elsevərə müraciət etməyib, ilk dəfə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda təqaüdçüdür, uzun müddət Fövqəladə Hallar Nazirliyinin X8 Görülməsi və X12 Agentliyində rəis müavini kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxsləri tanımır, həmçinin zərərçəkmiş şəxsləri də, yanacaq doldurma məntəqəsi ilə bağlı təxminən 2019-cu ilin aprelmay aylarında bu barədə bir nəfərlə söhbət etmişdir, həmin vaxt Agentliyin rəisi işləyən Səfər müəllimin köməkçisi xahiş etdi ki, bir nəfər şəxsi qəbul edib dinləmək lazımdır. O da həmin şəxsi qəbul etdi. Həmin şəxs özünü həmin məntəqənin yiyəsi kimi təqdim etmişdi. O ona izah etdi ki, yanacaq doldurma məntəqəsi düzgün inşa edilməmişdir. İnşa olunan məntəqə layihəyə uyğun deyildi və ciddi qanun pozuntuları var idi, həmin şəxsə yalnız məntəqə layihəyə uyğun olarsa ona idarə tərəfindən istismar sənədi verilə biləcəyini dedi. Həmçinin həmin məntəqənin tikilməsi üçün Bakı Şəhərsalma və Memarlıq Komitəsinin icazəsi də yox idi. Hətta həmin şəxsə yanacaq doldurma satışı ilə məşğul olmaq üçün Energetika Nazirliyindən lisenziya almaq lazım olduğunu da dedi. Bundan sonra həmin şəxs çıxıb getdi. Həmin şəxsə idarə tərəfindən heç bir icazə sənədi verilməyib və verilə də bilməzdi. Yanacaq doldurma məntəqəsinin açılması üçün kiminsə kiməsə pul verib-vermədiyi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Daxili Nəzarət Sektorunun rəhbəri, eyni zamanda komitə sədrin köməkçisi Şahid5 ifadəsində bildirmişdir ki, adları ona hazırda elan olunmuş Təqsirləndirilən şəxs2la Firuz Babayevi o, 2019-cu ilin yaz ərəfəsindən tanıyır. Zərdab rayonunda yanacaq doldurma məntəqəsi ilə bağlı bir nəfər komitəyə müarciət etmişdi. Həmin şəxs məntəqə üçün icazə sənədlərinin verilməsini istəyirdi, özünü həmin məntəqənin sahibi kimi tanıtmışdı. Həmin şəxsin tikmiş olduğu məntəqə təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün icazə sənədinin verilməsindən imtina edilmişdi. Bir müddət sonra eyni məsələ ilə bağlı Elsevər və Firuz komitəyə müraciət etdilər və maraqlandılar ki, sənədi almaq üçün onlara necə kömək edə bilərlər. Sənədlər bir daha yoxlanıldıqdan sonra sənədin verilməsindən imtina edildi, onları komitənin nəznində olan Layihə İnstitutuna göndərdi ki, onlara izah etsinlər ki, layihə hansı formada olmalıdır. Bildiyi qədərilə layihə tərtib edilsə də onu təsdiqlədə bilməyiblər, onlara məsələnin qanun çərçivəsində həllini tapması üçün məsləhətlər də vermişdi. Hətta həmin yerlə bağlı komissiya yaradıldı və tikilinin qanunsuz olması barədə rəy də verildi. Sonradan həmin məntəqə barədə heç bir məlumatı olmayıb. Təqsirləndirilən şəxsləri yalnız bu məsələ ilə bağlı tanımış. Həmin şəxslər tərəfindən komitəyə, o cümlədən ona heç bir pul təklifi olmayıb, nə də heç bir məbləğdə pul verilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərmemarlayihə Dövlət Baş Layihə İnsitutunun direktor müavini Şahid4 Şahid5 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri hər biri ayrı ayrılıqda vəsatət verərək, bildirmişlər ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə barışmışlar, onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hər biri vurduqları ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdirlər və buna görə də cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və X13 zərərçəkmiş şəxslərlə barışdıqlarının, onların şikayət və tələbləri yoxdur, hər biri vurduqları ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdirlər və cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdirlər. Məhkəmə araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir, lakin məhkəmə iş materiallarını araşdırıb, tərəflərin fikrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs2 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır və iş üzrə icraata xitam verilməlidir. İşdə olan xx xxxx 2021-ci il tarixli, ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın 50%-i olaraq Təqsirləndirilən şəxs2 tərəfindən 10000 manat məbləğində pul vəsaiti X5 hesabına ödənilmişdir. İşdə olan xx xxxx 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın 50%-i olaraq təqsirləndirilən şəxs X13 tərəfindən 17000 manat məbləğində pul vəsaiti X5 hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.3-ci maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X13 zərərçəkmiş şəxslərlə barışdıqlarını, onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadıqlarını, təqsirləndirilən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada hər biri vurduqları ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq, məhkəmə cinayət işi üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Qərarda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-347, 356, 384 və 386-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-808/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-808/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver